Cəlil məmmədquluzadə hekayələri
Əgər sizin internetin sürəti HEKAYƏLƏR (Cəlil Məmmədquluzadə) videosuna bir başa baxmağa imkan vermirsə, pauza düyməsinə basaraq bir neçə dəqiqə gözləyin. Daha rahat izləmə üçün biz sizə Mozilla,Opera və ya Google Chrome-u yükləməyi məsləhət görürük.
Cəlil Məmmədquluzadə – ” ÖLÜLƏR ” ( Cəmilə Məmmədli )
Size bir eser haqqinda danismaq isteyirem: Oluler. Nedense, “Oluler” dedikde fikrimden bir qafiye kecir: Oluler… Onu oxumazdi diriler. Beli, dirilerin oxumadigi bir eserdir “Oluler”. Xususen de, son illerde. Meshedilerin, mollalarin, sheyx Nesrullahlarin dovrunde yasamadigimizi dusunuruk, ele deyil? Yanlis! Oxudugumuz zaman eserdeki her obrazi heyatimizda goruruk eslinde. Yoxdurmu “tehsil” adi altinda bize ezberletdirilen zirvalar, ya da usaq qadinlarin evliliyi? Azdirmi oz elleri ile usaqlarini ucuruma iteleyen valideynler, ya da cehaletin koku kesilmismi? Bes butun bunlara goz yuman bizler? Celil Memmedquluzade heyrani oldugum bir yazardir. En dramatik hadiseleri bile ele bir dilde yazir ki…
“Danabas kendinin ehvalatlari” silsilesindeki Zeynebin taleyine oxuduqdan 5 il sonra bir gece yarisi honkurtuyle aglamisdim, kim bilir ne zaman “Oluler”in dramini tam menasi ile derk edecem?. “Oluler” Azerbaycan heqiqetlerini eks etdiren bir eserdir. Tek kecmisin deyil, indinin ve belke de geleceyin heqiqetlerini. Cunki, bu an “olunun dirilmesine nece inana bilerler?” deye dusunerek oxuyuruq, amma shexsen men bir “Nesrullah”in yene bu xalqi, bu milleti, bu cemiyyeti aldada bilmeyeceyine zemanet vermirem ve en pisi, bu xalqda, bu milletde, bu cemiyyetde, her kesin arvadinin, qardasinin, usaginin, ata-anasinin dirilmesini isteyeceyine emin deyilem. Butun bunlari dusundukde, insan Isgender kimi kefli olmaq isteyir… Ferqli adda, ferqli qiyafedeki bu meshhedilerin, mollalarin, nesrullahlarin etdiyini derk etmemek ucun. Eseri oxuyub, bitirdikde, men de Isgenderin dediklerini tekrarlamaq isteyirem, amma, olulere yox, dirilere: Yatin, oluler- yatin, olu kimi diriler… Yasadiginiz olkenin, yox, yasadiginiz dunyanin gerceklerini, cehaletin esil gucunu gormek ucun oxunmasi vacib olan bir eser. “Oluler”… Onu oxumazdi diriler. Qeyd: arzularim siyahisina bu pyesin tamasasini izlemek de elave olundu, lakin daha yetkin bir yasda.
Cəlil məmmədquluzadə hekayələri
Audio Kitab olan HEKAYƏLƏR (Cəlil Məmmədquluzadə)(HEKAYƏLƏR) video materialı Cirtdan.TV portalında 2018.12.19 tarixində dərc olunmuş və onu 2790 istifadəçi online izləmişdir.
Dahi sənətkarımız Cəlil Məmmədquluzadənin hekayələrini Sevda Yusif qızı Səfərəliyeva səsləndirmişdir.
Ölkə: Azərbaycan
HEKAYƏLƏR (Cəlil Məmmədquluzadə) videosunu online ləngiməsiz yaxşı keyfiyyətdə izləmək üçün (avtomatik yüklənir), sizin internetin sürəti 1Mbit/s-dən artıq olmalıdır. Videonun yüksək keyfiyyətdə izlənməsi üçün internetin sürəti 2Mbit/s-dən artıq olmalıdır.
DİQQƏT. Əziz izləyicilər və xüsusilə valideynlər. Günümüzdə çox təəssüfki hazırlanan filmlərin böyük bir qismi qeyri-müsəlmanlar tərəfindən hazırlanaraq bir çox hallarda daxilində əxlaqa zidd xarakterli məlumatlar daşıyır. Lütfən DİQQƏTLİ OLUN.
Azərbaycan dilində AUDIO KITABLAR
of your page –>
Əgər sizin internetin sürəti HEKAYƏLƏR (Cəlil Məmmədquluzadə) videosuna bir başa baxmağa imkan vermirsə, pauza düyməsinə basaraq bir neçə dəqiqə gözləyin. Daha rahat izləmə üçün biz sizə Mozilla,Opera və ya Google Chrome-u yükləməyi məsləhət görürük.
Saytda yerləşdirilən online baxış üçün nəzərdə tutulan bütün videolar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com və VK.com portallarının açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Videoların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Əgər “HEKAYƏLƏR (Cəlil Məmmədquluzadə)” video materialının yayımına çıxış dayanıbsa və ya adı çəkilən video materialın saytdan silinməsini istəyirsinizsə bizimlə əlaqə saxlayın
CƏLİL MƏMMƏDQULUZADƏ – “ÖLÜLƏR”
Cəlil Məmmədquluzadə (1869-1932) Azərbaycanda və bütün şərqdə Molla Nəsrəddin adıyla tanınan, bənzərsiz nasir, kiçik hekayənin böyük ustadı, qüdrətli drammaturq, vətəndaş-publisist, ilk uşaq drammaturgiyasının banısı, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, Azərbaycan ədəbiyyatında yeni ədəbi məktəbin- Mollə Nəsrəddin məktəbinin, tənqidi realizmin banisi, xalqın dərdini çəkən, hər cür; ictimai, mənəvi əsarətə, geriliyə, cəhalətə qarşı mübarizə aparan, xalqın oyanışı üçün çalışan əsas maariçilərdəndir. Yaratdığı və naşiri olduğu satirik, rəngli kakrikaturali əsas mətubuat orqanı olan Molla Nəsrəddin jurnalında zamanın əsas problemlərinə, dərdinə həsr olunmuş, dərin ictimai-milli məzmuna malik müxtəlif məqalələri, felyetonlari dərc olunurdu. Real həyat hadisələridən; zəhmətkeş insanların qəribə taleyindən, zamanın vəziyyətinə həsr olunan, milli oyanış və dirçalişə çağırış məzmunluilk müxtəlif hekayələri, povestləri, dramları əvəzolunmaz mahiyyətə malikdir.
Azərbaycan drammaturgiyasının nadir bənzərsiz nümunasi olan “Ölülər” tragikomediyası (1909) cəhalət və mövhumat əsarətindən xilas olmaq üçün yazılmış, bütövlükdə türk dünyasında, o cümlədən, Azərbaycanda mənəvi buxovları, əsarəti, fanatizmi, cəhaləti böyük cəsarətlə yıxıb uçuran , son dərəcə dərin təsir gücünə malik, dahiyənə bir əsərdir.
Əsərdəki Kefli İskəndər obrazı, ziyalı təbəqənin ümumiləşdirilmiş obrazıdır. İskəndər ətrafda olan hadisələri dərindən dərk edir, insanlara başa salmağa, gözlərini açmağa çalışır, lakin fanatizmin dərin girdabına düşmüş insanlar onu anlamaq səviyyəsində deyil.
KİTABDAN SEÇMƏLƏR:
İskәndәr: (kitaba) Tanıyıram sәni. Mәn dә sәni bir az oxumuşam. On beş il bundan irәli hәmin otaqda mәn dә sәni oxumuşam (oxuyur). “Mәlikra on nәsihәt sudmәnd amәd vә әz sәri-xuni-u dәr güzәşt”. Mәnim dә müәllimim mәnә nәsihәt elәrdi ki, bala, sәy elә, dәrslәrini yaxşı öyrәn. Amma bu dılğırların heç birindәn eşitmәdim ki, desin: bala, adam ol.”
İskәndәr: Cәlal, bilirsәn Sokrat nә deyirmiş?
Cәlal: Sokrat kimdi?
İskәndәr: Sokrat bir adam idi; çoxdanın adamı idi. Çox, çox çoxdanın adamı idi. Sokrat deyәrmiş ki, “mәn dәrs oxumamış elә xәyal elәrdim ki, dünyada bir zad bilirәm; amma elm oxuyandan sonra yәqin elәdim ki, heç zad bilmirәm”. Xa, xa, xa… Yәni araq içmәyi dә bilmirәm! Cәlal, ay Cәlal! İndi sәn mәndәn qaçırsan, deyirsәn ki, mәn kefliyәm; amma and olsun Qara ağac pirinә ki, sәn dә mәnim kimi dәrs oxuyub qurtarandan sonra, başlayacaqsan İskәndәr dadaşın kimi küplәrin dibindә yatmağa. Xa, xa, xa… (İskәndәr Nazlını qucaqlayır) ” .
İskəndər: Ey mәnim gözәl bacım Nazlı. Sәhәrdәn axşama kimi oturubsan evdә, anandan bozbaş bişirmәk dәrsi alırsan, amma mәnim yanıma gәlmirsәn ki, gәzdiyim şәhәrlәrdәn sәnә nağıl elәyim, görәsәn dünyada nә var, nә yox! Bax, hәyәtdә gün çıxıb; sәn ki, o günü görmәyәcәksәn, nәyә lazımdır onun işığı? Çöldә otlar göyәrib, ağaclar çiçәk açıb, amma nәyә lazımdır sәnsiz o çiçәklәr, o çәmәnlәr? Sәnin burnu fırtıqlı balaca qardaşların (Cәlal vә Nazlı gülür) gedirlәr arxların kәnarında yonca yığıb yeyirlәr, amma sәn evdә oturub, saqqız çeynәyirsәn. Evdә bitli bacılarınnan әl-әlә verib, atılıb-düşürsәn vә deyirsәn: haquşka ha haquşka! Bir yarım var haquşka, uzun әtәk haquşka! Xa, xa, xa!… (Cәlal vә Nazlı gülürlәr). Mәnim istәkli Nazlı bacım! Gәl yapışım әlindәn, baş alıb bu vilayәtdәn çıxıb, qoyub gedәk. Dәm qәnimәtәst. Dәxi niyә durubsan?
Dәxi nә yaşınmaq, nә bürünmәk, nә utanmaq?
Bәsdir bu dayanmaq!
Allaha şükür, lalә yanağında eyib yox,
Qaşında, dәhanında, dodağında eyib yox,
Bir zәrrәcә zülfündә, buxağında eyib yox,
Dәxi nә yaşınmaq, nә bürünmәk, nә utanmaq?
Bәsdir bu dayanmaq!
Kәrbәlayı Fatmaxanım: Nә allah tanıyırsan, nә böyük-kiçik tanıyırsan. Hәlә o nә sözdü dünәn Nazlıya demisәn? “Gәl yapışım әlindәn gedәk, gәzәk”. Yoxsa indi dә bu qalıb ki, qız uşaqları da oğlanlar kimi çıxıb çölü-bacanı gәzәlәr? Vallah, dünәn bunu Cәlal mәnә deyәndәn az qalıram elә öz әlimlә bir qәbir qazam, girәm içinә, yaxam qurtarsın.
İskәndәr: (qah-qah çәkib, yapışır anasının çiynindәn). Daha bundan sonra ölsәn dә, yaxanı qurtara bilmәyәcәksәn. Odu, Şeyx Nәsrullahdı-nәdi, bu gün gәlir. Sәn ölәrsәn, şeyx genә sәni dirildәr. Xa, xa, xa!… Daha bundan sonra ölmәknәn dә yaxan qurtarmaz. Xa, xa, xa!…
Sәn allah, xanım, bircә bunu sәndәn soruşacaqdım ki, görәsәn o kişi kasıbların da ölüsünü dirildir, ya bircә dövlәtli adamlarınkını?
Nazlı: Dadaş, and olsun allaha, mәn Mir Bağır ağaya getmәyәcәyәm. Mәn heç kәsә getmәyәcәyәm.
İskәndәr: Xa, xa, xa!… (gedib yapışır Nazlının әlindәn). Bacım, hәlә sәn uşaqsan. Get dolanginәn, xamsәn hәnuz! Bir gün olar ki, gәlib görәrәm sәnin qabağına bir ayna tutub, çәkә-çәkә aparırlar. Onda tutaq ki, sәn çәm-xәm elәdin. (Özü dә çәm-xәm, elәyәn kimi burulur). Tutaq ki, sәn istәmәdin gedәsәn. O vaxt bir dә görәcәksәn ki, sәni daldan itәlәyib deyirlәr ki, “Dayanma, tez-tez get!” Çönüb baxıb görәrsәn ki, itәlәyәn sәnin atan Hacı Hәsәndir. Bәli, sonra bәlkә gedә-gedә bir dә istәdin ki, dayanıb getmәyәsәn; bir dә görәcәksәn ki, daldan genә bir adam sәni dürtmәlәyir ki: “Dayanma, yeyin yeri!” Çönüb baxıb görәcәksәn ki, bu da sәnin anan Kәrbәlayı Fatma xanımdı. Әgәr, işdi, çox hay-huy elәsәn, yanındakı, әtrafındakı bibilәrin, xalaların, әmilәrin, seyidlәr, mollalar, qonşular, cicilәr, bacılar–hәrә bir yandan sәni mizlәyәcәklәr ki: “Dinmә, kәs sәsini! Xortdan gәlәr sәni aparar!” Bәli, halla-hallaynan sәni aparıb qatacaqlar bir kişinin yanına. Onda daha sәn mәni haradan tapacaqsan?
Şeyx Nәsrullah: (İskәndәrә) Cәnabınız da bir mәnsәb sahibisiniz ya yox?
İskәndәr: Xeyr, mәn heç bir şey sahibi deyilәm. Mәnsәb sahibi bu ağalardır. (Heydәr ağanı vә Әliqulu bәyi göstәrir). Mәn ancaq bu meyvәlәrin içindә itburnu gülüyәm.
Şeyx Nәsrullah: (İskәndәrә). Belә mәlum olur ki, sizin dәrsiniz bu ağaların dәrsindәn azdır ki, bir mәnsәbә çata bilmәmisiniz.
İskәndәr: Bәli, bәli, bunlar elm dәryasıdırlar. İndi dә ki, inşaallah, siz cәnabdan ölü diriltmәk elmini öyrәnәrlәr, onda daha lap alim olarlar, inşaallah!
İskәndәr: Hamı getdi fikirlәşsin. Bu meydanda qaldı bircә nәfәr kefli İskәndәr. Bu meydan pәhlivan meydanıdır. Hünәr istәr ki, İskәndәr kimi bir igid gәlib şәstinәn dursun bu meydanda vә desin: (ucadan). Cәnab şeyx, hәr nә qәdәr ki, bu qәbiristanlıqda (әli ilә göstәrir) ölü basdırılıb, hamısını dirilt. Xa, xa, xa!… (Çönüb baxır camaat dağılan tәrәfә). Xa, xa, xa!… Hamı getdi fikirlәşsin: (Şeyx Nәsrullaha tәrәf çönüb, gәlir onun qabağına vә istәyir әl versin). Cәnab şeyx, mәn ölüm әl ver! Lotusan hәyә, әl ver!
Şeyx Nәsrullah: (ucadan). Kәnar ol! Mәn sәnә әl vermәrәm. Sәn şәrab istemal elәyirsәn.
İskәndәr: Cәnab şeyx, siz gәrәk şükr elәyәsiniz ki, mәn şәrab içirәm. Әgәr mәn şәrab içmәsәm, ağlım başımda olar; ağlım başımda olanda birdәn gözümü açıb, görәrәm ki, aha bizim şәhәrimizә bir müctәhid gәlib, adını qoyub ölü dirildәn vә mömin hacılarımızın başını ricәt mәsәlәsilә piylәyә-piylәyә hәr gecә bir balaca qız alır. Xa, xa, xa!… Mәn ölüm әl ver! Lotusan, әl ver! Xa, xa, xa!…
Ax, allahın altında, Şeyx Nәsrullah kimi mәnim dә bir elә elmim olaydı ki, burada yatan ölülәrnәn danışa bilәydim! Ax! Әgәr olsa idi, üzümü tutardım bu qәbiristanlığa vә çağırardım: (çox ucadan). Ölülәr! (bir az alçaqdan). O vәdә hamı yatmışlar başlarını qәbirdәn çıxardıb, soruşacaq idilәr ki, “nә deyirsәn, a İskәndәr bәy?” Onda mәn bu rәhmәtliklәrә bir belә vәsiyyәt elәrdim; mәn bunlara deyәrdim: (üzünü qәbiristanlığa tutub çığırır). Ölülәr! (yenә bir az alçaqdan). Bir gün Şeyx Nәsrullah gәlib duracaq sizin başınızın üstündә vә bir dua oxuyub, uca sәslә çağıracaq: (ucadan). “Durun ayağa, ey allahın mömin bәndәlәri!” (Bir az dayanıb, bir az alçaqdan.) Ölülәr! Mәn sizә vәsiyyәt elәyirәm ki, şeyxin sözünә әmәl elәmәyәsiz. Gәlin bu kefli İskәndәrin sözünü bir yaxşıca düşünün vә nәsihәtini qәbul edin. Vә әgәr mәndәn soruşsanız ki, niyә?–Mәn sizә cavab vermәyә hazıram. (Bir az dayanıb, cibindәn bir tikә çörәk çıxardıb yeyir). Ay rәhmәtliklәr! İndi siz burada rahatca yatıbsınız; heç dünyadan xәbәriniz yoxdur. Amma, vallah, billah, and olsun sizin әziz canınıza elә ki, başınızı qәbirdәn çıxardıb durdunuz ayağa, lap peşiman olacaqsınız. Әgәr mәndәn soruşsanız ki, niyә?–Mәn sizә bu saat әrz elәrәm. Belә tutaq ki, siz, mәsәlәn, dirildiniz. Çox әcәb. Axı dirilәndәn sonra bu qәbiristanda ki, qalmayacaqsınız; istәyәcәksiniz ki, söz yox, dağılasınız evlәrinizә. Çox әcәb, dağıldınız. İndi bir deyin görüm, sizi hәlә evә qoyacaqlarmı? Vallah, billah, Şeyx Nәsrullahın başına and olsun, gedib görәcәksiniz ki, evlәrinizin qapıları bağlıdır. Bәli, nә eybi var, yerdәn bir daş götürüb, qapını döyәcәksiniz ki, gәlib açsınlar. Onda qapının dalına bir adam gәlib soruşacaq: (nazik sәslә) Ey, qapını döyәn, sәn kimsәn? Bәli, siz cavab verәcәksiniz ki, tez ol, aç qapını, mәnәm. (Nazik sәslә). Axı sәn kimsәn? Adın nәdi? Aç qapını! Mәn bu evin sahibiyәm. (Nazik sәslә). Cәhәnnәm ol, qoy get! Biz sәni tanımırıq–A kişi, necә tanımırsınız? Mәn Kәrbәlayı Hüseynquluyam, bu ev mәnimdi. Mәnim burada arvadım var, uşağım var. (Nazik sәslә). Çox danışma! İtil cәhәnnәmә! Sәnin burada heç zadın yoxdur! Qardaşın Hacı Fәrәc arvadını da alıb, evinә dә sahiblәnib, uşaqlarını da göndәrib naxıra.–A kişi, allah xatirәsi üçün, aç qapını, mәnim burada әrim var (yoğun sәslә). Çox danışma! Çıx qoy get! Bizә arvad-zad lazım deyil! Dünya doludu 9 yaşında qıznan. Sәnin kimi kaftarın yeri qәbirdi. İtil cәhәnnәmә! Haradan gәlmisәn, çıx qoy get ora! Bizә lazım deyilsәn. Xa, xa, xa!… Xa, xa, xa!… (birdәn sakit olub baxır qәbiristanlığa vә ucadan çağırır). Ölülәr! (bir az yavaş). Gәlin bu kefli İskәndәrin sözünü eşidin vә necә ki, yatıbsınız yatın! Allah sizә rәhmәt elәsin…
Hazırladı: Nərmin Heydərova
Comments are closed, but trackbacks and pingbacks are open.