Press "Enter" to skip to content

Rəsmi Bakıdan Avropa parlamentinə etiraz

1906-cı il aprelin 7-də “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxdı. Müəyyən fasilələrlə jurnalın fəaliyyəti 25 il davam etdi. Mirzə Cəlil Məmmədquluzadə jurnalın ətrafına XX əsrin əvvəllərində yaşayıb-yaradan ən qabaqcıl ədəbiyyat, sənət xadimlərini yığa bilmişdi. Jurnalda dramaturq Əbdürrəhim bəy Haqverdiyev, publisist Ömər Faiq Nemanzadə, nasir Məmməd Səid Ordubadi, bəstəkar Üzeyir Hacıbəyli, şairlərdən Əliqulu Qəmküsar, Əli Nəzmi, Salman Mümtaz və başqaları çıxış edirdilər. Böyük karikatura ustası Əzim Əzimzadəylə çiyin-çiyinə “Molla Nəsrəddin”də Şmerlinq, Rotter, Xəlil Musayev (Çoxski) fəal əməkdaşlıq edirdi. “Molla Nəsrəddin” jurnalı Mirzə Ələkbər Sabir kimi dahi şairin istedadının parlaması üçün ən münbit zəmin oldu. “Molla Nəsrəddin ədəbi məktəbi” deyəndə, ilk növbədə, nəsrdə və publisistikada Mirzə Cəlil özü, şeirdə Sabir yada düşür.

Əsərləri (3 cild). Cəlil Məmmədquluzadə (PDF yüklə)

Cəlil Məmmədquluzadənin “Əsərləri (3 cild)” kitabını yüklə.

Qeyd: Əslində kitab 4 cilddir, lakin elektron variantda sadəcə, 3 cildini aşkarladıq. Kitabların 3-ü də bir yerdə .rar faylı şəklindədi.

Məmmədquluzadə Cəlil Hüseynqulu oğlu (22 fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik, ədib Cəlil Məmmədquluzadə məşhur “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və idea rəhbəri, kiçik hekayə ustası, qüdrətli dramaturq və publisistdir.

Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı “Çay dəstgahı” alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, “Kişmiş oyunu” komediyasını və “Danabaş kəndinin əhvalatları” (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.

1903-cü ildən Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işləmişdir. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında “Şərqi-Rus” qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. “Poçt qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.

İlk nömrəsi 1906-cı il aprelin 7-də (köhnə stil ilə 20 aprel) çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar aparır, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırırdı.”Molla Nəsrəddin” jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynamışdır.

1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada “Molla Nəsrəddin”in 8 nömrəsini çap etmişdır.

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.

Son illərdə akademik İsa Həbibbəyli ədibin müxtəlif ölkələrdə (Fransa, Polşa və İranda) yaşayan nəvə-nəticələri ilə əlaqə yaratmışdır.

“Öz millətin haqda nalayiq bir fikir oxuyur,ya eşidirsənsə, başını atıb rahat yata bilməzsən”

Artıq bir neçə həftədir “525-ci qəzet”in şənbə saylarında təhsil naziri Misir Mərdanovla söhbətimiz oxuculara təqdim edilir. Bu söhbətlərin hər birində nazirin təkcə təhsillə yox, həm də müxtəlif sahələrlə bağlı əhatəli və fərqli fikirləriylə tanış oluruq. Bütün söhbətləri birləşdirən ümumi cəhət Misir müəllimin səmimiliyidir. Həmsöhbətimin yeri gələndə zarafatı da, kövrəkliyi də, cəmiyyətin bəzən doqma kimi qəbul elədiyi köhnə qəliblərə etirazı da, gələcəyə aid nikbin fikirlərini oxucularla bölüşməyi də özünə rahat şəkildə “icazə verməsi” söhbətlərin hərtərəfli alınmasına səbəb olur. Ətraflı

Bahar Muradova: “Azərbaycan bundan artıq nə etməlidir?”

– Bilirsiniz, bunu dırnaqarası Allah yolunda olan bəzi İran rəsmiləri , yəni İran Ayətullahları, bir də Allah bilir ki, onlar nə istəyir. Çünki bunlar Allaha özlərini daha yaxın hesab edən insanlardır. Bunu onlardan soruşmaq lazımdır. Amma mən inanmıram ki, onlar dırnaqarası Allah yolunda olduqları halda səmimi və düzgün fikirlərini çatdıra bilərlər. İndi burada ehtimallara söykənib hansısa, yəni, düzgün olmayan və yaxud da şübhə doğuran fikirlər söyləmək istəməzdim. Amma görünən odur ki, bəli, Azərbaycanın bir dövlət olaraq inkişafı, əhalisinin əksər hissəsinin islam inanclı olmasına baxmayaraq, dünyəvi dəyərlərə sadiqliyi və bütün bunları Ətraflı

Müsahibə

“Öz millətin haqda nalayiq bir fikir oxuyur,ya eşidirsənsə, başını atıb rahat yata bilməzsən”

Artıq bir neçə həftədir “525-ci qəzet”in şənbə saylarında təhsil naziri Misir Mərdanovla söhbətimiz oxuculara təqdim edilir. Bu söhbətlərin hər birində nazirin təkcə təhsillə yox, həm də müxtəlif sahələrlə bağlı əhatəli və fərqli fikirləriylə tanış oluruq. Bütün söhbətləri birləşdirən ümumi cəhət Misir müəllimin səmimiliyidir. Həmsöhbətimin yeri gələndə zarafatı da, kövrəkliyi də, cəmiyyətin bəzən doqma kimi qəbul elədiyi köhnə qəliblərə etirazı da, gələcəyə aid nikbin fikirlərini oxucularla bölüşməyi də özünə rahat şəkildə “icazə verməsi” söhbətlərin hərtərəfli alınmasına səbəb olur. “Qızıl xaç” itkin düşmüş şəxslərin qohumlarından qan nümunələrinin toplanmasına qərar verib” Asəf Hacıyev: “İrəvanın yaxınlığındakı kəndə getməyimizə icazə vermədilər” Bahar Muradova: “Azərbaycan bundan artıq nə etməlidir?” Gülşən Lətif: “Artıq Niderlandda Azərbaycan tanınır, maraqla qarşılanır” Türkiyədə evə sahib olmaq xəyalı gerçəkləşir. Həm də 5 ulduzlu!

Son Xəbərlər

Hakerlər eurovision.az saytına hücum etdilər

Gündəm

Rəsmi Bakıdan Avropa parlamentinə etiraz

XARİCİ İŞLƏR NAZİRİLİYİNİN NÜMAYƏNDƏSİ ELMAN ABDULLAYEV: “AZƏRBAYCANDA MÜXALİFƏT VƏ MEDİA ÜÇÜN YARADILMIŞ İMKANLARIN HEÇ BİRİ AVROPA ÖLKƏLƏRİNDƏN GERİ QALMIR. HƏTTA BƏZİ HALLARDA YÜKSƏKDİR”

Dünən ABŞ Dövlət Departamenti dünyada insan haqlarının durumu ilə bağlı 2011-ci ilə aid hesabatını yayıb. APA-nın xəbərinə görə, hesabatda dünyanın 200-ə qədər ölkəsində insan haqlarının durumu ilə bağlı məlumatlar əksini tapıb. Dövlət Departamentinin hesabatında Azərbaycanda insan haqları ilə bağlı ötən ilki vəziyyətdən bəhs edilərkən əsasən söz, toplaşma və birləşmə azadlığı, məhkəmə sisitemi və evlərin sökülməsi zamanı kompensasiyaların ödənilməsi prosesində yaranmış mübahisələr barədə qeyd olunub. Hesabatda ötən ilin mart-aprel aylarında keçirilmiş aksiyalar zamanı həbs olunanların olduğu xatırladılıb, Bakı şəhər İcra Eldar Sabiroğlu: “Türkiyəyə müayinə olunmaq üçün getmişəm” Azərbaycan Rusiyaya zirehli və zirehsiz transportyorlar sifariş verib DİN Qazaxdakı silahlı insidentə aydınlıq gətirdi İranın sərhədində “Eurovision” əleyhinə daha bir aksiya keçirildi Dövlət Sərhəd Xidmətindən İranla bağlı açıqlama

Siyasət

Rafael Hüseynov: “İrandakı anti-Azərbaycan təbliğatı erməniçiliyin fəsadıdır”

“Siyasət yalnız üzdə göründüyü kimi deyil, elə məhz buna görə də siyasət siyasətdir. Onun daxilində, alt qatlarında həmişə cərəyan edən burulğanları da var və nəticələri də üstdə olan təzahürlərdən daha əvvəl dərinlərdə gizlənən başlıca səbəblərə əsasən çıxarmaq gərəkdir. O baxımdan da belə düşünmək istəyirəm ki, İrandakı anti-Azərbaycan təbliğatını həmin ölkənin Azərbaycana qarşı rəsmi siyasəti kimi qiymətləndirməyə tələsmək lazım deyil”. Bunu mətbuata açıqlamasında “İran süni şəkildə hansısa əsaslar axtararaq ikitərəfli münasibətləri pozmaq, Azərbaycanı günahkar çıxartmaq istəyir” Avropa Şurası “siyasi məhbus” anlayışının meyarlarını müəyyənləşdirəcək Rəsmi Tehran Azərbaycanla gərginliyə münasibət bildirdi Mübariz Qurbanlı: “İranda Azərbaycan əleyhinə çıxanlar yalana söykənirlər” Ombudsman Bərdədə Milli Fəaliyyət Proqramına dair ictimai dinləmələr keçirib

Məmləkət

Vitse-spiker: “Bu kimi çağırışlar “Eurovision”un keçirilməsinə kölgə sala bilməz”

“Bu günə qədər də “Eurovision-2012” müsabiqəsi ətrafında müxtəlif fikirlər, müxtəlif şüarlar səsləndirilib, müxtəlif çağırışlar olub. Hətta, digər ölkələrin hüquq müdafiəçiləri də bir müddət öncə müsabiqə ilə bağlı Azərbaycana ünvanlanan bir sıra çağırışlar ediblər”. Bunu mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova İctimai Palatada təmsil olunan qüvvələrin “Eurovizion” günlərində, o cümlədən, müsabiqənin gedişində “Siyasi məhbuslara azadlıq!” Bakı – Kiyev reysində qalmaqal “Eurovision” müsabiqəsinin siyasiləşdirilməsinə cəhd göstərilməsi qəbuledilməzdir” Nənələr Xalq artısti oldular “Eurovision”un qalibi “Xocalıya Ədalət” kampaniyasına qoşuldu Xəzərdə zəlzələ

Yubiley

Qəlbi nurla dolu şair və həkim

PAŞA QƏLBİNURUN 60 İLLİYİNİN İŞIĞINDA

Haqqında söhbət açmaq istədiyim şəxs “iki ürəkli, dörd biləklidir”. Qəhrəmanımın “birinci can”ı – həkim olaraq insanların sağlamlığının keşiyində durmaqdan ibarətdirsə, onun “ikinci can”ı ədəbiyyatımıza xidmət edən – şairlikdir. Bu baxımdan da mən bu yazımı iki hissədən ibarət qurmaq niyyətindəyəm.

1952-ci ilin xoş bir bahar günündə, mart ayının 30-da, QOÇ bürcü altında Şəmkir rayonunun Leninkənd (indiki Çinarlı) qəsəbəsindəki ziyalı ailələrindən birində –

Təhsil

Bakı Dövlət Universitetində dövlət imtahanları başlayıb

Dünya

Mixail Saakaşvili: “Gürcüstan 2014-cü ildə NATO-ya üzv olacaq”

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsinin 2014-cü ildə NATO-ya üzv olacağına əmindir. APA-nın “İnterfaks”a istinadən yaydığı xəbərə görə, M. Saakaşvili bu açıqlamanı NATO zirvə toplantısının keçirildiyi Çikaqoda verib. “Növbəti sammitin 2014-cü ildə keçiriləcəyi gözlənilir və Gürcüstanın 3 Balkan ölkəsi ilə bərabər NATO- NATO-nun Yekun Bəyannaməsi Ermənistanı özündən çıxardı İranda azərbaycanlılar kütləvi etiraz aksiyaları keçiriblər Putin mətbuat katibini işdən çıxardı ABŞ prezidenti İrana 8 maddəlik müvəqqəti uzlaşma planı təqdim edib Levon Ter-Petrosyan deputat mandatından imtina etdi

Layihə

“Tərcüman” qəzeti: türk dünyasının mətbuat və ictimai fikir tarixində yeni mərhələ

İ.Qaspiralı Rusiya imperiyasındakı türk xalqlarının tarix, din, dil, adət-ənənə birliyini nəzərə alaraq onların daha da yaxınlaşması, əqidə, məslək baxımından birləşməsi, tərəqqi etməsi üçün ortaq ədəbi dil formalaşdırmaq təşəbbüsü ilə çıxış etmiş və bu istiqamətdə “Tərcüman” vasitəsi ilə müəyyən işlər də görmüşdür. Ə.Ağaoğlunun məsələyə öz münasibəti var. Onun qənaətinə görə, Türkiyə əhalisi və Türkiyə mətbuatı ilə Rusiyadakı müsəlman əhali və müsəlman mətbuatı arasında heç bir ümumi və müştərək əməl və sifətlər mövcud deyil və müqayisəyəgəlməz dərəcədə fərqlidirlər. Hər bir qövmün bir dili və bir məsləyi olması üçün o “Tərcüman” qəzeti: türk dünyasının mətbuat və ictimai fikir tarixində yeni mərhələ “Molla Nəsrəddin” jurnalı və dövri mətbuata münasibət məsələsi “Tərcüman” qəzeti: türk dünyasının mətbuat və ictimai fikir tarixində yeni mərhələ Örnək jurnalist, əvəzsiz baş redaktor, əsl mətbuat fədaisi “Müəyyən bir auditoriya hər zaman çap mediasını izləyəcək, qəzetlərə üstünlük verəcək”

Kriminal

MTN qanunsuz beynəlxalq rabitə xidməti yaradan dəstəni zərərsizləşdirib

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurmuş şəxslər ifşa edilərək yaxalanıblar.Bununla bağlı nazirliyin ictimai əlaqələr mərkəzindən “Media forum” saytına verilən məlumatda deyilir: “Eurovision-2012” əleyhinə və radikal İslamı təbliğ edən disklər yayan dəstə ifşa edildi Quba hadisələrinə görə tutulan iki şəxs barəsində həbsin müddəti uzadılıb Yol qəzasında bir ailənin dörd üzvü öldü Hərbi hissədə daha bir qanlı olay Sürücüsü terrorçuluqda təqsirləndirilən sabiq məhkəmə sədri danışdı

Mədəniyyət

Vətənpərvərlik dolu “Dolu”

İqtisadiyyat

“Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili” mövzusunda seminar keçirilib

Cəlil məmmədquluzadə molla nəsrəddin

Azərbaycan və dünya ədəbiyyatında sevdiyim yazıçılar çoxdur, ancaq ömrüm boyu ən çox sevdiyim, yaradıcılığına və həyat yoluna dönə-dönə müraciət etdiyim, irsiylə, keşməkeşli ömrüylə bir daha tanış olduqca mənəvi güc aldığım, məni incidən bir çox problemlərə yazdıqlarında cavab tapdığım sənətkar, şəxsiyyət, böyük və ulu insan – Mirzə Cəlil Məmmədquluzadədir.

Bu sevgimi, pərəstişimi müxtəlif bədii janrlarda ifadə etməyə çalışmışam. İlk dəfə Aleksandr Tvardovskinin redaktorluğu zamanı “Novıy mir” jurnalında dərc olunmuş “Anlamaq dərdi” essem, “Sizi deyib gəlmişəm” pyesim, “Dindirir əsr bizi” teletamaşam, ssenarisinin müəllifı olduğum və rejissor kimi quruluşunu verdiyim ikiseriyalı “Qəm pəncərəsi” bədii fılmi, böyük ədibin əsərlərinin motivləri əsasında yazdığım “Nigarançılıq” telessenarisi – ustadıma qaytarmaq istədiyim borcumun yalmz bir hissəsidir.

Bütün bunlara görə Mirzə Cəlil Məmmədquluzadə ensiklopediyasına “Ön söz” yazmaq təklifini məmnuniyyət və minnətdarlıqla qəbul etdim.

M.C.Məmmədquluzadə yaradıcılığa başladığı dövrdən daha artıq vaxt keçib – 100 ildən artıq. Və bu yüz ildən sonra da var olan sorunların, problemlərin çözülməsində ən etibarlı açar yenə də Mirzə Cəlilin əsərləridir. Bu gün – yüz ildən sonra da davam edən məfkurə mübahisə və müzakirələrində, insanın və millətin ləyaqəti, tərəqqisi, azad düşüncə uğrunda mübarizələrdə, libasını, qiyafəsini dəyişsə də, mahiyyətini dəyişməmiş cəhalətə, nadanlığa, xurafata qarşı savaşlarda, xalqın real sorunları, qayğıları, dərdləri haqqında yazmaq çağırışlarında Mirzə Cəlil sözü ən kəsərli silah olaraq qalmaqdadır:
“Bunların hamısını görə-görə, bilə-bilə və eşidə-eşidə gündə göbələk kimi artıb törəyən yazıçılarımız yazırlar, hər yandan yazırlar: yerdən, göydən, hürriyyətdən, şəriətdən, politikadan, İrandan, Turandan, ibarə, nəzm, qafiyə, şöhrət, ad. Müsəlman yazıçısı avama xoş gələn söz yazmasa, işi keçməz. Budur qanlı faciə. Mən özüm də bir az intelligentəm və hamı intelligentləri də belə qorxaq görmüşəm”.

Böyük yazar haqqında söhbətə başlarkən fıkrim yüz üç il əvvələ – keçən əsrin ibtidasına qayıdır. Daha dəqiq desəm, XX əsrin ilk gününə – 1901-ci il yanvarın 1-nə. Bu gün – daha düzü, o gün – yeni yüz il başlayır. Nələr olasıdır bu əsrdə?
Yüz milyonlarla insanın həlak olduğu iki cahan müharibəsi. Saysız-hesabsız qanlı vətəndaş savaşları, dini, milli, dövlətlərarası, xalqlararası davalar. Belə döyüşlərin qurbanları – toplu halında iki dünya hərbinin qurbanlarından da sayca çoxdur.

İnqilablar və əksinqilablar, çevrilişlər, repressiyalar, konslagerlər – ölüm düşərgələri, qaz kameraları, sürgünlər, edamlar, yüz minlərlə insanın qaçqınlıq faciəsi, bütöv xalqların yurd-yuvasından didərgin salınması, fanatizm, terror. Totalitar rejimlərin tüğyan etməsi və süqutu. Bir tərəfdən möhtəşəm imperiyaların şişib-şişib sonda partlaması, darmadağın olması, neçə-neçə xalqın müstəqilliyə, azadlığa qovuşması, o biri tərəfdən dünyanın hələ çox ölkəsində, qitəsində hökm sürən aclıq, səfalət, zorakılıq. Bir tərəfdən elmin-texnikanın görünməmiş inkişafı – ağıllı maşınlar, kosmosa sıçrayış, Ayda insan ləpirləri, sinemanın, televiziyanın, internetin icadı, penisillin, anti-biotiklər, insanları sağalmaz xəstəliklərdən xilas edən başqa dərmanlar, o biri tərəfdən hələ də əlacı tapılmamış şəkər diabeti, xərçəng, QİÇS.

Sərnişinləri bir göz qırpımında qitədən qitəyə aparan, səsdən iti uçan təyyarələr və təyyarələr vasitəsilə törədilən kütləvi qırğınlar.

Osvensim, Xolokost, QULAQ, Kolıma, Hirosima və Xocalı. Stalin və Hitler. O biri tərəfdən Mahatma Qandi və Kamal Atatürk, böyük humanistlər – Martin Lüter Kinq, Alber Şveytser, Tereza Ana.
1956-cı və 1968-ci illərdə Xruşşov və Brejnev tanklarının tırtılları altında tələf edilən Macarıstan ümidləri və Praqa baharı. Qanına qəltan edilmiş Əfqanıstan. Və işğalın bu sayaq modelinin XX əsrdə 20-ci ilin aprelində ilk dəfə tətbiq olunduğu ölkə – Azərbaycan.

Azərbaycanın 1918-ci il mart faciəsi, cəmisi iki il sürən müstəqillik sevinci, Şeyx Məhəmməd Xiyabaninin Azadıstanı, 1937-ci ilin günahsız qurbanları, 21 Azər fərəhi və 21 Azər müsibəti. Hələ də sağalmamış 20 Yanvar yarası. Xalqımızın ikinci istiqlal bayramı və bu bayramın şadlığını-şadyanalığını ürək dolusu yaşamağa qoymayan Qarabağ dərdi.
Bir tərəfdən min üç yüz ildən bəri yasını tutduğumuz Kərbəla müsibəti, o biri tərəfdən:
“Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Yekə bir millətin dili, namusu, hüququ, vətəni təhlükədədir. Hər kimin ürəyində bir cüzi namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı qanımız, ehsan etməli pulumuz varsa, gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur”.

Bir tərəfdən pulunu xərcləməyə yer tapmayan harınlaşmış sovet tör-töküntüləri, o biri tərəfdən gözünü qaçqın çadırlarında açmış, gözünü açıb yalnız bu çadırları görmüş körpələr.

Amma bunların çoxu hələ irəlidədir. Mirzə Cəlilin hələ yaşanmamış, bir qismi yaşanılacaq, böyük bir qismindən xəbərsiz getdiyi illər, on illər, qərinələr.

Bu gün isə 1901-ci il yanvarın biridir. Və bu gün, məhz bu gün, 1901-ci il yanvarın 1-də – XX əsrin ilk günündə Qori seminariyasının məzunu, Naxçıvanın və sonralar Ermənistan adlandırılan Qərbi Azərbaycanın kəndlərində müəllimlik etmiş, bir müddət pristav vəzifəsində çalışmış Mirzə Cəlil ərizə yazıb xahiş edir ki, onu bu vəzifədən azad etsinlər – pristavlıq onun işi deyil. Hətta müəllimlik də onun işi deyilmiş. Daha doğrusu, o bir, ya bir neçə kənd məktəbinin müəllimi deyil, bütün bir millətin müəllimi olmaq üçün gəlibmiş bu dünyaya. Bu böyük vəzifəsini, bu tarixi missiyasını o gün hələ dərk etməsə də.

Mirzə Cəlil Məmmədquluzadə Azərbaycanın qədim guşəsində – Naxçıvanda dünyaya gəlib və özü yazdığı kimi, gözünü açan kimi dünyanı qaranlıq görüb – xurafat, cəhalət, fanatizm zülməti idi bu. Və o, bu qaranlığa işıq salmaq üçün gəlmişdi dünyaya.

Mirzə Cəlildən neçə yüz il qabaq Şərqin başqa bir işıqsaçanı – Molla Nəsrəddin varid olmuşdu dünyaya. Azərbaycanda uşaqdan böyüyə hər kəsin bildiyi lətifələrin qəhrəmanı Molla Nəsrəddin bir çox Şərq xalqının sevimli personajıdır. Onun mizah irsi İslam Şərqinin ortaq sərvətidir. Nəsrəddin Xoca, Nəsrəddin Əfəndi, Əfəndi adlarını daşıyaraq, o, Doğu Türküstandan Balkanlara qədər bütün müsəlman və türk dünyasını dolaşmışdır. O, nə coğrafı sərhədlər tanıyır, nə zaman hüdudları. Bəzi lətifələrdə o, Teymur Ləngin müasiridir, başqa lətifələrdə ayrı tarixi dovrün övladıdır. Onu bəzən məşhur ensiklopedist alim Nəsrəddin Tusiylə də eyniləşdirirlər. O, həmişəyaşardır, həmişə vardır.

O yerdə ki, xalq öz etirazını, narazılığını, qəzəbini ayrı vasitə ilə deyil, məhz zarafatla, kinayəylə, rişğəndlə, masqarayla ifadə etmək istəyir, o yerdə ki, möhnətini, ağrısını gülüşlə çatdırır, o yerdə ki, hakim-mütləqlərin zülmündən zinhara gəlmiş insanlar müstəbidi lağa qoymaqla ondan hayıf çıxır – o yerdə Molla Nəsrəddin zahir olur. O yerdə ki, pul sikkələri kimi fıkirlər də yalnız dövlət tərəfindən möhürlənir, o yerdə Molla Nəsrəddin qəlp pul kəsəndir.

1905-ci ilin Rusiya inqilabından sonra az bir müddətdə Mirzə Cəlil demiş, “nəfəs genliyi” əmələ gəldi və amansız çar senzurası qısa bir vaxt kəsiyində çox şeyə barmaqarası baxmalı oldu, mətbuatda ilıq mehlər əsməyə başladı. Və belə bir vaxtda Tiflisin küçələrilə addımlayan, qəmli düşüncələr aləminə qərq olmuş, çoxlarının qaradinməz saydıqları 40 yaşlı kişi – Mirzə Cəlil birdən-birə ayaq saxladı. Onun başına gözəl bir fıkir gəlmişdi: nəşr etmək niyyətində olduğu mizah jurnalına çox dəqiq, dürüst, sərrast ad tapmışdı: Molla Nəsrəddin. Jurnal üçün bundan da uğurlu ad tapmaq olmazdı.
“Molla Nəsrəddin” xalqın dərdini xalqın dilində, onun danışdığı və anladığı bir dildə deməliydi. O, ulu Molla Nəsrəddinin çağdaş varisi kimi nadanlığa, ətalətə, əsarətə meydan oxumalıydı. Bu niyyətin həyata keçməsi yolunda ilk addımdan Mirzə Cəlilin sadiq silahdaşı və əməkdaşı – Ömər Faiq Nemanzadə oldu.

Rəsmi dairələr Türkiyədə təhsil almış Ömər Faiqi belə bir jurnalın təsisçisi kimi yaxın buraxmazdılar. Amma Qori seminariyasında rus dilində oxumuş Mirzə Cəlilə nə sözləri ola bilərdi? Həm də elə bir dövr idi ki, senzura, dediyim kimi, əvvəllərdəki tək cövlan edə bilmirdi. Rusiyada çıxan yumoristik “Kukareku” jurnalında hətta çar II Nikolayın başını xoruz başı şəklində çəkmişdilər. Beləliklə, ayıq-sayıq senzuradan icazə alındı.

“Molla Nəsrəddin” jurnalının meydana gəlməsini C.Məmmədquluzadə sadə olduğu qədər də dərin və mənalı sözlərlə ifadə etmişdi: “Molla Nəsrəddin”i təbiət ozü yaratdı, zəmanə özü yaratdı.

Mirzə Cəlil yazırdı:
“Hələ Nikolay padşah bir saatlığa kənarda qalsın, bəs bizim öz qibləgahlarımızı nə eləyək? Bəs biz öz padşahlarmızın kefıni nə səbəbə sormayaq? Biz öz qibləgahlarımızın niyə dərdinə qalmayaq? Məgər bizim öz Nikolayımız yoxdur? Məgər Şərqin məhəmmədəliləri ölübdür? Məgər şahzadə məhəmmədəlilər tək bircədirlər? Bəs hədd-hesabsız prenslər, xanlar, sultanlar, hakimlər və məmurlar Nikolaydan geri qalırlar? Bundan keçəndən sonra əmmaməli həşəratı nə eləyək? Bəs onlar nə vaxtadək cənnət, abi-kövsər vədəsilə bədbəxt islam camaatının qanını soracaqlar? Bəs nə vaxtacan avam camaatı məscid moizəsi və imam mərsiyəsinə məşğul edə-edə elm-maarifdən və savaddan uzaq saxlayacaqlar?”.

1906-cı il aprelin 7-də “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxdı. Müəyyən fasilələrlə jurnalın fəaliyyəti 25 il davam etdi. Mirzə Cəlil Məmmədquluzadə jurnalın ətrafına XX əsrin əvvəllərində yaşayıb-yaradan ən qabaqcıl ədəbiyyat, sənət xadimlərini yığa bilmişdi. Jurnalda dramaturq Əbdürrəhim bəy Haqverdiyev, publisist Ömər Faiq Nemanzadə, nasir Məmməd Səid Ordubadi, bəstəkar Üzeyir Hacıbəyli, şairlərdən Əliqulu Qəmküsar, Əli Nəzmi, Salman Mümtaz və başqaları çıxış edirdilər. Böyük karikatura ustası Əzim Əzimzadəylə çiyin-çiyinə “Molla Nəsrəddin”də Şmerlinq, Rotter, Xəlil Musayev (Çoxski) fəal əməkdaşlıq edirdi. “Molla Nəsrəddin” jurnalı Mirzə Ələkbər Sabir kimi dahi şairin istedadının parlaması üçün ən münbit zəmin oldu. “Molla Nəsrəddin ədəbi məktəbi” deyəndə, ilk növbədə, nəsrdə və publisistikada Mirzə Cəlil özü, şeirdə Sabir yada düşür.

M.C.Məmmədquluzadə nəsrdə, publisistikada, dramaturgiyada inqilab yaratdığı kimi, M.Ə.Sabir də şeirimizdə inqilab yaratdı.

“Molla Nəsrəddin” jurnalı özü də bütünlükdə Şərq aləmində bir inqilab idi – mənəviyyatda, ictimai şüurda, yazı üslubunda inqilab. Qısa bir vaxt ərzində jurnal Qafqazda və İranda yaşayan Azərbaycan əhalisi arasında görünməmiş şöhrət qazandı. Sadə, anlaşıqlı dili, karikaturalarının sərrastlığı və aydınlığı, qaldırılan problemlərin kəskinliyi və konkretliyi – jurnalı xalqın ən savadsız təbəqələrinə belə tanıtdı, sevdirdi. Jurnalın şöhrəti Qafqaz hüdudların aşdı.
Hindistandan Afrikaya qədər bir çox ölkələrdə “Molla Nəsrəddin”in fəal oxucuları, abunəçiləri, könüllü müxbirləri vardı. Türkiyə, İran, tatar, Türküstan (özbək, türkmən, qazax, qırğız), Krım-tatar, Dağıstan ədəbiyyatlarında demokratik təmayüllərin inkişafına “Molla Nəsrəddin” misilsiz təsir göstərmişdir. Tatar xalqının böyük milli şairi Qabdulla Tuqayın “Molla Nəsrəddin”ə marağı hifz olunmuş fotoşəkildə əks edilib.

Toxunduğu məsələlərdə dar milli məhdudiyyət jurnala yabançı idi. O, bütün müsəlman dünyasının yaralarını açır, bütün İslam Şərqinə aid olan naqislikləri qamçılayır, yalnız Şərqlə kifayətlənməyib Qərbin müstəmləkəçi siyasətini damğalayırdı, imkan daxilində rus çarizminin, onun yerlərdəki nümayəndələrinin şovinist və antiislam mahiyyətini də ifşa edirdi. Tənqidi və ifşaedici fəaliyyətində jurnal təqribilik mərəzinə tutulmamışdı. Ümumi sözlər söyləmək istəmirdi.
Məhz buna görə də jurnala inanırdılar, ona etibar edirdilər. Buna görə də ondan qorxurdular və buna görə də jurnalın müxtəlif çeşidli qatı düşmənləri vardı. Çar məmurları da ona nifrət bəsləyirdilər, cahil dindarlar da, varlılar da, “gül-bülbül” şairləri də. Tiflis general qubernatoru jurnalı dəfələrlə qadağan etmişdi. İran hökuməti gömrük məntəqələrində jurnalın nüsxələrini yandırırdı. Bir şəxs Mirzə Cəlili öldürərsə, o şəxsin cəzasız olması haqqında fitva verilmişdi. Belə bir muzdlu qatil (indiki təbirlə desək, “killer”) həmin məqsədlə Tiflisə varid olmuşdu və bu işdən xəbər tutan Mirzə Cəlil cibində tapança gəzdirirdi. “Molla Nəsrəddin”ə Bakı mollaları və Aşqabad bəhayiləri lənət yağdırırdılar. Onun ünvanına Qarabağ bəyləri və Dağıstan fanatikləri hədəli məktublar göndərirdilər.

Jurnalın düşmənləri arasında başqa növ adamlar – əhli-qələmlər də vardı. Kəlküttədə və Tehranda, Bakıda və Qazanda, Ufada və Peterburqda, Krımda və İstanbulda çıxan qəzetlərin səhifələrində “Molla Nəsrəddin”in tənqidi hər halda müəyyən ədəb-ərkan çərçivəsində idisə, bəzi indiki qəzetlərimizə çox oxşayan düşük və ucuz cəridələrdə böyük yazıçıya föhş və böhtan, küçə söyüşləri yağdıran uğursuz şairciklər, hər növ cızma-qaraçılar və yalnız nadanlıqda tam olan yarımçıq “yazıçı-publisistlər” də çömçə bulayırdı. Ümumiyyətlə, ömrü boyu Mirzə Cəlilin başı belə “millət qeyrəti çəkənlərdən” az çəkməyib. Həmin “millət qəhrəmanları” öz “ınilli qeyrətlərini” çox əlverişli və mənfəətli şəkildə gizli polisə verdikləri danoslarla uyğunlaşdırmağı yaxşı bacarırdılar.

Çar senzurası jurnalı kəsib-doğrayırdı. “Molla Nəsrəddin”in bir çox səhifələri ya tamam boş, ya da qan qırmızı xətlə çalın-çarpaz cızıqlanmış şəkildə çıxırdı; küt senzorların ağlına gəlmirdi ki, icazə verdikləri başqa kəskin materiallarla qonşuluqda bu pozulmuş, ləğv edilmiş səhifələrin təsir gücü daha da artır.

Mirzə Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”i bu şəraitdə, bu mühitdə nəşr edirdi və bilirdi ki, rəsmi qadağalarla istər-istəməz hesablaşmalı olsa da, hər halda onun jurnalı istismar, yalan, riyakarlıq, zülm qaranlığında yeganə açıq şüur çırağıdır.

Mirzə Cəlilin köhnə dostu və silahdaşı Əbdürrəhim bəy Haqverdiyev xatırlayırdı ki, “Molla Nəsrəddin”in bir çox nüfuzlu düşmənləri, o cümlədən İrəvan və Naxçıvan xanları, Qarabağ və Gəncə bəyləri Tiflisə təşrif gətirərkən özlərinə borc bilirdilər redaksiyaya gəlsinlər, nifrətlərini şəxsən redaktorun özünə izhar eləsinlər. Ancaq M.C.Məmmədquluzadə ilə söhbətdən sonra onlardan bəziləri fıkirlərini tamamilə dəyişir və belə deyirdilər: “Əlbəttə, onun yazdıqları həqiqətdir. Amma, axı, hər həqiqəti yazmaq olmaz”.

Həqiqətə belə ikibaşlı münasibət, həqiqətin hər hansı bir parçasını deyib, başqa, parçasını ört-basdır eləmək, yarımçıq həqiqət – bütün bunlar Mirzə Cəlil vicdanının bütövlüyünə yabançı idi. Cəlil Məmmədquluzadə jurnalında oxucunun yalnız qəlbinə, hisslərinə deyil, fıkrinə, şüuruna da müraciət edirdi. Molla Nəsrəddinin başqa mollalardan fərqini izah edərək yazırdı: “Mən də mollayam, siz də molla. Amma mən müsəlman qardaşlara deyirəm: “Ey müsəlmanlar, gözünüzü açınız, mənə baxınız; amma siz mollalar deyirsiniz: “ey müsəlmanlar, gözünüzü yumunuz, mənə baxınız”.

Əsrin əvvəllərində Azərbaycanda müxtəlif istiqamətli onlarla qəzet və jurnal nəşr olunurdu. Onları müxtəlif məsləkli yazıçılar, mühərrirlər nəşr edirdi – aralarında sağlar da vardı, sollar da və corab təkin yeri gələndə sağ, yeri gələndə sol olanlar da.

Comments are closed, but trackbacks and pingbacks are open.