Press "Enter" to skip to content

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək

NUHÇIXAN xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək dövlətimiz tərəfindən yazıçının irsinə göstərilən diqqətdən danışıb.

Cəlil məmmədquluzadə yubileyi

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında görkəmli nasir, qüdrətli dramaturq, vətəndaş-publisist, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi kimi geniş şöhrət qazanmış görkəmli yazıçı və tanınmış ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirin aparıcısı AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı görkəmli yazıçı və maarifçi Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatı tarixində həm publisist, həm də böyük dramaturq və nasir kimi tanınmasından danışmışdır.

Tədbirdə Kürdəmir şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva məruzə edərək Azərbaycanın milli dramaturgiyası tarixində Mirzə Fətəli Axundzadədən sonra ən layiqli yerlərdən birini tutan Cəlil Məmmədquluzadənin yaradıcılığının mühüm bir hissəsini təşkil edən dram əsərlərindən, onun pyeslərində yaşadığı dövrün real hadisələrini olduğu kimi təsvir etməsindən, adi ailə-məişət məsələlərini əyani və bədii şəkildə ustalıqla qələmə almasından bəhs etmişdir.

Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından bəzi məqamları əks etdirən qısa sənədli filmin nümayişindən sonra söz Kürdəmir şəhər 6 saylı tam orta məktəbin şagirdlərinə verilmişdir. Məktəblilər ədibin “Müsəlman”, “Tapmaca”, “Bizim obrazovannılar”, “Sizi deyib gəlmişəm” felyetonlarını, “Nə bilim”, “Şapkanı görəndə”, “Nağıl”, “Dedilər” satirik şeirlərini söyləmişlər.

Şagirdlərin “Ölülər”, “Anamın kitabı” dram əsərlərindən hazırladıqları səhnəciklər tamaşaçıların alqışları ilə qarşılanmışdır.

Ədibin “Ölülər”, “Danabaş kəndinin əhvalatları”, “Poçt qutusu” əsərləri əsasında çəkilmiş filmlərdən epizodların nümayişi yubiley tədbirini daha da rövnəqləndirdi.

Tədbirin sonunda Yaqut Bahadurqızı dövlətimizin Cəlil Məmmədquluzadə şəxsiyyətinə və yaradıcılığına verdiyi yüksək dəyərdən söz açmış, ölkə Prezidentinin yazıçının 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamasının buna bariz nümunə olduğunu qeyd etmişdir.

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

17 Yanvar , 2019 18:10

https://static.report.az/photo/90da9525-9639-4663-b4de-3332cb0b6404.jpg

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. “Report”un məlumatına görə, sərəncam Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə imzalanıb. Sərəncamda bildirilir ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur. Mədəniyyət Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub – FOTOLAR

Dekabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək dövlətimiz tərəfindən yazıçının irsinə göstərilən diqqətdən danışıb.

Bildirib ki, Azərbaycanda dahi şəxsiyyətlərə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin görkəmli şəxslərlə əlaqədar verdiyi sərəncamlara əsasən bu il Cəfər Cabbarlı, Mikayıl Müşfiq, İbrahim Qasımov, Hüseyn İbrahimov və digər görkəmli şəxsiyyətlərin yubileyləri dövlət səviyyəsində qeyd olunub.

Nazir Əbülfəs Qarayev vurğulayıb ki, böyük yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyət, azərbaycançılıq məfkurəsini milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına təsir göstərən mütəfəkkir, ana dilimizin saflığı uğrunda mübarizə aparan vətəndaş, yazıçı və nəhayət, böyük demokrat ədib kimi xarakterizə edilir.

Görkəmli ədibin yaradıcılığından bəhs edən Xalq yazıçısı Anar deyib: “Bu gün biz ədəbiyyat tariximizin ən böyük simalarından biri olan Cəlil Məmmədquluzadənin işığına toplaşmışıq. Azərbaycan ədəbi mühitində yeddi nasir və şairə dahi demək olarsa, onlardan biri də Cəlil Məmmədquluzadədir. O, Azərbaycan ədəbiyyatında yeni səhifə açmış yazıçıdır. Mirzə Cəlilin əsərləri təkcə ədəbi dərslər deyil, biz ondan, həmçinin necə yazmağı və öz xalqını necə sevməyi öyrənirik. Xalqı sevmək onun inkişafına mane olan bütün hallarla amansız mübarizə aparmaq deməkdir. O mübarizəni ki, Mirzə Fətəli Axundzadə başlamışdı və Mirzə Ələkbər Sabir ilə Mirzə Cəlil Məmmədquluzadə davam etdirirdi”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli çıxış edərək deyib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapıb. Dahi sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaradıb.

Qeyd edib ki, ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin yaratdığı qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına güclü təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.

Quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov olan tədbirdə Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Rus Dram Teatrının, Akademik Musiqili Teatrının aktyorları Cəlil Məmmədquluzadənin yaradıcılıq nümunələri əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.