QƏDİM ŞƏRQ ƏDƏBİYYATI TARİXİNƏ DAİR QİYMƏTLİ DƏRS VƏSAİTİ
сочинений в десяти томах, том десятый. Статьи, М.: Государственное
Cəlil nağiyev azərbaycan romaninin əsas iNKİŞaf təmayüLLƏRİ I məqalə
keçdiyi bu yolda bəzən müəyyən inqilabi sıçrayışlar, bəzən də itgilər olmuşdur.
Dünya ədəbiyyatının inkişafı tarixində, bəlkə də qazandığı ən böyük uğurlardan biri
də məhz roman janrının yananması, kəşfi ilə əlaqədar olmuşdur. Bəli, romanın ya
ranması, bu ədəbi janrın, bu epik nəsr növünün «kəşf edilməsi» ədəbiyyat tarixi
üçün sözün əsl mənasında inqilab sayıla bilər. İlk növbədə bu ona görə kəşf sayıl
malıdır ki, ibtidai icma quruluşundan başlayaraq, yazılı ədəbiyyat ilkin olaraq epos
(dastan), lirika, bir qədər sonra – quldarlıq dövründə isə dram şəklində yaranmış və
əsasən poetik formada mövcud olmuşdur. Poetik forma ilkin bədii ədəbiyyatın ənə
nəvi yaradıcılıq şəkli olmuşdur. Yalnız sonralar yavaş-yavaş nəsrin müxtəlif növləri
yaranmağa başlamış və bu yaradıcılıq forması əvvəlcə fəlsəfə, tarix, coğrafiya kimi
elm sahələrində (elmi nəsr – analitik üslub), sonra isə bədii yaradıcılıq şəklində
(bədii nəsr – narrativ üslub) özünü göstərmişdir. Qədim dövrdə bədii nəsr ilk növ
bədə əvvəlcə təmsil (Ezop), sonra isə roman (Lonq, Kallisfen, Apuley) formalarında
meydana gəlmişdir. Beləliklə, göründüyü kimi, roman janrı bədii ədəbiyyatın
başlıca aparıcı istiqamətləri olan epik, lirik və dramatik növlərinə nisbətən daha
gənc, nisbətən yeni bir ədəbi yaradıcılıq forması kimi meydana gəlmişdir.
Roman janrı yarandığı gündən etibarən ədəbiyyat tarixində özünəməxsus
mövqeyə malik olmuş və bu bədii yaradıcılıq forması, vaxtilə Aristotelin
«Poetika»sında müəyyən edilən bədii yaradıcılığın üç növündən (epos, lirika,
drama) birinin (epik növün) tərkibinə daxil olmuşdur. Roman janrının bütün inkişaf
mərhələlərində bu bədii yaradıcılıq forması ilə əlaqədar çoxsaylı nəzəri
konsepsiyalar və metodoloji yanaşmalar meydana gəlmişdir. Professor
T.Hüseynoğlunun da qeyd etdiyi kimi: «indi dünya ədəbi prosesi özünün elə bir
inkişaf mərhələsindədir ki, çağdaş romanın yaradılışı haqqında nəzəriyyələr,
fikirlər, konsepsiyalar, meyllər, münasibətlər durmadan artır» (Tofiq Hüseynoğlu.
Zamandan məkana və ya əksinə. bax: Müasir ədəbiyyat məsələləri. Roman janrının
tarixi və poetikası, III, Bakı: “Elm və təhsil”, 2014, səh. 16). Bir qrup tədqiqatçı bu janrı
bəzən şərti olaraq bədii ədəbiyyatın dördüncü növü (V.D.Dneprov) kimi də
qiymətləndirir. Bəzi tədqiqatçılar isə vaxtilə görkəmli roman ustası L.N.Tolstoyun
bu barədə söylədiyi fikirdən çıxış edərək «romanı sərbəst forma kimi qəbul edir»
T ənqid və ədəbiyyatşünaslıq
(T.L.Motılyeva). Professor T.Salamoğlu bu konsepsiyalardan çıxış edərək roman
janrının polifonikliyinə işarə edərək yazır: «Roman «dünya modeli»dir. Roman
sərbəst formadır. Roman dördüncü ədəbi növdür. Roman bədii sistemdir. Bütün
bunlar çağdaş ədəbiyyatşünaslıqda romanı fərqli idrak hadisəsi kimi dərk etmənin
müxtəlif formullarıdır» (Təyyar Salamoğlu (Cavadov). Ən yeni Azərbaycan ədəbiyyatı
məsələləri, Bakı: “Səda”nəşriyyatı, 2012, səh.3).
Roman janrı, deyildiyi kimi, «sərbəst janr» olsa da, bütün digər ədəbi janrlar və
növlər kimi özünün sabit ədəbi prinsipləri, estetik qanun-qaydaları olan bir bədii ya
radıcılıq növüdür. Bu barədə bəhs edən Salidə Şərifova yazır: «Romanın fabulası və
süjeti ilə bağlı hadisələrlə zəngin olan sabit əsas mövcuddur ki, bu da romanın janr
formasının sabitləşməsinə gətirib çıxardır» (Салида Шарифова. Жанровая смешение
в романе: коммуникативно-социокогнитивный подход, М., 2011, стр. 83).
Bu janra məxsus olan bir sıra «sərbəst» xüsusiyyət onun nizamsız, qaydasız
bir yaradıcılıq növü olmasını iddia etməyə heç də əsas vermir. Doğrudur, o da bir
həqiqətdir ki, roman janrı bütün digər ədəbi janrlarla müqayisədə daha mütəhər
rik, daha universal və daha polifonik səciyyəli bir bədii yaradıcılıq növüdür. Ro
man janrının nəzəri əsaslarının müəyyən edilməsini şərtləndirən səbəblərdən biri
də, onun məhz «sərbəst janr», «dünya modeli» olması ilə əlaqədardır. Ona görə
ki, o, həqiqətən də, həm forma və məzmun, diskurs və semantika parametrlərinə
görə «sərbəst»dir, həm də əhatə etdiyi problemlərə, mövzu dairəsinin rəngarəng
liyinə görə də dünyanın özü kimi («dünya modeli») sonsuz və intəhasızdır. Məhz
elə bu xüsusiyyətlərinə görə də roman janrı polifonik səciyyəlidir, universal sənət
növüdür. Roman həm də «qarışıq janr»dır (epistolyar-roman, novella-roman,
epopeya, mənzum roman, kiçik roman, roman-mif, fəlsəfi roman, fantastika,
detektiv, macəra və s. və i.). Romanın forma-quruluş (struktur) və ideya-məzmun
xüsusiyyətləri ilə əlaqədar artıq sabitləşmiş «qarışıq janr» konsepsiyası da
formalaşmışdır. S.Şərifova bu problemin araşdırılmasına ayrıca bir monoqrafiya
da həsr etmişdir
Салида Шарифова. Жанровое смешение в романе:
коммуникативно-социокогнитивный подход, М., 2011). Bu məsələ ilə bağlı
mövcud araşdırmalara istinad edən tədqiqatçı roman janrının eposla, folklorla,
mifologiya ilə əlaqələrini göstərməklə yanaşı (yeri gəlmişkən qeyd etmək lazımdır
ki, bu xüsusiyyətlər demək olar ki, bütün epik (bəzən hətta qeyri-epik) səciyyəli,
süjetli ədəbi janrlara xas olan xüsusiyyətdir), roman-epopeya, roman-povest
əlaqələrindən də bəhs etmişdir. Bütün bunları nəzərə alaraq S.Şərifova yazır:
«Roman kifayət qədər qısa bir dövr ərzində (roman janrı tarixinin ölçüləri
baxımından) «böyük ədəbiyyatdan» kənarda qalmış, öz əhəmiyyətinə görə
janrdan dördüncü ədəbi növ (?) olmaq iddiası ilə aparıcı ədəbi janra çevrilmişdi
(kursiv mənimdir – C.N.). Buna baxmayaraq, romanın janr xarakteristikası bu
günə qədər tam aydınlığı ilə müəyyən edilməyib. Təsadüfi deyil ki, biz
ədəbiyyatda povest adlandırılan irihəcmli nəsr əsərləri ilə, bəzən də həcmcə elə
də böyük olmayan və «kiçik roman» kimi tanınan nəsr nümunələri ilə qarşılaşırıq.
Bu roman janrının digər janrlardan fərqləndirən səciyyəsini müəyyən etmə
problemini kəskinləşdirir» (Yenə orada, str. 54). Bu gətirdiyimiz sitatda problem
düzgün qoyulsa da anlaşılmazlıq da var: «dördüncü ədəbi növ» ifadəsi yerinə
düşməyib, kursivlə verdiyimiz «janrdan» «ədəbi janra çevrilmə» nə deməkdir?
Roman janrı bədii ədəbiyyatın digər janrlarından fərqli olaraq daha mürəkkəb və
keşməkeşli bir inkişaf yolu keçmiş, müxtəlif zaman kəsiklərində həyatın və mühitin
ağır sınaqları ilə qarşılaşmış, şəkildən şəklə düşmüş, daim qızğın mübahisələrin
obyektinə çevrilmişdir. Bütün bu qızğın mübahisələrə, ziddiyyətli və çox vaxt
anlaşılmayan münasibətlərə baxmayaraq, roman janrı, elmi-texniki tərəqqinin
buğünkü səviyyəsində belə yenə də ən populyar, ən geniş yayılmış bir ədəbi janr
olaraq qalmaqdadır. Təbii ki, hələ bu gün də, roman yanrı ilə əlaqədar olaraq qızğın
müzakirələr, mübahisələr davam etməkdədir. Məşhur bir ifadə var, «həqiqət
mübahisələr zamanı üzə çıxır». Məhz elə buna görə də romanla əlaqədar
Tənqid və ədəbiyyatşünaslıq
mübahisələrin olması və daim davam etməsi, əslində bu janrın daha da inkişaf
etməsi, təkmilləşməsi və cilalanması yolunda mühüm rol oynayır.
Romanın yaranma tarixi, inkişaf mərhələləri ilə bağlı bədii ədəbiyyatın bu
janrının tədqiqatçılarının fərqli mövqeləri mövcuddur. Roman tədqiqatçılarının bir
qismi bu janrın lap yaxın keçmişdə, yəni Avropa Maarifçiliyi dövründə (XVIII əsr)
yarandığını iddia edir. Bəzi tədqiqatçılar isə «əsl» romanın XIX əsrdə yarandığını
deyir. Bunlarla yanaşı, romanın hələ lap qədim dövrdərdə (antik dövr) mövcud
olduğunu göstərənlər də var. Bundan başqa, roman janrının Orta əsrlər Şərq
ədəbiyyatında (məsələn, Nizami Gəncəvi yaradıcılığında) olduğunu da iddia edən
mütəxəssislər mövcuddur. Əlbəttə, butun bu konsepsiyaları irəli sürən tədqiqatçılar
müəyyən elmi-nəzəri və ədəbi-estetik prinsiplərə əsaslanır. Bununla belə, romanın
genezisi ilə əlaqədar fikir söyləyən bütün tədqiqatçılar bir məsələdə yekdil-
həmrəydir: roman yeni, daha gənc janrdır. Bütün bu sadalanan problemlər hazırkı
tədqiqatın əsas araşdırma obyekti olmadığına görə onların hər birinin üzərində ayrı-
ayrılıqda dayanılmayacaq. Amma, bununla belə, bu araşdırmada son onilliklərin
tədqiqatları nəticəsində əldə edilən elmi ümumiləşdirmələrdən çıxış edərək roman
janrının forma-məzmun, quruluş (stuktur)-semantik, ideya-üslub xüsusiyyətlərinə
və eləcə də tarixi-inkişaf mərhələlərinə görə təsnifatını aparmağa cəhd
Beləliklə, son gəlinən qənaət belədir ki, klassik roman janrı bəsit (ilkin) formada
antik dövrdə Avropada yaranmış, sonrakı inkişaf mərhələlərində daha da cilalana
raq formalaşmış, püxtələşmişdir. Bu baxımdan roman janrının inkişaf mərhələlərini
antik roman, Orta əsrlər romanı (cəngavərlik romanı, alleqorik roman, anonim ro
man, müəllifli roman və s.), intibah romanı, XVII əsrdə klassisizm və barokko ro
manı, XVIII əsrdə Maarifçilik romanı (bu tərkibə sentimental və qotik romanı da da
xil emək olar) və ən nəhayət XIX-XX əsrlərdə yaranmış romantik və realist roman,
yeni naturalist roman və nəhayət son modernist və postmodernist roman bölgülə
rinə ayırmaq olar. Romanın inkişaf təmayülləri və mərhələləri barədə bəhs edən
görkəmli rus alimi M.Baxtin «Epos və roman (Roman tədqiqinin metodologiyası
haqqında» adlı əsərində yazır: «O dövrlərdə ki, roman janrı aparıcı janr olub, onda
xüsusilə maraqlı hadisələrin baş verməsi müşahidə olunmuşdur. Onda bütün
ədəbiyyat demək olar ki, bərpa prosesi və «janr kritisizminə» mübtəla olmuşdu. Bu,
ellinizmin bəzi mərhələlərində, Orta əsrlər və intibah dövründə, xüsusilə də daha
parlaq və güclü şəkildə XVIII əsrin ikinci yarısında özünü daha parlaq şəkildə
göstərmişdir» (Бахтин M. Эпос и роман (О методологии исследования романа),
см.: http://www.gumer.info/bib4otek_Buks/Lherat/bahtin/epos_roman.php, стр. 2 ).
Roman ətrafında mübahisələr. Tarixin elə bir dövrü olmuşdur ki (məsələn XIX
əsrin sonları-XX əsrin ortaları), roman «dəbdən» düşməyə başlamış və geniş
oxucu kütləsinin irihəcmli əsərlər oxumağa «vaxtı və həvəsi olmadığı» üçün daha
«kiçik», mobil roman modelinin tapılması ehtiyacı yaranmışdı. Hətta bu günün
özündə də Qərbdə dünya ədəbiyyatının bir çox məşhur irihəcmli romanların
qısaldılmış, xülasələşdirilmiş variantını (SMS roman, mobil roman və s.) çap edirlər.
Beləliklə, «çoxsaylı roman tipinin inkişafı» (Салида Шарифова. Жанровое смешение
в романе: коммуникативно-социокогнитивный подход, стр. 76) nəticəsində elə
təsəvvür yarana bilər ki, guya dünya ədəbiyyatı tarixində roman janrı sanki «öz
əhəmiyyətini itirməyə», «ölməyə», «məhv olmağa» başlayır. Görkəmli rus şairi
Osip Mandelştam 1922-ci ildə çap etdirdiyi məşhur «Romanın sonu» məqaləsində
yazır: «Fəaliyyət göstərmək, qalib gəlmək, məhv olmaq, sevmək üçün insana
məxsus olan zaman hissi – həmin o zaman hissi ki, Avropa romanının məğzini
təşkil edir, bu, bir daha təkrar edirəm: romanın kompozisiyasının ölçü vahidi – insan
bioqrafiyasıdır» (О.Мандельштам. Конец романа. См.: Собрание сочинений в трех
томах, том второй. Проза. Мюнхен: Международное Литературное
Содружество, 1971, стр. 269). Sonra bu fikrini davam etdirən şair yazır:
«Bioqrafiyasız insan romanın mövzu əsasını təşkil edə bilməz, digər tərəfdən də,
Tənqid və ədəbiyyatşünaslıq
ayrı-ayrı insan taleyini, fabulasını və onu müşayiət edən heç bir şeyi ağıla belə
gətirmək olmaz. Bundan başqa, ruh düşkünlüyünü ifadə edən roman psixoloji
əsaslanmaya maraqda – ustalıqla sığınacaq tapdığı yerdə, artıq özünün məhvini
öncədən hiss etməyə başlayır – saatbasaat psixoloji əsaslanmanın daha qəddar
şəkil aldığı, yaxınlaşmaqda olduğu psixoloji əsaslanmanın qarşısında kökündən
sarsılır və nüfuzdan düşür» (Yenə orada).
Sonra o, yazır: «Müasir poman həm fabuladan, başqa sözlə desək, ona məxsus
olan şəxsiyyət, zamanı daxilində hərəkət edən faktordan, həm də psixologiyadan
məhrum olub, ona görə ki, o, heç bir hərəkəti əsaslandırmır» (Yenə omda).
«Nasirlərin əksəriyyəti romandan tamamilə imtina ediblər, onlar qəzetçilikdən və
günün aktuallığına uymaq qınağından çəkinmədən qeyri-şüuri olaraq xronikalar
yazırlar (Pilnyak, serapinovçular və s.)» (О.Мандельштам. Конец романа.
http://rvb.ru/mandelstam/dvuhtomnik/01text/vol_2/0lprose/0644.htm, cmp.4). Qərbi
Avropa ədəbiyyatşünası L.Fİdler isə romanın «ölməsindən» bəhs edərək yazır:
«Ənənəvi roman. ölüdür, yox o, ölüm yatağında uzanmayıb, o, sadəcə olaraq
ölüdür» (Leslie Fiedler. Das Zeitalter der neuen Literatur. Die Wiedergeburt der
Kritik//Christ und We!t?-1968? 13.09, – P. 10). ABŞ-ın görkəmli ədəbiyyat tənqidçisi
Con Oldric müasir Amerika ədəbiyyatında baş verən bu proseslə əlaqədar yazır:
«1890-cı ildən başlayaraq və təxminən 1940-cı ilə qədər olan ədəbiyyat tarixini
bizdə roman ədəbi formasının yoxolma dövrü adlandırmaq olar. Bununla belə, bu
dövrün ədəbiyyatının sadəcə oxunuşu zamanı görmək olar ki, bəlkə də ən böyük
və hətta ən görkəmli əsərlər elə bu zaman yaranmış, bəlkə də yazıçılar məhz bu
zaman daha fədakarlıqla roman janrının imkanlarının genişlənməsini aşkar etməyə
Bu faktı onunla izah etmək olar: o zaman ki, roman ölməyə məhkum edilmişdi,
o, bir sıra görkəmli yazıçının yaradıcılığında yeni şəkil aldı, o, adi təkhiyə
formasından daha üstün şəklə düşdü, elə bir şəklə ki, o, yalnız yazıçı ilə onun
tərəfdarlarının auditoriyası arasında birbaşa əlaqə yaratmaqdan əlavə həm də
yazıçının öz prinsiplərini oxuculara təlqin etmək imkanı yaratdı» (Джон Олдридж.
После потерянного поколения, М.: “Проггресс”, 1981, стр. 39). T.HÜseynoğlu
haqlı olaraq bu konsepsiyaya qarşı çıxaraq yazır: «XIX əsr fransız və rus
romanlarını xatırlamaq lazım gəlir. O romanları ki, indi də dünyanın ən yaxşı roman
nümunələrini təşkil edir. Məhz bu romanlar dünya polifonik romanlarının sırasında
bizim günlərdə də örnək ola biləcək bir gücə malikdir, öz dəyər və əhəmiyyətini
nəinki saxlamaqdadır, hətta gündən-günə artırmaqdadır. Yəni keçən XX əsrin
ortalarında olduğu kimi, roman artıq Hamletin «Olum, ya ölüm?» sualı qarşısında
qalmayıb. Roman üçün «Olum, ya ölüm?» sualı artıq bir növ qarışıb, keçmişdə
qalıb. Roman janrının yaxşı və yeni nümunələrinin sayı gündən-günə
artmandadir» (Tofiq Hüseynoğlu. Zamandan məkana və ya əksinə. səh. 15).
Romanın inkişafına olan belə bir münasibət çox da uzun çəkmədi, roman janrı
simurğ (feniks) quşu kimi, öz külündən alışaraq yenidən alışıb yandı, yenidən
Roman nədir? (tarxi-metodoloji araşdırma). Roman janrı yaranandan bu
günə kimi çox böyük bir inkişaf yolu keçmiş, müxtəlif dövrlərdə və müxtəlif ictimai-
siyasi və sosial-tarixi şəraitlərdə fərqli formalarda təzahür etmişdir. Roman janrı öz
forma və məzmun xüsusiyyətlərinə görə çox mürəkkəb bir struktura malikdir.
Romanın srukturu, ədəbi sistemi haqqında olan mövcud elmi ədəbiyyatda bu janrın
konkret forma və məzmun paradiqmaları hələ də tam olaraq müəyyən
edilməmişdir. Məhz elə buna görə də roman janrı ilə əlaqədar təqdim olunun
konsepsiyalarda müəyyən anlaşılmazlıqlar özünü göstərməkdədir.
Bəzən həm Şərq, həm də Qərb Orta əsrlər ədəbiyyatlarında olan bir çox epik
dastanları, poemaları da poman janrına aid edirlər. Azərbaycan romanının tanınmış
tədqiqatçısı professor Himalay Ənvəroğlu görkəmli rus tədqiqatçılarının bu sahədə
olan fikirlərinə istinad edərək, Orta əsrlər Yaxın Şərq (ərəb, fars və türk)”
Tənqid və ədəbiyyatşünaslıq
poemalarının roman janrı olması tezisi ilə razılaşmışdır (Bax: Himalay Ənvəroğlu.
Azərbaycan romanının inkişaf problemləri, Bakı: “Nurlan”, 2008, səh.: 36-51).
Roman janrının adının generaziasiyası ilkin olaraq Orta əsrlərdə Qərb
dünyasında yaranmışdır. Məlum olduğu kimi, Orta əsrlərdə Qərbi Avropa
ədəbiyyatında (həm şifahi, həm də yazılı) bir sıra süjetli kiçik həcmli həm poetik,
həm də nəsrlə əsərlər yaranmışdır. Orta əsrlər Avropa ədəbiyyatının bu tipli süjetli
əsərləri sırasına novellinoları, foblioları, şvankları, fasetiləri və s. daxil etmək olar.
Həmin dövrdə, demək olar ki, bütün süjetli əsərlər poetik formalı novellino janrının
adından götürülən novella adı ilə adlandırılmışdı. Novellinolarla yanaşı, bu tirli
süjetli əsərlərin sırasına poetik formalı ballada və romanserolar da daxil idi və
müəyyən müddətdən sonra Avropa ədəbiyyatında qismən daha böyük həcmli,
çoxşaxəli, mürəkkəb süjetli əsərlərin adları roman, qismən kiçik məhdud süjetli
əsərlərin adları isə novella kimi sabitləşmişdir.
Bu prinsipə əsaslanaraq, bəzi tədqiqatçılar hətta F.Ə.Gürganinin «Vis və
Ramin»ini, Ə.Firdovsinin «Şahnamə»sini, N. Gəncəvinin «Xəmsə»sini,
X.Şİrvaninin «Mədain xərabələri» və «Töhfətul Iraqeyn» poemalarını, C.Ruminin
«Məsnəviye-mənəvi»sini, M.Füzulinin epik əsərlərini, Ş.Rustavelinin «Pələng
dərisi geyinmiş pəhləvan»ını, «Tristan və izolda»nı, «Okassen və Nikolet»i, «Fluar
və B!anşeflor»u və s. bu qəbildən olan bir çox əsəri də roman janrının nümunəsi
hesab edənlər var. Orta əsrlərin həm Şərq, həm də Qərb ədəbiyyatlarında olan bu
tipli epik əsərlərin (poema, dastan və s.) roman adlandırılmasını görkəmli roman
ustası T.Mann belə əsaslandırır: «Şübhə yoxdur ki, müdriklik və al-əlvanlıqla dolu
olan fars (kursiv müəllifindir – C.N.) romam epik formanın tənəzzülünün bir nəticəsi
kimi yalnız Nizami və Firdovsi kimi klassiklərin epik əsərlindən sonra meydana
gəldi; amma bunlarla yanaşı, «Dekameron»dan və Bandellonun novellalarından
əvvəl meydana gələn iki yüz əlli erotik silsilə hekayələrdən ibarət olan
«Tutuquşunun nağılları» yaranmışdır» (Томас Манн. Искусство романа, Собрание
сочинений в десяти томах, том десятый. Статьи, М.: Государственное
издательство “Художественная литература “, 1961, стр. 275).
Fabula və süjet faktoruna aludə olaraq bütün epik səciyyəli əsərləri əlbəttə ki,
roman adlandırmaq düzgün deyil. Hətta bəzi tədqiqatçılar bir qədər də irəli
gedərək, antik dövrün məşhur alimləri Herodotun, Fukididin, T.Lİvinin, Plutarxın
tarix əsərlərini, hətta Strabonun «Coğrafiya»sını, ayrı-ayrı səyahətnamələri belə
roman adlandırırlar. Əlbəttə, bütün bu tədqiqatçıların fikirlərinə hörmətlə
yanaşaraq, bildirmək istəyirik ki, bütün süjetli və ya süjetsiz bədii əsərlərin hamısını
roman adlaqdırmaq düzgün deyil. Xüsusilə də antik dövrün tarix (elmi) əsərlərini.
Məlum faktdır ki, qədim dövrdə elmin müxtəlif sahələri ilə məşğul olan mütəfəkkirlər
öz elmi əsərlərinin oxunaqlı, daha anlaşıqlı olması, populyarlaşması naminə poetik
ədəbi üslubdan və digər bədii təsvir vasitələrindən istifadə edirdilər. Bu ənənə və
tendensiya həm Şərq, həm də Qərb elminə xas olan xüsusiyyət idi. Roman janrı ilə
əlaqədar hökm sürən terminoloji qarışıqlığa və bəzi anlaşılmazlıqlara aydınlıq
gətirmək üçün romanın əsl məğzinin dərk edilməsi vacibdir.
Məşhur fransız alimi Rolan Bart 1965-ci ildə çap etdirdiyi «Dram, poema,
roman» məqaləsində A.Dantenin tərcüməçisi (1841) Ş. Deleklyuza istinad edir və
göstərir ki, Dantenin «Yeni həyat» əsəri «qəribə əsərdir, ona görə ki, onda eyni
zamanda üç müxtəlif forma (xatirələr, roman və poema) istifadə olunub» (Ролан
Барт. “Драма, поэма, роман”, См. в кн.: Называть вещи своими именами.
Программные вступления мастеров западно-европейской литературы XX века,
М.: Издательство “Прогресс”, 1986, стр. 134-135). Bu mövqedən çıxış edən
R.Bart sonra yazır: «Bununla belə, Dramda şəxsiyyəti bizim qarşımıza çıxa biləcək
hətta elə bir Beatriçe də yoxdur: burada həm bizim şüurumuz, həm də bizim
hisslərimiz tam olaraq öz-özlüyündə roman müəmmasına cəlb edilmiş olur – ona
görə ki, Dram roman janrının sitatlar toplusundan başqa bir şey deyil» (Yenə
orada). Deleklyuzun bu mövqeyi ilə razılaşmayan R.Bart fikrinə davam edərək
Tənqid və ədəbiyyatşünaslıq
yazır: «. əslində, roman elə bir geniş təhkiyə formasının tarixi növlərindən biridir
ki, buraya onunla birgə əsatir, nağıl və epopeya da daxildir. » (Yenə orada).
Yeri gəlmişkən, görkəmli Azərbaycan dramaturqu və mütəfəkkir yazıçısı
M.F.Axundzadə hələ XIX əsrin ortalarında dramla romanın özünəməxsus
bağlılığından bəhs etmişdir. H.Ənvəroğlu bu barədə yazır: «Məlum olduğu kimi,
vaxtilə M.F.Axundzadə romanı dramaturgiyanın bir növü hesab emişdir» (Himalay
Ənvəroğlu. Göstərilən əsəri, səh. 127.). Ədəbi növ, janr məsələlərini araşdırarkən
M.F.Axundzadə yazırdı: «. bu gün millət üçün faydalı və oxucuların zövqü üçün
rəğbətli olan əsər drama və romandır. Roman da drama fənninin bir qismidir ki,
izahı uzun şərhə möhtacdır» (M.F. Axundov. Seçilmiş əsərləri, 3 cilddə, 3-cü cild,
Bakı: Azərnəşr, 1989, səh. 115).
Təsadüfi deyil ki, XX əsrin bir sıra görkəmli mürəfəkkir yazıçısı özlərinin
ədəbiyyat haqqında araşdırmalarında tez-tez «ədəbiyyat nədir», «roman nədir»
suallarını vermiş bu suallara qanedici cavab axğarmağa çalışmışdır. Nobel
mükafatı laureatı, məşhur fransız filosofu və yazıçısı J.-P.Sartr əvvəlcə «Ədəbiyyat
nədir» (Жан-Поль Сартр. Что такое литература, С.-Пб.: Издательства
“АЛЕТЕЙЯ”, 2000; Идиот в семье. Густав Флобер от 1821 до 1857, С.-Пб.:
Издательства “АЛЕТЕЙЯ”, 1998), sonra isə irihəcmli «Ailədə səfeh. Qustav
Flober 1821-dən 1857-yə qədər», alman yazıçısı, Tomas Mann isə «Roman
sənəti» (Томас Манн. Искусство романа, Собрание сочинений в десяти томах,
том десятый, стр. 272-287) əsərlərini yazmışlar. Bundan başqa, bu əsrin görkəmli
roman ustaları V.Vulf, («Müasir ədəbi nəsr»), C.Qolsuorsi («Romançının inancı»),
R.Bart («Dram, poema, roman») və bir çox digər adlı-sanlı yazıçılar da bu suallara
cavab axtarıblar (Называть вещи своими именами. Программные вступления
мастеров западно-европейской литературы XX века, Издательство “Прогресс”,
«Roman sənəti» məqaləsində Tomas Mann roman janrının bir sıra aktual
aspektlərinə nəzər salmış, mütəfəkkir bir yazıçı müdrikliyi ilə bu sahədə qiymətli
fikirlər söyləmişdir. Qədim dövrün romanlardan bəhs edən yazıçı Qədim Misir
ədəbiyyatının nümunəsi olan «Sinuxetin macərası», «iki qardaş haqqında povest»
əsərlərini bu janrın nümunələri adlandırmaqla yanaşı, Qədim Roma yazıçısı
Apuleyin «Qızıl eşşək» («Metamorfoza») romanı haqqında yazır: «Tərkibinə Amur
və Psixeya haqqında məftunedici novellanın da daxil olduğu Apuleyin «Qızıl
eşşəyi» dünya ədəbiyyatında ən parlaq romanlar sırasına daxildir» (Томас Манн.
Искусство романа, стр. 274-275).
Roman haqqında düşüncələrini davam etdirən bu yazıçı fars və Azərbaycan
ədəbiyyatının nümayəndəsi olan Firdovsi və Nizami haqqında da maraqlı fikirlər
söyləmişdir. T.Mann yazır: «Bəs görək roman nədir, bu anlayışı necə müəyyən
edək? İngilis dilində hamı tərəfindən qəbul edilmiş «novel», «fiction», bəzən
«romanse» kimi səslənən, alman dilində – «Roman», fransız dilində – «roman»,
italyan dilində – «romanzo» kimi səslənən bu ad, bu istilah haradan yaranıb? ilkin
olaraq o, roman xalqlarının birinin ana dilində yaradılmış təkhiyə əsəri anlayışını
vermişdir. «İlahi komediya» bu mənaya daxil olur: latın dilində «linqua parlata»
(Linqua parlata – danışıq dili (ital.)) yazılmış bu poema xalq üçün əlçatandır, elə
məhz ona görə də o, Orta əsrlərə deyil, yeni dövrə daxil olur; müasir italyan dilinin
mənbəyi olan bu dini epos sözün tam mənasında «romanzo», roman anlayışına
uyğun gəlir» (Томас Манн. Искусство романа, стр. 275). T.Mann «eposun
dahisi» (seçdirmə müəllifindir – C.N.) adlandırğı romanı ilə əlaqədar olaraq verdiyi
– «roman nədir?» sualını konkret olaraq belə cavablandırır: «Bu – qüdrətli və
möhtəşəm ruh, geniş əhatəli (hər şeyi əhatə edən), həyatın özü kimi zəngin,
yeknəsək şəkildə uğuldayan dəniz kimi ucsuz-bucaqsız, eyni zamanda əzəmətli və
dəqiq, ahəngdar və dərrakəlidir; o, tək-tək təsadüf edilən detallarla, ayrı-ayrı
epizodlarla kifayətlənə bilməz, ona özünün çoxsaylı epizodları və təfərrüartları olan
tamlıq faktoru lazımdır və sanki bütün bu epizodlar və bəlli təfsilatlar onun üçün
xüsusi əhəmiyyət kəsb edir və o, fədakarlıqla onların üzərində dayanır»
orada, səh, 276).
Roman sənəti öz məzmun və forma tərkibinə görə nə qədər mürəkkəb bir bədii
yaradıcılıq hadisəsidirsə, bir o qədər də mütəhərrik və dinamik ədəbi janrdır. Belə
ki, artıq deyildiyi kimi, hələ antik dövrdə yaranmağa başlayan roman janrı, bütün
sonrakı inkişaf dövrlərində də getdikcə cilalanmış, formalaşmış və dəyişmişdir.
Roman, bəlkə də yeganə bədii yaradıcılıq nümunəsidir ki, o, yarandığı bütün
dövrlərin tələbləri ilə səsləşmiş, yeni-yeni formalara düşmüş, həmişə də modernist
(yenilikçi) səciyyə daşımışdır. Bütün dövrlərin «öz postmodernizimi» olduğu kimi,
həm də öz avanqarizmi (modernzmi) və modern romanı (U.Eko) (Умберто Эко.
Заметки на полях “Имени розы”, С.Пб.: “СИМПОСИУМ”, 2005, стр. 75-76)
olmuşdur. Beləliklə, yeniliyə can atmaq, yeni ifadə formaları və təfəkkür tərzi
nümayiş etdirmək cəhdləri roman janrına xas olan, onu digər ədəbi janrlardan
fərqləndirən başlıca xüsusiyyətləridən biridir.
Bu gün dünya ədəbiyyatında roman janrının çoxsaylı istiqaməti, növü, forması
mövcuddur. Rus alimi L.N.Tselkova «Müasir roman» adlı tədqiqatında roman
janrının təsnifatı ilə əlaqədar yazır: «Romanın janr tiplərini müəyyənləşdirmək
həmişə mürəkkəb və hətta qarışıq iş olmuşdur. İndiyə qədər romanın janr
tipologiyasını əsaslandıran əsas prinsip ortada yoxdur. Məzmun janr təsnifatının
prinsipi ola bilər» (Л.Н. Целкова. Современный роман, M.: “Знание”, 1987, стр 4).
Sonra о, fikrinə davam edərək bu janrın məzmuna və janr fomalarına görə növ və
formalararını göstərir və belə bir nəticəyə gəlir: «. roman janrı ilə bağlı istənilən
təsnifat, istənilən janr müəyyənliyi bu və ya digər dərəcədə şərti olacaq» (Yenə
orada, səh. 5). Mövcud roman təcrübəsindən çıxış edərək bu janrın təsnifatını və
generaziasiyasını aşağıdakı kimi göstərmək olar:
i – dövrlərə görə
a) antik roman, b) Orta əsrlər romanı, c) intibah romanı, d) XVII əsr romanı e)
XVIII əsr romanı, f) XIX əsr romanı, g) XX əsr romanı;
II – ədəbi cərəyanlara görə
a) dini-sxolastik roman, b) intibah dövrünün klassik romanı, c) klissisizm və
barokko (marinizm) romanı, e) maarifçi və sentimentalist roman, d) önromantizm
(qotik) romanı, f) romantizm romanı, g) tənqidi realizmin klassik (ilkin) dövrü
romanı, h) XIX əsrin sonları – XX əsrin əvvələləri neorommantizm, modernizm
romanı, i) tənqidi realizmin yeni mərhələsinin romanı, j) sosialist realizmi romanı, k)
modernist (şüur axını, ekspressionist, sürrealist, ekzistensialist), roman, I)
postmodernist və post-postmodnrnist (postkolonial, intelektual, professor və
fentezi) roman, maqik realizm romanı;
III – İdeya-məzmün xüsusiyyətlərinə görə
a) əxlaqi-etik, b) macəra, c) cəngavər (kurtuaz), d) alleqorik, e) satirik-
yumoristik, h) fəlsəfi, i) ictimai-siyasi, j) sosial, k) epistolyar, i) tarixi, m) psixoloji, n)
detektiv, p) elmi-fantastik roman;
IV – həcminə görə
a) kiçik roman (roman-povest), b) böyük roman, c) silsilə roman, d) roman-
epopeya, e) davam edən roman;
V – istiqamətlərinə görə
a) mifoloji roman, b) folklorik roman, c) ailə-məişət romanı, d) fəlsəfi roman, e)
fəhlə həyatından roman, h) roman-bioqrafiya, i) kənd həyatı romanı, m) detal
romanı, n) epistolyar roman, p) sənədli roman;
Romanların təsnifatını aparan zaman bir cəhətə də xüsusi diqqət yetirmək
lazımdır. Bu, artıq dünya ədəbiyyatında birmənalı şəkildə qəbul olunmuş romanın
iki tipinin olmasıdır: keçmiş (klassik) və yeni, müasir (modenist) roman. Digər bir
rus tədqiqatçısı N.S.Leytes «insan və dünya münasibətlərindəki gerçəkliyi və
müəllif mövqeyi ilə varlığın münasibətlərinin ifadə üsullarını» (Təyyar Salamoğlu.
Miiasir Azərbaycan romanının poetikası, Bakı: “Elm”, 2005, səh. 109) əks etdirən
176_____________________________________ Tənqid və ədəbiyyatşünaslıq
Tənqid və ədəbiyyatşünaslıq
romanı iki tipə ayırmağa təklif edir: birbaşa təsvir üsulu ilə yaranan romanlar və
dolayı təsvir üsulu ilə yaranan romanlar (Н.С.Лейтес. Происхождение романа,
Пермь: Пермский государственный университет, 1985, стр. 70-72).
Təbii ki, bütün bu bölgülər roman janrının növ çalarlarını tam əhatə edə bilməz,
müəyyən qədər L.N.Tselkovanın da qeyd etdiyi kimi, «şərti səciyyə» daşıyır və
hətta bir qədər mübahisə də doğura bilər. Burada ayrı-ayrılıqda verilmiş roman
növləri bəzən bir-birinin içərisində ola bilər ki, onları bir-birindən ayırmaq çox vaxt
qeyri-mükün olur (realizm-modernizim,
modernizm-realizm və s.) Bundan baqşa, janr generalizasiyası ilə bağlı da bəzi
mübahisəli məqamlar mövcuddur: məsələn, povest və roman bölgüsü tam dəqiq
olmaya bilər. Rus tədqiqatçısı A.Zveryev «Amerika povestləri» toplusuna yazdığı
«Dörd rakursda» adlı ön sözündə bu problemlə bağlı yazır: «İngilis leksikonunda
«povest» anlayışı yoxdur, onu buna bənzər olan sözlər əvəz edir: «qısa roman»,
yaxud «tarix», yaxud «pritça». Novella ilə epikanın haradasa arasındakı kəsişmədə
meydana gələn nəsrin janrının müəyyən edilməsinin çətinliyi açıq-aşkardır»
(А.Зверев. В четырех ракурсах, см. в ки.: Американские повести: Сборник, М.:
Радуга, 1990, стр.5). A.Zveryev bu fikrini belə yekunlaşdırır: «Əlbəttə, povestin
romandan ayırmasının çox çətin olması halları tez-tez olur» (Yena orada).
Göstərilən bu roman növləri daha çox və əsasən Qərbi Avropa, Afrika (CAR) və
Amerika (ABŞ və Latın Amerikası) ədəbiyyatlarında geniş yayılsa da, Şərq (Yaxın
və Uzaq Şərq) ölkələrində də kafayət qədər özünü göstərməmişdir.
Həm Asiya, həm də Avropa (Şərq-Qərb) ədəbiyyatları sırasına daxil olan
Azərbaycan ədəbiyyatında bədii nəsr, eləcə də klassik roman janrı Qərb
ədəbiyyatları ilə müqayisədə xeyli gec yaranmağa başlamasına baxmayaraq, qısa bir
zaman kəsiyində böyük bir inkişıf yolu keçmişdir. Doğrudur, yuxarıda göstərilən
roman növlərinin hamısı Azərbaycan ədəbiyyatında müşahidə olunmur, amma
formalaşmağa başladığı dövrdən etibarən və bütün sonrakı inkişaf mərhələlərində bu
janrın bir sıra nümunəsi milli ədəbiyyatımızda yaranmışdır. Azərbaycan
ədəbiyyatında müəyyən bir dövr ərzində (xüsusilə də sovet hakimiyyəti illərində)
dünya ədəbiyyatının müəyyən istiqamətləri lazımi səviyyədə inkişaf etməmişdir.
Sosializm realizmi «metodu» buxovu əksər sovet ədəbiyyatlarında olduğu kimi,
Azərbaycan ədəbiyyatının da tam dolğunluğu ilə inkişaf etməsinə imkan verməmişdir
(məsələn, modernist ədəbiyyat (roman) mürtəce istiqamət sayılmışdır. Əlbəttə, sovet
dövrü milli ədəbiyyatımızın üstündən xətt çəkmək də düzgün olmazdı. Belə ki, bu
dövrdə Azərbaycan ədəbiyyatının bir sıra korifeyi yazıçısı yetişmiş, sosialist realizmi
hakim olduğu müddətdə dramaturgiya (C.Cabbarlı, H.Cavid, S.Rəhman), poeziya
(M.Müşfiq, S.Vurğun, R.Rza, S.Rüstəm, M.Rahim) və nəsr (C.Məmmədquluzadə,
Ə.Haqverdiyev (sovet dovrü yaradıcılığı), Y.V.Çəmənzəminli, M.S.Ordubadi,
S.Rəhimov, M.İbrahimov, M.Hüseyn, Mir Cəlal, Ə.Vəliyev, Ə.Ələkbərzadə
(Əbülhəsən), i.Əfəndiyev, İ.Hüseynov (Muğanna), i. Şıxlı, B.Bayramov) sahələrində
ustad sənətkarlarımız qiymətli əsərlər yazmışlar. Ədəbi tənqid, folklorşünaslıq və
ədəbiyyatşünaslıq elmimiz də (S.Mümtaz, M.Rəfili, H.Araslı, M.A.Dadaşzadə,
Ə.Sultanlı, C.Xəndan, M.C.Paşayev, Ə.Ağayev, M.H.Təhmasib, A.Zamanov,
M.Cəfər, Ə.Mİrəhmədov, P.Xəlilov, B.Nəbiyev, Y.Qarayev və s.) formalaşmış və
kifayət qədər yaxşı inkişaf etmişdir. Bu dövrdə Azərbaycanda rəssamlıq
(S.Bəhlulzadə, T.Salahov, M.Abdullayev, T.Nərimanbəyov), müsiqi – bəstəkarlıq,
ifaçılıq, (Ü.Hacıbəyov, M.Maqomayev, Q.Qarayev, F.Əmirov, Bülbül, R.Behbudov,
A.Məlikov, T.Quliyev), teatr (Ü.Rəcəb, A.M.Şərifzadə, Ə.Ələkbərov), memarlıq
M.Rzayeva və s.) sahələri də kifayət qədər yüksək səviyyədə inkişaf etmişdir.
Azərbaycan roman ənənəsi də bədii yaradıcılığın və incəsənətin bütün sahələri
kimi yeni yaradıcılıq formasıdır. Yuxarıda da deyildiyi kimi, bəzən Azərbaycan
romanının yaranma tarixini XI-XII əsrləri aid edərək, onu Xaqani və Nizaminin
yaradıcılığından başlayır, Füzulinin bəzi epik əsərlərini roman hesab edir, hətta
T ənqid və ədəbiyyatşünaslıq
M.F.Axundzadənin «Kəmalüddövlə məktubları»nı roman (fəlsəfi roman) janrının
nümunələri sayırlar. Əslində isə, roman janrının bütün parametrlərinə cavab verən,
«əsl», «xalis» Azərbaycan romanı XIX əsrin sonları – XX əsrin əvvəllərində
yaranmışdır və bu janrın ilk parlaq nümunələrini Marağayi, Talıbov,
Y.V.Çəmənzəminli və M.S.Ordubadi yaratmışlar.
Maraqlı faktlardan biri də budur ki, Azərbaycanda roman janrının ilk nümunələri
tarixi roman növündə yaranmışdır. Bu, ilk növbədə, keçən yüzilin əvvəllərində
Azərbaycanda baş verən mürəkkəb ictimai-siyasi hadisələrin zənginliyi və
intensivliyi ilə izah oluna bilər. Belə ki, Azərbaycanda milli özünüdərk, mədəni
dirçəliş prosesi genişlənməyə başlayanda, milli burjuaziya formalaşanda kapitalist
üsul-idarəsi genişlənənir, çar Rusiyasının müstəmləkəsi olan vətənimizdə milli
mətbuat, teatr, milli musiqi, memarlıq Qərb modelində fomlaşmağa başlayır. Bu
dövrdə Şərqdə ilk olaraq Azərbaycan Demokratik Cümhuriyyəti yaranır. Amma,
əfsuslar olsun ki, bu müstəqilliyimiz uzun sürə bilmir, iyirmi üç aydan sonra işğalçı
sovet ordusu Azərbaycana soxulur, milli dövlətimizi məhv edərək, onun yerində
Azərbaycan Sovet Respublikası yaradır. Sovet hakimiyyətinin ilk illərində
Azərbaycanın mədəniyyəti və ədəbiyyatı hələ köhnə mənəviyyat və mədəniyyət
ehtiyatları sayəsində öz inkişafını davam edtdirir, amma tezliklə bu dövrün ən
görkəmli ədəbiyyat və incəsənət adamları sovet siyasi repressiyasının qurbanı olur,
xalqımızın yüzlərlə görkəmli ziyalısı (millətin qaymaqlan) sovet siyasi maşınının
qurbanı olmur. Belə bir güclü və qorxulu təzyiqə baxmayaraq, yenə də bütün sovet
məkanında olduğu kimi, Azərbaycanda da əsl sənət, yüksək yaradıcılıq kriteriyaları
ölməmiş, ən sərt siyasi rejim şəraitində belə bəzən açıq-aşkar, bəzən də üstüörtülü
C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, H.Cavid, M.Müşviq, S.Vurğun, R.Rza və
Sovet siyasi rejiminin neqativ cəhətləri həddindən artıq çox olmuşdur. Bununla
belə, onu də danmaq olmaz ki, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının
inkişafında, onun qabaqcıl Avropa, rus mədəniyyətlərinə inteqrasiya etməsində bu
dövrün böyük rolu da olmuşdur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, rus
dili vasitəsilə Azərbaycan ziyalıları və sənətkarları dünya mədəniyyətinə
qovuşmaq, dünyada baş verən mədəni və ədəbi proseslərlə qismən də olsa
yaxından tanış olmaq imkanları əldə etmişlər. Təcrid olunmuş xalq və mədəniyyət
(ədəbiyyat) yoxdur və ola da bilməz. Hətta uzun müddət dünyanın böyük bir
hissəsindən (Avropadan və Yaxın və Orta Şərqdən) təcrid olunmuş bir sıra Uzaq
Şərq ölkələri (Yaponiya, Koreya və s.) uzun müddət yeni tipli yüksək sənət əsərləri
yarada bilməmiş, yalnız Qərbə açılan pəncərə sayəsində sürətli inkişaf yolu
keçmişlər. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının XIX əsrin ortalarından
başlayaraq, xüsusilə XX əsrin əvvəllərindən etibarən, müasir ifadə ilə desək,
Qərbə inteqrasiya etməsi, qloballaşmağa başlaması nəticəsində milli mədəniyyət
və ədəbiyyatımız xeyli inkişaf etmişdir. Azərbaycan mədəniyyətinin və
ədəbiyyatının, eləcə də Azərbaycan romanının inkişaf etməsində Qərb və rus
ədəbiyyatının rolunu inkar etmək olmaz. Bu barədə bəhs edən professor T.
Hüseynoğlu yazır: «Bu gün romançıların (Azərbaycan romançıları nəzərdə tutulur-
C.N.) içərisində istedadlı və təcrübəlilər çox olduğu kimi, yaxşı bir hal olaraq bizdə
də gənc adlandırıla biləcək, savadlı qələm sahibləri az deyil. Azərbaycan
romançılığı inkişafının gələcəyi barədə nikbin fikirlər doğurur. Bu bir də onunla
əlaqədardır ki, yazıçılarımız yaradıcılıq dünyasına xüsusi hazırlıqla, dünya romanı
tarxini və təcrübəsini mənimsəyərək daxil olmağa çalışırlar» (Tofiq Hüseynoğlu.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
QƏDİM ŞƏRQ ƏDƏBİYYATI TARİXİNƏ DAİR QİYMƏTLİ DƏRS VƏSAİTİ
Respublikamızda dünya ədəbiyyatının tanınmış tədqiqatçılarından olan filologiya elmləri doktoru, professor Cəlil Nağıyevin uzun illər apardığı yaradıcılıq axtarışlarının məhsulu olan “Qədim Şərq ədəbiyyatı tarixi” kitabı “Nurlan” nəşriyyat- poliqrafiya müəssisəsində nəfis tərtibatda çap edilmişdir.
Məlum siyasi və ideoloji səbəblər üzündən ali məktəblərimizdə uzun illər Şərq ədəbiyyatının tədris edilmədiyini, hazırda buna böyük ehtiyac oluğunu nəzərə alan Təhsil Nazirliyinin qərarı ilə dərs vəsaiti kimi nəşr edilən bu kitabı mütəxəssislər yüksək qiymətləndirmişlər. Kitab ölkəmizdə Qədim Şərq ədəbiyyatı üzrə ilk ümumiləşdirici əsər kimi ədəbiyyatşünaslığımızın uğuru kimi dəyərləndirilir. Dərslikdə arxeoloji tapıntılardan, təsviri sənət əsərlərindən, dini-mifoloji materiallardan geniş istifadə edən müəllif cəmiyyətdə bədii yaradıcılığın yaranması və inkişaf yolunu izləyir, onun əsas funksiyalarını üzə çıxarır, oxucularına şumer-akkad, Misir, Orta Şərq və Anadolu, İran, yəhudi, hind, Çin ədəbiyyatları haqqında yığcam və maraqlı oçerklər təqdim edir.
Kitabda qədim insanların ibtidai incəsənəti, ilk dini dünyagörüşləri, Qədim Şərq ədəbiyyatına daxil olan qəhrəmanlıq dastanları, lirika, dramaturgiya, şifahi xalq ədəbiyyatının nümunələri və elmlər araşdırılmış, müxtəlif dinlərin kitabları öyrənilərək, onların ədəbi-bədii xarakteri müəyyən edilmiş, dünya ədəbiyyatındakı mövqeyi müəyyənləşdirilmişdir.
Giriş və 10 bölmə və mündəricatdan ibarət bu dərslik ali məktəb tələbələri, bakalavr və magistrlər, aspirantlar, Qədim Şərq mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitabın redaktorları AMEA-nın müxbir üzvü, BDU-nun professoru Vasim Məmmədəliyev və dosent Mirheydər Mirzəyev, rəyçiləri professor Abdulla Abbasov və dosent Ağasən Bədəlzadədir. M.Mirzəyev kitaba “Ulu Şərq, müdrik Şərq” sərlövhəli geniş ön söz əvəzi yazmışdır.
Azərbaycan mədəniyyətinin inkişaf xüsusiyyətləri və dinamikası
Azərbaycan coğrafi-siyasi mövqeyinə görə tarix boyu müxtəlif sivilizasiyaların qovşağında olmuş, istər qərbin, istərsə də şərqin çox güclü təsirini daim öz üzərində hiss etmişdir. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyəti Azərbaycan coğrafiyasına bağlı olmaqla yanaşı, həm də universal və regional mədəni differensasiyaların məhsuludur.
Müasir Azərbaycan mədəniyyəti ümümbəşəri mədəni dəyərlər sisteminin tərkib hissəsidir və bütün xüsusiyyətləri, səciyyəvi inkişaf tarixi, rəngarəngliyi ilə bu sistemdəki qarşılıqlı təsir prosesindən bəhrələnməklə bərabər, lokal, coğrafi və landşaft xüsusiyyətləri ilə etnogenetik və etnososial inkişafın tarixi təkamül mərhələlərinin vəhdətindən doğulmuş spesifik xüsusiyyətlərə malikdir. Azərbaycan coğrafiyasında mövcud olmuş türk etnosunun inkişaf fazaları ilə üzvi vəhdətdə formalaşan Azərbaycan mədəniyyəti monolit, daxilən vahid prosesdir və müasir Azərbaycanlıların etnosdan millətə çevrilmə prosesinin bütün tarixi mərhələlərini özündə cəmləşdirərək, milli etnik xarakterin, mentalitetin yaradilmasinda etno-sosio-mədəni bazis rolu oynayır və Azərbayacan dövlətçiliyinin mahiyyətində əks olunur. Azərbaycan mədəniyyətinin ilk inkişaf dövrü və formalaşması mərhələsi avtoxton proto-türk etnosların (subartu, lulu, quti, turuk, kuman, az, kəngər, zəngi, kassi, sak) adı ilə bağlıdır. Türk xalaqlarından biri kimi Azərbaycanlılar Türk dünyasında baş vermiş universal cəciyyəli mədəni-tarixi hadisələrin mərkəzində duraraq, ümüumtürk mədəniyyətinin formalaşmasında böyük tarixi rol oynamaqla bərabər, həm də avtoxton türklərin vətəni kimi özünəməxsus etnoqrafik, etnokulturoloji, etnopsixoloji sərhədləri olan “yerli” regional xüsusiyyətlərə malikdir. Azərbaycan mədəniyyəti türk mədəniyyətidir və türk mədəniyyəti tarixinin formalaşmasında tarixi rolu böyükdür. Azərbaycan nəinki coğrafi, habelə mədəni-tarixi baxımdan Şərq ölkəsidir və azərbaycanlılar qonşu olduqları xalqlarla çoxəsrlik qarşılıqlı mədəni-tarixi təsir prosesində olublar və bu təsir və əlaqələr Azərbaycan mədəniyyətinin xarakterində öz əksini tapıb. Azərbaycan mədəniyyəti türk, şərq və müsəlman mədəni dəyərlərinə və Azərbaycan ərazisinə möhkəm bağlılığı ilə səciyyələnən etnik milli mədəniyyət formasıdır. Türk Təktanrılıq, Zərdüştlük və Xristianlıq, İslam dünyagörüşü Azərbaycan mədəniyyətinin etnogenetik inkişafında və yaradıcılıq ideallarında, mədəniyyət sisteminin təşəkkülündə müəyyən rol oynamışdır (13, s 86). Azərbaycan mədəniyyətinin xarakterik cizgiləri və spesifik xüsusiyyətlərini müəyyənləşdirərkən Azərbaycan mədəniyyətinin inkişaf tarixini ayrı-ayrı tarixi mərhələlərə bölmək zərurəti yaranır. Bu mərhələlər arasında tarixi varislik əlaqələrinin olması ilə bərabər, eyni zamanda hər mərhələnin özünəməxsus inkişaf xüsusiyyətləri və keyfiyyət fərqləri vardır. Azərbaycan mədəniyyətinin əsas inkişaf mərhələlərini İslamaqədərki Azərbaycan mədəniyyəti, İslamın qəbulundan sonra – Rusiya imperiyasının işğalına qədərki Azərbaycan mədəniyyəti, Rusiya işgalı dövründəki Azərbaycan mədəniyyəti, Müstəqil Azərbaycan mədəniyyəti kimi qruplaşdırmaq mümkündür.
Azərbaycan insanəmələgəlmə prosesinin və həmçinin ilk sinfli cəmiyyətlərin yarandığı coğrafiyalardan biridir. Azərbaycanın qədim mədəniyyət ocağı olması obyektiv tarixi həqiqətdir. Mədəniyyət insanın yaranması ilə meydana gələn və cəmiyyətin inkişafını daim müşayiət edən tarixi kateqoriyadır. Azərbaycan mədəniyyəti öz inkişafında keyfiyyətcə bir-birindən fərqnənən mühüm mərhələlər keçmişdir. “Azıx, Tağlar, Daşsalahlı, Damcılı abidələrində aparılmış arxeoloji tədqiqat işləri Azərbaycan ərazisində ilk maddi-mədəniyyət faktlarının aşkar olunmasına, tarixin qədim dövrünün zəngin mədəniyyəti haqqında aydın təsəvvür yaradılmasına səbəb olmuşdur. Azərbaycanda orta və yeni daş dövrlərinə dair mədəniyyətin qalıqları Qobustanda aşkar edilmişdir. Qobustanda təxminən 1000-ə yaxın Abşeron suxurlu əhəng daşları üzərində 3500-dən çox müxtəlif ölçülü, müxtəlif mövzulu rəsmlər qeydə alınmışdır”(4, s 34 ). Azərbaycanda Tunc dövrü abidələrini «Kür-Araz mədəniyyəti» adı ilə qeyd edirlər. Tunc dövrünün son mərhələsi və dəmir dövrünə aid olan mədəniyyəti arxeoloji ədəbiyyatda 3 müstəqil qrupa bölünürlər:1. Xocalı-Gədəbəy mədəniyyəti; 2. Qızıl-Vəng mədəniyyəti; 3 Muğan mədəniyyəti.
İslama qədərki Azərbaycan mədəniyyəti: Azərbaycanın da daxil olduğu qədim Yaxın və Orta Şərq cografiyası İslama qədərki tarixi inkişaf prosesində etnik miqrasiya və demoqrafik yerdeyişmələr, imperiyalaşma və hərbi-siyasi işgallar əsasında dörd mədəniyyət dairəsinə daxil olmuşdur.1.İltisaqi (Turani) dilli xalqların mədəniyyət dairəsi. 2.Semit mədəniyyət dairəsi. 3.Fars-Ari mədəniyyət dairəsi. 4. Ellinist mədəniyyət dairəsi.
İslama qədərki Azərbaycan mədəniyyəti öz inkişafında keyfiyyətcə bir-birindən fərqnənən bu qədim Şərq mədəniyyət sistemlərinə daxil olmaqla bərabər , həm də bu mədəniyyətlərlə qarşılıqlı əlaqə və zənginləşmə, mədəni alış-veriş proseslərini keçmişdir. Azərbaycan coğrafiyasında müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi və təsiri milli mədəniyyətimizin sinkretik səciyyə daşımasına səbəb olmuşdur. Qeyd edək ki, mədəniyyətlərin qarşılıqlı əlaqəsi və təsiri prosesi obyektiv qanunauyğunluqdur. «Mədəni sintez müxtəlif və bəzən bir-birinə əks olan mədəniyyətlərin qarşılıqlı təsirinin nəticəsidir. Bu tanışlıqdan qavrayışa və mənimsəməyə gedən prosesdir» (13, s 73). Bu qanunauyğunluq əsasında mədəniyyətdə yeni keyfiyyətli sintez prosesi gedir.
Azərbaycan İltisaqi dilli Turani mədəniyyət dairəsində: Azərbaycan mədəniyyətinin ilk inkişaf dövru və formalaşması mərhələsi avtoxton prototürk etnosların (subartu, lulu, quti, turuk, kuman, az, kəngər, zəngi, kassi, sak ) adı ilə bağlıdır. Miladdan öncə Azərbaycan Ön Asiya və İkiçayarası bölgələri ilə birlikdə ilk prototürklərin məskəni olmuşdur və türk etnosları, dövlətləri (Şumer, Aratta, Lullubi, Quti, Manna, Midiya, Saka, Albaniya və Atropatena) arasında genezis birliyi, eyni landşaft və areal yaxınlığından doğmuş vahid etnomədəniyyət mövcud olmuşdur. İkiçayarası Əl-Übeyd və Xasun mədəniyyətləri ilə Azərbaycan ərazisindəki Kür-Araz mədəniyyətləri, Şumer – Aratta, Lullubi, Quti, Manna mədəniyyətləri arasındakı oxşarlıqlar və paralellər sübut etmişdir ki, miladdan öncə Azərbaycan mədəniyyəti (Quti, Lullubi, Aratta, Kassi, Manna, Midiya), Ön Asiya mədəniyyətləri (Subartu, Şumer, Hürrit-Mitanni, Elam, Hetit, Urartu) ilə ümumi cəhətlərə və xaraktrə malikdir. Arxeoloji, kulturoloji və linqvistik tədqiqatlar Azərbaycan mədəniyyəti (Aratta, Quti, Lullubi, Turukki, Su) ilə İkiçayarası (Şumer, Subartu, Mitanni),Orta Şərqin mərkəzi İran cografiyası(Elam) və Şərqi Anadolu ( Hetit, Urartu ) mədəniyyətlərinin vahid genezis birliyinə və sosio-mədəni bütövlüyə malik oldugunu isbat etməkdədir. Bu mədəniyyətləri birləşdirən ortaq xüsusiyyət onların iltisaqi dilli xalqlar tərəfindən yaradılması, mixi yazı,dini inanc və həyat tərzləri etibarı ilə Şumer mədəniyyət dairəsinə daxil olmaları idi.
E.ə.4-2-ci minillıklərdə Yaxın şərq və Misirdə yaşamış xalqlar etnik, dil və kök baxımından iki qrupdan ibarət olmuşdur:
1- İltisaqi dillilər: Şümerler, Elamlar, Urartular, Kassilər, Hurrilər, Hititlər, Guttilər, Lullubilər, Mannalar v.s.)
2- Sami dillilər: Asurilər, Keldanilər, Akkadlar, Misir Firaonlarının nəsilləri, Yəhudilər, Finikiyalılar. vs )
Bugünkü İraq, İranın qərbi, mərkəzi, Zaqros dağları və bütün Azərbaycan, eramızdan 4500 il öncədən dilləri çeşidli ləhçələrdə iltisaqi dilli (bugünkü Türk dilinin sələfi) boylar, ellər və xalqların yurdu olmuş və təxminən min il sonra Sami tayfaları (Akkad, Assur,Babil) da bu cografiyaya köç edərək, birlikdə Yaxın şərq mədəniyyətini yaratmışlar.
Tarixi sübutlara əsasən, İranın bütövlükdə qərb hissəsində, mərkəzində, Xəzərin cənubunda və bugünkü İraqda, Şimali və Cənubi Azərbaycanda, insanlığın ilk yüksək və parlaq mədəniyyət nümunələri yaradılmışdır. Bu mədəniyyəti yaradanlar İraqda Şumerlər, İranın qərbi, mərkəzi, Azərbaycanın bütün ərazisində və Xəzərın cənubunda Arattalar, Elamlar, Kassilər, Hurrilər, Quttilər, Lullubilər, Gilzanlar, Emrədlər, Kaspilər, Mannalar, Urartular olmuşdurlar.
Qədim tarix mütəxəssisləri qədim tarixi yazılara və arxeoloji qazıntılardan əldə edilmiş bilgilərə dayanaraq göstərirlər ki, bütün bu ellər və xalqlar iltisaqi dilli olmuş, özləri də Orta Asya’dan, Xəzərin şimalı, Dərbənd və Dəryal keçidi ilə Azərbaycan, Zagros Dağları, çağdaş Türkiyənin şərq torpaqlarından keçib, bəzi el və obaları bu yerlərdə qalıb yerli iltisaqi dilli topluluğa qarışmış və ana kütlələri İraq, Xuzistan, Loristan yerlərində yurd tutub, insanlığın ilk mədəniyyətini yaratmışlar. Bu iltisaqi dilli xalqların bu yerlərdə qurduqları mədəniyyətlər, təxminən min il sonra çağdaş Ərəbistanın qərb və cənub-qərb yerlərində yaşamış Sami xalqlarını da özünə çəkmişdir. “Müasir İran dövləti icərisində yerləşən Qərbi Azərbaycanda qurulmuş Aratta mədəniyyəti, bugünkü Xuzistanda yaradılmış olan Elam, Loristanda yaradılmış olan Kassi, Həmədan bölgəsində Qutti və Lullubi mədəniyyətini, Azərbaycanda meydana gəlmiş Manna hökumətlərinin kökü və mədəniyyəti iltisaqi dilli xalqların yaratdıgı mədəniyyətə baglıdır” (7, s 81). İltisaqi dilli mədəniyyətin ilk yaradıcıları, Mesopotomiya və ona qonşu bölgələrdə yaşayan xalqlar olmuşlar. Mesopotamya (Yunanca Μεσοποταμία=Mesopotamia: ‘çaylar arasındaki ölkə’), Ortadoğuda, Dəclə və Fərat çayları arasında qalan bölgənin adıdır. Qədim Mesopotamya müasir İraq, şimal-şərqi Suriya, cənub-şərqi Anadolu və cənub-qərbi İran torpaqlarından ibaret olmuşdur. “Böyük bölümü bugünkü İraqın sərhədləri içində qalan bölgə, tarixdə bir çox mədəniyyətlərin beşiyi olmuşdur” (7, s 82). Mesopotamyada yaşayan bir çox fərqli qövmlərdən ilk önə çıxan və daha sonrakı mədəni inkişaf proseslərinin təməlini atan Sümerlərdir. Sümerlər M.Ö. 4-cü minilliyin ortalarından etibarən Mezopotamyada insanlıq tarixinin ən qədim və ən təməl mədəniyətini yaratmış xalqdır. Şümerlərin dili qrammatik xarakteri baxımından iltisaqi dil qrupuna daxildir. Fritz Hommel, Diemel, Pöbel, Falkenstein kibi dünya miqyasında tanınmış elm adamları tərəfindən oxunan ilk sözcüklərin içində günümüzdəki Türk dilinə anlam baxımından çox yakın sözlərin tapılması bu dil qrupunun təməlində Ural-Altay dillərinin durması qənaətini dogurmaqdadır. Bəzı elm adamları isə bu qrammatik xarakteri və onların arasındakı söz bənzərliklərini də diqqətə alarak bu dili ümumi Türk dilini əsaslandıran dil, Proto-Türk dili; bəziləri isə Əski Türk dili deyə adlandırmışlar (19,s 8). Yazı, dil, tibb, astronomiya, riyaziyyat, həm də din, fal, dua və mifologiya kimi sahələrdə ilk önə çıxan və tanınan xalq Sümerlərdir. “Yaradılış” və “Tufan” haqqında ilk tarixi, dini, mifik məlumatlara Sümerlerde rast gəlinir. Sümerlər zamanında Mesopotamyada 18-i böyük olan təxminən 35 şəhər və qəsəbə var idi. Bunlara misal kimi Kiş, Nippur, Zabalam, Umma, Lagaş, Eridu, Uruk və Ur şəhərlərinin adlarını çəkmək olar. Məlum olduğu kimi, yüz illər boyunca Qərb mədəniyyətinin təməli Yunan mədəniyyətinə, dini də Tövrata söykənirdi. Lakin, Şumer mədəniyyəti ortalıga çıxınca, Qərbi avropa mədəniyyətinin inkişafındakı ana qaynağın Şumerlərə bağlı olduğu məlum oldu. Şumerlərin öz dövrlərindəki parallel mədəniyyətlərə və daha sonara möcud olan mədəniyyətlərə etdikləri təsirləri iki mənbədən öyrənmək olur.1. Arxeoloji tapıntılar. 2.Yazılı mətnlər və məlumatlar. Bu təsirlər memarlıqda, incəsənətdə, texnalogiyada, sosial-siyasi təsisatlarda, mifalogiyada, ədəbiyyatda və dinlərdə görünməkdədir. Qazıntılar zamanı aşkara çıxarılan məbədlərin, sarayların, şəxsi evlərin quruluşları, tikilmə texnalogiyaları və stili daha sonrakı xalqların memarlıgına ciddi şəkildə təsir etmişdir. “Bundan ən az 5 min il öncə Şumerlərin tətbiq etdikləri kəmər, qübbə sistemi, sütunlar, yuvarlaq pəncərələr, mozaiklər, divar bəzəkləri, barelyeflər, naxışlar Ortadoguda oldugu kimi,Yunan, Roma yoluyla Qərb memarlıgına girmişdir. Silindir möhürlərində görülən, məbədlərin divarlarını süsləyən iki tərəfində heyvan fiqurlu həyat agacı, bir-biri ilə savaşan mifoloji heyvanlar, aslan başlı qartal, uzun boyunları bir-birinə keçmiş heyvan fiqurları İspaniya, Fransa, İsvəçrə və Almaniyadakı ortaçag kilsələrində çeşidli süsləmələr şəklində görülməkdədir” (21, s 10). Tikintilərdə istifadə edilən tuğla, kərpic evlərə qədər saxsı borular vasitəsilə gətirilən su xətləri, tualet, yeraltı yollar və kəhriz sistemləri Şumerlər tərəfindən kəşf və tətbiq edilmişdir. Şumerlərin xüsusilə Laqaş Kralı Qudea zamanına qədər çatan plastik sənətini məşhur heykəltaraş Henri Mor dünyanın böyük plastik sənətləri kimi tanınan erkən Yunan, Etrusk, qədim Meksika, Misirin 4-12 sülaleri zamanı, Roma, Qotik sənəti ilə eyni səviyyədə tutmaqda və onlaradakı canlılıq ifadə tərzi ilə sənət xüsusiyyətlərini yüksək qiymətləndirməkdədir”(21,s 10). Kanallar açaraq bataqlıqların qurudulması, tarla suvarma sistemi, nəqliyyat sisteminin yaradılması, su anbarlarının, mehmanxanaların tikilməsi də Şumerlərlə başalamışdır. (22, s 148). Bu gün mədəniyyətimizin təməllərindən olan təkər, bundan ən az 5 min il öncəyə aid Ur kral məzarlıqlarında basdırılmış arabalarda və bir çox barelyeflərdə görünməkdədir. Bu məzarlarda tapılan qızıl, gümüş, fil dişi əsərlərinin növü və sənətkarlıq üslubu zamanımıza qədər çatmışdır. Su nəqliyyatı olan yelkənli qayıqlar və gəmilər də Şumerlərin kəşfidir. Şumerlərin dünya mədəniyyətinə töhfə etdikləri ən önəmli mədəniyyət nümunələrindən biri də yazını kəşf etmələri və məktəblər açaraq onu tədris etmələridir. “B.e.ə. 2500-cü illərdən etibarən bu yazı Akkadların dilində də istifadə edilməyə başlayır. Şumer hakimiyyətinin Sargonun əlinə keçməsi ilə (M. Ö. 2350) bu yazının əhəmiyyəti Akkadlar arasında daha da artır. Bu dövrdən başlayaraq mixi yazısı Elamlıların və Asurluların arasında da yayılmağa başlayır. M. Ö. 2000-ci ildə Mari üzərindən Suriyaya keçir. O dövrdə Kiçik Asiyanın mərkəzində böyük mədəniyyət yaratmış Hetitlər bu yazını mənimsəmişlər. Asurlular isə onu öz dillərinə uyğunlaşdıraraq istifadə etmişlər. Şimali Suriya və Fələstinlilər M. Ö. 1200 illərinə qədər bu yazıdan istifadə etmişlər. Misirlilər isə o dövrlərdən başlayaraq 1400-1500 il bu yazıdan istifadə etmişlər. Babillilərin dəyişmiş şəkildə aldıqları mixi yazısı Əhəmənilərdən əvvəl Elamlılar ,Mannalılar və Midiyalılar arasında qəbul edilir. Əhəmənilər də bu yazıdan dövlət sənədlərinin tərtibində istifadə etmişlər. Onlar bu yazını Aramilərdən götürmüşlər. Mixi yazısı Babildə Sulukitler və Arsakitlerin dövründə də mühafizə edilmişdir. Babilin astronomiya elmində, hətta miladi birinci əsrin sonlarına qədər istifadə edilmişdir”(19, s 7). Mixi yazısının Aramilər vasitəsiylə İsgəndər Zulqərneyn (Böyük İsgəndər) dövründə Türkmənistana çatmış olduğu və Türkmənlərin atalarının bir qolu olan “Partlar tərəfindən”(19, s 9) qurulmuş Part (Parfiya) dövlətində istifadə edildiyi barədə də məlumatlar vardır: Köləlik dövründə Partlar, Margiana, Xarəzm və digər Yaxın şərq və Avropa dövlətləri ilə ticarət və mədəni əlaqələrdə olmuşlar. Bu səbəblə Xarəzmdə Arami əlifbası və Misir təqvimi vs. ənənələr mənimsənmişdir. Part əlifbası da Arami yazısı əsasında yaradılmışdır (19. s 8). Beləliklə,bildirməliyik ki, OrataŞərq milletləri olan Babillilər, Assurlular, Hurrilər, Hetitlər və Uraratulular Manalılar ,Midiyalılar bu Şumer yazı sistemini mənimsəyərək öz dillərinin yazı sistemini qurmuşlar. Şumer yazısı Misir yazısının icad edilməsinə də öndərlik etmişdir. Uqaritlər və Perslər də bu yazıdan yararlanmışlar. Şumerlərin ən önəmli mədəni miraslarından biri olan qurduqları şəhər dövlətləri və hökümətləri Hindistandan Aralıq dənizinə qədər olan ərazidə və orta çağ Avropasındakı şəhər krallıqlarının yaranmasına örnək olmuşdur. Bu şəhərlər azad adamlardan və qullardan ibarət olan sakinləri, siyasi məclisləri, əsgərləri, elitaları, rahibləri, tacirləri, əkinçi və sənətkarları, şəhəri qoruyan Tanrısı və onu yer üzündə təmsil edən kralı, məbədləri, şəhər divarları və onların qapıları ilə bir-birinə bənzəməkdədir. Şumerlərin mədəniyyətə vərdikləri miraslardan biri də yazılı qanunlardırlar. Şumercə ilk yazılı qanun kitabı 3-cü Ur sülaləsinin qurucusu Urnammu tərəfindən qələmə alınmışdır. Şumer qanunları Babil hökmdarı Hammurapinin qanunlarında, Tövrat və Qurani-Kərim mətnlərində, İsa və Musa peyğəmbərlərin moizələrində dəfələrlə təkrar olunmuşdur.Ticarət, borclanma, kirayə, miras bölüşdürmə, evlənmə, böşanma, kimi bütün növ hüquqi məsələlərin yazılı müqavilə əsasında yerinə yetirilməsi, qanuni sayılan və sayılmayan davranışlar haqqında aydın sosial münasibətin formalaşmasının Şumer qanunlarında əks olunması həmin mədəniyyətin yüksək inkişafından xəbər vərir.
Şumerlərin insan həyatı və mədəniyyətinə bəxş etdikləri elmi, texnoloji yeniliklər haqqında yazan Oljas Süleymanova görə Cəmiyyətdə qanun yaradıb, onun əsasında hmin cəmiyyəti idarə etmək, şifahi dili yazılı dilə keçirmək üçün əlifba yaratmaq, müxtəlif elmlər və sənaye sahələrinin əsasını qoymaq, astronomiya, tibb, riyaziyyat elmlərinin ana təməllərini yaratmaq, gecə -gündüzü 24 saata, hər saatı 60 dəqiqəyə hər dəqiqəni 60 saniyəyə bölmək, dairəni 360 dərəcəyə bölmək, başda aliminium olmaqla bir sıra metalların kəşf edilməsi Şumerlərə bağlıdır. Misirlilər, Yunanlar qədim tibb, astronomiya və sənayenin ilk və ana təməllərini Şumerlərdən götürmüşlər (9, s 179). “Şumerlərin xəyal güclərini, dünyaya və kainata baxışlarını, sosial quruluşlarını, dini inanclarını və dünya görüşlərini əks etdirən Şumer yazılı mətnləri”(2, s 12) qədim Şərq xalqlarının ədəbi, fəlsəfi və dini dünya görüşlərində əks olunmuşdur. Mixi yazısı Sümerlerden digər ölkələrə yayıldığı üçün onların dini inancları, eposları və bütün mədəniyyəti də bu vəsilə ilə onların varisləri olan Akkadlılara, Elamlılara, Hititlərə, Asurlulara, Aramılara, Misirə, Hindistana, Finikiya vasitəsi ilə Yunanlara və onlardan da Roma vasitəsilə Avropa ölkələrinə yayılmış və daha sonra ortaya çıxan sivilizasiyalara, xüsusilə dini inanclara (İudaizm, Xristianlıq, İslam) və eposlara əsas və maya olmuşdur. Bu fikri Amerika alimi Will Dorant “Sivilizasiyaların tarixi” əsərində daha əsaslı şəkildə təsdiq etməkdədir. “Yazılı tarix əldə olduğundan indiyə qədər ən az altı min il keçir. Bu müddətin yarısından bizə aydın olduğu qədər, Yaxınşərq insanı, mədəniyyət və sivilizasiya yaratmagın əsas qaynagı olmuşdur. Naməlum Yaxınşərq adlandırdıgımız bölgə Asiyanın bütün cənub-qərb bölümleridir ki Rusiya və Qara Dənizin cənubunda, Hindistan və Əfqanıstanın qərbində yerləşər. Bu ada bir çox göz yummalarla Misiri də daxil bilərik. Çünki bu ölkə çox uzaq zamanlardan Şərq ilə bağlı olmuş və birlikdə Şərqin birləşmiş və qarmaşıq sivilizasiyasını yaratmışlar. Sərhədlərini qəti təyin etmək mümkün olmayan və müxtəlif insanlara və sivilizasiyalara malik olan bu torpaqlarda əkinçilik, ticarət, heyvanları evcilləşdirmək, araba düzəltmək, pul basmaq, sənəd yazmaq, peşələr və məsləklər üzrə ixtisaslaşmaq, qayda qanun qoymaq ,hakimiyyət və dövlət aparatı qurmaq, riyaziyyat və tibb, geometriya astronomiya, təqvim, saatlar, bürcləri və onların quruluşları, əlifba, kagız, Yazı,mürıkkıb, kitab, kitabxana, məktəb, ədəbiyyat, musiqi, daş yonmaq, memarlıq, dulusçuluq, bəzək vəsaitləri, tək tanrılıq, bəzək və ləl-cəvahiratlar, şahmat, gəlir və vergi, dadları kəşf etmək, şərab içmək və bir çox başqa şeylər ilk dəfə olaraq yaradılıb inkişaf etmişdir; və bizim Avropa və Amerika sivilizasiyamız əsrlər boyu Girit adası, Yunanıstan və Roma yolu ilə bax bu Yaxın şərq sivilizasiyasından alınmışdır. Arilərın özləri sivilizasiya yaradıb quran olmamışlar və onu Babil və Misirdən almışlar. Yunanlılar da sivilizasiya sarayı yaradan sayılmırlar, çünki onların başqalarından aldıqları, özlərindən yadigar buraxdıqlarından qat qat daha artıqdır. Həqiqətən də Yunanıstan bir varisdir ki döyüş qəniməti və ticaretle Şərqdən oraya gəlmiş 3 min illik elm və sənət vasitələrinə və bilgilərinə . yiyələnmişdir. Yaxınşərq tarixini və mədəniyyətini öyrəndiyimiz zaman Avropa və Amerika sivilizasiyasının əsl yaradanlarına borcumuzu ödəyə bilərik” (7, s 141). Azərbaycan bu Yaxın şərq torpaqlarının şimal hissəsinin mərkəzində, həm də şimal-cənub və şərq-qərb yollarının birləşdiyi yerdə mövcud olan zəngin bir ölkədir. “Urmiya gölünün cənubunda,Aratta ərazisində yerləşən Lullubi (Lullubum) dövləti cənubi Azərbacanda yerləşən ən qüdrətli dövlətlərdən biri olmuşdur. Su tayfaları (onlar Subari tayfaları kimi də tanınar), …Urmiya gölü sahillərindən başlayaraq Assuriyaya qədər uzanan geniş bir ərazidə,Zaqros dagının ətəklərində yaşamışlar. Assuriyanın şimalında məskunlaşmış Subarlar Şumerlərin üçüncü Ur sülaləsinin devrilməsində (e.ə.2900-cü illər) fəal iştirak etmişlər.V.Hintsə görə daglı Lullubilər,Subarilər (su, sunbi, suvari), Turukki (türk etnonimi də çox güman ki, bu addan yaranıb), Kuti tayfa birləşmələri ilə qohum olmuş və Elam soy-kökünün formalaşmasında müəyyən rol oynamışlar” (2, s. 379 ). Sümerlərlə bərabər bölgəmizdə dövlət və parlaq sivilizasiya qurmuş, Ön Asiya xalqları və sivilizasiyalarına böyük təsir etmiş ikinci xalq Elamlar olmuşlar. Xuzistan çölü, Loristan, Zagros dağları və bu dağların iki tərəfində yaşayıb sivilizasiya və dövlət qurmuş Elamlar, Şümerler kimi, insalığın ilkin sivilizasiya yaradan xalqlarından biri olmuşlar. Elam sivilizasiyası müasir İran cografiyasında qurulmuş ilk sivilizasiyalardan olmuş, qədim Azərbaycan, İranın qərbi və mərkəzinde yaradılmış mədəniyyətin mərkəzində iştirak etmişdir. Elamların e.ə.3500 il əvvəl əlifbası və yazısı olmuş, dilləri də, Sümerler kimi iltisaqi dillər qrupuna daxil olmuşdur. “Sümerler zamanında Huzistan və Bəxtiyarı dağları yamaçlarında dövlət qurmuş Elamlar İranda (3000 ilə yaxın dövr ərzində), onların soydaşları və qonşuları olan Gutti-Lullubi xalqları da Mərkəzi Midiya və Azərbaycan torpaqlarında parlaq sivilizasiya qurmuşlar .Elam dili e.ə.3. min illikdə Mərkəzi Midiya torpaqlarında yaşamış Gutti-Lullubi xalqları icində oldugu kimi Midiya dövləti dövründə də administrativ və yazı dili olmuşdur. Bunu Elam dili ilə yazılmış olan və Siliktəpədən tapılan e.ə. 3. min illiyə aid sadə bir ticarət sənədi (faktura) açıqca göstərir. “Quti, Lullubi və Kassilərin dili Elam dilinə çox yaxın olmuş və hətta bugun, Quti-Lullubilərin soyundan olan Midiyalıların dilinin Elam dili ilə eyni oldugu iddia edilir və sübut kimi Daranın Bisutun qayasındakı yazılarının 3 dildən(Arami, Fars, Elam) birinin Elam dilində olduğunu göstərirlər”(7, s 93). Azərbaycan xalqının mədəni-tarixi inkişafında Azərbaycan etnogenetik inkişaf ritmindən doğmuş və bu ritmlə bağlı olmuş siyasi birliklərin-dövlətlərin ən qədimləri Aratta, Lullubi, Quti, Manna, Midiya, Saka, Albaniya və Atropatenadır.
Aratta Azərbaycanda b.e.ə. III minilliyin birinci yarısında qurulmuş ilk dövlət qurumu idi.Aratta ölkəsi “İkiçayarasının şimali-şərqində, Urmiya gölünün cənub və cənub-şərq torpaqlarında yerləşirdi”(11, s 125). İkiçayarası Subartu və Şumer dövleti ilə ona qonşu olan Azərbaycan bölgəsində qurulmuş Aratta dövleti, E.ə. XXIII əsrdə Urmiya gölünün cənubunda yaranmış Lullubum dövləti , e.ə. III minilliyin ikinci yarısında Urmiya gölünün qərb və cənubi-qərb (Qərbi Azərbaycan) ərazisində Quti tayfasının təşəbbüsü ilə yaradılmış Quti dövləti Ön Asiya mədəniyyətinin qurulmasında birgə iştirak etmişlər. Aratta şumerlə iqtisadi-siyasi münasibətlər qurmuş və rəqabət aparmışdır. Şumer Aratta münasibətləri haqqında bir çox Şumer dastanları «En Merkar və Aratta hökmdarı», «En Merkar və En-Sukuşsiranna», «En Merkar və Luqalbanda», «Luqalbanda və Hurrum dağ» dastanında məlumatlar əks olunmuşdur. Şumer və Aratta, Lullubi, Quti dini panteonları eyni olmuş, ilahe İnannaya sitayiş edilmişdir. “Aratta, Lullubi, Quti və Subartu, Şumer dövlətləri həm coğrafi və landşaft yaxınlığının təsiri ilə həm də bu dövlətlərin qurucularının prototürk tayfaları olması (kəngər su, turukku, kuti, lüllübi və s.) etibarilə eyni mədəniyyət və dünyagörüşü paylaşmışlar”(1, s 214). Bu dünyagörüşü «Bilqamus haqqında dastan»da öz əksini tapmışdır. Bu dövlötlər e.ə. III minilliyin birinci yarısında təkcə İkiçayarası və Azərbaycanın deyil, bütövlükdə qədim Orta Şərqin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışlar.
Azərbaycan semit mədəniyyət dairəsində: E.ə.5-4 min il əvvəl Sami xalqlarının əcdadları bu günkü Yəmən, Hazarmevt, Fələstin, Qəzzədə, ümumiyyətlə Aralıq dənizinin cənub-qərb və Hind okeanının Ərəbistan sahillərində yaşamış və bir qisimi də Ərəbistan çöllərinin cənub, qərb və şimal tərəflərində, köçəri tayfalar formasında həyat sürmüşlər. Mezopotamya və Xuzistanda Şümerlər və Elamlar vasitəsilə qurulan yüksək sivilizasiyalı şəhərlər sami xalqlarının diqqətini çəkmiş və onlar Ərəbistan çöllərindən Mesopotamiyaya köçmüş ,tədricən Sümerlerin yerini tutaraq o yerlərin əsl sahibləri olmuşlar. (7. s 96)“E.ə II minillikdən başlayaraq İkişayarasının tarixi artıq daha çox sami xalqlarının tarixi olmuşdur” (2, s 82). “Mesopatomyada, bu günkü Bağdad yaxınlarında, Sami soyundan olan Akkad lar Təxminən 5000 il bundan əvvəl Sümerleri məğlub edib dövlətlərini Kirmanşah yaxınlarından Şama və Aralıq dənizi sahillərinə qədər genişlətdi. Akkadlar 300 il sürən hakimiyyətləri dövründə Sümer mədəniyyətini mənimsəmiş, Sümerler sonrasında Mesopotamiyanın lideri mövqeyinə yüksələrək, Mesopotamiyadakı mədəni inkişafın qabaqcılı olmuş,daha sonra Mesopotamiyada güclü mövqeyə çatacaq Sami mənşəli Assur və Babil xalqlarına da liderlik etmişlər. Akkadlar, Şümerlerden fərqli olaraq şəhər krallıqlarından çox, Kainat və ya Dünya krallığı anlayışını Mesopotamiyaya gətirmişlər. Bölgənin mərkəzi bir idarə əlinə keçməsi də ilk dəfə Akkadlar dövründə olmuşdur. Azərbaycanın qədim tarixində ilk imperiya qurmuş Qutilər Sami Akkad dövlətinə son qoymuş,indiki İran cografiyasında yaranmış Elam dövlətini işgal etmekle Azərbaycan-Şumer-Akkad-Elam mədəniyyətlərinin sintezine səbəb olan ilk Azərbaycan mərkəzli Ön Asiya imperatorlugu qurmuşlar. Qutların Mesopotmiyada 125 ildən çox davam edən hakimiyyət illərində Azərbaycan və İkiçayarası və Elam mədəniyyətləri arasında təmaslar və uzlaşma, sintez eyni dünyagörüşü doğurmuş və bu dünyagörüş islamdan əvvəlki Qədim şərq mədəniyyətinin dominant dəyərlərindən biri olmuşdur.Quti hökmdarlarının Akkad dilində yazdırdıqları mixi kitabələrdə Akkad allahları İştar və Sinə sitayiş etdikləri bəlli olur (11, s 337). İkiçayarası Şumer ,Qut və Elam mədəniyyətləri İltisaqi dilli (prototürk)xalqların mədəniyyəti, Akkad, Babil və Assuriya isə Sami irqlərinin mədəniyyətləri idi və bu mədəniyyətlər arasında hegemonluq və imperatorluq iddiaları, çatışma və uzlaşma islam öncəsi Şərq mədəniyyətinin qarşılıqlı mədəni təsirlərində başlıca xətt təşkil etmişdir.Qeyd edək ki,Bibliya mətnləri islamdan öncəki dönəmdə Azərbaycan, Ön Asiya və Orta şərqdə olan mədəni fəaliyyətlər və sivilizasiyaların qarşılıqlı əlaqələri barədə xeyli bilgilər vərməkdədir.
II minilin başlarında yüksələrək dövlət quran sami kökənli Assurların Orta Şərqdə qurduqları geniş ticarət şəbəkəsi onların Mesopotamiya mədəniyyətini fərqli bölgələrə yaymasına və fərqli mədəniyyətləri də Mesopotamiyaya daşımasına səbəb olmuşdur. Anadoluya yazının gəlməsi də yenə bu dövrdəki Asurlu tacirlər sayəsində olmuşdur.Ön Asiyada 900 il davam edən Assuriya hökuməti daim torpaqlarını genişlətmək siyasəti yürüdərək, Anadoluda qurulmuş min illik Hitit imperatorluğunu ortadan qaldırdılar, Finikiyanı, Fələstini, Misiri özlərinə tabe etdilər, Lullubi və Gutti xalqlarını bir müddət özlərinə xərac verməyə məcbur etdilər və İran çölünə qədər irəliləyərək Farsları özlərinə tabe etdilər, Elamları isə bir daha tarix səhnəsinə çıxa bilməyəcəyi şəkildə ortadan qaldırdılar. 700 il Azərbaycanda qurulmuş dövlətləri və mədəniyyətləri daim təhdid altında saxlamış Assuriya dövlətini. Midiya kralı Kiaksar məglub edərək tarix səhnəindən sildi.
İkiçayarasında yüksələn digər sami kökənli dövlət Babildir. Amurru mənşəli olan Köhnə Babil sülaləsi, 5-ci kral Hammurapi ilə dövrün digər krallıqları üzərində hakimiyyət qurmuşdur. Bu dövrdə Anadoluda qurulmuş Hetit Dövləti fəthlərə başlamış və sonunda Hitit Kralı I. Murşili M. Ö. 1595-ci ildə Babili məglub etmişdir. Daha sonrakı dövrlərdə Zaqroş daglarında yaşayan Azərbaycan kökənli etnoslardan biri olan Kassitler önə çıxmış, beş yüz il Babildə hakimiyyəti ələ alaraq Azərbaycan-Babil mədəniyyətlərinin sintezinde böyük rol oynamıslar.Anadoludakı Hititler güclənmiş, Hurrilər Mitannilərin öndərliyində yeni bir siyasi güc meydana gətirmişlər. Təxminən iki əsr sürən Mitanni-Hurri hakimiyyəti sami mədəniyyətinin Azərbaycana və Anadoluya yayılmasını önləmişdir.Beləliklə qeyd etməliyik ki, e.ə.III minilliyin başlanğıcından Ərəbistan çöllərindən İkiçayarasına axın-axın gələn sami tayfalarının qurduqları semit mənşəli Akkad-Babil, Assuriya dövlətləri ilə İltisaqi dilli xalqların qurduqları Subartu, Şumer, Elam ,Aratta, Lullubi, Quti, Manna, Hetit, Hürri-Mitanni, Urartu dövlətləri arasında hegemonluq mübarizələri, mədəniyyətlərarası savaşlar və təmaslar İslamöncəsi Azərbaycan mədəniyyətinin xarakterində öz əksini tapmışdır. Qeyd edək ki, İkiçayarasında qurulmuş sami kökənli Akkad dövlətini Azərbaycanda qurulmuş Quti dövləti, Babil dövlətini Kassilər, Assuriyanı isə Midiya dövləti siyasi səhnədən silmişlər. Bu isə Ön Asiyada sami dilli xalqlarla iltisaqi dilli xalqlarin mədəniyyətləri arasindakı rəqabətin nəticəsi idi. Türk və Sami mədəniyyətlərin qarşılıqlı əlaqələri əsasında yaranmış Nuhun tufanı və ümumdünya daşqını haqqında rəvayətlər, (Bilqamıs haqqında Dastan) həmçinin dünya xalqlarının şəcərələrinin yaradılması ilə bağlı Yasəf və İbrahim Peyğəmbərlərin fəaliyyəti, (Bibliya mətnləri) İslamdanöncəki dönəmdə Azərbaycan və İkiçayarasındakı qədim Türk – Sami sivilizasiyalarının qarşılıqlı əlaqələri barədə bilgilər vərməkdədir.
E.ə. I minilliyin əvvəllərində yaranmış Manna dövlətində də İkiçayarası mədəni ənənələri davam etmiş, çoxallahlılıq və quldarlıq təsisatı yaranmışdır. Mannalıların əfsanə və dastanları, şifahi xalq yaradıcılığı qədim Şərq mifoloji qaynaqlarından və dünyagörüşündən qidalanmaqda idi (11, s 342). E.ə. VII –VIII əsrdə Orta və Yaxın Şərqin ən böyük dövləti olan İşquz dövləti Quzey Qafqaz,İran və Şərqi Anadolu,Qara dənizin Şimal sahillərini Əhatə etmişdir və “Azərbaycan cografiyasının etnik quruluşu İşquzlarla şəkillənməyə başlamışdır” (20, s 106). İşquzların Cənubi Qafqazdakı dövlətinin mərkəzi Sakasena(Şəki) şəhəri idi. Alp Ər Tonqanın(Partatua) rəhbərliyi ilə yaranan bu dövlətin Azərbaycanda qurduğu şəhərlər (Şəki, Bərdə, Gəncə və Şabran), çəkilən su kəmərləri, qurudulan göllər, abadlıq və Tək Tanrılıq dünyagörüşü Avesta qatlarında öz əksini tapmışdır. E.ə. I minillikdən sonra Sakasenada İşquz dövlətinin varisi Alban Dövləti qurulmuşdur. Sak dövləti türk mədəniyyətinin dominantlığını bu coğrafiyada qorumaqla onun Midiyaya ötürülməsində böyük rol oynamışdır.Manna dövlətinin iqtisadi, milli və mədəni quruluşu, Midiya dövlətinin iqtisadi, milli və mədəni quruluşunun təməlini təşkil etmişdir. Manna torpaqları mədəni baxımdan Midiyanın mərkəzi idi. Midiya dövləti qurulduğu ilk 40-50 il müddətində yalnız Quti-Lullubilərdən ibarət iltisaqi dilli xlqların dövləti olsa da, genişlənərək müxtəlif köklü və dilli xalqları, ölkələri hakimiyyətləri altına alaraq, Orta Şərqin ən böyük imperatorluguna çevrildiyi dönəmdə də rəsmi və yazı dili Elam dili olmuşdur. Midiya dövlətini (Mannalar və Medler), iltisaqi dilli, Qutti-Lullubilərin varisi və eyni etnik xüsusiyyətlərə malik olan xalq yaratsa da, genişlənərək imperatorluğa çevrilən Midiya ceşidli milli və etnik xüsusiyyətlərə malik olan xlqlardan- yəni iltisaqii dillilər, Hint-Avrupa dillilər və Sami dilli xalqlardan, təşkil olunmuşdu. İmperatorluğun Mərkəzində və qəlbində Hint-Avrupa dilli xalqlar deyil, iltisaqi dilli xalqlar yəni Quttilər, Lullubilər, Mannalar, Zikertulular, Mesilər, Marliklilər, Qızılbundalılar və.s. Mərkəzi Midiya və Azərbaycan xalqları yer almışdılar.
Midiya imperatorluğunun Elam və Kassi dilinə yaxın, Gutti- Lullubilərin dili təməlində bicimlenmiş dili, əlifbası və bu dildə kitabə və əsərləri olmuşdur,ki ,bu əsərlər Əhəmənilər dönəmində yox olmuşdur. Hind-Avropa dilli xalqların, özelliklə də Farsların İrana gəlməsindən öncə Elamlılar İran cografiyasında 3000 ilə yaxın bir dövrdə parlaq sivilizasiya qurmuşlar. Onlara qohum və qonşu olan Gutti-Lullubi xalqları da Mərkəzi Midiya və Azərbaycan torpaqlarında yaşayıb mədəniyyət yaratmışlar. Elam dilinin Midiya dövlətində administrativ və yazı dili olması, e.ə. 3.-cü min illikdə Mərkəzi Midiya torpaqlarında yaşamış Gutti-Lullubi xalqları icindəki ənənənin davamıdır. “Midyalılar at minməkdə və ox atmaqda Böyük şan və şöhrət qazanmışdı, Midiyalılar saçlarını qırmızı bağla bağlayır ,İskitler kimi geniş və uzun qollu köynək və büzmeli geniş şalvar və iki qolu olan iti və uzun başlıq geyinirdilər. Bu başlıq son zamanlara qədər Azərbaycan kəndlərinde də geyilməkdə idi. “Herodota görə Farslar geyim formalarını Midiyalılardan götürmüşlər. Midiyalıların dünya mədəni xəzinəsinə bəxş etdikləri Avesta Azərbaycan’da Hz. Zerduşt tərəfindən o zamanki Həmədan-Azərbaycan xalqlarının iltisaqi dilində soylənıb muğlar vasitəsilə ağızdan ağıza keçirilmiş və sonra yazı halına gətirilmişdir (7, s 241). Beləliklə də qeyd etməliyik ki, e.ə.900 il əvvəl, Farsların gəlməsinə qədər Yaxın şərqdə iltisaqi dilli və Sami dilli xalqlar yaşamış, qurulmuş sivilizasiya onların məhsulu olmuş və hind-Avropalı xalqlar bu cografiyada məskunlaşmamışlar. Əhəmənilərdən 4000 il əvvəl İkiçayarası, Azərbaycan, İran, Şərqi Anadolu bölgəsində Şumer, Elam, Kassi, Hitit, Urartu, Manna və Midiya kimi güclü dövlətlər və sivilizasiyalar yaradılmışdır..Farsların gəlməsinə qədərki dövrdə Yaxın şərqdə Ikicayarasinda Şumer, Subartu və Mitanni dövlətləri və cağdaş İranın qərbi, mərkəzi və Azərbaycan torpaqlarında yaşamış, sivilizasiya qurmuş Elam, Aratta, Lullubilər, Qutilər, Kassilər, Hurrilər və Mannalardan ibarət iltisaqi dilli xalqlarla Sami dilli xalqlar qarşılıqlı əlaqədə olmuş, mədəniyyət alış verişi etmiş, ticarət əlaqələri qurmuslar.
Azərbaycan Fars-Ari mədəniyyət dairəsində: Tarixi araşdırmalar Ari-fars tayfalarının eradan əvvəl 9-cu əsrdən başlayaraq Yakın şərq bölgəsinə gəlmələrini sübut etmişdir. Ari-fars tayfaları bölgəmizə, xüsusilə də indiki Fars vilayəti və Bəsrə körfəzi sahillərinə gəldiyi vaxt bu bölgələrdə Sami xalqları, Elamlar və Sümerler yaşamaqda idilər.Farslar e.ə.900 il öncə gəlib Fars vilayətində yerləşdikləri vaxtdan Elam dövlətinə tabe olmuş və ona vergi vermişlər. Midiya dövləti Elam dövlətini işğal etdikdən sonra Elamın bir hissəsi olan Farsların yaşadığı Anşan bölgəsi Midiya imperatorluğunun bir əyalətinə çevrilmişdir. Beləliklə fars tayfaları Midiya tabeliyində yaşamağa başlamış e.ə. 550-ci ildə Midiyada dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirmiş və Midiya mədəniyyətini, dinini mənimsəmişdir. Midiyada yaşayan yerli Mug tayfalarının dünyagörüşünü əks etdirən Türk abidəsi kimi meydana çıxmış Avesta və Zərdüşt təlimləri farslaşdırılmış, təkallahlılıq dini politeist dinə, dualist fəlsəfəyə çevrilmişdir. E.ə. VIII əsrdə tarix səhnəsinə çıxmış Midiya imperatorluğu və İşquz dövləti dövründə (e.ə. VIII-IX əsrlər) Ari irqinə mənsub fars etnosu ilə türk irqi və mədəniyyətləri arasında qarsıdurma və sintez prosesləri getmiş, bu Əhəmənilər imperatorlugu dövründən Qavqamel döyüşünə qədərki dövrdə də davam etmişdir. Bu Türk-Fars, Turan-İran sivilizasiyalarının Azərbaycan coğrafiyasında hegemonluq və dominantlıq savaşları, mədəniyyətlər arası qarşıdurma və sintez prosesləri Parfiya,Sasanlı imperatorlugu dönəmlərində də getmiş və bu proses üç min ildir ki, siyasi-iqtisadi, dini-ideoloji, elmi-mədəni müstəvilərdə davam etməklə bərabər, müasir Azərbaycan mədəniyyətinin inkişaf proseslerinə də təsir göstərməkdədir. İsgəndər zamanı yandırılmış, yox olmuş Avesta, daha sonra Parfiya hakim sülaləsi olan Əşkani kralı Balaşın əmri ilə onun sözlü və yazılı qalıntılarından, ilk dəfə yazıldığı dildə yəni Hz. Zərdüştün zamanındakı Med-Manna xalqlarının dilində yenidən bir yerə toplanılmışdır. Bu ikinci dəfə toplanan Avesta, Sasanilər dönəmi Ərdəşir Babekanın əmri ilə Farscaya cevrildikdən sonra yox edilmişdir, bu tərcümə də fars mifik təsəvvürləri ilə zənginləşdirilmiş, Avestanın Fars variantı hazırlanmışdır. Bu səbəbdən Med-Manna dilində olan bütün yazılar və abidələr kimi Avesta da Sasani kralları, xüsusilə də Erdeşir Babekanın əmriylə baş muğ Tanser tərəfındən yox edilmişdir. Manna-Med dönəmi mugların dili iltisaqi bir dil, Sasanilər dövrü mugların dili isə miladi 3-6. yuz iliklərin Fars-Pəhləvi dili olmuşdur. Əgər belə olmasaydı Avestanın Fars dilinə cevrilmesinə heç ehtiyac da qalmazdı.Əhəmənilərdən sonra da Elam dili Yaxın şərq bölgəsində öz təsirini davam etdirmişdir. Bu da son dərəcə təbiidir, çünki Əhəmənilərin 220 illik hökmranlığı, Elamların 2850 illik hökmranlığı, nüfuzu, dərin təsiri qarşısında olduqca az və önəmsizdir. Dr. Z. Sədrin yazdığına görə: “Farsların krallığı E.ə.550-ci ildə başlamış və E.ə.330-cu ildə Makedonyalılar tərəfindən ortadan qaldırılmışdır. Böyük Əhəməni imparatorluğunun ömrü 220 il olmuş və Sindden Misirə qədərki coğrafiyanı əhatə etmişdir. (23,s 102,103,112) Bu imperatorluğun ömrü, 2850 il yaşayan Elam dövlətinin ömrü ilə qarşılaşdırıla bilməyəcək qədər azdır, Təxti-Cəmşid və Şüşdəki Daranın kral sarayını yaradan Fars qövmünün inkişaf prosesi olmamış və Daranın da açıqca söylədiyinə görə o, bu gözəl əsəri hegemonluğu altındakı mədəniyyətlərin yaradıcıları vasitəsilə yaratmışdır” (23, s 104). Əhəməni mədəniyyəti Quti, Lullubi, Elam, Manna, Midiya ,Hürri və Urartu sivilizasiyalarından alınaraq yaradılmışdır. İltisaqi dilli yerli xalqların və millətlərinn memarları, sənətkarları, ustaları və daş yonucuları Əhəməni kralları tərəfindən məcburi şəkildə paytaxt İstəhrə götürülərək saraylar, məbədlər,rəsmlər, heykəllər və.s. mədəniyyət nümunələri yaradılmışdır. Əhəməni imperatorlugunun dili o dövrdə yaxın və orta Şərqdə aparıcı dil olan Sami dil qrupuna məxsus Arami dili ilə Turani dil qurupuna məxsus Elam dili idi.
Bizim eradan min il əvvəldən Orta Asiya və bölgəmiz Yaxın şərqdə, xüsusilə də İranda üç əsas millət: Türklər, Samilər və Ari-farslar olmuşdur və hər biri özünəməxsus tarixə, mədəniyyətə uyğun sivilizasiya qurmuş və bütün ön Asiyanın tarixi hadisələrində aktiv iştirak etmişlər. Bu üç millət və mədəniyyətdən birini nəzərə almadan bölgəmizin tarixi və mədəni inkişaf proseslərini obyektiv təhlil etmək qeyri-mümkündür.
Azərbaycan Ellinist mədəniyyət dairəsində: Qavqamel döyüşündə Makedoniyalı İsgəndərin qələbəsi ilə Əhəməni imperiyası süqut etdikdən sonra Azərbaycan coğrafiyası Ellinist mədəniyyət dairəsinə daxil olmuşdur. E.ə. IV əsrdən b.e. 150-ci ilinədək mövcud olmuş Atropatena dövləti Ellenist dövlətlər sistemində mühüm rol oynayırdı. «Ellinizm. yeni mədəniyyətin, incəsənətin, yeni inamların əsasını qoydu». Daha əvvəl güclü siyasi mərkəzlər meydana gətirmiş bölgəsəl mədəniyyət hövzələrini tək bir siyasi mərkəz altında birləşdirən Böyük İsgəndər bir mənada antik dönəmdə sadə də olsa ilkin bir qloballaşma təcrübəsinin yaşanmasına yol açmışdır. Yunan, Anadolu, Misir, Harran, Mesopotomya, İran və Hind mədəniyyət hövzələrini ardıcıl şəkildə nəzarət altına alan Böyük İsgəndər, bu hövzələr arasında ortaya çıxan qarşılıqlı təsirlənmə ilə eklektik mədəniyyət mərkəzlərinin meydana gəlməsinə zəmin hazırlamışdır. Biribirlərini yox edərək hegemon bir mərkəz meydana gətirmə fəaliyyətindən çox ,qarşılıqlı bir təsirlənmə prosesi içine girən bu mədəniyyət hövzələrinin tək bir siyasi nüfuz altında qarşılıqlı bir təsirlənmə prosesi içinə girmələri nəticəsində canlı və sonrakı dönəmlərə təsir edən, dinamik bir prosesin meydana gəlməsinə yol acmışdır. Zevs və Budda imicləri bir-birləri ilə üzləşmiş və qaynaşmış, İsgəndəriyyə bütün yerli mədəniyyət ünsürlərinin mədəni təsirlənmə və alış-veriş sahəsinə çevrilmiş, Yunan rasionalizmi və politeizmi Harran və Hind mistiisizmi ilə tanış olmuş, köklü Misir və İran ənənələri ilk dəfə ortaq bir siyasi hakimiyyət altına girmişlər. J. Pirennenin də vurğuladığı kimi “mədəniyyət bütün insanların ortaq dəyəri halına gəlmişdir”: “Dini ənənələr də bu böyök ölçülü sinkretik hərəkətliliyin təsiri altına girmişdir. Bu hərəkətliliyin zirvəsi İsgəndəriyyə şəhərində ortaya cıxmışdır: Bu beynəlxalq şəhər bütün dini inanışlara açıq hala gəlmişdir. Osiris, Adonis, Attis, Dumuzi kimi təbiəti əks etdirən- tanrı imicləri, Ammon-Ra, Şamaş, Zevs kimi guneşi əks etdirən tanrılarla bu şəhərdə görüşmüş və kütlələr dəyişik inanc bicimleri ilə həqiqi təmasa keçmişlər və bir çoxuna da bərabər bir yanaşma nümayiş etdirmişlər.”(18, s 275). Şərq və ellin (yunan) mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı təsiri prosesi Midiya Atropatenasını da mədəni baxımdan zənginləşdirdi. Atropatena II əsrin ortalarında Parfiya dövlətinin tərkibinə daxil oldu.Saka türklərinin qurduğu Parfiya imperatorluğunun Ön Asiya-Azərbaycan və Mərkəzi Asiya da daxil olmaqla bütün yaxın və Orta Şərq bölgələrini əhatə edən mədəni təsir dairəsi bu imperatorluğun 500 ilə qədər rəqabətdə olduğu Roma imperatorluğunun mədəni-siyasi təsir dairəsinin Azərbaycanda yaylmasının qarşısını almışdır.Parfiya mədəniyyəti Ellin,Turan,İran mədəni ənənələrinin sintezindən ibarət idi. Vassal asılılıgı əsasında federativ dövlet quruluşuna malik Parfiya imperatorlugunda dini plüralizm hökm sürmüşdür.İskit kökənli parflar Göy Tanrıya, Şamanizmə inanmışlar. Bununla bərabər mitraizm, Zərdüştlük, Xristianlıq da dini inanc kimi əhali arasında yayılmışdı. Parfiya İskit kökənli tayfalarla Fars kökənli tayfaların bir dövlətdə birləşməsinin simvolu idi. Zerdüşt dini içində Zərvanizm, Məzdəkizm kimi sosyal-dini-mistik cərəyanlar formalaşmışdı. Türk-Ellin və İran mədəni ənənələrini təmsil edən Qafqaz Albaniyası və onun mədəniyyəti arxeoloji ədəbiyyatda iki mədəniyyətlə səciyyəvidir: Yoloylutəpə və küp qəbirləri mədəniyyəti. Həmin mədəniyyət e.ə.IV əsrdən b.e.III əsrinədək olan çoxəsrlik dövrü əhatə edir. Albaniyanın paytaxtı olmuş Qəbələdə (Qəbələdə şəhər həyatı e.ə. IV əsrdən başlamış, XIX əsrin 30-cu illərdə dayanmışdı) aşkar olunmuş müxtəlif maddi-mədəniyyət nümunələrinin,müxtəlif istehsal alətləri, qəbristanlıqlar, məişət avadanlığı, yaşayış binaları və xristian abidələrinin, Roma sikkələrinin varlığı Albaniyanın özünəməxsus mədəniyyətindən xəbər vərir. Albaniyanın mədəniyyət nümunələrində zərdüştlük, bütpərəstlik və xristianlıq inamlarının aşkar izləri vardır. Sasani İranında, Bizansda, Romada, Finikayada, Suriyada, Hindistanda, Qara dəniz sahilinin yunan dövlətlərində istehsal olunmuş bəzək əşyalarının və sikkələrin Albaniya ərazisində aşkar olması sübut edir ki, Albaniya qapalı ictimai-iqtisadi qurum, siyasi-mədəni sistem deyildi. O, öz dövrünün beynəlxalq mədəni-tarixi qarşılıqlı təsir prosesində mühüm yerə və mövqeyə malik olmuşdur.Albaniya ərazisi Şərq-Qərb mədəniyyətlərinin dialoq mərkəzi olmuşdur. Albaniyanın Qərb dövlətləri ilə zəngin əlaqələrinin mövcudluğuna IV əsrin əvvəllərində Xristian dininin qəbulu təkan vərmişdir (4, s 25-27). Albaniyada xristianlıgı İsanın həvarisi (apostol) Yelisey yaymışdır. Xristian məbədlərindən birində üzərində alban əlifbasının 62 hərfi olan dörd küpə şəkilli daş aşkar edilmişdir.Albaniyanın şərq ölkələri ilə mədəni əməkdaşlıq və birliyi isə bütpərəstlik və zərdüştlük əsasında yaranmışdır (15, s 45). Azərbaycan ərazisi b.e. VII əsirnə qədər Sasani imperatorluğunun tərkibində qalmışdır və bu dövrdə Manixeizm dini-fəlsəfi dünyagörüşü sosial-iqtisadi təlimi Azərbaycan mədəniyyətinin farslaşmağının qarşısını alabiləcək ideoloji təməl ünsür olmuş Azərbaycan türk fəlsəfəsini və dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. E.ə. VII əsrdən b.e. VII əsrinə qədər Azərbaycan ərazisi İran-Turan mədəniyyətlərinin qarşıdurması, savaşı sintezi prosesinin mərkəzi olmuşdur. Türk Saka, Parfiya, Midiya, fars Sasanilər, Əhəməni imperiyası dövründə İran-Turan mədəniyyətlərinin qarşıdurması arealı və rəqabətləri meydanı olması İslamdan öncəki Azərbaycan mədəniyyətinin xarakterik cizgilərində öz əksini tapmışdır.
Azərbaycan İslam sivilizasiyasına və “müsəlman mədəniyyəti” sisteminə daxil olan ölkə kimi təşəkkül tapdıqdan sonra orta əsrlərdə islam dininin ictimai həyatın bütün sahələrindəki aparıcı rolu Azərbaycan mədəniyyətində öz təsirini göstərmişdir.
İslam mədəniyyəti dönəmi: Yaxın Şərq, İslam dininin ilk dəfə ortaya çıxdığı və ilk İslam imperiyasının qurulduğu torpaqların qəlbi olmuşdur. Bu imperiya içində Hind Okeanından Aralıq dənizinə qədər olan ölkələr arasında əlaqələr şəbəkəsini əhatə edən fərqli bir toplum ortaya çıxmışdır. İslam dini və yüksək mədəniyyət dili olaraq ərəbcə qəbul edilərək həmin dövrün fikir və sənətinə, mədəniyyətinə yeni biçim və yeni inkişaf qazandıran bir sivilizasiya yaradılmışdır [23; 2].Ərəb yarmadasında yaranıb daha sonra çox uzaq ölkələrə qədər yayılmış olan bu yeni islam topluluğu Əməvilər dövründə (661-750) və Əməvilərin yıxılması ilə ortaya çıxmış Abbasilər dövründə də genişlənməyə davam edərək yeni bir sivilizasiyanın-İslam sivilizasiyasının doğulmasına səbəb olmuşdur. Abbasilər dövründə islam xilafətinin idarəsini ələ alan türklərin islam dininin dünyaya yayılmasında çox böyük rolu olmuşdur (3, s 77). Türklərin gerçəkləşdirdiyi fəthlər sayəsində 400 il sürəcək olan yeni dönəmdə (1300-1700)- islam xilafətinin ikinci genişlənməsi prosesi baş vərmişdir. Macarıstandan İndoneziyaya qədər uzanan imperiya türk sərhədləri türk hakimiyyəti- İslam dini sintezindən doğan mədəniyyəti öz içinə alırdı.Bu dövrdə müsəlman dünyasını 4 böyük türk dövlətləri idarə etməkdə idi: Misir Məmlükləri, Osmanlı, Səfəvilər və Moğol Hindistanı İslam sərhədlərinin və təsir dairəsinin birinci genişlənmə dövrü ərəblərin öndərliyi ilə gerçəkləşdiyi halda, ikinci genişlənmə dövrü 4 dövlətin rəhbərliyi ilə türklərin öndərliyində gerçəkləşmişdir. Bu geniş coğrafiyada hərbi və siyasi güc türklərin əlində olmaqla bərabər, mədəni sahədə internasional islam topluluğundan ibarət kosmopolit bir quruluş və təşkilatlanma, islam ümməti, islam qardaşlığı ideyası mövcud olduğu üçün türk dili ilə yanaşı ərəb və fars dilləri də işlədilirdi. Farsca yazılmış ilk şeirin bir Buxaralı türk olan Rudəkinin qələmindən çıxmış olması örnəyi bu kosmopolit quruluşunun mahiyyətindən doğmaqdadır. Bu siyahıya türk-Azərbaycan əsilli olub əsərlərini ərəbcə farsca yazmış yüzlərcə şair, filosof, mədəniyyət və incəsənət xadimlərinin, elm adamlarının adını əlavə etmək olar. Bu dövrdə İslam kosmopolitizmi orta əsrlər Azərbaycan mədəniyyətinin spesifik xarakterinin, xüsusiyyətlərinin yaranmasında və ümumitürk, ümumislan mədəniyyəti içində özünəməxsus status və cizgilərin formalaşmasında rol oynayan faktor kimi Azərbaycan mədəniyyətinin inkişaf istiqamətlərinin ideya qaynağı olmuşdur.İslam şərq xalqlarını bir vahid kimi birləşdirmiş mədəni-tarixi hadisə idi. İslam hüququ xilafətə daxil olan bütün xalqlar üçün həyat və fəaliyyət normasına çevrilmişdi. Bu dövrdə Bütün ölkələr üçün vahid olan müsəlman maarif sistemi qərarlaşmışdı. Xilafət tərkibində olan xalqların qarşılıqlı mədəni təsir prosesi həmin tarixi dövrün səciyyəvi cəhəti olmuşdur. İncəsəntdə regionun bütün xalqları üçün ümumi olan cəhətlər təşəkkül tapmışdır.İslam mədəniyyət tarixinin önəmli mərkəzləri olan IX və x əsrlər Bağdadı, XII və XIII əsrlər Qahirə və Qrenadası, XVI və XVIı əsrlər İstanbul və Dehlisi də fərqli mədəniyyət və dünyagörüşlərinin, təşkilatlarının və həyat biçimlərinin birlikdə, yenidən, yeni keyfiyyətli sosial-siyasi, sosio-mədəni təşkilatlanma və quruluşlanma sahələri (Lebensraum) olmuşlar. Hz. Ömər dönəmində qısa bir dövr ərzində gercəkləştirilən və Misir, Mesopotamiya, Harran və İran mədəniyyət hövzələrini bütünləşdirən fövqəladə sürətli siyasi yayılma gətirdiyi üzləşmələr və nəticələri etibarilə Böyük İsgəndərin hərbi yayılmasına bənzəməkdədir. İslam mədəniyyətinin təməl fərqi bu yayılmanın dinamik gücü olan dünyagöruşunun Böyük İsgəndər dönəmindən fərqli olaraq birləşdirici gücə və ortaq universal dəyər olma qabiliyyətinə yüksək bir infrastruktura və inanc sisteminə söykənmiş olmasıdır. Bu səbəbdən İslam mədəniyyətinin siyasi yayılması əsnasında yalnız yerli mədəniyyət hövzələri bir-biriləriylə tanış olmamış, eyni zamanda siyasi yayılmanın mərkəzindəki mədəniyyət və dünyagörüş hər bir yerli mədəniyyət hövzəsi ilə üzləşmə ehtiyacı içine girmişdir. Fiqh, kəlam, hədis, təfsir kimi klassik İslami elmlərin ortaya çıxışı, İslam fəlsəfəsi, riyaziyyatı, coğrafiyası, tibbi kimi daha öncəki dəyişik sistematik bilgi sistemlərinin yeni bir əsasa,sistemə oturdulması da bu ehtiyacdan doğulmuşdur. Bu çoxyönlü qarşılıqlı təsirlənmənin gətirdiyi güclu təcrübə, İslam mədəniyyətini, Böyük İsgəndərin qısa dönəmli sinkretik təsirinin əksinə, əsrlər surən və fərqli biçimlərdə eyni mahiyyəti və özünəməxsuslgu davam etdirə bilmə qabiliyyəti qazanan bir xüsusiyyətə büründürmüşdür. Bu qarşılıqlı təsirlənmələr, bir tərəfdən birləşdirici gücü yüksək bir dünya görüşündən qaynaqlanan güclü bir mədəniyyət biçimini meydana gətirərkən, digər tərəfdən siyasi hakimiyyət altına alınan sahələrdəki fərqli mədəniyyət təcrübələrinin özlərini yenidən yarada biləcəkləri, təşkil edə biləcəkləri xüsusiyyətini mühafizə etmişdir. İslam mədəniyyətinin bu içselleştirebilme xüsusiyyəti Toynbe tərəfindən “ümumbəşəri İslami dövlət”(18, s. 32), Goitein tərəfindən da “ortacağ dini demokratiyası” (18, s. 109) olaraq adlandırılmıştır. İslam mədəniyyətinin bu özünəməxsusluğu səbəbindən tarixdə ilk dəfə qapalı mədəniyyət hövzələri uzun müddətli siyasi patronajlarla(mərkəzlərlə)-qarşılıqlı şəkildə çulğaşmışlar və Böyük İsgəndər zamanında baş vermiş qısa dönəmli tanışlığa söykənən bəsit “qloballaşma”, uzun dönəmli qarşılıqlı təsirə söykənən kompleks və dinamik bir “qloballaşma”ya çevrilmişdir. İslam mədəniyyətinin gerçəkləştirdiyi uzun müddətli qarşılıqlı təsir nəticəsində, İpək yolu ilə iqtisadi istehsal və istehlak qəlibləri-dəyərləri, Buxaradan Qahirəyə, Dehlidən Qüdsə, İstanbuldan Qrenadaya kimi müxtəlif mədəniyyət mərkəzlərinə yayılan şəhərçilik modeli vasitəsilə fərqli həyat tərzləri, ortaq nəzəri və linqivistik vasitələr ilə fərqli düşüncə və elmi məhsullar, məşhur təsəvvüf məktəbləri ilə fərqli mistik və metafizik ünsürlər, yer kürəsinin ənənəvi qurşağında böyük əhatəli qarşılıqlı təsir sahəsini ortaya cıxarmıştır” (18, s 110). Bütün bunlar XIV əsrdə… Şərqi Afrikadan Malakkaya qədər uzanan Hind Okeanının bir İslam ticarət hövzəsi və mədəni qarşılıqlı təsir sahəsi halına gəlməsinə səbəb olmuşdur.
Azərbaycan ərəblər tərəfindən VIII əsrin əvvəllərindən ərəb işğalçılarının ictimai-siyasi və iqtisadi-maliyyə sisteminə daxil edildikdən sonra «müsəlman mədəniyyəti» adlanan sistemin tərkib hissəsi hesab olunmuşdur. Bu inkişaf xüsusiyyətini M.Ə.Rəsulzadə belə xarakterizə etmişdir: «Azərbaycanlılar milliyət etibarı ilə türk, din etibarı ilə islam, mədəniyyəti-əsasiyyət etibarilə şərqlidirlər» (9, s 12). Azərbaycan islam arealına daxil olduqdan sonra ümuminternasional islam ümməti və ideologiyası əsasında bərqərar olan İslam mədəniyyətinin formalaşmasında aktiv iştirak etmişdir. X əsrdən etibarən İslam dünyasının idarəedici elitası türklər olmuşlar və 1300-1700-cü illəri əhatə edən 400 illik bir dönəmdə İslam imperiyasını Macarıstandan İndoneziyaya qədər genişləndirmişlər. Bu dövrdə İslam dünyası İdarəedici elitasi türk olmaqla iki hissəyə – mədəniyyətin dili ərəb dili olan, Osmanlı imperatorluğunun rəhbərlik etdiyi qərb bölümünə, mədəniyyətin dili ərəbcənin yanında farsca olan Səfəvilərin rəhbərlik etdiyi Şərq bölümünə ayrılmışdır. İslam dünyasının iki türk imperatorluğu arasında qərb-şərq bölümünə ayrılması təkcə islamın deyil, müsəlman türk dünyasının gələcəyinin və mədəniyyət strategiyasının müəyyənləşməsində böyük rol oynamışdır.
Bu dövrdə Azərbaycan mədəniyyətinin xarakterinə təsir göstərəcək proses ondan ibarətdir ki, Azərbaycan Səfəvi dövlətinin ümumislam dini içərisində şiəlik məzhəbini qəbul etməsi və şiəlik ideyalarının, fəlsəfəsinin Azərbaycan mədəniyyətinin ideal və qayəsinə təsir etməsi, şiəlik məzhəbi içində türk-fars mədəniyyətlərinin uzlaşması, Azərbaycan mədəniyyətinin zaman-zaman iranlılaşması, Azərbaycan dövlətinin iran dövləti xarakterini qazanması ilə nəticələnmişdir.
Rusiya işgalı dövründəki Azərbaycan mədəniyyəti Orta Şərq və Anadolu Türk kimliyindən qoparılmasına,Türküstan (Mərkəzi Asiya-Şərq türklüyü) və Anadolu (Qərb Türklüyü), Volqa-Ural (Şimal türklüyü),İran və İraq türkləri arasında etnik, cografik və mədəni bütünləşdirici roluna (qızıl körpü )son verilməsinə rəgmən, sosio-mədəni həyatın bütün sahələrində ruslaşdırma siyasətinə məruz qaldıgına baxmayaraq, millətləşmə və çagdaşlaşma prosesinə qədəm qoymuşdur. I.Pyotr dövründə mənimsənmiş Türk-Mogol iyerarxiyasının hakim oldugu feodal”ənənəvi Slavyan kimliyi “yerinə, sənayeləşmiş, kapitalist “Avropalı Rus kimliyi”düşüncəsinin qəbulu, “Avropa Periferiyasında Rusiya” formalaşdırmaq siyasəti Qərbi Avropa mədəniyyətinin və dəyərlərinin Rusiyanın Müstəmləkələrinə və ucqarlarına da yayılmasına səbəb olmuşdur. Xüsusilə də “Bakının bir “petrol cənnəti”olaraq parlaması bölgədəki ənənəvi sosyal,mədəni və ictimai münasibətlərin dagılmasına və yeni kapitalist cəmiyyət anlayışının dogulmasına səbəb olmuşdur” (26, s 510). Dinə əsaslanan millətçilik yerinə,Cografiya və irqə əsaslanan millət anlayışının qəbulu yeni sosial,mədəni fikir hərəkətlərinə yol açmış,yeni sosial-siyasi və mədəni təşkilatlanma hərəkatlarının dogmasına səbəb olmuşdur.Maarifçilik hərəkatı kimi tanınan bu mədəni- xalqçı hərəkat Fransa inqilabından sonra bütün Avropada sürətlə yayılan Sekulyarizm, Sientizm, Humanizm, Demokratiya, Millətçilik, İnsan azadlıgı kimi hərəkatlarla yanaşı, Rusiyadakı Dekabristlər hərəkatından da ideya qaynagı kimi bıhrələnməkdə idi. Bu mədəni,sosial siyasi fikir hərəkatları Azərbaycanda ənənəvi mədrəsə təhsilinin yeni avropa üsullu təhsillə əvəz olunmasına, məktəblərin mətbuatn, teatrın, həmkarlar təşkilatlarının, xeyriyyə cəmiyyətlərinin, kitab xanaların, yeni janrlı ədəbiyyatın, siyasi partiyaların, ideoloji-siyasi, mədəni fikir hərəkatlarının dogulmasına səbəb olmuşdur. XIX əsrdəki bu sosio-mədəni dəyişiklik və inkişaf, tayfa, sülalə, xanədan idarəetmə sisteminə əsaslanan imperatorluq dövlət modelinin XX əsrdə demokratik respublika, millət dövləti modeli ilə əvəzlənməsinə səbəb oldu.
Müasir Azərbaycan mədəniyyəti Azərbaycan rus imperiyasının tərkibinə qatıldıqdan sonra Rusiyanın timsalında Avropa mədəniyyətinin, İranın timsalında şərq-islam mədəniyyətinin təsiri ilə Şərq-qərb mədəniyyətlərinin sintezindən doğan yeni mədəniyyətdir. Bu mədəniyyət universalizmlə yerli identik xüsusiyyətlərin məcmusudur.
1. Bünyadov Z.M, Yusifov Y.B. Azərbaycan tarixi. Bakı, Azərnəşr, 1994.
2. Nagıyev Cəlil.Qədim Şərq ədəbiyyatı tarixi.Bakı-2004.
3. Yenisey Gülarə. İranda Etnosiyasi hərəkatlar. Bakı, 2009.
4. Hüseynov M., İsmayılov Q., Quliyev N. Azərbaycanın arxeoloji abidələri
(qədim daş dövrü-orta əsrlər). Bakı, 1981
Comments are closed, but trackbacks and pingbacks are open.