Rpələng Uçuran
Sadəcə gülüş. O heç nəyi həll eləmir. O heç nəyi düzəltmir. Balaca bir şey. Amma mənimçün bu, bir işarədir. Mənimçün bu, baharın carçısı – ilk əriyən qardır.
Xalid Hüseyni “Çərpələng uçuran”
Annotasiya
“Çərpələn uçuran” (ingiliscə “The Kite Runner”) – Yeni əsrin əsas romanı. Müəllifi, yaşayan klassik adlandırılan möhtəşəm debüt. Dostluq və sədaqət, satqınlıq və günahların yuyulması haqda olan bu əsər hər oxucunun daxili aləminin ən dərinliyinə kimi nüfuz edə bilər.
Əmir və Həsəni uçurum ayırırdı. Biri yerli zadəgan mühitinə, digəri isə nifrət edilən azlıqlara daxil idi. Birinin atası yaraşıqlı və mötəbər bir şəxs, digərininki isə aciz və axsaq idi. Biri kitablara aludə olmuş oxucu, digəri isə savadsız idi. Həsənin dovşan dodaqlarını hamı görür, Əmirin iyrənc çapıqları isə daxilində gizli qalırdı. Lakin bütün bunlara baxmayaraq, bu iki uşaqdan daha yaxın başqa iki insan tapmaq çox çətin olardı.
Bu oğlanları amansız həyat burulğanı müxtəlif tərəflərə atır. Hərənin öz taleyi, öz faciəsi var. Lakin uşaqlıqda olduğu kimi onları yenə də incə tellər birləşdirir.
Karandaşın izi ilə
Əgər kimsə oğlunun həkim olması barədə danışırsa, çox güman ki, həmin şəxsin oğlu nə vaxtsa orta məktəbdə biologiyadan imtahan verib.
Oğurluq. O – bütün günahların özəyidir. Qatil həyat oğurlayır. Arvadının əlindən ər haqqını, övladlarından ata haqqını alır. Yalançı başqalarının doğruluq haqqını mənimsəyir. Yaramaz isə düzgünlük haqqını.
Övladlarımız “özün rənglə” kitabları deyil ki, onları sevimli rəngimizə boyayaq.
Özünü qoruya bilməyən oğlandan, heç bir işdə arxalanmaq mümkün olmayan kişi yetişir.
Hardadır o vaxtlar ki, mən Babaya dua edirdim? Amma indi venalarımı kəsib qanımı axıtmaq istərdim. Ondan mənə miras qalan bu murdar qanı.
Başqalarını özləri kimi bilmək, səmimi insanların bədbəxtliyidir.
Həqiqətin gözünə baxmaq, yalanla özünə lay-lay çalmaqdan daha yaxşıdır.
Sənin üçün lap min dəfə dalbadal.
Görəsən, O, bilirmi ki, mən hər şeyi görmüşəm? Bəs onda onun gözlərindəki nədir? Qınaq? Hiddət? Yoxsa, ən qorxulusu – qarşılıqsız sədaqət?
Hamı bizə qarşı idi. Və onlar da qalib gəldi. Tənhalar heç vaxt tab gətirmir. Dünya belə qurulub.
Həyat elə həyatdır. Bu sizin üçün kino deyil. Xüsusən də hind kinosu.
Bəzən elə olur ki, bir gün ərzində bütün ömrünüzü dəyişəcək çoxlu şeylər baş verir.
Sən – gecə qaranlığından sonra gələn səhər günəşimsən.
– Bu, kədərli hekayədir.
– Kədərli hekayələrdən yaxşı kitablar yaranır.
Cavan qadın ,hətta, boş-boş şayələrə görə də ərə getməyə bilərdi. əfqan bəyləri, xüsusilə hörmətli ailələrdən olanlar, çox incə və dəyişkən cinsdir.
Xərçəngin də Şeytan kimi çoxlu adları var imiş.
Deyirsən, bəs sən necə yaşayacaqsan? Elə mən də bütün bu illər ərzində sənə bu sualı verməməyi öyrətməyə çalışmışam.
Onsuz bu dünya necə boş olacaq…
Sürəyya məni qucaqladı. Nəhayət… axır ki, doyunca ağlaya bilərəm.
Xalanın xəstəlikləri Ruminin əsərlərinə bənzəyir. Onlar kimi çoxcildlidir.
Həyat – qatardır, öz yerini tut.
Sən lap amerikalı olmusan. Bu, yaxşı şeydir. Elə optimizm Amerikanı qüdrətli etdi. Biz əfqanlar isə melanxolikik. Dərd çəkməyi, öz halımıza yanmağı sevirik.
“Hə” demək, yalan söyləmək idi. “Yox” demək, həqiqəti açmaq. Mən ortanı seçdim. –Bilmirəm.
Həmişə əldə edib itirmək, heç əldə etməməkdən daha ağırdır.
– Sən mənim haqda çox böyük fikirdəsən.
– Sən isə özün haqda çox aşağı.
Mənim bədbəxtliyim ondadır ki, həmişə hazıra nazir oluram.
– Elə qorxuram ki.
– Nədən?
– Çünki çox xoşbəxtəm.
Vətənimdə dəhşətli müharibələr baş verir, internet kəşf olunur, kosmik robotlar Mars səthində gəzişirlər. Əfqanlar isə yüz il əvvəl olduğu kimi bir-birlərinə Molla Nəsrəddin lətifələri danışırlar.
Bacara bilsən, atanı, istəsən, məni bağışla. Amma ən əsası özünü bağışla.
Əfqanıstanda uşaqlar çoxdur, uşaqlıq az.
– Sizin ölüm haqda şəhadətnaməniz var?
– Ölüm haqda? Əfqanıstanda? Burda çoxunun heç doğum haqda şəhadətnaməsi yoxdur.
Uşaqlara söz vermək – təhlükəli işdir.
Sakitlik – həyat tələsmədən, dinib-danışmadan, amma inamla axıb gedəndə olur. Bəs birdən həyat heç hərəkət eləmirsə, onda necə adlanır? Donmuş? Səssiz? Ümumiyyətlə, o mövcud kimi sayılırmı?
Bu ölkədə milçəklər də harasa tələsir.
Sadəcə gülüş. O heç nəyi həll eləmir. O heç nəyi düzəltmir. Balaca bir şey. Amma mənimçün bu, bir işarədir. Mənimçün bu, baharın carçısı – ilk əriyən qardır.
Tərcümə: Lamiyə Göycəyeva
Çərpələng Uçuran
Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. ‘Çərpaləng uçuran’ bu an yaşanan müstəmləkə&.
Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. ‘Çərpaləng uçuran’ bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür. Haçansa gec olurmu?
- Marka Qanun Nəşriyyatı
- Məhsul Kodu 3158
- Anbardakı sayı 13
- Qiyməti 9,99 AZN
- Çatdırılma vaxtı 48 saat
Çərpələng uçuran
Çərpələng uçuran – əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı. Bu əsərdə XX əsrin ikinci yarısında Əfqanıstanda yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir.
Əsərdən sitatlar [ redaktə ]
A [ redaktə ]
- Ağlından nələr keçdiyini çox vaxt hiss etmədiyim bir uşaq necə olur ki, məni açıq kitab kimi oxuyurdu?
- Ağzımı açdım, sanki nəsə dedim. Sanki. Həyatımın bütün qalanı başqa cür ola bilərdi, əgər dinsəydim. Amma etmədim.
B [ redaktə ]
- Baba ilə eyni evdə yaşayırdıq, amma fərqli dünyalarda. Çərpələnglər bu iki dünya arasında kağız incəliyindəki kəsişmə nöqtəsiydi.
- Bu sadəcə bir təbəssüm idi başqa heç nə. Bu hər şeyi həll etmirdi, bu HEÇ NƏYİ həll etmirdi. Sadəcə bir təbəssüm. Kiçik bir şey. Quşlar uçuşa başlayanda budaqda titrəyən yarpaq kimi xəfif. Amma mənə bu da yetər. Mən onu qollarımı açaraq qəbul edəcəm. Çünki bahar gəldikdə qar dənəcikləri asta-asta əriyir. Ola bilsin, mən əriyən ilk qar dənəsinin şahidi idim
Ç [ redaktə ]
- Çərpələng uçuran adam çərpələngi əlinə aldısa, heç kim bunu onun əlindən ala bilməzdi. Bu, qayda deyildi. Ənənə idi.
D [ redaktə ]
- Dedikləri sözün arxasında duran insanların əsas nöqsanı budur, onlar düşünür ki, hər kəs onlar kimidir.
- Dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır.
E [ redaktə ]
- Elə bir an gəlir ki, adamı daşqından xilas edən kəndir onu boğmağa başlayır.
Ə [ redaktə ]
- Ədalətsiz görünə bilər, amma bir-neçə gündə, bəzən isə sadəcə bircə gündə baş verən hadisə bütün həyatının gedişatını dəyişə bilər.
- Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur.
- Əgər bir gün dindarlar bu ölkəni ələ keçirsələr, vay bizim halımıza!
H [ redaktə ]
- Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur.
K [ redaktə ]
- Keçmiş haqqında deyilənlər yanlışdır, mən onu necə basdırmağı öyrəndim. Çünki keçmiş, üzə çıxmağın öz yolunu tapır.
- Kədər içində idim. Kabilə qayıtmağım bir köhnə dostunun ziyarətinə gəlib, onun gününün pis keçdiyini , evsiz – eşiksiz qaldığını, qocalıb əldən düşdüyünü görmək kimi idi.
M [ redaktə ]
- Müharibə, qüruru ortadan qaldırmaz. Əksinə, daha çox qürura ehtiyac olur.
O [ redaktə ]
- Otaqda bizimlə birlikdə nəfəs-nəfəsə qalan, tərləyən bir şey daha vardı: Keçmiş.
S [ redaktə ]
- Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.
- Sənə bu qədər xoşbəxt olmağa, ancaq səndən bir şey almağa hazırlaşdıqları zaman icazə verərlər.
- Sonda dünya qalib gəlir, çünki dünyanın işləri belə qurulub.
- Sonradan sahib olduğun bir şeyi itirmək hər zaman daha çətindir, nəinki heç sahib olmamaq.
U [ redaktə ]
- Uşaqlar boyama kitabı deyil. Onları istədiyin rənglərə boyaya bilməzsən.
- Uşaqların qorxularına qalib gəlmə üsulu budur: yatmaq.
Y [ redaktə ]
- Yalanla təsəlli verməkdənsə, həqiqətdən əziyyət çəkmək daha yaxşıdır.
- Yaralar sağalar, ləkələnən adlar əsla.
İstinadlar [ redaktə ]
- Ədəbiyyat
- Kitablar
- Ədəbi əsərlər
- Müəlliflərinə görə ədəbi əsərlər
- Xalid Hüseyninin əsərləri
Comments are closed, but trackbacks and pingbacks are open.