Press "Enter" to skip to content

Cm-in 153-cü maddəsi hökm

İclasda çıxış edən deputat Eldəniz Səlimov hadisə üzrə təqsirli olduğunu və peşmançılıq hissi keçirdiyini bildirib.

Eldəniz Səlimov CM-nin hansı maddəsi ilə təqsirləndirilir?

Milli Məclisdən Teleqraf.com -a verilən məlumata görə, avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

İclası açan komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəliyə 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ daxildir.

Eldar İbrahimov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Milli Məclisin sədri Sahibə Qafarovaya deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün təqdimat göndərib. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən təqdimata İntizam Komissiyasında baxılmalıdır.

Bildirildi ki, Milli Məclisin deputatı Eldəniz Səlimovla bağlı material Baş Prokurorluqda araşdırılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. Konstitusiyaya əsasən, deputatın şəxsiyyəti toxunulmazdır. Ona görə də Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi zərurəti yaranıb.

İclasda çıxış edən deputat Eldəniz Səlimov hadisə üzrə təqsirli olduğunu və peşmançılıq hissi keçirdiyini bildirib.

Tədbirdə İntizam komissiyasının üzvləri Fəzail Ağamalı, Hikmət Məmmədov, Nizami Səfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Madər Musayev və komissiyanın katibi Nurlan Həsənovun fikirləri dinlənildikdən sonra Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ parlamentin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Cm-in 153-cü maddəsi hökm

Uzun müddət müxtəlif rayonların prokuroru olmuş Ələmdar Məmmədovun qələmə aldığı xatirələri həm də bir çox tarixi hadisələrə işıq tutur. SSRİ dövründə qanunlardakı boşluqlardan tutmuş, bəzi hüquq mühafizə orqanları əməkdaşlarının şəxsi keyfiyyəti, mübahisəli qərarları və addımlarına qədər bir çox gizlinlərə aydınlıq gətirən bu xatirələr, ümidvarıq ki, oxucuların da diqqətini cəlb edəcək.

Dünənimizi öyrənmək istəyənlər üçün əsl mənbə olduğunu nəzərə alıb keçmiş prokurorun redaksiyamıza göndərdiyi xatirələri Ovqat.com oxucularının ixtiyarına veririk:

Giriş

Belə bir deyim var: “Padişahın ədaləti. yoxsa mərhəməti – hansı üstündür?”

Osmanlı tarixinə bir nəzər yetirək. 10-cu Osmanlı sultanı Qanuni Sultan Süleyman 46 illik hakimiyyəti dövründə (1520-1566) bir dəfə də olsun qərarını dəyişmədi. Fətva almadan böyük qərarlar qəbul etmədi. İki oğlunu və altı nəvəsini edam etdirdi. Ona “Qanuni” ləqəbi qanunlar toplusu və s. yaratdığına görə deyil, ədalətli olmasına görə verilmişdi.

Sultan Sülüymanın ədaləti eyni əmələ görə hamının qanun qarşısında bərabər olmasına əsaslanırdı. O, iki oğlunu və onların övladlarını səltənətə qarşı çıxdıqlarına görə edam etdirmişdi (Bu gün dəqiqliklə sübut olunmuşdur ki, böyük oğlu Mustafa heç bir dövlət çevrilişi cəhdində bulunmamışdır).

Qanuni Sultan Süleymanın sərt təbiəti, özünün və təbəələrinin qanunlara dürüst əməl etməsi, yüksək ağlı və zəkası, dövlət işlərini hər şeydən üstün tutması nəticəsində Osmanlı imperiyası onun hakimiyyəti dövründə ən yüksək həddinə çatdı.

Osmanlışünaslar yekdil fikirdədirlər ki, Sultan Süleyman 36 Osmanlı sultanlarından ən möhtəşəmidir. Osmanlının yüksəlişi “Qanuninin” ölümü ilə dayanır. Təxminən 25 illik durğunluq dövründən sonra imperiyanın enişi başlayır.

Ümumiyyətlə, Osmanlıda “şəriksiz iqtidar” institutu de fakto Sultan I Murad dövründə (s.d 1359-1389) başlamışdı. Orxan Qazi ölən kimi taxta çıxan I Murad 2 qardaşını edam etdirmişdi. Həmin vaxtdan Osmanlı sultanları taxta çıxdıqda qardaşlarını və onların oğlan övladlarını edam etdirirdilər.

7-ci Osmanlı sultanı Fateh II Mehmet (s.d 1451-1481) de fakto mövcud olan bu qaydanı “Fərmani hümayun”-la qanunlaşdırdı. Hətta 13-cü sultan III Mehmet (s.d 1595-1603) 19 qardaşını boğdurmaqla edam etdirmişdi.

Bu qaydaya 14-cü Osmanlı sultanı I Əhməd (s.d 1603-1617) tərəfindən son qoyuldu. Kiçik qardaşı Mustafaya qıymadı, mərhəmət göstərdi. O, 27 yaşında dünyasını dəyişdi və qardaşı I Mustafa hakimiyyətə gəldi, lakin I Mustafa 3 aydan sonra hakimiyyətdən kənarlaşdırıldı və I Əhmədin böyük oğlu II Osman (s.d 1618-1622) hakimiyyətə gəldi. Qardaşı Mehmeti edam etdirdi. 1622-ci ildə Yeniçərlərin qiyamı nəticəsində II Osman işgəncə ilə öldürüldü. Mərhəmət göstərilmiş I Mustafa təzədən taxta çıxdı. İlyarımdan sonra taxtdan endirildi və I Əhmədin böyük oğlu IV Murad 11 yaşında taxta çıxdı (s.d 1622-1640). Qardaşları Bəyazid və Qasimi edam etdirdi. 1640-ci ildə qaraciyər xəstəliyindən öldü (bəzi mənbələr anası Köşem sultanın da iştirakı ilə tədricən zəhərləndiyini iddia edirlər). I Əhmədin axırıncı oğlu I İbrahim (s.d 1640-1648) taxta çıxdı. 1648-ci ilin avqust ayında oğlu IV Mehmetin xeyrinə taxtdan endirildi. 10 gündən sonra Naibi Səltənət olan anası Köşem sultanın razılığı ilə edam edildi.

Beləliklə, Sultan I Əhmədin mərhəmətinə tale 5 oğlunun edamı ilə cavab vermiş oldu.

Bu faktları sadalamaqda məqsədim odur ki, ana tarix bu gün də cavab verə bilmir ki, hansı üstündür, ədalət yoxsa mərhəmət?

Azərbaycanın 2-ci prezidenti Əbülfəz Elçibəy çıxışlarının birində “Doğrudur, qanunu pozmaq olmaz, lakin hərdən yan keçmək olar” demişdi. Bir çox hüquqşünaslar kimi, mən də Elçibəyin bu fikrini istehza ilə qarşılamışdım. Lakin zaman keçdikcə ömür yoluna nəzər salarkən qanunundan geriçəkilmə hallarının çoxlarının, o cümlədən mənim həyatımda da baş verdiyini etiraf etməli olmuşam.

Adətən, memuar və xatirələrdə müəlliflər səhvsiz görünməyə çalışır. Mən bu ənənəni pozaraq şüurlu şəkildə, qəsdən, bilə-bilə yol verdiyim və bu gün də peşiman olmadığım qanundan geriçəkilmə halları ilə (qanundan yankeçmə) bağlı bir neçə hadisəni oxucuların müzakirəsinə verirəm.

I hadisə

Qanun pozuntusundan keçən mərhəmət

1981-ci ilin iyun ayının 30-da (yarımilliyin son günü) Masallı rayon prokurorluğunun müstəntiqi Şaməddin Nəsibov CM-nin 169-cu maddəsi ilə (səhlənkarlıq) istintaq olunmuş cinayət işini yekunlaşdırıb ittihamnaməni təsdiq etmək üçün prokuror əvəzi kimi mənə təqdim etdi. Təqsirləndirilən şəxs meşə gözətçisi idi. (Meşəbəyi). Nırx dəyəri ilə 3500 manat zərərə görə məhkəməyə verilirdi. Barəsində “şəxsi iltizam” qəti-imkan tədbiri seçilmişdi.

Ş.Nəsibov dedi ki, təqsirləndirilən şəxs Ələddin (soyadı yadımdan çıxıb) sizinlə görüşmək istəyir. Həmin şəxsi qəbul etdim. Ələddin ağlaya-ağlaya maraqlı və faciəli hadisə danışdı:

-75 yaşlı anam ibadət əhli olduğuna və İranda qohumları qaldığına görə adətən İran televiziyasına baxırdı. Keçən ilin avqust ayında televiziyada ayətullanın moizəsinə qulaq asarkən birdən, ay qardaş, can qardaş, bacın sənə qurban deyib, bayıldı. Özünə gələndən sonra təzədən televizora yaxınlaşıb “qardaş” deyə, ağlamağa başladı- “Bu, sənin dayındır, Ələddin” – dedi.

Bir neçə gündən sonra dövlət orqanlarına müraciət etdik. Doğrudan da anamın qardaşı imiş. 1938-ci ildə anam 4 uşağı ilə Sovet Azərbaycanında, kiçik qardaş və bacıları isə valideynləri ilə birlikdə İranda qalmışdılar. Məktub yazdıq. Cavab gəldi. Novruz bayramı ərəfəsində dayım telefon açdı, anamla danışdı. İndi İrana getmək üçün mənə və anama iki aylıq viza göndərib.

2 iyulda Bakı-Ənzəli gəmi marşurutu ilə yola düşməliyik. Vizanın vaxtı 31 avqusta tamamlanır. Mənim pasportum cinayət işinə əlavə olunub. Anam da mənsiz gedə bilməz. Əgər getməsə onsuz da xəstə olan anam bu dərdə tab gətirə bilməz, ölər.

Həmin dövrdə barələrində cinayət işi istintaq olunan bir çox şəxslər viza ilə İsrailə gedib qayıtmamışdılar. Diqqətsizlik etmiş bütün istintaq və prokurorluq işçiləri orqandan və partiya sıralarından xaric edilmişdilər.

SSRİ Baş Prokurorunun və müvafiq olaraq Azərbaycan Respublikası Prokurorunun göstərişinə əsasən ən yüngül maddə ilə məhkəməyə verilən şəxsin pasportu cinayət işinə əlavə olunmalı idi. Bu tələbə əməl etməmək kobud qanun pozuntusu hesab olunurdu. Çətin və ağır vəziyyətdə qalmışdım. Bir tərəfdə qanun, digər tərəfdə qanun pozuntusundan keçən mərhəmət. Hansını üstün tutmalı?

Mən Ələddinə fikirlərimi çatdırdım. Dedim ki, əgər iyul ayının axırına kimi gəlməsən, məni orqandan çıxaracaqlar. Çaşıb İranda qalsanız, haqqımda cinayət işi başlanılacaq.

Ələddin gözünün yaşını silərək dedi:

-Ələmdar müəllim, siz mənə elə yaxşılıq edirsiniz ki, ölsəm də, iyul ayının axırına kimi gələcəyəm.

Pasportunu və hərbi biletini cinayət işindən götürüb, heç bir sənəd tərtib etmədən ona verdim. Prokurorun 5 sutka işlə tanış olma hüququndan istifadə edərək bir həftə cinayət işini özümdə saxladım. Məhkəməyə göndərərkən dəftərxana müdirindən xahiş etdim ki, hakimə cinayət işini 2-3 gün gec versin.

15 iyulda məhkəmə sədri Abbas Quliyev mənə telefonla dedi ki, ittihamnaməni vermək üçün müqəssiri çağırırıq, gəlib çıxmır. İki günə gəlməsə, barəsində həbs qəti-imkan tədbiri seçəcəyik. Abbas müəllimdən 3 gün möhlət istədim və 3 gündən sonra onun yanına gedib hadisəni olduğu kimi danışdım.

Yaş fərqimizə baxmayaraq, dostluq münasibətində idik. Mənim xətrimi çox istəyirdi. Ona görə də bərk həyəcanlandı: “Sən nə etmisən?! Əgər o vaxtında gəlməsə və yaxud İran dövlətindən sığınacaq istəsə, sənin haqqında cinayət işi başlaya bilərlər. Abbas müəllim, olan-olub. Mən ona inanıram. Mütləq gələcək”-dedim.

Vaxt daraldıqca həyəcanım artır, gecələr yata bilmirdim. İyul ayının 29-da axşam saatlarında Ələddin Bakıdan zəng etdi:

– Ələmdar müəllim, Bakıdayam. 1 saata maşınla çıxırıq. Sabat saat 9:00-da məhkəmədə olacağam.

Səhərisi günü məhkəmədə prokuror kimi işə çıxdım. Ona şərti cəza verdik. Məhkəmədən sonra Ələddin anası ilə dayısının necə görüşmələrindən, dayısının İmam Xomeyninin ən yaxın adamlarından olsa da, iki aylıq vizanın çox çətinliklə bir aya endirilməsindən, anasının və dayısının mənə etdikləri dualarından danışdı. Dayısı mənə təsbeh və Quran göndərmişdi.

Ələddin ilə uzun illər dostluq etdik. Mən Masallıdan gedəndən sonra da o, məni arayıb, axtarırdı.

II hadisə

Ədalət naminə susqunluq

1993-cü ilin əvvəllərində, gecə saatlarında milis şöbəsindən məlumat verdilər ki, kəndlərin birində hadisə olub və bir nəfər qarın boşluğuna keçən ağır xəsarətlə xəstəxanın cərrahiyyə şöbəsinə gətirilib (bəzi mülahizələrə görə kəndin və şəxslərin adlarını göstərmirəm). Xəsarət yetirən şəxs milis şöbəsinə gətirilərək, şübhəli şəxs kimi saxlanılmışdı.

Səhərisi günü CM 102-ci maddəsi ilə cinayət işi başlanıldı. İlkin istintaq hərəkətləri nəticəsində aşağıdakılar müəyyən edilmişdi:

Toy məclisində “A” dostu “B” ilə bir gənc qadına “aşiq” olurlar. Toy yekunlaşdıqdan sonra həmin qadını izləyirlər. Qadının bir kişinin qoluna girərək getdiyini görən “B” :- Bu qadın evlidir. Gəl qayıdaq, – deyir. “A” razılaşmır ki, qadın mənə baxıb gülürdü. Məndən xoşu gəlir. Onunla mütləq görüşməliyəm.

“B” aralanıb evlərinə gedir. “A” isə ər-arvadı izləməkdə davam edir. Qadın və əri “D” evlərinə gəlib, aynabəndin cəftəsini içəridən bağlayıb, yatırlar. Təxminən 30 dəqiqədən sonra “A” əlinə keçən məftillə aynabəndin cəftəsini qaldırıb, evə girir və oradan da yataq otağına keçərkən, “D” əlindəki bıçaq ilə “A”-nın qarnına bir zərbə vurur. “A”-nın qışqıraraq yıxıldığını görüb, tez həkim çağırır, sonra milis şöbəsinə gəlib bıçağı təhvil verir.

Bu hadisə rayonda böyük narahatçılığa və səs-küyə səbəb olmuşdu. Müstəntiq “D”-yə CM-nın 102 maddəsi ilə ittiham elan etdi. “Həbsə” icazə vermədim. Bəzi mülahizələrə görə, müstəntiqə sonrakı fikirlərimi bildirmədim. Yusif həkimi ( rayon mərkəzi xəstəxanasının baş həkimi) dəvət etdim. O, cərrahiyyə əməliyyatının ağır keçsə də, xəstənin durumunun qənaətbəxş olduğunu söylədi.

Yusif həkim yetirilmiş xəsarətlə təqdim olunmuş mətbəx bıçağının uyğunsuzluğu barədə bildirsə də, onun sözlərinə fikir vermədim (Ehtimal olunurdu ki, bıçaq qarın boşluğuna keçdikdən sonra burulmuşdu). Baş həkimə xəstə palataya keçirilərkən mənə xəbər verməsini tapşırdım. 5 gündən sonra xəstə “A” yeriməyə başlayarkən, onun barəsində CPM-nin 167-ci maddəsinə əsasən (ittiham elan olunmadan həbsəalma) həbs qəti-imkan tədbiri seçdim. Xəstənin palatasına milis postu qoyuldu. 10 gündən sonra “A”-ya CM-nın 207-ci mad. 2 hissəsi ilə (qərəzli xuliqanlıq) ittiham elan olundu və barəsindəki həbs qəti-imkan tədbiri gücündə saxlanıldı.

Çox mübahisələr oldu. Xuliqanlıq cinayətində ictimai qaydanın kobud şəkildə pozulması və cəmiyyətə açıq hörmətsizlik edilməsi zəruri şərtdir. Gecə yarısı hamının yatdığı bir vaxtda “ictimai qaydanın pozulması” mübahisə yaradırdı. Lakin “xüsusi azğınlıq” motivinin çox güclü olmasına görə, mən qərarımı düzgün hesab edirdim. (Həmin vaxt “oğurluq niyyəti olmadan mənzilə qanunsuz girmə” anlayışı yox idi).

İstintaq müddətinin başa çatmasına bir gün qalmış müstəntiqə qərarımı açıqladım. Cinayət işinin “D”-nin barəsində olan hissəsi CM-nin 13-cü maddəsinə əsasən, (zəruri müdafiə) xitam edildi. “A” CM-nin 207-ci mad. 2-ci hissəsi ilə təqsirli bilinib, məhkəməyə verildi. Məhkəmənin hökmü ilə “A” 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Uca ədalət öz sözünü dedi.

III hadisə

Prokurorluq işçilərinin fədakarlığı

1992-ci ilin aprel ayının əvvəllərində Zaqatala rayon prokuroru vəzifəsinə başladım. Bir gündən sonra daxili əmrlə səlahiyyətlərimi prokuror köməkçisi Tələt Qarayevə həvalə edərək məzuniyyətə çıxıb, Moskva şəhərinə getdim.

14 aprel 1992-ci ildə saat 9:00 radələrində prokuror əvəzi Tələt Qarayevə Moskvadan zəng edərkən o, mənə aşağıdakıları bildirdi.

Zaqatala rayon prokurorluğunun müstəntiqi Afər Nəsirova dostları tərəfindən məlumat verilir ki, milis rəisi rayon rəhbərliyinin dəstəyi ilə bu gecə 4 sistern maşınla Zaqatala-Muğanlı yolu ilə Gürcüstan respublikasına benzin və dizel yanacağı keçirəcəklər. Afər Nəsirov Tələt Qarayevi bu barədə məlumatlandırır. Tələt Qarayev və Afər Nəsirov yüksək vətənpərvərlik və vətəndaşlıq mövqeyi göstərərək, vicdanlı milis işçiləri müstəntiq Şahin Əliyev, DAM-nin rəisi Elman Bayramov və mühafizə bölməsinin rəisi Farizlə birlikdə bu iyrənc cinayətin qarşısını almağı qərarlaşdırırlar.

13 aprel 1992-ci il tarixdə gecə Zaqatala-Muğanlı yolunda pusqu qururlar. Saat 2:00 radələrində maşın karvanı görünür. Sürücülər ilkin tələbə tabe olmayaraq, yollarına davam edirlər. Müstəntiq Afər Nəsirov maşın karvanının qarşısına keçərək xidmətçi silahdan bir neçə dəfə atəş açmaqla onları saxlayır. Sürücüləri maşınlarla birlikdə rayon prokurorluğunun həyətinə gətirirlər. 4 maşında 27 ton benzin və dizel yanacağı var idi. Dərhal CM-nin 88-1 maddəsi ilə cinayət işi başlanılır. (Ehtimal olunurdu ki, yanacaq Zaqatala neft bazasından götürülmüşdür). İlkin istintaq hərəkətləri aparılır. Milis rəisinin dəstəyi ilə şübhəli şəxslər qaçıb gizlənirlər.

Doğrudan da çətin vəziyyət idi. Maşınları məlum səbəbdən milis şöbəsinə aparmaq olmazdı. Prokurorluğun açıq həyətində saxlamaq da təhlükəli idi. Maşınları uzaq məsafədən gülləbaran edə bilərdilər və s.

Mən Tələt müəllimə məsləhət bildim ki, məsələni ictimailəşdirsinlər. Kütləvi informasiya vasitələrinə müraciət etsinlər. (Təxminən bir ay sonra gözəl jurnalist Qafar Cəbiyev bu hadisə ilə əlaqədar Azərbaycan qəzetində böyük yazı vermişdi). Fədakar prokurorluq işçiləri Tələt Qarayev və Afər Nəsirov, vicdanlı milis işçiləri və könüllülərin dəstəyi ilə 5 gün prokurorluğun binasında növbə çəkirlər.

Mən prokurorluq işçilərinin hərəkətini ona görə “fədakarlıq” adlandırıram ki, biz 70 illik Sovet cəmiyyətinin qanunları ilə işləyirdik. Leninin təbirincə desək, prokurorun heç bir inzibati səlahiyyəti yox idi. Onun yeganə vəzifəsi qanunların düzgün icra olunmasına nəzarəti həyata keçirmək idi. Tələt Qarayev və Afər Nəsirovun əməliyyatçı kimi pusqu qurması, Afərin atəş açması, maşın karvanını saxlaması əslində qanundan kənara çəkilmə idi. Orada hər hansı bir hadisə olsaydı, prokurorluq işçilərindən səlahiyyətlərinə aid olmayan iş görmələri soruşulacaqdı. Lakin, onlar uca ədalət naminə hər cür riski gözləri önünə alaraq, bu addımı atmışdılar.

Yeri gəlmişkən, prokurorluq işçilərinin vəzifəsinə uyğun olmayan fədakarlığından çox danışmaq olar.

1987-ci ildə Masallı rayon kəndlərindən birində ağır cinayət hadisə törətmiş şübhəli şəxs qoşalülə öv tüfəngi və xəncərlə silahlanaraq, həyətindəki quyuda gizlənib, hadisə yerinə gələnləri atəş açmaqla təhdid edirdi. Hadisə yerində olan prokurorluğun müstəntiqi Şaməddin Nəsibov silahsız həmin adama yaxınlaşıb, xeyli söhbət edir, hətta yemək gətizdirib onunla badələşir. İki saat davam edən bu fədakarlıqdan sonra şübhəli şəxs odlu və soyuq silahı Şaməddinə təhvil verir və təslim olur. Hadisə yerində olmuş milis işçilərinin bir neçəsi təhlükəli cinayətkarı yaxaladıqlarına görə mükafatlandırılırlar. Şaməddin Nəsibov isə yada düşmür. (Mən bir neçə dəfə rayon prokuroruna Şaməddin barədə təqdimat yazılmasının zərurililiyini bildirsəm də, nəticə olmadı).

Haşiyə

Başqa bir misal. 1993-cü ildə Balakən rayon prokuroru Yusif Xəlilov ağır cinayət törətmiş iki nəfər şəxsi yaxalamaq üçün milis işçiləri ilə birlikdə həmin şəxslərin gizləndiyi məkana gəlir. Cinayət törətmiş şəxslərlə söhbət etmək üçün onlara yaxınlaşarkən, atəş açılır. O, yerə yataraq sürünə-sürünə bir çokəkliyə çatıb, hava qaralana qədər gözləməli olur. Dörd saat davam edən atışmanın arasında qalır. Hətta, yüngülvari olsa da, yaralanır.

Mən məzuniyyətimi yarımçıq qoyub 20 aprel 1992-ci ildə rayona gələndə milis rəisi və rayon rəhbərliyinin himayədarlığı ilə-prokuror və müstəntiqin işdə şahid olması motivi ilə cinayət işini Respublika Prokurorluğu öz icraatına götürərək, istintaqın aparılmasını mühüm işlər üzrə müstəntiqə tapşırmışdı. Müstəntiq işi xeyli ləngitdi. Nəhayət, 1992-ci ilin iyul ayında qəbul edilmiş “amnistiya aktına” əsasən CM-nin 88-1 maddəsi ilə olan hissəsi xitam edildi. (Yanacağın dəyəri 45000 manat qiymətləndirilmiş və ziyan ödənmişdi).

Bir nəfər şəxs CM-nin 220-ci maddəsi ilə (odlu silah gəzdirmə və saxlama) müqəssir qismində cəlb edilərək məhkəməyə verildi. Bu həmin müstəntiq idi ki, sonralar məhşur killer Cabirin qaçırılmasında xüsusi rol oynamışdı. (Bax: “Qanla oynamaq olmaz”

Bu hadisə layiqli hüquqi nəticəsini almasa da, (milis rəisi və rayon rəhbərliyi sudan quru çıxdılar) gələcəkdə yanacağın Gürcüstan Respublikasına keçirilməsinə qarşı qətiyyətli mübarizənin əsasını qoydu.

Məsələ burasındadır ki, həmin vaxt Gürcüstanda yanacaq qıtlığı var idi. Azərbaycana gələn hər bir Gürcüstan vətəndaşı 50-100 litr yanacaq aparırdı. Lakin, bir tondan artıq yanacaq aparanlara qarşı amansız mübarizə başlanmışdı. Belə hesab edirdik ki, öz ehtiyacından çox yanacaq aparanlar daha ağır vəziyyətdə olan Ermənistanda satıb, qazanc əldə edirlər. Ona görə də bir tondan artıq yanacaq aparanların haqqında CM-nin 153-cü maddəsi ilə (möhtəkirlik) cinayət işi başlanılır və bir nəfər kimi hamısının barəsində həbs qəti-imkan tədbiri seçilirdi.

1992-ci ilin dekabr ayında 3 nəfər şəxs 7 ton dizel yanacağını Gürcüstan Respublikasına apararkən milis işçiləri tərəfindən yaxalanmışdılar. CM-ni 153-cü mad. 2-ci hissəsi ilə başlanılmış cinayət işi üzrə hər üçünə ittiham elan edilməklə barələrində həbs qəti imkan tədbiri seçilmişdi. İstintaq mərhələsində Azərbaycan Respublikasının 27 yanvar 1993-cü il tarixli qanunu ilə 153-cü maddə cinayət məcəlləsindən çıxarıldı. (dekriminalizasiya). Həmin şəxslər barəsində cinayət işi xitam edilməli idi. Əlini əlinə sürtüb sevinənlər də oldu.

Nə etməli? Çox fikirləşdikdən sonra ümumi norma tapıldı. Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı ələ keçirmə (CM-nin 214-cü maddəsi). Bir qayda olaraq yanacaq daşıyan şəxslər mənbəyi göstərmir, tanımadıqları yol maşınından aldıqlarını bildirirdilər. Beləlilklə, bundan sonra Gürcüstana külli miqdarda yanacaq aparan şəxslərə niyyətdən asılı olaraq CM-nin 214-cü maddəsinin müxtəlif hissələri ilə ittiham elan edilirdi. Barələrində cinayət məcəlləsinin 153-cü maddəsi ilə xitam qərarı qəbul edilmiş şəxslərə cinayət məcəlləsinin 214-cü maddəsinin 4-cü hissəsi ilə ittiham elan olundu və məhkəməyə verildilər. Məhkəmənin hökmü ilə hər üç müqəssir məhkum edildilər. Bu, qanundan geri çəkilmə idimi?

Bu gün də hesab edirəm ki, bizim hərəkətimiz düzgün olub. Azərbaycan yanacağının Ermənistana aparılmaması üçün bütün vasitələr məqbul idi. (Əvvəllər bir dövlətin tərkibində olduğumuza, gömrük postlarının hələ yaradılmamasına görə, qaçaqmalçılıqdan söhbət gedə bilməzdi). Fəxrlə deyirəm ki, Azərbaycandan qonşu respublikalara qeyri-qanuni yolla yanacaq daşınması ilə əlaqədar effektli mübarizə yalnız Zaqatala rayonunda gedirdi. Digər Gürcüstanla sərhəd rayonlarda qeyri-qanuni yanacaq daşınması ilə əlaqədar ən yaxşı halda inzibati tədbirlər görülürdü. Cinayət məsuliyyətinə cəlb edilən olmurdu. İnanmayanlar bunu sadə araşdırma ilə müəyyən edə bilərlər.

Ələmdar Məmmədov

Keçmiş prokuror

Ana səhifəyə qayıt Baxış: 2 410 Tarix: 24-08-2017, 00:37

What is 153 Centimeters in Feet and Inches?

How tall is 153 cm in feet and inches? How high is 153 cm? Use this easy calculator to convert centimeters to feet and inches.

153 Centimeters =

5 Feet, 0.23622 Inches

(rounded to 5 digits)

Height Conversion Table

(some results rounded)

cm Ft In Feet Inches Meters
153.00 5′ 0.2362″ 5.0197 60.2362 1.5300
153.01 5′ 0.2402″ 5.0200 60.2402 1.5301
153.02 5′ 0.2441″ 5.0203 60.2441 1.5302
153.03 5′ 0.2480″ 5.0207 60.2480 1.5303
153.04 5′ 0.2520″ 5.0210 60.2520 1.5304
153.05 5′ 0.2559″ 5.0213 60.2559 1.5305
153.06 5′ 0.2598″ 5.0217 60.2598 1.5306
153.07 5′ 0.2638″ 5.0220 60.2638 1.5307
153.08 5′ 0.2677″ 5.0223 60.2677 1.5308
153.09 5′ 0.2717″ 5.0226 60.2717 1.5309
153.10 5′ 0.2756″ 5.0230 60.2756 1.5310
153.11 5′ 0.2795″ 5.0233 60.2795 1.5311
153.12 5′ 0.2835″ 5.0236 60.2835 1.5312
153.13 5′ 0.2874″ 5.0240 60.2874 1.5313
153.14 5′ 0.2913″ 5.0243 60.2913 1.5314
153.15 5′ 0.2953″ 5.0246 60.2953 1.5315
153.16 5′ 0.2992″ 5.0249 60.2992 1.5316
153.17 5′ 0.3031″ 5.0253 60.3031 1.5317
153.18 5′ 0.3071″ 5.0256 60.3071 1.5318
153.19 5′ 0.3110″ 5.0259 60.3110 1.5319
153.20 5′ 0.3150″ 5.0262 60.3150 1.5320
153.21 5′ 0.3189″ 5.0266 60.3189 1.5321
153.22 5′ 0.3228″ 5.0269 60.3228 1.5322
153.23 5′ 0.3268″ 5.0272 60.3268 1.5323
153.24 5′ 0.3307″ 5.0276 60.3307 1.5324
153.25 5′ 0.3346″ 5.0279 60.3346 1.5325
153.26 5′ 0.3386″ 5.0282 60.3386 1.5326
153.27 5′ 0.3425″ 5.0285 60.3425 1.5327
153.28 5′ 0.3465″ 5.0289 60.3465 1.5328
153.29 5′ 0.3504″ 5.0292 60.3504 1.5329
153.30 5′ 0.3543″ 5.0295 60.3543 1.5330
153.31 5′ 0.3583″ 5.0299 60.3583 1.5331
153.32 5′ 0.3622″ 5.0302 60.3622 1.5332
153.33 5′ 0.3661″ 5.0305 60.3661 1.5333
153.34 5′ 0.3701″ 5.0308 60.3701 1.5334
153.35 5′ 0.3740″ 5.0312 60.3740 1.5335
153.36 5′ 0.3780″ 5.0315 60.3780 1.5336
153.37 5′ 0.3819″ 5.0318 60.3819 1.5337
153.38 5′ 0.3858″ 5.0322 60.3858 1.5338
153.39 5′ 0.3898″ 5.0325 60.3898 1.5339
153.40 5′ 0.3937″ 5.0328 60.3937 1.5340
153.41 5′ 0.3976″ 5.0331 60.3976 1.5341
153.42 5′ 0.4016″ 5.0335 60.4016 1.5342
153.43 5′ 0.4055″ 5.0338 60.4055 1.5343
153.44 5′ 0.4094″ 5.0341 60.4094 1.5344
153.45 5′ 0.4134″ 5.0344 60.4134 1.5345
153.46 5′ 0.4173″ 5.0348 60.4173 1.5346
153.47 5′ 0.4213″ 5.0351 60.4213 1.5347
153.48 5′ 0.4252″ 5.0354 60.4252 1.5348
153.49 5′ 0.4291″ 5.0358 60.4291 1.5349
153.50 5′ 0.4331″ 5.0361 60.4331 1.5350
153.51 5′ 0.4370″ 5.0364 60.4370 1.5351
153.52 5′ 0.4409″ 5.0367 60.4409 1.5352
153.53 5′ 0.4449″ 5.0371 60.4449 1.5353
153.54 5′ 0.4488″ 5.0374 60.4488 1.5354
153.55 5′ 0.4528″ 5.0377 60.4528 1.5355
153.56 5′ 0.4567″ 5.0381 60.4567 1.5356
153.57 5′ 0.4606″ 5.0384 60.4606 1.5357
153.58 5′ 0.4646″ 5.0387 60.4646 1.5358
153.59 5′ 0.4685″ 5.0390 60.4685 1.5359
153.60 5′ 0.4724″ 5.0394 60.4724 1.5360
153.61 5′ 0.4764″ 5.0397 60.4764 1.5361
153.62 5′ 0.4803″ 5.0400 60.4803 1.5362
153.63 5′ 0.4843″ 5.0404 60.4843 1.5363
153.64 5′ 0.4882″ 5.0407 60.4882 1.5364
153.65 5′ 0.4921″ 5.0410 60.4921 1.5365
153.66 5′ 0.4961″ 5.0413 60.4961 1.5366
153.67 5′ 0.5000″ 5.0417 60.5000 1.5367
153.68 5′ 0.5039″ 5.0420 60.5039 1.5368
153.69 5′ 0.5079″ 5.0423 60.5079 1.5369
153.70 5′ 0.5118″ 5.0427 60.5118 1.5370
153.71 5′ 0.5157″ 5.0430 60.5157 1.5371
153.72 5′ 0.5197″ 5.0433 60.5197 1.5372
153.73 5′ 0.5236″ 5.0436 60.5236 1.5373
153.74 5′ 0.5276″ 5.0440 60.5276 1.5374
153.75 5′ 0.5315″ 5.0443 60.5315 1.5375
153.76 5′ 0.5354″ 5.0446 60.5354 1.5376
153.77 5′ 0.5394″ 5.0449 60.5394 1.5377
153.78 5′ 0.5433″ 5.0453 60.5433 1.5378
153.79 5′ 0.5472″ 5.0456 60.5472 1.5379
153.80 5′ 0.5512″ 5.0459 60.5512 1.5380
153.81 5′ 0.5551″ 5.0463 60.5551 1.5381
153.82 5′ 0.5591″ 5.0466 60.5591 1.5382
153.83 5′ 0.5630″ 5.0469 60.5630 1.5383
153.84 5′ 0.5669″ 5.0472 60.5669 1.5384
153.85 5′ 0.5709″ 5.0476 60.5709 1.5385
153.86 5′ 0.5748″ 5.0479 60.5748 1.5386
153.87 5′ 0.5787″ 5.0482 60.5787 1.5387
153.88 5′ 0.5827″ 5.0486 60.5827 1.5388
153.89 5′ 0.5866″ 5.0489 60.5866 1.5389
153.90 5′ 0.5906″ 5.0492 60.5906 1.5390
153.91 5′ 0.5945″ 5.0495 60.5945 1.5391
153.92 5′ 0.5984″ 5.0499 60.5984 1.5392
153.93 5′ 0.6024″ 5.0502 60.6024 1.5393
153.94 5′ 0.6063″ 5.0505 60.6063 1.5394
153.95 5′ 0.6102″ 5.0509 60.6102 1.5395
153.96 5′ 0.6142″ 5.0512 60.6142 1.5396
153.97 5′ 0.6181″ 5.0515 60.6181 1.5397
153.98 5′ 0.6220″ 5.0518 60.6220 1.5398
153.99 5′ 0.6260″ 5.0522 60.6260 1.5399

© H Brothers Inc, 2007–2023

Comments are closed, but trackbacks and pingbacks are open.