Press "Enter" to skip to content

Cm-in 180.2-ci maddəsi hökm

Dediklərimizi yekunlaşdıraraq belə nəticəyə gəlirik ki, yuxarıda təs-vir edilən labirintdən yeganə çıxış yolu CPM-nin 391.8.11-ci maddəsinə edilmiş əlavənin qanundan çıxarılmasıdır.

MPM-in 228.1-ci maddəsi ilə 316-cı maddələri arasındakı ziddiyət

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun 53-cü maddəsinə görə: Normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə tərtib edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinə əsasən: Çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. MPM-nin bu maddəsinə görə hakim tərəfindən çıxarılmış qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə yol verilmir. İstisna isə qiyabi icraat qaydasında qəbul edilmiş qətnamə təşkil edir.

MPM-in 228.1-ci maddəsində qeyd edilmiş olmasada da belə, həmin məcəllənin 316-cı maddəsidə qətnamənin hakim tərəfindən ləğv etmək hüququ təsdiq olunur. Belə ki, 316-cı maddənin 1-ci cümləsinə görə: Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Yəni xüsusi icraat qaydasında qətnamənin çıxarılması üçün zəruri olan hal aradan qalxdıqda, hakim iş üzrə icraatı bərpa edir və yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. MPM-in 316-cı maddəsinə görə yeni işin başlanılmasına ehtiyyac yoxdur.

Cm-in 180.2-ci maddəsi hökm

“Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur.” Heydər Əliyev

Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunmuş “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda keçirilən Beynəlxalq Konfransda Azərbaycan Respublikası Ali Məhkəməsi sədri Ramiz Rzayevin çıxışı /15.02.2023
Ramiz Rzayev: “Ali Məhkəmənin fəaliyyəti ilə bağlı aparılan islahatlar özünü doğruldur” – MÜSAHİBƏ /26.01.2023
“İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda konfransda Azərbaycan Respublikası Ali Məhkəməsi sədri Ramiz Rzayevin çıxışı /16.06.2022
Çingiz Əsgərov: “Avropa Məhkəməsinə şikayət sayı insan hüquqlarının göstəricisi hesab edilə bilməz” – Müsahibə /23.02.2022
“Vəkil işini vicdanla görürsə, məhkəmə cəriməsindən qorxmamalıdır” – Müsahibə /30.06.2021
Azərbaycan məhkəmə sisteminin inkişafının “yol xəritəsi” /20.05.2019
“Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi başlayır” – Müsahibə /14.02.2014
CPM-NİN 391.8-Cİ MADDƏSİ TƏRƏFLƏRİN BƏRABƏRLİYİ PRİNSİPİNİ POZUR

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində elə normalar vardır ki, öz təbiəti etibarı ilə həmin qanunla müəyyən edilən digər normalarla ziddiyyət təşkil edir. Bu normalar uzun illərdir ki, hüquq ictimaiyyəti içərisində, xüsusilə hakimlər arasında diskussiya mövzusuna çevrilmişdir. Bunlardan biri də CPM-nin’391:8-ci maddəsi ilə müəyyən edilən normalardır.

CPM-nin 391-ci maddəsi faktiki olaraq 51 maddədən (və ya bənddən) ibarətdir və apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması məsələlərindən bəhs edir. Bu yazıda biz ancaq CPM-nin 391.8-ci maddəsi haqqında öz mülahizələrimizi bildirmək istəyirik.

391.8-ci maddədə deyilir: Bu Məcəllənin müddəalarnın aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiya məhkə-məsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat mate-riallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxanr.

Bundan sonra işin birinci instansiya məhkəməsinə qaytarılmasına əsas verən 12 hal sadalanır.

Maddənin mahiyyətinə və ondan sonra sadalanan hallara diqqət yetirildikdə aydın olur ki, burada kassasiya şikayətinə və ya protestinə xitam verilərək işin birinci instansiya məhkəməsinə qaytarılması CPM-nin 391.6-cı maddəsində göstərildiyi kimi hər hansı prosessual hərəkətin edil-məsi zəruriyyətindən irəli gəlmir. Burada işin mahiyyəti üzrə yekun qə-rarı çıxarılmasından, yəni birinci instansiya məhkəməsinin qərarının (hök-münün) ləğv edilməsi ilə işin məhkəməyə qaytanlmasından söhbət gedir. Bu zaman cinayət işinə başqa tərkibdə yenidən baxılır. 391.6 və 391.8-ci maddələrinin mətnləri müqayisə olunarkən də fıkrimizin əsaslı olması meydana çıxır. Çünki 391.6-cı maddədə birinci instansiya məhkəməsinin yol verdiyi qanun pozuntularından bəhs edildiyi halda, 391.8-ci maddədə kobud qanun pozuntularından bəhs edilir. Birinci halda iş aşağı məhkə-mənin qərarı ləğv olunmadan, ikinci halda işə həmin məhkəmənin qərarı ləğv olunmaqla birinci instansiya məhkəməsinə göndərilir.

Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, ilk baxışda o qədər də əhəmiyyətli görünməyən bu məsələdən geniş bəhs etməyim səbəbsiz deyildir. Çünki bəzi hüquqşünaslar iddia edirlər ki, 391.8-ci maddədə birinci instan-siya məhkəməsinin qərarının (hökmünün) ləğvindən deyil, müəyyən pro-sessual qanun pozuntularına yol verilməsi ilə əlaqədar apellyasiya şikayəti və protestinin baxılmasına xitam verilməsindən və həmin pozuntuların dü-zəldilməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasından söh-bət gedir. Halbuki qeyd edildiyi kimi həmin məsələ, yəni yol verilmiş qa nun pozuntularnın düzəldilməsi 391.6-cı maddənin normaları ilə nizama salınır. 391.8-ci maddənin məzmununa görə birinci instansiya məhkəməsi tərəfindən həmin maddədə sadalanan hər hansı qanun pozuntusuna yol ve-rildikdə mütləq məhkəmə qərarı ləğv edilməlidir. Həm də bu qanunun imperativ normasıdır və deməli məhkəmə üçün məcburi xarakter daşıyır.

Bu məsələ barədə fikir aydınlığı yarandıqdan sonra bizi ciddi narahat edən 391.8.11-ci maddənin müəyyən etdiyi norma barədə mülahi-zələrimizi bildirmək istəyirik.

Həmin maddəyə görə birinci instansiya məhkəməsində məhkəmə baxışı ittihamın hüdudları barədə tələblərin pozulması ilə keçirildikdə (ittihamın irəli sürüldüyü cinayətlə müqayisədə ittiham hökmü daha ağır cinayət üzrə çıxarıldıqda) və ya Azərbaycan Respublikasnın Baş Prokuroru birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafıə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə tərəfdar çıxdıqda Apellyasiya Məhkəməsində ilkin baxış zamanı apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkə-məsinə qaytarılması barədə qərar çıxarır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, maddənin ikinci cümləsi, yəni Azərbaycan Respublikası Baş Prokurorunun işə müdaxilə etməsi ilə bağlı müddəa sonradan Azərbaycan Respublikasının 2001-ci il 2 iyul tarixli Qanunu ilə əlavə edilmişdir. Bu əlavə isə nəinki cinayət-prosessual qanunvericiliyin ümumi prinsipləri ilə, hətta cümlənin birinci hissəsi ilə ziddiyyət təşkil edir. Çünki 391.8.11-ci maddənin əvvəlində göstərilir ki, məhkəmə ittihamın irəli sürüldüyü cinayətlə müqayisədə hökmü daha ağır cinayət üzrə çıxara bilməz (Bu həm də CPM-nin 318.1-ci maddəsinin tələblərindən irəli gəlir). Maddəyə sonradan əlavə edilən müddəadan isə belə çıxır ki, Baş prokurorun əks mülahizəsi olduqda hökm ləğv edilməklə təqsirləndirilən şəxsə daha ağır ittiham vermək üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.

Belə bir halı bir daha qeyd etmək istəyirəm ki, 391.8-ci maddənin mətnindən göründüyü kimi bu norma imperativ xarakter daşıyır. Yəni Apellyasiya Məhkəməsi Baş prokurorun protestində göstərilən dəlillərlə razılaşıb-razılaşmamasından asılı olmayaraq onu təmin etməli olur. Bu, nəinki məhkəmələrin müstəqil olması barədə konstitusion prinsipinə ziddir, həm də məntiqsizlik nümunəsidir.

Çünki bu mərhələdə artıq məhkəmə tərəfindən qəbul olunmuş yekun qərarın (hökmün) əsaslılığı və qanuniliyi mübahisə edilir. Adi məntiqə görə verilən şikayət və ya protest üzrə məhkəmə qərarı mübahisə edilirsə yuxarı instansiya məhkəməsi həmin şikayət və ya protesti müzakirə etməklə müvafıq qərar qəbul etməlidir. Əgər bu müzakirənin nəticəsi əvvəldən məlumdursa, yəni bütün hallarda Baş Prokurorun protesti təmin edilməlidirsə, onda burada hər hansı müzakirədən söhbət gedə bilməz. Belə hallarda məhkəmə qərarı yuxarı məhkəmə Instansiyasında araşdırılmadan, təkcə tərəflərdən birinin onu mübahisələndirməsinə görə avtomatik ləğv edilir ki, bu da fıkrimizcə dünya məhkəmə-hüquq təcrübəsində analoqu olmayan haldır.

Görünür bu məntiqsizlik nəzəriyyəçi alimlərimizi də qayğılandır-mışdır. Onlar qanunun məzmununa uyğun olmayaraq təfsir verməklə vəziyyətdən çıxmağa cəhd göstərmişlər. Məsələn, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Kommentariyasında (2003-cü il, Digesta nəşriyyatı) 391.8-ci maddəyə verilən şərhdə qeyd olunur ki, guya, 391.8.11-ci maddədə söhbət Azərbaycan Respublikası Baş prokurorunun CPM-nin 84.8-ci maddəsində nəzərdə tutulmuş qaydada verdiyi göstərişin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya birinci instansiya məhkəməsində iştirak edən ittihamçı prokuror tərəfindən nəzərə alınmamasından, yaxud həmin göstərişin birinci instansiya məhkəməsində elan edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin baxdığı işi CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadığı haldan gedir.

Kommentariyada qeyd olunanların həqiqətə uyğun olmaması nəticəsinə gəlmək üçün CPM-nin 391.8-ci maddəsinin mətninə sadəcə nəzər yetirmək kifayətdir. Əvvəla, orada hər hansı qeyd-şərt yoxdur və bütün hallarda Baş prokurorun mülahizəsi ilə hökmün mütləq ləğv olunmamasından söhbət gedir. Son illərin məhkəmə təcrübəsi də bunu təsdiq edir.

Digər tərəfdən, birinci instansiya məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun ibtidai araşdırma zamanı CPM-nin 84-cü maddəsinə uyğun olaraq verdiyi hər hansı göstərişdən asılı deyildir. Yəni o, həmin göstərişi rəhbər tutub işi prokurora qaytara bilməz. Bunun üçün mütləq dövlət ittihamçısı məhkəmə iclasında CPM-nin 318.2-ci maddəsinə uyğun vəsatət verməlidir. Belə vəsatətlər isə qanuna görə mütləq təmin olunduğundan iş üzrə hökm çıxarılmır və deməli Baş Prokurorun həmin məzmunda protest verməsinə ehtiyac qalmır. Yəni burada, Baş prokurorun cinayət işinin ibtidai araşdırılması zamanı verilən hər hansı göstərişə əməl edilməməsindən deyil, çıxarılan hökmdən narazı olmasından söhbət gedir.

Əgər təhqiqatçı, müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun göstərişlərinə əməl etməyibsə bu, intizam məsuliyyətinə səbəb olmalıdır. Prokurorun göstərişlərinə əməl edilməməsi pro-sessual qanunlara əməl edilməklə çıxarılmış məhkəmə hökmünün ləğ-vinə səbəb ola bilməz.

CPM-nin 391.8-ci maddəsinə əlavələr edilərkən cinayət prosesində tərəflərin bərabərliyindən bəhs edən CPM-nin 32-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, həmin maddəyə görə cinayət mühakimə icraatı ittiham və müdafıə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Hər bir tərəf məhkəmədə öz mövqeyini müdafıə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir.

İndi görək təcrübədə CPM-nin 391.8.11 -ci maddəsinin göstərişləri tətbiq olunduğu hallarda tərəflər neçə bərabər hüquqlara və imkanlara malik olurlar. Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunur. Hökm çıxarılandan sonra Baş prokuror hesab edir ki, həmin şəxsə daha ağır cinayətə görə ittiham verilməli imiş. Onun bu məzmunda verdiyi protest CPM-nin 391.8-ci maddəsinə görə Apellyasiya Məhkəməsinin ilkin baxışı zamanı təmin edilir və hökm ləğv edilməklə iş gələcəkdə CPM-nin 318.2-ci maddəsinə uyğun olaraq prokurora qaytanlmasından ötrü birinci instansiya məhkəməsinə göndərilir. Belə hallarda təqsirləndirilən şəxsin və onun müdafıəçisinin razılaşmadıqları Apellyasiya Məhkəməsinin qərarını ləğv etdirmək imkanları yoxdur. Çünki həmin qərar 391.8.11-ci maddənin tələblərinə uyğun qəbul edilmişdir və müdaliə tərəfinin şikayəti heç bir halda təmin edilə bilməz. Şübhəsiz ki, burada tərəflərin hüquq bərabərliyindən söhbət gedə bilməz.

Bu maddənin tətbiqi ilə bağlı məhkəmə təcrübəsində bəzən anlaşılmaz, dolaşıq situasiyalara da rast gəlinir. Onlardan birini misal çəkmək istəyirəm. Məhkəmələrin birində vət. B.-nin CM-nin 221.1-ci maddəsi ilə olan cinayət işinə baxılarkən işdə iştirak edən dövlət ittihamçısı verilən ittihamla razılaşmış və ittiham nitqində həmin maddə ilə B.-yə cəza istəmişdir. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs həmin maddə ilə də məhkum edilmişdir.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti vermişdir. Işdə çıxan dövlət ittihamçısı Azərbaycan Respublikası CPM-nin 388-ci maddəsinə uyğun olaraq apellyasiya şikayətinə qarşı verdiyi etirazda apellyasiya şikayətinin təmin edilməməsini, hökmün qüvvədə saxlanmasım xahiş etmişdir. Hökmdən eyni zamanda respublikanın Baş Prokuroru da apellyasiya protesti vermişdir. Onun verdiyi protestdə təqsirləndirilən şəxsə daha ağır cinayət üstündə (CM-nin 221.2-ci maddəsi ilə) ittiham irəli sürülməli olduğu göstərilərək hökmün ləğv olunması xahiş edilir. Göründüyü kimi bir hökm üzrə eyni məhkum haqqında işdə ittiham tərəfinin iki mövqeyi mövcuddur. Belə vəziyyətdə Apellyasiya Məhkəməsinin hansı mövqedə durmalı olması qanundan aydın deyildir.

Burada bir məsələyə də toxunmaq istəyirəm. Məlum olduğu kimi CPM-nin 391.8-ci maddəsinin müddəaları 318.2-ci maddənin müəyyən etdiyi normalarla sıxı surətdə əlaqədardır. 318.2-ci maddənin tətbiqinə çox ciddi problemlər vardır və biz mətbuatda həmin problemlərlə bağlı geniş çıxış etmişik. Yazını oxuyan hüquqşünaslardan bəziləri deyirlər ki, həmin maddənin müəyyən etdiyi normalarla razılaşmaq lazımdır. Çünki cinayət hadisəsi üzrə neçə nəfərin, hansı maddələrlə məsuliyyətə alınması istintaq orqanının işidir və məhkəmə yalnız verilmiş ittiham həcmində işə baxmalıdır. Daha dəqiq desək, məsələn, iki nəfərin törətdiyi cinayət hadisəsi üzrə bir nəfərin məsuliyyətə alınması ilə, soyğunçuluq cinayəti törətmiş şəxsə gizli oğurluğa görə ittiham ve rilməsi ilə məhkəmə razılaşmalıdır. (Dövlət ittihamçısı və ya zərərçək-miş işin prokurora qaytarılması barədə CPM-nin 318.2-ci maddəsi ilə müəyyən edilən qaydada vəsatət vermədikdə). Maraqlıdır ki, bəziləri bu yazıda danışılan CPM-nin 391.8.11-ci maddəsinin normaları ilə də razılaşır və öz fikirlərini belə əsaslandırırlar ki, bu məsələ heç kimi narahat etməməlidir, çünki daha ağır ittiham üzrə yenidən işə baxan məhkəmə ittihamı yüngülləşdirmək hüququna malikdir.

Bu, eyni məsələyə ikili münasibətin bariz nümunəsidir. Çünki bir halda deyilir ki, məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində işə baxmalıdır (CPM-nin 318-ci maddəsi). Məhkəmə verilən ittiham daxilində hökm çıxardıqda, lakin Baş prokuror həmin ittihamla razılaşmadıqda isə hökm ləğv olunur. Belə hallarda məhkəmə hansı mövqedə dayanmalıdır?

CPM-nin 391.8 və 391.8.11-ci maddələrinin mətnləri müqayisə edilərkən başqa anlaşılmazlıq da meydana çıxır. Belə ki, 391.8-ci maddədə müvafiq hallarda apellyasiya protestinə baxılmasına xitam verilməsi və işin birinci instansiya məhkəməsinə qaytarılmasından danışılır. Şübhəsiz ki, bu 391.8.11-ci maddədə müəyyən edilən hallara da aiddir. Təsəvvür edək ki, Baş prokuror birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə tərəfdar çıxaraq hökmdən apellyasiya protesti vermişdir. Bu zaman Apellyasiya Məhkəməsinin ilkin baxışında hansı qərar qəbul edilməlidir? Qanundan belə çıxır ki, protestin baxılmasına xitam verilməlidir. Protestin baxılmasına xitam verilməsi isə protestə mahiyyəti üzrə baxılması və çıxarılan hökmün ləğv edilməsi demək deyildir. Bəs iş, hansı əsasla birinci instansiya məhkəməsinə qaytarıla bilər? Bu sualın cavabı isə qanunda yoxdur.

391.8-ci maddə ilə 391.8.11-ci maddə arasında başqa ziddiyyət də vardır. Belə ki, 391.8-ci maddəni başlıq kimi götürsək burada kobud qanun pozuntularına yol verildiyi hallarda Apellyasiya Məhkəməsinin hansı növ qərar qəbul etməsindən danışılır. Sonrakı 12 maddədə (391.8.1-391.8.12) həmin qanun pozuntuları sadalanır. Belə çıxır ki, 391.8.11-ci maddədə nəzərdə tutulan “Azərbaycan Respublikası Baş Prokurorunun birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafıə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürül-məsinə tərəfdar çıxması” müddəası da kobud qanun pozuntusudur.

Dediklərimizi yekunlaşdıraraq belə nəticəyə gəlirik ki, yuxarıda təs-vir edilən labirintdən yeganə çıxış yolu CPM-nin 391.8.11-ci maddəsinə edilmiş əlavənin qanundan çıxarılmasıdır.

Convert 180 cm to feet and inches Cm/m → ft and in

How to convert meters to feet and inches step-by-step

One meter is a length measurement and equals approximately 3.28 feet. One foot equals 12 inches exactly. If you need to be super precise, you can use one meter = 3.2808398950131 feet. Once this is very close to 3.28 feet, you will almost always want to use the simpler number to make the math easier.

Step 1: Convert from meters to feet

1 meter = 3.28 x feet, so,

1.8 x 1 meter = 1.8 x 3.28 feet, or

1.8 meters = 5.9 feet.

Step 2: Convert the decimal feet to inches

An answer like “5.9 feet” might not mean much to you because you may want to express the decimal part, which is in feet, in inches once its is a smaller unit.

So, take everything after the decimal point (0.9), then multiply that by 12 to turn it into inches. This works because one foot = 12 inches. Then,

5.9 feet = 5 feet + 0.9 foot. Once 0.9 foot x 12 = 10.8 inches or 5.9 feet = 5 feet and 10.8 inches. Obviously, this is equivalent to 1.8 meters.

Step 3: Convert from decimal inches to an usable fraction of inch

The previous step gave you the answer in decimal inches (10.8), but how to measure it in an ruler or tape? See below a procedure, which can also be made using a calculator, to convert the decimal inches to the nearest usable fraction:

a) Subtract 10, the number of whole inches, from 10.8:

10.8 – 10 = 0.8. This is the fractional part of the inches value.

b) Multiply 0.8 times 16 (it could be 8, 16, 32, 64, . depending on the exactness you want) to get the number of 16th’s inches:

0.8 x 16 = 12.8. This is the number of 16th’s of an inch and also the numerator of the fraction which may be still reduced.

c) Round the result to nearest integer:

Finally, 1.8 meters = 5 feet and 13/16 of an inch.

In short: 1.8 m = 5’10 13 /16” (*)

(*) This result may differ from the calculator above because we’ve assumed that 1 meter equals 3.28 feet instead of 3.2808398950131 feet).

Height conversion chart

You can use this table to find any value in feet, in inches or in feet plus inches when you know the value in centimeters. It is an alternative to the converter above. Here is another version of this Centimeter to feet and inches table.

Height conversion chart

cm ft in ft′in″(1/32) ft′in″(1/16)
120 3.94 47.24 3′11 1 /4 3′11 1 /4
121 3.97 47.64 3′11 5 /8 3′11 5 /8
122 4 48.03 4′ 1 /32 4′ 1 /16
123 4.04 48.43 4′ 7 /16 4′ 7 /16
124 4.07 48.82 4′ 13 /16 4′ 13 /16
125 4.1 49.21 4′1 7 /32 4′1 3 /16
126 4.13 49.61 4′1 19 /32 4′1 5 /8
127 4.17 50 4′2 4′2
128 4.2 50.39 4′2 13 /32 4′2 3 /8
129 4.23 50.79 4′2 25 /32 4′2 13 /16
130 4.27 51.18 4′3 3 /16 4′3 3 /16
131 4.3 51.57 4′3 9 /16 4′3 9 /16
132 4.33 51.97 4′3 31 /32 4′3 15 /16
133 4.36 52.36 4′4 3 /8 4′4 3 /8
134 4.4 52.76 4′4 3 /4 4′4 3 /4
135 4.43 53.15 4′5 5 /32 4′5 1 /8
136 4.46 53.54 4′5 17 /32 4′5 9 /16
137 4.49 53.94 4′5 15 /16 4′5 15 /16
138 4.53 54.33 4′6 11 /32 4′6 5 /16
139 4.56 54.72 4′6 23 /32 4′6 3 /4
140 4.59 55.12 4′7 1 /8 4′7 1 /8
141 4.63 55.51 4′7 1 /2 4′7 1 /2
142 4.66 55.91 4′7 29 /32 4′7 7 /8
143 4.69 56.3 4′8 5 /16 4′8 5 /16
144 4.72 56.69 4′8 11 /16 4′8 11 /16
145 4.76 57.09 4′9 3 /32 4′9 1 /16
146 4.79 57.48 4′9 15 /32 4′9 1 /2
147 4.82 57.87 4′9 7 /8 4′9 7 /8
148 4.86 58.27 4′10 9 /32 4′10 1 /4
149 4.89 58.66 4′10 21 /32 4′10 11 /16
150 4.92 59.06 4′11 1 /16 4′11 1 /16
151 4.95 59.45 4′11 7 /16 4′11 7 /16
152 4.99 59.84 4′11 27 /32 4′11 13 /16
153 5.02 60.24 5′ 1 /4 5′ 1 /4
154 5.05 60.63 5′ 5 /8 5′ 5 /8
155 5.09 61.02 5′1 1 /32 5′1
156 5.12 61.42 5′1 13 /32 5′1 7 /16
157 5.15 61.81 5′1 13 /16 5′1 13 /16
158 5.18 62.2 5′2 7 /32 5′2 3 /16
159 5.22 62.6 5′2 19 /32 5′2 5 /8
160 5.25 62.99 5′3 5′3
161 5.28 63.39 5′3 3 /8 5′3 3 /8
162 5.31 63.78 5′3 25 /32 5′3 3 /4
163 5.35 64.17 5′4 3 /16 5′4 3 /16
164 5.38 64.57 5′4 9 /16 5′4 9 /16
165 5.41 64.96 5′4 31 /32 5′4 15 /16
166 5.45 65.35 5′5 11 /32 5′5 3 /8
167 5.48 65.75 5′5 3 /4 5′5 3 /4
cm ft in ft′in″(1/32) ft′in″(1/16)
168 5.51 66.14 5′6 5 /32 5′6 1 /8
169 5.54 66.54 5′6 17 /32 5′6 9 /16
170 5.58 66.93 5′6 15 /16 5′6 15 /16
171 5.61 67.32 5′7 5 /16 5′7 5 /16
172 5.64 67.72 5′7 23 /32 5′7 11 /16
173 5.68 68.11 5′8 1 /8 5′8 1 /8
174 5.71 68.5 5′8 1 /2 5′8 1 /2
175 5.74 68.9 5′8 29 /32 5′8 7 /8
176 5.77 69.29 5′9 9 /32 5′9 5 /16
177 5.81 69.69 5′9 11 /16 5′9 11 /16
178 5.84 70.08 5′10 3 /32 5′10 1 /16
179 5.87 70.47 5′10 15 /32 5′10 1 /2
180 5.91 70.87 5′10 7 /8 5′10 7 /8
181 5.94 71.26 5′11 1 /4 5′11 1 /4
182 5.97 71.65 5′11 21 /32 5′11 5 /8
183 6 72.05 6′ 1 /16 6′ 1 /16
184 6.04 72.44 6′ 7 /16 6′ 7 /16
185 6.07 72.83 6′ 27 /32 6′ 13 /16
186 6.1 73.23 6′1 7 /32 6′1 1 /4
187 6.14 73.62 6′1 5 /8 6′1 5 /8
188 6.17 74.02 6′2 1 /32 6′2
189 6.2 74.41 6′2 13 /32 6′2 7 /16
190 6.23 74.8 6′2 13 /16 6′2 13 /16
191 6.27 75.2 6′3 3 /16 6′3 3 /16
192 6.3 75.59 6′3 19 /32 6′3 9 /16
193 6.33 75.98 6′3 31 /32 6′4
194 6.36 76.38 6′4 3 /8 6′4 3 /8
195 6.4 76.77 6′4 25 /32 6′4 3 /4
196 6.43 77.17 6′5 5 /32 6′5 3 /16
197 6.46 77.56 6′5 9 /16 6′5 9 /16
198 6.5 77.95 6′5 15 /16 6′5 15 /16
199 6.53 78.35 6′6 11 /32 6′6 3 /8
200 6.56 78.74 6′6 3 /4 6′6 3 /4
201 6.59 79.13 6′7 1 /8 6′7 1 /8
202 6.63 79.53 6′7 17 /32 6′7 1 /2
203 6.66 79.92 6′7 29 /32 6′7 15 /16
204 6.69 80.31 6′8 5 /16 6′8 5 /16
205 6.73 80.71 6′8 23 /32 6′8 11 /16
206 6.76 81.1 6′9 3 /32 6′9 1 /8
207 6.79 81.5 6′9 1 /2 6′9 1 /2
208 6.82 81.89 6′9 7 /8 6′9 7 /8
209 6.86 82.28 6′10 9 /32 6′10 5 /16
210 6.89 82.68 6′10 11 /16 6′10 11 /16
211 6.92 83.07 6′11 1 /16 6′11 1 /16
212 6.96 83.46 6′11 15 /32 6′11 7 /16
213 6.99 83.86 6′11 27 /32 6′11 7 /8
214 7.02 84.25 7′ 1 /4 7′ 1 /4
215 7.05 84.65 7′ 21 /32 7′ 5 /8

Excel version

Download the Excel version of this chart

Word version

Download the Word version of this chart

Comments are closed, but trackbacks and pingbacks are open.