Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
https://static.report.az/photo/f63be6d0-5911-4fa1-a300-42fb49a41107.jpg
Cm-in 185.2.1və 185.2.4-cü maddələri hökm
Axtarışa verilən barədə DTX-nin etimad telefonuna (+99412) 4059999 və 1656 qaynar xəttinə, habelə mektub@dtx.gov.az elektron poçtuna məlumat verə bilərsiniz.
Andrey Zaborski
AR CM-in 177.3.2 və 273.4-cü maddələri
Xətayi Əliyev
AR CM-in 177.2.1, 177.2.2, 177.2.3-1, 177.2.4 və 271.3-cü maddələri
Oleq Kazanqiu
AR CM-in 177.3.2 və 273.4-cü maddələri
İon Sekrieru
AR CM-in 177.3.2 və 273.4-cü maddələri
İqor Velikoqlo
AR CM-in 177.3.2 və 273.4-cü maddələri
Elçin Camalov
AR CM-in 120.2.1, 120.2.3, 120.2.4, 120.2.11, 29,120.2.3, 29,120.2.11, 228.3, 232.3.2 və 279.3-cü maddələri
Rövşən Məmmədli
AR CM-in 12.3,214.2.1, 12.3,214.2.3, 12.1,218.2 və 12.1,279.1-ci maddələri
Elnur Cəfərov
AR CM-in 206.4, 228.3, 228.4 və 279.1-ci maddələri
Ruhin Nuriyev
AR CM-in 279.3-cü maddəsi
Babək Hamzayev
AR CM-in 279.3-cü maddəsi
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
177.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə otuz
manatdan min manatadək ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177—187, 189 və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək
olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür.
3. Bu Məcəllənin 177—185-ci, habelə 213-3,217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı
birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—185-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər
hansı birinin yenidən törədilməsi onların təkrar törədilməsi hesab olunur.
4. Bu fəslin maddələrində, habelə bu Məcəllənin digər maddələrində talama və ya hədə-qorxu ilə tələb etməyə görə əvvəllər
məhkum olunmuş şəxs dedikdə, bu Məcəllənin 177—183, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş bir və ya
bir neçə cinayətlərə görə məhkumluğu olan şəxs başa düşülür.
Maddə 178.
Dələduzluq
178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını
ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—
yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
178.2. Eyni əməllər:
178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
178.2.2. təkrar törədildikdə;
178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
178.3. Eyni əməllər:
178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
178.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 179.
Mənimsəmə və ya israf etmə
179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
179.2. Eyni əməllər:
179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
179.2.2. təkrar törədildikdə;
179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
179.3.2. külli miqdarda törədildikdə;
179.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 180.
Soyğunçuluq
180.1. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
180.2. Eyni əməllər:
180.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
180.2.2. təkrar törədildikdə;
180.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz
olaraq girməklə törədildikdə;
180.2.4. insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə
törədildikdə;
180.2.5. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
180.3. Eyni əməllər:
180.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
180.3.2. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;
180.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 181.
Quldurluq
181.1. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin
həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi
ilə bağlı olan basqın—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
181.2. Eyni əməllər:
181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
181.2.2. təkrar törədildikdə;
181.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz
olaraq girməklə törədildikdə;
181.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə;
181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
181.3. Eyni əməllər:
181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
181.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə;
181.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 182.
Hədə‐qorxu ilə tələb etmə
182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının
şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya
onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya
əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
182.2. Eyni əməllər:
Prezident Cinayət Məcəlləsində dəyişiklikləri təsdiqlədi
Prezident Cinayət Məcəlləsində dəyişiklikləri təsdiqlədi Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
22 May , 2020 17:45
https://static.report.az/photo/f63be6d0-5911-4fa1-a300-42fb49a41107.jpg
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, Cinayət Məcəlləsində aşağıdakı dəyişikliklər edilib: 1.1. 44.2-ci maddədə “on mislinədək miqdarda” sözlərindən sonra “, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda” sözləri əlavə edilsin. 1.2. 47.4.5-ci maddə aşağıdakı redaksiyada verilsin: “47.4.5. hərbi qulluqçulara.”. 1.3. 49.3-cü maddənin ikinci cümləsində və 69.3-cü maddədə “üç” sözü “dörd” sözü ilə əvəz edilsin. 1.4. 68-ci maddə üzrə: 1.4.1. 68.1.3-cü maddədə “üç” sözü “dörd” sözü ilə əvəz edilsin; 1.4.2. 68.2-ci maddədə “cəza” sözündən sonra “ictimai işlər,” sözləri əlavə edilsin; 1.4.3. aşağıdakı məzmunda 68.3-cü və 68.4-cü maddələr əlavə edilsin: “68.3. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə: 68.3.1. islah işlərinin iki günü; 68.3.2. ictimai işlərin dörd saatı bərabər tutulur. 68.4. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin bir gününə ictimai işlərin iki saatı bərabər tutulur.”. 1.5. 71.1-ci maddədən “və məhkumluğun götürülməsi” sözləri çıxarılsın və maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin: “Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, məhkumu tamamilə və ya qismən əlavə cəzadan da azad edə bilər. Şərti məhkum etmə ləğv edildikdə məhkumun əlavə cəzası olmadığı və ya o, əlavə cəzadan tamamilə azad edildiyi hallarda məhkəmə, həmçinin şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edir.”. 1.6. 72-ci maddənin “Qeyd” hissəsinin mətni birinci bənd hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda 2-ci və 3-cü bəndlər əlavə edilsin: “2. Bu Məcəllənin 72 – 73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. 3. Bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur.”. 1.7. 73-1-ci maddə üzrə: 1.7.1. 73-1.1-ci maddədə “179.1” rəqəmlərindən sonra “, 185.1” rəqəmləri əlavə edilsin; 1.7.2. 73-1.2-ci maddədə “bir misli” sözləri “iyirmi beş faizi” sözləri ilə əvəz edilsin; 1.7.3. 73-1.3-cü maddədə “iki misli” sözləri “əlli faizi” sözləri ilə əvəz edilsin. 1.8. 73-2-ci maddə üzrə: 1.8.1. 73-2.1-ci maddədə “209.1, 209.2.2” rəqəmləri “209” rəqəmləri ilə əvəz edilsin; 1.8.2. 73-2.2-ci maddədən “209.2.1, 209.3,” rəqəmləri çıxarılsın. 1.9. 79.3-cü maddədən “, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir” sözləri çıxarılsın. 1.10. Aşağıdakı məzmunda 80-1-ci maddə əlavə edilsin: “Maddə 80-1. Zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə Məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir.”. 1.11. 83.3-cü maddə üzrə: 1.11.1. 83.3.1-ci maddədə “çatdıqda” sözündən sonra “, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda” sözləri əlavə edilsin; 1.11.2. aşağıdakı məzmunda 83.4-1-ci maddə əlavə edilsin: “83.4-1. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır.”. 1.12. 85.5-ci maddədə ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir.”. 1.13. 99-4.4 – 99-4.7-ci maddələr müvafiq olaraq 99-4.3 – 99-4.6-cı maddələr hesab edilsin. 1.14. 99-7.2-ci maddədə “99-5.3” rəqəmləri “99-5.4” rəqəmləri ilə əvəz edilsin. 1.15. 162.1-ci maddədən “və ya az ağır” sözləri çıxarılsın. 1.16. 167-2-ci maddə üzrə: 1.16.1. 167-2.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin; 1.16.2. 167-2.2-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin. 1.17. 186.1-ci maddənin sanksiyasında “iki min manatdan dörd min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək” sözləri ilə əvəz edilsin. 1.18. 187.1-ci maddənin sanksiyasında “min manatdan iki min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək” sözləri ilə əvəz edilsin. 1.19. 188-ci maddə üzrə: 1.19.1. 188.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin; 1.19.2. 188.2-ci maddənin sanksiyasında “bir ildən” sözlərindən əvvəl “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin; 1.19.3. 188.3-cü maddənin sanksiyasında “üç” sözü “üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri ilə əvəz edilsin. 1.20. 190-cı maddə üzrə: 1.20.1. 190.2-ci maddənin sanksiyasında “mislindən dörd mislinədək miqdarda” sözləri “misli miqdarında” sözü ilə əvəz edilsin; 1.20.2. “Qeyd” hissəsində “iyirmi” sözü “əlli” sözü ilə, birinci, ikinci və üçüncü hallarda “yüz” sözü “iki yüz” sözləri ilə əvəz edilsin. 1.21. 192-ci maddə üzrə: 1.21.1. 192.1-ci maddənin dispozisiyasında “vətəndaşlara, təşkilatlara və ya” sözləri “fiziki və ya hüquqi şəxslərə, yaxud” sözləri ilə əvəz edilsin; 1.21.2. 192.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, “altı ayadək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “bir ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilsin; 1.21.3. 192.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.22. 192-1-ci maddə üzrə: 1.22.1. 192-1.1 və 192-1.2-ci maddələrin dispozisiyasında “vətəndaşlara, təşkilatlara və ya” sözləri “fiziki və ya hüquqi şəxslərə, yaxud” sözləri ilə əvəz edilsin; 1.22.2. 192-1.1 və 192-1.2-ci maddələrin sanksiyasında “dörd” sözü “üç” sözü ilə əvəz edilsin; 1.22.3. 192-1.3-cü maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.23. 193.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 193.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.24. 194-cü maddə üzrə: 1.24.1. 194.1-1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə əvəz edilsin; 1.24.2. 194.2-ci maddənin sanksiyasında “yeddi” sözü “altı” sözü ilə əvəz edilsin. 1.25. 195.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 195.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.26. 195-1-ci maddə üzrə: 1.26.1. 195-1.1-ci maddənin sanksiyasında “dörd mislinədək miqdarda cərimə” sözləri “üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri ilə əvəz edilsin; 1.26.2. 195-1.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin; 1.26.3. 195-1.3-cü maddənin sanksiyasında “mislindən altı mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.27. 195-2.1-ci maddənin sanksiyasında “bir” sözü “iki” sözü ilə, 195-2.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.28. 196.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 196.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarında” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.29. 197.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 197.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarında” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.30. 198.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 198.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.31. 200-2.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 200-2.3-cü maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.32. 201.2-ci maddənin sanksiyasında “yeddi” sözü “beş” sözü ilə əvəz edilsin. 1.33. 201-1.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 201-1.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.34. 202.2-ci, 202-1.2-ci və 202-2.1-ci maddələrin sanksiyasında “üç mislindən beş mislinədək miqdarda” sözləri “iki misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.35. 203.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 203.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.36. 203-1.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 203-1.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.37. 205-2.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 205-2.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.38. 206-cı maddə üzrə: 1.38.1. 206.1-ci maddənin dispozisiyasında “külli” sözü “xeyli” sözü ilə əvəz edilsin; 1.38.2. 206.1-ci maddənin sanksiyasında “beş” sözü “cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç” sözləri ilə əvəz edilsin; 1.38.3. aşağıdakı məzmunda 206.1-1-ci və 206.1-2-ci maddələr əlavə edilsin: “206.1-1. Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə — cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə edilməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 206.1-2. Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə— cinayətin predmetin dəyərinin altmış faizindən səksən faizinədək miqdarında cərimə və ya cinayətin predmetin dəyərinin altmış faizindən səksən faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”; 1.38.4. maddənin Qeyd hissəsinin birinci bəndi aşağıdakı redaksiyada verilsin: “1. Bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1-1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.”. 1.39. 207-ci maddənin sanksiyasında “səkkiz” sözü “yeddi” sözü ilə əvəz edilsin. 1.40. 209-cu maddə üzrə: 1.40.1. 209.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 209.2-ci və 209.3-cü maddələrin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin; 1.40.2. “Qeyd” hissəsində birinci və ikinci halda “yüz” sözü “iki yüz” sözləri ilə əvəz edilsin; 1.41. 210.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 210.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.42. 211.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 211.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.43. 212.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə, 212.2-ci maddənin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.44. 213-cü maddə üzrə: 1.44.1. 213.1-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə əvəz edilsin; 1.44.2. 213.2-ci və 213.3-cü maddələrin sanksiyasında “mislindən beş mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin; 1.44.3. “Qeyd” hissəsində “iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə” sözləri “əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki” sözləri ilə əvəz edilsin. 1.45. 213-1-ci maddənin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin: “Qeyd: Bu Məcəllənin 213-1.1 və 213-1.3-cü maddələrində “xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2.1 və 213-1.4-cü maddələrində “külli miqdar” dedikdə iki min manatdan yuxarı olan məbləğ başa düşülür.”. 1.46. 215.1-ci maddədə “təşkilatı və ya vətəndaşı” sözləri “fiziki və ya hüquqi şəxsi” sözləri ilə əvəz edilsin. 1.47. 221-ci maddə üzrə: 1.47.1. 221.2-ci maddənin sanksiyasında “dörd” sözü “üç” sözü ilə əvəz edilsin; 1.47.2. 221.3-cü maddənin sanksiyasında “altı” sözü “beş” sözü ilə əvəz edilsin. 1.48. 222-ci maddə üzrə: 1.48.1. 222.3-cü maddənin sanksiyasında “on” sözü “yeddi” sözü ilə əvəz edilsin; 1.48.2. aşağıdakı məzmunda 222.4-cü maddə əlavə edilsin: “222.4. Eyni əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”. 1.49. 223-cü maddə üzrə: 1.49.1. 223.2-ci maddənin sanksiyasında “yeddi” sözü “altı” sözü ilə əvəz edilsin; 1.49.2. aşağıdakı məzmunda 223.3-cü maddə əlavə edilsin: “223.3. Eyni əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda- üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”. 1.50. 225-ci maddə üzrə: 1.50.1. 225.2-ci maddənin sanksiyasında “yeddi” sözü “altı” sözü ilə əvəz edilsin; 1.50.2. aşağıdakı məzmunda 225.3-cü maddə əlavə edilsin: “225.3. Eyni əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda- üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”. 1.51. 233-4.3-cü maddənin sanksiyasında “mislindən dörd mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.52. 240-cı maddənin “Qeyd” hissəsinin mətni birinci bənd hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin: “2. Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri könüllü surətdə təhvil verən, yaxud güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.”. 1.53. 255.2-ci maddənin sanksiyasında “üç mislindən beş” sözləri “iki mislindən üç” sözləri ilə əvəz edilsin; 1.54. 256-cı maddənin “Qeyd” hissəsində “dörd yüz manatdan min manatadək olan məbləğ, 256.2.2-ci maddəsində “külli miqdar” dedikdə isə” sözləri “min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi” sözləri ilə əvəz edilsin. 1.55. 258-ci maddənin “Qeyd” hissəsində “dörd yüz manatdan” sözləri “min manatdan yeddi” sözləri ilə əvəz edilsin və “külli miqdar” dedikdə isə” sözlərindən sonra “yeddi” sözü əlavə edilsin. 1.56. 265-ci maddə üzrə: 1.56.1. 265.1-ci maddənin dispozisiyasından “və ya ağır” sözləri çıxarılsın; 1.56.2. 265.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin: “iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”; 1.56.3. aşağıdakı məzmunda 265.1-1-ci maddə əlavə edilsin: “265.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”; 1.56.4. 265.2-ci maddənin dispozisiyasında “Eyni hərəkətlər” sözləri “Bu Məcəllənin 265.1-ci maddəsində nəzərdə tutulmuş əməllər” sözləri ilə əvəz edilsin. 1.57. 265-1-ci maddə üzrə: 1.57.1. 265-1.1-ci maddənin dispozisiyasından “və ya ağır” sözləri çıxarılsın; 1.57.2. 265-1.1-ci maddənin sanksiyasında “üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki” sözləri “iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir” sözləri ilə əvəz edilsin; 1.57.3. aşağıdakı məzmunda 265-1.1-1-ci maddə əlavə edilsin: “265-1.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”; 1.57.4. 265-1.2-ci maddənin dispozisiyasında “Eyni” sözü “Bu Məcəllənin 265-1.1-ci maddəsində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin. 1.58. 266-cı maddə üzrə: 1.58.1. 266.3-cü maddənin dispozisiyasında “həlak olmasına” sözləri “ölümünə” sözü ilə əvəz edilsin; 1.58.2. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin: “Qeyd: Bu Məcəllənin 266.1-ci maddəsində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan mәblәğ başa düşülür. ”. 1.59. 267-ci maddə üzrə: 1.59.1. 267.1-ci maddənin dispozisiyasından “və ya ağır” sözləri çıxarılsın; 1.59.2. 267.1-ci maddənin sanksiyasında “iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə” sözləri “bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri ilə əvəz edilsin; 1.59.3. aşağıdakı məzmunda 267.1-1-ci maddə əlavə edilsin: “267.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”; 1.59.4. 267.2-ci maddənin dispozisiyasında “Eyni” sözü “Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş ” sözləri ilə əvəz edilsin; 1.59.5. 267.3-cü maddənin dispozisiyasında “həlak olmasına” sözləri “ölümünə” sözü ilə əvəz edilsin. 1.60. 268-ci maddə üzrə: 1.60.1. 268.1-ci maddənin dispozisiyasında “və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan” sözləri “zərər” sözü ilə əvəz edilsin; 1.60.2. 268.1-ci maddənin sanksiyasında “altı” sözü “beş” sözü ilə əvəz edilsin, “iki” sözü (hər iki halda) “bir” sözü ilə əvəz edilsin; 1.60.3. aşağıdakı məzmunda 268.1-1-ci maddə əlavə edilsin: “268.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”; 1.60.4. 268.2-ci maddədə “ölümünə” sözündən sonra “və ya digər ağır nəticələrə” sözləri əlavə edilsin. 1.61. 272.1-ci maddənin sanksiyasında “cərimə” sözündən sonra “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin. 1.62. 273.1-ci maddənin sanksiyasında “cərimə” sözündən sonra “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin. 1.63. 302-ci maddə üzrə: 1.63.1. 302.1-ci maddənin sanksiyasında “edilməməklə” sözündən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin; 1.63.2. 302.2-ci maddənin sanksiyasında “edilməməklə” sözündən sonra “iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin. 1.64. 306-cı maddənin “Qeyd” hissəsində “məhkəmə tərəfindən hökm çıxarılanadək” sözləri “həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək” sözləri ilə əvəz edilsin. 1.65. 308.1-ci maddənin sanksiyasında “islah işləri və ya” sözlərindən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin. 1.66. 308-2.4-cü maddənin sanksiyasında “mislindən dörd mislinədək miqdarda” sözləri “misli miqdarında” sözləri ilə əvəz edilsin. 1.67. 312.1-ci maddənin sanksiyasında “cərimə və ya ” sözlərindən sonra “üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin. 1.68. 315-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin: “Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə– iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”. 1.69. 318-2-ci maddə ləğv edilsin. 1.70. 322.1-ci maddədə “vətəndaş və ya təşkilat” sözləri “fiziki və ya hüquqi şəxs” sözləri ilə əvəz edilsin. 1.71. 328-ci maddə üzrə: 1.71.1. 328.1-ci maddədə “əhəmiyyətli” sözü “mühüm” sözü ilə əvəz edilsin; 1.71.2. 328.2.1-ci maddədən “və ya mütəşəkkil dəstə” sözləri çıxarılsın; 1.71.3. 328.3-cü maddənin sanksiyasına “iki ilədək müddətə intizam” sözlərindən əvvəl “iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya” sözləri əlavə edilsin; 1.71.4. “Qeyd” hissənin 3-cü bəndində “Döyüş şəraiti” sözləri “Bu fəslin müvafiq maddələrində “döyüş şəraiti” sözləri ilə əvəz edilsin. 1.72. 329-cu və 330-cu maddələr aşağıdakı redaksiyada verilsin: “Maddə 329. Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər 329.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi — bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 329.2. Eyni əməllər: 329.2.1. təkrar törədildikdə; 329.2.2. iki və ya daha çox şəxsə qarşı törədildikdə; 329.2.3. bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 329.2.4. silah tətbiq etməklə törədildikdə; 329.2.5. zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla törədildikdə; 329.2.6. işgəncə verməklə törədildikdə — bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 329.3. Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 330. Rəisə qarşı zorakı hərəkətlər 330.1. Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmə və ya zor tətbiq etməklə müqavimət göstərmə- iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 330.2. Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə – iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 330.3. Bu Məcəllənin 330.1 və 330.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 330.3.1. bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 330.3.2. təkrar törədildikdə; 330.3.3. iki və ya daha çox şəxs barəsində törədildikdə; 330.3.4. silah tətbiq etməklə törədildikdə; 330.3.5. zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla törədildikdə — bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 330.4. Bu Məcəllənin 330.1-330.3-cü maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda – üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 330.5. Bu Məcəllənin 330.1-330.4-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə – beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”. 1.73. 331-ci maddə ləğv edilsin. 1.74. 332-ci maddə üzrə: 1.74.1. 332.1-ci maddənin dispozisiyasında “pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda” sözləri “pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma” sözləri ilə əvəz edilsin; 1.74.2. 332.1-ci maddənin sanksiyasında “iki” sözü “bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir” sözləri ilə əvəz edilsin; 1.74.3. aşağıdakı məzmunda 332.1-1 və 332.1-2-ci maddələr əlavə edilsin: “332.1-1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə — iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 332.1-2. Bu Məcəllənin 332.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə – bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”; 1.74.4. 332.2-ci maddənin dispozisiyasında “Eyni” sözləri “Bu Məcəllənin 332.1, 332.1-1 və ya 332.1-2-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin; 1.74.5. 332.2.3-cü maddədə “, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə” sözləri “və ya qabaqcadan əlbir olan bir qrup şəxs” sözləri ilə əvəz edilsin; 1.74.6. 332.2.5-ci maddənin sonunda tire işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı redaksiyada 332.2.6-cı maddə əlavə edilsin: “332.2.6. işgəncə verməklə törədildikdə -”; 1.74.7. 332.2-ci maddənin sanksiyasında “üç” sözü “iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki” sözləri ilə əvəz edilsin; 1.74.8. 332.3-cü maddənin dispozisiyasında “və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər” sözləri “, 332.1-1, 332.1-2 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya digər” sözləri ilə əvəz edilsin; 1.74.9. 332.3-cü maddənin sanksiyasında “beş ildən on” sözləri “üç ildən səkkiz” sözləri ilə əvəz edilsin; 1.74.10. maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin: “Qeyd: Bu Məcəllənin 332.1-1-ci maddəsində “xeyli miqdar” dedikdə yüz manatdan yuxarı, lakin min manatdan artıq olmayan məbləğ, 332.1-2-ci maddəsində “külli miqdar” dedikdə min manatdan yuxarı məbləğ başa düşülür.”. 1.75. 333-cü maddə üzrə: 1.75.1. 333.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin: “333.1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə – ”; 1.75.2. 333.2-ci maddədə “Çağırış və ya kontrakt üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun hərbi hissədən özbaşına getməsi və ya xidmət yerinə üzrlü səbəblər olmadan qayıtmaması” sözləri “Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməllər” sözləri ilə əvəz edilsin; 1.75.3. 333.3-cü maddənin dispozisiyasında “Zabit heyətindən olan şəxsin” sözləri “Zabitin” sözü ilə, “olmadıqda, yaxud bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olduqda” sözləri isə “olmayaraq törədildikdə” sözləri ilə əvəz edilsin; 1.75.4. 333.4-cü maddənin sanksiyasına “iki ildən” sözlərindən əvvəl “iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya” sözləri əlavə edilsin; 1.75.5. Aşağıdakı məzmunda 333.4-1-ci maddə əlavə edilsin: “333.4-1. Bu Məcəllənin 333.1-ci və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər üç aydan artıq törədildikdə – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”; 1.75.6. 333.6-cı maddənin dispozisiyasında “333.4-cü” sözləri “333.4-1-ci” sözləri ilə əvəz edilsin. 1.76. 334.1-ci maddənin dispozisiyasından “xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud” sözləri çıxarılsın. 1.77. 335-ci maddə aşağıdakı redaksiyada verilsin: “Maddə 335. Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma 335.1. Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırması — bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 335.2. Eyni əməllər hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədi ilə törədildikdə — iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 335.3. Bu Məcəllənin 335.1 və 335.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”. 1.78. 338.1-ci maddənin dispozisiyasından “əgər” sözü çıxarılsın, “zərər vura bilərdisə” sözləri “real təhlükə yaratdıqda” sözləri ilə əvəz edilsin. 1.79. 339.1-ci maddənin dispozisiyasından “əgər” sözü çıxarılsın, “zərər vura bilərdisə” sözləri “real təhlükə yaratdıqda” sözləri ilə əvəz edilsin. 1.80. 340.1-ci maddənin dispozisiyasında “mənafelərinə” sözündən sonra “mühüm” sözü əlavə edilsin. 1.81. 341-ci maddə üzrə: 1.81.1. 341-ci maddənin adı və 341.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin: “Maddə 341. Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma 341.1. Rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda-”; 1.81.2. 341.1-ci maddənin sanksiyasında “iki ilədək” sözlərindən əvvəl “iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya” sözləri əlavə edilsin. 1.82. 342-ci maddə üzrə: 1.82.1. 342.1-ci maddə aşağıdakı redaksiyada verilsin: “342.1. Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda — min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”; 1.82.2. aşağıdakı məzmunda 342.1-1-ci maddə əlavə edilsin: “342.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”; 1.82.3. 342.2-ci maddənin dispozisiyasında “Eyni əməllər ağır nəticələrə” sözləri “Bu Məcəllənin 342.1 və ya 342.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə” sözləri ilə əvəz edilsin. 1.83. 347-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin: “Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, habelə nəqliyyat vasitələrinin və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla hərbi əmlakın itirilməsi mühüm zərər vurduqda -”. 1.84. 348-ci maddə üzrə: 1.84.1. maddənin adından “, xarab etmə” sözləri çıxarılsın; 1.84.2. 348.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin: “348.1. Silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları, hərbi texnikanı və ya sair hərbi əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə ağır nəticələrə səbəb olduqda -”. 1.85. 349-cu maddə üzrə: 1.85.1. 349.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin: “349.1. Silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları və ya hərbi texnikanı qəsdən məhv etmə və ya zədələmə -”; 1.85.2. aşağıdakı məzmunda 349.1-1-ci maddə əlavə edilsin: “349.1-1. Bu Məcəllənin 349.1-ci maddəsində nəzərdə tutulmayan sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə xeyli miqdarda zərər vurduqda – min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”; 1.85.3. 349.2-ci maddənin dispozisiyasında “349.1-ci maddəsində” sözləri “349.1 və ya 349.1-1-ci maddələrində” sözləri ilə əvəz edilsin; 1.85.4. maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin: “Qeyd: Bu Məcəllənin 349.1-1-ci maddəsində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı olan məbləğ başa düşülür.”. 1.86. 350-ci maddə üzrə: 1.86.1. 350.1-ci maddənin dispozisiyasında “zərər vurduqda, hərbi texnikanın məhvinə və ya sair ağır nəticələrə səbəb olduqda” sözləri “az ağır zərər vurduqda” sözləri ilə, maddənin sanksiyasında “iki” sözü “bir” sözü ilə əvəz edilsin; 1.86.2. aşağıdakı məzmunda 350.1-1-ci maddə əlavə edilsin: “350.1-1. Bu Məcəllənin 350.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya sair ağır nəticələrə səbəb olduqda— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.”; 1.86.3. 350.2-ci maddənin dispozisiyasında “əməl” sözündən əvvəl “Məcəllənin 350.1-ci maddəsində nəzərdə tutulmuş” sözləri əlavə edilsin. 1.87. 351-ci maddə üzrə: 1.87.1. 351.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin: “351.1. Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurduqda—”; 1.87.2. 351.1-ci maddənin sanksiyasında “iki” sözü “bir” sözü ilə, “üç” sözü “iki” sözü ilə əvəz edilsin; 1.87.3. aşağıdakı məzmunda 351.1-1-ci maddə əlavə edilsin: “351.1-1. Bu Məcəllənin 351.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”. Maddə 2. Keçid müddəaları 2.1. Bu Qanun 2020-ci il iyunun 1-dən qüvvəyə minir. 2.2. Bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə görə bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər. 2.3. Bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun 2.2-ci maddəsində nəzərdə tutulmuş məsələlərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən, cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında baxılır. 2.4. Bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işlərinə və materiallara əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır.
Comments are closed, but trackbacks and pingbacks are open.