Press "Enter" to skip to content

Məhkəmə bəraət alan qadınla bağlı yeni hökm çıxarıb

Məhkəmə bəraət alan qadınla bağlı yeni hökm çıxarıb Bakı. 24 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Nuridə Kərimovanın barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Cm-in 185-ci maddəsi hökm

Zakir ŞİRİYEV,

hüquqşunas, ədliyyə müşaviri

Dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə törədilən cinayətdir.

Həmin cinayət çoxşaxəli olub, bütün hallarda törədilmə üsulundan asılı olmayaraq özgə əmlakına ziyan vurmaqla nəticələnir.

Şərti götürəndə, 1961-ci ildən 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Cinayət Məcəlləsinin keçmiş redaksiyasının 85-ci və 147-ci dələduzluq maddələri ilə hazırda güvvədə olan Cinayət Məcəlləsinin yeni redaksiyasındakı 178-ci dələduzluq maddəsi arasında fərqli cəhətlər çoxdur.

Belə ki, Cinayət Məcəlləsinin keçmiş redaksiyasının 85 və 147-ci dələduzluq cinayətində etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə dövlət, ictimai və şəxsi mülkiyyətdə olan əmlakı ələ keçirmə və ya əmlaka olan hüquqları əldə etmə ilə törədilirdi.

Eyni zamanda aşağıdakı cinayət tərkibi olduqda, dələduzluğa görə məsuliyyət yaranırdı.

1. Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə dövlət, ictimai və xüsusi mülkiyyətdə olan əmlakı ələ keçirmə və ya əmlaka olan hüquqları əldə etmə;

2. Eyni hərəkətlər zərərçəkmiş şəxsə xeyli ziyan vurmaqla və ya bir dəstə şəxsin qabaqcadan əlbir olması ilə, yaxud təkrarən edildikdə;

3. Dələduzluq xüsusi təhlükəli residivist tərəfindən edilmişsə və ya zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurduqda, həmin cinayət tərkibi yaranırdı.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1991-1993-cü illərdəki hakimiyyət dəyişiklikləri, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında dövlət çevrilişlərinə cəhdlər və terror aktları, SSRİ dağılandan sonra bir-biri ilə bağlı olan iqtisadi əlaqələrin pozulması, Dağlıq Qarabağ qaçqınlarının və Ermənistandan deportasiya olunan köçkünlərin problemləri, milli sərvətlərinin talan edilməsinə münbit şərait yaratmışdı. Bu vəziyyətdən istifadə edən müəyyən qruplar iri sənaye-istehsal müəssisələrində istehsal edilib, lakin satılmayıb, müəssisələrdə qalmış hazır məhsul və xammalı müxtəlif işbazların vasitəsilə SSRİ məkanında və xarici ölkələrdə satmağa başladılar.

Bank-kredit, maliyyə, sığorta və sair sahələrdə dələduzluq yolu ilə dövlət və ictimai əmlakın talanması halları artmağa başlamışdı. Yəni, dələduzluq cinayəti təkcə şəxsi mülkiyyətə deyil, dövlət və ya ictimai əmlaka da yönəlmişdi və bu cinayətlərin dinamikası artmağa başlamışdı.

Ölkənin müstəqilliyinin təhlükədən qorunması və sabitliyinin bərpası imkanı verdi ki, iqtisadi cinayətlərə qarşı mübarizə gücləndirilsin.

Məhz buna görə də “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 09 avqust 1994-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verildi. Həmin fərmanda iqtisadi cinayətlərə qarşı mübarizə aparmağın konkret sahələri, mübarizə metodları və s. geniş qeyd edilmişdi.

Eyni zamanda, “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəz tədbirlər haqqında” 27.01.1998-ci il tarixli sərəncam verilməklə, bu sahədə xeyli əsaslı və səmərəli tədbirlərin görülməsinə şərait yaranmışdı.

Cinayətkarlığın artma tempi və mübarizə metodlarının təkmilləşdirilməsi yeni Cinayət Məcəlləsi qəbul edilərkən dələduzluq cinayətinə dair 178-ci maddədə təkmilləşdirildi. 01 sentyabr 2000-ci il Azərbaycan Respublikası Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlərə dair XXIII fəslinin 178-ci maddəsinə əsasən “özgə əmlakı”nı etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq cinayət tərkibini yaradır.

Yəni, burada təkcə xüsusi mülkiyyət deyil, həmçinin dövlət və ictimai əmlakda “özgə əmlakı” hesab edilirdi.

Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Plenumun Qərarına əsasən, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququvarlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər.

Dələduzluq cinayətinin üsulu kimi, aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlak ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxt sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşm görüntüsünün yaradılması və sair) başa düşülür.

Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər.

Dələduzluğun üsulu kimi, etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.

Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir.

Qeyd etmək lazımdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüquqpnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınma; əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci hissəsinə əsasən eyni əməlləri:

1. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

2. Təkrar törədildikdə;

3. Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

4. Xeyli miqdarda ziyan vurulmaqla törədildikdə həmin cinayət tərkibi yaranır.

Cinayət Məcəlləsinin 178.3-cü maddəsinə əsasən eyni əməlləri:

1. Mütəşəkkil dəstə tərəfindən törədildikdə;

2. Külli miqdarda ziyan vurmaqla törədildikdə;

3. Əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum olmuş şəxs tərəfindən törədildikdə həmin cinayət tərkibi yaranır.

Lakin burada mübahisə doğuran iki məgam var idi. Belə ki, həmin cinayətə görə, CM-nin 177.3.3-cü maddəsinin qeyd hissəsinə əsasən “xeyli miqdarda” dedikdə, min manatdan yeddi min manatadək məbləğ, “külli miqdarda” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülürdü.

Həmin dəyişiliklər isə 16 may 2008-ci il tarixli 607 nömrəli Qanuna əsasən tətbiq edilirdi.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən, Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.

Eyni zamanda bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar’’ dedikdə, əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə, beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

Eyni zamanda Cinayət Məcəlləsinin 178.4-cü maddəsi də əlavə edilməklə, özgə əmlakına xüsusilə küllü miqdarda ziyan vurduqda həmin cinayət tərkibi yaranır.

Dəyişikliyə əsasən, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur.

Həmçinin dəyişikliyə əsasən, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyan vurma – CM-nin 184-cü maddəsi ləğv edilmişdir.

Bununla da CM-nin 178.3.3-cü maddəsinin dispozisiyasına dair talama və hədə qorxu ilə tələb etmənin konkret əsaslarına aydınlıq gətirilmişdir.

Qeyd edilən dəyişikliklərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində dələduzluğu istər sadə, istər xeyli və küllü miqdarda, o cümlədən xüsusilə küllü miqdarda vurulan ziyanın məbləği dəqiq göstərilməklə tövsifedici əməl kimi böyük əhəmiyyət daşıyır.

Bu qeyd edilənlər aşağıdakı cədvəldəki kimidir:

Dələduzluq

CM-nin 178-ci maddəsi

Dələduzluq, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə

CM-nin 178.1 maddə

Beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurma

CM-nin 178.2 maddə

“xeyli miqdarda ziyan”, yəni, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə ziyan vurma

CM-nin 178.3 maddə

“küllü miqdarda ziyan vurma”, yəni, əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə ziyan vurma

CM-nin 178.4 maddə

“xüsusilə küllü miqdarda ziyan”, yəni, beş yüz min manatdan yuxarı olan məbləğdə ziyan vurma

Göründüyü kimi, ziyanın məbləği artırılmış və həmin cinayətə görə məsuliyyət sərtləşdirilmişdir.

Bundan əlavə, CM-nin 178.2.3-cü maddəsində dələduzluq cinayəti şəxs tərəfindən öz qulluq mövgeyindən istifadə etməklə törədildikdə də həmin cinayət tərkibi yaranır. Lakin burada şəxs anlayışının izahı verilməlidir.

Qeyd etmək lazımdır ki, qulluq mövqeyindən istifadə etmə dedikdə, bütün hallarda bu səlahiyyət verilmiş vəzifəli şəxs başa düşülür.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “qeyd” hissəsində vəzifəli şəxslərin dairəsi ətraflı göstərilmişdir.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulan “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 iyul 2013-cü il tarixli Plenum Qərarına əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyi olan və olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər icrası məcbur olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvü, bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi vəzifəli şəxs hesab olunurlar.

Eyni zamanda dövlət və bələdiyyə, müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və o kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.

Düzdür, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 11 iyun 2015-ci il 7 nömrəli Qərarının 23-24-cü bəndinə əsasən dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür.

Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan, həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur.

Şəxsin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətməsini təşkil etmiş, yaxud onu bu əməli törətməyə təhrik etmiş və ya ona kömək göstərmiş digər şəxslərin əməlləri müvafiq olaraq CM-nin 32.3, 32.4 və 32.5-ci mədələrinə istinad edilməklə CM-nin 178.2.3-cü maddəsi ilə tövsif edilir.

Məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir.

Qeyd etmək lazımdır ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə, onun əməlinin əlavə olaraq CM-nin 310-cu maddəsi ilə (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə, onun əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 310-cu maddələri ilə tövsif edilir.

Fikrimcə, ya CM-nin 178-ci maddəsində bu, “qeyd” kimi göstərilməli və ya CM-nin 308-ci maddəsinin “qeyd” hissəsinə istinad edilməsi məqsədə müvafiq olardı.

Xarici ölkələrin cinayət qanunvericiliyində də dələduzluq cinayətləri etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə törədilir.

Qeyd etmək lazımdır ki, inkişaf etmiş xarici dövlətlərdə dələduzluq cinayətinin şaxələnmiş əhatə dairəsini şərti olaraq aşağıdakı qruplara bölmək olar:

1. Maliyyə sahəsində dələduzluq;

2. Bank-kredit təşkilatlarında dələduzluq;

3. Sığorta sahəsində dələduzluq;

4. Humanitar yardım və sair təşkilatlarda dələduzluq;

5. Xeyriyyə məqsədilə yaradılan fondlarda dələduzluq;

6. Saxta istiqraz və qiymətli kağızlarla bağlı dələduzluq və s.

Böyük Britaniya cinayət qanunvericiliyində dələduzluğun daha çox yayılmış sahələri aldatma ilə pul vəsaitini əldə etmə, kredit təşkilatlarının maliyyə əməliyyatlarında etibardan sui-istifadə edib sənədlərdə yalan məlumatlar yazmaqla pul vəsaitinin götürülməsi və.s üsulla dələduzluq cinayəti törədilməsi hallarıdır.

Almaniya Federativ Respublikasının cinayət qanunvericiliyində mütəşəkkil dəstə tərəfindən etibardan sui-istifadə edib çoxsaylı insanların əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq cinayəti törədilir. Vətəndaşlara veriləsi yardımların, sığorta, ayrı-ayrı fondlar, kredit təşkilatlarında, miqrasiya ilə məşğul olan təşkilatlarda etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakı ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə icra edilməsi hallarına daha çox rast gəlmək olur.

Fransa Respublikasının cinayət qanunvericiliyində dələduzluq yolu ilə pul vəsaiti, qiymətli əşyalar, hüquq verən və vəzifələrdən azad edən saxta sənədlərin hazırlanması ilə dələduzluq edilməsi hallarına daha çox rast gəlinir.

Hollandiyada müəlliflik hüququnun pozulması ilə nəticələnən dələduzluq, Çin Xalq Respublikasında isə şəxsi mülkiyyət əleyhinə, o cümlədən bazar iqtisadiyyatına kifayət miqdarda ziyan vurma, bankın və digər maliyyə strukturlarında, kredit kartlarının, qiymətli kağızlar və dövlət istiqrazlarını saxtalaşdırmaq, sığorta təşkilatlarında və.s sahələrdə dələduzluq cinayətləri daha çox törədilir.

Yaponiya cinayət qanunvericiliyində aldatma və etibardan sui-istifadə yolu ilə əmlakı ələ keçirmək məqsədi ilə dələduluq təcrübəsiz, həddi-buluğa çatmamış və ya əqli qabiliyyəti olmayanlara qarşı edildikdə, dələduzluğun ağırlaşdırıcı halı hesab edilir.

Azərbaycan Respublikası cinayət qanunvericiliyin gəldikdə, dələduzluq cinayətinin çoxşaxəli olması nəzərə alınaraq, hər bir sahə üzrə cinayətin tovsifvedici əlamətləri dəqiq göstərilmişdir.

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Plenum Qərarının 6-9-cu bəndlərinə əsasən, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM- nin 178 və 320.2-ci maddələri ilə tövsif edilir.

Şəxsin saxta sənəd hazırlaması və həmin sənəddən istifadə etməklə özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirmək məqsədi güdməsi, lakin ondan asılı olmayaraq bu niyyətini həyata keçirmək imkanında olmaması müəyən edildikdə, onun əməli rəsmi sənədləri saxtalaşdırma (CM-nin 320.1-ci maddəsi) və işin hallarından asılı olaraq, habelə CM-nin 28.2-ci maddəsinin tələbli nəzərə alınmaqla dələduzluğa hazırlıq və ya dələduzluğa cəhd etmə kimi (müvafiq olaraq CM-nin 28,178.3-cü və ya 29,178-ci maddələri ilə) qiymətləndirilməlidir.

Belə halda, bilə-bilə həmin məqsəd üçün təqsirləndirilən şəxsə saxta sənədlər verən şəxs dələduzluğa köməkçiliyə (CM-nin 32.5,178-ci maddələri ilə) və sənədləri saxtalaşdırmaya (CM-nin 320-ci maddəsi ilə, vəzifəsi şəxs olduqda isə CM-nin 313-cü maddəsi ilə) görə cinayətlərin məcmusu qaydasında məsuliyyət daşımalıdır.

Həmin qərarda qeyd etdiyi kimi, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə, maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə, sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır.

Şəxsin bank və ya digər kredit təşkilatı ilə qanunvericiliyə uyğun olaraq bağlanmış müqaviləyə əsasən depozit hesabında saxlanılan, yaxud da borc müqaviləsinə əsasən başqa şəxsə verdiyi pul vəsaiti bankdan, kredit təşkilatından və ya borc alandan dələduzluq yolu ilə ələ keçirildikdə, iş üzrə zərər çəkmiş şəxs qismində həmin pul vəsaitinə sahiblik edən bank, digər kredit təşkilatı və ya borc alan tanınır.

Oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq, dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir.

Eyni zamanda satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, əldə etmə və ya satma zahiri cəhətdən dələduzluq cinayətinin əlamətlərinə oxşar olsa da, belə əməllər xüsusi norma kimi çıxış edən CM-nin 204-cü maddəsi ilə tövsif olunmalıdır.

Saxta pulun, xarici valyutanın və ya qiymətli kağızların satılması o zaman dələduzluq kimi qiymətləndirilə bilər ki, onlar aşkar formada əslindən fərqlənsinlər və həmin pulun, valyutanın və qiymətli kağızların dövriyyədə istifadə edilməsi istisna edilsin. Bu zaman təqsirləndirilən şəxsin qəsdinin aşkar surətdə məhdud şəxslər dairəsinin aldadılmasına yönəlməsi sübut edilməlidir.

Bununla yanaşı, saxta lotereya bileti əsasında uduş (pul, əmlak) əldə etmə CM-nin 204-cü maddəsinin (saxta pul və ya qiymətli kağızlar hazırlanmalı, əldə etmə və ya satma) dispozisiyası ilə əhatə olunmadığına görə, belə əməl də CM-nin 178-ci maddəsi ilə tövsif olunmalıdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsində dələduzluq cinayətinin mütəşəkkil dəstə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum olmuş şəxs tərəfindən törədilməsinin şərhinə də ehtiyac vardır.

Belə ki, Cinayət Məcəlləsinin 182.3.4-cü maddəsində də, o cümlədən mənimsəmə və ya israf etməyə dair CM-nin 180.3.3-cü, quldurluq (CM-nin 181.3.4-cü), aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyan vurma (CM-nin 184.3.3-cü) maddələrində də əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və daha çox məhkum etmiş şəxs tərəfindən törədilməsi qeyd edilmişdir. Belə olan halda, CM-nin 178.3.3-cü maddəsi ilə oxşarlıq mövcuddur.

Qeyd edilən Plenum Qərarının 10-cu bəndinə əsasən, dələduzluq hədə-qorxu ilə tələb etmə cinayətindən (CM-nin 182-ci maddəsi) onunla fərqlənir ki, dələduzluğun törədilməsi zamanı zərər çəkmiş şəxsin iradəsinə aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə, CM-nin 182-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zamanı isə zərərçəkmişə ünvanlanmış hədə-qorxu (zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətləri etməyi tələb etmə) vasitəsilə təsir göstərilir. Dələduzluq maddi tərkibli cinayət olduğundan, həmin cinayət əmlak (əmlaka olan hüquq) ələ keçirildikdən sonra təqsirkarın ona sərəncam vermək imkanının yarandığı andan, hədə-qorxu ilə tələb etmə isə formal tərkibli cinayət kimi müəyyən edildiyindən, təqsirkar tərəfindən yuxarıda sadalanan hərəkətlərin edildiyi andan əmlakın (əmlaka olan hüququn) ələ keçirilib-keçirilməməsindən və ya əmlak xarakteri daşıyan hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq başa çatır.

CM-nin 182.-ci maddəsindən əlavə, yuxarıda qeyd edilən CM-nin maddələrinin də şərhinə ehtiyac vardır.

Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kiber cinayətlərə dair XXX fəslində kompüter sisteminə daxil olma (CM-nin 271-ci maddəsi), kompüter məlumatlarını qanunsuz ələ keçirmə, kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə (CM-nin 273.1-ci maddəsi), kompüter məlumatlarının saxtalaşdırılması (CM-nin 273.2-ci maddəsi) vardır.

Cinayət Məcəlləsinin qeyd edilən maddələrinin dispozisiyasında həmin cinayətlərin törədilmə üsulları qeyd edilmişdir.

Lakin dünya təcrübəsində çox hallarda kiber cinayətlərdə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə saxta sənədlər əsasında pul köçürmə və sair üsullarla özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayətləri törədilir. Belə ki, 23 noyabr 2001-ci ildə Budapest şəhərində qəbul edilmiş “Kiber cinayətlərə dair” Konvensiyanın 8-ci maddəsinə əsasən “kompüter dələduzluğu” qeyd edilməklə hər bir ölkənin öz qanunvericilik normalarına uyğun olaraq qeyd edilən üsulla dələduzluğa qarşı ölçü götürülməsi tövsiyə edilmişdir. Bu isə aşağıdakı üsullarla icra edilir:

1. Kompüter məlumatlarını silmək və ya dəyişmək;

2. Şəxslərə, təşkilatlara məxsus olan əmlak və ya əmlaklara sahib olmaq üçün etibardan sui-istifadə edib dələduzluq yolu ilə köçürmələr və s. etmək;

Fikrimcə, bu məsələnin ciddiliyini əsas götürüb kompüter dələduzluğu cinayətlərinin mövcudluğu və ya mövcud ola biləcəyi nəzərə alınıb, konkret tədbirlərin görülməsi zəruridir. Baxmayaraq ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinə və digər əmlakın legallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 10 fevral 2009-cu il tarixli Qanunu vardır.

Bu Qanunla tənzim edilən normalar da çox sahəni əhatə edir.

Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsində dələduzluq cinayətinin mütəşəkkil dəstə tərəfindən törədilməsi də qeyd edilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur.

Zəruri hal odur ki, mütəşəkkil dəstəni qabaqcadan razılaşmadan (CM-nin 34.1) – qabaqcadan razılaşmaqla bir qrup şəxs tərəfindən (CM-nin 34.2) törədilən cinayətlərdən fərqləndirmək lazımdır.

Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyun 2015-ci il tarixli 7 nömrəli plenum Qərarının 34-cü bəndinə əsasən, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsi və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir.

Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublika Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 04 marl 2013-cü il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarlarına müvafiq olaraq, dələduzluğa görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl CM-nin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin, o cümlədən dələduzluğun törədilməsi, habelə dələduzluğa görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən həmin cinayəti törətməsi cinayətlərin təkrar törədilməsini yaratmır və əsaslar olduqda sonuncu hal cinayətin residivi kimi qəbul edilərək təqsirləndirilən şəxsə cəza CM-nin 65-ci maddəsinə əsasən təyin olunmalıdır.

Əvvəllər dələduzluq və digər talama, habelə hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş və yenidən dələduzluq cinayətini törətmiş şəxsin əməli o halda CM-nin 178.3.3-cü maddəsi ilə tövsif edilir ki, həmin şəxsin əvvəlki məhkumluqları ödənilməmiş və ya götürülməmiş olsun.

Dələduzluq cinayəti başqa cinayətlərdən fərqli olaraq həm mürəkkəb, həm də çoxşaxəli cinayətdir. Eyni zamanda digər cinayətlərin məcmusunu özündə birləşdirir.

Qeyd etmək lazımdır ki, bəzən əmlakı ələ keçirmək məqsədi ilə mülkiyyətçinin işgüzar nüfuzuna ziyan vuran hərəkətlərə də yol verilir. Belə halda bu məsələ istintaqda və məhkəmədə tam və hərtərəfli araşdırılmalıdır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Plenum Qərarına və Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) habelə hüquq pozulmasaydı, həmin şəxsin adı Mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etmdyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənəvi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

Mənəvi zərər ödənilərkən, mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və bu hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Konstitusiya Məhkəməsinin həmin Plenum Qərarında konkret olaraq qeyd edilmişdir ki, Azərbaycaı Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

“Mənəvi zərərin ödənilməsi barədə qanununvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Plenumunun 7 N-li Qərarının 4-cü maddəsinə əsasən, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

Zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

Fikrimizcə, dələduzluq cinayətinin çoxşaxəli olması və yeni formalarının yaranması, təkcə özgə əmlakına deyil, dövlətə, onun iqtisadi sahələrini iflic vəziyyətinə salan həddə ziyan vurması nəzərə alınaraq, bununla bağlı konsepsiyanın hazırlanması və onun da aşağıdakı sahələr üzrə əməli tədbirlərlə həyata keçirilməsi məqsədəmüvafiq sayılmalıdır:

1. Büdcənin maliyyələşdirilməsi sahəsində;

2. Banklarda kredit münasibətlərinin təkminləşməsində;

3. Qiymətli kağızların emissiyasında;

4. Dövlət və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsində;

5. Ayrı-ayrı sahələr üzrə lisenziyalaşdırmada, qiymət, məhsul və xidmət üzrə sertifikatlaşmada;

6. Xarici ölkələrdən maliyyə və humanitar yardım;

7. Ticarət;

8. Xidmət sahələri üzə;

Eyni zamanda bütün hallarda nəzərə almaq lazımdır ki, ölkə müharibə şəraitindədir. Ölkəyə ziyan vurmaq istəyən dini ekstrimistlərdən tutmuş terrorçulara kimi, aldatma və etibardan sui-istifadə etməklə saxta sənədlərlə pul köçürmələr, maliyyə əməliyyatları və s. cinayətlər də məhz dələduzluq yolu ilə törədilir.

Bu sahə bundan sonra da ciddi diqqətdə saxlanılmalı, ona qarşı mübarizə daha da gücləndirilməli və dələduzluq cinayətlərinin vaxtından əvvəl qarşısını alacaq sistemli önləyici tədbirlər həyata keçirilməlidir.

Məhkəmə bəraət alan qadınla bağlı yeni hökm çıxarıb

Məhkəmə bəraət alan qadınla bağlı yeni hökm çıxarıb Bakı. 24 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Nuridə Kərimovanın barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

24 Aprel , 2018 15:16

https://static.report.az/photo/3dee3195-f469-4b1b-8cd9-a8fc65476892.jpg

Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 24 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Nuridə Kərimovanın barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb. “Report”un məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, N.Kərimovanın ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 123-cü (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsinə tövsif edilib. Yeni hökmə əsasən, o, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin N.Kərimova həmin müddəti istintaq təcridxanasında keçirdiyi üçün cəza çəkilmiş sayılıb. Qeyd edək ki, Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarətləri) meyiti 2016-cı il iyulun 23-də evində tapılıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən həyat yoldaşı, Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Nuridə Kərimova tutulub. Məlum olub ki, V.Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn V.Kərimov N.Kərimova ilə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib. N.Kərimovaya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə N.Kərimova barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə prokurorun apellyasiya protestini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib. Qeyd edək ki, cütlüyün 4 yaşlı qızı qalıb. Azyaşlı hadisə vaxtı ana babasının evində olub.

Bakıda qolsuz idmançı satıcını amansızlıqla öldürdü – TƏFƏRRÜAT

2019-cu il dekabrın 8-də Bakının Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında 1988-ci il təvəllüdlü Ramal Kazımov döş qəfəsindən bıçaqlanması və aldığı xəsarətdən 3 saylı şəhər Kliniki Xəstəxanasında ölməsi barədə polisə məlumat daxil olur.

Polis və prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirməsi nəticəsində məlum olub ki, yağışlı hava şəraiti ilə əlaqədar asfalt üzərindəki qan ləkələrinin çoxu yuyulub. Hadisənin aptekin çölündə quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınması məlum olur.

Həmin gecə cinayəti törədən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Namiq Səfərov 25-ci Polis Şöbəsinə gələrək könüllü təslim olub.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, dekabrın 8-i saat 23:30-da Q.Qarayev prospekti, 31 ünvanında, binada yaşayan sakinlərə və küçədən keçən vətəndaşlara məhəl qoymayan Namiq Səfərov aralarında yaranmış münaqişə zamanı tanışı Ramal Kazımovun üzünə yumruqla zərbə vurub. Sonra bıçaqla Kazımovun döş qəfəsinə zərbələr endirib. Bu hərəkəti ilə, Səfərov zərərçəkmişi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Namiq Səfərov bildirib ki, Ramal Kazımov Nizami RPİ-nin inzibati binasının yaxınlığında yerləşən “Şərab evi” ni icarə əsasında işlədib. O, mütəmadi həmin mağazadan spirtli içki və siqaret alıb:

“Aramızda ədavət olmasa da, dəfələrlə üstüörtülü danışıq tərzinə görə Ramala öz iradımı bildirmişəm. 2019-cu il dekabrın 8-də axşam zəngləşib, uşaqlıq dostum Tale Bəxtiyarlı ilə 8-ci kilometr bazarının yaxınlığında görüşdüm. Saat 23 radələrində “Qara Qarayev” metrostansiyasının yanında fəaliyyət göstərən dönərxanada əyləşib, yemək yedik. Orda 350 qram araq içdim. Gecə yarısı ordan çıxıb, “Şərab evi” nə getdik. Kassa arxasında dayanan Ramaldan siqaret və iki şüşə pivə aldım. Mənimlə sərt şəkildə danışdığı üçün Kazımovdan nə üçün belə tərzdə danışdığını soruşdum. İradımı bildirəndə, Ramal mənə qarşı nalayiq ifadələr işlətdi. Aralamızdakı sözlü mübahisə kəskinləşdi, bir-birimizə əl atdıq.

Yumruqla Ramalın üzünə zərbə vurdum. Həmin vaxt içəri bir nəfər müştəri daxil oldu və siqaret alıb getdi. Yenidən əlbəyaxa olarkən, qonşu mağazada işləyən Abbas adlı oğlan içəri girder. Tale ilə birlikdə bizi sakitləşidirməyə çalışdı. Buna baxmayaraq, Ramal məndən çölə çıxıb mübahisəni həll etməyi tələb etdi. İkimiz də “Şərab evi” ndən çıxıb sol tərəfə, mağazaların arxasına getdik. Kənardan keçən insanlar, həmçinin Tale də yaxınlaşıb, bizi aralamağa çalışdılar.

Gödəkçəmin sağ yan cibindən bıçağı çıxarıb Taleyə kənara çəkilməsini bildirdim. Ramal bıçağı görən kimi “çıxartmısansa, vur” dedi. Söyüş söyüb üzərimə gələndə bir neçə dəfə ona zərbələr endirdim. Aldığı xəsarətlərə baxmaq üçün köməkləşib onun əynindəki qolsuz jileti çıxarıb yerə atdıq. Özüm də yanında əyləşib sürücüyə tez bizi Sabunçu xəstəxanasına çatdırmasını xahiş etdim. O vaxta qədər Tale Bəxtiyarlı dostum Çevik Polis Alayının patrul bölüyündə xidmət edən Səddam İsmayılova zəng edərək, dava zamanı Ramal Kazımovu bıçaqlamağım barədə məlumat verdi. Buna görə onlar da xəstəxanaya gəldilər. Ramalın öldüyünü biləndən sonra, cinayət məsuliyyətindən qorxdum. Taksi ilə Quba rayonunda yaşayan dostlarımın yanına yollandım. Yolda, Şabran rayonu ərazisində bıçağı pəncərədən çölə tulladım. 25-ci polis şöbəsinin əməkdaşları zəng edərək, mənə qaçmağın mənasının olmadığını söylədilər. Buna görə, geri Bakıya qayıtdım və şöbəyə təslim oldum”.

Namiq Səfərov qeyd edib ki, Ramal Kazımovun pullarını ələ keçirmək niyyəti olmayıb. Onun sol qolu olmasa da, uşaqlıqdan idmanla məşğul olduğuna görə fiziki cəhətdən özünü zəif hesab etməyib. Hadisə vaxtı ona heç kim kömək etməyib, əksinə dostu Tale onları yalnız aralamağa çalışıb.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.