Cm-in 263.2-ci maddəsi hökm
Elə ki, həmin vaxtlarda Tural Aslanova hadisənin baş verdiyi görüntüləri özündə əks etdirən kamera çəkilişlərinə baxmaq istədiyimi bildirdim, o halda o, “Sən heç də darıxma, biz kamera çəkilişlərinin əldə olunması ilə bağlı DİN-ə müraciət etmişik. İnşallah bizə cavab verəcəklər, o halda biz sənə hadisənin necə baş verdiyini özündə əks etdirən kamera çəkilişini göstərərik” dedikdə, mən onun belə bir “yağlı vədlər”inə inandım. Elə ki, hadisənin baş verdiyi gündən bir aya yaxın vaxt keçdi və ölüm faktı ilə bağlı çəkilişə “AFTOSFER.az” saytına yerləşdirilmiş çəkilişə baxdım, o halda gözümlə gördüklərimə inanmadım. Yəni, həmin çəkilişə baxdıqda məlum olur ki, atam Həsənov Vaqif İsgəndər oğlu müstəntiq Tural Aslanovun bildirdiyi kimi, heç də nəqliyyat vasitələrinin hərəkət etdiyi yola çıxmayıb. O, Azadlıq prospektində piyadalar üçün nəzərdə tutulan piyada zolağını keçərkən, onu Kazımov Rüfət Urfan oğlu idarə etdiyi avtomobili ilə vurur. Yəni, yaxınlıqda olan TŞ80009 və TŞ8-009 nömrəli kameralardan əldə olunan çəkilişlər, məhz əsl həqiqəti ortaya çıxarmağa imkan verib.
Cm-in 263.2-ci maddəsi hökm
Əsas səhifə / Mətbuat səhifələrindən / Əməkdar hüquqşünas Müzəffər Ağazadə: Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bağlı mübahisəli məsələlər
Əməkdar hüquqşünas Müzəffər Ağazadə: Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bağlı mübahisəli məsələlər
21 avqust 2018 6739
Hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə müəyyən edilən və yol-nəqliyyat hadisəsi yerindən qaçmadan bəhs edən norma cinayət qanunvericiliyinin ən çox müzakirə edilən və mübahisə doğuran normalarındandır. Həmin maddənin dispozisiyası aşağıdakı məzmunda verilmişdir:
Bu məcəllənin 263 və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması.
İstintaq-məhkəmə təcrübəsində CM-nin 264-cü maddəsinin özəlliklərindən danışılarkən həmin maddə ilə müəyyən edilən normanın tətbiqi ilə bağlı çətinliklərin və anlaşılmazlıqların olmasını qeyd etməklə kifayətlənilmir. Belə hallarda həmçinin ümumiyyətlə həmin maddənin cinayət qanununda yer alıb-almaması məsələsinin özü də mübahisə doğurur.
Məlum olduğu kimi Sovet dövləti süqut edənə qədər mövcud olmuş müttəfiq respublikaların qanunvericiliklərində, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyində yol-nəqliyyat hadisəsi törədən sürücünün hadisə yerindən qaçması üstündə cinayət məsuliyyəti nəzərdə tutulmurdu. Belə norma ilk dəfə Rusiya Federasiyasının 1997-ci il yanvarın 1-dən qüvvəyə minmiş Cinayət Məcəlləsində özünə yer almışdır. Ölkəmizin cinayət qanunu yaradılarkən RF-nin CM-dən bir baza kimi istifadə olundugundan AR CM-nin 264-ü maddə ilə nəzərdə tutulan norma da RF CM-nin 265-ci maddəsindən əxz edilmişdir.
Lakin yol-nəqliyyat hadisəsi yerindən qaçmadan bəhs edən RF CM-nin 265-ci maddəsi ilə müəyyən edilən norma uzun müddət üçün özünə həyat vəsiqəsi qazana bilməmişdir. Yəqin ki, bu normanın mahiyyətindəki qüsurlar və tətbiqi zamanı yaranan çətinliklər və anlaşılmazlıqların yaranması səbəbindən Rusiya Federasiyasının 2003-cü il 8 dekabr tarixli Qanunu ilə həmin maddə RF cinayət qanunvericiliyindən xaric edildi. Ölkəmizin cinayət qanununun 264-cü maddəsi ilə müəyyən edilən norma istintaq-məhkəmə təcrübəsində çoxsaylı çətinliklərin yaranmasına səbəb olsa da bu günə qədər öz mövqeyini saxlamaqdadır. Yəni o, nəinki cinayət qanunundan xaric edilməmişdir, hətta bu maddənin dispozisiyası hər hansı dəyişikliyə məruz qalmamışdır.
CM-nin 264-cü maddəsi ilə müəyyən edilən normanın mövcudluğunun mübahisəli olması səbəbindəndir ki, bu normanın tətbiqi, həmçinin ümümiyyətlə cinayət qanununda özünə yer tutması məhkəmələrin sorğuları əsasında iki dəfə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müzakirə predmeti olmuşdur. (29.01.2004 və 10.04.2012-ci illərdə). Adı çəkilən normanın müəllifi olan Rusiya Federasiyası qanunvericiləri 08.12.2003-cü il tarixli Qanunla yol-nəqliyyat hadisəsi yerindən qaçma əməlini dekriminallaşdırsa da AR Konstitusiya Məhkəməsi özünün 29.01.2004-cü il tarixli Plenumunun qərarı ilə hesab etmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğundur”.
Konstitussiya Məhkəməsinin qərarına hörmətlə yanaşmaqla hesab edirik ki, 264-cü maddə ilə müəyyən edilən normanın ölkəmizin cinayət qanununda yer alması heç də mübahisəsiz deyildir. Fikrimizcə, yol-nəqliyyat hadisəsi yerindən qaçma adlandırılan əməl cinayət təqibinə səbəb olmamalı və 264-cü maddə CM-dən xaric edilməlidir. Aşağıda bu təkliflə əlaqədar fikrimizi əsaslandırmağa cəhd edəcəyik.
Zənnimizcə, CM-nin 264-cü maddəsi ilə müəyyən edilən normanın qanundan xaric edilməsi, yaxud maddənin təkmilləşdirilməsi məqsədi ilə aşağıdaki məsələlərin bir daha tədqiq edilməsi və qiymətləndirilməsinə ehtiyac vardır:
1. Hazırda AR CM-nin Xüsusi Hissəsində vətəndaşlar tərəfindən törədilən əməllərin cinayət hadisəsi kimi qiymətləndirən maddələrin sayı 311-dir. Həmin maddələrlə nəzərdə tutulan hadisələrin təxminən yarısı üzrə hadisə törədən şəxsin hadisə yerindən qaçması imkanı yaranır və onlar bir qayda olaraq hadisə yerindən yayınırlar. Lakin CM-nin 263 və 263.1-ci maddələri ilə nəzərdə tutulan cinayət hadisələri istisna olmaqla qəsdən, yaxud ehtiyatsızlıqdan törədilməsindən asılı olmayaraq başqa cinayət əməlləri törədən şəxslərin hadisə yerindən qaçması üçün qanunda cınayət məsuliyyəti nəzərdə tutulmamışdır. Hətta dəmir yol nəqliyyatı vasitələrinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması zamanı müvafiq nəticələrin baş verməsi (CM-nin 262-ci maddəsi) hallarında da təqsirli şəxsin hadisə yerindən qaşması əlavə cinayət tərkibi yaratmır.
Burada bizə irad tutula bilər ki, dəmir yolu nəqliyyatı vasitəsini idarə edənin şəxsiyyəti onsuz da bəlli olduğundan belə şəxslər üçün hadisə yerindən qaçma üstündə cinayət məsuliyyəti müəyyən edilməsi mənasızdır. Məsələ bundadır ki, avtomobillərlə törədilən yol-nəqliyyat hadisəsi zamanı, hadisə yerindən qaçan sürücülər barəsində cinayət məsuliyyəti müəyyən edilməsi təkcə onların şəxsiyyətlərinin müəyyən edilməsi ilə əlaqədar deyildir. Belə ki, həmin sürücülər hadisə yerindən qaçarkən şəxsiyyət sənədini hadisə yerində qoysa belə mövcüd qanuna və məhkəmə təcrübəsinə əsasən CM-nin 264-cü maddəsi ilə məsuliyyətə alınırlar. Bu zaman onun şəxsiyyəti ilə əlaqədar məsələlər deyil, zərərçəkmişə yardım göstərmədən hadisə yerindən qaçması sürücüyə irad tutulur. Bu məntiqdən götürülsə dəmir yol nəqliyyatı vasitəsini idarə etmiş sürücüyə də adamların xəsarət alması hallarında onlara kömək göstərilməməsi halı irad tutula bilər və hadisə yerindən qaçma üstündə o, cinayət məsuliyyətinə alına bilər. Qeyd etdiyimiz kimi, dəmir yol nəqliyyatı vasitəsini idarə edənlər barəsində belə norma müəyyən edilməmişdir.
Yeri gəlmişkən qeyd edirik ki, nəzərdən keçirdiyimiz xarici ölkələrin cinayət qanunvericiliklərində yol-nəqliyyat hadisəsi yerindən qaçma üstündə sürücülər üçün cinayət məsuliyyəti nəzərdə tutulma hallarına təsadüf etmədik.
2. CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan yol-nəqliyyat hadisəsi yerindən qaçma qismində əməli müxtəlif rakurslarda təhlil etdikdə də belə normanın müəyyən edilməsinin heç də zəruriyyətdən yaranmadığı nəticəsinə gəlmək olur. Belə ki, ictimai təhlükəli əməl törədən şəxsin hadisə yerindən qaçmaqla cinayət məsuliyyətindən yaxa qurtarmağa cəhd göstərməsi onun təbii hüququ kimi qəbul edilməlidir.
Cəmiyyət üzvləri tarix boyu belə əməllərə, yəni cinayət hadisəsi-törətmiş şəxslərin hadisə yerindən yayınmasına normal münasibət bəsləmişlər. Cünki cinayət törətmiş şəxs qorxu hissindən, psixoloji gərginlik keçirməsi üzündən, yaxud digər səbəblərdən hadisə yerindən qaçıb gizlənə bilər. Hadisə törətmiş və gərgin psixoloji durumda olan şəxsin üzərinə onun cinayət məsuliyyətinə cəlb ediləcəyi hədəsi ilə hadisə yerini tərk etməmək vəzifəsi qoymaq cəhdi çətin ki, perspektivli olsun.
Belə bir məsələni də xatırlatmaq yerinə düşər ki, digər növ cinayət hadisəsi törədilməsi hallarında təqsirkar nəinki hadisə yerini tərk etmək üstündə əlavə maddə ilə cinayət məsuliyyətinə alınmır, hətta belə əməllər heç bir halda qanunla təqsirkara cəza verilməsi zamanı cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı olan hallar sırasına da aid edilməmişdir (CM-nin 61-ci maddəsi).
3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin dördüncü hissəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş şəxsin üzərinə bir sıra vəzifələr qoyulmuşdur. Bunların sırasına nəqliyyat vasitəsini yerindən tərpətməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını cağırmaq, zərərçəkmişlərin xəsarət alması hallarında onları yaxınlıqdakı tibbi müəssisəyə çatdırmaq, hadisə barədə müvafiq icra hakimiyyəti orqanına xəbər vermək və bu kimi onlarca vəzifələr qoyulmuşdur. Bütün bu qaydalar Azərbaycan Respublikasının da qoşulduğu “Yol hərəkəti haqqında” 08.11.1968-ci il tarixli Vyana Konvensiyasından götürülmüşdür və şübhəsiz ki, həmin qaydalara mübahisəsiz surətdə əməl edilməlidir.
Lakin, fikrimizcə sürücünün həmin normativ aktlarla müəyyən edilən qaydalara əməl etməməsi bütün hallarda onun üçün cinayət məsuliyyəti yarada bilməz. AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü madəsinin şərh edilməsinə dair” 10.04.2012-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, “Yol hərəkəti haqqında” Qanunda qeyd olunan vəzifələr baş vermiş hadisənin nəticələrinin ağırlaşdırılmasının qarşısının alınmasına və hadisə ilə bağlı obyektiv həqiqətin aşkar olunmasına yönəlsə də onlara riayət edilməməsi özü-özlüyündə məsuliyyətin (burada cinayət məsuliyyətindən söhbət gedir) yaranmasına səbəb ola bilməz. Qanunverici sürücünün Qanunla üzərinə qoyulmuş məhz hansı konkret vəzifənin yerinə yetirilməməsinin cinayət məsuliyyəti yaratmasını dəqiq müəyyən etməlidir.
Yuxarıda qeyd edildiyi kimi qanunverici yol-nəqliyyat hadisəsi törədən sürücünün üzərinə onlarla vəzifələr qoysa da, onlardan yalnız biri ilə bağlı, yəni qəza törədən sürücünün hadisə yerindən qacması üstündə cinayət məsuliyyəti müəyyən etmişdir. Qalan hallar üçün isə əsasən inzibati məsuliyyət müəyyən edilmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, AR İnzibati Xətalar Məcəlləsi ilə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün hadisə yerindən yayınmasına görə də inzibati tənbeh tədbiri nəzərdə tutulur. (İXM-nin 327.6-cı maddəsi).
Bəzi hüquqşünaslar sürücü üçün hadisə yerindən yayınmaq üstündə cinayət məsuliyyəti müəyyən edilməsini bədən xəsarəti almış zərərçəkmişə tibbi yardım göstərilməsi zərurəti ilə əlaqələndirirlər. Belə arqumentlə razılaşmalı olsaq onda gərək yol-nəqliyyat hadisəsinin gedişində zərərçəkmişin həlak olması hallarında sürücünün hadisə yerindən qaçması cinayət təqibini istisna etsin. Halbuki qanunda belə qeyd-şərt müəyyən edilməmişdir. Yəni hadisənin gedişində zərərçəkmişin ölməsi hallarında da hadisə yerindən qaçmış sürücü CM-nin 264-cü maddəsi ilə məsuliyyətə alınır.
Belə bir məsələdən də yan keçmək olmaz ki, insanların xəsarət alması və ya həlak olması ilə nəticələnən yol-nəqliyyat hadislərəi zamanı sürücünün hadisə yerində dayanması digər neqativ xarakterli hadisələrin baş verməsi ilə də nəticələnə bilər. Məsələn, zərərçəkmişin hadisə yerində olan, yaxud hadisə yerinə gəlib çıxmış qohum, dost və tanışları həyəcanlı olmaları səbəbindən qəzəblənib hadisə yerində olan sürücüyə divan tuta bilərlər. Konkret situasiyada ikinci hüquqazidd hadisənin baş verməsi isə heç bir halda istisna olunmur.
4. Bəzi hüquqşünaslar hesab edirlər ki, hadisə yerindən qaçan sürücülər üçün əlavə cinayət məsuliyyəti müəyyən olunması onları belə məsuliyyətə alınmaq qorxusu altında «Yol hərəkəti haqqında» Qanunun tələblərinə, o cümlədən yaralılara yardım göstərmək barədəki tələbləri yerinə yetirməyə vadar edə bilər.
Bu arqument elə də əsaslı görünmür. Belə ki, əvvəla, onsuz da kömək göstərmək imkanı olduğu halda istənilən şəxsin sağlamlığı təhlükə altında olan başqa şəxsi bilə-bilə köməksiz qoyması CM-nin 143-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Şübhəsiz ki, üzərinə yaralıya kömək göstərmək vəzifəsi qoyulmuş şəxslər sırasına yol-nəqliyyat hadisəsi törətmiş sürücülər də aid edilir.
Digər tərəfdən həmin arqumentlə razılaşmalı olsaq, onda gərək 264-cü maddə ilə müəyyən olunan məsuliyyət zərərçəkmişin bilavasitə hadisə yerində ölməsi hallarına aid edilməsin. Çünki belə hallarda zərərçəkmişin hər hansı tibbi yardıma ehtiyacı olmayacaqdır. İstintaq – məhkəmə təcrübəsi isə göstərir ki, zərərçəkmişin hadisə yerində ölməsi hallarında hadisə yerindən qaçmış sürücülər istinasız olaraq CM-nin 263, 263-1-ci maddələri ilə yanaşı 264-cü maddə ilə də məsuliyyətə alınırlar.
5. Subyektiv cəhətlərinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması üstündə məsuliyyətdən bəhs edən və CM-nin 263 və 263-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlər ehtiyatsızlıq üzündən, yol – nəqliyyat hadisəsi yerindən qaçma cinayəti isə qəsdən törədilən cinayətlər sırasına aiddir. Yol–nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçan şəxs heç bir halda təkcə CM-nin 264-cü maddəsi ilə məsuliyyət daşıya bilməz. Hadisənin məhz hadisə yerindən qaçan sürücünün təqsiri üzündən baş verməsinin təsdiq olunduğu hallarda o, CM-nin 264-cü maddəsi ilə yanaşı 263, yaxud 263-1-ci maddəsi ilə də məsuliyyətə alınır. Qanuna görə ehtiyatsızlıq üzündən törədilən cinayətlər üstündə təqsirli bilinən şəxslərə 5 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildikdə onlar cəzalarını ümumi rejimli, 5 ildən az müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qəsdən ilk dəfə törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər üstündə məhkum edilən məhkumlar isə bütün hallarda cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. (CM-nin 56-cı maddəsi)
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsi növünün müəyyən edilməsi haqqında” 28.06.2002-ci il tarixli, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü tarixli qərarlarındakı izah və şərhlərə görə cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayətlər daxil olduqda və şəxsə cinayətlərin məcmusu üzrə qəti cəza olaraq beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildikdə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilməlidir. Yəni, tutaq ki, şəxsə CM-nin 263.2-ci maddəsi ilə 4 il 6 ay, 264-cü maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hər iki maddə ilə təyin olunan cəzalar qismən toplama üsulu ilə birləşdirilərək təqsirkarın üzərində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Mövcud qanunvericiliyə əsasən belə hallarda məhkum təyin edilən 5 il azadlıqdan məhrumetmə cəzasını bütünlüklə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yəni CM-nin 264-cü maddəsi ilə təqsirli bilindiyi əmələ görə təqsirkarın cəzası cəmi 6 ay artırıldığı halda o, yekunda təyin olunan cəzanı, yəni 5 ili bütünlükdə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olur. Bu isə o deməkdir ki, şəxs ehtiyatsızlıq üzündən törətdiyi cinayətə görə təyin olunmuş 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının hamısını məntəqə tipli cəzaçəkmə müəssisəsində deyil, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirin formasına münasibət baxımından bu hal məntiqli görünmür.
6. Bəzən yol – nəqliyyat hadisəsi yerindən qaçma üstündə cinayət məsuliyyəti müəyyən edilməsini hadisə törədən şəxsin aşkar edilməsi, zərərçəkmişə dəyən zərərin ödənilməsinin təmini məqsədi ilə əlaqələndirirlər. Yəni hadisə törətmiş şəxs hadisə yerindən qaçdıqda şəxsiyyəti bəlli olmadığından o, tapılmaya da bilər, bununla da cinayət hadisəsi açılmamış qalar. Şübhəsiz ki, cinayət qanununa görə CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan normanın daxil edilməsinin səbəbi kimi bu mülahizə həqiqətə daha yaxındır. Çünki cinayət hadisəsi törətmiş şəxsin hadisə yerini tərk etməməsi onun daha tez ifşa olunmasına, dəyən maddi ziyanın bərpa edilməsinə yardım göstərir.
Belə hallarda da məntiqi sual verilə bilər: Bəs nə üçün başqa növ cinayət hadisələri, məsələn, oğurluq, soyğunçuluq, banditizm və bu kimi cinayətlər törədilməsi hallarında hadisə yerindən qaçma əlavə cinayət məsuliyyəti yaratmır. Axı həmin növ hadisələr törədən və gizlənən şəxslərin ifşa olunmaları daha çox çətinliklər yaradır.
Ümumiyyətlə, götürüldükdə isə cinayət törədərək hadisə yerindən yayınan şəxslərin axtarılması, ifşa edilməsi hüquq-mühafizə orqanlarının, o cümlədən cinayət axtarış fəaliyyəti ilə məşğul olan orqanların vəzifəsidir. Yalnız təqsirkarın daha tez ifşa olunması məqsədi ilə dövlətin sürücü üçün əlavə olaraq ikinci cinayət məsuliyyəti müəyyən etməsi, əslində səlahiyyətli dövlət orqanlarının görməli olduğu vəzifələrin cinayət törətmiş şəxsin üzərinə qoyulması deməkdir. Hüquq baxımından cinayət hadisəsi törətmiş şəxsin üzərinə həmin məzmunda vəzifə qoyulması ilə razılaşmaq çətindir.
Ümumiyyətlə, CM-nin 264-cü maddəsi ilə müəyyən edilən normanın mövcudluğu praktiki hüquqşünasları cavabı çətin olan, yaxud da ümumiyyətlə cavabı olmayan suallar qarşısında qoyur. Məsələn, hazırki qanunvericiliyin tətbiqi ilə bağlı bu sətirlərin müəllifi də daxil olmaqla hüquqşünasların böyük əksəriyyəti hesab edir ki, CM-nin 264-cü maddəsi ilə şəxs o zaman məsuliyyət daşıya bilər ki, o eyni zamanda həm də CM-nin 263, yaxud 263-1-ci maddəsi ilə də məsuliyyətə alınmış olsun. Yəni yol-nəqliyyat hadisəsi törətmiş şəxsin təkcə CM-nin 264-cü maddəsi ilə məsuliyyətə alınması mümkün deyildir. Mövcud istintaq–məhkəmə təcrübəsi də bu mövqedə dayanır. Belə ki, istifadə etdiyimiz Cinayət Məcəlləsinin qüvvəyə minməsindən keçən 18 il ərzində yol-nəqliyyat hadisəsi törətmiş şəxsin yalnız CM-nin 264-cü maddəsi ilə məsuliyyətə alınması halına təsadüf edilməmişdir.
Lakin konkret situasiyada yol-nəqliyyat hadisəsinin baş verməsi hallarında belə təcrübənin dayanıqlı olması şübhəli görünə bilər.
Fikrimizi əsaslandırmaq məqsədilə bir misala müraciət edək. Tutaq ki, qarşı-qarşıya gələn, yəni əks istiqamətdə hərəkət edən «Jiquli» və «Mersedes» markalı avtomobillər toqquşmuş və hadisə zamanı «Jiquli» markalı avtomobilin sürücüsü həlak olmuş, yaxud ağır dərəcəli bədən xəsarəti almışdır. «Mersedes» markalı avtomobilin sürücüsü qorxusundan, yaxud psixoloji sarsıntı keçirməsi səbəbindən hadisə yerindən qaçmışdır. İstintaqın gedişində müəyyən edilmişdir ki, «Jiquli» markalı avtomaşının sürücüsü qarşısındakı eyni istiqamətdə hərəkət edən başqa avtomobili ötüb keçmək istəyərkən özünün hərəkət zolağında yolun soluna çıxmış və bu zaman «Mersedes» markalı avtomobilə çırpılmışdır. Avtotexniki ekspertiza yaranmış şəraitdə «Mersedes» markalı avtomobilin sürücüsünün yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmaması barədə rəy vermişdir. Şübhəsiz ki, belə hallarda «Mersedes» markalı avtomobilin sürücüsü CM-nin 263-cü maddəsi ilə məsuliyyət daşıya bilməz. Bununla yanaşı, hadisə yerindən qaçmaq, hadisə zamanı xəsarət almış şəxsə imkanı olduğu halda yardım göstərməməsi üstündə sürücünün CM-nin 264, yaxud 143-cü maddələri ilə məsuliyyətə alınması məsələsi müzakirə edilə bilər.
Belə situasiyalarda «Mersedes» markalı avtomobilin sürücüsünün əməlində cinayət tərkibi olub-olmaması, əməlinin tövsifi məsələsində hüquqşünasların fikirləri haçalanır. Onların bir qismi hesab edir ki, «Mersedes» markalı avtomobilin sürücüsü «Jiquli» markalı avtomobilin sürücüsünün ölməsi hallarında CM-nin 264-cü maddəsi ilə, xəsarət alması hallarında isə 143-cü maddəsi ilə məsuliyyətə alınmalıdır. Praktiki işçilərin digər qismi isə hesab edir ki, «Mersedes»in sürücüsünün əməli yalnız 264-cü maddəsi ilə tövsif edilməlidir. Sağ qalmaqla hadisə yerindən qaçmış sürücünün əməlinin cinayətlərin məcmusu üzrə, yəni CM-nin həm 143, həm də 264-cü maddəsi ilə tövsif edilməli olduğunu söyləyənlər də tapıldı. Bu məsələ barədə rəyi soruşulan hüquqşünasların bir qismi hesab etdilər ki, nə qədər ki, hadisə «Jiquli» markalı avtomobilin sürücüsünün yol hərəkət qaydalarını pozması səbəbindən baş vermişdir. «Mersedes» markalı avtomobilin sürücüsü həmin hadisə ilə bağlı ümumiyyətlə cinayət təqibinə məruz qala bilməz.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» kifayət qədər geniş və əhatəli 15.11.2013-cü il tarixli qərarında da təəssüf ki, bu məsələyə münasibət bildirilməmişdir.
Qeyd olunduğu kimi, yol-nəqliyyat hadisəsi yerindən qaçma üstündə CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan yeni norma müəyyən edilməsi cinayət qanunvericiliyinin tətbiqi sahəsindəki problemlər sırasına daha birisini əlavə etmişdir. Əməlin CM-nin 263.1 və ya 263-1.1-ci maddələri ilə məsuliyyətə səbəb olması hallarında isə bu yeni norma başqa anlaşılmazlıqlara da gətirib çıxara bilər.
Yuxarıda qeyd olunduğu kimi, bizim fikrimizcə CM-nin 264-cü maddəsi ilə müəyyən edilən norma heç də zərurətdən meydana çıxmamışdır. Bu normanın təcrübədə tətbiqi bir çox hallarda dolaşıqlıqlar və çətinliklər yarıtdığından onun qanunvericilikdən xaric edilməsi məqsədəuyğun olardı. Həmin normanın qanundan xaric edilməsi heç bir halda cinayət qanununda boşluq yaranmasına gətirib çıxara bilməz. İctimai mənafe tələb edərsə yol-nəqliyyat hadisəsi yerindən qaçmadan ibarət əməl CM-nin 61-ci maddəsində cəzanı ağırlaşdıran hal kimi də müəyyən edilə bilər.
Müzakirə xarakteri daşıyan bu yazı ilə bağlı mütəxəssislərin mülahizələri bizim üçün maraqlı olardı.
Cm-in 263.2-ci maddəsi hökm
Gundemxeber.az » GündəmXəbər » Görəsən Məhkəmə Ekspertiza Mərkəzinin sonrakı “burcutma”sına səbəb nə olub? – FOTOLAR
Görəsən Məhkəmə Ekspertiza Mərkəzinin sonrakı “burcutma”sına səbəb nə olub? – FOTOLAR
Tarix: 2-03-2020, 16:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 742
O da hər kəsə bəllidir ki, bu gün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında və digər sahələrində çalışan əməkdaşlardan bəziləri, baş verən bir çox cinayət hadisələri ilə bağlı addımlarını atarakən, mövcud qanunvericiliyin tələblərini deyil, hansısa maraqlarının təmin olunmasını öndə tuturlar. Belə bir səbəblər üzündən də, çoxsaylı vətəndaşların Konstitusiya ilə müdafiə oluna hüquqları tapdaqlar altına atılır. Bu da o demək olur ki, həmin şəxslər belə bir addımlarını atmaqla, əslində çoxsaylı vətəndaşların dövlət –hakimiyyət orqanlarından narazı qalmaların şərait yaradırlar.
Məsələn, bugünlərdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən-3, korpus-108, ev-50 ünvanda yaşayan Həsənov Vasif Vaqif oğlu Gundemxeber.az saytının redaksiyasına təkrar yazdığı ərizəsində qeyd edir ki, “Bu ilin iyun ayında, saat təqribən 18:00 radələrində atam Həsənov Vaqif İsgəndər oğlu, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində piyadalar üçün nəzərdə tutulan piyada zolağını keçərkən, onu “SOCAR”ın mühəndisi, 1985-ci il təvəllüdlü Kazımov Rüfət Urfan oğlu idarə etdiyi “Nissan Teana” markalı, 90-SF-717 dövlət qeydiyyat nişanlı avtomobili ilə vurur. Atam aldığı xəsarətlərdən ölümcül vəziyyətə düşür və onu təcili tibbi yardımla xəstaxanaya apararkən yolda dünyasını dəyişir. Hadisəni törədən Rüfət Kazımov polis əməkdaşları tərəfindən saxlanılır və adı çəkilən şəxsin idarə etdiyi avtomobil isə, cərimə meydançasına aparılır. Baş verən ölüm faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 190040369 nömrəli cinayət işi başlanır və toplanmış iş materialları Binəqədi RPİ-i, İŞ-nin müstəntiqi, polis kapitanı Aslanov Tural Akif oğlunun icraatına verilir. Müstəntiq Tural Aslanov istintaq araşdırmalarını apararkən, sənədləşmə işlərini elə düzüb-qoşur ki, guya atam qəflətən Binəqədi rayonunun Azadlıq prospektində nəqliyyat vasitələrinin hərəkətdə olduğu yola çıxır və Rüfət Kazımov da məcburiyyət qarşısında qaldığından onu vurur. Düzdür, ilk əvvəllər mən işi aparan müstəntiqə çox inanırdım və hesab edirdim ki, o, hadisənin baş vermə səbəblərini düzgün sənədləşdirir.
Elə ki, həmin vaxtlarda Tural Aslanova hadisənin baş verdiyi görüntüləri özündə əks etdirən kamera çəkilişlərinə baxmaq istədiyimi bildirdim, o halda o, “Sən heç də darıxma, biz kamera çəkilişlərinin əldə olunması ilə bağlı DİN-ə müraciət etmişik. İnşallah bizə cavab verəcəklər, o halda biz sənə hadisənin necə baş verdiyini özündə əks etdirən kamera çəkilişini göstərərik” dedikdə, mən onun belə bir “yağlı vədlər”inə inandım. Elə ki, hadisənin baş verdiyi gündən bir aya yaxın vaxt keçdi və ölüm faktı ilə bağlı çəkilişə “AFTOSFER.az” saytına yerləşdirilmiş çəkilişə baxdım, o halda gözümlə gördüklərimə inanmadım. Yəni, həmin çəkilişə baxdıqda məlum olur ki, atam Həsənov Vaqif İsgəndər oğlu müstəntiq Tural Aslanovun bildirdiyi kimi, heç də nəqliyyat vasitələrinin hərəkət etdiyi yola çıxmayıb. O, Azadlıq prospektində piyadalar üçün nəzərdə tutulan piyada zolağını keçərkən, onu Kazımov Rüfət Urfan oğlu idarə etdiyi avtomobili ilə vurur. Yəni, yaxınlıqda olan TŞ80009 və TŞ8-009 nömrəli kameralardan əldə olunan çəkilişlər, məhz əsl həqiqəti ortaya çıxarmağa imkan verib.
Deməli, müstəntiq Tural Aslanovun baş verən ölüm faktına fərqli prizmadan yanaşmasının müəyyən səbəbləri olur. O halda sual oluna bilər ki, görəsən müstəntiqin baş verən ölüm faktını olduğu kimi deyil, öz marağı çərçivəsində sənədləşdirməsinə səbəb nə olur? Baş verən ölüm faktı ilə bağlı müstəntiq Tural Aslanovun belə bir yanaşması ortaya bəzi sualları çıxartsa da, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin sonrakı ekspert rəyi və Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun 23 yanvar 2020-ci il tarixdə (İş №1(001)-36\2020) çıxartdığı hökm, məhz ortaya daha çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Çünki, Binəqədi rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli 1(001)-36\2020 saylı hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Kazımov Rüfət Urfan oğluna bəraət verilməsi, həmçinin adı çəkilən bu şəxslə bağlı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətiimkan tədbirinin ləğv edilməsi hökmü çıxarılmışdır.
İndi isə baş vermiş cinayət hadisəsi ilə bağlı toplanmış iş materialları Binəqədi rayon Məhkəməsinə icraatına verildikdən sonra, qol qoyulan qanunsuzluqların varlığına diqqət yetirək. Yəni, cinayət işinin materiallarında olan 29 iyul 2019-cu il tarixli 18983 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsindən verilmiş məlumatlara əsasən, “Nissan Teana” markalı, 90-SF-717 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Kazımov Rüfət Urfan oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, məhz hadisənin qarşısını almağa imkanı olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 18983 nömrəli rəyində göstərilir ki, piyada yola çıxandan 03 saniyəyə 1, 85 metr məsafə qət etdikdən sonra hadisə baş verir.
17 sentyabr 2019-cu il tarixli 23027 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində də, “Nissan Teana” markalı, 90-SF-717 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Kazımov Rüfət Urfan oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.
Ayrı-ayrı vaxtlarda verilmiş iki ekspert rəyindən sonra, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında yenidən məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin edir. 26 dekabr 2019-cu il tarixli 31377 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində isə qeyd olunur ki, piyadanın səkidən iti sürətlə qaçaraq avtomobil yoluna daxil olması vurulmaya kimi 1,0 saniyə vaxt keçir. Maraqlı o haldır ki, ekspert rəyində 1,0 saniyənin necə hesablandığı heç də qeyd olunmur. Necə olur ki, əvvəlki ekspert rəyində 3 saniyə hesablanan vaxt, bir qədər vaxt keçdikdən sonra keçirilən ekspertiza zamanı 1,0 saniyə hesablanır. Hətta, məhkəmə hökm çıxarmazdan öncə hadisəni törətmiş Kazımov Rüfət Urfan oğlunun avtomobili yüksək sürətlə idarə etməsi halı da nəzərə alınmır. Video görüntülərdən də görünür ki, Rüfət Kazımov idarə etdiyi avtomobili sürətlə sürür. Əgər o, sürətlə hərəkətdə olmasaydı, o halda hadisəni törətməzdi. Bu da onu söyləməyə əsas verir ki, sonrakı dəfə keçirilən ekspertiza zamanı sürət həddi ilə bağlı xüsusatlar nəzərə alınmamış və lazımınca da araşdırılmamışdır. Hətta, “Nissan Teana” markalı, 90-SF-717 dövlət qeydiyyat nişanlı avtomobilin texniki göstəriciləri, əyləc sisteminin saz və ya nasaz olması ilə bağlı tədqiqat da aparılmamışdır.
İş materiallarında olan 11 iyun 2019-cu il tarixli, 83 nömrəli Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspert rəyindən də görünür ki, Həsənov Vaqif İsgəndər oğlunun meytində aşağıdakı xəsarətlər- sağ təpə gicgah sümüyünün kəllə əsasına keçən sınığı, beyin qaşaları altına və maddəsinə qansızmalar, sağ təpə nahiyəsinin əzilmiş yarası, sol tərəfi 5-ci, 6-cı və 7-ci qabırğalarının sınığı və sol ağciyər toxumasına qansızma, gicgah nahiyəsinin, sol qulaq seyvanının ön səthinin, sol bazunun ön səthinin, sol saidin arxa səthinin, bel nahiyəsinin, sol açıq-baldır oynağının iç səthinin sıyrıqları həyatı olub, ölümündən az əvvəl bərk küt aşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞIR zərər vurmaya aiddir.
Ekspert rəyindən də görünür ki, bu şəxsin aldığı xəsarətlər saatda 60 km sürətlə hərəkət edən avtomobilin zərbəsindən əmələ gələ bilməz. İş materiallarında olan şahid ifadələrindən də görünür ki, hadisə anidən baş verməmişdir. Yəni, həmin avtomobildə olan digər sərnişin Kazımova Selcan Vaqif qızı verdiyi ifadəsində “piyadanın uzaq məsafədən iti sürətlə gəldiyini gördük” deyə ifadə verib. Bütün bunlar da onu söyləməyə əsas verir ki, baş verən ölüm hadisəsi ilə bağlı aparılan araşdırmalar, Məhkəmə Ekspertiza Mərkəzinin sonrakı ekspert rəyi və 23 yanvar 2020-ci il tarixdə Binəqədi rayon Məhkəməsində çıxarılmış hökm qanunun tələbləri əsasında deyil, hansısa maraqlar çərçivəsində icra olunmuşdur”.
Yaşananları təhlil etməklə belə bir qənaətə gəlmək olar ki, yaşanan faciə ilə bağlı araşdırma aparan qurumlarda səlahiyyət sahibi olan şəxslər əsl həqiqətləri üzə çıxarmağa deyil, əslində həqiqətləri ört-basdır etməyə çalışmışlar. Belə bir halın varlığı da, Həsənov Vasif Vaqif oğlunun Konstitusiya ilə qorunan hüquqlarının tapdaqlar altına atılmasına və cinayəti törətmiş şəxsin məsuliyyətdən azad olunmasına imkanlar açır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
GundemXeber.Az
Cm-in 263.2-ci maddəsi hökm
“McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyev oğlu Sənan Mirzəyevin ölümündə təqsirli bilinə İlham Əsgərlinin və Süleyman Əhlimanovun həbsinə münasibət bildirib.
O, Modern.az saytına açıqlamasında bildirib ki, məhkəmə oğlunun ölümündə təqsirli bilinən sürücülər barədə obyektiv hökm çıxarıb:
“Mən oğlumu itirmişəm. İlham Əsgərli həbs müddətini bitirdikdən sonra evinə qayıdacaq. Amma mənim oğlum heç vaxt evə qayıtmayacaq. Sadəcə olaraq, fəxr eləyirəm ki, azərbaycanlıyam. İstəyirdim ki, məhkəmə Azərbaycan qanunları əsasında obyektiv və ədalətli qərar çıxarsın. Əgər məhkəmə belə məsləhət gördüsə, demək belə də olmalı idi. İlk gündən belə bir qərarın çıxarılmasını gözləyirdim. Məhkəmə də ədalətli qərar qəbul edib”.
Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda İlham Əsgərli 5 il 6 ay, yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlham Əsgərli və Əhliman Süleymanov məhkəmə zalında həbs edilib.
Ötən ilin sentyabrın 27-də saat 18 radələrində Xəzər rayonunda “Mercedes” markalı avtomobil Əhliman Qəhrəmanovun idarə etdiyi yük maşını ilə toqquşub. Hadisə zamanı “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli və sürücüsü Pərvin Fətullayev yaralanıb. Onların hər üçün xəstəxanaya yerləşdirilsə də, yalnız Sənan Mirzəyev ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılıb.
Bu iş üzrə davam edən məhkəmə prosesində Maqsud Mirzəyev qəzada digər zərərçəkən tərəfi ittiham edib və hesab edib ki, hadisənin baş verməsində, oğlunun həyatını itirməsində İlham Əsgərli günahkardır.
Sevinc YASİNQIZI
Comments are closed, but trackbacks and pingbacks are open.