Press "Enter" to skip to content

Cm-nin 127.2.3-cü maddə hökm

1.141.2. 314.2-ci maddənin sanksiyasında “beş” sözündən əvvəl “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 5, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 697, 700, 702, 733, № 7, maddələr 1268, 1271, 1293) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 16.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“16.3. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.”;

1.2. 18.4-cü maddə üzrə:

1.2.1. 18.4.1-ci və 18.4.2-ci maddələrdə “cinayətlərə görə məhkumluqlar” sözləri “cinayətlər” sözü ilə əvəz edilsin;

1.2.2. 18.4.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 18.4.4-cü maddə əlavə edilsin:

“18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar.”;

1.3. aşağıdakı məzmunda 42.0.9-1-ci maddə əlavə edilsin:

“42.0.9-1. azadlığın məhdudlaşdırılması;”;

1.4. 43.1-ci maddədə “saxlama,” sözündən sonra “azadlığın məhdudlaşdırılması,” sözləri əlavə edilsin;

1.5. 44.4-cü maddədə “islah işləri” sözlərindən sonra “, azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.6. 46.3-cü maddənin ikinci cümləsində “Bu cəza növünün” sözlərindən sonra “cərimə və” sözləri əlavə edilsin;

1.7. 47-ci maddə üzrə:

1.7.1. 47.1-ci maddənin ikinci cümləsi çıxarılsın;

1.7.2. 47.3-cü maddənin birinci cümləsində “hissəsini” sözündən sonra “azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin və ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Bu zaman məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş dörd saat ictimai işə bir gün azadlığın məhdudlaşdırılması və ya səkkiz saat ictimai işə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.”;

1.7.3. 47.4.3-cü maddədə “səkkiz” sözü “üç” sözü ilə əvəz edilsin və “qadınlara” sözündən sonra “, habelə üç yaşınadək uşağı təkbaşına böyüdən kişilərə” sözləri əlavə edilsin;

1.7.4. 47.4.5-ci maddədə “qulluqçulara” sözündən sonra “və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına” sözləri əlavə edilsin;

1.8. 48-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“48.0. Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir:

48.0.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi haqqında qərar;

48.0.2. digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi haqqında qərar.”;

1.9. 49-cu maddə üzrə:

1.9.1. 49.3-cü maddənin birinci cümləsində “hissəsini” sözündən sonra “azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin və ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.”;

1.9.2. aşağıdakı məzmunda 49.4-cü maddə əlavə edilsin:

“49.4. İslah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir.”;

1.10. 50-ci maddə üzrə:

1.10.1. 50.1-ci maddədən hər iki halda “kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və” sözləri çıxarılsın;

1.10.2. 50.2-ci maddədə “qazancından” sözü “aylıq pul təminatından” sözləri ilə əvəz edilsin;

1.10.3. aşağıdakı məzmunda 50.4-cü maddə əlavə edilsin:

“50.4. Hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmur.”;

1.11. aşağıdakı redaksiyada 52-1-ci maddə əlavə edilsin:

“Maddə 52-1. Azadlığın məhdudlaşdırılması

52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.

52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:

52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər:

52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək;

52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;

52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr.

52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir.

52-1.5. Məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.

52-1.6. Azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir.”;

1.12. 55.3-cü maddədə “və ya islah işləri” sözləri “, islah işləri və ya azadlığın məhdudlaşdırılması” sözləri ilə əvəz edilsin;

1.13. 57.4-cü maddədən “beş” sözü çıxarılsın;

1.14. 58.1-ci maddənin ikinci cümləsində “növü” sözündən sonra hər iki halda “və ya həddi” sözləri əlavə edilsin;

1.15. 59-cu maddə üzrə:

1.15.1. 59.1.9-cu və 59.1.10-cu maddələr aşağıdakı redaksiyada verilsin:

“59.1.9. cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi;

59.1.10. şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi;”;

1.15.2. aşağıdakı redaksiyada 59.1.11—59.1.14-cü maddələr əlavə edilsin:

“59.1.11. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması;

59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi;

59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması;

59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi.”;

1.15.3. 59.2-ci maddədə “59.1.10-cu” sözləri “59.1.14-cü” sözləri ilə əvəz edilsin;

1.16. 60-cı maddə üzrə:

1.16.1. maddənin mətni 60.1-ci maddə hesab edilsin və həmin maddədə “59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda” sözləri “59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda” sözləri ilə əvəz edilsin;

1.16.2. aşağıdakı məzmunda 60.2-ci maddə əlavə edilsin:

“60.2. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir.”;

1.17. 61.1.7-ci maddədə “müqəssir” sözü “təqsirkar” sözü ilə, “müqəssirdən” sözü “təqsirkardan” sözü ilə əvəz edilsin;

1.18. 66-cı maddə üzrə:

1.18.1. 66.2-ci maddənin:

1.18.1.1. birinci cümləsində “yalnız böyük ictimai təhlükə törətməyən” sözləri “böyük ictimai təhlükə törətməyən və ya az ağır” sözləri ilə əvəz edilsin;

1.18.1.2. ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz.”;

1.18.1.3. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.”;

1.18.2. 66.3-cü maddədən “az ağır,” sözləri çıxarılsın;

1.19. 68-ci maddə üzrə:

1.19.1. aşağıdakı məzmunda 68.1.1-1-ci maddə əlavə edilsin:

“68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü;”;

1.19.2. 68.2-ci maddədə “məhdudlaşdırma” sözündən sonra “, azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.20. 69-cu maddə üzrə:

1.20.1. 69.1-ci maddədə “işlərinin,” sözündən sonra “azadlığın məhdudlaşdırılmasının,” sözləri əlavə edilsin;

1.20.2. 69.3-cü maddədə “bir gün,” sözlərindən sonra “azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,” sözləri əlavə edilsin;

1.21. 70.5-ci maddənin birinci cümləsində “yardım göstərmək” sözlərindən sonra “, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək” sözləri əlavə edilsin;

1.22. 71-ci maddə üzrə:

1.22.1. 71.3-cü maddədə “boyun qaçırdıqda,” sözlərindən sonra “o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə,” sözləri əlavə edilsin, “çıxara bilər” sözləri “çıxarır” sözü ilə əvəz edilsin;

1.22.2. 71.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.”;

1.22.3. 71.5-ci maddənin ikinci cümləsi çıxarılsın;

1.23. 72.1-ci maddədə “İlk dəfə böyük” sözləri “Böyük” sözü ilə əvəz edilsin;

1.24. 72-ci maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.”;

1.25. 73-cü maddə üzrə:

1.25.1. maddənin mətni 73.1-ci maddə hesab edilsin və həmin maddədə “İlk dəfə böyük” sözləri “Böyük” sözü ilə əvəz edilsin;

1.25.2. aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilsin:

“73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.”;

1.26. aşağıdakı məzmunda 73-1-ci və 73-2-ci maddələr əlavə edilsin:

“Maddə 73-1. Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə

73-1.1. Bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

73-1.3. Bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

Maddə 73-2. İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə

73-2.1. Bu Məcəllənin 209.1, 209.2.2 və 213-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

73-2.2. Bu Məcəllənin 192, 192-1, 193, 195, 195-1, 196, 197, 198, 202-2, 203, 203-1.1, 205-2, 209.2.1, 209.3, 210, 211, 212 və 213-2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.”;

1.27. 74-cü maddədən “ilk dəfə” sözləri çıxarılsın;

1.28. aşağıdakı məzmunda 74-1-ci maddə əlavə edilsin:

“Maddə 74-1. Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə

74-1.1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

74-1.2. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmış şəxs həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin müdiriyyətinin məlumatı əsasında bu Məcəllənin 75.1-ci maddəsində göstərilən müddət keçməmişdirsə, cinayət məsuliyyətinə cəlb edilir.”;

1.29. 76-cı maddə üzrə:

1.29.1. 76.1-ci maddənin birinci cümləsində “intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə” sözləri “hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük” sözləri ilə əvəz edilsin;

1.29.2. aşağıdakı məzmunda 76.3.1-1-ci maddə əlavə edilsin:

“76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini;”;

1.29.3. 76.3.3-cü maddədən “ağır və ya” sözləri çıxarılsın;

1.29.4. aşağıdakı məzmunda 76.4-1-ci maddə əlavə edilsin:

“76.4-1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl etməsi halları nəzərə alınır.”;

1.29.5. 76.6.1-ci maddədə “qaçırdıqda” sözündən sonra “, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə” sözləri əlavə edilsin;

1.29.6. 76.6.2-ci və 76.6.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“76.6.2. ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur);

76.6.3. qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.”;

1.30. 79-cu maddə üzrə:

1.30.1. 79.1-ci maddədə (hər üç halda) və 79.3-cü maddədə “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilsin;

1.30.2. 79.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“79.4. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.”;

1.30.3. aşağıdakı məzmunda 79.5-ci maddə əlavə edilsin:

“79.5. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.”;

1.31. 83-cü maddə üzrə:

1.31.1. 83.2-ci maddədə “Cəzadan azad edilmiş şəxs” sözləri “Barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs” sözləri ilə əvəz edilsin;

1.31.2. 83.3-cü maddədə “hallarda” sözündən sonra “məhkumluq ödənilmiş hesab olunur” sözləri əlavə edilsin;

1.31.3. aşağıdakı məzmunda 83.3.1-1-ci, 83.3.1-2-ci və 83.3.2-1-ci maddələr əlavə edilsin:

“83.3.1-1. cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə;

83.3.1-2. ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə;

83.3.2-1. böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;”;

1.31.4. 83.3.3-cü maddədən “böyük ictimai təhlükə törətməyən və ya” sözləri çıxarılsın, “üç” sözü “iki” sözü ilə əvəz edilsin;

1.31.5. 83.3.5-ci maddədən “məhkumluq ödənilmiş hesab olunur” sözləri çıxarılsın;

1.32. 85-ci maddə üzrə:

1.32.1. aşağıdakı məzmunda 85.1.3-1-ci maddə əlavə edilsin:

“85.1.3-1. azadlığın məhdudlaşdırılması;”;

1.32.2. 85.2-ci maddənin birinci cümləsində “çatmayan məhkuma” sözləri “çatmayana” sözü ilə əvəz edilsin;

1.32.3. 85.4-cü maddənin birinci cümləsində və 85.5-ci maddənin birinci cümləsində “çatmayan məhkumlara” sözləri “çatmayanlara” sözü ilə əvəz edilsin;

1.32.4. aşağıdakı məzmunda 85.4-1-ci maddə əlavə edilsin:

“85.4-1. Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.”;

1.33. 90.0-cı maddədə “işlərinə” sözündən sonra “, azadlığın məhdudlaşdırılmasına” sözləri əlavə edilsin;

1.34. aşağıdakı məzmunda 90-1-ci maddə əlavə edilsin:

“Maddə 90-1.Yetkinlik yaşına çatmayanların cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi

90-1.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən yetkinlik yaşına çatmayan şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.

90-1.2. Yetkinlik yaşına çatmayanın cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı dörddə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.”;

1.35. aşağıdakı məzmunda 93-1.3—93-1.7-ci maddələr əlavə edilsin:

“93-1.3. Bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir.

93-1.4. Narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin tam sağalması nəticəsində həmin tədbirlərin ləğv edilməsi zərurəti yarandıqda, yaxud davam etdirilməsinə ehtiyac olduqda həmin tədbirlərin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsi həkim-məsləhət komissiyasının rəyi əsasında müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə həmin müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həll edilir.

93-1.5. Narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs bu tədbirin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ayda bir dəfədən az olmayaraq həkim-məsləhət komissiyasında baxışdan keçirilməlidir. Həmin tədbirlərin uzadılması və ya ləğv edilməsi məsələsinə ilk dəfə müalicənin başlandığı gündən altı ay keçdikdən sonra baxılır.

93-1.6. Məhkəmə bu Məcəllənin 93-1.4-cü maddəsində nəzərdə tutulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin tədbirləri tətbiq etmiş məhkəməyə göndərir.

93-1.7. Şəxs tibbi xarakterli məcburi tədbirlərdən yayındıqda həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin müdiriyyəti bu barədə həmin tədbirləri tətbiq etmiş məhkəməyə yazılı məlumat verir.”;

1.36. 121-ci maddənin sanksiyasında “üç” sözündən əvvəl “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.37. 122.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.38. 123-cü maddə üzrə:

1.38.1. 123.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.38.2. 123.2-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.39. 124.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.40. 127-ci maddə üzrə:

1.40.1. 127.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.40.2. 127.2-ci maddənin sanksiyasında “beş” sözündən əvvəl “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən” sözləri əlavə edilsin;

1.41. 128-ci maddə üzrə:

1.41.1. sanksiyada “bir ilədək müddətə islah işləri” sözləri “iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri ilə əvəz edilsin;

1.41.2. “Qeyd” hissəsi ləğv edilsin;

1.42. 129-cu maddə üzrə:

1.42.1. 129.1-ci maddənin sanksiyasında “eyni” sözü “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək” sözləri ilə əvəz edilsin;

1.42.2. 129.2-ci maddənin sanksiyasında “islah işləri” sözlərindən sonra “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.43. 130-cu maddə üzrə:

1.43.1. maddənin adından “sağlamlığa ağır” (birinci halda) sözləri və “və ya az ağır” sözləri çıxarılsın;

1.43.2. 130.1-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.43.3. 130.2-ci maddədən “və ya az ağır” sözləri çıxarılsın;

1.43.4. 130.2-ci maddənin sanksiyasında “eyni” sözü “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək” sözləri ilə əvəz edilsin;

1.44. 131-ci maddə üzrə:

1.44.1. maddənin adından “az ağır və ya” sözləri çıxarılsın;

1.44.2. 131.1-ci maddə ləğv edilsin;

1.44.3. 131.2-ci maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.45. 133.1-ci maddənin sanksiyasında “eyni” sözü “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək” sözləri ilə əvəz edilsin;

1.46. 134-cü maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.47. 140-cı maddə üzrə:

1.47.1. 140.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.47.2. 140.4-cü maddənin sanksiyasında “edilməklə” sözündən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.48. 141.3-cü maddənin sanksiyasında “edilməməklə” sözündən sonra “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.49. 142-ci maddə üzrə:

1.49.1. 142.1-ci maddənin sanksiyasında “və ya bir ilədək müddətə” sözlərindən sonra “azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə” sözləri əlavə edilsin;

1.49.2. 142.2-ci maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.50. 143-1-ci maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.51. 144-3.1-ci, 144-3.2-ci və 144-3.3-cü maddələrin sanksiyasında “bir ildən” sözlərindən əvvəl “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.52. 147.2-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.53. 156.2-ci maddənin sanksiyasında “edilməməklə” sözündən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.54. 157-ci maddə üzrə:

1.54.1. 157.2-ci maddənin sanksiyasında “eyni” sözü “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək” sözləri ilə əvəz edilsin;

1.54.2. 157.3-cü maddənin sanksiyasında “edilməklə üç” sözləri “edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri ilə əvəz edilsin;

1.55. 158-ci maddə üzrə:

1.55.1. 158.2-ci maddənin sanksiyasında “eyni” sözü “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək” sözləri ilə əvəz edilsin;

1.55.2. 158.3-cü maddənin sanksiyasında “edilməklə üç” sözləri “edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri ilə əvəz edilsin;

1.56. 160.2-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.57. 162.1-ci maddənin sanksiyasında “işləri ilə” sözləri “işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri ilə əvəz edilsin;

1.58. 162-1-ci maddə üzrə:

1.58.1. 162-1.1-ci maddənin sanksiyasında “üç” sözü “iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri ilə əvəz edilsin;

1.58.2. 162-1.2-ci maddənin sanksiyasında “üç” sözündən sonra “ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç” sözləri əlavə edilsin;

1.58.3. “Qeyd” hissəsi üzrə:

1.58.3.1. mətni 1-ci bənd hesab edilsin və həmin bənddə “maddədə” sözü “Məcəllənin 162-1.1-ci maddəsində” sözləri ilə əvəz edilsin;

1.58.3.2. aşağıdakı məzmunda 2-ci və 3-cü bəndlər əlavə edilsin:

“2. Bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

3. Şəxs bu “Qeyd”in 2-ci bəndində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.”;

1.59. 165.2-ci, 165-1.2-ci, 165-2.2-ci, 165-3.2-ci və 166.2-ci maddələrin sanksiyasında “üç” sözü “iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri ilə əvəz edilsin;

1.60. 169-cu maddə üzrə:

1.60.1. 169.1-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.60.2. 169.2-ci maddənin sanksiyasında “cərimə və ya” sözlərindən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.61. 177-ci maddə üzrə:

1.61.1. 177.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.61.2. 177.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.61.3. 177.3-cü maddənin dispozisiyasında “Eyni” sözü “Bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;

1.61.4. 177.3.3-cü maddə ləğv edilsin və müvafiq olaraq 177.3.2-ci maddənin sonundakı nöqtəli vergül işarəsi tire işarəsi ilə əvəz edilsin;

1.61.5. 177.3-cü maddənin sanksiyasında “yeddi ildən on iki” sözləri “beş ildən on” sözləri ilə əvəz edilsin;

1.61.6. aşağıdakı məzmunda 177.4-cü maddə əlavə edilsin:

“177.4. Bu Məcəllənin 177.1-177.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə –

on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.61.7. “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:

1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür.

3. Bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur.”;

1.62. 178-ci maddə üzrə:

1.62.1. 178.1-ci maddənin sanksiyasında “islah işləri və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.62.2. 178.2-ci maddənin sanksiyasında “üç ildən yeddi” sözləri “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş” sözləri ilə əvəz edilsin;

1.62.3. 178.3-cü maddənin dispozisiyasında “Eyni” sözü “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;

1.62.4. 178.3.3-cü maddə ləğv edilsin və müvafiq olaraq 178.3.2-ci maddənin sonundakı nöqtəli vergül işarəsi tire işarəsi ilə əvəz edilsin;

1.62.5. 178.3-cü maddənin sanksiyasında “yeddi ildən on iki” sözləri “beş ildən on” sözləri ilə əvəz edilsin;

1.62.6. aşağıdakı məzmunda 178.4-cü maddə əlavə edilsin:

“178.4. Bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —

on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.63. 179-cu maddə üzrə:

1.63.1. 179.1-ci maddənin sanksiyasında “ictimai işlər və ya” sözlərindən sonra “iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.63.2. 179.2-ci maddənin sanksiyasında “üç ildən yeddi” sözləri “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş” sözləri ilə əvəz edilsin;

1.63.3. 179.3.3-cü maddə ləğv edilsin və müvafiq olaraq 179.3.2-ci maddənin sonundakı nöqtəli vergül işarəsi tire işarəsi ilə əvəz edilsin;

1.63.4. 179.3-cü maddənin sanksiyasında “yeddi ildən on iki” sözləri “beş ildən on” sözləri ilə əvəz edilsin;

1.63.5. aşağıdakı məzmunda 179.4-cü maddə əlavə edilsin:

“179.4. Bu Məcəllənin 179.1—179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —

on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.64. 180-ci maddə üzrə:

1.64.1. 180.1-ci maddənin sanksiyasında “iki ilədək müddətə islah işləri” sözləri “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri ilə əvəz edilsin;

1.64.2. 180.2-ci maddənin sanksiyasında “dörd ildən səkkiz” sözləri “üç ildən yeddi” sözləri ilə əvəz edilsin;

1.64.3. 180.3-cü maddənin dispozisiyasında “Eyni” sözü “Bu Məcəllənin 180.1 və ya 180.2-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;

1.64.4. 180.3.3-cü maddə ləğv edilsin və müvafiq olaraq 180.3.2-ci maddənin sonundakı nöqtəli vergül işarəsi tire işarəsi ilə əvəz edilsin;

1.64.5. 180.3-cü maddənin sanksiyasında “üç” sözü “iki” sözü ilə əvəz edilsin;

1.64.6. aşağıdakı məzmunda 180.4-cü maddə əlavə edilsin:

“180.4. Bu Məcəllənin 180.1—180.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —

on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.65. 181-ci maddə üzrə:

1.65.1. 181.1-ci maddənin sanksiyasında “üç” sözü “dörd” sözü ilə əvəz edilsin;

1.65.2. 181.2.4-cü maddədə “zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla” sözləri “xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə” sözləri ilə əvəz edilsin;

1.65.3. 181.3-cü maddənin dispozisiyasında “Eyni” sözü “Bu Məcəllənin 181.1 və ya 181.2-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;

1.65.4. 181.3.4-cü maddə ləğv edilsin və müvafiq olaraq 181.3.3-cü maddənin sonundakı nöqtəli vergül işarəsi tire işarəsi ilə əvəz edilsin;

1.65.5. aşağıdakı məzmunda 181.4-cü maddə əlavə edilsin:

“181.4. Bu Məcəllənin 181.1—181.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə —

on dörd ildən on səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.66. 182-ci maddə üzrə:

1.66.1. 182.3-cü maddənin dispozisiyasında “Eyni” sözü “Bu Məcəllənin 182.1 və ya 182.2-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;

1.66.2. 182.3.4-cü maddə ləğv edilsin və müvafiq olaraq 182.3.3-cü maddənin sonundakı nöqtəli vergül işarəsi tire işarəsi ilə əvəz edilsin;

1.66.3. aşağıdakı məzmunda 182.4-cü maddə əlavə edilsin:

“182.4. Bu Məcəllənin 182.1—182.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə —

on üç ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.67. 183.1-ci maddənin sanksiyasında “səkkiz” sözü “yeddi” sözü ilə əvəz edilsin;

1.68. 184-cü maddə ləğv edilsin;

1.69. 185-ci maddə üzrə:

1.69.1. 185.1-ci maddənin sanksiyasında “islah işləri və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.69.2. 185.2-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.69.3. aşağıdakı məzmunda 185.4-cü maddə əlavə edilsin:

“185.4. Bu Məcəllənin 185.1—185.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —

on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.70. 186-cı maddə üzrə:

1.70.1. 186.1-ci maddənin sanksiyasında “cərimə və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.70.2. aşağıdakı məzmunda 186.3-cü maddə əlavə edilsin:

“186.3. Bu Məcəllənin 186.1 və 186.2-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —

yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.71. 187-ci maddə üzrə:

1.71.1. 187.1-ci maddənin dispozisiyasında “ehtiyatsızlıqdan” sözü “odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən” sözləri ilə əvəz edilsin;

1.71.2. 187.1-ci maddənin sanksiyasında “islah işləri və ya” sözlərindən sonra “altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.71.3. 187.2-ci maddənin dispozisiyasından “odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən baş verdikdə və ya” sözləri çıxarılsın;

1.71.4. 187.2-ci maddənin sanksiyasında “altı ayadək” sözləri “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək” sözləri ilə əvəz edilsin;

1.71.5. aşağıdakı məzmunda 187.4-cü maddə əlavə edilsin:

“187.4. Bu Məcəllənin 187.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —

bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.71.6. “Qeyd” hissəsi ləğv edilsin;

1.72. 189-cu maddə ləğv edilsin;

1.73. 189-1-ci maddə üzrə:

1.73.1. 189-1.1-ci maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.73.2. 189-1.2-ci və 189-1.3-cü maddələrin sanksiyasında “və ya” sözlərindən sonra “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.73.3. aşağıdakı məzmunda 189-1.2-1-ci maddə əlavə edilsin:

“189-1.2-1. Bu Məcəllənin 189-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.73.4. 189-1.3-cü və 189-1.4-cü maddələrin dispozisiyasında “189-1.1 və ya 189-1.2-ci” sözləri “189-1.1-ci, 189-1.2-ci və ya 189-1.2-1-ci” sözləri ilə əvəz edilsin;

1.73.5. 189-1.4-cü maddənin sanksiyasında “və ya” sözlərindən sonra “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.73.6. “Qeyd” hissəsi ləğv edilsin;

1.74. 190-cı maddənin “Qeyd” hissəsində “192.2.1, 192.2.2, 192-1.3.2, 193.2.1, 193.2.2,” rəqəmləri “192-1.3.2,” rəqəmləri ilə əvəz edilsin, “artıq olan məbləğ” sözlərindən sonra “, 192.2.1, 192.2.2, 193.2.1 və 193.2.2-ci maddələrində “külli miqdar” dedikdə yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 192.3.1, 192.3.2, 193.3.1 və 193.3.2-ci maddələrində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ” sözləri əlavə edilsin;

1.75. 192-ci maddə üzrə:

1.75.1. 192.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.75.2. 192.2-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.75.3. aşağıdakı məzmunda 192.3-cü maddə əlavə edilsin:

“192.3. Bu Məcəllənin 192.1 və 192.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

192.3.1. xüsusilə külli miqdarda ziyan vurduqda;

192.3.2. xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”;

1.75.4. “Qeyd” hissəsi ləğv edilsin;

1.76. 193-cü maddə üzrə:

1.76.1. 193.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.76.2. 193.2-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.76.3. aşağıdakı məzmunda 193.3-cü maddə əlavə edilsin:

“193.3. Bu Məcəllənin 193.1 və 193.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

193.3.1. xüsusilə külli miqdarda ziyan vurduqda;

193.3.2. xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”;

1.76.4. “Qeyd” hissəsi ləğv edilsin;

1.77. 194-cü maddə üzrə:

1.77.1. 194.1-ci maddənin sanksiyasında “cərimə” sözündən sonra “və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.77.2. 194.2.3-cü maddə ləğv edilsin;

1.78. 195-ci maddə üzrə:

1.78.1. 195.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.78.2. 195.2-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.79. 196-cı maddə üzrə:

1.79.1. 196.1-ci maddənin sanksiyasında “və ya üç” sözləri “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri ilə əvəz edilsin;

1.79.2. 196.2-ci maddənin sanksiyasında “üç ildən” sözləri “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən” sözləri ilə əvəz edilsin;

1.80. 197-ci maddə üzrə:

1.80.1. 197.1-ci maddənin dispozisiyasından “təkrar törədildikdə və ya” sözləri çıxarılsın;

1.80.2. 197.1-ci maddənin sanksiyasında “bir” sözündən sonra “ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir” sözləri əlavə edilsin;

1.80.3. 197.2-ci maddənin sanksiyasında “üç ilədək” sözlərindən sonra “müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək” sözləri əlavə edilsin;

1.81. 198.2-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.82. 200-cü maddə üzrə:

1.82.1. 200.3-cü maddənin sanksiyasında “üç” sözü “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri ilə əvəz edilsin;

1.82.2. “Qeyd” hissəsində “yüz” sözündən əvvəl “üç” sözü əlavə edilsin;

1.83. 200-1.1-ci maddə üzrə:

1.83.1. 200-1.1-ci maddənin sanksiyasına “cərimə və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.83.2. 200-1.2-ci maddənin sanksiyasına “edilməklə” sözündən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.84. 201.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.85. 202-1.1-ci maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.86. 202-2.1-ci maddənin sanksiyasında “cərimə və ya” sözlərindən sonra “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.87. 203-1.1-ci maddənin sanksiyasında “cərimə və ya” sözlərindən sonra “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.88. 204.2-ci maddədən “və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən” sözləri çıxarılsın;

1.89. 206.2-ci maddədə “psixotrop maddələrin” sözlərindən sonra “və ya onların prekursorlarının” sözləri əlavə edilsin;

1.90. 208.1-ci maddənin sanksiyasında “üç” sözündən əvvəl “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.91. 209-cu maddə üzrə:

1.91.1. aşağıdakı məzmunda 209.3-cü maddə əlavə edilsin:

“209.3. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə —

cinayət nəticəsində vurulmuş ziyanın dörd mislindən beş mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.91.2. “Qeyd” hissəsinin 2-ci bəndi ləğv edilsin, müvafiq olaraq 1-ci bəndindən “1” rəqəmi çıxarılsın və həmin bənddə “artıq olan” sözləri “yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləği, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan” sözləri ilə əvəz edilsin;

1.92. 211-ci maddə üzrə:

1.92.1. 211.1-ci maddənin sanksiyasında “eyni” sözü “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək” sözləri ilə əvəz edilsin;

1.92.2. 211.2-ci maddənin sanksiyasında “iki ildən dörd” sözləri “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri ilə əvəz edilsin;

1.93. 212.2-ci maddənin sanksiyasında “üç ilədək” sözləri “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək” sözləri ilə əvəz edilsin;

1.94. 213-cü maddə üzrə:

1.94.1. 213.2-ci maddənin sanksiyasında “yeddi” sözü “beş” sözü ilə əvəz edilsin;

1.94.2. aşağıdakı məzmunda 213.3-cü maddə əlavə edilsin:

“213.3. Bu Məcəllənin 213.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd mislindən beş mislinədək miqdarda cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”;

1.94.3. “Qeyd” hissəsinin birinci bəndində “artıq olan” sözləri “yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan” sözləri ilə əvəz edilsin;

1.94.4. “Qeyd” hissəsinin 2-ci bəndi ləğv edilsin və müvafiq olaraq 1-ci bəndindən “1” rəqəmi çıxarılsın;

1.95. 213-2-ci maddənin sanksiyasında “bir ildən üç” sözləri “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri ilə əvəz edilsin;

1.96. 213-3.2-ci maddənin sanksiyasında “bir ildən üç” sözləri “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri ilə əvəz edilsin;

1.97. 221-ci maddə üzrə:

1.97.1. 221.1-ci maddənin dispozisiyasında “vətəndaşlar” sözü “şəxslər” sözü ilə əvəz edilsin;

1.97.2. 221.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.97.3. 221.2-ci maddənin sanksiyasında “beş” sözü “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən dörd” sözləri ilə əvəz edilsin;

1.97.4. 221.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda —

iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.98. 222-1-ci maddə üzrə:

1.98.1. 222-1.1-ci maddənin sanksiyasında “edilməməklə” sözündən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.98.2. 222-1.2-ci maddənin sanksiyasında “bir ildən üç” sözləri “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri ilə əvəz edilsin;

1.99. 223.1-ci maddənin sanksiyasında “edilməməklə üç” sözləri “edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri ilə əvəz edilsin;

1.100. 224-2-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.101. 225.1-ci maddənin sanksiyasında “edilməməklə üç” sözləri “edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri ilə əvəz edilsin;

1.102. 228-ci maddə üzrə:

1.102. 1. 228.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.102.2. 228.4-cü maddənin sanksiyasında “islah işləri və ya” sözlərindən sonra “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.103. 230-cu maddənin sanksiyasında “və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.104. 231-ci maddənin sanksiyasında “edilməməklə” sözündən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.105. 233-cü maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.106. 234-cü maddə üzrə:

1.106.1. 234.1-ci maddənin dispozisiyasında “əldə etmə və ya saxlama” sözləri “əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” sözləri ilə əvəz edilsin;

1.106.2. 234.1-ci maddənin sanksiyasında “üç” sözündən əvvəl “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.106.3. aşağıdakı məzmunda 234.3-1-ci maddə əlavə edilsin:

“234.3-1. Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya səhiyyə müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə –

dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.106.4. 234.5-ci maddənin sanksiyasında “edilməklə” sözündən sonra “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.107. 235.4.4-cü maddə ləğv edilsin və müvafiq olaraq 235.4.3-cü maddənin sonundakı nöqtəli vergül işarəsi tire işarəsi ilə əvəz edilsin;

1.108. 236.1-ci maddənin sanksiyasında “iki” sözündən əvvəl “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.109. 237.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.110. 239-cu maddənin sanksiyasında “edilməməklə” sözündən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.111. 247-ci maddənin sanksiyasında “üç” sözündən əvvəl “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.112. 248-ci maddə üzrə:

1.112.1. 248.1-ci maddənin sanksiyasında “eyni” sözü “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək” sözləri ilə əvəz edilsin;

1.112.2. 248.2-ci maddənin sanksiyasında “beş” sözündən əvvəl “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.113. 249-cu maddə üzrə:

1.113.1. 249.1-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.113.2. 249.2-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.114. 250-ci maddə üzrə:

1.114. 1. 250.1-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.114. 2. 250.2-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.115. 251-ci maddə üzrə:

1.115.1. 251.1-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.115.2. 251.2-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.116. 252-ci maddə üzrə:

1.116. 1. 252.1-ci maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.116. 2. 252.2-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.117. 253-cü maddə üzrə:

1.117.1. 253.1-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.117.2. 253.2-ci maddənin sanksiyasında “üç” sözündən əvvəl “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.118. 254-cü maddə üzrə:

1.118.1. 254.1-ci maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.118.2. 254.2-ci maddənin sanksiyasında “eyni” sözü “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək” sözləri ilə əvəz edilsin;

1.119. 255-ci maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.120. 256-cı maddə üzrə:

1.120.1. 256.1-ci maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.120.2. 256.2-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.120.3. 256.3-cü maddənin sanksiyasında “cərimə və ya” sözlərindən sonra “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.121. 257-ci maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.122. 258-ci maddə üzrə:

1.122.1. 258.1-ci maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.122.2. 258.2-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.122.3. 258.3-cü maddənin sanksiyasında “cərimə və ya” sözlərindən sonra “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.123. 259-cu maddə üzrə:

1.123.1. 259.1-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.123.2. 259.2-ci maddənin sanksiyasında “cərimə və ya” sözlərindən sonra “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.123.3. 259.3-cü maddənin sanksiyasında “cərimə və ya” sözlərindən sonra “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin və “iki ildən beş ilədək” sözləri “üç ildən altı ilədək” sözləri ilə əvəz edilsin;

1.124. 260-cı maddə üzrə:

1.124.1. 260.1-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.124.2. 260.1-1-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.124.3. 260.2-ci maddənin sanksiyasında “edilməməklə” sözündən sonra “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.125. 261-ci maddənin sanksiyasında “işləri ilə” sözləri “işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri ilə əvəz edilsin;

1.126. 262-ci maddə üzrə:

1.126.1. 262.1-ci maddənin sanksiyasında “iki ilədək müddətə islah işləri” sözləri “beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri ilə əvəz edilsin;

1.126.2. 262.2-ci maddənin sanksiyasında “iki” sözündən əvvəl “üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə” sözləri əlavə edilsin;

1.126.3. 262.3-cü maddənin sanksiyasında “beş” sözündən əvvəl “üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə” sözləri əlavə edilsin;

1.127. 263-cü maddə üzrə:

1.127.1. 263.1-ci maddənin sanksiyasında “islah işləri” sözlərindən sonra “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.127.2. 263.1-1-ci maddənin sanksiyasında “məhrum edilməklə” sözlərindən sonra “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.127.3. “Qeyd” hissəsi üzrə:

1.127.3.1. mətni 1-ci bənd hesab edilsin və həmin bənddə “maddədə” sözü “Məcəllənin 263.1-ci maddəsində” sözləri ilə əvəz edilsin;

1.127.3.2. aşağıdakı məzmunda 2-ci bənd əlavə edilsin:

“2. Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.”;

1.128. 264-cü maddənin sanksiyasında “edilməklə” sözündən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.129. 268.1-ci maddənin sanksiyasında “və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.130. 269-cu maddənin sanksiyasında “və ya” sözlərindən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.131. 285-ci maddənin sanksiyasında “üç” sözündən əvvəl “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.132. 286.3-cü maddənin sanksiyasında “edilməklə” sözündən sonra “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.133. 292.1-ci maddənin sanksiyasında “iki” sözündən sonra “ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki” sözləri əlavə edilsin;

1.134. 294.1-ci maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.135. 296.2-ci maddənin sanksiyasında “üç ildən səkkiz” sözləri “iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş” sözləri ilə əvəz edilsin;

1.136. 297.1-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.137. 302.3-cü maddənin sanksiyasında “müddətə” sözündən sonra “azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə” sözləri əlavə edilsin;

1.138. 306-cı maddə üzrə:

1.138.1. 306.1-ci maddənin sanksiyasında “işləri” sözündən sonra “və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.138.2. 306.2-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.138.3. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.”;

1.139. 308.2-ci maddənin sanksiyasında “səkkiz” sözü “yeddi” sözü ilə əvəz edilsin;

1.140. 309.2-ci maddənin sanksiyasında “yeddi” sözü “səkkiz” sözü ilə əvəz edilsin;

1.141. 314-cü maddə üzrə:

1.141.1. 314.1-ci maddənin sanksiyasında “islah işləri” sözlərindən sonra “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin;

1.141.2. 314.2-ci maddənin sanksiyasında “beş” sözündən əvvəl “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.142. 319.1-ci maddənin sanksiyasında “müddətə” sözündən sonra “azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə” sözləri əlavə edilsin;

1.143. 324-cü maddənin sanksiyasında “bir” sözündən əvvəl “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;

1.144. 326-cı maddə üzrə:

1.144.1. 326-cı maddənin adında, 326.1 və 326.2-ci maddələrin dispozisiyalarında “oğurlama” sözü “talama” sözü ilə əvəz edilsin;

1.144.2. 326.1-ci maddənin sanksiyasında “işləri və ya” sözlərindən sonra “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin.

Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanunun azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı müddəaları həmin cəzanın icrası və elektron nəzarət vasitələrinin tətbiq edilməsi qaydalarının müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir.

2.2. Bu Qanunun narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə dair müddəaları müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir.

2.3. Bu Qanunun digər müddəaları 2017-ci il dekabrın 1-dən qüvvəyə minir.

2.4. Bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə görə bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.

2.5. Bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu Qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu Qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda cəza müddətləri həmin həddə qədər azaldılır.

2.6. Bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun 2.4 və 2.5-ci maddələrində nəzərdə tutulmuş məsələlərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılır.

2.7. Bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2017-ci il.

Cm-nin 127.2.3-cü maddə hökm

Q Ə R A R I

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

6 iyul 2021-ci il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Şəki Apellyasiya Məhkəməsinin sədri M.Əkbərovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Şəki Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234-cü maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələri, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6 və 7-ci maddələri baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə H.Şıxalizadəyə qarşı irəli sürülən ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham xaric edilmiş və o, həmin Məcəllənin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdır.

Hökmə əsasən, ibtidai istintaq orqanı tərəfindən H.Şıxalizadəyə qarşı Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, yaşadığı evinin həyətyanı sahəsində külli miqdarda, ümumi təmiz çəkisi 4 kq 900 qr olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etmiş, həmin bitkilər əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüşdür.

Həmçinin, H.Şıxalizadə 1 iyun 2020-ci il tarixində yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin yarpaqlarını qurudaraq ümumi təmiz çəkisi 250,00 qr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş və yaşadığı evin divarından asmaqla saxlamışdır.

İş üzrə verilmiş apellyasiya protestinə əsasən, qeyd olunan məhkəmə hökmü H.Şıxalizadəyə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham həmin Məcəllənin 237.2.3-cü maddəsi ilə əhatə olunmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ittihamın ümumi ittihamdan çıxarıldığı hissədə qanunsuz və əsassız olduğundan, eləcə də cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməli, H.Şıxalizadə Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır.

Müraciətedən hesab edir ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması Cinayət Məcəlləsinin 237-ci maddəsinin tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkisinin hissələri olan yarpaqlarının toplanması və qurudulması hansı məqsədlə edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Belə hallarda hər iki maddə ilə ittihamın verilməsi təqsirləndirilən səxsin hüquqi vəziyyətinin əsassız ağırlaşdırılmasına səbəb olmaqla yanaşı, hüquqi müəyyənlik prinsipinə ziddir.

Şəki Apellyasiya Məhkəməsinin qənaətinə görə, H.Şıxalizadənin əməlinin tövsifi məsələsində ittiham tərəfi və birinci instansiya məhkəməsinin mövqelərində fikir ayrılığı ilə əlaqədar, habelə məhkəmə təcrübəsində analoji işlər üzrə vahid yanaşmanın formalaşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsi zərurəti yaranmışdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mövcud konstitusiya işinin predmetini artıq əkilib-becərilmiş və tərkibində narkotik maddələr olan bitkilərin toplanmasının Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 234-cü maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama hissəsində) məcmu qaydasında tövsif edilməsinin hüquqi müəyyənlik və konstitusiya əhəmiyyətinə malik olan ümumhüquqi ədalət prinsiplərinin tələbləri baxımından mümkünlüyü məsələsi təşkil edir.

Hər hansı əməlin cinayət hesab edilməsi həmin əməli törədən şəxsin barəsində mühüm cinayət-hüquqi nəticələr törətdiyindən cinayət-hüquqi məsuliyyətə səbəb olan hansı hərəkət və ya hərəkətsizlik, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, cinayət məsuliyyəti yaradan əməlin qanunda dəqiq, birmənalı və açıq-aşkar şəkildə göstərilməsi tələb edilir. Müvafiq olaraq, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmamaq məqsədilə məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2010-cu il 21 iyun tarixli Qərar).

Cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindən və Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasının (bundan sonra – Avropa Məhkəməsinin Böyük Palatası) Korbely Macarıstana qarşı iş üzrə 2008-ci il 19 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsinin qadağan edilməsi ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o cümlədən ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Bu prinsiplərin mahiyyətindən aydın olur ki, milli qanunvericilik cinayətin tərkibini dəqiq müəyyən etməlidir (§ 70).

Bununla belə hüquq normalarının bəzən qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi isə məhz məhkəmə təcrübəsi vasitəsilə aradan qaldırılır (Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun şikayəti üzrə 2012-ci il 18 may tarixli Qərarı).

Bu zaman məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarı).

Bu baxımdan müraciətdə qaldırılan məsələnin düzgün həll edilməsi üçün Cinayət Məcəlləsinin 234 və 237-ci maddələrinin nəzərdən keçirilməsinə zərurət yaranır.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən isə cinayət məsuliyyəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə yaranır.

Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı).

Bu səbəbdən, Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur.

Müzakirə olunan məsələnin həllinə dair yanaşmalardan biri ondan ibarətdir ki, qanunverici tərəfindən Cinayət Məcəlləsinin 237-ci maddəsində narkotik vasitənin kultivasiyasının vahid elementləri sırasında narkotik tərkibli bitkilərin, onların hissələrinin toplanmasının cinayət məsuliyyətinə səbəb olan ayrıca hərəkət kimi nəzərdə tutulması, həmin əməlin (toplamanın) həm də Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə kimi tövsifini istisna edir. Əks hal eyni əmələ görə şəxsin Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təkrarən cəzalandırılması ilə nəticələnəcəkdir. Bu isə Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin tələblərinə ziddir.

Bununla bağlı nəzərə almaq lazımdır ki, Avropa Məhkəməsinin Böyük Palatasının Sergey Zolotukhın Rusiyaya qarşı iş üzrə 2009-cu il 10 fevral tarixli Qərarında göstərilmişdir ki, 7 saylı Protokolun 4-cü maddəsində təsbit edilmiş təminat əvvəlki ittiham və ya bəraət hökmünün “res judicata” qüvvəsinə artıq mindiyi halda yeni cinayət işi başlandıqda yer alır. Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin məqsədi – “yekun” qərarla nəticələnmiş cinayət təqibinin təkrarlanmasını qadağan etməkdir. Öz növbəsində “Cinayət işləri üzrə hökmlərin beynəlxalq qaydada tanınması haqqında” Avropa Konvensiyasına istinad edən Konvensiyaya dair 7 saylı Protokolun İzahedici Məruzəsinə müvafiq olaraq, “qərar” ənənəvi ifadəyə görə “res judicata” qüvvəsinə mindikdə yekun sayılır (§ 83, 107).

Bununla belə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri (onların hissələrini) xeyli miqdarda toplama cinayət məsuliyyətinə səbəb olan hərəkət kimi Cinayət Məcəlləsinin 237-ci maddəsində xüsusi olaraq nəzərdə tutulduğu halda, həmin əməlin həm də Məcəllənin 234.1-ci maddəsi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə kimi tövsif edilməsi Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələbi ilə uzlaşmır.

Belə ki, Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Bu müddəanın tələblərinin yerinə yetirilməsi, cinayət qanununda da ifadə olunan (Cinayət Məcəlləsinin 8.1-ci maddəsi) ümumhüquq ədalət prinsipinin təmin edilməsinin vacib bir zəmanətidir.

Eyni zamanda nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 17.4-cü maddəsində müəyyən edilmiş qayda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsindən irəli qəlir. Həmin normaya əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.

Bu baxımdan Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə müvafiq olaraq ümumi norma ilə xüsusi normanın arasında olan kolliziyanı sonuncunun xeyrinə həll edilməsi qaydası yetişdirilən narkotik tərkibli bitkilərin (onların hissələrinin) toplanılması üzrə hərəkətlərin Cinayət Məcəlləsinin 234-cü maddəsi (əldə etmə) ilə və yaxud cinayətlərin məcmusu kimi – Cinayət Məcəlləsinin 237 və 234-cü (əldə etmə) maddələri ilə tövsifinin qarşısını alır.

Burada diqqətə alınmalıdır ki, “kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2013-cü il 25 fevral tarixli Qərarı).

Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra – Ali Məhkəmənin Plenumu) “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndində ifadə olunan izahın mənasına görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə səbəb olan əməl (qanunsuz olaraq narkotik vasitəni əldə etmə) kimi şəxs tərəfindən kultivasiya edilən (yetişdirilən) narkotik tərkibli bitkilərin (onların hissələrinin) toplanılması deyil, yalnız yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan (müəyyən subyekt tərəfindən qanuni yetirşdirilmiş bitkilər, onların hissələri yığıldıqdan) sonra digər (yəni narkotik vasitənin yetişdirilməsinə aidiyyəti olmayan) şəxs tərəfindən mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması başa düşülməlidir.

Ali Məhkəmənin Plenumunun izahının bu cür verilməsi məhz ondan irəli gəlir ki, Cinayət Məcəlləsində kultivasiyanın elementi kimi çıxış edən narkotik tərkibli bitkilərin (onların hissələrinin) toplanılmasına görə cinayət məsuliyyətini müəyyən edən xüsusi norma – 237-ci maddə mövcuddur.

Buna oxşar mövqelərə digər dövlətlərin məhkəmə təcrübəsində də rast gəlinir (məsələn, Belarus Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrlə, psixotrop maddələrlə, onların prekursorları və analoqu ilə, güclü və zəhərli maddələrlə əlaqəli cinayətlərə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 26 mart 2003-cü il tarixli qərarının 9-cu bəndi; Qazaxstan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrlə, psixotrop, güclü və zəhərli maddələrlə əlaqəli cinayətlərə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 14 may 1998-ci il tarixli qərarının 2-ci bəndi; Rusiya Federasiyası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrlə, psixotrop, güclü və zəhərli maddələrlə əlaqəli cinayətlərə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 15 iyun 2006-cı il tarixli qərarının 6-cı bəndi).

Lakin, bu özlüyündə Cinayət Məcəlləsinin 234 və 237-ci maddələrinin məcmusunu tamamilə istisna edə bilməz. Belə ki, cinayət əməlinə görə təyin edilən cəzanın, digər məsələlərlə yanaşı, bu əməlin ictimai təhlükəliliyinin xarakterinə və dərəcəsinə uyğun gəlməsini tələb edən ədalət prinsipi, Cinayət Məcəlləsinin Xüsusi hissəsində əks olunan müvafiq normalar vasitəsilə təmin edilir. Bu zaman həmin normalar cinayətlərin məcmusuna görə cəzaların təyini qaydalarını müəyyənləşdirən müddəalarla əlaqəli şəkildə tətbiq olunmalıdır (Cinayət Məcəlləsinin 8, 17 və 66-cı maddələri). Konstitusiya baxımından əhəmiyyətli sayılan bu məqsədə, konkret şəxs tərəfindən cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş və buna görə də bir-birindən cinayətin obyekti və predmeti, obyektiv və subyektiv cəhətləri baxımından fərqlənən əməllərin cinayətlərin məcmusuna dair qaydalara uyğun olaraq tövsif edilməsi və cəzalandırılması zamanı nail olunur. Əks təqdirdə cinayət qanununun məqsədlərinə və vəzifələrinə, habelə cinayətə görə təyin edilən cəzanın məqsədlərinə zidd olan vəziyyət yarana bilər.

Buna müvafiq olaraq şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində onları (onların hissələrini) toplamaqla yanaşı Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol verərsə, yəni həmin Məcəllənin 237-ci maddəsi ilə onun əməllərini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətləri cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həm də Məcəllənin digər müvafiq maddələri ilə tövsif edilməlidir.

Başqa sözlə, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

– bu Qərarın təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hüquqi mövqelərə əsasən, qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir;

– t oplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir .

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hüquqi mövqelərə əsasən, qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir.

2. Toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir .

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad Abdullayev

Cm-nin 127.2.3-cü maddə hökm

Hər bir insan yaşamaq hüququna malikdir

Ömürlük azadlıqdan məhrum etmə cəzasının ölüm cəzasını əvəz etməsi insan hüquqlarının təmin edilməsi yolunda atılmış uğurlu hüquqi addım idi

� Hər bir insan yaşamaq , azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir �. 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan hüquqları bəyannaməsindən götürülən bu normada insanların təbii hüquqlarından bəhs olunur . Yalnız qanunla müəyyən olunmuş hallarda bu hüquqlar məhdudlaşdırıla bilər . Ömürlük azadlıqdan məhrum etmə yalnız qanunla müəyyən olunmuş qaydada şəxslərin azadlıq hüququnu məhdudlaşdırmaq üçün tətbiq edilə bilər .

Cinayət qanununa sonradan daxil edilmiş bu cəza ölüm cəzasının ( ölüm hökmünün ) ləğv edilməsilə əlaqədar cəza sisteminə daxil edilmişdir . 1993-cü ildən ölüm cəzasına faktiki moratorium qoyulmuşdu .

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsi ilə əlaqədar 1998-ci il fevralın 3-də AR Milli Məclisinə müraciət etmişdir . AR Milli Məclisi AR- da ölüm cəzasının ləğv edilməsilə əlaqədar ARCM,AR CPM və AR CİM- nə dəyişiklilər və əlavələr edilməsi haqqında 10 fevral 1998-ci il tarixli qanun qəbul edilmişdir . Bu qanunla ömürlük azadlıqdan məhrum etmə müstəqil cəza növü kimi Respublikanın 1960-cı il CM- nin 21-ci maddəsində müəyyən edilən cəzanın sisteminə daxil edilmişdir . Eyni vaxtda CM- nə ömürlük azadlıqdan məhrum etmənin anlayışını müəyyən edən xüsusi norma ( maddə 22-1) daxil edilmişdir . Köhnə Məcəllənin ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan 22-1-ci maddəsində qanunvericilik qaydasında qeyd edilən cəza növünün faktiki anlayışı verilmirdi . Lakin maddədə qeyd edilir ki , qanunda xüsusi olaraq nəzərdə tutulan hallarda ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər .

Hazırda qüvvədə olan AR Cinayət Məcəlləsində ömürlük azadlıqdan məhrumetmə cəzanın sisteminə daxil edilməklə yanaşı həm də , ömürlük azadlıqdan məhrum etmənin rəsmi anlayışı verilib . AR CM- nin 57-ci maddəsində qeyd olunur : � Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə , müharibə cinayətləri ilə əlaqədar , şəxsiyyət , ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir �

Maddənin dispozisiyasına nəzər yetirsək görərik ki , sadalanan cinayətlər öz ictmai təhlükəlilik dərəcəsinə və xarakterinə görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir . AR CM- nin VII bölməsində ( maddə 100-119) yer almış cinayətlər sülh və insanlıq əleyhinə olan cinayətlər hesab olunur . AR CM VIII bölməsində isə şəxsiyyət əleyhinə olan cinayətlərin növləri öz əksini tapmışdır .

Lakin heç də qanun həmişə bütün adları sadalanan cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasının tətbiqini nəzərdə tutmur , yalnız qanunla müəyyən olunmuş hallarda tətbiq olunur . Bu normanın dispozisiyasına 2002-ci il 17 may tarixdə � şəxsiyyət � sözündən sonra � ictimai təhlükəsizlik və ictimai qayda � sözləri əlavə edilmişdir . İctimai təhlükəsizliyi və ictimai qaydanın təhlükəsiz təmin edilməsilə əlaqədar olaraq bu əlavə edilmişdir . İctimai təhlükəsizlik dedikdə , cəmiyyətin həyati əhəmiyyətli mənafelərinin , yəni ödənilməsi cəmiyyətin mütərəqqi inkişafını və mövcudluğunu etibarlı surətdə təmin edən ehtiyaclar məcmusunun qorunub saxlanması vəziyyəti başa düşülür .

Göründüyü kimi ömürlük azadlıqdan məhrumetmənin cinayət qanununun xüsusilə təhlükəli cinayətlərinə görə tətbiq olunması məsələsi azadlıqdan məhrumetmə cəzasının leqal anlayışından da aydın olur . Qanunvericinin bu normaya � ictimai təhlükəsizlik və ictimai qayda � sözlərini əlavə etməsi cəzanın məqsədinə nail olunması istiqamətində uğurlu addımdır . Çünki xüsusilə ağır cinayətlər içərisində ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər də xüsusi yer alıb . Məhz bu ifadələrin azadlıqdan məhrum etmə cəzasının leqal anlayışını verən normaya daxil edilməsi bu cəzanın tətbiqi dairəsini dəqiq müəyyən etməyə kömək edir .

Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər AR CM- nin XI bölməsində öz əksini tapıb . Dövlət hakimiyyəti əleyhinə olan cinayətlərin mərkəzində dövlətin Konstitusiya quruluşu əleyhinə olan qəsdlər , hakimiyyəti zorla ələ keçirmək üçün qanunsuz işlər təşkil etmək , onlara rəhbərlik etmək , onları maliyyələşdirmək və s. durur . Hakimiyyəti zorla ələ keçirmə dedikdə , qanuni səlahiyyətli hakimiyyət nümayəndəsini onun iradəsi ziddinə hakimiyyət səlahiyyətlərini həyata keçirməkdən daimi və ya müvəqqəti kənarlaşdırma və onun vəzifə səlahiyyətlərini qanunsuz olaraq səlahiyyəti olmayan şəxsə həvale etmə başa düşülür .

Bununla yanaşı sözügedən normada bu cəzanın tətbiqi dairəsi də göstərilmişdir . Ümumiyyətlə , azadlıqdan məhrum etmənin bu növünu nəzərdə tutan CM- nin Xüsusi hissəsinin sanksiyalarında ömürlük azadlıqdan məhrum etmə müddətli azadlıqdan məhrum etmə cəzası ilə alternativ formada nəzərdə tutulur . Ömürlük azadlıqdan məhrum etmə cəzası aşağıdakı şəxslərə ( maddə 57.2) şamil edilmir :

2. Cinayət törədərkən 18 yaşı tamam olmamış şəxslərə ,

3. Hökm çıxarılanadək 65 yaşına çatmış kişilərə .

Eyni zamanda AR CM- nin 63.4-cü maddəsinə görə cinayətə hazırlığa və ya cinayətə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir .

AR CM- nin 43.1-ci maddəsinə əsasən , ömürlük azadlıqdan məhrum etmə yalnız əsas cəza növü kimi tətbiq edilir və müddətlə bağlı olmadığına görə məhz bu əlamətinə , həmçinin çəkilmə qaydasına görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından fərqlənir . Belə ki , ömürlük azadlıqdan məhrum etmə cəzası AR CM- nin 56.1.5-ci maddəsinə əsasən həbsxanalarda çəkilir . AR CM- nin 56.1.4-cü maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə � xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilə bilər . AR CİM- nin müddəalarına əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunan şəxslər məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmirlər .

Qanunvericiliyə görə ömürlük azadlıqdan məhrum etmə cəzası şərti olaraq azad edilə bilər. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq v ə məhkumun həmin cəzanı çəkməsinə daha lüzum qalmadığı qənaətinə gələrsə, onu müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə bilər. Hətta məhkumu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. AR CM-nin 57.4-cü maddəsində görə 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. AR CM-nin 82.3-cü maddəsinə müvafiq olaraq əfv qadasında iyirmi beş ildən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər.

Bir sıra hüquqşünaslar ölüm cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasını məqsədəuyğun hesab etməyərək, ölüm cəzasının qüvvədə saxlanmasını təklif edirlər. Lakin AR CM-nin 41-ci maddəsində əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah olunması və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Eyni zamanda bu cəza təyin olunmuş şəxsin gələcəkdə azad olunma imkanlarını da nəzərdə tutmaqla onların islah edilməsini stimullaşdırır.

Ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəz olunmasının da ədalətsiz və qanunsuz olduğunu bəyan edən nəzəriyyəçilər də var . Onlar bunu AR CM-nin 10-cu maddəsilə izah etməyə çalışırlar.10-cu maddədə deyilir :

�10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir . Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz�.

Lakin şəxsin vəziyyətini yüngülləşdirən normanın geriyə qüvvəsinə qanun imkan verdiyindən və ömürlük azadlıqdan məhrumetmə ölüm cəzasına nisbətdə yüngül cəza olduğundan , fikrimizcə, bu cəzanın əvəz olunması qanuna zidd deyil . Beləlikə, ömürlük azadlıqdan məhrum etmə cəzasının ölüm cəzasını əvəz etməsi insan hüquqlarının təmin edilməsi yolunda atılmış uğurlu hüquqi addımdır.

MƏMMƏDHƏSƏN

Azad Azərbaycan .- 2015.- 27 may.- S.5.

Comments are closed, but trackbacks and pingbacks are open.