Press "Enter" to skip to content

Cm-nin 127.2.3 maddə hökm

«a» bəndinə aşağıdakılar aiddir:

Məsləhətxana 03-10.2010

1 Röyal (19-03-2010). Salam. 2000-ci ilə qədər torpaq əldə etmiş(sərəncamla) Azərbaycan respublikası vətəndaşları, həmin torpaqlar üçün-yeni qanuna əsasən mülkiyyət şəhadətnaməsi almaq üçün müəyyən haqq odəməlidirmi? ümumiyyətlə bu prosedur haqqinda məlumat verərdiniz, zəhmət olmazsa.

Daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır.

Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

  • qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
  • daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər;
  • qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
  • Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
  • qanunvericilikdə nəzərdə tutulan digər əsaslar.

Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır:

  • Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında qəbzin qəbul edilməsi;
  • daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması;
  • bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi;
  • hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
  • Qeydiyyat orqanı ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır.
  • Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır.
  • Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır.

Torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlər Reyestri Xidməti ərazi idarəsi tərəfindən Daşınmaz Əmlakın pasportu verilir. Bu sənəddə həmin torpağa aid məlumatla yanaşı torpağın mülkiyyət hüququn forması əks olunur.

Sualınıza görə təşəkkür.

Rüsumlar barədə məlumat portalın Digər normativ aktlar bölməsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının Qərarında tapacaqsınız.

2 Zəhra (19-03-2010)Salam. Xahiş ediərm aydınlıq gətirəsiniz: Hər hansı bir KİV-in, məsələn, radio kanalın “İnformasiya əldə etmək haqqında Qanuna” əsaslanaraq, kommersiya fəaliyyəti göstərən özəl şirkətdən informasiya tələb etmək hüququ varmı? (həmin şirkətə aid olan məlumatlardan söhbət gedir). Əvvəlcədən minnətdarlığımı bildirirəm.

ilk öncə bildirim ki, Kütləvi informasiya vasitələri haqqında Qanunun 8-ci maddəsinə əsasən “Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz”.

İnformasiya azadlığına gəldikdə isə, nəzərinizə çatdırım ki, Informasiya əldə etmək haqqında Qanunun 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır” və “Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir”.

Həmin Qanunun 9-cu maddəsinə əsasən infprmasiya sahibləri aşağıdakılar hesab olunur: dövlət orqanları və bələdiyyələr; ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər (Bu hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur); əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər—malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə; tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri—dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə.

Bundan başqa həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq Qanun ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. Məhdudlaşma – dövlət sirri, istintaq və məhkəmə sirləri, kommersiya sirri və s. Sizin məsələnizə gəldikdə isə məhdudlaşma kommersiya sirri ilə bağlı ola bilər.

Lakın kommersiya sirri hesab edilən məlumat Kommersiya sirri haqqında Qanunun 4-cü maddəsində əks oluub. Və əgər Siz kommersiya şirkətindən əldə etmək istədiyiniz informasiya kommersiya sirrinə aid deyilsə onlardan məlumat almq hüququnuz var.

Sualınıza görə təşəkkür.

3 Afgan (2010-04-06) Bir sual verim! Mehkeme 2 ovladi sikest qadini qohumunun evinden (Ev quhumunun adinadir ve mehkemeye muraciet edib ki sikest ovladi olan qadini menim ustumden cixarin!) qeydiyyatdan cixarda bilermi? Ve diger eve (Evi var amma hec bir huquqi sendedi yoxdur , serencam, evin cixarsihi) qeydiyyata sala bilermi? Evvelceden minnetdaram

Əgər Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq həmin iki uşağı olan qadının mülkiyyətçi ilə razılaşma varsa (notariat qaydada təsdiqlənmiş) onda mülkiyyətçi ilə birlikdə həmin daşınmaz əmlakdan istifadə etmək hüququ var. Həmçinin məhkəmə qaydasında mülkiyyətçinin tələbinə əsasən həmin razılaşma ləğv edildikdə bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmənin vəzifəsi mülkiyyətçinin hüquqlarını qorumaqdır. Çünki Mülki Məcəllənin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır (maddə 6.1.4).

Əgər başqa bir daşınmaz əmlaka mülkiyyət hüququ varsa həmin əmlaka aidiyyəti sənədlər olmalıdır (çıxarış olmasa da, order və s.). Bu sənədlərlə müvafiq dövlət qurumuna müraciət etməklə (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) öz hüququnu qeydiyyata ala bilər.

Sualınıza görə təşəkkür edirik.

4 Durdane (2010-04-13). Menim qardasim (istifadəçinin maraqlarını qorumaq məqsədilə . FAA gizlənildi) SERHED QOSUNLARI akademyasindan imtahandan kesiri oldugu ucun xaric oedilib. 2008 ci ilin noyabirida (. ad gizlənildi) kendine herbi xidmete gonderilib. artiq 19 aydir ki ordadir buraxilmasi haqda hec 1 qerar verilmeyib. Men kime muraciet edim

Bununla bağlı hökmən Müdafiə Nazirliyinə müraciət etməlisiniz və sürətini Azərbaycan Prezidentinə göndərməlisiniz.

Əgər Siz dediyiniz kimidir sə, onda bu kobud pozuntudur. Çünki ali təhsil alanlar üçün 1 il (12 ay) və digərləri üçün 18 aydır. Əgər apreldə çağırılıbsa, onda gəlmək vaxtına hələ ayın 20-nə qədər vaxt var. Aprelin 20 qədər evə qayıtmasa şikayət verə bilərsiniz.

5 Elşən (2010-04-20). Salam, Mənım Qaradaq ray-da həyət evım var, Ancaq yalnız bələdıyyə sənədı var, Mən evımı sənədləşdırmək ıstəyırəm, Mən hara müraciyyət etməliyəm və bu ardicilligi xahiş edirəm yazardınız

Salam

Mülkiyyət hüquqlarınızı rəsmliləşdirmək üçün aşağıdakılar etmək lazımdır:

İlk növbədə Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas olmalıdır. Sizdə bu – bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 1 (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi)

Sonra bələdiyyə tərəfindən verilən sənədlərlə aşağıda qeyd edilən 2 orqana müraciət edirsiniz və aşağıdakıları təqdim edirsiniz (həmin Qanunun 10-cu maddəsi):

– Ərizə (fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir)

Ərizəyə isə əlavə olunur:

  • Bələdiyyə tərəfindən verilmiş sənədlər;
  • torpaq sahəsinin planı və ölçüsü;
  • torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
  • dövlət rüsumunun ödənilməsi barədə qəbz 3 .

Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

Əgər hər şey qaydasında olsa Qeydiyyat orqanı ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və sizə Çıxarış təqdim olunur. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.

Onu da qeyd etməliyik ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6-cı maddəsinə əsasən bələdiyyədən torpaq sahəsini əldə edərək ərizə ilə müraciətiniz nəzərdə tutulur və orda torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməli idi. Bu sənədlər sizə lazım olacaq.

Qeyd 1 : Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir (Torpaq islahatı haqqında Qanun maddə 10).

Qeyd 2 : Rəsmiləşdirilməni keçirdən orqan – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı № 116)

Qeyd 3 : Dövlət rüsumları (Dövlət rüsumu haqqında Qanununun 26-cı maddəsi)

  • Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi – 30 manat;
  • Daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi – 50 manat;
  • Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatı, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi – 20 manat.

Sizə lazım ola biləcək sənədlərin nümunələri bu cürdür:

  • Mülkiyyətə verilmiş torpaq sahəsinin planı
  • Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü
  • Torpaq sahəsinin yerləşdiyi yerin SXEMİ

Sualınıza görə təşəkkür edirik. Ümidvarıq ki, Sizə kömək edə bildik.

6 Ramal (21-04-2010) Salam. Mən yardımlı rayon sakini Əsgərov Ramal Nəbi oğlu sizi torpaq sənədi ilə bağlı narahat edirəm.Mən yaşadığım rayonda bələdiyyənin ssərəncamı ilə 3 sot torpaq almışam.Torpaq şöbəsinin mütəxəsisləri gəlib əraziyə baxış keçiriblər və ərazinin kordinatlarını götürüblər.Mən bələdiyyə və torpaq şöbəsinin bütün sənədlərini almışam.Lakin Daşınmaz əmlakım Reyster xidməti bu sənədləri qəbul etmir.Onlar deyir ki,bələdiyyə sənə birbaşa alqı-satqı edə bilməz.Gərək bələdiyyə əvəlcə öz adına çıxarış ala sonra sənə sata ondan sonra mən çıxarış ala bilərəm.Xahiş edirəm mənə bu barədə məlumat verəsiniz.Təşəkkür edirəm.

Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanununu 9-cu maddəsinə əsasən bələdiyyələr dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar kimi çıxış edirlər. Ola bilsin ki, həmin torpaq dövlət əmlakı olduğundan bələdiyyəyə ayrılmamışdır və ya satılmamışdır. Onda bələbiyyə onu sizə qeyri-qanuni satmışdır. Bu təqdirdə siz məhkəmə vasitəsilə bələdiyyədən zərərin ödənilməsini tələb edə bilərsiniz və həmçinin hüquq mühafizə orqanlarına müraciət edərək bələdiyyənin səlahiyyətli nümayəndələrini məsuliyyətə cəlb edilməsi məsələsini qaldıra bilərsiniz. Amma qabaqcadan bələdiyyə ilə məsələni aydınlaşdırın ola bilsin ki, həmin sənədlər olarda var. Onu da qeyd etməliyik ki, Daşınmaz əmlakım Reyster xidmətində Sizdən nahsı bir sənədi tələb edərək əsası göstərməlidir (əsas isə normativ akt: Qanun, Fərman və s.). Əsassız ə və lazımsız sənədlərin tələb edilməsi yolverilməzdir.

Sualınıza görə təşəkkür edirik.

7 Elşən (25-04-2010). İpoteka müqaviləsi imzalazanıb, notarial təsdiq edilib, lakin yüklülük dövlət qeydiyyatından sona kimi keçirilməmişdir. Həmin andan 1(bir) il müddət keçibdir. Həmin ipoteka müqaviləsi üzrə ipotekanın yüklülüyünü DƏDRX qeydiyyatdan keçirib yüklülük çıxarışını almaq olarmı?

Bəli olar. Qanun bu müddəti məhdudlaşdırmır. Yalnız həmin ipoteka müqaviləsində göstərilən müddətlə məhdudlaşa bilər. İpotekanın dövlət qeydiyyatı İpoteka haqqında Qanunun 12-ci maddəsinə və Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanuna uyğun olaraq keçirilir.

Sualınıza görə təşəkkür edirik.

8 Afət (27-04-2010) Hörmətli. Xüsusi tipli internat məktəbində müəllimə-tərbiyəçi işləyirəm. 15-il staj, 13-cü dərəcəli,ali təhsilliyəm.Dörd saat əmək dərsi, 1,25 stavka tərbiyəçiliyim var. Əmək dərsindən bir saata 16man.62qəpik, dörd saata isə 64man.50qəpik alıram.Tərbiyəçilikdə isə 1,25 stavkanın bir saatına 6man.98qəpik alıram.Əmək dərsim normativə uyğun alıram.Amma tərbiyəçilik iş saatım başlayir(həftənin altı günü)13-00-da,qurtarır 19-00-da.Bu da eyləyir 36-saat. Mənim tərbiyəçilikdə(15-il staj, 13-cü dərəcə,ali təhsilli)bir saatıma 6man.98qəpik düşür. Təhsil Nazirliyinə ərizə ilə İqtisadiyyat şöbəsinə müraciət etsəm də,təhsil Naziri ərizənin üstünü korrupsiyaya qarşı mübarizə şöbəsinə yazmısdı.Korrupsiyaya qarşı mübarizə şöbəsi heç bir yoxlama aparmadan mənə belə cavab verir:-Nazirlər kabinetinin 12-ki avqust 2003-ci il, 106 saylı qərarına əsasən tərbiyəçinin bir stavkası otuz(30)saatdır. Təhsil Qanunun 36-cı maddədə yazılsa da ali təhsil və staj nəzərə alınır, maaş ödənilir. Amma Nazirlər kabinetinin qərarı ilə tərbiyəçiliyin bir stavkası otuz (30)ödənilir.Sualım belədir:-niyə müəllimənin bir stavkası 12-ki saatdır, tərbiyəçinin bir stavkası 30 saatdır.Xahiş edirəm bunu aydınlaşdırasınız.

İlk növbıdə fikirləşirik ki, sualınızı daha dəqiq formalaşdırmaq lazımdır, xüsusilə Təhsil Nazirliyinə müraciət edərlkən. Çünki onların cavablarından görünür ki, onlar məsələni araşdırmaqdan və vətəndaşa kömək etməkdən vaz keçiblər.

Qoyulmuş suala (-niyə müəllimənin bir stavkası 12-ki saatdır, tərbiyəçinin bir stavkası 30 saatdır), yalnız bu cür cavab verə bilərik:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin SİYAHISI“na uyğun olaraq:

Sıra
№-si

İş yerləri üzrə peşə və vəzifələrin adları

Qısaldılmış iş vaxtının həftəlik müddəti (saatla)

Bütün tip və növdən olan ümumtəhsil və internat məktəbləri, uşaq evləri, məktəb nəzdində internat və internat məktəbləri, günüuzadılmış məktəblər (qruplar), fərqli tərbiyə şəraitinə ehtiyacı olan uşaq və yeniyetmələr üçün xüsusi məktəblər, həddi-buluğa çatmamış uşaqlar üçün qəbul-bölüşdürmə məntəqələri, uşaq sanatoriyaları və xəstəxanaları və yetkinlik yaşına çatmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində baş tərbiyəçi və tərbiyəçi, bədən tərbiyəsi rəhbəri (təlimatçı) və eşitmə kabinetlərinin təlimatçısı

Məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə və tədris müəssisələrində baş tərbiyəçi və tərbiyəçi

Bundan başqa 12 sentyabr 2008-ci il 209 №-li Azərbaycan Respublikası Nazirlər Kabinetinin Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında Qərarının 1 nömrəli Əlavəsinə əsasən:

– 13-cü əməyin ödənilməsi dərəcəsinə uyğun olaraq aylıq tarif (vəzifə) maaşı 133 manat təşkil edir.

Və qanunvericiliyin bu müddəalarına istinad edərək sizin əmək haqqınız hesablanmalıdır (o cümlədən iş stajınızı nəzərə almaqla).

Stavkanın məbləğinin dəqiqləşdirmək üçün isə Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 №-li Qərarının 14-cü maddəsinə baxa bilərsiniz.

Lakın qeyd edək ki, “niyə müəllimənin bir stavkası” belədir və ya başqa cürdür sualı düzgün deyil. Çünki bu sahədə münasibətlərin tənzimlənməsi Naz. Kab. səlahiyyətlərinə aiddir.

Sualınıza görə təşəkkür edirik

9 Rufat (29-04-2010). Shexsi mulku, qaz xetti ve saygaci olmaqla, huquqi sexs icareye goturub otel kimi istifade etdiyi erefede dovlet qaz nezareti idaresinden yasayis sahesini yoxlama zamani qaz layihesini olmadigi askarlanir ve 3000 AZN cerime yazilir.Bu ne qeder qanuna uygundur? eger duzgun deyilse huquqlarimizi mehkemede ne esasla qoruya bilerik?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 322.1-ci maddəsinə əsasən: əməyin qüvvədə olan mühafizəsi standartlarının, qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına və ya istehsalat vasitələrinin hazırlanmasına, buraxılmasına, texnologiyaların tətbiqinə yol verilməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir

Əgər yuxarıda qeyd olunan mövcuddursa, onda səlahiyyətli orqan haqlıdır. Lakın obyektiv olaraq səlahiyyətli qurum nümayəndəsinin aktında və qərarında qeyri-qanunilik varsa onda siz həmin qurumun rəhbərliyinə vəvə ya məhkəməyə müraciət edə bilərsiniz. Bununla bağlı ilk növbədə həmin dövlət aktının surətini tələb etməlisiniz və onunla tanış olduqdan müvafiq hərəkətlərin edib-edilməməsini müəyyən etmək lazım olacaq.

Sualınıza görə təşəkkür edirik.

10 Rufat (29-04-2010). Cavabiniza gore tesekkur edirem.Sualima biraz aydinliq getirmek isterdim.Huquqi sexs olaraq fiziki sexsden ona mexsus yasayis sahesini icareye goturmusuk.Hemin yasayis sahesinin qaz xettinin qosulmasi ve saygacin yerlesdirilmesi Sebail r., qaz idaresi terefinden biz icareye goturmemisden 1 il evvel temin olunmusdur Novbeti iller terefimizden Sebail r., qaz idaresi ile muqavileler baglanmis ve saygac esasinda istifade haqqi odenilmisdir.kecen ay Dovlet qaz nezaret idaresinden yoxlama gelmis ve aydin olmusdur ki layihe-smetasi olmadan bu yasayis sahesi qazla sebail r, qaz ideresi terefinden temin olunmusdur.Cerime ise, eslinde fiziki sexse mexsus hemin binani muveqqeti icareye goturmus huquqi sexse tetbiq olunmusdur. Bunun ne qeder qanuna uygunlugunu bilmek isterdim.

Ilk növbədə xahiş edirik ki, bir məsələyə aid bir dəfə sual verəsiniz.

Məsələyə ilə əlaqədar: – əgər Səbail r-nun qaz idarəsinin müqavilə ilə məsuliyyəti nəzərdə tutulubsa bununla bağlı yuxaradıkalı instansiyalara şikayət verə bilərsiniz. Müqavilənin müddəalarına diqqət yetirin, çünki orda sizin və qaz idarəsinin hüquq və vəzifələri, məsuliyyəti əks olunmalıdır.

Bundan başqa 10 avqust 1999-cu il 178 №-li «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Prezidentinin Fərmanına əsasən cəriməni yalnız aşağıdakı qurumlar tətbiq edə bilər (ona görə də yoxlayan vəzifəli şəxslərdən sənədlərini təqdim etməyə tələb etməlisiniz): Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 3-cü maddəsinə əsasən: – Qaz paylayıcısından alınan texniki şərtlərə əsasən qaz təchizatının layihə sənədlərini tərtib etmək və layihəyə uyğun tikinti işlərini yerinə yetirmək qaz istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6-cı maddəsinə əsasən Qaydaların tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məsuliyyət isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 322.1-ci maddəsində bundan əvvəl göstərilmişdir.

Sualınıza görə təşəkkür edirik.

11 Irana (30-04-2010). Salam. men mutemmadi olaraq kecmiş nişanlım terefnden teqib edilirem. bunun qarşısın ala bilmemeyimin sebebi onun qohumlarının,dostlarının yuxarı verzifelerde çalışmasıdır. menim telefon,internet xettime nezaret edir,qapıma adamlar qoyur, meni güddürür, daimi zengleri, tehqirleri, hedeleri ile rahat yaşamağıma maneçilik töredir. bu ne qeder qanuna uygundur ki, adi şexse menim icazem olmadan menim heyatıma bu qeder müdaxile icaze verilir. Nizami rayon telefon qovşagina bu barede şikayet etsem de qohumlarının orada yuxarı vezife tutması ile elaqedar menim xettim yene de keçmiş nişanlım terefinden nezaret altında saxlanılır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələrinə əsaslanıb hüquqmühafizə (rayon üzrə polis, prokurorluq) orqanlarına ərizə ilə müraciət edə bilərsiniz.

Maddə 155. Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma

Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Maddə 156. Şəxsi həyatın toxunulmazlığını pozma

156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
156.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualınıza görə təşəkkür edirik.

12 Ramil (30-04-2010). Salam. Sualım sənədləşdirmə ilə bağlıdır. 1998-ci ildə Qaradağ rayon İcra Hakimiyyəti Başçısı tərəfindən atama mağaza tikintisi üçün sərəncam verilib. Mağaza indiyədək fəaliyyət göstərib. Lakin atam 2004-cü ildə rəhmətə getdiyindən mən mağazanı nə özüm işlədə, nə də ki başqa şəxsə icarəyə verə bilirəm. İcarəyə götürən şəxsdən kassa aparatını mağazaya qeydiyyata salmaq üçün müvafiq vergi orqanı tərəfindən mağaza sahibi tərəfindən verilmiş etibarnamə tələb edilir. Notarius isə sərəncamın verildiyi şəxs öldüyünə görə ölmüş şəxsin adından etibarnamə vermək səlahiyyətinin olmadığını bildirir. Hal-hazırda mağazanın olan sənədləri sərəncam və çertyojudur. Ümumiyyətlə mən mağazanin öz adıma sənədləşdirilməsi və konkret bu halda fəaliyyət göstərə bilməsi üçün hansı prosedurları keçməliyəm? Xahiş edirəm mənə bu barədə ətraflı məlumat verəsiniz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin onuncu bölməsinə (Vərəsəlik hüququ) əsasən vərəsəlik hüququnuzdan istifadə edib həmin daşınmaz obyektini özəlləşdirə bilərsiniz (əgər müvafiq sənədləriniz varsa və başqa vərəsələr yoxdursa). Daşınmaz obyektə mülkiyyət hüququnu əldə etdikdən sonra bu cür problemlər aradan qalxacaq. Bunun üçün vərəsəlik hüququnuzun tanınması üçün ilk növbədə notariusa müraciət edin (onlar müvafiq şəhadətnamə ilə sizin vərəsəlik hüququnuzu tanıyacaq). Sonra isə bütün sənədlərlə (həm vərəsəliklə bağlı, həm daşınmaz əmlakla bağlı sənədlərlə) Daşınmaz əmlakın dövlət reyestri Xidmətinə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

15 Letife (02-05-2010) Mən 3 ildir ailə qurmyşam.1 oğlum var.Qaynanam bizi yaşamağa qoymadı. Dəfələrlə məni döydü.Əvvəllər yoldaşım məni müdafiə edirdi.Sonra isə o da döndü.Evdən uzaqlaşmağa çalışdı.1 dəfə qaynanam vurub sifətimi zədələdikdən sonra nənəm Polisə müraciət etdi.6 aydan sonra yennə gəldilər barışdıq.Amma bu dəfə yoldaşım döyməyə başladı. əvvəllər də döymüşdü,amma qaynanamın elediklərinin yanında bu heç nə idi.İndi yoldaşım boşanmaq üçün ərizə verib. Nigah müqaviləsi imzalamamışıq. Əmlak bölgüsü necə olmalıdır? Mənim yaşamağa yerim yoxdur.anamın evi 9 kvm-dir.Qeydiyyatım anamgilədir.məni qeydiyyata salmaq istəmədilər özləri.Yoldaşımın evi genişdir.Kommunal evdir, atasının adına.Atası isə rəhmətə gedib.Uşağım xəstədir. men onlardan nə tələb edə bilərəm?

İlk növbədə nəzərinizə çatdıraq ki, Ailə Məcəlləsinin 29-cu maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Bundan başqa Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Əgər ərinizlə razılığa gələ bilməsəniz məhkəməyə müraciət edib məcburi qaydada aliment ala bilərsiniz. Həmçinin nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ var (ətraflı Alimentlər blokunda) tanış ola bilərsiniz.

Daşınmaz əmlaka (həmin kommunal ev) isə çatdıqda əgər daşınmaz əmlaka mülkiyyət hüququ ərinizinə keçibsə onda siz həmin əmlaka iddia edə bilərsiniz. Lakın Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ərinizin vəfat etmiş atasının mülkiyyətinin əsas hissəsi onun həyat yoldaşına keçir (yəni qaynananıza). Əgər həmin mənzildə müvafiq qaydada qeydiyyata alınsaydınız (Mülki Məcəllənin 228.2-ci maddə) onda müəyyən kompensasiya ala bilərdiniz, lakın qeydiyyat olmadığından bu hüquq sizə verilməyəcək. Çünki, mülki hüququn əsas prinsiplərinin biri – mülkiyyət toxunulmazlığıdır (Mülki Məcəlləni 6.1.4) və bir şəxs başqa şəxsin mülkiyyətinə iddia edə bilməz.

Suallınıza görə təşəkkür edirik.

14 Emin (01-05-2010) Salam. Mən dövlət işinə girmək istəyirəm.İşə daxil olarkən müəyyən bir blank var ki,onu doldurmalıyam.Bildiyiniz kimi bele işlərdə məhkum olanın olmamalıdir.Atam 1988-ci ildə Sovet qanunları əsasında mağazada işləyərkən tutulub.Atama icbari iş kəsilib.Yəni türmədə yatmayıb.işləyərək maaşının bir qismini dövlətə kecirib.Bilmək istəyirəm bu məhkumluq sayılır və işə düzəlməyimə mane olacaq?

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 5 fevral tarixli 522 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın 2-ci Əlavəsinə əsasən dövlət qurumunu yalnız sizin cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi maraqlandırılmalıdır.

Bundan başqa qeyd etməliyik ki, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən yalnız ağır cinayətə görə məhkum olan şəxs Prezident ola bilməz. Prezident isə Azərbaycanda ən yüksək vəzifəli şəxsdir. Ona görə də dövlət qulluğuna qəbul olunmaq üçün sizin valideyinizin cinayət məsuliyyətinə cəlb olub-olunmaması maneə ola bilməz.

Məhkümluq barədə isə məlumat maraqlandırırsa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə baxa bilərsiniz.

Maddə 83. Məhkumluq
83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
83.2. Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir.
83.3. Aşağıdakı hallarda:
83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda;
83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;
83.3.3. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə;
83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;
83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
83.5. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.
83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Sualınıza görə təşəkkür edirik.

17 Elfan (03-05-2010). Salam size muracietim sebebebi budurki,2007-ci ilde Sumqayitda yerlesen 1 sayili peshe liseyini bitirmisem kompyuter operatorlugunu hemde ozum proqramciyam. Bilmek isterdim (men bu diplomla seher mekteblerinde ve yaxutda bolgelerde ders deye bilerem)? cox xais edirem mene cavab yazasiniz. Tesekgur edirem

“İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 77 №-li Qərarına əsasən (1.2-ci bənd) ilk peşə-ixtisas təhsilinin məqsədi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin etməkdir (həmin təhsil orta təhsil hesab olunur).

Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası“nın 1.1 bəndinə əsasən respublikada pedaqoji kadrların fasiləsiz hazırlığı 22 ali (10 dövlət, 12 qeyri-dövlət), 26 orta ixtisas (23 dövlət və 3 qeyri-dövlət) və 1 ixtisasartırma təhsili müəssisəsində aparılır. Gördüyünüz kimi, peşə liseyləri bura daxil edilməyib. Bundan irəli gələrək pedaqoji fəaliyyətlə məşğul olmaq üçün pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrin biribi bitirmək lazımdır.

Təhsilinizi davam etdikdən sonra qeyd etdiyiniz müəssisələrdə çalışa bilərsiniz, həmçinin bu cür istəklər dövlət tərəfindən dəstəklənir. Misal üçün, Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı.

Suallınıza görə təşəkkür edirik.

18 Azər (04-05-2010) Salam! Bir neçə sualnan müraciyət etmək istəyirəm. 1.Bələdiyyənin icarəyə verdiyi yararsız torpaqlar uçün nə güzəştlər olmalıdır, hər hektar torpağa nə qədər dövlət rüsumu ödənilir(yararlı və yararsız torpaqlar üçün)?2.Kadastr planı üçün 6 sot olan həyətyanı torpağa və həmçinin daşınmaz əmlakın qeydiyyatı üçün nə qədər rüsum odənilməlidir?3.2005-ci ildə bələdiyyə tərəfindən satılan həyətyanı torpaqların şəhadətnaməsinin alınmasına təzədən rüsum odənilməlidirmi( ödənilməlidirsə nə qədər, ödənilməli deyilsə yolunu izah edərdiz)?Əvvəlcədən təşəkür edirəm!

“Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 №-li Qərarına uyğun olaraq torpaqlar müvafiq keyfiyyət qruplarına bölünüb, həmin qruplar üçün müəyyən ballar nəzərdə tutulub. Bu balları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206-cı maddəsində göstərilən dərəcələrlə hesablama aparıb sizi maraqlandıran məbləği müəyyən edə bilərsiniz.

Misal üçün Abşeron-Qobustan rayonları IV-cü keyfiyyət qrupuna 25 bal aid edilir. 25×0,06=1,5 manat (1 hektar üzrə). Bu torpağın keyfiyyəti ilə bağlı idi.

Torpağın dövlət qeydiyyatı ilə bağlı rüsumlar barədə bu normativ aktlarda Rüsumlar barədə məlumat portalın Digər normativ aktlar bölməsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının Qərarında tapacaqsınız.Dövlət rüsumu haqqında Qanununun 26-cı maddəsində tapa bilərsiniz (onların həcmi böyük olduğundan bu aktların burda yerləşdirilməsi məqsədəuyğun deyil, həm də sual geniş dairəni əhatə edir).

Həmçinin Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər ( 10-cu maddə).

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

Maddə 203. Torpaq vergisi
203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.
203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.

Maddə 206. Vergi dərəcələri
206.1. Torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.
206.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirilir.
206.3. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:

Yaşayış məntəqələri

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar(manatla)

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar(manatla)

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

Sualınıza görə təşəkkür edirik.

21 Vahid (05-05-2010). Salam.Mən Şəmkir rayon sakini sizi torpaq sənədi ilə bağlı narahat edirəm. Nəzərinizə catdırım ki hal-hazırda yaşadığım ev 1977-ci ildə 18 sot həyət yanı sahədə tikilibdir. 2005-ci ildə torpaq şöbəsinin mütəxəsisləri yenidən yerin kordinatlarını ölçməklə 18sot əvəzinə, biz onlara olduğu kimi yazılmasını desəkdə onlar, şəhadətnaməni 7 sota çıxartmışdılar. Yenidən şəhadətnaməni 18 sota dəyişmək üçün Bələdiyyənin hərraclarından adına torpaq olmayan ailə üzvlərindən birinin adina almalıyıq deyirlər.Bu nə kimi düzdür və ya başqa yolu varmı,varsa xahiş edirəm izah edəsiniz. Sağolun

Əgər qeyd etdiyiniz 18 sot torpaq sahəsinə dair sizin müvafiq sənədləriniz varsa siz bununla bağlı məhkəməyə şikayət verə bilərsiniz. Şəxsin mülkiyyətində olan daşınmaz əmlakın qeyri-qanuni yolla alınması qadağandır.

Sualınıza görə təşəkkür edirik.

22 Rufat (06-05-2010) Salam. Huquqi shexs öz fəaliyyətində istifade etmək ucun Rusuya Federasiyasindan “Yalancı dedektor” adlandirilan cihazi Azərbaycan Respublikasina idxal etdikdə hansi sened ve rusumlarin teleb olundugunu bildirmeyinizi xahis edirem.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar nəzərdə tutulub (23 dekabr 2003-cü il tarixli 564-IIQ №-li Qanun12 sentyabr 2005-ci il tarixli № 292 Fərman).

“Yalan detektoru” adlandıran avadanlığı (cihazı) nəzərdə tutursunuzsa, bu avadanlıq öz xassələrinə görə bu əşyalara aid edilmir. Lakın özünüzü sığortalamaq məqsədilə aidiyyəti dövlət qurumuna (Milli Təhlükəsizlik Nazirliyi) ekspertizanın keçirilməsi üçün müraciət edə bilərsiniz (onların rəyi olduğu təqdirdə gömrük orqanları ilə o qədər, problemlər olmayacaq).

Elə ola bilər ki, gömrük sərhədindən keçirərkən “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsaslanaraq səlahiyyətli şəxslər qeyd edilən avadanlığın keçirilməsi üçün müvafiq icazəni tələb edə bilərlər. Bilməlisiniz ki, bu Fərmanda yalnız gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr (2-ci Əlavənin 12-ci bəndi) qeyd edilib və “Yalan detektoru” öz xassələrinə görə bu vasitələrə aid edilə bilməz.

Qeyd: Bu cür xüsusi icazələrin verilməsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilir. Həmin xüsusi icazənin qiyməti – 2200 manatdır (29 dekabr 2006-cı il tarixli 510 №-li Fərman).

Əgər icazəyə ehtiyac olmasa gömrük rüsumları ödəməklə adıçəkilən avadanlığı gətirə bilərsiniz.
18% (ƏDV) +
15%(gömrük tarif dərəcəsi) +
gömrük rəsmiləşdirilməsi (gömrük dəyəri 1000 manata qədər olduqda 10,0 manat; gömrük dəyəri 1001 manatdan 10000 manata qədər olduqda 50 manat; gömrük dəyəri 10001 manatdan 100000 manata qədər olduqda 100 manat; gömrük dəyəri 100001 manatdan yuxarı olduqda isə 275 manat).

Sualınıza görə təşəkkür edirik.

23 Qalasi (10-05-2010). Men 10 il muddetine etibarname ile torpaq sahesi almisamki hemin sahede hazir ev tikilmisdir.Hemin ev 0.75 sotun icerisindedir.Men hemin eve qeydiyyat vesiqesi almaq ucun ilk olaraq ne etmeliyem? Evvelceden tesekkurumu bildirrirem!

Oxşar suala artıq cavab verilmişdir. Xahiş edirik bu bölmənin (On-layn (canlı) hüquq məsləhətxanası) Elşən (2010-04-20) cavablandırmasına baxasınız. Lakın əlavə olaraq aşağıdakıları da nəzərə ala biləsiniz.

Fərdi-yaşayış və bağ evləri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün:

  • bələdiyyənin torpaq sahəsinin ayrılması (satılması, icarəyə verilməsi) barədə qərarı;
  • yerli icra hakimiyyətinin torpaq sahəsinə dair rəyi;
  • bələdiyyə torpağının satılmasına dair alqı-satqı aktı;
  • evin tikintisi üçün yerli icra hakimiyyəti orqanının sərəncamı;
  • təsdiq edilmiş layihə-smeta sənədləri;
  • müvafiq ekspertiza rəyi;
  • torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə;
  • poçt ünvanı barədə müvafiq sənəd;
  • 2 nömrəli Forma üzrə arayış;
  • həddi-bulüğa çatmış ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri;
  • müvafiq icra hakimiyyəti orqanının evin hüquqi qeydiyyata alınması barədə sərəncamı;
  • torpaq sahəsinin təsdiq edilmiş plan-cizgisi;
  • dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Sualınıza görə təşəkkür edirik.

24 Rasim (10-05-2010). Mənim atamın rayonda evi var. Atam evi mənə bağışlamaq istəyir. Notariusda deyirlər ki atan mütləq evi sənin adiva keçirmək üçün rayona getməlidir. Atam xəstə olduğu üçün bu mümkün deyil. Bakıda yəni rayona getmədən bu işi qanuni olaraq necə həyata keçirmək olar? Xahiş edirəm dövlət rüsumlarınıda qeyd edəsiniz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ının 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. Həmin Təlimatın 15-ci maddəsinə uyğun olaraq notariat hərəkətləri dövlət notariat kontoru yerləşən və ya xüsusi notarius işləyən binada (otaqda) aparılmalıdır.

Lakın, xəstəlik nəticəsində, əlilliklə, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar olaraq və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda şəxsin dövlət notariat kontoruna və ya xüsusi notariusun işlədiyi binaya (otağa) gələ bilmədiyi hallarda əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu və müəyyən edilmiş hallarda haqq ödənildikdən və nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri bu binalardan (otaqlardan) kənarda da aparıla bilər. Notariat hərəkətləri notariat kontorunun binasından kənarda aparılarsa, təsdiq qeydində və notariat reyestrində notariat hərəkətinin aparıldığı yer və ünvan qeyd olunur.

Vergi Məcəlləsinin 102.1.3.2. maddəsinə uyğun olaraq hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azaddır. Yəni siz yalnız notariat hərəkətlərinə görə dövlət rüsumunu ödəyəcəksiniz.

Dövlət rüsumu haqqında Qanunun 10.1.1. maddəsinə əsasən notariat hərəkətlərinin aparılmasına görə müqavilə üzrə əmlakın ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirməsi üçün dövlət rüsumu – 7 manatdır.

Sualınıza görə təşəkkür edirik.

25 Gulay (13-05-2010) salam. menim 1 ushaqim var, yoldashimla hələ boşanmamışıq. 2 ildi ayrı yaşayırıq. 6 aydir yoldaşımın ümumiyyətlə uşağın heç nəyindən xəbəri yoxdur, maraqlanmır. bizimlə bağlı bütün xərcləri mənim atam qarşılayır. mən boşanmaq üçün ərizə vermək istəyirəm, təbii ki aliment tələbi ilə, çünki yoldaşımın imkanı çox yaxşıdır və o, kəsilən alimenti rahatlıqla ödəyə bilər. sualım belədir ki, mən aliment tələbi ilə müraciət etdikdə qarşı tərəfin məndən uşaqla bağlı nə kimi tələbi ola bilər?

O məhkəmə qaydasında uşağın onunla qalmasını tələb edə bilər və s (ər-ərvad eyni hüquqlara malikdirlər). Lakın nəzərə almaq lazımdır ki, adətən məhkəmələr anaların tərəfiini tutur. Bundan başqa əgər maddi vəziyyətiniz zəifdirsə siz həm uşaq üçün, həm özünüz üçün aliment tələb edə bilərsiniz.

Məhkəməyə müraciət etmə formalarını aşağıda göstərilib:

  • Uşaqların saxlanması üçün alimentin tutulması barədə İddia Ərizəsi
  • Nikahın pozulması və əmlakın bölünməsi barədə İddia Ərizəsi

Sualınıza görə təşəkkür edirik.

26 Fuad (16-05-2010). Manim az biznesim var. Arendaya yer goturdyum iştiyirəm.Huseyn bala Əliyev kücəsinin sahə inspektoru İslam və cevik polisi məndən hər ay reklamcun pul istəyir.Bunun garşısını almagcun nə etməy lazımdır.

Obyektiniz Bakı şəhərində yerləşdiyi üçün küçə reklamının yerləşdirilməsinə verilən icazə üçün birdəfəlik ödəniş tarifi 70 manat təşkil edir. Bundan sonra hər ay 1 m 2 küçə reklamının yayımı üçün 7 manat ödəməlisiniz (ehtimal kimi, küçənin yerləşməsi B zonasına aiddir). Ətraflı Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının Qərarında (30 iyul 2008-ci il tarixli 7 №-li) göstərilib.

“Küçə reklamının, yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları”nın və “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına (23 aprel 2008-ci il tarixli 92 №-li) uyğun olaraq müvafiq yerli icra hakimiyyətinin başçısı küçə reklamlarının yaymasına görə reklam tarifi zonalarını müəyyən etmək üçün aidiyyəti yerli qurumların nümayəndələrinin daxil olduğu 5 nəfərdən ibarət olan komissiya yaradır

Küçə reklamın yerləşdirilməsi üçün icazənin alınması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş idarəsi yanında Bakı şəhər Reklam və İnformasiya idarəsinə müraciət edə bilərsiniz.

Lakın yadınızda saxlamalısınız ki, “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına (3 noyabr 2001-ci il tarixli 596 №-li) əsasən obyektlərin giriş hissəsində, divarında, önündə yerləşdirilmiş, həmin obyektlərin mənsubiyyətini, adını, ticarət markasını, iş rejimini, firma nişanını göstərən lövhələr, fəaliyyət növünü istehlakçıya çatdıran vasitələr, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakat və digər informasiya vasitələri reklam daşıyıcıları hesab edilmir.

Reklam fəaliyyətinə nəzarəti isə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və onun yerli qurumları həyata keçirirlər («Reklam haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı). Və sahə inspektorunun, xüsusilə də çevik polis əməkdaşlarının bu cür səlahiyyətləri yoxdur. Bu hüquq pozuntularla əlaqədar Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına müraciət etməyinizə məsləhət görürük. Əlaqə: (994 12) 492-29-82

Həmçinin Şəffaflıq Azərbaycan İctimai Birliyinə müraciət edə bilərsiniz. Əlaqə (+994 12) 418 11 09.

Sualınıza görə təşəkkür edirik.

27 Aygun (16-05-2010) Salam. Məhkəmə qaydasında tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi üçün girovsaxlayan şəxsə bu barədə bildirişi təqdim etdikdən sonra həmin bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması necə həyata keçirilir? Və girovsaxlayanın məhkəməyə tutmanın yönəldilməsi üçün iddia ərizəsini göndərmək hüququ nə vaxtdan yaranır? Girovsaxlayan iddia ərizəsini məhkəməyə göndərmək üçün 21 gün gözləməlidir yoxsa bildirişin qeydə alınması anından məhkəməyə müraciət etmək hüququnu həyata keçirə bilər? Xahiş edirəm mənə bu barədə məlumat verəsiniz. Əvvəlcədən təşəkkür edirəm.

İpoteka haqqında Qanununa əsasən ipoteka müvafiq dövlət orqanı tərəfindən qeydiyyata alınmalıdır (adətən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq rayon ərazi idarəsində, əgər daşınmaz əmlakdırsa). İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş həmin idarəyə göndərilir və surəti ipoteka qoyana (borcluya) göndərilir.

Nəzərə alınmalıdır ki, adıçəkilən bildiriş ərizə formasında təqdim edilir (iki nüsxədə) və dövlət orqanı tərəfindən qeydə alınmalıdır. Bir nüsxəsi onlarda qalır, o biri nüsxəsini imzalayıb və möhür vurub sizə qaytarmalıdırlar (mütləq).

Eyni zamanda sizin üçün məlum olmalıdır ki, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş İpoteka qoyana çatıb (xəbərnamə ilə məktub göndərməklə özünüzü sığortalaya bilərsiniz).

– həmin bildiriş qeydə alınır (dövlət orqanında)

– ipoteka qoyan tərəfindən bildirişin alınması barədə sübut əldə edilir (sizdə xəbərnamə olmalıdır və ya poçtdan digər təsdiq edici sənəd).

Bundan sonra digər sənədləri toplayıb 21 gün ərzində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə müraciət edə bilərsiniz.

Sənədlər toplusu adətən aşağıdakı şəkildə formalaşır:

  1. İddia ərizəsi – 2 nüsxə;
  2. Müvafiq lisenziya
  3. Kredit müqaviləsinin surəti;
  4. İpoteka müqaviləsi
  5. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə borcluya verilən bildirişi təsdiq edən sənədin surəti;
  6. Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (DƏDRX)-nə ünvanlanan ərizənin (ipoteka qoyana məxsus daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə) surəti;
  7. İpoteka əmlakının yüklülüyünün qeydiyyata alınması barədə Çıxarışın surəti;
  8. İpotekaya qoyulmuş əmlakın Mülkiyyət Hüququnu təsdiq edən Çıxarışın surəti;
  9. İpotekaya qoyulmuş əmlakın yüklülüyü barədə DƏDRX-ti tərəfindən verilmiş arayışın (Forma-1) surəti;
  10. İpotekaya qoyulması barədə razılıq ərizələrinin surətləri;
  11. İpotekaya qoyulmuş evdə qeydiyyatda olanlar barədə arayışın (Forma-2) surəti;
  12. Xəbərdarlıqların surəti;
  13. Borclunun və ipoteka qoyanların şəxsiyyətini təsdiq edən sənədin surəti;
  14. etibarnamə (lazım olduğu təqdirdə)
  15. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

Onu da nəzərə almalısınız ki, baxmayaraq İpoteka haqqında Qanunda göstərilib ki, bu cür işlər 1 ay müddətində baxılmalıdır. Adətən iş 3 ay ərzində baxılır (MPM-nin müddəalarını əsas tuturlar), ən azı.

Sualınıza görə təşəkkür edirik.

28 Fuad (16-05-2010). Mənim sualıma cavab verməyə cox saol.Sizin cavaba bir sualım da var.Cölə bir maniken və səs kalonka goymag ücun 70 manat ödəməliyəm?Hər ayda 7 manat?

Reklam haqqında Qanunda reklam daşıyıcısı anlayışı verilib.

“reklam daşıyıcısı” — mülkiyyət formasından asılı olmayaraq, reklamın istehlakçıya bilavasitə çatdırılması üçün istifadə olunan (kütləvi informasiya vasitələri, kino, audio, video və nəşr məhsulları, stasionar, mobil və digər texniki qurğu və avadanlıqlar) istənilən vasitədir.

Qeyd etdiyiniz maneken və kolonkalar vasitəsilə müştəriləri cəlb etmək məqsədilə qoyulursa onları reklam daşıyıcıları kimi qəbul etmək olar. Buna görə də iqtisadi marağınızdan irəli gələrək və əgər bu reklam daşıyıcıları sizin ticarətinizə müsbət təsir göstərirsə müvafiq qaydada icazə alıb müntəzəm olaraq rüsum ödəməlisiniz. Əgər müsbət təsiri yoxdursa həmin reklam daşıyıcılarının bayıra çıxarılması əbəsdir.

Sualınıza görə təşəkkür edirik.

29 Ferid (17-05-2010) salam. narahat etdiyim ucun uzr isteyirem. 11 sentyabr 2009-cu ilde Kredobank terefinden verilen fondan ayrilmis kreditler nece fazle hesablanmisdir. yeni ehaliye hansi faizle verilmisdir. cavab verdiyiniz ucun evvelceden tesekkur edirem.

Banklar bazar iqtisadiyyətinə, Bankların fəaliyyətini tənzimləyən qanunlara və Mərkəzi Bank tərəfindən müəyyən edilmiş prudensial qaydala uyğun olaraq öz kredir vermə siyasətini müəyyənləşdirir (mvafiq lisenziya verildikdən sonra). Sual aidiyyəti üzrə ünvanlanmayıb. Çünki De Jure təşəbbüs qrupu adıçəkilən Kredobankın səlahiyyətli nümayəndələri deyil.

Lakın müraciət etdiyiniz üçün. Məsləhət görərdik ki, http:]]]www.kredobank.az saytına daxil olasınız. Və bu saytda qeyd edilən əlaqə vasitələrindən istifadə edib bu banka suallarınızı ünvanlayasınız.

30 Zaur (17-05-2010). Salam! Üzr istəyirəm mənim qayınatam öz həyətində hərəkətə mane olduğu üçün bir ağacın əyilmiş bir budağını kəsmişdir. Bundan xəbər tutan sahə müvəkkili tərəfindən müəyyən tədbir görülmüşdür. İki ay sonra məhkəmədən icra vərəqəsi gəlmişdir ki, 5(beş)gün müddətində 2200(iki min iki yüz) manat ödəməsəniz əmlakınıza həbs qoyulacaq.(“maddə 259.Qanunsuz ağac kəsmə” əsas götürulmüşdür)Həm də ki,guya cavabdeh şəxs məhkəməyə çağırılmış lakin üzürsüz səbəbdən məhkəməyə gəlməmişdir. Halbuki,heç bir çağiriş vərəqəsi və ya bununla bağlı cavabdeh tərəfə heç bir məlumat verilməyib. Əməlin 259-cu maddəyə(Qanunsuz ağac kəsmə)əsasən qiymətləndirilməsi nə qədər ədalətlidir.Məncə əməl həddən artıq şişrdilib və qanun pozuntularına yol verilib. Buna aydınlıq gətirmənizi xahiş edirəm. Vaxtınızı aldəğım üçün bağışlayın. Sağ olun. Bərxudarov Zaur

Əvvələr qeyd etmək istəyərdik ki, 259-cu maddə Cinayət Məcəlləsinin maddəsidir. Bu isə o dəməkdir ki, sizi cinayət məsuliyyətinə cəlb ediblər. Xahiş edirik bunu aydınlaşdırasınız. Çünki bu maddənin sanksiyası belədir:

– iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə

Lakın qeyd etdiyiniz əməllərinizə görə Siz ancaq inzibati məsuliyyətinə cəlb edilə bilərdiniz (cinayət tərkibi olması üçün xeyli miqdarda ziyan vurulması sübut olunmalıdır). “Bir ağacın əyilmiş bir budağının” kəsilməsi xeyli ziyan vura bilməz.

Onu da qeyd etməliyik ki, Azərbaycanda ağacların kəsilməsinə görə qanunvericilik sərtləşib və sizi inzibati məsuliyyətinə cəlb olunması mümkündür. Və lazımi sübutlar olduğu təqdirdə Sizi Inzibati Xətalar Məcəlləsinin 92.2 maddəyə əsasən məsuliyyətə cəlb edə bilərlər.

92.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə

– fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər doqquz yüz manatdan on min manatadək miqdarda, hüquqi şəxslər qırx min manatdan əlli min manatadək miqdarda cərimə edilir.

Məsləhət görərdik ki, məhkəmə qərarına apellyasiya qaydasında şikayət verəsiniz. Sübutların nə qədər əsaslı olduğunu yoxlayasınız (ağac kəsmisinizsə bu barədə akt yazılmışdır, ya yox; yeni əkilmiş ağac olmuşdur və ya artıq “ölü” ağac olmuşdur və s). Həmçinin budağın kəsilməsi ümumiyyətlə ağacın məhv olunmasına gətirib çıxartmayıbsa, bu cür hərəkətin ağacın cavanlanmasına yönəldilmiş hərəkət kimi əsaslandıra bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

31 Ramin (17-05-2010) Menim rayonda shosse yoldan 10-15 m mesafede magazam var. Bu yaxinda bashqa vetendash duz yolun kenarinda seki yolunda menim magazamin qarshisinda magaza tikib. Menim magazam hem yoldan gorunmur hem de magazaya gelmek ucun yol yoxdur. Men kime muraciet edim?

Təkcə sizin iqtisadi maraqlarınız baxımından bu məsələnin həlli mürəkkəbdir və məhkəmə qaydasında həll oluna bilər. Lakın İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsinə əsasən (Avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması), xususilə 164.0.8.maddəsinə uyğun olaraq (təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarətin aparılmasına) siz hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

32 Dinara (18-05-2010) Salam.Men xaricde yachayiram.Bakida muvafiq senedlerin alinmasi ucun etibarname numunesi sizden almaq mumkundurmu?Onceden techekkurumu bildirirem.

Sənədlərin nümunələri bölməsində kifayət qədər Etibarnamə nümunələri var.
Misal üçün:

  • ÜMUMİ ETİBARNAMƏ (xaricdə yaşayanlar üçün)
  • Etibarnamə (təşkilatın adından)

33 Aygün (18-05-2010). Salam. İşçinin əmək məzuniyyətinin bitdiyi gün istirahət gününə düşdükdə işçinin işə qayıtması haqqında əmrin verilməsi necə həyata keçirilir? Konkret olaraq mühafizəçilərlə bağlı, onların istirahət günü də işlədiklərini nəzərə alsaq bu məsələnin necə tənzimləndiyini bilmək istərdirm. Əvvəlcədən təşəkkürlər.

Adətən mühafizəçilərdə iş vaxtı növbəlidir. Bu o deməkdir ki, iş günü istirahət gününə düşüb-düşməməsinə asılı deyil və növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir (Əmək Məcəlləsinin 103.4-cü maddəsi).

Lakın əgər işçi məzuniyyətdən geri çağırıblarsa (həmin Məcəllənin 137-ci maddəsinə əsasən), bu təqdirdə mütləq işçinin razılığı olmalıdır. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır.

İstirahət günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

  • əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
  • əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
  • aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər(Əmək Məcəlləsinin 164-cü maddəsi).

Sualınıza görə təşəkkür edirik.

34 Elshad (20-05-10). Salam! Mən ailəmlə və anamla həyət evində yashayiram.Evimin arxasinda 15-20 metrliyində hündür mərtəbəli bina inşa edilərkən mənim evimin divarlari çatlar emele gelerek qəzalı vəziyyətə düşüb. Hündür mertebeli bina artıq istismara verildikden sonra Men öz heyetimdeki 1 mertebeli 2 otaqlı menzilimi tezeden söküb temir ve yaxud yeniden inşa ede bileremmi.Bunun ücün kimin raziliqini almaliyam ve hansi senedler elde etmeliyem ki,men öz menzilimin divarlarinda olan catlari aradan qaldira bilim. Evvelceden teşekkür edirem.

Yeni Mənzil Məcəlləyə əsasən (23-25-ci maddələri) yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparılır.

Bunun üçün yaşayış sahəsinin mülkiyyətçisi (və ya onun səlahiyyətli nümayəndəsi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir:

  • yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə;
  • yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri);
  • yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi;
  • yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu;
  • yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının rəyi.

Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir. Razılaşdırma və ya razılaşdırmadan imtina haqqında Qərar orqan göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir (yaşayış binası qəza vəziyyətində olduğu təqdirdə 10 gün ).

Qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir. Bu Qərar yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır.

Sualınıza görə təşəkkür edirik.

35 Şahin (20-05-2010). İcra vərəqini cavabdeh tərəf nə vaxta icra etməlidir?Konkret: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti vərəsəliyin təsdiq edilməsi ilə əlaqədar qətnamənin icra vərəqəni nə vaxta icra etməyə borcludur?

Məhkəmə qərarlarının icrası haqqında Qanunun 13-cü maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə (şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir – MPM-nin 233.1-ci maddəsi) mindikdən sonra 1 ay ərzində icraya yönəldilməlidir.

Notariat orqanlarının icra qeydləri on gün ərzində icraya yönəldilməlidir.

Sualınıza görə təşəkkür edirik.

36 Fidan (20-05-2010). Salam. Men ABS-na ishlemek meqsedi ile miqrasiya qaydalari ile maraqlaniram. Bunun uchun istelinen vekile, yoxsa bu sahede xususi tecrubesi olan vekile muraciet etmeliyem? Eqer beledirse, miqrasiya meseleleri ile meshqul olan vekillerle nece elaqe yaratmaq olar. Evvelceden oz teshekkurumu bildirirem.

Təəssüflə qeyd etmək istəyərdik ki, bu sahədə ixtisaslanmış vəkillər Azərbaycanda hələ də fəaliyyət göstərmir. Lakın vəkil olmayan şəxslər bu sahədə müxtəlif xidmətlər göstərirlər (misal üçün, http:]]]workandtravel.az). Effektiv yollarından biri ABŞ-nın Azərbaycanda səfirliyinə müraciət edib, onlardan ətraflı məlumat alasınız (http:]]]azeri.azerbaijan.usembassy.gov).

37 Adalat (21-05-2010) Biz 1996 cı ildə 1-cı Alatava ev40 ünvanın qeydiyyat yolu ilə satın almışıq və 1997-ci ildən həmin ünvanda 3 nəfər qeydiyyatdayıq.evin köhnə sahibləri hələdə bu ünvanda qeydiyyatdadılar.Onların qeydiyyatdan çıxarılması haqda məhkəməyə müraciət etddik iddia təmin olunmadı.qətnamə çıxardı ki.mütləq onlarda məhkəmədə iştirak etməlidi.Məhkəməyə MİS-in,Qonşuların imzası ilə akt təqdim etdikki evın kohnə sahibi 1996-cı ildən bu ünvanda yaşamır və bilmirik hardadı. xahiş edirəm mənə izahlı cavab verin.

İlk öncə siz Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinin 1-ci hissəsini əsas tutaraq müvafiq icra hakimiyyəti orqanlarına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) müraciət edib daşınmaz əmlakı sizə satan şəxsləri adı çəkilən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etməli idiniz. Çünki yaşayış yerini dəyişdikdə, başqa ölkəyə getdikdə və digər hallarda şəxs yuxarıda göstərilən orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

Daşınmaz əmlakın alqı-satqısı keçirilibsə, güman edilir ki, əmlakı satan şəxs əvəzinə başqa daşınmaz əmlak əldə edəcək (Azərbaycanda və ya onun kənarında), buna görə də yaşayış üzrə başqa yerdə qeydiyyata alınmalıdır (xaricə gedibsə DİN-nə öz şəxsiyyət vəsiqəsini təqdim edir). Əmlakın alqı-satqı müqaviləsinə nəzər salsanız (notariat qaydada təsdiq edilmiş müqavilə), görərsiniz ki, satıcı 1 ay ərzində mənzildən (yaşayış yerindən) qeydiyyatdan çıxması barədə öz üzərinə öhdəlik götürür (bunları dövlət orqanlarına sorğunuzda və ya ərizənizdə qeyd etməlisiniz).

Qeyd edilən orqanlarına müraciət etdikdən sonra onlar sizə müvafiq şəxsl(ər)in qeydiyyatdan çıxarılması barədə məlumat verəcəklər. Əgər bu barədə məlumat verilməsə artıq məhkəməyə müraciət edib şəxsl(ər)in qeydiyyatdan çıxarılmasını tələb edə bilərsiniz (bu təqdirdə sizdə kifayət qədər sübut olacaq, sizin məktublarınız, dövlət orqanların cavabları, xəbərnamələr və s.).

Cavabdehin olduğu yeri məlum olmadıqda Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsini əsas tutmalısınız: “Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır”.

Həmçinin cavabdehin yerini müəyyən etmək üçün Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Milli Avtomatlaşdırılmış Pasport Sistemi (MAPS) üzrə məlumat şöbəsinə müraciət edə bilərsiniz.

Hal-hazırda siz apellyasiya şikayəti (Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər – MPM maddə 360) verməklə yanaşı, yuxarıda qeyd edilən hərəkətlərin etməsi məqsədəuyğundur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM maddə 372.1.).

Sualınıza görə təşəkkür edirik.

38 Kifayət (21-05-2010). Bilmək istəyirəm Qaimə-Fakturanın kötüyü kimdə olmalıdır? Malı təqdim edəndə ya alıcıda? Əvvəlcədən təşəkkür edirəm.

“Qaimə-faktura”nın (forma № kf-1) forma və rekvizitləri və onlardan istifadə qaydalarının 6-cı bəndinə əsasən hər sifariş üçün ayrıca tərtib edilməklə “Qaimə -faktura” hissəsi mal alan müştəridə, “Qaimə -fakturanın surəti” hissəsi mal satan müəssisədə, “Qaimə -fakturanın” kötüyü hissəsi isə müvafiq qaydada hesabat vermək üçün malı müştərilərə çatdıran sürücüdə (təhtəlhesab şəxsdə) qalır.

Sualınıza görə təşəkkür edirik.

39 Elchin (22-05-2010) 2007 ci iləd “Daşınmaz Əmlakın Dövlət Reyestri” idarəsindən aldığım “ÇIXARILIŞ”-da göstərilən mənzilən yaşayəş sahaəsi Texniki Pasportda göstərilən yaşayış sahəsindən 16 kv.m azdır. Xatırladım ki, əlimizdəki texniki pasport köhnə sakinin adınadır. Bu yaxınlarda mənzilin Texniki Pasportunun mənim adıma keçirilməsi və Cixarılışda buraxilan səhvin düzəldilməsi üçün yuxarida göstərilmiş idarəyə ərizə ilə müracıyət etdim. Lakin ərizəm ləğv edildi. Səbəb isə belə izah edildi: Cıxarılışdaki rəqəm arxivdəki sənədlər əsasən yazılıb və düzdür. Xahiş edirəm mənə məsləhət verəsiniz. – Texniki Pasportu öz adıma keçirtmək üçün hansı addımlar atılmalı və hansı sənədlər təqdim olunmalıdır?- Çixarılışdakı rəqəmlər sonuncu (tarixə görə)Texniki Pasporta istinad etməlidir və ya hər hansı bir digər sənəd və ya göhnə Texniki pasporta istinad etməlidir?- ümumiyyətlə əgər mənzilin daxili otaqlarında dəyişikliklər aparılıbsa bu dəyişiklikləri Tex. Pass.-da necə əks etdirmək olar(ümumi yaşayış sahəsi dəyişməyib)Ətraflı cavabınıza ehtiyacım var.

Ərizənin ləğv edilməsi haqqında qərarlnın sürətini əldə edib məhkəməyə müraciət etməlisiniz və qeyd etdiyiniz 16 kv.m səhv olmaslnl sübut etməlisiniz. Əgər problem texniki səhv ucbatəndan yaranıbsa, məhkəmə bunu tez bir zamanda həll edəcək.

Sualınıza görə təşəkkür edirik.

40 Guler (25-05-2010). Baq sahesi dunyasini deyismis anamin adinadir. onun adina verilmis muqavile ile baq sahesini oz adima nece ozellesdire bilerem. onu da qeyd edim ki anam 2002 ci ilde dunyasini deyisib.

Vərəsəliklə bağlı məsləhətxananın 12-ci sualında cavab verilmişdir.

Prezidentin 2186 №-li Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və onun səlahiyyətləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (bağlar təsərrüfatı işlər üzrə idarə) verilmişdir. Həmin Sərəncama əsasən 22 may 2007-ci il tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin Torpaq islahatı haqqında Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməlidir.

Bağ sahəsinin plan-sxemini əldə etməsi üçün:

2. Bağ sahəsinin istifadəsi haqqında Kirayə müqaviləsi (və ya order);

3. Bağ sahəsi istifadəçinin şəxsiyyət vəsiqəsinin surəti;

4. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

Bağ sahəsinin ilkin qeydiyyatı üçün tələb olunan sənədlər:

2. Bağ sahəsinin istifadəsi haqqında Kirayə müqaviləsi (və ya order);

3. Torpaq sahəsinin ölçüləri və planı;

4. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

Qanuni istifadə olunan evlərin altında yerləşən torpaq sahələrinin (o cümlədən, bağ sahələri) qeydiyyatı:

2. Dövlət reyestrindən çıxarış və ya qeydiyyatı təsdiq edən sənəd, texniki pasport;

3. Torpaq sahəsinin ölçüləri və planı;

4. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

Rüsumlar barədə burda məlumat ala bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

55 Leyla (05-06-2010). Salam.menim 20 yaşım var.5 yaşimdan anamla yaşiyiram. bilmek istiyerdim atamin maaşinin ,emlakinin her hansi bir hissesine haqqim çatir?indiye qeder atamdan aliment tutulmuyub. atamla anam resmi nigahda olmuyub,lakin ataliq qeyyumu mueyyen olunub.evvelceden teshekkur edirem.

Siz artıq yetkinlik yaşına çatmısınız və atanızın maaşına iddia edə bilmərziniz (aliment qayqasında). Lakın Mülki Məcəllənin 1159.1.2 və 1193 maddələrinə istinad edərək onun əmlakına vərəsəlik hüququnuz var (məcburi pay). Əgər atanız lap öz vəsiyyətnaməsində sizin adınızı çəkməsə sizə düşən payının yarısını ala bilərsiniz (əgər atalığı tanınıbsa, və ya övladlığa götürməyin təsdiqi varsa). Belə ki, əgər atanızın 3 uşağı varsa + siz. və vəsiyyətnamə yoxdursa onda mülkiyyət 4 bərəbər hissəyə bölünəcək (misal üçün 10000-dən hərəyə 2500 manat), amma əgər vəsiyyətnamə varsa, onda bu payın yarısı (misalın davamı kimi, 1250 manat).

Sualınıza görə təşəkkür edirik.

41 Şəfəq (26-05-2010). Salam man faizlə pul vermişəm Ancaq geri ala bilmirəm.pulumu tələb etdikdə məni təhqir edir və hədə, qorxu gəlir mənə pul verməmisən.Sahidim yoxdu amma kanputerdən yazılmış bir necə yazılmış aldıqı pula qol cəkif ancaq imtina edir öz qolunan Xahiş edirəm bu haqqda öz hüququmu bilmək həmcinin kimə müraciət edə blərəm bir köməklik göstərməyinizi xahiş edirəm.

Faizlə pul vəsaitin verilməsi (yəni kreditin verilməsi), sahibkarlıq fəaliyyəti hesab olunur və müvafiq icazəniz olmasa siz hətta məsuliyyətə cəlb oluna bilərsiniz. Amma hesab edək ki, siz fikirinizi düzgün çatdıra bilmədiniz və demək istəyirdiniz ki, borc vermisiniz və qaytara bilmirsiniz. Kompüter vasitəsilə dedikdə siz nə nəzərdə tutursunuz? Əgər bu video yazılardır sa, onda həmin yazılar Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən sübut kimi qəbul oluna bilər. Amma onu da nəzərə almalısınız ki, Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

Sualınıza görə təşəkkür edirik.

42 Kifayət (28-05-2010) Salam! Mən Gürcüstan vətəndaşıyam. Gürcüstana getmədən Gürcüstanın Azərbaycandakı səfirliyi vasitəsi ilə vəsiqə təqdim etməklə ilk dəfə Gürcüstan pasportu almaq mümkündürmü?

Bu cür münasibətlər Gürcüstan qanunvericiliyi ilə tənzimlənir, və Azərbaycanın yerli qanunvericiliyinə aidiyyəıti yoxdur. Buna görə də sizə köməklk edə bilməyəcəyik. Məsləhət görərdik ki, Gürcüstanın Azərbaycandakı səfirliyinə müraciət edəsiniz (ünvan: Asəf Zeynallı 24, İçəri Şəhər 4974557585960).

43 Kifayət (28-05-2010). Salam! Xahiş edirəm mümkünsə mənə Maliyyə Nazirliyinin 22 dekabr 2005-ci il tarixli İ-163 saylı qərarını göndərəsiniz. Əvvəlcədən təşəkkür edirəm.

Bu normativ aktın axtarılması müəyyən vaxt aparmışdır. Həmin aktın həcmi böyük olduğundan iki hissəyə bölünmüşdür.

Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun tərtib olunmuş ciddi hesabat blanklarının Siyahısı (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2005-ci il 22 dekabr tarixli, i-163 №-li əmri ilə təsdiq edilmişdir):

44 Namiq (29-05-2010) Salam. Xahiş edirəm mənə aşağıdakı yazılan məsələ ilə bağlı məlumat verəsiniz. Əgər atam öz adına olan evi mənə vəsiyyət etsə, atam rəhmətə gedəndən sonra evi mənim adıma keçirmək üçün mənə hansı proseduralardan keçmək lazımdır və nə qədər rüsum ödəməliyəm. Mənim babam 30 il bundan əvvəl rəhmətə gedib, amma ev onun adına qalıb.Evi heç kimə vəsiyyət etməyib. Babamın 5 övladı var idi. Hal-hazırda onların biri rəhmətə gedib. Əgər indi ev övladlar arasında bölüşdürülərsə, həmin babamın rəhmətə getmiş övladlarının uşaqlarına pay düşürmü?

Məsləhətxananın 12-ci sualında buna artıq cavab verilib.

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün rüsum:

  • qanunla müəyyən edilən bütün növbəli vərəsələrə – 3 manat;
  • vərəsə digər fiziki və ya hüquqi şəxsdirsə – 11 manat;
  • vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması – 20 manat;
  • vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması – 3 manat.

Mülki Məcəlləyə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) arasında bərabər pay hüququ əsasında bölünür. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

Bu o dəməkdir ki, həmin ev (miras) 5 bərabər hissəyə bölünməlidir (əmlakın satılıb vərəsələr arasında pul şəklində bölünməsi də mümkündür). Mirasın 4 hissəsi rəhmətə gedən övladlara paylanmalı, qalan beşinci hissə rəhmətə gedən övladın uşaqlarına çatmalıdır (yəni nəvələrinə). Amma bu nəvələr yalnız onların valideyinin payına düşən hissəyə iddia edə bilərlər (əgər digər vərəsələr öz vərəsəlik hüququndan imtina etməsələr).

Sualınıza görə təşəkkürlər.

46 Asif (31-05-2010) salam. men ferdi yasayis evi tikintisi ucun torpaq sahesi almisam. senedlesdirme ile bagli (hansi senedlerin hazirlanmasi lazimdir ve hansi senedlerin olmasi vacibdir) huquqi meslehete ehtiyacim var. Xahis edirem bu sahede mene huquqi yardim edesiz. Onceden tesekkur edirem.

Sual ümumi xarakter daşıyır. Bu cür suallara dəfələrlə cavablar verilmişdir. Məsləhətxananın 1, 5 və 23-cü suallarına baxa bilərsiniz.

47 Orxan (01-06-2010) Mövzu: Yasayis yerini deyismeyimle elaqedar sexsiyyet vesiqesini deyishmeliyem. Bununla elaqedar DIN-nin Pasport, Qeydiyyat ve Miqrasiya idaresine elektron muraciet etmisem. Muracietin metni beledir:Vaxti bitmis sexsiyyet vsiqesi ile qeydiyyata dushmek istediyim erazi üzre polis orqaninin qeydiyyat ve shexsiyyet vesiqesi xidmetine muraciet ede bileremmi?CAVAB: E-poçt: orxanre@mail.ru Sizin Azerbaycan Respublikasinin Daxili ishler Nazirliyine daxil olmush elektron müracietinize baxilmshdir. Bildiririk ki, yashayis yerinizi deyismeyinizle elaqedar hal-hazirda etibarliliq müddeti bitmish shexsiyyet vesiqesi ile qeydiyyata alinmaq istediyiniz erazi üzre polis orqaninin qeydiyyat ve shexsiyyet vesiqesi xidmetine müraciet etmelisiniz. DIN-in Bash Pasport, Qeydiyyat ve Miqrasiya idaresinin reis müavini Nüsret SHirinov—————–SUAL: Salam, Nusret muellim, ilk once 18374161-Q-287a sayli muracietimi cavablandirdiginiz ucun teshekkur edirem.Ancaq men Sizin qeyd etdiyiniz kimi etibarliliq muddeti bitmish shexsiyyet vesiqesi ile qeydiyyata alinmaq isediyim erazi uzre polis orqanininin qeydiyyat ve shexsiyyet vesiqesi xidmetine tekraren muraciet etdim (18374161-Q-287a sayli sorguya cavabi esas getirerek). Lakin bunun esassiz oldugunu bildirdiler. Xahish edirem bu qanunu tesdiq edecek menbeni bildiresiniz. Hormetli DEJURE bu muracietime teessuf ki cavab verilmeyib. Siz bu qanunu tesdiq edecek menbeni bildire bilersinizmi. Diger halda qeydiyyata duwe bilmirem. Ilk onceden minnetdarligimi bildirirem!

Ətraflı məlumatınıza görə əvvəlcədən təşəkkür edirik.

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 3-cü və 12-ci bəndlərinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi vətəndaşın yaşadığı yerin müvafiq dövlət orqanı (Daxili İşlər Nazirliyinin xüsusi orqanları (pasport-qeydiyyat qurumları) başa düşülür) tərəfindən verilir və qeydiyyata alınır.

Həmin Əsasnamənin 12-ci bəndinə uyğun olaraq vətəndaş 25, 35, 50 yaşına çatdıqda və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün—şəxsiyyət vəsiqəsi; vətəndaşın soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə—vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər, vətəndaşın yaşayış yeri dəyişdikdə — ev, mənzil barədə müvafiq sənədlər, hərbi vəzifəsi dəyişdikdə—hərbi bilet və ya təhkim şəhadətnaməsi bu Əsasnamənin 3-cü və 7-ci bəndlərində göstərilən sənədlərlə birlikdə təqdim edilməlidir.

Yəni yaşadığınız yer üzrə müvafiq orqana müraciət etməklə, ərizə-anketi doldurub, mənzil barədə sənədləri, köhnə şəxsiyyət vəsiqəni, dövlət rüsumunun ödənilməsi haqqında qəbzi təqdim etməklə şəxsiyyət vəsiqənizi dəyişdirə bilərsiniz. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində şəxsiyyət vəsiqəsi verməlidir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsi).

Dövlət rüsumu haqqında Qanunun 14.5 bəndinə əsasən:

Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə.

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər.

Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir.

Həmçinin, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (4-cü maddəyə əsasən yalnız, sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər). Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsidir.

Qeydiyyat orqanları isə qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 8-ci maddəsinə əsasən qanunun tələblərinə zidd olaraq şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsində, onun verilməsi üçün vətəndaşdan nəzərdə tutulmayan sənədlər tələb edilməsində və ya şəxsiyyət vəsiqəsinin verilməsində (dəyişdirilməsində) süründürməçilik edilməsində, habelə şəxsiyyət vəsiqəsinin itirilməsində, qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Onu da nəzərə almaq lazımdır ki, qanunun məntiqindən irəli gələrək etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi özü özlüyündə etibarsızdır və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində (bir ay) ŞV-nin dəyişdirilməsi üçün qeyd edilən sənədləri təqdim etməsəniz, İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsinə (Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşama) əsasən məsuliyyətə cəlb oluna biərsiniz – xəbərdarlıq, 3 və ya 5 manat.

Sualınıza görə təşəkkür edirik.

48 Rufat (01-06-2010). Salam. İlk once gosterdiyiniz yuksek seviyyeli xidmete gore tesekkurumu bildirmek isterdim. Bilmek isterdim verilen suallari kim terefinden cavablandirilir?

Qiymətləndirməyinizə görə təşəkkür edirik. Suallar hüquqşünas Qaçayev Ramil tərəfindən cavablandırılır.

49 Rovsen (01-06-2010). Salam! Menim babam 2006-ci il vefat edib. Menim anam babamin oz ovladi deyil, qardasi qizidi,amma, resmi senedle usaq iken ovladliga goturulub. 2009-cu ilde yaxin qohumlarimiz nenemin adindan vereselik taninsin deye mehkemeye mureciet etmisler ve mehkeme yegane varis kimi nenemi taniyib. Nenem de vesiyyetname ile miras qalan evi hemin o qohumun adina notariat qaydasinda tesdiq etdirib. Bu proseslerin hec birinden bizim xeberimiz olmayib. Nenem bu il fevral ayinda vefat edib. Bize notariusda yalniz mecburi pay ala bileceyimizi soylediler. Men bilmek isteyirdim:1. Babamin ilk novbeli veresesi kimi yalniz nenem mi sayilir?2. Anama yalniz mecburi pay dusur?3. Eger mecburi pay dusse, emlak bolgusunde neye gore yalniz 25 % anama pay kimi duse biler?4. qalan emlakin qiymetlendirilmesi hansi yolla aparilir?5. Anamain raziligi olmadan vesiyyet edilen sexs hemin evde yasaya biler?Eger tam dolgun cavab verseniz Size minnetdar olaram!Evvelceden tesekkurler.

İlk növbədə qeyd edilməlidir ki, hər bir sual ayrı məsləhət mövzusudur və qeyri-aydın məqamlar kifayət qədərdir (yaxın qohumlar kimdir? övladlardır ya yox? ümumiyyətlə nə qədər vərəsə var, evdə qeydiyyatda olan adamlar və s.).

Lakın buna baxmayaraq hər suala qısa olaraq çalışarıq cavab verək:

1. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Yəni birinci növbəli və bərabər pay hüquqlu vərəsələr hesab edilirlər (Mülki Məcəllə maddə 1159.1.2). Bundan başqa, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir (Mülki Məcəllə maddə 1162). Bu o deməkdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayıldığı üçün (Ailə Məcəlləsi maddə 32.1), mülkiyyətin ən azı yarısı nənənizə keçir. Qalan hissəsi isə vərəsələr arasında bərabər bölünür (nəzərə almaq lazımdır ki, ər-arvad birinci növbəli vərəsələr hesab edilir). Misal üçün, mülkiyyətin dəyəri 10000 manatdırsa onun 5000 manatı keçir nənəyə. Qalan 5000 manat (misal üçün uşaqların sayı 4), 5 hissəyə bölünür 1000+1000+1000+1000 (uşaqlar arasında)+1000 (nənəyə).

2. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir (Mülki Məcəllə maddə 1193). Əgər vəsiyyətnamədə ananızın adı çəkilmirsə ona yalnız məcburi pay düşür. Amma vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar (Mülki Məcəllə maddə 1177). Yuxarıdakı misala istinad edərək: əgər ananızın mirasda payı 1000 manat olmuşdursa, vəsiyyətnamə olduğu təqdirdə və vəsiyyətnamədə onun payı qeyd edilməmişdirsə onun 500 manat tələb etmək hüququ var.

3. 25% düşüb-düşməməsi vərəsələrin sayından, vəsiyyətnamənin məzmunundan və s. amillərdən asılı ola bilər.

4. Qiymətləndirmə tərəflərin razılığı ilə həm müstəqil qiymətləndiriciləri tərəfindən, həm məhkəmə tərəfindən müəyyən edilən müvafiq ekspertiza tərəfindən həyata keçirə bilər.

5. Daşınmaz əmlaka mülkiyyət hüququ olub-olmamasından asılıdır.

Hər bir halda əgər hesab edirsiniz ki, sizin hüquqlarınız pozulub müvafiq sübutları toplayıb (əsas olmalıdır, misal üçün ləyaqətsiz vərəsə, və yaxud miras nənənizə keçəndə sizin payınız nəzərə alınmamışdır və s.) məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

50 Mehriban (01-06-2010) salam. menim emim oglunun 17 yawi var. valideynleri onun adini deyismek isteyirler.uwagin oz raziligi da var.amma bunu hec cur ede bilmirler.bunun ucun hara muraciet olunmalidir?onlar mehkeme orqanina muraciet etseler de, mehkeme onlari rayon icra hakimiyyet orqanina gonderib.

Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yalnız valideyn(lər)in soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişilir.

Vətəndaşların adının, ata adının və soyadının dəyişdirilməsi haqqında ərizələr ilk öncə yaşadığınız yer üzrə Vətəndaş Vəziyyətinin Aktları Qeydiyyatı İdarəsinə (VVAQ) verilir. Sonradan əgər adının, ata adının və soyadının dəyişilməsi mümkün olmasa məhkəməyə şikayət verilə bilər.

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün rüsum – 3 manat (Dövlət rüsumu haqqında Qanun maddə 12.3).

Sualınıza görə təşəkkür edirik.

51 Asəf (03-06-2010). Salam, sualımı cavablandıracağınız üçün təşəkkerlər. Mənim fərdi bağ sahəsi varımdır. İcra hakimiyyətindən verilmiş DX və TK fərdi bağ sahəsinin planından başqa sənəd yoxumdur. 6 sotdur.İçində də 2 mərtəbəli ev var.Sənədsiz.Həm evi həm də torpağı tam sənədləşdirməyə 2-sinədə reyestr çıxarışı lazımdır yoxsa nəyi necə etməliyəm. Və tarifləri.

Bu cür suala məsləhətxanada artıq cavab verilmişdir (40-cı sual Guler 25-05-2010, 5-ci suala da baxa bilərsiniz Elşən (2010-04-20).). Torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün ayrı çıxarış verilir. Sonradan əgər həmin torpağın üzərində bina (tikinti) olarsa (sizdə artıq var) onun üçün ayrı çıxarış alırsınız. Çünki torpaq sahəsi ayrı daşınmaz əmlakdır fərdi yaşayış və bağ evi isə ayrı.

Nəticədə 2-mərtəbəli Çıxarışda aşağıdakı kimi əks olunacaq: “Verilir Flankəsov Flankəs Flankəs oğluna ondan ötrü ki, ___şəhər, ___rayon, ___küçədə mülkiyyətində olan __ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, __otaqlı, ___kv.m yaşayış, ___kv.m köməkçi sahədən ibarət yaşayış evi tam mülkiyyət hüququ üzrə _____ Asəf ________ oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində __ nömrəli kitabının ___nömrəli vərəqində alınmışdır.”

Dövlət rüsumları aşağıda:

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Qərar;

Dövlət rüsumu haqqında Qanunun 26-cı maddəsi.

Sualınıza görə təşəkkür edirik.

52 Rufat (03-06-2010) Salam. Huquqi sexse icare muqavilesi esasinda oz fealiyyetinde istifade etdiyi binaya qaz istifadesi ucun Texniki sertin ve layihe smeta hazirlanmasi ucun ne qeder rusum odemek lazimdir?Evvelceden minnetdarligimi bildirirem.

Nazirlər Kabinetinin 10 iyun 2009-cu il tarixli 90 №-li28 sentyabr 2005-ci il tarixli 178 №-li qərarlarına uyğun olaraq obyektin qiymətinin hesablanması, elmi-tədqiqat və layihə işləri, layihə-axtarış işləri, layihə-smeta sənədlərinin ekspertizası kimi xidmətlərin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənmir. Hal-hazırda adı çəkilən xidmətlər bazar qiymətlərinə uyğun olaraq tənzimlənir.

Sualınıza görə təşəkkür edirik.

53 Seyran (03-06-2010). 08.11.2009 tarixində atam vəfat etti. Anamın adına bütün mülkün, bank depozitlərin və s. geçirilməsinə dair “Генеральная доверенность” şəklində bir Ərizə hazirlamam lazımdır. Bu Ərizənin numunəsi və ya yazlı surəti haqqinda kömək etmənizi istəyirəm. Hörmətlərlə Seyran Gafarov.

İlk öncə Allah atanıza rəhmət etsin.

Etibarnamələrin nümunələri bu bölmədədir (Əmr, etibarnamə, aktlar və s.).

Sualınıza görə təşəkkür edirik.

54 Rufat (04-06-2010). Salam. Bir sexs bir aileni defelerle telefon vasitesile, qonsuluqda yasadigindan evine gelerek narahat edir. Demek olarki rahat buraxmir. Ozune defelerle zeng etmemeyi ve gelmemeyi bildirilib lakin mehel qoymadan bu narahatciliga davam edir. Er ile arvad arasini vurmaq ucun muxtelif bohtanli sozler danisir. Bu sexse qarsi qanunla hansi tedbirler gormek olar? Evvelceden minnetdarligimi bildirirem.

İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsini (Xırda xuliqanlıq) əsas tutaraq daxiliyətşlər orqanlarına (Polis) müraciət edə bilərsiniz. Amma çalışın polisə ətraflı məlumat verin, çünki təqdim etdiyiniz məlumatlarda hansı bir məsuliyyətə cəlb etmək üçün əsas olmaya da bilər. Onu da bildirim ki, əgər səlahiyyətli strukturlar tərəfindən qeyd etdiyiniz şəxsin əməllərində cinayət tərkibi müəyyən edilsə onu cinayət məsuliyyətinə də cəlb edə bilərlər (misal üçün Cinayət Məcəlləsinin 147-ci maddəsi – Böhtan).

Sualınıza görə təşəkkür edirik.

58 Sahmar (07-06-2010). Menim dayimla birge mulkiyyetimiz var. evin 75% dayimin 25% menimdir. dayim menden icazesiz o evde yasaya bilermi? ve ya menzilin bolunmesi nece ola biler? dayim satmaga razi deyil. evde 2 otaqdi

Mülki Məcəllənin 213-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (maddə 215.1).

Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir (maddə 222.2).

Buna görə də razılıq olmalıdır.

Əmlakın bölünməsi isə məhkəmə qaydasında həll oluna bilər (əgər razılıq əldə olunmadısa).

Sualınıza görə təşəkkür edirik.

57 Xanim (06-06-2010). Salam. Ozelleshdirilmish ev sahibiyem. Sehhetimle elaqedar evimi ovladlarim arasinda bolmek istiyirem(vesiyyetname). lakin ev hal hazirda bankda girovdadir. Bu halda bu mumkundurmu? onceden teshekkur edirem.

Bəli mümkündür. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

Eyni zamanda, həmin Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.

Sualınıza görə təşəkkür edirik.

59 Rufat (07-06-2010). Salam. Yasamal rayon mehkeme icracilari 1sayli iqtisad mehkemesinin Qerarini, cavabdeh olan huquqi sexsin unvanini deyisdiyi ucun Qerari icra ede bilmedikleri barede qerar cixarmislar. Sifahi muraciet etdikde ise Vergiler Nazirliyde hemin huquqi sexsi unvani arasdilmis lakin tapilmadigi bildirilmis ve bizim ozumuzun onlarin unvanini tapib onlara bildirmeyimizi soyleyibler. Bu qerarin icrasi ile bagli terefimizden hansi qanuni isler gorulmelidirki qerar icra olunsun.Evvelceden minnetdarligimi bildirirem.

İlk növbədə Məhkəmə qərarlarının icrası haqqında Qanunun 27.5-ci maddəsinə əsasən borclu hüquqi şəxsin habelə borclu hüquqi və fiziki şəxslərin əmlakının axtarılması məhkəmə icraçıları tərəfindən həyata keçirilir.

Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, məhkəmə icraçısı belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində məhkəmə icraçısına təqdim etməlidirlər (həmin Qanun maddə 45.4). Həmçinin mülkiyyət hüququ əsasında borclu hüquqi şəxsə məxsus olan əmlakın başqa yerdə və başqa şəxsdə olması tələbin həmin əmlaka yönəldilməsinə mane olmur (həmin Qanun maddə 57.2).

Borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutu lan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır (bu haqda müvafiq akt tərtib edilir).

Əgər məhkəmə icraçıları öz vəzifələrini icra etmir və ya icra etməkdən boyun qaçırır, yuxarıda göstərilən müddəaları əsas tutub Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları baş idarəsinə (surəti Ədliyyə nazirinə) və məhkəməyə müraciət edə bilərsiniz.

Şifahi müraciət isə effektiv deyil. Çalışın hər zaman yazılı surətdə müraciət edin, onda sizdə əsas olur. Çünki dövlət orqanları sizin müraciətinizə cavab verməyə borcludurlar (cavab verməsələr məsuliyyət daşıyırlar), həmin cavablar isə başqa instansiyalara müraciət edərkən sübut kimi işdə sizə kömək edə bilər.

Sualınıza görə təşəkkür edirik.

60 Rufat (08-06-2010) Salam. Yeni tikili olmayan, seher merkezinde yerlesen xususi mulk olaraq, qeyri yasayis sahesi kimi 1998-ci il tarixli qeydiyyat sehadetnamesi olan, hal-hazirda icare muqavilesine esasen dukan kimi fealiyyet gosteren,umumi sahesi 18kv metr olan obyekte Bakielektrik sebekeden numayende gelerek isiq xetti ucun Texniki sertin alinmasini teleb edir ve bunun ucun 500 manat pul teleb edir. Dukan 1998-ci ilden fealiyyet gostermis ve bu gune kimi isiq pullarini odemisdir. Bu ne qeder qanuna uygundur?

“Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin “Dövlət Enerjinəzarət” İdarəsinin istismara buraxılış aktına əsasən həyata keçirilir (Qaydaların 1.6-cı bəndi).

Texniki şərtlərin yerinə yetirilməsi sifarişçi və layihə təşkilatları üçün məcburidir (Qaydaların 2.3-cü bəndi).

Texniki şərtlərin qüvvədəqalma müddəti sənaye tikintisi üçün sahə ayrıldıqda və ya yaşayış obyektləri tikintisini, habelə əlavə sahə tutmadan müəssisə və qurğuların yenidən qurulmasını layihələndirmək haqqında tapşırıq hazırlandıqda müəyyən edilir və bu müddət texniki şərtlərdə göstərilir. Göstərilən müddət mövcud normalara əsasən müəssisisə, bina, qurğu, onun növbələri və ya ayrı-ayrı istehsalat tikintilərinin layihələndirilməsi və tikilib başa çatdırılması üçün müəyyən olunmuş müddətdən az olmamalıdır. Bir qayda olaraq, texniki şərtlərin qüvvədəqalma müddəti iki il müəyyən edilir. Texniki şərtlərin qüvvədəqalma müddəti keçdikdə, sifarişçi və ya layihə təşkilatı həmin şərtləri verən təşkilatla onun müddətinin uzadılması məsələsini həll etməlidir.

Göstərilən qiymət (500 manat) isə dövlət tərəfindən tənzimlənmir (yalnız bazar qiymətlərinə uyğun olaraq) və öz tərəfimizdən hesab edirik ki, bu qiymət həddən artıq şişirdilmişdir. Lakın sizə bu qiyməti təklif edən “Bakıelektrikşəbəkə” nümayəndəsindən tələb edə bilərsiniz ki, bu qiyməti tənzimləyən daxili əmrin surətini təqdim etsin (bu cür təşkilatlar qiymətləri və tarifləri daxili əmrlərlə tənzimləyirlər) onlar sizə bu cür məlumatı verməyə borcludur. Bu tələbi yerinə yetirməsələr məhkəmə qaydasında tələb edə bilərsiniz. İnhisarçılıq və ya buna oxşar digər hüquqpozuntularını müəyyən etsəniz İntiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

61 Aynur (08-06-2010). Salam sayta görə təşəkkürlər çox köməyi dəyir. Mənim sualım belədir:- Qeydiyyata düşməyə yeri (mənzil və ya gohum evi) olmayan vətəndaş Şəxsiyyət vəsiqəsini alma və ya dəyişməsi üçün nə etməli, hansı prosedurlardan keçməlidir? Harada qeydiyyata düşə bilər? Hal hazırda yasamalda kirayə qalır. Əvvəllər Sumqayit qeydiyyatında olub, lakin oradakı mənzilləri (ata evi) satıldıqdan üç ay sonra həmin qeydiyyatdan məhkəmə yolu ilə çıxarılıblar.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Yasamal royonunda yaşayırsa, həmin royonun pasport-qeydiyyat orqanlarına müraciət etməli və adı çəkilən sənədləri təqdim etməlidir.

Həmçinin məsləhətxananın 47-ci sualına da baxa bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

62 İlkan (08-06-2010) Vərəsəlik yolu ilə qəbul edilmiş əmlakin DƏDRX qiymətləri nə qədərdir.

Dövlət rüsumu haqqında Qanunun 26.2-ci maddəsinə əsasən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün rüsum – 20 manat təşkil edir.

Bundan başqa vərəsəlik ilə bağlı olan maddələrlə tanış olmaq məqsədəuyğundur: 8.4.11, 10.7, 10.12.

Sualınıza görə təşəkkür edirik.

63 Rufat (09-06-2010). Salam. Azerbaycan Respublikasinin Inzibati Xetalar Mecellesinde nezerde tutulan inzibati tenbeh novlerini ardicilliginin tetbiq olunmasi ne qeder zeruridir? Meselen: inzibati xeberdarliq etmeden inzibati cerimenin yuksek heddi tetbiq oluna bilermi?

İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən törədilmiş inzibati xəta az əhəmiyyətli olduqda inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq edilməsi nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya həmin şəxsi inzibati məsuliyyətdən azad edə bilər.

Gördüyünüz kimi, inzibati tənbehin tətbiqi inzibati xətanın əhəmiyyətindən (ağır və ya yüngül) asılıdır və hansı bir ardıcılığından asılı deyil.

İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar bunlardır (bu Məcəllənin 33-cü maddəsi):

  • inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı;
  • törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi;
  • inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi;
  • inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar da nəzərdə tutula bilər. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qanunvericiliklə nəzərdə tutulmayan halları da məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər.

Sualınıza görə təşəkkür edirik.

64 Dinara (08-06-2010). Hal-hazirda xaricde yashayiram.etibarname esasinda VVAQ shobesinden nigahda olmamaq haqqinda arayish ve polis idaresinden mehkumlugun olmamasi haqqinda arayish almaq ucun hansi senedler teleb edilir? ve bu arayishlardan hec olmasa birini qeydiyyatda olmadigim rayon erazisinden almaq mumkundurmu?onceden teshekkurumu bildirirem.

İlk öncə bildirməliyik ki, siz həmin arayışları konsulluq şöbəsindən də ala bilərsiniz.

Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təqdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası“nın 3.1 – 3.4-cü bəndlərinə əsasən ailə vəziyyəti haqqında arayış konsulluq idarəsi tərəfindən verilir. Qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır. Həmin Qaydalarının 1.8 və 1.14-cü bəndlərinə əsasən bu cür hərəkətlər notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında da aparıla bilər.

Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair Təlimatın 12-ci bəndinə əsasən ölkə ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları və əvvəllər yaşamış vətəndaşlığı olmayan şəxslər məhkumluğun olması (olmaması) barədə arayışı almaq üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət edirlər. Bu cür müraciətlər baxılması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilir və müvafiq yoxlamadan sonra bu sorğuya cavab verilir.

Həmin Təlimatın 4-cü bəndinə əsasən şəxsin şəxsi iştirakı mümkün olmadıqda, onun ərizəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada verilmiş etibarnamə ilə müvəkkil etdiyi şəxs təqdim edə bilər.

Ərizələrə şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır.

Konsulluğa müraciət etmək üçün Ərizənin formaları:

  • Ailə vəziyyəti haqqında arayış almaq üçün Ərizə
  • Məhkumluğun olması (olmaması) barədə arayışın verilməsi haqqında Ərizə

Sualınıza görə təşəkkür edirik.

65 İlkan (09-06-2010). Butun senedler tam hazir olduqdan sonra senedleri goturmek ucun 163 manat xidmet haqqi istenilir ve bunun Tarif şurasinin 4 sayli qerari ilə esaslandirirlar. Tarif şurasinin 4 sayli qerarinda heqiqetende bu berada yazilib?

Hansı xidmətlərin göstərilməsinə görə bu haqqın ödənilməsi tələbi barədə məlumatımız olmadığı üçün bu barədə dəqiq məlumatı özünüz aşağlda göstərilən Tarif Şurasının müxtəlif illər ərzində qəbul olunmuş bütün 4 saylı Qərarlarında tapa bilərsiniz (zənn edirik ki, daşınmaz əmlakla bağlıdır):

  1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə (2009-cu il 31 iyul tarixli 4 saylı)
  2. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin IV bölmə «Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tarifləri»nə dəyişikliklər edilməsi barədə Qərar (30 aprel 2008-ci il tarixli 04 saylı)
  3. «Azərsu» Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə Qərar (6 yanvar 2007-ci il tarixli 04 saylı)
  4. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin AzStateNet Dövlət İnternet və xüsusi rabitə xidmətlərinin tarifləri barədə (12 aprel 2006-cı il 04 saylı)

66 Ramin (10-06-2010). Zerdab rayonunda mene mexsus magazanin duz qarshisinda magaza tikilib.menim magazamin hem yolu kesilib hem de fealiyyet ucun yararsiz hala dushub.qarshidaki magazanin belediyye qerari yoxdur.men kime ve nece muraciet etmeliyem.

Artıq bu suala məsləhətxananın 31-ci sualında cavab verilmişdir. Əgər qeyd etdiyiniz orqan hansı bir qərar qəbul etməkdən çəkinir siz Zərdab rayon məhkəməsinə müraciət edə bilərsiniz (əgər bələdiyyənin imtina barədə cavabı olsa məhkəməyə müraciətiniz daha effektiv olacaq).

67 Suleyman (10-06-2010) Bələdiyyə tərəfindən 6 sot həyətyanı torpağa görə kadastır planı üçün dövlət rüsumu nə qədərdir?Əvvəlcədən təşəkkür edirəm!

Bu cür sual məsləhətxananın 18-ci (Azər 04-05-2010) sualında cavablandırılmışdır. Qeyd etmək istəyərdik ki, torpağın qiymətinə bir-çox amillər təsir edir, o cümlədən torpağın hansı rayonda yerləşməsindən, keyfiyyətindən və s.

Sualınıza görə təşəkkür edirik.

68 Elmira (10-06-2010). Əməyi qiymətləndirilən işçinin səhhətinin, psixoloji və ya mənəvi durumunun pis olduğu hallarda qiymətləndirmə aparılmasına yol verilir?Çox xahiş edirəm dolğun cavab verin.

Əgər qiymətləndirmə dedikdə attestasiyanı başa düşürsünüzsə Əmək Məcəllənin 66-cı maddəsini əsas tutmaq lazımdır

Belə ki, attestasiya olunmayan işçilər aşağıdakılardır:

  • vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuşişçilər;
  • Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;
  • bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;
  • hamilə qadınlar;
  • uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə(peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
  • yaşı 18-dən az olan işçilər;
  • bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər;
  • eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;
  • kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;
  • Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər.

Əgər işçinin səhhətində problemlər mövcud olmuşdursa müvafiq qaydada icazə alınması və müalicənin aparılması məqsədəuyğun olardı (tibbi arayış bunu təsdiq etməlidir).

Sualınıza görə təşəkkür edirik.

69 Gulbaniz (11-06-2010 ) Manzili satdiqdan sonra mahkama vasitasi ila manzildan qeydiyyatdan cixarilmişıq qeydiyyata düşmə yerimiz yoxdur.Biz hara qeydiyyata düşə bilərik.Haradan şəxsiyyət vəsiqəsi ala bilərik?

Oxşar suala məsləhətxananın 61-ci suala cavab verilmişdir.

70 Xedice (11-06-2010). Salam! atam 5 il evvel vefat edib. qalan vereseleri anam ve menem. bacim-qardasim yoxdur. kecen il emim oglu anamin raziligini alib mehkeme vasitesile atamdan qalan mulki anamin adina senedlesdiribler. sonra anam da notariat qaydasinda emim ogluna vesiyyetname verib ve bu il vefat edib. indi mene yalniz mecburi pay kimi mulkun yalniz 14 hissesinin duse bileceyini bildirirler. bunun ne derecede duzgun oldugunu izah etmenizi xahis edirem. menim ne mehkemeden ne de vesiyyetden xeberim olmayib. men ne etmeliyem?

İlk öncə valideynlərinizin rəhməti ilə əlaqədar sizə baş sağlığı veririk. Allah valideynlərinizə rəhmət etsin. Bu məsələ ilə daha ətraflı tanış olmaq istəyirsinizsə məsləhətxananın 12-ci və 49-cu suallarına baxa bilərsiniz. İş ondadır ki, Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

Və həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Təqdim olunan məlumata aşağıdakıları söyləyə bilərik. Əgər siz ailədə yeganə övlad olmuşdunuzsa onda sizə bütün miras keçməli idi (birinci növbəli vərəsələr olmadığı təqdirdə), amma vəsiyyətnamə olduğu üçün (əgər vəsiyyətnamə bir adamın adınadırsa) sizə bu mirasdan yarısı düşməlidir, yəni məcburi payınız mirasın 50% faizi təşkil edə bilər.

Sualınıza gör təşəkkür edirik.

71 Habil (11-06-2010). Salam. Bilmək istərdim ki, huquqi xidmətlə məşğul olan MMC-də direktor vəzifəsini həyata keçirmək hüquqi staj hesab olunurmu?Əvvəlcədən təşəkkürümü bildirirəm?

Bununla əlaqədar qüvvədə olan qanunvericilikdə hansı bir məhdudiyyət nəzərdə tutulmayıb. Həmçinin direktor inzibati (menecer) funksiyalarını yerinə yetirir və hüquqi təhsili olmaya da bilər.

Sualınıza görə təşəkkür edirik.

74 Habil (13-06-2010). Salam.Sualımızı belə tezliklə cavablandırdığınız üçün sizə təşəkkür edirik.Ciddi və işinizə sadiq bir müəssə olduğunuz hiss olunur. Sizin kimi müəssələrin olması bizi sevindirir.Allah artırsın. Lakin görünür biz sualımızı düzgün ifadə edə bilməmişik.Əslində mən hüquqşünasam əgər belə demək olarsa .Huquq sahaləri içərisində vəkillik daha çox qəlbimə yatır.Bunun üçün 3 illik hüquqi staj tələb olunur. Bilmək istərdim ki, hüquqi xidmət ilə məşğul olan MMC təsis edib direktor vəzifəsini icra etmək hiuqi iş stajı hesab olunurmu? Əvvəlcədən təşəkkür edirəm.

Bildiyiniz kimi, Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 8-ci maddəsinə əsasən ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər.

Nazirlər Kabinetinin 996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

Bunları nəzərə alaraq əgər əmək kitabçanızda göstərilsə ki, siz ixtisas (hüquq) üzrə 3 il stajınız var bu kifayət edir. Çünki ixtisas üzrə iş stajının müəyyən edilməsinin hansı bir ayrı qaydası qanunvericilikdə nəzərdə tutulmayıb. Lakın nəzərə almalısınız ki, əmək kitabçanızda qeydlər düzgün aparılmalıdır və hüquq sahəsində çalışmağınız qeyd edilməlidir (baş hüquqşünas, hüquq məsləhətçisi, hüquqşünas, hüquqçu).

Anlayışlar:

İxtisas üzrə iş stajı

Sualınıza görə təşəkkür edirik.

75 Aynur (13-06-2010) salam.men 2006ci ilde erimie onun oz erizesi esasinda bosanmisiq.Bir oglum var.mehkemede usaga gore aliment kesilmedi.Men 2008 ilde erize ile muraciet etdim, lakin sonra erimin meni qorxutduguna gore alimentden imtina etdim. Hal hazirda yeniden aliment ucun mehkemeye muraciet etmek isteyirem.lakin onun yasayis yerinden arayis ala bilmirem. Vekile muraciet etdim dedi mutleq muqavile baglamaq lazimdir. Muqavilenin dovlet rusumu 50 man-dir,menim buna imkanim yoxdur,erize ile mehkemeye muraciet edib xahis etdim ki cavabdehin yasayis yerinden arayisi onlar alsinlar.cavab gelmedi.Sizce men mutleq muqavile baglamaliyam? birde oglumun 6 yashi var, 2006-den bu vaxta kimi ozum baxiram. Mehkeme eger verse alimenti hansi muddetden mene vere biler? Chox tesekkurler..

Siz sualları bir-birinə qarışdınız.

Birincisi ərinizdən (keçmiş ərinizdən) niyə görə qorxursunuz? Əgər əsaslar varsa müvafiq hüquqmühafizə orqanlarına müraciət etməlisiniz. Həmçinin Hüquqşünas Qadınlar Assosiyasiyasına da müraciət edə bilərsiniz.

İkincisi Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.

Üçüncüsü vəkil ilə bağlanılan müqavilənin dövlət rüsumu ola bilməz, həmin müqavilənin qiyməti tərəflərin razılığı ilə müəyyən edilir.

Dördüncüsü həmin Məcəllənin 148.1-ci maddəsinə əsasən aliment alınması tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsilə cavabdehin axtarışını elan etməyə borcludur. Bu cür işlərə məhkəmə tərəfindən 1 (bir) ay müddətində baxılır və həll edilir (MPM-nin 172.2-ci maddəsi).

Beşincisi, Dövlət rüsumu haqqında Qanunun 9.1.1-ci bəndinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar (yəni siz) məhkəməyə verilən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azaddırlar.

Altıncısı, Ailə Məcəlləsinin 100-cü maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Lakın, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

Və yeddincisi, alimentin alınması üçün məhkəməyə özünüz müraciət edə bilərsiniz (vəkilə müraciət etmədən). Sadəcə aşağıda göstərilən ərizə formasını doldurub yaşadığınız yer üzrə rayon məhkəməsinə müraciət etməlisiniz.

Uşaqların saxlanması üçün alimentin tutulması barədə İddia Ərizəsi.

Sualınıza görə təşəkkür edirik.

78 Aynur (13-06-2010). Aliment barede sualimi cavablandirdiginiza gore cox sagolun .Allah razi olsun.Yalniz basa dusmadim cavbdehin emek haqqi ve ondan her hansi bir icra senedine esasen tutulmanin olub olmamasi barede is yerinden arayis dedikde ne basa dusulur? Men 2008-ci ilde onun is yerinden orta emek haqqinda arayis almisam.onu istifade etmek olarmi? Duzu men onun is yerine gedib arayis almaga bele utaniram.baxmayaraq ki qebahet isim yoxdur. Bu isi mehkemeye hevale etmek olarmi?

Bəli bu iş elə məhkəmə vasitəsilə həll olunmalıdır və utanmalı burda heç bir şey yoxdur. 2008-ci ildən ərinizin (keçmiş ərinizin) maaşı dəyişilə də bilərdi, ona görə də məhkəmə qaydasında həll olunması məsləhətdir.

79 Rasim (13-06-2010) SALAM. Cox xahiş edirəm mənim sualıma cavab verəsiniz.Mən yeni tikilidə (hündürmərtəbəli ev) ev almaq istəyirəm. Evi satan firma mənə evin “kupça”-sını verməlidirmi?Evin “kupça”-sını necə almalıyam, hara müraciət etməliyəm, hansı sənədlər lazımdır və ən əsası nə qədər dövlət rüsumları ödəməliyəm.

“Kupça” dediyiniz anlayış Azərbaycan qanunvericiliyində istifadə olunmur. Nəzərdə tutduğunuz sənədin adı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışdır (və ya sadəcə ÇIXARIŞ).

Düzgün qeyd edirsiniz ki, yeni tikilmiş hündürmərtəbəli binalarda mənzil üçün Çıxarışı özünüz almalısınız.

Çoxmərtəbəli kooperativ binaların qeyri-yaşayış sahələrinin dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • texniki pasportun surəti;
  • kooperativ ilə alıcı arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş müqavilə;
  • qeyri-yaşayış sahəsinin təsdiq edilmiş planı;
  • maliyyə arayışı;
  • qeyri-yaşayış sahəsinin verilməsi barədə Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin qərarı;
  • kooperativ üzvlərinin ümumi yığıncağının protokolunun surəti;
  • binanın mərtəbələr üzrə planının yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış eskiz layihəsinin surəti;
  • binanın istismara qəbul edilməsi barədə Dövlət qəbul aktının surəti;
  • dövlət rusumunun ödənilməsi barədə qəbzin surəti.

Həmçinin məsləhəxananın 1, 5, 6, 62 suallarının cavablarına baxa bilərsiniz (rüsumlar barədə də bu cavabları oxumaqla məlumat ala biləcəksəniz).

Sualınıza görə təşəkkür edirik.

80 Elnare (13-06-2010). Salam, Men yoldasimla 1996-ci ilde aile qurmusam.Yoldasim menden evvel evi almaq ucun ev sahibesi olan rus qadinla nigaha girib.Oz aralarinda alqi satqi edibler va qadin rusiyaya gederek aile qurub. Biz evlenmemisden evvel yoldasim qadina bosanmaq haqqinda erize gonderdi ve bosandilar.Buna baxmayaraq ev hele de qadinin adina idi.2 usagimiz var.Hec birimiz bu meselenin derinleseceyine inanmirdiq.2 il bundan evvel yoldasim rehmete getdi.Men de menzili oz adima almagi qerara aldim.icraci orqanlarin komeyile ev adima icaredar olaraq kecdi lakin evi ozellesdirmek mumkun olmadi.Mene nigahin pozulmasi haqqinda kagizi getirmeyi dediler,yoldasim ise bu senedleri atmisdi yalniz kohne pasportunda nigaha girme ve azad olma nomreleri var. Men baki seher mehkemesine arxive getdim senedleri goturmekcun.Arxivden mene senedi vermediler.deyirler ki 2 terefden biri bu senedi ala biler senin huququn yoxdur.deyirem olub, qadin rusiyada, nigah kagizimizi gosterirem ehemiyyet vermirler.mene ne meslehet gorursuz? cox sagolun evvelden.

Qeyd etdiyiniz sualda çoxlu sayda qeyri-müəyyənliklər var. Və bütün lazımi prosedurları keçmək üçün sənədlərin toplanması gərəkdir. Əgər keçmiş arvadı ilə boşanmışdırsa bunu təsdiqləyən hansı bir sənəd olmalıdır. Əgər onlar öz aralarında alqı-satqı ediblərsə bunu da təsdiqləyən müqavilə olmalıdır. Əgər icarədarsınızsa bu statusu təsdiqləyən sənəd olmalıdır. Köhnə pasportun surətini arxivdən almaq üçün və həmçinin qeyd etdiyiniz daşınmaz əmlakı öz adınıza keçirmək üçün məhkəməyə müraciət etməlisiniz. Yuxarıda adı çəkilən sənədlər olduğu təqdirdə məhkəməyə müraciət edib, həmin məhkəmə vasitəsilə digər çatışmayan sənədləri də ala bilərsiniz (bununla bağlı müvafiq vəsatətlar qaldırmaq lazımdır). Dövlət orqanlarına bütün sorğularınız yazılı olmalıdır, əks təqdirdə sübut bazanız toplanılmayacaq.

Sualınıza görə təşəkkür edirik.

81 Aynur (13-06-2010) Chox xahis edirem bir sualimi da cavablandirasiniz.ikinci qrup gozden elil tam statla muellime isleye biler, eger goz hekimi icaze verirse?

Bəli işləyə bilər. Hətta birinci dərəcə əlillik almış əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalat, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər (Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”).

Bundan başqa Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqramın”ın 5.1. və 5.2 bəndlərinə əsasən müəssisələrdə əlil işçilərin kvota müəyyən olunmalıdır (20%) və müəssisələrdə işçilərin və ya ştatın ixtisarı vaxtı bütün kateqoriyalardan olan əlillərə öz peşələri üzrə işdə qalmaq hüququ, müəssisə fəaliyyətini dayandırdıqda və ya ləğv etdikdə əlillərin işə düzəlməsinə üstünlük verilir.

Sualınıza görə təşəkkür edirik.

82 Vusal (17-06-2010) Salam. Uşaqlarin (iki oğlan 10 və 11 yaş) valideyinləri boşanıblar. ataları 10 ilə yaxındır ki bilinmir hardadır və uşaqları ilə maraqlanmayıb. Uşaqlar körpəlikdən (1 yaş və 4 ay) anaları rəhmətə qetdikdən sonra baba və nənələri ilə yaşayırlar. Uşaqların müavinət alması üçün hansı şərtlər yerinə yetirilməlidir. Və bunun üçün hara müraciyət etsinlər

Sosial müavinətlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.7-ci bəndinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət – 25 manat məbləğində müəyyən olunub. Bununla bağlı icra hakimiyyət və sosial müdafiə fondunun yerli idarələrinə ərizə ilə müraciət etməlisiniz.

Həmçinin məhkəməyə iddia ərizəsi ilə müraciət edib uşaqların atasını tapıb ondan aliment tutmaq məsələsini qaldıra bilərsiniz (məhkəmə uşaqların atasını tapmaq üçün müvafiq tədbirləri görməli olacaq).

Sualınıza görə təşəkkür edirik.

83 Aynur (19-06-2010) Salam aleykum. Zəhmət olmasa qeydiyyata düşməyə yeri(yaşayış yeri “bomj”) olmayan vətəndaş icra hakimiyyətinin və ya rayon polis bölməsinin binasına qeydiyyata düşə bilər mi? Bu proses necə həyata keçirilir (ərizə forması yoxsa məhkəməyə muraciyət)?

Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Qərarı var.

Həmin qərara əsasən yaşayış yeri olmayan vətəndaşlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməməsi Konstitusiyanın 71-ci maddəsinin I və II hissələrinin müddəalarının pozulması kimi qəbul oluna bilər. Bu müddəalara əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Bununla belə, Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər.

Və hətta tövsiyə vermişdir – Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunsun ki, yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirə salınmadan təşkil etsin.

Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Belə ki, eyni problemlə rastlaşan Ukrayna və Belarusda bu məsələnin həlli üçün müəyyən yaşayış yeri olmayan şəxslərin regional qeydiyyat mərkəzləri yaradılmışdır.

Hal-hazırda bu cür mərkəzlər mövcud deyil və dövlət tərəfindən daimi yaşayış yeri olmayan şəxslərin qeydiyyatı yalnız müəyyən normativ aktlarda nəzərdə tutulan şəxslər üçün bu mümkündür (polis əməkdaşları, hərbiçilər, vərəm xəstələri, narkoloji xəstələri üçün). Lakın həmin Konstitusiya Məhkəməsinin əsas tutaraq polis və yerli icra hakimiyyət orqanlarına müraciət edə bilərsiniz. Həmçinin məhkəmə qaydasında da müraciət etmək mümkündür.

Sualınıza görə təşəkkür edirik.

84 Samir (20-06-2010). “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və”Xüsusi təyinatlı təhsil Müəssisələrinin siyahısı”nın təstiq edilməsi haqqında.24 may 2010-cu il.Xahiş edirəm bu fərmanı bütövlükdə mənə qöndərəsiniz.

Bu normativ akt artıq yeni normativ aktlar bölməsində dərc olunmuşdur “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

85 Şükür (20-06-2010) Salam! Mənzildə yaşayanların razılıgı ilə, onlardan birinin adına mənzil özəlləşib. Özəlləşmə sənədləri (tex.pasport və reyestrdən çıxarış) kımdə qalmalıdır. Özəlləşməyə icazə vermiş şəxsin sənədlərin onda saxlanması tələbi nə qədər hüququdur?

Əgər mənzil bir adamın adına özəlləşdirilibsə və Çıxarışda (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) həmin şəxs mülkiyyətçi kimi qeyd edilib, deməli bütün mülkiyyət hüquqları yalnız bu şəxsə məxsusdur (daşınmaz əmlak bir-neçə şəxsin adına da özəlləşdirə bilərdi). Ona görə də mülkiyyət hüququnu təsdiq edən sənədlər daşınmaz əmlakın mülkiyyətçisində olmalıdır. Əks təqdirdə bu hüquq pozuntusu kimi qiymətləndirilə bilər və müvafiq məsuliyyətə səbəb ola bilər.

Sualınıza görə təşəkkür edirik.

86 Vefa (21-06-2010). Men ere getmisem getdiyim eve nece qeydiyyata duse bilerem??hansi senedler lazimdir hara getmeliyem kimin icazesi lazimdir xahis edirem etrafli yazin.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirildikdən və yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına (Daxili İşlər Nazirliyinin xüsusi orqanları (pasport-qeydiyyat qurumları) başa düşülür) müraciət etməlisiniz. Bunun üçün siz aşağıdakıları təqdim etməlisiniz:

  • ərizə-anket (dövlət orqnında doldurmaq üçün sizə təqdim etməlidirlər),
  • şəxsiyyət vəsiqəsi (və doğum haqqında şəhadətnamə),
  • vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (əgər yaşayış sahəsindən bir-neçə şəxs istifadə edirsə onların da razılığı olmalıdır).

Nəzərinizə çatdırım ki, bu qeydiyyat sizə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ vermir (bu məsələ ilə bağlı çoxlu problemlər yaranmışdır və Konstitusiya Məhkəməsi bütün dünyada olduğu kimi mülkiyyətçinin hüquqlarını müdafiə edilməsi üçün qərar qəbul etmişdir). Həmin hüququn yaradılması üçün Mülki Məcəllənin 228-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

Sualınıza görə təşəkkür edirik.

88 Vefa (22-06-2010). Salam. Erimden bosandiqimda mene nisanlanan zaman verilen dash-qash diger zinet eshyalari mende qalmalidir ya erime verilmelidir.

Vəfa xanım Ailə Məcəlləsinə uyğun olaraq nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1). Amma nikaha daxil olanadək sizə məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya digər əvəzsiz əqdlər üzrə əldə edilən əmlak sizin ayrıca mülkiyyətinizdir (maddə 34.1).

Həmçinin ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur (maddə 34.2).

Ona görə də boşansanız da belə ziynət əşyaları sizdə qalacaq (çünki qeyd etdiyiniz kimi, nikaha daxil olunadək bu əşyalar sizə hədiyyə verilmişdir).

89 Könul (22-06-2010) Salam.Qabaqcadan öz teshekurlerimi bildirirem sualima cavab verdijinize göre.Hal hazirda men xaricde jashajiram ve menim özellesdirimis dasilmaz emlakim var Bakida. Bu menzilin acarlari ve kupcasi menim kecmis jolladisimin elindedi.Bu menzilde jalniz men ve menim iki evladim gejdijatda.Bilmek istejirem menim kecmis joldasim bu evi sata biler ve jaxud icine jerlese biler?M en ne etmelijemki öz menzilimin acarlarini geri ala bilim?

Könül xanım əgər daşınmaz əmlak sizin mülkiyyətinizdədirsə Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən siz özgəsinin qanunsuz sahibliyindən öz əmlakınızı geri tələb edə bilərsiniz, həmçinin daşınmaz əmlakla bağlı bütün sənədləri, açarları (əgər digər tərəflə razılığa gələ bilmirsinizsə). Bunun üçün Bakı şəhərinin müvafiq rayon məhkəməsinə müraciət etmək lazımdır. Xaricdə yaşadığınız üçün bu hərəkətləri icra etmək üçün etibarnamə ilə öz nümayəndənizə həvalə edə bilərsiniz (notarial qaydada təsdiq edilmiş və Azərbaycan dilinə tərcümə edilmiş). Xeyr sata bilməz, əgər yerləşsa belə istifadəyə görə əvəzinin ödənilməsini tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

90 Anar (22-06-2010). ZEHMET OLMASA CAVABLANDIRARDINIZ; BORCLUNUN BUTUN OHDELIKLERINI UZERINE GOTURMUSH ZAMIN DUNYASINI DEYISHERSE VE GIROV YARARSIZ HALA DUSHMUSHSE,SIGORTA MUDDETI BITDIYI HALDA KREDITOR QARSHISINDA CAVABDEHLIK KIMIN OHDESINE DUSHUR?

Əgər zamin borclunun bütün öhdəliklərini üzərinə götürübsə (müvafiq müqavilə əsasında), o artıq borclu hesab edilir. Kreditor qarşısında vəzifələrin icrası isə vərəsələrin üzərinə düşür (Mülki Məcəllənin 1306-1316 maddələri). Əgər vərəsələr mirası qəbul ediblərsə.

Sualınıza görə təşəkkür edirik.

91 Samir (22-06-2010) Menim 35 yashim bu yaxinlarda olacaq. Shexsiyyet vesiqesini deyishdirmek lazimdir.ozum ise xaricde yashayiram.Azerbaycana gelmeyim mumkun deyil. Shexsiyyet vesiqemi deyishe bileremmi?

İlk öncə əgər başqa ölkəni yaşayış yeri kimi seçmisinizsə müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) məlumatına əsasən siz yaşayış yeri üzrə qeydiyyatdan çıxarıla bilərsiniz (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsi).

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsinə əsasən 35 yaşınız olduqdan sonra bir ay ərzində şəxsiyyət vəsiqənizi dəyişdirməlisiniz. Şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir.

Xatıladaq ki, İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsinə (Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşama) əsasən məsuliyyətə cəlb oluna biərsiniz – xəbərdarlıq, 3 və ya 5 manat.

Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamənin 14.16 və 14.17 bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının konsulluqları Azərbaycan Respublikasının vətəndaşlarına pasport verir, şəxsiyyətini müəyyənləşdirir və onlara müvafiq sənədlər verir. Əgər yaşadığınız yerdə konsulluq varsa onlara müraciət edə bilərsiniz. Bundan başqa şəxsiyyət vəsiqəsinin alınması qanuni nümayəndəsinin ərizəsi ilə də bu mümkündür.

Gördüyünüz kimi bu o qədər böyük problem deyir və əlbəttə ki, dəyişdirə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

92 Şahin (23-06-2010) Mən Gəncə şəhər S.A.Kəsəmənli küç.ev 70-də yaşayan Binnətov Şahin Məhərrəm oğlu yazaraq Sizə bildirirəm ki, qardaşım Binnətov Fuad Məhərrəm oğlu Gəncə şəhər Kəpəz rayon polis şöbəsi 8 aprel 2010 tarixində həmin şöbənin işçisi Huseyin tərəfindən heç bir əsası olmadan polis şöbəsinə aparılmış və onun tərəfindən işgəncə və təhqir edilərək pul tələb edilmiş o (pul)verilmədikdə zorla ,təzyiq altında ifadəsi alınmışdır.Nəzərinizə çatdırıram ki,ondan əvvəl də başqa polis işçiləri tərəfindən qardaşimdan dəfələrlə pul istəmişdilər –əks halda “ilişdirəcəkləri” ilə hədələmişdilər.Yalandan hal şahidləri tutulmuş, həkimdən saxta olaraq qardaşımın həmin gün narkotik qəbul etməsi haqqında rəy alınmışdır.Hal hazırda qardaşıma açılmış cinayət işinə Kəpəz rayon məhkəməsi tərəfindən 29 iyun tarixində baxılacaqdır.Gəncədə bu polislərin özbaşınaliqları sakinləri qorxu və təzyiq altında saxlayır. Sizdən cinayətlərin araşdırılmasını və vəsifəsindən sui istifadə edən polisin qanunla cəzalandırılmasını xahiş edirəm.

Hörmətli Şahin, təəssüflər olsun ki, De Jure təşəbbüs qrupunun cinayətlərin araşdırma və hansı bir şəxsin cəzalandırma səlahiyyətləri yoxdur (bu səlahiyyətlər hüquqmühafizə orqanlarına həvalə edilib: prokurorluq, məhkəmə və s.). Lakın səlahiyyətli şəxslər tərəfindən qanunvericiliyin kobud pozulma faktları müşahidə etmisinizsə və onların əməlləri nəticəsində vətəndaş işgəncələrə məruz qalıb məsləhət görərdik ki, Ombudsmanaİşgəncələrə Qarşı Azərbaycan Komitəyə müraciət edəsiniz. Həmçinin bu məktubların surətini Baş Prokurorluğa və DİN-ə göndərə bilərsiniz. Nəzərə almalısınız ki, hüquqpozma faktını sübüt etməlisiniz.

93 Leyla (26-06-2010) Salam. Cox xahish edirem sualimi cavablandirasiniz. evvelceden teshekkur. Shexsiyyet vesiqesinin muddeti bitib, Rayonda qeydiyyatda olan, ancaq 10 ilden artiq bakida yashayan insan Bakida Shexsiyyet vesiqesini deyishe bilermi? bunun ucun hansi senedler lazimdir? Bir daha teshekkur edirem, cavabinizi gozleyirem.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Daha ətraflı məsləhətxananın 47-ci sualına baxa bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

94 Nezrin (26-06-2010) Salam. Men 8 ildir aile heyati qurmusam. Gelin geldiyim ev yoldasimin bibisi oglunun adinadir.Yoldasim rayon men seher qeydiyyatindayam. Indi her ikimiz oz evimize qeydiyyata dusmek isteyirik bize deyirler ki bu cox cetin isdir ve bunun ucun cox pul lazimdir? Hansi yolnan biz qeydiyyata dusmeliyik. Bunun ucun dovlet rusumu ne qederdir? Onceden teshekkurumu bildirirem.

Qeyri-müəyyənliklər var. İlk öncə aydınlaşdırılmalıdır, əgər bu sizin evinizdirsə həyat yoldaşınızın bibisi oğlunun adına niyə olur? Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ərinizin bibisi oğlu mülkiyyətçi kimi göstərilibsə həmin şəxs həmin daşınmaz əmlakın mülkiyyətçisi hesab olunur. Əgər həmin evə sadəcə qeydiyyata düşmək istəyirsinizsə mülkiyyətçinin yazılı razılığı olmalıdır (ərizəsi). Amma bu qeydiyyat həmin yaşayış sahədən istifadə etmək hüququ vermir bunun üçün notariat qaydada təsdiq edilmiş razılaşma olmalıdır (məsləhətxananın 86-cı sualına baxa bilərsiniz). Yox əgər siz hemin daşınmaz əmlaka mülkiyyətçi qismində qeydiyyata alınmaq istəyirsinizsə (ola bilsin ki, buna hüququnuz var və vərəsə kimi sizə vəsiyyət olunmuşdur və ya başqa bir hal mövcuddursa) onda siz ərinizin bibisi oğlu ilə razılığa gəlməlisiniz. Həmin daşınmaz əmlakı alqı-satqı yolu ilə əldə edə bilərsiniz, ya da qeyd edilən əmlakı sizə bağışlaya bilər (bu halda daşınmaz əmlakın dəyərindən 14% vergi tutula bilər). Seçdiyiniz variantdan asılı olaraq rüsumlar fərqli olacaq (Dövlət rüsumu haqqında Qanuna baxa bilərsiniz).

Sualınıza görə təşəkkür edirik.

95 Elvin (27-06-2010) men yoldasimla bosanmaq isteyirem, yoldashim 7 ayliq hamiledir kebinimiz var amma adini eve ucota salmamishiq. boshanma olsa bizim evimizi ayira bileler ve meni hanisi qaydalar gozduyur? Xaish edirem bu haqda mene melumat veresiz.

Ər-arvadın hüquq və vəzifələri, yalnız nikah müvafiq qaydada dövlət qeydiyyatından keçdikdən sonra etibarlı sayılır. Əgər şəxslər arasında nikahın qeydiyyatı haqqında heç bir sənəd (şəhadətnamə) yoxdursa nikahın mövcud olması qəbul olunmur. Yəni kəbin özü-özlüyündə nikah kimi dövlət tərəfindən tanınmır və mülkiyyət bölgüsündə heç bir hüquqi nəticələr baş vermir. Ona görə də nikah rəsmi qaydada qeydiyyata alınmayıbsa (müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamənin mövcud olmalıdır) pozula da bilməz.

Lakın uşağın atası kimi alimentlər ödəməyə borclusunuz. Belə ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) sizin başqa gəlirlərinin dörddə bir hissəsi hər ay tutula bilər (əgər razılığa gələ bilməsəniz məhkəmə tərəfindən müəyyən ediləcək). Razılığa gəlsəniz, həmin razılıq mütləq notarial qaydada təsdiq edilməlidir.

Sualınıza görə təşəkkür edirik.

96 Aynur (29-06-2010) Mumkunsə mənə əməyin mühafizəsinə aid baş mühasibin təlimati barədə məlumat verəsinizşTəşəkkür edirəm.

Aynur xanım sizə yalnız Mühasibin vəzifə təlimatın təqdim edə bilərik.

Ümidvarıq ki, kömək edər.

97 Salam! Sosial Müdafiyə Nazirliyinin yoxlaması 3 həftə işləyən obyektə aid ola bilər?

Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarının 53-cü bəndinə əsasən DSMF orqanı rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində, illik hesabat və sığortaolunanlar haqqında məlumat təqdim edildiyi gündən 1 (bir) ay ərzində kameral sosial sığorta yoxlaması aparmalıdır. Lakın qeyd etməliyik ki, ölkədə sahibkarlığın inkişafını daha da sürətləndirmək və ona mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədi ilə Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında Fərman qəbul olunmuşdur. Yoxlamalara məruz qaldığınız təqdirdə bu Fərmana əsaslana bilərsiniz.

Belə ki, Dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamalarda İqtisadi İnkişaf Nazirliyi nümayəndəsinin iştirakı Qaydalarına əsasən yoxlama zamanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi olmalıdır və qanunvericiliyin pozulmamasına nəzarət etməlidir (DSMF yoxlamanın aparılmasından qabaq həmin Nazirliyi xəbərdar etməlidir).

Bundan başqa yoxlama keçirən dövlət orqanı ilə Yoxlama və nəzarət funksiyalarını həyata keçirən bəzi dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında partnyorluq Sazişi də bağlaya bilərsiniz. Həmin Saziş sizə bir çox üstünlüklər verəcək (qanunvericilikdə dəyişikliklər barədə məlumat veriləcək, müdaxilələrin yolverilməzliyi təsdiq olunacaq, nöqsanların aradan qaldırılması və s.)

Sualınıza görə təşəkkür edirik.

99 Hörmətli hüquq məsləhətçisi.Tez tez üzləşdiyimiz bir məsələyə aydınlıq tapmaq üçün sizə müraciət edirəm. İş yerlərində çox zaman kardlar şöbəsi işçilərə maaş haqqında arayışın verilməsi ilə bağlı problemlır yaradırlar – mənim və dostlarımın konkret üzləşdiyi probləm arayışların verilmə tezliyi ilə bağlıdır. Belə ki biz tez tez arayış verə bilmərik siz yalniz həftənin filan günləri arayış üçün müraciat edə bilərsiniz vəya 2 ay əvvəl sənə arayış vermişəm indi ala bilməzsən filan kimi iradıar tutulur. Bilmək istərdim ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi bu barədə nə deyirş Zəhmət olmasa bu məsələ barədə fikirlərinizi bildirəsiniz. Öncədən təşəkkürlər.

Əmək Məcəlləsinin 10-cu maddəsinin (n) bəndinə əsasən iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq işçinin əsas hüquqlarından biridir.

Həmçinin həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur.

Qanunvericiliklə qeyd olunan arayışları almaq üçün məhdudlaşdıran müddətlər göstərilməyib.

Sualınıza görə təşəkkür edirik.

100 ANAR (03-07-2010) Etdiyim narahatciliga gore uzr isteyir,gostereceyiniz komeye gore minnetdaligimi bildirirem.Zehmet olmasa deyerdiniz, su pulu haqqinda abonentin (elbetdeki sohbet sexsi evde yox,umumi rejimli yatagxanada yasayan abonentden gedir) yaranmis olan borcunu nece deqiqlesdirmek olar? Su pulu aile uzvlerine gore hesablanir yoxsa qeydiyyatda olan sakinlere gore hesablanir? Eger il erzinde olan 365 gunun bir gunu su geldiyi bir gunun gelmediyi, suyun kubsantimetrini hesablayan cihaz olmadigi halda bu hansi yolla hesablanir?Zehmet olmasa onuda aciglayinki,eger onlarin teleb etdiyi pulun qarsiliginda qebz verilmirse bu ne derecede duzdur,ve yaxud haqqini teleb etdikde su xetlerinin kesilmesi ne derecede qanuna uygundur?Sizden cox xahiw ediremki mene,oz eksini Azerbaycan qanunlarinda tesdiqini tapacag madde ve subutlarla izah edesinizki,mende sonda ne edeceyimi bilim.Bir daha tesekkur edirem.

Tarif (qiymət) Şurasının 6 yanvar 2007-ci il tarixli 04 №-li qərarına əsasən əhali üçün 1 m 3 üçün (ƏDV ilə) su təchizatı aşağıdakı kimi müəyyən edilib:

  • Bakı, Sumqayıt, Gəncə, Mingəçevir Əli Bayramlı, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə – 18 qəpik
  • Digər regionlar üzrə – 14 qəpik.

Əhali dedikdə yataqxanalarda yaşayanlar da başa düşülür (həmin qərarın 2-ci bəndinin 1.1-ci yarımbəndi).

Sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 6 m 3 müəyyən edilib.

Hər ödənilmiş məbləğə qəbz tələb etməlisiniz və səlahiyyətli şəxs hökmən sizə qəbz verməlidir. Əks təqdirdə ödəmənin keçirilməsini təsdiq edən sənəd olmayacaq. Səlahiyyətli şəxs korrupsiyaya yol verdikdə yuxarı instansiyalara mürəciət etmək hüququnuz var.

Bundan başqa Su təchizatı və tullantı suları haqqında Qanunun 33-cü maddəsinə əsasən istehlakçının qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək hüququ vardır.

Və nəhayət Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında Nazirlər Kabinetinin qərarına əsasən “Azərsu” Səhmdar Cəmiyyəti içməli su təchizatı üzrə balanslarında olan artezian quyularında və digər su mənbələrində su sayğaclarının qoyulmasını öz vəsaitləri hesabına keçirməsi tapşırılıb (həmin sayğaclar hələ 2006-cı ildə qoyulmalı idi).

Su təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər (Su təchizatı və tullantı suları haqqında Qanunun 26-cı maddəsi):

  • istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
  • tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutumlarının təmizlənməsinə ehtiyac yarandıqda;
  • su götürülən yerlərdə səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda;
  • istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;
  • su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
  • su təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
  • məişət (təsərrüfat) – içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda;
  • məhkəmənin qərarı ilə.

Sualınıza görə təşəkkür edirik.

101 Arif (05-07-2010) Salam! Men 2009-cu ilde qeyri-resmi aile qurmusam, yoldasim hamiledir, ayrilmisiq. Qiz teref usağa gore menden kompensasiya, dogus pulu teleb edir. Xahis edirem qeyri resmi nigah zamani usaqa qore ne iddia edib elde ede bilerler bu barede melumat veresiniz.

Məsləhətxananın 95-ci sualında oxşar məsələ qaldırılmışdır. Ər-arvad arasında aidiyyəti hüquq və vəzifələr rəsmi nigaha girdikdən sonra əmələ gəlir.

Belə ki, Ailə Məcəlləsinin 46-cı maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

Həmçinin uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.

Bu o deməkdir ki, sizin atalığınız müəyyən edildikdən sonra uşağa aid hüquq və vəzifələriniz yaranır.

Ən əsası qeyd edilən Məcələnin 46-cı maddəsinə (Nikahda olmayan şəxslərdən olmuş uşaqların hüquq və vəzifələri) əsasən atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.

Yəni atalığınız müəyyən edildikdən sonra uşağı saxlamaq üçün müvafiq vəzifələriniz yaranır (alimentlər və s.). Tərəflərin razılığı olmayanda uşağı saxlamaq üçün alimentlər məhkəmə tərəfindən müəyyən olunur, o cümlədən uşağın saxlanması üçün digər vəsaitlər məhkəmə tərəfindən müəyyən oluna bilər.

102 Nihad (05-07-2010) Salam. Men cox xahiş edirəm mənim sualımı cavablandırasınız.Cənab hüquqcu menim maşınımı vurub qacıblar sonra isə maşını DYP maşını tapib işi protokollaşdırıb məhkəməyə göndərib.hal hazırda mənim maşınımı düzəltmir vuran şəxs işdə məhkəmədə.Sual: Məhkəmə mənim razılığım olmasa vuran şəxsin sürücülük vəsiqəsini verə bilər ona?

İlk növbədə sualı qarışıq vermisiniz. Əlbəttə ki, məhkəmə bunu edə bilər. Məhkəmənin bu sahədə geniş səlahiyyətləri var. Və vətəndaşa hansı bir sənədin dövlət tərəfindən verilməsi və ya alınması kənar şəxslərə aidiyyəti yoxdur. Sizi başqasının sürücülük vəsiqəsi yox zərərin əvəzinin ödənilməsi maraqlandırır, yəqin ki. Əgər məhkəmə zərər vuran şəxsi müəyyən edibsə siz Mülki Məcəllənin 21-ci maddəsinə (həmçinin İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə) əsasən zərərin əvəzinin ödənilməsi tələb edə bilərsiniz. Zərərin məbləğin müəyyən etmək üçün müvafiq ekspertizanın təyin edilməsi barədə məhkəmədə vəsatət qaldırılmalısınız. Və bu məbləğ zərər vuran şəxs tərəfindən tam ödənilməlidir (məcburi şəkildə).

Sualınıza görə təşəkkür edirik.

103 Salam. Yoxlama keçirən dövlət orqanı ilə Yoxlama və nəzarət funksiyalarını həyata keçirən bəzi dövlət orqanları ilə sirketimiz arasında partnyorluq Sazişi bağlamaq istəyimizi bildirdikdə cavab olaraq bildirirler ki, biz Sahibkarlar konfederasiyasi ile bu sazisi bağlayiriq, ferdi olaraq bu saziş sahibkarliq subyekti ile baglanmir. Bu ne qeder qanuna uygundur?

Qarşınızda qanunvericilik ziddiyəti var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 19 noyabr tarixli, 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama və nəzarət funksiyalarını həyata keçirən bəzi dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında partnyorluq sazişinin nümunəvi forması” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli, 790 nömrəli Fərmanının 10-cu bəndinin 8-ci abzasına uyğun hazırlanmışdır.

Həmin abzasda aşağıdakılar göstərilmişdir:

“yoxlama və nəzarət funksiyalarını həyata keçirən bəzi dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında partnyorluq sazişlərinin bağlanması praktikasına keçidin təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin”

Yəni sahibkarlıq subyektlərin təsnifatı göstərilmir.

Lakın 181 nömrəli qərar ilə təsdiq edilmiş Saziş formasında “sahibkarlıq subyekti” sözlərinin yanında mötərzədə “sahibkarların ictimai birliyi” göstərilib. Bu da həmin normativ aktının fərqli interpretasiyasına gətirib çıxarır. Fikirləşirik bu qanunvericilik ziddiyyətidir və bununla bağlı məhkəməyə də müraciət etmək olar.

Bundan başqa sahibkarların ictimai birliyi təkcə sahibkarlıq konfederasiyası deyil. Siz başqa sahibkarlarla birləşib özünüz oxşar birlik yarada bilərsiniz, və ya hansı bir birliyə üzv ola bilərsiniz (məsələn siyahı burda var).

Sualınıza görə təşəkkür edirik.

104 Aynur (06-07-2010) Salam.İpoteka haqqında qanunun 39.2-ci maddəsinə əsasən “İpoteka saxlayan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin təsdiqetmə üsulu ilə ipotekaqoyana təqdim edilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Əgər ipotekaqoyan öz yaşayış sahəsini dəyişibsə və hazırda harada yaşaması, ünvanı məlum deyilsə və bu səbəbdən bildiriş təqdim edilə bilməyibsə məhkəmə iddia ərizəsini geri qaytara bilərmi?İpoteka saxlayan ipoteka qoyanın başqa ünvanda yaşayan qohumuna bildirişin təqdim edilməsini tapşıra və ən əsası bu məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilərmi? Əvvəlcədən təşəkkürlər.

İpoteka ilə bağlı bildirişlərin təqdim edilməsi bir fərqli olunduğundan ayrıca Məsləhətxananın 27-ci sualında cavablandırılmışdır.

Ümumiyyətlə bildirişlərin təqdim edilməsi isə Mülki Prosessual Məcəlləsində əks olunub.

Belə ki, MPM-nin 137-ci maddəsinə əsasən ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. Məhkəmə bildirişinin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.

Məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir.

Əgər şəxs ünvanı dəyişibsə, onda MPM-nin 146-cı maddəsi təqdim olunur – məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

İşdir birdən cavabdehin olduğu yeri məlum olmasa onda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır (MPM-nin 147-ci maddəsi).

Misal üçün cavabdehin axırıncı yaşayış yeri üzrə rayon Mənzil-Kommunal Təsərrüfatından (ЖКХ) arayış alırsınız ki, cavabdeh bu ünvanda yaşayır və ya yaşamışdır. Həmin arayışı təqdim etdikdə məhkəmə işə baxmağa başlamalıdır. Qanunvericilikdə bildirişin təqdim etmə üsulları hərtərəfli əks olunduğu üçün iddia ərizəsini qaytarmaq üçün ehtiyac yaranmır.

Sualınıza görə təşəkkür edirik.

105 Rəsul (07-07-2010) Hörmətli redaksiyanin əməkdaşları! Bakı şəhərində Nəsimi rayonunda yerləşən 5 mərtəbəli binaların (fransız layihali) zirzemilerinin istifadəsinə aydınliq gətirməyinizi. Sizdən xahiş edirem! Buna səbəb mənim 1-ci mərtəbədə yaşamağım və istifadəçinin məni və mənim ailami narahat etməsidir!Bu barədə məlumatı diger dövlet orqanlarınada vermek isteyirem və bunu necə etməli! Əvvəlcədən öz minətdarlığımı bildirirem!

İlk öncə qeyd etməliyik ki, Mənzil Məcəllənin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

Həmin zirzəmi artıq müvafiq qaydada özəlləşdirilibsə onda aşağıdakılara nəzər yetirməlisiniz.

Bakı şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində ticarət, ictimai-iaşə və xidmət obyektlərinin yerləşdirilməsi tələblərinə əsasən ictimai iaşə obyektləri – əhalinin yaşadığı binalarda əsasən əhaliyə tez xidmət göstərən obyektlər, saat 24-ə qədər fəaliyyət göstərən restoranlar yerləşdirilə bilər. Bu restoranlarda səs gücləndirici qurğulardan istifadə edilməsi yolverilməzdir (2.4-cü bəndi).

Bu tələblərə əsasən:

  • Yaşayış binalarının zirzəmi və yarım zirzəmilərində, onların həyətlərində istehsal müəssisələri (sexləri) yerləşdirilə bilməz (1.7-ci bəndi);
  • Hamam və saunalar – ayrı tikili binalarda yerləşdirilir. Onların layihə – tikinti sənədlərində nəzərdə tutulmayan yaşayış binalarının birinci mərtəbələrində, zirzəmi və yarımzirzəmilərində yerləşdirilməsi qadağandır (2.13-ci bəndi);
  • Mebellərin hazırlanması sexləri qapalı qeyri-yaşayış sahələrində yerləşdirilir. Bu sexlər yaşayış binalarının birinci mərtəbələrində, zirzəmi və yarımzirzəmilərində yerləşdirilə bilməz (2.15-ci bəndi);
  • Audio – video kassetlərin kirayəsi, satışı – müəyyən edilmiş qaydada quraşdırılmış köşklərdə, binaların birinci mərtəbələrində, zirzəmi və yarımzirzəmilərində xüsusi səsucaldıcı vasitələrdən istifadə edilməməklə yerləşdirilə bilər (2.20-ci bəndi);
  • Səsyazma studiyası – sakinlərin rahatlığı pozulmamaq, xüsusi səsucaldıcı vasitələrdən istifadə və edilməməklə binaların birinci mərtəbələrində, zirzəmi və yarımzirzəmilərində yerləşdirilə bilər (2.21-ci bəndi);

Yuxarıdakı müddəaların tələbləri pozulubsa Bakı İcra hakimiyyətinə və məhkəməyə müraciət edə bilərsiniz.

Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 6-cı maddəsinə əsasən:

  • mühəndis qurğularının yerləşdirilməsi və kommunikasiyasının çəkilməsi üçün nəzərdə tutulmuş texniki mərtəbələrin başqa məqsədlər üçün istifadəsinə (texniki zirzəmilərdə, çardaxlarda və s.);
  • zirzəmi divarları tağvari daş konstruksiyadan olan qədim binalarda tağlar söküldükdə və ya konstruksiyası dəyişdirildikdə;
  • zirzəmilərdən istifadə etmək məqsədi ilə zirzəminin hündürlüyünü artırmaq üçün torpaq çıxarılaraq, zirzəminin döşəməsinin mövcud səviyyəsindən aşağı salındıqda;
  • zirzəmi nəzərdə tutulmamış binalarda zirzəmi yaradıldıqda;
  • yaşayış sahəsində, habelə zirzəmidə sənaye istehsalatının yerləşdirilməsi, rezonans yarada biləcək dəzgah və qurğulardan istifadə olunması nəzərdə tutulduqda;
  • zirzəmidə tezalışan və kəskin iyli maddələr anbarı yerləşdirildikdə

genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına aşağıdakı hallarda yol verilmir.

Həmçininn Azərbaycan Respublikası ərazisində mənzil fondunun texniki cəhətdən saz halda saxlanılması Qaydalarının 1-ci bəndinin 2-ci və 4-cü abzasların, o cümlədən 4-cü bəndinin 1-ci və 2-ci abzasların tələbləri pozulubsa Fövqaladə Hallar Nazirliyinə və məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

106 Rufat (08-07-2010) Salam.Inzibati xetalar Mecellesine esasen qanun pozuntusu askarlandigi vaxt akt tertib edilerek protokol yazildiqda vetendasin hansi huquqlari qanunvericiliye gore movcuddur. Bu huquqlar pozularsa protokol yazani hansi mesuliyyete celb etmek olar?Evvelceden minnetdarligimi bildirirem.

Qeyd etdiyiniz hüquqlar İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsində əks olunub.

Səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür:

  • tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək;
  • tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək;
  • tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək;
  • tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya qanuni nümayəndələrinə dərhal məlumat vermək;
  • tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq;
  • tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq;
  • tutulmuş şəxsin öz vəkili olmadıqda ona müvəqqəti saxlama yeri üzrə ərazidə hüquq məsləhətxanasında və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hüquqi yardımın göstərilməsi fəaliyyəti ilə məşğul olan digər təşkilatlarda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq.

Və təbii ki, əgər vəzifəlii şəxs hüquq pozuntulara yol versə məsiliyyət daşıyır. Misal üçün polis əməkdaşının məsuliyyəti Polis haqqında Qanunun 33-cü maddəsində göstərilib. Vəzifəli şəxsin hərəkətlərindən asılı olaraq məsuliyyət azala və arta bilər (o cümlədən, cinayyət məsuliyyətinə də cəlb oluna bilər).

Sualınıza görə təşəkkür edirik.

107 Rəsul (08-07-2010). Salam hörmətli hüquqşunaslar! Sizə zirzəmilərin istifadəsi ilə bağlı birdənə əlavə sualda vermək istəyirəm! Zirzəmini neca özələşdirmək olar və hansı sənədlər lazımdlr? 1992-ci ildə Rafael Allahverdiyevin zirzeminin icarəyə verilməsi barədə sarancamı hüquqi cəhətdən bu gün ki gündə işləyir ki? Cünki mənim evimin altında yerləşən zirzəminin istifadəçisi və bizim rahatliqi pozan həmin binanın kooperativinin sədri bunu iddia edir və bu zirzəmiyə yeganə hüquqi sənədi 1992-ci ildə Bakı şəhər icra hakimiyyətilə olan icarə müqaviləsidir! Bunu ondan neca alıb və özəzləşdirmək olar? Təşəkkür edirəm! Hörmətlə Rəsul müellim!

Həmin məsələ məhkəmə tərəfindən həll oluna bilər, çünki bir çox məqamlar müammalı qalır (misal üçün icarə hüququ hansı əsasla verilmişdir). Əgər həmin zirzəminin özəlləşdirilməsi həyata keçirilməyibsə onda sizin bu zirzəmiyə paylı mülkiyyət hüququnuz var (həmin binada yaşayan digər mülkiyyətçilərlə), əvvələr qeyd edilən (məsləhətxananın 105-ci sualında) Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən.

Ona görə də ilk öncə bu zirzəmini istifadə edən (hal-hazırda) şəxslə məsələni aydınlaşdırılmalısınız (məhkəmədə). Əgər məhkəmə müəyyən etsə ki, o şəxsin zirzəmiyə aid heç bir hüququ yoxdur onda siz o biri paylı mülkiyyətçilərdən (həmin binada yaşayan mülkiyyətçilər) onların paylarını almaqla zirzəmini özəlləşdirə bilərsiniz (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanununa uyğun olaraq).

Bu qədər (məsləhətxanadan istifadə etmək qaydalarının 1-ci bəndinə nəzər yetirin).

108 Emin (10-07-2010). Salam. İyun ayında öz nəqliyyat vasitəsini idarə edərkən polis əməkdaşı tərəfindən saxlanıldım.Müfəttiş tərəfindən protokol tərtib olunmuşdur. Mən demək olar ki boş protokolu imzalamayacağımı bildirdim və protokolun tam doldurulmasın tələb etdim, və orada İXM-nin 151.2-ci maddəsi ilə cəzalanmağım müfəttiş tərəfindən qeyd edilmişdir. 151.2-ci maddənin mufəttiş ilə başdan-başa yenidən tam yerində birlikdə oxuduqdan sonra, mufəttişin bu maddənin tədbiqinə qəti etirazımı bildirdim və mənim tərəfimdəm eyni səmtə qedən heç bir nəqliyyat vasitəsinin sьrьcьlərini qəflətən nə hərəkət istiqamətini və ya sürəti dəyişməyə məcbur etməmişəm. Həmçinin protokolu imzalanması üçün mənə təqdim edəndən sonra, mənim üçün protokolda bəzi bəndlər aid olmadığından və nədən bəzi sahələr boş qaldığını müfəttişdən soruşdum, lakin bu cür yüksək tonla cavab aldım: “O sənə aid deyil, qol çək sənədə!”. Öz tərəfimdən şahid olduğu üçün qeyd edilməsi xahiş etmişdim, lakin bunada mənfi cavab aldım və bu barədə protokolda qeyd elədim. Mənə naməlum qalan sahələr üstündən xətt çəkdim və hər hansı bir qaydanın pozmasına etirazımı bildirdim.Bir müddət keçənnən sonra DYP tərəfindən çağırıldım. Yenidən protokola baxanda aşkar etdim ki,naməlum bir şahid əlavə olundu. Bu müffətiş tərfindən protokolda boş yer tapan kimi, naməlum bir şahid əlavə edti,baxmayaraq ki mən həmçinin protokldada qeyd elədim ki,şahid yoxdur. Sizdən xahiş edirəm ki, bu cür üzə duran yalan bir şahidə qarşı, vəzifədən sui-istifadə edən müffətişə qarşı mən hansı mesuliyyete onlara celb edə bilerem? Və necə sübut edə bilərəm? Əvvəlcədən təşəkkür edirəm.

Çox sağ olun ki, məsələ barədə bizə ətraflı bilgi verdiniz. Vətəndaşlar sizi kimi mübariz olmalıdır və ədalət uğrunda sonuna kimi gücünüzdən əsirgəməməlisiniz.

Məsləhətxananın 106-cı sualında inzibati qaydada tutulmuş şəxsin hüquqları göstərilib. Onlara diqqət yetirin.

Əgər protokolda sonradan dəyişikliklər edilibsə, ola bilsin ki, bunların izi qalıb (protokolu imzaladıqdan sonra, boş yerlər cızma-qara edilibsə əlavə edilmiş yazılar sıx-sıx yerləşibsə, başqa rəng qələmlə yazılıbsa, başqa xətlə yazılıbsa). Protokolda qeyd edilən şahid barədə məlumat toplamaq lazımdır (məsələn protokol tərtib edilən gün həmin şəxsin harda olduğunu dəqiq öyrənmək, əgər protokol tərtib edildiyi gün orda olmamışdırsa, həmin şəxs məsuliyyətə cəlb oluna bilər). Həmçinin İnzibati Xətalar Məcəlləsinin 404.6-cı maddəsinə əsasən protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, yaxud onun qanuni nümayəndəsinə (nümayəndəsinə) təqdim edilməlidir. Bütün bunları nəzərə almalısınız.

İlk öncə siz şikayətlə DYP baş idarəsinə müraciət etməlisiniz. Əgər məsələ öz həllini tapmasa məhkəməyə müraciət edə bilərsiniz.

Müfəttişin günahı sübut olunsa Polis haqqında Qanunun 33-cü maddəsinə əsasən məsuliyyət daşıyacaq.

Sualınıza görə təşəkkür edirik.

109 Ramil Tanrıverdi (13-07-2010). Elektrik enerjisini 220 voltdan aşağı verirlər. Buna görə də evdə soyuducum yandı. Kondisioner işlədə bilmirəm. İdarədən deyirlər ki, hamı kondisioner işlətdiyi üçün gərginlik aşağı düşür. Bunun günahkarı kimdir?

Elektrik enerjisinin alqı-satqısı bu Müqaviləyə əsasən aparılır. Əgər qeyd edilən Müqavilənin müddəaları pozulursa siz İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 11, 21, 27 maddələrinə əsasən yuxarı instansiyalara və ya məhkəməyə müraciət edib öz hüquqlarınızı müdafiə edə bilərsiniz. Onların dediklərinə fikir verməyin, əgər bu xidmətləri yerinə yetirməyə öhdələrinə götürüblərsə müvafiq qaydada icra etməlidirlər.

Sualınıza görə təşəkkür edirik.

110 Rasul (13-07-2010) Salam!İlk öncə bu internet saytın yaradan hüquqşunaslara öz təşəkkürimi bildirirəm!Bizim qonşuda bir şəxs öz evini futbol mərcləri yığılma şirkətinə icarəyə verib. Gece saat 23-00 dən sonra nə cür desen insanlar ora gəlib gedir o cümlədən bizim ailənin və yaxında yaşayan qonşuların rahatlığını pozurlar! Birde men bele başa düşürəm ki kooperativin sədrinin və ev yiyəsinə bunlar coxlu pul verir və onlarda bu qanun pozğutuluğuna göz yumur! Hətda bir nece defe qonşular bu barədə sahə müvvəkilinə xəbər verselerde bir tedbir görülməyib! Belə cıxır ki onunda xeberi var və payı catır! Mende özümün və ailəmin təhlükəsizliyinə görə hec bir yerə aciq şikəyət edə bilmirəm qorxuram ki bizim ailəyə zərər gələr bu tanımadığım insanlardan və onlarla əl bir olan yuxarıdakı şəxslərdən! Bir de bunlar hech vergide ödemirler! Xahiş edirem bu məsələdə mən hüquqi məsləhətlə öz köməkliyinizi göstərəsiniz! Hörmətlə Rəsul! Bir sözlə bu kooperativin sədrinin yaxşı insan olmadıqından biz və qonşular əziyyət çekir!

Əvvəla qiymətləndirməyinizə görə çox sağ olun!

Qaldırdığınız məsələ vacibdir, amma onun effektiv həll etmələri qanunvericilikdə hələ də nəzərdə tutulmayıb. Buna baxmayaraq mübarizəni aparmaq lazımdır, çünki hər kəsin sağlam mühitdə yaşamaq hüququ var və kənar şəxslərin əsassız olaraq ictimai əsayişi pozmaq hüququ yoxdur. İlkin addımlar kimi, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə (Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) əsaslanıb hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz. Düzdür orda məsuliyyət azdır (on manatdan on beş manatadək miqdarda cərimə) amma psixolojı təsiri ola bilər.

Təsiri olmasa həmin Məcəllənin 296-cı maddəsinə (Xırda xuliqanlıq), daha sonra isə Cinayyət Məcəlləsinin 221 (Xuliqanlıq), 233 ( İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və ya digər maddələrinə əsaslanıb hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz.

Mübarizə aparmasanız bu pozuntular çətin ki, öz-özünə sona çatsın.

Sualınıza görə təşəkkür edirik.

111 Tural (14-07-2010). Salam. Dövlət işində çalışıram ama işdən vaxtında çıxmaya qoyulmur, bayram günləridə işə gəlməyə məcbur edillər. buna hüquqi qiymət necə vermək olar?

Bugünkü cəmiyyətdə elə vəziyyət yaranıb ki, işləyən vətəndaşlar iş yerini itirməmək üçün işəgötürənin bir-çox hüquq pozuntularına göz bağlayırlar. İşəgötürən isə bundan sui-istifadə edir. Çox təəssüf ki, hələ də bu vəziyyət mövcuddur və vətəndaşlar mübarizə aparmaq üçün özlərində şücaət tapa bilmirlər (təbii ki bu müəyyən səbəblərdən asılıdır: ailə və s.).

Sizinlə və çalışdığınız dövlət qurumu arasında əmək müqaviləsi olmalıdır. Həmin müqavilədə göstərilən iş vaxtınızı tənzimləyən müddəa olmalıdır. Və əgər işəgötürən bu müddəanı pozursa (bəzi hallar istisna olmaqla, misal üçün Əmək Məcəlləsinin 99-cu və 101-ci maddələri) onda müvafiq qaydada məsuliyyətə cəlb oluna bilər. Həmin məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 53.6-cı maddəsində göstərilib.

Bundan başqa Əmək Məcəlləsinin 107-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində vəümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir (Əmək Məcəlləsinin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla).

Sualınıza görə təşəkkür edirik.

112 Aynur (14-07-2010). Salam mən sizə bir dəfə busualla müraciyyət etmişdim, araşdırma apardım. Və yenə dalana gəlib çıxdım, ümid edirəm kömək edə bilərsiz. Qeydiyyatla bağlı məsələdir. Vətəndaşın qeydiyyata düşməyə heç bir yeri yoxdur, hal hazırda yasamal rayonunda yaşayır (8 ildir uşaqları da yasamal rayonunda məktəbə qedir. Əvvəllər Sumqayıt şəhərində qeydiyyata olublar.Sualım belədir: Həmin vətəndaş Yasamal rayonu polis idarəsinin inzibati binasına qeydiyyata alına bilər mi, yoxsa Sumqayıt şəhəri polis idarəsinə müraciyyət etməlidir? Çox xahiş edirəm bu məsələyə istinadlar göstərilməklə bir aydınlıq gətirəsiniz

Təəssüflər olsun ki, Məsləhətxananın 83-cü sualında qeyd edilən Konstitusiya Məhkəməsinin qərarına hələ də riayət edilmir. Həmin qərara əsaslanıb Nazirlər Kabineti yaşayış yeri olmayan şəxslərin regional qeydiyyat mərkəzlərinin yaradılmasında addımlar atmalı idi. Lakın bununla əlaqədar hələ də heç bir tətbirlər görülməyib. Biz çalışarıq “Dövlətə müraciət” bölməsi vasitəsilə bu problem barədə hakimiyyət orqanlarına məlumatı çatdıraq.

Sualınıza görə təşəkkür edirik.

113 Roya (13-07-2010) Salam. Menim heyat yoldashim R.S. 05.10.09 tarixde gunahsiz yere hebs edilib. Mezmunu size yazmiram. 10 aydir mustentiq Q.Q. ucbatindan tecridxanada yatir. hec bir senedde de, izahatlarda da R.S. gunahsizliqi subut olunur. indi istintaq bitib. Hakim R. xanim teyin olunub. Bilmek isteyirem ki mehkeme ne vaxt ola biler? 10 aydir artiq. 2 korpesini fikirden urek xesteliyi tapib.inaniramki mehkeme oz adil hokmunu verecek.sadece olaraq mehkeme teqriben ne zaman bash verecek onu oyrenmek isteyirem. cox saq olun

İlk öncə qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəlləsinin 218.10-cu maddəsi ilə cinayət işi üzrə ibtidai istintaqın maksimal müddətləri müəyyən edilib böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində ittiham üzrə — 6 (altı) aydan çox olmayan müddətdə;

  • az ağır cinayətin törədilməsində ittiham üzrə — 9 (doqquz) aydan çox olmayan müddətdə;
  • ağır cinayətin törədilməsində ittiham üzrə — 12 (on iki) aydan çox olmayan müddətdə;
  • xüsusilə ağır cinayətin törədilməsində ittiham üzrə — 18 (on səkkiz) aydan çox olmayan müddətdə.

Cinayət-Prosessual Məcəlləsinin 298.2-ci maddəsinə əsasən cinayət işi məhkəməyə daxil olduqdan sonra 15 (on beş) gün müddətində məhkəmənin hazırlıq iclası təmin olunmalıdır (cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət məhkəmənin qərarı ilə 30 (otuz) günədək uzadıla bilər). Məhkəmənin hazırlıq iclasından sonra məhkəmə baxışı təyin edilir. Qeyd edilən Məcəllənin 301.4.1-ci maddəsinə əsasən cinayət işinə baxılması üçün—məhkəmənin hazırlıq iclasının keçirildiyi andan 15 (on beş) gündən artıq ola bilməz.

Sualınıza görə təşəkkür edirik.

114 Qahirə (16-07-2010). Hakimlərin əmək və icra intizamı məsələsi harada nəzərdə tutulur? Məhkəmələrin özlərinin əmək və icra intizamının nəzərdə tutulduğu daxili intizam qaydaları olur?

Əlbəttə ki, nəzərdə tutulur. Belə ki, hakimlərin əmək və intizam məsələləri Məhkəmələr və hakimlər haqqında Qanunu ilə tənzimlənir (Konstitusiya Məhkəmənin hakimlərinin aidiyyəti məsələləri ayrıca olaraq Konstitusiya Məhkəməsi haqqında Qanunu ilə tənzimlənir).

O cümlədən, hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələləri Məhkəmə-Hüquq Şurası haqqında Qanun tənzimlənir.

İntizam qaydalarına çatanda isə, hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayan, peşə fəaliyyətinə münasibətini müəyyən edən Hakimlərin Etik Davranış Kodeksi mövcuddur.

Sualınıza görə təşəkkür edirik.

115 Adil (16-07-2010). Salamlar. Men yoldaşımla yenicə ayrılmışam. Bizim uşağımız məhkəmə qərarı ilə yoldaşımda qalıb və buna görə əmək haqqımın 14-i qədər aliment kəsilibdir (əmək haqqım yüksəkdir). Lakin bundan əlavə çox ağır xəstə olan və mənim himayəmdə yaşayan anamın müalicəsi xərcləri də mənim üzərimdədir – bu xərclər demək olar ki əmək haqqımın 50-60%-i qədər təşkil edir. Uşağa kəsilmiş aliment isə onun və anasının faktiki saxlanması üçün lazım olandan 3-4 dəfə yuxarıdır. Bu faktı nəzərə alaraq şikayət versəm, appelyasiya məhkəməsinin uşağa görə kəsilmiş alimenti azaltması nə qədər realdır?

Nəzərə almalısınız ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Bundan başqa digər tərəf bu Məcəllənin 78.1-ci maddəsinə əsasən həm qazancınızın dörddə bir hissəsini, həm də sabit pul məbləğini də məhkəmə vasitəsilə sizdən tuta bilər.

Amma onu da nəzərə almaq lazımdır ki, bu Məcəllənin 76.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla tərəflərin paylarının miqdarını azaldıla və artırıla bilər.

Ona görə də, hər bir halda məhkəməyə müraciət etmək (apellyasiya şikayəti vermək) hüququnuz var, amma maaşınız yüksək olduğundan məsələ sizin xeyrinizə həll olunma məsələsi müşgüldür. Alimentin müəyyən müddət ərzində azalmasını (misal üçün 6 ay ərzində, valideyniz üçün tələb olunan müalicə vaxtı) məhkəmədən xahiş etsəniz, ola bilsin ki, daha effektiv olar.

Sualınıza görə təşəkkür edirik.

116 Adil (18-07-2010). Mən ehtiyatda olan hərbi qulluqçuyam. Ehtiyatda olan Hərbi qulluqçuların bir dəfə bir pay torpaq alma hüququ var. Hansı qanunun hansı maddəsi ilə Məhkəməyə bir pay torpaq sahəsini alma və ya bir pay torpaq sahəsinin dəyərində kompensasiya alma iddiası ilə müraciət edə bilərəm? Və İddia Ərizəsini tərtib etməkdə, təqdim etmək üçün sənədlərin siyahısını qeyd edərək Mənə köməklik etmənizi XAHİŞ EDİRƏM. Öncədən minnətdarlığımı bildirirəm.

Bəli. Hərbi qulluqçuların statusu haqqında Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.

Sahənin əvəzinə kompensasiya almaq qanunvericilikdə nəzərdə tutulmayıb (kompensasiya yalnız müvəqqəti mənzilin kirayəsi üçün nəzərdə tutulub). Ayrı-ayrı şəxslər üçün hansı bir iş üzrə iddia ərizəni tərtib etmək pullu hüquqi xidmətlərə aiddir. İlk öncə qanunda nəzərdə tutulan daşınmaz əmlakın alınması üçün yerli icra hakimiyyəti orqanına və bələdiyyəyə ərizə ilə müraciət etməlisiniz. Əgər onlar məsələni müsbət həll etməsələr, onların cavabına əsaslanıb məhkəməyə müraciət etməlisiniz.

117 Namiq (20-07-2010). Salam. Çox xahiş edirəm mənim sualıma ətraflı cavab verəsiniz. Atam öz adına olan evi mənim adıma keçirmək üçün hansı idarəyə müraciət etməli, hansı sənədlər toplamalı və nə qədər dövlət rüsumları ödəməlidir? Ümumiyyətlə bu proses maksimum nə qədər vaxt apara bilər?

İlk öncə Bağışlama Müqaviləsi əsasında atanız qeyd olunan daşınmaz əmlakı sizə bağışlayır. Həmin müqavilə notarial qaydada təsdiq olunmalıdır (Dövlət rüsumu haqqında Qanunun 10.1.1-ci maddəsinə əsasən bu cür müqavilələrin təsdiqi üçün nəzərdə tutulan rüsum – 7 manatdır).

Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən hədiyyə ailə üzvündən alındığı üçün (əmlakın dəyərindən asılı olmayaraq) vergi ödəməkdən azadsınız.

Ondan sonra, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 10-cu maddəsinə əsasən həmin Bağışlama Müqaviləni, daşınmaz əmlaka aid sənədləri və dövlət rüsumunun ödənilməsi barədə qəbzini (Dövlət rüsumu haqqında Qanunun 26.1.1-ci maddəsinə uyğun olaraq – 30 manat) Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (müvafiq rayon üzrə idarəsinə) təqdim edirsiniz.

Sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı barədə Çıxarışı almalısınız.

Sualınıza görə təşəkkür edirik.

118 Adil (20-07-2010). Cavabınıza görə təşəkkür edirəm. Mən ehtiyatda olan hərbi qulluqçu olaraq yaşadığım Nəsimi rayon üzrə Nəsimi Bələdiyyəsindən mülkiyyətlərində torpaq sahələri olmadığından mənim müraciətimi müsbət həll etməyəcəklərinə dair cavab məktubu almışam. Ona görədə Məhkəməyə müraciət etmək istəyirəm. Bir sualım da var Yaşadığım rayon Bələdiyyəsi fərdi yaşayı evinin tikintisi üşün torpaq sahəsinin olmadığından mənə torpaq verilməsinin imkanları xaricində olduğuna dair cavab veribsə mən digər rayon ərazisində Bələdiyyədən torpaq sahəsi ala bilərəmmi?

Hərbi qulluqçuların statusu haqqında Qanunun 12-ci maddəsinin 10-cu bəndinə uyğun olaraq hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər.

Əvvələr qeyd etdiyimiz kimi, torpaq almaq hüququnuz var. Bələdiyyə və Yerli icra hakimiyyətinə müraciət etməklə yanaşı, Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz. Bu qurumlardan hansı birindən və ya hamsından sizi qane etməyən cavab aldıqda məhkəməyə müraciət edin. Hər bir halda sizə torpaq sahəsi ayrılmalıdır.

Baxmayaraq ki, məsləhəxana qaydalarının 3-cü bəndini pozmusunuz (Bir məsələyə aid bir dəfə sual verilməlidir) biz hərbiçilərə (keçmiş hərbiçilərə) əlavə məsləhətlərin vermək niyyətindəyik. Çünki onların peşəsi çətindir və şərəflidir. Kənardan maliyyə dəstəyimiz olsaydı, ola bilsin ki, pulsuz hüquqi yardım göstərməyə hazır olardıq (məhkəmədə nümayəndəlik və s.). Lakın bu geniş imkanlar bizdə hələ də yoxdur.

Sualınıza görə təşəkkür edirik.

119 Sara (20-07-2010) mektebeqeder (usaq bagcalarinda) muessiselerin muxtelif(yasla)qruplarinda tibb bacisinin terbiyeci muelllim kimi isleme huququ varmi.eger varsa esaslandirmaq ucun men indiki is yerine hansi senedi teqdim edim. Tesekkur edirem.

Əgər pedaqoji profilli ixtisasınız varsa (orta-ixtisas və ali təhsil) onda işləyə bilərsiniz. Amma, ümumiyyətlə tibb bacısı işi (040707) səhiyyə, rifah və xidmət ixtisasları qrupuna aiddir (Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatına uyğun olaraq).

Sualınıza görə təşəkkür edirik.

120 Azer (20-07-2010) Salam, Shexsiyyet vesiqesini deyishmek ucun hansi senedleri aparmaq lazimdir, tesekkurler.

Azərbaycan Respublikası Milli Məclisinin 994-cü il 29 noyabr tarixli 928 saylı qərarı ilə əsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 12-ci maddəsinə uyğun həyata keçirilir:

Şəxsiyyət vəsiqəsi dəyişdirildikdə bu Əsasnamənin 3, 5—11-ci bəndlərində nəzərdə tutulmuş qaydalar tətbiq olunur. Vətəndaş 25, 35, 50 yaşına çatdıqda və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün—şəxsiyyət vəsiqəsi; vətəndaşın soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə—vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər, vətəndaşın yaşayış yeri dəyişdikdə — ev, mənzil barədə müvafiq sənədlər, hərbi vəzifəsi dəyişdikdə—hərbi bilet və ya təhkim şəhadətnaməsi bu Əsasnamənin 3-cü və 7-ci bəndlərində göstərilən sənədlərlə birlikdə təqdim edilməlidir (yəni dəyişdirmənin səbəbindən asılı olaraq).

Sualınıza görə təşəkkür edirik.

121 Taleh (21-07-2010). Salam.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun müddəalarına əsasən Maddə 10. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı deyilir ki , yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır.Zəhmət olmasa deyərdiniz bu prosedur hansı orqanla və hansı mərhələrdə aparılmalıdır?Qeyd edim ki , Suraxanı rayonu ərazisində yaşıyıram.Göstərəcəyiniz köməkliyə görə əvvəlcədən minnətdaram.

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 12-ci bəndinə uyğun olaraq yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşına aşağıdakı sənədləri təqdim etməlidir:

  • şəxsiyyət vəsiqəsi;
  • ərizə-anket (2 saylı Əlavə).

Müvafiq icra hakimiyyəti orqanı dedikdə, Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 №-li Fərmanına əsasən Daxili İşlər Nazirliyi (pasport qeydiyyat idarələri) başa düşülür.

Sualınıza görə təşəkkür edirik.

122 Xeyale (21-07-2010). Salam xahis edirem mene komek edesiz.men soyadimi deyisib atamin adini ozume soyad goturmek isteyirem ama sonluqsuz.hal-hazirda is mehkemededir.Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı-ni mehkemeye delil kimi vere bilerem?

Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Qanun qüvvədə olan qanundur və məhkəmə üçün əsasdır. Həmçinin Mülki Məcəllənin 26.4-cü (Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır) maddəsi nəzərə alınmalıdır.

Sualınıza görə təşəkkür edirik.

123 Niki (22-07-2010). Salam! Əgər İşçinin daimi iş yeri varsa, onu digər iş yerinə mütəxxəsis kimi müəyyən bir müddətə işə cəlb edirlərsə, onunla hansı məcəlləyə əsasən müqavilə bağlamaq qanuna uyğun olar?

Sual bir az qeyri adi şəkildə verilib. Amma nəisə, Əmək Məcəlləyə (Əmək müqaviləsi) və ya Mülki Məcəlləyə (Podrat müqaviləsi) əsasən.

Sualınıza görə təşəkkür edirik.

124 Aynur (23-07-2010). Salam aleykum. Bilmək istərdim Şəhid ailələrin mənzil ilə (ev) təmin olunmasına hansı dövlət qurumu cavabdehdir, və bu mənzilin verilməsi proseduru hansı əsaslarla aparılır.

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Qanunun 4-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.

Həmin qanunun 5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.

Sualınıza görə təşəkkür edirik.

125 Aynur (23-07-2010). Salam Aleykum. Cavablarınıza görə təşəkkürlər. Bir sualım da var. Məhkəmənin qərarı məhkəmə icraçısı tərəfindən və ya cavabdeh tərəfindən icra olunmadıqda (ləngidildikdə) hara müraciyyət etmək lazımdır, və hansı əsaslarda.

Əgər icra məmuru (keçmiş məhkəmə icraçıları) İcra haqqında Qanunun (yeni dəyişikliklər 18 iyun 2010-cu il tarixində baş verib) 13-cü və digər maddələrdə göstərilən müddətləri pozursa Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinə (ola bilsin ki, yeni qanunun qəbul olunması ilə bağlı bu qurumun adı dəyişiləcək) və məhkəməyə şikayətlə (həmin qanunun 16.3, 23.7, 29-cu maddələrinə əsasən) müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

130 Taleh (28-07-2010). Salam. Sizlərə əziyyət vermək istəməzdim ama məcbur oldum. İnzibati xətalar məcəlləsində və Yol Hərəkəti haqqında qanunda nə qədər axtarsamda rast gəıə bilmədim.Zəhmət olmasa kömək edin. Sürücünün DYP-nin əməkdaşına sənədləri təqdim etmədiyinə görə cəriməsi və məsuliyyəti nədir? Bu hərəkəti tənzimləyən qanun zəhmət olmasa deyin. Əvvəlcədən minnətdaram.

Yol-Patrul Xidməti haqqında Təlimatın 3.4.4.4-cü bəndində göstərilən sənədləri (sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və s) müfəttiş sürücüdən tələb etmək səlahiyyətinə malikdir.

Qeyd etdiyiniz məsuliyyət isə aşağıda göstərilib:

İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinin 1-ci bəndi:

Polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə —

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Sualınıza görə təşəkkür edirik.

126 Aynur (27-07-2010) Salam. Chox xahis edirem mumkunse cavablandirasiniz. 2 qrup gozden elil nece saatla,daha dogrusu ne qeder ders yuku ile isleye biler. Men mektebde isleyirem, direktor defelerle elan edib ki, elil muellim isleye bilmez. Men de bunu gizledirem, Eger bunun ustu acilsa meni isden cixara bilerler?evvelceden tesekkurler

Bunu həkim arayışı əsasında edə bilərsiniz. Həkim müəyyən etməlidir ki, bu iş sizin gözünüzə necə təsir edə bilər və siz neçə saat işləyə bilərsiniz. Direktorunuza isə məsləhətxananın 81-ci sualında qeyd olunan normativ aktları göstərin.

Sualınıza görə təşəkkür edirik.

127 Gulnar (27-07-2010) Salam, men sumqayit seherinde yataqxanada yasayiram,2 il bundan evvel puluynan almmisam, dovlet vermeyibozel deyil. Oglum ve men o yataqxanaya propiskayiq, amma o yataqxana zavodun yataqxanasidir ve menim hec bir senedim yoxdur. Kecmis heyat yoldasim muvafiq idarelere muraciet edib, yataqxanani elimden alacagini deyir, ozune qalmasa da, deyir sene de qalmasin qoy pulun batsin, ne ede biler o? belke yataqxanani vaxtinda satim?

Əgər keçmiş həyat yoldaşınızla birgə yaşayarkən bu əmlakı almışsınızsa onda o, həmin əmlaka iddia edə bilər. Əks təqdirdə onun belə hüququ yoxdur. Bundan başqa, çox maraqlı haldır ki, qeyd etdiyiniz daşınmaz əmlaka sizin heç bir sənədiniz yoxdur. Bu özü-özlüyündə çox təəccüblü haldır. Çalışın daşınmaz əmlaka olan hüquqlarınızı sənədləşdirin və qanunlaşdırın.

129 Gulnar (27-07-2010) Yataqxanani ozum almisam. bosandiqdan sonra, yataqxanadaki menzil adimadir ve ora qeydiyyatdayam.amma o yataqxanalar özellesmeyib. Orada yasayanlar hamisi eledir. Sizce yoldasim sikayet etse elimden alarlar menzili.

Məsləhətxananın qaydalarında göstərilib ki, bir məsələyə aid bir dəfə sual vermək olar. Kimə şikayət edə bilər və nə əsasla bu yaşayış sahəsindən sizi çıxartmalıdırlar? Məsələyə aid bizim az məlumatımız var. Ola bilsin ki, qeyri-qanuni orda yaşayırsınız və ya keçmiş ərinizdə başqa bir səbəb var. Bir qayda olaraq boşandıqdan sonra alinan mülkiyyət yalnız sizə məxsusdur. Hər bir halda çalışın mülkiyyət hüququnu təsdiq edən sənədlər toplusu olsun (onda sizin hüquqlarınız tam müdafiə olunur). Daşınmaz əmlak alınarkən bunu nəzərinizdə saxlayın.

131 Vasif (28-07-2010). Erle arvad boshandiqda 1 yashli ushaq qanunla ataya verilir ya anaya?

Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən edilməsi məhkəmə tərəfindən həll olunur. Lakın həmin Məcəllənin 3.0.4-cü maddəsinə uyğun olaraq ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi əsas prinsiplərdən biridir və Ailə Məcəlləsinin vəzifəsidir. Bununla əlaqədar, adətən məhkəmələr uşaqları analara verir.

Sualınıza görə təşəkkür edirik.

132 Murad (28-07-2010). İşcinin vezifesinin ve ya emek haqqisinin mueyyen muddete ve ye hemişelik aşagi silinmasi huquqi cehetden dogrudurmu.

Əmək Məcəlləsinin 186-cı maddəsində intizam məsuliyyətinin növləri göstərilb. Əgər intizam tənbehi işçinin əmək haqqına yönəldilibsə, onda yalnız işçi aylıq əmək haqqının 14-i məbləğindən çox olmamaq şərtilə cərimə edilə bilər.

Əgər işçi Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənar edilibsə, onda işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Attestasiya əsasında da işçinin əmək haqqı aşağı salına bilər, amma həmkarlar ittifaqları təşkilatının iştirakı ilə ola bilər (Əmək Məcəlləsinin 156-cı maddəsi). Yani işəgötürənin əsası yoxdursa qeyd etdiyiniz hərəkətləri edə bilməz, əks təqdirdə işəgötürən məsuliyyətə cəlb oluna bilər.

Sualınıza görə təşəkkür edirik.

133 Elcin (29-07-2010) Salam. Mən həyat yoldaşımla VVAQ idarəsində kəbin kəsdirmək üçün hansi sənədlər təqdim etməliyəm və nə qədər dövlət rüsumu ödəməliyəm. Əvvəlcədən təşəkkürlər

Kəbin kəsdirmək daha çox dini anlayışdır, nigaha daxil olmaq daha düzgün olar (1-ci qanun tərəfindən tanınmır, ikinci isə tanınır). Belə ki, əgər nigaha daxil olmaq istəyirsinizsə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etməlisiniz.

Daha ətraflı məlumat almaq üçün Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 3-cü bölməsinə (NİKAHIN QEYDƏ ALINMASI) baxmağınız məsləhətdir.

Nikahın qeydə alınması üçün dövlət rüsumu – 5 manatdır (Dövlət rüsumu haqqında Qanunun 12.1-ci maddəsi).

Sualınıza görə təşəkkür edirik.

134 Anar (30-07-2010). Salam, evvelcden size gostereceyiniz komeye gore minnetdarligimi bildirierem. Zehmet olmasa cavablandirasiniz: Avtomobili ayaqqabidan basqa diger ayag geyimi vasitesile idare etmek olar? Eger olmazsa bu neye esaslanir ve bu barede ne qeder cerime tetbiq olunur?

Xeyr. Azərbaycan qanunvericiliyində qeyd edilən məsələ nəzərdə tutulmayıb. Ayaqyalın da sürmək olar. Buna baxmayaraq bir-sıra dövlətlərdə əgər şap-şapla nəqliyyat vasitəsini sürərkən yol-nəqliyyat qəzası baş vermişdirsə məsuliyyətin həddi arta bilər (misal üçün İsveçrə). Çünki çox vaxt şap-şap pedala ilişərkən nəqliyyat vasitəsini idarəedilməz edə bilər və ya digər səmtə yönəldə bilər. Buna görə də əgər qanunverici bu cür müddəanı qanuna əlavə etsə təəccüblü olmaz. Amma hələ ki, buna görə heç bir vətəndaş məsuliyyətə cəlb oluna bilməz.

Sualınıza görə təşəkkür edirik.

135 Gulshen (30-07-2010). Salam, zehmet olmasa deyin ele hal. yeni mubahise ola bilermi bir basa ALI mehkemeye muraciet edilsin 1-ci instansiya mehkemelerine ve appelyasi mehkemesine muraciet etmeden? Eger olarsa hansi hallarda?

Mülki Prosessual Məcəlləsinin 433-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu baxır. Yeni halların aşkar olunduğu gündən 1 aydan gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər.

Sualınıza görə təşəkkür edirik.

136 Aynur (31-07-2010). Salam aleykum kömək etməyinizə görə təşəkkür edirəm. Mənim məsləhətxananın 125 sualı ilə bağlıdır sualım yaranıb orada göstərilib ki, “məhkəməyə şikayətlə (həmin qanunun 16.3, 23.7, 29-cu maddələrinə əsasən) müraciət edə bilərsiniz.”

Nəzər yetirdiyinizə görə çox sağ olun. Səhv düzəldildi. Hostinq ilə bağlı dəyişikliklər edilərkən bəzi məlumatlar silinmişdir. Biz onları bərpa edirik. Əgər bu cür səhvləri yenidən aşkar etsəniz xahiş edirik xəbər verin.

Təşəkkürlər Aynur xanım.

137 Susen (31-07-2010). Salam men (S.A.A. gizlədilib) yazaraq size bildirirem ki, menim bacim Naile 2009-cu ilde bir nefere qacmishdir sonradan ondan teziqler gormus hetta bicaqla onun bedenine xesaretler yetirmisdir bacim eve qayitmaq isteyir ama ona yene de teziq ederek qorxudurlar. Bir usagi var. bizi qoymurlar bacimi gormeye. Ama dunen bize qonsudan zeng eletdiribler bacima ki gelmek istemediyini bildirib. Bellidir ki necese qorxudublar. Xahis edirik bir meslehet veresiniz biz neyniyek.

Etibarınıza görə təşəkkür edirik. Baxmayaraq ki, hüquqi məsləhətin bu vəziyyətdə az faydası olacaq məsləhət görərdik ki, hüquq mühafizə orqanlarına müraciət edəsiniz. Lakın biz başa düşürük ki, bu cür addımın atılması çətinlik çəkə bilərsiniz. Buna görə də ilk öncə Hüquqşünas Qadınlar Assosiyasiyasına, Azərbaycan Qender İnformasiya Mərkəzinə, Amerika Hüquqşünaslar Assosiasiyasına (Bakı ofisi) müraciət edin. Bu təşkilatlar qadın zorakılığına qarşı mübarizə aparırlar və təsir imkanları daha genişdir. Çalışın onlarla görüş təşkil edin və problemlərinizi açaıqlayın.

Müraciətinizə görə təşəkkür edirik. Mübarizə aparın. Qorxmayın.

138 Nariman (01-08-2010). 4 mertebeli binanin 1-ci mertebesinin (ozel-sexsi) altindaki yarim zirzemi mulki ganunverijiliye gore mene mexsusdurmu?

Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi) və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

Əgər həmin sahəyə (zirzəmiyə) qanuna uyğun mülkiyyət hüququnu almaq istəyirsinizsə digər mülkiyyətçilərdən onların paylarını almalısınız və sonradan müvafiq qaydada özəlləşdirməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

139 Xalide (01-08-2010). Salam. Size bele bir sualim var. Men fransada yasayan aerbaycan vetendasiyam. Bu ilin 4 iyul tarixinde buraya oglumla gelmisem ve hec bir problem yaranmayib. Bugun 1 avgust tarixinde burdan fransaya geri ucmaq isterken, serhedden meni ve oglumu buraxmadilar ki, atasinin raziligi lazimdir, hal bu ki usagin atasi yoxdur ve onu men tek boyudurem. Usaq fransada anadan olub ve menim soy adimi dasiyir. Onun dogum haqqinda sehadetnamesinde de sadece menim adim yazilib. orda Azerbaycan konsulumuz dogum haqqinda sehadetnamesini tercume eletdirib mohurleyib, usagin adini da seklini de menim pasportuma vurmusdu, ve ordan bura men hec bir ata raziligi olmadan gelmisem. indi de menden burda o kagizi isteyirler. ya da deyirler tek ana forma 4 kagizini alin VVAQ sobesinden. orda da biz vere bilmerik cunki usaq Fransada olub burda qeydiyyatda deyil deye. Men ne edim, bu durumdan cozumu hardan axtarim?

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin 11-ci bəndinə əsasən 18 yaşına çatmamış vətəndaş qanunla müəyyən edilmiş qaydada, bir qayda olaraq, ölkədən yalnız valideynlərindən birinin və ya qanuni nümayəndəsinin müşayiəti ilə və onların pasportlarına yazılmaqla və fotoşəkilləri yapışdırılıb möhürlə təsdiqlənməklə gedə bilər.

Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.

Bununla da səlahiyyətli şəxslərin bu cür addımları əsassızdır. Siz müvafiq qaydada yuxarı instansiyalara və məhkəməyə şikayət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

140 Sahla (03-08-2010). Salam. Sizə sualım belədir: İki ay müddətinə işlədikdən sonra müəssisədə ştatların ixtisarı səbəbilə məni işdən azad elədilər. Bİlmək istərdim ki, bu zaman mənə nə qədər pul ödənilməlidir. Ancaq maaslamçı kifayətlənməliyəm yoxsa əmək məcəlləsində nəzərdə tutulduğu kimi ikinci və ücüncü aylar ucun də orta əmək haqqı ilə ödəmə edilməlidir? və eyni zamanda məndən isdən oz xahisim ilə azad olunmam barədə ərizə yazmamı istədilər. Bu ərizəni yazmagim nə qədər dogrudur? Xahis edirəm mənə ətraflı cavab verəsiniz ki, əlavə haqq tələb etmək hüququm var və nə qədər? Əvvəlcədən minnətdaram.

Bildiyiniz kimi, Əmək Məcəlləsinin 11-ci maddəsinin (ə) bəndinə əsasən işçilərin sayını ixtisar etmək işəgötürənin əsas hüquqlarından biridir. Lakın bununla belə işəgötürən həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə riayət etməlidir. Belə ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir (və ya xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəmək).

Əgər müqaviləyə həmin əsasla (ixtisar) xitam verilirsə sizin orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı almalısınız. Orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı (Baş Məşğulluq idarəsi və onun yerli orqanları) tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində həmin orqanda qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən tərəfindən ödənilməlidir və xəbərdarlıq müddətləri əvəzinə verilən haqqa hala şamil olunmur.

Amma bir məsələ də var. Əgər əmək müqaviləsində sınaq müddəti göstərilibsə (misal üçün 3 ay), onda Əmək Məcəlləsinin 53.1-ci maddəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Buna görə də Əmək Kontraktınıza diqqətlə baxın.

Sualınıza görə təşəkkür edirik.

141 Röyal (03-08-2010) Salam. Mən aldığım birinci təhsilim ödənişsiz əsaslarla olduğundan qəbul olduğum ikinci təhsilim ödənişli əsaslarla olacaq. Amma mənim buna maddi imkanım catmır. Təhsilimin haqqını ödəmək üçün hansısa Dövlət müəssəsinə müraciət edə bilərəm? Və hansi Dovlət müəssəsinə? Xahiş edirəm ətraflı cavablandırın.

Bəli təəssüflər olsun ki, Təhsil haqqında Qanunun 5.4-cü maddəsinə əsasən dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Yəni hər bir halda ikinci dəfə ali təhsil almaq yalnız ödənişli ola bilər.

Sualınıza görə təşəkkür edirik.

142 Tima (04-08-2010). Salam, men bir neferden avtomobil almaq isteyirem, hansi senedlesmeler olmalidir xahis edirem etrafli cavablandirasiniz.

Əgər doğrudanda bu barədə ətraflı bilmək istəyirsinizsə Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 2.8, 2.9, 4.1 və 4.2-ci bəndlərinə nəzər yetirmək lazımdır.

Belə ki, nəqliyyat vasitəsinin sahibi dəyişildikdə aşağıdakı sənədlər təqdim edilməlidir:

2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;

4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin və yığımların ödənilməsi barədə qəbz;

5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.

Həmçinin nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin Qeydiyyat-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır.

Müqavilə üzrə əmlak digər vətəndaşın və ya hüquqişəxsin mülkiyyətinə keçirsə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün dövlət rüsumu – 50 manatdır (Dövlət rüsumu haqqında Qanunun 10.2.2-ci bəndi).

Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə – 10 manat;

Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün – 10 manat;

Nəqliyyat vasitələrinin qeydiyyatına (təkrar qeydiyyatına, daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə – 10 manat;

Sualınıza görə təşəkkür edirik.

143 Arzu (04-08-2010). Salam. Xahiş edirəm Mənə imkan daxilində köməklik göstərəsiniz. Bakı şəhərində qeyri stasionar ticarət obyektlərinin (yəni bünövrəli tikinti yox, yığılma metal-plastik konstruksiya 16-20 kv.m.) yerləşdirilməsi qaydalarını bilmək istərdim. Hansı orqanlara (yerli İH və ya Bakı şəhər İH) və hansı qaydada sənədləşmə aparılmalı, hansı sənədlər toplanmalıdı, rüsum varmı? Əvvəlcədn təşəkkürlər.

Səyyari (mövsümi) ticarət və xidmətlər (hüquqi və fiziki şəxslərin xüsusi müəyyən edilmiş yerlərdə səyyar (əldən, özüyeriyən və ya daşınan) vasitələrlə həyata keçirdikləri fəaliyyət növü) Bakı şəhəri səyyar (mövsümi) ticarət və xidmətlərinin aparılması Qaydalarına uyğun olaraq həyata keçirilir.

Səyyari (mövsümi) ticarət və xidməti həyata keçirmək istəyən hüquqi və fiziki şəxslər məktub və ərizə ilə Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamentinə müraciət etməlidir. Müraciətdə fəaliyyətin həyata keçiriləcəyi yer və onun konkret növü göstərilməlidir. Həmin dövlət qurumu ərizənizə baxdıqdan sonra sizə müvafiq icazə verməlidir (mövsümdən asılı olaraq 6 ay, 1 il və ya daha çox ola bilər).

Dövlət rüsumu haqqında Qanunun 31.2-ci maddəsinə əsasən mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə Bakı şəhəri üzrə dövlət rüsumu – 60 manatdır.

Sualınıza görə təşəkkür edirik.

144 Vasif (04-08-2010). Sual-1. Sürücülük vəsiqəsini almaq üçün sürücülük məktəbini oxumaq lazımdır. Məktəbi bitirdikdən sonra vəsiqəni almaq üçün kompyuterlə şablon imtahanı verildiyini bilirəm. Bəs sürücülük təlimi vərdişindən də imtahan verilir ya yox. Xahiş edirəm varsa qanunu yazasınız. Sual 2.Mən İsmayıllıda yaşayıram və istəyirəm ki öz yoldaşımı Bakı şəhərindən uçotdan çıxarıb İsmayıllı rayonuna uçota salım.Bunun üçün mene hansı sənədlər lazımdır.təşəkkür edirəm.

1-ci sual ilə bağlı. Əlbəttə ki, təcrübi imtahanlar da keçirilir. Və aidiyyəti məsələləri Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı tənzimləyir. Hətta Təcrübi imtahanın keçirilmə metadikası orada əks olunub.

2-ci sual ilə bağlı. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir (DİN-nin yerli pasport-qeydiyyat idarəsi). Həmin orqan vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Sualınıza görə təşəkkür edirik.

145 Tarana (05-08-2010). Salam men sexsiyyet vesiqemin istifde muddetinden 2 ay kecib. Qanunla men onu deyisherken pasport stolda her hansi bir mebleg odemeliyem yoxsa yox? Eyni zamanda nigaha girmisem, familyami deyishmisem ancaq helede ata evinde qeydiyyatdayam. Aile qurdugum eve qydiyyata dusmek ucun neye gore 200 manat odemeliyem? Xahish edirem mene meslehet verin.

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 7-ci bəndinə əsasən vətəndaşın 25, 35, 50 yaşına çatması, həmçinin onun soyadının, adının, atasının adının, ailə vəziyyətinin dəyişməsi, şəxsiyyət vəsiqəsinin itirilməsi, yararsız hala düşməsi ilə bağlı şəxsiyyət vəsiqəsi dəyişdirilərkən heç bir əlavə sənəd tələb edilmədən, o, yaşayış yeri üzrə qeydiyyata alınmalıdır.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir (DİN-nin yerli pasport-qeydiyyat idarəsi). Həmin orqan vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsinə əsasən vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına, habelə həmin müddət ərzində yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə

– xəbərdarlıq edilir və ya üç manatdan beş manatadək miqdarda cərimə edilir.

Dövlət rüsumu haqqında Qanunun 14.5-ci bəndinə əsasən şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə rüsum – 2 manat təşkil edir.

Buna görə də 200 manat məsələsi çox şübhəlidir. Məsləhət görərdik ki, əgər məmurlar korrupsiya hallarına yol verirsə müvafiq qaydada Azərbaycan Rеspublikasının Kоrrupsiyaya qarşı mübarizə üzrə Kоmissiyasına, prokurorluğa müraciət edəsiniz.

Sualınıza görə təşəkkür edirik.

146 Röyal (05-08-2010). Cavabınıza görə təşəkkürlər(141)Xahiş edirəm bir sualımada cavab verəsiniz. Mən İkinci təhsil haqqımı ödənilməsi üçün Təhsil Haqqında Qanunun Maddə 35-i Təhsilalanların sosial müdafiəsi (35.3. Təhsilalanlar üçün qanunvericiliyə uyğun olaraq digər sоsial müdafiə tədbirləri də tətbiq edilə bilər)rəhbər tutaraq Əhalinin Sosial Müdafiə Nazirliyinə və ya Bələdiyyəyə müraciət edə bilərəm?

Müraciət edə bilərsiniz. Lakın təhsil haqqını sosial müdafiə tədbirləri ilə bağlamaq düzgün olmazdır. Sosial müdafiə tədbirləri dedikdə adətən müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; tibbi təminat; nəqliyyat və mənzil-kommunal və digər güzəştlər başa düşülür.

147 Mehriban (05-08-2010). Penitensiar müəssələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu email unvanıma göndərməyinizi XAHİŞ EDİRƏM

Adı çəkilən Qanun burdadır.

148 QABIL (06-08-2010). Salam. Muharibe veteraniyam. Doyusden sonra Polis orqanlarinda Polis neferi kimi fealiyyete baslamisam. Qeyri-qanunu Polisden uzaqlasdirilmisam. Azerbaycan Respublikasinin merhum prezidenti cenab Heydar Eliyev Ilham eliyevle birlikde rayona gelende birbasa onunla gorusmusem ve evvelceden hazirladiqim mektubu merhum Prezidentimize vermisem. Mektubda muharibe veterani olduqumu ve qeyri-qanunu Polisden uzaqlasdirildiqimi yazmisam ve xais etmisem ki, meni oz is yerime berpa etmekde mene komeklik goztercin. Merhum prezidentimiz Heydar Eliyev cenablarinin gosterisine esasen Polise berpa olunmusam. Ustinden 6 ay kecenden sonra ise rayon Polis sobinin reisi ve rayon Prokrolu terefinden ustaliqla hazirlanmis teleye dusmusem. 127 maddenin 2.1 bendi ile eleyhime cinayet isi qaldirilib. Butun rayon rehberleri meni sixisdirmaqa basladilar ki sen niye prezidente sikayet etmisen. Onuda nezerinize catdira bilerem ki, menden basqa prezidente mektub veren ikinci sexsi rayon rehberleri ustunden bir ay kecmedi ki, gulle ile vurub oldurduler ve qaninida batirdilar. Respublika bas Prokrolluquna, Prezident aparatina ve DIN sikayet etmisem. Lakin rayon Prokrolu terefinden Bakiya rusvet yollanilib ve menim sikayetime goz yumublar. Rusiyaya uz tutmusam. 2006-ci ilden Rusiya vetendasiyam. 1993-cu il 22 yanvar Minisk konvensiyasinin 72 ve 73 -cu bendlerine esasen, men Rusiya vetendasi olduquma gore cinayet isi Rusiya istintaq orqanlarina yollanila bilermi? Hansi qanuna esasen cinayet isini Azerbaycandan alib Rusiyaya baxilmaq ucin yollamaq olar?

Siz özünüz bu suala cavab verdiniz. Həmin Minsk Konvensiyasına Azərbaycan 1 sentyabr 1995-ci il tarixində qoşulub (Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin «Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında» Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə Milli Məclisin Qərarı). Və bu Konvensiyanın 72 və 73-cü maddəələrinə əsasən cinayət təqibi üzrə tapşırıq olmalıdır. Lakın 75-ci maddəsinə əsasən əgər iş üzrə hökm və ya digər yekun qərar qəbul edilibsə cinayət təqibi üzrə tapşırıq göndərilə bilməz. Hər bir halda Azərbaycan səlahiyyətli orqanın təşəbbüsü olmalıdır (cinayət təqibin Rusiayada aparmaq üçün), əgər cinayət Rusiya ərazisində törədilməyibsə.

Sualınıza görə təşəkkür edirik.

149 Samir (06-08-2010). Salam. Haqqinda Azerbaycan respublikasinin 127 maddesinin 2.1 bendi ile cinayet isi qaldirilmis sexs, nece il gizlendikden sonra uze cixmarsa, hemin cinayet isi leqv olunur?

Yəqin ki, Cinayət Məcəlləsi nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 127-ci maddəsinin (Qəsdən sağlamlığa az ağır zərər vurma) sanksiyasında nəzərdə tutulan maksimal cəza beş ilədək müddətə azadlıqdan məhrum etmədir.

CM-nin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.

CM-nin 75-ci maddəsinə uyğun olaraq cinayət törətdiyi gündən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Lakın eyni zamanda, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.

Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 53 və 277-ci maddələridə nəzərə alınmalıdır.

Sualınıza görə təşəkkür edirik.

151 Seymen (07-08-2010) Dasinmaz emlakin ozgeninkilesdirmek ucun hansi senedler lazimdir. Nezerinize catdiriram ki emlak anadan ogula kecir. Ve rusum ne qederdir?

Bu cür suallar Məsləhətxanada dəfələrlə cavablandırılmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8, 9, 10 maddələrinə nəzər yetirin. Həmçinin aidiyyəti suallar Məsləhətxananın 1, 5, 6, 62, 79 və digər suallarında cavablandırılmışdır.

Dövlət rüsumu haqqında Qanunun 26-cı maddəsinə nəzərə yetirsəniz rüsümlar barədə də geniş məlumat ala bilərsiniz. Əgər övladınızın adına keçirmək istəyirsinizsə. Bağışlama müqaviləsi tərtib edib notarial qaydada təsdiq etməklə. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun yuxarıda qeyd edilən maddələrə əsasən hayata keçirilir.

Sualınıza görə təşəkkür edirik.

152 Royal (07-08-2010). Təhsil Haqqında Qanunun Maddə 35-i Təhsilalanların sosial müdafiəsi (35.3. Təhsilalanlar üçün qanunvericiliyə uyğun olaraq digər sоsial müdafiə tədbirləri də tətbiq edilə bilər) Nece basa dusulur?

Məsləhətxananın 146-cı sualına baxa bilərsiniz. Həmçinin Məsləhətxananın qaydalarının 3-cü bəndinə əsasən bir məsələyə aid aid bir dəfə sual vemək olar.

153 Gulshen (07-08-2010). Salam. Biz 1900 cu ilde tikilmis kohne binada yasayiriq. otagimizin sahesi 59kv metrdir. otagin altinda 45 kv metr olan zirzemi yerlesir. 1981-ci ilden bu evde yasayiriq. Kanalizasiya ve su durbalarimiz bu zirzemide yerlesir, orani bize icareye vermisdiler. Onuda qeyd edim ki bura dovlet mulkiyyetindedir ve indi orani basqa birine satmaq isteyirler. Burani qanuni yolla ozellesdirmek ucun ne qeder dovlet rusumu odemelik ve ne etmeliyik.

İş ondadır ki, yeni Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən zirzəmilər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Lakın hələ də köhnə Mənzil Məcəlləsinin bir çox müddəaları tətbiq edilir. Bunu və məsələ mübahisəli olduğunu nəzərə alaraq siz məhkəməyə müraciət edə bilərsiniz.

Belə ki, 1 noyabr 1994-cü il tarlixli 919 №-li Qanuna uyğun olaraq vətəndaşa xüsusi mülkiyyət hüququ ilə məxsus olan yaşayış evinin (evin bir hissəsinin) sahəsi, otaqlarının və mərtəbələrinin sayı, habelə yardımçı xidmət binalarının (zirzəmi, anbar, hamam, mətbəx və s.) sahəsi məhdudlaşdırıla bilməz. Özəlləşdirmə isə Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna əsasən həyata keçirilir.

Sualınıza görə təşəkkür edirik.

154 Venera (07-08-2010). Salam xahish edirem sualimi cavablandirasiniz. 7-8 ay bundan qabaq yoldashimdan resmi olaraq boshanmama baxmayaraq ushaqin alimentini bir defede olsun odemeyib, bilmek isteyirem bir il muddetinde odemese menim huququm neye catir? Yeni ne ede bilerem? Ustelikde ushaqla danishmaq isteyirem deyib meni hedeleyir, demek olar ki her gun..indi bilmirem kime muraciet edim.

Əgər aliment məhkəmə qaydasında müəyyən edilibsə (Ailə Məcəlləsinin 13-16, 76 maddələri və 17-ci fəsli) siz keçmiş həyat yoldaşınızın iş yerinə (məhkəmə vasitəsilə) icra vərəqi təqdim etməklə alimenti onun əmək haqqından tuta bilərsiniz.

Bundan başqa İcra haqqında Qanunun 12.2.1-ci maddəsinə əsasən alimentlərin, habelə bu ödəmələr üzrə bütün borc məbləğlərinin tutulması haqqında icra sənədləri dərhal icra olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

155 Mehri (08-08-2010). 21 YASLI genc usaqliqdan Bronxial astma tez tez residiv veren agir gedisli 2 derece dioqnozu ile usaqliqdan 17 yasina kimi 3-cu qrup elilliye gore pensiya alirsa 17 yasindan sonra ilde 2 defe proflaktik mualice ve duzgun qida temizliye riayyet neticesinde xesteliyinin inkisafi sengiyibse ve elilliye gore hekim komissiyasina muraciet etmirse Universiteti bitirdikden sonra esgerliye aparila biler? Nezerinize catdirim ki allergiya meselli bronxlarin iltihabi ile elaqedardir. Seheddin qorunmasina xususi diqqet teleb edir.

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Qanunun 13-cü maddəsinə əsasən

Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir:

  • həqiqi hərbi xidmətə yararlılıq haqqında;
  • səhhətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında;
  • dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında;
  • hərbi uçotdan çıxarılmaqla həqiqi hərbi xidmətə yararsızlıq haqqında.

Hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda həqiqi hərbi xidmətə çağırılanların qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır.

Bunun üçün də Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 52-ci bəndinə nəzər yetirmək lazımdır:

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

a) ağır dərəcəli

b) orta ağır dərəcəli

C və ya B FƏRDİ

c) yüngül dərəcəli

ç) bronxların dəyişilmiş reaktivliyinin saxlanması ilə 3 il və daha artıq müddətdə tutmaların olmaması

A
HDQ, DP, ÜH, XQ-də yararsız

Bronxial astma diaqnozu stasionar müayinədən sonra təyin edilməlidir.

«a» bəndinə xəstənin təkrar stasionar müalicəsini tələb edən, hormonal asılılıqlı, II — III dərəcəli ağciyər və ağciyər-ürək çatışmazlığı ilə müşayiət olunan, ağır və tez-tez baş verən boğulma tutmaları ilə təzahür edən (hər həftə, çox vaxt astmatik hal), nəfəsvermənin zirvə sürətinin (NZS), yaxud sürətləndirilmiş nəfəsvermə həcminin (SNH1) birinci saniyə ərzində normal göstəricilərin 30 %-indən çox gündəlik dəyişmələri və tutmalararası dövrdə NZS-nin, yaxud SNH1-nin normal göstəricilərin 60%-indən az olması ilə xarakterizə olunan bronxial astma aiddir.

«b» bəndinə ayda bir dəfədən az olmayaraq təkrarlanan, müxtəlif bronxgenişləndirici dərmanların yeridilməsi ilə aradan qaldırılan boğulma tutmaları, NZS-nin, yaxud SNH1-nin göstəricilərinin 30 %-dən çox gündəlik dəyişmələri və tutmalararası dövrdə NZS-nin yaxud SNH1-nin normal göstəricilərin 60 — 80% arasında olması ilə xarakterizə olunan bronxial astma aiddir.

«c» bəndinə bronxgenişləndirici dərmanlarla asan aradan qaldırılan, ildə 2 — 3 dəfədən artıq olmayaraq qısamüddətli boğulma tutmaları olan, tutmadan kənar dövrdə simptomların olmaması və ağ ciyərlərin normal funksiyası ilə, NZS-nin, yaxud SNH1-nin 30 %-indən çox gündəlik dəyişmələri və tutmalararası dövrdə NZS-nin, yaxud SNH1-nin normal göstəricilərin 80%-indən çox olması ilə xarakterizə olunan bronxial astma aiddir.

Digər xəstəliklərin fəsadlaşmaları olan bronxospastik (obturasion, endokrin-humoral, nevrogen, toksiki və s.) sindromlar zamanı, hərbi xidmətə yararlılıq kateqoriyası əsas xəstəliyin gedişindən asılı olaraq «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir.

Yəni, hərbi-həkim ekspertizasının hansı bir şəxsin hərbi xidmətə yararlı olub-olmadığı barədə əsası olmalıdır.

Sualınıza görə təşəkkür edirik.

156 Sahmar (09-08-2010). Salam. bilmek isteyirdim usaq ovladliga goturmek ucun hansi senedler lazimdir ve prosedur qaydalari necedir.

Övladlığa götürmə ilə məlumat toplusu böyük olduğundan ayrıca blok açmaq məcburiyyətində qaldıq.

Bilgini əldə etmək üçün Hüquqi bloklar bölməsində Övladlığa götürmə blokuna daxil olmaq lazımdır.

Sualınıza görə təşəkkür edirik.

157 Sahmar (09-08-2010). Salam. menim dayimla mulk uzerinde beraber paya malikik. aramizda mueyyen naraziliqlar var. menzilin bolunmesi ve ya satilmasi ucun hansi isleri gormek lazimdir

Əgər aranızda mübahisəli problemlər varsa çalışın danışıqlar yolu nəticələr əldə edəsiniz. İşdir alınmasa məhkəmə qaydasında bu məsələni həll edə bilərsiniz. Bunun üçün rayon üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz.

158 Anar (09-08-2010). Salam, bir daha gosterecyiniz komeye gore minnetdarligimi bildirirem.Zehmet olmasa avtobilin suselerinin plyonka ve ya perde vurulmasi barede aciqlama veresiniz.

Yol hərəkəti haqqında Qanuna 1 saylı Əlavəsinin 7-ci paraqrafına (Konstruksiyanın digər ünsürləri) uyğun olaraq sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradanəlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olur.

Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanıgöstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və yasənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Adı çəkilən edilən nasazlıqlara yol veriləndə inzibati məsuliyyətə cəlb olunmasına səbəb olur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 155.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriyi, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə

– iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.

Sualınıza görə təşəkkür edirik.

159 Ayten (09-08-2010). Salam. Menim sualim budur ki men qizimla yoldasimin evinde qeydiyyatda deyilem. Yoldasim deyirki qardasimla men qeydiyyatdayiq evde. qizimla sen avtomatik qeydiyyata dusursuz ev qardasimla menim adimadi. Bir ev iki qardasin adina ola biler? Bu dogrudur xais edirem cavab yazasiniz,cavabinizi gozleyirem

Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ona görə də ola bilər. Amma qeydiyyatla bağlı şübhəli məsələdir. Avtomatik qeydiyyata düşmə məsələsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb.

Sualına görə təşəkkür edirik.

160 Kenan (10-08-2010). Salam adim Kenandi atam saatsazdi Neftcilər metrosunun yaxinliğindaki 5 mərtəbə binanın 1-ci mərtəbəsinə əlavə olunmuş qeyri yaşayış yeri olan 1.2kv metr yerimizi qanunsuz özəlləşdiriblər. Bu haqqda Dövlət Əmak Komitəsinə yazılı sürətdə müraciət edik amma onlar bu yerin köhnə işciləri tərəfindən özəlləşdiyini bildirdilər, dedilərki məhkəməyə müraciət edin bizdə etdik məhkəmə isə bizdən hemin obyektin cıxarışını istədi biz yenidən Əmlak komitəsinə müraciət etdik amma hələ bir cavab yoxdur. Nəzərinizə catdiriram ki atam orada 1990-cı ildən saatsaz kimi işləyir əlimizdə lazımı senedlərdə var amma buna hec kim baxmayir. Sizdən bizə kömək etmənizi xahiş edirəm.

Bəli bu cür məsələlər məhkəmə tərəfindən həll olunur. Əgər qeyd etdiyiniz dövlət qurumu sənədləri təqdim etmirsə və ya yubandırırsa, həmin sənədləri məhkəmə vasitəsilə ala bilərsiniz. Belə ki, Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.

Sualınıza görə təşəkkür edirik.

161 Murad (10-08-2010). Salam. Azerbaycanda musteqil ekspert fealiyyet gosterirmi? Bawqa sozle her hansi bir muqaviledeki imzanin heqiqiliyini mehkemeden ve diger huquq muhafize orqanlarindan kenar ekspertizasini nece aparmaq olar? eger mumkun deyilse bu situasiyada ne etmek olar?

Təəssüflər olsun ki, müstəqil ekspertiza institutu Azərbaycanda hələ də formalaşmayıb. Baxmayaraq ki, bununla bağlı müəyyən cəhdlər atılıb (tibbi, qiymətləndirmə və s.).

Qeyd etdiyiniz ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar və səslərin ekspertizaları şöbəsinə və ya Sənədlərin texniki ekspertizası şöbəsinə müraciət edə bilərsiniz. Əgər imzanın həqiqiliyini yoxlamaq istəyirsinizsə məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi lazım olacaq (Тel.: 4985364, 4985384, 4980960; e-mail: azcrimexpert@azdata.net).

Sualınıza görə təşəkkür edirik.

162 Namiq (10-08-2010). SALAM. Çox-çox sizdən xahiş edirəm mənim sualıma sabaha və ətraflı cavab verəsiniz. Bu mənim üçün çox vacibdir. Atam öz adına olan evi mənə(oğluna) bağışlamaq üçün notariusa müraciət etdi. Bizdən çoxlu sayda müxtəlif sənədlər və sizin göstərdiyiniz dövlət rüsumündan (7 manat) çox pul istədilər. Çox xahiş edirəm notariusa təqdim ediləcək bütün sənədləri və dövlət rüsumlarını tam bildirəsiz. Sizin cavabınızı çap edib notariusa göstərmək istəyirəm bəlkə xeyiri oldu.

Sizə Məsləhətxananın 117-ci sualında ətraflı cavab verilmişdir. Əgər notarius sizdən başqa sənədləri tələb edirsə, bunların əsaslarını göstərməlidir. Bakı şəhərində yerləşirsinizsə 46 saylı notariusa müraciət etməyinizə məsləhət görərdik. Onlar daha keyfiyyətli xidmətlər göstərirlər. Tələb olunan sənədlərin siyahını onlardan xahiş edin. Əgər əlavə sənədləri tələb etsələr biz bu məsələ ilə daha dərin məşğul olarıq.

163 Gulshen (10-08-2010). Salam Sebayil rayonunda yerlesen menzilimizin altinda yerlesen yardimci teserrufatimizi – zirzemimizi ozellesdirmekucun onun 1 kvadrat metrine ne qeder pul odemeli oldugumuzu hardan ve ya hansi menbeden oyreneceyimizi deyin zehmet olmasa.

Baxmayaraq bu məsələ qanunvericiliklə tənzimlənmir (çünki bu xidmətlər müstəqil qiymətləndiricilər tərəfindən bazar qiymətlərini nəzərə almaqla həyata keçirilir). Biz sizə məsləhət görərdik ki, aşağıdakı qurumların veb-saytlara baxasınız:

  • Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti
  • V.E.S. Consultancy LLC
  • İVC – Beynəlxalq Qiymətləndirmə Mərkəzi

164 Taleh (11-08-2010). Hormetli huqusunas xahis edirem komek edin.bele ki biz kabel televizyasindan qeyri qanuni (bilmediyimden) istifade etdiyimiz ucun katv bizi Nesimi Rayon Mehkemesine verib. 81 azn mebleginde cerime olunmusuq. Hal hazirda mehkeme bizi cox narahat edir. Men de islemediyim ucun bu meblegi toplum odeye bilmirem. Mumkundurmu ki, men bu meblegi ayda 10azn olmaqla odeyim ve bunun ucun hara nece muraciet edib ne etmeliyem. Ccox xahis edirem cavabinizi tezlikle gozleyirem. Onceden minetdarligimi bildirirem.

Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mümkündür. Bunun üçün siz məhkəməyə ərizə ilə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

165 Jalchin (11-08-2010). Salam. 2003-cu ilde islemek meqsedile Rusiyaya uz tutmusam. Rusiyada ali mektebe qebul olunandan sonra, pullu sobede oxuduqum ucun mecburiyyet qarsisinda qalib Rusiya vetendasliqini qebul etmisem. Cunki, Rusiya vetendasliqi olmasa yaxsi isde isleye bilmezdim ve tehsil haqqini odeye bilmezdim. Men Azerbaycanin zaqranpasportunu muharibe veterani vesiqesi ile almisam. Rusiya vetendasliqini qebul edenden sonra, mene kecmis SSRI pasportunu qaytardilar. Nezerinize catdiriram ki, men Rusiyaya gelende, kimlik almamisam ve SSRI pasportu ile gelmisem rusiyaya. Kecmis SSRI pasportunda hetta birinci sehveye Azerbaycan vetendasliqini tesdiq eden pecat bele vurdurmusam. SSRI pasportunda Azerbaycanda propiskadayam. Umimiyyetle men Azerbaycanda postoyanni propiskadayam. Artiq maqistaturani qirmizi diplomla basa vurmusam. 15-20 gune kimi diplomumu alan kimi, Azerbaycana qayitmaq ve kimlik alib vetende yasamaq isteyirem. Bunuda cox gozel bilirem ki, Azerbaycanda qanun deyilen sey yoxdur ve rusvetxorluq son hedde catib. Menim pulum yoxdurki, verem ve kimlik alam. Men butun gucumu tehsilime serf etmisem. Hem islemisem ve hemde oxumusam. Sizden artiq derecede xais edirem ki, mene qanuni ne cur kecmis SSRI pasportunu tehvil verib kimlik ala bilmek barede melumat veresiniz?

Bu məsələ təfərrüatlı cavab vermək üçün ayrıca blok açmaq məcburiyyətində olduq. Ətraflı burda tanış ola bilərsiniz. Rüşvətxorluq deməklə heç bir şey dəyişilmir. Mübarizə aparmaq lazımdır. Əgər məsələ ilə əlaqədar səlahiyyətli şəxslər süründürməçilik hallarına yol versələr məhkəməyə iddia ərizəsi ilə müraciət edin.

Sualınıza görə təşəkkür edirik.

166 Nəcəf (11-08-2010). Əvvəla bu xidməti bizə göstərdiyiniz üçün sizə təşəkkür edirəm. Atama order ile məxsus evi özəlləşdirmək istəyir, amma bu evdə kimsə qeyydiyyatda qalmayıb, atam özüdə qeyydiyyatdan cıxıb Gəncə şəhərində qeyydiyyata düşüb, orderdə adı olanların hec birinin qeyydiyyatı yoxdur o evdə, atam evi öz adına necə özəlləşdirə bilər?

Bu cür suallar Məsləhətxanada dəfələrlə cavablandırılmışdır. Məsləhətxananın 1, 5, 6, 62, 79, 151, 153 və digər suallarına diqqət yerməyinizi xahiş edirik. Daşınmaz əmlaka mülkiyyət hüququ qeydiyyatda olub-olmadığından asılı deyil. Mülkiyyətçinin bir-neçə daşınmaz əmlakı ola bilər.

Sualınıza görə təşəkkür edirik.

168 Namiq (11-08-2010). Salam. Daşınmaz əmlakın dövlət reyestri xidməti ən tezi neçə günə çıxarış və texniki pasportu verə bilər?( Bütün sənədlər təqdim olunduqdan sonra). Və bunun üçün(prosesi tezləşdirmək)nə qədər rüsum ödənilməlidir?

Dövlət rüsumu haqqında Qanunun 26-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün – 30 manat, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün isə – 50 manat təşkil edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun 9.2-ci maddəsinə uyğun olaraq sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınır.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarında göstərilən xidmətlər üzrə qeyd etdiyiniz tezləşdirmə nəzərdə tutulub. Belə ki:

Göstərilən xidmətlər sifarişçinin müraciəti əsasında qanunla müəyyən edilmiş icra müddətinin 23-i qədər müddətdə yerinə yetirilərsə (daxil olmuş əvvəlki sifarişlərin qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək və ya məhdudlaşdırmamaq şərti ilə), müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 1,5, digər şəhər və rayonlarda 1,3, 13-i qədər müddətdə yerinə yetirilərsə, müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2,0, digər şəhər və rayonlarda 1,5 əmsalı tətbiq edilir.

Sualınıza görə təşəkkür edirik.

169 Vasif (11-08-2010). Sual 1: Həyat yoldaşımı Bakıdan İsmayıllıya,öz evimə qeydiyyata salmaq istəyirəm. Bunun üçün pasport stola daşınmaz əmlak üzrə dövlət reyestr çıxarışı əvəzinə, əgər o sənədim yoxdursa başqa hansı sənədi təqdim edə bilərəm ki, həyat yoldaşım üçün şəxsiyyət vəsiqəsi ala bilim. Sual 2: Mən daşınmaz əmlak üzrə dövlət reyestr çıxarışı almaq istəyirəm. Bunun üçün mənə hansı sənədlər lazımdır ki, men hemin idarəyə təqdim edim və onlar da o sənədi mənə versinlər.Bütün bu əməliyyatın dövlət rüsumu nə qədərdir.Xahis edirəm mene yuxarıdakıların hansı qanunları əhatə etdiyini maddələrlə göstərəsiniz. Əvvəlki sualımı ətraflı olaraq cavablandırdığınız üçün sizə dərin təşəkkürümü bildirirəm.

İlk öncə xahiş edirik bir sual ilə müraciət edəsiniz. Birinci sual ilə bağlı cavab verilmişdir (Məsləhətxananın 144-cü sualı). Çıxarış yoxdursa. order, icarə və ya kirayə müqaviləsi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

İkinci sual ilə bağlı Məsləhətxananın 1, 5, 6, 62, 79, 151, 153 və sair suallarında ətraflı cavablandırılmışdır.

170 Vasif (11-08-2010). Bu yaxınlarda bir dostumun ayağı üzərinə ağır bir əşya düşmüşdü.Biz onu dərhal xəstəxanaya çatdırdıq.Həkim müayinə etdikdən sonra polis nəfəri gələrək hadisənin nə cür baş verdiyini soruşdu.Sonra isə bizim tibbi ekspertizadan keçməyimizi söylədi.Bildirmək istəyirəm ki, dostumun heç kəsdən şikayəti yoxdur və öz səhlənkarlığı ucbatından baş vermişdir.Belə hadisələr zamanı adətən görmüşük ki, tibbi ekspertizaya 5-3 manat pul verərək xəstəni uzun müddət saxlayıb narahat etməsin.Şəxsən biz də ona 5 manat pul verdik ki, bizi yubatmasın. Bilmək istəyirəm bu zaman ekspertin işi nə olmalıdır. Yəni ekspert əgər vətəndaşın heç bir şikayəti yoxdursa onu yubatmağa səlahiyyəti varmı? Təşəkkür edirəm.

İş ondadır ki, Polis haqqında Qanunun 10-cu maddəsinə əsasən hazırlanan, törədilən və ya törədilmiş cinayət barəsində xəbəri olan hər bir şəxs bu barədə polisə məlumat verməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda bu məlumatların verilməməsi cinayət məsuliyyətinə səbəb olur.

Lakın o demək deyil ki, buna görə həkim sizi yubatmalıdır. Səlahiyyətli şəxs (polis əməkdaşı) faktı yerində araşdırıb cinayət tərkibi müəyyən etməsə və vətəndaşın şikayəti olmasa səxsin hərəkətlərini məhdudlaşdırmamalıdır. Tibb işçiləri xəstənin yalnız səhhəti ilə maraqlanmalıdır. Tərəfinizdən hansı bir tibb işçisinə (ekspert və s.) pul təkilif etməyiniz yalnız korrupsiyanın artmasına xidmət edən addımlardı. Bu cür hadisələr baş verəndə Səhiyyə Nazirliyin qaynar xətlərinə zəng edin: 498-61-10, 498-75-29 (Korrupsiya ilə bağlı məlumatlar); 495-40-15, 495-35-39.

Sualınıza görə təşəkkür edirik.

171 Hikmet (12-08-2010). Salam. Menim mulkiyyetimde ozel MTK-dan alinmish bir menzil var. Bu menzile gore ayliq kommunal odeme MTK terefinden menzilin her kvm-e gore 25 qepik mueyyen edib. Bilmek isterdim ki, bu tarifi MTK ozumu yoxsa muvafiq dovlet orqani mueyyen etmelidir (Qeyd:Muqavilede kommunal xerclerle bagli hec bir bend yoxdur). Teshekkurler.

Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 1-ci Əlavəsinə əsasən tam kommunal təminatlı mənzillər üzrə 1 kv.m. yaşayış sahəsi üçün 1 ayda – 0,02 manat; özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün xidmət haqqı 1 kv.m. yaşayış sahəsi üçün 1 ayda – 0,015 manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

173 Vasif (12-08-2010). Salam. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Əgər vətəndaş 10 gündən gec olaraq qeydiyyata alınmaq üçün müvafiq dövlət orqanına müraciət edərsə bunun üçün o cərimə ödəməlidir yoxsa yox? Xahiş edirəm hansı qanunda keçdiyini bildirəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Düz qeyd edirsiniz ki, belə hallarda şəxs 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun maddə 5).

Məsuliyyət isə aşağıda göstərilib.

İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsi:

Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına, habelə həmin müddət ərzində yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə

— xəbərdarlıq edilir və ya üç manatdan beş manatadək miqdarda cərimə edilir.

Sualınıza görə təşəkkür edirik.

174 Anar (12-08-2010) Salam. Saytinizla tanis olmaga cox sadam. Bele sualim var:Men aptek acmaq isteyirem bunun ucun kimden icaze (lisenziya) almaliyam ve ne qeder dovlet rusumu kocurmeliym hansi senedler lazimdir.

Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında Fərmanına uyğun olaraq Əczaçılıq fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumu – 5500 manat təşkil edir. Lisenziyanı almaq üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

175 Vasif (13-08-2010). Salam. Siz bir məsələyə aid bir sual verilməlidir deyirsiniz.Xahiş edirəm eyni məsələ olsa da məni çox incidirlər və mən də hüquqlarımı dəqiqliklə öyrənmək istəyirəm.Həyat yoldaşımı Bakıdan İsmayıllıya uçota almaq üçün mende daşınmaz əmlak üzrə dövlət reyestr çıxarışı olmadığı üçün qanunda da Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının qanununun 5-ci maddəsində vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim edə bilərəm deyilir.Lakin aidiyyatı orqan mənə yalnız daşınmaz əmlak üzrə dövlət reyestr çıxarışını tələb edir. Belə vəziyyətdə mən nə etməliyəm. Sizə çox təşəkkür edirəm.

Çox təəssüf olsun ki, bəzi dövlət qurumları vətəndaşlara bu cür münasibət göstərirlər. İlk növbədə həmin qanunu çap edin və həmin səlahiyyətli şəxsləri onunla tanış edin (saytımızda var). Daha sonra yuxarı instansiyala yazılı olaraq müraciət edin (Daxili İşlər Nazirliyinə və məhkəməyə şikayət).

Sualınıza görə təşəkkür edirik.

176 Namiq (13-08-2010). Salam. Sizin mənim 168 saylı 11.08.2010.-cu il tarixli sulalima cavabınız mənə çox kömək etdi. Daşınmaz əmlakın dövlət reyestri xidməti prosesi tezləşdirmədən imtina edə bilərmi?

Əgər bizim işimiz insanlara kömək edirsə biz buna şadıq. Suala çatdıqda isə dövlət qurumunun hər bir rəsmi cavabı əsaslı olmalıdır. Əgər imtina edərsə bunu qanunvericiliyə uyğun olaraq əsaslandırılmalıdır. Buna görə də dövlət qurumlarına hər zaman yazılı müraciət edin.

Sualınıza görə təşəkkür edirik.

177 Rövşən (14-08-2010). Salam! Cavabınıza görə əvvəlcədən təşəkkür edirəm. Mənə məxsus olan qeyri-yaşayış sahəsinin (2-mərtəbəli mağaza binasının) qiymətləndirilməsi necə və hansı qaydalarla aparılmalıdır. Qiymətləndirmə əmlak vergisinin ödənilməsi üçündür.

Oxşar sual Məsləhətxananın 163-cü sualında cavablandırılmışdır.

Suala görə təşəkkür edirik.

178 Rasim (14-08-2010). Salam! Mən iqtisadi konfliktlər üzrə tədqigat aparıram. bu məqsədlə iqtisad məhkəmələrində baxılan işlərlə maraqlanıram. ancaq nə 1-cinin nə də 2-cinin saytlarında baxılan işlər barədə yönnü məlumat ala bilmirəm. Mənə nə məsləhət verərdiz, saytların qaydasında normal işləməsinə təsir edə bilərsinizmi. Sağ olun

1 Saylı Bakı Yerli İqtisad2 Saylı Bakı Yerli İqtisad məhkəmələrini nəzərdə tutursunuzsa, bəli bu cür problemlər mövcuddur. Hətta bunlarla bağlı Dövlətə müraciət etmişdik (Dövlətə müraciət № 1). Hələ ki, problem olaraq qalır. Təəssüflər olsun ki, təkcə bizim təşəbbüsümüz bunun üçün kifayət etmir.

179 Emil (15-08-2010). Elektrik sayqacinin alt qapaq plombu olmadiqina gore cerimenin miqdari ne qederdir?

Elektrik enerjisindən istifadə Qaydalarının 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır:
a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır;
b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır.

Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır.

Əgər İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin (Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması) tələbləri pozulubsa ayrıca məsuliyyət nəzərdə tutulub:
– fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.

Sualınıza görə təşəkkür edirik.

180 Vasif (15-08-2010). Salam.kassa aparatımı qeydiyyatdan çıxarıramsa bunun üçün dövlət rüsumu nə qədərdir. Xahiş edirəm qanunla bildirəsiniz.Təşəkkür edirəm.

Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsi Qaydasına uyğun olaraq nəzarət-kassa aparatınının çıxarılması barədə vergi orqanına ərizə verməlidir. bunun üçün dövlət rüsumu nəzərdə tutulmayıb.

Sualınıza görə təşəkkür edirik.

181 Vasif (15-08-2010). Salam. Qardaşım Amerikadan Azərbaycana gələrkən özü ilə 2-3 kompyuter və dijital fotoaparat gətirmək istəyir. Həmin əşyaları gömrükdən keçirərkən rüsum nə qədər olacaq və hər ölkədən keçərkən də rüsum ödəməlidirmi? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsinə dair Təlimatın 2.1.1-ci bəndinə əsasən fiziki şəxs Azərbaycan Respublikasının gömrük sərhədini keçməklə ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan malları gətirdikdə (apardıqda) gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilər. Əgər malın dəyəri qeyd olunan məbləğdən çox olduqda əmtəə nomenklaturasından asılı olaraq gömrük rüsumları dərəcələri (çox vat 15%), ƏDV (18%) və gömrük rəsmiləşdirilməsi yığımları tətbiq edilir.

Sualınıza görə təşəkkür edirik.

182 Qurban (15-08-2010). Salam men samux rayonunda yasayiram.1-ci qrup elil Dialez xestesiyem.Atam ve anam rehmete gedib.26 yashim var. Meni evle temin etmeleri ucun dovlete mektub yazib Gence sheherinde ev istemishdim.Cavab geldi ki seni Samux rayonunda ev novbesine yazdiq. Bilmek isteyirem ki menim huququm varmi ki men o evden imtina edib, Gence sheherinden teleb edim. Cunki Samux rayonundan dialeze gedib gelmeyim alinmir. Qulaqim 95%,gozum ise 50% zeifleyib

Hər bir halda sizin müraciət etmək hüququnuz var.

183 Niki (16-08-2010). Salam! Ailə başçısını itirmiş ailə qanunla hansı müavinatlarnan təmin olunurlar?Mərhumun 2 uşaqı,qoca anası və işləməyən həyat yoldaşı var . Onlar hara müraciət etməlidirlər və müavinat nə qədər olacaq?

Sosial müavinətlərin artırılması haqqında Fərmanın 1.1.4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət – 40 manat təşkil edir.

Sosial müavinətlər haqqında Qanunun 9.1.4-cü maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə müavinət aşağıdakı müddətlərə təyin edilir:

  • vəfat etmiş şəxsin uşaqlarına – 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);
  • vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına – əlillik müddətinə;
  • vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə – uşağın 8 yaşınadək.

Müvafiq icra hakimiyyəti orqanlarına (Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri) zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır.

Sualınıza görə təşəkkür edirik.

184 Nailə (16-08-2010). Salam, mənə məxsus özəl mənzilən inventarqiyməti köhnə manatla 15826619 manat Yeni mahatla 3165Azn32qəpikdir mən əmlak vergisini ödəməliyəmmi. Yerli bələdiyyə mənzilin ümumi sahəsini əsassız 0.22 vuraraq mənzilimə əmlak vergisi hesablayib. Xahiş edirəm cavablayasınız qabaqcadan minnətdarlığımı bildirirəm

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə tutulur.

Sualınıza görə təşəkkür edirik.

185 Vasif (16-08-2010). Salam. Sürücülük vəsiqəsi almaq üçün sürücülük vərdişi üzrə təlim imtahanı zamanı imtahan verən şəxs nələrə riayət etməlidir və neçə səhvi olarsa imtahandan kəsilər.təşəkkür edirəm.

Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 4 saylı Əlavənin (Təcrübi imtahanın keçirilmə METODIKASI) 4-cü paraqrafına uyğun olaraq imtahanın yekunu üzrə imtahan qəbul edən, yol verilmiş səhvlər və qiymət barədə sürücülüyə namizədə məlumat verməlidir. Sürücülüyə namizəd imtahan elementlərinin hər hansı birinin icrasından imtina edərsə və yaxud da qəza şəraiti yaratmaqla imtahan qəbul edəni imtahanın gedişinəqarışmağa vadar edərsə, o, “qeyri-məqbul” qiyməti alır.

Həmçinin imtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarəti, imtahanı qəbul edən vizual, yaxud da texniki vasitələrin köməyi ilə həyata keçirir. Bu halda imtahanı qəbul edən imtahan avtomobilində, yaxud ondan kənarda olur və yaxud da bağlı meydançanın ölçülərindən və onlarda olan nəzarət texniki vasitələrindənasılı olaraq müəyyən edilir.

Sualınıza görə təşəkkür edirik.

186 Faiq (16-08-2010). Salam. Xahis edirem mene xususi ittiham qaydasinda sikayetin formasini gonderesiniz

Xüsusi ittiham qaydasında şikayət hər bir iş üzrə fərqli olur (iş üzrə materiallardan asılı olaraq). Bu cür xidmətlərin həyata keçirilməsi pulludur.

187 Namiq (16-08-2010). SAlAM. Atam öz adına olan fərdi yaşayış evini mənə(oğluna) bağışlamaq üçün notariusa müraciət etdi. Notarius evi atam mənə bağışlamaq üçün evdə qeydiyyatda olan hərbir şəxsdən və həmçinin ailə üzvlərindən(bacım, qardaşım) razılıq alınması barədə notariusda təsdiqlənmiş kağız tələb etdi. Bu nə qədər doğrudur? Belə çıxır ki, kimsə razı olmasa Atam öz evini heç mənə bağışlaya bilməz? Xahiş edirəm bu suallara cavab verəsiniz.

Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.

Ərizələrdə razılıq verən şəxsin əmlakın konkret kimə (şəxsin soyadı, adı, atasının adı, təşkilatın adı) satılmasına, bağışlanmasına, dəyişdirilməsinə və ya girov qoyulmasına razı olduğu göstərilmişsə, yaxud qiymət və digər şərtlər göstərilmişsə, notarius özgəninkiləşdirmə və ya girov müqaviləsini təsdiq edərkən ərizələrdə göstərilmiş şərtlərə riayət olunub-olunmadığını yoxlamalıdır.

Sualınıza görə təşəkkür edirik.

188 Razim (17-08-2010). Salam! Mən bir nəfərdən ev almışam, o mənə notarusdan etibarnamə və evin orderini verib. Mən bu mənzilə qeydiyyata düşmüşəm. Satan bu mənzildə qeydiyyatda deyil. Mən onun və ya öz adıma bu mənzili özəlləşdirə bilərəmmi? Etibarnamədə bu hüquqlar hamsı mənə verilib. Xahiş edirəm aydınlıq gətirməkdə köməklik göstərəsiniz. Qabaqcadan təşəkkür edirəm.

Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həm də bu bir az təhlükəlidir çünki o biri tərəf, birtərəfli etibarnaməni ləğv etmək hüququ var (Mülki Məcəllənin 365.1.3-cü maddəsi).

Sualınıza görə təşəkkür edirik.

189 Elman (17-08-2010). Salam. Həyat yoldaşımı öz evimə qeydiyyata salmaq istəyirəm.Bunun üçün paspostola dövlət reyestr çıxarışı yoxdursa sadəcə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmək olarmı. Təşəkkür edirəm.

Bəli olar (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsnin 2-ci hissənin 2-bəndinə əsasən).

Sualınıza görə təşəkkür edirik.

190 Gulshen (17-08-2010). Salam, vetendasliq haqqinda qanunda gosterilir ki, vetendasligin xitam olunma hallarindan biri de vetendasligin itirilmesidir bu yeni vetendasligin itirilmesi hansi hallarda olur?zehmet olmasa deyin.

Həmin Qanunun 18-ci maddəsində göstərilib ki, şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.

Sualınıza görə təşəkkür edirik.

191 Gulshen (17-08-2010) Azerbaycan vetendasi eyni zamanda basqa olkenin vetendasi olmaq olar? Zehmet olmasa deyin.

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 10-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Bu o deməkdir ki, əgər başqa dövlətlərin qadağası yoxdursa Azərbaycan vətəndaşı eyni zamanda onların da vətəndaşı ola bilər, amma başqa ölkənin vətəndaşı olan şəxs Azərbaycan vətəndaşı olmaq üçün öz vətəndaşlığından imtina etməlidir. Nəzərə alınmalıdır ki, iki (və ya çox) vətəndaşlığı olan şəxs Azərbaycanın bir sıra dövlət qurumlarına (o cümlədən, seçkili) çalışmaq imkanı vermir.

Sualınıza görə təşəkkür edirik.

192 Gulshen (17-08-2010). Salam, eger arvad erinin adinda olan eve qeydiyyata dusubse arvadin raziligi olmadan evi basqasinin adina yazdirmaq yeni basqasinin mulkiyyetine vermek olar? Ve eger onlar bosansalar onda ev nece bolunecek ve 11 ayliq usaglarida varsa onda usaq kimde qalir? zehmet olmasa deyin.

Bir sualda bir-çox məsələləri birləşdirdiniz. Həm ailə, həm mülkiyyət və digər məsələləri. Qeydiyyatda olan o biri həyat yoldaşın razılığı olmasa mülkiyyət başqa bir şəxsə verilə (satıla, bağışlana) bilməz (Məsləhətxananın 187-ci sualına nəzər yetirin).

Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (əgər adı çəkilən daşınmaz əmlak başqa şəxsin mülkiyyətində deyilsə) ona görə də boşanma zamanı bərabər bölünməlidir. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını məhkəmə tərəfindən müəyyən edilir (Ailə Məcəlləsinin 22.2.1-ci maddəsi). Məhkəmə presedentlərini nəzərə alaraq uşaqlar adətən analarla qalır.

Sualınıza görə təşəkkür edirik.

193 Elman (18-08-2010). Salam. Gürcüstan vətəndaşı Azərbaycanda qeydiyyata durmaq istəyirsə ona hansı sənədlər lazımdır və rüsum nə qədərdir? Qeydiyyatdan keçdikdən sonra hərbi xidmət haqqında məlumatı.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Qanunun 5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamaq üçün gələ bilər və ya onun ərazisində müvəqqəti ola bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından (Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti) icazə almalıdırlar.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilə bilər:

– həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;

– həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduqda;

– həmin şəxslər ölkə iqtisadiyyatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə investisiya qoyduqda;

– həmin şəxslər Azərbaycan Respublikasının banklarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə pul vəsaiti qoyduqda;

– həmin şəxslər Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda;

– həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda;

– həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda ;

Bundan başqa Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə (bundan sonra – “əcnəbi”) nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə verilir.

Əcnəbinin qeydiyyata alınması haqqında vəsiqədə onun seriyası və nömrəsi, əcnəbinin soyadı və adı tam şəkildə, onun doğulduğu yer və tarix, vətəndaşlıq mənsubiyyəti, cinsi, vəsiqə sahibinin şəxsi imzası, vəsiqəni verən orqanın adı və verilmə tarixi göstərilir və fotoşəkli yapışdırılır.

Əcnəbi müraciət etdikdən sonra 3 gün müddətində onun xüsusi forma üzrə doldurulmuş ərizəsi (4 saylı əlavə) əsasında və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, ona yaşadığı yer üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə verilir.

Əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:

a) Azərbaycan Respublikasına viza ilə gələn şəxs üçün – vizada göstərilən ölkədə qalma müddətinə;

b) viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn şəxs üçün – 90 gün;

Rüsumlar hər bir mərhələ üzrə fərqli olur (misal üçün işləmək üçün icazə alırsınızsa 1000 manat, investisiya üçün daha çox və s.)

Sualınıza görə təşəkkür edirik.

194 Gulshen (18-08-2010). Salam vetendasliq haqqinda qanunda gosterilir ki, AR vetendasi hec bir halda vetendasliq mehrum edile bilmez ve hemcini basqa maddesinde gosterilir ki vetendasliq hansi hallarda itirilir bes vetendasligi itirmek ve mehrum etmek arasinda hansi ferq var? birde vetendasligini itirmis sexs yeniden vetendasligini elde ede biler? zehmet olmasa deyin.

Bəli məhrum edilə bilməz. Konstitusiyamızın 53.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz.

Vətəndaşlığın itirilməsi məsələsi isə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 18-ci maddəsində aydın göstərilib (Məsləhətxananın 190-cı sualı). Gördüyünüz kimi orda göstərilib ki, “. vətəndaşlığını əldə edərkən”. Yəni əvvələr Azərbaycan vətəndaşlığı olmaması başa düşülür. Sonradan isə “. zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa” yəni Azərbaycan vətəndaşlığını hüquq pozuntusu yol verməklə əldə edilməsi başa düşülür.

Ümumiyyətlə isə Azərbaycan vətəndaşlığına xitam verilməsi üçün əsaslar aşağıdakılardır:

  1. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində;
  2. Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində;
  3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
  4. Yuxarıda qeyd edilən Qanunda göstərilən digər əsaslar.

Azərbaycan vətəndaşlığın əldə edilməsi və ya bərpa edilməsi üçün əsaslar isə:

  1. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda;
  2. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə;
  3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
  4. Yuxarıda qeyd edilən Qanunda göstərilən digər əsaslar.

Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, müəyyən məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir.

Sualınıza görə təşəkkür edirik.

195 Gulshen (18-08-2010). Salam, vetendasliq haqqinda qanunda bir ecnebiler ve vetendasligi olmayan sexslerin adi cekilir, bunlarin ferqi nedi? yeni vetendasligi olmayan sexs deyende ne nezerde tutulur? zehmet olmasa deyin.

Elə təsəvvür yaranır ki, siz vətəndaşlıq məsələləri ilə bağlı elmi iş hazırlayırsınız.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Qanunun 2-ci maddəsində göstərilib ki: Vətəndaşlığı olmayan şəxslər – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. Həmçinin Apatrid anlayışına baxın.

Sualınıza görə təşəkkür edirik.

197 ELSEVƏR (19-08-2010). AVROPA MƏHKƏMƏSİNƏ YAZILAN İDDİA ƏRİZƏSİNİ NÜMÜNƏSİ VƏ RÜSUMU

AVROPA İNSAN HÜQÜQLARI MƏHKƏMƏSİNƏ ƏRİZƏ. Rüsum yoxdur.

198 Vasif (19-08-2010). Salam. Üzr istəyirəm bu sualıma 2 gündür cavab gəlmədiyi üçün bir daha yazıram. Xahiş edirəm cavablandırasınız. Mən reyestr xidməti idarəsindən pasportstola təqdim etmək üçün bir arayış almaq istəyirəm. Həmin arayış üçün dövlət rüsumu nə qədər olmalıdır? Təşəkkür edirəm.

İlk öncə 2 gün haradan cavab gəlmir? Əgər bizdən onda – səhv yazırsınız. Xahış edirik diqqətli olasınız. Məsələ ilə əlaqədar isə, əgər arayış daşınmaz əmlakla bağlıdırsa onda daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə rüsum – 10 manat təşkil edir (Dövlət rüsumu haqqında Qanunun 26.6-cı maddəsi).

199 Mehman (19-08-2010). AR nazirlər Kabinetinin qerarı ilə quvvəyə minmiş qanunu pozumuş səlahiyyətləri şəxslərin məsuliyyətə cəlb olunması uçun hara muraciət etmək lazımdır?

İlk öncə Qanunları Milli Məclis qəbul edir (yeganə qanunverici orqan). Nazirlər Kabineti isə qərar və sərəncamlar qəbul edir. Əgər səlahiyyətli şəxslər qanunu pozublarsa onda həmin səlahiyyətli şəxsin işlədiyi yer üzrə rəhbərliyə müraciət etməlisiniz. Əgər hakimdirsə Məhkəmə Hüquq Şurasına. Eyni zamanda əgər hərəkətlərində cinayət tərkibi varsa prokurorluğa da müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

200 Anar (20-08-2010). Salam. Men 3 il fasilesiz bir shirketde isledim. Axirinci is ilimde 15 gun mezuniyyetde oldum qalan sonra isden cixdim 15 gun mezuniyyetim qaldi. 10 aydan sonra yeniden hemin ise hemin vezifeye qebul olunmusam. Menim qalan 15 gunluk mezuniyetimden istifade etmek huququm varmi.P.S. 3 aydirki yene hemin isdeyem

Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Yəni sizin ödənişli məzuniyyət hüququnuz var idi lakın siz ondan istifadə etmədiniz.

Lakın həmin Məcəllənin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsi qaldırıla bilər. Baxmayaraq ki, fərdi əmək mübahisələrinə baxan orqana müraciət etmə müddəti 3 aydır (iddia müddəti), İşəgötürən ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ay ımüddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşəgötürən qarşısında bu məsələni qaldırsanız ola bilsin ki, məhkəmədən qabaq həll etməni tapa bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

201 Vasif (20-08-2010). Salam mən bilmək istəyirəm ictimai təhlukəli əməli anlaqsiz halda törətmiş bir şəxs barədə acilmış cinayət işi alti ay uzana bilərmi hec bir səbəb göstərmədən. 2009-cu ildə mənim yaxin qohumum 102 məlumat mərkəzinə zəng edərək bildirib ki mənə qrsi quldurluq hadisəsi bas verib arasdirma nəticəsində ərizəcinin ruhi əsəb xəstəsi olması məlum olub. Hal hazirda cinayət barəsində yalan məlumat verdiyi tarixdən çox əvvəl əsəb xəstəliyi ilə bağlı həkimə muraciət etdiyi və qeydiyyatda olduğu məlumdu maşdağa məhkəmə tibbi ekspertizadan ruhi xəstə olması məlumduyaxinları və ictimaət numayəndələri öz ərizələri ilə yazib təsdiq eiblər ki bu şəxs ruhi əsəb xəstəsidi və bununla baqli 50 nəfər şəxsin ərizəsi olduğu halda başlanmiş cinayət işi na məlum səbəbdən bağlanmir. Sualım budur ki biz hansi sənədləri əlavə olaraq təqdim etməliyik ki mu məsələ bağlansın və bu islə bağlı hara muraciət etməliyik ki polisin və prokrorluğun bu uzunculuğuna son qoya bilək

Nəzərinizə çatdırmaq istəyirik ki, Cinayət-Prosessual Məcəlləsinin 218-ci maddəsinə əsasən ibtidai araşdırmanın müddətləri (işin mürəkkəbliyindən və digər hallardan asılı olaraq) 2aydan 18 ayadək ola bilər. Lakın əgər süründürməçilik hallarına yol verilirsə və bunları təsdiq edən sübutlarınız varsa həmin rayon üzrə prokurora (həmiçinin Baş prokurorluğa) şikayətlə müraciət edə bilərsiniz. Həmin Məcəllənin 218.9.4-cü maddəsinə əsasən prokuror cinayət işinin araşdırılması ilə bağlı süründürməçilik hallarını müəyyən etdikdə, öz səlahiyyətləri daxilində təsir tədbirləri görmək səlahiyyətləri var.

Sualınıza görə təşəkkür edirik.

202 Sevinc (20-08-2010) Salam, menim shexsiyyet vesiqemin vaxti 4 ildi bitib,men ne qeder cerime vermeliyem.

Bu sual bir-neçə dəfə cavablandırılmışdır. Məsləhətxananın 47 və 145-ci suallarına nəzər yetirməyinizə tövsiyə edirik.

Sualınıza görə təşəkkür edirik.

203 Vasif (20-08-2010). Salam. Vətəndaş adını dəyişmək istəyir. Bunun üçün nələri etməlidir. Təşəkkür edirəm.

Mülki Məcəllənin 26.4-cü maddəsinə uyğun olaraq 26.4. fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 1.4 və 7-ci maddələrinə əsasən Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ata adının və soyadının dəyişdirilməsinin dövlət qeydiyyatını aparır (ərizə ilə həmin orqana müraciət etmək lazımdır). Həmin Qaydanın 7.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması həmin Qaydaya və Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarına uyğun olaraq həyata keçirilir.

Dövlət rüsumu – 3 manat (Dövlət rüsumu haqqında Qanun maddə 12.3).

Sualınıza görə təşəkkür edirik.

204 Anar (21-08-2010). Salam, bir daha narahat etdiyimcun uzr isteyirem.size yazdigim suala cavab olaraq avtomobilin suselerinin plyonka ve perde vasitesiyle tundlesdirilemesine icaze verilmediyini bildirdiniz.Amma men http:]]]dyp.gov.az?azsearchplyonka%20ve%20perde2 bu saytin bu sehifesinde bele bir basliq oxudum:02 iyul tarixdən minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə icazə verildi. Bu ne derecede qanunauygundu? Evvelceden minnetdarligimi bildirirem.

Məsləhətxananın 158-ci sualına diqqət yetirin (xüsusilə Qeyd hissəsinə).

Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanıgöstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və yasənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

205 Aynur (22-08-2010). Salam Aleykum Ramazan ayiniz mübarək. Hal-hazırda vətəndaşın vəziyyət budur: məhkəmə yolu ilə evə mövcud olan ünvan verilib (yəni indi bir ərazidə biri birindən aralı iki eyni ünvanlı ev var), yerli bələdiyyə(kənd soveti)orqanı bu məsələ ilə bağlı hansısa bir köməklik (ya öz vəzifəsini)etməkdən imtina edir. Sualım isə belədir: – Fərdi evlərə ünvan necə verilir (hansı orqan bunu həyata keçirir və hansı əsaslarla)? – Cavabdeh şəxslər hansı qanun pozuntularına yol veriblər? Sualıma vaxt ayırdıqınız üçün təşəkkür edirəm!

Sizində bayramınız mübarək. Daşınmaz əmlak obyektlərinə ünvanın verilməsi Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları ilə tənzimlənir. Buna görə də məsələ ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək məsləhətdir.

Məsuliyyət isə İnzibati Xətalar Məcəlləsinin 324-3 maddəsində (Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin pozulması ) nəzərdə tutulub

Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak barədə texniki məlumatın dəqiq və vaxtında təqdim edilməməsinə görə

— xəbərdarlıq edilir və ya iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.

Daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmamasına və ya verilməməsinə görə

— xəbərdarlıq edilir və ya otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

Sualınıza görə təşəkkür edirik.

206 Aynur (22-08-2010). Salam təhsil haqqında qanunu oxuyurdum və belə bir bəndə rast gəldim- 33.3.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.Burada nə nəzərdə tutulur? Yəni digər qanunlara riayət etməyə çağırşdır ?

Çağırış demək o qədər də düzgün deyil. Hər bir halda qanunlara riayət etmək lazımdır. İş ondadır ki, Təhsil haqqında qanunvericilik təkcə Təhsil haqqında Qanunla məhdudlaşmır. Bura həm beynəlxalq müqavilələr (misal üçün “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiya), həm Prezidentin fərman və sərəncamları (misal üçün “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə), həm Nazirlər Kabinetinin qərarları (misal üçün “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında) və sair normativ aktlar daxildir.

Sualınıza görə təşəkkür edirik.

207 Sevda (22-08-2010). Salam. Sizdən xahiş edirəm ki, Hərbi-həkim ekspirtiziyası haqqında əsasnaməni tam formada menim e-mail ünvanıma gondərsiniz. Mənə əsasən 23 maddə lazımdir.

Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin həcmi böyük olduğuna görə iki hissəyə bölünüb.

2. 41-89 maddələr.

Aşağıda adı çəkilən Əsasnamənin 23-cü maddəsi tam göstərilib:

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

Baş-beynin və onurğa-beyninin travmaları və onların nəticələri; mərkəzi sinir sisteminin xarici amillərin təsirindən zədələnmələrinin nəticələri:

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

ç) funksiyaların pozulması ilə müşayiət olunmayan obyektiv əlamətlər olduqda

A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ

Bu maddə baş-beynin və onurğa-beyninin travmalarının erkən və uzaq nəticələrini (travmanın alınma anından bir il və ya bir ildən çox keçdikdən sonra), mərkəzi sinir sisteminin travmatik zədələnmələrinin fəsadlarını, eləcə də, hava-partlayış dalğalarının və digər xarici amillərin təsirindən əmələ gələn travmaların nəticələrini nəzərdə tutur.

«a» bəndinə aşağıdakılar aiddir:

travmatik zədələnmə nəticəsində baş-beynin və onurğa-beyninin funksiyalarının ağır pozulmaları (davamlı iflic və ya dərin parezə, çanaq orqanları funksiyalarının pozulmalarına gətirib çıxaran beynin əzilməsi və sıxılması);

qabıq funksiyalarının pozulmaları (afaziya, aqnoziya, apraksiya və s.) ilə beyin maddəsinin zədələnmələrinin nəticələri;

kəllədaxili təzyiqin kəskin yüksəlməsinə və ya tez-tez (ildə 3 dəfə və daha artıq) baş verən epileptik tutmalara gətirib çıxaran posttravmatik araxnoidit və ya hidrosefaliya.

«b» bəndinə aşağıdakılar aiddir:

«a» bəndində nəzərdə tutulmuş dərəcəyə çatmayan ocaqlı simptomları və funksiya pozulmaları olan baş-beynin və onurğa-beyninin travmalarının nəticələri: ətrafın funksiyasını mülayim dərəcədə məhdudlaşdıran parez; yerişin qeyri-sərrastlığı, nistaqm, hissiyyat pozuntuları şəklində təzahür edən mülayim dərəcədə ifadə olunmuş beyincik pozuntuları; kəllədaxili təzyiqin mülayim və ya cüzi dərəcədə yüksəlməsi, nadir (ildə 3 dəfədən az) epileptik tutmalarla müşayiət olunan hidrosefaliya və ya travmatik araxnoidit.

«c» bəndinə aşağıdakılar aiddir:

nevroloji statusda dağınıq üzvi nişanələr (kəllə innervasiyasının assimmetriyası və anizorefleksiya, yüngül hissiyyat pozuntuları və digər) aşkar edilən, davamlı astenonevrotik əlamətlərlə və vegetativ damar davamsızlığı ilə müşayiət olunan travmatik araxnoidit, baş-beynin və onurğa beyninin travmatik zədələnmələrinin nəticələri;

üzvi əlamətlər və funksiya pozulmaları olmayan, mexaniki təzyiq nəticəsində kəllənin içəri basılmış köhnə sınıqları.

İlkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən vətəndaşlar, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular «c» bəndi üzrə yalnız müalicə nəticəsində xəstəlik təzahürlərinin müsbət dinamikası olmadıqda, eləcə də, uzunsürən və təkrarlanan dekompensasiya hallarında şəhadətləndirilirlər. Xəstənin halının yaxşılaşması, xəstəlik təzahürlərinin kompensasiyası və hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinin bərpa olunması hallarında şəhadətləndirilmə «ç» bəndi üzrə keçirilir.

«ç» bəndinə aşağıdakılar aiddir:

sinir sisteminin hərəki, hissi, koordinasiya və digər funksiyalarının pozulması olmayan ayrı-ayrı dağınıq üzvi nişanələr, vegetativ-damar davamsızlığı və cüzi astenizasiya əlamətləri ilə keçən baş-beyin və onurğa-beyni travmalarının nəticələri.

Anamnezində son 3 il ərzində kəllə-beyin travması olan (tibbi sənədlərlə təsdiq olunmuş) və «Xəstəliklər cədvəli»nin I və II qrafası ilə şəhadətləndirilənlər barəsində «ç» bəndi üzrə qərar çıxarılır.

Anamnezdə baş-beynin və onurğa-beyninin travması və ya onun nəticələri ilə əlaqədar müalicə faktının olması tibbi sənədlərlə, travmanın nəticələrinin əmək qabiliyyətinə və ya hərbi xidməti vəzifələrinin icrasına təsiri isə iş, tədris və ya hərbi xidmət yerindən verilmiş xasiyyətnamələrlə təsdiq olunmalıdır.

Baş-beynin travması nəticəsində əmələ gələn, hərbi xidməti vəzifələrinin icrasını çətinləşdirən emosional-iradi və intellektual-mnestik pozuntuları olan şəxslər «Xəstəliklər cədvəli»nin 14-cü maddəsinə əsasən şəhadətləndirilirlər.

Xarici amillərin təsirindən (radiasiya, aşağı və yüksək temperatur, işıq, hava və suyun yüksək və aşağı təzyiqi, digər xarici səbəblərdən) mərkəzi sinir sisteminin zədələnməsinin nəticələri olan şəxslər mərkəzi sinir sistemi funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, bu maddənin «a», «b», «c» və ya «ç» bəndi üzrə şəhadətləndirilirlər.

Kəllə sümüklərinin zədələnməsi və qüsurları olan hallarda bu maddədən əlavə, «Xəstəliklər cədvəli»nin 81-ci maddəsinin müvafiq bəndləri tətbiq edilir.

Baş-beynin və onurğa beyninin kəskin travmasını keçirmiş şəxslər «Xəstəliklər cədvəli»nin 28-ci maddəsi ilə şəhadətləndirilirlər.

208 Nazilə (23-08-2010). Salam. Men Azərbaycan vətəndaşıyam,amma hal hazirda Qazaxstan Respubliksında yaşayıram və burada Qazaxstan vətəndaşı ilə ailə qurmuşam, həyat yoldaşımın soyadını götürmüşəm bir övladım var. Mənim 2010 ilin sentyabr ayında ümumvətəndaş pasportumun müddəti bitir və eyni zamanda mənim şəxsiyyət vəsiqəmdə, pasportda soyadimi və ailə vəziyyətim haqqında məlumatı dəyişmək lazımdır.Xaiş edirəm məni məlumatlandırasıniz Qazaxstandaki Azərbaycan Resublikasını səfirliyi şəxsiyyət vəsiqəsimi, ümumvətəndaş pasportunu dəyişmək səlahiyəti çatır və manim pasportumda övladımın foto şəkili yapışdırılmalıdır,əgər yapışdırmalıdırsa bütün bu prosedurlari səfirlik edə bilər? Öncədən təşşəkürümü bildirirəm

Bəli onların bu cür səlahiyyətləri var. Belə ki, Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin 38-ci maddəsinə və Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamənin 14.16-cı bəndinə əsasən konsul Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək, onların pasportlarının vaxtını uzatmaq və bu pasportlarda dəyişikliklər etmək hüququna malikdir. Həmçinin nəzərə alınmalısız ki, xaricdə daimi yaşayan vətəndaşlar Azərbaycan Respublikasının xaricdəki konsulluğunda uçota alınmalıdırlar və onların pasportlarında müvafiq qeydlər edilməlidir (Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Qanunun 11-ci maddəsi).

Sualınıza görə təşəkkür edirik.

209 Shain (23-08-2010). Salam. Size bela bir sualim var: cinayet-prosessual qanunvericiliyine esasen cinayet prosesinin prinsiplarindan biri chekisme prinsipidir. chekishme prinsipine esasen cinayet prosesinda 3 taraf iwtirak edir: 1. ittiham terefi 2: mudafie terefi 3: mehkeme.. Lakin Inzibati Xetalar qanunvericiliyinde chekishme prinsipi barede hech bir muddea yoxdur.. yeni bu gun ki, gunadak inzibati xetalar haqqinda islere baxilan zaman ishde ittiham terefi ishtirak etmir.. bununla bagli fikrinizi bilmek isterdim.. evvelceden tesekkur ediram

İlk olaraq qeyd etmək istəyərdik ki, Cinayət-Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən çəkişmə ittiham və müdafiə tərəfinin arasında olur (yəni iki tərəf arasında) və məhkəmə bu çəkişmənin iştirakçısı deyil, o işə qərəzsiz yanaşmalıdır.

İnzibati xətalar haqqında işlər üzrə icraat cinayət prosesindən fərqlidir və ümumiyyətlə inzibati xətalar qanunvericiliyinin prinsiplərinə başqa bucaqdan nəzər yetirmək lazımdır.

Belə ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir.

Amma, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Yəni daha çox dövlət və cəmiyyət maraqlarını üstün tutur.

Çəkişmə prinsipi özü-özlüyündə bərabərlik prinsipinə əsaslanır və qanun qarşısında həm hansı bir dövlət qurumu, həm vətəndaş bərabərdilər, və müstəqil olaraq öz fikirlərini bildirirlər, öz hüquqlarını müdafiə edirlər (bərabərlik prinsipi İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsində əks olunub).

Bundan başqa İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları da fərqlidir. Burda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərər çəkmiş şəxs kimi iştirakçılar mövcuddur. Həmçinin inzibati xəta üzrə işlər mülki qaydada da baxıla bilər. Onda artıq vətəndaş iddiaçı, dövlət qurumu cavabdeh kimi işdə iştirak edə bilər (Mülki Məcəllənin 24-cü fəsli).

Sualınıza görə təşəkkür edirik.

210 Shain (23-08-2010). Bir sualim da var: Reklam haqqinda qanunvericilikda reklam uchun zonalar ve tarifler mueyyen olunub, hemcinin dovlat rusunu haqqinda qanunda da reklam ucun birdefelik rusum nezerde tutulub. bunlari qoyduq kenara. bes hamin rusumu odamadan ve muvafiq icra hakimiyyeti orqanlari ila razilasdirilmadan reklam yerlasdirilarsa hamin fiziki ve ya huquqi shexsin mesulliyeti ne olacag, yeni hansi mecelle ve ya qanunla mesuliyyet dashiyir? Inibati Xetalar Mecellesinda bununla bagli norma (IXM 221-ci madde) olsa da, maddenin dispozisiyasinda dediyim mesele ile bagli hec bir mesuliyyet nezerde tutulmayib. bu barede ne deya bilarsiniz? onceden tesekkur edirem.

Çox maraqlı məsələyə toxundunuz. Qeyd edilən əməllərə görə birbaşa məsuliyyət nəzərdə tutulmayıb. Lakın bilidiyiniz kimi “reklam” — fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiyadır. Yəni reklamın yerləşdirilməsi və yayılması sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və gəlir əldə etmək məqsədini güdür. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş sanksiyalar tətbiq oluna bilər:

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə

– fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 199-cu, 200-204, 204-2-cü, 205-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Lakın öz tərəfimizdən fikirləşirik ki, bu mübahisəli məsələdir və ola bilsin ki, bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinin ehtiyacı var.

Sualınıza görə təşəkkür edirik.

211 Faiq (23-08-2010). Salam Ata oz adina olan evi satmaq isteyir. Ancaq evde yoldasi, iki oqlu ve 1 gelin qeydiyyatdadir. Ata evi onlarin raziliqi olmadan sata biler?

Müşgül məsələdir, və satılması demək olar ki, mümkünsüzdür. Çünki alqı-satqı müqaviləsi bağlanarkən notariat qaydada təqdiq olmalıdır. Notariuslar isə ərizələrdə razılıq verən şəxsin əmlakın konkret kimə (şəxsin soyadı, adı, atasının adı, təşkilatın adı) satılmasına, bağışlanmasına, dəyişdirilməsinə və ya girov qoyulmasına razı olduğu göstərilmişsə, yaxud qiymət və digər şərtlər göstərilmişsə, notarius özgəninkiləşdirmə və ya girov müqaviləsini təsdiq edərkən ərizələrdə göstərilmiş şərtlərə riayət olunub-olunmadığını yoxlamalıdır (Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatının 49-cu bəndinə əsasən). Bundan başqa əgər daşınmaz əmlak nigah dövründə edilibsə atanızın həyat yoldaşının həmin daşınmaz əmlakında payı var (yarsı).

Sualınıza görə təşəkkür edirik.

212 Kamala (23-08-2010). Salam. Men 7-8 ildir ki aileliyem. Bu yaxinlarda bilmişem, ki heyat yoldaşimin kabinli arvadi var. Bilmek isteyiremki o bizden ne teleb eda biler ve o hansi huquqlara malikdir. Cox saq olun.

Əgər onların münasibətləri nəticəsində uşaq(lar) doğulubsa, onda Ailə Məcəlləsinin 13-cü fəslinə əsasən həmin qadın uşaqlar üçün aliment tuta bilər (məhkəmə qaydasında). Bundan başqa Mülki Məcəllənin 1136-cı maddəsinə əsasən nikahdankənar uşaqlar atanın vərəsələridir. Yəni ölümdən sonra mülkiyyət onların da arasında bölünəcək. Əlbəttə ki, əgər atalıq müəyyən edilsə.

Sualınıza görə təşəkkür edirik.

213 Tamilla (23-08-2010). Salam, Ramazan ayınız mubarək. Sualım belədir: özəlləşdirilmiş mənzillər MİS-nə mənzil haqqı ödəməlidirlər? Əgər ödəməlidirlərsə, zəhmət olmasa bu barədə tarifləri və Nazirlər Kabinetinin qərarının N-sini və tarixini göstərəsiniz. Nəzərinizə çatdirim ki, yaşadığımız bina neft şirkətinin binasıdır.

Sizinlə bahəm. Oxşar sual Məsləhətxananın 171-ci sualında cablandırılmışdır.

Sualınıza görə təşəkkür edirik.

214 Anar (23-08-2010). Salam De Jure emekdaslari. Suallarimi bele tez cavablandirdiginiz ucun Size minetdaram. Bele bir sualim var: Mehkemeye iddia erizesi ile muraciet edirem (is ile elaqeder) cavabdehin deqiq unvanini gosterirem amma mehkeme qaytarir ki unvani tesdiqedici senet teqdim et. Men cavabdehin unvani haqqinda senedihardan alim. umiyyetle mehkemenin bunu etmeye huququ varmi?

Biz də Sizə fəal, vətəndaş olduğunuz üçün, təşəkkürümüzü bildiririk. İlk növbədə əgər hakim ərizəni qaytarırsa bununla bağlı qərardad qəbul etməlidir. Hakim yalnız Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinə əsasən iddia ərizəsini qaytara billər. Siz qeyd etdiyiniz əsas bu maddədə göstəriliməyib. Buna görə də müvafiq qaydada şikayət edə bilərsiniz (əgər qərardad varsa MPM-nin 267-269 maddələrinə əsasən, həmçinin Məhkəmə-Hüquq Şurasına şikayət edə bilərsiniz).

Maddə 152. İddia ərizəsinin qaytarılması

152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:

152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə;

152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda;

152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;

152.1.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə;

152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;

152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə;

152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə;

152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ-hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə;

152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda.

152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.

152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir.

152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Maddə 149. İddia ərizəsinin forması və məzmunu

149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

149.2.1. ərizənin verildiyi məhkəmənin adı;

149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;

149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;

149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat;

149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.

149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.

149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir.

Sualınıza görə təşəkkür edirik.

215 Elvin (23-08-2010). Salam. Eger nene chixarishla oz adina olan torpaq sahesini nevesine bagishlamaq isteyirse,bunun uchun hansi prosedurlardan kechilmelidir,hansi senedler teleb olunur ve burda hansi dovlet rusumlari (ve ne qeder)odenilmelidir? Onu da deyim ki,nenenin heyat yoldashi artiq rehmete gedib. Onceden teshekkur edirem!

Oxşar suala Məsləhətxananın 117-ci suala cavab verilmişdir.

Sualınıza görə təşəkkür edirik.

216 Lale (23-08-2010). Övladdan anaya aliment üçün ərizə formasında əsas nələr göstərilməlidir ?

İddia ərizəsinin forması burda.

Ailə Məcəlləsinin 82-ci maddəsinə əsaslanaraq, iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun olaraq tərtib edilməlidir.

Sualınıza görə təşəkkür edirik.

217 Lale (23-08-2010). Məhkəmə üçün notariusda veriləcək etibarnamənin qiyməti neçəyədir?

Dövlət rüsumu haqqında Qanunun 10.11.2-ci maddəsinə əsasən dövlət rüsumu 5 manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

218 Aynur (23-08-2010). Salam. Xarici ölkə vətəndaşı ilə nikaha daxil olan və boşananadək xarici ölkədə yaşayan Azərbaycan Respublikası vətəndaşının boşanması və eyni zamanda uşaqla bağlı mübahisəyə baxılması qaydası qanunda necə müəyyən olunur. Bu məsələyə baxılması hansı orqanların səlahiyyətindədir. Əvvəlcədən təşəkkürlər.

Ailə Məcəlləsinin 148.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah (nikahın bağlanmasına mane olan hallar olmadıqda), Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Həmin Məcəllənin 150-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Nikahın müvafiq icra hakimiyyəti orqanında pozulmasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə yol verilirsə, həmin nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər.

Məsələ ilə bağlı bütün mübahisələr məhkəmə tərəfindən həll olunur (o cümlədən, uşaqlarla bağlı).

Sualınıza görə təşəkkür edirik.

219 Məlahət (24-08-2010). Salam. Sualım şəxsi, yəni özəlləşdirilmiş evimin altındakı zirzəminin özəlləşdirilməsinə aiddir. Evimin altında yeraltı sularln mövcud alması səbəbindən 1998-ci ildə öz hesabıma zirzəmi yaratmışdım. Bunun üçün Bakı şəhər İcra Hakimiyyətinin əsaslı təmir aparmaq üçün bütün lazımı məktublar mövcuddur. Əsaslı təmir nəticəsində zirzəmi yaranmışdır, bu günə qədər oradan müntəzəm olaraq yeraltı sular mənim hesabıma çıxarılır, du da qonşu evlərə də xeyir verir. Bakı şəhər İcra Hakimiyyətinin 1997-ci ildə çıxmış Qanuna əsasən Bakı şəhər İH mənə “Sərəncam” verməli idi ki, mən bu zirzəmini sənədləşdirə bilim. Amma indiyədək buna nail ola bilmirəm Bakə İH bu məsuliyyəti Nəsimi r-nu İH-nin üstünə atır. Nasimi İH isə Bakı İH-nin üstünə atır. Xahiş edirəm, mənə bu məsələdə, yəni evimin altında öz hesabıma yaratmış zirzəmini sənədləşdirmək və sonra onu özəlləşdirmək üçün qanuni qaydanı açıqlayasınız. Əvvəlcədən təşəkkür edirəm.

Oxşar məsələ Məsləhətxananın 153-cü sualında qaldırılmışdır. Əgər müvafiq sənədləriniz varsa məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur (Bakı İH, Nəsimi rayon İH nümayəndələrinin işə cəlb etməklə).

Sualınıza görə təşəkkür edirik.

220 Emil (24-08-2010). Evvelceden tesekkur edirem.Menim yoldasim rayon, men ise seher qeydiyyatindayam.Hal hazirda yoldasimin rayon qeydiyatinda oldugu ev satilib. Bizim ikimizinde sexsiyyet vesiqesinde subay yazilib. Men isteyirem ki sexsiyyet vesiqelerini deyisdirib evli yazilsin ve yoldasimi seherde ozum qeydiyyatda oldugum unvana qeydiyyata salinsin. Bunun ucun hansi senedler ve dovlet rusumu teleb olunur?

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsinə uyğun olaraq ailə vəziyyəti dəyişildikdə şəxsiyyət vəsiqəsini (bir ay ərzində) dəyişdirməlidir. Bunun üçün nikah bağlanması haqqında şəhadətnaməni də təqdim etmək lazımdır.

Dövlət rüsumu haqqında Qanunun 14.5-ci maddəsinə əsasən rüsum 2 manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

221 Ilgar (24-08-2010). Hormetli Vakil! Bu yaxinlarda kicik mubaisem oldu bir vatandashla. Mubaise zamani men yungul iteledim bu insani ve o meni yungul vurdu. Uzun muddet xaricde yashadigima gore buranin gaydalarini unutmushdum. Polise zenk vurdum ve shikayyet yazdim uch hefte bundan evvel. Sonra biz o insanla gorushduk ve menden uz isteyenden sonra onu bagishladim. Polis bolmesinin istitagchisi arashdirma apardi ve sonra bu ishi rayon polis idaresine gonderdi. Men isteyirem ki, erize yazim barishmag uchun. Polis meni xuliganligda itiham edir bu negederde duzgundur?.

Bəli Azərbaycanda bu məsələlər çətinliklə həll olunur. Şikayət verməmişdən qabaq bunu nəzərə almaq lazım idi. İş ondadır ki, Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında (zərər çəkmiş şəxs şikayət verdikdə) cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 (Böhtan), 148 (Təhqir), 165.1 (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci ( İxtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.

Lakın bunlara baxmayaraq, siz Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinə istinad edərək prokurorluğa və məhkəməyə müraciət edə bilərsiniz. Belə ki, aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir):

  • cinayət hadisəsi olmadıqda;
  • əməldə cinayət tərkibi olmadıqda;
  • cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə);
  • cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə);
  • şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə);
  • şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda;
  • şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda;
  • zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə);
  • zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə);
  • şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla);
  • cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda;
  • amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda.

Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.

Sualınıza görə təşəkkür edirik.

222 Tağı (24-08-2010). Torpaq almaq üçün dövlət rüsumu nə qədər ödəmək lazımdır?

Baxmayaraq ki, sualınız qısadır lakın bir çox normativ aktları əhatə edir. Çünki torpağın qiyməti bir çox amillərdən asılıdır (torpağın keyfiyyətindən, təyinatından, coğrafi yerləşməsindən və s.). Buna görə də aşağıdakı normativ aktlarına nəzər yetirməyiniz məqsədəuyğun olardı.

  1. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı;
  2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarı.

Sualınıza görə təşəkkür edirik.

223 Elcin (24-08-2010). Salam. Men sirketimiz adindan mehkemmeye iddiaci kimi muraciət etmişəm. Məhkəmə cavabdehin ünvanını tediq edən sənədin olmadığına görə işi geri qaytarıb. Bu nə dərəcədə dogrudur. Mən cavabdehin unvanı təsdiq edən sənədi hardan ola bilərəm. Minnətdaram.

Oxşar suala Məsləhətxananın 214-cü sualında cavab verilmişdir.

Sualınıza görə təşəkkür edirik.

224 Lale (24-08-2010). Hər hansı bir vıtəndaşın qeydiyyatının hansı ünvanda olmasını necə bilmək olar?

Azərbaycan Respublikası DİN-in PQİ-nin Milli Avtomatlaşdırılmış Pasport Sisteminə (MAPS) yazılı müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

226 Lutfi (24-08-2010). SALAM. Mən Şəki şəhərində yaşayıram. Xarici pasport almaq ucun hansi senedlər lazımdır və verilmə müddətinə görə (30 gün, 15 gün, 5 gün) dövlət rüsumlarını zəhmət olmasa deyərdiniz. Birdə Bakıdan kənardakı rayon və şəhərlərdə pasport almaq qaydaları (rüsumlar) ilə digər rayonlarda (məsələn Şəkidə) pasport almaq qaydaları (rüsumları) arasında fərq varmı? Çox sag olun.Təşəkkürlər.

Ölkədən getmək, ölkəyə gəlmək və pasporlar haqqında Qanununun tətbiqi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün xüsusi formalı ərizə-anketi , 2 ədəd 3×4 sm ölçüdə rəngli fotoşəkili, şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumununun ödənilməsi barədə qəbzi növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir.

“Dövlət rüsumu haqqında” Azərbaydan Respublikasının 28 noyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportunun verilməsinə və dəyişdirilməsinə görə-5 (beş) iş günü müddətində-120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2 (iki) gün müddətində verildikdə – 40 manat müəyyən edilmişdir.

Göstərilən rüsum formalarının tətbiqi ilə cari ilin mart ayının 15-dən etibarən ümumvətəndaş pasportunun 10 (on) illik müddətə verilməsi nəzərdə tutulmuşdur.Ümumvətəndaş pasportunun verilməsi hazırda respublika üzrə fəaliyyət göstərən 6 (altı) regional mərkəz (hər biri 10-15 şəhər-rayonu əhatə etməklə) vasitəsilə həyata keçirilir. Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək cərimə nəzərdə tutulur.

Və bu məsələ ilə əlaqədar ödənilən dövlət rüsumu Azərbaycan bütün ərazisində eynidir və rayonların yerləşməsindən asılı deyil.

Sualınıza görə təşəkkür edirik.

227 Lale (25-08-2010). Məhkəmə ışı üçün notariusun verdiyi etibarnamənin müddəti nə qədərdir?

Həmin müddət etibarnamənin özündə göstərilir. Əgər etibarnamədə müddət göstərilməyibsə, o, verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır (Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatının 75-ci bəndi). Xatırladaq ki, verildiyi tarix göstərilməyən etibarnamə etibarsızdır.

Sualınıza görə təşəkkür edirik.

228 Lale (25-08-2010). Əgər qaçqın həm Bakıda qeydiyyatdadırsa həm də qaçqınkomdan yardım alırsa-bu qanunidirmi?

Qeyd etdiyiniz halların birinə bağlılıq nədən ibarətdir?

Qaçqın yalnız aşağıdakı hallarda qaçqın statusunu itirə bilər (Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanunun 14-cü maddəsi):

  • vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə;
  • öz vətəndaşlığından məhrum olub onu könüllü surətdə yenidən əldə etdikdə;
  • Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə;
  • təqiblərdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda;
  • qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə (vətəndaşı olduqları dövlətin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla);
  • müəyyən vətəndaşlığı olmayan şəxs onun qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə əvvəl adətən yaşadığı ölkəyə qayıda bildikdə (əvvəl adətən yaşadıqları ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla).
  • Qaçqın daimi yaşayış üçün Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə Azərbaycan Respublikasının həmin qaçqın barəsində öhdəlikləri onun Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi andan itirilir.

Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir:
əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;
bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

229 Lale (25-08-2010). Moskva şəhərinin rayon məhkəməcinə mülki işlərlə alaqədar sorğu göndərmək istəyirəm. Bu hansı yollarla mümükündür?

Bu sual Rusiya Federasiyasının qanunvericiliyinə aiddir, biz isə yalnız Azərbaycan qanunvericiliyinə aid sualları cavablandırırıq.

230 Lale (25-08-2010). 1995-ci ildə rayon məhkəməsinin qərarından indiyədək yuxarı distansiyalara şikayət verilməyibsə indi bunu gəzləmək olarmı? yəni indi onların şikayət vermək hüququ varmı?

İlk öncə distansiya yox instansiya yazmaq düzgündür. Fərqli sözlərdir və fərqli mənaları var. Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qəbul edildiyi gündən 1 ay keçdikdən sonra məhkəmə qətnaməsi qanuni qüvvəyə minir və qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (MPM-nin 233-cü maddəsi).

Sualınıza görə təşəkkür edirik.

231 Lale (25-08-2010). Mən işləmirəm xəstə anama baxıram hökumət mənə yardım edə bilərmi?

Görünür ki, çox fəal vətəndaşsınız. Təqdirə layıqdir. Amma bir gündə bu qədər sualların verilməsi məqsədəuyğun deyil. Əks təqdirdə gələcəkdə məhdudiyyətlərin qoyulmasına səbəb ola bilər. İşsiz vətəndaşlar məşğulluq orqanlarına müraciət edib işsizlik müvinəti ala bilər (hal-hazırda işsizlik müavinəti 55 manatdır).

233 Lale (25-08-2010). Məktəb müəllimi evənə məktəb şagirdlərini cəlb edib evdə pulla hazırlaşdırır. bu qanunidirmi?

Əgər müvafiq qaydada vergi orqanlarında qeydiyyatdan keçsəniz (VÖEN alsanız) və dövlətə müvafiq qaydada gəlirinizdən vergi ödəsəniz qanunla heç bir problem olmaz.

Sualınıza görə təşəkkür edirik.

234 Lale (25-08-2010). İkimərtəbəli evlər nə vaxt plana düşəcək və ödənilmə necə olacaq?

Təəssüflər olsun ki, proqnozlaşdırmalar ilə də məşğul olmuruq. Bildiyimiz qədər hökümətin bununla bağlı hələ planları yoxdur.

235 Elvin (25-08-2010). Salam. Internetde bir az arashdirma apardim, amma sualima tam cavab tapa bilmedim, odur ki yeniden sizi narahat edirem. Bizim qanunvericilik aile uzvleri dedikde,kimleri nezerde tutur? Daha deqiqi Vergi Mecellemiz. Onceden teshekkurler!

Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində sizin sualınıza ətraflı məlumat verilib:

Belə ki, vergi ödəyicisinin ailə üzvləri:

  • ər-arvadlar;
  • valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər;
  • vərəsələr;
  • doğma (ögey) bacılar (qardaşlar);
  • bacı və qardaş övladları;
  • ər-arvadların bacıları, qardaşları və valideynləri;
  • bacıların ərləri və qardaşların arvadları;
  • valideynlərin bacıları (qardaşları);
  • qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.

Sualınıza görə təşəkkür edirik.

236 Namiq (25-08-2010). Salam. Mən bilmək istərdim yaşayış sahəsi dedikdə hansı normalar nəzərdə tutulur.Köhnə çıxarışda(fərdi yaşayış evi)yaşayış otaqlarının sayı 3 idi. İndi təzə çıxarışda yaşayış otaqlarının sayını 2 yazıblar və deyirlər ki otağın biri yaşayış sahəsinin normalarına uyğun deyil.

Yaşayış sahəsi dedikdə – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür (Mənzil Məcəlləsi maddə 12.2). Həmin sanitariya və texniki norma və qaydalar bir çox normativ aktları əhatə edir (texniki təhlükəsizlik, Sanitariya-epidemioloji haqqında qanunvericilik). Lakın siz məhkəməyə müraciət edərkən qeyd edilən sənəddə müvafiq dəyişikliklərin edilməsini və ekspertizanın təyin edilməsini tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

237 Lale (26-08-2010). Salam. cavablarınıza görə təşəkkür edirəm. fəaliyyətiniz təqdirəlayiqdir. bilmək istəyərdim sizə gün arzində neçə sual vermək olar. qaydalarınız necədir.

Öz növbəmizdə suallarınıza görə təşəkkür edirik. Hələ ki, sualların sayına məhdudiyyət yoxdur. Amma hər bir halda ağlabatan miqdarda olmalıdır (gün ərzində bir şəxs tərəfindən).

238 Aynur (26-08-2010). Salam. Mümkünsə əməyin mühafizəsi üzrə təlimatlarin ümumi formasini dərc edərdiniz.Təşəkkür edirəm.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisinin Vəzifə Təlimatı burda.

239 Sual (26-08-2010) Salam. men Aghdam-dan mecburi kockunem, muveqqeti Bakida qeydiyyatdayam. xarici pasport almaq ucun hara muraciet etmeliyem. Aghdamdan alinmali senedleri indi Berdeden verirler, indi men ora getmeliyem? yoxsa Bakidan ala bilerem?

İlk öncə xahiş edərdik ki, adınızı qeyd edəsiniz. Əgər sual verirsinizsə deməli cavab almaq istəyirsiniz. Cavabı vermək üçün isə müraciət etmə hansı bir şəxsə ünvanlanması daha düzgün olardı (sirli, sual və s. adlar deyil).

Ümumvətəndaş pasportunun alınması Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Qanuna uyğun olaraq həyata keçirir.

Ölkədən getmək, ölkəyə gəlmək və pasporlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün xüsusi formalı ərizə-anketi , 2 ədəd 3×4 sm ölçüdə rəngli fotoşəkili, şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumununun ödənilməsi barədə qəbzi növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir.

Dövlət rüsumu haqqında Qanunu ilə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportunun verilməsinə və dəyişdirilməsinə görə-5 (beş) iş günü müddətində-120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2(iki) gün müddətində verildikdə-40 manat müəyyən edilmişdir.

Göstərilən rüsum formalarının tətbiqi ilə cari ilin mart ayının 15-dən etibarən ümumvətəndaş pasportunun 10 (on) illik müddətə verilməsi nəzərdə tutulmuşdur.

Ümumvətəndaş pasportunun verilməsi hazırda respublika üzrə fəaliyyət göstərən 6 (altı) regional mərkəz (hər biri 10-15 şəhər-rayonu əhatə etməklə) vasitəsilə həyata keçirilir. Bu regional mərkəzlər vətəndaşların rahatlığı üçün yaradılıb, haansı sizə daha rahatdır ora da müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

240 Vefa (26-08-2010). Salam. Men bilmek isteyirem belediyyeden toppaq almaq ucun ne etmeliyem? Hansi senedleri teqdim etmeliyem ve erize nece yazilmalidir mene bir nusxesin gonderin zehmet olmasa. Bide ki bilmek isteyirem qarabaq eliline pulsuz belediyye torpaq verir biler? Ya o da herrac ve musabiq yolu ile olmalidir5.

Torpaq islahatı haqqında Qanunun 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir. Bu cür ərizələr sərbəst formada tərtib oluna bilər.

Sənədlərin nümunələri burda aşağıdadır:

  • Hərracda, müsabiqədə iştirak etmək üçün Ərizə
  • Baş tutmayan torpaq hərracı və ya müsabiqə barədə Protokol
  • Torpaq hərrac və müsabiqələrinin təşkilatçısı ilə torpaq sahələrinin satıcıları arasında Açıq Torpaq Hərrac, Müsabiqə Müqaviləsi

Sualınıza görə təşəkkür edirik.

241 Arzu (26-08-2010). Salam. Xarici olke vetendashini ishe qebul ederken,shirket hansi senedleri miqrasiya idaresine gostermelidir ve shirket pensiya fonduna hemin vetendash uchun ne qeder rusum odemelidir? Teshekkur edirem evvelceden.

Fərdi icazə almaq üçün işəgötürən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə aşağıdakı sənədləri təqdim etməlidir:

  • Ərizə (müvafiq formaya uyğun)
  • əcnəbi işçinin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  • nəzərdə tutulan hər bir iş yeri üçün əcnəbi işçinin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;

Azərbaycan Respublikası ərazisində başqa əsaslarla olan əcnəbinin Azərbaycan Respublikası ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti.

  • Hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətləri;
  • Fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədinin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətləri;
  • əcnəbinin sağlamlığı, o cümlədən siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olmaması haqqında tibbi arayış;
  • əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin surəti.

Qeyd: Əcnəbi Azərbaycan Respublikası ərazisində olduğu təqdirdə işəgötürən qeyd edilən sənədlərlə birgə müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə əlaqədar tələb olunan sənədləri və məlumatları da təqdim etməlidir.

Dövlət rüsumu haqqında Qanunun 18.58-ci maddəsinə əsasən əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə:

  • ilkin icazəyə görə – 1000 manat;
  • icazənin müddətinin uzadılmasına görə – 1000 manat;

Sənədlərin forması aşağıda:

  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün fərdi icazələrin verilməsi üçün Ərizə
  • Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması

Sualınıza görə təşəkkür edirik.

242 Elçin (26-08-2010). Salam hörmətli vəkil, Bizim 8 sot həyətyanı torpaq sahəmiz ailəmizin istifadəsində 1900 ildən olsada, heç bir sənədi aşkar edə bilməmişik. Lakin bu torpaq sahəmizdə mövcud olan fərdi yaşayış evinə babamın, sonra atamın adına verilmiş ƏMDK-dan çıxarış var. Dövlət Torpaq Komitəsindən torpaq kadastr planı almaq üçün yuxarıda göstərilən çıxarış əsas ola bilərmi? Bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəməyə müraciət etmək lazımdırmı? Əvvəlcədən təşəkkür edirəm.

Bu mübahisəli işdir və məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur. Hər bir halda torpağa aid sənədlər əsas kimi qəbul olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

243 Mehri (26-08-2010). Hərbi Həkim ekspertizasının tərtib etdiyi akta görə əgər Bronxial astma allergik forma dioqnozu ilə xəstə olan oğlan əsgərliyə aparıla bilər?

Bunları hərbi-həkim ekspertizası müəyyən edir. Əgər hesab edirsinizsə onların rəyi həqiqətə uyğun deyil Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 1.9-cu bəndinə uyğun olaraq siz hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilərsiniz.

244 Nanə (26-08-2010). Vətəndaşın tələbi ilə hüquq məsləhətxanasından icra hakimiyyətinə göndəriləcək sorğunun qiyməti neçəyədir. Bir sözlə hüquq məsləhətxanasından verilən sorğuların qiyməti neçəyədir

Kommersiya məqsədilə göstərilən hüquqi xidmətlər tələb və təklif əsasında formalaşır (yəni, bazar iqtisadiyyatına uyğun olaraq). Ona görə də qiymətlər fərqli ola bilər çünki dövlət tərəfindən bu qiymətlər tənzimlənmir. Və həmin xidmətlər qiymətləri fərqli ola bilər.

246 Gulshen (26-08-2010). Salam, 1-ci instansiya mehkemesinin qerarindan apellyasiya mehkemelerine sikayet olunur bes ele hall ol bilerki 1-ci instansiya mehkemelerinin qerarindan birbasa ali mehkemeye muraciet edilsin, hansi hallarda?zehmet olmasa deyin.

Əgər məhkəmə qətnaməsi qüvvəyə minməyibsə (1 ay müddətinə) onda işə apellyasiya instansiyası məhkəməsində baxılmalıdır (Mülki Prosessual Məcəlləsinin 41-ci fəsli). Əgər qüvvəyə minibsə onda məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər (MPM-nin 45-ci fəsli). Bu halda qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu baxır.

Sualınıza görə təşəkkür edirik.

247 Elcin (27-08-2010). Salam. Men aptek acib dermanlarin satis ile mesgul olmaq isteyirem. Bunun ucun hansi senedelri hara teqdim etmeliyem. Tesekkurler.

Oxşar sual Məsləhətxananın 174-cü sualında cavablandırılmışdır.

Sualınıza görə təşəkkür edirik.

249 Elnara (28-08-2010). Salam biz yoldasimnan bosanmag qerarina gelmisik men kime ve hara muraciyyet ede bilerem ve hansi senedler mene lazimdi hazirlamag

Nikahın pozulması Ailə Məcəlləsinin 4-cü fəslinə və Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 5-ci paraqrafına uyğun olaraq həyata keçirilir:

5.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.

Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikah pozula bilər.

5.2. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən pozula bilər.

5.3. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı hallarda Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır:

5.3.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

5.3.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

5.3.3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.

5.4. Bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur.

5.5. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri Qeydiyyat şöbəsi və konsulluq idarəsində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

5.6. Ərizə əsasında nikahın pozulmasını ər-arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır.

5.7. Ərizə əsasında nikahın pozulmasını ər-arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulması haqqında aktların qeydiyyat kitabında nikahın pozulması barədə akt qeydlərini aparır.

5.8. Nikahın pozulmasının dövlət qeydiyyatı:

5.8.1. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə;

5.8.2. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizəyə;

5.8.3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər-arvaddan birinin ərizəsinə;

5.8.4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsinə əsasən həyata keçirilir.

5.9. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır:

5.9.1. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır.

ər-arvadın yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda, nikah pozulmuş hesab edilir;

5.9.2. məhkəmənin qətnaməsinə əsasən ər (arvad) nikahın pozulmasının qeyd edilməsi haqqında ərizə verdikdə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi digər tərəfin ərizəsi üzrə həmin Qeydiyyat şöbəsi və konsulluq idarəsində əvvəllər nikahın pozulması barədə akt qeydinin olub-olmamasını yoxlayır. Əgər nikahın pozulmasının dövlət qeydiyyatı aparılıbsa, nikahın pozulması haqqında akt qeydinə çatışmayan məlumatlar əlavə edilir, nikahın pozulması haqqında akt qeydinin ikinci nüsxəsi saxlanılan Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bu barədə bildirilir. Müraciət etmiş tərəfə nikahın pozulması haqqında şəhadətnamə verilir, orada nikahın pozulması haqqında birinci tərəfə verilmiş şəhadətnamədəki tarix göstərilir. Əgər nikahın pozulmasının dövlət qeydiyyatı aparılmayıbsa və ərizəçinin nikahı haqqında qeydlərdə nikahın pozulması barədə məlumat yoxdursa və ya nikah başqa Qeydiyyat şöbəsi, konsulluq idarəsi, yaxud icra hakimiyyətinin nümayəndəliyində qeyd edilibsə, onda müvafiq Qeydiyyat şöbəsi və konsulluq idarəsində artıq pozulmuş nikahın qeydiyyatı barədə qeydlər olub-olmaması haqqında sorğu edilir. Bu cür məlumatların olmadığı bildirildikdə nikahın pozulmasının qeydiyyatı ümumi qaydada həyata keçirilir;

5.9.3. nikah Qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulduqda, nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır;

5.9.4. məhkəmənin qətnaməsinə əsasən nikahın pozulmasının qeydiyyatı haqqında ərizəyə nikahın pozulmasının qeydiyyatı haqqında ərizəyə nikahın pozulması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış və məhkəmənin qətnaməsində dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş ər (arvad) tərəfindən dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir. Qeydiyyat üçün ikinci müraciət etmiş şəxsdən dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb olunmur;

5.9.5. məhkəmənin qətnaməsi əsasında nikahın pozulması bu barədə ərizə verilərkən qeydə alınır.

5.10. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı üzrə nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır:

5.10.1. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvad nikahın pozulması haqqında ərizədə özlərinin qarşılıqlı razılıqlarını və onların yetkinlik yaşına çatmayan uşaqlarının olmadığını qeyd etməyə borcludurlar;

nikahın pozulması haqqında ərizəyə nikah haqqında şəhadətnamə və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir. Şəhadətnamənin olmadığı hallarda nikahın pozulması haqqında ərizədə nikah şəhadətnamənin olması qeyd edilir;

5.10.2. ər-arvaddan birinin üzürlü səbəbə görə (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gəlmək imkanı olmadıqda, gəlmiş ikindi tərəf ər-arvadın birgə ərizəsini və ya ər-arvadın ayrı-ayrı ərizələrini təqdim edir;

gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir;

ərizə verərkən nikahın pozulmasının qeydiyyat tarixi müəyyən edilir, gəlməmiş ərə (arvada) bu barədə məlumat verilir;

5.10.3. nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir;

5.10.4. nikahın pozulmasının qeydiyyatı ər-arvadın iştirakı ilə həyata keçirilir;

ər-arvad üzürlü səbəbə görə onlar üçün müəyyən edilmiş gündə nikahın pozulmasını qeyd etdirmək üçün Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gələ bilmədikdə, qeyd müddəti onların xahişi ilə başqa vaxta keçirilir;

müəyyən edilmiş vaxtda gəlməməyin səbəbi üzürlü hesab edildikdə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi yeni vaxt müəyyən etmədən onların gəldiyi gün nikahın pozulmasını qeyd edə bilər. Ərizədə və ərizələrin uçot jurnalında bu barədə qeyd aparılır;

gəlməməyin səbəbi üzürsüz hesab edildikdə, lakin ər-arvadın nikahı pozmaq arzusu dəyişmədikdə, onlar nikahın pozulması haqqında Qeydiyyat şöbəsi və konsulluq idarəsinə yenidən ərizə verə bilərlər. Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulmasını qeyd etmək üçün yenidən 1 ay müddət təyin edir;

gəlməməyin səbəbinin üzürlü hesab edilməsini Qeydiyyat şöbəsi və konsulluq idarəsinin vəzifəli şəxsi müəyyən edir;

5.10.5. ər-arvadın biri və ya hər ikisi üzürlü səbəbə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gələ bilmədikdə və nikahın pozulması üçün onların (onun) razılığını təsdiq edən və özləri (özü) olmadan nikahın pozulmasının qeyd olunmasına xahiş edən ərizə təqdim edildikdə, nikahın pozulmasını qeyd etmək olar. Bu zaman gəlməmiş tərəfin (tərəflərin) imzasının həqiqiliyi yaşadığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir.

5.11. Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır:

5.11.1. yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın Qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulması hallarında nikahı pozmaq haqqında ərizə vermiş ər (arvad) həmin ərizəyə arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini, yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı, dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etməli və azadlıqdan məhrumetmə növündə cəza çəkən ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumunun, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənin ünvanını bildirməlidir;

5.11.2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır;

3 gün müddətində bu barədə azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakım idarə edənə məlumat göndərir. Müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsə qəyyum təyin edilməmişdirsə, məlumat fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin yaşadığı yerin qəyyumluq və himayə orqanına göndərilir. Məlumatda uşaqlar haqqında, ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölgüsü haqqında və ya fəaliyyət qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ərə (arvada) aliment verilməsinə dair mübahisə olduğu halda, onun həlli üçün məhkəməyə müraciət etmək hüququ izah edilir;

nikahın pozulması haqqında qeyd aparıldıqda, nikahın pozulması haqqında şəhadətnamələr verilir. Nikahın pozulması haqqında şəhadətnamə təqdim olunmaq üçün şəxsin yaşadığı yerin Qeydiyyat şöbələri və konsulluq idarələrinə və ya cəzaçəkmə müəssisəsinin müdiriyyətinə göndərilir, bu barədə ərizəçiyə xəbər verilir.

5.12. Ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu Qeydiyyat şöbələri və konsulluq idarələrinə bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır.

5.13. Xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, yaxud cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslə nikahı pozmaq haqqında ərin (arvadın) ərizəsinə əsasən nikahın pozulması qeyd edilərkən nikahın pozulması haqqında ərizə verən ər (arvad) nikahdan əvvəlki soyadını daşımaq arzusunda olduğunu ərizədə göstərir.

5.14. Əgər nikahın pozulmasının qeydiyyatı nikahın bağlandığı yerdə aparılarsa, Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın bağlanması haqqında akt qeydində nikahın pozulması barədə qeyd edir və nikahın pozulması haqqında qeydin icrası üçün nikahın bağlanması barədə akt qeydinin ikinci nüsxəsinin saxlandığı Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə nikahın pozulmasının qeydiyyatı haqqında bildiriş göndərir.

5.15. Əgər nikahın bağlanması başqa yerdə qeydə alınıbsa, nikahın pozulmasını qeyd etmiş Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulması haqqında qeydin icrası üçün nikahın bağlanmasının qeyd edildiyi yerdəki Qeydiyyat şöbəsi və konsulluq idarəsinə nikahın pozulması haqqında bildiriş göndərir.

Nikahın bağlanmasının qeyd edildiyi yerdə Qeydiyyat şöbələri və konsulluq idarəsi bildiriş əsasında nikahın bağlanması barədə akt qeydində nikahın pozulması haqqında qeyd edir və nikahın pozulması barədə qeydlərin icrası üçün bildirişi Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə göndərir.

5.16. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda, məhkəmənin müvafiq qətnaməsi ləğv olunmaqla nikah Qeydiyyat şöbəsi və konsulluq idarəsində onların birgə ərizəsinə əsasən bərpa oluna bilər.

Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.

5.17. Qeydiyyat şöbəsi və konsulluq idarəsi ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ərin (arvadın) nikahının pozulmasını qeyd etdikdən sonra o, gəldikdə və onun ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi ləğv olunduqda, Qeydiyyat şöbəsi və konsulluq idarəsi həmin ərin (arvadın) ərizəsinə əsasən ona nikahın pozulması haqqında şəhadətnamə verə bilər. Həmin şəhadətnamə nikahın pozulması haqqında digər tərəfə verilmiş şəhadətnamə göstərilən tarix göstərilir.

5.18. Nikahın etibarsız sayılması hallarında, məhkəmənin nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnaməsi əsasında vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydləri müəyyən olunmuş qaydada ləğv olunur, bu halda şəhadətnamə verilmir. Bu barədə Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bildiriş göndərilir.

Sualınıza görə təşəkkür edirik.

250 Nane (28-08-2010). Salam! mən qızıma ev bağışlamışam. sonra onu ərə vermişəm. kürəkənim evə iddia qaldıra bilərmi?

Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Lakın həmin Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Nikah pozuıduğu təqdirdə çox vaxt mübahisələr yaranır arvad (hərdən ər) yaşayış hüququn qorunması məqsədilə məhkəməyə müraciət edir (köçürülmə, yaşayış sahəsindən istifadə hüququ). Bu cür işlər üzrə məhkəmələrin qətnamələri çox vaxt bir-biri ilə ziddiyyət yaradırlar. Hər bir halda ehtiyatlı olun.

Sualınıza görə təşəkkür edirik.

251 Aynur (28-08-2010). Salam Aleykum. Hər vaxtınız xeyir! Sualım belədir:- Xarici ölkənin vətəndaşı (rezident) hansısa ictimai birlik və ya QHT-nin sədri (başçısıdirektoru) ola bilər mi və bunun üçün nə lazımdır? Vaxt ayırdığınız üçün təşəkkür edirəm.

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunun 8.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakçıları ola bilər. Lakın təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar (maddə 7.5).

bunun üçün siz Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə müraciət etməliziniz və aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • təsisçilərin tərcümei-halları;
  • ərizə (notarial qaydada təsdiq edilmiş);
  • Dövlət rüsumunun ödənilməsi barədə qəbz (11 manat Dövlət rüsumu haqqında Qanun maddə 20.3);
  • Hüquqi ünvana aid sənədlər;
  • Təsisçilərin şəxsiyyət vəsiqələrin surətləri;
  • İctimai Birliyinin Nizamnaməsi 2 nüsxədə;
  • Təsis yığıncağın protokolu

Amma onu da nəzərinizə çatdıraq ki, vergi orqanlarından fərqli olaraq Ədliyyə Nazirliyi çox vaxt qeydiyyat məsələlərini gecikdirir və çətinləşdirir.

Sualınıza görə təşəkkür edirik.

252 Taleh (28-08-2010). Salam. Menim Atam rehmete gedib Anam ise sağdir. Men bilmek isteyirem ki anam baq evini menim raziliqim olmadan sata bilermi. onuda qeyd etmek isterdim ki, bizim hokumet evi ve baq evi varmizdir her ikiside atamin adinadir. men hokumet evinde yasayiram anam baq evinde. men evin tek ovladiyam aileliyem 2 usaqim var qizim 11 yas, oqlumun 6 yasi var. VE vvelceden oz tesekurumu bildirirem.

Vərəsəlik hüququna əsasən (Mülki Məcəllənin 10-cu bölməsi) siz atanızın mülkiyyətinə iddia edə bilərsiniz və müvafiq pay ala bilərsiniz (ən azı məcburi pay). Lakın nəzərə almalısınız ki, Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ona görə də bütün qeyd edilən əmlakın an azı yarısı ananıza məxsusdur, ondan sonra hələ vərəsə kimi məcburi paya da hüququ var.

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Cəmi iki vərəsə olduğu üçün və vəsiyyətnamə olmadığı üçün ananıza əmlakdan 75% sizə isə 25% düşə billər (qanun üzrə). Əlbəttə ki, mübahisə olduğu zaman məhkəmədə baxıla bilər.

Bir də ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Əgər sağ qalan valideyniz bu müddət ərzində əmlakı öz adına rəsmiləşdirsə sonradan bu əmlaka iddia edə bilməyəcəksiniz.

Sualınıza görə təşəkkür edirik.

253 Nahid (29-08-2010). Salam, Xarici pasport üçün çəkilən fotoda insanın görünməsinə dair standartlar AR hansı qanunu ilə nizamlanır? “Gündəlik həyat tərzində görüntündüyünüz” kimi ifadəsi hicablı geyim formasına şamil edilirmi? Əvvəlcədən təşəkkür edirəm.

Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 6-cı bəndində göstərilib ki, vətəndaş ümumvətəndaş pasportu üçün bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkilləri ərizə və başqa sənədlərlə birlikdə yaşadığı yerin xüsusi daxili işlər orqanına təqdim etməlidir. Baxmayaraq ki, qanunvericilikdə hicab məsələsi dəqiq göstərilməyib baş örtüyü (papaq və s.) kimi qiymətləndirilə bilər. Lakın bu cür yanaşma ilə rastlaşsanız, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 9-cu maddəsinə (Fikir, vicdan və din azadlığı) istinad edib məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

254 Anar (29-08-2010). Salam. Hüquqi yardıma ehtiyacım var.Xahiş eliyirem mene kömək edəsiniz.Atam QARABAQ uqrunda gedən döyüşlerin birində ŞƏHİD olmuşdur. Şəhid ailelerine kommersiya meqsedilə düşən torpaq sahesini nənəm bizdən qabaq almışdır.Anamla mən nənəmgildən ayrı yaşayırıq. Bize düşən imtiyazdan istifadə etmək ücün səlahiyətli orqanlara müraciət etdik.Bu məqsədlə,yəni kommersiya meqsedi ücün müraciet etdikde ise bizə bildirilir ki, bu məqsədlə torpaq sahesi 1(bir) dəfə ayrılılır ve bu imtiyazdan nənən sizdən əvvəl istifadə etmişdir.Biz isə nənəmgildən küsülüyük.Torpaq sahesinde əmim mağaza inşa etdirmişdir. İndi bilmek istərdim ki ŞƏHİDin həyat yoldaşı və övladı yaşadıqı halda anasının bu imtiyazdan təkbaşına istifadə etməsi nə qədər doqrudur? Biz mehkemeye müraciət etdiyimiz teqdirde hansı hüquqlarimızı tələb edə bilərik? Həmin torpaq sahesini tələb edə bilərikmi? Evvəlcədən dərin təşəkkürümü bildirərdim.

Əlbəttə ki, məhkəməyə müraciət etmək hüququnuz var. Lakın mübahisəli məsələdir, ola bilsin ki, bu halda torpaq sizin aranızda bölünə də bilər. Hər bir halda bunları məhkəmə edə bilər. Qanunda göstərilib ki, “. ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə. həlak olanların ailəsinə. fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir.” (Torpaq islahatı haqqında Qanunun 19-cu maddəsi). Ailə dedikdə həm siz, həm şəhid olanın valideynləri də başa düşülə bilər.

Sualınıza görə təşəkkür edirik.

255 Rəşad (30-08-2010). Bizim ev girov qoyulub banka. basqa adamin kreditine gore. lakin forma 2 de 18 yasdan yuxari 3 neferin adi yoxdur. yalniz valideyinlerimin adi var. bizim raziliqmiz olmadan. bu halda girov satisa cixarila bilermi. evvelceden minetdarligimi bildirirem.

Hər bir halda məhkəmədə bu məsələ mübasiləndirilə bilər. Çünki İpoteka haqqında Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar). Prosedur qaydalarına riayət etmədiyinə görə bank məsuliyyət daşımalıdır. Lakın bu hal borclu öz öhdəliyini yerinə yetirməkdən azad etmir.

Sualınıza görə təşəkkür edirik.

256 ADILE (30-08-2010). SALAM, MEN 1999-CU ILDE ATU-NIN PEDIATRIYA FAKULTESININ MEZUNU OLMUSHAM VE TIBBIN BASHGA SAHESINDE CALISHMAGA BASHLAMISHAM. HAL HAZIRDA HEKIM KIMI FEALIYYETE BASHLAMAQ VE IXTISIMI DEYISHIB DIGER IXTISAS ALMAQ UCUN HARA MURACIET ETMELIYEM? ONCEDEN TESHEKKURUMU BILDIRIREM.

Düzdür bu sualı hüquq sahəsinə aid etmək olmaz. Amma məsləhət görərdik ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutuna müraciət edəsiniz. Ola bilsin orada ixtisasdəyişmə kursları var.

Sualınıza görə təşəkkür edirik.

257 Gulya (30-08-2010) salam, eger kimse herbi quluqcunu doyurse ve ona xesaret yetirirse onda herbi qulluqcu sikayet etse onda bu meseleye hansi 1-ci instansiya mehkemesi baxir? herbi mehkeme yoxsa?

Bəli bu işə müvafiq rayon (və bir neçə rayonu birləşdirən) hərbi məhkəməsi baxmalıdır (misal üçün Qazax Hərbi Məhkəməsi, Füzuli-Qubadlı Hərbi Məhkəməsi, Bakı Hərbi Məhkəməsi).

Sualınıza görə təşəkkür edirik.

258 Hikmet (31-08-2010). Salam. 12.08.2010-cu ilde verdiyim suala cavab verdiyiniz ucun teshekkur edirem. Amma bir sheye ydinliq getirmeyiniz rica edirem. Men ozel MTK ile bagli sual vermisem. Amma sizin cavabda muvafiq qanunvericiliye uygun “tam kommunal təminatlı mənzillər” ve “özəlləşdirilmiş mənzillər” baresinde melumat verilmishdir. Ozel MTK-larda da ozelleshdirilmish menzillerde tetbiq olunan tariflerdenmi istifade edilmelidir?

Gördüyünüz kimi Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında üç tip mənzil fondu göstərilib:

  • Tam kommunal təminatlı mənzillər;
  • Qismən kommunal təyinatlı, yarızirzəmi və kommunal tipli mənzillər;
  • Özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlər (binalar)

MTK – Mənzil Tikinti Kooperativ deməkdir və özəlləşdirmə məsələsinə aidiyyəti yoxdur (çünki hüquqi şəxslərin bir növüdür Mülki Məcəllənin 109-cü maddəsi). Əgər yaşayış sahəsi özəlləşdirməyibsə deməli tam kommunal təminatlı mənzillərə aiddir (və ya qismən, əgər yataqxanadırsa), əgər özəlləşdiribsə deməli sonuncu tipə aiddir.

Sualınıza görə təşəkkür edirik.

259 Orxan (31-08-2010). Men ve gizim iki otagli menzilde qeydiyyatdayig. Mulkiyyet huququ mene mexsusdur. Bu ilin evvelinde qizim aile qurub. Indi onun erini menzile qeydiyyata salmag isteyirem. Bununla elaqedar sualim yaranib: qeydiyyata saldigdan sonra, qelecekde problemler yaranarsa (bosanma) ve yaxud ozum istedikde, qizimin erini (kecmis erini) qeydiyyatdan cixara bilerem?

Bununla bağlı problemlər hələ də mövcuddur. Amma əlbəttə ki, sizin hüququnuz var. Çünki siz mülkiyyətçisiniz və mülkiyyət toxunulmazdır və hətta bu məsələni tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı var. Həmin qərara əsasən əgər mülkiyyətçi şəxslə notariat qaydada təsdiqlənmiş müqavilə bağlamayıbsa (yəni kənar şəxsin yaşayış sahəsindən istifadə hüququ yaranmayıbsa) onda mülkiyyətçi həmin şəxsə kompensasiya ödəməli borclu deyil. Lakın mövcud olan məhkəmə praktikasına nəzər yetirsək görmək olar ki, məhkəmə qanunvericiliyin boşluqlarından istifadə edib bu normalara riayət etmir (məsələn, Ali Məhkəmənin 1992-ci il tarixli Qərarına əsasən passport-qeydiyyat qaydalarını əsas tutmaqla şəxsi mənzilə köçürdürlər).

Hər bir halda ehtiyatlı olun əgər şəxsə etibarınız yoxdursa.

Sualınıza görə təşəkkür edirik.

260 Jafar (31-08-2010). Dasinmaz emlaka dair sual ve cavablari nezerden kecirdim (1,5,6,62,79. ). Lakin mende yaranan suala degig cavab tapa bilmedim. Bele ki 79-cu suala cavabda Siz qeyri-yasais sahesinden yazmisiniz. Men yenitikilmis, coxmertebeli binada, MTK -den menzil almisam. Senedlerden ancag MTK ile muqavile (oda ki noratial qaydada tesdiqlenmeyib) ve menzilin deyerinin odenilmesi arayislari. Hemin menzili qeydiyyatdan kecirerek cixaris almaq isteyirem. Cixaris almaq ucun hansi hereketleri etmeliyem ve hansi senedleri toplamaliyam (MTK dan hansi senedler lazimdir)?

Çoxmərtəbəli kooperativ binaların qeyri-yaşayış sahələrinin dövlət qeydiyyatına alınması üçün:

  • ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • texniki pasportun surəti;
  • kooperativ ilə alıcı arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş müqavilə;
  • qeyri-yaşayış sahəsinin təsdiq edilmiş planı;
  • maliyyə arayışı;
  • qeyri-yaşayış sahəsinin verilməsi barədə Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin qərarı;
  • kooperativ üzvlərinin ümumi yığıncağının protokolunun surəti;
  • binanın mərtəbələr üzrə planının yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış eskiz layihəsinin surəti;
  • binanın istismara qəbul edilməsi barədə Dövlət qəbul aktının surəti;
  • dövlət rusumunun ödənilməsi barədə qəbzin surəti.

Diqqətli olduğunuz üçün və sualınıza görə təşəkkür edirik.

261 Orxan (31-08-2010). Abseron Su ve diqer komunal tecizat teskilatlarina muraciyyet edende, borclarin olmasi ve en azi 10 il erzinde olduqunu iddia ederek, odenilmesini ve yaxud odenis ceklerini teleb edirler. Abseron Su 97-ci ilden bu ile kimi odenis ceklerini teleb edir ve yaxud 97 baslarayag belli olmayan borclari odemeyi teleb edir.Xahis edirem aydinniq getiresiz.Nece il komunnal odenis cekleri saxlanmalidir? Komunnal teskilatlari nece ilin borcunu teleb ede bilerler (iddi telebi nuddeti 10 ummumi idda telebi ve yaxud 3 il).

Əgər sizi iddia müddəti maraqlandırırsa, onda Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir (adıçəkilən məsələyə daha uyğundur). Və bu məsələni məhkəmədə mübahisələndirə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

262 Nanə (31-08-2010). Salam. mənim qadın düşmənim var. Bu qadın öz qardaşı oğlunu mənim aılə üzvlərimin hamısınin ardınca salıb bizi bir- bir güdür..buna görə haqq da alır. Və bütün bacılarımın iş və evlərinin yerini öyrənir.sonra həm iş yeri həm də evin həyətlərində çox güclü qurd yağı ilə olunmuş cadu basdırır. bizə cadu ilə xəsarət yetirir. bu olub. 1992-ci ildən bizdən əl çəkmir. kimə müraciət edək. kömək edin. yoxsa hamımızı məhv edəcək.

Nəzərə çətdırmaq istərdik ki, dövlət qurumları cədugarlarla mübarizə aparmır və qanunvericilik cədu ilə bağlı məsələləri tənzimləmir.

263 Günay (31-08-2010) Salam! Men 2 ildir aile gurmusham, bir gizim var 1.4 aylig. Hal hazirda heyat yoldashim ile boshmag uzreyik.daha dogrusu yoldashim boshanmaga gerarlidir. Bilmek isteyirem ona ushagin dogum hagginda shehadetnamesi lazimdir? men ona hech bir sened vermek istemirem.

Əgər həmin sənədi ərinizə təqdim etmək istəmirsinizsə lakın hansı bir səbəbdən bu sənəd ona lazımdır, onda sənədin surətini notariat qaydada təsdiq edib ona verə bilərsiniz. Notariat qaydada təsdiq edilmiş sənəd bütün orqanlrda keçərlidir.

Sualınıza görə təşəkkür edirik.

264 Nizam (31-08-2010). Salam, size bir sualim var. Mumkunse cavablandirardiniz. Fiziki shexs xaricden mal getirib sata bilermi? Eger bilerse onda ondan gomrukde hansi senedler teleb oluna biler?

Qanunvericiliyə uyğun olaraq əlbəttə ki, edə bilər (gömrük qanunvericiliyinə riayət etməklə). Oxşar sualllar Məsləhətxananın 22 və 181-ci suallarında cavablandırmışdır. Xahiş edirik nəzər yetirəsiniz.

Sualınıza görə təşəkkür edirik.

265 Eldar (31-08-2010). Salam, Elin adeti ile qiz gelin kochende cehiz getirir, oghlan ise qizil hediyye edir. Sualim beledir, bes boshanma bash verende bu emlak (gelinin getirdiyi eshyalar ve oghlanin baghishladighi qizillar) nece bolunur.Evvelceden minnetdaram.

Bu cür sual Məsləhətxananın 88-ci sualında ətraflı cavablandırmışdır.

266 Anar (31-08-2010). Salam. Bezi sheylerin huquqi senedleshmesini oyrenmek isterdim,Komek etseniz minnetdar olardim.Daha deqiq desek menim torpagim .Torpaq komitesinden senedi var,orada yaziliv mehz ev tikmek ucun.Men evi tikmezden evvel senedleshme ishlerini aparmaq isterdim. Lakin cetinlik cekirem. Bilmirem harda bashlayib harda qurtarim. Eger problem deyilse mene ardicilliqda komek edesiniz.Evvelceden cox sag olun,

Oxşar suala Məsləhətxananın 40-cı sualında cavab verilmişdir. Xahiş edirik nəzərə alasınız.

267 Şəlalə (31-08-2010). Salam. Sexsi mulkiyyet olaraq bir otaqli evim var. Amma anamin evinde qeydiyyatdayam ve orda qeydiyyatda qalmaq isteyirem. Sexsi mulkiyyetim olan eve qeydiyyata dusmem vacibdirmi? Sexsi mulkiyyetim olan evime qeydiyyata dusmeden elektrik, qaz, su ve diger kommunal masraflaeri odemek ucun bu orqanlara hansi senedi teqdim etmeliyem. Evvelceden tesekkur edirem.

Xeyr vacib deyil. Qeydiyyatda olub-olmasanızda bu sizin mülkiyyətinizdir. Kommunal xərclərin ödənilməsi üçün sənədlər isə həmin daşınmaz əmlaka hüquqlarınızı təsdiq edən sənədlər (Çıxarış və s.) kifayət edər.

Sualınıza görə təşəkkür edirik.

268 Xeyal (31-08-2010). Salam. men 5 ildir ev tikdirib qaliram hemin eve qeydiyyatimda var evin ev kitabida kend sovetinde var. Men evi nece ozellewdire bilerem?

Bu cür suallar bir-neçə dəfə Məsləhətxanada cavablandırılmışdır (1, 5, 6 və 40 suallara nəzər yetirin).

269 Xeyal (31-08-2010). Salam. Elektrik webekeden gelerek bize cerime yaziblar ki, qanunsuz elektrik ogramisiz ve hesaba 1000 manat cerime yaziblar ama ellerinde subutlari yoxdu ki nece elektrik ogramisiz. Onu nece kime wikayet ede bilerem ki borc silinsin?

Əgər öz təqsirzliyinizə əminsinizsə səlahiyyətli orqanın qərarını məhkəmədə mübahisələndirə bilərsiniz. Xatırladaq ki, dövlət orqanın qərarından 1 ay müddətində şikayət edə bilərsiniz (Mülki Prosessual Məcəllənin 21-ci fəslinə uyğun olaraq). Əgər məhkəmədə dövlət orqanı sizin təqsirinizi sübut edə bilməsə borc silinməlidir. Çünki İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən iİnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.

Sualınıza görə təşəkkür edirik.

270 Eldar (01-09-2010). Salam dejure.az, Bundan onceki sualimi cavablandirdiqiniza gore teshekkur edirem. Chox saq olun bele bir sherait yaradirsiz. Daha bir sualim var. Erle arvad boshandiqdan sonra birge nigahdan olan ushaq ekser hallarda anada qalir. Bu zaman atanin ushaqi gormesi nece temin olunur. Qanun buna nece imkan verir – yani nece gun, hansi sheraitde (hansi sherait dedikde, anasinin yaninda, yoxsa ozu ile aparib bir nece saat ve ya gun saxlaya biler). Xatirladim ki ushaq 1 yash yarimliqdir. HormetleEldar.

Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını məhkəmə müəyyən edir (əgər saziş yoxdursa). Ona görə də uşaq ya ana ilə, ya da ki ata ilə qala bilər (amma düzgün qeyd etmisiniz ki, çox vaxt uşaqlar analarla qalır).

Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Yəni mübahisə yaransa yenə də məhkəmə qaydasında həll olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

272 Orxan (01-09-2010). 259 nonreli sualima cavab verdiyinize gore minnetdaram. Cavabinizda MM 228.5 maddesine,hemin maddəye dair AR KM Plenumunun Qərarı ve Ali Məhkəmənin Qərarına esaslanmisiz. lakin yeni qebul edilmis Menzil Mecelesinin 30.4 maddesinde kecmis aile uzvunun yasayis sahesinden istifade huquna xitam verilir normasi var.Onda 30.4 maddesi esas goturelerek qeydiyyatdan ve istifade huqununa xitam verilecek? Hansi norma tetbig olunacag 228.5 ve yaxud 30.4.

İlk öncə Mənzil Məcəllənin adıçəkilən maddəsi tam mətni göstərilməlidir:

30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Gördüyünüz kimi “. məhkəmənin qərarı əsasında saxlanıla bilər”. Bundan başqa Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

Bundan başqa Mülki Məcəllənin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələri arasında ziddiyət yoxdur. Xahiş edirik diqqət yetirəsinizi.

228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Sualınıza görə təşəkkür edirik.

273 Nana (01-09-2010). Salam. Dovletcilik nedir? dovletle hokumetin ferqi nedir? loru dilde yazin xahis edirem.

Dövlətin anlayışı burda göstərilib:

Dövlət siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xususi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir.

Hökümət dedikdə isə adətən Nazirlər Kabineti başa düşülür, yəni dövlətin ali kollegial icra orqanı (dövlət idarəçiliyini həyata keçirən rəhbərlik). Dövlət daha geniş məfhumdur. Dövlət həm, icra orqanlarını, həm məhkəmələri həm parlamenti özündə birləşdirir.

Sualınıza görə təşəkkür edirik.

274 Azər (01-09-2010). Salam. Əvvəlcədən təşəkkür edirəm. Sualım ünvanlı sosial yardım haqqındadır. Bir qadın və orta məktəbdə oxuyan 2 qızı(5 və 6-cı siniflər) yataxanada kirayə qalırlar. Ataları uşaqlar kiçikkən rusiyayaya gedib və qayıtmayıb. Ailənin bütün xərcləri ananın üzərindədir. Ana xadimə işləyir və 150 AZN əmək haqqı alır, 100 AZN kirayə verir. Bu zaman ona ünvanlı sosial yardım düşürmü.Birdə ki, qanunda aylıq gəlr deyilir. Bura ailənin məcburi xərcləri(kirayə) çıxıldıqdan sonra qalan gəlirdir, yoxsa ailənin ümumi aylıq qazancıdır.Sağ olun

Ailənin orta aylıq gəlirinin hesablanması Qaydasının (Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmişdir) 5-ci bəndinə əsasən ailənin gəlirinə aşağıdakılar daxildir:

  1. əsas iş yeri və əvəzçilik üzrə əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, müvəqqəti ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə), digər pul təminatları, natura formasında ödənilən əməkhaqqı;
  2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə zərərə görə verilən ödənclər (əlavə xərclər istisna olmaqla);
  3. qanunvericiliklə müəyyən edilmiş digər növ gəlirlər (işdən çıxmaqla əlaqədar dövlət qulluqçularına ödənilən birdəfəlik haqq, işçiyə istifadə etmədiyi əsas məzuniyyətə gör pul əvəzi, müəssisə ləğv edildikdə, işçilərin sayı və ştatları ixtisar edildikdə və əmək müqaviləsi ləğv edildiyi digər hallarda işçiyə verilən ödənclər, iş yerindən işçilərə ödənilən maddi yardımlar və s.);
  4. bütün növ pensiya və müavinətlər, o cümlədən ömürlük müavinət, işsizliyə görə müavinət, uşaq üç yaşa çatanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət dövründə verilən müavinət, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət, digər sosial müavinətlər (bir yaşınadək uşağı olan aztəminatlı ailələrə verilən əlavə aylıq müavinət və birdəfəlik müavinətlər istisna olmaqla), o cümlədən məcburi köçkün və məskunlaşmamış qaçqınlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin ləğvinə görə ödənilən müavinətlər və s.;
  5. bütün növ təqaüdlər, o cümlədən fərdi təqaüdlər, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi, şəhid ailəsi üçün müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü, fəxri adlara görə aylıq təqaüd, tələbələrə verilən təqaüd, işsizlərə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə verilən təqaüd, istehsalatdan ayrılmaqla oxumağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə hesabına ödənilən təqaüd;
  6. aliment;
  7. sahibkarlıq fəaliyyəti və ailə kəndli təsərrüfatında məşğul olanların gəliri, mülki-hüquqi müqavilə əsasında qazanılmış gəlirlər, qonorarlar;
  8. əmanətlər və onların üzərinə hesablanan faizlər (1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında istifadəsiz qalmış indeksləşdirilməmiş əmanət qalıqları istisna olmaqla);
  9. qiymətli kağızlardan əldə edilən dividendlər;
  10. ailəyə və yaxud ailənin hər hansı bir üzvünə mənsub olan və ya hədiyyə edilmiş əmlakdan əldə olunan gəlirlər;
  11. Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda istənilən mənbədən ailəyə daxil olan milli və xarici valyutanın məbləği;
  12. ailəyə natura formasında ödənilən yardımların dəyəri;
  13. ailənin hər hansı üzvü tərəfindən qeyri-hökumət təşkilatları, beynəlxalq
  14. humanitar təşkilatlar, xeyriyyə və digər cəmiyyətlər, sahibkarlar və fiziki şəxslərdən alınmış qrantlar və yardımlar;
  15. qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər və kompensasiyalar (xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələrinin dəyəri, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri istisna olmaqla);
  16. şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlər (mal-qara, quş, arı, baramaçılıq.).

Həmin qərarla təsdiq edilmiş tələblərə uyğun olaraq siz Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib sosial yardımın alınması məsələsini qaldıra bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

275 Eldar (01-09-2010). Menimchun aydin olsun deye sualimi bir daha tekrar edim icazenizle. Boshanma bash verdikden sonra, ushaqin anasi ile qalmasi mueyyen edildikden sonra ata oz qizini nece gore biler? Bu nece temin olur? Bildiyim qeder valideynin oz ovladini gorme huququ oldughu kimi ovladin da oz valideynini gorme huququ var. Bes qanun vericilikde bu nece eks olunub? Vaxti ve gorush yeri nece temin olunur?

Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmçinin bu Məcəllənin 56.1-ci maddəsinə uyğun olaraq valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Daha sonra uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır (maddə 61.2.). Yenə də nəzərinizə çatdırırıq əgər mübahisə olduqda məhkəmə tərəfindən həll olunmalıdır. Valideynlərin arasında Saziş də bağlanıla bilər. Həmin Sazişdə görüş vaxtı, həftədə (ayda, gündə) neçə dəfə görüş ola bilər, o biri valideyn öz evinə neçə günlük (saatlıq) uşağı apara bilər və s. hallar əks oluna bilər.

276 Sabina (02-09-2010). Salam, menim qardawim soyadini deyishmek isteyir. Bunu ucun ne etmelidir, qanunvericiliyin hansi maddeleri bu meseleni tenzimleyir? Xahiw edirik bu meseleye ile bagli etrafli melumat veresiniz.

Oxşar sual Məsləhətxananın 203-cü sualında cavablandırılmışdır.

Xahiş edirik nəzərə alasınız.

277 Azər (02-09-2010). Salam. Mən Abşeron şəhəri Ceyranbatan qəsəbəsində (yeni ceyranbatan) həyət evində yaşayıram. Torpağın şəhadətnaməsi var. Evinsə, memarlığın təsdiqlədiyi certiyoju və icra başçısının tikintiyə icazə verilməsi barədə sərəncamı var. Mən və yoldaşım hal-hazırki vəziyyətdə uçotda olduğumuz yerdən çıxıb yaşadığım ünvana uçota düşə bilərikmi? Yoxsa evə kupça almadan bunu etmək olmaz. Təşəkkürlər

Bunun üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd olmalıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsində bu əsaslar göstərilib:

a) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;

b) icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi;

v) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd (misal üçün məhkəmə qətnaməsi);

q) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Sözlərinizdən qeyd etdiyiniz yer yaşayış üçün hələ də nəzərdə tutulmayıb. Ola bilsin ki, sənədlərin qəbulunda problemlər yarana bilər. Hər bir halda sənədlər toplusu ilə pasport qeydiyyat şöbəsinə idarə edərkən qeydiyyata düşməyin zəruriliyini sübut etməyi çalışın. İmtina cavabı versələr məhkəməyə şikayət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

278 Azər (02-09-2010). Salam. Yoldaşım məcburi köçkündür. Biz Ceyranbatan qəsəbəsində yaşayırıq. Yoldaşım Bakıda qeydiyyatdadır(ata evi). Kommunal xidmətlərə görə güzəşt hələdə onun ata evində nəzərə alınır. Biz nə edə bilərik ki, ona olan güzəştlər hal-hazırda faktiki yaşadığı yerə (ceyranbatan qəs.) hesablansın? Təşəkkürlər.

Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kommunal xidmətlər üzrə :şöbəsinə müraciət etməlisiniz və müraciıətinizi əsaslandırılmalısınız (Qəhrəman Məmmədov – şöbə müdiri tel: 430 09 22). Bu cür məsələlər onların birbaşa səlahiyyətindədir.

Sualınıza görə təşəkkür edirik.

279 QİYA (02-09-2010). Salam. ailə başçısını itirməyə görə nə qədər məbləğdə pensiya verilməlidir? konkret məbləğ mümkünsə .cox sagolun

Sosial müavinətlərin artırılması haqqında Fərmanın 1.1.4-cü bəndinə uyğun olaraq ailə başçısını itirməyə görə müavinət – 40 manat təşkil edir (aylıq).

Sualınıza görə təşəkkür edirik.

280 Elxan (02-09-2010). MEN 1970 ILDA BAKIDA ANADAN OLMUSAM.MENIM ATAM,ANAM,YOLDASIM,USAGIM AZERBAICAN VETENDASIDIR.MIGRASIYA XIDMATI ARAYIS VERIBKI, MEN AZERBAICAN VETENDASI SAYILMIRAM. MENA XAIS ELIYIRAM CAVAB YAZIN.MENI 1988 ILDA PROPISKADAN CIXARIBLAR.

Çox qarışıq yazmısınız. 1988-ci ildə haradan propiskadan çıxarıblar və ümumiyyətlə necə ola bilib ki, bu müddət ərzində siz vətəndaşlığı qəbul etməmisiniz?

Əgər əvvəl Azərbaycan vətəndaşı olmusunuz və hal-hazırda bərpa etmək istəyirsiniz onda həmin Miqrasiya xidmətinə vətəndaşlığın bərpa edilməsi (Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 15-ci maddəsinə əsasən) barədə Ərizə ilə müraciət etməlisiniz. Əgər ümumiyyətlə heç vaxt Azərbaycan vətəndaşı olmamısızsa onda ümumi qaydada (vətəndaşlığına qəbul edilməsi – Qanunun 14-cü maddəsinə əsasən) müraciət etməlisiniz.

Lakın hər bir halda sizin vəziyyətiniz fərqlidir və siz Miqrasiya xidmətinin qərarından məhkəməyə şikayət edə bilərsiniz. Və adıçəkilən Qanunun aşağıdakı maddələri əsas tuta bilərsiniz:

Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:

1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;

2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər;

3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar;

4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.

Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər.

Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir.

Maddə 6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər

Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır:

1) doğum haqqında şəhadətnamə;

2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

3) Azərbaycan Respublikası vətəndaşının pasportu.

Sualınıza görə təşəkkür edirik.

281 Elçin (02-09-2010). Salam. Mən Bakı şəhərində Dövlət Reyestrindən çıxarışı olan evə necə qeydiyyata düşə bilərəm və bunun dövlət rüsumu və presuduru necədir. Əvvəlcədən təşəkkürlər.

Əgər yaşayış yerini dəyişdirirsinizsə və qeyd edilən Çıxarışınız varsa pasport qeydiyyat şıbəsinə müraciət edə bilərsiniz. Bundan başqa siz Ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsini (və ya doğum haqqında şəhadətnamə) də təqdim etməlisiniz (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsi). Dövlət rüsumu 2 manat təşkil edir (Dövlət rüsumu haqqında Qanunun 14.5-ci maddəsi).

Sualınıza görə təşəkkür edirik.

282 Gülşən (02-09-2010). Salam, normativ aktlar ile normativ huquqi aktlar arasi hansi ferq var? Yeni olari dedikde ne nezerde tutulur?

Normativ hüquqi akt səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir. Azərbaycan Respublikasının qanunvericilik sistemi və ona daxil olan normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasının 147—151-ci maddələri ilə müəyyən edilir (Normativ hüquqi aktlar haqqında Qanunun 2-ci maddəsi).

Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla qəbul edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

Daha sonra normativ xarakterli aktlar da var:

  1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1—6, 8-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;
  2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;
  3. Yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının qərarları;
  4. Azərbaycan Respublikası Milli Bankının qərarları.
  5. Milli Televiziya və Radio Şurasının qərarları.

Normativ aktlar isə bü

tün digər dövlət qurumları ilə qəbul olunan məcburi xarakter daşıyan aktlardlr. Lakın onu da qeyd etmək lazımdır ki, “normativ akt” yerinə “akt” daha çox istifadə olunur. Amma normativ akt kimi də istifadə edirilir (misal üçün 22 aprel 2010-cu il tarixli № 946 saylı Bəzi normativ aktlarda əlavə və dəyişiklik edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının Qərarı).

Sualınıza görə təşəkkür edirik.

283 Gülşən (02-09-2010). Salam,fovqelade hallarin aradan qaldirilmasi ucun dovlet tedbirleri ve karantin tedbirlerheyata kecirilir, karantin tedbir deyende neler nezerde tutulur?

Karantin dedikdə aşağıdakı başa düşülür.

Karantin (ital. quaranta – qırx) – yoluxmuş şəxs(lər), heyvan(lar), nəqliyyat vasitə(lər), yaşayış məntəqəsi(lər) və ya yoluxmaya şübhəli bilinən şəxs(lər), heyvan(lar), nəqliyyat vasitə(lər), yaşayış məntəqəsi(lər), əşya və s. ilə kontaktların məhdudlaşdırılmasına (izolyasiya) yönəldilmiş tədbirlər kompleksidir.

Yəni Karantin özü özlüyündə tədbirlər kompleksidir və karantin tədbirləri bu cür izolyasiyaya yınəldilmiş tədbirlərdi.

Sualınıza görə təşəkkür edirik.

284 Gülşən (02-09-2010). Salam, penitensiar muessiseler deyende ne nezerde tutulur, yeni bu muessiselerin funksiyasi nedir?

Penitensiar sistemi (lat. Poenitentia – peşmanlıq, nədamət) dedikdə cəzaların icrası sistemi başa düşülür. Bu sahədə səlahiyyətli dövlət qurumu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidməti hesab edilir. Onların üzərinə bir çox vəzifələr qoyulub, misal üçün penitensiar müəssisələrin (cəzaçəkmə müəssisələri, təcridxana və s.) idarə olunmasını, o cümlədən rejim qaydalarının, təhlükəsizlik tədbirlərinin, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsini; məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiətini təşkil etmək və penitensiar müəssisələrin mühafizəsini həyata keçirmək və s.

285 Nana (03-09-2010). Hebisxana? tcridxana? cezacekme muessesi bunlar nedir nefrqi nedir? Turme hansi sayilir? Kolon ne demekdir?

Cəzaların İcrası Məcəlləsinin 66-cı maddəsinə əsasən cəzaçəkmə müəssisələri məntəqə tipli, ümumi, ciddi, xüsusi rejimli cəzaçəkmə müəssisələrinə, tərbiyə müəssisələri isə ümumi və möhkəm rejimli müəssisələrə bölünürlər.

Cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər.

Ümumi rejimli cəzaçəkmə müəssisələrində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, həmçinin cəzaları müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş şəxslər cəza çəkirlər (maddə 112).

Ciddi rejimli cəzaçəkmə müəssisələrində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı, yəni əvvəllər müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər və cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş qadınlar cəza çəkirlər (maddə 114).

Xüsusi rejimli cəzaçəkmə müəssisələrində cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunmuş kişilər cəza çəkirlər (maddə 116).

Ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkirlər (maddə 118).

Həbsxanalarda xüsusilə ağır cinayətlər törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, cəza müddətini tam və ya onun bir hissəsini çəkməklə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslər, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər, həmçinin ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən bu Məcəllənin 70.4.3-cü maddəsinə (ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər) uyğun olaraq həbsxanaya keçirilmiş məhkumlar saxlanılırlar (maddə 120).

Cəzaçəkmə müəssisələrində cəza çəkən, digər cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunmuş şəxslər məhkəmənin qərarına əsasən, cəzaçəkmə müəssisələrinin cərimə təcridxanalarında və ya tərbiyə müəssisələrinin intizam təcridxanalarında saxlanıla bilərlər (Həbsdə saxlanılan yerlərində şəxslərin saxlanmasına dair Müvəqqəti Əsasnamə bənd 2.2).

Sualınıza görə təşəkkür edirik.

286 Esref (03-09-2010). Men ozum muhasibat ucotu ve audit ixtisasi uzre mutexessisem amma ozume bununla elaqedar is tapa bilmirem. bunun ucun men hara muraciet edim? Mumkundurse mene meslehet veresiniz.

Demək olmaz ki, bu sual hüquqi məsləhət məqsədilə verilib. Amma biz çalışırıq ki, sual cavabsız qalmasın. Məsləhət görərdik ki, Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidmətinə (və Baş Məşğulluq İdarəsinə) müraciət edəsiniz. Və öz ixtisasınıza görə iş axtarıb tapasınız.

287 Gunay (2010-09-03). Salam! Bir neche gun evvel Size muraciet etmishdim. Daha bir sualim var boshanma ile elagedar. Yoldashim boshanmaga verib. Bildiyeme gore her ikimizi chagirib 3 ay vaxt verecekler. Eger 3 aydan sonra men yene razilig vermesem onda mehkeme hansi gerari verir. 1.5 aylig gizimiz var.

Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Həmin Məcəllənin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

Yəni uzadmaq üçün artıq əsas yoxdur (əgər siz hamilə deyilsinizsə).

Sualınıza görə təşəkkür edirik.

288 Gülşən (03-09-2010). salam serti mehkumluq ve serti olaraq cezadan vaxtindan evvel azad edilme,birde cezanin cekilmesini texire salinmasi hansi hallarda bas verir ve ne demekdir?zehmet olmasa deyin

Bütün bunlar Cinayət Məcəlləsinin aşağıdakı maddələrində göstərilib:

Maddə 70. Şərti məhkum etmə

70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.

70.4. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər.

70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.

70.6. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.

70.7. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər.

Maddə 76. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə

76.1. Məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.

76.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər.

76.3. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum:

76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını;

76.3.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini;

76.3.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər.

76.4. Azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz.

76.5. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.

76.6. Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum:

76.6.1. cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırdıqda və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, bu Məcəllənin 76.5-ci maddəsində göstərilən orqanların təqdimatı əsasında məhkəmə şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında qərar çıxara bilər;

76.6.2. ehtiyatsızlıqdan cinayət törətdikdə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir;

76.6.3. qəsdən cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ehtiyatsızlıqdan cinayət törədildiyi və məhkəmə tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edildiyi halda da cəza həmin qaydalar üzrə təyin olunur.

Maddə 79. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması

79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq səkkiz yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

79.2. Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.

79.3. Uşaq səkkiz yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir.

79.4. Cəzaçəkmənin təxirə salındığı müddətdə məhkum edilmiş şəxs yeni cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.

Sualınıza görə təşəkkür edirik.

289 Seymur (03-09-2010). Sentyabirin 1 shemkir yolunda mashinimi vurublar vuran adam vurdugu zereri odemek isdemir polis ishi gonderib mhkemeye amma 1 ay kecmesine baxmayaraq bize hecbir melumat verilmir ishe Semkir mehkemesi baxir men nece edimki mehkeme ishe baxsin.

Qeyd edirsiniz ki, hadisə sentyabrın 1 baş verib. Bir ay bəs necə keçə bilər? Hər bir halda əgər hesab edirsiniz ki, məhkəmə qanunvericilikdə göstərilən müddətləri pozur Məhkəmə-Hüquq Şurasına şikayət edə bilərsiniz.

Nəzərinizə çatdırmalıyıq ki, İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işın baxılmasını bir ayadək müddətə uzada bilər.

Sualınıza görə təşəkkür edirik.

290 Gülşən (03-09-2010). Salam, edliyye nazirliyini esasnamesinde yazilib ki,nazirlik muvafiq hakimlerin mecburi sigortasini heyata kecirir,muvafiq hakimleri doyus sursati ve silahla temin edir ve muvafiq hakimlerin emek ve sosial huquqlarini temin edir,muvafiq deyende hansi mehkemelerin hakimlerin nezerde tutulur? Bes yerde qalan mehkemelerin hakimlerinin bu teminatlari hansi orqan heyata kecirir? Zehmet olmasa deyin.

Bunun üçün ilk öncə Məhkəmələr və hakimlər haqqında Qanunun 86-cı maddəsinə müraciə etməli idiniz. Belə ki, Müvafiq icra hakimiyyəti orqanı (1 dekabr 1998-ci il № 30 tarixli Fərmanının 7-ci bəndinə əsasən Ədliyyə Nazirliyi) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hakimlərin müstəqilliyinə ciddi əməl etməklə Ali Məhkəmənin hakimləri istisna olmaqla, hakimlərin peşə hazırlığının artırılması, birinci instansiya məhkəmələrinin fəaliyyəti üçün zəruri şərait yaradılması məsələləri ilə məşğul olur, onların müvafiq normativ-hüquqi aktlarla təchiz olunmasını, maliyyə və digər maddi-texniki təminatını həyata keçirir.

Müvafiq icra hakimiyyəti orqanı məhkəmə statistikasının aparılması, məhkəmə qərarlarının icrası, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görür. Müvafiq icra hakimiyyəti orqanı birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, habelə birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya onların səlahiyyət müddəti bitdikdə onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə, hakim öz vəzifələrini yerinə yetirə bilmədikdə isə onun vəzifələrinin icrasını müvəqqəti olaraq digər müvafiq məhkəmənin hakimlərindən birinə həvalə etmək hüququna malikdir.

Konstitusiya Məhkəməsi haqqında Qanunun 76.-ci maddəsinə əsasən isə Konstitusiya Məhkəməsinin fəaliyyətinin maddi-texniki, maliyyə və təsərrüfat təminatını Konstitusiya Məhkəməsinin işlər idarəsi həyata keçirir.

Sualınıza görə təşəkkür edirik.

291 Seymur (03-09-2010). Üzür isdəyirəm hadise Avqusdun 1-i bash verib. bir sualda vermək isdəyirəm. qəzanı törətmiş şəxs zərəri ödəmək isdəmir. Hec sürücülük vəsiqəsidə yoxdur bu halda hadisəni törətmiş şəxsi nə gözləyir?

İnzibati Xətalar Məcəlləsinin.152.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə

– altmış manat miqdarında cərimə edilir.

Əgər zərəri ödəməkdən imtina edirsə məhkəmə qaydasında əmlakına həbs qoyula bilər. Bunun üçün müvafiq vəsatətlə məhkəməyə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

292 Vasif (04-09-2010). Salam. Mescid həyətində hazirliq kursu fəaliyyət göstərir.kursa yaxin bir hissədə transfarmator var.Uşaqlar toxunub xəsarət alar qorxusuna görə onu həyətin ərazisində çixarmaq istəyirik.İşıq idarəsi isə bunun üçün 700 manat pul istəyir. Belə vəziyyətdə biz nə etməliyik.Təşəkkür edirəm.

Bununla bağlı Fövqaladə Hallar Nazirliyinə müraciət edə bilərsiniz (AZ1073, Bakı şəhəri,M.Müşfiq küçəsi, 501-ci məhəllə Tel.: (+994 12) 512 00 61Faks: (+994 12) 512 00 46; Qaynar xətt: 112) və yaranmış vəziyyət barədə onlara ətraflı məlumat verməlisiniz. Çünki bu vəziyyət texnogen mənşəli fövqaladə halın yaranmasına səbəb ola bilər və insanların təhlükəsizliyi ilə bağlıdır. Eyni zamanda məhkəməyə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına (700 manat məsələsinə dair, amma bunu sübut etməli olacaqsınız) da müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

293 NIzam (04-09-2010). Salam. Fiziki sexs kommersiya ile mesgul olduqda vergini nece vermelidir? Bu halda ki, mallarini hec bir magazada satmir, evde satir. Tesekkur edirem.

Vergi orqanlarına qeydiyyata durmaq lazımdır (misal üçün sadələşdirilimiş vergi ödəyicisi kimi 4%) və vergi ödəmək. Fərqi yoxdur harada (evdə, mağazada və s.) sahibkarlıq fəaliyyəti ilə məşğulsunuz. Əldə olunan gəlirdən dövlətə vergi ödəməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

294 Nicat (04-09-2010) Salam, mene herb komissiya terefinden verilmiw cedvelin 1-ci qrafasinin 21b maddesi lazimdir.(aciqlamaq)bununla yanawi men bu ve ya baqa maddleri hardan tapa bilerem(sayti)? Hansi saytda var bele maddeler?

Yəqin ki, Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 21-ci maddəsini nəzərdə tutursunuz. Aşağıda həmin maddənin tam mətni göstərilir.

Sinir sistemi xəstəlikləri

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

a) tez-tez epileptik tutmalar və ya mühüm ruhi pozulmalar olduqda

b) tutmadan kənar vaxtda ruhi pozulmalar olmadan tək-tək və nadir epileptik tutmalar (qıcolmalarla və qıcolmalarsız) olduqda

C və ya B FƏRDİ

Bu maddə epilepsiyanı, generalizə olunmuş və ya parsial tutmalarla, ruhi ekvivalentlərlə və ya şəxsiyyətin spesifik dəyişiklikləri ilə müşayiət olunan baş beynin xroniki xəstəliyi kimi nəzərdə tutur.

Simptomatik epilepsiya bu maddəyə aid edilmir. Belə hallarda şəhadətləndirilmə qıcolma sindromunun inkişafına gətirib çıxaran xəstəliyə görə aparılır.

Tutmanın olması həkim müşahidəsi ilə təsdiq edilməlidir. Bəzi hallarda təsvir olunan tutma və tutmadan sonrakı hal onun epileptik tutma olmasını qəbul etməyə əsas verərsə, qeyri-tibbi heyətdən olan vəzifəli şəxslər tərəfindən imzalanmış və komandirlər (rəislər) tərəfindən təsdiq edilmiş aktlar nəzərə alına bilər. Aydın olmayan hallarda yaşayış, təhsil, iş və hərbi xidmət yerlərindən məlumatları tələb etmək lazımdır.

«a» bəndinə tez-tez baş verən tutmalar (ildə 3 və daha çox) və ya qıcolma tutmalarının ruhi ekvivalentləri, eləcə də şəhadətləndirilənin psixikasının proqressivləşən pozulmaları aiddir.

«b» bəndinə nadir (ildə 3 dəfədən az) baş verən tutmalar, o cümlədən qıcolmaları olmayan ekvivalentlərsiz paroksizmlər və epilepsiya üçün xarakterik olan digər ruhi dəyişikliklər aiddir.

Tibb müəssisələrinin sənədləri ilə keçmişdə epilepsiya tutmalarının olması təsdiq edilərsə, lakin son 5 ildə tutma müşahidə edilməyibsə və stasionar şəraitdə müayinə zamanı elektroensefaloqrafiyada sakit şəraitdə, funksional yük altında patoloji dəyişikliklər (paroksizmal qeyd edilən müxtəlif amplitudalı «iti» və «yavaş» dalğalar, «iti-yavaş dalğa» kompleksləri və digər dəyişikliklər, yarımkürələrarası asimmetriya) aşkar edilərsə, şəhadətləndirmə «b» bəndi üzrə aparılır.

Keçmişdə müşahidə edilmiş hər hansı xarakterli yeganə tutma (epileptik reaksiya) və ya zəif ifadə olunan və nadir hallarda baş verən kiçik tutmalar, qıcolmasız paroksizmlər və ya əhval-ruhiyyənin spesifik pozulmaları hallarında hərbi xidmətə yararlılıq kateqoriyası məsələsi yalnız stasionar müayinədən sonra həll edilir.

Epileptik paroksizmləri olan şəxslər nəqliyyat vasitələrini idarə etməyə, hündür yerlərdə, hərəkət edən mexanizmlərin, od və su mənbələrinin yanında xidmətə (işləməyə) yararsızdırlar.

Sualınıza görə təşəkkür edirik.

295 Rəna (04-09-2010). Yoldaşım Qarabağ uğrunda döyüş zamanı şəhid olub. İki övladım var. Sağolsun, vaxtilə dövlət bizə şəhid ailəsinə düşən yardımı göstərib, yalnız imkansızlıqdan uşaqlarımın oxumağı üçün lazım olan şəraiti qura bilməmişəm. İndi özüm yarımcanam, işləmirəm, oğlum arada iş olanda fəhləlik edir belədə işsizdir. Evim remontsuzdur azqalır başımıza uça. Sizcə mən kimə müraciət edə bilərəm.

Bunun üçün bir çox təşkilatlara müraciət edə bilərsiniz həm Dövlət Sosial Müdafiə Fonduna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və hətta Prezidentə müraciət edə bilərsiniz. Müraciətinizdə öz vəziyyətiniz, o cümlədən gəlirləriniz, maddi durumunuz barədə ətraflı məlumat təqdim edin (əsaslarla, məsələn sosial idarələrdən müvafiq arayışlar və s.). Müraciətləriniz yazılı şəkildə olmalıdır.

Sualınıza görə təşəkkür edirik.

296 Mahir (04-09-2010). Salam. Mən qəza törətmişəm, mənim sürücülük vəsiqəm yoxdur, qarşı tərəfin maşınına 2000 AZN deyerində ziyan vurmuşam amma ziyanı ödəməyə imkanım yoxdur, heç yerdə işləmirəm, adimada heçbir Əmlak yoxdur. Ziyan çəkmiş şəxs məni məhkəməyə verib. Qanuna görə məni nə gözləyir?

Məsləhətxananın 291-ci sualında göstərilib sizi nə gözləyə bilər.

297 Gunel (04-09-2010). Salam. bizim heyatyani evin sahesinin serancami alinmisdir evinsa kupcasi yoxdur, kupca alinarkan hansi muvafiq orqanlara ve hansi senedlerle muraciet etmek lazimdir? diger terefden tikilmak uzra olan evin sahesi manim rahmatlik atamin adinadir, man bu torpaq sahesini nece oz adima sala bilerem? muraciet etdiyim xazar rayon reyster xidmatindan tam cavab ala bilmadiyimcun siza muraciet etdim

Əgər siz yeganə vərəsəsinizsə bunun üçün notariausa müraciət etmək və müvafiq qaydada bu daşınmaz əmlakı vərəsə kimi qəbul etmək lazımdır. Notariusda adı çəkilən sənədləşdirməni keçdikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməlisiniz. Bununla bağlı Məsləhətxananın 1,5 6 və digər suallarında ətraflı məlumat verilmişdir.

Sualınıza görə təşəkkür edirik.

298 Gülşən (04-09-2010). Salam, dovlet qeydiyyati ile dovlet reyestri arasinda ne ferq var?

Qeyd edilənlər Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunda göstərilib:

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2).

Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddə 2).

Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Ərizə jurnalı (ərizələrin qeydiyyat kitabı) və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqlar dövlət reyestrinin ayrılmaz tərkib hissəsidir (maddə 13).

Bunu sadələşdirsək: qeydiyyat – sənəddir, reyestr isə həmin sənəd barədə məlumat saxlayan jurnal.

Sualınıza görə təşəkkür edirik.

299 Gülşən (04-09-2010). Salam, audit teskilatlar deyilende ne nezerde tutulur? Zehmet olmasa deyin

Auditor xidməti haqqında Qanunun 5-ci maddəsinə əsasən auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir.

Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır.

Həmin auditor təşkilatları aşağıdakı xidmətləri göstərirlər – təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək.

Sualınıza görə təşəkkür edirik.

300 Gülşən (05-09-2010). Salam, daxili isler nazirliyinin strukturunu bildiyime gore prezident tesdiq edir bes ordaki iscilerin umumi sayini kim mueyyenlesdirib tesdiq edir? Zehmet olmasa deyin

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnamənin 5.3.5-ci bəndinə əsasən nazirliyin mərkəzi aparatının və tabelikdəki orqan, hissə, müəssisə və təşkilatların strukturu üzrə ştat cədvəllərini təsdiq edir, onların (mərkəzi aparatın strukturuna daxil olan qurumlar və şəhər, rayon polis orqanları istisna olmaqla) yaradılması, yenidən qurulması, ləğv edilməsi barədə qərarlar verir, ştat sayının normativlərini, habelə nazirliyin daxili nizam qaydalarını Daxili İşlər naziri müəyyən edir.

Sualınıza görə təşəkkür edirik.

301 Tural (05-09-2010). Dovletin elillere ve qarabag elillerine bagişladiqi evi ve ya torpaq sahesini satmaq olarmi?

Əgər həmin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədləriniz varsa təbii ki, olar.

Sualınıza görə təşəkkür edirik.

302 Gülşən (05-09-2010). Salam, konstitisiyada gosterilir ki Azerbaycan unitar dovletdir, bes onda merkezlesdirilmis yoxsa merkezlesdirilmemis unitar dovletdir? zehmet olmasa deyin.

Bu sual hüquq nəzəriyyəsinə daha çox aiddir.

Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş (desentralizisiya olunmuş) unitar dövlətlər ali və yerli orqanların arasında hakimiyyət bölgüsünuün xüsusiyyətləri ilə fərqlənir. Yerli hakimiyyət orqanlarına nə qədər çox səlahiyyətlər verilsə o qədər çox desentralizasiya olacaq və əksinə. Konstitusiyanın 109-cu maddəsinin 7, 9 bəndlərini, 124 maddəsinə nəzər yetirsəniz görünər ki, bizdə mərkəzləşdirilmiş unitar dövlətdir.

Sualınıza görə təşəkkür edirik.

303 Huzur (05-09-2010). 3 usagi olan na her hansi bir sosial yardim ala bilermi?

Təəssüflər olsun amma sadəcə bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət– 20 manat (Sosial müavinətlərin artırılması haqqında Fərmanın 1.1.8-ci bəndi). Lakın Sosial Müdafiə Fonduna müraciət etsəniz və öz maddi durumunuz barədə məlumat versəniz ola bilsin ünvanlı sosial yardımı ala bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

304 Gülşən (05-09-2010). Salam, vekillik haqqinda qanunda gosterilir ki,vekiller kollegiyasinin uzvlerinin sayi 1000 den cox olsa onda vekillerin uzvlerini umumi yigincaginin selehiyyetlerini vekillerin uzvlerinin konfransi heyata kecirir, vekillerin uzvlerini umumi yigincagi ile konfransi arasinda ne ferq var ki ,eyni anlayis deyiller?

Bilmirik bu rəqəmi haradan götürmüsünüz. Amma bu rəqəmlə bağlı Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunda məlumat yoxdur. Həmin Qanunun 10-cu maddəsinin adı Vəkillər kollegiyası üzvlərinin Ümumi yığıncağı (konfransı) kimi göstərilir. Bu da o deməkdir ki, bu qanun ümumi yığıncaq və konfrans arasında fərq qoymur.

Sualınıza görə təşəkkür edirik.

305 Javid (06-09-2010). Salam. Her vaxtiniz xeyir. Bir sual məni maraqlandirir. Fikirleshdim ki, siz mene yardimci ola bilersiniz. 1. Torpaq sahəsi və içində ev olan torpaq sahəsi haqqında hansı sənədlər mövcuddur və onların mənası və hüquqi qüvvəsi nədir? Torpaq alınırkən hansı sənədlərə diqqət yetirmək lazımdır? Əvvəlcədən minnətdarlığımı bildirirəm.

İlk öncə həmin torpağa hüquqların dövlət qeydiyyatını yoxlamaq lazımdır (Çıxarışın olub olmaması), daha sonra digərlərinə torpaq sahəsinin ölçüləri və planı; texniki pasport, həmin sənədlərdə torpağın keyfiyyəti və digər əmsallar göstərilməlidir (yerləşməsindən asılı olaraq).

Sualınıza görə təşəkkür edirik.

306 Nail (06-09-2010). AR IXM madde 199da ne deyilir?

İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi. (Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma)

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə, bu, az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə-

– fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 199-cu, 200-204-cü, 204-2-ci, 205-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

307 Habil (06-09-2010). Salam. Bilmək istərdim ki, MMC təsis edildikdən sonra MMC-nin direktorun Əmək kitabçasını kim imzalayılır və möhürləyir.Təsisçimi yoxsa direktor özü özün əmək kitabçasını öz adından imzalyır və möhürləyir. Əvvəlcədən təşəkkürümüzi bildiririk.

MMC-nin direktoru təyin edilərkən təsisçi və direktor arasında müqavilə bağlanır (əmək müqaviləsi). Sonradan işçiləri təyin edilərkən onlarla müqavilələri artıq direktor imzalayır. Direktora əmək haqqını verən adatən təsisçi özü olur.

Sualınıza görə təşəkkür edirik.

308 Lala (06-09-2010). Salam. Demeli menim cox yaxin refiqemi oğurluq üstündə günahlandırırlar. İşlədiyi yerdən pul itib. Ama qız deyirki pulu o götürmeyib. Bunu hüquqi tərəfdən necə sübüt etmək olar?

Bütün bunları araşdırmaq lazımdır və məsələ haqqında təfərrüatlı məlumat olmadan bir sözlə sübut etmək (və ya rəy vermək) olmaz. Ən azı peşakarsızlıqdır. Çünki bir çox halları araşdırmaq lazımdır:

– hadisə baş verəndə (pulun itməsi və ya oğurlanması) həmin şəxslər harada olmuşlar və nə ilə məşğul idilər;

– pul harda yerləşirdi və onun itməsi nə vaxtı müəyyən olundu;

– pulun itməsini kim müəyyən etdi;

– əvvələr belə hallar olub ya yox;

– həmin gün kənar şəxslər hadisə baş verən otağa daxil olmuşlar ya yox;

və digər məsələlər araşdırılmalıdır.

Suzlınıza görə təşəkkür edirik.

309 Eldar (06-09-2010). Hormetli De Jure, Bundan onceki cavablara gore size minnetdaram. En son sualima cavabda usaghi gormek ile baghli valideynler arasinda Sazish haqqinda soz achmishdiz. Sualim beledir: 1)Sazishin numunesi ve ay tertib aqaydasi necedir? 2)Bu Sazish chox yeqin ki notarial qaydada tesdiq olunur. Eger beledirse onun qiymeti nece mueyyen olunur. 3)Tereflerden biri Sazishin qaydalarini pozarsa ve ya bir muddet sonra onlara mehel qoymazsa qanunvericilik hemen teref uchun hansi ceza nezerde tutur. Diqqetinize gore minnetdaram. Hormetle.

Bu cür sazişlər tərəflər arasında olan münasibətlərin xüsusiyyətlərindən asılıdır və fərqli olur. Həmçinin bü xidmətlər təmənnasız deyil. Dövlət rüsumu haqqında Qanunun 10.25-ci maddəsinə əsasən bu sənədin notariat qaydada təsdiq edilməsi üçün dövlət rüsumu 6 manatdır. Əgər hansı bir tərəf müqavilənin şərtlərini pozarsa onda siz məhkəmə qaydasında bu öhdəliklərin məcburi qaydada yerinə yetirilməsini tələb edə bilərsiniz (həmçinin maddi və mənəvi zərərin ödənilməsi).

Sualınıza görə təşəkkür edirik.

313 Nizam (07-09-2010). Salam,insan 35 yasa catdiqda shexsiyyet vesiqesini deyishmek vacibdirmi?Eger deyishmese o shexsiyyet vesiqesi etibarli sayilacaqmi?

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 1-ci maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır.

Həmin Qanunun 4-cü maddəsinə əsasən 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.

Əgər bu tələb yerinə yetirilməsə, yəni vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir (7 maddə).

Sualınıza görə təşəkkür edirik.

314 Nizam (07-09-2010). Salam, basqasinin VOIN-ni ile(VERGI QEBZI) ishlemeye icaze verilirmi?

Xeyr. Saxta sənədlərdən istifadə etdikdə şəxs məsuliyyətə cəlb oluna bilər. VÖEN-nin (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) alınması hal-hazırda böyük problem deyil. 3 gün ərzində qanuni yolla onu əldə etmək olar.

311 Nana (06-09-2010). Salam mene nigah dovrunde birg elde edilmish emlakin boumesile baqli erize lazimdir en azindan huququ esaslarini yazin fakktik hallarin yazaram.

Təəssüflər olsun amma bu cür xidmətlər artıq pulludur.

312 Konul (06-09-2010) Salam. Mənim bacim 2 ildir Rusiyadan qayidib. 5 yaşlı uşağı var. Uşağı Rusiyada anadan olub.indi Azərbaycan vətəndaşı olması üçün hansi sənədlər lazimdir? Xahiş edirəm bu sualıma cavab verin.

Bu məsələ ilə bağlı sualların sayı çox olduğundan Azərbaycan Respublikasının vətəndaşlığı məsələləri blokunu yaratmaq məcburiyyətində olduq. Nəzər yetirə bilərsiniz.

315 Rasul (07-09-2010). Salam Hörmətli və tərifə layiq hüquqşunaslar!Mənə kooperativ binanın zizəmisinin icarəyə və yaxud özələşdirmək üçün lazım olan sənədlər barədə məlumat verəsiniz! Hansı sənədlər və hardan alınmalıdır!

İcarəyə götürmək üçün istifadəçi (mülkiyyətçi) ilə icarə müqaviləsi bağlamaq lazımdır.

Çoxmərtəbəli kooperativ binaların qeyri-yaşayış sahələrinin dövlət qeydiyyatına alınması üçün:

  • ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • texniki pasportun surəti;
  • kooperativ ilə alıcı arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş müqavilə;
  • qeyri-yaşayış sahəsinin təsdiq edilmiş planı;
  • maliyyə arayışı;
  • qeyri-yaşayış sahəsinin verilməsi barədə Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin qərarı;
  • kooperativ üzvlərinin ümumi yığıncağının protokolunun surəti;
  • binanın mərtəbələr üzrə planının yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış eskiz layihəsinin surəti;
  • binanın istismara qəbul edilməsi barədə Dövlət qəbul aktının surəti;
  • dövlət rusumunun ödənilməsi barədə qəbzin surəti.

Diqqətli olduğunuz üçün və sualınıza görə təşəkkür edirik.

Sualınıza görə təşəkkür edirik.

316 Gülşən (07-09-2010). Salam, veliklik haqqinda qanunda gosterilir ki onlar dovlet orqanlarinda calisa bilmezler , yen calisdiqlari muddetde vekillik fealliyyeti dayandirilir, bes siyasi partiyalara uzv ola bilerler? sahibkarlıq fəaliyyətinin bir növüdürbirde kommersiya fealiyyeti ile mesgul ola bilerler?

Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir.

Yəni şəxsin hansı bir partiyaya mənsubiyyəti vəkil olmaq üçün rol oynamır (qanuna uyğun olaraq).

Bir də ki, vəkillik fəaliyyəti özü-özlüyündə sahibkarlıq fəaliyyətinin bir növüdür və bu fəaliyyətlə məşğul olanlar müvafiq qaydada vergi ödəməlidir (misal kimi Vergi Məcəlləsinin 16.1.8.17-ci maddəsi).

Sualınıza görə təşəkkür edirik.

317 Gunay (08-09-2010). Salam! Men 2008-de aile heyati gurmusham, bir gizim var 1.5 aylig hal hazirda yoldashim ile boshanmag uzreyik yeni onun terefden iddia verilib. kiraye galirig, yoldahsimin evi Oguz rayonundadir. Bilmek isterdim mene onun terefden mulk dushur men bunu mehkemede teleb ede bilrem??

Ailə Məcəlləsinin 32.1 maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Əgər qeyd edilən daşınmaz əmlakı nikah dövründə əldə etmisinizsə onda həmin əmlakdan ən azı yarısına iddia edə bilərsiniz.

Bundan başqa həmin Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Ona görə də yalnız sizin razılığınız olduqda boşana bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

318 Habil (08-09-2010). Salam. Verdiyiniz cavaba görə təşəkkürümü bildirəm.Cavabınıza bir az aydınlıq gətirsəniz minnətdar olardım. Mən MMC-nin direktoru vəzifəsini(qanuni təmsilçi)icra edirəm,əmək kitabçamı özümmü öz adımdan imzalayıb möhürləməliyəmmi yoxsa təsisçimi? Təsisçinin imzaladığı əmək kitabçası qanunu hesab olunurmu? Bir daha təşəkürümü bildirirəm.

İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarına uyğun olaraq əmək kitabçası işə götürən tərəfindən iş yerində açılır.

İşəgötürənin anlayışı Əmək Məcəlləsinin 3-cü maddəsində göstərilib:

İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onunşərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.

Ona görə də həm siz imzalaya bilərsiniz (əgər sizə belə salahiyyət verilibsə), həm təsisçi.

Sualınıza görə təşəkkür edirik.

319 QABIL (08-09-2010). Salam hormetli vekiller. Xais edirem menim bu sualima cavab veresiniz. Eger cinayet toreden ve axtarisda olan Azerbaycan vetendasi Rusiyanin vetendasliqini alarsa, qanun esasinda aztaris leqv olunmalidirmi? Men esitmisem ki, Polis telimatina gore, basqa olkenin vetendasinin axtarisi leqv olunmalidir. Hormetle Qabil Mamedov.

Əməliyyat-axtarış fəaliyyəti haqqında Qanunun 14-cü maddəsinin 5-ci və 6-cı bəndləriinə əsasən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinə aşağıdakı hallarda son qoyulur:

  • Obyektiv səbəblərdən əməliyyat-axtarış tədbirlərinin tətbiqini qeyri-mümkün edən şərait yarandıqda (qarşısı alına bilməyən fövqəladə hadisə baş verdikdə və ya qarşısı alına bilməyən qüvvə mane olduqda və yaxud ictimai təhlükəsizliyə real təhlükə yarandıqda) belə tədbirlərin həyata keçirilməsi dayandırılır.
  • Qanunla nəzərdə tutulmuş məqsədlərə nail olunduqda (əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir);
  • haqqında keçirilən şəxsin hərəkətlərində cinayət tərkibinin mövcudluğu 6 ay ərzində müəyyən edilmədikdə.

Gördüyünüz kimi, qeyd edilən məsələ təlimatla yox qanunla müəyyən olunur.

Sualınıza görə təşəkkür edirik.

320 Nizam (09-09-2010). Salam. Ushaq 16 yasa catdiqda avtomatik olaraq qeydiyyata dusurmu? Eger beledirse,onda atanin,yoxsa ananin qeydiyyatda oldugu yere qeydiyyata dusur?(Eger ata ve ana ayri-ayri yerlerde qeydiyyatdadirlarsa).

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin (valideynlərin, qəyyumların və s.) razılığı ilə müəyyən edilir.

Ailə Məcəlləsinin 60.4-cü maddəsinə uyğun olaraq valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

Sualınıza görə təşəkkür edirik.

321 Kerem (09-09-2010). Здравствуйте. У меня вопрос к юристам. Как бывает завещание по наследник(vetsiyyet uzre vereselik).Ecли родитель завещал свой собственность напр.дом, дачу одну из своих детей, то другие уже не имеет право на проживание или все таки у них тоже есть право? В этом ситуации в чем отличается наследник с другими членами семьи? Спасибо.

Данный вопрос разрешается в соответствии с 10-ым разделом Гражданского Кодекса. Так в соответствии со ст. ст. 1177 и 1178 наследники по закону, не указанные в завещании, сохраняют право на наследование части наследства, не затронутой в завещании; они получают и то имущество, которое предусмотрено в завещании, если к моменту открытия наследства нет в живых никого из наследников по завещанию либо все они отказались принять наследство.

Если в завещании все наследственное имущество поделено между наследниками по завещанию, но к моменту открытия наследства одного из наследников нет в живых, то наследование по закону не возникает, и имущественную долю умершего наследника получают соразмерно их долям другие наследники по завещанию.

В соответствии со ст. 1133.2 наследование по закону (переход имущества умершего к лицам, указанным в законе) наступает в том случае, если наследодатель не оставит завещания либо завещание полностью или частично признано недействительным.

Наследник по завещанию отличается от других тем, имущество передается ему по воле завещателя.

Спасибо за вопрос.

322 Abbas (10-09-2010). Mənim nənəm yaşa görə əmək pensiyası alır. pensiyanın məbləği 01 sentyabr 2010 tarixdən 85 manat olub. Babam vəfat edib. Babamın 45 il əmək stajı var mən DSMF yerli şöbəsinə müraciət edirəm ki Nəməmı pensiyasının növünü dəyışərək yenidən hesablansın (babamın əmək stajına görə) onlar deyır belə qanun yoxdur. Xahış edirəm məsləhət verəsiniz.

Pensiyaların təyin olunması ilə əlaqədar təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.9-cu bəndinə əsasən bir pensiya növündən digər pensiya növünə keçirilmə, pensiyanın yenidən hesablanması haqqında ərizə və tələb olunan bütün zəruri sənədlər də aşağıda göstərilən qaydada qəbul olunur və qeydiyyatdan keçirilir:

Pensiyaların təyin olunması, pensiyaların yenidən hesablanması, bir pensiya növündən digər pensiya növünə keçirilmə haqqında ərizələr bütün zəruri sənədlərlə birlikdə şöbəyə (Dövlət Sosial Müdafiə Fondunun şöbəsi) daxil olduğu gün kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən ərizələrin qeydiyyatı jurnalında qeydiyyatdan keçirilir.

Ərizə və digər sənədlər poçtla göndərildikdə jurnalda onun daxil olma tarixi “poçtla” göndərilməsi qeyd edilir və göndərildiyi tarix rabitə şöbəsinin poçt möhüründə göstərilən tarix hesab olunur.

Şöbəyə daxil olan ərizə və ona əlavə edilmiş sənədlər qeydiyyatdan keçirildiyi gün şöbə müdirinin dərkənarına əsasən jurnalda müvafiq qeydlər aparılmaqla dərhal sektor müdirinə təqdim edilir, sektor müdiri sənədlərlə tanış olduqdan sonra onlar müfəttişə verilir.

Pensiya təyin olunması, bir pensiya növündən digər pensiya növünə keçirilmə, pensiyanın yenidən hesablanması haqqında sənədlərə onların daxil olduğu gündən ən geci 10 gün müddətində şöbə tərəfindən baxılır.

Həmin Qaydaların 12-ci Əlavəsində pensiya təyin olunması üçün tələb olunan sənədlər göstərilib.

Əmək pensiyası – Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (Əmək pensiyaları haqqında Qanunun 1.0.1-ci maddəsi).

Ona görə də bu dövlət qurumunun qərarı ilə razılaşmasınız məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

323 Natavan (10-09-2010). 2005-ci ilde aile qurmusam, 2 qiz ovladim var, 3 mulkden 1-ne qeydiyata salmirlar, mulk men aile qurandan sonra alinib o mulklerden mene pay dusurmu?

Əgər əriniz (keçmiş əriniz) tərəfindən əldə olunan mülkdən danışırsınızsa ondə bəli həmin mülkin yarısına hüququnuz çatır. Çünki Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Sualınıza görə təşəkkür edirik.

324 Samir (10-09-2010). Salam. Azerbaycan Respublikasinin cinayet mecellesinin 127 maddesinin 2.1 bendi ile haqqimda cinayet isi qaldirilib. Polisin ustaliqla hazirladiqi sere dusmusem. 4 min manat pul istedi Polis mustentiqi. Pulum olmadiqi ucin isi mehkemeye kecirdiler. Bu madde ile 5 ile kimi hebs cezasi gozlenilir. Mehkemenin mene dediyine gore meni hebsxanaya salan deyil. Cunki, men Qarabaqda 4 il doyusmusem. Muharibe veteraniyam. 1 il Ermenistanda, ermeni esirliyinde esirlikde olmusam. Uzaqi 1 il icbari is verecekdir. Mehkemenin dediyi ne derecede inandiricidir. Butun tanislarin dediyine gore, mehkeme meni aldadir ve icbari is veren deyil. Mehkeme zalindan birbasa hebsxanaya yollayacaqlar meni. Hormetle Samir Teyyubov

Məsləhət görərdik ki, hansı bir vədlərə inanmayasınız. Hər yerdə olduğu kimi Azərbaycanda da məhkəmənin hökmü sübutlara və qanuna əsaslanmalıdır. Əgər təqsirsizliyinizi sübut edən faktlar varsa onları məhkəməyə təqdim edin. Yüngülləşdirici hallara çatdıqda isə Cinayət Məcəlləsinin 59-cu maddəsinə istinad edilməlidir:

  • hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi;
  • cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi;
  • cinayətin hamilə qadın tərəfindən törədilməsi;
  • cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;
  • cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi;
  • cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi;
  • cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi;
  • cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi;
  • könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə;
  • cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi.

Başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

Sualınıza görə təşəkkür edirik.

325 Teymur (10-09-2010). Salam. 2 il Qarabaqda doyusmusem. Muharibe veteraniyam. Herbi komissarliq terefinden muharibe veterani vesiqesini coxdan almisam. 2006-ci ilden Rusiya vetendasiyam. Menim muharibe veteranlarina verilen 25 manat mebleqinde pul almaq huququm varmi? Eger varsa, men Rusiyadan notaris vaistesile anamin adina etibarname yollasam, butun lazimi senedleri anam hazirlayib lazimi orqanlara verib, bu pulu menim adimdan her ay anam ala bilermi? Hormetle Teymur Taymurov

Veteranlar haqqında Qanunun 6-cı maddəsinə əsasən veteranlara pensiyalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında təyin edilir.

Əmək pensiyaları haqqında Qanunun 43.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlığından çıxmış şəxslər xaricdə olduqları müddətdə onlara yalnız əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində təyin edilmiş pensiyalar ödənilir.

Sualınıza görə təşəkkür edirik.

326 Emil (11-09-2010). Salam. Məhkəmə icraçılarına necə təsir göstərmək olar ki, qətnaməni axıra kimi icra etsinlər. Belə ki, qətnamə 2007-ci ildə çıxarılıb. Cavabdeh tərəfdən 90 ton taxılın alınıb mənə verilməsi qət edilib. Cavabdehdən 50 ton taxıl alınıb mənə verilib, bu barədə akt da tərtib olunub. Mənə icraçılar dedilər ki, qalan 40 ton taxıl cavabdehdə taxıl olmadığı üçün 2008-ci ilin biçin vaxtı sənə veriləcəkdir. Lakin qətnamə indiyədək axıra kimi icra edilməyib. Ədliyyə Nzirliyinə dəfələrlə şikayət etməyimə baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişəm. Xahiş edirəm mənə bu barədə istiqamət verəsiniz. Əvvəlcədən təşəkkürlər.

İcra məmurları haqqında Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə məhkəmə nəzarətçisindən və məhkəmə icraçısından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir.

Sualınıza görə təşəkkür edirik.

327 Vasif (12-09-2010). Salam. Dükanımda gümüş əşyalar satmaq istəyirəm. Bunun üçün mən hər gümüş əşyasina görə nə qədər rüsum ödəməliyəm. Mən dövlət rusumu haqqinda qanunun 27-ci maddəsinə baxdim.Lakin tam başa düşə bilmədim ki həmin maddənin hər bəndi mənə aiddir yoxsa yox. Xahiş edirəm başa düşəcəyim tərzdə cavablayasınız. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Qeyd edilən rüsumlar Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən göstərilən ekspertizasına görə verilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə vergi orqanlarına qeydiyyata durmaq lazımdır (misal üçün sadələşdirilmiş 4% və s).

Vergi orqanlarına qeydiyyatı son zamanlarda sadələşdiriblər və bu barədə məlumatı 195 nömrəli telefona zəng etməklə ətraflı məlumat ala bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

328 Vasif (12-09-2010). Salam. Maşınımda ticarət əşyaları daşımaq üçün mən nə etməliyəm.Yəni bunun üçün yol polisi meni saxlayib cərimə edə bilərmi? Əvvəlcədən təşəkkürümü bildirirəm.

İnzibati Xətalar Məcəlləsinin 235-ci maddəsinə əsasən müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə

– on manatdan otuz manatadək miqdarda cərimə edilir.

Səyyar ticarətin aparılması üçün müvafiq qaydalara riayət etmək və icazə almaq lazımdır (misal üçün, Bakı şəhəri səyyar (mövsü ) ticarət və xidmətlərinin aparılması qaydaları).

Sualınıza görə təşəkkür edirik.

329 Nana (13-09-2010). Salam. Ferman nedir? serencam nedir?

Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinə əsasən ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.

Misal üçün nazirliklərin Əsasnamələri, müvafiq qaydalar Fərmanlarla təsdiq olunur (həmçinin qanunların tətbiq edilməsi ilə bağlı və s.), müxtəlif vəzifəli şəxslərin təyin edilməsi, mükafatlandırılması, bəzi müavinətlərin təyin edilməsi və s. Sərəncamlarla təsdiq olunur.

Sualınıza görə təşəkkür edirik.

330 Elcin (13-09-2010). Salam. Cox xahis edirem bu suala munkunse bu gun cavab verin. Men ev tikdirmisem icara hakimiyyetinden tikintiye icaze senedi almişam. men evə dövlət reyestrindən çıxarış almaq üçün hansı sənədlər tələb olunur və hara muraciet etmeliyem. Ev Baki şeherindədir Bineqedi rayonunda.

Oxşar suallar bir-neçə dəfə cavablandırılmışdır. Bununla bağlı Məsləhətxananın 1, 5, 6, 40-cı və digər suallarına nəzər yetirə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

331 Elşən (13-09-2010). Boşanma üçün məhkəməyə nə qədər rüsum ödənilir

Əgər siz məhkəmə vasitəsilə nikahın pozulmasını tələb edirsinizsə, onda Dövlət rüsumu haqqında Qanunun 8.4.9-cu maddəsinə əsasən 5 manat dövlət rüsumu ödəməlisiniz (nikahın ləğv olunması haqqında iddia ərizə). Əgər nikah ləğv edilərkən əmlak bölüşdürürsünüzsə – 20 manat (maddə 8.4.10)

VVAQ şöbəsi vasitəsi ilə nikahın pozulmasının qeydə alınması üçün:

  • yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında – 6 manat;
  • məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) – 11 manat.

Sualınıza görə təşəkkür edirik.

332 Guler (2010-09-13). Salam. menim ovladim 19 yashindadir ve gozden 2 ci qrup elildir. dovlet nuessisesinde isleyir. bilmek isterdim ki onun pensiyasinin mebleqi ne qeder olmalidir. qeyd edim ki hal hazirda 35 manat muavinat alir.

Əgər doğrudan işləyirsə onda Minimum aylıq əməkhaqqının artırılması haqqında Prezidentin Sərəncamına əsasən onun minimum aylıq əməkhaqqının məbləği 85 manat olmalıdır. Müavinət və əmək haqqını qarışdırmaq lazım deyil. Pensiyaya çatdıqda isə fikirləşirik ki, bu barədə cavab vermək hələ tezdir oğlunuz pensiya yaşına çatanədək qanunvericilik çox guman ki, dəyişiləcək və təkmilləşəcək (xatırladaq ki, Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilib).

Sualınıza görə təşəkkür edirik.

333 Qurban (13-09-2010). Salam men 1-ci qrup elilem. Mene dovlet ev veresidi. Bilmek isteyirem ki, evi senedi ile verecekler? Xahiw edirem etrafli yazin

Bu çox vaxt verilmə şərtlərindən asılıdır (müvəqqəti, daim və s). Adatən evə order verilir.

Sualınıza görə təşəkkür edirik.

334 Bayram (13-09-2010). Salam. xarici pasportumun vaxti qurtarib. yenisini almaq ucun hansi senedler lazimdir ve heftenin hansi gunleri muraciet etmeliyem?

Ölkədən getmək, ölkəyə gəlmək və pasporlar haqqında Qanununun tətbiqi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün xüsusi formalı ərizə-anketi , 2 ədəd 3×4 sm ölçüdə rəngli fotoşəkili, şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumununun ödənilməsi barədə qəbzi növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir.

“Dövlət rüsumu haqqında” Azərbaydan Respublikasının 28 noyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportunun verilməsinə və dəyişdirilməsinə görə-5 (beş) iş günü müddətində-120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2 (iki) gün müddətində verildikdə – 40 manat müəyyən edilmişdir.

Göstərilən rüsum formalarının tətbiqi ilə cari ilin mart ayının 15-dən etibarən ümumvətəndaş pasportunun 10 (on) illik müddətə verilməsi nəzərdə tutulmuşdur.

Ümumvətəndaş pasportunun verilməsi hazırda respublika üzrə fəaliyyət göstərən 6 (altı) regional mərkəz (hər biri 10-15 şəhər-rayonu əhatə etməklə) vasitəsilə həyata keçirilir. Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək cərimə nəzərdə tutulur.

Müddəti qurtarmış pasportu mütləq dövlət qurumuna qaytarmaq lazımdır.

Sualınıza görə təşəkkür edirik.

335 Guler (13-09-2010). 2 ci qrup elil dovlet isinde isleye biler?

Bəli işləyə bilərsiniz. Bununla bağlı Məsləhətxananın 81-ci sualına nəzər yetirin.

Sualınıza görə təşəkkür edirik.

336 Xezer (14-09-2010). Salam. Şiriniyyat sexi açıb işlətmək hansi orqanlardan icazə almaq lazımdır. Cox sag olun.

İlk növbədə vergi orqanlarında qeydiyyatdan keçməlisiniz. Daha sonra Sanitariya-epidemioloji salamatlıq haqqında Qanunun 20-ci maddəsinə riayət etməklə öz qida məhsullarınızı ekspertizadan keçirməlisiniz və mütamadi olaraq yerli sanitariya-epidemioloji xidməti idarəsi bu məhsulları yoxlayacaq (onlarla bu barədə müqavilə bağlaya bilərsiniz). Əlbəttə ki, texniki və yanğın təhlükəsizliyini təmin etmək üçün FHN nəzarəti (yanğınsöndürənlərin mövcudluğu, avadanlığın yoxlanılması), işçiləriniz varsa əmək və sosial müdafiə qanunvericiliyinə riayət etmək lazımdır.

Sualınıza görə təşəkkür edirik.

337 Xezer (14-09-2010). Salam. Mecburi köçkünler üçün əmək haqqından tutulan vergilər üçün güzəşt nəzərdə tutulubmu. Məsələn mən 550 AZN maaş yazilir amma 445 AZN aliram 17% gelir və sosial xercler üçün vergi 2% ise həmkarlar təşkilatı üçün. Cox sag olun.

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 55 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Sualınıza görə təşəkkür edirik.

338 Rauf (14-09-2010). 1.Xahiş edirəm deyəsiniz Bakı Sürücülərin Tibbi Muayinə mərkəzi hansı təlimat və ya normativ aktla işləyir. Çünki bəzən elə hallar olur ki, həkimlərə pul verməyəndə deyillər ki get onda öz poliklinikandan arayış getir. Mən bilən Səhiyyə Nazirliyinin bu haqda qərarı olmalıdır.2.Notariat hərəkətləri zamanı notariuslar vətəndaşa mədaxil qəbzi verməlidir (yerində ödəməliyik) yoxsa biz rüsumu özümüz banka keçirməliyik.

1. Müvafiq ixtisaslı həkim sürcünü mayinə edərkən tibb elminə və təcrübəyə əsaslanmalıdır, əgər onun hansı bir şübhəsi varsa başqa bir müayinəyə göndərmək hüququ var (diaqnozu qaymaq və s.). Başqa məsələ bu hüquqdan sui-istifadə etmək. Səhiyyə Nazirliyinin aktlarına çox təəssüf olsun ki, açıq çatım hələ də yoxdur. Amma hər bir halda əgər həkimin hərəkətlərində qeyri-obyektivlik varsa və süründürməçilik hallarına yol verilir Səhiyə Nazirliyinə və məhkəməyə müraciət edə bilərsiniz.

2. Dövlət rüsumu haqqında Qanunun 11.2-ci maddəsinə əsasən notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir.

Sualınıza görə təşəkkür edirik.

339 Nana (15-09-2010). Salam. Bizim ustumuzde yasayan qonsumuzdan bizim eve suz axir.defelerle demeyimize baxmayaraq ehemiyyet vermir. Tavan tamamile yasdir damir eve su damci damci artiq lapanida siradan cixarib. buna gore kime ve hara sikayet ede bilerik.

Əgər qonşularınızla razılığa gələ bilməsəniz maddi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət eə bilərsiniz. Əlbəttə ki, maddi sübutların hesablanması zəruridir.

Sualınıza görə təşəkkür edirik.

340 Eldar (15-09-2010) Salam Dejure.az, Bundan onceki sualima verdiyiniz cavaba gore size teshekkur edirem. Sizi bele bir sualla bir daha narahat edirem:1)Bu yaxinlarda heyat yoldashimla ayrildim. Tezelikce xeber tutmusham ki, kechmish heyat yoldashim mene qarshi emlakla baghli iddi erizesi ile mehkemeye muraciet etmeye hazirlashir. Men hal-hazirda yashadiqim unvanda menden bashqa anam ve qardashim qeydiyyatdadir. Bilmek isteyirem qanunla ona menim yashadiqim evden ne cur istifade etmek huququ dushur, ve ya evin her hansi bir hissesi ona dushur? Xahish edirem, bu mesele barede qisaca melumat vererdiz. Teshekkur edirem.

Əgər həmin daşınmaz əmlak nkah dövründə əldə edilibsə onda keçmiş həyat yoldaşınızın həmin əmlakın yarısına iddia etmək hüququ var (Ailə Məcəlləsinin 32.1-ci maddəsi – Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır). Əgər həmin əmlak nikahdan əvvəl əldə olunub və ya başqa şəxsin mülkiyyətidir onda iddia edilməsi mürəkkəbdir (lakın məhkəmə praktikasına əsasən əgər o, hələ də qeydiyyatdadırsa həmin yaşayış sahəsinə köçürülə bilər, amma kopensasiya ala bilməz). Kompensasiya hüququ yalnız notariat qaydada təsdiq olunmuş razılaşma olduqda yaranır (Mülki Məcəllənin 228-ci maddəsi).

Sualınıza görə təşəkkür edirik.

341 Rauf (15-09-2010). Müəssəninşirkətin mülkiyyətindəistifadəsində olan nəqliyyat vasitələrinin illik əmlak vergisi necə hesablanır? Təşəkkür edirəm.

Vergi Məcəlləsinin 196 və 197-ci maddəsinə əsasən aşağıda göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.

  • Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;
  • müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri;
  • Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün – yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri.

Vergi dərəcələri isə aşağıdakılardı:

onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:

  • bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə – 0,1 faizlə.

su və hava nəqliyyatı vasitələrinə görə:

  • su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;
  • hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.
  • mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün – onların bazar qiymətinin 1 faizi.

Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Əgər sizin müəssisənin bu cür nəqliyyat vasitələri varsa onda bu dərəcələri tətbiq edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

342 Ramil (15-09-2010). Mən Heydər Əliyevin fərman və sərəncamlarını necə tapa bilərəm. Qaçqınların məskunlaşması haqqında

Qaçqın və məcburi köçkünlərlə bağlı kifayət qədər normativ aktlar var (həm qanunlar, həm fərmanlar və s.).

Misal üçün Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanun və s. Həmçinin bununla bağlı məlumat e-qanun.az saytında tapa bilərsiniz.

Sualınız görə təşəkkür edirik.

343 Ramil (16-09-2010). Salam, mənim bacım Sabunçu rayonunda yaşayır. Ermənistan qaçqınıdırlar. 90-cı illərdə tikdikləri evlərini hələ də sənədləşdirə bilməyiblər. H. Əliyevin fərmanı əsasında (22 avqust 2001-ci il № 562)təmənnasız sənədləşdirmə aparılmalı idi. Amma məmur əngəllərini keçə bilmədik. Həmin fərmanın bizə aid olan 8, 9-cu maddələri İ. Əliyevin fərmanı ilə qüvvədən düşdü (25 may 2006-cı il tarixli 412 nömrəli Fərmana(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 410). Hal hazırda bacım və yoldaşı oğlu ilə bərabər Ermənistan qeydiyyatında qalıblar). Haraya müraciət edirlərsə fərmanın qüvvədən düşməsini bəhanə edirlər. Bizi evi sənədləşdirmək və Azərbaycan qeydiyyatına düşmək üçüün hansı qanuni yollara baş vurmalıyıq. Bu mümkündürmü?

Qeyd etdiyiniz Fərmanın (Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında Fərman) 7 və 8-ci bəndləri, doğrudanda qüvvədən düşüb. Və qeyd olunan sənədləşməni təmənnalı (yəni müvafiq dövlət rüsumların ödəməklə) qaydada həyata keçirə bilərsiniz. Əgər qeyd edilən daşınmaz əmlaka hüquqularınızı təsdiq edən sənədlər varsa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib müvafiq qaydada qeydiyyatdan keçə bilərsiniz. Hansı bir əsassız səbəbdən imtina etsə məhkəməyə şikayət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

344 Eldar (16-09-2010). Hormetli DeJure.az, 340-ci suala verdiyini cavabiniza gore size minnetdaram.Bir detali deqiqleshdirmek isterdim.”Kompensasiya hüququ yalnız notariat qaydada təsdiq olunmuş razılaşma olduqda yaranır” – bu razilashma hansi razilashmadir, nigah muqavilesi yoxsa bashqa bir razilashma.Menim bele bir razilashmam olmayib heyat yoldashimla, eyni zamanda bu mulkiyyet nigahdan chox iller evvel mene nenemden verese kimi kechib. Bununla bele kechmish heyat yoldashim hemen unvana qeydiyyatdadir. Diqqetinize gore teshekkur edirem.

Bu razılaşma yaşayış binasının tərkib hissəsindən istifadə hüququ barədə razılaşmadır və daşınmaz əmlakın mülkiyyətçisi ilə bağlanır (Mülki Məcəllənin 228-ci maddəsinə nəzər yetirin), bundan başqa həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Ona görə də bu razılaşma yoxdursa, notariat qaydada təsdiq olunmayıb və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu əmlak nikahdan əvvəl əldə olunubsa həmin daşınmaz əmlaka mülkiyyət hüququnuz dövlət tərəfindən müdafiə olunacaq.

Lakın S. Süleymanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 01 oktyabr 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin qərarı bu münasibətlə bir az qarma qarışıq salır. Və əgər keçmiş həyat yoldaşınız mənzildə (ev və s.) qeydiyyatdadırsa onda məhkəmə onun yaşayış hüququnu tanıya bilər (amma bu hüquq mülkiyyət hüququ deyil). Hər bir halda bu məsələ məhkəmədə mübahisələndirilə bilər.

Sualınıza görə təşəkkür edirik.

345 Eqana (16-09-201). Salam.Men obyekt acmisham Nizami rayonunda bilmek isteyerdim qapinin ustunnen asilan elan ucun geder mebleg odemeliyem her kvadrat metreye bildiye gore Normativler var mene bu normativleri gondere bilersiz meilima.Cunki belediyeden gelib pul teleb eliyirler qanuna gore ise bilirem ki beledyeden hec bir shex menen pul ala bilmez men bu normativleri bilmek istiyirem degig desem onun giymetinidiggete gore cox sag olun

Oxşar sual verilmişdir və bununla bağlı ətraflı məlumat verilmişdir (Məsləhətxananın 26-cı sualı). Bir də ki, obyektlərin giriş hissəsində, divarında, önündə yerləşdirilmiş, həmin obyektlərin mənsubiyyətini, adını, ticarət markasını, iş rejimini, firma nişanını göstərən lövhələr, fəaliyyət növünü istehlakçıya çatdıran vasitələr, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakat və digər informasiya vasitələri reklam daşıyıcıları hesab edilmir.

Sualınıza görə təşəkkür edirik.

346 Xezer (16-09-2010). Salam. Vergi orqaninda fiziki şəxs kimi qeydiyyata durmaq üçün hara mürüciət etmək və nə qədər pul ödəmək lazimdir.

Heç bir pul ödəmək lazım deyil. Bunun üçün Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər İdarəsinə müraciət etməlisiniz və orda sizə müvafiq formaları təqdim edəcəklər onları doldurmalısınız. 3 iş günü ərzində sizi qeydiyyata almalıdırlar. Əlavə məlumat üçün “195” Telefon Məlumat Xidmətinə müraciət edə bilərsiniz.

347 Fərəh (16-09-2010). Salam. Mülki işlə bağlı çıxarılan qərardaddan şikayət ərizəsi verəndə hansısa rüsum ödənilməlidirmi?

Dövlət rüsumu haqqında Qanunun 9.1.17-ci maddəsinə əsasən məhkəmə qərardadlarından verilən şikayətlər üzrə işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Sualınıza görə təşəkkür edirik.

348 Fərəh (16-09-2010). Daha bir sualım var. Əgər mülki iş üzrə cavabdeh tərəf (hüquqi şəxs) tapılmırsa və məhkəməyə gəlmirsə, məhkəmə onun axtarışı üçün hansısa addım atmalıdırmı? Yoxsa cavabdehi tapmağı iddiaçının boynuna yıxmalıdır? Ümumiyyətlə, bu səbəbdən hakim işi baxılmamış saxlaya bilərmi? Öncədən təşəkkürlər.

İş ondadır ki, Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Və əgər göstərilməyibsə həmin Məcəllənin 152.1.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Cavabdehin axtarışı Mülki Prosessual Məcəlləsinin 148.1-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir – Dövlət mənafeyi ilə əlaqədar irəli sürülən, habelə aliment alınması, şikəstetmə və ya səhhəti zədələmə, yaxud ailəni dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsilə cavabdehin axtarışını elan etməyə borcludur.

Ona görə də bu məlumatı məhkəməyə təqdim etmək iddiaçının üzərinə düşür, çünki tələb edən şəxs iddiaçıdır.

Lakın iddiaçının kifayət qədər imkanları var. Misal üçün DİN-nin MAPS xidmətinin köməyi ilə şəxsin olduğu yeri barədə məlumat almaq olar. Bundan başqa bu Məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.

Sualınıza görə təşəkkür edirik.

349 Nərminə (16-09-2010). Mənim yeganə evladım – gözdən 1 qrup əlil olan bacımın mənzilində daimi qeydiyatdadır.Bacim mənim evladımın himayəsindədir.həmin mənzildə onlar ikilikdə yaşayirlar.bacımın işə gedib- gəlməsi və sosial- məisət işləri ilə o məşquldur.belə olduqda o hərbi cağirisdan azad ola bilərmi.

Hərbi xidmətə yararlı olub olmaması barədə hərbi-həkim komissiayı tərəfindən müəyyən olunur. Bununla yanaşı, Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Qanunun 17-ci maddəsinin 1-ci bəndinə əsasən birinci qrup əlil olan ata və ya ana, onlarla birlikdə və ya ayrılıqda yaşamalarından asılı olmayaraq, onları saxlamalı olan başqa övladları olmadıqda çağırışa möhlət verilə bilər. Gördüyünüz kimi yalnız ata və ana nəzərdə tutulur.

Sualınıza görə təşəkkür edirik.

351 Azer (16-09-2010). Salam. iki ovladim var, boyuyu bir yash yeddi ayliq balacasi besh ayliqdi. Bezi sebeblerden dogum haqqinda shehadetnameni almagi gecikmishem.zaksda menen boyuk ushaga gore 22 manat balacasi ucun 11 manat istedilar. bu qiymetler ne qeder realdir?

Dövlət rüsumu haqqında Qanunun 13-cü maddəsinə əsasən doğumun, ölümün, övladlığa götürülmənin və atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir. Doğum haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu 2 manatdır (Qanunun 12.4-cü maddəsi).

Dövlət qurumundan tələblərini əsaslandırmağını tələb edin.

Sualınıza görə təşəkkür edirik.

352 Adil (16-09-2010). (16 il bundan once) 1994 ilde bir qardashim itkin dushub ve mende qeydiyyatdadir. Polise erize ile muraciet etdim. ve erizemi qeydiyyata alib, mene bir (izveshenie) adli bir kaqiz verdiler, ve mene bildirdiler ki, bir melumat olan kimi size melumat vererik.(1994 ilde erizemi qebul ederken mene verdikleri qebz helede mendedir, bir de qardashimin kohne sovet pasportu), Sualim ondan ibaretdir ki, Men indi menzili ozelleshdirmek isteyirem. Itkin dushen qardashim da, bizde qeydiyyata gedir. Sualim beledir! Men evi ozelleshdirmek isteyirem. Amma notariat kontoruna erizelerle muraciet etsek, bes iten qardashimin erizesi olmadiqi ucun, men bunu Qanuni yolla nece qaydasina qoya bilerem? Axi o da mende qeydiyyatda gedir? Evvelceden teshekkur edirem!

Bunun üçün siz Mülki Prosessual Məcəlləsinin 32-ci fəslinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməlisiniz.

Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.

Məhkəmə qətnamə qəbul edildikdən sonra sənədləşməni davam etdirə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

353 Gulya (17-09-2010). Salam emelin kriminallasdirilmasi ne demekdir?

Bu sualda daha çox hüququn təzəriyyəsinə aiidir. Və F.Y.Səməndərovun CİNAYƏT HÜQUQUNUN BƏZİ FƏLSƏFİ MÜDDƏALARI HAQQINDA işində əks olunub. Əməlin kriminallaşdırılması – yəni əməlin cinayət sayılan əməl kimi müəyyən edilməsi, pozitiv fəlsəfi metodu tətbiq etməklə, idrak nəzəriyyəsinin müddəalarını rəhbər tutmaqla – onlarla parametrdə sosial-psixoloji, mənəvi və s. amilləri nəzərə almaqla mümkün olur.

Lakın biz, bu cür anlatmaqla razı deyilik. Sadələşdirsək.

Kriminallaşdırma – əməlin cinayət kimi tanınması prosesidir və cinayət qanununda (məcəlləsində) həmin əmələ görə məsuliyyətin müəyyən edilməsi, və onun xüsusiyyətlərinin möhkəmlənməsidir.

Əməl kriminallaşanda onun bu cür xüsusiyyətləri üzə çıxır.

Sualınıza görə təşəkkür edirik.

354 Taleh (17-09-2010). Salam.Zəhmət olmasa cavablayın.İnzibati xətalar məcəlləsinin 151.1 bəndinə əsasən nəqliyyat vasitəsinin sürücüsü müəyyən olunmuş sürət həddini 10-30 km aşarsa 15-20 AZn cərimə edilir. Həmçinin bu bəndin tərkib hissəsi olan təhlükəsizlik kəmərinin taxılması da nəzərdə tutulub. DYP xidmətinin əməkdaşı sürət aşmasına görə cərimə edirdə təhlükəsizlik kəmərinin taxılmamasına da görə cərimə edir.Əgər bu iki inzibati xəta bir bəndin tərkib hissəsidirsə onda belə çıxır ki , ya sürətə görə ya da ki təhlükəsizlik kəmərinə görə cərimə edilir.Bir inzibati xətanı iki dəfə yaza bilər ?

Sadaladığınız əməllər ayrı-ayrılıqda hüquq pozuntularıdır. Və hər birinə görə ayrı olaraq məsuliyyətə cəlb edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd etdiyiniz maddədə (İXM maddə 151.1) əməllərin sadalanması demək deyil ki, bu əməllər eyni zamanda və hamsı birdən törədilərkən yalnız birinə görə məsuliyyət daşıyırsan. Bu o deməkdir ki, qanunverici bu əməllərə görə sanksiyanı qeyd edilən cərimə (15-20 manat) çərçivəsində müəyyənləşdirib.

Sualınıza görə təşəkkür edirik.

355 Rüfət (17-09-2010). Salam. Tərəflər arasinda imzalanmış xidmət muqaviləsinə əsasən 1-ci tərəfin öhdəliyini pozdugu üçün 2-ci tərəfə 5000 AZN, 2-ci tərəfin isə 1-ci tərəfə göstərdiyi xidmətə görə 3000 AZN borcu yaranib. 2-ci tərəf ohdəliyini pozdugunu qəbul etməyərək məhkəməyə muraciət etmiş və ona olan borcunun odənilməsini tələb edir. 1-ci tərəf oz hüququnun qorunmasi üçün başqa məhkəmə instansiyasına iddia qaldırmalı yoxsa 1-ci tərəfin qaldırdığı məhkəmədə öz iddiasının qaldırması daha məqsədə uyğun olardı? Əgər 1-ci tərəfin qaldırdığı məhkəmədə iddia qaldırılması tələb olunursa bu iddianın formasi adi məhkəməyə verilən iddia formasında ferqlənirmi?

Bu cür vəziyyət yarandıqda Mülki Prosessual Məcəlləsinin 155 və 156-cı maddələrə əsasən qarşılıqlı iddia qaldırmaqla da həyata keçirmək olar. Bu təqdirdə siz həm hücum edə bilərsiniz həm müdafiə. Qarşı tərəfin iddiasına etirazın verilməsi və qarşılıqlı iddianın qaldırılması bir məhkəmədə olacaq.

Amma qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Diqqətli olun.

Sualınıza görə təşəkkür edirik.

356 Niki (17-09-2010). Salam! Məcburi pay almaq hüququndan məhrumetmə ilə əlaqədar məhkəməyə müraciət edilməsi üçün ərizə nümunəsini əlavə etməyiniz xahiş olunur. Təşəkkür edirəm.

Baxmayaraq ki, biz çox vaxt sənədlərin nümunələrini bizim istifadəçilər üçün təqdim edirik. Amma xatırladaq ki, bütün bunlar zəhmət tələb edir. Və hər bir ayrı sənədin tərtibi təmənnalı şəkildə keçirilir.

357 Murad (17-09-2010). Salam. bilmek isteyirem ki, 25, 35 ve 50 yawa catdiqda (tekrar vesiqe almaga gore)vetendew wexsiyyet vesiqesini deyiwmek ucun hansi senedleri teqdim etmelidir? nigah haqqinda wehadetnamenin, yawayiw yerinden arayiwin tekraren teqdim edilmesine ehtiyac varmi? evvelceden minnetdarligimi bildirirem.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin 3, 5, 7,11, 12-ci bəndlərinə əsasən 25, 35 və 50 yaşa çatmaqla əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirildikdə aşağıdakı sənədlər tələb olunur:

  • Ərizə-anket;
  • şəxsiyyət vəsiqəsi;
  • 3×4 şəkil (adətən 4 nüsxə)
  • şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikah bağlanması haqqında şəhadətnaməni;
  • dövlət rüsumu haqqında qəbz
  • lazım olarsa, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənədi;
  • lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini nəzərdən keçirir.

Sualınıza görə təşəkkür edirik.

358 Niki (17-09-2010). Əgər şəxsin yaşa görə pensiya vaxti chatibsa ümumilikdə pensiya almaq proseduru nece gedir? İşlədiyi müəssisədən dövlət sosial müdafiə fonduna müraciət edirlər? Həmin şəxs yaşa görə pensiya alaraq həmin vəzifədə çalışa bilərmi? Yaşa görə pensiyaya çıxma məcburidirmi? Təşəkkürlər.

Ayrı-ayrılıqda bu suallar ayrı mövzu predmeti ola bilər. Amma qısa olaraq. Şəxs pensiayaya çımaq məqsədilə həm özü , həm çalışdığı yerdən müraciət edə bilər. Şəxs pensiyaya çıxmaqla öz iş yerini saxlaya da bilər (əgər tərəflər arasında başqa nəzərdə tutulmayıbsa). Pensiyaya çıxan şəxs hansı bir yerdə çılişdıqda onun həm pensiyası həm əmək haqqısı tam ödənilir. Yaşa görə pensiyaya çıxmaq və buna görə əlavə pul almağşn daha çox müsbət tərəfi var nəinki mənfi.

Sualınıza görə təşəkkür edirik.

359 Eqana (2010-09-17). Cavaba gore minnetdaram 345, demeli bu yaziy agore men hec bir mebleg odemeli deyilem duzdur? bes bu barede qanunda bir soz var? eger mumkundurse mene o maddeni yazardiz. Siz coox xeyirxag ishle meshgul olursuz Allah sizden razi olsun.

Siz deyəsən 26-cı suala baxmadınız.

Əlavə olaraq onu tam şəkildə göstəririk.

“Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına (3 noyabr 2001-ci il tarixli 596 №-li) əsasən obyektlərin giriş hissəsində, divarında, önündə yerləşdirilmiş, həmin obyektlərin mənsubiyyətini, adını, ticarət markasını, iş rejimini, firma nişanını göstərən lövhələr, fəaliyyət növünü istehlakçıya çatdıran vasitələr, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakat və digər informasiya vasitələri reklam daşıyıcıları hesab edilmir (bənd 2.2.).

Obyektiniz Bakı şəhərində yerləşdiyi üçün küçə reklamının yerləşdirilməsinə verilən icazə üçün birdəfəlik ödəniş tarifi 70 manat təşkil edir. Bundan sonra hər ay 1 m 2 küçə reklamının yayımı üçün 7 manat ödəməlisiniz (ehtimal kimi, küçənin yerləşməsi B zonasına aiddir). Ətraflı Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının Qərarında (30 iyul 2008-ci il tarixli 7 №-li) göstərilib.

“Küçə reklamının, yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları”nın və “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına (23 aprel 2008-ci il tarixli 92 №-li) uyğun olaraq müvafiq yerli icra hakimiyyətinin başçısı küçə reklamlarının yaymasına görə reklam tarifi zonalarını müəyyən etmək üçün aidiyyəti yerli qurumların nümayəndələrinin daxil olduğu 5 nəfərdən ibarət olan komissiya yaradır.

Reklam fəaliyyətinə nəzarəti isə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və onun yerli qurumları həyata keçirirlər («Reklam haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı).

Bir daha təşəkkür edirik. Amma diqqətli olun.

360 Ruslan (17-09-2010). Salam. Menim atama Baki sheheri Xetai rayon Icra Hakimiyyeti terefinden 2008-ci il may ayinda iashe obyektinin tikilmesine serencam verilib. 2008-ci ilin dekabr ayinda atam vefat edib. Xetai RIH-ne yazili muraciet etsem de menim muracietime menfi cavab veribler. Serencamin menim anamin (merhumun heyat yoldashi) adina kechmek uchun qanunda nezerde tutulan bir proses varmi? Bu barede hansi senedler teleb olunur ve kime muraciet etmek lazimdir? Meselenin helli zamani problem yaranarsa kimle meslehetleshmek olar? Evvelceden teshekkurumu bildirirem.

Təqdim olunan materiallardan yalnız onu demək olar ki, hal mübahisəlidir. Əgər dövlət qurumu rəsmi (yazılı) mənfi cavab veribsə siz həmin cavabı və daşınmaz əmlaka mövcud olan sənədləri iddia ərizəyə qoşub məhkəməyə müraciət edə bilərsiniz (xüsusi icraat qaydasında).

Sualınıza görə təşəkkür edirik.

361 Ramiz (17-09-2010). Salam. Men boşanmışam. Keçmiş nigahımdan 2 yaşında qızım var. Hazırda, aliment ödənilməsi barədə saziş əsasında, keçmiş arvadımın bankdakı debet kart hesabına aylıq alimentdə ödəyirəm. Keçmiş arvadla aliment barəsində razılığa gəlsəkdə, övladımı rahat görmək mövzusunda razılığa gəlmir O, yəni uşağı yalnız öz müşahidəsi ilə görə bilirəm və bir olduğumuz müddətdə ancaq başım spor ilə qarışır. Bu səbəbdən uşağımı ayrı görmək istəyirəm, yəni həftədə 1-2 dəfə, hər dəfəsi üçün ən az 3 saat olmaqla bağlı məhkəməyə müraciət edə bilərəmmi? Və buna dair bir qanun varmı? Öncədən təşəkkür edirəm.

Əlbəttə ki, hüququnuz var. Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə uyğun olaraq valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

Məcəllənin 61-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq huququna malikdir.

Qanunla sizin kifayət qədər hüquqularınız nəzərdə tutulub. İstifadə edin, amma qeyd edilən halları da məhkəmədə sübut etməyə unutmayın (şahidlər, videoyazılat və s.).

Sualınıza görə təşəkkür edirik.

362 Seymur (18-09-2010) Salam mən Qarabağ əliliyəm. Mənə Dövlət tərəfindən veriliən evi özəlleşdirmək üçün nə qədər dövlət rüsumu ödəməliyəm?

Bu cür suallar dəfələrlə cavablandırılıb. Məsləhətxananın 1, 5 suallarına nəzər yetirin.

363 Afet (19-09-2010). men bilmek isteyirem Azerbaycanda ushaghlarin ozune, ikinci olkeye getmelerine gore, etibarname verile bilermi? bele bir qanun varmi? Varsa etrafli melumat almagh isterdim.

Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Qanunun 2-ci maddəsinə əsasən 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun valideynlərinin hər birinin və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı olduqda yol verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq ölkədən yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gedə bilər.

Sualınıza görə təşəkkür edirik.

364 Zulfiyye (19-09-2010) Salam. Menim odglumun 18 yaşi var. Anadan delme boyrek xestesidi. 4 ildirki xesteliyine dore pensiya alir. Bilmek isteyirdim birdefelik elillik qrupu neçe yaşinda verirler. teşekkurler

Sosial müavinətlər haqqında Qanunun 9-cu maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən əlilliyə görə müavinət əlillik müddətinə təyin edilir.

Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında Qanunun 14-cü maddəsinə əsasən əlillərin reabilitasiya tədbirlərini, habelə sosial yardımın növlərinin konkret həcmini, növünü və icrası müddətini müəyyən edir.

Sualınıza görə təşəkkür edirik.

365 Xayyam (19-09-2010). mecburi köçkünlərin mənzil fondunda olan evi 17 il daxilində yaşadigina görə onu özelləşdirmak uçün qanun necə yol verir?

Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən istifadə etmək Qaydasının 11-ci bəndinə əsasən əsasən və Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən qaçqınlara və məcburi köçkünlərə dövlət tərəfindən verilən yaşayış sahələri müvəqqəti verilir. Ona görə də bu daşınmaz əmlakın özəlləşdirilməsi mümkün deyil.

Sualınıza görə təşəkkür edirik.

366 Zulfiyye (19-09-2010). Cavabiniza dore chox sag olun. 1 sualim var Her defe komisiysdan kechende bizden pul teleb edirler. Yenede teleb etseler hara muraciet edek.(komek etseniz chox sevinerdik. )

Əgər aidiyyəti dövlət qurumları korrupsiya və süründürməçilik hallarına yol verirsə siz Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya, Sosial Müdafiə Fonduna və Səhiyyə Nazirliyinə müraciət etməlisiniz. Çalışın öz mövqeyinizi əsaslandırın və şikayət edərkən şahidlərin ifadəsini toplayın. Korrupsiya ilə hər bir vətəndaş mübarizə etməlidir. Təəssüf olsun ki, iş həcmi böyük olduğundan pulsuz hüquqi yardım göstərmək imkanlarımız məhduddur.

Sualınıza görə təşəkkür edirik.

367 Aygun (19-09-2010). Salam,sualım budur. 1.Töreme bankın yaradılmasında əsas məqsəd nedir?2.Bankın nümayendeliyine aid tərifdə bele qeyd olunub:bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan,yalniz onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir qeyd olunub.Təmsil və müdafiə dedikde,neler nəzərdə tutulur?

Banklar haqqında Qanunun 1-ci maddəsinə əsasən törəmə bank – nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.

Hansı məqsədlə yaradılmasının daha yaxşı başa düşmək üçün Mülki Məcəllənin 67.5 və 67.5 maddəslərinə nəzər yetirmək lazımdır.

Təmsil və müdafiə dedikdə aşağıdakılar başa düşülür. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Təmsilçi əqdləri barəsində ona bəlli olmuş məlumatların sirrini ona verilmiş tapşırığı icra etdikdən sonra da saxlamağa borcludur. Təmsilçilik müxtəlif sahələrinə aid oluna bilər (rhüquqların qorunması, reklam, bank şöbələrin, törəmə qurumların açılması üçün sənədlərin yığılması və s.)

Həmçinin bu normativ xarakterli akta baxa bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

368 Shirin (20-09-2010). Salam. 29 iyun 2010 cu il tarixindən analıq məzuniyyətinə çıxmışam amma işədiyim məktəbdən mənim ərizəm olmadan 1 iyul 2010 tarixindən iş məzuniyyətinə çıxarıblar və buxqalteriyanın bu cür hesablaması nəticəsində mən 200 manata yaxın pul itirirəm. Yenidən hesablama aparmaq üçün bəhanələr gətirilir. Mən nə etməliyəm? Məgər bu cür hesablamalar ciddi olaraq sənəd əsasında aparılmalı deyil?

Bununla bağlı ilk növbədə məktəbin direktoruna şikayət edin və əgər bunun nəticəsi olmasa Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərsiniz (lakın bundan qabaq öz ərizənizə diqqət yetirin və hansı məzuniyyətə çıxmağı barədə xahiş etməyinizi nəzərə almalısınız).

Sualınıza görə təşəkkür edirik.

369 Roman (20-09-2010). Salam. Zehmet olmasa deyin Vasitəli icarə nece olur, Meselen bizde obyekt icareye goturulub. indi icarəyə götürən ozu obyekti icarəyə vermək isteyir. Men bilmek isteyirem icarəyə götürəcək adam voen amalıdırmı, yeniden obyekte kod almaq lazım gelecekmi, hazirki icarəyə götürən fəaliyyətinin dayandırmalıdırmı?

Əgər hər hansı bir şəxs gəlir əldə edirsə vergi orqanlarında qeydiyyata durmalıdır (və ya vergi ödəməlidir). Fərqi yoxdur bu icarəçı və ya icarəyə verəndir. Buna adətən vasitəli icarə yox subicarə deyilir. Siz icarəyə götürdüyünüz təqdirdə həmin müqavilədə subicarə müddəası olub-olmaması barədə məlumatınız olmalıdır. Əgər həmin icarə müqaviləsinə əsasən subicarə mümkündür onda siz başqa şəxsə həmin obyekti subicarəyə verirsiniz və şərtləri öz aranızda müəyyən edirsiniz. Subicarə müqaviləsi icarə müqaviləsinə zidd olmamalıdır.

Sualınıza görə təşəkkür edirik.

370 Eldar (20-09-2010). Konsulluq nedir ve sefirlik nedir? ferqi nedir??

Səfirlik – Azərbaycan Respublikasının diplomatik nümayəndəliyidir (Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinin təmin edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına diplomatik üsul və vasitələrlə kömək göstərilməsi, beynəlxalq müqavilələrin qeydiyyatı, uçotu və saxlanması üzrə vahid dövlət sisteminin fəaliyyətinin təmin edilməsi və s) – Diplomatik xidmət haqqında Qanun.

Konsulluq Azərbaycan Respublikasının başqa dövlətlərlə dostluq münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki, mədəniyyət, ticarət, idman, turizm və digər əlaqələrinin genişlənməsinə yardım göstərir (Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında Qanunun 1-ci maddəsi).

Sualınıza görə təşəkkür edirik.

371 Aynur (20-09-2010). Salam aleykum ola bilsin sualım tam aydın olmayacaq çünki bilmirəm hansı tərəfdən yanaşım. Hansısa ictimai birlik işçi götürmək istəyirsə bunun üçün nə etməlidir? Sualıma vaxt ayırdığınız üçün təşəkkür edirəm.

Əgər işçi götürmək istəyirsə onda həmin şəxslə Əmək müqaviləsini bağlamalıdır (əgər sonrakı sənədləşmə ilə bağlıdırsa bununla bağlı bir çox işlər görülür: şəxsi kart açılır, əmək kitabçası götürülür, müvafiq qeydlər aparılır, və s Daha sonra aidiyyəti vergilər və rüsumlar ödənilir). Bu ayrı blokun mövzusudur və bir sualda bunun açıqlanması mürəkkəbdir.

Sualınıza görə təşəkkür edirik.

372 Aynur (20-09-2010). Yeni tikilmiş yaşayış evinə (heyət evi) ünvan verilmə prosesi necə baş verir bunun üçün hara və hansı sənədlərlə müraciyət etmək lazımdır. Vaxt ayırdığnız üçün təşəkkür edirəm!

Bununla bağlı biz bir-neçə suallar cavablandırmışıq. Məsləhətxananın 1,5, 6, 40 və digər suallarına nəzər yetirin.

373 Orxan (20-09-2010). Salam, mən “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə görə maddə 51b I qrafası görə 29.01.2011 cil ilə qədər yarasiz hərbi bilet verilib. müalicəm bitib və mən tam sağlamam, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. mən hərbi xidmətə getmək istəyirəm lakin, rayon hərbi komissarlığdan deyirlər ki, sənin hərbi bilet üzrə hələm müddətin bitməyib, bitəndə gələrsən, bu nə qədər düzgündür?

Çox yaxşı ki, bizim belə məsuliyyətli və vətənsevər vətəndaşlarımız var. Əgər hərbi xidmətə çağırılmaq istəyiniz bu qədər güclüdürsə Müdafiə Nazirliyinə və Prezidentə bununla bağlı müraciət edə bilərsiniz. Əminik ki, sizin müraciətinizi təmin edəcəklər.

Sualınıza görə təşəkkür edirik.

374 Gunay (20-09-2010) Salam!. Yoldahsim dediyine gore 2 hefte evvel boshnamga erize verib, ve bugun artig mehkemede olmag lazim idi. Amma mene ne bildirish ne xeberdarlig hech bir melumat verilmeyib. Yoldashim tesdig edir ki, mehkemede artig bu gun boshanmaga mohur vuracag. Men mehkemede olmadim, chunki, bilmirem hara kime yaxinlashmag lazimdir. Yoldashim ise deyir ki, orda mensiz bele her shey hell olunacag, yeni pul verib menim xeberim olmadan bele boshayacaglar. bele bir ish mumkundur?mene bildirish gondeilmelidir??

Yox belə bir şey mümkün deyil (əgər sizi doğrudanda müvafiq qaydada xəbərdar etməyiblərsə). Bunun üçün Mülki Prosessual Məcəlləsinin 11-ci fəsli ilə tanış olmalısınız (məhkəmə bildirişləri). Amma əgər məhkəmə müvafiq qaydada sizi məlumatlandırıbsa onda ola bilər. Hər bir halda şikayət etmək hüququnuz var.

Sualınıza görə təşəkkür edirik.

375 Afət (20-09-2010). Mən gözdən 1 qrup əliləm. Müəlliməyəm-56 yaşim var.tənhayam. ailəm və evladım yoxdur. mənimlə qardaşım oğlu yaşayir və mənzilimdə qeydiyatdadir. o tələbədir və institutu bitirənədək hərbi qulluqdan azaddır. mənim bütün işlərim, bazarlığım. işə gedib-gəlməyim ondan asılıdır. bilmək istərdim qeyd edilənləri nəzərə alaraq, o hərbi cağırışdan azad ola bilərmi..eşitmişəm ki “Hərbi cağırış haqqda ” qanunda belə bir istisna var.

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Qanunun 17-ci maddəsinə əsasən birinci qrup əlil olan ata və ya ana, onlarla birlikdə və ya ayrılıqda yaşamalarından asılı olmayaraq, onları saxlamalı olan başqa övladları olmadıqda həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Lakın bunu əsaslandırmağınız vacibdir və həmin şəxs hərbi xidmətə çağırılarkən ərizə ilə müraciət (sizinlə birlikdə) etməlidir.

Sualınıza görə tşəkkür edirik.

376 Mehriban (20-09-2010). Salam. AR Mulki Mecellesinde tez tez aglabatan muddet ifadesi islenilir.bilmek istiyerdim ki bu muddet ne qederdi?praktikada bu muddet nece mueyyen olunur?

Ağlabatan müddət qiymət verici kateqoriyadır və hər bir konkret şəraitdən asılıdır. Mübahisə yarandıqda bununla bağlı məsələlər məhkəmə tərəfindən həll olunur. Misal üçün hansı bir öhdəliyin yerinə yetirilməsi: nəqliyyat vasitəsinin təmiri, kitabın tərcüməsi, evin təmiri müəyyən şərtlərdən aıslıdır. Əgər müqavilədə müddətlər göstərilməyibsə öhdəliklər ağlabatan müddətdə həayata keçirilməlidir. Bütün lazımi məhsul olarkən (su, un, yağ və s.) çörək bişirmək üçün müddət 1 ay ola bilməz. 300 səhifəlik kitabın tərcüməsi 2 günə həyata keçirə bilməz və s.

Ümidvarıq ki, kömək edə bildik.

377 Hesen (20-09-2010). Yan suseye perde vurduqda? Onun cerimesi ne qederdi

Yol hərəkəti haqqında Qanuna 1 saylı Əlavəsinin 7-ci bəndinə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə konstruksiyanın digər ünsürləri sayılır.

Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu iləhazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Gördüyünüz kimi bəndin qeyd hissəsində yalnız arxa süşənin müvafiq qaydada örtülməsi mümkündür.

Məsuliyyət isə aşağıda göstərilib:

İnzibati Xətalar Məcəlləsinin 155.2.1-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriyi, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına

– iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.

Sualınıza görə təşəkkür edirik.

379 Eldar (21-09-2010). Hormetli DeJure.az, Bundan onceki verdiyimin suallari cavablandirdiqiniza gore size minnetdaram.Heqiqeten de onlar mene dushduyum veziyyetde huquqlarimi qorumaqa komek olur.Xatirlayirsinizsa son sualim cmenim kechmish heyat yoldashimin menim yashadiqim ve oz adima olar eve iddia ede bilib bilmemesi ile baghli idi.Bildirdiniz ki, iddia ede biler ancaq yashamaq uchun.Menim bu yaxinlarda qaynamla danishdim,ve o mene shifahi bildirdi ki,evde olan eshyalari isteyir qalan hech bir sheye iddiasi yoxdur.Yadimdadi siz de bildirmishdiz ki, bu heyat yoldashimin bir nov evlilikden evvel aldighi eshyalar oldughuna gore onun ozununkudur.Sualim ise beledir. Men aramizda olan bu shifahi danishiqi (ya razilashmani) necur bir qanunileshdire bilerem ki, bir muddet kecenden sonra meni mulkiyyet meselesi ile baghli mehkemeye celb etmesin. Sualim bir az uzun oldu, amma chalishdim konkret olum.Diqqetinize gore minnetdaram.

Ən yaxşısı təhvil-təslim aktını tərtib edin və bütün verilən-götürülən əmlakı rəsmiləşdirin (hətta notariusun iştirakı da mümkündür). Həmin aktın sonunda da “heç bir tələbin irəli sürülməməsi barədə öhdəliyini” əlavə edin.

Sualınıza görə təşəkkür edirik.

380 Rufat (21-09-2010). Salam. Selahiyyetli olan vezifeli sexs yoxlama zamani akt tertib edir ve bu akti yoxlama kecirdiyi obyektin mesul sexsine gostermeden qeyd edir ki, “Akti imzalamaqdan imtina etdi” ve protokolda da qeyd edirki “Protoklla tanis olmaqdan imtina etdi”. Buna qarsi nece mubarize aparmaq mumkundur? Evvelceden minnetdarligimi bildirirem.

Bu cür hadisələr də baş verir. Bunlarla rastlaşanda çalışın bütün başverənləri video cihazların vasitəsilə çəkin (adətən bir çox mobil telefonların bu cür imkanları var). Hər bir halda səlahiyyətli şəxs bunu edərkən şahidləri cəlb etməlidir və onların ifadələrini almalıdır, yoxsa həmin aktın qüvvəsi olmayacaq və məhkəmə tərəfindən qəbul olunmayacaq.

Sualınıza görə təşəkkür edirik.

381 Ceyran (21-09-2010). salam men agdamliyam, qacqin oldugum ucun muveqqeti bakida qeydiyyata dusmusem, nisanlim ise astarada qeydiyyatdadi biz erizemizi bakidan vere bilerikmi, ve eger vaxt 1 aydan az qalibsa ne qeder rusum odemeliyik? cox sagolun.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 3.1-ci maddəsinə əsasən nikahın qeydə alınması nikaha daxil olanlardan seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi (VVAQ) tərəfindən həyata keçirilir. Yəni sizin arzunuzdan asılıdır.

Nikahın qeydə alınması üçün dövlət rüsumu – 5 manatdır (Dövlət rüsumu haqqında Qanunun 12.1-ci maddəsi).

Ailə Məcəlləsinin 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər (maddə 9.3.).

Sualınıza görə təşəkkür edirik.

382 Ceyran (21-09-2010). salam, menim nisanlimin vesiqesinin muddeti avqust ayinin 19-u bitib bizim oktyabr-in 17-da toyumuzdu bizim zaqsla bagli problemimiz yarana biler o isteyir ki evlenenden sonra deyishsin yeni birdefelik, xahis edirem bu barede meni melumatlandirasiniz. cox sagolun.

Şşəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitirsə problemlər yarana bilər. Pasport-qeydiyyat şöbəsinə müraciət etsəniz və əsaslandırsanız daha tez müddətə şv dəyişdirməsinə nail ola bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

383 Aysel (21-09-2010). nisanlim isde reisi ile dalasib ve el qaldirib ona, sebeb sexsiyyet ve leyaqet haqda artiq eskik danismaq..o da oz novbesin iddia erizesi qaldirib el qaldirmaq ustunde. bilmek isterdim nisanlim oz novbesinde hansi erize ile mehkemeye muraciet ede biler?tesekkurler

Mülki Məcəllənin 23-cü maddəsinə əsasən (Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi).məhkəmədə mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edə bilər. Əgər kütləvi çıxışda təhqir edibsə onda cinayət məsuliyyətinə cəlb olunmaı ilə bağlı prokurorluğa müraciət edə bilər (Cinayət Məcəlləsi maddə 148. Təhqir). Əl qaldırmaq məsələsi özü-özlüyündə sübut olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-09-21

384 Samir (21-09-2010). salam men 2 evvel oyrendimki men evladliga goturulmusem daha dogrusu senedleri gordum evde.Menim 20 yasim var telebeyem.men bu senedin dogru olub olmadigini nece oyrene bilerem.qeyd edimki men yasadigim ailemle cox xosbextem ve onlari ne olursa olsun cox sevirem.ailemden sorusum onlarin konlunu bulandirmqa istemirem sadece bilmek isteyirem men kime muraciet edim bu barede.

Əgər sənədləri görmüsünüzsə onda həmin sənədləri verən orqana müraciət edin (yazılı) və həmin sənədlərin surətlərini bu müraciətə (ərizəyə) əlavə edin.

Sualınıza görə təşəkkür edirəm.

385 Elvin (21-09-2010). Əmək haqqından bütün tutulmaların ən yüksək həddi neçə faizindən yuxarı ola bilməz. XAhiş edirəm o qanunu adını deyəziniz

Əmək Məcəlləsinin 186-cı maddəsinin (c) bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 14-i məbləğindən çox olmamaq şərtilə cərimə edə bilər.

Sualınıza görə təşəkkür edirik.

386 Anar (22-09-2010). Salam,zehmet olmasa ,Azerbaycana yeni getirilmiw avtomobilin dovlet qeydiyyat niwaninin alinmasi ucun odenilmesi olan dovlet rusumunun ne qeder olmasi barede komeklik ederdiniz.Tewekkurler

Dövlət rüsumu haqqında Qanunun 18.65.6-cı maddəsinə əsasən dövlət qeydiyyat nişanlarının verilməsi üçün dövlət rüsumu 18 manatdır.

Sualınıza görə təşəkkür edirik.

387 Zaur (22-09-2010). Salam. Bu perde plyonka meselesini here bir cur deyir. Mene maraqlidi nazirin sozu yox Milli Meclisin qebul etdiyi qanun. Masinin hansi hissesine nece halda , hansi halda qanun perde ve ya ployonkaya icaze varir.

Biz bu sualı dəfələrlə cavablandırmışıq. Ətraflı Məsləhətxananın 377, 204, 158-ci suallarında cavablandırılıb.

Sualınıza görə təşəkkür edirik.

388 Firdovsi (22-09-2010). Salam əgər məhkəma qərari verməyibsə vəya geç verisə verilə muddəti 10gün bitibsə apelasiya məhkəməsinə qərarin qərəzli olması ilə baglı şikayyət edə blərəmmi?

Əgər hakim qanunvericilikdə nəzərdə tutulan prosessual müddətləri pozubsa siz Məhkəmə-Hüquq Şürasına müraciət edə bilərsiniz. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 111-ci maddəsinə uyğun olaraq fiziki və hüquqi şəxslərin şikayətləri hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət üçün səbəblər kimi göstərilir. Həmin Qanunun 111-1-ci maddəsinə əsasən işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozduqda və hakim etikasını pozduqda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslardır.

Sualınıza görə təşəkkür edirik.

389 Nana (22-09-2010). Salam. Bosandiqdan sonra alimentden elave usaq ucun usaqin saxlanmasi ucun elave xerc teleb ede bileremmi. Meselen musiqi reqs ve idmana getdiyi ucun. Mene dediler ki Aile mecellesine esasen bu ola biler mene xahis edirem etrafli yazin

Ailə Məcəlləsinin 78-ci maddəsinə əaasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Ailə Məcəllənin 76-cı maddəsinə (1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.) uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Sualınıza görə təşəkkür edirik.

390 Elçin (22-09-2010). Salam. Haminizi salamlayiram. Baki seherinde her hansi bir istiqamete marsurut xettini almaq ucun ve ya yeni xett acmaq ucun hansi orqana hansi senedlerle muraciet etmek lazimdir.Cox sag olun.

Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları üçün lisenziyanın alınması – 150 manatdır (Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının 35.1-ci maddəsi). Lisenziya Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilir.

LHəmin qaydalara uyğun olaraq lisenziya almaq üçün ərizəçi lisenziya verən dövlət orqanına aşağıdakıları təqdim edir:

  • lisenziya almaq üçün ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
  • hüquqi şəxslər üçün – adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;
  • fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;
  • hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
  • ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;
  • ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
  • bu Qaydaların 2.9-cu bəndinə uyğun olaraq lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
  • fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.

Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

Lisenziya verən dövlət orqanı tərəfindən rəy alınması üçün aidiyyəti dövlət orqanına göndərilmiş müraciətə 5 gün müddətində baxılaraq rəy verilir.
Lisenziya almaq üçün təqdim edilən sənədlər lisenziya verən dövlət orqanı tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir.
Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Sualınıza görə təşəkkür edirik.

391 Nizam (23-09-2010). Salam, yeni dogulmus usag qeydiyyata dusmelidir,yoxsa nece olmalidir?

Bəli. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.

Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir.

Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.

Sualınıza görə təşəkkür edirik.

392 Kerem (23-09-2010). Здравствуйте. Разрешается ли по закону изменить проект квартиры? Например изменить место кухни с комнатой и т.д.?

Разрешается, но только после согласования (здесь форма решения выдаваемое местной исполнительной властью) с местной исполнительной властью (Глава 24 Жилищного Кодекса).

Спасибо за вопрос.

393 Anar (23-09-2010). Salam, bagiwlayin bir daha eyni sualla sizi narahat etdiyimcun. Gurcustandan vilayetinden getirdiyim Ford Transit markali yuk avtomobilini Shirvan sheherinde qeydiyyatdan kecirmek meqsediyle avtomobilin qeydiyyata salinmasi ve dovlet qeydiyyat nomre niwani almagcun mueyyen resmi quruma muraciet etdim ,numayende menden 180 manat mebleginde pul istedi.Zehmet olmasa bunun ne derecede dogru oldugunu izah edesiniz.Eslinde men ne qeder dovlet rusumu kocurmeliyem ve bununla bagli men bu meselenin qanunu yolla hell olunmasindan otru hara muraciet etmeliyem.Evvelceden minnetdarligimi bildirirem.

Əgər siz artıq gömrük rəsmilləşdirməni keçmisinizsə nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı aşağıdakı rüsumları ödəməlisin (Dövlət rüsumu haqqında Qanunun 18.65-ci maddəsi):

Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə:

18.65.1.1. avtonəqliyyat vasitələri üçün – 10 manat;

18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün – 5 manat;

18.65.2. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün:

18.65.2.1. avtonəqliyyat vasitələri üçün – 10 manat;

18.65.2.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün – 5 manat;

18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına (təkrar qeydiyyatına, daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə:

18.65.3.1. avtonəqliyyat vasitələri üçün -10 manat;

18.65.3.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün – 5 manat;

18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:

18.65.4.1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün – 20 manat;

18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün -5 manat

18.65.5. Sürücülük vəsiqəsinin verilməsi – 15 manat;

18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsi – 18 manat;

18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi – 15 manat;

18.65.8. Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi – 5 manat;

18.65.9. Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması – 5 manat;

Sualınıza görə təşəkkür edirik.

394 Elnur (23-09-2010). Salam sizi 1 sualla narahat etmek isteyirem. Menim Heyat yoldashim ( eger bele demek olarsa ) 2 Korpemi ustume ataraq evden cixib gedib. Buna sebeb mene gelen zengin olmasidi. Ancaq faktiki olaraq hemin xanimin sef dushmesi her sheyi alt ust edib. Amma men bunda bir sebeb gormurem. Getmemishden qabag faktiki olaraq bele bir sohbet edib ki bunun o vaxt sevdiyi oglan buna teklif edib at ushaqlarivi men seni qachirdim deye. Men ona el vurmamiwam istediyini almisham. BU sohbetde menim qonshumun eli olub onun getmeyinde. Sizden 1 xaishim var mene komeklik edin meslehete ehtiyacim var en azinnan. Chunki 2 uwagim ustumdedi yeniki olari ona veren deyilem ushaq isteyen evinde olardi.

Çalışın həyat yoldaşınızla münasibətlərinizi aydınlaşdırın. Hər bir halda birgə yaşamaq və ya yaşamamaq hər ikinizdən asılıdır. Əgər hər hansı anlaşılmazlıq baş veribsə vaxtında aradan qaldırın, çünki sonrakı peşmançılıq fayda verməz. Razılığa gəlmədiyiniz halda bütün mübahisələr Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən məhkəmə tərəfindən həll olunacaq (o cümlədən, uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etmək).

Sualınıza görə təşəkkür edirik.

395 Elnur (23-09-2010). Yadimnan cixdi bayaq yazmadim Heyat Yoldashim Zaks kagizlarinda ozu ile goturub. Bir soznen senedi ogurlayib evden. Men bele bir neticeye gelirem Heyat yoldashimin qonshulara dediyi sozler duzdu bu evvelki sevdiyi oglanla qachib. Onu da elave edim ki ozum kasib oglanam amma her bir ehtiyacini canla bashla elemishem gucum chatana qeder. Problemimiz yox idi bu sohbet ortaya cixmayana qeder bu insan ushaqlari atib gedennen sora mene bu sohbet catib hansi ki bunun lap evvelki sevdiyi oglan buna teklif edib gel seni qacirdim. Xaish edirem bu barede mene komeklik edin.

Bununla bağlı artıq fikrimizi bildirdik. Adətən hüquqi məsləhət verməklə məşğuluq. Bu sual isə daha çox ailə problemlərinə aiddir. Amma etibarınıza görə təşəkkür edirik.

396 Tural (23-09-2010). Salam ALEYKUM, SIzden yazib oyrenmek istediyim budur ki DYP-nin cerimesini men hansisa bankda odeye bilerem? Birde Qirmizi ishigin cerimesi 22-44 manat-a kimi nezerde tutulur, onlar bunu neye esasen teyin edirler axi muveqqeti talonda yazilmayib meblegin tutumu. Onceden teshekkur edirem.

Bəli ödəyə bilərsiniz. İnzibati Xətalar Məcəlləsinin 451.3-cü maddəsinə əsasən həmin Məcəllənin 452.1-ci maddəsində (İnzibati xətanın törədildiyi yerdə inzibati cərimə tutulduqda fiziki şəxsə müəyyən edilmiş nümunədə qəbz verilir.) nəzərdə tutulan hallar istisna olmaqla inzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən banka və ya səlahiyyətli kredit təşkilatına ödənilir və ya köçürülür.

Cərimə tutulduqda İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsi nəzərə almalıdır. Belə ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Əgər səlahiyyətli şəxsin qərarı ilə razı deyilsiniz məhkəməyə şikayət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

397 Nana (24-09-2010). Salam Klinikada emeliyyat edilmis sexsi emliyyatdan sonra sikest olub. Puluda qaytarmirlar ne edek.

Bununla bağlı həm məhkəməyə, həm prokurorluğa müraciət edə bilərsiniz (əgər əsasınız və sübutunuz varsa). Məhkəmə vasitəsilə maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

398 Quvat (24-09-2010). Salam. Sualım vərəsəlik hüququ ilə bağlı olacaq. Mənim nənəmdən qalma bir evim var. nənəm öləndən sonra o evə vərəsəlik şəhadətnaməsi verilməyib. nənəmində 3 uşağı olub iki bacı bir qardaş. atam öləndən sonra iki bibim də bu evdən pay istəyir. biz də iki qardaşıq. indi bu mülkdən iki bibimə qanunla nə düşür və biz iki qardaşa nə düşür burdan?

Mülki Məcəllənin 1159-ci maddəsində vərəsələrin beş növbəsi nəzərdə tutulub. Birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Onların arasında paylar bərabər bölünür.

Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir (maddə 1160).

Ona görə də miras üç bərabər paya bölünməlidir. İki payı 2 bacıya bir payı qardaşa. Əgər siz həmin qardaşın vərəsələrisiniz onda siz onun övladları kimi həmin payı öz növbədə iki paya bölməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

399 Aynur (24-09-2010). Salam sualıma (371-ci sual) cavab verdiyiniz üçün çox sağ olun. İndi bildim. mənə lazım olan “sonrakı sənədləşmə”dir əqər mümkündürsə bu barədə blok açardız və ya mənim müraciyət edə biləcəyim instansiyaları bildirəsiniz.

Yaxın zamanlarda bununla bağlı çalışacayıq ki, ayrıca blok açaq. Bir çox instansiyalra müraciət etməli olacaqsınız ilk növbədə başlanğıc üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə. Ayrı-ayrılıqda ümumi məlumat toplandıqdan sonra bəzi məsələləri aydınlaşdırmaq daha səmərəli olacaq.

Sualınıza görə təşəkkür edirik.

400 Samir (24-09-2010). Salam, bilmək istərdim ki, icra məmurların hər hansı bir məhkəmə hökmü üzrə appelyasiya şikayəti vermək hüququ varmı? Belə hüquq varsa, hansı hallarda apellyasiya şikayəti verə bilərlər?

Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci (Tərəflər) və 306-cı (Xüsusi icraat işlərinə baxılması qaydası) maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur.

Sualınıza görə təşəkkür edirik.

401 Gulya (24-09-2010). Salam, mesuliyyetin ferdilesdirilmesi ile mesuliyyetin sexsi xarakter dasimasi arasinda ne ferq var ve ne demekdir?

Məsuliyyətin fərdiləşməsi barədə bu anlayışdan müəyyən edə bilərsiniz. Məsuliyətin şəxsi xarakter daşınması barədə isə qeyd edilməlidir ki, hüquqi məsuliyyət hər zaman publik xarakter daşıyır, çünki qayda-qanunu müdafiə və qanunu pozan şəxsləri məsuliyyətə cəlb etmək dövlətin üzərinə qoyulur.

Misal üçün, mülki hüquqda hüququ pozan şəxsə vurulmuş zərərin ödənilməsi üçün imkan yaradılır və yalnız o, könüllü qaydada yerinə yetirmədiyi təqdirdə məhkəmə qaydasında məcbur şəkildə yerinə yetirilir. Publik hüquqda (cinayət, inzibati) məsuliyyətin reallaşdırılmasında ilk növbədə dövlətin məcburi tədbirləri tətbiq edilir.

Sualınıza görə təşəkkür edirik.

402 Gulya (24-09-2010). Salam, ceznin ferdilesmesi ne demek dir?

Cinayət hüququnda cəzanın fərdiləşməsi – törədilmiş cinayətin ictimai təhlükə dərəcəsininin xarakterini, təqsirli bilinən şəxsin şəxsiyyətini, ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almaqla, qanunla müəyyən edilmiş sanksiyalar çərçivəsində cəzanın təyin edilməsidir.

Misal üçün əgər yetkinlik yaşına çatmayan şəxs və ya hamilə qadın cinayət məsuliyyətinə cəlb olunursa onlara qarşı münasibət fərqli olur (cəzanın yüngülləşdirilməsi və s) və cəza fərdiləşir.

Sualınıza görə təşəkkür edirik.

403 Gulya (24-09-2010). Salam, dovletin mecbur etme tedbirlerine qenaet prinsipi ne demekdir?

Adı çəkilən “qənaət prinsipi” dedikdə aşağıdakılar başa düşməlidir. Cəzanın (və ya məzbur etmə tədbirlərin) ciddiliyi hüquq pozuntusunun ağırlığı ilə müəyyən edilməlidir. Misal üçün ev pəncərəsinin sındırılmasına görə şəxs azadlıqdam məhrum edilməməlidir və digər.

Sualınıza görə təşəkkür edirik.

404 Gulya (24-09-2010). Salam, inzibati hakimiyyet ile icra hakimiyyetinin ne ferqi var?

İcra hakimiyyəti daha geniş anlayışdır və inzibati hakimiyyət ona daxildir.

İcra hakimiyyəti – dövlətdə müstəqil publik hakimiyyətin bir növüdür və dövlət işlərinin idarə edilməsi üçün səlahiyətlər məcmusudur (xarici siyasətdə təmsil etmə, inzibati idarəetmə və s.).

İnzibati hakimiyyət, həmçinin hüquq mühafizə orqanlarını da adlandırmaq olar. Çünki məcbur etmə səlahiyyətləri onlara daha çox mənsubdur.

Sualınıza görə tşəkkür edirik.

405 Gulya (24-09-2010). Salam korparativ uzvluk ne demekdir?

Korporativ üzvlük hüquq anlayışına aid etmək olmaz. Çünki adətən hansısa bir kluba və ya bir şirkətin üzvlüyü ilə bağlıdır. Bu üzvlük ola bilsin ki, müəyyən güzəştlər və imtiyazları nəzərdə tuta bilər (müəyyən malların daha ucuz alınması, pulsuz geyim və qida və s.).

Nəzərinizə çatdıraq ki, De Jure izahlı luğət deyil. Çalışın hüquqa aid sualları ünvanlayın.

Sualınıza görə təşəkkür edirik.

406 Gulya (24-09-2010). Deleqe ne demekdir?

De Lege latın dilindən qanun vasitəsilə (köməyi ilə) və ya qanunun digər məfhumlardan bölünməsini göstərən ifadədir.

Delegare ilə qarışdırmamaq (lat. yönəlmək, göndərmək) öz səlahiyyətlərini başqasına həvalə etmək.

Sualınıza görə təşəkkür edirik.

407 Gulya (24-09-2010). Salam, evvala cox minnetdaram size ,zehmet olmasa deyin fovqelade qanun ile fovqelade veziyyet haqqinda qanunun ne ne demekdir? ve ne ferqi var?

Baxmayaraq ki, bizim qanunvericilikdə Fövqaladə Qanun anlayışı nəzərdə tutlmayıb. Adətən Fövqaladə Qanun parlament tərəfindən adi qaydada (və ya xüsusi səs çoxluğu ilə) qəbul olunan Qanundur. Lakın digər qanunlardan daha yüksək və ya ən yüksək qüvvəyə malikdir, hətta bütün mövcud olan qanunları ləğv edə biləcək bir Qanun ola bilər (misal üçün, inqlab baş verəndə), həmin Qanun bütün qanunlarla ziddiyyət yarada bilər.

Fövqəladə vəziyyət haqqında Qanun ilə burda tanış ola bilərsiniz.

Sualınıza görə tşəkkür edirik.

408 İlkin (24-09-2010). Salam. Alqi-satqi muqavilesile 2009-cu ilda ev aldim.indi MIS-da dediler evvalki sahibler qeydiyyatdan cixmayiblar. Ozleri ise Rusiyadadirlar.onlari qeydiyyatdan cixarmaq ucun ne etmaliyem ve ya ozleri gelse qeydiyyatdan cixmaq ucun hansi prosedur olmalidir? evvelden minnetdarliq!

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:

1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən (DİN-nin pasport-qeydiyyat şöbəsi);

2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən. (Dövlət Miqrasiya Xidməti).

Bunun üçün yuxarıdakı instansiyalara ərizə ilə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

409 Sabina (24-09-2010). Salam, men firmalarin birinde satish temsilcisi ishleyirem.Menim kimi shirketde butun satish temsilcilerinin adina mueyyen mebleg “yuklenib”. Bizden hemin meblegin odenmesini teleb edirler. Lakin biz bu meblegin hardan yazildiginin tapa bilmirik. Sualim bundan ibaretdir ki, onlar bizi olmayan pullara gore intiham ede bilerler, yeni polise vere bilerler?Xatirladim ki mallari adi fakturalarla qebul edib satisha paylayiriq. Biz ne etmeliyik? Mumkunse oz fikrinizi bize aciqlayardiniz. Teshekkurler

İlk növbədə siz və hüquqi şəxs arasında müqavilə olmalıdır (komissiya və ya digər müqavilə). Həmin müqavilədə sizin və onların hüquq və vəzifələr əks olunmalıdır. Əgər sizə hansı bir mallar təqdim olunursa onların təhvil-təslim keçirilməlidir (hüquqi şəxsə malların qaytarılması da nəzərdə tutula bilər). Müqavilə üzrə bir çox şərtlər nəzərdə tutula bilər. Lakın hər bir halda həmin mübahisələr yalnız məhkəmə vasitəsilə həll oluna bilər (polisin cəlb oluması üçün əsas yoxdur).

Sualınıza görə təşəkkür edirik.

410 ZAUR (25-09-2010). YAN SUSELERE PLYONKANIN CERIMESI NECEDI?

Oxşar sualları dəfələrlə cavablandırmışıq. Ətraflı Məsləhətxananın 377, 204, 158-ci suallarına nəzər yetirməyinizə xahiş edirik.

İnzibati Xətalar Məcəlləsinin 155.2.1-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriyi, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə

– iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.

411 Azer (25-09-2010) Salam. Ailemin ve menim qaldigimiz ev babamin adinadi babam vefat edib. 2 evim var 1 bibim. mende kicik oglun ogluyam.Atamda vefat edib.Emilerim ve bibim ayri yerde qalirlar.Ama evin senedleri bibimdedi.Indi bibim evi bizden xebersiz bashqa birinin adina kecire biler. Ve ya emilerim ya bibim bizi evden cixarda biler.

Mübahisəlidir. Hər bir halda məhkəməyə müraciət etməlisiniz. Məsələnin özünüz üçün aydınlaşdırmaq üçün Məsləhətxananın 398, 70, 49-cu suallarına nəzər yetirməyinizə xahiş edirik.

Sualınıza görə təşəkkür edirik.

412 Emin (25-09-2010). Salam. Anam Şəhid ailesi ucun nezerde tutulan prezident taqudu alir. Bakinin rayonlarinda birinin Əmək və Əhalinin Sosial Mudafiəsi Şöbəsi tərəfindən teyin olunub 2006-ci ilden. Hazirda rayonumuzu deyisirik yani Baki seherinin basqa rayonunda daimi pasport qeydiyyatinda duracaq bu zaman taqaud (pensiya)isi avvalki rayonda qala bilermi? Qanunla bu mumkunmu? Yani pensiyaci pensiya isini oz arzusu ile saxlaya bilermi istenilen yerde. Her bir halda odanis bank karti vaistesi ile aparilir. xahis edirem sualimi cavab landirasiniz. Oncadan tasakkurumu bildirirem.

11 iyun 2002-ci il tarixli 715 №-li Prezidentin Fərmanının 2-ci bəndinə əsasən fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir.

Sosial müavinətlər haqqında Qanunun 10.1-cu maddəsinə əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Yerinizi dəyişdirildiktən sonra siz yerli Sosial Müdafiə Fondunun şöbəsinə müraciət edə bilərsiniz və müavinətin (əgər bu müavinətdirsə) hardan alınmasını onlarla dəqiqləşdirə bilərsiniz. Hər bir halda sizin istəyiniz də nəzərə alınmalıdır.

Sualınıza görə təşəkkür edirik.

413 Namiq (25-09-2010). Salam. Sizin sayt vasitəsilə aldığım məlumatlar hər zaman mənə kömək edib. Ümid edirəm siz mənə aşağıda yazdığım suala cavab tapmaqdada kömək edərsiz.Mən bilmək istərdim “Tərəqqi” medalı ilə təltif olunan şəxs təqaüdə çıxarkən hər hansı əlavə pul almalıdırmı? Qeyd edim ki, işlədiyi dövrdə medala görə ayda 50 manat əlavə pul verirlər, lakin işdən çıxan zaman həmin pul kəsilir. “Tərəqqi” medalı ilə təltif olunan şəxs əgər işləmirsə və təqaüdçüdürsə medala görə əlavə pul almalıdırmı?

Vergi Məcəlləsinin 102-ci maddəsində bir çox güzəştlər nəzərdə tutulub, o cümlədən Milli Qəhrəmanlar, Şöhrət ordenin sahibləri və sair şəxslər üçün. Bu orden və medallara görə əlavə pul verilmir, sadəcə hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirdən müəyyən məbləğdə azaldılır.

“Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Qanun ilə burda tanış ola bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

414 Azer (26-09-2010). Salam. Ozune qesden tehrik etmeye gore neche il hesb verilir. indiden tewekkur

Görəsən bu necə mümkündür “özünə qarşı təhrik etmək”?

Biz bu ifadə ilə birinci dəfədir rastlaşırıq və qanunvericlikdə bununla bağlı heç bir şey nəzərdə tutulmayıb.

Sualınıza görə təşəkkür edirik.

415 Vasif (26-09-2010). Salam. Bilmek isteyirem ki, maaş cedvəlində işçinin maaşı müdür maaşından çox göstərilə bilərmi. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Bununla bağlı heç bir məhdudiyyət yoxdur. Çox vaxt elə olur ki, işçi daha peşakar mütəxəssis olur və daha ağır vəzifələr yerinə yetirir. Direktor isə sadəcə ümumi rəhbərlik funksiyalarını həyata keçirir.

Sualınıza görə təşəkkür edirik.

416 Camal (27-09-2010). Lombardlar bank olmayan kredit teskilatlaridirmi ve bu fealiyyet novi ucun huquqi sexsler elave olaraq xususi lisenziya almalidirmi? saq olun.

7 noyabr 2002-ci il tarixli Nazirlər Kabinetinin Qərarı ilə № 173 “Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1998-ci il 20 aprel tarixli, 89 nömrəli qərarı qüvvədən düşmüdür. Hal-hazırda bu fəaliyyət növü üçün lisenziya tələb olunmur.

Sualınıza görə təşəkkür edirik.

417 Eldar (27-09-2010). Salam DeJure.Az,379-cu sualda cavabinizda bildirdiyiniz kimi men kechmish heyat yoldashima mexsus eshayalari onlarla qaytararken tehvil-teslim akti tertib etdim.Orda bele bir abzast da elave etdim ki “heyat yoldashim ve onun ailesi mene qarshi bundan sonra əmlak və mulk tələbi ilə bagli hech bir məhkəmə və digər iddiası olmayacaq”.Tehvil teslim prosesi vaxti kechmish heyat yoldashimin valideynlerinden bashqa orda eshyalari dashamqa komek eden fehleler, eshayalri aparmaga gelen surucu ve menim de ailemden uzvler var idi. Hami akti imzaladi.Meni iki sual maraqlandirir. 1)Bu aktin notarial qaydada tesdiq olunmasina ehtiyac var. Yoxsa onun her zaman huquqi quvvesi var? Sabah men ondan mene qarshi achilan mehkeme davalarinda subut delil kimi istifade ede bilerem?2) Eger Notarial qaydada tesdiq etmek vacibdirse o zaman, bunun mebleghi nedir?Diqqetinize ve komeyinize gore minnetdaram. Hormetle Eldar

Dövlət rüsumu haqqında Qanunun 10.19-cu maddəsinə əsasən tərəfindən müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün

10.20. müəyyən edilmiş hallarda müştərini onun qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə getmək üçün notariat kontorlarına 3 manat rüsum ödənilir. Notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə olduğu vaxtın hər bir saatı – 3 manat təşkil edir (maddəs 10.21).

Prinsipcə hər bir tərəflə imzalanmış sənəd məhkəmədə sübut kimi qəbul olunmalıdır. Amma notariat qaydsında təsdiq edilmə maneə törətməz.

Sualınıza görə təşəkkür edirik.

418 Qızçiçəyi (27-09-2010). Salam mulki mecellede madde 443.5 in izahini vererdiz zehmet olmasa twk

Mülki Məcəllənin 443.5-ci maddəsi aşağıda göstərilib:

Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Misal üçün müqavilə əsasında borclu 6 aydan sonra evin təmir işləri həyata keçirməli və işi təhvil verməlidir (və ya malları çatdırmalıdır). Əgər həmin öhdəlikləri yerinə yetirmədisə kreditor (və ya sifarişçi) 1 ay son müddət təyin edə bilər (əgər üzrlü səbəblər varsa). Bütün müddətlər pozulduqdan sonra həmin Sifarişçi ona dəymş zərərin ödənilməsini tələb edə bilər. Misal üçün mallar vaxtında çatdırmadıqda hər gün itirilən gəlir hesablanır. Evin təmir işləri gecikdiriləndə kirayə üçün tələb olunan aylıq pulu hesablana bilər və s.

Sualınıza görə təşəkkür edirik.

419 Nana (27-09-2010). Polise ne vaxt sikayet olunur? Polise ne vaxt sikayet olunur? Hansi hallarda prokurorluqa sikayet olunur?

Baxmayaraq ki, qısa sualdır bir çox sahələri əhatə edir. Çünki prokurorluğun və polisin kifayət qədər geniş səlahiyyətləri var.

Ətraflı məlumat əldə etmək istəyirsinizsə Prokurorluq haqqındaPolis haqqında Qanunlarla tanış olmalısınız.

Polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır (Polis haqqında Qanunun 2-ci maddəsi):

  • ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi;
  • cinayətlərin və digər xətaların qarşısının alınması və açılması;
  • yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi.

Prokurorluğun fəaliyyət istiqamətləri (Prokurorluq haqqında Qanunun 4-cü maddəsi):

  • cinayət işi başlayır və ibtidai istintaq aparır;
  • cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir;
  • təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir;
  • məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;
  • məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir;
  • məhkəmə qərarlarından protest verir;
  • məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir

Sualınıza görə təşəkkür edirik.

420 Niki (28-09-2010) Salam! Əgər vətəndaş dövlət müəssisəsində işləyirsə o, hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib komersiyya fəaliyyəti ilə məşğul ola bilər?

Yəqin ki, demək istəyirdiniz fiziki şəxs kimi (hüquqi şəxs – təşkilat, müəssisə və s.).

Əgər həmin şəxs dövlət qulluqçusu hesab edilirsə onda Dövlət qulluğu haqqında Qanunun 20-ci maddəsinin tələblərinə riayət etməlidir.

Belə ki, dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa, elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.

Sualınıza görə təşəkkür edirik.

421 Araz (28-09-2010). Salam. Əcnəbi vətəndasin burda(Apşeron r-a) geydiyata düşmək üçün dövlət rusümuylə nə gədər ödəməlidir, bütün sənədlərin hazir olmagla.

Dövlət rüsumu haqqında Qanunun 14.8-ci maddəsinə əsasən:

14.8.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

  • 3 ayadək – 30 manat
  • 6 ayadək – 60 manat
  • 1 ilədək – 120 manat

Əgər həmin şəxs Azərbaycanda işləyəcəksə. Onda həmin Qanunun 18.58-ci maddəsinə uyğun olaraq əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə 1000 manat rüsum ödənilməlidir (ilkin icazəyə görə və uzadılmaya görə).

Sənədlərin hazır olması həmin şəxsin özündən asılıdır. Qeyd edilməlidir ki, bu məsələyə ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət edilməlidir.

Sualınıza görə təşəkkür edirik.

422 Niki (28-09-2010). Salam! Mülki qaydada bağlanan müqavilə əsasında muzd haqqından vergi istisna olmaqla hansısa ödəmələr tutulurmu?

Əgər sadələşdirilmiş vergi ödəyicidirsə 4% və ьəcburi dövlət sosial sığorta haqqı (Sosial sığorta haqqında Qanunun 14-cü maddəsi). Bu da artıq sizin faəliyyət növünüzdən asılıdır. Gəlirlərinin 25%, 20%, 15% miqdarında, minimum aylıq əmək haqqının 50 faizi və ya 20% ola bilər.

Sualınıza görə təşəkkür edirik.

423 Guler (28-09-2010) 2 ci qrup elil insan dovlet muessesinde isleye bilermi? tesekkur edirem

Siz bu sualı artıq vermişdiniz (335-ci sual – 13.09.2010). Bəli işləyə bilərsiniz. Oxşar sual Məsləhətxananın 81-ci sualında cavablandırılmışdır.

Sualınıza görə təşəkkür edirik.

424 Rasimə (28-09-2010). Salam. Mənim şəxsiyyət vəsiqəmin vaxtı 2008-ci ildə bitibş Bilmək istərdim vəsiqəni dəyişdirçək üçün mənə hansı sənədlər lazımdı? Mən familyamın sonluğunda olan -ova şəkilçisini ata bilərəmmi?

Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər (Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Milli Məclisin Qərarı).

Azərbaycan Respublikası Milli Məclisinin 994-cü il 29 noyabr tarixli 928 saylı qərarı ilə əsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 12-ci maddəsinə uyğun həyata keçirilir:

Şəxsiyyət vəsiqəsi dəyişdirildikdə bu Əsasnamənin 3, 5—11-ci bəndlərində nəzərdə tutulmuş qaydalar tətbiq olunur. Vətəndaş 25, 35, 50 yaşına çatdıqda və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün—şəxsiyyət vəsiqəsi; vətəndaşın soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə—vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər, vətəndaşın yaşayış yeri dəyişdikdə — ev, mənzil barədə müvafiq sənədlər, hərbi vəzifəsi dəyişdikdə—hərbi bilet və ya təhkim şəhadətnaməsi bu Əsasnamənin 3-cü və 7-ci bəndlərində göstərilən sənədlərlə birlikdə təqdim edilməlidir (yəni dəyişdirmənin səbəbindən asılı olaraq).

Sualınıza görə təşəkkür edirik.

426 Taleh (29-09-2010). SAlam. Zəhmət olmasa cavab verin. Banka borcu olan insan 200 gün borcunu ödəmir. 200 gündən sonra banka gəlir əsas kredit və faiz məbləğini ödəyir. Sualim belədi: 1.Silinmə hansı ardıcıllıqla aparılmalıdır ,(penya , faiz, əsas məbləğ)2.Əsas məbləğ va faiz sıfırlandığı halda cərimə pulunun alınması üçün məhkəməyə müraciət etmək olar mı ,və bu cərimə pulunu alınması nə gədər realdır ?

Bəli müraciət etmək olar. Belə ki, Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) nəzərdə tutulur.

Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı göstərir – MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

Qeyd olunan məbləğlərin məhkəmə qaydasında alınması iddiaçı tərəfindən müvafiq əsaslandırmasından və sübutların toplamasından asılıdır.

Sualınıza görə təşəkkür edirik.

427 Leman (29-09-2010). Aile qurmaq ucun hansi sedenler lazimdir? zaksa muraciet edilen gunu zaksa slirlar? Tesekkurler

Məsələ ilə əlaqədar ayrıca blok açmağa qərarına gəldik (sual geniş sahəni əhatə etdiyi üçün). Blok burda yerləşir (NİKAHIN QEYDƏ ALINMASI ).

Sualınıza görə təşəkkür edirik.

428 Ilkin (29-09-2010). Salam men shexsiyyet vseiqesinin nomresini birde adamin Ad, familyasini yazaraq hansi saytdan yoxlaya bilerem. Onceden teshekkurler . Xais edirem mene komeklik gosteresiniz..

Belə bir sayt yoxdur. Əgər əsasınız varsa (misal üçün məhkəməyə müraciət etmək üçün və şəxsin ünvanı barədə dəqiq məlumat almaq istəyirsinizsə) DİN MAPS xidmətinə yazılı şəkildə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

429 Səbinə (29-09-2010). Salam. Mən 2000-ci ci ildə ailə qurmuşam, iki uşagım var və hazırda yoldaşımın bəzi düzəlməz xüsusuyyətlərinə görə bu nikahın pozulmasını istəyirəm. Bunun üçün hara müraciət etməyim lazımdır və əgər uşaqlar onda qalacaqsa mən aliment verməliyəm? Qeyd edim ki valideynlərimin himayəsində yaşayıram və işləmirəm. Çox xahiş edirəm suallarıma aydınlıq gətirəsiz

Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu məhkəmə tərəfindən müəyyən edilir. Adətən məhkəmələr anaların tərəfin tutur (3.0.4-cü maddəsinə uyğun olaraq – ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi). Əgər işləmirsinizsə siz özünüz üçün həm uşaqlar üçün (əgər sizə verilsə) aliment almaq hüququnuz var.

Sualınıza görə təşəkkür edirik.

430 Nizami (29-09-2010) Salam! Mən 2002-ci ildə Bağçılıq sənədi ilə 9 sot torpaq sahəsi almışam(heç bir hüquqi sənəd olmadan, yəni Bağçılıq sənədi mənə verilib, mən də bunun müqabilində digər tərəfə pul vermişəm). 8 ildir torpaq vergisi ödəyirəm, ev tikmişəm, hal-hazırda orada yaşayıram. 2005-ci ildə Bağçılıq sənədi adına olan şəxs rəhmətə gedib. Mən torpaq və burada tikdirdiyim evi sənədləşdirmək üçün nə etməliyəm? Xahiş edirəm, imkan daxilində müfəssəl cavab verəsiniz? Əvvəlcədən Sizə təşşəkkür edirəm. saö olun!

Məsələ mürəkkəbdir və həllində Məsləhətxananın 1, 6, 40 sualları sizə kömək edə bilər. Dövlət qurumları ilə mübahisə yarandıqda məhkəməyə müraciət etməkdən çəkinməyin.

Sualınıza görə təşəkkür edirik.

431 Vasif (29-09-2010). Salam. Bilmək istəyirəm ki, dialez olan xəstələrə qan vermək üçün dövlət yoluyla müalicə olurmu olursa bunun üçün növbəyə durmaq lazımdırmı, əgər növbəilədirsə bəlkə xəstənin pulu yetmir növbə çatana qədər gözləsin. Növbə məsələssini eşitdiyim üçün soruşuram. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Məhz bununla bağlı Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı mövcuddur. Həmin proqramla tanış olduqdan sonra aidiyyəti qurumlara müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

432 Eli (2010-09-30). Salam. Yaşayış yeri üzərində mülkiyyət haqqı sırf alıcının tələbi üzərinə alıcının adına qeydiyyata alınmışsa, satıcı bu qeydiyyatın ləğv edilməsini tələb edə bilərmi? Alıcı yaşayış yerinin mülkiyyət haqqının öz adına reyestrdə qeydə aldıra bilərmi? (keçirə bilərsə neceə və hansı şərtlərlə)

Bü mübahisəli məsələdir. Alıcının bununla bağlı sübutları olmalıdır. Əgər daşınmaz əmlakın müvafiq qaydada sənədləşməsi həyata keçirilməyibsə dövlət qurumu qeyd olunan əməliyyatları qeyri-qanuni hesb edə bilər. Lakın hər bir halda Alıcı ona dəymiş ziyanın bərpası məqsədilə məhkəməyə müraciət edə bilər.

Sualınıza görə təşəkkür edirik.

433 Taleh (30-09-2010). Bir daha salam . Siz menim verdiyim suali (426) düz başa düşmədiniz . Söhbət ödəməkdən boyun qaçırmaqdan getmir.Sadəcə olaraq 200 gün borcunu ödəməyən və sonradan müəyyən məbləğ ödəyən şəxsin vəsaiti bank hesabından hansı qaydada silinməlidir? Bir iki yerdə yazılır qanunvericilikdə nəzərdə tutulan halda.Ama hansı ardıcıllıqla o deyilmir. Zəhmət olmasa bu ardıcılığı izah edin.

Çalışın sualınızı dəqiq formalaşdırın. Banklarda kreditlərin verilməsi Qaydalarının 4.1.20-ci bəndinə əsasən banklarda Milli Bankın normativ xarakterli aktlarına uyğun olaraq kreditlərin təsnifləşdirilməsini və ümidsiz borcların silinməsini təmin edən daxili qaydalar müəyyən edilməlidir.

Kredit ittifaqının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında qaydalarının 3-cü bölməsində Kreditlərin balansdan silinməsi və fondların tənzimlənməsi qaydaları nəzərdə tutulub. Həmin qaydalara uyğun olaraq:

1.1 Kreditlərin balansdan silinməsi üçün onlar “ümidsiz” kreditlər hesab edilməlidir. “Ümidsiz” hesab edilən kreditlər “Xüsusi ehtiyat fondu” hesabına balansdan silinənədək onlar üçün bu ehtiyat 100% məbləğində yaradılmalıdır. Bu barədə qərarı Kİ-nın İdarə heyəti və Kredit Komissiyası birlikdə qəbul edirlər. Bu qərar haqqında Müşahidə Şurasına dərhal məlumat verilir.

1.2 Kreditlərin balansdan silinməsi onların silinmə mənbəyindən asılı olmayaraq

(xüsusi ehtiyat fondu və ya kapital ehtiyatı hesabına) Kİ-nın ümumi yığıncağının qərarı əsasında aparılır.

1.3 “Ümidsiz” kreditlərin balansdan silinməsi aşağıdakı mühasibat müxabirləşməsi ilə aparılır:

Debet: Xüsusi ehtiyat fondu

və ya: Kapital ehtiyatı

Kredit: Kredit borcu

1.4 Balansdan silinmiş kreditlərin uçotu 5 il ərzində balansdankənar hesabda aparılır. Balansdan silinmiş kredit borcu olan üzvə bu müddət ərzində kreditin məbləği və hesablanmış faizləri barədə azı altı aydan bir borcun qaytarılması ilə əlaqədar xəbərdarlıqlar göndərilir. Bu müddət ərzində kredit geri qaytarılmazsa, qaytarılmamış məbləğ balansdankənar hesabdan silinir.

1.5 “Ümidsiz” kreditlər kimi “Xüsusi ehtiyat fondu” və ya “Kapital ehtiyatı” hesabına balansdan silinmiş borclar geri qaytarılarsa, onlar silinmə mənbəyindən asılı olaraq aşağıdakı mühasibat müxabirləşməsi ilə uçota alınmalıdır:

Debet: Kassa və ya hesablaşma hesabı Kredit: Xüsusi ehtiyat fondu və ya Kapital ehtiyatı

1.6 “Xüsusi ehtiyat fondu”nun faktik məbləği kreditlərin təsnifləşdirilməsindən

asılı olaraq yaradılmalı olan ehtiyatdan çox olarsa, artıq məbləğ aşağıdakı mühasibat müxabirləşməsi ilə gəlirlər hesabına köçürülməlidir:

Debet: Xüsusi ehtiyat fondu

Kredit: Qeyri-adi gəlirlər

Sualınıza görə təşəkkür edirik.

  • 45989 reads

Cm-nin 127.2.3 maddə hökm

YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması

İXM-in maddələri

QAYDA POZUNTULARI

CƏRİMƏ MƏBLƏĞI

CƏRİMƏ BALI

327.1.

Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi

qırx manat

Nəqliyyat vasitətəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi

Sürmə təlimi keçmə qaydalarının pozulması

Yaşayış zonasında hərəkət etmə qaydalarının pozulması

Əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması

Səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsi

Nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması

327.2.

Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi

altmış manat

3 bal

3.1 “Giriş qadağandır” yol nişanının tələbinin pozulması

Sərnişin daşıma qaydasının pozulması

Əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulması

Yolayrıcını keçmə qaydalarının pozulması

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması

1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə

327.3.

Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması

səksən manat

4 bal

Müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi

327.4.

Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə

yüz manat

4 bal

1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə

327.5

Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə

327.6

Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması

327.7 Bu Məcəllənin 327.2 – 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.

327.8. Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə – iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. (5 balla qiymətləndirilə bilər –327-ci maddənin qeyd hissəsinə bax).

Qeyd:

1. Bu Məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 327.3-327.6, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir.

2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına uyğun olmayan sürücü bu Məcəllədə nəzərdə tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir və ona törətdiyi xətaya müvafiq bal təyin edilir.

3. Bu Məcəllənin 34.3-cü maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir.

4. Şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir.

5. Bu Məcəllənin 327.8, 333.1 və ya 343.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xətalar 5 balla qiymətləndirilir.

6. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 (bir) il müddətində qüvvədə olur.

7. Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.

8. Bu Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulan əməl hərəkət sürətinin həddi 110 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsi nəticəsində törədilibsə, həmin hallara bu Məcəllənin 327.8-ci maddəsinin qüvvəsi şamil edilmir.

Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma

328.1.

Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə

on manat

328.2.

Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə

əlli manat

2 bal

328.3.

Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə

yüz əlli manat

3 bal

328.4.

Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat həddindən artıq aşmağa görə

iki yüz əlli manat

4 bal

Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması

329.1.

Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə

qırx manat

329.2.

Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etmə

Motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımaq

329.3.

İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması

otuz manat

Qeyd:

Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş bu Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanın gün ərzində təkrar törədilməsinə görə şəxs bu Məcəllənin 122 və 123-cü maddələrində müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu, həmin xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması hallarını istisna etmir.

Maddə 330. Piyadaya yol verilməməsi

330.0.

Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni:

əlli manat

330.0.1

Nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya

330.0.2

Yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya

Qeyd:

Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür.

Maddə 331. Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi

331.

Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi

yüz manat

3 bal

Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi

332.1.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi

qırx manat

332.2.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi

yüz manat

332.3

Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi

iki yüz manat

332.4.

Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması

dörd yüz manat və ya bir ayadək müddətə inzibati həbs

332.5.

Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsi

on beş gündən bir ayadək müddətə inzibati həbs

332.6

Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi

bir aydan iki ayadək müddətə inzibati həbs

332.7

Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması

iki aydan üç ayadək müddətə inzibati həbs

Bu Məcəllənin 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür.

Maddə 333. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

333.1.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

dörd yüz manat

və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır

(5 balla qiymətləndirilə bilər –327-ci maddənin qeyd hissəsinə bax)

333.2.

Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi

nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir

və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur

333.3.

Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir

və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur

333.4.

Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsi

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur

333.5.

Bu Məcəllənin 333.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur

Qeyd:

1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 334. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

334.1.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

beş yüz manat

və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur

(5 balla qiymətləndirilə bilər –327-ci maddənin qeyd hissəsinə bax)

334.2.

Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi

on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur

334.3.

Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması

səkkiz yüz manat

və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur

334.4

Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsi

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur

334.5

Bu Məcəllənin 334.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi, yaxud həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması

iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur

Maddə 335. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi

335.1.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi

Fizikişəxslər-60manat Vəzifəli şəxslər – iki yüz manat
Hüquqi şəxslər – iki min manat

335.2.

Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi

Fiziki şəxslər – yüz manat Vəzifəli şəxslər – üç yüz manat Hüquqi şəxslər – üç min manat

335.3.

Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulması

Fiziki şəxslər – yüz səksən manat Vəzifəli şəxslər – beş yüz manat Hüquqi şəxslər – beş min manat

335.4.

Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsi

Fiziki şəxslər – iki yüz manat Vəzifəli şəxslər – beş yüz manat Hüquqi şəxslər – üç min manat

335.5.

Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi

on beş gündən bir ayadək müddətə inzibati həbs; Hüquqi şəxslər – beş min manat

335.6.

Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması

Fiziki şəxslər – dörd yüz manat Vəzifəli şəxslər – səkkiz yüz manat yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs olunur

Hüquqi şəxslər – altı min manat

Maddə 336. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə olan şəxsə verilməsi

336.1.

Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsi

Fiziki şəxslər – yüz manat Vəzifəli şəxslər – üç yüz manat Hüquqi şəxslər – üç min manat

336.2.

Bu Məcəllənin 336.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi

Fiziki şəxslər – iki yüz manat Vəzifəli şəxslər – dörd yüz manat Hüquqi şəxslər – dörd min manat

336.3.

Bu Məcəllənin 336.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində fiziki və ya maddi zərər vurulması

Fiziki şəxslər – üç yüz manat Vəzifəli şəxslər – altı yüz manat Hüquqi şəxslər – altı min manat

336.4.

Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsi

Fiziki şəxslər – üç yüz manat Vəzifəli şəxslər – altı yüz manat Hüquqi şəxslər – dörd min manat

336.5

Bu Məcəllənin 336.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi

Fiziki şəxslər – dörd yüz manat məbləğində; Vəzifəli şəxslər – səkkiz yüz manat məbləğində; Hüquqi şəxslər – altı min manat məbləğində

336.6

Bu Məcəllənin 336.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulması

Fiziki şəxslər – beş yüz manat Vəzifəli şəxslər – min manat Hüquqi şəxslər – səkkiz min manat

Maddə 337. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsi

337.1.

Nəqliyyat vasitəsini idarə etmə hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsi

Fiziki şəxslər – iki yüz manat Vəzifəli şəxslər – dörd yüz manat Hüquqi şəxslər – dörd min manat

337.2.

Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi

Fiziki şəxslər – üç yüz manat Vəzifəli şəxslər – altı yüz manat Hüquqi şəxslər – altı min manat

337.3.

Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulması

Fiziki şəxslər – dörd yüz manat Vəzifəli şəxslər – səkkiz yüz manat Hüquqi şəxslər – səkkiz min manat

Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması

338.1.

Piyada tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

iyirmi manat

338.1.1.

piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsi

338.1.2.

yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılması

338.1.3.

qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsi

338.2.

Bu Məcəllənin 338.2-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsi

iyirmi manat

338.2-1

Hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsi

qırx manat

338.3.

Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması, təhlükəsizlik kəmərinin bağlanılmaması, motodəbilqənin geyilməməsi, nəqliyyat vasitəsindən bayıra hər-hansı əşya atılması və ya sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırılması


otuz manat

338.4.

Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

qırx manat

338.4.1.

svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsi

338.4.2.

sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınması

338.4.3.

yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulması

338.4.4.

sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsi

338.4.5.

nasaz velosipeddən istifadə etmə

338.4.6.

piyadaların hərəkətinə maneə yaradılması

338.4.7.

keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi

338.5

At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürənlər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

qırx manat

338.5.1

mal-qaranın yolda nəzarətsiz qoyulması

338.5.2.

mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi

338.5.3.

işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsi

338.5.4.

at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsi

338.5.5.

mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsi

338.6.

Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr ,psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsi

yetmiş manat

338.7.

Bu Məcəllənin 338.4 – 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması

səksən manatdan yüz manatadək

Maddə 339. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması

339.1

Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etmə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməmə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməmə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozma

Fiziki şəxslər – əlli manat Vəzifəli şəxslər – yüz manat Hüquqi şəxslər – üç yüz manat

339.1-1

Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə

əlli manat

339.2.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsi, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, yaxud nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsi və ya onların həllindən qanunsuz olaraq imtina edilməsi, yaxud texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmaması

yüz əlli manatdan iki yüz manatadək

339.3.

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmaması, yaxud baxılarkən süründürməçiliyə yol verilməsi və ya yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxmaqdan əsassız imtina edilməsi

iki yüz manatdan iki yüz əlli manatadək

339.4.

Müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən bu Məcəllənin 150.4-cü maddəsinin tələbləri pozulmaqla cərimənin inzibati xəta törətmiş şəxsdən müvafiq ödəniş sistemlərindən istifadə etmədən bilavasitə alınması

üç yüz manatdan beş yüz manatadək

339.5.

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın bu Məcəllənin 122.1, 123.2, 124.1, 124.4 – 124.6, 125.4 və 126.3-cü maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə, yaxud bu Məcəllənin 122.1, 125.1, 125.3 və 125.6-cı maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməməsi (yerləşdirilməməsi)

beş yüz manatdan yeddi yüz manatadək

Qeyd:

Şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

Maddə 342. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması

342.1.

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, yəni:

qırx manat

342.1.1.

Nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmaq

342.1.2.

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə (ləğv edilib -17.11.2017/882-VQD)

342.1.3.

Dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması

342.1.4.

Hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək

342.1.5.

Su və ya palçığı yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması

342.1.6.

Nəqliyyat vasitəsinin təkərində və ya banında yol örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq sürtkü materiallarının, kimyəvi maddələrinin, tikinti və digər materialların axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etmək

342.1.7.

Hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmaması

342.1.8.

Küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsinin dayandırılmaması

342.1.9.

Yol nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün və ya təbii fəlakət yerlərinə getmək üçün, yaxud qanunla nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda yük daşıyan nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməməsi

342.1.10.

Beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən yaxud möhürləməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsi

(ləğv edilib -23.02.2018/1017-VQD)

342.1.11

“əlil” tanınma nişanından qanunsuz istifadə edilməsi

342.2.

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni

yüz əlli manat

342.2.1.

Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istimarı

342.2.2.

Normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi

342.2.3.

Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi

342.2.4.

Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi

342.3.

Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi

beş yüz manat

342.4.

Bu Məcəllənin 342.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi

min manat

342.5.

Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı

əlli manat

342.6.

Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi

əlli manat

342.7.

Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etmə

altmış manat

4 bal

342.8.

Bu Məcəllənin 342.1.1, 342.1.2, 342.1.4 – 342.1.6, 342.1.8, 342.2.1 – 342.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi

iki yüz manat

və ya nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır

342.9.

Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsi, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilmə

inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə,

beş yüz manatdan səkkiz yüz manatadək

Qeyd:

Bu Məcəllənin 342.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş nasazlıqlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda keçirilməli olan texniki baxış zamanı aşkarlandıqda, şəxs məsuliyyətə cəlb edilmir.

Maddə 343. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina

343.1.

Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi

dörd yüz manat

və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır

343.2.

Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan yeddi yüz manatadək

və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs

343.3.

Bu Məcəllənin 333.4 və 333.5-ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan üç ayadək müddətə inzibati həbs

343.4.

Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsi

beş yüz manat

və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs

343.5.

Bu Məcəllənin 334.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsi

on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur

343.6

Bu Məcəllənin 334.3-cü maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsi

səkkiz yüz manat

və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs

343.7

Bu Məcəllənin 334.4 və 334.5-ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsi

iki aydan üç ayadək müddətə inzibati həbs

Maddə 344. Tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə – otuz manat məbləğində cərimə edilir.

Maddə 345. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması

345.1.

Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və saxlanılması qaydalarının pozulması

Vəzifəli şəxslər altmış manat

Hüquqi şəxslər yüz əlli manat

345.2.

Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimyyəti orqanının icazəsi olmadan təmirə qəbulu

iki yüz əlli manat

Maddə 346. Dayanma və durma qaydalarının pozulması

346.1.

Dayanma və ya durma qaydalarını pozma

iyirmi manat

346.2.

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması

qırx manat

346.3.

Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırma

yüz manat

4 bal

Maddə 346-1. Parklanma qaydalarının pozulması

3461.1.

Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsi

on manat

346-1.2.

Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanması

on manat

346-1.3.

Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanması

on manat

346-1.4

Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılması

on manat

346-1.5

Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılması

iyirmi manat

Maddə 347. Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi

Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə –

vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir

Maddə 348. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması

Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə –

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Maddə 349. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi

Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə-

vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Maddə 350. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

350.1.

Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsi

Fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək

Vəzifəli şəxslər – min manatdan min beş yüz manatadək

Hüquqi şəxslər – on min manatdan on iki min manatadək

350.2.

Müvafiq icazə olmadan və yol hərəkətini nizamlayan texniki vasitələrin svetoforların və yol nişanlarının quraşdırılması

Fiziki şəxslər – otuz manatdan əlli manatadək

Vəzifəli şəxslər – yüz əlli manatdan iki yüz manatadək

Hüquqi şəxslər – min beş yüz manatdan iki min manatadək

Maddə 351. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə-

vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 352. Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

352.0.

Avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni

Fiziki şəxslər – otuz manatdan əlli manatadək

Vəzifəli şəxslər – yüz əlli manatdan iki yüz manatadək

Hüquqi şəxslər – min bez yüz manatdan iki min manatadək

352.0.1.

Örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını korlayan konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkəti, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkəti

352.0.2.

Yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və ya qar yığınlarının yaradılması

352.0.3.

Yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılması, habelə daş, çınqıl, qum və ot tökülməsi, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması

352.0.4.

Avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi

352.0.5.

Xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıldılması

352.0.6.

avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar malqaranın keçirilməsi

352.0.7.

Üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsi

352.0.8.

Avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olunmaqla, torpağın şumlanması, çimin çıxarılması və qruntun götürülməsi, oradakı otların biçilməsi

352.0.9.

Kütləvi istirahət yerlərinin təşkil edilməsi

352.0.10.

Suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılması, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsi

352.0.11.

Sərnişin daşımalarının marşrutlarının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması

352.0.12.

Iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etmə

Maddə 353. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması

353.1.

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi

Fiziki şəxslər iki yüz manatdan min beş yüz manatadək

353.2.

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi

Fiziki şəxslər – altı yüz manat

353.3.

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsi

Vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək

Hüquqi şəxslər – dörd min manatdan beş min manatadək

353.4.

Bu Məcəllənin 353.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi

Fiziki şəxslər – dörd yüz manat

353.5.

Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi

Nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə

353.6.

Bu Məcəllənin 353.3-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi

Vəzifəli şəxslər – iki min manatdan iki min beş yüz manatadək

Hüquqi şəxslər – altı min manatdan səkkiz min manatadək

Maddə 354. Avtomobil yollarında hərəkət təhlükəsizliyi qaydalarının pozulması

354.0.

Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni:

Fiziki şəxslər – səksən manatdan yüz manatadək

Vəzifəli şəxslər – dörd yüz manatdan beş yüz manatadək

Hüquqi şəxslər – üç min manatdan dörd min manatadək

354.0.1.

Yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılması (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılması və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsi və ya boşaldılması

354.0.2.

Geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsi

354.0.3.

Daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılması

354.0.4.

Yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılması

354.0.5.

Avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulması, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsi, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsi

354.0.6

Dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsi

354.0.7.

Bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsi

354.0.8.

təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis Obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarət aparılmasına, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi, yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi

354.0.9.

Yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsi

354.0.10.

Tırtıllı, uzunölçülü, iriqabaritli, ağırçəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsi, avtomobil yoluna və ya yolda yerləşdirilən qurğulara müdaxilə edilməsi

Maddə 355. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi

Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə-

fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 356. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması

356.1.

Xüsusi kompletləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etmə

on manat

356.2.

Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələrini təqdim etməmə

qırx manat

Maddə 469. İcbari sığorta müqaviləsinin bağlanmaması

469.3.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması

Fiziki şəxslər – əlli manat

Vəzifəli şəxslər – yüz manat

Hüquqi şəxslər – üç yüz manat

Qeyd:

1. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

2. Bu Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır

Maddə 511. Avtoxuliqanlıq

511.1.

Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər

nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək

və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs

511.2.

Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək

və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs

511.3.

Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsi

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək

və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs

Maddə 529. İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi

529.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə –

nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır

Qeyd:

Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi

96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;

96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;

96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;

96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;

96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda ;

96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.

96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır.

96.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir.

96.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir:

96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;

96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları;

96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar;

96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.

96.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir.

96.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur.

Maddə 97. Nəqliyyat vasitələrinin saxlanılması

97.1. Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) orqanının mühafizə olunan duracağında saxlanılır.

97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

97.2-1. Bu Məcəllənin 353-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi halda nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqq ödənildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

97.3. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mühafizə olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart və ya internet vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

97.4. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır.

97.5. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir.

Maddə 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi

Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.

Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

  • Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
  • Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
  • vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
  • xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
  • ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
  • ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi — referendum yolu ilə bu Konstitusiya qəbul edilir.

Mündəricat

  • 1 I BÖLMƏ – Ümumi müddəalar
    • 1.1 1-ci fəsil. Xalq hakimiyyəti
      • 1.1.1 Maddə 1. Hakimiyyətin mənbəyi
      • 1.1.2 Maddə 2. Xalqın suverenliyi
      • 1.1.3 Maddə 3. Ümumxalq səsverməsi — referendum yolu ilə həll edilən məsələlər
      • 1.1.4 Maddə 4. Xalqı təmsil etmək hüququ
      • 1.1.5 Maddə 5. Xalqın vahidliyi
      • 1.1.6 Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi.
      • 1.2.1 Maddə 7. Azərbaycan dövləti
      • 1.2.2 Maddə 8. Azərbaycan dövlətinin başçısı
      • 1.2.3 Maddə 9. Silahlı Qüvvələr
      • 1.2.4 Maddə 10. Beynəlxalq münasibətlərin prinsipləri
      • 1.2.5 Maddə 11. Ərazi
      • 1.2.6 Maddə 12. Dövlətin ali məqsədi
      • 1.2.7 Maddə 13. Mülkiyyət
      • 1.2.8 Maddə 14. Təbii ehtiyatlar
      • 1.2.9 Maddə 15. İqtisadi inkişaf və dövlət
      • 1.2.10 Maddə 16. Sosial inkişaf və dövlət
      • 1.2.11 Maddə 17. Ailə və dövlət
      • 1.2.12 Maddə 18. Din və dövlət
      • 1.2.13 Maddə 19. Pul vahidi
      • 1.2.14 Maddə 20. Dövlətin borclarına qoyulan məhdudiyyətlər
      • 1.2.15 Maddə 21. Dövlət dili
      • 1.2.16 Maddə 22. Paytaxt
      • 1.2.17 Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
      • 1.3.1 Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi
      • 1.3.2 Maddə 25. Bərabərlik hüququ
      • 1.3.3 Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi
      • 1.3.4 Maddə 27. Yaşamaq hüququ
      • 1.3.5 Maddə 28. Azadlıq hüququ
      • 1.3.6 Maddə 29. Mülkiyyət huququ
      • 1.3.7 Maddə 30. Əqli mülkiyyət hüququ
      • 1.3.8 Maddə 31. Təhlükəsiz yaşamaq hüququ
      • 1.3.9 Maddə 32. Şəxsi toxunulmazlıq hüququ
      • 1.3.10 Maddə 33. Mənzil toxunulmazlığı hüququ
      • 1.3.11 Maddə 34. Nikah hüququ
      • 1.3.12 Maddə 35. Əmək hüququ
      • 1.3.13 Maddə 36. Tətil hüququ
      • 1.3.14 Maddə 37. İstirahət hüququ
      • 1.3.15 Maddə 38. Sosial təminat hüququ
      • 1.3.16 Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ
      • 1.3.17 Maddə 40. Mədəniyyət hüququ
      • 1.3.18 Maddə 41. Sağlamlığın qorunması hüququ
      • 1.3.19 Maddə 42. Təhsil hüququ
      • 1.3.20 Maddə 43. Mənzil hüququ
      • 1.3.21 Maddə 44. Milli mənsubiyyət hüququ
      • 1.3.22 Maddə 45. Ana dilindən istifadə hüququ
      • 1.3.23 Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ
      • 1.3.24 Maddə 47. Fikir və söz azadlığı
      • 1.3.25 Maddə 48. Vicdan azadlığı
      • 1.3.26 Maddə 49. Sərbəst toplaşmaq azadlığı
      • 1.3.27 Maddə 50. Məlumat azadlığı
      • 1.3.28 Maddə 51. Yaradıcılıq azadlığı
      • 1.3.29 Maddə 52. Vətəndaşlıq hüququ
      • 1.3.30 Maddə 53. Vətəndaşlıq hüququnun təminatı
      • 1.3.31 Maddə 54. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ
      • 1.3.32 Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ
      • 1.3.33 Maddə 56. Seçki hüququ
      • 1.3.34 Maddə 57. Müraciət etmək hüququ
      • 1.3.35 Maddə 58. Birləşmək hüququ
      • 1.3.36 Maddə 59. Azad sahibkarlıq hüququ
      • 1.3.37 Maddə 60. Hüquq və azadlıqların məhkəmə təminatı
      • 1.3.38 Maddə 61. Hüquqi yardım almaq hüququ
      • 1.3.39 Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi
      • 1.3.40 Maddə 63. Təqsirsizlik prezumpsiyası
      • 1.3.41 Maddə 64. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi
      • 1.3.42 Maddə 65. Məhkəməyə təkrar müraciət hüququ
      • 1.3.43 Maddə 66. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi
      • 1.3.44 Maddə 67. Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları
      • 1.3.45 Maddə 68. Zərərin ödənilməsini tələb etmək hüququ
      • 1.3.46 Maddə 69. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları
      • 1.3.47 Maddə 70. Siyasi sığınacaq hüququ
      • 1.3.48 Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı
      • 1.4.1 Maddə 72. Vətəndaşların vəzifələrinin əsası
      • 1.4.2 Maddə 73. Vergilər və başqa dövlət ödənişləri
      • 1.4.3 Maddə 74. Vətənə sədaqət
      • 1.4.4 Maddə 75. Dövlət rəmzlərinə hörmət
      • 1.4.5 Maddə 76. Vətəni müdafiə
      • 1.4.6 Maddə 77. Tarix və mədəniyyət abidələrinin qorunması
      • 1.4.7 Maddə 78. Ətraf mühitin qorunması
      • 1.4.8 Maddə 79. Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi
      • 1.4.9 Maddə 80. Məsuliyyət
      • 1.5.1 Maddə 142. Yerlərdə özünüidarənin təşkili
      • 1.5.2 Maddə 143. Bələdiyyələrin işinin təşkili
      • 1.5.3 Maddə 144. Bələdiyyələrin səlahiyyətləri
      • 1.5.4 Maddə 145. Bələdiyyələrin qərarları
      • 1.5.5 Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təminatı
      • 2.1 X fəsil QANUNVERİCİLİK SİSTEMİ
        • 2.1.1 Maddə 147. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi
        • 2.1.2 Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar
        • 2.1.3 Maddə 149. Normativ hüquqi aktlar
        • 2.1.4 Maddə 150. Bələdiyyə aktları
        • 2.1.5 Maddə 151. Beynəlxalq aktların hüquqi qüvvəsi
        • 2.2.1 Maddə 152. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi qaydası
        • 2.2.2 Maddə 153. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi qaydası
        • 2.2.3 Maddə 154. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması
        • 2.2.4 Maddə 155. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması
        • 2.3.1 Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası
        • 2.3.2 Maddə 157. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü
        • 2.3.3 Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması
        • 2.4.1 Maddə 81. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi
        • 2.4.2 Maddə 82. Azərbaycan Respublikası Milli Məclisinin say tərkibi
        • 2.4.3 Maddə 83. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkilərinin əsasları
        • 2.4.4 Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti
        • 2.4.5 Maddə 85. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər
        • 2.4.6 Maddə 86. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi
        • 2.4.7 Maddə 87. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətinin bitməsi
        • 2.4.8 Maddə 88. Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları
        • 2.4.9 Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi
        • 2.4.10 Maddə 90. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı
        • 2.4.11 Maddə 91. Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar
        • 2.4.12 Maddə 92. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili
        • 2.4.13 Maddə 93. Azərbaycan Respublikası Milli Məclisinin aktları
        • 2.4.14 Maddə 94. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar
        • 2.4.15 Maddə 95. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər
        • 2.4.16 Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ
        • 2.4.17 Maddə 97. Qanunların imzalanmaq üçün təqdim olunması müddəti
        • 2.4.18 Maddə 98. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi
        • 2.5.1 Maddə 99. İcra hakimiyyətinin mənsubiyyət
        • 2.5.2 Maddə 100. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər
        • 2.5.3 Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları
        • 2.5.4 Maddə 102. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları
        • 2.5.5 Maddə 103. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı
        • 2.5.6 Maddə 104. Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi
        • 2.5.7 Maddə 105. Azərbaycan Respublikasının Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası
        • 2.5.8 Maddə 106. Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı
        • 2.5.9 Maddə 107. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması
        • 2.5.10 Maddə 108. Azərbaycan Respublikası Prezidentinin təminatı
        • 2.5.11 Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri
        • 2.5.12 Maddə 110. Qanunların imzalanması
        • 2.5.13 Maddə 111. Hərbi vəziyyət elan edilməsi
        • 2.5.14 Maddə 112. Fövqəladə vəziyyət tətbiq edilməsi
        • 2.5.15 Maddə 113. Azərbaycan Respublikası Prezidentinin aktları
        • 2.5.16 Maddə 114. Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu
        • 2.5.17 Maddə 115. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi
        • 2.5.18 Maddə 116. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası
        • 2.5.19 Maddə 117. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları
        • 2.5.20 Maddə 118. Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası
        • 2.5.21 Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri
        • 2.5.22 Maddə 120. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları
        • 2.5.23 Maddə 121. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər
        • 2.5.24 Maddə 122. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər
        • 2.5.25 Maddə 123. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı
        • 2.5.26 Maddə 124. Yerlərdə icra hakimiyyəti
        • 2.6.1 Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
        • 2.6.2 Maddə 126. Hakimliyə namizədlərə aid tələblər
        • 2.6.3 Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
        • 2.6.4 Maddə 128. Hakimlərin toxunulmazlığı
        • 2.6.5 Maddə 129. Məhkəmə qərarları və onların icrası
        • 2.6.6 Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
        • 2.6.7 Maddə 131. Azərbaycan Respublikasının Ali Məhkəməsi
        • 2.6.8 Maddə 132. Azərbaycan Respublikasının İqtisad Məhkəməsi
        • 2.6.9 Maddə 133. Azərbaycan Respublikasının Prokurorluğu
        • 2.6.10 Maddə 134. Naxçıvan Muxtar Respublikasının statusu
        • 2.6.11 Maddə 135. Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi
        • 2.6.12 Maddə 136. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi
        • 2.6.13 Maddə 137. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
        • 2.6.14 Maddə 138. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar
        • 2.6.15 Maddə 139. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər
        • 2.6.16 Maddə 140. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
        • 2.6.17 Maddə 141. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti

        I BÖLMƏ – Ümumi müddəalar

        1-ci fəsil. Xalq hakimiyyəti

        Maddə 1. Hakimiyyətin mənbəyi

        I. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan,

        Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.

        Maddə 2. Xalqın suverenliyi

        I. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi — referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

        Maddə 3. Ümumxalq səsverməsi — referendum yolu ilə həll edilən məsələlər

        I. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. II. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər: 1. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi; 2. Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.

        Maddə 4. Xalqı təmsil etmək hüququ

        Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.

        Maddə 5. Xalqın vahidliyi

        I. Azərbaycan xalqı vahiddir. II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.

        Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi.

        I. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

        2-ci fəsil. Dövlətin əsasları

        Maddə 7. Azərbaycan dövləti

        I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

        • qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
        • icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
        • məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

        qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

        Maddə 8. Azərbaycan dövlətinin başçısı

        I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır. IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.

        Maddə 9. Silahlı Qüvvələr

        I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. II. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.

        Maddə 10. Beynəlxalq münasibətlərin prinsipləri

        Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.

        Maddə 11. Ərazi

        I. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. II. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. III. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

        Maddə 12. Dövlətin ali məqsədi

        I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan

        Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

        Maddə 13. Mülkiyyət

        I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

        Maddə 14. Təbii ehtiyatlar

        Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.

        Maddə 15. İqtisadi inkişaf və dövlət

        I. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. II. Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

        Maddə 16. Sosial inkişaf və dövlət

        I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.

        Maddə 17. Ailə və dövlət

        I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

        Maddə 18. Din və dövlət

        I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun

        II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

        Maddə 19. Pul vahidi

        I. Azərbaycan Respublikasının pul vahidi manatdır. II. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Milli Banka mənsubdur. Azərbaycan Respublikasının Milli Bankı dövlətin müstəsna mülkiyyətindədir. III. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

        Maddə 20. Dövlətin borclarına qoyulan məhdudiyyətlər

        Azərbaycan dövlətinə qarşı qiyama və ya dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz.

        Maddə 21. Dövlət dili

        I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

        Maddə 22. Paytaxt

        Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.

        Maddə 23. Azərbaycan dövlətinin rəmzləri

        I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir. II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir.

        Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

        III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni Konstitusiya Qanunu ilə müəyyən edilir.

        İkinci bölmə – Əsas hüquqlar, azadlıqlar və vəzifələr

        3-cü fəsil. Əsas insan və vətəndaş hüquqları və azadlıqları

        Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi

        I. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları

        II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

        Maddə 25. Bərabərlik hüququ

        I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak

        vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

        Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi

        I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və

        azadlıqlarını müdafiə etmək hüququ vardır.

        II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

        Maddə 27. Yaşamaq hüququ

        I. hər kəsin yaşamaq hüququ vardır. II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni

        qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digir hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.

        III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan

        həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.

        IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir.

        Maddə 28. Azadlıq hüququ

        I. Hər kəsin azadlıq hüququ vardır.

        II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. IV. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.

        Maddə 29. Mülkiyyət huququ

        I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə

        V. Dövlət vərəsəlik hüququna təminat verir.

        Maddə 30. Əqli mülkiyyət hüququ

        I. Hər kəsin əqli mülkiyyət hüququ vardır. II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.

        Maddə 31. Təhlükəsiz yaşamaq hüququ

        I. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. II. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi

        sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.

        Maddə 32. Şəxsi toxunulmazlıq hüququ

        I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi həyata müdaxilə etmək qadağandır. III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

        Maddə 33. Mənzil toxunulmazlığı hüququ

        I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə

        yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

        Maddə 34. Nikah hüququ

        I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə

        edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.

        IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına

        çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.

        Maddə 35. Əmək hüququ

        I. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III. Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə

        cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.

        VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. VII. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

        Maddə 36. Tətil hüququ

        I. Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır. II. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər. III. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.

        Maddə 37. İstirahət hüququ

        I. Hər kəsin istirahət hüququ vardır. II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

        Maddə 38. Sosial təminat hüququ

        I. Hər kəsin sosial təminat hüququ vardır. II. Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. IV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın

        başqa növlərinin inkişafı üçün imkanlar yaradır.

        Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ

        I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloci hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

        Maddə 40. Mədəniyyət hüququ

        I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni

        sərvətlərdən istifadə etmək hüququ vardır.

        II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix

        və mədəniyyət abidələrini qorumalıdır.

        Maddə 41. Sağlamlığın qorunması hüququ

        I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

        Maddə 42. Təhsil hüququ

        I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə

        dövlət zəmanət verir.

        V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

        Maddə 43. Mənzil hüququ

        I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil

        hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

        Maddə 44. Milli mənsubiyyət hüququ

        I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.

        Maddə 45. Ana dilindən istifadə hüququ

        I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə

        və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.

        II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

        Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ

        I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin

        alçaldılmasına əsas verə bilməz.

        III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və

        ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.

        Maddə 47. Fikir və söz azadlığı

        I. Hər kəsin fikir və söz azadlığı vardır. II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur

        III. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol

        Maddə 48. Vicdan azadlığı

        I. Hər kəsin vicdan azadlığı vardır. II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya

        başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

        III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa

        zidd deyildirsə, sərbəstdir.

        IV. Dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

        Maddə 49. Sərbəst toplaşmaq azadlığı

        I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar

        etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

        Maddə 50. Məlumat azadlığı

        I. Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və

        yaymaq azadlığı vardır.

        II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində,

        o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

        Maddə 51. Yaradıcılıq azadlığı

        I. Hər kəsin yaradıcılıq azadlığı vardır. II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata

        keçirilməsinə təminat verir.

        Maddə 52. Vətəndaşlıq hüququ

        Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

        Maddə 53. Vətəndaşlıq hüququnun təminatı

        I. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası

        vətəndaşlığından məhrum edilə bilməz.

        II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula

        və ya xarici dövlətə verilə bilməz.

        III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan

        Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.

        Maddə 54. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ

        I. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında

        maneəsiz iştirak etmək hüququ vardır.

        II. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan

        Respublikasının hər bir vətəndaşının hüququdur.

        Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ

        I. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək

        hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələr vasitəsilə həyata keçirə bilərlər.

        II. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına

        malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.

        Maddə 56. Seçki hüququ

        I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə

        referendumda iştirak etmək hüququ vardır.

        II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə,

        habelə referendumda iştirak etmək hüququ yoxdur.

        III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin

        hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

        Maddə 57. Müraciət etmək hüququ

        I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək,

        habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

        II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli

        şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.

        Maddə 58. Birləşmək hüququ

        I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər

        ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

        III. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə

        IV. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət

        hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

        Maddə 59. Azad sahibkarlıq hüququ

        Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

        Maddə 60. Hüquq və azadlıqların məhkəmə təminatı

        I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər

        ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

        Maddə 61. Hüquqi yardım almaq hüququ

        I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı,

        cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

        Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi

        Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

        Maddə 63. Təqsirsizlik prezumpsiyası

        I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində

        təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

        II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə

        IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan

        istifadə oluna bilməz.

        V. Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz.

        Maddə 64. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi

        Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.

        Maddə 65. Məhkəməyə təkrar müraciət hüququ

        Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.

        Maddə 66. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi

        Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir.

        Maddə 67. Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları

        Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində ittiham etdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.

        Maddə 68. Zərərin ödənilməsini tələb etmək hüququ

        I. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları

        qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

        II. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd

        hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

        Maddə 69. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları

        I. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla

        və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.

        II. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və

        vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.

        Maddə 70. Siyasi sığınacaq hüququ

        I. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan

        Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.

        II. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə

        təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.

        Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı

        I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək

        və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

        II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs

        III. Yalnız müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan

        Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

        IV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz

        və bunlara görə təqsirləndirilə bilməz.

        V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının

        ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.

        VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa

        VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri

        məhkəmələr həll edir.

        VIII. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.

        Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.

        4-cü fəsil. Vətəndaşların əsas vəzifələri

        Maddə 72. Vətəndaşların vəzifələrinin əsası

        I. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə

        irəli gələn vəzifələr daşıyır.

        II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli,

        başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

        III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

        Maddə 73. Vergilər və başqa dövlət ödənişləri

        I. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında

        ödəmək hər kəsin borcudur.

        II. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə

        vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.

        Maddə 74. Vətənə sədaqət

        I. Vətənə sədaqət müqəddəsdir II. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə

        hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.

        III. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə

        hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə,o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz.

        Maddə 75. Dövlət rəmzlərinə hörmət

        Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə — bayrağına, gerbinə və himninə hörmət etməlidir.

        Maddə 76. Vətəni müdafiə

        I. Vətəni müdafiə hər bir vətəndaşın borcudur.

        Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

        II. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş

        hallarda həqiqi hərbi xidmətin alternativ hərbi xidmətlə əvəz olunmasına yol verilir.

        Maddə 77. Tarix və mədəniyyət abidələrinin qorunması

        Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur.

        Maddə 78. Ətraf mühitin qorunması

        Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.

        Maddə 79. Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi

        Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz.

        Maddə 80. Məsuliyyət

        Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

        Dördüncü bölmə – Yerli özünüidarəetmə

        IX fəsil BƏLƏDİYYƏLƏR

        Maddə 142. Yerlərdə özünüidarənin təşkili

        I. Yerli özünüidarəni bələdiyyələr həyata keçirir.

        II. Bələdiyyələr seçkilər əsasında yaradılır.

        III. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə ilərin qaydaları isə qanunla müəyyən edilir.

        Maddə 143. Bələdiyyələrin işinin təşkili

        I. Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir.

        II. Bələdiyyənin iclaslarını bələdiyyənin sədri çağırır.

        Maddə 144. Bələdiyyələrin səlahiyyətləri

        I. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir:

        1 bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
        2 bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
        3 bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
        4 yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
        5 yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
        6 bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
        7 yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
        8 yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
        9 yerli ekoloji proqramların qəbul və icra edilməsi.

        II. Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.

        Maddə 145. Bələdiyyələrin qərarları

        I. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir.

        II. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

        III. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

        Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təminatı

        Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir.

        V BÖLMƏ – Hüquq və qanun

        X fəsil QANUNVERİCİLİK SİSTEMİ

        Maddə 147. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi

        I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

        Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar

        I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:

        1 Konstitusiya;
        2 referendumla qəbul edilmiş aktlar;
        3 qanunlar;
        4 fərmanlar;
        5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
        6 mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

        II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

        III. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir.

        IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır.

        V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.

        Maddə 149. Normativ hüquqi aktlar

        I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.

        II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

        III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

        IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

        V. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

        VI. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

        VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

        Maddə 150. Bələdiyyə aktları

        I. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır.

        II. Bələdiyyənin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.

        Maddə 151. Beynəlxalq aktların hüquqi qüvvəsi

        Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

        XI fəsil AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINDA DƏYİŞİKLİKLƏR

        Maddə 152. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi qaydası

        Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər.

        Maddə 153. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi qaydası

        Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.

        Maddə 154. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması

        Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz.

        Maddə 155. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması

        Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

        XII fəsil AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA ƏLAVƏLƏR

        Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası

        I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.

        II. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir.

        III. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.

        IV. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir.

        V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

        Maddə 157. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü

        Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı təklif edə bilərlər.

        Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması

        Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz.

        Üçüncü bölmə – Dövlət hakimiyyəti

        5-ci fəsil. Qanunvericilik hakimiyyəti

        Maddə 81. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi

        Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.

        Maddə 82. Azərbaycan Respublikası Milli Məclisinin say tərkibi

        Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.

        Maddə 83. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkilərinin əsasları

        Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi əsasında ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.

        Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti

        I. Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildir. II. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir

        noyabr ayının birinci bazar günü keçirilir.

        III. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan

        Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

        IV. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni

        seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.

        Maddə 85. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər

        I. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən

        edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

        II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə

        hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoci və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

        Maddə 86. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi

        Seçkilərin nəticələrinin düzgünlüyünü Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

        Maddə 87. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətinin bitməsi

        I. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan

        Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.

        II. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər

        Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.

        III. Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq

        Maddə 88. Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları

        I. Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti sessiyaya yığılır.

        Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-I. və sentyabrın 30-u istirahət günlərinə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

        Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra fevralın 1-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir.

        II. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan

        Respublikası Milli Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır.

        III. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini

        müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.

        Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi

        I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatdan məhrum

        1. seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda; 2. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını

        3. cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda; 4. dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və

        başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoci və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

        5. özü imtina etdikdə;

        Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.

        II. Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra

        edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.

        Maddə 90. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı

        I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının

        şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

        II. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız

        Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.

        Maddə 91. Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar

        Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, sesverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

        Maddə 92. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili

        Azərbaycan Respublikası Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, daimi və başqa komissiyalar təşkil edir, hesablama palatası yaradır.

        Maddə 93. Azərbaycan Respublikası Milli Məclisinin aktları

        I. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə

        Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir.

        II. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və

        qərarlar, bu Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir.

        III. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata

        IV. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti

        və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.

        Maddə 94. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar

        I. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar

        1. bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından

        istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı;

        2. Azərbaycan Respublikası Prezidentinin seçkiləri; 3. Azərbaycan Respublikası Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli

        Məclisinin deputatlarının statusu;

        4. referendum; 5. məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat; 6. məhkəmə icraatı, məhkəmə qərarlarının icrası; 7. bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu; 8. fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi; 9. dövlət təltifləri; 10. fiziki və hüquqi şəxslərin statusu; 11. mülki hüquq obyektləri; 12. əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik; 13. mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi recimi,

        əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;

        14. ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq; 15. maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər; gömrük işi; 16. əmək münasibətləri və sosial təminat; 17. cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə

        görə məsuliyyətin təyin edilməsi;

        18. müdafiə və hərbi qulluq; 19. dövlət qulluğu; 20. təhlükəsizliyin əsasları; 21. ərazi quruluşu; dövlət sərhədi recimi; 22. beynəlxalq müqavilələrin təsdiqi və ləğvi; 23. rabitə və nəqliyyat işi; 24. statistika, metrologiya və standartlar; 25. gömrük işi; 26. ticarət işi və birca fəaliyyəti; 27. bank işi, mühasibat, sığorta. II. Bu maddənin 2, 3, 4-cü bəndlərində göstərilən məsələlərə dair qanunlar 83 səs çoxluğu

        ilə, qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir.

        III. Bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.

        Maddə 95. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər

        I. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aşağıdakı məsələlərin həlli

        1. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili; 2. Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik

        nümayəndəliklərinin təsis edilməsi;

        3. inzibati ərazi bölgüsü; 4. dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi; 5. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası

        dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət;

        6. amnistiya; 7. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının

        hərbi doktrinasının təsdiqi;

        8. bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin

        9. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının

        Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi;

        10. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının

        Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası İqtisad Məhkəməsi hakimlərinin təyin edilməsi;

        11. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş

        prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

        12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan

        Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması;

        13. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən

        14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi; 15. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Milli

        Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

        16. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası

        Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi;

        17. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və

        sülh bağlanmasına icazə verilməsi;

        18. referendum təyin edilməsi;

        1::9. Auditor palatasının yaradılması.

        II. Bu maddənin 1-5-ci bəndlərində göstərilən məsələlərə dair 63 səs çoxluğu ilə qanunlar,

        qalan məsələlərə dair isə bu Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni qaydada qərarlar qəbul edilir.

        III. Bu Konstitusiyada Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətlərinə aid

        edilən digər məsələlərə dair də qərarlar qəbul edilir.

        IV. Bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.

        Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ

        I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun

        layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

        II. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və

        Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

        III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan

        istifadə edən orqanın razılığı ilə edilə bilər.

        IV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan

        Respublikası Ali Məhkəməsinin və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur.

        V. Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan

        Respublikasının Ali Məhkəməsi və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

        Maddə 97. Qanunların imzalanmaq üçün təqdim olunması müddəti

        I. Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir. II. Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq

        üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir.

        Maddə 98. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi

        Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.

        6-cı fəsil. İcra hakimiyyəti

        Maddə 99. İcra hakimiyyətinin mənsubiyyət

        Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur.

        Maddə 100. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər

        Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

        Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

        I. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. II. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin üçdə iki səs

        çoxluğu ilə seçilir.

        III. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə

        ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir. Səsvermənin ikinci dövrəsində sadə səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

        IV. Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz. V. Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.

        Maddə 102. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları

        Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 7 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir.

        Maddə 103. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı

        I. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində

        Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

        II. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına

        Maddə 104. Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi

        I. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz

        səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda vaxtından əvvəl vəzifədən getmiş sayılır.

        II. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan

        Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikasının Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.

        III. Azərbaycan Respublikasının Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək

        qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə Azərbaycan Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu barədə qərarı hakimlərin 6 səs çoxluğu ilə qəbul edir. Əgər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ bununla bitmiş sayılır.

        Maddə 105. Azərbaycan Respublikasının Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası

        I. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində

        növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisinin sədri icra edir.

        II. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən

        Azərbaycan Respublikasının Milli Məclisinin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.

        III. Bu maddənin ikinci hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün

        olmadıqda Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.

        Maddə 106. Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı

        Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.

        Maddə 107. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması

        I. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan

        Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.

        II. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul

        olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.

        III. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə

        müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.

        Maddə 108. Azərbaycan Respublikası Prezidentinin təminatı

        Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.

        Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri

        Azərbaycan Respublikasının Prezidenti:

        1. Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir; 2. Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin

        təsdiqinə təqdim edir;

        3. dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir; 4. Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş

        nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;

        5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən

        azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;

        6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir; 7. Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş

        xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;

        8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikasının

        Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;

        9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikasının İqtisad Məhkəməsi hakimlərinin vəzifəyə təyin edilməsi haqqında

        Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir;

        10. Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və

        vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

        11. Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin

        12. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və

        vəzifədən azad edir;

        13. Azərbaycan Respublikası Prezidentinin icra aparatını təşkil edir və onun rəhbərini

        14. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndələrini vəzifəyə təyin və

        vəzifədən azad edir;

        15. Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik

        nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır;

        16. xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir; 17. hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır; 18. referendum təyin edir; 19. qanunları imzalayır və dərc edir; 20. vətəndaşlıq məsələlərini həll edir; 21. siyasi sığınacaq verilməsi məsələlərini həll edir; 22. əfv edir; 23. dövlət təltifləri ilə təltif edir; 24. ali hərbi və ali xüsusi rütbələr verir; 25. ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir; 26. Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli

        hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;

        27. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır; 28. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan

        vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

        29. fövqəladə və hərbi vəziyyət elan edir; 30. Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh

        31. Azərbaycan Respublikası dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər

        çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;

        32. Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının

        səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.

        Maddə 110. Qanunların imzalanması

        I. Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq

        56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.

        II. Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa,

        qüvvəyə minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.

        Maddə 111. Hərbi vəziyyət elan edilməsi

        Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

        Maddə 112. Fövqəladə vəziyyət tətbiq edilməsi

        Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

        Maddə 113. Azərbaycan Respublikası Prezidentinin aktları

        I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa

        məsələlər barəsində isə sərəncamlar qəbul edir.

        II. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.

        Maddə 114. Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu

        I. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. II. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin

        yuxarı icra orqanıdır.

        III. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir. IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının

        Maddə 115. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi

        Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

        Maddə 116. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası

        Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

        Maddə 117. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları

        Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan Respublikasının Baş naziri sədrlik edir.

        Maddə 118. Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası

        I. Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin

        razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

        II. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay

        və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.

        III. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri

        vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

        Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri

        Azərbaycan Respublikasının Nazirlər Kabineti:

        • Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan

        Respublikasının Prezidentinə təqdim edir;

        • Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
        • maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
        • dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
        • dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
        • nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların

        aktlarını ləğv edir;

        • Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər

        məsələləri həll edir.

        Maddə 120. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları

        I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar,

        başqa məsələlər üzrə sərəncamlar qəbul edir.

        II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda

        nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.

        Maddə 121. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər

        I. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçkilərdə

        iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

        II. Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti

        orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

        Maddə 122. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər

        Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoci və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoci və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

        Maddə 123. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı

        I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır. II. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanma hallarından başqa

        tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

        III. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa tutula bilər. Belə

        olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

        IV. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası

        Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.

        Maddə 124. Yerlərdə icra hakimiyyəti

        I. Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. II. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və

        vəzifədən azad edir.

        III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti

        7-ci fəsil. Məhkəmə hakimiyyəti

        Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

        I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan

        Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının İqtisad Məhkəməsi, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

        III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və

        qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir.

        IV. Konstitusiya icraatı istisna olmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində

        Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

        V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi

        üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.

        Maddə 126. Hakimliyə namizədlərə aid tələblər

        I. Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq

        təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

        II. Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoci və

        yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoci və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

        Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

        I. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. II. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və

        qanuna müvafiq baxırlar.

        III. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla

        məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.

        IV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında

        V. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır.

        İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edir.

        VI. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir. VII. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. VIII. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. IX. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. X. Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin

        iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.

        Maddə 128. Hakimlərin toxunulmazlığı

        I. Hakimlər toxunulmazdırlar. II. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər. III. Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara

        müvafiq surətdə xitam verilə bilər.

        IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə

        Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir.

        V. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali

        Məhkəməsi və Azərbaycan Respublikası İqtisad Məhkəməsi hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir.

        Maddə 129. Məhkəmə qərarları və onların icrası

        Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

        Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

        I. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. II. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası

        Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

        III. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası

        Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:

        1. Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan

        Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;

        2. Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər

        Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu;

        3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti

        orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu;

        4. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu; 5. bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası

        qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;

        6. Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu; 7. Siyasi partiyaların və digər ictimai birliklərin ləğv edilməsi; 8. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar

        Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğu;

        9. qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə

        IV. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər

        Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.

        V. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu Konstitusiyada nəzərdə tutulmuş

        digər səlahiyyətləri də həyata keçirir.

        VI. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı

        Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

        VII. Qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan

        Respublikasının hökumətlərarası müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür; Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri qüvvəyə minmir.

        Maddə 131. Azərbaycan Respublikasının Ali Məhkəməsi

        I. Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, qanunla

        müəyyən edilmiş prosessual qaydalarda ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

        II. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası

        Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

        Maddə 132. Azərbaycan Respublikasının İqtisad Məhkəməsi

        I. Azərbaycan Respublikasının İqtisad Məhkəməsi iqtisadi mübahisələrə baxılması üzrə

        yuxarı məhkəmə orqanıdır; o, qanunla müəyyən edilmiş qaydada müvafiq ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti həyata keçirir.

        II. Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası

        Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

        Maddə 133. Azərbaycan Respublikasının Prokurorluğu

        I. Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada qanunların

        eyni cür və dürüst icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.

        II. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. III. Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. IV. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış

        prokurorluqlara rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının Prokurorunu Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

        V. Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Prezidentinin

        razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir. 8-ci fəsil. Naxçıvan Muxtar Respublikası

        Maddə 134. Naxçıvan Muxtar Respublikasının statusu

        I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. III.. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. IV. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası

        Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir.

        V. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

        Maddə 135. Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi

        I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

        Maddə 136. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi

        Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

        Maddə 137. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

        I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir. II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5 ildir. III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.

        Maddə 138. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar

        I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:

        1 Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;
        2 vergilər;
        3 Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;
        4 sosial təminat;
        5 ətraf mühitin qorunması;
        6 turizm;
        7 səhiyyə, elm, mədəniyyət.

        II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.

        Maddə 139. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər

        I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir:

        1 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;
        2 Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;
        3 Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;
        4 Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
        5 Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi;
        6 Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad.

        II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar qəbul edir.

        Maddə 140. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

        I. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

        II. Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.

        III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
        – muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
        – muxtar respublikanın büdcəsini icra edir;
        – muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
        – muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;
        – Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

        IV. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar və sərəncamlar qəbul edir.

        Maddə 141. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti

        Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.

        Keçid müddəaları

        1.Azərbaycan Respublikasının Konstitusiyası referendumla qəbul edildikdən sonra rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi gündən 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu) qüvvədən düşür. 2.Bu Konstitusiyanın qüvvəyə minməsinə qədər seçilmiş Azərbaycan Respublikasının Prezidenti bu Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə aid edilmiş səlahiyyətləri həyata keçirir. 3.Bu Konstitusiyanın 101-ci maddəsinin V hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir. 4.Azərbaycan Respublikası xalq deputatlarının və Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı Milli Məclisin səlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclas günü başa çatır.

        Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası Azərbaycan Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi gündən bir həftə sonra keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyası 1996-cı il mayın 31-dək davam edir.

        1995-ci il avqustun 12-də qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsi bu Qanun əsasında seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışının səlahiyyətləri bitənədək qüvvədədir.

        5.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Konstitusiyanın qüvvəyə mindiyi gündən bu Konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirir. 6.Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq deputatları sovetlərinin səlahiyyətlərinə xitam verilir.

        Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir.

        7.Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir. 8.Bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır. 9.Bu Konstitusiya qüvvəyə minənədək fəaliyyət göstərən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsini bu Konstitusiyada müəyyən edilən səlahiyyətlərə və prinsiplərə uyğun həyata keçirir. 10.Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il ərzində hakimlərin statusu, məhkəmə quruluşu və məhkəmə islahatı ilə əlaqədar Azərbaycan Respublikasının bu Konstitusiyaya uyğun olan qanunvericiliyi qəbul edilməlidir və Azərbaycan Respublikası məhkəmələrinin hakimləri yenidən təyin edilməlidir.

        Həmin qanunvericilik qəbul edilənədək hakimlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi bu Konstitusiya qüvvəyə minənədək qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir.

        11.Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilməli və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada nəzərdə tutulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri həyata keçirilmir. Bu Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş məsələni Azərbaycan Respublikasının Ali Məhkəməsi həll edir. 12.Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi bu Konstitusiyanın qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının İqtisad Məhkəməsi adlanır və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata keçirir.

        • Konstitusiyalar
        • 1995

Comments are closed, but trackbacks and pingbacks are open.