Press "Enter" to skip to content

Hakim Cavid Hüseyn Konstitusiya Məhkəməsinə müraciət etdi

“XXXX XXX XXX qızına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 ve 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə, “o, tamah niyyətilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə XXXX XXX XXX qızına əlillik dərəcəsi ilə pensiyaya çıxartdıracağını yalandan vəd edib aldadaraq 24 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 21 ünvanında fəaliyyət göstərən “Mothercare” adlı uşaq geyimləri satışı mağazasının qarşısında avtomobil yolunda özünün idarə etdiyi “Hyundai Elantra” markalı 99 SN-XXX qeydiyyat nişanlı avtomobilde 2.000 manat, 2020-ci ilin fevral ayının ortalarında həmin ünvanda, özünün idarə etdiyi “Hyundai Elantra” markalı 99-SN-288 qeydiyyat nişanlı avtomobildə 1.500 manat nağd pulunu ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs XXXX XXX XXX qızına cəmi 3.500 manat ziyan vurmaqla dələduzluq etmişdir.

Cm-nin 150.3.3-cü maddəsi hökm

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, ötən il noyabrın 9-da Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Sumqayıt ŞPİ məlumat daxil olandan sonra D.Hüseynovun ölümünün səbəbləri araşdırılıb və məlum olub ki, mərhum yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə zamanı döyülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisə günü dünyasını dəyişən şəxslə arasında münaqişə baş verdiyini və onun baş nahiyəsinə küt alətlə xəsarət yetirdiyini bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hakim Cavid Hüseyn Konstitusiya Məhkəməsinə müraciət etdi

E-huquq.az-ın məlumatına görə, müraciətdə hakim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinin şərh edilməsini xahiş edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

“XXXX XXX XXX qızına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 ve 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə, “o, tamah niyyətilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə XXXX XXX XXX qızına əlillik dərəcəsi ilə pensiyaya çıxartdıracağını yalandan vəd edib aldadaraq 24 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 21 ünvanında fəaliyyət göstərən “Mothercare” adlı uşaq geyimləri satışı mağazasının qarşısında avtomobil yolunda özünün idarə etdiyi “Hyundai Elantra” markalı 99 SN-XXX qeydiyyat nişanlı avtomobilde 2.000 manat, 2020-ci ilin fevral ayının ortalarında həmin ünvanda, özünün idarə etdiyi “Hyundai Elantra” markalı 99-SN-288 qeydiyyat nişanlı avtomobildə 1.500 manat nağd pulunu ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs XXXX XXX XXX qızına cəmi 3.500 manat ziyan vurmaqla dələduzluq etmişdir.

Bundan başqa, o, tamah niyyəti ilə etibarından sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən tanışı Cəlilov XXXX XXXX oğluna aldığı pensiyanın məbləğini artırtdıracağını yalandan vəd edib aldadaraq 2019-cu ilin dekabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 172 ünvanında yerləşən Respublika Uşaq Stamotoloji Mərkəzinin qarşısında 4.000 manat, 2020-ci ilin fevral ayında həmin ünvanda 3.500 manat, 2020-ci ilin mart ayında həmin ünvanda 1.500 manat, 2020-ci ilin aprel ayında həmin ünvanda XXXX Cəlilovun qardaşı oğlu Cəlilov XXXX XXXX oğlu vasitəsi ilə göndərdiyi 5.000 manat nağd pulunu ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Cəlilov XXXXX XXXX oğluna xeyli miqdarda 14.000 manat ziyan vurmaqla dələduzluq etmişdir”.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarına əsasən XXXX XXX XXX qızı zərərçəkmiş şəxslərlə barışaraq dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən cinayət təqibinə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.04.2022-ci il tarixli qərarından prokurorluq tərəfindən apellyasiya protesti verilmişdir.

Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Belə ki, XXXX XXX XXX qızı Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərarı ilə CM-nin 73-1.1-ci maddəsinə Əsasən cinayət məsuliyyətindən azad edilməsini məhkəmə nəzərə almamış, əsassız olaraq onu cinayət məsuliyyətindən azad etmişdir.

XXXX XXX XXX qızı Sumqayıt Şəhər Məhkəməsinin icraatına olan iş üzrə əməlləri 2019-cu ilin sentyabr ayında törətmiş, sonuncu Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərarı ilə CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir.

Eyni zamanda, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü ilə 2019-cu ilin avqust, 2021-ci ilin may aylarında törətdiyi dələduzluq cinayətlərinə görə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

Hazırki iş üzrə isə XXXX XXX XXX qızının əməlləri 2020-ci ilin yanvar və aprel aylarına təsadüf etməklə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərarı və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü çıxarılmamışdan Əvvəl törədilmişdir. Bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi eyni vaxtda istintaq edilərkən cinayət işlərinin bir icraatda birləşdirilməməsi, ayrıca ittiham aktının tərtib edilərək müxtəlif birinci instansiya məhkəməsinə göndərilməsi onların işinə vahid cinayət işi kimi baxılmasına mane olmaqla gələcəkdə məsuliyyətdən azad edilməsi və cəza təyini zamanı təqsirləndirilən şəxsin vəziyyətini pisləşdirir. CM-nin 11-ci fəsilində cinayət məsuliyyətindən azad edilmənin müxtəlif əsasları təsbit edilmişdir.

CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.

CM-nin 72 73-2 ve 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilmə ilə bağlı formalaşmış təcrübə nəzərdən keçirilərkən fərqli yanaşmaların olduğu ortaya çıxır.

Belə ki, təcrübədəki yanaşma fərqi CM-nin 11-ci fəsilində nəzərdə tutulmuş maddənin özündə bir neçə əsasla məsuliyyətdən azad edilmenin mümkün olub-olmamasının qiymətləndirilməsi ilə bağlıdır (məsələn CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxsin sonradan CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad etmə zamanı məsuliyyətdən azad edilib-edilməməsi).

Eyni zamanda CM-nin 11-ci fəsilində nəzərdə tutulmuş hər hansı bir əsasla avval cinayət məsuliyyətindən azad edilmiş şəxsin sonradan həmin fəsildə nəzərdə tutulmuş digər bir əsasla məsuliyyətdən azad edilməsinin mümkün olub-olmamasının qiymətləndirilməsi ilə bağlıdır (məsələn əvvəl CM-nin 72-ci maddəsinə əsasən səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilmiş şəxsin sonradan CM-nin 73-1-ci maddəsinə əsasən mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə zamanı məsuliyyətdən azad edilib-edilməməsi).

Təcrübədəki digər yanaşma fərqi şəxsin CM-nin 11-ci fəsilində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilənədək törətdiyi digər əməllərə görə yenidən cinayət məsuliyyətindən azad edilib-edilməməsinin mümkünlüyü ilə bağlıdır (məsələn CM-nin 178.2-ci maddələri ilə təqsirləndirilən şəxsin CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilənədək törətdiyi cinayətlərə görə yenidən CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib-edilməməsi).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 mart 2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177 185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır.

“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 iyun 2003-cü il tarixli qərarının 16 ci bəndinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və Əgər cinayətlər birinci ve ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1-120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz.

Göründüyü kimi, həm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 mart 2013-cü il tarixli qərarında, həm də “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 iyun 2003-cü il tarixli qərarında cinayət işi üzrə hökm çıxarıldıqdan sonra şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən olunduğu halda bu təkrarçılıq kimi qiymətləndirilməmiş, cinayətlərin məcmusu kimi qiymətləndirilərək cəza təyinini CM-nin 66.5-ci maddəsinə əsasən müəyyən etmişdir.

Fikrimizcə, şəxsin barəsində cinayət təqibinə yuxarıda qeyd olunan əsasla xitam verildikdən sonra onun birinci iş üzrə qərar çıxarılmazdan əvvəl CM-nin 11-ci fasilində nəzərdə tutulmuş cinayət əməllərindən hər hansı birinin törədilməsində təqsirli olduğu müəyyən olunarsa, onun sonradan da eyni əsasla (əməl cinayətlərin məcmusu olduğu üçün) məsuliyyətdən azad edilməsi istisna edilməməlidir.

Göstərilənlərə əsasən, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qüvvədə olan Qanunvericiliyin hüquq tətbiqedənlər tərəfindən eyni qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini rəhbər tutaraq xahiş edirik ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeydinin 1-ci hissəsində nəzərdə tutulmuş “Şəxs bu Məcəllənin 72-73-2 ve 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir” müddəasını şərh edəsiniz”.

Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin oğurluqla bağlı maddəsini şərh edib

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır.

Trend-in məlumatına görə, Konstitusiya Məhkəməsi Plenumunun Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi qərarda belə qeyd olunur.

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinin Qeyd hisssəinin 3-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 63,64 və 71 -ci maddələri, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi və Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi baxımından şərh edilməsini xahiş edib.

Comments are closed, but trackbacks and pingbacks are open.