Press "Enter" to skip to content

Tanışına qarşı quldurluq edən şəxslərin cəzaları azaldılıb

Sumqayıt Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Rəşad Hacıyev və onun tanışı 1992-ci il təvəllüdlü Qızbahar Qəribovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

VM-nin 58.8.2-ci maddəsi xərcə silinmiş mallara tətbiq edilə bilərmi?

Sual: Səyyar vergi yoxlaması zamanı satılmış malların alışını təsdiq edən müvafiq sənədlər olmadığı üçün vergi ödəyicisinin həmin malların alışı ilə bağlı xərcləri vergi orqanı tərəfindən nəzərə alınmayaraq bəyannamədə həmin xərclər azaldılmışdır. Belə olan halda əlavə olaraq Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi (58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında) tətbiq edilə bilərmi? Həmçinin qeyd edim ki, həmin mallar satıldığı üçün faktiki olaraq yoxdur və inventarizasiya aparılsa aşkar edilməyəcək.

Malların əskik gəlməsi gəlir və ya xərc öhdəliyi yaradırmı.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi ilə müəyyən edilmiş maliyyə sanksiyası səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin yalnız sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130-1-ci 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadığı halda tətbiq edilir.

​Tanışına qarşı quldurluq edən şəxslərin cəzaları azaldılıb

Bakı. 9 iyul. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Sumqayıt sakinləri – 1992-ci il təvəllüdlü İsmayıl Firudin oğlu Məmmədov və 1991-ci il təvəllüdlü Tamerlan Telman oğlu İbrahimovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. “Report”un məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslərin müdafiəçilərinin apellyasiya şikayətləri təmin edilməyib. Lakin birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, İ.Məmmədovun 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə, T.İbrahimovun isə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib. Qeyd edək ki, ittiham aktına əsasən, quldurluq hadisəsi ötən il iyul ayının 19-da gecə saat 03:00 radələrində Bakı-Quba avtomobil yolunu 28-ci km-nin kənarında yerləşən “Kral” kafesində yanında baş verib. Hər iki şəxs özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup halında birləşərək, tanış olduqları Ağamir Famil oğlu Əsgərovu əvvəl yumruqla vurub yerə yıxıblar. Daha sonra onlar həmin şəxsi sürüyərək yaxınlıqda olan parkdakı ağacların arasına aparıb. İ.Məmmədov və T.İbrahimov zərərçəkmişin əllərini onun köynəyin hissələri ilə bağlayaraq, A.Əsgərovun cibindən 890 manat pulunu, bir ədəd 80 manat dəyərində mobil telefonunu və ayaqqabılarını çıxarıb götürüblər. Təqsirləndirilən şəxslər ümumilikdə A.Əsgərova 992 manat ziyan vurmaqla quldurluq etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. Zərərçəkmişin hüquq-mühafizə orqanlarına müraciəti əsasında təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. İ.Məmmədov və T.İbrahimov Cinayət Məcəlləsinin (CM) 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunublar. Bu il yanvar ayının 21-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 9 il 6 ay müddətinə və T.İbrahimov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumların müdafiəçiləri apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. Vəkillər təqsirləndirilən şəxslərin əməllərini CM-nin 181.2.1-ci maddəsindən CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinə tövsif edilməsini və CM-nin 62-ci maddəsinə əsasən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş ediblər.

Soyğunçuluq edən qadın məhkəmə zalından azadlığa buraxıldı

Sumqayıt Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Rəşad Hacıyev və onun tanışı 1992-ci il təvəllüdlü Qızbahar Qəribovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, R.Hacıyevin 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib. Onun həbsdə saxlanıldığı 6 ay müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə qalıb.
Cinayət Məcəlləsinin (CM) 79.1-ci (hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsinə əsasən hökmlə Q.Qəribovaya təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının onun tərəfindən çəkilməsi qadının 2012-ci il aprelin 24-də doğulmuş oğlunun səkkiz yaşına çatana kimi təxirə salınıb. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Q.Qəribova məhkəmə zalında azadlığa buraxılıb. Onun üzərində nəzarət Qusar rayon İcra Şöbəsinə həvalə edilib.

İttiham aktına görə, R.Hacıyev 2015-ci il aprelin 15-də gecə 02:00 radələrində Quba rayonu, Qırmızı qəsəbə, Dağlı küçəsi, 36 saylı evin qarşısında tanışı Qızbahar Qəribova ilə birlikdə Asəf Abdullayevin mobil telefonunu ələ keçirmək məqsədi ilə onu döyüblər. Həmin şəxslər zorla A.Abdullayevin “Nokia-206” markalı mobil telefonunu əlindən alıblar və ona 47 manat məbləğində maddi ziyan vurublar.
Təqsirləndirilən şəxslər CM-nin 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək) və 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Hacıyev 5 il və Q.Qəribova isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.