102.2.5 maddəsindəki güzəşt üçün hansı sənədlər tələb edilir
07 fevral 2011-cu il №1(106)22/2011
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Dosiyev Amil Qaraxan oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərəcov Salman Böyükağa oğlunun, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Ceyhun Zülfüqar oğlunun, məhkum İbadov Pərviz Elbrus oğlunun və onun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlunun iştirakları ilə, Eminov Daşqın İsrayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 315.1-ci maddələri ilə, İbadov Pərviz Elbrus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə məhkum olunmaları barədə Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-41/2010 saylı hökmündən məhkum İbadov Pərviz Elbrus oğlunun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq,
Zərdabın Gödəkqobu kənd sakininin cinayət işi…
07 fevral 2011-cu il №1(106)22/2011
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Dosiyev Amil Qaraxan oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərəcov Salman Böyükağa oğlunun, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Ceyhun Zülfüqar oğlunun, məhkum İbadov Pərviz Elbrus oğlunun və onun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlunun iştirakları ilə, Eminov Daşqın İsrayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 315.1-ci maddələri ilə, İbadov Pərviz Elbrus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə məhkum olunmaları barədə Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-41/2010 saylı hökmündən məhkum İbadov Pərviz Elbrus oğlunun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
İşin halları:
İbtidai istintaq orqanı tərəfindən İbadov Pərviz Elbrus oğlu ittiham olunmuşdur ona görə ki, o, 28 may 2010-cu il tarixdə saat təxminən 23 radələrində Zərdab rayonunun Gödəkqobu kəndi ərazisində yerləşən İbadov Sahil Nofəl oğluna məxsus kafedə baş vermiş xuliqanlıq hərəkətlərinə görə İbadov Sahil Nofəl oğlunun şikayəti əsasında xidmətdə olan, ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşları Zərdab RPŞ-nin sahə rəisi, polis baş leytenantı Yolçuyev Xəzər Şakir oğlu və PPXT-nin polis nəfəri İsmayılov Nicat Telman oğlu tərəfindən polis şöbəsinə dəvət edilmiş, polis şöbəsinə aparılan zaman P.İbadov polis şöbəsinə getməkdən imtina edərək X.Yolçuyevin idarə etdiyi avtomobildə arxa pəncərələri yumruqla vuraraq avtomobili saxlamasını tələb etmiş, bu zaman X.Yolçuyev avtomobili saxlamağa məcbur olmuş, bundan sonra N.İsmayılovla dalaşaraq yumruqla ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan burunun yumşaq toxumalarının şişkinliyi, əziyi, qançırı, sol göz orbitasında qançır, sklera və konyuktivada qançır, qansızma, sol yanağında sıyrıq xəsarətləri yetirərək xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmişdir.
Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-41/2010 saylı hökmü ilə (sədrlik edən hakim Qarayev Ağaməhəmməd Qurban oğlu) 24 aprel 1984-cü ildə Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Zərdab rayonunun Gödəkqobu kəndində yaşayan, barəsində 09 iyun 2010-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş İbadov Pərviz Elbrus oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 09 iyun 2010-cu il tarixdən hesablanması və haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması hökm edilmişdir.
Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-41/2010 saylı hökmündən narazı qalan Məhkum İbadov Pərviz Elbrus oğlunun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlu apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri:
Məhkum İbadov Pərviz Elbrus oğlunun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs İbadov Pərviz Elbrus oğlu ona verilən ittihamla özünü təqsirli bilməmiş və göstərmişdir ki, onun barəsində zərərçəkmiş şəxs İbadov Sahil Nofəl oğlu tərəfindən şikayət olmadığından və rayon polis şöbəsinə gətirilməsi üçün əsas olmadığından polis şöbəsinə qanunsuz olaraq gətirilməsinə etiraz etmiş, heç kəsi döyməmiş və xəsarət yetirməmişdir.
Belə ki, Pərviz İbadovun məhkum edildiyi, barəsində şikayət verilən məhkəmə aktında göstərilir ki, 28 may 2010-cu il tarixidə gecə saat 23 radələrində Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən, İbadov Sahil Nofəl oğluna məxsus kafedə baş vermiş xuliqanlıq hərəkətlərinə görə İbadov Pərviz Elbrus oğluna deyil, Eminov Daşqın İsrayıl oğluna Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmiş və o, həmin ittiham üzrə də məhkum edilmişdir.
Yəni 28 may 2010-cu il tarixidə gecə saat 23 radələrində Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən, İbadov Sahil Nofəl oğluna məxsus kafedə İbadov Pərviz Elbrus oğlu tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, əksinə o, həmin iş üzrə şahid olmuşdur.
Bundan başqa, zərərçəkmişin ondan hər hansı şikayəti olmamış və polis əməkdaşları hadisə yerinə gələrkən həm İbadov Pərviz Elbrus oğlu, həm də Eminov Daşqın İsrayıl oğlu İbadov Sahil Nofəl oğluna məxsus kafedən aralanmışlar. Onların heç birinin məcburi qaydada Zərdab Rayon Polis Şöbəsinə gətirilməsi üçün qanuni əsaslar olmamışdır.
Həmçinin apellyasiya şikayətində göstərilir ki, həm zərərçəkmiş şəxs, həm də şahidlər Eminov Daşqın İsrayıl oğlunu və İbadov Pərviz Elbrus oğlunu tanıdıqlarından, hər iki şəxsin daimi yaşayış yeri və şəxsiyyətləri hadisə yerinə gəlmiş polis əməkdaşlarına bəlli olduğundan, polis əməkdaşlarının onları zorla polis məntəqəsinə gətirmələri, onların əməllərinə adekvat olmamaqla “Polis haqqında” Qanunun və Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə zidd olmuşdur. Şahid Eminov Yaşar Eynulla oğlunun ifadəsi isə hökmdə təhrif edilmişdir. Çünki şahid Yaşar Eminov polis əməkdaşlarının həm İbadov Pərviz Elbrus oğlunu, həm də Eminov Daşqın İsrayıl oğlunu söyərək silah gücünə maşına zorla oturtmalarını məhkəmə iclasında təsdiq etmişdir. Göstərilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)–41/2010 saylı hökmünün ləğv edilməsini və İbadov Pərviz Elbrus oğlunun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir.
Tərəflərin izahatları və məhkəmə çıxışları:
Apellyasiya məhkəməsi iclasında müdafiəçi Həsənov Əlayıf Həsən oğlu apellyasiya şikayətində göstərilən dəlilləri müdafiə edərək məhkəmə kollegiyasından Zərdab Rayon Məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)–41/2010 saylı hökmünün ləğv edilməsini və İbadov Pərviz Elbrus oğlunun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilməsini xahiş etdi.
Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs İbadov Pərviz Elbrus oğlu müdafiəçisi Həsənov Əlayıf Həsən oğlunun apellyasiya şikayətində göstərilən dəlilləri müdafiə edərək məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Eyni zamanda P.E.İbadov məhkəmə kollegiyasından qərar qəbul edərkən atasının və həyat yoldaşının vəfat etməsini, himayəsində pensiyaçı anasının və heç bir yerdə işləməyən bacısının olmasının nəzərə alınmasını xahiş etdi.
Apellyasiya məhkəməsi iclasında Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Ceyhun Zülfüqar oğlu apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək İbadov Pərviz Elbrus oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə məhkum olunması barədə Zərdab Rayon Məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)–41/2010 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını və məhkumun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlunun apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə araşdırması aparmamaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilləri barədə proses iştirakcılarının mövqeyini dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)–41/2010 saylı hökmü məhkum edilmiş şəxs İbadov Pərviz Elbrus oğlunun müdafiəçisi Həsənov Əlayif Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iclasında İbadov Pərviz Elbrus oğlu göstərmişdir ki, 28 may 2010-cu il tarixdə axşam saatlarında həmkəndliləri Daşqın və Yaşarla birlikdə yaşadıqları Zərdab rayonunun Gödəkqobu kəndində Mübarizin kafesində pivə içmiş, orada noxud olmadığı üçün Sahilin kafesinə noxud almağa getmişlər. O və Daşqın Sahilin kafesinə girmiş, noxud istəmiş, Sahil isə onları nalayiq sözlərlə təhqir edərək noxud verməkdən imtina etmişdir. Bundan sonra o, çölə çıxmış, ona görə də Sahillə Daşqının arasında nə baş verdiyini görməmişdir. Aradan 10 dəqiqə keçmiş polislər kafeyə gəlmiş, Daşqından maşına əyləşməsini tələb etmiş, Daşqın maşına əyləşmişdir. Bundan sonra polis əməkdaşı Xəzər ona yaxınlaşaraq maşına oturmasını tələb etmiş, o, maşına oturmaqdan imtina etmiş, heç nə etmədiyini demişdir. Bu zaman Sahil onu Xəzərə göstərərək polis şöbəsinə aparılmasını xahiş etmişdir. Bundan sonra o, maşına əyləşmiş, polis nəfəri Nicat da qabaqda əyləşmiş, Xəzər maşını sürmüş, təxminən 1 km aralanandan sonra onlar Xəzərdən maşını saxlamasını tələb etmiş, Xəzər maşını saxlamış, bu zaman başqa polislər də gəlmiş, onlardan biri düşüb Xəzərin maşınına əyləşmiş və onlar polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gətirilən zaman polis nəfəri Nicatla yaxalaşmışdır. Xəzərin xəsarət aldığını görməmiş, lakin Nicat həmin vaxt həqiqətən də xəsarət almış, buna görə də burnunun üstünə bint yapışdırmışdır. Ola bilsin ki, polis şöbəsinə gətirilən zaman maşında Nicatla yaxalaşanda, əli Nicata dəymiş və Nicat həmin vaxt xəsarət almışdır.
Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs İbadov Sahil Nofəl oğlu göstərmişdir ki, 28 may 2010-cu il tarixdə axşamüstü Zərdab rayonunun Gödəkqobu kəndində özünə məxsus kafedə olmuşdur. Bu zaman Daşqın ona yaxınlaşıb pivə istəmiş, o, Daşqın və Pərvizin içkili olduqlarını görüb pivə olmadığını söyləmişdir. Aradan yarım saat keçməmiş yenidən Daşqın içəri girmiş və ondan noxud istəmişdir. Daşqına noxud olmadığını bildirmiş və içkili olduğuna görə ondan çölə çıxmasını tələb etmişdir. Lakin Daşqın çölə çıxmamış, ondan yenə də noxud istəyərək “necə yəni yoxdur?” demişdir. Daşqını çölə çıxarmağa çalışmış, bu zaman Daşqın qəflətən onun ağız nahiyəsindən və sol bazu nahiyəsindən yumruqla vurmuşdur. Daşqına “içkilisən get, yoxsa polis şöbəsinə zəng vuracağam” demiş, Daşqın isə cavabında “zəng vurmayanın var-yoxu belə-belə olsun” söyləmişdir. Ona görə də Daşqının sakitləşmədiyini görüb polis şöbəsinə zəng etmiş, daha sonra sahə rəisi Xəzər Yolçuyevə zəng vurmuş, “məni döyürlər, köməyə gəlin” demişdir. Daşqınla onun arasındakı dava təxminən 5 dəqiqə çəkmiş, o, yalnız polis şöbəsinə zəng vurandan sonra Daşqın ondan əl çəkmiş, bir qədər keçdikdən sonra polis əməkdaşları kafeyə gəlmiş və kimin dava saldığını ondan soruşmuş, o, Daşqını göstərib onu döyüb-söydüyünü bildirmişdir. Sahə rəisi Xəzər Daşqından maşına oturmağı tələb etmiş, Daşqın maşına əyləşmiş, bundan sonra Pərviz özü tələb edərək maşına oturmuş, Yaşarla Pərviz polis şöbəsinə getmişlər. Kafenin qarşısında nə Pərviz, nə də Daşqın polislərə qarşı müqavimət göstərməmiş, onlar polis maşınına oturub getmiş, bundan sonra onlarla polislər arasında nə baş verdiyini görməmişdir. Kafeni bağlamış, öz maşını ilə yolda atası Nofəli İbadovu götürərək polis şöbəsinə getmişdir. Ona məxsus kafe kəndin mərkəzində yerləşir. Orada həmişə çoxlu adam olur. Daşqın onu kafenin qarşısında döyən zaman orada təxminən 10 nəfər kənd sakini olmuş, lakin hava qaranlıq olduğu üçün onların kim olduğunu görməmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Zərdab rayon PŞ-nin sahə rəisi Yolçuyev Xəzər Şakir oğlu göstərmişdir ki, o, 28 may 2010-cu il tarixdə axşam saat 23 radələrində Zərdab RPŞ-nin polis nəfəri Nicat İsmayılovla birlikdə Qoruqbağı, Məmmədqasımlı və Gödəkqobu kəndləri istiqamətində gecə gəzintisində olmuşdur. Bu zaman Gödəkqobu kənd sakini İbadov Sahil ona zəng vuraraq bildirmişdir ki, onu döyürlər. Odur ki, Nicatla birlikdə onlar Gödəkqobu kəndinə getmiş, İbadov Sahilə məxsus kafenin qarşısına yaxınlaşanda orada təxminən 12-14 nəfər adamın olduğunu görmüşlər. Oraya yaxınlaşanda iki nəfərin İbadov Sahildən aralandığını görmüş, Sahil isə onlara bildirmişdir ki, Eminov Daşqın onu işlətdiyi kafenin qarşısında döymüşdür. Onlara yaxınlaşıb nə baş verdiyini soruşduqda Pərviz və Daşqın onlara “bu məsələnin sizə heç bir aidiyyəti yoxdur, siz bizim işimizə qarışa bilməzsiniz ” deyə cavab vermişlər. Onları nizam-intizama dəvət etməyə çalışsalar da, Pərviz və Daşqın əksinə daha da aqressiv formada onlarla mübahisə etməyə başlamışdır. Bu zaman Daşqın onların üzərinə cumaraq “səni bura kim göndərib, sən kimsən” deyərək ona müqavimət göstərmişdir. Daşqını avtomobilə mindirərkən Pərviz də onu tək buraxmayacağını deyib maşına oturmuşdur. Hadisənin baş verdiyi yerdən 400-500 metr aralandıqdan sonra Pərviz və Daşqın maşının qapılarına zərbələr vurub, qapıları açmaq, maşından özlərini atmaq istəmişlər. Buna görə də məcbur olub maşını saxlamış, Pərviz və Daşqını sakitləşdirmək üçün geriyə boylanmış, bu zaman Pərviz Nicatı, Daşqın isə onu vurmuş, Pərviz maşının içərisində yenidən Nicatın boğazından yapışmış, gözlənilmədən yumruqla bir neçə dəfə burnundan vurmuşdur. Nicatın burnundan qan açılmış, Daşqın və Pərviz maşından düşmüş, Nicat burnunu əski ilə tutmuşdur. Bundan sonra Daşqın və Pərvizi polis şöbəsinə gətirə bilməyəcəyini görüb, gecə gəzintisində xidmətdə olan polis əməkdaşları Məmmədov Elton və Əliyev Sadiqi köməyə çağırmışlar. Onlar gəldikdən sonra Pərvizi və Daşqını maşına mindirib polis şöbəsinə gətirmişlər. Hadisə zamanı ona Daşqın müqavimət göstərmiş, yaxasından tutmuş, vurmuş, polis geyim formasının paqonunu qoparmışdır. Pərviz isə avtomobilin salonunda yumruqla polis nəfəri Nicatın burun nahiyəsindən vurub xəsarət yetirmişdir. Hazırda D.Eminova qarşı heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Zərdab RPŞ-nin PPXT-nin polis nəfəri İsmayılov Nicat Telman oğlu göstərmişdir ki, 28 may 2010-cu il tarixdə, axşam saat 23 radələrində Zərdab RPŞ-nin polis sahə rəisi Xəzər Yoçuyevlə birlikdə Qoruqbağı, Məmmədqasımlı və Gödəkqobu kəndləri istiqamətində gecə gəzintisində olmuşlar. Bu zaman Gödəkqobu kənd sakini İbadov Sahil Xəzərə zəng vurub bildirmişdir ki, onu işlətdiyi kafenin qarşısında döyürlər. O, Xəzərlə birlikdə Gödəkqobu kəndinə getmiş, İbadov Sahilə məxsus kafenin qarşısına yaxınlaşanda, orada təxminən 12-14 nəfər kənd sakininin toplaşdığını görmüş, oraya yaxınlaşanda iki nəfərin oradan aralandığını görmüş, Sahil onlara yaxınlaşıb göstərmişdir ki, Eminov Daşqın onu döyübdür. Onlar Daşqına yaxınlaşıb nə baş verdiyini soruşduqda, Pərviz və Daşqın onlara “bu məsələnin sizə heç bir aidiyyəti yoxdur, siz bizim işimizə qarışa bilməzsiniz” deyə cavab vermişlər. Daşqın və Pərvizi nizam-intizama dəvət etməyə çalışsalar da, Pərviz və Daşqın əksinə daha da aqressiv formada onlarla mübahisə etməyə başlamışlar. Həmin vaxt Daşqın və Pərviz onların üzərinə cummuş, “səni bura kim göndərib, sən kimsən” deyərək onlara müqavimət göstərməyə başlamışlar. Onlar Daşqını maşına oturdub apararkən Pərviz də onunla gedəcəyini bildirmiş, Xəzərin idarə etdiyi maşına oturmuşdur. Xəzərlə həmin yerdən 400-500 metr aralandıqdan sonra Daşqın və Pərviz Xəzərdən maşını saxlamasını tələb edib, maşının qapılarına zərbələr vurmuş, qapıları açaraq özlərini maşından atmaq istəmişlər. Daşqın və Pərvizin qapını açmaq istədiklərini görüb Xəzər maşını saxlamış, o da, Xəzər də avtomobilin salonunda geriyə boylanmış, Daşqın və Pərvizi sakitləşdirmək istəmiş, bu zaman Daşqın Xəzərə qarşı müqavimət göstərmiş, Pərviz isə yumruqla onun burnundan vurmuş və burnundan qan açılmışdır. Daşqın və Pərviz maşından düşmüş, o burnunu əski ilə tutmuş, bundan sonra onlar Daşqın və Pərvizi polis şöbəsinə gətirə bilməyəcəklərini görüb, yaxın gecə gəzintisində xidmətdə olan polis əməkdaşları Elton Məmmədovu və Sadiq Əliyevi köməyə çağırmış, Sadiq və Elton gəldikdən sonra onlar Pərvizi və Daşqını çətinliklə olsa da, maşına mindirib polis şöbəsinə gətirmişlər. Hazırda P.İbadova qarşı heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsi iclasında şahid Babayev Şərif İsrafil oğlu göstərmişdir ki, 28 may 2010-cu il tarixdə o istirahət etmək üçün Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən Sahilə məxsus kafenin qarşısına gəlmiş, ətrafda təxminən 10-15 nəfər kənd sakinin olduğunu görmüş, kafedə Daşqın Sahillə mübahisə edərək dalaşmış və ona görə də Sahil polis əməkdaşlarını çağırmışdır. Polis əməkdaşlarının oraya gələrək Daşqını və bir neçə başqa kənd sakinini polis şöbəsinə apardıqdan sonra o, evinə getmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid Eminov Yaşar Eynulla oğlu göstərmişdir ki, o, 28 may 2010-cu il tarixdə o, Pərviz və Daşqınla Zərdab rayonunun Gödəkqobu kəndinin mərkəzi hissəsində yerləşən Mübarizin kafesində pivə içmiş, bir neçə bakal pivə içdikdən sonra Daşqın və Pərvizdən ayrılmış, Mübarizin kafesindən 20 metr aralıda yerləşən Sahilin kafesinə getmiş, orada domino oynamışdır. Həmin vaxt Daşqın və Pərviz də Sahilin kafesinə yaxınlaşmış, bir qədər keçdikdən sonra o, kafedən çöldə baş verən səs-küyü eşidib, çölə çıxmış, çöldə təxminən 5-10 nəfər adam olduğunu, həmçinin bir neçə polis əməkdaşının orada olduğunu görmüşdür. Polis əməkdaşları Daşqın və Pərvizə keçib maşına oturmalarını xahiş etmiş, Pərviz onlara etiraz etsə də, sonradan maşına oturmuşdur. O da keçib maşına oturmuş, bu zaman polis əməkdaşları onun lazım olmadığını bildirmiş, lakin o maşından düşməmiş, özü polis şöbəsinə getmək istədiyini bildirmişdir. Bundan sonra Xəzər maşını sürmüş, Sahilin kafesindən 400-500 metr aralandıqdan sonra Daşqın və Pərviz Xəzərdən bir neçə dəfə maşını saxlamasını tələb etmiş, Xəzər maşını saxlamış, onlar hamısı maşından düşmüş, bundan sonra digər bir polis maşını da gəlmiş, polislər Daşqın və Pərvizi maşına oturtmuş, o da o biri polis nəfərinin maşınına oturub polis şöbəsinə gəlmişdir. O, həmin zaman Sahilə kimin xəsarət yetirdiyini görməmiş, Xəzərin xəsarət aldığını görməmiş, lakin Nicatın xəsarət aldığını, əlindəki dəsmal ilə ağzını sildiyini görmüş, lakin ona kimin xəsarət yetirdiyini görməmişdir.
Birinci instansiya məhkəməsi iclasında şahid Zərdab RPŞ-nin İTB-nin polis sahə inspektoru, polis kapitanı Məmmədov Elton Zeynalabdin oğlu göstərmişdir ki, o, 28 may 2010-cu il tarixdə axşam saat 23 radələrində Zərdab RPŞ-nin polis nəfəri Sadiq Əliyevlə birlikdə Körpükənd və Bıçaqçı kəndləri istiqamətində gecə gəzintisində, xidmətdə olan zaman Zərdab RPŞ-nin sahə rəisi, polis baş leytenantı Xəzər Yolçuyev onlara zəng edərək bildirmişdir ki, Gödəkqobu kəndi ərazisində onlara qarşı zor tətbiq edir və döyürlər, əlavə kömək lazımdır. Bundan sonra o, Zərdab RPŞ-nin PPXT-nin polis nəfəri Əliyev Sadiq Vahid oğlu ilə Gödəkqobu kəndində getmiş, Gödəkqobu kəndi ərazisində İbadov Sahilə məxsus kafedə xuliqanlıq hadisəsinin olması müəyyən edilmiş, polis əməkdaşları Xəzər və Nicat şikayətçi Sahilin şikayəti əsasında Daşqın və Pərvizi hadisənin baş verdiyi yerdən bir qədər irəli gətirmiş, lakin Daşqın və Pərviz polis şöbəsinə getməkdən imtina edərək, maşının arxa pəncərələrini yumruqla döyərək, maşının arxa qapılarını açıb özlərini çölə atmağa cəhd etmiş, Xəzəri maşını saxlamağa məcbur etmiş, bu zaman onları sakitləşdirməyə çalışan polis əməkdaşları Xəzərə və Nicata xəsarət yetirmişlər. Həmin vaxt Nicatın burnuna Pərviz vurub xəsarət yetirmiş, Xəzərə isə Daşqın xəsarət yetirmişdir. Onlar maşına yaxınlaşmış, Xəzər və Nicatla birlikdə Zərdab rayonunun Gödəkqobu kənd sakinləri Daşqın Eminovu və Pərviz İbadovu maşına oturdub polis şöbəsinə gətirmişlər. Yaşar Eminov da Daşqın və Pərvizin maşına oturduğunu görüb Sadiqin idarə etdiyi avtomobilə oturaraq rayon polis şöbəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid Zərdab rayon PŞ-nin PPXT-nin polis nəfəri Əliyev Sadiq Vahid oğlu göstərmişdir ki, 28 may 2010-cu il tarixdə axşam saat 23 radələrində Zərdab RPŞ-nin sahə inspektoru Elton Məmmədovla birlikdə Körpükənd və Bıçaqçı kəndləri istiqamətində gecə gəzintisində, xidmətdə olmuş, bu zaman Zərdab RPŞ-nin sahə rəisi, polis baş leytenantı Xəzər Yolçuyev onlara zəng edərək Gödəkqobu kəndi ərazisində onlara qarşı zor tətbiq edildiyini, əlavə kömək lazım olduğunu bildirmişdir. Onlar Gödəkqobu kəndinə getmiş, məlum olmuşdur ki, Gödəkqobu kəndi ərazisində İbadov Sahilə məxsus kafedə xuliqanlıq hadisəsi olmuş, polis əməkdaşları Xəzər və Nicat şikayətçi Sahilin şikayəti əsasında Daşqın və Pərvizi hadisənin baş verdiyi yerdən bir qədər irəli gətirmiş, lakin Daşqın və Pərviz polis şöbəsinə getməkdən imtina edərək maşının arxa pəncərələrini yumruqla döyəcləyərək, maşının arxa qapılarını açıb özlərini çölə atmağa cəhd edərək, Xəzəri maşını saxlamağa məcbur etmiş, bu zaman onları sakitləşdirməyə çalışan polis əməkdaşları Xəzərə Daşqın Eminov, Nicata isə Pərviz İbadov xəsarət yetirmişdir. Nicatın həmin vaxt burnundan qan axdığını və burnunu dəsmalla tutduğunu görmüşdür. Onlar maşına yaxınlaşmış, Xəzər və Nicatla birlikdə Zərdab rayonunun Gödəkqobu kənd sakinləri Daşqın Eminovu və Pərviz İbadovu maşına oturdub polis şöbəsinə gətirmişlər. Yaşar Eminov da Daşqın və Pərvizin maşına oturduğunu görüb onun idarə etdiyi avtomobilə oturaraq özü rayon polis şöbəsinə gəlmişdir. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 10 iyun 2010-cu il tarixli 73 saylı rəyindən görünür ki, İsmayılov Nicat Telman oğlunun bədənində müəyyən edilmiş xəsarətlər-burnun yumşaq toxumalarının şişkinliyi, əziyi, qançırı, sol göz orbitasında qançır, sklerada və konyuktivada qançır, qansızma, sol yanağında sıyrıq küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 28 may 2010-cu il tarixdə burun, sol göz orbitasına və sol yanağına küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.İş materiallarında olan məhkəmə tibb ekspertizasının 10 iyun 2010-cu il tarixli 74 saylı rəyindən görünür ki, İbadov Sahil Nofəl oğlunun bədənində müəyyən edilmiş xəsarətlər-alt dodağın selikli qişasında qansızma, sol bazuda qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 28 may 2010-cu il tarixdə saat 23-24 radələrində alt dodaq və sol bazu nahiyəsinə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilmir.
İş materiallarında olan məhkəmə tibb ekspertizasının 10 iyun 2010-cu il tarixli 72 saylı rəyindən görünür ki, Yolçuyev Xəzər Şakir oğlunun bədənində müəyyən edilmiş xəsarətlər-alın payında qançır, sağ kürək sümüyü üzərində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 28 may 2010-cu il tarixdə alın və sağ kürək nahiyəsinə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilmir. İşə əlavə edilmiş 28 may 2010-cu il tarixli 75 saylı tibbi müayinə protokolundan görünür ki, Zərdab rayonunun Gödəkqobu kənd sakini 1984-cü il təvəllüdlü İbadov Pərviz Elbrus oğlunda yüngül dərəcəli alkoqol sərxoşluğunun olduğu müəyyən olunmuşdur. İş materiallarında olan 29 may 2010-cu il tarixli 76 saylı tibbi müayinə protokolundan görünür ki, Zərdab rayonunu Gödəkqobu kənd sakini 1984-cü il təvəllüdlü Eminov Daşqın İsrayıl oğlunda yüngül dərəcəli alkoqol sərxoşluğunun olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Zərdab rayon İcra Hakimiyyəti Başçısının Gödəkqobu Kənd Ərazi Nümayəndəliyi tərəfindən 08.04.2010-cu il tarixdə verilmiş AZ 379524 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İbadov Pərviz Elbrus oğlunun atası İbadov Elbrus İbad oğlu 05.04.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən 27.01.2011-ci il tarixdə verilmiş arayışdan görünür ki, İbadov Pərviz Elbrus oğlunun həyat yoldaşı Musayeva Nişanə Cəmaləddin qızı 20.06.2005-cu il tarixdə vəfat etmişdir.
İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin 31.05.2010-cu il tarixli arayışından görünür ki, İbadov Pərviz Elbrus oğlunun məhkumluğu yoxdur.İş materiallarına əlavə edilmiş Zərdab rayon İcra Hakimiyyəti Başçısının Gödəkqobu Kənd Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İbadov Pərviz Elbrus oğlu yaşadığı ərazidə müsbət xarakterizə edilir.
Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsi baş vermişdir və Pərviz İbadovun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.2-ci maddəsinin tərkib əlamətləri vardır. Yəni iş materiallarını tədqiq edilərkən, eləcə də apellyasiya instansiyası üzrə məhkəmə baxışı zamanı iş üzrə cinayət təqibini istisna edən, eləcə də əməlin tövsifini zəruri edən hallar müəyyən edilmədi.
Beləliklə, P.E.İbadovun əməli həm istintaq orqanı, həm də birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə tövsif edilmişdir.
Lakin Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfü axarı zəmnində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İbadov Pərviz Elbrus oğlunun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir.
Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkumun şəxsiyyətini səciyyələndirən yuxarıda şərh olunan və cəzanı yüngülləşdirən halları kifayət qədər araşdırıb nəzərə almamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydalarının tətbiqi üçün əsasların mövcudluğunun olub-olmamasını müzakirə etməmişdir.
Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydaları tətbiq edilməklə İbadov Pərviz Elbrus oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci mаddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi mümkündür. Ona görə də hökmdə dəyişiklik edilməlidir.
“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndinə görə CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hal kimi nəzərə alına bilər. Bundan başqa «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Ona görə də məhkəmə kollegiyası yuxarıda göstərilən yüngülləşdirici halları, eləcə də İbadov Pərviz Elbrus oğlunun ağır ailə vəziyyətini, atasının və həyat yoldaşının vəfat etməsini, himayəsində pensiyaçı anasının və heç bir yerdə işləməyən bacısının olmasını iş üzrə müstəsna hal kimi qiymətləndirir. Yəni işin göstərilən hallarını və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halların məcmusunu cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar hesab edir. Birinci instansiya məhkəməsi məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən yuxarıda şərh olunan halları kifayət qədər araşdırsa da, onları müstəsna hal kimi qiymətləndirib nəzərə almamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydalarının tətbiqi üçün əsasların mövcudluğunu müzakirə etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydaları tətbiq edilməklə İbadov Pərviz Elbrus oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci mаddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi mümkündür. Ona görə də hökmdə dəyişiklik edilməlidir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Bununla da iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında məhkəmə baxışına əsaslanaraq məhkəmə kollegiyası məhkum edilmiş P.E.İbadovun əməlinin Azərbaycan Respublikasının digər maddəsinə tövsif edilməsi, yaxud cinayət işi üzrə icraata xitam verilməsi, yaxud da P.E.İbadova Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi il bəraət verilməsi üçün əsas görmür, lakin ona təyin olunmuş cəzanın yüngülləşdirilməklə dəyişdirilməsi üçün kifayət qədər əsaslar olması qənaətinə gəlir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə P.E.İbadova Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin etməyi məqsədəuyğun sayır.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1 və 408-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası
Q Ə R A R A A L D I:
İbadov Pərviz Elbrus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə məhkum olunması barədə Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-41/2010 saylı hökmündən məhkumun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-41/2010 saylı hökmü məhkum edilmiş şəxs İbadov Pərviz Elbrus oğlunun müdafiəçisi Həsənov Əlayıf Həsən oğlunun apellyasiya şikayətinə əsasən dəyişdirilsin.
İbadov Pərviz Elbrus oğluna Zərdab rayon məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli 1(036)-41/2010 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1(bir) il müddətinədək azaldılsın.
Hökm qalan hissədə dəyişdirilməsin.
Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir.
Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən: Amil Dosiyev
Hakimlər: Əhməd Nurməmmədov
Ələsgər Novruzov
Q Ə R A R
102.2.5 maddəsindəki güzəşt üçün hansı sənədlər tələb edilir?
Vergi Məcəlləsinin 102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:
102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının: – maddəsində övladlarinin dedikdə şəhid övladlarının yaş həddi nəzərdə tutulmuşdurmu? Bu güzəşti tətbiq etmək üçün işçi hansı sənədləri təqdim etməlidir? Öncədən təşəkkür edirəm.
Cavab:
Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır və güzəştdən istifadə etmək üçün yaş həddi nəzərdə tutulmamışdır.
Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;
Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi
Gəncə hadisələrinə görə 14 nəfərə hökm oxundu
Məhkəmələr qapalı keçirilib Martın 1-də Bakının Sabunçu Rayon Məhkəməsində 2018-ci ilin iyulunda Gəncədə baş vermiş hadisələr üzrə ittiham olunan iki qrupun barəsində hökm oxunub. Müttəhimlərin yaxınları “Turan” Agentliyinə bildiriblər ki, Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaqani Səmodov 2018-c il iyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında baş vermiş iğtişaşların təşkilində ittiham olunan altı nəfərin barəsində hökmü oxuyub. Məhkəmə Elman Rüstəmov və Nemət Heydərlini 8, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xudiyevi 7, Renat Məmmədovu 6 il azadlıqdan məhrum edib. Onlar CM-in 220.1-ci maddəsi (kütləvi iğtişaşların təşkili) ilə təqsirli bilinibilər. E.Rüstəmov və N.Heydərli həm də CM-in 315.2-ci maddəsi (polisə müqavimət göstərmək) ilə təqsirli biliniblər. Həmin gün Sabunçu məhkəməsində başqa prosesdə Gəncə hadisələri üzrə təqsirli bilinən daha 8 nəfərin barəsində hökm oxunub. E.Quliyev 8, E.Hacıyev 7, C.Əzizov, Q.Nuruzadə, F.Mirzəliyev, S.Rəcəbov, S.Əzizov 6, R.Nuruzadə 5 il azadlıqdan məhrum olunublar. Digər bir neçə qrupun işinə baxılması davam edir. Məhkəmələr qapalı keçirilib.
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə şəhərində icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib. İyulun 10-da axşam DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.
Panoya kopyala Kopyala
Ana səhifə ▸ Xəbərlər ▸ Gəncə hadisələrinə görə 14 nəfərə hökm oxundu
Xəbərlər
- Şagirdlərlərin imtahanlarda qeyri-etik yoxlanıldığı iddia olunur 13 Mart 2023
- Saatlıda susuzluğa etirazın rezin güllələrlə yatırıldığı bildirilir 13 Mart 2023
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəis müavini və şöbə rəisi həbs olundu 13 Mart 2023
Dəstək verin
Meydan TV Azərbaycanın media məkanındakı alternativ səsidir! İşimizin davamlı olması üçün sizin də köməyinizə ehtiyacımız var. Meydan TV-yə aylıq və ya birdəfəlik yardımlarla dəstək olun.
Comments are closed, but trackbacks and pingbacks are open.