Press "Enter" to skip to content

AXCP sədrinin müşavirinə hökm oxunub

9.1.1. sığortaolunandan bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatların təqdim edilməsini tələb etmək, sığortaolunanın təqdim etdiyi məlumatları dəqiqləşdirmək;

Cm-nin 221.2.1 və 127.2.3-cü maddə hökm

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2001, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 738)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun sığortaolunanların qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən edir. [1]

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılması;

1.1.2. fərdi şəxsi hesab – hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab;

1.1.3. sosial sığorta nömrəsi (SSN) – sığortaçı tərəfindən sığortaolunana verilən daimi (dəyişməz) nömrə.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əmək pensiyaları haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənaları ifadə edir. [2]

Maddə 2. Fərdi uçotun məqsədləri

2.0. Fərdi uçotun məqsədləri aşağıdakılardır:

2.0.1. dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatlardan ibarət informasiya bazasının yaradılması; [3]

2.0.2. əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi; [4]

2.0.3. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması;

2.0.4. ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarında əks olunmasına nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması; [5]

2.0.5. sığortaolunanlara əmək pensiyaların təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi;

2.0.6. hər bir sığortaedən tərəfindən fərdi uçot üçün hesablanan və ödənilən məcburi dövlət sosial sığorta haqqı məbləği ilə sığortaçıya daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılması. [6]

Maddə 3. Fərdi uçotun təşkilinin əsas prinsipləri

3.0. Fərdi uçot aşağıdakı prinsiplər əsasında təşkil edilir:

3.0.1. dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması; [7]

3.0.2. hər bir sığortaolunanın özü barəsində sığortaçıda olan fərdi uçot məlumatlarını əldə etməsi; [8]

3.0.3. sığortaolunanlar barədə məlumatlardan əmək pensiyası təyinatı və qanunvericilikdə nəzərdə tutulan digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün istifadə olunması;

3.0.4. bu Qanunun 2.0.1-ci maddəsində nəzərdə tutulan informasiya bazasından sığortaçının razılığı olmadan digər məqsədlər üçün istifadənin yolverilməz olması; [9]

3.0.5. sığortaolunanın dövlət sosial sığorta sistemində uçota alındığı vaxtdan fərdi uçotun həyata keçirilməsi. [10]

Fərdi uçotun təşkili

Maddə 4. Fərdi uçotun həyata keçirilməsi qaydası

4.1. Fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır.

4.2. Fərdi uçot sahəsində elektron xidmətlər (sığortaolunanın və sığortaedənin uçota alınması, sığortaolunana fərdi şəxsi hesabı barədə məlumatların təqdim olunması, sosial sığorta nömrəsinin öyrənilməsi və s.) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

4.3. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.

4.4. Bu Qanunun 4.1-ci maddəsi əmək pensiyası və digər sosial sığorta ödəmələrinin verilməsi üçün bu Qanunun 5.2.10 – 5.2.12-ci və 5.2.14-cü maddələrində qeyd olunan məlumatların sığortaedən və sığortaolunan tərəfindən yazılı sənəd formasında sığortaçıya təqdim edilməsini istisna etmir. [11]

Maddə 5. Sığortaolunanın fərdi şəxsi hesabı

5.1. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır. [12]

5.2. Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir:

5.2.1. sosial sığorta nömrəsi (SSN); [13]

5.2.2. adı, atasının adı, soyadı (sığorta olunanın doğulduğu dövrdəki soyadı da göstərilməlidir); [14]

5.2.3. doğulduğu il, ay, gün;

5.2.4. doğulduğu yer;

5.2.6. daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yerin ünvanı; [15]

5.2.7. şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı; [16]

5.2.7-1. fərdi identifikasiya nömrəsi (FİN); [17]

5.2.9. telefon nömrəsi;

5.2.10. əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı , o cümlədən əmək şəraitinə görə güzəştli staj müddəti; [18]

5.2.11. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün); [19]

5.2.12. sığortaedən və sığorta olunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün); [20]

5.2.13. sığortaedən tərəfindən sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün); [21]

5.2.14. məcburi dövlət sosial sığorta haqqı ödənilməyən, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajına daxil edilən müddət; [22]

5.2.15. əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) və indeksləşdirilməsi haqqında məlumat.

5.2.16. sığortaolunanın 2006-cı il yanvarın 1-i tarixinə qazanılmış əmək pensiyası hüququna uyğun şərti qaydada hesablanmış pensiya kapitalı haqqında məlumat;

5.2.17. fərdi şəxsi hesabın sığorta hissəsi və onun indeksləşdirilməsi haqqında məlumat;

5.2.17-1. xüsusi hesabda qeydə alınan vəsait və onun indeksləşdirilməsi haqqında məlumat; [23]

5.2.18. fərdi şəxsi hesabın yığım hissəsi haqqında məlumat;

5.2.19. vəfat etdiyi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi hallarda sığortaolunanın fərdi şəxsi hesabının bağlanması haqqında məlumat. [24]

5.2-1. Sığortaolunanın fərdi şəxsi hesabının bağlanması onun fərdi uçot məlumatlarına əsasən sosial sığorta ödəmələrinin, o cümlədən ötən dövr üçün sosial sığorta ödəmələrinin təmin edilməsindən imtina olunması üçün əsas deyil. [25]

5.3. Sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar dövlət sosial sığorta sistemində uçota alındığı vaxtdan müntəzəm olaraq sığortaçı tərəfindən dəqiqləşdirilməlidir.

5.4. Sığortaolunanın fərdi şəxsi hesabı sığortaçı tərəfindən sığortaolunanın bütün ömrü boyunca, ölümündən sonra isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün saxlanılır və həmin hesabdakı vəsait indeksləşdirilir. [26]

5.5. sığortaolunan öldükdə, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 5.2.2 – 5.2.7-ci maddələrində olan məlumatları ölüm faktının qeyd olunduğu gündən bir ay ərzində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir.

5.6. sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar sığortaçı tərəfindən mərkəzləşdirilmiş qaydada saxlanılır və məlumatların ehtiyat bazası yaradılır. [27]

Maddə 6. Dövlət sosial sığorta şəhadətnaməsi [28]

6.1. Dövlət sosial sığorta şəhadətnaməsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6.2. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 5.2.1 – 5.2.5-ci maddələrinə uyğun olaraq sosial sığorta şəhadətnaməsinin hazırlanmasını və sığortaolunana verilməsini təmin edir.

6.3. Əmək fəaliyyəti olan sığortaolunanlar dövlət sosial sığorta şəhadətnaməsini öz sığortaedənləri vasitəsilə, özü-özünü sığortaedən şəxslər isə yaşadıqları ərazi (yaşayış yeri üzrə daimi qeydiyyatda olduğu ünvan) üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanından bir ay müddətində alırlar. [29]

6.4. Ailə başçısını itirməyə görə əmək pensiyası alan yetkinlik yaşına çatmamış şəxslər istisna olunmaqla, qanunvericiliyə uyğun olaraq müvafiq əmək fəaliyyəti yaşı həddinə çatmayanlar məcburi dövlət sosial sığortasının subyekti ola bilməzlər.

6.5. sığortaolunanların bu Qanunun 5.2.2 – 5.2.5-ci maddələrində göstərilmiş məlumatlarında dəyişiklik olduqda, həmin dəyişikliklər bu Qanunun 7-ci maddəsi ilə müəyyən olunan qaydalar üzrə onun fərdi şəxsi hesabında öz əksini tapmalıdır. Bu halda dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaolunana həmin sosial sığorta nömrəsi ilə yeni dövlət sosial sığorta şəhadətnaməsini (əvvəlcə verilənin əvəzinə) verir.

6.6. Dövlət sosial sığorta şəhadətnaməsi itirildiyi halda:

6.6.1. əmək fəaliyyəti olan sığortaolunan, dövlət sosial sığorta şəhadətnaməsini itirdikdə, dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair ərizə ilə sığortaedənə, sığortaedən isə öz növbəsində qeydiyyatda olduğu fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində müraciət etməlidir;

6.6.2. əmək fəaliyyəti olmayan sığortaolunanlar, eləcə də özü-özünü sığortaedən şəxslər dövlət sosial sığorta şəhadətnaməsini itirdikdə dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair ərizə ilə ilk dəfə fərdi uçot sistemində qeydiyyata durduğu fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində şəxsən müraciət etməlidirlər;

6.6.3. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin dublikatı müraciət olunduğu gündən bir ay müddətində əmək fəaliyyəti olan sığortaolunana onun sığortaedəni vasitəsilə, əmək fəaliyyəti olmayan sığortaolunana, eləcə də özüzünü sığortaedən şəxslərə isə şəxsən verilir. Bu zaman dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaolunandan bu Qanunun 5.2.2—5.2.8-ci maddələrində göstərilən məlumatlan dəqiqləşdirmək üçün şəxsiyyəti təsdiq edən sənədi tələb etmək hüququna malikdir. [30]

6.7. Dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının alınması barədə sığortaolunanın ərizəsinin forması və təqdim olunma qaydası dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [31]

Maddə 7. Sığortaolunanlara dair məlumatların təqdim olunması və qeydə alınması

7.1. Sığortaçı bu Qanunun 5.2.2 – 5.2.19-cu maddələrində nəzərdə tutulan məlumatları sığortaolunanın fərdi şəxsi hesabında aşağıdakı qaydada qeydə alır:

7.1.1. bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları və həmin məlumatlarda dəyişiklikləri bu Qanunun 4.3-cü maddəsi nəzərə alınmaqla “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsində nəzərdə tutulmuş qaydada;

7.1.2. bu Qanunun 5.2.10-cu maddəsində nəzərdə tutulmuş sosial sığorta stajı ilə bağlı məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemindən, əmək şəraitinə görə güzəştli staj müddəti ilə bağlı məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında;

7.1.3. bu Qanunun 5.2.11-ci, 5.2.12-ci və 5.2.13-cü maddələrində nəzərdə tutulmuş məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminin məlumatları əsasında;

7.1.4. bu Qanunun 5.2.14-cü maddəsində nəzərdə tutulmuş məlumatları sığortaolunana əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada həmin müddətləri təsdiq edən sənədlər əsasında;

7.1.5. bu Qanunun 5.2.15 – 5.2.18-ci maddələrində nəzərdə tutulmuş məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemindən əldə edilən məlumatlar əsasında;

7.1.6. bu Qanunun 5.2.19-cu maddəsində nəzərdə tutulmuş məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında. [32]

Sığortaolunanın, sığortaedənin və sığortaçının hüquq və vəzifələri [33]

Maddə 8. Sığortaolunanın hüquq və vəzifələri

8.1. Sığortaolunan aşağıdakı hüquqlara malikdir:

8.1.1. fərdi şəxsi hesabında qeydə alınan məlumatlarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə tanış olmaq və ya sığortaçıdan həmin məlumatları almaq;

8.1.2. özü haqqında fərdi uçot məqsədləri üçün sığortaedənin sığortaçıya təqdim etdiyi məlumatları sığortaçıdan, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrinə münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və ya sığortaedəndən almaq;

8.1.3. fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadıqda, həmin məlumatların dəqiqləşdirilməsi barədə sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatlara münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya sığortaedənə müraciət etmək;

8.1.4. fərdi şəxsi hesabında əks olunan məlumatlar bu Qanunla müəyyən olunmuş hallarda dəyişdikdə, bu barədə sığortaçıya və ya sığortaedənə yazılı məlumat vermək.

8.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:

8.2.1. sığortaedənə bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları təqdim etmək;

8.2.2. bu Qanuna əsasən fərdi şəxsi hesabına daxil edilməli olan fərdi məlumatları sığortaçıya təqdim etmək.

Maddə 9. Sığortaedənin hüquq və vəzifələri

9.1. Sığortaedən aşağıdakı hüquqlara malikdir:

9.1.1. sığortaolunandan bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatların təqdim edilməsini tələb etmək, sığortaolunanın təqdim etdiyi məlumatları dəqiqləşdirmək;

9.1.2. sığortaolunanlara dair təqdim edilmiş fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dürüstləşmiş məlumatları elektron, habelə yazılı formada təqdim etmək.

9.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır:

9.2.1. sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək;

9.2.2. sığortaolunan haqqında bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları aşağıdakı müddətdə sığortaçıya təqdim etmək:

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan şəxslərə dair məlumatlar əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldığı gündən bir ay müddətində, digər sığortaolunanlar barədə məlumatlar isə sığortaolunanın əmək müqaviləsi bildirişinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınması zamanı;

2. sığortaçıda uçotda olmayan şəxslə mülki hüquqi müqavilə bağlanıldıqdan sonra bir ay müddətində;

3. sığortaolunan haqqında məlumatlar dəyişildikdə 14 gün müddətində. [34]

Maddə 10. Sığortaçının hüquq və vəzifələri [35]

10.1. Sığortaçı aşağıdakı hüquqlara malikdir:

10.1.1. Sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək;

10.1.2. Sığortaedənin, eləcə də fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxsin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq; [36]

10.1.3. Sığortaedənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək.

10.2. Sığortaçın vəzifələri aşağıdakılardır:

10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək;

10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq; [37]

10.2.2. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək , habel ə f ə rdi ş ə xsi hesab ı ndak ı m ə lumatlara bax ış imkan ı n ı n yaradılmasını t ə min etm ə k ; [38]

10.2.3. pensiya təyin edən orqana, onun sifarişinə əsasən, pensiya təyin olunması barədə ərizə vermiş sığorta olunanın fərdi şəxsi hesabındakı məlumatları təqdim etmək; [39]

10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək.

Maddə 11. Fərdi uçot məsələləri üzrə mübahisələrin həll edilməsi qaydası

Dövlət sosial sığorta sistemində fərdi uçot məsələləri üzrə yaranan mübahisələr Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada həll olunur.

Maddə 12. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun normalarının pozulmasına görə təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 27 fevral 2001-ci il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 15 aprel 2005-ci il tarixli 890-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 466)

2. 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)

3. 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071)

4. 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)

5. 24 aprel 2018-ci il tarixli 1079-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2018-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 866)

6. 1 fevral 2019-cu il tarixli 1481-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 379 )

7. 23 aprel 2021-ci il tarixli 297-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 538 )

8. 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə mətn üzrə ismin müvafıq hallarında “işəgötürən” sözü ismin müvafiq hallarında “sığortaedən” sözü ilə, “pensiya” sözü “əmək pensiyası” sözləri ilə, “sığorta olunan” sözləri “sığortaolunan” sözü ilə əvəz edilmişdir.

8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə preambulada “Azərbaycan Respublikası vətəndaşlarının” sözləri “sığortaolunanların” sözü ilə əvəz edilmişdir.

[2] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 1-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 1. Fərdi uçot anlayışı

Fərdi uçot – Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

[3] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 2.0.1-ci maddəyə “üçün” sözündən sonra “bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatlardan ibarət” sözləri əlavə edilmişdir.

[4] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 2.0.2-ci maddədə “əməkhaqqı (gəlir)” sözləri “məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər” sözləri ilə əvəz edilmişdir.

[5] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 2.0.4-cü maddədə “hesablarına köçürülməsinə” sözləri “hesablarında əks olunmasına” sözləri ilə əvəz edilmişdir.

[6] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 2.0.6-cı maddədə “köçürülən” sözü “ödənilən” sözü ilə əvəz edilmişdir.

8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 2.0.6-cı maddədə “fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına” sözləri “sığortaçıya” sözü ilə əvəz edilmişdir.

[7] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 3.0.1-ci maddədə “təminat” sözü “sığorta” sözü ilə əvəz edilmişdir.

[8] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 3.0.2-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.0.2. hər bir sığortaolunanın fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında özü barəsində olan məlumatları əldə etməsi;

[9] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 3.0.4-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

33.0.4. fərdi uçotun informasiya bazasından bu uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan digər məqsədlər üçün istifadəsinin yolverilməz olması;

[10] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti, 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 3.0.5-ci maddədə “bütün əmək fəaliyyəti dövründə” sözləri “dövlət sosial sığorta sistemində uçota alındığı vaxtdan” sözləri ilə əvəz edilmişdir.

[11] 1 fevral 2019-cu il tarixli 1481-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 379 ) ilə 4-cü maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır.

8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 4. Fərdi uçotu həyata keçirən orqan

4.1. Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır.

4.2. Dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

[12] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 5.1-ci və 5.5-ci maddələr ləğv edilmişdir.

[13] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 5.2.1-ci maddədə “nömrəsi” sözü “nömrəsi (SSN)” sözləri ilə əvəz edilmişdir.

[14] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 5.2.2-ci maddədən “(sığorta olunanın doğulduğu dövrdəki soyadı da göstərilməlidir)” sözləri çıxarılmışdır.

[15] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 5.2.6-cı maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

daimi yaşadığı yerin ünvanı;

[16] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 5.2.7-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi;

[17] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə yeni məzmunda 5.2.7-1-ci maddə əlavə edilmişdir.

[18] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 5.2.10-cu maddədə “dövlət” sözü çıxarılsın və “ümumi iş stajı dövrü” sözləri “sosial sığorta stajı” sözləri ilə əvəz edilmişdir.

[19] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 5.2.11-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əmək haqqı və ya gəlir (sığorta stajının hər ayı üçün);

[20] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 5.2.12-ci maddədən “fərdi şəxsi hesaba” və “və ödənilmiş” sözləri çıxarılmışdır.

[21] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 5.2.12-ci maddədə “və sığorta olunan” sözləri çıxarılmışdır, “köçürülmüş” sözü “ödənilmiş” sözü ilə əvəz edilmişdir.

8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 5.2.13-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5.2.13. işsizlikdən sığorta ödənişi ödənildiyi müddətlər;

24 aprel 2018-ci il tarixli 1079-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2018-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 866) ilə 5.2.13-cü maddəsində “işsizliyə görə müavinət” sözləri “işsizlikdən sığorta ödənişi” sözləri ilə əvəz edilmişdir.

[22] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 5.2.14-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

məcburi dövlət sosial sığorta haqları hesablanmayan, lakin ümumi əmək stajına daxil edilən hərbi xidmət, təhsil və qanunvericilikdə nəzərdə tutulan digər müddətlər;

8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 5.2.14-cü maddədə “müvafiq qanunvericiliyə” sözləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə” sözləri ilə əvəz edilmişdir.

[23] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə yeni məzmunda 5.2.17-1-ci maddə əlavə edil mişdir.

[24] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə yeni məzmunda 5.2.16-5.2.19-cu maddələr əlavə edilmişdir.

8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 5.2.19-cu maddəyə “sığortaolunanın” sözündən əvvəl “vəfat etdiyi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi hallarda” sözləri əlavə edilmişdir.

[25] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə yeni məzmunda 5.2-1-ci maddə əlavə edilmişdir.

[26] 23 aprel 2021-ci il tarixli 297-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 538 ) ilə 5.3-cü madd ə d ə “ m ü nt ə z ə m olaraq ” sözl ə rind ə n sonra “dövl ə t sosial s ığ orta sistemind ə f ə rdi u ç otu h ə yata ke ç ir ə n m ü vafiq icra hakimiyy ə ti orqan ı t ə r ə find ə n ” s ö zl ə ri ə lav ə edilmişdir.

8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 5.3-cü və 5.4-cü maddələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5.3. sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar onun əmək fəaliyyəti müddətində müntəzəm olaraq dövl ə t sosial s ığ orta sistemind ə f ə rdi u ç otu h ə yata ke ç ir ə n m ü vafiq icra hakimiyy ə ti orqan ı t ə r ə find ə n dəqiqləşdirilməlidir.

5.4. sığortaolunanın fərdi şəxsi hesabı dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığortaolunanın bütün ömrü boyunca, ölümündən sonra isə əmək pensiyası işlərinin saxlanılması qaydasında nəzərdə tutulmuş müddət ərzində mühafizə olunub saxlanılır.

[27] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 5.6-cı maddədə “dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı” sözləri “sığortaçı” sözü ilə əvəz edilmişdir.

[28] 23 aprel 2021-ci il tarixli 297-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 538 ) ilə 6-cı, 7.6.3-cü, 7.7.4-cü, 8.2.3-cü, 9.1.1-ci v ə 9.2.3-c ü madd ə l ə r l ə ğ v edilmişdir.

[29] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 6.3-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

sığortaolunan (o cümlədən fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxs) dövlət sosial sığorta şəhadətnaməsini fəaliyyət göstərdiyi ərazi üzrə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarından alır.

[30] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 6.6-cı maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

6.6. Dövlət sosial şəhadətnaməsi itirildiyi halda:

6.6.1. sığortaolunan (o cümlədən fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxs) dövlət sosial sığorta şəhadətnaməsi itirildiyi gündən bir ay müddətində onun bərpası barədə ərizə ilə, fəaliyyət göstərdiyi ərazi üzrə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir;

6.6.2. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığortaolunana dövlət sosial sığorta şəhadətnaməsinin itirilməsi barədə ərizəsinə əsasən, müraciət olunduğu gündən bir ay müddətində onun adına açılmış fərdi şəxsi hesabın nömrəsilə həmin sosial sığorta şəhadətnaməsinin dublikatı şəxsən verilir. Bu məsələnin həlli üçün dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaolunandan bu Qanunun 5.2-ci maddəsində göstərilən məlumatları əlavə tələb etmək hüququna malikdir.

[31] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 6.7-ci maddədə “Yeni dövlət sosial sığorta şəhadətnaməsinin (itirilmişin əvəzinə)” sözləri “Dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının” sözləri ilə əvəz edilmişdir.

[32] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 7-ci maddənin adı yeni redaksiyada verilmişdir.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.1-ci maddədən “qeydiyyatdan keçdikləri” sözləri çıxarılmışdır.

19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 7.2-ci maddədə “Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan” sözləri “Öz-özünü sığortaedən” sözləri ilə əvəz edilmişdir.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.2-ci maddədən “şəxsən” sözü çıxarılmışdır.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.2-ci maddədən “qeydiyyatdan keçdiyi” sözləri çıxarılmışdır.

15 aprel 2005-ci il tarixli 890-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 466) ilə 7.4-cü maddənin ikinci cümləsindən “rəqəmlə ifadə olunmuş” sözləri çıxarılmışdır.

19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 7.4-cü maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Göstərilən məlumatlar həm yazılı sənəd formasında, həm də məlumatın düzgünlüyünə, eləcə də icazə olmadan əldə edilməkdən və təhrif olunmaqdan mühafizəsinə zəmanət olunduğu halda elektron formada (maqnit daşıyıcılarında və rabitə kanalları ilə) təqdim edilə bilər.

19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 7.5-ci maddənin birinci cümləsində “və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxsdə” sözləri çıxarılmışdır.

19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə yeni məzmunda 7.6 —7.13-cü maddələr əlavə edilmişdir.

23 aprel 2021-ci il tarixli 297-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 538 ) ilə 7.6.2-ci v ə 7.7.3-c ü madd ə l ə rd ə “ d ö vl ə t sosial s ığ orta ş ə had ə tnam ə si olmayan ” s ö zl ə ri “ f ə rdi u ç ota al ı nmam ış ” s ö zl ə ri il ə ə v ə z edilmişdir.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.7.1-ci maddədə “qeydiyyatdan keçdikləri” sözləri çıxarılmışdır.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.7.3-ci maddədə “qeydiyyatdan keçdiyi” sözləri çıxarılmışdır.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.7.5-ci maddədə “qeydiyyatdan keçdiyi” sözləri çıxarılmışdır.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.8.-ci maddədə “qeydiyyatdan keçdikləri” sözləri çıxarılmışdır.

8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 7. Sığortaolunanlar haqqında məlumatların təqdim olunması

7.1. Sığortaedən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

7.2. Öz-özünü sığortaedən şəxs özü haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

7.3. Bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına, onun tərəfindən təsdiqlənmiş sənəd formalarına və təlimatlara müvafiq surətdə təqdim olunur.

7.4. Göstərilən məlumatlar həm yazılı sənəd formasında, həm də məlumatın düzgünlüyünə, eləcə də icazə olmadan əldə edilməkdən və təhrif olunmaqdan mühafizəsinə zəmanət olunduğu halda elektron formada (maqnit daşıyıcılarında) təqdim edilməlidir. Eyni zamanda, bu məlumatlar rabitə kanalları vasitəsilə də təqdim edilə bilər. Bu halda təqdim olunan sənədlərin hüquqi qüvvəsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə elektron imza ilə təsdiq olunmalıdır. İnformasiyanın elektron formada təqdim olunmasının mümkünlüyü məsələsi dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı və hər bir sosial sığorta ödəyicisi ilə birgə həll olunur.

7.5. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim olunan məlumatların surətləri sığortaedəndə və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxsdə saxlanılır. Bu sənədlərin sığortaedəndə saxlanılması mühasibat uçotu və hesabatı sənədlərinin saxlanılması üçün müəyyən edilmiş qaydalar üzrə həyata keçirilir.

7.6. Sığortaedən sığortaolunanlar haqqında bu Qanunun 5.2.1—5.2.9-cu maddələrində göstərilən məlumatları aşağıdakı hallarda dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir:

7.6.1. sığortaolunan ilk dəfə əmək fəaliyyətinə başladıqda;

7.6.2. fərdi u ç ota al ı nmam ı ş şəxslə mülki-hüquqi xarakterli müqavilə bağlandıqda;

7.6.3. sığortaolunan tərəfindən dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə;

7.6.4. sığortaolunan haqqında məlumatlar dəyişildikdə.

7.7. Sığortaolunanlar haqqında bu Qanunun 5.2.1—5.2.9-cu maddələrində
göstərilən məlumatlar aşağıdakı qaydada təqdim edilir:

7.7.1. ilk dəfə əmək fəaliyyətinə başlayan sığortaolunan barədə məlumatlar bir ay müddətində sığortaedən tərəfindən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına;

7.7.2. özü-özünü sığorta edən şəxs tərəfindən özü haqqında məlumatlar bir
ay müddətində daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlər
isə məskunlaşdıqları yerin ünvanı üzrə dövlət sosial sığorta sistemində fərdi
uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına;

7.7.3. fərdi u ç ota al ı nmam ı ş şəxslərlə mülki-hüquqi xarakterli müqavilə bağlandıqda, bu şəxslər barədə məlumatlar bir ay müddətində sığortaedən tərəfindən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına;

7.7.4. sığortaolunan tərəfindən dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə, bu Qanunun 6.6-cı maddəsində müəyyən olunmuş qaydada;

7.7.5. sığortaolunan barədə məlumatlar dəyişildikdə, dürüstləşmiş məlumatlar sığortaedən tərəfindən 14 iş günü müddətində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına.

7.8. Sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

7.9. Sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir:

7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi;

7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı;

7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının
hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə);

7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə).

7.10. Bu Qanunun 7.9-cu maddəsində nəzərdə tutulmuş məlumatlarla bərabər əmək şəraitinə görə güzəştli staj müddətinə malik sığortaolunanları olan sığortaedənlər həmin sığortaolunanların siyahısmı dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

7.11. Sığortaedən ləğv olunduğu və ya fəaliyyətini dayandırdığı halda, sonuncu məlumat təqdim edildiyi dövrdən ləğv olunduğu və ya fəaliyyətini dayandırdığı günədək olan dövr üçün hər bir sığortaolunana dair bu Qanunun 7.9-cu və 7.10-cu maddələrində nəzərdə tutulmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

7.12. Əmək pensiyası təyin edilərkən, sığortaolunan sığortaedənə onun barəsində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına fərdi məlumatların təqdim edilməsi haqqında ərizə ilə müraciət edir. Sığortaedən sonuncu məlumatı təqdim etdiyi dövrdən sığortaolunanın pensiya təyinatı üçün rəsmi müraciət etdiyi günədək olan dövr üçün həmin sığortaolunan haqqında təqdim olunmamış bu Qanunun 7.9-cu və 7.10-cu maddələrində nəzərdə tutulmuş məlumatları 10 iş günü müddətində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

7.13. Sığortaolunan işdən azad edildikdə, sonuncu məlumat təqdim olunan dövrdən sığortaolunanın işdən azad edildiyi günədək olan dövr üçün bu Qanunun 7.9-cu və 7.10-cu maddələrində nəzərdə tutulmuş məlumatlar sığortaedən tərəfindən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına ümumi qaydada, sığortaolunana isə həmin gün təqdim edir.

[33] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə III fəslin adında “dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının” sözləri “sığortaçının” sözü ilə əvəz edilmişdir.

[34] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 8.1.3-cü maddədə “hesabına yazılan” sözləri “hesabında əks olunan” sözləri ilə əvəz edilmişdir.

19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 8.1.1-ci və 8.1.4-cü maddələrdə “yazılan” sözü “əks olunan” sözləri ilə əvəz edilmişdir.

1 fevral 2008-ci il tarixli Qanun (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29) ilə 8.2.1-ci maddədə ” qeydiyyatdan keçmək” sözləri “uçota düşmək” sözləri ilə əvəz edilmişdir.

8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 8-ci və 9-cu maddələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 8. Sığortaolunanın hüquq və vəzifələri

8.1. Sığortaolunan aşağıdakı hüquqlara malikdir:

8.1.1. yaşayış və ya iş yeri üzrə dövlət sosial sığortası sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında fərdi şəxsi hesabında əks olunan məlumatları almaq;

8.1.2. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına onun özü haqqında fərdi uçot üçün sığortaedənin təqdim etdiyi məlumatların surətini sığortaedəndən almaq;

8.1.3. fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadığı hallarda həmin məlumatların dəqiqləşdirilməsi barədə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya sığortaedənə ərizə ilə müraciət etmək;

8.1.4. bu Qanunla müəyyən olunmuş qaydada fərdi şəxsi hesabında əks olunan məlumatlar dəyişdikdə, ərizə ilə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya sığortaedənə müraciət etmək.

8.2. sığortaolunanın aşağıdakı vəzifələri vardır:

8.2.1. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında uçota düşmək ;

8.2.2. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Qanuna əsasən onun fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları təqdim etmək;

8.2.3. dövlət sosial sığorta şəhadətnaməsini almaq, onu saxlamaq və sığortaedənin, fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələbinə görə təqdim etmək.

Maddə 9. Sığortaedənin hüquq və vəzifələri

9.1. Sığortaedən aşağıdakı hüquqlara malikdir:

9.1.1. sığortaolunanı işə qəbul edərkən ondan dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olunmaqla) tələb etmək;

9.1.2. sığortaolunanlar haqqında verilmiş məlumatları dəqiqləşdirmək, onlara əlavələr etmək və bu barədə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat vermək.

9.2. Sığortaedənin vəzifələri aşağıdakılardır:

9.2.1. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək;

9.2.2. hər bir sığortaolunan haqqında təqdim olunmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına vermək;

9.2.3. sığortaolunanın dövlət sosial sığorta şəhadətnaməsində qeyd edilən məlumatların onun şəxsiyyətini təsdiq edən sənədlə uyğun gəlməsini yoxlamaq.

[35] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə 10-cu maddənin adında, 10.1-ci və 10.2-ci maddələrdə ismin müvafiq hallarında “Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “Sığortaçı” sözü ilə əvəz edilmişdir.

[36] 19 oktyabr 2007-ci il tarixli 453-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1071) ilə 10.1.2-ci maddədə “, eləcə də fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxsin” sözləri çıxarılmışdır.

[37] 8 iyul 2022-ci il tarixli 587-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834 ) ilə yeni aşağıdakı məzmunda 10.2.1-1-ci maddə əlavə edilmişdir.

[38] 23 aprel 2021-ci il tarixli 297-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 538 ) ilə 10.2.2-ci madd ə y ə “ izah etm ə k ” sözl ə rind ə n sonra “, habel ə f ə rdi ş ə xsi hesab ı ndak ı m ə lumatlara bax ış imkan ı n ı n yaradılmasını t ə min etm ə k ” s ö zl ə ri ə lav ə edilmişdir.

[39] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 10.2.3 -cü maddə çıxarılmışdır.

AXCP sədrinin müşavirinə hökm oxunub

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Nərimanov Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəməsi başa çatıb. “Report”un məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında M.İbrahimin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, Məmməd İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Hadisədən bir ay sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsinə tövsif olunub.

Zərdabın Məlikli kəndində yaşanmış münaqişənin-Cinayət İşi

Zərdab rayon Məhkəməsi Qarayev Ağaməmməd Qurban oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru ədliyyə müşaviri Quliyev Fəyyaz Əbdi oğlunun, müdafiəçi Paşayev Mehman Abdulhüseyn oğlunun iştirakı ilə 24 iyul 2009-cu ildə Zərdab şəhərində,
1) Zeynalov Xaləddin Ədalət oğlunun-25 aprel 1990-cı ildə Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuş, Ucar rayonunun Qaradağlı kəndində müvəqqəti məskunlaşmış, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, çoban işləyir, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tədbiri seçilmişdir, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə;

2) Əsədov İbad Abdulla oğlunun- 14 may 1969-cu ildə Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuş, Ucar rayonunun Qaradağlı kəndində müvəqqəti məskunlaşmış, evli-5 nəfər ailə sahibi, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, II qrup əlil, əvvəllər Şəmkir rayon Məhkəməsinin 05 mart 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 221.3-cü maddələri ilə təqsirli bilinib 3 il 3 ay azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 oktyabr 2007-ci il tarixli qərarı ilə CM-nin 221.3-cü maddəsi ilə icraata xitam verilmiş, CM-nin 128-ci maddəsi ilə təyin olunmuş cəzanı CM-nin 68.1.3-cü maddəsinə uyğun olaraq çəkib qurtardığına görə azad olunmuş, məhkumluğu ödənilmişdir. Haqqında 29 iyun 2009-cu il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 228.1 və 229.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair işə açıq məhkəmə iclasında baxaraq
MÜƏYYƏN E T D İ:

Təqsirləndirilən şəxs Zeynalov Xaləddin Ədalət oğlu 16 mart 2009-cu il tarixdə Zərdab rayon Məlikli kəndi ərazisindəki “Qızlıq” adlanan ərazidə otlaq sahəsi ilə əlaqədar aralarında yaranmış münaqişə zəminində Kəlbəcər rayon sakini Süleymanov Etibar Süleyman oğlu ilə mübahisə edərək dalaşmış, qəsdən vuraraq ona başın təpə nahiyəsində dərialtı hemotoma, sol qaşüstü nahiyəsinin əzilmiş infeksiyalaşmış yarası, sol qulağın sıyrılması, keçirilmiş kəllə-beyin travması nəticəsində ensefalopatiya, sol üçlü sinirin I şaxəsinin travmatik nevralgiyası-ağrı sindromu ilə müşaiyət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Həmçinin Süleymanov Etibar Süleyman oğlu da həmin dalaşma zamanı Zeynalov Xaləddin Ədalət oğlunu vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. E.S.Süleymanovun ilk dəfə olaraq belə əməl törətməsini, barışdıqlarını, X.Ə.Zeynalovun ondan şikayəti və tələbi olmamasını nəzərə alaraq məhkəmənin 24 iyul 2009-cu il tarixli qərarı ilə E.S.Süleymanovun haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan işin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs Əsədov İbad Abdulla oğlu 2009-cu ilin mart ayının əvvəllərində ona 22 noyabr 2007-ci il tarixdə Göranboy rayon polis şöbəsi tərəfindən 171 № li şəhadətnamə əsasında verilmiş İJ-16 kalibrli A 30233 №-li təklüləli ov tüfənginin lüləsini kəsərək tüfəngin ilkin ballistik xüsusiyyətlərini qismən dəyişdirmiş, tüfəngin təyinatını dəyişdirərək qanunsuz olaraq odlu silah hazırlamış və həmin silahı özündə saxlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Zeynalov Xaləddin Ədalət oğlu ona verilən ittihamla özünü təqsirli bildi və göstərdi ki, əslən Kəlbəcər rayonu Zəylik kəndindən olmaqla 3 ildir ki, atası Ucar rayonu Qaradağlı kəndi ərazisində məskunlaşaraq heyvandarlıqla məşğuldurlar. Məskunlaşdığı ərazi Zərdab rayonu Məlikli kənd bələdiyyəsinə məxsus torpaq sahələri ilə həmsərhəddir. Həmin ərazidə Kəlbəcər rayonundan olan Süleymanov Etibar Süleyman oğlu məskunlaşaraq heyvandarlıqla məşğuldur. Otlaq sahəsi ilə əlaqədar Etibarla aralarında tez-tez mübahisələr baş vermişdir. 16 mart 2009-cu il tarixdə də qoyunların otlaq sahəsinə girməsinin üstündə mübahisələri olmuş, Etibar buna görə ağacla onun üzərinə gələrək başına vuraraq xəsarət yetirmişdir. Aldığı zərbədən hüşunu itirmiş, özünə gələndə isə Etibarın artıq çıxıb getdiyini görmüşdür. Həmin vaxt İbad Əsədov hadisə yerində olmamış, ondan və Etibar Süleymanovdan başqa hadisə yerində heç kəsi görməmişdir.Lakin həmin vaxt onlardan bir qədər aralıda Ucar rayonu Qaradağlı kəndindən olan Seymur və Rafiq adlı şəxslər mal-qara otarmaqla məşğul olmuşlar. Etibarla dalaşdıqları vaxt onu vurmuş, hal hazırda Etibara qarşı heç bir şikayəti və tələbi olmadığını, etdiyi cinayət əməlinə görə peşman olduğunu bildirdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Əsədov İbad Abdulla oğlu ona verilən
ittihamla özünü qismən təqsirli bildi və göstərdi ki, əslən Kəlbəcər rayonu Zəylik kəndindən olmaqla 3 ildir ki, Ucar rayonu Qaradağlı kəndi ərazisində məskunlaşaraq heyvandarlıqla məşğuldur.Həmin ərazi Zərdab rayonunun Məlikli kənd bələdiyyəsinə məxsus torpaq sahələri ilə həmsərhəddir. Orada Kəlbəcər rayonundan olan Süleymanov Etibar Süleyman oğlu məskunlaşaraq heyvandarlıqla məşğul olur. Otlaq sahəsi ilə əlaqədar aralarında tez-tez mübahisələr baş vermişdir. 16 mart 2009-cu il tarixdə Ucar rayonu Qaradağlı kəndində olmuş, evə gələndə çobanı işləyən Xaləddin Zeynalovun üz-gözünü qan içində görmüş, Xalədindən nə baş verdiyini soruşmuş, Xaləddin isə Etibarla dalaşdığını, həmin vaxt Etibarın onu döyərək bu vəziyyətə saldığını bildirmişdir. Evində saxladığı İJ-16 kalibrli A 30233 № li təklülə ov tüfəngini 22 noyabr 2007-ci il tarixdə Goranboy rayon polis şöbəsindən rəsmi qaydada götürmüş, 2009-cu ilin mart ayının əvvəllərində həmin tüfəngdən açılan atəş zamanı lülədə şişmə baş vermiş, buna görə də dəmir kəsən alətlə həmin tüfəngin lüləsini şişdiyi hissədən kəsmiş, bundan sonra da tüfəngi evində saxlamışdır. Təqsirləndirilən şəxslər Zeynalov Xaləddin Ədalət oğlunun və Əsədov İbad Abdulla oğlunun cinayət əməlləri məhkəmə istintaqında digər sübutlarla aşağıda göstərilən qaydada sübuta yetirildi. Məhkəmə iclasında dindirilən Süleymanov Etibar Süleyman oğlu göstərdi ki, əslən Kəlbəcər rayonundan olmaqla 1993-cü ildən məlum hadisələrlə əlaqədar məcburi köçkün düşərək Zərdab rayonu ərazisində məskunlaşmışdır. Hazırda Zərdab rayonu Məlikli kəndi ərazisində Ucar rayonu Qaradağlı kəndi ilə həmsərhəd zonada məskunlaşaraq heyvandarlıqla məşğuldur. Heyvandarlıqla məşğul olmaq üçün ona icarəyə verilmiş torpaq sahəsinin yaxınlığında Kəlbəcər rayonundan olan digər məcburi köçkünlər Əsədov İbad və onun yaxın adamları ilə heyvan saxlamaqla məşğul olmuş, lakin İbad Əsədov və onun çobanı saxladıqları heyvanları özbaşına onun otlaq sahəsinə ötürdüklərinə görə aralarında narazılıqlar yaranmışdır. 16 mart 2009-cu il tarixdə saat 15 radələrində yenə də ona məxsus otlaq sahəsində qonşu ərazidə məskunlaşan məcburi köçkünlərin heyvanlarını otardıqlarını görmüşdür. Bu səbəbdən həmin yerə gəlmiş və Zeynalov Xaləddin Ədalət oğlunun onun icarəyə götürdüyü ərazidə heyvanları otardığını görmüş, buna görə Xaləddinlə mübahisə edərək dalaşmış, Xaləddin onu döymüşdür. Aldığı zərbələrdən huşunu itirmiş, özünə gələndən sonra evinə gəlmişdir. Əsədov İbadda lüləsi kəsilmiş ov silahı olduğunu bildirməklə döyülməsi ilə əlaqədar Zərdab rayon prokurorluğuna şikayət etmişdir. Hazırda Zeynalov Xaləddin Ədalət oğlundan şikayətçi olmadığını bildirdi. Məhkəmədə şahid kimi dindirilən Səfərəlıyev Şıxalı İsmayıl oğlu göstərdi ki, 7 ildir ki, Kəlbəcər rayon sakini Süleymanov Etibar Süleyman oğlunu tanımaqla əvvəllər onun yanında çoban işləmişdir. Etibar Süleymanovla digər Kəlbəcər rayon sakini Xaləddin Zeyalovun dalaşmalarını eşitmiş, lakin 16 mart 2009-cu il tarixdə baş vermiş hadisə zamanı həmin yerdə olmamışdır. Sonradan Etibarın fermasına gələrkən onun üz-gözünü sarıqlı vəziyyətdə görmüş, səbəbini soruşduqda Etibar onun bu vəziyyətə Ədalətin oğlu Xaləddin tərəfindən salındığını bildirmişdir. Məhkəmədə şahid Baxşəliyev Mirzəmməd Ağəli oğlu göstərdi ki, Zərdab rayonu Alıcanlı kəndindən olmaqla Kəlbəcər rayon sakini Süleymanov Etibar Süleyman oğlunu tanıyır. “Qızlıq” adlanan Qara su çayının kənarındakı sahədə özü də mal-qara saxlamaqla məşğul olur. 16 mart 2009-cu il tarixdə saat 15 radələrində Etibarla bir yerdə çöl sahədə söhbət etmiş, Etibar qonşu ərazidə məskunlaşan həmyerliləri olan Əsədov İbad və onun qohumlarından narazılığını bildirərək heyvanlarını onun otlaq sahəsinə keçirməsini bildirmişdir. Elə bu vaxt bir sürü mal-qaranın həmin istiqamətdən gələrək Etibarın otlaq sahəsinə girdiklərini görmüş, Etibar atı minib həmin istiqamətə getmişdir. Sonradan həmin yerdə Etibarın kiminləsə dalaşdığını uzaqdan görmüş, hadisə yerinə özü getməmiş, Etibar geri qayıdarkən onun Xaləddin Zeynalovla dalaşdığını öyrənmişdir. Şahid Süleymanov Famil Süleyman oğlu göstərdi ki, əslən Kəlbəcər rayon sakini olmaqla Sülemanov Etibar Süleyman oğlunun qardaşıdır. Özü Bakı şəhərində məskunlaşmış, qardaşı Etibar isə Zərdab rayonu Məlikli kəndinin bələdiyyə torpaqlarında məskunlaşaraq heyvandarlıqla məşğuldur. Etibarın məskunlaşdığı ərazi ilə qonşu ərazidə Əsədov İbad və qohumları məskunlaşaraq onlar da mal-qara saxlamaqla məşğul olmuş, lakin Etibarla İbadgilin arasında otlaq sahəsi ilə əlaqədar tez-tez mübahisələri olmuşdur. 16 mart 2009-cu il tarixdə qardaşı Etibar telefonla zəng edərək ona Xaləddinlə dalaşdığını və döyüldüyünü bildirmişdir. Şahid Əsədov Seymur İbad oğlu göstərdi ki, Əsədov İbad onun atasıdır. 2009-cu ilin mart ayının əvvəllərində atası İbad çöl sahədə çaqqala atəş açanda atasına məxsus tək lüləli ov tüfəngi partlamışdır. Həmin tüfəngin atası tərəfindən təmir olunması barədə məlumatı olmamışdır. Lakin sonradan həmin tüfəngin lüləsi şişdiyinə görə atası tərəfindən kəsilmiş və bundan sonrada tüfəngi evlərində saxlamışdır. Göstərilənləri ibtidai istintaq zamanı şahid kimi dindirilən və məhkəmə iclasında ifadələri oxunub elan edilmiş Əliyev Əbülfət Şahid oğlu və Nurməmmədov Rafiq Əhmədalı oğlu da təsdiq etmişlər. Göstərilən cinayət hadisəsinin baş verməsi işdə olan protokollar, fotoşəkillər və digər sənədlərlə də təsdiq olunur. İş üzrə məhkəmə-tibb ekspertizasının verdiyi 16 aprel 2009-cu il tarixli, 40 saylı rəyindən görünür ki, Süleymanov Etibar Süleyman oğlunun müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər ( eyni zamanda bu xəsarətlərdən törənmiş xəstəlik əlamətləri) başın təpə nahiyəsində dərialtı hemotoma, sol qaşüstü nahiyəsinin əzilmiş infeksiyalaşmış yarası, sol qulağın sıyrılması, keçirilmiş kəllə-beyin travması nəticəsində ensefalopatiya, sol üçlü sinirin I şaxəsinin travmatik nevralgiyası-(ağrısindromu ilə gedən) bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxta və şəraitə-yəni 16 mart 2009-cu il tarixdə təpə, sol qaşüstü, sol qulaq seyvanı nahiyəsinə ağacla vurulma nəticəsində əmələ gələ bilərdi. Xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə məhkəmə-ballistik ekspertizasının verdiyi 26 may 2009-cu il tarixli, 6798 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd tüfəng 16 kalibrli olmaqla, “İJ-18” modelli, “A 30233” №li, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş, hamar-təklüləli odlu ov tüfənginin kəsiyidir. Sonradan onun üzərində dəyişiklik edildiyindən, yəni lüləsi kəsilib (ehtimal ki, kəsici alətlə) qısaldıldığından tüfəng öz ilkin ballistik xüsusiyyətlərini qismən itirmişdir.Təyinatı dəyişdiyindən tüfəng kəsiyi odlu silah hesab edilir, texniki cəhətdən saz, atəş açmaq üçün yararlıdır. Beləliklə, bütün bu yuxarıda sadalanan biri digərini tamamlayan sübut növlərinin cəminə obyektiv qiymət verməklə təqsirləndirilən şəxslər X.Ə.Zeynalovun və İ.A.Əsədovun etdikləri cinayət əməlləri məhkəmə istintaqında da onlara tam sübuta yetirildi. Zeynalov Xaləddin Ədalət oğlunun hərəkəti Azərbaycan Respublikası CM-nin 127.1-ci və Əsədov İbad Abdulla oğlunun hərəkəti isə CM-nin 228.1, 229.1-ci maddələrinin tərkibini təşkil edir. Onlar həmin qanunun tələbi əsasında cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər X.Ə.Zeynalovun və İ.A.Əsədovun şəxsiyyətlərini, etdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların haqlarında cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müzakirə etməklə cəza məsələsinidə həll etmişdir. Təqsirləndirilən şəxs X.Ə.Zeynalovun 20 yaşlı gənc olmaqla ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, cinayət əməlini etiraf edərək peşman olması, zərər çəkmiş şəxsin ondan şikayətçi olmaması, İ.A.Əsədovun himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan və 1 nəfər azyaşlı uşağının olması, özünün və arvadının II qrup əlil olmaları, X.Ə.Zeynalovun və İ.A.Əsədovun Kəlbəcər rayonundan məcburi köçkün olmaları cəzalarını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Onların cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə 50 (əlli) manat eksperiza xərci Əsədov İbad Abdulla oğlundan alınaraq Az MEM VÖEN 1700326621 ABB mərkəzi filialı, VÖEN 9900001881 kod 805250 m/h 0137010002944 H/h COR 328518 AZN 3201-01 S.w İ.F.T. Bik. İBAZAZ 2 X hesabına hesaba köçürülməlidir. İşdə maddi sübut Zərdab rayon polis şöbəsinin maddi sübutlar saxlanılan anbarında olan bir ədəd təklüləli, 16 çaplı «İJ»markalı A 30233 № li tüfəng Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin anbarına təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Zeynalov Xaləddin Ədalət oğlu Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinərək cəzasını işlədiyi iş yerində çəkməklə aylıq qazancının 15 (on beş) faizi dövlət xeyrinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli X.Ə.Zeynalovun aylıq əmək haqqından 15 (on beş) faiz məbləğində pul tutulmağa başlandığı andan hesablansın.Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əsədov İbad Abdulla oğlu Azərbaycan Respublikası CM-nin 228.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə, CM-nin 229.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilsin. Bu cəzaları Azərbaycan Respublikası CM-nin 66-cı maddəsinə əsasən qismən toplamaq yolu ilə üzərində qəti olaraq 1 (bir) il azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 29 iyun 2009-cu il tarixdən hesab edilsin. Haqqında seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. İş üzrə 50 (əlli) manat eksperiza xərci Əsədov İbad Abdulla oğlundan alınaraq Az MEM VÖEN 1700326621 ABB mərkəzi filialı, VÖEN 9900001881 kod 805250 m/h 0137010002944 H/h COR 328518 AZN 3201-01 S.w İ.F.T. Bik. İBAZAZ 2 X hesabına hesaba köçürülsün. İşdə maddi sübut Zərdab rayon polis şöbəsinin maddi sübutlar saxlanılan anbarında olan bir ədəd təklüləli, 16 çaplı «İJ» markalı A 30233 № li tüfəng Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin anbarına təhvil verilsin. Hökmün icrası Zərdab rayon Məhkəmə İcraçıları qrupuna tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Zərdab rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

SƏDRLİK EDƏN: İMZA

ƏSLİ İLƏ DÜZDÜR:

ZƏRDAB RAYON MƏHKƏMƏSİNİN HAKİMİ: A.Q.QARAYEV

Comments are closed, but trackbacks and pingbacks are open.