Qara Volqa nın Kadrarxası: rejissoru aktrisa ilə öpüşməyə nə vadar etdi? FOTO
Hələ “Fəryad” filmi çəkiləndə orada ikinci rejissor kimi çalışan Elşən Məmmədov Ceyhun Mirzəyevə bu barədə təklif etdiyini də deyir:
Qara “Volqa”
When you buy books using these links the Internet Archive may earn a small commission.
Последний раз отредактировано WorkBot
4 февраля 2010 г. | История
Qara “Volqa”
от Cämşid Ämirov
- 0 Оценок
- 3 Хотят прочитать
- 0 Сейчас читают
- 0 Прочитало
Qara “Volqa”
Publish Date
Купить эту книгу
When you buy books using these links the Internet Archive may earn a small commission.
У этого издания еще нет описания. Можете ли вы добавить его?
Showing one featured edition. View all 1 editions?
1993, Azärbaycan Dövlät Näşrĭyyati
5552014081 9785552014088
Библиотеки поблизости от вас: WorldCat
Book Details
Published in
Заметки издания
T.p. in Azerbaijani (roman); text in Azerbaijani (Cyrillic).
Классификации
Library of Congress PL314.A5394 Q17 1993
Физический объект
Нумерация страниц 250 p. ; Количество страниц 250
Идентификаторы
Open Library OL563051M ISBN 10 5552014081 LCCN 96147323 OCLC/WorldCat 36207458
Отзывы сообщества (0)
Для данной работы ещё не было оставлено отзывов сообщества.
Списки с этой книгой
Loading Related Books
История
- Создано 9 декабря 2009 г.
- 2 редактирования
4 февраля 2010 г. | Отредактировано WorkBot | add more information to works |
9 декабря 2009 г. | Создано WorkBot | add works page |
Open Library
- Видение
- Станьте волонтером
- Станьте партнёром
- Вакансии
- Блог
- Условия использования
- Пожертвовать
Исследуйте
Разработка
- Центр разработчиков
- Документация API
- Дампы данных
- Написание ботов
- Добавить книгу
Помощь
- Центр помощи
- Сообщить о проблеме
- Предложение изменений
Изменить язык сайта
Open Library- это инициатива Internet Archive, некоммерческой организации 501(c)(3), создающей электронную библиотеку интернет-сайтов и других культурных артефактов в цифровой форме. Включая другие проекты Wayback Machine, archive.org и archive-it.org
“Qara Volqa”nın “Kadrarxası”: rejissoru aktrisa ilə öpüşməyə nə vadar etdi? – FOTO
Milli.Az bildirir ki, modern.az saytı hər şənbə günü olduğu kimi, bu gün də “Kadraraxası” layihəsini davam etdirir. Sənət adamları mövsümlə əlaqədar məzuniyyətdə olduğundan, budəfəki qəhrəmanımızı bir xeyli axtarmalı olduq və çətinliklə tapa bildik.
Beləliklə, “Kadraraxası”nda sevimli aktyor, həm də “Qara Volqa” filminin yaradıcısı, rejissor Elşən Məmmədovdur. Onunla birgə “Qara Volqa”nın yazdığı gizli tarixi vərəqləyirik.
Arayış: Elşən Məmmədov 1963-cü ildə Goranboyun Nərimankənd kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İncəsənət İnsitutununa daxil olub. 1991-1995-ci illərdə insititutun teatr rejissoruluğu fakültəsində təhsil alıb.
Ailəlidir, 3 övladı var. Hazırda Mingəçevir Dövlət Dram Teatrında truppa müdiri vəzifəsində çalışır.
“Qara Volqa” filmi Cəmşid Əmirovun “Qara Volqa” pyesi əsasında ekranlaşdırılıb. Filmdə dövrün əyrilikləri, cinayətkar dəstənin həyata keçirdiyi ixtişaşlar, bunun qarşısnın alınması üçün polis əməkdaşlarını həyata keçirdiyi tədbirlərdən söhbət açılır. Filmdə məsləhətçi kimi yazıçının oğlu Çingiz Əmirov dəvət olunub və filmdə də çəkilib.
Filmin ssenari müəllifi Nəriman Əbdülrəhmanlı, quruluşçu rejissor Elşən Məmmədov, quruluşçu operator Sərvər Rəşidoğlu, quruluşçu rəssam Nizami Bəydəmirov, operator Elmar Hüseynov, bəstəkar Rauf Əliyev, direktoru Akif Musayevdir. Həmçinin filmdə kaskadyor işini Əli Məmmədov icra edib.
Rollarda Fuad Poladov, Naibə Allahverdiyeva, Laləzar Mustafayeva, Rasim Balayev, Nəsir Sadıqzadə, Muxtar Manıyev, Məfkurə Məhərrəmova, Arzu Ocaqverdiyev, Nadir Əzməmmədov (“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri) və başqaları çəkilib.
Çətinliklərlə dolu bir dövrün filmi.
Rejissor Elşən Məmmədov: “Filmin çəkilişinə 1993-cü ilin aprel ayında başladıq, həmin ilin noyabr ayında təhvil verdik. Baxmayaraq ki, həmin dövr çox çətinliklərlə dolu idi. Azərbaycanda infilyasiyanın yüksək səviyyədə inkişaf etdiyi bir vaxtlar idi. Təsəvvür edin ki, filmin smetasını tutanda nəzərə aldığımız məbləğ, artıq film başalayanda 40-45% inflyasiyaya uğramışdı. Bu səbəbdən də smeta yenidən tutuldu. Vəsait ayrıldı. Hansı ki, həmin vaxtı banklarda pul yox idi, insanlar maaş ala bilmirdilər. Bütün bunlara baxmayaraq, hər şeyin öhdəsindən gələ bildik, hətta işçilərin maaşını da qaldırdıq.
O vaxt heç bir film dövlət sifarişilə çəkilmirdi. Yeni müsəqillik əldə edən bir ölkədə keçid dövrünün çətinlikləri öz sözünü deyirdi. Bu filmlə eyni zamanda 6-7 film çəkilirdi ki, hamısı da sifarişli idi. Bizim film də onlardan biri idi. Filmin sifarişini Azərbaycan Dövlət Yanacaq Komitəsi Bakı Neft Təchizatı Bazası verdi və ekran əsəri onların vəsaiti hesabına “Azərbaycanfilm”lə müştərək olaraq çəkildi”.
“Polkovnik Cavanşirov roluna Ceyhun Mirzəyev çəkiləcəkdi, amma. “
Filmin ərsəyə gəlməsində ilk növbədə müsahibimizin oxuduğu “Qara Volqa” əsəri böyük rol oynayır. Belə ki, oxuduqca əsərdən təsirlənən rejissor elə buradan bəhrələnərək, beynində obrazlar qurur. Dövr üçün aparıcı mövzu sayıldığından “Qara Volqa” adlı film çəkmək qərarına gəlir:
Elşən Məmmədov: “Roman həmin dövr üçün çox populyar olduğundan mənim də diqqətimi çəkmişdi. Çünki romanı oxumuşdum deyə, orada cərəyan edən hadisələr mənim özüm üçün də maraqlı idi. Əsərin dövr üçün məşhur olduğunu nəzərə alaraq onu ekranlaşdırmaq qərarına gəldim.
Artıq oradakı obrazları oynayacaq aktyorları özüm üçün müəyyənlşədirmişdim. Təbii ki, filmin çəkilməsinə qərar verəndə bəzi dəyişikliklər oldu. Polkovnik Cavanşirov obrazına ilk olaraq Ceyhun Mirzəyevi nəzərdə tutmuşdum”.
Hələ “Fəryad” filmi çəkiləndə orada ikinci rejissor kimi çalışan Elşən Məmmədov Ceyhun Mirzəyevə bu barədə təklif etdiyini də deyir:
“Ona təklif etdim, razılaşmışdıq da. Amma nə yazıq ki, ömür vəfa etmədi. Sonradan həmin rola görkəmli aktyor Rasim Balayevi çəkəsi olduq. Aktyor öz rolunun öhdəsindən çox böyük ustalıqla gəldi”.
Çəkilişlər əsasən Bakıda olub
Elşən Məmmədov: “Film əsasən Bakıətrafı kəndlərdə – Mərdəkan, Buzovnada lentə alındı. Maliyyə sarıdan çətinlik çəkdiyimizə görə, çalışırdıq ki, Bakıdan kənara çıxmayaq. Elementar olaraq kino lentlərini belə, almaqda çətinlik çəkirdik. Lentləri Moskva ətrafında yerləşən Şostok şəhərindən alırdıq deyə, məbləği buradan oraya ödəyənə qədər böyük çətinlik çəkirdik. Aradan keçən bir ay müddətində biz göndərdiyimiz məbləğə ancaq film üçün lazım olan lentin 50%-ni ala bildik. Çünki pul dəyərdən düşürdü. Əlacsız qalıb lazım olan lentin qalanını kinostudiyanın daxili hesabına ordan-burdan tapdıq”.
Rejissor bildirir ki, çəkiliş müddətində aktyorlar arasında münasibət çox yaxşı olub. Ancaq bir məsələ baş verir ki, filmdəki “Bürcəli” obrazına Muxtar Maniyev nəzərdə tutulsa da, Alim Məmmədovun istəyi üzərinə rol ona verilir. Böyüklük göstərən Muxtar Manıyev isə heç bir narazılıq etmir.
Rejissor risk edir.
Filmdə olan bəzi nüansların tamaşaçılar tərəfindən birmənalı qarşılanmayacağını bilə-bilə rejissor risk edir. Azərbaycan efiri üçün o qədər də xoş olmayan obrazların canlandırılmasına imkan yaradır. O, bildirir ki, “romandakı hadisələr 50-60-cı illərdə cərəyan etsə də, mən dövrü dəyişdim. Dövr dəyişsə də, mövzu qaldı. Çünki mövzu istənilən dövr üçün real idi. O vaxt da eləydi, indi də, gələcəkdə də belə olacaq. Bəzi şeylər dəyişsə də, əsas “Qara Volqa”nı, obrazların şəhər ləhcəsinə uyğun danışıq tərzini romanda olduğu kimi saxladım”.
Rejissor bildirir ki, filmdə ümumiyyətlə, pavilyon çəkilişləri olmayıb. Tamaşaçı gördüyü bütün məkanların hamısı interyerlər olub.
Çəkilən, amma efirə getməyən kadrlar
Elşən Məmmədov: “Kinolentlərin çatışmazlığı ona gətirib çıxardı ki, iki böyük səhnə – hansı ki, hərəsinə 5 gün vaxt ayırmışdım, onlar alınmadı. Birincisi aeroport yolundakı səhnədə nəzərdə tutulan tryuk idi. Çəksək də, lentin keyfiyyətsiz olması ucbatından onu kadrdan çıxartdıq. Həmçinin Pəncəli Aslanın (Laləzar Mustafayeva) evə gələrək qızıl-zinət əşyalarını yığması səhnəsi də keyfiyətsiz lent ucbatından filmə salınmadı.
Pəncəli Aslan avtomobillə aeroporta can atır, yolda DYP işçisi onun qarşısına keçib saxlamaq istəyəndə qəza baş verir. Həmin səhnəni də kaskadyor Əli oynamışdı. Təssüflər olsun kinolentin keyfiyətsizliyi ucbatından o səhnə də filmə salnmadı. Bu iki səhə 2 növbəyə çəkilən 7-8 dəqiqəlik kadrlar idi.
Qəbristanlıq səhnəsi “Azərnəşr”dən yuxarıda yerləşən Yasamal qəbristanlğında çəkildi. “Paxan”ın qəbirlərin arasından çıxaraq boylandığı bir səhnə vardı, hansı ki, artıq çəkmişdik. Sadəcə həmin material rejissor olaraq məni qane etmədiyindən filmə salmadım”.
“Səlimzadənin evi keçmiş “İnturist” mehmanxanası idi”
Elşən Məmmədov: “Filmdə Səlimzadənin evi olaraq göstərilən bağ səhnəsi keçmiş “İnturist” mehmanxanasının banket zalında lentə alınmışdı. Həmin səhnədə Samirə, Pəncəli Aslan və Marqaritanın istirahət etdiyi göstərilir. Həmin mehmanxana bizə çəkiliş müddətində dəstək oldu və buna görə də, hər hansı vəsait ödəmədik. Həmin dövr müstəqilliyimizin yeni illəri olduğu üçün səfirliklər açılırdı. Mehmanxanada ABŞ səfirliyinin nümayəndələri bizlə üzbəüz otaqlarda qalırdılar”.
Yaşanın Solomonovanın evinə gələrək onu tələyə saldığı səhnə 3-cü mikrorayonda aktyorlardan birinin evində çəkilib. Rejissor bildirir ki, bu filmdə müxtəlif yerlərdə kadrlar lentə alınmasına baxmayaraq, demək olar ki, yer sahibləri icarə haqqı istəməyiblər. “O dövrdə “Azərbaycanfilm” kinostudiyasına çox böyük hörmət vardı deyə, biz də bundan bəhrələnirdik”.
“Tu-154” təyyarəsi gecədən səhərə qədər çəkiliş qrupunun ixtiyarında olub
Sondakı aeroport səhnəsini çəkmək üçün aeroportun rəhbərliyindən icazə alınır. Rəhbərlik “Tu-154” təyyarəsnin anqardan çıxarılaraq uçuş zolağına gətirilməsinə böyük məmuniyyətlə və təmənnasız icazə verir.
Filmdə istifadə edilən “Qara Volqa” isə tanışlardan birinin olub. İcarə haqqı ödənilərək çəkiliş edilir və filmi tamamalayandan sonra sahibinə geri qaytarırlar.
Elşən Məmmədov: “Rəhbərlikdən bizə bildirdilər ki, təyyarə səhər saat 07:30-da uçuş həyata keçirəcək. Bu səbədən də xahiş etdilər ki, həmin vaxta qədər çəkilişləri bitirək. Bir sözlə, təyyarə əməkdaşları ilə birgə bizim ixtiyarımıza verildi. Biz də lazımi şəkildə çəkilişlərimizi yekunlaşdırdıq.
Eyni zamanda o dövrki Nərimanov Rayon Polis İdarəsi bizə çox böyük dəstək oldu. Polis otağındakı kadrı məhz orada lentə aldıq. Hətta şöbənin əməkdaşları da filmdə çəkildilər. Polis podpolkovniki Çingiz Əmirov da bizə öz məsləhətlərini verdi, həmçinin filmdə də çəkilərək tarixə düşdü”.
Rejissor aktyorların yerində etdiyi improvizələri dəstəkləyib və həmin improvizələr filmin süjet xəttinə xələl gətirmədiyi təqdirdə onun ekran əsəsrindəqalmasına razılıq verib. Həmçinin Klaranın bağ evində istirahət zamanı “ürəyim sıxıldı, rəqs etmək istəyirəm” deməsi də improvizələr sırasına daxil olub.
Naibə Allahverdiyeva “Nalbadyan”ı öldürdüyü səhnədə filmin rejissoru ilə öpüşüb
Elşən Məmmədov: “”Firuzə” zərgəzlik mağazası “Azərbaycan” kinoteatrının qarşısındakı “Natəvan”ın heykəlindən sağda yerləşirdi. O vaxtın məşhur zərgərlik mağazası idi.
Səlimzadənin kabineti isə kinostudiyanın direktor müavinin kabineti idi.
Qayalıq, Səlimzadənin yuxuya getməsi, qoca kişinin dənizdən çıxaraq ona çıraq verməsi səhnələrinin hamısı “Bilgəh” çimərliyində lentə alındı. Həmçinin Marqaritanın qayalıqda bir nəfərlə sevgi səhnəsi, onu öldürməsi də orada çəkilib”.
Rejissor maraqlı faktı bizimlə bölüşdü. Sən demə, filmdə Marqaritanın sevişdiyi oğlan Elşən Məmmədovun özü olub. Müsahibimiz bildirir ki, Naibə xanım Nalbadyanla isti münasibətdə olduğu göstərilən səhnənin çəkilməsi üçün təklif edilən tərəf-müqabillərini rədd edib:
“Kimi təklif etdimsə, Naibə razılaşmadı. “O olmaz, bu olmaz”. Buna görə də dedim ki, “Nalbadyan” roluna özüm çəkiləcəm. Bu dəfə isə Naibə etiraz etmədi”.
Məhz həmin səhnədə Marqarita Nalbadyanla öpüşür və onu bıçaqla öldürərək dənizə atır.
6 dubla çəkilən səhnədə Fuad Poladov Naibə Allahverdiyevanın bahalı qab dəstini qırıb
Elşən Məmmədov: “Səlimzadəylə Marqaritanın söhbət etdiyi, Marqaritanın onun şərabına zəhər qatması səhnəsi Naibə Allahverdiyevanın öz evində lentə alındı. Məhz o səhnədə istifadə edilən badə komplekt servisi idi. O Naibə xanımın ən bahalı qablarından idi. Həmin səhnədə Səlimzadə şərabı Marqaritanın üzünə ataraq, hirslə badəni əlindən yerə atır. 6 dubla çəkilən səhnənin sonunda komplektin hamısı bir-bir Səlimzadə tərəfindən qırıldı. Axırda Naibə xanım dilə gəldi: “Ay Elşən, bu nədir hər dubla bir qab getdi ki?”.
Çəkilişdən sonra, təbii ki, filmə ayrılan pul hesabına onun bahalı qab dəstini alaraq özünə təhvil verdim. Bu obraz Naibə xanımın çəkildiyi ilk böyük rol idi”.
Filmdəki bir qrup xanım yüngül həyat tərzi keçirən qadınları canlandırır. Rejissor bildirir ki, rola çəkilərkən aktrisaların öz rollarına hər hansı etirazı olmayıb.
Filmdəki obrazların səsləndirilməsinə gəlincə isə rejissor maksimum şəhər ləhcəsini qoruyub saxlmağa çalışdığını deyir:
“Marqaritanı (Naibə Allahverdiyeva) Nuriyyə Əhmədova səsləndirəndə maksimum şəhər ləhcəsində danışmasını istədim. Qorxmaz Əlilini də məhz Bakı ləhcəsiylə danıdığına görə səsləndirməyə dəvət etdim. Filmdə az rol oldu ki, onu oynayan aktyor özü səsləndirdi”.
Naibə Allahveriyeva çəkiliş zamanı Fuad Poladovdan çəkinirmiş
Müsaibimiz deyir ki, Naibə Allahverdiyeva Fuad Poladovdan çox çəkinirmiş. Bildirirmiş ki, “mən Fuadla o səhnəni necə oynayım?”. Mən də ona dedim ki, Fuad Poladov o dərəcədə professional aktyordur ki, sənə öz rolunu daha yaxşı oynamağın üçün şərait yaradacaq”.
Fuad Poladov və tələbəsi.
Elşən Məmmədov daha bir maraqlı məqamı açıqlayır. Sən demə, Məfkurə Məhərrəmova (Samirə rolunun ifaçısı) Fuad Poladovun tələbəsi olub. Onların birgə səhnəsi çəkilərkən (Səlimzadə Samirəni öpmək istəyir) Məfkurə xanım müəllimi ilə belə bir məqamda çox böyük utancaqlıq göstərib. Aktrisa sonradan deyib ki, “o səhnədə elə bil başımdan qaynar qazanla dolu su tökdülər”. Rejissor isə onlara bildirib ki, “burada tələbə-müəllim yoxdur. Siz aktyorlarsınız, bunu oynamaq lazımdır”.
Elşən Məmmədov: “Ümumiyyətlə Cəmşid Əmirovun bütün əsərlərinin qəhrəmanları real insanlar olub. Bu əsər də onlardan biridir. Filmdəki bütün obrazların hamısı real qəhrəmanlar idi. Paxan özü reallıqda qanuni oğru, Marqaritanın atası Sovet dövrünün vəzifəli, imkanlı şəxsi olub.
Pəncəli Aslanın Paxanı təpiklə vurduğu səhnə kinostudiyanın həyətində çəkilib. Həmin bina da vaxtilə “Qanun naminə” filminin çəkildiyi yardımçı binadır. Paxanı canlandıran Nəsir Sadıqzadənin 70-ə yaxın yaşı var idi deyə, Laləzar xanım onu təpiklə vurduğu səhnədə çox qorxurdu. Nəsir müəllim dedi ki, “qorxma, qızım””.
Yaşanın Paxanın adamlarının döydüyü səhnədə aktyorlar qərara gəlirlər ki, səhnənin inandırıcı olması üçün həqiqətən dalaşsınlar. Hətta Bürcəli obrazını canlandıran Alim Məmmədov ilk dublda əlinə daha böyük dəmir parçası götürübmüş. Bu məqamda rejissor etiraz edərək bildirir ki, “bununla camaatın belini qırarsan, at qırağa”.
Sən demə, Paxanın adamlarının bacıoğlunu, eyni zamanda Solomonovnanı (Zərnigar Atakişiyeva) gecə atdıqları yer kinostudiyanın həyəti, Paxan və adamlarının qumar oynadıqları yersə “Karvansara” restoranı olub. Rejissor restoran rəhbərliyinin oradakı çəkilişlərə təmənnasız olaraq icazə verdiyini deyir: “Orada nə qədər çəkiliş aparsaq da, bir qəpik də olsun pul ödəmədik”.
Heç cür alınmayan səhnə
Elşən Məmmədov: “Qəbristanlıq səhnəsini gecə çəkirdik, həm də komendant saatı tətbiq olunurdu. Saat 12-yə qədər hamı evində olmalı idi, amma biz icazə almışdıq deyə, çəkilişlərimizi məhz gecə edirdik. Mən qəbristanlıqdan çox qorxurdum. Özümdən asılı olmayaraq, indi də o xof məndə qalıb. O çəkilişlərdə Nəsir müəllim rolunu heç cür oynaya bilmədi. Dedi ki, “gəl özün göstər”. Mən də qəbirdən qorxan adam, rolu necə oynamaq lazım olduğunu göstərib geri qayıdanda 15 dəqiqəyə qədər maşında əyləşib özümə ancaq gəlirdim”.
Yaşa ilə Samirənin Bulvarda gəzdikləri səhnədə görünən bəylə gəlin, sən demə, real toyun səbəbkarları imiş. Rejissor Hökumət Evinin qarşısında yeni ailə quran cütlüyü görür. Həmin anı əldən verməyək kadrda paralellik yaradır, iki sevən gəncin sevgisinin daha təsirli alınması üçün onları da kadra daxil edir. Təsadüfən maraqlı bir səhnə yaranır.
Böyütmək üçün şəkillərə klikləyin.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Bedii film. Kriminal, Qara volqa
Bu filimlə kitabdaki yazilanlardan təkçə Qara Volqa sözū uyqun ğəlir.
2023-03-03 18:45:20
Bəlkə də ssenari yaxşıdır, amma kino ,dövrünə uyğun çəkilməyib. 3. Əlifba , rejissor , nə isə.
Адалат Эйвазов
2023-03-01 21:13:39
Делинин готунде палыд агачы олмур,так так камераныз гот гунундеди хеле бир кишилер гече кино чекир
Rza Eminov
2023-03-01 03:32:06
Çox zəif çəkilib həddindən artıb. Baxmıyaraq bizim məhşur aktyorlarımız çəkiliblər.
zamin Aliev
2023-02-08 06:25:13
Бу филим башдан айага ошибкады
, белкеде весаите горе дегиг чекилмийиф
Rahib Bubusov
2023-02-03 19:11:35
Təbrizim mahnısı yerinə düşdü
Азери Кавказ
2023-01-22 17:14:08
Китаб вə филм там башгадыр
Рагим Рагимов
2023-01-22 06:15:12
KÜLBAŞLAR HESAB BİLMİRƏM
2000×20%=400
2000-400=1600
Этираф Абдуллуев
2023-01-20 23:12:42
Аслан Гусейнов
2023-01-20 17:29:56
Ниямадин мусайев ха ха.бу гара волга дейил!
Ali Hasanov
2023-01-03 21:50:18
Rza Cafarov
2022-12-31 22:45:05
Taryel abdalov
2022-12-29 10:27:59
elxan pashayev
2022-11-12 20:15:11
bu ne kinodu cekmisiz uanin
Antifashist
2022-11-11 13:35:34
Такую легендарную историю,испаганили дешёвым сценарием и режиссурой.а качество пленки было лучше даже в 30-х годах.
2022-11-10 23:12:00
Allah rəhmət eləsin Cəmşid Əmirov və gardaşlarına. Anası Tərlan xanım xan nəslindən idi.
Comments are closed, but trackbacks and pingbacks are open.