Cəmilə əsəri
Xüsusiyyətlər Müəllif: Elxan Elatlı Janr: Detektiv Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Cəmilə, Çingiz Aytmatov
“Cəmilə” əsəri, qırğız yazıçı Çingiz Aytmatovun, doğulub boya-başa çatdığı Talas vadisinin tarixi xüsusiyyətlərini və mədəniyyətini özündə əks etdirir. Yazıçının digər əsərlərinə nəzərən daha ciddi mövzunu əhatə edən bu əsər, başda SSRİ olmaqla bütün dünyadda çox maraqla qarşılandı. Müəllif əsər vasitəsi ilə Sovet Rusuiyasının rejiminə qarşı etiraz etmişdi.
Əlaqədar şəxs
Kitab Evim
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş
Tarix: 23.05.2018
Xüsusiyyətlər Janr: Uşaq ədəbiyyatı Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər Müəllif: Harvard Business Review Janr: Özünü inkişaf etdirmə Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 12,8×17,8
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər Müəllif: Elxan Elatlı Janr: Detektiv Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər Müəllif: Harvard Biznes Janr: Psixoloji Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər Müəllif: Ryan Holiday Janr: Psixologiya Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər Rəng: qoz İstehsal ölkəsi: Türkiya Brend: UVİ mobilya
Xüsusiyyətlər Müəllif: Harvard Biznes Janr: Özünü inkişaf etdirmə Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər Müəllif: Corc Sonders Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər Müəllif: Annabel Karmel Janr: Analar üçün kitab Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 19×19
Xüsusiyyətlər Müəllif: Cəmilə Musayeva Janr: Özünü inkişaf etdirmə Nəşr dili: İngilis Cild: Yumşaq Ölçü, sm: 15,3×20,3
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
MAQAZIN.AZ saytında özünüzə onlayn maqazin yaradın , məhsullarınızı yerləşdirin və asanlıqla satın. Maqazin.az mağaza və dükan sahibləri, internet biznesi olanlar üçün alış satış platformasıdır. Maqazin.az online saytı ilə siz müxtəlif mağazaların, yeni məhsulların təklifləri ilə tanış ola biləcək, endirimlər, aksiyalar və kampaniyalar haqqında məlumat əldə edən müştərilər əldə edəcəksiniz.
Onlayn maqazin, alis veris sayti, Bakida ucuz qiymete mehsullar, onlayn shop ticarət mərkəzi. © 2016 MAQAZIN.AZ | info [@] maqazin.az | Bizimlə əlaqə
Çingiz Aytmatovun “Cəmilə” əsəri Akademik Musiqili Teatrda. – FOTOLAR
Çingiz Aytmatovun “Cəmilə” əsəri Akademik Musiqili Teatrda.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanmışdır.
Rejissor Anar Babalının quruluşunda gənc yazar Cavid Zeynallının səhnələşdirdiyi bu əsərin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. Ə.Lalayev bizimlə söhbətində bildirdi ki, o, hələ ötən il Qırğızıstanın Oş şəhərində keçirilən VII Beynəlxalq “ART – ORDO-2019” Teatr Festivalı çərçivəsində TURKSOY-a üzv ölkələrin teatr direktorları şurasının toplantısında iştirak edərkən “Cəmilə” tamaşasının bəzi məqamları ilə bağlı qırğızıstanlı həmkarları ilə müzakirələr aparmış və bu əsərin Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uğurlu səhnə həlli tapacağı qənaətinə gəlmişdir.
“Realizm və romantizm elementlərinin birləşdiyi səhnə əsərinin süjet xəttində sadə insanın gözü ilə ümumbəşəri problemlərə zərgər dəqiqliyi ilə yanaşılır. Cəmilə adlı bir gənc qadının yaşantıları fonunda əslində Böyük Vətən Müharibəsi illərində qırğız aulunda arxa cəbhədə cərəyan edən hadisələrdən doğan bir çox həqiqətlər, çətinliklər tam çılpaqlığı və mürəkkəbliyi ilə göstərilir”, – deyə Ə.Lalayev tamaşanın ideya istiqaməti barədə fikirlərini belə bildirmişdir.
Quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, musiqi tərtibatıçısı Atabəy İsmayılov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşov olan tamaşada rolları Əməkdar artistlər – Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar – Gülnarə Abdullayeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Nicat Əli, Emin Zeynallı, Şaban Cəfərov, Hidayət Əliyev, Ruslan Mürsəlov, Zaur Əliyev və İbrahim Əlizadə ifa edəcəklər.
Balet və xor artistlərinin də iştirak edəcəyi səhnə əsərində qırğızların milli musiqi aləti – Qomuz vasitəsilə həmin xalqa məxsus etnik musiqilər səsləndiriləcək.
Çingiz Aytmatov – “Cəmilə” əsəri ilə tanışlıq və məzmunu
“Cəmilə” əsəri, qırğız yazıçı Çingiz Aytmatovun, doğulub boya-başa çatdığı Talas vadisinin tarixi xüsusiyyətlərini və mədəniyyətini özündə əks etdirir. Yazıçının digər əsərlərinə nəzərən daha ciddi mövzunu əhatə edən bu əsər, başda SSRİ olmaqla bütün dünyadda çox maraqla qarşılandı. Müəllif əsər vasitəsi ilə Sovet Rusuiyasının rejiminə qarşı etiraz etmişdi.
Cəmilə: Çox gözəl bir qız olan Cəmilə, varlı bir ailəyə gəlin olaraq köçmüşdü. Köklü bir ailənin gəlini olan Cəmilə, özünə güvənən, heç kimdən sözünü əsirgəməyən, güclü, hər işdən başa düşən olduqca gözəl bir qadındır. Cəmilənin həyat yoldaşının adı Sadiqdir. Sadiqin anası mərd, xətir-hörmət sayan, kimsəyə qarşı pislik etməyə çalışmayan bir qadındır. Taleh də üzünə gülərək, ona Cəmilə kimi bir gəlin bəxş etmişdir.
Gənc cütlüyün evləndikləri illərdə İkinci Dünya Müaribəsi başlamış və Cəmilənin də həyat yoldaşı da müharibəyə getmişdi. Artıq müharibənin başlamağından üç il keçmişdi. Ailənin bütün kişiləri kimi Cəmilənin də həyat yoldaşı uzaq cəbhhələrdə, Kursk və Oral ətrafında döyüşməkdədir. Anası Cəmiləni özünə bənzətməkdədir. Çünki Cəmilənin də taleyi, eyniylə onun taleyi kimidir.
Böyük kişilərin görməli olduqları işləri, hələ on beş yaşları tamam olmamaış uşaqlar üstlənmişdilər. Bir gün kəndlərinə Ozmat adlı bir komandir gəlmiş və kənddəki hər kəsi taxıl daşımağa çağırmışdı. Komandir Cəmilə və Keçinə Balanın da taxıl daşımasını istəyir. Anası ilk öncə buna razı olmasa da, oğlu əsgərdə olduğu üçün məcburən bu hal ilə barışmalı olur. Cəmilənin yanında hələ əsgərdən yeni gələn Danyar adlı bir köhnə əsgər də vardır. Danyarın fikri çox zaman dağınıq olmasına baxmayaraq, çox sürətli işləyən və işini də yaxşı görən biridir.
Cəmilə ilə Keçinə Bala hər gün at arabaları ilə stansiyaya taxıl daşımaqdadır. Bu işləri həyata keçirərkən kişilərin Cəmiləyə maraq duysa da, Cəmilənin onlara fikir vermədiyinin şahidi olur.
Bir gün Cəmilə və Keçinə Bala, Danyara oyun oynayaraq çox böyük bir torbanı ağzına qədər doldururaraq, Danyarın arabasına qoyurlar. Danyar torbanı çiyninə götürərək,hələ yaralı ayağı sağalmasa da torbanı belindən yerə qoymayaraq maşına qədər daşıyır. Cəmilə, etdiyi hərəkətdən utanc duymaqdadır. Danyar bu hala çox hirslənsə də, ertəsi gün heçnə olmamış kimi işinə davam edir. Lakin Cəmilə onun yanında çox xəcalət çəkir. Bu hadisədən sonra Cəmilə ilə Danyar yaxınlaşmağa başlayırlar. Cəmilə, Keçinə Bala və Danyar, hər gün işləri qurtartdıqdan sonra at yarışdırmağa başlamışdılar.
Bir gün kəndin oğlanları Cəmilənin ətrafını dövrəyə alaraq onu öpmək istəyirlər. Cəmilə onlara icazə versədə oğlanlar yenə də əl çəkmir. Bu dəfə Cəmilə onlara icazə vermədiyi zaman isə onu gölə itələyirlər və Cəmilə islanmışdır. Keçinə Bala və Danyar bu hadisəni izləyirlər .Keçinə Bala Cəmilənin su olmasına çox gülür. Amma Danyar bu hadisəyə gülmür. Cəmilə Danyarı görən zaman “Çəkilin başımdan” deyərək onlaraq qışqırır.
Sonra üçü birdən yola qoyulurlar. Cəmilə və Keçinə Bala yeriyərkən, arabanı Danyar sürürdü. Həmin an, heç danışmağı sevməyən Danyar, bir mahnı zümzümə etməyə başlayır. Cəmilə Danyarın yanına gedərək başını onun çiyninə qoyur. Danyarın səsi titrəyir. Danyar bir məhəbbət mahnısı oxuyurdu. Üçlük geri döndükləri zaman Keçinə Bala, Cəmilə və Danyarın rəsmini çəkməyə başlayır. Cəmilə rəsmi görür və xatirə olaraq saxlamaq üçün Keçinə Baladan alır.
Bir gün stansiyada “Kurkurcu” kəndindən kimsə varmı deyə sual verilərkən Cəmilə onun yanına qaçaraq, “Qardaşım, Kərim, sənsən?” deyə həmin adamı qucaqlayır. Sadiqdən məktub gəlmişdir. Amma Sadiq məktubun başından axırına kimi Cəmiləyə bir cümlə də yazmamış, sadəcə sonda ona bir salam yazmışdır.
Danyar hər zamanki kimi dağın başında oturmuş, Keçinə Bala isə samanların arasında uzanmışdır. İkisi də çox yorğundular. Cəmilə onlara uşaqlıq illərindəki sevgi hekayəsini, Danyar da öz hekayəsini danışır. Bu hadisələrdən iki il sonra Danyar ilə Cəmilə Kurkucu kəndinən qaçaraq ayrılırlar. Cəmilənin həyat yoldaşı Sadiq isə bu hala heç də kədərlənmir, hətta qaçmasına sevinərək yeni bir arvad almağı düşünür.
Bir gün Sadiq rəsmi görərək, Keçinə Balaya bunlar kimdir deyə sual verir. O da Cəmilə və Danyarın olduğunu deyir. Keçinə Balaya, “Sən olanları bilirdin?” deyə sual verildiyində o “Hə” deyə cavab verir. Keçinə Bala artıq Cəmilə kimi özünə güvənməkdə və rəssam olacağını dilə gətirməkdədir.
Romanın epiloq cümlələri bu şəkildə ifadə olunmuşdur.
“Ağlımı itirmişdim sanki. Dərəyə enərək, suların içində arxalarından qaçmağa başladım. Sürətlə qaçarkən birdən yıxılıb yuvarlandım.Gözlərimdən çeşmə kimi yaş axırdı. Bax həmin zaman yerdə uzanıb yatdığım anlarda birdən başa düşdüm Cəmiləni sevdiyimi. Bəli, sevmişdim. O mənim ilk sevgim, uşaqlıq sevgim idi. O an mən təkcə Cəmilədən və Cəmilədən deyil, uşaqlığımdan da ayrılmışdım.
İndi onlara baxır və Danyarın səsini eşidirdim. Məni də yola çağırır. Demək ki, çantanı alıb getməyin zamanı gəldi. Mən də öz kəndimizə dönəcəm və orada yeni rənglər axtaracam.”
Çingiz Aytmatov – “Cəmilə” əsərinin Azərbaycan dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.