CƏNUBİ AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASI” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Mirzə İbrahimov vətəndaş, alim və yazıçı kimi, XX yüzilliyin başlanğıcından dalğa-dalğa kükrəyən milli azadlıq mübarizəsini və milli demokratik hərəkatı iftixarla “qızıl səhifələr” adlandırır, böyük oyanışın ötəri olmadığına inanırdı.
Antologiya
Antologiya (yun άνθολογία, anthos — çiçək və lego — yığıram) — hər hansı bir xalqın ədəbiyyatını, həmçinin müəyyən dövrə, cərəyana, tematikaya, yaxud janra aid ədəbiyyatı təmsil edən müxtəlif müəlliflərin seçilmiş əsərlərindən ibarət şeir və ya nəsr məcmuəsi.
Ümumi məlumat
Qədim zamanlarda antik ədəbiyyatın seçilmiş əsərlərindən, xüsusilə, epiqramlardan ibarət məcmuələr antologiya adlanırdı. Ədəbiyyat tarixində ilk antologiyanı qədim yunan şairi Meleaqr (e.ə.II əsrin sonları-I əsrin əvvəlləri) tərtib etmişdir. Onun “Çələng” adlı antologiyasına öz əsərlərindən əlavə, həmçinin qırx altı şairin şeiri daxil idi. Antologiya Şərqdə geniş yayılmışdır. Ərəb poeziyası antologiyaları orta əsrlərdə yaranmışdır (“Həmasə” və s.). Azərbaycanda ilk antologiyalar 19-cu əsrdə tərtib olunmuşdur ( Mirzə Yusif Qarabağinin tərtib etdiyi “Məcmueyi divani-Vaqif və digər müasirin”, Hüseyn Əfəndi Qayıbovun 4 cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə” və s.). 20-ci əsrdə və 21-ci əsrin əvvəllərində “Azərbaycan poeziyası antologiyası“ (M., 1939; c.1–3, M., 1960), Azərbaycan şeiri (ingiliscə) və nəsri (fransızca) antologiyaları (M., 1971), “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası“ (4 cilddə; c.1–3, 1981– 88, c.4, 1994), “Kərkük folkloru antologiyası“ (1987), Azərbaycan folkloru antologiyası (14 cildi çap olunmuşdur; 1999–2006) və s. antologiyalar nəşr edilmişdir. Antologiyalar XVIII-XIX əsrlərdə Rusiya ədəbiyyatında da yayılmışdır. 1907-ci ildə P.F.Yakuboviç “Rus muzası” antologiyasını nəşr etdirmişdir. Azərbaycanda bir sıra xalqların ədəbiyyatı antologiyaları da buraxılmışdır. Özbək (1958) və Dağıstan (1959) ədəbiyyatı, çex poeziyası (1960), alman (1981) və fransız (2000) ədəbiyyatı antologiyaları və s. [1] , [2]
- ↑Azərbaycan Milli Ensiklopediyası (25 cilddə) . 1-ci cild: A – Argelander ( 25 000 nüs. ). Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi. 2009. səh. 553. ISBN 978-9952-441-02-4 .
- ↑ Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı,1978, səh.12
Avqust 30, 2021
Ən son məqalələr
Salvia stenophylla
Salvia scapiformis
Salvia semiatrata
Salvia sessei
Salvia sinaloensis
Salvia somalensis
Salvia sonomensis
Salvia spathacea
Salvia tubiflora
Salvia taraxacifolia
Ən çox oxunan
Euphorbia marginata
Euphorbia albomarginata
Euphorbia heterochroma
Euphorbia hirta
Euphorbiaceae
antologiya, άνθολογία, anthos, çiçək, lego, yığıram, hər, hansı, xalqın, ədəbiyyatını, həmçinin, müəyyən, dövrə, cərəyana, tematikaya, yaxud, janra, ədəbiyyatı, təmsil, edən, müxtəlif, müəlliflərin, seçilmiş, əsərlərindən, ibarət, şeir, nəsr, məcmuəsi, ümumi, . Antologiya yun an8ologia anthos cicek ve lego yigiram her hansi bir xalqin edebiyyatini hemcinin mueyyen dovre cereyana tematikaya yaxud janra aid edebiyyati temsil eden muxtelif muelliflerin secilmis eserlerinden ibaret seir ve ya nesr mecmuesi Umumi melumatQedim zamanlarda antik edebiyyatin secilmis eserlerinden xususile epiqramlardan ibaret mecmueler antologiya adlanirdi Edebiyyat tarixinde ilk antologiyani qedim yunan sairi Meleaqr e e II esrin sonlari I esrin evvelleri tertib etmisdir Onun Celeng adli antologiyasina oz eserlerinden elave hemcinin qirx alti sairin seiri daxil idi Antologiya Serqde genis yayilmisdir Ereb poeziyasi antologiyalari orta esrlerde yaranmisdir Hemase ve s Azerbaycanda ilk antologiyalar 19 cu esrde tertib olunmusdur Mirze Yusif Qarabaginin tertib etdiyi Mecmueyi divani Vaqif ve diger muasirin Huseyn Efendi Qayibovun 4 cildlik Azerbaycanda meshur olan sueranin esarina mecmue ve s 20 ci esrde ve 21 ci esrin evvellerinde Azerbaycan poeziyasi antologiyasi M 1939 c 1 3 M 1960 Azerbaycan seiri ingilisce ve nesri fransizca antologiyalari M 1971 Cenubi Azerbaycan edebiyyati antologiyasi 4 cildde c 1 3 1981 88 c 4 1994 Kerkuk folkloru antologiyasi 1987 Azerbaycan folkloru antologiyasi 14 cildi cap olunmusdur 1999 2006 ve s antologiyalar nesr edilmisdir Antologiyalar XVIII XIX esrlerde Rusiya edebiyyatinda da yayilmisdir 1907 ci ilde P F Yakubovic Rus muzasi antologiyasini nesr etdirmisdir Azerbaycanda bir sira xalqlarin edebiyyati antologiyalari da buraxilmisdir Ozbek 1958 ve Dagistan 1959 edebiyyati cex poeziyasi 1960 alman 1981 ve fransiz 2000 edebiyyati antologiyalari ve s 1 2 Menbe Redakte Azerbaycan Milli Ensiklopediyasi 25 cildde 1 ci cild A Argelander 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2009 seh 553 ISBN 978 9952 441 02 4 Edebiyyatsunasliq terminleri lugeti Baki 1978 seh 12Menbe https az wikipedia org w index php title Antologiya amp oldid 3866723, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
“CƏNUBİ AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASI” KİTABININ TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də Azərbaycan Yazıçılar Birliyində “Cənubi Azərbaycan poeziyası antologiyası” (rus dilində) kitabının təqdimatı olmuşdur.
Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca, Milli Məclisin deputatları Cəmil Həsənli, Nizami Cəfərov, şair Oqtay Rza, AMEA-nın əməkdaşı Pərvanə Məmmədli və başqaları çıxışlarında rusdilli oxucuları Cənubi Azərbaycan poeziyasının ikiəsrlik dövrünün ən yaxşı nümunələri ilə tanış edən kitabın əhəmiyyətini vurğulamışlar. Kitab xalq yazıçısı, akademik Mirzə İbrahimovun təşəbbüsü ilə vaxtilə hazırlanmış və 1981-1994-cü illərdə Azərbaycan dilində çap edilmiş “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” əsasında hazırlanmışdır. Topluya 50-dən artıq cənublu soydaşımızın – Əndəlib Qaracadağinin, Şükuhinin, Marağainin, Şəhriyarın, Səhəndin və başqa söz ustalarının şeirləri daxildir. Onları rus dilinə V.Qafarov, S.Məmmədzadə, R.Kazakova, O.Kazakova, M.Sinelnikova, S.Severtsev, N.Orlova, A.Xaldeyev, D.Dadaşidze tərcümə etmişlər. Bildirilmişdir ki, Cənubi Azərbaycan nəsrinin nümunələrindən ibarət antologiya üzərində də iş gedir.
Antologiyanın tərtibçiləri – Milli Məclisin deputatı Elmira Axundova və AMEA-nın əməkdaşı Xuraman Quliyeva kitab üzərində işdən danışmış, onun nəşrinə maliyyə köməyi göstərmiş Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fonduna minnətdarlıqlarını bildirmişlər.
Həmin gün tanınmış seleksiyaçı alim, professor Əhməd Rəcəblinin (1898-1963) “Nurlan” nəşriyyatında çapdan çıxmış “Babək” romanının da təqdimatı keçirilmişdir.
Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin göndərişi ilə Peruca (İtaliya) şəhərindəki Ali Kral Eksperimental Aqrar İnstitutunda təhsil almış, sonralar məşhur seleksiyaçı alim, akademik N.İ.Vavilovla yaxından əməkdaşlığına və əcnəbi alimlərlə əlaqələrinə görə 1937-ci ildə həbs edilmiş Əhməd Rəcəblinin Maqadanda sürgündə olarkən, papiros kağızlarına yazıb azadlığa buraxılan dustaqlar vasitəsilə hissə-hissə evə göndərdiyi “Babək” romanını yüksək qiymətləndirmişlər. Qeyd edilmişdir ki, yarımçıq qalmış bu roman Azərbaycan nəsri tarixində Babəkə həsr olunmuş ilk bədii əsərdir.
Cənubi Azərbaycan ədəbiyyatının öyrənilməsi işinə misilsiz töhfə
NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN 85 İLLİK YUBİLEYİNƏ VƏ AKADEMİK MİRZƏ İBRAHİMOVUN VƏFATININ 25 İLLİYİNƏ
Medianın İnkişafı Agentliyi layihəsi
Oxunub: 1031 dəfə
05.12.18 18:16
Teymur ƏHMƏDOV
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri
(Əvvəli ötən sayımızda)
“Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın birinci cildi (B., Elm, 1981) dörd hissədən ibarətdir: şeirlər; nəsr; dram, folklor. Sonda kitabda anlaşılmayan sözlərə “şərhlər, coğrafi adlar, lüğət” verilib.
Şeirlər bölməsində 26 şairin tərcümeyi-halı və əsərlərindən örnəklər var: Əndəlib Qaracadaği, Zikri Ərdəbili, Heyran xanım, Seyid Əbülqasim Nəbati, Məhəmməd Bağır Xalxali, Hacı Mehdi Şükuhi, Əbülhəsən Raci, Mirzə Əli xan Ləli, Məhəmməd Hidəci, Sərraf Hacı Rza, Məhəmməd Xəlifə Aciz, Məhəmmədəmin Dilsuz, Seyid Rza Sabir, Ziyai Ərdəbili, Xəyali Raqim Ərdəbili, Müztər Təbrizi, Pürğəm, Mirzə Kazım Qazi Əsgərzadə Mətlə, Nazim Ərdəbili, Mail Mirzə Həsən Əfşar, Mücrüm Əli Ərdəbili, Qulam Ərdəbili, Sabit, Əttar Ərdəbili, Çovuş Mir Mahmud, Ümid Əli.
Nəsr bölməsində Mirzə Əbdürrəhim Talıbovun (“Əhmədin kitabı”, “Kitab yüklü eşşək”), Zeynalabdin Marağayinin (“İbrahim bəyin səyahətnaməsi”) fars dilindən çevrilmiş əsərlərindən bir parça, Mirzə Həsən Ruşdiyyənin dərs kitablarından nümunələr verilib.
Antologiyanın birinci cildində “Dram” bölməsi də diqqəti cəlb edir. Burada XIX əsrdə yaşayıb-yaratmış farsdilli azərbaycanlı yazıçı, mühərrir və tərcüməçi Mirzə Ağa Təbrizinin “Əşrəf xanın sərgüzəşti” komediyası (tədqiqatçı-alim, şair Əbülfəz Hüseyninin tərcüməsində) verilmişdi.
Folklor bölməsində şöbə əməkdaşları Cənub üçün səciyyəvi şifahi xalq ədəbiyyatı nümunələrindən (Novruznamə; laylay, rəvayət; lətifə, bayatı və s.) seçmələr təqdim ediblər.
Antologiyanın ilk cildi otaylı-butaylı Azərbaycan oxucuları və ədəbi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Mətbuat səhifələrində nəşr haqqında məqalələr dərc olundu.
Geniş yayılmış, tədqiq olunmuş böyük ədəbiyyat dövrün ictimai-siyasi həyatında, əhalinin təfəkkür tərzində baş verən təbəddülatı, demokratik meyli əks etdirirdi. Mirzə İbrahimov tədqiqatçı alim səriştəsi ilə, cənubi Azərbaycan ədəbiyyatını heyrət və maraqla araşdırırdı.
O, XIX əsrdə Cənubda yaşayıb-yaradan Əndəlib Qaracadaği, Əbülqasım Nəbati, Zikri Ərdəbili, Hacı Mehdi Şükuhi, Məmməd Bağır Xalxali, Rza Sərraf kimi qüdrətli sənətkarların poetik yaradıcılığını ayrı-ayrılıqda təhlil edir, onların şeirlərinin xüsusiyyətlərini, ideya-məzmununu, inkişaf meyillərini müəyyən edir. Mirzə İbrahimov incə ruh, gözəllik duyğusu, saf məhəbbət, işıqlı fikirlər aşılayan, xalqın həyatını, əhval-ruhiyyəsini, gələcəyə ümidini ifadə edən poetik nümunələrin klassik irsdən, şifahi xalq ədəbiyyatından qaynaqlandığını göstərir.
Bu nəşr oxucularda milli ədəbi irsimizin ayrılmaz hissəsi olan Cənubi Azərbaycan ədəbiyyatının inkişaf yolu, səciyyəvi xüsusiyyətləri haqqında müəyyən təsəvvür yaradırdı.
Şöbənin əməkdaşları İsmayıl Cəfərpur, Teymur Əhmədov və Həmid Məmmədzadə birinci cildin tərtibi və nəşrə hazırlanması işində fəal iştirak etmişdilər. Kitabda Zahid Əkbərovun (Mirzə Nəsrulla Nüsrət, Ağa İsmayıl, Şeyx Cəlil, Mirzə Lütfəli, Mirzə Həsən, Əbdürrəşad), Qasım Cahaninin (Qaracadağı, Pürqəm, Mirzə Həsən Rüşdiyyə) oçerkləri verilib. Şöbənin elmi əməkdaşı Rəfiqə Qasımovanın topladığı folklor materialları kitabın axırında yer alıb.
“Cənubi Azərbaycan antologiyası”nın ikinci cildində toplanmış ədəbi nümunələr 1900-1941-ci illəri əhatə edir. Antologiyadakı 40 illik dövrü ehtiva edən ədəbiyyat nümunələrində ictimai-siyasi həyatda baş verən hadisələrə toxunulur, dövrün ziddiyyətli həyəcanının nəbzi duyulur. Lakin təqdim olunan materiallar demokratik hərəkatın mahiyyətini tam əks etdirmir. Çünki uzun illər Cənubi Azərbaycanda müstəbid şah hakimiyyəti ana dilində ədəbiyyatı qadağan və təqib etdiyindən mütərəqqi, demokratik ruhlu yazılar geniş yayıla bilmədiyindən, ya itib batmış və ya ayrı-ayrı şəxslərin arxivində saxlanılıb.
İkinci cild akademik Mirzə İbrahimovun “Dur, vəqti-səhərdir” məqaləsi ilə açılır. Burada müəllif XX əsrin birinci 40 ilində ictimai-siyasi hadisələr fonunda yaranan Cənubi Azərbaycan ədəbiyyatında müşahidə etdiyi oyanış, forma və məzmun yeniliklərini, köhnə dini-fanatizm təsirindən uzaqlaşıb günün tələbinə cavab verən – demokratik əhval-ruhiyyə ilə süstləndiyini, ictimai etiraz və narazılıqlarını əks etdirdiyini açıb göstərir.
Mirzə İbrahimov öz məqaləsində iyirminci yüzilliyi böyük elmi kəşflər, ictimai ziddiyyətlər, zəhmətkeş xalqlarla istismarçı təbəqələr və müstəmləkəçi dövlətlər arasında mübarizələr əsri kimi səciyyələndirir. O, İranda baş verən tarixi hadisələrin ədəbi yaradıcılığa təsirsiz qalmadığını nəzərə çarpdırır və bu təsirin “mütərəqqi, inqilabi cəhətlərinə diqqət yetirməyi, antologiyanın ikinci cildində” ənənəvi əsərlərlə yanaşı, mümkün qədər bu ruhda yazılmış əsərlərə də geniş yer verilməsinə çalışırdı.
Antologiyada təqdim olunan şeirlərdən açıq-aşkar görünür ki, cənublu bacı və qardaşlarımızın “azadlığı, xoş həyat arzuları” qəddar şah rejiminin istibdad məngənəsində, əsarətdə saxlansa da, xalq ruhu “min bir yollarla” bədii ədəbiyyatda öz əksini tapır. Mirzə İbrahimov demişkən: “. Təqiblər, zindanlar, xalqın mübarizə ruhu dərin mənalı bədii söz ustalarını ağır şəraitdə olsa da, yazıb-yaratmağa ilhamlandırır”.
İkinci cilddə üç bölmə – (şeir, nəsr, folklor), şərhlər, coğrafi adlar və lüğət var.
İkinci cildin ədəbi materiallarının toplanmasına şöbə əməkdaşları dissertantlar (Vəfa Əliyev, Adışirin Ağazadə, Fərman Xəlilov), eyni zamanda, Rza Xəlilov və Bəhlul Abdullayev kimi folklorşünas alimlər cəlb edilmişdilər.
Antologiyanın üçüncü cildinin tərtibi 1979-cu il İran İslam İnqilabı hadisələri dövrünə təsadüf etdiyinə görə ictimai-siyasi, mübariz ruhlu şeirlərin əldə edilməsinə imkan yaranmışdı. Eyni zamanda, forma və məzmun cəhətdən xeyli zəngin ədəbi materiallar toplandığından onların ayrı-ayrı cildlərdə tərtib olunması zəruriyyəti yaranmışdı. “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın üçüncü cildi 1988-ci ildə “Elm” nəşriyyatı tərəfindən 25.000 nüsxə nəşr olunub yayıldı.
Cənubi Azərbaycanın 1941-1953-cü illər ictimai-siyasi, ədəbi hadisələrini ehtiva edən antologiyanın üçüncü cildində Mirzə İbrahimovun “Milli azadlıq mübarizəsi və demokratik hərəkatın qızıl səhifələri” adlı elmi məqaləsi müqəddimə kimi verildi.
Şöbənin əməkdaşları üçüncü cildi tərtib edərkən Cənubi Azərbaycanda və Bakıda nəşr olunan kitablardan, Təbrizdə çıxan “Vətən yolunda” qəzetindən və “Şairlər məclisi” məcmuəsindən, ictimai-siyasi fikrin, xalqın azadlıq mübarizəsinin əks-sədası olan dolğun məzmunlu əsərlərdən bəhrələnirdilər.
Ona görə də antologiyanın üçüncü cildi “Qabaqkı cildlərə nisbətən daha əhatəli və mükəmməl” tərtibi ilə fərqlənir. Burada 1941-1953-cü illərdə Cənubi Azərbaycanda yaşayıb-yaradan əlliyə yaxın şair, nasir və publisist haqqında məlumat və əsərlərindən nümunə verilib.
Mirzə İbrahimov nəşrin müqəddiməsində Cənubi Azərbaycan ədəbiyyatını, istərsə də şifahi xalq yaradıcılığını dövrün aynası, zəhmətkeş kütlələrin ədəbi-mənəvi salnaməsi kimi dəyərləndirir.
Xalqın azadlıq və demokratik hərəkatının gücləndiyi dövrdə Cənubi Azərbaycan ədəbiyyatında yeni yüksəliş nəzərə çarpırdısa, şah istibdadının, irticanın tüğyan etdiyi qadağa və təqib illərində də inkişafından qalmırdı. Mürəkkəb, təzadlı dövrlərdə də bədii ədəbiyyat xalqa müqəddəs borcunu şərəflə yerinə yetirir. Mirzə İbrahimov yazır:
“Xalqın ruhunu, dəruni istəklərini əks edən əsl vətənpərvər şairlər Azərbaycan ədəbiyyatının bütün tarixi boyu varlığımızı, dilimizi, milli mədəniyyətimizi müdafiə edən mənalı, təsirli, bədii cəhətdən kamil və dolğun əsərlər yaratmışlar. Həmin əsərlərin bir qismi antologiyamızın həm keçmiş cildlərində, həm də bu (yəni üçüncü – red.) cildində öz əksini tapmışdır”.
Mirzə İbrahimov vətəndaş, alim və yazıçı kimi, XX yüzilliyin başlanğıcından dalğa-dalğa kükrəyən milli azadlıq mübarizəsini və milli demokratik hərəkatı iftixarla “qızıl səhifələr” adlandırır, böyük oyanışın ötəri olmadığına inanırdı.
Mirzə İbrahimov “Qızıl səhifələr”in ən parlaq təzahürünü 1940-1950-ci illərdə Cənubi Azərbaycan şairlərinin əsərlərinin mündəricəsində, ideya məzmununda, dolğun bədii təsvirində müşahidə edirdi. Ona görə də bu dövrü Cənubi Azərbaycan poeziyasının “Çiçəklənmə dövrü” adlandırırdı.
Cənubi Azərbaycan ədəbiyyatı antologiyasının üçüncü cildinə əvvəlki cildlərdən fərqli olaraq ictimai-siyasi inqilabi ruhlu əsərlərin daxil edilməsi imkanı yaranmışdı. Burada 50-dən artıq şair və yazıçının Cənubi Azərbaycan ədəbiyyatının çiçəklənmə dövrünü səciyyələndirən əsərləri milli demokratik hərəkatın gücləndiyi dövrün inqilabi əhval-ruhiyyəsi ilə süslənmişdi. Mirzə İbrahimov oxucuda müəyyən təsəvvür yaratmaq üçün öz məqaləsində Coşqunun “Qəhrəmanlar yurdu”, Əli Fitrətin “Vətən eşqi”, Həbib Sahirin “Xəzanlar”, İbrahim Zakirin “Qürbətdə”, Cəfər Kaşifin “Əl çəkin!”, Hüseyin Səhhafın “Milli hökumətin qurulması”, Mir Mehdi Çavuşinin “Gördüyüm bir mənzərə”, Kəmalinin “Təbrik”, Yədulla Əminin “Həqiqət” və başqa inqilabi ruhlu, kəskin şeirlərini təhlilə cəlb etmişdi.
Mirzə İbrahimova görə Cənubi Azərbaycan ədəbiyyatının araşdırılmasının, dərindən tədqiq edilməsinin səbəbi, hər şeydən əvvəl xalqın mənəvi bağlılığının təzahürü olan otaylı-butaylı milli ədəbiyyatında qarşılıqlı təsiri müəyyən etmək, ictimai-siyasi hadisələrin və demokratik hərəkatın ayrı-ayrı mərhələlərində xalqın həyatını, mübarizəsini, dünyagörüşünü əks etdirən ədəbi salnaməni yaratmaq idi. Çünki 200 illik Cənubi Azərbaycan ədəbiyyatı bütövlükdə tədqiqat obyekti olmamışdı. Mirzə İbrahimovun layihəsi və redaktorluğu ilə şöbə əməkdaşlarının tərtib və nəşr etdirdikləri dördcildlik “Azərbaycan ədəbiyyatı antologiyası” və ikicildlik “XIX-XX əsr Azərbaycan ədəbiyyat tarixi” bu sahədə ilk monumental elmi abidədir. Mirzə İbrahimovun ədəbiyyatşünas və tədqiqatçı alim kimi bu sahədə böyük xidmətləri yeni tədqiqatlara yol açırdı. Son illər Azərbaycanda və onun hüdudları xaricində Cənubi Azərbaycan ədəbiyyatı mövzusunda tədqiqat əsərlərinin, dissertasiyaların yazılması fikrimizi təsdiq edir.
“Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin əməkdaşları antologiyanın üçüncü cildini tərtib etdikləri illər İranda ictimai-siyasi, tarixi şərait dəyişmişdi. 1979-cu ildə İran İslam İnqilabının qələbəsi gərginliyi xeyli azaltmış, demokratik əhval-ruhiyyə yaranmışdı. Ona görə tədqiqat və axtarışlar aparılarkən “Məzmun, fikri-estetik cəhətdən, həm də forma zənginliyi etibarilə təsəvvür ediləndən xeyli zəngin” material toplanmışdı. Mirzə İbrahimovun məsləhəti ilə antologiyanın dördüncü cildi tərtib edildi.
Bu cildə 1953-1990-cı illərin Cənubi Azərbaycan ədəbiyyatından nümunələr daxil edildi. 1979-cu il İran İslam İnqilabı Pəhləvi istibdadını darmadağın edəndən sonra ölkədə demokratik ab-havanın yaranması dövri mətbuatda “Varlıq”, “Dədə Qorqud”, “Ülkər”, “Günəş”, “Yoldaş”, “İnqilab yolunda” ictimai-siyasi və ədəbi dərgilərin yaranmasına imkan yaratmışdı. Antologiyanın son, dördüncü cildinin tərtibində mətbuat səhifələrində dərc olunmuş poeziya, nəşr, folklor nümunələri ilə yanaşı, görkəmli şairlərin – Məmmədhüseyn Şəhriyarın, Səhəndin, Sönməzin, Mir Mehdi Çavuşinin, Haşım Tərlanın, Yəhya Şeydanın, Hüseyn Düzgünün, Əlirza Habdil Oxtayın, Məmmədəli Məhzunun, Əmir Xosrov Darainin, Müzəffər Dirəfşinin, Həbib Sahirin, həmçinin nasirlərin – Gəncəli Səbahinin, Qəhrəman Qəhrəmanzadənin, Rəhim Çadnikunun, Səməd Behrənginin, Mərziyə Üsgülünün, Bağır İftixarinin yaradıcılığından ən səciyyəvi bədii örnəklər seçilib verildi.
Dörd cilddə “Cənubi Azərbaycan antologiyası”nın tərtibi bu sahədə ilk təcrübə idi. Mirzə İbrahimov qarşıya qoyulan məqsədləri səbir və təmkinlə həyata keçirirdi, məqsədə çatmaq üçün nüfuzundan, rəsmi əlaqələrindən və tanışlığından istifadə edirdi. Onun işgüzarlığı, ardıcıllığı, işə münasibəti, rəftarı tabeliyində işləyənlərə gerçək nümunə idi. Müdrik məsləhət və göstərişləri ilə hamını axtarışlara, çətinliyin öhdəsindən gəlməyə ruhlandırırdı. Mirzə İbrahimov antologiyanın ayrı-ayrı cildlərinin mükəmməl, əhatəli olması üçün Cənubi Azərbaycan ədəbiyyatına dərin bələd olan alim və yazıçıları dəvət edir, onlarla məsləhətləşir, onlara konkret tapşırıqlar verirdi. Mirzə İbrahimovun dəvət etdiyi – Qulam Məmmədli, Məmmədağa Sultanov, Mübariz Əlizadə, Əbülfəz Hüseyni, Həmid Məmmədzadə, Qafar Kəndli, Balaş Azəroğlu bu işə ciddi töhfələr verdilər.
Beləliklə, 1981-1994-cü illərdə “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın dörd cildinin “ilk bütöv, sistemli, fundamental” nəşri başa çatdı.
Mirzə İbrahimovun səyi, qayğısı və diqqəti, şöbə əməkdaşlarının axtarış əzabı, vətənpərvərlik duyğusu və səriştəsi nəticəsində başa çatan bu möhtəşəm ədəbi salnamə “Azərbaycanda öz kökləri etibarilə həmişə vahid milli ədəbi prosesin çox böyük bir məkanının və mərhələsinin ədəbi prosesi haqqında” dolğun təsəvvür yaradaraq, təxminən iki yüz illik (XIX əsrdən-XX əsrin 90-cı illərinədək) dövrü aydın şəkildə əks etdirdi.
Comments are closed, but trackbacks and pingbacks are open.