Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilir
Seminar iştirakçılarına Azərbaycanda insan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində aparılan işlər barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, son illər Azərbaycanın müvafiq qurumları tərəfindən görülmüş genişmiqyaslı tədbirlər nəticəsində bu kimi halların həcmi xeyli azalmış və bu tendensiya müxtəlif səviyyələrdə yayımlanan hesabatlarda əksini tapmışdır. Çexiyalı ekspertlər, Gürcüstandan olan nümayəndələr və digər çıxış edənlər də Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirmişlər.
İnsan alveri qurbanlarının sosial müdafiəsi gücləndiriləcək
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”ı insan alverinə qarşı mübarizədə aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Milli Fəaliyyət Planının məqsədi insan alveri qurbanlarının sosial müdafiəsi və reabilitasiyası tədbirlərinin də davam etdirilməsidir.
Bu tədbirlərdən biri şəxslərin insan alveri qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının müəyyən edilməsi və sosial müdafiəsinin təmin olunmasıdır.
Habelə insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, nəticələrinin aradan qaldırılması, insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyasının təmin edilməsi qeyd edilən tədbirlər sırasındadır.
Milli Fəaliyyət Planı, eyni zamanda, insan alveri qurbanlarının və potensial qurbanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şərait yaradılmasını nəzərdə tutur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanlarına, həmçinin qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş potensial insan alveri qurbanlarına zəruri yardımları təşkil edir. Mərkəz həmin kateqoriyalardan olan şəxslərin hüquq və mənafelərinin müdafiəsi, zəruri tibbi, psixoloji, hüquqi və s. istiqamətlərdə yardımlarla təminatı, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü işlər aparır.
Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilir
Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilməkdədir və bu istiqamətdə böyük nailiyyətlər qazanılıb. Ölkəmizin bu sahədə təcrübəsi digər dövlətlər üçün nümunədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 18-də Avropa İttifaqının (Aİ) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliklərinin Aİ-nin insan alverinə qarşı mübarizə gününə həsr olunan tədbirində səsləndirilib.
Tədbir BMqT tərəfindən icra olunan “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə imkanların artırılması” layihəsi çərçivəsində təşkil edilib. Məqsəd insan alveri və onun mənfi nəticələrinin ictimaiyyətin diqqətinə çatdırılması, Avropa İttifaqının insan alverinin aradan qaldırılmasına yönəlmiş strategiyası, cəmiyyətin həssas qruplarının və miqrantların fundamental hüquqları haqqında məlumatlılığın artırılmasıdır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas insan alverinə qarşı mübarizə sahəsində ölkəmizlə əməkdaşlığın inkişafını yüksək qiymətləndirib. Qeyd edilib ki, belə problemlərin qarşısını almaq üçün səylər birləşdirilməli, əməkdaşlıq gücləndirilməlidir. Aİ-nin insan alverinə qarşı mübarizə günü 2007-ci ildən etibarən hər il oktyabrın 18-də qeyd olunur. Bununla əlaqədar bir çox ölkələrdə müxtəlif tədbirlər, “dəyirmi masa”lar, aksiyalar keçirilir. Məqsəd insan hüquqlarını müdafiə etmək və insan alverinin qarşısını almaqdır. Azərbaycanda həmin layihə 2016-cı ildən həyata keçirilir. Azərbaycan Hökuməti insan alveri qurbanlarının hüquqlarının müdafiəsi sahəsində səmərəli tədbirlər reallaşdırır.
Diqqətə çatdırılıb ki, Avropa İttifaqı bu cinayətlə mübarizə istiqamətində beşillik strategiya həyata keçirir. Strategiyada qırxa yaxın konkret addım nəzərdə tutulub. Azərbaycan götürdüyü öhdəliklərə uyğun olaraq həm qanunvericilik, həm də cinayət təqibi sahəsində fəal çıxış edir. Yeni layihə də cəmiyyətdə insan alverinin qarşısının alınmasına yönəlib.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak Avropada miqrant böhranına toxunaraq, miqrantların həyatlarının ciddi təhlükə altında qaldığını vurğulayıb. Qeyd edib ki, bu, ciddi narahatlığa səbəb olur və insan alverinə qarşı mübarizədə səylərin daha da gücləndirilməsini zəruri edir. Son on ildə aparılan təhlillər göstərir ki, 2014-2016-cı illərdə insan alveri ilə bağlı qeydə alınan cinayətlərin 77 faizi beynəlxalq transmilli xarakter daşıyıb. 2006-2016-cı illərdə BMqT tərəfindən 50 minə yaxın insana yardım edilib. Bu problemlərə qarşı mübarizə üçün davamlı strategiyalar hazırlanmalı, qurbanların müdafiəsi istiqamətində tədbirlər görülməlidir. Gələn il imzalanması nəzərdə tutulan təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompakt sənədi bunun üçün mühüm imkandır.
Serhan Aktoprak deyib ki, Azərbaycanda bu problemə qarşı ciddi tədbirlər görülür. Bu ilin iyulunda ümumdünya insan alverinə qarşı mübarizə günü ilə bağlı Azərbaycanda tədbirlər keçirilib, qlobal kompakt sənədi ilə əlaqədar müzakirələr aparılıb, təkliflər hazırlanıb. Azərbaycan hazırlıq prosesində çox fəal iştirak edib və bu sahədə təkliflərini ümumiləşdirərək BMqT-yə göndərib. Ümumiyyətlə, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər başqa ölkələr üçün nümunədir.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verib. O, beynəlxalq təşkilatların ölkəmizə tövsiyələrinin yerinə yetirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü bildirib. Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazasının və maarifləndirmə sisteminin mövcud olduğunu diqqətə çatdıran Heydər Heydərov deyib: “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycanda 12 ildən çoxdur ki, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirilməkdədir. Ölkəmizin insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməsinin əyani təsdiqi olaraq, bu sahədə BMT və Avropa Şurasının məlum konvensiyaları və protokolları ratifikasiya edilib. Həmçinin qanunvericilik təkmilləşdirilməklə insan alveri qurbanlarının milli istiqamətləndirmə mexanizmi çərçivəsində qəbul edilmiş 20-yə yaxın normativ hüquqi akta əsasən insan alveri qurbanlarının sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası təmin olunub. Cinayət tətbiqi sayəsində mübarizə tədbirləri yerinə yetirilib”.
Baş İdarənin rəisi qeyd edib ki, ölkəmizin insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq öhdəliklərə sadiq qalmasının bariz nümunəsi olaraq, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. İnsan alverinə dair beynəlxalq konvensiyalara əsasən milli qanunvericilik təkmilləşdirilib və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Bu sahədə BMqT, Avropa İttifaqı və onların ölkəmizdəki nümayəndəlikləri, eləcə də digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq həyata keçirilir.
Əsas məruzələrdən sonra müzakirələrdə iştirak edən beynəlxalq və yerli ekspertlər insan alverinə qarşı mübarizə istiqamətində rəy və təkliflərini səsləndirib, bu sahədə qabaqcıl təcrübədən danışıblar.
Cənubi qafqazda insan alveri ilə mübarizə
Aprelin 4-də Bakıda “Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək” (SCIBM) layihəsi çərçivəsində “Sərhəd cinayətləri ilə mübarizə: insan alveri və narkotik vasitələrin dövriyyəsi” mövzusunda ikitərəfli seminar işə başlamışdır.
AzərTAc xəbər verir ki, seminarda Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinin nümayəndələri ilə yanaşı, Gürcüstanın müvafiq qurumlarının (Sərhəd və Patrul Polisi, Maliyyə Xidməti) əməkdaşları və Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (İCMPD) Çexiyadan olan ekspertləri iştirak edirlər.
Tədbirin əhəmiyyətini diqqətə çatdıran Dövlət Gömrük Komitəsinin idarə rəisi Şahin Bağırov bildirmişdir ki, layihənin məqsədi inteqrə edilmiş sərhəd idarəçiliyi məsələləri üzrə gömrük orqanlarının və sərhəd xidmətinin potensialının artırılmasıdır. Əsas hədəf dövlət və gömrük sərhədlərindən qeyri-qanuni malların keçirilməsinin qarşısının alınması, eyni zamanda, ticarət mühitində daha sadələşdirilmiş rejimlərin tətbiq edilməsi, yəni mal dövriyyəsinin sürətləndirilməsinə şəraitin yaradılmasıdır.
Seminar iştirakçılarına Azərbaycanda insan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində aparılan işlər barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, son illər Azərbaycanın müvafiq qurumları tərəfindən görülmüş genişmiqyaslı tədbirlər nəticəsində bu kimi halların həcmi xeyli azalmış və bu tendensiya müxtəlif səviyyələrdə yayımlanan hesabatlarda əksini tapmışdır. Çexiyalı ekspertlər, Gürcüstandan olan nümayəndələr və digər çıxış edənlər də Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirmişlər.
Qeyd olunmuşdur ki, müxtəlif mənbələrin qiymətləndirilməsinə görə hazırda dünyada qeyri-qanuni fəaliyyətlərdən əldə olunan gəlirlərə görə narkotik vasitələrin qanunsuz dövriyyəsi və insan alveri müvafiq olaraq ikinci və üçüncü yerdədir. Belə vəziyyət bu növ cinayətlərlə mübarizəyə dair aparılan tədbirlərin daha da gücləndirilməsini və bu istiqamətdə müxtəlif ölkələr tərəfindən aparılan səylərin birləşdirilməsi və ya əlaqələndirilməsini son dərəcə əhəmiyyətli edir.
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının “Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək” layihəsi çərçivəsində keçirilən ikitərəfli seminar regional və beynəlxalq əməkdaşlığı möhkəmləndirməklə yanaşı, məhz bu səylərə əlavə töhfə verəcəkdir.
Aprelin 6-dək davam edəcək seminarda bu növ cinayətlərlə mübarizə sahəsində ən mütərəqqi beynəlxalq təcrübəyə dair məlumatlar təqdim olunacaq və regionda əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılacaqdır.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.
Qeyd edək ki, sərhəd idarəçiliyinin təkmilləşdirilməsinə yönəldilmiş layihə Avropa İttifaqının 6 üzv dövlətinin – Çexiya, Estoniya, Latviya, Litva, Fransa və Polşanın sərhəd xidmətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.