Press "Enter" to skip to content

Cənubi qaz dəhlizi

Nəhəng, iddialı və kompleks layihə adlanan Cənubi Qaz Dəhlizi (CQD) Avropa ölkələrinin enerji təhlükəsizliyi və suverenliklərinin, habelə vətəndaşlarının rifahının gücləndirilməsinə xidmət edir.

Almaniyanın Cənubi Qafqazda ən çox qazanc əldə etdiyi ölkə – Azərbaycanı tramplin kimi görürlər

“Deyildiyi kimi qaz mövzusu Almaniya kansleri xanım Angela Merkelin Azərbaycana rəsmi səfəri zamanı heç də əsas müzakirə mövzusu olmayıb. Amma nədənsə Merkelin Cənubi Qafqaz regionuna səfəri öncəsi müxtəlif KİV-lərdə bu mövzu elə bil ki, qəsdən ortalığa atılır, şişirdilirdi. Deyirdilər ki, Merkel bura qaz dalınca gələcək. Guya Almaniya burada xüsusən də Rusiyaya alternativ qaz ixracatçısı axtarır.

Məlumdur ki, yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri gözlənilir. Səsləndirilən belə fikirlər isə sanki Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq məqsədi daşıyırdı.

Angela Merkel hələ Tiflisdə olarkən açıq şəkildə dedi ki, bu məsələ Almaniya üçün o qədər də prioritet deyil. Əlbəttə, Azərbaycan Cənubi Qaz Dəhlizi layihəsi vasitəsilə adından da göründüyü kimi Cənubi Avropaya qazın nəql olunmasını həyata keçirir. Bundan artıq burada başqa məqsədlər yoxdur. Buna baxmayaraq, qaz məsələsi qəsdən qabardılırdı. Lakin Merkel buna aydınlıq gətirəndən sonra bu məsələ nisbətən səngiyib, ancaq yenə də bəzi KİV-lərdə qaz mövzusu əsaslardan biri kimi qabardılır”.

Bu barədə Milli.Az-a “Cənubi Qafqaz politoloqlar klubu”nun rəhbəri, beynəlxalq məsələlər üzrə tanınmış ekspert İlqar Vəlizadə Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz və Azərbaycana rəsmi səfərinin nəticələrini şərh edərkən deyib.

Əsas mövzu isə politoloqun fikrincə tamam fərqlidir: “Bu, Merkelin Cənubi Qafqaz regionuna ilk səfəri idi. Əsas məqsəd Almaniyanın regiondakı aksentlərini, prioritetlərini müəyyənləşdirmək və bu regionda siyasətini aktivləşdirmək idi. Burada iki əsas prioritet var – iqtisadi və siyasi. Lakin bunlar hər 3 ölkə üçün fərqli xarakter daşıyır.

Məsələn, Gürcüstan Almaniya üçün vacib ölkədir. Çünki Gürcüstan Avropa İttifaqı ilə assosiativ saziş bağlayan, həm bu birliyə, həm də NATO-ya daxil olmaq istəyən ölkədir. Almaniyanın bu regiondakı ən fəal siyasi tərəfdaşı məhz elə Gürcüstandır.

Ermənistanda hakimiyyət dəyişikliyi baş verib və hakimiyyətə qərbyönümlü siyasətçilər gəlib. Baş nazir Nikol Paşinyanın özü isə illər öncə Almaniyanın müxtəlif fondlarının regionda həyata keçirdiyi layihələrin fəal iştirakçısı olub. Ona görə də belə bir siyasətçinin Ermənistanda hakimiyyətə gəlməsi Almaniya üçün çox önəmlidir. Bu baxımdan kansler Merkel Paşinyana müxtəlif siyasi dəstək verməyi vəd edib.

Lakin hər üç ölkə üçün ümumi məqsəd odur ki, Almaniya burada vacib infrastruktur layihələri həyata keçirir. Bu baxımdan Almaniyanın rolu misilsizdir və indi o, öz rolunu və yerini daha da möhkəmləndirmək istəyir”.

Ekspertin fikrincə, Almaniya Azərbaycana özünün regiondakı iqtisadi bazası kimi yanaşır: “Nəzərə almaq lazımdır ki, Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin üçdə iki hissəsi məhz Azərbaycanın payına düşür. Belə ki, 2017-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətində Azərbaycanın payı təxminən 66% olub. İki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxın olub. Almaniyadan olan şirkətlər Azərbaycanda 1 milyard dollardan çox dəyəri olan layihələr icra ediblər. Bundan başqa Azərbaycanda özündə 150-dən çox alman müəssisəsini birləşdirən alman xarici ticarət palatası fəaliyyət göstərir. Yəni Azərbaycan-Almaniya münasibətləri təkcə neft-qaz sektoru ilə kifayətlənmir. Düzdür, Avropada İtaliyadan sonra Azərbaycan neftinin ən böyük neft idxalçısı Almaniyadır. Almaniya bu baxımdan Azərbaycan üçün vacib bazardır. Amma nəzərə almaq lazımdır ki, Almaniya Azərbaycanda elektrik enerjisi, kənd təsərrüfatı, nəqliyyat, kimya və s. sahələrdə də investisiya yatırıb. Ona görə də Azərbaycan Almaniya üçün regionda ən böyük ticarət tərəfdaşıdır.

Fransanın və NATO-nun Cənubi Qafqaz regionundakı hərbi-siyasi planları dəyişə bilər

O da nəzərdən qaçmamalıdır ki, Almaniya Gürcüstan və Ermənistana elə-belə pul ayırır, onların infrastruktur obyektlərinin qurulmasına çox yüngül şərtlərlə kredit verir, donor kimi çıxış edir. Azərbaycana qarşı isə başqa cür davranır. Azərbaycanın iri şirkətləri “Azərenerji” və SOCAR ilə Almaniya şirkətləri arasında paritet əsasda əməkdaşlıq mövcuddur, onları investor kimi cəlb edirlər. Qısası, Almaniya burdan mənfəət əldə edir. Almaniya Azərbaycandan əldə etdiyi qazancı nə Gürcüstandan, nə də Ermənistandan əldə edə bilir. Ona görə də Azərbaycanla ticarət dövriyyəsi o birilərinə nisbətən çoxdur.

Burada Almaniyanın iri biznes nəhəngləri Azərbaycanı regionda tramplin kimi istifadə etmək istəyirlər. Onlar Azərbaycan vasitəsilə regonda öz mövqelərini möhkəmlətmək və sonra da Mərkəzi Asiya və Xəzəryanı respublikalarda geniş fəaliyyət göstərməyə nail olmaq niyyətindədirlər. Alman iqtisadi nəhəngləri Azərbaycanı özünün regiondakı iqtisadi bazası kimi görürlər. Ona görə də Azərbaycanın Almaniya üçün əhəmiyyəti çox böyükdür”.

İlkin İzzət
Milli.Az

Cənubi qaz dəhlizi

Nəhəng, iddialı və kompleks layihə adlanan Cənubi Qaz Dəhlizi (CQD) Avropa ölkələrinin enerji təhlükəsizliyi və suverenliklərinin, habelə vətəndaşlarının rifahının gücləndirilməsinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Xəzər Siyasət Mərkəzinin iqtisadi və enerji proqramları üzrə rəhbəri Robert Sekuta deyib.

O qeyd edib ki, CQD-nin 2020-ci ildə müvəffəqiyyətlə başa çatdırılması, uğurlu özəl sektor tərəfdaşları ilə birgə işləyən fərqli bir qrup dövlətin nə qədər israrlı olduğunu göstərir. Əlbəttə ki, Vaşinqton və digər paytaxtlar, habelə layihəni milli siyasətdən və diplomatik təşəbbüslərdən qazma platformalarına, eləcə də minlərlə kilometrlik borulara çevirən müəssisələr və maliyyə qurumları, müvəffəqiyyətə nail olduqlarını qeyd etmək hüququna malikdir. Bununla belə, qarşıda yeni mərhələlər var. Avropa və digər dövlətlərin iqlim böhranı ilə mübarizə aparmaq üçün istixana qazı emissiyalarını azaltmağa çalışdıqları bir vaxtda, təmiz yanacaq kimi qaza olan ehtiyac davam edəcək. Təbii qaz karbon qazının daha az olduğu gələcəyə keçidin əsas elementi olacaq.

Cənub Qaz Dəhlizi enerji siyasətinin BTU-lardan (istilik vahidi), kilometrlərlə boru kəmərlərindən, elektrik ötürmə sistemlərindən, çıxarılan neft barrellərindən və kubmetrlərlə təbii qazdan daha mühüm olduğunu sübut edir. İstər bir ev, istərsə də iş üçün təhlükəsiz enerji təchizatı vacibdir.

“Enerji ölkələrin təhlükəsizliyi, rifahı və suverenliyinin əsası, həmçinin ABŞ-ın on illərdir ki, digər ölkələrin enerji təhlükəsizliyini öyrəndiyi və onu dəstəklədiyi bir nöqtədir. Bu işin reallaşması, təbii ki, ABŞ-ın Azərbaycan, Avropa İttifaqı, Türkiyə, Ukrayna və digərləri ilə diplomatik fəaliyyətlərində uzunmüddətli faktor rolunu oynayıb. Qaz kəməri ya ölkənin sərbəst fəaliyyətini məhdudlaşdırmaqdan ötrü bəzi güclərin istifadə etdiyi cilov, yaxud birgə əməkdaşlıq və dəstək üçün bir dəhliz ola bilər. Bu reallığı dərk edərək həm Respublikaçı, həm də Demokrat administrasiyalar enerji tədarükünün artırılması və şaxələndirilməsi məqsədilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər səylərin həyata keçirilməsi istiqamətində çalışırdılar. Bununla yanaşı, dövlətlərin siyasi və diplomatik gücləri uğurlu boru kəməri və ya digər enerji layihəsini həyata keçirməyə kifayət etmir. Bu işdə uğurlu olmaq üçün enerji layihəsi ticari baxımdan əhəmiyyətli olmalıdır. Cənub Qaz Dəhlizi dövlətlər və şirkətlər arasında güclü bir tərəfdaşlıq sayəsində başladıldı və həyata keçirildi. Bəzi hesablamalara görə, CQD-nin maliyyələşdirilməsində 17 maliyyə təşkilatı iştirak edib. BP-nin yüksək səviyyəli rəhbərinin bu yaxınlarda qeyd etdiyi kimi, CQD buna müvəffəq oldu, çünki bunun üçün real texniki-iqtisadi əsaslandırması və siyasi əhəmiyyəti var idi. Şirkətlər layihənin çətinliklərinin və yeni mühəndislik problemlərinin öhdəsindən gəlmək üçün birinci dərəcəli təcrübələrini cəlb etdilər. Burada dəqiq hədəflər və onlara bağlılıq mövcud idi. Layihədə iştirak edən enerji şirkətləri və tədarükçüləri arasında möhkəm ortaqlıqlar, habelə bu şirkətlər və dövlətlər arasında yaxşı kommunikasiya əlaqələri və güclü tərəfdaşlıq var idi. Hökumətlər və şirkətlər arasındakı güclü əməkdaşlıq və əlaqələr, texniki mükəmməlliyə nail olma, ümumilikdə qəbul olunmuş iş təcrübələri və layihənin mürəkkəbliyi nəzərə alındıqda, toplam xərcin 40-45 milyard dollar məbləğində olacağı gözlənilirdi. Lakin layihənin ümumi xərcinin 33 milyard dollar ətrafında olduğu bildirilir. Cənub Qaz Dəhlizinin tamamlanması, Avropanın və ümumdünya enerji təhlükəsizliyinin artırılmasına əlavə dəyər qata bilər”.

R.Sekuta əlavə edib ki, 2021-ci il yanvarın 27-də Xəzər Siyasət Mərkəzinin ev sahibliyi etdiyi proqramda qeyd olunduğu kimi, İtaliya, Yunanıstan, Türkiyə və digər əsas CQD tərəfdaşlarını qazla təmin etməklə yanaşı, Bolqarıstanı Yunanıstanla birləşdirən yeni TAP boru kəməri CQD qazını Bolqarıstana gətirir. Bu sistem daha da genişləndirilə, növbəti mərhələdə Albaniya və qərbi Balkanlarda yeni bazarlara çıxış imkanı əldə edə bilər. Bu, Türkiyənin 2021-ci ildə yaratmaq istədiyi fyuçers bazarı olan İstanbulda Enerji Mübadiləsi qurma planlarını asanlaşdıra bilər. CQD-nin TANAP seqmentinin Şərqi Aralıq dənizindən qaz nəqlinə və Türkiyənin enerji mərkəzinə çevrilmək üçün göstərdiyi səylərə kömək edə biləcəyi düşünülür. Mütəxəssislər Xəzər dənizinin Dostluq yatağında neft və qaz hasilatına icazə vermək üçün illərdir davam edən ikitərəfli mübahisələrə son qoymuş Azərbaycan və Türkmənistan arasındakı 2021-ci il yanvar müqaviləsinin şərtlərinin formalaşmasına kömək etdiyindən, CQD-nin tamamlanmasını yüksək qiymətləndirirlər. Tamamlanmış Cənub Qaz Dəhlizi Xəzər dənizi boyunca qaz kəməri çəkildikdən sonra, Türkmənistandan qərbə qaz ixrac etmək üçün də lazımi imkanı təmin edə bilər. Türkmənistan hazırda boru kəməri qazını yalnız bir alıcıya – Çinə ixrac edir və təkcə 2020-ci ildə Çinə 6 milyard dollar dəyərində qaz satıb. Dünyanın ən böyük təbii qaz yataqlarından birinə sahib olan Türkmənistan, yeni bazarlara xeyli miqdarda satış edə bilər. Təchizatçılar da müştərilər kimi, müxtəlif tərəfdaşlardan faydalanırlar.

“2020-ci il dekabrın 31-də layihənin son seqmentində ticari əməliyyatların başlanması Cənub Qaz Dəhlizi layihəsinin başa çatdığını göstərə bilər, eyni zamanda, bu, hökumətlərin özəl sektorla ortaq şəkildə hansı uğurlara nail ola biləcəyinin də vacib modelini təqdim edir. Enerji təhlükəsizliyini artırmaq və dəyişən beynəlxalq enerji ehtiyaclarını ödəmək məqsədi Xəzər regionu ilə daha çox maraqlanmağa zəmin yaradır”, – deyə o vurğulayıb.

Cənubi qaz dəhlizi

Cənub Qaz Dəhlizi layihəsi Xəzər dənizinin qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təchizatının artırılmasını hədəfləyir. Cənub Qaz Dəhlizi aşağıdakı dörd layihədən ibarətdir: (i) Şahdəniz qaz-kondensat yatağı (“SD1”) və onun tammiqyaslı işlənilməsi (“SD2”), (ii) Cənubi Qafqaz Boru Kəməri (“SCP”) və onun genişləndirilməsi (“SCPX”), (iii) Trans-Anadolu Boru Kəməri (“TANAP”), (iv) Trans-Adriatik Boru Kəməri (“TAP”) (SD2, SCPX, TANAP və TAP, birlikdə “Layihələr”). Tamamlandıqdan sonra SD2 layihəsi SD1 layihəsi çərçivəsində artıq mövcud olan 11 milyard kubmetr təbii qaz hasilat gücünə daha 16 milyard kubmetr təbii qaz hasilat gücü əlavə etdi. Yeni tikilən SCPX, TANAP və TAP boru kəmərlərinin uzunluğu ümumilikdə 3,200 kilometrdən artıqdır.

Azərbaycan Respublikasının Layihələrdəki iştirak paylarının saxlanılmasını, idarə edilməsini və maliyyələşdirilməsini “Cənub Qaz Dəhlizi” QSC həyata keçirir.

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında

03 Fevral 2023

SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişləri imzalanıb

Comments are closed, but trackbacks and pingbacks are open.