Coğrafiya 8
50 13 Fevral
Cografiya 8 siif derslik
Coğrafi kəşflərdən tədqiqatlara doğru
- 1. Coğrafi kəşflərin yeni mərhələsi
- 2. Coğrafiya elmlərinin inkişafı
- 3. Müasir coğrafiya elminin yeni sahələri
- 4. Coğrafiyada yeni biliklərin toplanması yolları
- 5. Azərbaycanda coğrafiya elminin inkişafı
- 6. Ümumiləşdirici tapşırıqlar. Coğrafiyanın yeni sahələri və tədqiqat üsulları
Xəritələr və onların üzərində təsvir üsulları
- 7. Kartoqrafik təsvirlərin əhəmiyyəti
- 8. Kartoqrafik təsvirlər məlumat mənbəyidir
- 9. Xəritələrdə təsvir üsulları
- 10. Xəritələrin təsnifatı
- 11. Xəritələrdə məsafələrin və sahələrin hesablanması
- 12 Ümumiləşdirici tapşırıqlar. Xəritə üzərində iş və hesablama aparılması
Yerin hərəkəti və onun coğrafi nəticələri
- 13. Qurşaq vaxtı
- 14. Yerin illik hərəkəti
- 15. Qütb gecə və gündüzləri
- 16. İşıqlanma qurşaqları
- 17. Günəş şüalarının düşmə bucağının hesablaması
- 18. Ümumiləşdirici tapşırıqlar. Qurşaq vaxtı və günəş şüalarının düşmə bucağının hesablanması
Yerin fəal tektonik təbəqəsi
- 19. Yerin müasir üfüqi və şaquli hərəkət sahələri
- 20. Litosfer tavaları
- 21. Litosfer tavalarının hərəkətinin nəticələri
- 22. Qədim quru və su sahələri
- 23. Ümumiləşdirici tapşırıqlar. Litosfer tavalarının hərəkətinin nəticələri
Atmosfer
- 24. Hava kütlələri və atmosfer cəbhələri
- 25. Daimi və mövsümi küləklər
- 26. Siklon və antisiklonlar
- 27. Yağıntıların paylanması
- 28. İqlim və onun yaranması
- 29. Ümumiləşdirici tapşırıqlar Temperatur və yağıntıların illik gedişi
Yerin su təbəqəsi
- 30. Dünya okeanının yaranması
- 31. Okeanların öyrənilməsi
- 32. Okean suyunun temperaturu
- 33. Okean suyunun duzluluğu və şəffaflığı
- 34. Okeanlarda suyun hərəkəti
- 35. Ümumiləşdirici tapşırıqlar. Okean suyunun temperaturu və duzluluğunun təyin olunması
Biosfer
- 36. Biosfer Yerin təbəqələri sistemində
- 37. Coğrafi təbəqə
- 38. Bitki və heyvanların yaşayış mühiti
- 39. Təbii zonalar
- 40. Ümumiləşdirici tapşırıqlar. “Təbii zonalar” xəritəsi üzərində iş
Dünya ölkələrinin təsnifatı
- 41. Ölkələrin inkişaf səviyyəsinə görə təsnifatı
- 42. İnkişaf etmiş ölkələr (İEÖ)
- 43. İnkişaf etməkdə olan ölkələr (İEOÖ)
- 44. İnsanın İnkişaf Əmsalı
- 45. Ümumiləşdirici tapşırıqlar. Ölkələrin inkişaf səviyyəsinin müqayisə edilməsi
Əhali və təsərrüfatın ərazi təşkili
- 46. Əhalinin sayı
- 47. Əhalinin təbii artımı və miqrasiyası
- 48. Təbii ehtiyatlar
- 49. Təbii ehtiyatların təsərrüfat əhəmiyyəti
- 50. İstehsalın təşkili formaları
- 51. Ümumiləşdirici tapşırıqlar. Təbii ehtiyatların təsnifatı və təsərrüfat əhəmiyyəti
Ekoloji mühit və onun mühafizəsi
- 52. Ətraf mühiti çirkləndirən mənbələr
- 53. Təsərrüfat sahələri və ekoloji mühit
- 54. Ətraf mühitin mühafizəsi yolları
- 55. Ətraf mühit və insanların sağlamlığının qorunması
- 56. Azərbaycanın ekoloji vəziyyəti və turizm-rekreasiya ehtiyatları
- 57. Ümumiləşdirici tapşırıqlar. Ekoloji problemlər və onların aradan qaldırılması yolları
- Terminlərin izahlı lüğəti
Coğrafiya 8
Zakir Eminov, Qabil Səmədov, Aygün Əliyeva
COĞRAFİYA
8
Ümumtəhsil məktəblərinin
8-ci sinfi üçün dərslik
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin
08.06.2015-ci il tarixli
645 nömrəli əmri ilə
təsdiq edilmişdir.
Xəzər Etiket
Bakı –2015
Elmi redaktor:
Elbrus Əlizadə
AMEA-nın müxbir üzvü, c.e.d., professor
Dil redaktoru
Fəridə Ələsgərli
Z.N.Eminov, Q.M.Səmədov, A.R.Əliyeva
Coğrafiya – 8, Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik, Bakı, Xəzər
Etiket, 2015, 192 səh.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər
hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya
vasitələri ilə yaymaq qanuna ziddir.
ISBN 978-9952-466-82-9
© – Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2015
Giriş
Giriş
Əziz şagirdlər!
VIII sinifdə Siz coğrafiyanı yeni mərhələdə öyrənməyə başlayırsınız. Burada əvvəlki
illərdə əldə etdiyiniz coğrafi biliklərə əsaslanaraq təbiətdə baş verən proses və
hadisələri daha dərindən öyrənəcək, onların səbəblərini və nəticələrini müəyyən edə
biləcəksiniz.
Coğrafiya təbiətin müxtəlif komponentlərini, onlar arasındakı əlaqələri və bir-birinə
təsirini müəyyən etməklə yanaşı, təbiətdən daha səmərəli istifadə edilməsi yollarını,
onun qorunması istiqamətlərini, əhali və təsərrüfatın yerləşməsini öyrənir.
Bu il Siz coğrafi kəşflərin yeni mərhələsini öyrənməklə yanaşı, coğrafiyanın bir elm
kimi formalaşması mərhələlərini, onun tərkibində ayrılan elmlərin inkişafını, dövrün
tələblərinə uyğun gələn yeni elm sahələrinin yaranması zəruriliyi ilə tanış
olacaqsınız. Azərbaycanda coğrafiya elminin inkişafında rolu olan alimlərlə tanışlıq
da çox böyük əhəmiyyət kəsb edir.
Xəritələr coğrafiyanın ikinci dilidir. Hər bir coğrafi tədqiqat xəritədən başlanır, xəritə
ilə başa çatır (N.N.Baranski). Bu il xəritələrin əhəmiyyəti, onlarda təsvir üsulları və
xəritələrin təsnifatı ilə tanış olacaqsınız. Xəritələr üzərində hesablamalar
aparılmasını öyrənmək praktik işlərin həyata keçirilməsi üçün çox vacibdir.
Əvvəlki illərdə öyrəndiyiniz mövzuların davamı olaraq bu il Yerin Günəş ətrafında
hərəkətinin nəticələri, qütb gecə-gündüzlərinin başvermə səbəbləri, işıqlanma
qurşaqları və saat qurşaqları ilə tanış olacaqsınız. Mövzuları mənimsəməklə
dünyanın istənilən ölkəsində yerləşən şəhərlərə, o cümlədən Bakı şəhərinə müxtəlif
vaxtlarda günəş şüalarının düşmə bucağını hesablaya biləcəksiniz.
Bu il ərzində dünya ölkələrinin inkişaf səviyyəsinə görə fərqlənməsinin səbəblərini,
hər bir qrupa daxil olan ölkələri və onlara aid olan xüsusiyyətləri müəyyən edə
biləcəksiniz.
Dərs prosesində Siz əhalinin sayının artması və təsərrüfatın inkişafı prosesində ətraf
mühitin çirklənməsinin səbəbləri və nəticələrini, ekoloji problemlərin həlli yollarını
da öyrənəcəksiniz.
Dərslikdə hər bir mövzunun öyrənilməsi ümumi məlumatla başlanır. Burada
öyrənəcəyiniz mövzunun izahına keçmək üçün təbiətdə və cəmiyyətdə müşahidə
etdiyimiz hadisələr təsvir olunur. Onlar dərsi aydın başa düşməyə kömək edir.
Giriş
Bunun əsasında öyrənəcəyiniz mövzuların ümumi məzmununu əks etdirən suallar
qoyulur və aparılacaq təhlillərin ümumi istiqamətləri müəyyən edilir.
Dərsə hazırlaşarkən verilən şəkillər, xəritələr və diaqramlardan da istifadə etməyiniz
vacibdir. Onlar dərslərdə verilən izahatları daha dərindən başa düşməyə kömək
edir. Xəritələrdə adları çəkilən coğrafi obyektləri göstərməklə Siz xəyalən səyahət
etmiş olursunuz.
Mövzuların sonunda verilmiş müxtəlif formalı və məzmunlu tapşırıqların yerinə
yetirilməsi ilə onların öyrənilməsi tamamlanır. Tapşırıqlarda mövzulara aid suallar,
xəritələr üzərində işlə yanaşı, hesablamalar, kontur xəritələr üzərində işlərə də yer
verilmişdir.
Hesab edirik ki, bunlar Sizin mövzuları mükəmməl öyrənməyinizə kömək edəcəkdir.
Sizə uğurlar arzulayırıq!
Coğrafi kəşflərdən tədqiqatlara doğru
Coğrafi kəşflərdən tədqiqatlara doğru
§1. Coğrafi kəşflərin yeni mərhələsi
Böyük Coğrafi kəşflər dövründə yeni ərazilərin kəşfində iştirak edənlər səyyahlar,
tədqiqatçılar və mahir dənizçilər olmuşdur. Sonrakı dövrlərdə materiklərin və
okeanların öyrənilməsində alimlərin iştirakı genişləndi. Bu alimlərin gördüyü işlər
coğrafiya elminin inkişafına həm kömək etdi, həm də bu elmin yeni sahələrinin
yaranmasına təsir göstərdi.
Təhlil edək:
1. Materiklərin və okeanların daxili sahələrinin öyrənilməsində hansı ölkələrin
alimləri iştirak etmişdir?
2. Bu sahədə aparılan tədqiqatların coğrafiya elminin inkişafında hansı rolu
olmuşdur?
Açar
sözlər
Tədqiqat. Fəth.
S.Dejnyov
V.Berinq
XVII əsrin ortalarında Böyük Coğrafi kəşflər dövrü başa çatdı. Sonrakı dövrlərdə
materiklərin daxili rayonları ilə yanaşı, okeanlarda suyun temperaturu, duzluluğu,
axını, dib relyefi, qütbətrafı ərazilər öyrənilməyə başlandı. Avropalılara artıq Köhnə
Dünya ilə yanaşı, Amerika və Avstraliya da məlum olmuş, materiklərin daxili
hissələrinin öyrənilməsinə başlanılmışdı. Səyahətlər Sakit, Atlantik və Hind
“Dərslik “Coğrafiya” (8 sinif)
Derslik “Azerbaycan Respublikasının iqtisadi ve sosial coğrafiyası” 8 sinif. Есть ещё атласы,учебники,тесты,конспекты. Чтобы посмотреть мои объявления,нажмите под номером телефона на “Объявления пользователя”.
Bakı 23 Mart 2019 1746 dəfə Mənbə: tap.az
П
Продавец
Elanın vaxtı bitmişdir
Seçilmişlərə əlavə et
Oxşar Elanlar
Test topluları
1 9 Mart
Clopos Restoran Sistemi
Clopos Reklam
Coğrafiya kursu
45 22 Yanvar
География СССР
10 26 Fevral
Coğrafiya hazırlığı
50 6 Mart
Kitab
5 25 Fevral
Coğrafiya kursu
60 6 Fevral
4cü sinif: Beyin gimnastikası
1 3 Fevral
1ci sinif: Beyin gimnastikası
2 3 Fevral
İbtidai sinif dərsləri
30 2 Mart
Kitab
8 25 Fevral
İbtidai sinif şagirdləri üçün hazırlıq
30 5 Mart
İbtidai sinif fənn hazırlığı
45 13 Fevral
Məktəbəqədər və ibtidai sinif hazırlığı
40 6 Fevral
İbtidai sinif və məktəbəqədər hazızrlıq
50 13 Fevral
1-4 sinif fənnlərindən hazırlıq
35 6 Mart
İbtidai sinif və məktəbəqədər hazırlıq
25 9 Mart
AAAF parkda məktəbəqədər və ibtidai sinif hazırlığı
40 11 saat əvvəl
İbtidai sinif hazırlığı əyani və online
40 7 Mart
Dərslik “İngilis dili 5-ci sinif”
2 11 Mart
Məntiq hazırlığı
50 10 Mart
Dərslik
8 11 Mart
Aviakassa xidmətləri
200 7 Mart
Aviabiletlər, səyahət və turlar
200 9 Mart
Ödənişli xidmətlər
Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!
Ödənişli xidmətlər
Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!
Elanı sil
Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim
Telefon: (012) 566-74-58
Haqqımızda
Yardımçı linklər
Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır
© UcuzTap bir şirkət məhsuludur
Comments are closed, but trackbacks and pingbacks are open.