Press "Enter" to skip to content

Uot 581. 5 İLİsu qoruğu biTKİ ÖRTÜYÜNÜn ekoloji xarakteriSTİkasi

Abdullayeva T.A. İlisu Dövlət Qoruğunun florası və onun floristik analizi. B.e.n. …dis.

Azərbaycan Milli Elmlər Akademiyası

Fərdi plan üzrə çalışan Bölmə əməkdaşları “İbtidai icma və erkən sinifli cəmiyyətlər” mövzusunun tədqiqində aşağıdakı nəticələri əldə etmişlər:

1.Sərkərtəpə yaşayış yerinin (Xaçmaz r-nu) kompleks tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanın şimal-şərq bölgəsi Erkən Tunc dövründə Kür-Araz mədəniyyəti arealında lokal, özünəməxsus yer tutmuşdur;

2. Erkən sinifli cəmiyyətə keçid dövrünün monumental abidələri olan siklop tikililəri haqqında ümumiləşdirilmiş tədqiqat başa çatdırılmışdır;

3. Mil düzündə erkən əkinçi və maldar tayfalara məxsus bir sıra komplekslər aşkar olunaraq tədqiq edilmişdir;

4. Aşağı Qarabağda, Qarqarçay hövzəsində qədim Azərbaycan dövləti olan Albaniyaya məxsus şəhər yeri (Qalatəpə) müəyyən edilərək tədqiqata cəlb olunmuşdur;

5. Arxeoloji materiallar əsasında orta əsr Şabran şəhərinin ictimai-siyasi və mədəni-təsərrüfat həyatı araşdırılmışdır;

6. Şimal-Şərqi Azərbaycanın arxeoloji abidələri külliyyatı hazırlanaraq nəşr edilmişdir.

Uot 581. 5 İLİsu qoruğu biTKİ ÖRTÜYÜNÜn ekoloji xarakteriSTİkasi

Açar sözlər: qoruq, bitki örtüyü, ekoloji səciyyə.

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri Azərbaycan Res-

publikasının milli sərvətidir və xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə

malikdir. İlisu Dövlət Qoruğu belə ərazilərdəndir.

İlisu Dövlət Təbiət Qoruğunun ərazisi dəniz səviyyəsindən 174-3480

metrədək yüksəklikdə yerləşir. Dəniz səviyyəsindən 3480 metrədək hündür-

lükdə olan ən hündür hissəsi Axvay zirvəsidir. Ən alçaqda yerləşən sahə isə

Alazan çayı hövzəsi yanında olan Alazan (Qanıx) düzənliyində olub, hündür-

lüyü 174 metrdir. Qoruq şimaldan Zaqatala rayonunun ərazisi və Qax Dövlət

Təbiət Yasaqlığı ilə, cənubdan Samux rayonu ərazisi ilə, qərbdən Gürcüstan

respublikası ilə və şərqdən Qax rayonu meşələrinin bərpası və mühafizəsi

torpaq sahələri ilə həmsərhəddir. Qoruğun ərazisi 17381,6 ha ərazini əhatə

edir. İlisu Dövlət Təbiət Qoruğu ərazisində hündürlük fərqi 3306 metrdir [1].

Qoruğun ərazisində sıra dağlar bir-birini əvəz edir. Dağlar yaxşı və zəif inkişaf

etmiş dağlarla əhatə olunmuşdur. Dağlıq ərazidə yer daxili və xarici proses-

lərin daha güclü qarşılıqlı prosesləri baş verir. Dağlar nə qədər sürətlə qal-

xarsa, bir o qədər sürətlə dağılır. Bu süxurların qırıntıları ağırlıq qüvvəsinin

təsiri altında aşağı basılır. Buzlaqlar, dağ çayları və mövsümü axınlar yamac-

ları dəyişdirir, ovur və dağ ətəklərinə aparır. İlisu Dövlət Təbiət Qoruğunun

müasir relyefi neogenin əvvəlində formalaşmışdır. Qoruq ərazisində olan dağ

qolları cənub-qərb istiqamətində mailliyi, yüksək dağlıq ərazidə pilləvari

strukturların üstünlüyü ilə xarakterizə olunur. Çayların axın istiqaməti də

göstərir ki, İlisu Dövlət Təbiət Qoruğunun relyefi cənub-qərbə doğru maillidir.

İlisu Dövlət Təbiət Qoruğunun ərazisində əsas iqlim əmələ gətirən amil-

lər aşağıdakılardır: Günəş radiasiyası, atmosfer sirkulyasiyası, relyef. İqlim

əmələ gəlməsində yamacların meylliliyinin və torpaq – bitki örtüyünün də rolu

böyükdür. Yer kürəsində baş verən qlobal istiləşmə qoruğun iqlim göstəricilə-

rində də özünü büruzə verir. Belə ki, son illər atmosfer yağıntılarının azalması

və havanın temperaturunun artması müşahidə olunur.

Qoruq ərazisində aşağıdakı iqlim tipləri formalaşmışdır: dağlıq tundra

iqlimi, qışı rütubətli keçən soyuq iqlim, yağıntıları təxminən bərabər paylanan

mülayim isti iqlim, qışı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən

mülayim isti yarımsəhra və quru çöl iqlimi.

Qoruğun təşkil edilməsində məqsəd təbii kompleksi daha yaxşı qorumaq

və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və hey-

vanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, tor-

paqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaq və s.

İlk dəfə bu ərazilərin torpaqlarını ekoloji baxımdan qiymətləndirmək

üçün yasaqlıq və qoruq ərazilərində çöl torpaq tədqiqatı işləri aparılmışdır. Çöl

geobotaniki tədqiqatları zamanı aşağıdakı ağac, ot və kol bitkilərinə rast gəlin-

mişdir: Tədqiqatın obyekti vələs, palıd, cökə, ağcaqayın, yabanı gilas, qoz,

şabalıd, alça, əzgil, yemişan, itburnu, gəndalaş, böyürtkən, dəvədabanı, çoban-

yastığı, zoğal, fındıq, qıjıkimilər və s. olmuşdur. Sadalanan bitkilərin yarpaq

və gövdəsindən herbari hazırlanmışdır. Bu zaman bir sıra prinsiplərə istinad

edilmişdir. Belə ki, bitki yığımı zamanı torpaq və iqlim şəraiti, meşənin sıxlığı

nəzərə alınmış, meşənin işıqlanma xarakteri əsas götürülmüşdür.

Belə nəticəyə gəlinmişdir ki, sahəcə fıstıq üstünlük təşkil etmişdir. Daha

sonra vələs, palıd, ağcaqayın, şam (qarmaqvari) cökə, ardıc növləri yayılmışdır.

Ümumilikdə İlisu Dövlət Təbiət Qoruğu çox zəngin floraya və bitki

örtüyünə malikdir. Ümumi sahəsi 17386,6 ha olan qoruq ərazisinin çox his-

səsinin 14689,9 ha (84,51%) meşə sahəsi, 1420,3 ha (8,17%) qayalıqlar (yar-

ğanlar və sərt yamaclar), 660 ha (3,79%) meşə olmayan sahə və 40,3 (0,23%)

ha isə sututarlı sahə təşkil edir. [2]

Burada meşə ilə örtülü ərazi 13826,2 ha (79,54%) çatır ki, bu da 863,7

ha-nı (4,97%) seyrək meşəliklər və 66 ha-nı dağ çəmənlikləri təşkil edir. Azər-

baycanda yayılan 107 ağac növündən 31-dən çoxuna qoruğun ərazisində rast

gəlinir. Bunların sayca 11-i dominant növdür.

Qoruğun özünəməxsus bitki örtüyü vardır L.İ. Prilipkonun [3] bölgü-

lərinə əsasən qoruq: aşağı dağ qurşağına – 400-1800 m; orta dağ qurşağına-

600-1800 m; yuxarı dağ qurşağına – 800-2000 m (2200) hissələrə aid edilir.

Aşağı dağ qurşaqlarında kollardan Qafqaz vələsi (Carpinus caucasica),

dişli topulqa ( Spiracea crenata), alça (Prunus divaricata), əzgil (Mespilus ger-

manica), zoğal (Cornus mas), yemişan (Grataegus), qaramurdaça (Thelejera-

nia), cökə (Tilia cordata), ellipsvari qarağac (Ulmus elliptica), gəndəlaş (Sam-

bicus nigra), gərməşov (Evenymus latifolia) və s. bitki cinslərinə aid kollar,

ağacşəkilli lian-Yunan güyəməsi (Periploca graeca), hündür mərövcə (Smilax

exselsa), Pastuxov dağ sarmaşığı (Hedera Pastuchovii), meşə üzümü (Vitis

sylvestris), adi doqquzdon (Lonicera caprifilum), ağ əsmə (Clematis vitalba),

həmçinin ot şəkilli lian- adi giləzəhər (Tamus communus) və s. Onlarca çoxil-

lik ot bitkiləri vardır. Aşağı dağ qurşağında antropogen təsir altında meşə-

liklərin kolluqlarla əvəz olunması nəticəsində meşəsiz yamaclarda boz-

qırlaşmış qonur və qəhvəyi torpaqlar inkişaf edir.

Orta dağ qurşaqlarına qalxdıqca kollar nisbətən azalır, onları hündür-

boylu ağac cinsləri əvəz edir və bu qurşağı Qafqaz botanikləri fıstıqlıq qurşağı

adlandırırlar. Şimal yamaclarında fıstıqlıq qurşağı (Fagetum orientalis), cənub

yamaclarda gürcü palıdlığı (Quericetum iberica), hər ikisinin komponenti olan

şərq vələsi (Carpinus orientalis), ağcaqayının bir neçə növü (Acer spdiv), ayı-

döşəyikimilərdən Dryopteris filix-mas, Polystichum lobatum, Phyllitis scolo-

nendrium, Pteridium taurucum, Asplenium trichomanes, Asplenium adiantum-

nigrum, Polypodium vulgare, ot bitkilərindən Festuca drymeia, Galium odora-

ta, Salvia glutinosa, Fragaria vesca və s. geniş yayılmışdır. Dəniz səviyyəsindən

hündürlük azaldıqca kserofit meşələrin təsiri altında karbonatlı gilli, əhəngli və

qumlu süxurlar üzərində qəhvəyi dağ – meşə torpaqlar inkişaf etmişdir.

Yuxarı dağ qurşaqlarında Trautfetter ağcaqayını (Acer trautvetteri),

cənub yamaclarda şərq palıdı (Quercus macranthera), Şimal yamaclarda əyri

tozağacıları (Betula pendula), kolcuq bitkilərindən qaragilə (Vaccinum myr-

tillis), itburnu (Rosa), quru yamaclarda dovşanalması (Cotonneaster), ardıc

(Juniperus) və Brachypodium sylvaticum, Agrostis tenuis, Dactylis glomerata,

Trifolium repens, Doronicum macrohyllum, Senecioplatyphyles, o cümlədən

Urtica, Rumex, Dryopteris, Verbascum cinslərinin növlərindən ibarət hündür

otlar yayılmışdır. Ümumiyyətlə, yuxarı qurşaqdakı mezofil meşələrin altında

qonur dağ meşə torpaqlar əmələ gəlmişdir.

Qoruqda 300-ə qədər ali bitki növü vardır. Qoruq ərazisinin 93%-i

enliyarpaq meşəliklərlə örtülmüşdür. Onlardan əsasən çinar, palıd, vələs, qoz,

şabalıd, ağcaqayın, cökə, göyrüş və s. ağaclar yetişir [4].

Qoruğun ərazisində 300-dən artıq damar – boru sistemli bitki növlərinə

rast gəlmək olar. Onlardan 90-na yaxını ağac-kol bitkiləridir. Qoruğun florası

içərisində 50 növə yaxın endemik, nadir və tükənməkdə olan dərman bitkiləri

Floristik əlaqələrinə görə İlisu Dövlət Təbiət Qoruğunun ərazisi Qafqaz

floristik əyalətinin Baş Qafqaz bitkiliyi rayonuna aid edilir.

Meşələr əsasən gürcü və şərq palıdından, şərq fıstığından və Qafqaz və-

ləsindən ibarətdir. Bunlar həm təmiz, həm də qarışıq meşələr təşkil edir. Bu

meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə, söyüd, qoz, gilas, alma,

armud kimi ağaclar, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc və s. kimi kol

Qoruq Azərbaycanın cavan qoruğudur. Qoruğun florasını öyrənmək

üçün qarşıya qoyulan məqsədə qoruq florasının tam sistematik tərkibinin

öyrənilməsi, floranın inventarlaşması, həmin növlərin inkişaf xüsusiyyətlərinin

qanunauyğun şəkildə dəyişməsini öyrənmək, nadir, nəsli kəsilmək, sayı azal-

maq qorxusu olan və arealı kiçikləşməkdə olan növləri, o cümlədən Azər-

baycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan və eyni zamanda “Qır-

mızı” və “Yaşıl” kitablara tövsiyə olunan bitki və bitki formalarını müəyyən

etməkdən ibarətdir. Bununla yanaşı, ərazidə rast gəlinən nadir, endemik, eləcə

də, digər növlərin ekoloji coğrafi xüsusiyyətlərini öyrənmək, onların botaniki

coğrafi analizini vermək, təsərrüfat əhəmiyyətli, ərzaq və s. olmasını aşkara

çıxarmaq əsas məqsədlərdən biri hesab olunur.

İlk dəfə olaraq İlisu Dövlət Təbiət Qoruğu planlı surətdə tədqiq edi-

lərkən 76 fəsiləyə, 290 cinsə aid olan 500 ali sporlu, çılpaqtoxumlu və çiçəkli

bitki növlərinin yayılması müəyyən edilmişdir ki, bu da Azərbaycan florasının

11,11 %-i təşkil edir [5].

Qoruğun florasında 4 relikt (Taxus baccata, Castanea sativa, Corylus ibe-

rica, Hedera Rastuchovii), 7 nəsli kəsilmək, sayı azalmaq təhlükəsində olan

(Vitas sulvertrtis, Atropa caucasica, iris reticulata, sphalanthera longifolia) və s.

18 nadir növ (Primula juliae, orchis purpurca, sphalanthera rubra, dorog-

lossum, Roza Azerbadzhanica ) və s. aşkar edilmişdir.

Tədqiq edilən növlərdən toplanmış 500 növ bitkilərdən 60 endemik növ

kimi qeyd edilmişdir ki, bunlardan 59-u Qafqaz, biri isə Azərbaycan endemik

növüdür (Roza Azerbaydzhanica) [6].

Qoruğun florasında 381 növ (76,2%) mezofil, 109 növ (21,8%) kserofil

və 10 növ (2%) hidrofil növüdür.

Ərazi florasının coğrafi xüsusiyyətlərini araşdırarkən 95 növün aşağı, 22

növün orta, 262 növün isə yuxarı dağ qurşağına yayıldığı müəyyən edilmişdir.

Qoruğun florasında 31 ağac, 65 kol və kolcuq, 6 lian, 417 ot bitkiləri, o

cümlədən, 320 çox illik, 14 ikillik, 73 birillik növ aşkar edilmişdir.

Qoruq florasında müəyyən edilmiş 500 növün 33-ü qədim, 3-cü dövr 15

adventiv və 106 növü isə arealı məlum olmayan növlərdir.

Qoruq florasında 120 dərman, 157 vitaminli, 76 efir yağlı, 178 bal verən,

45 boyaq, 47 aşı maddəli, 110 bəzək, 120 qida, 65 növü isə yem əhəmiyyətli

növ kimi müəyyənləşdirilmişdir.

Beləliklə, qoruq ərazisində aşağıdakı bitki qruplaşmaları müəyyən edilmişdir.

1. Geniş areallı növlər: palıd, vələs, fıstıq, alma, armud, söyüd və s.

2. Tipik və kütləvi yerli növlər: qaraçöhrə, göyrüş, ağcaqayın, çaytikanı və s.

3. İndikator növlər: palıd, qovaq.

4. Zonanın bitki qrupu üçün səciyyəvi olan növlər: ardıc, dəmirqara, qıjı və s.

5. Nadir, nəsli kəsilməkdə olan növlər: Pastuxov daş sarmaşığı, Qırmızı

tozbaş səhləb, Qafqaz quşsəhləbi, Yuliya novruzgülü və s.

6. Xüsusi əhəmiyyətli növlər (endemik və relikt): Azərbaycan itburnusu,

giləmeyvəli qaraçöhrə, ayı fındığı, Qafqaz xurması, adi şabalıd, Pastuxov daş

Hazırda isə qoruq ərazisində nadir, relikt, nəsli kəsilmək təhlükəsi olan

və s. növlər üzərində müşahidələr aparmaq üçün bir sıra müşahidə mey-

dançaları və təcrübə sahələri salınmışdır.

Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı: Elm. 2005, 726 s.

İlisu Dövlət Qoruğu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin materialları. Bakı: Elm,

Прилипко. Л.И. Растительный покров Азербайджана. Баку: Элм, 1970, 172 с.

Xəlilov M.Y., Əliyev F.Ş. Azərbaycan Respublikasının meşə ehtiyatı və problemləri /

Təbii sərvətlərin qiymətləndirilməsi və təbiətdən istifadə mövzusunda elmi-praktik kon-

fransın tezisləri. Bakı: Elm, 2003, s. 22-26.

Abdullayeva T.A. İlisu Dövlət Qoruğunun florası və onun floristik analizi. B.e.n. …dis.

avtoref. Bakı, 1996, 21 s.

Əsədov K.S., Məmmədov F.M. Azərbaycan meşələrinin endemik və relikt bitkiləri / Təbii

sərvətlərin qiymətləndirilməsi və təbiətdən istifadə mövzusunda elmi-praktik konfransın

tezisləri. Bakı: Elm, 2003, s.44-46.

ЭКОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА РАСТИТЕЛЬНОГО ПОКРОВА

ИЛИСУИНСКОГО ЗАПОВЕДНИКА

Г.Ш.МАМЕДОВ, К.А.ГАФАРБЕЙЛИ

Была изучена экологическая характеристика растительного покрова Илисуин-

ского заповедника. Изучение собранного в ходе полевого исследования гербария из ха-

рактерных для изучаемой местности растений позволило классифицировать их по раз-

личным группам (лекарственные, декоративные, реликтовые, эндемические, редкие и

др.). Наряду с этим было проведено планомерное изучение заповедника. Проведенное

исследование, а также анализ данных различных источников позволили сделать опре-

Ключевые слова: заповедник, растительный покров, экологическая характеристика

ECOLOGICAL DESCRIPTION OF ILISU RESERVE

G.Sh.MAMMADOV, K.G.GAFARBAIYLI

The paper studies the ecological description of the plants of Ilisu Reserve. The purpose

of the article is to show groups of plants (medicinal, decorative, relic, endemic, rare and so on)

by using a herbarium collected during the field practice. Besides, the reserve has been

investigated systematically and some results referring to different sources have been received.

Key words: reserve, ecological characteristics, vegetative cover.

Redaksiyaya daxil oldu: 10.03.2011-ci il.

Çapa imzalandı: 27.05.2011-ci il.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

Çöl tədqiqatları

Geoinformasiya metodu (coğrafi informasiya sistemi – GİS) müasir informasiya texnologiyaları vasitəsilə coğrafi məlumatların toplanması, işlənməsi və rəqəmsal xəritələrin tərtib edilməsidir.

Çöl tədqiqatlarının aparılması

Çöl tədqiqatları metodu (ekspedisiya) vasitəsilə ərazidə müşahidələr, yaxud cihazların köməyi ilə məlumatlar toplanır, onların təhlili əsasında bir sıra coğrafi qanunauyğunluqlar müəyyən edilir.

Son zamanlar coğrafi tədqiqatlar aparılarkən daha çox müasir metodlara üstünlük verilir. Eyni zamanda metodlardan kompleks şəkildə istifadə edilməsi də böyük əhəmiyyətə malikdir. Bu daha dəqiq və real nəticələr əldə olunmasına imkan verir.

ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN

Mətni oxuyun və suallara cavab verin.
Geoloqlar kəşfiyyat zamanı ölkə ərazisində zəngin boksit yataqları kəşf etdilər. Boksitdən alüminium istehsal etmək üçün zavodlar tikilməli və əlavə elektrik enerjisi istehsal olunmalı idi. Bunun üçün mütəxəssislərdən ibarət işçi qrup yaradıldı. Onlar boksit yataqlarına yaxın ərazilərdə daha ucuz enerji istehsal edən su-elektrik stansiyası (SES) tikmək qərarına gəldilər.
Əvvəlcə ölkənin fiziki və topoqrafik xəritələri vasitəsilə relyef xüsusiyyətləri öyrənildi. Dəqiq cihazlarla dağlıq ərazilərin böyükmiqyaslı planlarını tərtib etmək üçün əraziyə mütəxəssislər ezam olundu. Aerofotoşəkillər çəkilərək çayların hidroloji xüsusiyyətləri haqqında məlumatlar əldə edildi. SES-in tikiləcəyi yer müəyyən olundu. Ərazinin təbii şəraiti haqqında toplanmış məlumatlar kompüterlərdə işlənərək tikiləcək SES layihələşdirildi və modeli hazırlandı. SES-in tikintisindən sonra ərazirdə baş verəcək dəyişikliklər müəyyən edildi.

Comments are closed, but trackbacks and pingbacks are open.