Coğrafi ya abi turyentlər üçün dərs vəsai ti
Coğrafiya tarixi kursunda qədim, orta əsr, yeni və müasir dövrdə Yerin bütövlükdə təbiəti, onun
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci il tarixli əmri
ilə ali məktəblərin coğrafiya ixtisasları üçün dərs vəsaiti kimi təsdiq edilmişdir.
Bakı Universitetinin Nəşriyyatı, 2001
Elmi redaktor: Akademik A.A. Nadirov
Rəyçilər: c.e.d., Professor N.A. Babaxanov,
p.e.n., Dosent B.A. Paşayev
Dərs vəsaiti maraqlı coğrafi axtarışlar və kəşflər nəticəsində Yerin hərtərəfli öyrənilməsi,
xəritələşdirilməsi, coğrafi ideyaların yaranması və inkişafı tarixindən bəhs edir. Azər-
baycanda coğrafiya elmi, onun sahələrinin inkişaf tarixi və görkəmli coğrafiyaçı alimləri
və s. haqqında kitabda geniş məlumat verilir.
Dərs vəsaiti tələbələr, magistrlər,
aspirantlar və orta məktəbin coğrafiya müəllimləri üçün nəzərdə tutulur.
İçindəkilər
Kursun mahiyyəti, obyekti və vəzifələri
I. FƏSİL. Qədim dünya coğrafiyası (V əsrə qədərki dövr)
İlkin coğrafi bilik və təsəvvürlərin yaranması
Qədim misirlilərin coğrafi təsəvvür
Qərbi, Cənubi və Şərqi Asiyanın qədim
xalqlarının coğrafi təsəvvürləri
Avropa antik dövrünün coğrafiyası
II. FƏSİL. Orta əsr coğrafiyası (V-XV əsrlər)
Türk xalqlarının coğrafi kəşfləri və nailiyyətləri
Normanların coğrafi kəşfləri
Orta əsr Rusiyasında coğrafi biliklər
Marko Polo və onun Kitabı haqqında
Böyük İpək yolu
III. FƏSİL. Yeni dövrün coğrafiyası (XV-XIX əsərlər)
Böyük Coğrafi kəşflər dövrü (XV-XVII əsərlər)
Böyük Coğrafi kəşflərə hazırlıq dövrü
Böyük Coğrafi kəşflərin birinci dövrü (1492-1550-ci illər)
Böyük Coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər)
Yeni dövrün başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası)
Yeni dövrün coğrafiyası (XVIII əsrin ortası XIX əsrin ortası)
IV. FƏSİL. Müasir dövrün coğrafiyasının yaranması (XIX əsrin ikinci yarısı – XX əsrin başlanğıcı)
XIX əsrin yeni coğrafiyasının yaranması
XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı
XIX əsrin ikinci yarısında coğrafi ideyaların inkişafı
Coğrafiya XX əsrin əvvəllərində (1900-1918-ci illər)
V. FƏSİL. Müasir dövrün coğrafiyası
Xarici ölkələrin müasir dövrünün coğrafiyası
MDB məkanında müasir coğrafiyanın inkişafının birinci mərhələsi
MDB məkanında müasir coğrafiyanın inkişafının
ikinci mərhələsi (1945-1980-ci illər)
Müasir coğrafiya XX əsrin 90-cı illərində
VI. FƏSİL. Azərbaycanın coğrafiyasının inkişaf tarixi
.Azərbaycan coğrafiya tarixinin ümumi icmalı
Ümumi fiziki coğrafiyanın inkişafı
Geomorfologiya elminin inkişafı
İqlimşünaslıq və hidrologiya elmi ideyalarının inkişafı
Xəzər dənizinin öyrənilməsi
İqtisadi və sosial coğrafiya
Kartoqrafiya və aerokosmik tədqiqatlar
Ətraf mühitin mühafizəsi
Coğrafiya tarixi
Taptıq Həsənov, Əbdürrəhim Hacızadə
Coğrafiya Yer səthini və təbiətlə cəmiyyətin qarşılıqlı təsiri gedişində onda yaranan təbii-təsərrüfat ərazi
sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqlarını öyrənən yeganə elmdir. Bu elmin
üfüqləri getdikcə genişlənir, nəzəri və təcrübi əhəmiyyəti artır. Ona görə də coğrafiya elminin müxtəlif
sahələrinə, o cümlədən tarixinə maraq xeyli artmışdır. Bunu nəzərə alaraq Bakı Dövlət Universitetinin
coğrafiya fakültəsində bakalavr-coğraf ixtisas pilləsində yeni tədris kursu – «Coğrafiya tarixi»
Bu böyük təhsil ocağında bütün elmlərin, o cümlədən coğrafiyanın tarixinə həmişə böyük əhəmiyyət
verilir. Lakin Azərbaycan dilində coğrafiya tarixi kursu üzrə ümumiləşdirilmiş dərs vəsaiti və yaxud digər
yazılı ədəbiyyatlar hələlik yox dərəcəsində idi. Tələbələr bu sahədə olan bilikləri coğrafiyanın ayrı-ayrı
kurslarında səpələnmiş halda verilən tarixi məlumatlardan toplamalı olurdular. Bu da onların sistem
şəklində biliklər almasına çətinliklər törədirdi və hazırlıq səviyyələrinə mənfi təsir göstərirdi. Ona görə də
«Coğrafiya tarixi» kursunun proqramının və dərs vəsaitinin hazırlanmasına və Azərbaycan dilində çapına
böyük ehtiyac var idi.
Coğrafiya tarixi kursunda qədim, orta əsr, yeni və müasir dövrdə Yerin bütövlükdə təbiəti, onun
təsərrüfatda mənimsənilməsi yolları, materik və okeanların kəşf olunması və s. haqqında biliklərin
toplanması və xəritələşdirilməsi tarixi işıqlandırılır. Özü də ilk dəfə olaraq müstəqil Azərbaycanın yaxın
çevrəsi olan Şərqi Avropa, Cənubi, Qərbi və Mərkəzi Asiya və Qafqazın coğrafiya tarixinə daha geniş yer
verilir. Kitabda ilk dəfədir ki, türk xalqları və onların içərisindən çıxmış alimlərin coğrafi təsəvvürləri və
kəşfləri ayrıca bölmə şəklində verilir.
Böyük coğrafi əhəmiyyəti olan məşhur «Tarixi İpək yolunun» yaranması, onun keçdiyi ölkələr, ticarət
əlaqələrində rolu və Azərbaycanla bağlılığı, müasir bazar iqtisadiyyatı şəraitində əhəmiyyəti və s.
haqqında yığcam biliklər vermək üçün kitabda xüsusi bölmə ayrılmışdır.
Coğrafiya tarixi elmi Yerin coğrafi mənzərəsinin tarixini tələbələr qarşısında aydınlaşdırır, onun
öyrənilməsi mərhələlərini açıb göstərir. Bir sözlə, «Coğrafiya tarixi» kursunun başlıca vəzifəsi Yer
haqqındakı ilkin coğrafi təsəvvürlərin, elmi biliklərin keçmişi, indisi və həm də gələcək istiqamətləri
haqqında yetkin biliklər verməkdir.
Tələbələr əmin olacaqlar ki, Yerin ümumi mənzərəsinin işıqlandırılması və xəritələrin düzəldilməsi çoxlu
xalqların, səyyahların, dənizçilərin və coğrafiyaçı alimlərin böyük fədakar əməklərinin nəticəsidir.
Kitabın yazılmasında Azərbaycanın görkəmli coğrafiyaşünas alim prof. Ə.M.Hacızadənin (1920-1991)
hazırladığı, lakin vəfatı ilə bağlı çap etdirə bilmədiyi «Coğrafiyanın tarixi və metodologiyası»na aid
əlyazmaları ilkin mənbə rolunu oynamışdır. Ancaq Azərbaycan 1991-ci ildə müstəqillik qazanandan və
informasiya səddləri çökəndən sonra cəmiyyət sovet vaxtı marksizm-leninizm «prinsiplərinə» uyğun
olmadığına görə qadağan olunan biliklərlə azad şəkildə tanış olmaq imkanı əldə etdi. Bundan başqa,
kursun yeni proqramına uyğun olaraq coğrafiyanın tarixinə aid bölmələr genişləndirilib və çoxlu əlavələr
edilmişdir. Deyilənləri nəzərə alaraq c.e.d., prof. Ə.M.Hacızadənin mövzu ilə bağlı topladığı materialların
lazımlı hissələri yeni əlavələr və məlumatlarla tamamlanaraq dərs vəsaiti kimi iki müəllifin adından çapa
Ümid edirik ki, təqdim olunan dərs vəsaiti coğrafiyanın yarandığı dövrdən bu günədək keçdiyi inkişaf
yolu və təcrübələri ilə tələbələri tanış edəcək və onların coğrafi bilik və mədəniyyətlərini xeyli
Dərs vəsaitinin çapa hazırlanmasında böyük zəhmətlərinə görə iqtisadi və sosial coğrafiya kafedrasının
baş laborantları F.E.Qasımovaya, S.Ə.Allahverdiyevaya öz minnətdarlığımızı bildiririk.
Dərs vəsaitində olan bölmələr müəlliflər tərəfindən aşağıdakı kimi yerinə yetirilmişdir:
Ə.M.Hacızadə – I fəsil -1.4, II-2.1, III-3.5, 3.6, IV-4.2, 4.3, 4.4, V-5.2, 5.3, 5.4, VI-6.1
T.G.Həsənov – Giriş, I fəsil-1.1, 1.2, 1.3, II-2.2, 2.3, 2.4, 2.5, 2.6, III-3.1, 3.2, 3.3, 3.4, IV-4.1, V-5.1,
VI-6.2, 6.3, 6.4, 6.5, 6.6, 6.7.
Coğrafiya tarixi kursunun obyekti, məqsəd və vəzifələri
Hər bir elmin tarixinin öyrənilməsi, onun gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Keçmişimizin elmi axtarışlarını, səhvlərini və əldə etdikləri nailiyyətləri bilmədən elmin perspektivlərini
müəyyən etmək qeyri-mümkündür. Tarix gələcəyin proqnozlarının əsaslarından biridir. Nə qədər ki
insanlar yaşayır təbiətin tarixi və insanların tarixi biri-birilə bağlıdır və biri digərinə əsas yaradır. Vahid
bir elm kimi formalaşan coğrafiya mürəkkəb inteqrasiya və differensassiya mərhələlərindən keçmişdir.
İlkin olaraq təbiət və cəmiyyət elmləri tərkibində yaranan coğrafiyanın qolları sonrakı inkişaf
mərhələlərində inteqrasiyaya uğrayaraq vahid elmə çevrilmişdir.
Elmin tarixi inkişafı rəvan olmamışdır. Uzun müddət irəliyə doğru yavaş-yavaş hərəkətlə yanaşı birdən
elə kəskin dönüş mərhələləri olur ki, bu mərhələlərin də daha dəqiq öyrənilməsi xüsusi maraq doğurur.
Belə kəskin dönüş mərhələlərinə XV-XVII əsrlərdə baş verən Böyük Coğrafi kəşfləri, Şimal-Cənub
qütblərinin öyrənilməsi və Almaniya da Humbolt-Rixter, Rusiyada Pyotr Semyonov-Tyanşanski,
Azərbaycanda Baharlı-Qafur Rəşad kimi iri coğrafi məktəblərin və kosmik coğrafiyanın yaranmasını
misal göstərmək olar. Belə əhəmiyyətli keçid mərhələlərinin və elmi məktəblərin təhlili coğrafiya tarixinə
daha qabarıq nəzər salmağa imkan verir.
Hazırda adlarının oxşarlığına görə coğrafiya tarixinə daha yaxın olan iki elm – tarixi coğrafiya və
kəşflərin tarixi elmləri yaranmışdır.
Coğrafiya tarixi elminə hələlik tam tərif verilməyibdir. Ümumiləşdirilmiş şəkildə demək olar ki,
coğrafiya tarixi Yer səthi və onun ayrı-ayrı hissələrinin kəşf olunması, xəritələşdirilməsi və coğrafi elmi
fikirlərin yaranması və inkişafının tarixini öyrənir.
Tarixi coğrafiya müəyyən ölkələrin, yaxud ərazinin fiziki, iqtisadi və siyasi coğrafiyanın keçmiş
vəziyyətini öyrənən tarixi-coğrafi biliklər sahəsidir. Coğrafiya tarixindən fərqli olaraq tarixi-coğrafiya
keçmiş dövrlərin konkret iqtisadi coğrafiyasını tədqiq edir.
Coğrafi kəşflər tarixi özünün yazısı olan (rəsmlərdən əlavə) xalqların nümayəndəsinin ilk dəfə bu və ya
digər obyektdə (materiklər, okeanlar, dənizlər, adalar, boğazlar, zirvələr, vulkanlar və i.a.) ilk dəfə olması,
bu obyektlərin təsvirini verməsi və yaxud onu xəritəyə köçürməsidir. İndi buraya həmçinin coğrafiya
sahəsində kəşf olunan yeni nəzəriyyələr və qanunauyğunluqların tarixi də əlavə edilir.
Coğrafi kəşflər dünya tarixinə güclü təsir göstərmişdir: yeni qitələrin, torpaqların tapılmasına, bir ölkənin
varlanmasına, digərlərinin məhvinə, müstəmləkələrin əmələ gəlməsinə və s. səbəb olmuşdur.
Bu üç elm biri-birilə sıx bağlıdır və hətta bəzi məsələlərdə üst-üstə düşürlər. Bunu, xüsusilə coğrafi
kəşflər edən, bu elmi qabağa aparan görkəmli səyyahların əsərlərinin təhlilindən aydın görmək olur. Həm
coğrafiyanın tarixinə və həm də coğrafi kəşflərin tarixinə eyni dərəcədə mənsub olan belə alimlərdən
Aleksandr Humboltu, Pyotr Semyonov-Tyanşanskini və b. göstərmək olar.
Aparılan ekspedisiyalar və ayrı-ayrı səyyahlar tərəfindən həyata keçirilən coğrafi kəşflər bizim elmə
gələcəkdə nəzəri və praktiki ümumiləşdirmələr aparmaq üçün lazım olan iri həcmdə material toplamağa
Böyük Coğrafi kəşflərin başlıca məqsədi yüzlərlə səyahətlər nəticəsində dünyanın fiziki xəritəsinin
müasir görünüşünün alınması olmuşdur. Bizim zəmanəmizdə dünya xəritəsində artıq «ağ ləkələr»
qalmamışdır. İndi coğrafi kəşflərin məqsədi yeni coğrafi qanunlar və qanunauyğunluqların aşkar
edilməsidir. Belə coğrafi kəşflər elmi tədqiqatın fundamental sahəsinə aid edilir. Onlar yerin quru səthi və
Dünya okeanının mənimsənilməsi üçün həyatı əhəmiyyət daşıyır. Yerin mənimsənilməsi prosesində
birinci növbədə təbiətin müxtəlif tiplərinin qarşılıqlı təsir mexanizmini, insanların müəyyən tarixi
biliklərini, təsərrüfatın əlaqələnməsi formalarını və s. bilmək tələb olunur. Nəzəri kəşflər və onun tətbiqi
olmadan coğrafiya göstərilən mürəkkəb mexanizmini və onun idarəedilməsini əsaslandıra bilməz.
Beləliklə, coğrafi kəşflərin müasir tarixi, coğrafiya tarixinə açıq-aşkar yaxınlaşır, lakin onunla tam
birləşmir, Belə ki, coğrafiya tarixi fəlsəfə, nəzəri coğrafiya və digər nəzəri elmlərlə yaxınlaşaraq daha çox
metodoloji elmə çevrilir. Zamanın tələbi onun digər elmlərlə inteqrasiyasını gücləndirir. Lakin bununla
yanaşı coğrafiya tarixi özünün daxili inkişaf məntiqinə və qanunauyğunluqlarına malikdir.
Coğrafi kəşflər tarixi daha çox həyatın praktiki tələbatını əks etdirir. Böyük Coğrafi kəşflər – XV-XVII
əsrlər dövründə coğrafiya elmlərin «şahı» idi və cəmiyyət üçün böyük praktiki əhəmiyyət kəsb edirdi.
Sonralar o arxa plana keçmişdir, lakin indi yenidən elmlərin önünə çıxmışdır. Hazırda elə bir zaman gəlib
ki, həyatın praktiki tələbatı coğrafiyanın güclü inkişafına şərait yaradıb. Dünya okeanının, atmosferin,
biosferin, qlobal ekoloji problemlərin, məskunlaşma, istehsal və xidmətlərin ərazi sistemlərinin dərindən
öyrənilməsi və s. belə tələbatlardandır.
Coğrafi kəşflərin tarixindən fərqli olaraq coğrafiya tarixi həyatın tələbatını geniş mənada təmin edir. Bir
elm kimi coğrafiya tarixi daha mürəkkəbdir, o elmlərin bütöv inkişafından, kadrların hazırlıq
səviyyəsindən, nəzəri ideyaların yaranması və yayılmasından və s. bəhs edir.
Tarixi faktları və hadisələri özündə əks etdirən coğrafiyanın tarixi kursunun başlıca vəzifələri
– coğrafi ideyaların, prinsiplərin, qanunauyğunluqların və anlayışların yaranması və inkişafının tarixi
– coğrafi biliklərlə cəmiyyətin həyat fəaliyyəti arasındakı qarşılıqlı əlaqələrin inkişafının tarixi
– müasir dövrdə coğrafi biliklərin cəmiyyətin praktiki həyatında istifadə olunmasının istiqamətlərini
göstərmək və bu sahədə mövcud olan böyük problemləri qeyd etmək.
Coğrafiya tarixindən toplanan biliklər bəşəriyyətin bu günü və gələcəyi üçün böyük fayda verə bilər.
Məsələn, tarixdən məlumdur ki, Xəzər dənizinin səviyyəsi müəyyən onilliklərdə gah qalxır və gah da
enir. Bu tarixi bilgiləri nəzərə almayaraq dəniz sahillərinin təsərrüfatda mənimsənilməsi sonralar böyük
ziyana başa gəlir. Bu gün Lənkəran-Astara zonasında, Xəzərin digər yerlərində su altında qalmış on min
hektarlarla əkinlər, üzümlüklər, yollar və kəndlər coğrafiyanın bizə verdiyi tarixi biliklərin əhali arasında
zəif yayılması və biganəliyin nəticəsidir. Təbiidir ki, belə biganəliklər ölkəmizə və onun əhalisinə milyard
manatlarla ziyan vurur.
Hələ lap qədimlərdən Çində məhsuldar qüvvələrin və bütövlükdə elmin inkişafı kompasın ixtirasına
səbəb oldu, bu ixtira isə öz növbəsində coğrafi biliklərin və kəşflərin genişlənməsinə güclü təkan verdi.
Coğrafiya tarixi bu elmin keçdiyi yolu dövrlərə bölməyi tələb edir. Coğrafiya tarixi kursun aşağıdakı
1. Qədim dünya coğrafiyası V əsrə qədərki dövrü əhatə edir. Bu dövrdə inkişaf edən Aralıq dənizi
mədəniyyəti antik coğrafi kəşflərə güclü təkan verir, geniş ərazilərin coğrafi xəritələri tərtib olunur.
Qədim xalqların ilkin coğrafi təsəvvürləri və səyahətləri haqqında məlumat verilir. Antik
coğrafiyaşünaslardan Eratosfen, Aristotel, Ptolemey, Strabon və b. klassik əsərlərinin coğrafiya tarixində
2. Orta əsr coğrafiya tarixinin (V-XV) ümumi icmalı, xristian dünyasında təbiətə dair mütərəqqi və
mürtəce baxışların mübarizəsi, Ərəb coğrafiyası və kartoqrafiyası, İbn-Bətuti, Marko Polo və b.
səyahətləri əks olunur. İndiyə qədər Ərəb coğrafiyası tərkibində verilən türk xalqları və onun Əl-Xarəzmi,
Əl-Biruni, Nəsrəddin Tusi, Mahmud Kaşqari və s. kimi alimlərin astronomiya, riyazi coğrafiya,
xəritəşünaslıq və s. aid bilikləri ayrıca bölmə şəklində verilir.
3. Yeni dövrün coğrafiyası (XV-XIX əsrlər) Böyük Coğrafi kəşflər kapitalist manufakturasının inkişafı
(XYI əsrin ortalarından XYII əsrin ortalarına qədər) və yeni dövrün (XYII əsrin ortaları və XYIII və XIX
əsrlərədək) tarixini əhatə edir. Bu dövr coğrafiya tarixinin qızıl dövrü adlanır.
4. Müasir dövrün coğrafiya tarixi Arktika və Antarktidanın, Dünya okeanının və kosmosdan Yerin
öyrənilməsini, müxtəlif coğrafiya elmi məktəblərinin yaranmasını, ətraf mühitin mühafizəsi və bərpasını,
Azərbaycanda coğrafiya elminin inkişafını və s. əhatə edir.
Beləliklə, «Coğrafiya tarixi» kursunda verilən «coğrafiya» anlayışı bu elmlər sisteminin hamısına – fiziki
və iqtisadi coğrafiyaya, kartoqrafiyaya şamil edilir. Özü də coğrafiya təbiət və cəmiyyətin qarşılıqlı təsiri
gedişində yer səthində yaranan ərazi sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqları
haqqında elm kimi başa düşülür. Landşaft, okean, çay, göl, relyef formaları, biosenozlar, əhali
məskunlaşması, şəhərlər, istehsal, rekreasiya və s. belə sistemlərdəndir. Onlar ümumi və tematik xəritələr
üzrə öyrənilə və müxtəlif xəritə miqyasları ilə nəzərdən keçirilə bilərlər.
Coğrafiya elmlərinin tarixi ali məktəb fənni kimi tarixin inkişaf mərhələlərində coğrafi kəşflərin və
ideyaların tarixindən bəhs edir.
Dünya coğrafiya ədəbiyyatında bu mövzuya aid bir sıra sanballı əsərlər yazılmışdır. Həmin əsərlərdən
alman coğrafiyaşünası A.Hetnerin «Coğrafiya: onun tarixi və metodları», «Amerika coğrafları»,
R.Hartşorın «Coğrafiyanın mahiyyəti» və «Coğrafiyanın perspektivləri», P.H.Ceymsin «Dünyada coğrafi
fikirlər», İngiltərə coğrafiyaçıları P.Haqqetin «Coğrafiya: müasir elmlər sintezi», T.Frimmanın
«Coğrafiya 100 ildə, Rusiya coğraflarıdan İ.P. və V.İ.Maqidoviçlərin beş cilddə «Coğrafi kəşflərin tarixi
oçerkləri», A.İsaçenkovun «Coğrafi fikirlərin inkişafı», Y.Sauşkinin «Coğrafiya elminin tarixi və
metodologiyası», N.M.Vəlixanlının IX-XII əsrdə Ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında»
və s. göstərmək olar.
Sonuncu istisna olunmaqla bu əsərlərin heç biri Azərbaycan dilinə tərcümə olunmadığına görə
respublikamızın tələbə ictimaiyyətinə, geniş oxucu kütləsinə tanış deyildir. İndiyədək ana dilimizdə
coğrafiyanın tarixinə aid əsərlər yox dərəcəsində idi.
Bu baxımdan ölkəmizin coğrafiya ədəbiyyatında ilk dəfə olaraq yazılmış «Coğrafiya tarixi» dərs vəsaiti
bir tərəfdən, yuxarıda göstərilən çatışmazlıqları aradan qaldıracaq və digər tərəfdən bu sahədə geniş və
ardıcıl biliklər verəcəkdir, elmi tədqiqat işlərinə marağı artıracaqdır.
QƏDİM DÜNYA COĞRAFİYASI (V əsrə qədərki dövr)
1.1 İlkin coğrafi bilik və təsəvvürlərin yaranması
İlkin coğrafi biliklər hələ ibtidai icma quruluşu dövründə meydana gəlmişdi. Bu biliklər öz əksini
əfsanələrdə və sadə rəsmlərdə – «xəritələrdə» tapırdı. İnsanlar yaşadıqları ərazidə və ona yaxın yerlərdə
baş verən hadisələr haqqında məlumat toplayır, həmin məlumatların bəzilərini qayalarda həkk edirdilər
(bunu Qobustan qayalarında da görmək olar) Belə rəsmlərdən qədim insanların dəniz, yaxud çay
sahilində yaşadıqlarını, hansı heyvanlara rast gəldiklərini müəyyənləşdirmək mümkündür. Müasir
dövrdən gəlib çıxmış ən qədim rəsmlər Qədim Şərqdə (Babilistan, Misir) və Çində yaşamış xalqlara
məxsusdur. Salamat qalmış qayaüstü rəsmlərə Cənub Amerikanın və Şimali Asiyanın dağlıq
rayonlarında da rast gəlinir. Beləliklə, insanların ətraf mühit haqqındakı empirik təsəvvürləri əmək
fəaliyyəti birlikdə meydana gəlmiş və onların malik olduqları informasiyaların əsasını təşkil etmişdir.
E.ə. IV minilliyin və III minilliyin hüdudlarında Asiyada, Afrikada və Avropada ən qədim quldar
Dövlətlər yaranmışdır. Bu dövlətlərin apardıqları müharibələr, şəhərsalma işləri, yeni dəniz yollarının
kəşfi, uzaq ölkələrlə ticarət əlaqələrinin yaradılması və s. çoxlu biliklər tələb edirdi. Buna görə də Şimali
Hindistan, qədim Çin, Misir, Finikiya kimi dövlətlərdə və Finikiyanın müstəmləkəsi olan Karfagen
sakinləri arasında dəniz və quru yollarını öyrənən, başqa ölkələrin sərvətləri haqqında coğrafi biliklər
toplayan səyyahlar meydana gəlmişlər.
Ətraf ərazilərin təbii şəraiti, vəhşi heyvanların yaşayış tərzi, dəniz və göllərdəki balıqların hərəkəti,
mövsümü, otlaqlar və s. haqqında müfəssəl biliklər olmadan təsərrüfatı idarə etmək qeyri-mümkün idi.
Uzun illərdən bəri insanların apardığı bu təsərrüfat fəaliyyəti gedişində ətraf mühit, yer, bitki, heyvan
adları haqqında hafizələr də qalaq-qalaq kitablardakı qədər biliklər toplanmışdır. Özü də hər bir yerin
özünün «yazılmamış» şifahi xalq coğrafiyası yaranmışdır. Geniş bozqır çöllərdə yaşayan türk xalqları
müxtəlif otlaq tipləri və heyvan növləri ilə bağlı çoxlu adlar yaratmışlar.
Hələ erkən daş dövründə (neolitdə) ovçular heyvanların arxasınca uzaqlara gedir, yavaş-yavaş Yer
səthində yayılır və yeni əraziləri məskunlaşdırırdılar. Müxtəlif yaşayış şəraitinə malik olan bu yeni
ərazilər irqi və etnik fərqlərin yaranmasına təkan vermişdir.
Ticarətin inkişafı yeni-yeni qiymətli xammal mənbələri, qızıl, mis, qalay, ağac materialları, fil dişi
sümüyü və s. əldə etmək cəhdi coğrafi təsəvvürlərin, müxtəlif səyahətlərin başlıca hərəkətverici qüvvəsi
olmuşdur. Qızıl, gümüş, qiymətli daş-qaş, ədviyyat, ipək və s. ilə zəngin olan ölkələr arasında əlaqələr
daha əhəmiyyətli idi.
Ərazi əmək bölgüsünün genişləndirilməsi cəhdi uzaq səyahətlərə, müxtəlif ölkələri tanımağa,
müstəmləkələr tutmağa yol açırdı və nəhayət coğrafi təsəvvürlər və ümumiləşdirmələr aparmağa imkan
Coğrafi kəşflər, xəritələrin tərtibi və coğrafi təsvirlər isə öz növbəsində ərazi əmək bölgüsünün
genişlənməsinə kömək edirdi. Demək olar ki, coğrafiya ərazi əmək bölgüsünün inkişafından yaranmışdır;
əgər ölkələrarası əmək bölgüsü zəifləyirsə, coğrafiyanın da digər elmlər arasında əhəmiyyəti itir. Ərazi
əmək bölgüsünün genişlənməsi və dərinləşməsi ilə coğrafiyanın inkişafı arasındakı bu əlaqələr nəinki
təkcə antik, elə hazırkı dövrə də aiddir.
Qədim Şərq xalqlarının ilk yazılı mənbələrində səyyahların təsvir etdiyi ölkələr barədə bir sıra qiymətli
məlumatlara rast gəlinir. Lakin coğrafi anlayışlar təkcə səyyahların qeydlərində deyil, nağıllarda,
dastanlarda, eposlarda və s. əsərlərdə də öz əksini tapmışdır. Məsələn, hindlilərin Ramayana və
«Mahabharata» dastanlarında, çinlilərin «Şisezi», «Şuytzit», azərbaycanlıların «Dədə Qorqud»,
qırğızların «Manas» eposlarında təsvir olunan hadisələrin baş verdiyi yerlərin coğrafi şəraiti haqqında
zəngin məlumatlar vardır.
Yer haqqında yaranan belə ilkin təsəvvürlər bəzən indiki adamlarda təbəssüm doğuracaq qədər əfsanəvi
görünürdü. Qədim Babilistanda Yer haqqında yaranan təsəvvürlərə görə dünya ayrı-ayrı qatlardan təşkil
olunub. Özləri bu qatın mərəzində, başqaları isə üst və yerin alt qatında yaşadıqları göstərilirdi. Qədim
Şumerlərin fikrincə dünyada dörd cəhət var və hər cəhətdə bir dünya olur. Hindlilər isə, məsələn, yerin
müstəvi (yastı) olduğunu və özü də fillərin kürəyində yerləşdiyini təsəvvür edirdilər. Yunanlar hesab
edirdilər ki, Yer hər tərəfdən okeanlarla əhatə olunmuş qabarıq disk formasındadır. Yazı olmadığı
tarixdən əvvəlki dövrə aid yaranan belə əfsanələr, nağıllar qorunub saxlanılmış, əlavələr edilmişdi və
nəsildən nəslə verilmişdir.
Belə əfsanələrdə coğrafi xarakterli dəqiq təsvirlər ənənəvi mif süjetləri və obrazları ilə birgə verildi. Yazı
icad olunduqdan sonra bu biliklərin dəqiq qeydiyyatının aparılması mümkün olmuşdur. Qorunub
saxlanılmış yazılı abidələrin köməyi ilə qədim sivilizasiyanın yaradıcıları olan Misir, Assuriya, Hindistan
və Çinin coğrafi təsəvvürləri haqqında biliklər söyləmək olurdu.
Yerin forma və ölçüləri, koordinatlar, azimut və horizontallar.
Yerin forması haqqında ilk fərziyyələr bizim eramızdan əvvəl yaşamış qədim xalqlara – babillərə, şumerlərə və b. aiddir. Yerin kürə formasında olması ilə bağlı ilk mülahizələri Pifaqor, daha sonra Aristotel, Eratosfen, Ptolemey və b. alimlər irəli sürmüşlər. Zaman keçdikcə Yerin forması haqqında təsəvvürlər təkmilləşdi.
İngilis fiziki İ. Nyuton (1642–1727) Yerin qütblərdən basıq, yəni ellipsoid formasında olduğunu söyləmişdir. Qütblərdən basıq olduğu üçün Yer müxtəlif radiuslara malik olur və bu xüsusiyyəti onu kürədən fərqləndirir. Formasına görə heç bir həndəsi fiqura tam uyğun gəlmədiyi üçün Yeri “geoid” də (yun. “yerəbənzər” adlandırırlar. Geoid dəniz səviyyəsinə uyğun xəyali səthdir. Geoidin səthində Yerin relyefi nəzərə alınmır.
Yerin müasir ölçüləri aşağıdakı kimidir: Yerin ölçüləri:
- Yer səthinin sahəsi: 510 mln.km²
- Quru səthinin sahəsi: 149 mln.km²
- Su səthinin sahəsi: 361 mln.km²
- Ekvatorial radius: 6378 km
- Qütb radiusu: 6357 km
- Yerin diametri: 12 756 km
- Ekvator çevrəsinin uzunluğu: 40 076 km
- Meridian çevrəsinin uzunluğu: 40 009 km
- Yerin qütblərdən basıqlığı – 21 km
Dərəcə toru, coğrafi koordinatlar
Qlobus və xəritə üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir. Dərəcə toru əsasında məntəqələrin dəqiq “ünvan”ı, yəni coğrafi mövqeyi müəyyən edilir. Paralel və meridianlar dərəcə torunun əsas elementləridir. Onların əsasında məntəqələrin coğrafi koordinatları – coğrafi enliyi və coğrafi uzunluğu müəyyən edilir.
Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Onun dərəcə qiyməti 0-90° arasında dəyişir. Ekvatordan şimalda yerləşən məntəqələrin coğrafi enliyi şimal enliyi (şm.e.), cənubda yerləşən məntəqələrin enliyi isə cənub enliyi (c.e.) adlanır.
Coğrafi uzunluq – Qrinviç meridianı ilə verilən məntəqədən keçən meridian arasında qalan paralel qövsünün dərəcələrlə uzunluğudur. Dərəcə ilə qiyməti 0 – 180° arasında dəyişir. Verilən məntəqə Qrinviç meridianından qərbdə yerləşirsə, onun coğrafi uzunluğu qərb uzunluğu (q.u.), şərqdə yerləşirsə, şərq uzunluğu (ş.u.) adlanır.
Xəritə və qlobusda nöqtələrin coğrafi mövqeyini təyin etmək üçün dərəcə torundan istifadə edilir. Dərəcə toru – meridian və paralellərin qlobus və xəritədə kəsişərək əmələ gətirdikləri şəbəkədir. Coğrafi enliyi təyin etmək üçün verilən məntəqədən keçən paraleli müəyyən etmək lazımdır. Adətən paralellər 10°-dən bir çəkilir və xəritənin kənarında onların dərəcələri yazılır. Bu halda məntəqənin dəqiq enliyini təyin etmək üçün xəritənin kənarındakı çərçivədə verilən dərəcələrdən istifadə etmək lazımdır. Bəzən məntəqə xəritədə göstərilən paralellərin üzərinə düşmür. Məsələn, Moskva 50° və 60° şimal paralelləri arasında yerləşir. Bu paralellər arasındakı məsafə 5 bərabər hissəyə bölünüb. Hər bölgünün 2°-yə bərabər olduğunu nəzərə alaraq, Moskva şəhərinin 56°şm.e.-də yerləşdiyini müəyyən edə bilərik. Coğrafi uzunluğun təyin edilməsi də eyni üsulla, meridianlar arasındakı dərəcələrdən istifadə etməklə yerinə yetirilir.
Yer səthindən keçməklə onun qütblərini birləşdirən ən qısa xəttə meridian deyilir. Meridian latın sözü olub «günorta xətti» deməkdir. Həqiqən də onun istiqaməti günorta çağı cisimlərdən düşən kölgənin istiqamətinə uyğun gəlir. Meridanlar həmişə şimala və cənuba istiqamətlənmiş olur. Bütün meridian çevrələrinin uzunluğu 40009 km (yuvarlaq olaraq 40000km), dərəcə ilə isə 360° –dir. Qütbdən qütbə uzanan meridian qövsünün uzunluğu dərəcə ilə 180°, km-lə isə 20000 km-dir 10-lik meridian qövsünün uzunluğunu tapmaq üçün 20000 km-i 180°-yə bölmək lazımdır. Alınan rəqəm 111,1 km olaçaq ki, bunun köməyi ilə istənilən məntəqənin ekvatordan və ya qütbdən nə qədər aralıda yerləşməsini asanlıqla tapmaq olar.
Qütblərdən eyni məsafədə olan xəyali çevrəyə ekvator deyilir. Ekvatorun uzunluğu 40076 km olub mənası «tənbölən» deməkdir. O, ən uzun paralel olub, yeri 2 bərabər hissəyə – Şimal və Cənub yarım kürələrinə bölür. Qlobusda ekvatora paralel çəkilmiş çevrələrə paralel deyilir. Bütün paralellər formasına görə eyni (yəni çevrə), uzunluğuna görə isə müxtəlifdir. Ekvatordan qütblərə doğru getdikcə paralellərin ölçüsü kiçilir. Buna səbəb Yerin kürə formasında olmasındadır. 10 paralel qövsünün uzunluğu ekvatorda 111,3 km, qütblərdə isə 0 km-dır.
Coğrafi və maqnit qütbləri
Yerin xəyali oxu ilə Yer səthinin kəsişdiyi nöqtələrə coğrafi qütblər deyilir. Yerin 2 – Şimal və Cənub qütbü var. Bütün meridianlar Yerin coğrafi qütblərində birləşirlər.
Yerin coğrafi qütbləridən başqa 2 maqnit qütbü də var. Yerin maqnit qütbləri sabit olmayıb yerlərini ildə 5-6 km şərqə və ya qərbə doğru dəyişir. Yerin coğrafi qütblərini birləşirlən xəttlə Yerin maqnit qütblərini birləşirlən xətt üst-üstə düşməyib, müəyyən bucaq əmələ gətirir. Bu bucağa maqnit əqrəbinin meyil bucağı və ya inhiraf bucağı deyilir.
Maqnit sahəsinin köməyi ilə üfüqün cəhətləri təyin edilir. Bu isə dəniz və hava nəqliyyatı vasitələrinin idarə olunmasında mühüm əhəmiyyət kəsb edir. Yerin maqnit oxunun Yer səthi ilə kəsişdiyi nöqtələrə maqnit qütbləri deyilir. Şimal maqnit qütbü Kanada Arktikasında 86° şm.e., 172° q.u.-da, cənub maqnit qütbü isə Antarktidanın Hind okeanı sahillərində Adeli torpağında 64° c.e., 136° ş.u.-da yerləşir (2017). Kompasın əqrəbi Yerin maqnit qütblərinə tərəf istiqamətlənir. Yer qabığını təşkil edən süxurlardan bəziləri cəzbetmə, yəni maqnitlik xassəsinə malikdir. Belə metallara ferromaqnit metallar (dəmir, nikel, titan, kobalt və s.) deyilir. Qütblərdə və ferromaqnit filizlərin olduğu ərazilərdə kompasın əqrəbi işləmir. Bu hadisə maqnit anomaliyası adlanır.
Şimaldakı maqnit qütbü 1831-ci ildə ingilis qütb tədqiqatçısı Con Ross, cənubdakı maqnit qütbü isə 1841-ci ildə Ceyms Ross tərəfindən fəth edilmişdir.
Azimut və üfüqün cəhətləri.
Qədimdə insanlar istiqamətlərin təyin edilməsi üçün Günəşi ən etibarlı vasitə hesab edirdilər. Onlar bunun üçün günəşin çıxıb-batdığı istiqamətləri əsas götürürdülər. Bu, müasir dövrdə də istiqamətlərin təyin edilməsi üçün ən asan üsuldur. Gecələr də üfüqün cəhətlərini təyin etmək mümkündür. Bunun üçün səmada iri və parlaq ulduzlardan biri olan Qütb ulduzunu tapmaq tələb olunur. Bu ulduz Şimal qütbü üzərində yerləşdiyinə görə şimal istiqamətini göstərir. Cənub yarımkürəsindən Qütb ulduzu görünmür. Hansı enlikdədirsə o enliyin dərəcəsi ilə görunəcəkdir. Məsələn Bakı şəhəri 40° şimal enliyində yerləşdiyi üçün qütb ulduzu 40° bucaq ilə görünəcək.
Günəş və Qütb ulduzundan başqa, üfüqün cəhətlərini yerli əlamətlərə görə də (müxtəlif obyektlərə əsasən) müəyyən etmək olar; məsələn, müsəlman ölkələrində minarələrin qapısı qibləyə, yəni müqəddəs Məkkə şəhərinə tərəf açılır.
Qütb ulduzu ən böyük bucaq altında şimal qütbündə görünür
Üfüqün cəhətlərini dəqiq təyin etmək üçün insanlar kompası ixtira etmişlər. Kompasın əqrəbi daim şimal-cənub istiqamətini göstərir. Bu, Yerin maqnit sahəsi və qütbləri ilə əlaqədardır. Dənizçilər üfüqün cəhətlərini rumb adlandırırlar. Məhəldə cəhəti günəşə, ulduzlara, qnomona, kompasa, yerli cisimlərə və plana əsasən təyin edirlər. Bu üsullarla əvvəlcə şimal, sonra isə qalan cəhətlər təyin olunur. Azimutu məhəldə kompasla, planda isə transportirlə ölçürlər. Məhəldə təpənin hündürlüyünü ölçmək üçün hündürlüyü 1 m olan nivelir adlı cihazdan istifadə olunur.
Horizontallar, mütləq və nisbi hündürlüklər
Yer səthinin 1 nöqtəsinin digərindən nə qədər yüksəkdə olduğunu göstərən hündürlüyə nisbi hündürlük deyilir. Nisbi hündürlüyü nivelir vasitəsilə ölçürlər. Okean səviyyəsindən hesablanan yüksəkliyə mütləq hündürlük deyilir. Planda təpənin, dağın zirvəsinin mütləq hündürlüyü nöqtə ilə qeyd olunaraq, yanında rəqəmlə okean səviyyəsindən olan mütləq hündürlük (metrlə) yazılır. Yer səthi plan və topoqrafik xəritədə horizontallarla təsvir olunur. Horizontallar (izohipslər)-yer səthində okean səviyyəsindən eyni hündürlüyə malik nöqtələri birləşdirən xətlərdir. Əgər yamac dikdirsə, horizontallar planda sıx, maildirsə bir-birindən aralı çəkir. Horizontalların sayının çoxluğu yamacın hündür olmasını göstərir. Planda qonşu horizontalların hündürlük fərqinə kəsmə hündürlük deyilir.
Berqştrix – horizontallara perpendikulyar çəkilmiş xətlər olub, səth axınlarının və yamacın meyllik istiqamətini göstərir. Berqştrixlər planda təpəni təsvir edən horizontallarda kənara, çökəkliyi təsvir edən horizontallarda daxilə doğru yönəlmiş olur. Planda eyni dərinliyə malik olan nöqtələri birləşdirən xəttlərə izobatlar deyilir.
Təpələrin və çökəkliklərin təsvirində mərkəzdə yazılan rəqəm müvafiq olaraq həmin nöqtənin mütləq hündürlüyünü göstərir:
Horizontalların arasındakı məsafə yamacın dikliyini göstərir:
Relyefin təsviri
Kəsmə yüksəklik 20 m-ə bərabərdir.
I hissədə meyllik çox, V hissədə isə azdır.
Hazırladı: Osman Eminov
Qeyd: Müəllimlərin işə qəbulu hazırlıqlarına hazırlaşmaq istəyənlər “Bakı Peşəkarlaq Akademiyası”nda dərslərimizə qoşula bilərlər bilərlər”. Yüksək səviyyədə keçən dərslərimiz həm miq həm atestasiya imtahanında sizə kömək edəcək.
Əlaqə nömrələri: ☎️ (+99412) 436 92 67 | (+99455) 787 21 23/24
Ünvan:Nizami metrosunun yaxınlığı,Caspian Plaza, 3-cü korpus,11-ci mərtəbə.
Müəllifin öz əlaqə nömrəsi: 055-534-81-70
Coğrafi ya abi turyentlər üçün dərs vəsai ti
Akşenerin sözçüsündən AK Partiyaya replika: “Yeni “6-lı Masa” yaranıb. “
21:22 13.03.2023
Müğənni Manaf Ağayevdən oğlunun həbsinə reaksiya: “Mən məclisdəyəm. “
20:57 13.03.2023
Qalmaqallı partiya Ərdoğana dəstək verəcək – Əvəzində “deputat mandatı” istəyirlər
20:28 13.03.2023
İlham Əliyev Almaniyada: iş adamları ilə görüş oldu (FOTOLAR)
19:34 13.03.2023
Azərbaycanın “Avroviziya” mahnısı təqdim olundu – VIDEO
19:07 13.03.2023
İordaniya kralının qızı yunanla evləndi – Misir prezidentinin xanımı da canlı yayımlanan toya qatıldı (FOTOLAR)
19:01 13.03.2023
“İməclik Novruz bayramına hazırlıqla əlaqədar sakinlərin könüllü iştirakı ilə keçirilib”
18:17 13.03.2023
Ərdoğan Ankarada YAP rəhbərliyini qəbul etdi – Nələr müzakirə olunub?
18:00 13.03.2023
Ərdoğanın sözçüsündən HUDA PAR-la bağlı – Açıqlama
17:54 13.03.2023
LAÇIN YOLUNDA AKSİYA: 92 gündür fasiləsiz etiraz davam edir (Yenilənib)
17:43 13.03.2023
Saatlıda su problemi: polis yolu bağlamaq istəyən bir qrup şəxsi saxlayıb – DİN-dən açıqlamalar (Yenilənib)
17:36 13.03.2023
Mərkəzi Bankı qalmaqallı “İnvestAz Asset Management” MMC-nin lisenziyasını ləğv edib
17:24 13.03.2023
Qəbələdə meşəlikdəki yanğın söndürülüb (Yenilənib)
17:13 13.03.2023
Ərdoğan partiya liderinə deputat seçkisində dəstəkdən imtina etdi: “Öz loqomuzla qatılacağıq”
17:07 13.03.2023
VƏZİFƏLİ ŞƏXSLƏR QANDALLANDI – Dövlət Xidmətində əməliyyat keçirilib (TƏFƏRRÜAT)
16:59 13.03.2023
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
16:26 13.03.2023
İmran Xanla bağlı həbs verildi – Polis helikopterlə onu tutmağa getdi, ancaq.
16:13 13.03.2023
Əli Əsədov Nobel sülh mükafatı laureatı ilə görüşüb
15:57 13.03.2023
BAKIDA SİLAHLI İNSİDENT: yaralılar var, 2 nəfər həbs edilib – DİN və TƏBİB-dən açıqlamalar (Yenilənib)
15:57 13.03.2023
Elçin Rəcəbov yüksək vəzifəyə təyin edildi
15:35 13.03.2023
Binəli Yıldırım Ərbakanın oğlunun qadınlarla bağlı yalanını çıxardı: “Heç bu mövzuda danışmamışıq da” – Nazir də açıqlama verdi
15:33 13.03.2023
Avropa çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib
15:00 13.03.2023
Qarabağ zonasında daha 754 hektar ərazi minalardan təmizlənib
14:42 13.03.2023
Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda tədbirə qatılacaq
14:22 13.03.2023
Deputat: “Ali Attestasiya Komissiyası ləğv olunmalıdır”
14:06 13.03.2023
Avropa Parlamenti Azərbaycana qarşı növbəti “qətnamə” hazırlığında. – “Almaz imperatoru” deputatları necə “ələ alır”?
13:57 13.03.2023
Astarada ər arvadını öldürüb
13:47 13.03.2023
Məşhur müğənni mərasimdə yıxılan fotomüxbirə kömək etdi – FOTOLAR
13:16 13.03.2023
Sabah hava necə olacaq? – Proqnoz
13:02 13.03.2023
TÜRKİYƏDƏ ZƏLZƏLƏ: ölənlərin sayı 49 minə çatır (Yenilənib)
12:46 13.03.2023
Gəncədə 43 yaşlı qadın qətlə yetirilib
12:33 13.03.2023
Şakira məşhur futbolçunun anasını “cadugər”ə bənzətdi, balkona elə şey qoydu ki. – Xəyanət mahnısı rekord qırdı (VİDEO/FOTO)
12:25 13.03.2023
Çin lideri Putinlə görüşə gedir
12:04 13.03.2023
Deputatdan Məmləkət Partiyasının sədrinə çağırış: “Yuvana dön”
11:58 13.03.2023
İrandan Azərbaycana qanunsuz keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıb – FOTO
11:41 13.03.2023
“Fənərbağça” “Sevilya” ilə oyuna fərqli taktika ilə çıxacaq – Jorge Jesus iki oyunçunun üzərindən “xətt çəkib”
11:27 13.03.2023
RƏSMİ BAKI QARABAĞIN ERMƏNİ NÜMAYƏNDƏLƏRİNİ BAKIYA ÇAĞIRDI – Prezident Administrasiyası açıqlama yaydı
11:14 13.03.2023
Abşeronda fəhlə iş yerində faciıli şəkildə ölüb
11:09 13.03.2023
İlham Əliyev Roma Papasına məktub göndərdi – MƏTN
10:58 13.03.2023
“Azərsu” ASC-dən qiymət artımı ilə bağlı açıqlama: “Tarif Şurasına müraciət etməmişik”
10:46 13.03.2023
Salyanda əməliyyat: saxlanılanlar var
10:38 13.03.2023
Nazir: “Kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”
10:14 13.03.2023
Ərabakanın oğlu Ərdoğandan “arvadların döyülməsi”nə icazə tələb edir: “Şərtlərimiz qəbul olunub” – Kılıçdaroğlundan sərt etiraz (Yenilənib)
10:02 13.03.2023
MƏKTƏBLİ QIZLARIN UNİFORMALARI: “Məktəbli yaş dövrü hormonların oyandıgı. ” – Mehriban Zeynalovadan açıqlamalar
09:49 13.03.2023
Məşhur müğənni yarıçılpaq fotolarını yaydı: “Ulan, iki ay əvvəl. ” – FOTOLAR
09:30 13.03.2023
Mansur Yavaşla İmamoğlunun vitse-prezident təyin olunması. – CHP sədrinin köməkçisi “bu iki vəzifəni AKP-yə qapdıra bilərik” dedi
09:12 13.03.2023
“8 imam nikahı, 1 kərə isə rəsmi nikahla evləndim” deyən model: “Sonra saydım, səhv demişəm” – FOTO
08:55 13.03.2023
ƏN YAXŞI AKTRİSA, AKTYOR VƏ FİLMLƏR. – “Oskar”ın qalibləri bəlli oldu (SİYAHI)
00:43 13.03.2023
Bu gün sizi nə gözləyir? – BÜRCLƏR
00:37 13.03.2023
Emre Belözoğlu “Beşiktaş” tərəfdarlarına qəzəbləndi: “Tərtəmiz anam, həyat yoldaşım var”
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Comments are closed, but trackbacks and pingbacks are open.