Press "Enter" to skip to content

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün “Coğrafiya” dərsliyi

Səh.45-də verilmiş xəritədə varlı və kasıb ölkələrin ümumi sərhədləri doğru göstərilməmişdir.

Coğrafiya 6 müllim üçün metodik vsait

Abituriyentlik dövrümün ortalarında təxminən 10-cu sinifin axırında artıq hansı ixtisası seçəcəyimi qərarlaşdırmışdım. Ancaq hələ də bəzi suallar qarşısında aciz idim. Hər tərəfdən edilən tövsiyələr fikirlərimi alt-üst etmişdi. Ən əsası isə ətrafımdakı çox insanın məni öz fikrimdən yayındırmaq cəhdləri məni xeyli məyus etmişdi. Yadımdadır 500-ə yaxın bal yığmışdım və rahat şəkildə digər ixtisaslara yönəlmək şansım var idi. Ancaq mən seçimimdə qəti idim. Uzun düşüncələrdən, müzakirələrdən sonra dediyim kimi də etdim, ilk yerə “Coğrafiya müəllimliyi” ixtisasını qeyd edib həmin ixtisasa da düşdüm. Bəs bu ixtisasın mahiyyəti nədən ibarətdir? Müasir dövrdə Coğrafiya müəlliminin rolu əsasən nədən ibarətdir? Bu kimi bəzi suallara cavab verməzdən əvvəl ümumi olaraq Coğrafiyanı ayrıca elm sahəsi kimi analiz edib onun digər elmlərlə müqayisədə mövqeyini qiymətləndirmək lazımdır.

Coğrafiya bir elm sahəsi olaraq

Coğrafiya bir elm sahəsi olaraq digər elmlərdən daha qədim tarixə malikdir. Bununla yanaşı Coğrafiya həm elm, həm də dünyagörüşüdür. İnsanoğlu əqli düşüncəyə malik olduğu ilk andan etibarən ilk öyrənmək istədiyi yaşadığı coğrafi məkanda baş verən təbiət hadisələri olmuşdur. İlk insanlar məhz təbiət haqqında olan ilkin bilikləri müşahidə əsasında qavraya bilmişlər. Məhz bu müşahidə metodu günümüzə qədər gəlib çatmış Coğrafiyanın tədrisi metodlarından biridir.

Qədim dövrün ilk filosofları da məhz “Təbiət filosofları” adı ilə adlandırılmışdır. Bunlara miletli Fales, Anaksimandr, Anaksimen, Demokrit, Zenon və s. nümunə göstərmək olar.

Müasir dövrdə “Coğrafiya müəllimliyi” ixtisası keçmişə nəzərən daha çox maraq dairəsindədir. Hal-hazırda bu ixtisası bitirən bütün tələbələr növbəti illərdə Coğrafiyanın digər sahələrində Okeanologiya, Geomorfologiya, Landşaftşünaslıq, Yerşünaslıq, İqlimşünaslıq, Fiziki Coğrafiya, İqtisadi Coğrafiya, Əhali Coğrafiyası və s. bölmələr üzrə ixtisaslaşıb təhsillərini magistr və doktorantura üzrə davam etdirə bilərlər. Qeyd etmək lazımdır ki, Coğrafiya üzrə təhsili istənilən xarici ölkədə də davam etdirmək olar. Coğrafiyanın müasir dövrdə aktual xarakter alması bu ixtisas üzrə xaricdə təhsil almağı daha da asanlaşdırır. Azərbaycanda isə bu ixtisas üzrə ən yaxşı tədris Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Xəzər Universitetində aparılır.

Bu sahə üzrə istifadə edilən bir sıra proqramlar da var ki, hər bir Coğrafiya müəllimi bu proqramlar üzrə işləməyi bacarmalıdır. Bunlardan biri müasir dövrdə daha aktual olan Argcis proqramıdır . Bu proqramın 2 aylıq kursu ölkəmizdə də bir neçə müəllimlər tərəfindən aparılır. ETİ dövründə Coğrafiyanın tədrisi artıq praktik yönümlü olmuşdur. Artıq bir çox ölkələrdə Coğrafiyanın tədrisi zamanı kağız xəritələrdən deyil, həmin xəritələri əvəz edən proqramlardan istifadə edilir. Bu proqramların ən sadəsi “Google Earth” proqramıdır.

Coğrafiyanın hal-hazırda ən çətin qollarından biri İqtisadi Coğrafiyadır. Tez-tez dəyişən statistika, ilbəil yenilənən rəqəmlər bu elmin daha dərindən öyrənilib tədqiq edilməsini zəruri edir. Bunu da demək lazımdır ki, Coğrafiya müəllimliyini bitirən tələbələr gələcəkdə öz ixtisaslarını Turizm, Coğrafiya, Pedaqogika, Fəlsəfə və s. ixtisaslara da dəyişə bilərlər.

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün “Coğrafiya” dərsliyi

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün “Coğrafiya” dərsliyi Müəlliflər: Elbrus Əlizadə Nərminə Seyfullayeva İrken Rakçeyeva Yelena Şabanova “Bakı nəşr”, Bakı-2013, 160 səh. Dərsliklə bağlı Mustafazadə Anar İbrahim oğlunun rəyi Rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Struktur və inteqrasiya baxımından; 2. Standartların mövzular üzrə reallaşması baxımından; 3. Məzmun, dil və üslub baxımından; 4. Tərtibat və .

Раздел География
Класс
Тип Другие методич. материалы
Автор Mustafazade A.I.
Дата 26.02.2015
Формат docx
Изображения Нет

Поделитесь с коллегами:

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin

6-cı sinfi üçün “Coğrafiya” dərsliyi

Müəlliflər: Elbrus Əlizadə

“Bakı nəşr”, Bakı-2013, 160 səh.

Dərsliklə bağlı Mustafazadə Anar İbrahim oğlunun rəyi

Rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

Struktur və inteqrasiya baxımından;

Standartların mövzular üzrə reallaşması baxımından;

Məzmun, dil və üslub baxımından;

Tərtibat və dizayn baxımından;

Şagirdlərin yaş səviyyəsinə uyğunluğu baxımından;

Verilmiş tapşırıqların idrak fəallığı yaratması baxımından;

Tədris planına (TN-nin əmri, №732) əsasən 6-cı siniflərdə “Coğrafiya” fənninin tədrisi üçün həftədə 2 saat olmaqla cəmi 64 saat vaxt ayrılmışdır. Dərslikdə cəmi 50 dərs var. Müəllim üçün metodik vəsaitdə göstərilən səhifə 80-də olan layihə üzrə iş dərslikdə öz əksini tapmamış, tədrisinə 2 saat vaxtın nəzərdə tutulmasına baxmayaraq dərslərin sırasına daxil edilməmişdir. Sonuncu layihə üzrə iş dərsliyə daxil edilmişdir. dərslikdə 8 tədris vahidi olduğundan 8 saat kiçik summativ qiymətləndirməyə sərf olunur. Hər yarımilin sonu üçün 1 saat, cəmi 2 saat böyük summativ qiymətləndirməyə ayrılır. Qalan 2 saat dərsin 1 saatı təqdimat, 1 saatı da digər layihə üzrə iş dərsinə əlavə olunmuşdur. Dioqnostik qiymətləndirmə üçün vaxt ayrılmamışdır.

Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslikdə 8 tədris vahidi vardır. I tədris vahidində yer tutmuş “Azərbaycan-mənim vətənimdir” mövzusu II tədris vahidinə uyğun gəlir. Həmçinin I tədris vahidində olan “Coğrafi ünvanlar” mövzusu isə VIII tədris vahidinə uyğundur. I tədris vahidində olan “Yerin su və quru səthi” V tədris vahidinə, Xəritə coğrafiyanın ikinci dilidir mövzusundakı bir çox məsələlər VIII tədris vahidinə daha çox uyğundur.

Standartların mövzular üzrə reallaşmasında ciddi addımlar atılmışdır. Standartların reallaşdırılmasındakı bir qrup fikirlərimi Sizə təqdim edirəm.

1.1.1.alt standartının 4 mövzuda reallaşması nəzərdə tutulmuşdur. Lakin standartın adı mövzularda əks olunan biliklərə tam uyğun gəlmir. Standartın özündə olan “qədim” ifadəsi fikirləri mahiyyətdən uzaqlaşdırır.

1.2.1.alt standartı 29-cu mövzuda da reallaşdırıla bilər.

2.1.2.alt standartına uyğun 20 və 21-ci dərslərdə tapşırıq nəzərdə tutulmayıb.

3.1.1. alt standartı səhvən metodik vəsaitdə səhifə 12-də 4-cü dərsə aid edilib. Bu səhv metodik vəsaitdə səhifə 41-də aradan qaldırılıb.

3.2.5. alt standartı 22-ci mövzuya uyğun gəlmir və reallaşmır.

Mövzuların məzmunu barədə əks fikirlərim yoxdur. Mövzularda verilmiş şəkillərin məzmunu bəzi hallarda şagirdlərdə maraq oyatma baxımından yaxşı seçilsə də bir çox hallarda düzgün verilməmişdir.

Dərslikdə səhifə 24-də verilmiş xəritənin bir hissəsi düşməmişdir.

Dünyanın fiziki xəritəsi səh.18, səh.64, səh.74-75-də olmaqla 3 dəfə göstərilmişdir. Onların mövzularını bir xəritədə cəmləyib şagirdləri axtarışa cəlb etmək daha yaxşı olardı.

Səhifə 30-da verilmiş rəsmlərdə İbrahim və Ukubalanın rəngi Naominin rəngindən seçilmir.

Səh.45-də verilmiş xəritədə varlı və kasıb ölkələrin ümumi sərhədləri doğru göstərilməmişdir.

Səh.50-də verilmiş xəritədəki şəkillər daha aydın formada səh.28-də verilsə daha yaxşı olardı

Səh.52-də sxemdə verilmiş rəqəmlər beyində qarışıqlıq yaradır.

Səh.57-də verilmiş sxem aydın fikir formalaşdırmır.

Səh.60-da verilmiş sxem mürəkkəb vulkanizmin sxemidir və şagirdlərdə əlavə sualların yaranmasına səbəb ola bilər.

Dərslik tərtibat və dizayn baxımından olduqca rəngarəngdir və cəlbedicidir. Dərslikdə hər mövzu üçün nəzərdə tutulmuş sxematik ardıcıllıq və tərtibat sistemli xarakter daşımaqla məqsədin tamlığını özündə əks etdirir.

Şagirdlərin yaş səviyyəsi və bilikləri mənimsəmə qabiliyyəti Respublikamızın regionları üzrə müxtəlif olduğundan bu barədə fikir yürütmək olduqca çətindir. Yalnız bir fikir bildirə bilərəm ki, tədris ili başlayandan bu günə qədər heç bir yaş səviyyəsinə uyğunsuzluq tərəfimdən müşahidə edilməmişdir. Belə düşünürəm ki, şagirdlərin yaş səviyyəsi üzrə biliklərin əldə olunmasında problemlər varsa bu fasilitasiya qaydalarının düzgün icra olunmadığından xəbər verir.

Müəllim üçün metodik vəsait dərsliklə tamlıq təşkil edir. Birinci yanaşmada göstərdiyim məsələ xaric bütün dərslər struktura uyğundur.

Metodik vəsaitin ilk 32 səhifəsində dərsliklə işləməyin bütün qaydaları verilmişdir.

Kiçik summativ qiymətləndirmə üçün verilmiş nümunələrdə bəzi çatışmazlıqlar mövcuddur. Məsələn, səh.51-də verilmiş xəritə aydın deyil.

Vəsaitdəki mövzular üzrə təlim materialları ilə iş texnologiyalarının şərhlərində səh.15-də verilmiş “Fənlərarası inteqrasiya cədvəli”-ndə göstərilən inteqrasiya imkanlarının heç bir təyinatına rast gəlinmir.

Metodik vəsaitdə mövzular üçün verilən formativ qiymətləndirmə üçün cədvəllər holistik xarakter daşıyır. Bu da ənənəvi qiymətləndirmənin sözlü ifadəsini özündə əks etdirir. Halbuki, formativ qiymətləndirmə üçün analitik rubriklərdən istifadə edilməsi müasir yanaşma baxımından daha məqsədəuyğundur.

Səadət kamalla yetişir başa

Ümumtəhsil məktəblərinin IX sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kuriku­lum­la­rı)” əsasında hazırlanmışdır.

Dərslik komplektinin elmi-metodik konsepsiyasının əsasında “Azər­baycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflər, şagirdlərin ədəbi təhsilinin məzmununda nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi, qazanılmış bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsi durur.

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənn kuri­ku­lu­mundakı (bax: http://www.kurikulum.az/images/kurikulumTam/edebiyyat.pdf ) ümumi orta təhsilin tamamlandığı VIII – IX siniflərdə ədəbiyyatın qə­dim dövrlərdən bu günə qədər keçdiyi inkişaf yolunun izlənilməsi tələbi dərs­likdə əsas götürülmüşdür . Əvvəlki si nifdə ədəbiy­yatımızın tarixi-ədəbi zəmində öyrənilməsi üzrə metodik sistemin davamı kimi IX sinifdə XX əsrin əvvəllərindən (1918-ci ildən) bu günədək ədəbiyyatımızın tarixi ardıcıllıq nəzərə alınmaqla öyrədilməsi əsas götürülmüşdür. -əvvəlki cümlədə təkrarlanır.

DƏRSLİK

Ədəbiyyatımızın inkişaf mərhələləri müəyyənləşdirilərkən BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrası tərəfindən hazırlanmış “Müasir Azərbaycan ədəbiyyatı” dərsliyindəki Azərbaycan ədəbiyyatı tarixinə, onun dövrləşdirilməsinə və ədəbi prosesə yeni yanaşma, elmi-metodoloji prinsip və tələblər əsas götürülmüşdür. (Müasir Azərbaycan ədəbiyyatı. I-II cild. Bakı: Bakı Universiteti, 2007.) Eləcə də hazırda ümumtəhsil məktəblərində istifadə olunan XI sinif üçün ədəbiyyat” dərsliyində ən yeni dövr Azərbaycan ədəbiyyatının mərhələləri nəzərə alınmışdır. (N.Cəfərov, İ. Həbibbəyli, N.Əliyeva, A.Bakıxanova. Ədəbiyyat. XI sinif üçün dərslik. Bakı: Çaşıoğlu, 2012. )

Ədəbi irsin və müasir ədəbi prosesin tədrisi, öyrənilməsi və mənimsənilməsi üçün əsas götürülən yeni elmi-metodoloji konsepsiyaya uyğun olaraq müasir ədəbiyyatımızın dövrləşdirilməsi, tarixi-xronoloji ardıcıllıqla, kurikulumun məqsəd və vəzifələrinə, məzmun standartlarına və şagirdlərin yaş və mənimsəmə səviyyəsinə uyğun şəkildə öyrənilməsi imkanları müəyyənləşdirilmişdir.

Dərslikdə təlim prosesinin mərhələlərinə uyğun olaraq, aşağıdakı iş növlərindən, sual və tapşırıqlar sistemindən məqsədəuyğun sayılmışdır:

· Yada salın. Şagirdləri mövzu ilə bağlı biliklərini xatırlamağa, maraq və istəklərini ifadə etməyə istiqamətləndirəcəkdir.

· Düşünün. İlkin fərziyyələr söyləməyə, araşdırma aparmağa yönəldəcəkdir.

· Oxuda aydınlaşdırın. Tanış olmayan sözlərin mənasını aydınlaşdırmaq, eləcə də bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur.

· Məzmun üzrə iş. Əsərin məzmununun öyrənilməsi ilə əlaqədar yerinə yetirilən işlər əhatə olunur. Məzmunun necə mənimsənildiyini aşkara çıxarmaq və dərinləşdirmək üçün təklif olunur.

· Təhlil üzrə iş. Əsərin təhlili, bununla bağlı zəruri bacarıqların yaradılması və tətbiqi üzrə işlər əhatə olunur.

· Tətbiq. Müzakirə. Yaradıcı iş. Fərdi, eləcə də cütlük, qrup şəklində tədqiqat aparmağa, yaradıcı işə qoşulmağa, bilik və bacarıqların tətbiqinə istiqamətləndirir.

· İfadəli oxuya hazırlıq. İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və bacarıqların inkişafı məqsədilə tapşırıqlar təklif edilir.

· Qiymətləndirmə materialları. Bölmələrin sonunda həyata keçirilən kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.

· Layihələr üzrə iş. Layihələr şagirdlərin müxtəlif mənbələrlə, dərslikdəki müvafiq materiallarla işləmələri, bilik və bacarıqlarını tətbiq etmələri, yaradıcı fəaliyyət göstərmələri üçün təklif edilir.

· Müstəqil iş. Bölmələrdə əsərləri tədris olunan sənətkarların həyatı haqqında müxtəlif mənbələrdən məlumatların toplanması və öyrənilməsi üçün nəzərdə tutulmuşdur.

Dərslikdə aşağıdakı pedaqoji prinsiplər gözlənilmişdir:
– ardıcıllıq
– yaş səviyyəsinə uyğunluq
– təlim vaxtına uyğunluq
– oxunaqlılıq
– inklüzivlik
– inteqrativlik
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT
Fənn müəlliminə kömək məqsədilə metodik vəsaitə aşağıdakı tövsiyələr daxil edilmişdir:
· IX sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri;
· Məzmun standartlarının reallaşdırılması cədvəli;

· Tədris materiallarının illik planlaşdırılması (mövzuların həftələr üzrə bölgüsü, reallaşdırılan standartlar, fənlərarası inteqrasiya, strategiyalar: metodlar, iş formaları, resurslar, qiymətləndirmə üsul və vasitələri);

· Fəndaxili inteqrasiya;
· Ədəbiyyat dərslərində yeni təlim texnologiyaları;
· Diferensial təlim imkanları;
· Ədəbiyyat fənni üzrə məktəbdaxili qiymətləndirmə.
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ
REALLAŞDIRILMASI CƏDVƏLİ
BÖLMƏ VƏ MÖVZULAR
Məzmun
xətti 1
Məzmun
xətti 2
Məzmun
xətti 3
Saatlar
1. Həyat həqiqətləri və ədəbiyyatımız
Milli-mədənoi dirçəliş və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat (1918-1920)
2. Ə.Cavad. “Azərbaycan bayrağına.” Məzmunu üzrə iş
3. Ə..Cavad. “Azərbaycan bayrağına.” Təhlili.
4. C. Cabbarlı. “Ana.” Məzmunu üzrə iş
5. C. Cabbarlı .“Ana.” Təhlili.
6. C. Cabbarlı .“Ana.” Tətbiq. Müzakirə. Yaradıcı iş.
7. A.Şaiq.“Anabacı.” Məzmunu üzrə iş.
8. A.Şaiq. “Anabacı.” Təhlili.
9. A.Şaiq. “Anabacı.” Tətbiq. Müzakirə.Yaradıcı iş.
10. Y.V.Çəmənzəminli.”Zeybək qızı.” Məzmunu üzrə iş.
11. Y.V.Çəmənzəminli.“Zeybək qızı” Məzmunu üzrə iş. 60
12. Y.V.Çəmənzəminli.“Zeybək qızı.” Təhlili.
13. A. İldırım. “Dağlar.” Məzmunu üzrə iş.
14. A. İldırım. “Dağlar.” Təhlili
15. M.Müşfiq.“Həyat sevgisi. “Məzmunu üzrə iş.
16. M.Müşfiq. “Həyat sevgisi”. Təhlili.
17. Sinifdənxaric oxu dərsi
18. Kiçik summativ qiymətləndirmə
IX sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi

Aşağıda tövsiyə xarakterli illik iş planı verilmişdir. İş planı həf­tədə 3 saat olmaqla ildə 34 həftəyə və ya 102 saata nəzərdə tutulmuşdur. Müəllim mövzuların tədrisi zamanı qarşıya qoyduğu təlim məqsədlərindən və şəraitdən asılı olaraq, tövsiyə olunan illik planlaşdırma nümunəsində dəyişiklik edə bilər.

Həftələr
Mövzular
Reallaşdırılan standartlar
Fənlərarası inteqrasiya
Strategiyalar: metodlar, iş formaları
Resurslar
Qiymətləndirmə üsul və vasitələri
Həyat həqiqətləri və ədəbiyyatımız.
Müsahibə, insert, ziqzaq, müzakirə,
bütün siniflə birgə iş.
Dərslik, ədəbiy­yatın rolu haqqında fikirlər yazılmış pla­­kat, lüğətlər,
az.wikipedia.org/wiki/Azərbaycan_ədəbiyyatı

Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), oxu (mətn), müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)

Ən yeni dövr Azərbaycan ədəbiyyatı.
(I mərhələ. Xalq Cümhuriyyətinin yaranmasından 50-ci illərə qədər)
1. Milli-mədəni dirçəliş və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat (1918-1920)
Ə. Cavad. “Azərbaycan bayrağına”. Məzmunu üzrə iş
2.1.1. X.d. 1.1.2.
Müsahibə, ikihissəli gündəlik, təqdimat, müzakirə,
fərdi iş, cütlük şəklində iş, kiçik və böyük qruplarda iş.
Dərslik, əsərin məzmununa uy­ğun şəkillər, lüğət­lər,
az.wikipedia.org/wiki/Kitabi_Dədə_Qorqud,
https://az.wikipedia.org/wiki/Əhməd_Cavad
https://www.youtube.com/watch?v=creDpfir2Vc

Oxu (mətn), müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)

Ə. Cavad. “Azərbaycan bayrağına”. Təhlili
Müsahibə, təqdimat, müzakirə, fərdi iş, cütlük şəklində iş, kiçik və böyük qruplarda iş.
Dərslik, iş vərəqləri,
https://az.wikipedia.org/wiki/Əhməd_Cavad
https://www.youtube.com/watch?v=creDpfir2Vc

Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)

Metodik vəsaitə müəllimlərin təşəbbüskar, yaradıcı fəaliyyətinə istiqamət vermək məqsədilə icmallarla yanaşı, yığcam dərs planları – mövzular üzrə təlim texnologiyaları da daxil edilmişdir.

“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə “Azərbaycan Respublikası təhsil nazirinin 16 dekabr 2014-cü il tarixli, 1279 №li əmrində a şağıda qeyd olunan istiqamətlər əsasında şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması vəzifəsi qarşıya qoyulur:

– məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqə­lərinin və s. keçirilməsi ;

– şagirdlər tərəfindən oxunan əsərlərin onların iştirakı ilə müzakirəsinin keçirilməsi, bu əsərlər əsasında şagirdlərin təəssürat, rəy və mülahizə xarakterli inşa yazmalarının təşkil edilməsi;

– oxuduqları əsərlər üzrə məktəblərdə şagirdlərin iştirakı ilə fraqmentlər şəklində səhnələşdirilmiş tamaşa nümunələrinin təşkili ;

– məktəblərdə oxuduqları əsərlərin sayına görə siniflər üzrə şagirdlərin reytinqinin müəyyən edilməsi və bu əsasda onların arasında sağlam rəqabət mühitinin yaradılması .

(http://edu.gov.az/az/page/81/9763 )

Həmin mühüm vəzifələrin yerinə yetirilməsində şübhəsiz, ədəbiyyat dərslərinin müxtəlif tiplərindən, təlimin təşkilinin fərqli formalarından istifadə olunmalıdır. Bu, eləcə də 9-cu sinfin icbari xarakter daşıyan ümumi orta təhsilin son pilləsi təlimin təşkili formalarından daha məqsədyönlü istifadə zərurətini doğurmuşdur. Dərslikdə və metodik vəsaitdə Təhsil Nazirliyinin şagirdlərin bədii ədəbiyyatın geniş və sistemli mütaliəsi və müzakirəsinə cəlb edilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, kurikulumun tələbləri təlimin təşkilinin aşağıdakı formaları vasitəsilə reallaşdırılır:

1. Bədii əsərin məzmununun öyrənilməsi dərsləri
2. Bədii əsərlərin təhlili dərsləri
3. Sinifdənxaric oxu dərsləri
4. Layihələr üzrə təqdimatlar
5. Nitq inkişafı (inşa, esse) dərsləri

Öyrənilmiş materialın düzgün təqdim edilməsi kurikulum üzrə ədəbiyyat dərslərində şagirdlərdə formalaşdırılan əsas bacarıqlardandır. Bu bacarıq 9-cu sinif üçün fənn kurikulumunda təlim nəticələrində (şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir), eləcə də 2.1.1. alt standartında (Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir. ) və 2.1.2. alt standartında ( Mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir) öz əksini tapmışdır.

Təqdimatla bağlı təlim nəticəsinin əldə edilməsi, şagirdlərdə təqdimetmə bacarığının formalaşdırılması üçün dərs ili boyu ardıcıl və sistemli şəkildə şagirdlərə müstəqil olaraq müvafiq məlumatları əldə etmək, bunun üçün müxtəlif mənbə və vasitələrdən düzgün yararlanmaq, informasiya texnolo­giya­la­rı­nın imkan­la­rın­dan faydalanmaq, toplanmış informasiyanı düzgün sis­tem­ləşdir­mək və ümumiləşdirmək bacarıqları aşılanmalıdır.

Bu baxımdan, demək olar ki, hər bir dərsdə, elcə də hər yarımilin sonunda öyrənilən bədii əsərlərlə bağlı təqdimatlar hazırlamaq üçün müxtəlif mövzuların təklif edilməsi xüsusi əhəmiyyət kəsb edir. Şagirdlərin apardıqları tədqiqatların nəticələrinin, qazandıqları biliklərin layihələr üzrə təqdimatlara həsr olunmuş dərslərdə təqdim edilməsi isə müstəqil tədqiqat aparmaq, yaradıcı fəaliyyətin nəti­cə­lərini təqdim etmək bacarıqlarının formalaş­dırıl­ma­sında mühüm əhəmiyyət kəsb edir.

9-cu sinifdə ədəbi təhsilin mühüm bir mərhələsinin yekunlaşması, eləcə də bu sinifdə fənn kurikulumunun yazılı nitqlə bağlı standartları yazılı nitqin inkişafı dərslərinə daha çox diqqət ayrılmasını tələb edir. Bu baxımdan bölmələrin sonunda üzrə yazılı rabitəli nitqin inkişafını təmin edən inşa və ya esse dərslərinə daha çox yer verilməsi zərurəti meydana çıxmışdır. Həmin dərslərdə yalnız müqayisə deyil, həmçinin V-VIII siniflərdə formalaşdırılmış bacarıqların dərinləşdirilməsi, təsvir, mühakimə xarakterli inşa və esselərin yazılması, formativ qiymətləndirmə aparılması məqsədəuyğundur. İnşa və esse yazmaq bacarığının formalaşdırılması ümumi orta təhsili başa vuran şagirdlərin yazı işinin aparılmasını da nəzərdə tutan buraxılış imtahanlarında uğur qazanması baxımından da zərururidir.

Mütaliə mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynayan sinifdənxaric oxu dərsləri şagirdlərin mütaliə etdikləri kitabların müzakirəsi, əsər barədə rəy və mülahizələrinin öyrənilməsi, kitab, mütaliə mühitinin yaradılması üçün geniş imkanlar yaradır. Bu dərslərdə sinifdənxaric iş elementlərindən istif adə, şagirdlərin maraq və qabiliyyətlərinin daha çox nəzərə alınması sərbəst rəy mübadiləsi , nəticə etibarilə mütaliə mədəniyyətinin formalaşdırılmasına zəmin yaradır, mütaliə bağlı yaradıcılıq və təşəbbüskarlığın, müstəqil mütaliəyə həvəsin artırılması na səbəb olur.

FƏNDAXİLİ VƏ FƏNLƏRARASI İNTEQRASİYA

Fəndaxili inteqrasiya tələbi kurikulumun məzmun xətlərinin mahiyyətindən virəli gəlir. Belə ki fənn kurikulumunun məzmun xətləri mahiyyət etibarilə bir-biri ilə sıx əlaqəlidir, biri digərini tamamlayır və inkişaf etdirir.

Fəndaxili inteqrasiyanın əsas yolu məzmun standart­larının inteqrativ şəkildə reallaşdırılmasıdır. Belə ki, ədəbiyyat kurikulumunda bütün məzmun xətləri və standartları arasında təbii əlaqə vardır. Aşağıdakı cədvəldə verilən nümunələrdən göründüyü kimi, kurikulumdakı məzmun xətti üzrə bir-birini tamamlayan alt standartların inteqrativ reallaşdırılması imkanları genişdir:

Comments are closed, but trackbacks and pingbacks are open.