Səadət kamalla yetişir başa
– tamlıq – ədəbi-nəzəri, praktik, təsviri, qiymətləndirmə materiallarının olması, onların üzvi şəkildə əlaqələndirilməsi;
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
4 Aralık 2015 Cuma
Fizika-Metodik vəsaitlər
Paylaşıldı 09:42 by Leyla Bayramova
Hörmətli Fizika fənn müəllimləri!
metodik vəsaitləri elektron olaraq
yükləyə bilərsiniz
VI Sinif
(Azərbaycan Dilində)
VII Sinif
(Azərbaycan Dilində)
VIII Sinif
(Azərbaycan Dilində)
Paylaşıldı Elektron və online vəsaitlər, Fizika, Metodik Vəsait
3 yorum:
Salam.3-cü sinif texnologiya fənnindən müəllim üçün metodiki vəsaitin elektron variantı lazımdır. yerləşdirsəydiniz yaxşı olardı.Əvvəlcədən təşəkkürlər. Yanıtla Sil
Bu yorum yazar tarafından silindi. Yanıtla Sil
Testlerin cavabını Sil
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.
Məşhur Postlar
Tərcumeyi-hal təqdim etdiyi insan haqqında avtobioqrafik məlumatdır. Bu forma adətən dövlət orqanları, böyük şirkətlər və s. qurumlar tər.
Xasiyy ə tnam ə bar ə d ə m ə lumat yazın. “Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir .
Protokol haqqında geni s m ə lumat «Protokol» sözü yunancadan götürülüb: “protok”-ilk, birinci v ə r ə q, “kolos” – yapı s dırmaq m ə.
Əməli yazıların ən genis yayılmıs növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həya.
İ zahat haqqında m ə lumat verm ə kl ə nümun ə « İ zahat» sözü ə r ə bc ə «izah» sözünd ə ndir . “izah” ərəbcə açıq, aydın, ətraflı surə.
Alman dili (Azərbaycan bölməsi) Alman Dili(Rus Bölməsi) Azərbaycan Dili və Ədəbiyyatı Biologiya(Azərbaycan bölməsi) .
Akt haqqında ümumi m ə lumat “Akt” sözü latın dilində “aktus” hərəkət və “ aktum” sənəd mənalarında islənir. “Akt” çoxmənalı sözdür: 1).
Reklam v ə elan haqqında m ə lumat “Reklam” latın sözü olub «qı s qırmaq» m ə nasını verir. Bu söz dasıdıgı mənaya görə bir neçə anlamd.
Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdü.
Ssenari-Novruz bayramı Müəllif: S.Zülfiqarova 1. Himn 1-ci aparıcı:- Salam əziz uşaqlar. Hörmətli müəllimlər və validey.
Səadət kamalla yetişir başa
Ümumtəhsil məktəblərinin X sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” əsasında hazırlanmışdır. Ədəbiyyat fənni üzrə dərslik komplektində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflər, şagirdlərin ədəbi təhsilinin məzmununda nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların vacibliyi, mənimsənilənlərin konkret fəaliyyətin nəticəsinə çevrilməsinin təmin edilməsi ön plana çəkilmişdir.
“Ədəbiyyat” dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərsliyin tərtibində ümumi təhsilin konsepsiyasının (milli kurikulum) tələbləri əsas götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası”nda (milli kurikulum) qeyd edilir ki, ş agirdlərin əsas təhsil pilləsində qazandıqları bacarıq və vərdişlər tam orta təhsil pilləsində təkmilləşdirilməklə tarixi-xronoloji ardıcıllıqla Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolu, ədəbi ənənə və əlaqələri, Azərbaycan və dünya ədəbiyyatının görkəmli ədəbi simalarının yaradıcılığından nümunələr öyrənilir, ədəbiyyat nəzəriyyəsinə dair məlumatlar genişləndirilir, şagirdlərin ədəbi-bədii, tənqidi təfəkkürünün formalaşması təmin olunur.
Dərslik komplektində ümumi təhsilin milli konsepsiyasındakı belə müddəa da əsas götürülmüşdür ki, tam orta təhsil pilləsində şagirdin ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirməsi, əsərləri mövzu, janr, problem baxımından müqayisə etməsi, onlara əsaslandırılmış rəy bildirməsi, məzmununa və ideyasına yarandığı dövrdün ictimai-siyasi və əxlaqi-etik dəyərləri kontekstində qiymət verməsi, fərqli mövzular üzrə müvafiq üslublarda yaradıcı xarakterli yazıları icra etməsi təmin olunmalıdır.
Ümumi təhsilin milli konsepsiyasında və ədəbiyyat fənn kurikulumunda şagirdlərin mənbələr üzərində işləyərək görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplamaq, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlamaq, ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak etmək, ədəbi nailiyyətlərə münasibət bildirmək bacarığına yiyələnməsi zəruriliyi ilə bağlı müddəanın da reallaşdırılması dərslik komplektində diqqət mərkəzində saxlanılmışdır.
(http://portal.edu.az/index.php?r=article/item&id=194&mid=5&lang=az)
Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolunun, ədəbi ənənə və əlaqələrin, Azərbaycan ədəbiyyatının görkəmli simalarının yaradıcılığının tarixi-xronoloji ardıcıllıqla, yeni təlim texnologiyalarının tətbiqi ilə öyrədilməsi tələbi şagirdlərin dərin, sistemli bilik və bacarıqlara yiyələnmələrini, mənimsənilənlərin konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir.
Dərslik komplekti hazırlanarkən pedaqogika, psixologiya, ədəbiyyatşünaslıq, ədəbiyyatın tədrisi metodikası elmlərinin son nailiyyətləri, milli və beynəlxalq tədqiqatlar, ədəbiyyat tədrisi üzrə son illərdə toplanmış təcrübə ətraflı öyrənilmiş və nəzərə alınmışdır.
DƏRSLİK
Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Ədəbiyyat” dərsliyinə milli və bəşəri dəyərləri özündə əks etdirmiş, həqiqi vətəndaşın tərbiyəsində mühm rol oynayacaq əsərlər daxl edilmişdir, ədəbiyyatımızın fəal/interaktiv metodların və informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə öyrədilməsinə önəm verilmişdir.
“Ədəbiyyat” dərsliyinə daxil edilmiş təlim materialları qədim Azərbaycan ədəbiyyatından XX əsrə qədərki dövü əhatə edir. Başqa sözlə, dərsliyə bu və ya digər mərhələnin xülasəsini əks etdirən icmallar, klassik sənətkarların həyatı, yaradıcılığı ilə bağlı məlumat, məktəb təcrübəsində özünü doğrultmuş və monoqrafik şəkildə öyrənilən bədii əsərlər daxil edilmişdir.
Bundan əlavə, dərslikdə sinifdənxaric oxu üçün tövsiyə olunan əsərlərin siyahısı, klassik ədəbiyyatımızda işlənən ərəb və fars sözlərinin lüğəti, qısa ədəbiyyatşünaslıq terminləri lüğəti də verilmişdir.
Dərslikdəki mövzular iki qrupa ayrılır:
1. İcmal mövzular.
2. Monoqrafik mövzular.
İcmal mövzular dövrün sosial-siyasi, ədəbi-mədəni mənzərəsi, söz sənətimizin aparıcı nümayəndələrinin yaradıcılığı haqqında şagirdlərdə müəyyən təsəvvür yaratmaq, onları monoqrafik mövzuların öyrənilməsinə hazırlamaq məqsədini güdür. Bu mövzuların layihə qismində öyrənilməsi məqsədəuyğun sayılmış, müvafiq məzmun standartlrının reallaşdırılması nəzərdə tutulmuşdur. İşin bu istiqamətdə qurulması təbiidir ki, şagirdlərdən daha çox müstəqillik və məsuliyyət tələb edir. Layihə üzrə işin bünövrəsi sinifdə qoyulur; layihələrin araşdırılmasına istiqamət verən suallar və onların yığcam cavabları dərslikdə əks etdirilmişdir. Həmin mətnin oxusu sinifdə həyata keçirilir, əlavə mənbələrə (azı iki mənbənin olması məqsədəuyğundur) müraciət olunur, sonda müzakirə formalarından birinin tətbiqi həyata keçirilir. Layihə üzrə işin davam etdirilməsinə ehtiyac duyulduğu aşkara çıxarılır və şagirdlər dərslikdə tövsiyə olunmuş mənbələr ( müəllim fərqli, eləcə də əlavə mənbələr seçə bilər) əsasında müstəqil araşdırmalarını davam etdirirlər. Növbəti dərsdə – ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin müəyyənləşdirilməsində nəticələr təqdim olunur.
Dərsliyə daxil edilmiş ədiblərin həyatı, yaradıcılıq yolu da layihə qismində öyrənilir və iş, əsasən, icmal mövzularında olduğu kimi reallaşdırılır. Layihə üzrə hazırlığın ilkin mərhələsi – dərslikdəki materialla sinifdə tanışlıq və sonrakı işlər fərqli məzmunda təşkil edilə bilər. Başqa sözlə, diskussiya, müzakirə xəritəsi, debat və s. yanaşı, kiçik qrupların təqdimatları əsasında da müzakirənin aparılması mümkündür.
Bütün hallarda layihə üzrə dərsdə – ilkin hazırlıq mərhələsində mənimsənilmiş bilik və bacarıqların mənbələr əsasında inkişaf etdirilməsi, zənginləşdirilməsi vacibdir. Bununla yanaşı, şagirdlər dərslikdə tövsiyə olunan mənbələrdən istifadə ilə məhdudlaşmamalı, mətnlər üzrə təklif edilmiş suallar əsasında digər internet mənbələrindən də faydalanmalıdır.
Dərslikdə aşağıdakı pedaqoji prinsiplər gözlənilmişdir:
– düzgünlük – təlim standartlarına uyğunluq, faktların dəqiqliyi, mübahisəli elmi məsələlərin olmaması, orfoqrafik, durğu işarələri və qrammatik qaydaların gözlənilməsi;
– əyanilik- bədii mətnlərlə bağlı şəkil, cədvəl və illüstrasiyalarla, slaydlar, video materiallardan istifadə;
– tərbiyəedicilik – təlim materiallarının müasir dünyagörüşünün, milli və ümumbəşəri mənəvi dəyərlərin formalaşdırılmasına istiqamətlənməsi;
– tamlıq – ədəbi-nəzəri, praktik, təsviri, qiymətləndirmə materiallarının olması, onların üzvi şəkildə əlaqələndirilməsi;
– ardıcıllıq – təlim materiallarının sadədən mürəkkəbə doğru sıralanması, əvvəlki təlim materialları vasitəsilə növbəti materialların mənimsənilməsinə zəmin yaratması ;
– yaş səviyyəsinə uyğunluq – dərsliyinin poliqrafiya, dizayn cəhətdən şagirdlərin estetik tələbatına cavab verməsi, təlim materiallarının məzmun və həcm baxımından onların ehtiyaclarına uyğun müəyyənləşdirilməsi;
– təlim vaxtına uyğunluq – tədrisə ayrılan vaxtın dəqiq nəzərə alınması;
– oxunaqlılıq – bədii materialların, şərhlərin, izahların, nəzəri məlumatların və s.) maraqlı və yığcam olması, aydın üslubda, sadə dildə ifadə edilməsi;
– inkişafetdiricilik – məntiqi tənqidi, yaradıcı təfəkkürün, informasiya-kommunikasiya texnologiyaları ilə işləmək bacarığınən formalaşdırılması;
– inklüzivlik – potensial imkanları, qavrama səviyyəsindən asılı olmayaraq, bütün şagirdlərə diferensial yanaşmanın təmin edilməsi və onların təlim maraqlarının təmin olunması;
– inteqrativlik – ədəbi təhsilin məzmun komponentlərinin bir-biri ilə və digər fənlərlə sistemli şəkildə üzvi əlaqələndirilməsi.
Ədəbiyyatımızın inkişaf mərhələləri müəyyənləşdirilərkən BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının hazırladığı “Müasir Azərbaycan ədəbiyyatı” dərsliyindəki Azərbaycan ədəbiyyatı tarixinə, onun dövrləşdirilməsinə və ədəbi prosesə yeni yanaşma, elmi-metodoloji prinsip və tələblər diqqət mərkəzində saxlanılmışdır. (Müasir Azərbaycan ədəbiyyatı. I-II cild.Bakı: Bakı Universiteti, 2007.) Eləcə də hazırda ümumtəhsil məktəblərində istifadə olunan “Ədəbiyyat” dərsliyindəki Azərbaycan ədəbiyyatının dövrləşməsi nəzərə alınmışdır. (N.Cəfərov, T.Kərimli, Z.Əsgərli, A.Bakıxanova. Ədəbiyyat. X sinif üçün dərslik. Bakı:Çaşıoğlu, 2012. )
Müəllim üçün metodik vəsait
X sinif dərsliyində təlim materiallarının mənimsənilməsi və müvafiq fəaliyyət növlərinin tətbiqi üç əsas metodoloji mərhələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi, dəyərləndirilməsi.
1. Təlim materialının öyrənilməsi üzrə işin ilk mərhələsi – motivasiya, idraki maraqoyatma idraki fəallığı stimullaşdırır, şagirdləri tədqiqata yönəldir.
2. Yeni biliyin mənimsənilməsi:
– icmal mövzular;
– mono qrafik mövzular.
Mövzular üzrə araşdırmalar üçün aşağıdakı mənbələrin tövsiyə olunması məqsədəuyğundur:
– şagirdlər üçün internetdə yerləşdirilmiş əlavə mənbə (Ucoz. com);
– Azərbaycan ədəbiyyatı tarixinin ayrı-ayrı dövrləri üzrə materiallar;
– sənətkarın öz yaradıcılığı ilə bağlı ədəbi qeydləri;
– klassiklərin həyat və yaradıcılığına həsr olunmuş monoqrafiyalar, məqalələr;
– internet materialları (Vikipediya materialları, ədəbi ensiklopediyalar, ədəbiyyatşünaslıq terminləri lüğəti, klassik ədəbiyyatda işlənilmiş ərəb və fars sözləri lüğəti və s.)
Klassik ədəbi irsin tədrisində – dərslikdəki mövzuların tədrisində müəllimin bələdçilik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə klassik ədəbiyyatımızın mənimsədilməsindəki obyektiv çətinliklərlə bağlıdır. Dərsliyə daxil edilmiş mövzuların ədəbiyyatımızın ən qədim dövrlərdən başlayaraq XX əsrə qədərki dövrünü əhatə etməsi, ərəb və fars dilinə məxsus sözlərin çoxluğu, sufilik, hürufilik simvolikasını əks etdirən məcazların geniş işlənilməsi və s. obyektiv çətinliklər təlimin təşkilinə xüsusi yanaşma tələb edir. Təcrübə göstərir ki, klassik ədəbi irsin tədrisində müəllimin izahına nisbətən tez-tez müraciət edilməsinə ehtiyac yaranır. Müəllimin izahı şagirdlərin bu və ya digər ədəbi dövrün inkişaf qanunauyğunluqlarını, əsərdə qoyulmuş mənəvi-estetik problemləri, ayrı-ayrı ədəbi anlayış və hadisələrin mahiyyətini və özəlliyini başa düşmələrinə istiqamət verir..
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ
REALLAŞDIRILMASI CƏDVƏLİ
BÖLMƏ VƏ MÖVZULAR
Məzmun
xətti 1
Məzmun
xətti 2
Məzmun
xətti 3
Sa-atlar
1. Söz sənətimiz- milli sərvətimiz
2. Azərbaycan şifahi xalq ədəbiyyatı (Layihə)
Qədim dövr Azərbaycan ədəbiyyatı
3. Qədim dövr Azərbaycan ədəbiyyatı (ən qədim zamanlardan XIII əsrə qədər) (Layihə)
4. “Kitabi-Dədə Qorqud” eposu.(Layihə)
5. “Salur Qazanın evinin yağmalandığı boy”. Məzmun üzrə iş
6. “Salur Qazanın evinin yağmalandığı boy”. Məzmun üzrə iş
7. “Salur Qazanın evinin yağmalandığı boy”. Təhlil üzrə iş
8. “Salur Qazanın evinin yağmalandığı boy”. Tətbiq. Mazakirə. Yaradıcı iş
9. N.Gəncəvinin həyatı, yaradıcılıq yolu. (Layihə)
10. N.Gəncəvi. “İskəndərnamə”. Məzmun üzrə iş
11. N.Gəncəvi. “İskəndərnamə”. Məzmun üzrə iş
12. N.Gəncəvi. “İskəndərnamə”. Təhlil üzrə iş
13. N.Gəncəvi. “İskəndərnamə”. Təhlil üzrə iş
14. Kiçik summativ qiymətləndirmə
X sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi
Aşağıda tövsiyə xarakterli illik iş planı verilmişdir. İş planı həftədə 2 saat olmaqla ildə 34 həftəyə və ya 68 saata nəzərdə tutulmuşdur. Müəllim mövzuların tədrisi zamanı qarşıya qoyduğu təlim məqsədlərindən və şəraitdən asılı olaraq tövsiyə olunan illik planlaşdırma nümunəsində dəyişiklik edə bilər.
Həftələr
Mövzular
Reallaşdırılan standartlar
Fənlərarası inteqrasiya
Strategiyalar: metodlar, iş formaları
Resurslar
Qiymətləndirmə üsul və vasitələri
Söz sənətimiz – milli sərvətimiz. (Layihə)
Söhbət, sorğu, müzakirə, diskussiya, İNSERT, ziqzaq, problemin həlli, cütlük şəklində iş
bütün siniflə birgə iş
Dərslik, iş vərəqləri, lüğətlər, az.wikipedia.org/wiki/ Azərbaycan _ ədəbiyyatı
Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
Azərbaycan şifahi xalq ədəbiyyatı. (Layihə)
1.2.2. X.d. 2.1.2.
Müzakirə, təqdimat, İNSERT, diskussiya, kiçik qruplarda iş
Dərslik, şəkillər, iş vərəqləri,lüğətlər,
Azərbaycan ədəbiyyatı tarixi. I cild, Ədəbiyyat (X sinif şagirdləri üçün vəsait) , https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_%C5%9Fifahi_xalq_%C9%99d%C9%99biyyat%C4%B1
Təqdimat (meyar cədvəli), (şifahi sual-cavab) şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi, müşahidə (müşahidə vərəqləri), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
1. QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI
Qədim dövr Azərbaycan ədəbiyyatı (ən qədim zamanlardan XIII əsrə qədər) . (Layihə)
Müsahibə, müzakirə, təqdimat, müzakirə xəritəsi, diskussiya, kiçik qruplarda iş
Dərslik, lüğətlər, iş vərəqləri, şəkillər, Azərbaycan ədəbiyyatı tarixi. II cild, Ədəbiyyat (X sinif şagirdləri üçün vəsait), Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi (Qədim və orta əsrlər), http://www.azerbaijan.az/portal/Culture/Literature/literature_a.html?literature_02
Müsahibə (müəllimin qeydiyyat vərəqi), təqdimat (meyar cədvəli), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), müşahidə vərəqləri, tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
“Kitabi-Dədə Qorqud” eposu. (Layihə)
Müzakirə, təqdimat, kiçik və böyük qruplarda iş
Dərslik, iş vərəqləri, Azərbaycan ədəbiyyatı tarixi. I cild, Ədəbiyyat (X sinif şagirdləri üçün vəsait), Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi (Qədim və orta əsrlər), www.google.az/search?q=dədə+qorqud
Təqdimat (meyar cədvəli), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), müşahidə (müşahidə vərəqləri), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
Yeni təlim texnologiyalarından istifadə
Müəllimlər yeni texnologiyaların, xüsusən fəal/interaktiv təlimin tətbiqi ilə bağlı xeyli təcrübə qazanmışlar. Əvvəlki siniflərin dərslik komplektində bu məsələyə geniş yer verilmişdir. Məhz buna görə də vəsaitdə ədəbiyyatımızın klassik dövrünün tədrisində daha çox müraciət olunan təlim metodlarına diqqət yetirilməklə kifayətlənilmişdir.
Layihələrin hazırlanması
Layihə üzrə iş öyrədici və yaradıcı səciyyə daşıyan, şagirdlərin bilik və bacarıqlarının tətbiqini, dərinləşdirilməsini nəzərdə tutan, fərdi, kiçik və ya böyük qruplarda yerinə yetirilən müstəqil tədqiqat fəaliyyətidir. Layihənin icrası zamanı müəlim bələdçi kimi öz tövsiyələri ilə şagirdlərin araşdırmalarının düzgün yönləndirilməsinə yardımçı olur.
Layihə şagirdlərin mənbələr üzrə müstəqil araşdırma aparmalarına, bilik və bacarıqlarını tətbiq etməklə problemi həll etmələrinə imkan yaradır, onlarda əməkdaşlıq, birgə fəaliyyət bacarıqlarını formalaşdırır. Təlimi layihələrinin müxtəlif növləri vardır. Ədəbiyyat dərslərində fəaliyyət növü baxımından sənətkarın həyatı, yaradıcılığı, bədii əsər, ədəbiyyat tarixinin mərhələləri ilə bağlı layihələr üzrə iş məqsədəuyğundur.
Layihələrə hazırlıqda dərslikdəki mətnlə işin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. Şagirdlər ilk növbədə dərslikdəki sualları və onların ilkin aydınlaşdırmasına imkan verən istiqamətləndirici mətni mənimsəməlidirlər. Sinfin əlavə mənbələrlə təmin edilməsi məqsədəuyğundur. Mətnlə iş üsullarının öyrənilməsi şagirdlərdə müstəqil araşdırma apamaq, əməkdaşlıq etmək, ünsiyyət vərdişlərini zənginləşdirmək kimi bacarıqların inkişafına imkan yaradır.
Layihə üzrə işin səmərəli olması üçün:
– dərslikdəki mətnlə tanışlıqdan sonra təklif edilmiş suallar üzrə əlavə məlumatın əldə edilməsi məqsədilə mənbələr dəqiqləşdirilir;
– dərslikdəki mətn üzrə qazanılmış biliklərin dərinləşdirilməsi və zənginləşdirilməsi üçün axtarış aparılır;
– müxtəlif mənbələr üzrə araşdırma aparılarkən əsas və ikinci dərəcəli məlumatlar müəyyənləşdirilir, zəruri və qənatləndirici olanlar seçilir;
– mənbələr üzrə əldə olunanlar əlaqələndirilir, ümumiləşdirilir və nəticə çıxarılır;
– nəticələrin necə təqdim olunacağı (müzakirə, hesabat və s.) müəyyənləşdirilir.
Müzakirə
Müzakirə müəyyən mövzu, problem üzrə məlumat, ideya, təəssürat və s. bağlı fikirlərin qarşılıqlı mübadiləsidir. Müzakirənin müxtəlif formaları vardır. Bunlardan daha geniş tətbiq olunanı diskussiyadır. O, latın sözü olub araşdırma, tədqiqat deməkdir. Diskussiya müəyyən problem üzrə ortaq məxrəcə gəlinməsi, tərəfləri razı salan ümumi qənaətin yaranması məqsədilə aparılan müzakirədir. Diskussiyann iştirakçıları müzakirə edilən məsələlər üzrə zəruri biliklərə malik olmalıdır. Onlar müzakirə olunan məsələ barədə ardıcıl, bir-biri ilə əlaqəli mülahizələr söyləyir, fikirlərini əsaslandırırlar. Diskussiyada müzakirə olunacaq problem əvvəlcədən müəyyənləşdiridiyi üçün iştirakçılar ciddi hazırlaşmaq imkanına malik olurlar.
Klassik ədəbi irsin öyrənilməsinə həsr olunan dərslərdə mühüm yer tutan diskussiya təlim metodu kimi bu və ya digər problemlə bağlı fikir mübadiləsinə və müzakirəyə geniş meydan açır.
Yaxşı təşkil edilmiş diskussiya böyük təlim-tərbiyə əhəmiyyətinə malikdir, o, problemin dərindən qavranılmasına, şagirdlərdə öz mövqeyini müdafiə etmək, başqalarının rəyi ilə hesablaşmaq, fərqli mülahizələrə dözümlü yanaşmaq kimi bacarıqların formalaşdırılmasına imkan yaradır
Müzakirənin digər növlərindən fərqli olaraq, diskussiyada məqsəd iştirakçıların müzakirə olunan məsələ ilə bağlı mümkün qədər güzəştl mövqe tutması, razılığa gəlməsidir. Belə ki diskussiya bu və ya digər tərəfin qalib gəlməsinə deyil, həqiqət axtarışlarına, optimal qərar qəbul edilməsinə istiqamətlənir. Ümumi mövqe, qənaət isə, adətən, iştirakçıların ifadə etdiyi müxtəlif baxışlarda öz əksini tapan fikirlərin cəmindən deyil, sintezindən ibarət olur. Diskussiyanın nəticəsi iştirakçıların ya hamısının, ya da əksəriyyətinin obyektiv, əsaslandırılmış mövqeyini əks etdirir.
Bədii əsər üzrə müzakirədə də diskussiya elementləri mühüm yer tutur; bu, şagirdlərin fəallığına, bilik və bacarıqların zənginləşməsinə əhəmiyyətli təsir edir.
Fəndaxili və fənlərarası inteqrasiya
Ədəbiyyat təlimində fəndaxili inteqrasiya şagirdlərin öyrənilən mövzu, problem üzrə bilik və bacarıqlarının əlaqələndirilməsini nəzərdə tutur. Əvvəlki biliklərdən yeni situasiyada istifadə mövzunun dərindən qavranılmasına, şagirdlərin fəallıq və müstəqilliyinə zəmin yaradır. Ədəbiyyat təlimi prosesində fəndaxili inteqrasiya imkanları aşağıdakılardır:
1. Mövzu, problem, janr baxımından səsləşən əsərlərin əlaqəli öyrənilməsi;
2. Əvvəlki siniflərdə sənətkarın həyatı, yaradıcılığı ilə bağlı mənimsənilmiş biliklərin əlaqələndirilməsi;
3. Ədəbiyyat nəzəriyyəsi üzrə bilik və bacarıqların əlaqələndirilməsi;
4. Şifahi və yazılı nitq bacarıqlarının əlaqələndirilməsi;
5. Bədii əsərlərin oxusu, təhlili, qiymətləndirilməsi üzrə bacarıqların əlaqələndirilməsi.
Şagirdlərin əvvəlki siniflərdə, xüsusən VIII sinifdə klassik ədəbiyyatla bağlı mənimsədikləri X sinfin tədris materialları ilə sıx əlaqəlidir. Təlim prosesində həmin əlaqələrin üzərində dayanılması vacibdir.
Ədəbiyyat kurikulumu inteqrativ səciyyəlidir. Kurikulumda məzmun xətləri və standartları arasında sıx əlaqə, uzlaşma vardır. İnteqrativlik özünü eyni məzmun xəttti daxilindəki standartların əlaqəli olması ilə yanaşı, ayrı-ayrı məzmun xətləri arasında da özünü göstərir. Məsələn, əsərin məzmununun mənimsənilməsi ilə bağlı standartlar üzrə iş sonrakı mərhələdə təhlillə bağlı standartların reallaşdırılmasına zəmin yaradır. Eləcə də şifahi və yazılı nitqlə bağlı standartların arasında üzvi əlaqə və bağlılıq öz əksini şagirdlərin müvafiq təlim fəaliyyətində də tapır.
Ədəbiyyat dərslərində fənlərarası inteqrasiya imkanlarının reallaşdırılması üzrə ardıcıl iş aparılmalıdır. Bu əlaqə imkanları məzmun standartlarının reallaşdırılması cədvəlində əks etdirilmişdir.
Ədəbiyyatın incəsənətin digər növləri – musiqi, rəssamlıq, heykəltəraşlıq, kino, teatr ilə əlaqəli öyrənilməsi müəllimdən yaradıcılıq və təşəbbüskarlıq tələb edir. Məsələn, Füzulinin qəzəllərinin muğam nümunələri, Aşıq Ələsgərin şeirlərinin saz havalarının müşayiəti ilə oxunması, bədii əsərlərin musiqi, səhnə, kino variantı ilə müqayisə aparılması, bədii əsər üzrə illüstrasiya, rəsm əsəri ilə əlaqə və s. bu qəbildəndir.
Ədəbiyyatın Azərbaycan dili ilə əlaqəsinin reallaşdırılması imkanları, ilk növbədə hər iki fənn kurikulumunda şifahi və yazılı nitqlə bağlı standartların bir-biri ilə əlaqəli olması ilə şərtlənir. Hər iki fənni eyni müəllim tədris etdiyi üçün ədəbiyyat dərslərində bədii dil, üslub, sənətkarlıq məsələlərinin öyrənilməsi dil dərslərində mənimsənilmiş biliklərlə daha ardıcıl, məqsədyönlü şəkildə əlaqələndirilir.
Ədəbiyyatın tarixlə, coğrafiya ilə əlaqəsi bu və ya digər ədəbi dövrün ictimai-siyasi, mədəni, ədəbi səciyyəsi üzrə verilən məlumatlarda, sənətkarın həyat yolu, əsərdə təsvir olunan hadisələrin baş verdiyi məkan və zaman üzrə biliklərdə öz əksini tapır. İcmal mövzuların tədrisində tarixlə əlaqə xüsusi əhəmiyyət kəsb edir. İcmal mövzuların öyrənilməsi zamanı şagirdlərə tarixi-ədəbi məlumatların verilməsi ayrı-ayrı dövrlərdə ədəbiyyatın inkişaf xüsusiyyətləri barədə aydın təsəvvür yaratmağa xidmət edir. Məsələn, X sinifdə “Qədim dövr Azərbaycan ədəbiyyatı” mövzusu keçilərkən Zərdüşt, atəşpərəstlik, I minilliyin sonu II minilliyin əvvəllərində ölkənin etnik-sosial mənzərəsinin yaradılması, ədəbiyyatda əvvəlcə ərəb, sonra isə fars dilində yazmaq ənənəsinin səbəbləri və s. barədə konkret məlumatların verilməsi zəruridir.
Ədəbiyyat dərslərində öyrənilən mövzular dil, tarix, coğrafiya, insan hüquqları, din, həyat bilgisi ilə ardıcıl, sistemli şəkildə əlaqələndirilməlidir. Məsələn, X sinifdə Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının tədrisi zamanı tarix, coğrafiya, dinlə əlaqə yaradılması zərurəti meydana çıxır. Poemanın ənənəvi girişlə – tövhid, minacat, nətlə başlanmasının səbəbləri, məsnəvinin mahiyyəti, xüsusiyyətləri barədə məlumat vermək, şagirdləri əlavə mənbələrə yönləndirmək lazım gəlir. Əsərin mövzusu, baş qəhrəmanı tarixdən götürüldüyü üçün tarix fənni, coğrafi adlardan istifadə olunduğuna görə coğrafiya fənni üzrə iəlicədən qazanılmış biliklərə istinad olunması mənimsəmənin əhatəliliyinə, dərinliyinə əhəmiyyətli dərəcədə təsir edir.
Dərslik komplekti kurikulumun tələblərinin reallaşdırılması üçün müəllimin yaradıcı, təşəbbüskar fəaliyyətinə imkan yaradır. Müəllim dərsə hazırlaşarkən, ilk növbədə sinfin səviyyəsini, qarşıya qoyduğu təlim məqsədlərini nəzərə almalı, mətnlərlə bağlı sual və tapşırıqlardan yaradıcı istifadə etməklə dərsi hansı variantda təşkil etməyin daha faydalı olduğunu müəyyənləşdirməlidir.
Bu və ya digər dərsdə daha çox standartın reallaşdırılması cəhdinə haqq qazandırmaq olmaz. Biliklərin mənimsənilməsində, bacarıqların formalaşmasında ardıcıllığı, mükəmməl sistemi daim diqqət mərkəzində saxlayan müəllim öz seçimini edir və bunu əsaslandırır.
Qarşıya qoyduğu məqsəddən, şagirdlərinin hazırlıq səviyyəsindən çıxış edən müəllim dərslikdən, metodik vəsaitdən, sual və tapşırıqlardan yaradıcı istifadə edir.
DİFERENSİAL TƏLİM İMKANLARI
Diferensial təlim bilik və bacarıqların mənimsənilməsini təmin etmək üçün müxtəlif öyrənmə və düşüncə tərzinə malik olan şagirdlərin fərdi xüsusiyyətləri və imkanlarının nəzərə alınmasını nəzərdə tutur. Diferensial təlimin alt komponenti olan inklüziv təlimin əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil edir.
İnklüzivlik – sağlamlıq imkanları məhdud olan uşaqlarda özünə inam yaratmaqla yanaşı, onlara digər yaşıdları ilə eyni məktəbdə təhsil almaq şəraitinin yaradılmasıdır. Xüsusi yanaşmaya ehtiyacı olan şagirdlərə diqqət göstərilməli, seçim imkanlarından yararlanmalarına, qabiliyyətlərini inkişaf etdirimələrinə şərait yaradılmalıdır.
Təhsilə fərqli maraq göstərən, qavrama qabiliyyətləri müxtəlif olan uşaqlarla da işləyərkən müəllim bilik və bacarıqların özəl forma və variantlarda çatdırılmasına çalışmalıdır.
Dərsliyə daxil edilmiş sual və tapşırıqları müəllimin çoxvariantlı şəkildə təklif etməsi imkanı genişdir, bu, diferensial təlimin reallaşdırılması üçün zəmin yaradır.
Müasir məktəbdaxili qiymətləndirmə
Azərbaycan Respublikası təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə 1-7-ci siniflərdə məktəbdaxili qiymətləndirmə qaydalarında bir sıra dəyişiklik edilmişdir (bax: http://www.muallim.edu.az/arxiv/2013/34/26.htm).
Ümumi orta təhsil proqramı (kurikulum) nəticəyönümlü lük prinsipi ilə hazırlandığına görə şagirdlərin əldə etdikləri təlim nəticələrinin qiymətləndirilməsi vacibdir. Çünki artıq şagiridin hər hansı bir mövzunu dərslikdən əzbərləyib danışması onun bilik, bacarıq, vərdiş və dəyərlərinin ölçüsü ola bilmir. Müəllim hər bir dərs üçün reallaşdıracağı məzmun standartlarından təlim nəticələri müəyyənləşdirməli və sonda bu təlim nəticələrini meyarlarla ölçməyi bacarmalıdır.
Müəllim üçün metodik vəsait
7
Müəllim üçün metodik vəsait
Müəllim üçün metodik vəsaitdə təlim materiallarının mənimsənilməsi və müva-
fiq fəaliyyət növlərinin tətbiqi üzrə iş dərsliyə uyğun olaraq, üç əsas metodoloji
mərhələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni
biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi.
Klassik və müasir ədəbiyyat nümunələri üzrə dərslərdə, eləcə də şagirdlərin
mənbələrlə müstəqil işinin təşkilində müəllimin bələdçilik fəaliyyəti mühüm əhə-
miyyət kəsb edir. Belə ki, bu sinifdə mürəkkəb süjetli və kompozisiyalı, müxtəlif
janrlarda irihəcmli əsərlərin, icmal mövzularının qavranılmasında yarana bilən
müəyyən çətinliklər təlim prosesində müəllimin yönləndirici şərhlərinə xüsusi
diqqət yetirilməsini tələb edir.
XI sinif üzrə məzmun standartları və təlim nəticələri
XI sinfin sonunda şagird:
ifadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranıl-
ması, təhlili və qiymətləndirilməsi məqsədilə istifadə etməyi bacarır;
müxtəlif ədəbi növdə olan mürəkkəb kompozisiyalı əsərlərin məzmununu
qavrayır, mənəvi dəyərlər, fakt və hadisələrlə, obrazlarla bağlı yazıçı mövqeyini
aydınlaşdırır;
əsərin mövzusunu, ideyasını, başlıca problemini və konfliktini müəyyənləşdirir,
bağlı olduğu dövrün ictimai-siyasi, estetik yanaşmalarından çıxış etməklə əsərə
münasibət bildirir;
çoxsüjetli, mürəkkəb kompozisiyalı epik və dramatik əsərləri, lirik şeirləri bədii
xüsusiyyətlərinə görə təhlil edir;
şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə müxtəlif üsullardan
(nağıletmə, təsvir, nümayiş) istifadə etməklə ümumiləşdirmələr aparır, nəticə çıxa-
rır;
müxtəlif səciyyəli yazılarda mövzuya, problemə, konfliktin həlli yollarına müna-
sibətini tutarlı dəlillərlə, məntiqi ardıcıllığı gözləməklə, ümumiləşdirmələr apar-
maqla əsaslandırır.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.
Ədəbiyyat
və həyat həqiqətləri
Şagird
:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə və süjetli əsərlərdə (hekayə,
povest, roman, dram, komediya, faciə, poema) tanış olmayan sözlərin, ifadələrin
mənasını mənşəyinə və işlənmə məqamına görə izah edir.
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavra-
nılması, təhlili və qiymətləndirilməsi məqsədilə istifadə edir.
1.1.3. Mürəkkəb süjetli və kompozisiyalı bədii nümunələrdə əhvalat və hadisələr
arasındakı səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, mətni hissələrə ayırır, plan tər-
tib edir, məzmununu müxtəlif formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir.
8
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan əsərlərdə (poema, hekayə, povest, roman,
dram, komediya, faciə) əksini tapan mühüm milli-mənəvi, bəşəri dəyərlərə əsaslan-
dırılmış münasibət bildirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, mürəkkəb süjetli və kompo-
zisiyalı ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, bənzətmə,
metafor, metonimiya, sinekdoxa, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii
təzad, kinayə (sarkazm), inversiya) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri və süjetli əsərləri (poema,
hekayə, povest, roman, dram, komediya, faciə) kompozisiya, dil, üslub baxımından
təhlil edir.
1.2.2. Obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və
əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir, müqayisələr aparır.
1.2.3. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli bədii nümunələrdə
bədii təsvir və ifadə vasitələrinin obrazlılığın təmin edilməsindəki roluna əsaslan-
dırılmış münasibət bildirir.
1.2.4. Bədii nümunələrin mövzusuna, ideyasına, başlıca probleminə, konfliktinə
dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət
bildirir və qiymətləndirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və
çıxışlarında bədii-emosional və obrazlı ifadələrdən istifadə edir.
2.1.2. Dil və üslub xüsusiyyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı
mühakimələrini faktlarla əsaslandırır.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçının mövqeyinə tənqidi münasibə-
tini əsaslandırır, dinləyicilərin rəyini nəzərə alır, mimika və jestlərdən məqsəd-
yönlü istifadə edir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif
mənbələrdən seçdiyi inandırıcı faktlardan, şəxsi təəssüratlarından istifadə edir.
3.1.2. Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideyasına, proble-
minə, bədii xüsusiyyətlərinə münasibət bildirir, ümumiləşdirmələr aparır, nəticə
çıxarır.
3.1.3. 3,5-4 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst
mövzuda inşa, esse, məqalə, məruzə) yazır.
9
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ
REALLAŞDIRILMASI CƏDVƏLİ
Məzmun
xətti 1
Məzmun
xətti 2
Məzmun
xətti 3
M.st.
1.1
M.st.
1.2
M.st.
2.1
M.
st.
2.2
M.st.
3.1
Saatlar
BÖLMƏ VƏ MÖVZULAR
1.1.1
1.1.2
1.1.3
1.1.4
1.1.5
1.2.1
1.2.2
1.2.3
1.2.4
2.1.1
2.1.2
2.2.1
3.1.1
3.1.2
3.1.3
1. Azərbaycan ədəbiyyatında
tənqidi realizm və romantizm
dövrü
+ + 1
2. C. Məmmədquluzadə. Həyatı,
yaradıcılıq yolu.
+ + 1
3. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Məzmun
üzrə iş
+ + + 1
4. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Məzmun
üzrə iş
+ +
+ + 1
5. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Təhlil üzrə
iş
+ + + 1
6. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Təhlil üzrə
iş
+ + + + 1
7. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Tətbiq.
Müzakirə. Yaradıcı iş
+
+ +
1
8. M.Ə.Sabir. Həyatı,
yaradıcılıq yolu
+ + 1
9. M.Ə.Sabir. “Neylərdin,
ilahi?!”. Məzmun üzrə iş
+
1
10. M.Ə.Sabir. “Neylərdin,
ilahi?!”. Təhlil üzrə iş
+ + +
1
11. Kiçik summativ qiymətləndirmə
1
12. H.Cavid. Həyatı, yaradıcılıq
yolu
+ + +
1
13. H.Cavid. “İblis”. Məzmun
üzrə iş
+ + + + + 1
14. H.Cavid. “İblis”. Məzmun
üzrə iş
+ + + + + 1
Az
ərbaycan
əd
əbiyyat
ında t
ənqidi realizm v
ə romantizm dövrü
15. H.Cavid. “İblis”. Təhlil üzrə
iş
+ + + + 1
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.