Press "Enter" to skip to content

Kateqoriya: Coğrafiya

Antarktidanın Iqlimi

Coğrafiya məsələləri

Issuu Features

  • Issuu Features – Fullscreen Sharing
  • Issuu Features – Visual Stories
  • Issuu Features – Articles
  • Issuu Features – Embed
  • Issuu Features – Statistics
  • Issuu Features – SEO
  • Issuu Features – InDesign Integration
  • Issuu Features – Cloud Storage Integration
  • Issuu Features – GIFs
  • Issuu Features – AMP Ready
  • Issuu Features – Add Links
  • Issuu Features – Teams
  • Issuu Features – Video
  • Issuu Features – Web-ready Fonts
  • Solutions – Designers
  • Solutions – Content Marketers
  • Solutions – Social Media Managers
  • Solutions – Publishers
  • Solutions – PR / Corporate Communication
  • Solutions – Students & Teachers
  • Solutions – Salespeople
  • Solutions – Use Cases

Industries

  • Industries – Publishing
  • Industries – Real Estate
  • Industries – Sports
  • Industries – Travel

Products & Resources

  • Products & Resources – Plans
  • Products & Resources – Partnerships
  • Products & Resources – Developers
  • Products & Resources – Digital Sales
  • Products & Resources – Elite Program
  • Products & Resources – Publisher Directory
  • Products & Resources – Redeem Code
  • Products & Resources – Support

Explore Issuu Content

    • Explore – Arts & Entertainment
    • Explore – Business
    • Explore – Education
    • Explore – Family & Parenting
    • Explore – Food & Drink
    • Explore – Health & Fitness
    • Explore – Hobbies
    • Explore – Home & Garden
    • Explore – Pets
    • Explore – Religion & Spirituality
    • Explore – Science
    • Explore – Society
    • Explore – Sports
    • Explore – Style & Fashion
    • Explore – Technology & Computing
    • Explore – Travel
    • Explore – Vehicles

    Coğrafiyanın tədrisində praktik işlər. Ekskursiyalar.

    Plan.
    1.Coğrafiyanın tədrisində praktik işlərin aparılması.
    2.Ekskursiyaların keçirilməsi.
    Coğrafiyanın tədrisi prosesində məktəbin həyətində coğrafiya meydançasında və ətraf məhəllədə çalışmalarla bağlı olan bir sıra praktik işlər icra edilir. Bunlarında sahəsində şagirdlərdə həyati əhəmiyyəti olan praktik bacarıqlar və vərdişlər aşılanır. Həmin praktik işlər arasında topoqrafik və morfometrik xarakterli çalışmalar üstün yer tutur. Misal olaraq:
    Kompasla qütb ulduzuna , günəşə və yerli əlamətlərə görə sərhədlərin təyini.
    Addımla, gözə yarı və ruletka ilə məsafələrin ölçülməsi və addım miqyasının təyin edilməsi.
    Yolun plana alınması, düz və geriyə kəstirmə üsulu ilə sahənin gözə yarı plana alınması.
    Məhəllənin profilinin tərtibi nisbi hündürlükləri ( yamac, təpə, çökəklik ) gözə yarı nivelirlə təyin edilməsi. Yamacların meyilliyinin təyini.
    Çayın eninin, orta dərinliyinin, orta axın sürətinin, canlı en kəsiyinin sahəsinin və su sərfinin hesablanması və en kəsiyinin profilinin tərtibi.
    Torpaq qatlarından nümunələrin götürülməsi .
    Hava üzərində müşahidələri zamanı metroloji cihazlarla praktik iş.
    Çay üzərində praktik iş aparılarkən çay yatağının morfometrik elementlərinin, çayın enini, dərinliyi, canlı en kəsiyinin sahəsini təyin etmək mühümdü. Bunun üçün çayın üzərində axına perpendikuliyar istiqamətdə metrlərə bölünmüş kəndir məftil çəkilir.
    Dərinliyi ölçülür. Yatağın kələ – kötürlüyü nəzərə alınır və çayın en kəsiyinin profili çəkilir. Çayın orta axın sürəti təyin edilir. Təpənin və çökəkliyin plana alınması və horizontalarla təsviri zamanı nivelirləmə üçün dörd istiqamət müəyyən edilir və onlar nişanlanır. Hündürlüklər ölçülür və qeydlər aparılır. Ölçülmüş nöktələr səlis ayrı xətlə birləşdirilir horizontallar alınır. Gözə yarı planlama üçün əvvəl miqiyas seçilir. Sonra plan çəkmə zamanı keçilən məsafə ölçülür. Sonra planşetdə qeydlər aparılır. Gözəyarı plan çəkmə zamanı çıxış nöqtəsindən başlanılır. Buna görə çıxış nöqtəsi elə seçilməlidir ki burdan baxanda plana alınacaq sahə bütünlüklə və ya çox hissəsi görünsün. Çıxış nöqtəsində əvvəlcə planşet kompasla cəhətləndirilir. Məhəlin torpaq örtüyünün öyrədilməsi üçün dayanacaq nöqtəsində çala qazılır. Belə bir yeri müəllim şagirdlə bir yerdə keçir. Əgər plana alınacaq sahənin səthi və bitki örtüyü müxtəlifdirsə xarici görünüşə görə bir birndən fərqlənən və xeyli aralı olan 2-3 xəndək qazılır. Əldə edilən torpaq kəsiyinin nəzərdən keçirilib təsvir olunması sxeminin çəkilməsi qat nümunələrinin götürülməsi ilə başa çatır. Coğrafiya ekskursiyalarının aparılması əsasən təbiət və təsərrüfatın xüsusiyyətlərinin öyrənmək məqsədi daşıyır. Ekskursiya zamanı hadisə və obyekt haqqında obrazlı və məzmunlu təsəvvürlər yaranır ki, bu təsəvvürlər bir çox coğrafi məvhumların formalaşmasına kömək edir. Şagirdlər ekskursiya ərzində müşahidə etdikləri və tanış olduqları obyekt və hadisələri bir biri ilə müqayisə etmək yolu ilə fərqli və oxşar əlamətlərini müəyyən edirlər. Ekskursiyalar müxtəlif olur. Tədris ekskursiyaları bu tip ekskursiyalar proqramda vaxtı və yeri müəyyən edilmiş ekskursiyalardı. Belə ekskursiyalarsiniflər üzrə proqram materialının dərindən və möhkəm üçün mənimsənilməsi üçün istifadə olunur. Tədris ekskursiyaları dərs kimi məcbur sayılır. İqtisadi coğrafiya kursunun tədrisi ilə təşkil edilən ekskursiyalar xüsusi istehsalat müəssisələrinə , fabrikə, zavoda , elektrik stansiyalarına, limana, fermalara təşkil olunan ekskursiyalardı. Fiziki coğrafiyanın öyrənilməsi üçün təşkil edilən ekskursiya təbiətə, yerli landşaftları öyrənilməsinə təşkil edilir. Ekskursiya hazırlıq mərhələsi keçirilir. Bu zaman müəllimin əsas vəzifəsi keçirilmiş materialların təkrar edilməsi üçün suallar seçmək, şagirdlərdə yeni məvhumların yaradılması üçün yeni təsəvvürlər alacaqlarını müəyyən etmək,tədqiqat obyektini seçmək, onu hər tərəfli öyrənməkdən ibarət olmalıdır. Bu zaman məhəl və obyektə aid xəritə, ədəbiyyat seçilir. Sonra müəllim ekskursiyanın marşrutunu hazırlayır. Məsafələrdən və obyektin miqdarından asılı olaraq dayanacaq nöqtələri müəyyən edilir. Müəllim ekskursiyanın keçirilməsi planını tərtib edir, obyektlərin qısa məzmununu və görəcək işləri müəyyənləşdirir, qeydlərin aparılması fotoların çəkilməsi və digər işlər göstərilir. Əgər hər hansı bir istehsalata ekskursiya təşkil edilirsə müəllim ekskursiyaya hazırlıq dövründə şəxsən həmin müəssisəyə gedib istehsalatın texnoloji prinsipləri və prosesləri ilə tanış olur, rəhbər işçilərlə danışır, ekskursiya vaxtını müəyyən edir.

    Bunu paylaş:

    Bunu bəyən:

    Bəyən Yüklənir.

    Coğrafiyanın tədrisində illustrasiya və demonstrasiya. Tədris filmləri, çertyoj və rəsmlərin çəkilməsi, kolleksiya və modellər.

    Plan.
    1. Coğrafiya tədrisində illustrasiya və demonstrasiya.
    2. Tədris filmləri.
    3. Çertyoj və rəsimlərin çəkilməsi.
    4. Kolleksiya və modellər.

    Coğrafiyanını orta məktəbdə tədrisi prosesində şagirdlər əksər hallarda görünməsi mümkün olmayan obyektləri, təbii və ictimai hadisələri, bütövlükdə yer kürəsini, onun ayrı-ayrı ölkə və rayonlarını mövcud olan müxtəlif və təbii ərazi və ərazi istehsal komplekslərini öyrənirlər. Bu zaman əyani vəsaitlərdən yəni divar şəkillərindən, dərsliyin illustrasiyası, kino filmlər, diafilmlərdən istifadə etməyin böyük əhəmiyyəti vardr. Əyani vəsaitlərdən aşağıdaki məqsədlərdən istifadə edilir
    1). Görmə obrazları yaratmaq məqsədilə.
    2). Fərdi coğrafi anlayışların forması, onların əsas və ikinci dərəcəli əlamətlərini, anlayışların daxili və xarici əlaqələrinin mənimsənilməsi üçün.
    3). Coğrafi biliklərin mənimsənilməsi keyfiyyətini artırmaq məqsədlə təlimdə yüksək emosionallıq yaratmaq üçün.
    4). Cğrafi bilikləri yoxlamaq, möhkəmləndirmək, təkrarlama üçün.
    Istifadə edilən əyani vəsaitin məzmununda qarşıda qoyulan didaktik məsəddən asılı olaraq əyaniliyin tətbiqi metodikası həmişə eyni olmur. Coğrafi şəkillər arasında ayrı-ayrı coğrafi kurslar üzrə seriya halında nəşr edilən rəngli divar şəkillərin əhəmiyyəti çoxdur. Müəllim həmdə rəssamların çəkdiyi şəkillərin reproduksiyalarından xüsusən mənzərə rəsimlərindən daha çox istifadə edir. Şəhərlərin görünüşü digər təbii mənzərələr və s. Coğrafi şəkilərlə iş priyomu, onların məzmunu öyrənilən obyektlərin və hadisələrin obraz və mahiyyətinin tam və dolğun əks etdirilməsi qarşıda qoyulan didaktik məqsəd təsvir edilmiş obyekti qavramaq üçün müəyyən edilir. Coğrafiya dərslərində şəkillər aşağıdakı ardıcıllıqla təhlil edilir.
    1. Şəkilin ümumi baxışla qavranılması.
    2. Şəklin xəritə ilə əlaqələndirilməsi.
    3. Ayrı – ayrı hadisələrin təhlili və onların xüsusiyyətlərinin izahı.
    4. Əldə edilmiş məlumatların ardıcıl nağıl şəkli təsvir edilməsi.
    Coğrafi şəklin dərsdə dərindən təhlili xeyli vaxt apardığı üçün 2 – 3 şəklin təhlil edilib öyrənilməsi ilə kifayətlənmək olar. Məsələn: 6 cı sinifdə cəbəllütariq boğazı şəklini aşağıdakı kimi nəzərdən keçirmək olar: Şəkildə nə təsvir edilmişdir ? Boğaz hansı materikləri ayırır ? Boğaz hansı hövzələri birləşdirir ? şəkildə afrika və avrasiya şəkillərini göstərin. Boğazın enini , suyu təsvir edin. Şəkil üzərində işin təşkilində müsahibə, xəritə ilə əlaqə mühüm yer tutur. Yuxarıda göstərilən suallara cavab aldıqdan sonra müəllim Cəbəllütariq boğazından istifadə edilməsi haqqında danışaraq nəqliyyat və hərbi əhəmiyyətini qeyd edir. Müəllim Cəbəlüttariq qayalarında yerləşdirilmiş böyük britaniya hərbi dəniz bazasını, hərbi gəmiərini, reaktiv təyyarələrin hərəkəti barədə müxtəlif məlumatlar verir. Tədris filmləri coğrafiyanın tədrisində yüksək əyaniliyi təmin edir. Şagirdlərdə böyük maraq doğurur, öyrənilən obyektlərə başa düşməyə , möhkəm yadda saxlamağa yardım göstərir. Məsələn: digər əyani vəsaitlərlə göstərilməsi mümkün olmayan hadisələr ( vulkan, qabarma və çəkilmə ) ancaq kinoda dolğun əks etdirmək olar. Kino vasitəsilə çox yavaş gedən təbii hadisələrin gedişini sürətləndirmək məsələn: aşınma, yarğanın əmələ gəlməsi və sürətlihadisələrin gedişini ləngitmək olur. Məktəblərdə göstərilən tədris filmlərinin əksəriyyəti konkret mövzulara həsr olunur, qısa metrajlı olur. Filmi göstərməzdən əvvəl müəllim özü baxmalı, şagirdin diqqətini cəlb edəcəyi əsas obyektləri müəəynləşdirir və giriş söhbətinin planını tərtib edir. Coğrafiya dərslərində müəllim öz izahatını əyaniləşdirmək, mühüm hadisələri yadda saxlamaq üçün şəkil, çertyoj, xem çəkilir. Məktəbdə əyani vəsaitlər az olduqda buna eytiyac daha da artır. Bu çertyojları şagirdlər dftərlərə çəkirlər. Onlar çertyoj və rəsimlərə diqqətlə baxır, bunların mahiyyətini dərindən düşünür, fikrin qrafik yolu ilə istifadəsi üsullarını öyrənirlər. Çəkilən rəsimlər və çertyojlar çox aydın, sadə və sxematik olmalı, asan və tez çəkilməlidir. Yazı taxtasında qrafikin çəkilməsi və şagirdlər tərəfindən əksərən onların köçürülməsi xeyli vaxt alır. Dərslikdə olan çəkilməsi çox vaxt alan şəkillərin yazı taxtasına çəkilməsindən imtina edilməli, hazır əyani vəsaitlərlə başa salına bilən, şagirdlərə tanışolan məsələlərə aid şəkillərin çəkilməsinə ehtiyac yoxdur. Şagirdlərdə öyrədilən bir sıra konkret cisimlər haqqında təsəvvürlərin və anlayışların yaranması üçün tədris kolleksiyalarından istifadə edilir. Kolleksiyaların əksəri müxtəlif təbii cisimlər toplusundan ibarət olur. Bu kolleksiyalara natural kolleksiyalar deyilir. Minerallar, dağ süxurları,torpaq,bitki, heyvanlara aid kolleksiyalar və s. Aiddir. Həcmli tədris, əyani vəsaitlər, coğrafi modellər, coğrafiya kursunda öyrənilən müxtəlif relyef formaları ( dağ , silsilə, təpə, çay vadisi, çayların hövzəsi, su ayırıcı sahil tipləri və başqa coğrafi byektlərin xarici görünüşü haqqında düzgün təsəvvür yaratmaq üçün tətbiq olunur. Bu zaman relyef formalarının maketləri daha mühümdür. Həcmli vəsaitlərin, modellərin digər növü relyef xəritələridir. Bu tip xəritələrdə müxtəlif yerlərin, ölkələrin səth quruluşu, sahil tipləri təsvir edilir. Relyefin sahil tiplərinin maketlərini və xəritələrinin əsas qüsuru onların üfiqi və şaquli miqyaslarının bir-birinə uyğun gəlməməsidir. Bir qayda olaraq maketlərdə və relyef xəritələrində şaquli miqyas üfiqi miqyasdan ən azı 10 dəfə böyük göstərilir. Bu da dağın uzunluğu, eni ilə hündürlüyünün həqiqi nisbətləri arasında ciddi fərqlərlə nəticələnir. Bir sıra modellərdən də istifadə edilir. Modelin köməyi ilə şagirdlər cihazların ( termometr, flüger, barometr, kompas )quruluşunu yaxşı başa düşür. Məhəldə praktik iş zamanı ekkeldən, nivelirdən, ölçü tipi, bucaq ölçəndən istifadə edilir.

    Bunu paylaş:

    Bunu bəyən:

    Bəyən Yüklənir.

    Coğrafiyanın tədrisində xəritə və atlaslardan istifadə, sxemlərin çəkilməsi.

    Coğrafiyanın tədrisində xəritələr mühüm bilik mənbəyi olan başlıca əyani vasitədi. Xəritə üzərində bir anda yer səthinin böyük hissələrini, bütövlükdə yer kürəsini nəzərdən keçirmək olur. Görünməsi mümkün olmayan sahəhlər haqqında ancaq xəritə vasitəsilə təsəvvür yaradılır. Bu münasibətlə məşhur metodislərdən biri belə yazmışdı:- Şagirdlər Qafqaz, Böyük Britaniya, Cənubi Amerika və başqa ərazilərin heç olmazsa ən qaba sxematik xəritəsini görməsələr bu ölkələr haqqında onlar üçün xüsusiyyət təşkil edən sahil xətti,iqlim, relyef, hidroqrafik şəbəkə, bitki örtüyü barədə təsəvvür yarnmaz. Xəritə olmasa coğrafi adların yadda saxlanılması mənasız əzbərçilik olar. Yer səthində onun ayrı-ayrı hissələrində cisim və hadisələrin yerləşməsi haqqında məlumatların əks etdirilməsi xəritənin başlıca vəzifəsidi. Xəritə əvəzedilməz dərk etmə vasitəsidir. Belə ki, cisim və hadisələrin məkandaki mövqeyi, istiqamətləri, sərvətləri, qarşılıqlı yerləşməsi haqqında aydın və dəqiq təsvvür verir. Xəritə hər bir coğrafi tədqiqatın başlanğıc vasitəsidi. Bütün mənbələrdə onu müşayət etməklə son nəticədə olan xəritələr şərti işarələrin dili ilə təsvir edilən təkcə yerləşməsi deyil həmdə onun inkişafını əks etdirir. Xəritələrin verdiyi məlumatları ala bilməküçün kartoqrafik və coğrafi biliklərə sahib olub onlardan istifadə etməyi bacarmaq yəni xəritəni oxumaq lazımdır. Coğrafiyanın təlimi prosesində xəritə çox mühüm rol, pedoqoji, psixoloji vəzifəni yerinə yetirərək bilikləri sistemləşdirir. Onların mənimsənilməsi və yadda qalması asanlaşdırır. Xəritə ilə məzmunca və formaca müxtəlif frontal və fərdi praktik işlər aparmaq ətraf ərazilərin öyrənilməsi və təssərüfatda mənimsənilməsilə əlaqədar olan məsələləri həll etmək mümkündür. Xəritəsiz coğrafiya elmi mövcud olmadığı kimi coğrafiya fənnidə tədrisi qeyri mümkündür. Xəritələr ərazi əhatə etməsinə, məzmununa, miqyasa, vəzifəsinə və s. əlamətlərə görə təsvir edilir. Ərazi əhatə etməsinə görə xəritələr dünya və yarımkürələr, materiklər və okeanlar onların hissələri ayrı-ayrı dövlətlərin, vilayət və rayonlar kimi növlərə ayrılır. Məzmununa görə xəritələr ümumcoğrafi və tematik tiplərə ayrılır. Ümum coğrafi xəritələrdə bütün kompanentlər eyni dərəcədə təsvir edilir. Məsələn : fiziki xəritələr misaldı. Tematik xəritələrdə təbiət hadisələri təsvir edilən fiziki-coğrafi xəritələrə və ictimai hadisələrə təsvir olunan icmal iqtisadi xəritələrə bölünür. Məsələn :siyasi-inzibati xəritə, əhali xəritəsi, bitki örtüyünün xəritəsi, torpaq xəritəs və s. Tematik xəritələr ümumi və sahəvi xəritələrə bölünür. Miqyasa görə iri miqyaslı, orta miqyaslı və kiçik miqyaslı tiplərə bölünür. Divar xəritələri dərsdə yeni materialı şərh edərkən müvafiq obyektləri göstərmək, təkrarlama,çalışma , şagirdlərin biliklərini öyrənmək üçün istifadə edilir. Bu xəritələrdə sahil xətlərinin, çayların və s. Təsviri olduqca qabarıq verilir. Düzənliklərə dağların, quru ilə suyun sərhədi parlaq rənglərin köməyi ilə fərqlənir. Stol üstü xəritələrdən dərsliyə əlavə edilən rəngli xəritələrdən ( dərsliyə əlavə edilən rəngli xəritələrdən ), mətn xəritələrdən, atlasın xəritələrindən geni şistifadəsi aiddir. Divar xəritələrindən fərqli olaraq stol üstü xəritələrdən sinifdə və evdə şagirdlərin müstəqil işi üçün istifadə edilir. Dərsliyin mətn xəritələri onlara əlavə edilmiş xəritələrdən fərqli olaraq ağ-qara rənglərlə təsvir edilmiş fiziki və iqtisadi xəritə sxemlərdən ibarət olur. Onların məzmuna əksərən dərsliyin müvafiq mətninə uyğun gəlir. Hazırda bütün kurslar üzrə müvafiq dərs atlaslar mövcüddür. Eyni zamanda atlasın xəritələri müvafiq divar xəritələri ilə eyni proyeksiyalarda qurulur. Atlasın xəritələrində əlavə yük verilir. Onlara coğrafi adların göstəriciləri və cədvəllər əlavə olunur. Həmdə sinif və ev çalışmalarını yerinə yetirərkən bilikləri yoxlayıb qiymətlənditmək məqsədilə kontur xəritələrdən istifadə edilir. Kontur xəritələr tək-təkhalında ayrı-ayrı siniflər buraxılır. Məzmunu müvafiq sinfin proqramına uyğun gəlir. Coğrafiyanın tədrisində kartoqrafik təsvirlərdən biri olan qlobusun rolu böyükdür. Qlobus böyük, orta və kiçik növlərə bölünür. Şagirdlərin müstəqil işi üçün istifadə olunur. Dərəcə torunu öyrədməkdə isə qara qlobusdan ( indiksion ) istifadə edilir. Induksion qlobus vasitəsilə yerin sutkalıq və illik hərəkətini göstərmək, fəsillərin əmələ gəlməsini göstərmək üçün telluridən istifadə olunur. Xəritəni oxumağı şagirdlərə öyrədərkən birinci xəritəni başa düşmək lazımdı, yəni kartoqrafik biliklərə malik olmaq, xəritənin nə olduğunu, onun xassələrinin məzmununu, vəzifəsini, üzərindəki şərti işarələrin nəyi bildirdiyini, xəritələrdən necə istifadə edildiyini bilək lazımdır. Xritəni oxumaq, yəni şərti işarələrin məcmusundan istifadə edərək nəzərdən keçirilən hər hansı ərazinin coğrafi xüsusiyyətləri haqqında düzgün nəticə çıxarmaq xəritələrin koməyi ilə təbii və ictimai obyektin , hadisənin yerləşməsini müasir vəziyyətini öyrənməyi bacarmaq lazımdır. Xəritənin ən mühüm əlamətləri onun planı ilə tutuşdurulması yolu ilə nəzərdən keçirilir.
    1. Xəritədə təsvirlərin şərtliyi.
    2. Təsvirlərin kiçildilməsi
    3. Təsvirin genelorizasiyası.
    4. Planda və xəritədə cəhətlərin xüsusiyyətləri.
    Bu təsvirlər ekskursiyalardan, kinofilmlərdən, şəkillərə baxışdan əldə etmək olar. Topoqrafik coğrafiya xəritələrdə şərti işarələrin izahı, obyektin tapılması, hündürlük və dərinlik şkalası, koordinantların təyini, cəhətlərin və məsafələrin ölçülməsi üçün kortoqrafik şəbəkədən istifadə vacibdir. Xəritənin oxunması dedikdə aşağıdakılar nəzərdə tutulur.
    1. Şərti işarələrdən istifadə edərək təsvir etdikləri ayrı-ayrı obyekt və hadisələrin aydınlaşdırılması.
    2. Həmin obyekt və hadisələrin mövqeyi və yerləşməsi haqında məkan təsəvvürünün əldə edilməsi.
    3. Öyrənilən ərazinin bu və ya digər xüsusiyyətləri haqqında məlumat əldə etmək
    Xəritəni oxumaq bacarığı kifayət qədər əldə etdikdən sonra. Şagirdlər coğrafi obyektiləri( təbii ərazi kompleksləri, ərazi istehsal kompleksəliri və s.) xarakteristikasını araşdıra bilir. Bunun üçün plan olmalıdır. Plana müvafiq obyektlərin ( dəniz, dağ, çay, ölkə, rayon ) xəritə üzrə xarakteristikasını sxematik verə bilər.
    Məsələn : dənizin xəritə üzərindəki xarakteri aşağıdakı planla verilə bilər.
    1. Hansı okeanın hövzəsinə aiddir.
    2. Başqa dənizə, okeana, ətrafındakı quruya görə mövqeyi.
    3. Mühüm körfəz, ada, yarımadalar.
    4. Sahil xətti.
    5. Ən dərin və dəyaz yerləri.
    6. Donub donmaması.
    7. Duzluluğu, bitki və heyvanat aləmi.
    8. Dənizin təsərüffat əhəmiyyəti.
    Xəritə üzrə coğrafi nomenklaturanın öyrənilməsi proqramda müəyyən edilmiş minimum adların və onların xəritədəki yerlərinin şagirdlərin hafizəsində möhkəm qalmasının təyin edilməsi müəllimin əsas vəzifələrindən biridir. Nomenklaturanın adların yadda saxlanıb düzgün tələfus edilməsi, xəritədəki yerlərin tabılıb göstərilməsinə nail olmaq üçün müxtəlif priyomlardan istifadə olunur. Əvvəl müəllim özü adları düzgün tələffüz edir, xəritədə göstərir, şagirdlərə göstətdirir, deditdirir, çətin adları yazı taxtasına yazır.

    Bunu paylaş:

    Bunu bəyən:

    Bəyən Yüklənir.

    Coğrafiyanın tədrisində materialların şifahi şərhi metodları,izah, mühazirə, müsahibə.

    Şifahi şərh metodları dedikdə dərsdə müəllimin nağılı izahı, mühazirəsi, ha belə müsahibə , ucadan oxu nəzərdə tutulur. Bu metodlardan müəllim qısa vaxt ərzində istifadə edərək öyrədilən mövzunu aydınlaşdırır, ölkəşünaslıq, materiallar və müasir həyatdan götürülmüş faktlar əsasında şagird dünyagörüşünün formalaşmasına şərait yaradır. Şifahi şərh şagirdlərdə şifahi nitqdən bilik əldə etmək, başqasının danışığını dinləmək qabiliyyətini inkişaf etdirir. Şagirdlər üçün coğrafi materialın ardıcıl və məntiqi izahına şərait yaradır. Şifahi şərh metodunda şagirdlərin dərk etmə fəaliyyətinə bacarıqla rəhbərliketməsinə imkan yaradır. Bu metodda aşağıdakı priomlar tətbiq edilir:-Şagirdlərə dərsin mövzusu elan edilir, coğrafi xarakteristikaların tipik planı verilir. Dərindən və möhkəm mənimsənilməli olan fakt və anlayışlar müəyyən edilir. Anlayışlar hissələrə bölünür. Problem situasiyası yaradılır. Müvafiq suallar qoyulur. Müqaisədən istifadə edilir. Şifahi şərhi dinləmə vərdişi şagirdlərdə tədricən yaranır. Şifahi şərh xəritə üzərində iş, əyani vəsaitlərlə iş, qrafik və dioqromlarla iş, dərslik üzərində iş, coğrafiya tədrisində istifadə olunan tədris materiallarıdır. Coğrafiyanın tədrisi zamanı nağılın iki tipundən:-aydınlaşdırıcı və təsviri nağıldan.istifadə edilir. Aydınlaşdırıcı nağıl etmə əsas metod kimi izah, müsahibə, xəritə və müxtəlif əyani vəsaitlərdə üzərində işlə tətbiq edilir. Təsviri nağıl etmədə elmi kütləvi və ədəbiyyatdan səyyahların yol qeydlərindən, gündəliklərdən, şəxsi səyahətlərdən, kinofilmlərdən əld edilmiş təəssüratlardan istifadə edilir. Izah metodunda müəllim öyrənilən coğrafi obyektin, hadisənin qarşılıqlı əlaqə və səbəblərinin tam izahını verir. Izahın gedişində problem setuasiyasının yaradılması üçün suallar qoyulur, məntiqi mühakimə üçün şərait yaradılır. Sxemlərdən , statistik materiallardan, qrafik və dioqramlardan, xəritələrdən istifadə edilir. Mühazirədə dərk etmə fəaliyyətinə rəhbərlik etmək üçün şərh edilərək məsələnin qoyuluşu, məntiqi quruluşu vacibdir qabaqcadan yazı taxtasına mühazirənin planı yazılır. Şərh zamanı problemxarakterli sualın sinifinqarşısında qoyularaq müəllim tərəfindən şərh edilir. Çətin adlar, rəqəmlər lövhəyə yazılır. Xəritə sxemlərdən, cədvəllərdən istifadə edilir. Müsahibə metodunda əvvəlki bilik və bacarıqlara əsaslanaraq müəllim şagirdlərər suallar verib cavab almaqla onların yeni biliklərə müstəqil sürətdə yiyələnməyə sövq edir. Müsahibənin tərbiyyəvi əhəmiyyəti böyükdür: Şagirdlərə fərdi yanaşma üçün bir metoddan istifadə edilir. Evustik müsahibədə coğrafi hadisənin, obyektin əsas və mühüm əlamətlərini cəlb edir, müxtəlif nəticələr çıxartmağa yönəldir. Giriş müsahibəsində keçmiş bilik bacarıqları şagirdlərin yadına salaraq təkrar etdirilir. Şərhedici və aydınlaşdırıcı müsahibədə coğrafi obyektin və hadisənin mahiyyətini və əlamətlərini müəyyənləşdirir. Ümumiləşdirici müsahibədə şagirdlərin biliklərini möhkəmləndirmək, dərinlşdirmək və sistemə salmaq məqsədilə tətbiq edilir. Coğrafiyada bu müsahibə təkrarlama xartakteri daşıyır.

    Bunu paylaş:

    Bunu bəyən:

    Bəyən Yüklənir.

    Coğrafiya tədrisinin başlıca prinsipləri və üsulları.

    Coğrafiya elminin əsaslarının şagirdlərə yaxşı mənimsədilməsi, onların dərsi etmə qabiliyyətlərinin inkişafı əməyə hazırlanmsı işi başqa amillərlə birgə coğrafiyanın təlim metodlarından yerli yerində tətbiq etməkdən çox asılıdır.Beləki müəllim bu və ya digər təlim metodunu öz işində tətbiq etməkləşagirdlərin əqli fəaliyyətini də müəyyən istiqamətə yönəldir.Onlar bilik, bacarıq və vərdişlərlə aşılamağı öyrədir.Müəllim təlim metodlarından istifadə edərək şagirdlərdə yaradıcılıq qabiliyyətinin inkişafına nail olur.Onların biliklərə müstəqil sürətdə yiyələnməyə alışdırır:dünyagörüşünü formalaşdırır.Təlim metodları təkcə müəllimin iş, üsulları deyil , həm də şagirdlərin coğrafiya prosesinin inkişafı deməkdir.Müəllim təlim metodlarından istifadə edərkən bə`zi dərs etmə fəaliyyəti, əqli fəaliyyət priomlarını qabaqcadan bilir.Alimlər göstərir ki,Didanfenado təlim metodları didendə müəllimin rəhbərliyi altında şagirdlərin bilik, bacarıq və vərdişlərlə silahlandırılması, onların dünyagörüşünün formalaşması , dərs etmə qabilliyətinin inkişaf etməsi başa düşülür. Metod termini ilə yanaşı pedaqoji və metodun ədəbiyyatda priom termini işlədilir.Priomdedində tə`lim metodlarını əmələ gətirən, onların tərkibinə daxil olan hissə-elementlər nəzərdə tutulur.
    Məs:Xəritə üzərində iş metodunun tərkibində aşağıdakı preyomlar ayırmaq olar.
    1-Xəritə üzrə hər hansı coğrafi obyektin və hdisənin təsviri.
    2-Xəritə üzrə koordinantların təyini, vaxtın, məsafələrin hesablanması.
    3-Kontur xəritələrinin doldurulması.
    4-Xəritə üzrə fiziki və iqtisadi coğrafi xarakteristikaların tərtibi.
    5-Müxtəlif xəritələrin tutuşdurulması əsasında fiziki və iqtisadi coğrafi qanunauyğunluqlarınaşkar edilməsi.
    Misal çəkilən priomların hər biri xəritə üzrə iş metodunun tərkibinə daxil olduğu halda onlardan heç biri təklikdə həmin metodu əhatə eləmir.Təlim metodları biliklərin əldə edildiyi mənfə`lərə görə bir-birindən fərqlənirlər.Coğrafiya metodlarında öyrənilən bir sıra obyekt, cisim və hadisələr məktəbi əhatə edən rayonda olduğundan praktik çalışma və iş əsasında olduğu kimi müşahidə etmək mümkün olur.Məs:Hava və aşınma hadisələri ətraf relyef. Yerli sular sənaye və k/t müəssisələri göstərilə bilər.Coğrafiyanın əsas mənbələrindən biri kartoqrafiya materiallarıdır.Bu kursun tədrisində Yer nüvəsində yer süxurunda və suyun paylanması, ayrı-ayrı materik və oneonların yerləşməsi , ölkələrin iqtisadi, rayonların coğrafi mövqeyi, sahil xətləri, istilik qurşaqları, dərəcə tonu və s. biliklər öyrədilir.Bu tip biliklər ancaq kartoqrafik materiallara aid olan qlobus, xəritələrdə öyrənmək olur.Proqramda nəzərdə tutulan coğrafi biliklərin mənimsənilməsi üçün dərsləri və kitabdan, müxtəlif əyani vasitələrdən, şagirdlərin özlərinin coğrafi təsəvvürlərindən, təcrübələrindən, yə`ni məhəldə aparılan ölçmə və planalma işləri, hava üzərində müşahidələr və s. də istifadə olunur.Coğrafiyanın təlim metodlarını 3 böyük qrupa bölmək olar.
    1)Söz metodları – əsas bilik mənbəyi kimi şifahi və yazılı sözdür.Nağıl, izahat, mühazirə, ucadan oxu, müsahibə, dərsləri və kitablar üzərində iş, flalistik materiallarla iş və s.
    2)Əyani metodlar –Bura coğrafiya xəritələrindən və əyani vasitələrdən istifadə edilməsi, müşahidələr, təcrübələr aiddir.
    3)Praktik metodlar – bura yolun və sahənin plana alınması , nisbi hündürlüklərin ölçülməsi, relyefin horizontallar üsulu ilə təsviri çayın eninin, dərinliyinin ölçülməsi,orta axın sü`rətinin , en kəsiyinin sahəsinin hesabıanması və profil çertyojunun çəkilməsi.Coğrafiyanın tədrisi prosesində müxtəlif tə`lim metodlarindan istifadə edilir.Çünki universal tə`lim metodu yoxdur.Hər bir tə`lim metodunun müəyyən xüsusiyyəti vardır.Bə`zi təlim metodları xəritə üzərində işləmək bacarıqlarını formalaşdırır.Digər metod isə şagirdlərin məntiqi tələsi kürünü və nitqini inkişaf etdirir.Coğrafiyanın tədrisində müxtəlif metodların birləşmələrindən istifadəedilir.Bu isə şagirdlərin fəallığını artırır.Yorğunluğunu və diqqətini yayılmamasının qarşısını alır.Metodların və müxtəlif birləşmələri işə tədbiq etməklə qarşıya qoyulan didantik məqsədi , öyrənilən proqramı materialının məzmunu, şagirdin hazırlıq səviyyəsi, müəllimin şəxsi keyfiyyəti , məktəbin tədris bazasından asılıdır.Heç bir bilik metodu təklikdə istifadə edilmir.Bir neçə metod birləşmiş halda tətbiq edilir.Məs:Materialların mövqeyini öyrənmək üçün tətbiq edilən müşahidə metodu mütləq xəritə üzərində işlə müşaət olunur.Əksər hallarda şifahi şərh etmə müsahibə və xəritə üzərində iş metodları birliktə olur.Müəllim metodları tətbiq edərkən mövcud şərait və imkana görə ən əlverişli, effektli, aparıcı metodu secməlidir.Coğrafiya tədrisi prosesində öyrədilən proqram mətninin məzmununu, şagirdlərin bilik səviyyəsi müstəqilliyin dərəcəsi dəyişdikcə məntiqi mühakimə, qruplaşdırma, müqayisə və daha mürəkkəb, müstəqil iş tələb edən priomlar tələb olunur.

    Bunu paylaş:

    Bunu bəyən:

    Bəyən Yüklənir.

    Coğrafiya tədrisinin təşkili formaları.

    Coğrafiya tədrisinin təşkili formaları haqqındaanlayış: coğrafiya dərsi, tədris ekskursiyaları, şagirdlərin ev tapşırıqları. diyarşünaslıq müzeyi. Coğrafiya dərnəyi və coğrafiya klubunun məşğələləri və fakultativ məşğələlər,şagirdlərlə məsləhət saatları,imtahanlar.
    Sinif-dərs sistemi coğrafiya təliminin əsas təşkilat formasıdır.Müasir coğrafiya dərslərinə verilən tələblər.Sinif-dərs sisteminin üstünlüklərivə məhdud cəhətləri, bu təlim formasini təkmilləşdirmək yolları.
    Coğrafiyadan əsas dərslikləri: mürəkkəb dərs, yenibilik verən dərs ,bilik və bacarıqları möhkəmləndirəndərs, prktik məşğələ tipli dərs və təkrar dərsləri.
    Coğrafiyadan tədris ekskursiyalarının növləri, onların təşkili və keçirilməsimetodikası.Eekskursiyalarla sinif-dərs sistemi arasında qarşılıqlı əlaqə.
    Məktəbdə coğrafiya kabinetinin təşkilini başlıca xüsusiyyətləri.Kabinetin təlim prosesi üçün böyük əhəmiyyəti, kabinetdə diyarşünaslıq guşəsi.Məktəb diyarşünaslıq müzeyinin işi.
    Coğrafiya meydançasının əhəmiyyəti, onun təchizi burada aparılan iş növləri.
    Məktəbdə coğrafiya üzrə fakultətiv kursların qısa məzmunu ilə ümumi tanışlıq.Şagirdlərin coğrafi hazırlığında və onların peşə-sənət istiqamətində fakultətiv kursların əhəmiyyəti.
    Coğrafiyadan sinifdənkənar və məktəbdənkənar tədbirlər sistemi: elmi-coğrafi və populyar coğrafi əsərlərin oxunuşu və müzakirəsi, gəzintilər, sərgilər düzəldilməsi, məruzələr dinlənilməsi: bədii-coğrafi gecələr foto albomlar və xəritələr hazırlanması, diyarşünaslıq yürüşləri, turizm səfərləri.Coğrafiya dərnəyi və ya coğrafiya klubu ,görkəmli coğrafiya mütəxəsisləri ilə görüşlər.Sinif-dərs sistemi ilə sinifdənkənar tədbirlər sisteminin bacarıqlı əlaqələndirilməsinin müstəsna əhəmiyyəti.

    Bunu paylaş:

    Bunu bəyən:

    Bəyən Yüklənir.

    Məktəb coğrafiyası və onun tədrisi metodikasının qısa tarixi.

    XVIII əsrin başlanğıcında Rusiya məktəb coğrafiyasının yaranması.

    XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində rusiyada məktəb cografiyası və onun tədrisi metodikası.K.D.Uşinski,N.V.Qoqolun coğrafiyanın tədrisinə dair fikirləri. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda məktəb coğrafiyası.Qafur Rəşid Mirzəzadənin elmi-metodik fəaliyyəti.
    1920-30-cu illərdə Rusiyada və Azərbaycanda məktəb coğrafiyasının vəziyyəti.Abbas Quluyev,Bağır Axundov,İbrahim İbrahimbəyli,Hadı Əliyev,Qasım Gül,Ənvər Şıxlinski,Osman Osmanov və başqalarının Azərbaycanda məktəb coğrafiyasının inkişafinda rolu.Azərbaycanda coğrafiyanın tədrisi metodikasının M.Ə.Zülfüqarov və onun davamçıları tərəfindən inkişaf etdirilməsi.Azərbaycan Respublikası coğrafiyasına dair məktəb kursunun yaradılması.
    1992-ci ildən başlayaraq yeni coğrafiya proqramları,dərslikləri,coğrafiya xəritələri,metodik vəsaitlərin yaradılması üzrə aparılan işlər.Coğrafiya olimpiadaları və bunların məktəb coğrafiyasında əhəmiyyəti.

    Azərbaycan Respublikasında məktəb coğrafiyasının vəzifələri,məzmunu və strukturu.
    “Coğrafiya elminin əsasları” və “Məktəbdə coğrafiya fənni” anlayışlarının ümumi fərqli cəhətləri.
    Məktəb coğrafiya fənninin yaradılmasında nəzərə alınan başlıca şərtlər.Məktəb coğrafiyasının ümumtəhsil və tərbiyəvi vəzifələri: şagirdlərin coğrafi bilik və bacarıqları silahlandırılması, şagirdlərin elmi dünyagörüşünün formalaşmasında məktəb coğrafiyasının rolu.Vətənpərvərlik, beynəlmiləlçilik, təbitə və xalqın maddi sərvətlərinə qayğı göstərmək , ölkəmizin müdafiəsinə hazır olmaq, əməyə məhəbbət kimi keyfiyyətlərin formalaşmasında məktəb coğrafiyasının əhəmiyyəti.
    Coğrafiya elminin inkişaf perspektivləri və praktik əhəmiyyəti ilə şagirdlərin tanış edilməsinin zəruriliyi.
    Proqram və dərsliklər məktəb coğrafiyasının məzmunu və strukturunu əks etdirən əsas mənbələrdir.Proqramın tərtibində nəzərə alınan başlıca prinsiplər.Təlimin məzmununda vaxtaşırı edilən dəyişikliklərin səbəbləri.”Dərslik” və “dərs vəsaiti” anlayışları.Coğrafiya dərsliyinə verilən elmi-pedaqoji və metodik tələblər, bu baxımdan istifadədə olan dərsliklərin təhlili.

    Bunu paylaş:

    Bunu bəyən:

    Bəyən Yüklənir.

    Coğrafiyanın tədrisi metodikasının predmeti və vəzifələri.

    Pedoqoji elmlərdən biri olan coğrafiyanın tədrisi metodikasının predmeti coğrafiyanın əsaslarının şagirdlərə öyrədilməsi prosesidir.Bu elm məktəbin qarşısında qoyulmuş təlim ,tərbiyə vəzifələrinə uyğun olaraq məktəb coğrafiyası kursunun məqsədinin məzmununun sistemini işləyib hazırlayır.Başqa sözlə coğrafiya elmlərinin hansı məsələlərini şagirdlərə öyrətməli sualına cavab verir.Coğrafiyanın öyrədilməsi ilə əlaqədar olaraq şagirdlərin təlim,tərbiyə prosesinin qanunauyğunluqlarının tədqiqi də coğrafiya metodlarının predmetinə aiddir. Coğrafiyanın tədrisi metodikasının tədqiq etdiyi problemlərə aşağıdakilər aiddir.

    1-Məktəb coğrafiyasının təhsil və tərbiyə vəzifələri.
    2- Məktəb coğrafiyasının məzmunu.
    3-Müəllimin öyrədici fəaliyyəti.
    4-Şagirdin öyrədilməsi.
    5-Coğrafiyanın təlimi prosesində şagirdin təlimi və inkişafı.
    Təlimin məzmununun,metodlarının və təşkilat formalarının daim təkmillaşdirilməsi coğrafiya metodikasının əsas vəzifələrindən biridir.Digər elmlər kimi coğrafiyanın tədrisi metodikası təcrübəyə xidmət edir.Metodika uzun illərdən bəri coğrafiyanın öyrədilməsi sahəsində toplanmış təcrübələri ümumiləşdirərək müəllimlərə çatdırır.Bunun da sahəsində müəllim öz işini tənqidi sürətdə nəzərdən keçirir.Artıq məlum olan və təcrübədə sıaqdan çıxmış təlimin təşkilat formalarını və metodlarını kəşf etməklə məşğul olunur.Metodika coğrafiyanın tədrisi təcrübəsini zənginləşdirərək təlim tərbiyə işinin keyfiyyətini yüksəltməkdə müəllimə aşağıdakı məsələlərdə yaxından kömək edir.
    1-Ümumi politexniki təhsil,əmək əxlaqi,estetik tərbiyyə sistemində şagirddə elmi dünyagörüşünün formalaşmasında,coğrafiyanın məqsəd və vəzifələrinin müəyyənləşdirilməsində.
    2-Məktəb coğrafiya kurslarının məzmununun təkmilləşdirilməsində və elmi təhlilində.
    3-Müəllim ayrı-ayrı coğrafiya kurslarının məzmununa şagirdlərin yaş xüsusiyyatinə müvafiq olan elmi sürətdə əsaslandırılmış təlim,tərbiyə metodları və pedoqoji prosesin müasir avadanlıq sistemi haqqındakı biliklərlə silahlandırılmasında.
    4-Təlimin təşkilat formalarının müəyyənləşdirilməsində.
    5-Şagirdin örədilməsi və onun inkişafının daha səmərəli yolların tapılmasında.
    6-Coğrafiya dərslərinə qoyulan tələbin müəyynləşdirilməsində.
    7-Coğrafiya üçün tədris avadanlığının və ondan istifadə metodikasının hazırlanması.
    8-Ölkəşünaslığın və sinifdənkənar işin formaları,məzmunu və metodları ilə müəllimin tanış olmasında.
    Konkret məsələnin şərhinə,həllinə gəldiktə siniflərin mənafeyini müdafiə edirlər.Müasirlik,idealılıq,siyasi tərbiyə coğrafiyanın tədrisinin ən xarakterik xüsusiyyətidir.Coğrafiya metodikası birinci növbədə coğrafiya elmləri ilə sıx əlaqədədir.Metodika məktəb coğrafiya kursunun məzmununa müvafiq olaraq yüksək pedoqoji effekt verən təlimin təşkilat formalarını və metodlarını müəyyən edir.məktəb coğrafiyasının məzmununu,quruluşunu,ardıcıllığını,dərinlik dərəcəsini,habelə təlimin təşkilat formalarını və metodlarını müəyyənləşdirən coğrafiya metodikası şagirdləri yaş xüsusiyətini,hazırlıq səviyyəsini nəzərə alır.Coğrafiyanını tədrisi metodikası məktəb coğrafiyasının məzmununu,təlimintəşkilat formalarını və metodlarını tədqiq edərkən pedaqogikanın xüsusi bir sahəsi kimi onun başqa sahələrinə birinci növbədə didaktikaya,tərbiyə nəzəriyyəsinə,habelə psixologiyaya əsaslasnır.
    Coğrafiyanın tədrisi metodikası bir elm sahəsi kimi ümumi və xüsusi hissələrə bölünür.
    Metodika tarixi sahəsində aparılan tədqiqatların nailiyyətləri coğrafiya tədrisi metodikasının tarixi kimi səciyyələnir.Ümumidirsə coğrafiya metodikasının fənnini elmi tədqiqat metodlarını öyrənir.Coğrafi biliklərin mənimsənilməsinin qanunauyğunluqlarını,təlimin təşkili formaları və metdolarını müəyyənləşdirir.
    Metodikanın ümumi yəni birinci hissəsinin qayda və qanunlara müvafiq olaraq onun ikinci hissəsi məktəb coğrafiyasının ayrı-ayrı kurslarinin məqsəd və vəzifəsini,məzmununu müəyyənləşdirir. Onların təlimini,metodik əsaslarını işləyib hazırlayır.Problemləri də həll etmək üçün aşağıdakıları qeyd etmək olar.
    1- Məktəb coğrafiyasının məzmununu coğrafiya elmini müasir inkişaf səviyyəsinə uyğunlaşdlrmaq.
    2- Təlim və tərbiyə arasında olan müəyyən əlaqəsizliyi aradan qaldırmaq yolları və vasitələri.
    3- Elmi dünyagörüşünün formalaşmasında coğrafiyanın rolunun artırılması.
    4- Təlimin forma və metodlarını kökündən yaxşılaşdırılması.
    5- Ən yeni texniki vasitələrin tətbiqi.
    6- Şagirdlər tərəfindən seçilən məşğələlərin sinifdənxaric iş və problemlərin seçilməsi və işlənməsi.

    Bunu paylaş:

    Bunu bəyən:

    Bəyən Yüklənir.

    İldırım

    İldırım – buludla yer arasında və ya iki müxtəlif yüklü bulud arasındakı elektrik boşalması.

    Havada olan su buxarı kondensasiya etdikdə və yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıqda qüvvətli elektrik sahələri əmələ gəlir. Bir buludun müsbət (və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya müsbət) qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda havada deşilmə baş verir. Bu zaman buludda olan müsbət yüklər yerə, yerdə olan mənfi yüklər isə buluda tərəf axmağa başlayır. Sürətli axın zamanı güclü parıltı (şimşək) görünür və gurultu səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı nəticəsində baş verir. Boşalmada cərəyanın şiddəti 10-20 min amperə qədər, gərginlik isə 150 milyon voltdan artıq ola bilir.

    Bunu paylaş:

    Bunu bəyən:

    Bəyən Yüklənir.

    Antarktida

    Sahəsi 14 mln km2 olan Antraktida cənub, şərq və qərb yarımkürələrində yerləşib, Sakit, Hind və Atlantik okeanının suları ilə əhatələnib. Antarktidaya ən yaxın materik C.Amerika olub, ondan Dreyk boğazı vasitəsi ilə ayrılır. Materikin 97%-i qalın buz qatı ilə örtülüb. Buzun orta qalınlığı 2000 m, maksimum qalınlığı 4500 m-dir. Bu səbəbdən o, dünyanın ən hündür materiki sayılır. Bu buz örtüyündə dünyanın bütün şirin sularının 87%-i toplanıb. Buzlaqların yaranmasının əsas səbəbi materikin qütb dairəsində yerləşməsi soyuq okean cərəyanlarının təsiridir. Materikin kənarındakı buzlaqlar hərəkət edərək aysberqləri yaradırlar. Əgər bu buzlaqlar əriyərsə dünya okeanının sahəsi 62 m qalxar.
    Antarktika-cənub qütb sahəsi olub ,buraya Antarktida, ona yaxın adalar və okeanların təxminən 50-600 c.en dairələrinə qədər olan cənub hissələri aiddir. Antarktidanın sahil xətləri çox parçalanıb.
    Dənizləri — Ross, Bellinshauzen, Uedella, Amundsen. Materikdən gələn aysberqlərin əriməsi və buxarlanmasının zəif olması nəticəsində Antraktida sahillərində okean sularının duzluluğu nisbətən azdır.
    Adaları — Aleksandr, Beredina, I Pyotr, Cənubi Georgiya, Cənubi Şotlandiya, Kerqelan.
    Ucqar nöqtələri. Antarktidanın mərkəzində cənub qütbü yerləşdiyindən onun bütün sahilləri şimala doğru yönəlmiş olaçaq. Bu səbəbdən Antraktidanın ucqar cənub, şərq və qərb nöqtələri yoxdur. Yeganə ucqar şimal nöqtəsi-Antarktika yarmadasındadır.
    Kəşfi. Antarktida ən gec kəşf edilmiş materikdir. Hələ qədim alimlər cənub qütbündə materikin olduğunu söyləmişdir. C.Kuk bu materiki tapmaq istəsə də buna nail ola bilmədi.
    1820-ci il yanvarın 28-də Lazarev və Bellinshauzen bu materiki kəşf etdilər. 1909-çu ildə ingilis səyyahı Şeklton cənub maqnit qütbünü, 1911-çi ildə Amundsen, 1912-çi ildə isə Skott cənub qütbünü kəşf etdilər.
    Antarktida hec bir dövlətə mənsub deyil. Beynəlxalq sazişə əsasən onun ərazisində hərbi xarakterli tədbirlərin görülməsi, silahların və nüvə partlayışlarının keçirilməsi qadağandır. Hazırda burada 16 dövlətin alimləri tədqiqat aparır.
    Antarktidanın relyefi

    Antarktidanın əsas hissəsi Antarktida platforması üzərindədir. Materik səthinin 1/3-i okean səviyyəsindən aşağıda yerləşir. Buzlaqların altında dağ silsilələri aşkar edilib. Uedella dənizindən Ross dənizinədək Transantarktida dağları yerləşib.
    Antarkida yarımadası və materikin qərb kənarı ilə uzanan dağlar C.Amerikadakı And dağlarının davamıdır. Burada Antarktidanın ən hündür zirvəsi Vinson (5140 m) və ən dərin cökəkliyi Meri-Berd (-2555 m) yerləşir. Antarktida qədim Qondvana materikinin bir hissəsidir. Burada fəaliyyətdə olan Erebus vulkanı, materikdə dağəmələgəlmə prosesinin getdiyini sübut edir.
    Antarktida da neft, qaz, kömür, dəmir filizi, almaz, uran, qızıl və s yataqlar var.

    Antarktidanın Iqlimi

    Antarktida dünyanın ən soyuq materikidir. Bunun səbəbləri –
    a) çox yüksəkdə yerləşməsi,
    b) qütb ətrafında yerləşməsi,
    c) qalın buzla örtülməsi,
    d) yüksək təzyiqin hakim olmasıdır. Dünyanın ən aşağı temperaturu -89,20C Vostok stansiyasında qeydə alınıb. Yayda Antarktida ekvatorial qurşağa nisbətən daha çox istilik alsa da, bunun 90%-i buz və qaz örtüyü tərəfində əks olunur. Nəticədə materik üzərində soyuq hava kütləsi yaranır. Antarktida ən az yağıntı olan materik olsa da, Günəş tərəfindən zəif qızması nəticəsində burada rütubətlənmə əmsalı vahiddən böyükdür. Materikin əsas hissəsi antarktik iqlim qurşağındadır. Burada ilboyu soyuq və quru antarktik hava kütləsi hakimdir. Materikin kənar hissəsi 3 okean suları ilə əhatə olunan subantraktik iqlim qurşağında yerləşir. Materik və okeana arasında kəskin təzyiq fərqi olduğundan Antarktidada dünyada ən güclü küləklər (84 m/san) yaranır. Materikin mərkəzindən kənarlara doğru temperatur və yağıntının miqdarı artır. Yağıntı əsasən qar halında düşür.

    Bitki və heyvanlar aləmi çox kasıbdır. Sahil boyunda mamır, şibyə, yosunlar bitir. Materikin əsas hissəsini antarkit səhra- təbii zonası tutur. Yayda buzlaqdan azad olan ərazi vahə adlanır. Vahələrdə yosunlar bitir.
    Dünyanın ən iri heyvanı mavi balina, habelə kaşalot morjlar sahil ərazisində yaşayır. Antarktidanın daimi sakini pinqvindir.
    Antarktidada 4 qütb- coğrafi, maqnit, küləklər və soyuqluq qütbləri yerləşir.

    Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili texniki cəhətdən dünyanın ən böyük səhrasıdır.

    Bu gün üçün Antarktidanın hüquqi və beynəlxalq statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 45 iştirakçı tərəfə malik Antarktika müqaviləsi müəyyən edir. Müqaviləyə əsasən materikdə hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz. Hal-hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı Antarktida ilə bağlı tədqiqatlara cəlb olunub.

    Bunu paylaş:

    Bunu bəyən:

    Bəyən Yüklənir.

    Afrika

    Afrika Avrasiyadan sonra dünyanın 2-ci böyük materiki olub, sahəsi 30,3 mln km2-dir.
    Ucqar nöqtələri — 4 yarımkürədə yerləşir. Şimalda: Əl-Əbyad burnu (və ya Ras-Engela),cənubda Iynə burnu, qərbdə Almadi, şərqdə Ras-Xafin burnu,
    Ekvator Afrikanı 2 bərabər hissəyə bölür. Afrikanın 2/3 hissəsi şimalda, 1/3 hissəsi isə cənubdadır. Sahil xətti zəif parçalanıb. Ən iri körfəzi Qvineya, ən iri adası Madaqaskar, ən iri yarımadası Somalidir. Sahilləri çox zəif parçalandığından yarımadaları çox azdır. Afrika qərbdən Atlantik, şərqdən Hind okeanları ilə əhatə olunub. Afrika Aralıq dənizi və Cəbəllütariq boğazı ilə Avropadan; Süveyş kanalı, Qırmızı dəniz və Bab-Əl-Məndəb boğazı ilə Asiyadan ayrılır. Afrika sözü qədimdə Afrikanın şimalında yaşamış bərbər tayfalarının birinin adından götürülüb.
    Adaları –Madeyra, Kanar, Yaşıl burun, San-Tome (qərbdə), Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Amirant, Seyşel (şərqdə)
    Cərəyanları — Kanar, Bengel, Somali (soyuq), Iynə, Mozambik, Qvineya, Anqola (isti)
    Tədqiqi: XV əsrə kimi Afrikanın şimali və şərqi yaxşı öyrənilmişdir 1498-ci ildə ilk dəfə Vasko da Qama Afrikanın cənub hissəsində oldu. XIX əsrdə D.Livinqstan Afrikanın daxili rayonlarında olmuş, Zambezi çayındakı Viktoriya şəlaləsini tapmış, lakin Nil çayının mənbəyini tapa bilməmişdir. Sonralar Afrikada Stenli, Yunker və s. səyyahlar olub. XX əsrin əvvəli rus səyyahı N.Vavilov Afrikada 6000-ə qədər bitki növü tapıb və bərk buğdanın vətəninin Efiyopiya olduğunu sübut edib.
    Afrikanın relyefi

    Afrika qədim Qondavana materikinin bir parçasıdır. O qədim platforma üzərində yerləşdiyindən (xüsusilə Şm. Afrikada) düzənliklər əsas yer tutur, uca dağlar isə yoxdur. Qədimdə olan dağlar aşınaraq yaylalara çevrilib. Böyük səhradakı Əhəqqar və Tibesti yaylaları Afrikanın ən böyük «şahid» dağlarıdır. Materikin orta hündürlüyü 750 m, ən hündür zirvəsi-Şərqi Afrika yaylasındakı Kilimancaro dağı (5895 m), ən alçaq yeri Assal gölüdür (-154 m). Yüksəkliyinə görə Afrika 2 hissəyə bölünür:
    1) Yüksəkliyi 1000 m-dən alçaq olan Şimal və Qərb hissə
    2) Yüksəkliyi 1000 m-dən çox olan Şərqi və Cənubi Afrika.
    Materikin şərqində Efiopiya dağlıq yaylası, ondan cənubda Konqo çökəkliyi və Şərqi Afrika dağlıq yaylaları yerləşir.
    Qurudan ən böyük qırılma zonası (çat) Şərqi Afrikada yerləşir. Bu çat Efiopiya dağlıq yaylasından Zambezi çayına qədər Qırmızı dənizin sahili boyu uzanır. Burada Afrika litosfer tavasının aralanması prosesi getdiyindən tez-tez zəlzələ və vulkanlar baş verir.
    Afrikanın Şimal-şərqində Atlas dağları yerləşib. Alp qırışlarına aid olan bu dağlar Afrika və Avrasiya litosfer tavalarının toqquşduğu zonadadır. Ən hündür zirvəsi Tubkal (4165 m) dağıdır.
    Şimali və Qərbi Afrika uzun müddət enməyə məruz qaldığından bura vaxtı ilə dəniz olmuşdur. Ərazi əsasən kontinental və çökmə süxurlardan ibarətdir. Böyük səhranın mərkəzində kristallik və vulkanik süxurlardan ibarət nəhəng dağ massivləri (Əhəqqar və Tibesti) var.
    Afrikanın cənub-şərqində Əjdaha, cənubunda yastı zirvəli alçaq Kap dağları yerləşir.
    Vulkanları. Kilmancaro, Kamerun, Meru və s.
    Faydalı qazıntıları. Afrikada maqmatik süxurlar üstünlük təşkil etdiyindən filiz faydalı qazıntıları ilə zəngindir. Afrikanın mərkəzində “Mis” qurşağı yerləşir. Cənubi və Şərqi Afrikada qədim kristallik süxurlar səthə yaxın olduğundan faydalı qazıntılar dayazda yerləşib. Şm.Afrikada çökmə süxurlar üstünlük təşkil etdiyindən bura neft, qaz və fosforit yataqları ilə zəngindir. Neft həmçinin Qvineya körfəzi sahilində çıxarılır. Ən iri almaz yataqları Cənubi Afrikada, Şm. Qvineya və Katanqadadır.
    Afrika hidroenerji, günəş və külək enerjisi ehtiyatları ilə yaxşı təmin olunsa da, bunlardan hələ ki çox zəif istifadə edilir.
    Afrikanın iqlimi

    Afrikanın əsas hissəsi 2 tropik arasında yerləşdiyindən bu qitə dünyanın ən isti materiki sayılır. Çünki, günəş həmin ərazilərdə ildə 2 dəfə zenitdə olur. Afrikanın çox hissəsində yay və qış fəsli bir-birindən əsasən yağıntıların miqdarına görə fərqlənir. Yalnız yüksək dağ zirvələrində temperatur aşağı olur. Ekvator Afrikanı tən yarı böldüyündən burada 1 ekvatorial, 2 subekvatorial, 2 tropik və 2 subtropik iqlim qurşağı var.
    1. Ekvatorial qurşaq — Qvineya körfəzindən Viktoriya gölünə qədər olan əraziləri əhatə edir. Ilboyu alçaq atmosfer təzyiqi, ekvatorial hava kütlələri hakimdir. Hava qalxan hərəkətli, isti və bol rütubətli olur. Burada daima yay fəslidir. Keçilməz meşələr, ifrat nəmləmə şəraiti bu ərazidə kənd təsərrüfatının zəif inkişafına səbəb olmuşdur.
    2-3 Subekvatorial qurşaq. Ekvatordan şimala və cənuba 15-200 enliklərə qədər davam edir. 2 fəsil rütubətli yay və qış fəsli mövcuddur. Yayda ekvatorial hava kütlələri hakim olduğundan hava rütubətli və isti, qışda tropik hava kütlələri hakim olduğundan hava isti və quru olur. Bu qurşaq daxilində yerləşən mütləq hündürlüyü yüksək olan Efiopiya yaylasında havanın temperaturu Somali yarımadısına nisbətən aşağı olur.
    4-5 Tropik qurşaqlar — hər 2 yarımkürənin tropik en dairələrinə uyğun gəlir. Tropik hava kütləsi, yüksək atmosfer təzyiqi hakimdir. Hava enən hərəkətlidir. Şimali Afrikada Avrasiya üzərindən əsən quru passat küləkləri havanı quraqlaşdırdığından burada dünyanın ən isti və ən quru sahəsi olan Böyük Səhra yerləşir. Buludsuzluq nəticəsində bura gündüzlər bərk qızır, gecələr tez soyuyur.
    Cənubi Afrikada tropik iqlim qurşağı az sahəni tutur. Hind okeanından rütubətli passat küləkləri əsdiyindən buranın havası daha rütubətlidir. Atlantik okeanı sahilində soyuq Bengel cərəyanı sahildə Namib və Kalaxari səhrasını yaradır.
    6-7 Subtropik qurşaq. Afrikanın ucqar şimal və cənub hissəsini əhatələyir. Yayda tropik hava kütlələri hakim olduğundan hava quru, isti, qışda mülayim hava kütlələri hakim olduğundan hava mülayim və yağıntılı olur.
    Afrikanın çayları

    Yağıntı çox olduğundan Afrikanın ən sıx çay şəbəkəsi ekvatorial və subekvatorial iqlim qurşaqlarındadır. Səhralarda çaylar çox azdır. Onlar əsasən güclü yağışdan sonra yaranır. Afrika çaylarının hamısı yağış suları ilə qidalanır. Çünki bütün çaylar mənbəyini ekvatorial və subekvatorial qurşaq daxilindən götürürlər. Çayların üzərində astana və şəlalələr olduğundan gəmiçilik üçün yararsız olsa da bu çayların böyük hidroenerji ehtiyatları var. Astana və şəlalələrin mövcudluğu Afrikanın geoloji quruluşu və relyefi ilə əlaqədardır. Afrika çayları 3 hövzəyə aiddirlər:
    1. Atlantik okeanına -Nil, Konqo, Niger, Seneqal, Narıncı.
    2. Hind okeanına-Zambezi. Limpopo.
    3. Daxili axarsız hövzəyə: Şiri, Şari.
    Dünyanın və Afrikanın ən uzun çayı olan Nil (6671 km) mənbəyini Şərqi Afrika yaylasından axan Kaqera çayından götürülür. Onun mənbəyini Stenli kəşf edib. Viktoriya gölündən keçdikdən sonra o, Ağ Nil adlanır. Xartum şəhəri yaxınlığında ən böyük qolu olan Mavi Nillə qovuşaraq Nil adı ilə Aralıq dənizinə tökülür. O, burada böyük delta yaradır. Nilin yuxarı axarı ekvatorial və subekvatorial iqlim qurşaqlarında yerləşdiyindən bol yağış suları ilə qidalanır. Bu səbəbdən Böyük Səhradan keçsə də heç vaxt qurumur. Nilin yuxarı axarında çoxlu şəlalə və astanalar var. Aşağı axında Asuan və Nasir su anbarları tikildiyindən Nilin axını tənzimlənir və bu daşqınların qarşısını alır.
    Afrikanın ən bol sulu və uzunluğuna görə 2-ci çayı Konqo (Zair) çayıdır. (4320 km). Hövzəsinin sahəsinə və bol sululuğuna görə o dünyada Amazondan geri qalır. Hövzəsi ekvatora yaxın yerləşdiyindən o, ilboyu bolsuludur və 2 yerdən ekvatoru kəsir. Konqo üzərində Stenli, Livinqston və s şəlalələri var. Bu çay delta yaratmır və Atlantik okeanına tökülür.
    Uzunluğuna və hövzəsinin sahəsinə görə Afrikanın 3-ü böyük çayı Nigerdir (4160 km).
    Zambezi Afrikanın Hind okeanına tökülən ən böyük çayıdır. Dünyanın nə nəhəng şəlalələrindən olan və Livinqston tərəfindən kəşf edilən Viktoriya şəlaləsi bu çayın üzərindədir.
    Afrikanın gölləri

    Afrika göllərinin çoxu Şərqi Afrika yaylasındadır. Məsələn Tanqanika, Nyasa, Rudolf, Kivu, Albert, Eduard və s. Onlar tektonik çat zonasında yerləşdiyindən uzunsov və dərindirlər. Bu göllər dağlarla əhatələnib Dünyanın ən uzun şirin gölü olan Tanqanika Afrikanın ən dərin gölü olub qraben üzərində yerləşir. O, dünyada dərinliyinə görə ancaq Baykaldan geri qalır.
    Afrikanın ən böyük gölü olan Viktoriya dünyada 2-ci böyük şirin göldür. O, platformanın əyilmə zonasında yerləşdiyindən dayazdır.
    Böyük Səhranın cənubunda yerləşən Çad gölü dayazdır. (4-7 m) və yağıntı ilə qidalanır. Relikt mənşəlidir. Onun sahəsi yağıntı olduqda 2 dəfə artır.

    Afrikada təbii zonalar:

    1. Ekvatorial meşələr — ekvatorial iqlim qurşağında yayılıb. Konqo çayı hövzəsini və Qvineya körfəzi sahilini əhatə edir. Ilboyu hava isti və rütubətlidir. Dəmir və alüminium çox olduğundan torpaqları qırmızı-sarı ferrollitdir. Bitki örtüyü zəngindir. (Liana, yağ palması və s). Meşə bir neçə yarusdan (mərtəbədən) ibarətdir. Heyvanları (qorilla, cırtdan begemot və s) əsasən ağaclarda yaşayır.
    2. Savannalar — Afrikanın 40%-ni əhatə edir. Ilin 2 fəsli rütubətli yay və quraq qış fəsli mövcuddur. Savannalarda ot örtüyü ilə yanaşı ağac və kolluqlara da rast gəlinir. Torpaqları qırmızı, qırmızı-ferrollit və qırmızı-qonurdur. Dünyanın ən iri otyeyən heyvanları (fil, zürafə) burada yaşayır. Afrika savannaları subekvatorial və tropik iqlim qurşaqlarında yayılıb.
    3. Səhralar -Afrikanın tropik iqlim qurşağında yayılıb. Yüksək təzyiq qurşağının hakim olması ilə əlaqədar olaraq Afrikanın şimalında Böyük Səhra (və ya Saxara) və Liviya səhraları yerləşib. Dünyanın ən böyük səhrası olan Böyük Səhrada temperatur amplitudasının böyük olması fiziki aşınmanın intensivliyinə səbəb olur. Onun əsas hissəsi daşlı, az hissəsi isə gilli və qumlu sahələrdən ibarətdir. Burada Afrikanın – Əhaqqar, Tibesti və Darfur kimi ən qədim şahid dağları yerləşir. Hava enən hərəkli olduğundan yağıntıların miqdarı 200 mm-dən azdır. Bitkiləri az və uzun köklüdür, yeraltı suların səthə yaxın, çökək ərazilərində –vahələr (oazis) yaranır. Vahələrdə xurma ağacı yetişdirilir.
    Afrikanın cənubunda Namib və Kalaxari səhraları yerləşib. Okean sahilində soyuq Bengel cərəyənının təsiri nəticəsində yaranan Namib səhrası çox quraq ərazidir.
    Ümumilikdə ərazinin böyüklüyü və qərbdən şərqə doğru geniş məsafədə uzanması nəticəsində Afrikanın Şimalında səhralar cənubuna nisbətən daha geniş sahə tutur.
    Torpaqların düzgün istifadə olunması nəticəsində səhraların sahəsi artır. Savannaların səhraya çevrilməsinin qarşısını almaq üçün Böyük Səhra ilə sərhəddə 1500 km-lik, meşə zolağı salınıb.
    4. Afrikanın ucqar şimal və cənubunda subtropik enliklərə xas codyarpaqlı meşə və kolluqlar yayılıb.
    Problemləri Ekvatorial meşələrin qırılması, səhralaşma, su çatışmamazlığı, quraqlıq.
    Əhalisi 3 irqə mənsubdur. Şimali Afrikada avropoid irqinə mənsub ərəblər və bərbərlər, Böyük Səhradan cənubda neqroidlər yaşayır. Afrikanın səhralarında – efioplar, Cənubi Afrikanın səhralarında buşmenlər və hottentotlar, Madaqaskar adasında isə malaqasilər yaşayır. Afrikanın ən ucaboylu xalqı (180-120 sm) savannada yaşayan tutsin və ximilərdir. Ekvatorial meşələrdə isə ən qısa boylu (142 sm) xalq piqmeylər yaşayır.
    Afrikada Nilin sahilinə əhali daha sıx, Böyük Səhrada isə ən az məskunlaşıb.
    XX əsrin əvvəllərində Afrikada cəmi 2 müstəqil ölkə (Liberiya və Efiopiya) var idi. 1960- cı ildə 17 Afrika ölkəsi müstəqillik qazandığı üçün həmin il “Afrika ili” adlanır. Indi Afrikada 55-ə yaxın müstəqil ölkə var. Sonuncu müstəmləkə 1990-cı ildə CAR-dan müstəqillik alıb. Uzun müddət siyasi və iqtisadi asılılıq Afrika ölkələrinin iqtisadi inkişafını ləngidib. Afrika ölkələrinin çoxunda milli dil olmadığından dövlət dili- ingilis, ispan və s.-dir. Afrikanın yeganə IEÖ-si CAR-dır.

    Bunu paylaş:

    Bunu bəyən:

    Bəyən Yüklənir.

    Avstraliya

    Avstraliya dünyanın ən kiçik materiki olub, sahəsi 7,6 mln2 km-dir.
    Ucqar nöqtələri. Şimalda-York burnu, cənubda- Cənub-şərq burnu, qərbdə-Stip-Poynt burnu, şərqdə- Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır.
    O, qərbdən Hind, şərqdən Sakit okeanı ilə əlaqələnib. ən iri körfəzi –Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Tasman adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur.
    Adaları — Tasman, Kenquru, Kinq, Melvil v s.
    Cərəyanları: — şərqi Avstraliya, Cənubi Passat (isti), Qərb küləkləri cərəyanı (soyuq).
    Kəşfi: 1606-c ildə Yanson, 1642-ci ildə A. Tasman və 1771-ci ildə C. Kuk Avstraliyanın müxtəlif hissələrini kəşf ediblər.
    Relyef:-Qondvana materikinin bir hissəsi olan Avstraliya platforması digər materiklərdən çox uzaqda yerləşib. Avstraliyanın şərqində çox qədim, alçaq Böyük Suayrıcı dağ silsiləsi yerləşir. Bu dağların cənub hissəsi nisbətən hündürdür. Avstraliyanın ən hündür zirvəsi Kostyuşko (2228 m) burada yerləşir. Qərbə getdikcə bu dağlar alçalaraq çökmə süxurlarla örtülü Mərkəzi düzənliyə keçir. Bu düzənliyin Eyr gölü rayonu okean səviyyəsindən -16 m aşağıdadır. Bu ərazi Avstraliyanın ən alçaq nöqtəsi hesab edilir. Avstraliyanın qərbində hündürlüyü 300-500 m olan yayla yerləşir.Bu yaylanın ayrı-ayrı sahələrində 1000 m-dən hündür dağlar vardır.
    Avstraliya yeganə materikdir ki, burada dağ buzlaqları və fəaliyyətdə olan vulkanlar yoxdur. Avstraliyada hündür dağların olmaması və buradakı dağların qar xəttindən aşağıda yerləşməsi nəticədə burada buzlaqlar yaranmır. Vulkanların olmamasına səbəb Avstraliyanın qədim platforma üzərində olmasıdır.
    Faydalı qazıntıları: Avstraliyanın kristallik süxurlardan ibarət olması nəticədə bura filiz faydalı qazıntıları ilə zəngindir. Çökmə süxurlarda neft, qaz, kömür və s. yerləşib.

    Avstraliyanın iqlimi:

    dünyanın ən quraq materikidir. Çünki cənub tropiki bu materiki tən ortadan kəsib keçir, deməli materikin çox hissəsində tropik hava kütləsi və yüksək atmosfer təzyiqi qurşağı üstündür. Burada enən hava axınları, passatlar (xüsusi ilə şərq sahilinə təsir edir) və yağıntısız, aydın, buludsuz hava hakimdir.
    Avstraliyanın qərb hissəsinə müxtəlif hava kütlələri maneəsiz daxil olduğu halda Böyük Suayrıcı silsiləsi şərqdən gələn rütubətli okean hava axınlarının qarşısını kəsib, materikin daxilinə buraxmır. Nəticədə Avstraliyanın şərq sahillərinə yağıntı çox, mərkəzi və qərb hissələrinə isə az düşür. Avstraliyada aşağıdakı iqlim quraqları var:
    1. Subekvatorial qurşaq Avstraliyanın şimalını əhatə edir. Burada yayda (dekabr-fevral) ekvatorial (isti, rütubətli); qışda (Iyun-avqust) tropik (isti, quru) hava kütlələri hakimdir.
    2. Tropik qurşaq – materikin mərkəz hissələrini əhatə edir. Burada qurunun geniş sahə tutması kontinental havanın formalaşmasına səbəb olur. 2 tipi var; a) rütubətli tropik iqlim-materikin şərqini əhatə edir. Bura il boyu Sakit okeandan tropik hava bol yağıntı gətirir. b) quru səhra tropik iqlim-materikin daxili və qərb hissəsi üçün səçiyyəvidir.
    3. Subtropik qurşaq-materikin cənubunu əhatə edərək 3 iqlim tipi yaradır. Cənub-qərbdə- Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, Cənub-şərqdə-ilboyu bərabər rütubətli subtropik iqlim tipi yaranır.
    5. Mülayim iqlim – Tasmaniya adasını əhatə edir. Yay quru, sərin; qış mülayim, rütubətlidir.
    Çaylar. Avstraliya ən quraq materik olduğundan çay şəbəkəsi seyrəkdir. Materikin 60%-ı axarsız hövzəyə aiddir. Materikin mərkəzindəki səhra və yarımsəhralar üçün müvəqqəti quruyan caylar səciyyəvidir ki, onlara “kriklər” deyilir. Belə çaylarda su yalnız nadir halda yağan yağışlardan sonra qısa müddət olur. Ilboyu bolsulu çaylar Avstraliyanın yalnız çox yağıntı düşən şərq hissəsindədir. Avstraliya çayları yalnız yağış və yeraltı sularla qidalanır, çünki burada qar yağmır və buzlaqlar yoxdur. Avstraliyanın ən iri çay sistemi Murrey və onun qolu Darlinq sayılır. Murreyin uzunluğu 2570 km, Darlinqin uzunluğu isə 2740 km-dir. Darlinq quraqlıq vaxt quruyur. Murrey isə səviyyəsini kəskin azaltsa da qurumur.
    Gölləri. Avstraliyanın gölləri əsasən axarsız və şorsuludur. Bu göllər əsasən yağış suları ilə qidalanır. Materikin ən iri gölü Eyr gölüdür. Bu göl dəniz səviyyəsindən -16 m aşağıda yerləşib. Gölün səviyyəsi çox dəyişkəndir. Yağış yağdıqda gölün sahəsi bir neçə dəfə artır. (Afrikadakı Çad gölü kimi). Bu gölün ətrafı materikin ən quraq və bəhrəsiz yeridir. Avstraliya yeraltı sularla zəngindir. Burada 7 minə qədər artezian quyusu var.

    Avstraliyanın təbii zonaları

    Avstraliyada aşağıdakı təbii zonalar var: 1. Subekvatorial iqlim qurşağında yaranmış həmişəyaşıl meşələr, savannalar, seyrək meşələr. 2. Tropiklərin səhra və yarımsəhraları. 3. Subtropiklərin həmişəyaşıl cod yarpaqlı meşə və kolluqları.
    Iqlimi quraq olduğuna görə Avstraliyanın bitki örtüyü çox kasıbdır. Bitki növlərinin 75%-i endemikdir, yəni onlara yalnız Avstraliyada rast gəlmək olar. Bu onu göstərir ki, Avstraliya başqa materiklərdən çoxdan ayrılmışdır. Endemik bitkilərdən – evkalipt, kazuarin, butulka ağacı, heyvanlarından-yexidna, ördəkburun, emu dəvəquşusu, koala, kenquru və digər kisəlilərdir.
    Səhralar — Avstraliyanın mərkəz və qərbini tutan Viktoriya və Böyük Qumlu səhralarıdır. Onlardan qoyunçuluqda otlaq kimi geniş istifadə edilir. Səhralar bitki ilə xeyli zəngin olsa da (Avstraliyada səhradakı kolluqlar skreb adlandırırlar), Afrika səhralarından fərqli olaraq vahəsizdir. Çünki burada yeraltı sular duzlu və çox dərində yerləşirlər.

    Əhali -19 mln. nəfər olub, dünyanın ən az məskunlaşmış materikidir. əhalisi 2 hissədən:- yerli aborigenlərdən və gəlmələrdən ibarətdir. əhali əsasən Avstraliyanın təbii şəraiti əlverişli olan şərq, cənub-şərq və qismən də cənub-qərb ucqarlarında yaşayırlar. Daxili və şimali Avstraliya isə ən az məskunlaşmış regionlardır.
    Bu materikdə yalnız 1 dövlət- Avstraliya Ittifaqı yerləşib. Geniş və hamar relyef, səhra və yarımsəhra landşaftlar, zəngin təbii ehtiyatlar Avstraliya təsərrüfatının ixtisaslaşmasına təsir edən əsas təbii amillərdir.
    Problemləri-bəzi relikt və endemik heyvan və bitki növlərinin kökünün kəsilməsi, digər materiklərdən heyvan və bitkilərin gətirilməsi nəticədə ekoloji tarazlığın pozulması, susuzluq.
    Okeaniya — Sakit okeanın mərkəzi və qərb hissələrindəki ada və arxipelaqlardır. Okeaniyanın ümumi sahəsi 1,3 mln. km2 olub, 7 min adadan ibarətdir. Okeaniya adalarının əksəriyyəti vulkanik və mərcan mənşəli olub, ekvatorial və tropik iqlim qurşaqlarında yerləşirlər. Böyük adalarından Yeni Qvineya, Yeni Zelandiya və s. isə materik mənşəlidir. Okeaniya adalarının materikdən çoxdan ayrılması özünü bitki və heyvanlar aləminin yoxsul olmasında göstərir. Fiziki coğrafi xüsusiyyətlərinə görə bu adalar aşağıdakı qruplara ayrılır:
    1. Meloneziya (qara adalar deməkdir).
    2. Mikroneziya (kiçik adalar deməkdir).
    3. Polineziya (çoxlu adalar deməkdir).
    4. Yeni Zelandiya — Okeaniyanın ikinci böyük adası olub, iki böyük adadan şimal və Cənub adalarından ibarətdir.
    Yeni Qvineya Okeaniyanın ən böyük adası olub, böyüklüyünə görə dünyada yalnız Qrenlandiyadan geri qalır.

    Coğrafiyadan məsələ həlli. Əhali

    Azərbaycan Respublikasının əhalisinin sayı 2010-cu ildə 9 mln nəfər, orta illik artım isi hər 1000 nəfərə 10 nəfər olmuşdur.Artım sürətinin saxlanıldığı şəraitdə 2020-ci ildə əhalinin sayı neçə nəfər olar? . Cavabını və həll qaydasını bilmək üçün sayta daxil ol .

    Məsələ: 1. Ölkə əhalisinin 40%-i şəhərdə yaşayır.Əhalinin ümumi sayı 25 mln nəfər olarsa, kənd əhalisinin sayını tapın.

    Şəhərdə yaşayan əhali — 40%
    Kənddə yaşayan əhali — 60%
    Tənasüb quraq:
    100% —25 mln
    60% — x

    x = 2 5000 000 x 60
    100
    x= 15 000 000
    Cavab: Kənd əhalisinin sayı 15 000 000 nəfərdir.

    Məsələ: 2. Ölkə əhalisinin 55%-i kənddə yaşayır.Əhalinin ümumi sayı 60 mln nəfər olarsa, şəhər əhalisinin sayını tapın.

    Kənddə yaşayan əhali — 55%
    Şəhərdə yaşayan əhali — 45%
    Tənasüb quraq:
    100% —60 mln
    45% — x

    x = 60 000 000 x 45 x
    100
    x=27 000 000
    Cavab: Şəhər əhalisinin payı 27 mln nəfərdir.

    Məsələ 3. Ölkə əhalisinin sayı 11500 min nəfərdir. Təbii artım hər 1000 nəfərə 7 nəfər olarsa, əhalinin orta illik artımını ( faizlə ) va 5 il sonra ölka əhalisinin sayını ( proqnoz ) hesablayın.

    Tənasübdən istifadə edib il ərzində əhalinin sayını tapaq.
    11500000 — X
    1000n — 7n
    X = 80500 nafar.
    Biz 80500 nafənn ümumi əhalinin neçə faizi olduğunu tapmalıyıq.
    11500000 n — 100%
    80500 — X%
    X =0.7%
    80500 nəfər 1 il ərzindəki əhalinin artımıdı. İndi isə 5 ili tapaq.
    1 il— 80500 n
    5 il– Xn
    X =402500 nəfər.
    Aldığımız bu rəqəmi ( 402500 n ) ümumi əhalinin ( 11500000 nəfər) üzərinə gələk.
    11500000 + 402500 =11902500 nəfər
    Cavab. 0,7%. 1902.5 min nəfər.

    Məsələ 4. Ölkədə 1990-cu ildə əhali 6 mln nəfər, 2000-ci ildə isə 7,4 mln nəfər ol muşdursa, əhalinin orla illik artım faizini hesablaşın.

    Bu illər ərzində əhali artımı fərqini (apıb faizi hesablayırıq.
    7.4- 6=1.4 mln n.
    6 mln — 100%
    1,4 mln – X
    X = 1,4 *100/6 = 23.3%
    Bu artım faizi (23.3%) 10 il ərzində ( 2000 – 1990- 10 il) olduğu üçün biz 1 ili, yəni orta illik artım faizini tapaq.
    10il — 23,3%
    1 il — X%
    X = 23,3/10 – 2,33%
    Cavab: 2.33%.

    Məsələ 5. Ölkə əhalisi 2000-cl ildə 3 mln 150 min nəfər, 2005-ci ildə 3 mln 228,75 min nəfər olmuşdur. İllik artım faizini və bir ildəki artan əhalinin sayını hesablayın.

    3150000 — 100%
    3223759-
    X – 102,5% – 100% – 2.5%
    Bu artım faizi (2,5%) 5 il üçündür. Bir ilə (2005 – 2000 5 il) düşən artım faizini hesablayaq.
    5 ildə — 2.5%
    1 ildə — X%
    X = 0,5%
    5 il ərzində əhalinin nə qədər artdığını tapaq. 3228750-3150000=78750 nəfər.
    İndi isə bu təqərıı 5 ilə bölək və orta illik artımı hesablayaq.
    5il — 78750 n
    1 ildə — Xn
    X = 15,75min.
    Cavab: 0.5%. 15.75 min.

    Məsələ 6. Əhalisi 4 nılıı nəfər olan ölkədə 2000-cu ildən 2010-ci ilə qədər artım faizi 4.2% olmuşdursa, 2010-cu ildə əhalinin saynı və hər 1000 nəfərə düşən əhalini hesablayın.

    Məsələnin şərtindən görsənir ki,10 il (2010- 2000 =10 il) müddətində əhalinin artıın faizi 4.2% – dir.
    4000000 — 100%
    X — 4,2%
    X = 168000 nəfər
    Aldığımız bu rəqəmi (168000 n) ümumi əhalinin (4mln n) üzərinə gəlməklə 2010-cu ildə əhalinin sayını tapmış olarıq 4000000 +168000 =4168000 nəfər.
    Tapdığımız 168000 nəfər 10 il müddətində artmışdır. Belə olan halda biz bir ildə olan artımı tapa bilərik.
    10 il — 168000 n
    1 il —- Xn
    X = 16800 nəfər
    İndi isə 1000 nəfərə düşən əhali artımını tapaq.
    1000n — Xn
    X = 4,2 nəfər.
    Cavab: 4.2 nəfər. 4168 min nəfər.

    Məsələ: 7. Azərbaycan Respublikasının əhalisinin sayı 2010-cu ildə 9 mln nəfər, orta illik artım isi hər 1000 nəfərə 10 nəfər olmuşdur.Artım sürətinin saxlanıldığı şəraitdə 2020-ci ildə əhalinin sayı neçə nəfər olar?

    İllik təbii artımı tapaq:
    1000— 10
    9000000 — x
    x= 90000
    İl fərqini tapaq:
    2020-2010=10 il
    90000x 10=900000
    9000000+900000=9900000
    Cavab: 2020-ci ildə əhalımn sayı 9900000 nəfər olar.

    Məsələ: 8. Ölkənin əhalisi 2000-ci ildə 3150000 nəfər, 2005-ci ildə 3228750 nəfər olmuşdur. Bu dövrdə orta illik anım neçə nəfər və neçə % təşkil etmişdir?

    İllər arasında fərqi tapaq:
    2005-2000=5
    5 ildə əhalinin nə qədər artdığını tapaq:
    3228750 – 3150000 = 78750
    Ona illik artım neçə min nəfər olmuşdur?
    78750:5= 15750
    Ona illik artım 15750 nəfər olmuşdur.
    Orta illik artım neçə faiz təşkil edir?
    3150000 — 100%
    15750 —x
    x= 0,5%
    və ya
    3150000 — 100
    3228750 —x
    x= 102,5
    102,5 – 100=2.5
    İl fərqini tap:
    2005-2000=5
    2,5%:5=0,5%
    Cavab: Orta illik artım 15750 nəfər və 0,5% olmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.