Press "Enter" to skip to content

Cavabını yaz

Müasir coğrafiya elmi üç əsas sahədən ibarətdir:

Cografiya – Wikipedia

Coğrafiya (yun. γεωγραφία , yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi. [1]

Dünyanın müasir xəritəsi

İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya.

Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.

Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir. Lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir. [2]

Mündəricat

  • 1 Coğrafiyanin tarixi
    • 1.1 Qədim dövr
      • 1.1.1 Şumerdə və Babilistanda coğrafi biliklərin toplanması
      • 1.1.2 Qədim Misirdə coğrafi biliklər
      • 1.1.3 Qədim İranda ətraf ərazilər haqqında məlumatlar
      • 1.1.4 Finikiyada coğrafi biliklər
      • 1.1.5 Qədim Hindistanda coğrafi biliklərin yaranması
      • 1.1.6 Qədim Çində coğrafiyanın inkişafı
      • 1.1.7 Antik coğrafiya
        • 1.1.7.1 Yunanıstanda “Coğrafiya” elmi
        • 1.1.7.2 Qədim Roma imperiyasında “Coğrafiya” elmi
        • 1.2.1 Şərq ölkələrində “Coğrafiya”nın inkişafı

        Coğrafiyanin tarixi

        Əsas məqalə: Coğrafiya tarixi

        Coğrafi biliklərin inkişafı və Yer kürəsinin öyrənilməsi 4 əsas dövrə bölünür.

        1. Qədim dövr.
        2. Orta əsrlər dövrü (V–XIV əsrlər).
        3. Böyük coğrafi kəşflər dövrü (XV–XVII əsrlər).
        4. Müasir coğrafi tədqiqatlar dövrü.

        Qədim dövr

        İnsanlar qədim dövrlərdən başlayaraq ətraf əraziləri, onların təbii-coğrafi şəraitini, təbiətdə baş verən hadisələri öyrənməyə cəhd etmişdirlər.

        Eyni zamanda yaxın ərazilərdə yaşayan tayfa və xalqları tanımaq, onların yaşadığı əraziləri bilmək insanlara daha çox qida toplaması yerlərini müəyyən etmək və tayfalararası toqquşmalardan uzaq olmaq üçün lazım idi. İnsanların sayının artaması, müxtəlif ərazilərdə yaşayan tayfaların birliklərinin yaranması dövlətlərin formalaşması ilə nəticələndi. Şumer, Misir, Yunanıstan, Roma, Çin və Hindistanda dövlətlərin yaranması daha uzaq ərazilərin öyrənməyə maraq artırdı.

        Şumerdə və Babilistanda coğrafi biliklərin toplanması

        Şumerdə tapılan ən qədim topoqrafik xəritə
        Babilistanda çəkilmiş ən qədim xəritə

        Mesopotamiya ilkin coğrafi təsəvvürlərin və biliklərin yarandığı ərazilərdən biridir. Dəclə və Fərat çayları arasında məskunlaşan, şumerlər adlanan xalqlar tarix boyu bir neçə dövlət qurmuşdur.

        Şumerlərin e.ə XXV əsrə aid gil lövhələr üzərində olan yazıları dövrümüzə qədər gəlib çatmışdır. Bu lövhələrdə balıq pulcuqlarına oxşar simvollarla Livan dağları, mərkəzdə paralel xətlərlə şumerlər üçün mühüm cəhət təyini obyekti olan Fərat çayının orta axarı, Zaqros dağları çəkilir. Dörd cəhətin olması fikri şumerlərə məxsusdur. [3] Qədim Babilistana aid olunan (E.ə V əsr), hazırda Britaniya muzeyində saxlanılan xəritələrin birində şəhərlərin təsvirindən görünür ki, Dünya dairəvi və yastı formadadır. Fərat çayı dağlardan başlayaraq ölkədən keçir və okeana tökülür. Xəritənin mərkəzində Babilistan, həmçinin kənarda Assuriya və Urartu dövlətlərinin adları yazılmış.

        Qədim Misirdə coğrafi biliklər

        Qədim Misirlilərin öyrəndiyi ərazilər

        Uzaq ərazilərə ilk səyahətlər qədim misirlilərə məxsusdur. Müxtəlif tikililərdə, daşlar, fil sümüyü və ya papirus üzərində olan və bizə gəlib çatan yazılarda onların hərbi yerləri haqqında məlumatlar vardır. Bu məlumatlarda göstərilir ki, onlar e.ə XXIX əsrdə Suveyş körfəzinə çatmış və Sinay yarımadasına keçmişdir.

        I Tutmos Suriyanı keçərək Fərat çayının yuxarı axarına, Xatşepşut dəniz səyahəti zamanı Punt ölkəsinə (indiki Somali yarımadası və Yəmən) çatmışdır.

        E.ə VII əsrin sonunda firon Nexo Misir-Finikiya donanmasında Qırmızı dəniz boyu cənuba üzərək üç il ərzində Afrikanın ətrafında dolanaraq geri qayıtmışlar. Bu səyahət barədə qədim yunan alimi Herodot da məlumat vermişdir. [4]

        Bisutun yazıları

        Qədim İranda ətraf ərazilər haqqında məlumatlar

        İndiki İran ərazisində qədim dövrlərdə mövcud olmuş Əhəmənilər imperiyası böyük gücə malik idi. Böyük II Kirin hakimiyyəti dövründə (e.ə 558-e.ə 530) İran, Midiya, Lidiya, Kiçik Asiyada olan yunan şəhərləri, Mesopotomiya, o cümlədən Babilistan, Mərkəzi Asiyanın çox hissəsi, Qafqaz onun tabeliyində olmuşdur.

        I Dara dövründə (e.ə 522-e.ə 486) farslar Pamir yaylası (qədim fars dilində Pa-i-maxr-Günəş allahı olan Mitra damı), Fərqanə vadisi, Amudərya çayının yuxarı axarı, Hind çayının sağ sahillərindəki əraziləri tanıyırdılar.

        I Daranın dövründə olan yürüşlər və zəfər qazandıqları ölkələr haqqında məşhur Bisutun yazıları qalmışdır.

        Farsların məlumatları əsasında Heradot yazır: “Xəzər daxili su hövzəsidir, heç bir dənizlə əlaqəli deyildir. Onun uzunluğu avarlı gəmidə 15 günlük, eni ən geniş yerdə 8 günlük yoldur”. [5]

        Finikiya gəmisi

        Finikiyada coğrafi biliklər

        Finikiya dənizçiləri Aralıq dənizi sahillərini öyrənmiş, ilk dəfə Cəbəllütariq boğazından Atlantik okeanına çıxmış, Avropa və Afrika sahilboyu ölkələrində olmuşlar.

        Bəzi məlumatlarda finikiyalıların Baltik dənizinə qədər getdiyini, buradan kəhraba apardığını sübut edir. Bundan başqa finikiyalı dənizçilər ilk dəfə ekvatoru kəsib keçmişlər və ilk dəfə günəşi şimalda görmüşlər. [6] [7]

        Qədim Hindistanda coğrafi biliklərin yaranması

        Qədim hindlilərin coğrafi biliklərinin ilk ümumiləşmiş forması onların müqəddəs kitabələrində saxlanır. Hindlilərin ən qədim salnaməsi olan Riqveda kitabında (Himinlərin elmi) poetik formada Sindxu (Hind) çayı və onun qolları təsvir olunur.

        Müqəddəs himinlər toplusu olan Vedalar kitabında “Bxavana darza” (Dünyanın güzgüsü) adlı hissə dünyanın qurluşunun təsvirinə həsr edilmişdir. Mahabharataın altıncı kitabının “Coğrafiya” bölməsində olan 300 şeirdə okeanlar, dənizlər, dağlar və çayların adı var. Ramayana kitabında b.e.ə III əsrdə hindlilərə məlum olan Yer kürəsi təsvir olunur. [8]

        Qədim Çində coğrafiyanın inkişafı

        Çin kompasının modeli

        Qədim Çin coğrafiyanın inkişaf etdiyi mərkəzlərdən biri olmaqla bərabər, həm də o dövrdə öyrənilən ərazilərin geniş olması, əkinçiliyin yaxşı inkişaf etməsi ilə fərqlənir. Qədim Çin mədəniyyəti e.ə.II-I minillikdə Xuanxe və Yantsız çaylarının aşağı axınlarındakı düzənlikdə yaranmışdır. Qədim çinlilər Xuanxe və Yantsızı çayları boyunca yuxarı qalxaraq dağlıq əraziləri və aşağı enərək Sarı dənizi və Cənubi-Şərqi Çin dənizi sahillərini, Koreya yarımadasını və həmçinin Tayvan adasını kəşf etmişlər.

        E.ə. II əsrdə coğrafiyaya dair əsərlərin xüsusi forması-səyahətlərin yol təsviri yaranır. Belə təsvirin müəlliflərindən biri olan Çjan-Syan e.ə. 138-ci ildə Çin imperatoru tərəfindən Mərkəzi Asiyanın Yeddiçaylıq (Semireçye-rus) rayonunda köçəri həyat sürən sakların düşərgəsinə göndərilir, lakin onu yolda Mərkəzi Monqolustan və Trans-Baykal yüksək düzənliklərində hökmranlıq edən hunlar əsir götürür. On il əsirlikdə qaldıqdan sonra qaçmağa müyəssər olur.

        Mərkəzi Tyan-Şanın hündür aşırımlarından keçib donmayan İssık-Kul gölünün cənub sahilinə köçəri sakların düşərgəsi olan – Çiqu şəhərinə gəlib çıxır, oradan yenidən dağ aşırımlarını keçərək Narın çayı dərəsi boyunca Fərqanə vadisinə – Quşyan (Kassan) şəhərinə gəlir. Bir il sonra vətənə qayıdan Çjan-Syan Pamir dağlarını şimaldan (Alay vadisindən) keçərək Təklə-Məkan səhrasına gəlib çatır. Onun səthi ilə bir vadidən digərinə keçərək axarsız duzlu göl (Lobnor) yerləşən geniş yastı çökəkliyə çatır. Özünün hesablamalarına görə 14.2 min km yol qət etmiş Çjan-Syan ilk dəfə çinliləri Mərkəzi Asiyanın çölləri, səhraları, iri dağ sistemləri-Tyan-Şan və Pamir, bu dağlardan başlayan və “Qərb dənizinə” – (Aral dənizi) tökülən Amu-Dərya və Sırdərya çayları haqqında dürüst məlumatlarla tanış etmişdir. Onun keçdiyi marşrutla e.ə. II–I əsrlərin sərhədlərində Böyük İpək yolunun cənub qolu salınmışdır. [9]

        Tarixi məlumatlara görə e.ə. XI–VIII əsrlərdə Çində ipək parça üzərində yüksək səviyyədə tərtib olunmuş torpaq və poçt yolları və digər xəritələr düzəldilirdi. Onlardan biri olan “hərbi” xəritədə yollar, çaylar, dağlar, hərbi postlar, siqnal qüllələri, yaşayış yerləri və orada olan evlərin sayı və s. əks olunmuşdur. Xəritələrdə yerlər dəqiqliklə göstərilirdi. Bunun üçün ən mükəmməl alət olan kompasdan istifadə olunması haqqında çin səyyahları hələ e.ə. III əsrdə məlumat verməyə başlamışdılar [10] .

        Bizim eranın III əsrində məsafə ölçən alət icad olunur; yüngül arabacığın təkəri və barabanı dişli ötürücü ilə birləşdirilirdi. Hər “li” (576 m) barabana vurmaqla qeyd olunurdu. Bu icadın köməyi ilə Çində ipək parça üzərində 18 səhifədən ibarət böyük regional atlas düzəldilmişdir ki, bir adam onun səhifəsini güclə çevirə bilirdi.

        Antik coğrafiya

        Qədim Yunanıstanda və Qədim Roma b.e.ə. I minillikdən eramızın V əsrinə qədər yüksək inkişaf səviyyəsində olmuşdur. Eyni zamanda indiyə qədər gəlib çatan mənbələr göstərir ki, digər elmlərlə yanaşı burada “Coğrafiya” da yüksək inkişaf etmişdir.

        Yunanıstanda “Coğrafiya” elmi

        Hekateyin xəritəsi

        B.e.ə XVI–XV əsrlərdə Aralıq və Qara dənizləri birləşdirən Hellesnont (Dardanel) və Bosfor boğazları artıq yunanalara məlum idi. Yunanlar-axeylilər az vaxtda Krit adası da daxil olmaqla ətrafda olan Rodos, Kipr, Evbeya adaları və digər sahilboyu əraziləri öz əsarətlərinə aldılar.

        B.e.ə. VIII–V əsrlərdə yunanlar Aralıq dənizinin bütün sahillərinə yayıldılar. Milet şəhərindən olan dənizçilər Nil çayının mənsəbində olarkən onun yunan hərfi deltaya (Δ) oxşadığını nəzərə alaraq bu ərazini Delta adlandırdılar. [11] Yunanlar Qara dənizinin şimal sahillərində və dənizin Qafqaz dağları ilə olan sahillərində 50-dən çox məntəqənin əsasını qoymuşdular.

        Qədim Yunanıstanda təbiətşünaslığın əsasını Miletli Fales (b.e.ə. VII əsrin sonu-VI əsrin ortaları) qoymuşdur. O, “üfüq”, “üfüqün cəhətləri” terminini ilk dəfə işlətmiş və o vaxtdan coğrafiya xəritələri cəhətlərə əsasən tərtib olunur. İlk belə xəritənin tərtib edilməsi (b.e.ə. 550 il) Falesin şagirdi Aneksimandrın adı ilə bağlıdır. O, “Dünyanın xəritəsi” və “Qlobus” traktatlarını yazmışdır. Miletli coğrafiyaçılar “qitələr” terminindən istifadə edərək “Asiya” və “Avropa”nı ayırmağa başladılar. Aneksimandrın müasiri olan Miletli Hekatey Liviyanı (Afrika) da əlavə qitə kimi ayırmışdır. Hekatey dünyanın yunanalara məlum olan hissəsinin bizə gəlib çatan ilk xəritəsini tərtib etmişdir. [12]

        Heradot (b.e.ə. 490–425) özünün “Tarix” kitabında təkcə hadisələr haqqında deyil, həm də gəzdiyi ərazilərin əhalisi, təsərrüfatı, coğrafi təsviri haqqında da məlumat verir.

        Yerin kürə şəklində olması əvvəlcə b.e.ə. VI əsrdə Pifaqor, sonra Eleyadan olan Parmenid (b.e.ə. V–IV əsrlər) tərəfindən irəli sürülmüşdür. Bu fikirlər faktlarla təsdiq edilmirdi. Pifaqorun fikrinə görə kürə ideal formadır. Ona görə ilahi qüvvə bütün göy cisimlərinə belə ideal forma vermişdir. [13]

        Eratosfenin ölçü işləri

        Yerin kürə şəklində olmasını Stargirdən olan məşhur filosof Aristotel və Knidadan olan astronom Evdoks (b.e.ə. IV əsr) sübut etmişdir. Şimaldan cənuba gedərkən ulduzların biri görünür, digəri üfüqdən gözdən itir. Bunu Yer səthinin əyri olması ilə izah etmək olar. Gəmilər açıq okeanda uzaqlaşdıqca üfüqdə əvvəlcə onların gövdələri, sonra isə tədricən dor ağacları gözdən itir. Aristotel ona diqqət yetirmişdir ki, Ay tutulan zaman Yerin kölgəsi onun üzərində dairəvi görünür, dağlara qalxdıqca üfüqdə görünən ərazilər genişlənir. [14] Coğrafiya terminini ilk dəfə Eratosfen (e.ə. 276-194-cu illər) işlətmişdir. Eratosfeni çox vaxt “Coğrafiyanın atası” adlandırırlar. Alim özünün “Coğrafi qeydlər” kitabında Yerin təsvirini vermiş və məlum olan ərazilərin xəritəsini tərtib etmişdir. O Yerin kürə şəklində olması ideyasını qəbul edərək Misirin İsgəndəriyyə şəhərində ölçmə işləri aparmışdır. Eratosfen Yerin radiusunun 6310 km, 1°-lik meredian qövsünün 110 km olduğunu təyin etmişdir. Enliklərin dərəcələrlə hesablanmasını ilk dəfə Hipparx (b.e.ə 160–125) aparmışdır. O, ilk dəfə meridianı 180 dərcəyə bölmüş, xəritədə dərəcə şəbəkəsi çəkmiş, Yerin məskunlaşma hissəsində 12 iqlim, yəni enlik zonası ayırmışdır.

        Antik coğrafiyanın ən mühüm ideyalarından biri Dünya okeanının vahidliyi haqqındadır. Bu fikiri ilk dəfə Aristotel söyləmiş, sonra Eratosfen tərəfindən inkişaf etdirilmişdir. O, deyirdi ki, “əgər Atlantik okeanının geniş suları mane olmasa, eyni paralel üzrə İberiyadan (Priney yarımadası) Hindistana üzüb keçmək olar”. Bu dövrdə Cənubda olan torpaq sahələri Terra Australis İncognita (Naməlum Cənub Torpaqları) adlanmış və 1,5 min ilə yaxın sirr olaraq qalmışdır. [15]

        Qədim Roma imperiyasında “Coğrafiya” elmi

        Yer kürəsinin Ptolomey tərəfindən çəkilmiş xəritəsi

        Qədim Romada bir neçə iri həcimli “Coğrafiya” kitabları yazılmışdır. Bu kitablar hazırda da öz əhəmiyyətini saxlayırlar. Bu kitablardan birinin müəllifi olan Strabon (b.e.ə. 63-b.e 24) iki eranın qovşağında yaşamışdır.

        Strabon varlı və məşhur ailədən idi, yaxşı təhsil almışdı. Kiçik Asiyada yerləşən Amasiyadan olan Strabonun “Coğrafiya” əsəri 17 kitabdan ibarətdir. “Coğrafiya” ilə yanaşı “Tarixi qeydlər” kimi fundamental əsərlər yaratmışdır. İkinci əsər dövrümüzə gəlib çatmamışdır. Kitabda Strabon o dövrdə məlum olan bütün ölkələr, onların tarixi, əhalisi, təsərrüfatı haqqında digər mənbələrdə olmayan məlumatlar verir.

        Strabonun bu kitabında ilk dəfə Azərbaycanın təbiəti, təsərrüfatı və əhalisi haqqında yazılı məlumat verilir.

        Eramızın II əsrində Misirdə İsgəndəriyyə şəhərində yaşamış yunan alimi Klavdi Ptolemey (90–160) öz dövrü üçün fundamental əsər sayılan “Coğrafiya” kitabını yazmışdır. Kitab bir çox əsrlər boyu, yəni “İntibah” dövrünə qədər ölkələr və regionlar haqqında zəngin məlumat mənbəyi kimi istifadə etmişdir. Kitab 8 hissədən ibarətdir. Ptolemey həm də Dünya xəritəsini tərtib etmişdir. Eratosfen və Ptolomeyin xəritələrində oxşarlıq odur ki, onların hər ikisində eyni quru ərazilər -Yeni və Köhnə Dünya – Cənubi Avropa, Ön Asiya və Şimali Afrika təsvir olunmuşdur. Fərqli cəhət odur ki, Eratosfenin xəritəsindən fərqli olaraq Ptolomeyin xəritəsində meridian və paralellər çəkilmiş, yerin kürəviliyi nəzərə alınmışdır. XV əsrə qədər Ptolomeyin xəritəsindən istifadə olunmuşdur. Ptolomeyin xəritəsində dünyanın bir neçə ölkələrdən ibarət olduğu görünür. [16]

        Orta əsrlər dövrü (V–XIV əsrlər).

        Erkən orta əsrlərdə Avropada elm və mədəniyyət dinin təsiri altında durğunluğa uğradı. Quldarlıq dövrünün mütərəqqi elmi fikirləri yaddan çıxırdı. Hər cür təbii proseslər və hadisələrin baş verməsi maddi varlıqların yaranması haqqındakı fikirlər Allahın iradəsi ilə bağlanır, dini əfsanələr ilə əlaqələndirilirdi.

        Şərq ölkələrində “Coğrafiya”nın inkişafı

        Piri Rəisin xəritəsi

        Avropa ölkələrindən fərqli olaraq ərəb ölkələrində, Yaxın Şərqin və Orta Asiyanın digər ölkələrində antik Yunan və Roma coğrafiyasının irsi hifz edilib saxlanılır, onun ən yaxşı nümunələri ərəb dilinə tərcümə edilirdi. Ərəb Xilafətinin yaranması ərəblərin Ərəbistan yarımadasından bütün Yaxın və Orta Şərq ölkələrinə, Mərkəzi Asiyaya, Şimali Afrika və Cənubi Avropaya yayılmasına imkan vermişdir. VIII–IX əsrlərdə Ərəb Xilafətində elm və mədəniyyət yüksək inkişaf səviyyəsinə çatmışdır. IX əsrdə İbn Xordadbəy (820–912) ərəbcə “Yollar və məmləkətlər haqqında kitab” əsərinin yazmışdır. Əsərin əsas məzmununu Bağdaddan şimala, Mərkəzi Asiyaya qədər və cənubdan-Hindistana qədər yolların təsviri təşkil edir. X əsrin məşhur səyyahı İbn Fadlan Volqa boyunda yaşayan bulqarlar və peçneqler, Qara dənizin şimalında yaşayan xalqlar haqqında zəngin məlumatlar verilmişdir.

        Xərəzim şəhərində anadan olmuş Əbu-Reyhan Biruni (973–1048) “Astronomiya və ulduzlar haqqında Məsud Cədvəli” kitabında coğrafi koordinatların təyin edilməsi üsullarını izah etmiş, 600-dən çox yaşayış məntəqəsinin enlik və uzunluq koordinatını vermişdir. Əl-Biruninin “Hindistan”, “İranın icmalı” əsərləri böyük maraq və əhəmiyyət kəsb edir. Əl-Biruni diametri 5 m olan qlobus hazırlamış,1°-lik qövsün uzunluğunu (111,6 km), Yerin meridian çevrəsinin uzunluğunu hesablamış (41500 km), onun Günəş ətrafında fırlanmasını söyləmişdir. O, Yerin fırlanma oxunun 29°34’ olduğunu müəyyən etmişdir. Nəsrəddin Tusi (1201–1274) 1259-cu ildə İranın Marağa şəhərində rəsədxana qurmuşdur. N.Tusi “Zic-Elxani” əsərində yaşadığı dövrdə məlum olan 256 şəhərin coğrafi kordinatlarını göstərmişdir. Orta əsrlərdə yaşamış coğrafiyaçı alimlər arasında Əbdülrrəşid Bakuvinin də adını çəkmək olar. Bakuvi Yeri 7 iqlim qurşağına bölmüşdür. O, Azərbaycan və onun şəhərləri haqqında da məlumat vermişdir. Bakuvi Azərbaycanı 4-cü və 5-ci iqlim qurşaqlarına aid edir. XVI əsrdə məşhur türk dənizçisi Piri Rəis Atlantik okeanının Afrika sahillərində üzmüş,1513-ci ildə Atlantik okeanın dəqiq topoqrafik xəritəsini tərtib etmişdir.

        Böyük coğrafi kəşflər dövrü (XV–XVII əsrlər) (15–17 əsrlər)

        Xristofor Kolumbun dörd səyahəti

        Yeni dövrün ilk əsrləri (XV–XVI əsrlər) Avropa sənayesinin və ticarətin inkişafı, elmin və mədəniyyətin sürətli yüksəlişi ilə xarakterizə olunurdu.Böyük Coğrafi kəşflərin tarixinə əsaslı diqqət yetirilməsi onunla bağlıdır ki, birincisi, bu kəşflər coğrafi ideyaların irəliyə doğru inkişafı nəticəsində mümkün olmuşdur, ikincisi, coğrafi kəşflər öz növbəsində yeni coğrafi ideyaların inkişafına güclü təsir göstərmişdir. Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən İspaniya və Portuqaliya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki – Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər.

        Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi.

        Hindistana yol axtaran Diaş Bartolomeu (1450–1500) ilk dəfə 1487–1488-ci illərdə Afrikanın cənub ucqarlarından keçərək indiyə qədər qapalı hesab olunan Hind okeanına çıxır. Lakin güclü fırtınalar onun gəmilərini əldən elə salır ki, o, həmin burnu “Fırtına burnu” adlandırır. Amma indi biz coğrafiya xəritələrində bu ada rast gəlmirik, ona görə ki, Portuqaliya Kralı II Juan “Fırtına burnu”nu “Ümüd burnu” adlandırmağı əmr edir. Çünki Diaşın kəşfi portuqaliyalılara zəngin Hindistana dəniz yolu ilə gedib çıxmaq ümidini verirdi.

        Xristofor Kolumbun 1492-ci ildə ilk dəfə Atlantik okeanını üzüb keçməsi Böyük coğrafi kəşflərin başlanğıcı kimi qəbul olunur (şəkil 10). Amerika sahillərinə yaxınlaşan Kolumbun gəmiləri ilk dəfə olaraq 12 oktyabr 1492-ci ildə sahildə qurunu görürlər və sonrakı gün özlərinin kəşf etdikləri torpağa ayaq basaraq onu Vest-İndiya adlandırırlar. Bu, birinci səyahəti zamanı (1492–1493-cü illər) X.Kolumb Baham, Kuba və Haiti (Espanyola) adalarını kəşf edir.

        Onun ikinci səyahəti (1493–1496-cı il) Kiçik Antil adalarının bir qrupunun, Puerto-Riko və Yamayka adalarının kəşfinə gətirib çıxarır; bundan başqa Kubanın cənub sahillərini tədqiq edir (materikin bir hissəsi kimi başa düşürdü). Üçüncü səyahəti (1498–1500-cü il) zamanı cənubi Amerika materikinin şimal sahillərindəki Orinoko çayının ağzı və Trinidad adası kəşf olunur.

        Kolumb Cənubi Amerika materikinin sahillərində olsa da, onu Köhnə Dünyanın bir adası hesab edirdi və Yeni Dünyanı kəşf etdiyini heç təsəvvürünə belə gətirmirdi.

        Dördüncü səyahəti zamanı (1502–1504-cü ildə) o, Mərkəzi Amerikanın 2 min km. uzunluğundakı sahillərini kəşf edir və Panama bərzəxinə yaxın hissədən qərbə yol axtarır. X.Kolumb daha sonra Honduras Nikaraqua, Kosta-Rika və Panama sahilboyu üzərək cənub-şərqə gedib Daryen körfəzinə çıxır.

        Varlı İspan gəmi sahibləri 1499–1500-cü illərdə Ameriqo Vespuççinin iştirakı ilə cənubi Amerikaya dörd ekspedisiya təşkil edirlər. Onlar 700–800 mil uzunluğunda sahilləri öyrənirlər və Amazon çayının ağzını kəşf edirlər.

        Vasko da Qamanın Hindistana səfəri

        1497-ci ildə kral Manuel Vasko da Qamanın (1469–1524) başçılığı altında Hindistana ekspedisiya göndərir. Afrikanın şərq sahili boyu üzərək Mozambik adalarına gəlir və burada o qızğın ticarət edən ərəb tacirlərini görür. Şimal istiqamətində üzən Vasko da Qama Malinda limanına gəlib çatır. Burada portuqaliyalılar yerli hökmdarların köməyi ilə ən mahir ərəb losmanı və kartoqrafı hesab olunan Əhməd İbn-Məcidi özlərinə bələdçi götürürlər. Vasko da Qama onun köməyi və musson-səmt (may ayı) küləklərindən istifadə edərək 1498-ci ildə Hindistan sahillərinə gəlib çatır. O, yerli tacirlərlə alver edərək, ədviyyat, qızıl və bahalı daş-qaşla öz gəmilərini yükləyir və yenə də musson küləklərindən istifadə edərək geriyə – Afrika sahillərinə və oradan isə 1499-cu ildə Portuqaliyaya qayıdır. Beləliklə, Vasko da Qama Afrika ətrafına cənubdan dolanaraq dəniz yolu ilə Hindistana gəlmiş ilk avropalı hesab olunur. Bu təkcə Portuqaliya tarixində deyil, dünya ticarəti tarixində də önəmli bir hadisə idi. Həmin vaxtdan başlayaraq Süveyş kanalı (1869) açılanadək, Avropa ilə Hindistan və Çin arasında ticarət əvvəlki kimi Aralıq dənizi ilə yox, Atlantik okeanı – Ümid Burnu yanından keçən dəniz yolu ilə aparıldı. Yeni açılan bu dəniz yolu tarixi İpək yolunun da tənəzzülünə səbəb oldu. Sosial-siyasi baxımdan isə Hindistanın talan və işğalının başlanğıcını qoydu.

        Magellanın dünya səyahəti

        Fernan Magellan (1480–1521) 1519-cu ilin 20 sentyabrında beş gəmi ilə İspaniyadan ilk dünya səyahətinə yola düşür. Atlantik okeanını keçdikdən sonra Magellan Cənubi Amerika sahilləri boyu üzərək qərbə gedən boğazı axtarır və nəhayət 520 c.e. indi onun adını daşıyan Magellan boğazını böyük çətinliklə keçərək okean ənginliklərinə çıxır. Dar, qaranlıq boğaz döngələrindən sakit bir okeana çıxan ekspedisiya iştirakçılarında xoş təəssürat yaranır və bu okeanı Sakit okean adlandırırlar. Dünyada ilk dəfə Sakit okeanın ən enli yerindən üzüb keçən Magellanın gəmiləri xoş və acı günləri yaşamaqla dörd aydan sora gəlib indiki Filippin adalarına çıxırlar. Burada Magellan yerli tayfalar arasında gedən vuruşmaya qoşulur və 27 aprel 1521-ci ildə öldürülür.

        Qalan gəmilərdən birisi Xuan Sebastyan Elkanonun başçılığı ilə bütün yol boyu portuqaliyalılardan gizli əvvəlcə Moluk adalarına gəlir, orada xeyli ədviyyat yükləyir, Timor adasından keçib böyük çətinliklərlə Hind okeanının cənub enliklərilə üzərək, Ümid burnundan keçib 1522-ci ilin 8 sentyabrında salamat qalmış cəmi 18 nəfər dənizçi ilə (yola çıxan 265 nəfərdən) gəlib İspaniyaya çatır.

        Hollandiya böyük cəsarətlə Yeni kəşflər təşəbbüsünü öz əlinə keçirdi. 1602-ci ildə təşkil olunmuş “Ost-İndiya Hollandiya şirkəti” bir neçə ildən sonra Zond adalarındakı ən mühüm əraziləri portuqaliyalıların əlindən aldı. Yeni sərvət mənbələrinin axtarışı onları tezliklə Avstraliya sahillərinə gətirib çıxartdı. Hollandiya dənizçisi Villem Yanszon Torresdən bir neçə ay əvvəl Avstraliya sahillərində olmuş ilk avropalı hesab olunur. O, 1606-cı ildə Keyp-York yarımadasının qərb sahillərini öz xəritəsinə köçürmüşdür. Artıq XVII əsrin ilk illərində hollandiyalı dənizçilər Avstraliyanın “Yeni Hollandiya” sahillərini görürdülər, 1615-ci ildən sonra onun qərb, qismən şimal və cənub sahillərinin xəttləri müəyyənləşdirilmişdir. [17]

        Müasir coğrafi tədqiqatlar dövrü

        On səkkizinci əsrin ortası və on doqquzuncu əsrin birinci yarısında Avropanın bir sıra ölkələrində sənaye inqilabı baş verir, kapitalizm sürətlə inkişaf edir və onun texniki bazası möhkəmlənir. Bu dövrdə, xüsusilə İngiltərə xeyli güclənir və öz rəqiblərini sıxışdıraraq dünyanın ən böyük müstəmləkəçi dövlətinə çevrilir.

        Ceyms Kuk (1728–1779) görkəmli ingilis dəniz səyyahı olub, dünya səyyahları arasında adı Kolumb və Magellandan sonra üçüncü çəkilir. Ceyms Kuk ilk dəfə həm Arktika və həm də Antarktidada olmuş, ilk dəfə cənub qütb dairəsini kəsib keçmiş, onun gəmiləri üç dəfə Yer kürəsini dolanmış və altı dəfə ekvatoru kəsmişdir. Kukun apardığı coğrafi kəşflərin siyahısını tutmağın özü çox vaxt tələb edərdi. Böyük ingilis səyyahı Avstraliyanın bütün şərq sahillərini, Yeni Kaledoniyanı, Havay, Cənubi Georgiya, Yeni Zelandiya və s. adaları kəşf edib. Faktiki olaraq Kuk ilk dəfə Okeaniyanı dünyaya tanıdanlardan olmuşdur.

        Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir.

        Amudsen və Skotun Cənub qütbü marşurutu

        1819–1821-ci illərdə Rusiya dövləti F. F. Bellinshauzen və M.P.Lazaryevin başçılığı ilə naməlum Cənub materikinin axtarışına ekspedisiya göndərir. Onların gəmiləri bu naməlum materikin ətrafına fırlanır, beş dəfə sahilə xeyli yaxınlaşır və Antarktikanın sularında çoxlu yeni adalar kəşf edir. Ekspedisiyanın Antarktida sahillərinə ilk dəfə yaxınlaşdığı gün-28 yanvar 1820-ci il onun kəşf olunma tarixi kimi qəbul olunur. Sonralar bir sıra digər ekspedisiyalarda iştirak etmiş F.F.Bellinshauzeni sonuncu böyük dəniz səyyahı adlandırmaq olar. Yerin axırıncı materiki artıq kəşf olunmuşdur.

        XIX əsrin sonuna yaxın Yerin qütblərini kəşf etmək uğrunda mübarizə özünün kulminasiya nöqtəsinə çatır. Özü də bu yarışda ön plana elmi maraqlardan daha çox yox, milli və şəxsi nüfuzlar çəkilmişdir. Amerikalı Robert Piri (1856–1920) həyatının 23 ilini Şimal qütbünün öyrənilməsinə həsr etmişdir. Bir neçə ciddi cəhətlərdən sonra Robert Piri nəhayət, 1909-cu ildə tarixdə ilk dəfə olaraq Şimal qütbündə olur.

        Cənub qütbünə isə kimin tez çatacağı uğrunda gedən mübarizə faciə ilə nəticələnir. Norveçli Raul Amundsenin başçılıq etdiyi ekspedisiya itlər qoşulmuş xizəklərlə 1911-ci ilin dekabrında Cənub qütbünə çatır, orada məktub və çadır qoyub geri dönür. At qoşqu heyvanları qoşulmuş xizəklə yola düşən ingilis Robert Skotun (1868–1912) ekspedisiyası bir aydan sonra gəlib cənub qütbünə çatır və burada Norveç bayrağını görür. İngilislər gecikdiklərinə görə mənəvi cəhətdən dərin sarsıntı keçirirlər və geri qayıdarkən yolda həlak olurlar.

        Beləliklə, qütblərin kəşfi uğrunda gedən böyük epopeya başa çatır, lakin həmin dövrdə onların elmi cəhətdən öyrənilməsi hələ aparılmırdı. Yalnız sonralar yeni texniki avadanlıqlarla təchiz olunan ekspedisiyalar Arktika və Antarktikanın əsaslı öyrənilməsinə başlayırlar.

        Elmi ekspedisiyalar və coğrafi nəzəriyyələr

        XIX əsrdə elmin, texnikanın coşğun inkişafı öz təsirini coğrafiyaya da göstərdi. Bu dövrdə yeni coğrafiyanın əsaslarını qoyan – Aleksandr Humbolt, Karl Ritter, İohan Tünen, K. İ. Arsenyev və s. kimi görkəmli alimləri misal göstərmək olar.

        Aleksandr Humboltun Latın Amerikasına etdiyi ekspedisiyası

        XIX əsrin yeni coğrafiyasının böyük tədqiqatçısı, səyyah, təbiətşünas, geoloq müqayisəli fiziki coğrafiyanın, landşaftşünaslığın banisi Aleksandr Humbolt (1769–1859) olmuşdur. O, coğrafiya elminə Cənubi və Şimali Amerika, Mərkəzi Asiya, Ural, Altay ölkəsi və dünyanın başqa rayonlarına səyahət etməklə dərin elmi müşahidələr aparmaqla gəlmişdir. Həyata keçirdiyi iri elmi ekspedisiyalarda çoxlu məlumatlar toplamış, yol qeydləri aparmış və sonra bu məlumatları sintez edərək qiymətli elmi əsərlər yazmışdır. Onun qələmindən 600-dən artıq coğrafiyanın müxtəlif sahələrini əhatə edən qiymətli əsərlər çıxmışdır. Bu əsərlərin çoxu sanballı monoqrafiyalar və elmi kitablardır. Amerikanın təbiətinə aid 30 cildlik, Mərkəzi Asiyaya aid 3 cildlik, Yerin təbiəti və insan problemlərinə aid 4 cildlik əsərlər nəşr etdirmişdir. [18]

        Klassik coğrafiyanın ikinci böyük nümayəndəsi A.Humboltun müasiri Karl Ritter (1779–1859) olmuşdur. Müqayisəli coğrafiyanın tərəfdarı olan Karl Ritter dərin bilikli, geniş dünyagörüşlü alim idi. Almaniyada Berlin universitetinin ilk coğrafiya kafedrasını təşkil etmiş və onun professoru olmuşdur. Onun dərin mənalı, maraqlı mühazirələrini bir çox görkəmli alimlər – isveçrəli A.Qyuye, fransız Elize Reklü, rus Pyotr Semyenov-Tyanşanski və b. dinləmişlər. A.Humboltdan fərqli olaraq, Ritter səyahət etməmişdi. O, kabinet alimi idi. Buna baxmayaraq o, zəngin coğrafi və fəlsəfi ədəbiyyatdan istifadə edərək, çoxlu əsərlər yazmışdır. Bu əsərlər sırasında 19 cildlik “Təbiətə və insan tarixinə aid yerşünaslıq və ya ümumi müqayisəli coğrafiya” adlı əsəri də var. Əsər böyük həcmli olsa da, oradakı mülahizələr Afrikaya və Avropanın bir hissəsinə aid materiallar üzərində qurulmuşdur. Ritterin nəzəri coğrafi görüşləri müqayisəli yerşünaslıq ideyası bu kitabda öz əksini tapmışdır.

        Klassik coğrafiyanın görkəmli nümayəndələrindən biri də alman mülkədarı, ilk sahə modelinin yaradıcısı İohann Tünen (1783–1850) olmuşdur. O, kənd təsərrüfatı istehsalının yerləşdirilməsinin optimal modelinə yaxın ilk sxem tərtib etmiş, “Təcrid olunmuş dövlət” (1826) kitabında bu modelləşdirmə ideyasının izahını vermişdir. O, kənd təsərrüfatının yerləşdirilməsinə təsir edən 3 amili – 1) istehsalın xarakterini, 2) torpaqların münbitliyini və bitkilərin xüsusiyyətlərini, 3) bazar qiymətləri ilə müqayisədə nəqliyyat xərclərini əsas götürmüşdür.

        Azərbaycanda coğrafiyanın inkişafı

        Əsas məqalə: Azərbaycan coğrafiya tarixi

        Qədim Azərbaycanın təbiəti, sərvətləri, xalqları, ümumiyyətlə, coğrafiyası haqqında Herodotun, Strabonun, Plininin, Plutarxın, Ptolemeyin əsərlərində geniş məlumatlar vardır. XIV əsrin axırı – XV əsrin birinci yarısında yaşamış Azərbaycan coğrafiyaçısı və tarixçisi Əbdürrəşid Bakuvinin coğrafiyaya dair fikirləri maraq doğurur. O, 1404-cü ildə yazdığı “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” adlı əsərində Bakının neft quyuları haqqında zəngin məlumat verir. Bakuvi Yer kürəsini yeddi iqlimə bölmüş, hər iqlimdə yerləşən ölkələr, şəhərlər, dənizlər, adalar haqqında məlumat vermişdir. Bakuvi Azərbaycanı 4-cü və 5-ci iqlimə daxil edir.

        Hacı Zeynalabdin Şirvani (1780–1837) ömrünün 40 ilini səyahətdə keçirmişdir. Yazdığı “Cənnət bağı səyahətləri” , “Səyahət bağı” əsərlərində Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinin coğrafiyası, etnoqrafiyası, görkəmli şəxsləri, abidələri haqqında qiymətli məlumatlar vermişdir. Onun coğrafi adların mənşəyi haqqında çoxlu mülahizələri vardır. Abbasqulu ağa Bakıxanov (1794–1846) coğrafiya sahəsində də xidmətləri vardır. O, səyahət etdiyi ölkələrin geniş coğrafi ölkələrin geniş coğrafi təsvirini vermiş, “Qəribə kəşflər” əsərini Amerika qitəsinin kəşf olunmasına – ümumiyyətlə, Amerikanın coğrafi təsvirinə həsr etmişdir.

        İsmayıl bəy Qutqaşınlının (1806–1861) Məkkə səfərini əks etdirən “Səfərnamə” adlı əsəri coğrafiya baxımdan qiymətlidir. Görkəmli maarifçi, təbiətşünas alım Həsən bəy Zərdabinin (1842–1907) Azərbaycanda coğrafi fikrin inkişaf etdirilməsində böyük rolu olmuşdur.

        İlk coğrafiya dərsliyimizin müəllifi Qafur Rəşad Mirzəzadə

        Qafur Rəşad Mirzəzadə (1884–1943) Azərbaycanın görkəmli coğrafiyaçıdır. O, Azərbaycanda coğrafiya tədrisi metodikasının əsasını qoymuş, Azərbaycanda ilk dəfə Azərbaycan dilində coğrafiya dərsliyi yazmışdır. Onun “Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”, “Azərbaycan coğrafiyası”, “Coğrafiya terminləri lüğəti”, “Ümumi fiziki coğrafiya” adlı əsərləri respublikamızda coğrafiya elminin inkişafı üçün qiymətli töhfələrdir.

        Məhəmmədhəsən Baharlı (1896–1943) Azərbaycanda coğrafiya elminin inkişafında misilsiz rol oynamışdır. M. Baharlının Azərbaycan coğrafiyasına gətirdiyi ən böyük töhfə “Azərbaycan” kitabıdır. Bu kitab 1921-ci ildə Azərbaycan və rus dillərində çap olunmuşdur. Respublikamızda coğrafiya məktəbi olmadığı üçün kadrlar Rusiyanın müxtəlif şəhərlərində yetişdirilir. Azərbaycanda Respublikası Elmlər Akademiyasının Coğrafiya İnstitutu yarandıqdan sonra respublikamızda coğrafiya elmi sürətlə inkişaf etmişdir. [19]

        Coğrafiyanın vəzifələri və strukturu

        Hazırda coğrafiyanın əsas vəzifəsi coğrafi proqnozlar verməkdir. Coğrafi proqnozlar əvvəlki tədqiqatların nəticələrinə əsaslanaraq gələcəkdə (yaxın zamanda) baş verəcək coğrafi hadisələrin düzgün olaraq göstərilməsidir. Coğrafiya təbii ehtiyatlardan istifadə edilməsi və onların mühafizə yollarını müəyyənləşdirir.

        Müasir coğrafiya elmi üç əsas sahədən ibarətdir:

        1.Fiziki coğrafiya (təbiət elimləri). Fiziki coğrafiya özündə bir çox elmləri birləşdirir.

        2.İqtisadi və sosial coğrafiya (ictimai elmlər). Əhalini, sənayeni, kənd təsərrüfatını, nəqliyyatı, müxtəlif xidmət sahələrini və s.tədqiq edən elmlərə ayrılır.

        3.Kartoqrafiya (texniki elmlər)-Çox vaxt Xəritəşünaslıq adlanan bu sahə aşağıda ki, elmlərlə sıx əlaqəlidir.

        Coğrafiyanın tədqiqat metodları

        Coğrafiyanın tədqiqat sahəsi, coğrafi mühitdə baş verən ümumi qanunauyğunları, tərkibini, onun inkişaf dinamikasını və ərazi üzrə differensiasiyasını öyrənməkdən ibarətdir. Coğrafiyanın tədqiqat metodları bunlardır:

        1. Sistemli təhlil.
        2. Statistik.
        3. Kartoqrafik.
        4. Sistemli yanaşma.
        5. Riyazı.
        6. Sorğu aparılması.
        7. Tarixi materiallardan istifadə.
        8. Balans.
        9. Modelləşdirmə.
        10. Qruplaşdırma.
        11. Müqayisəli təhlil.
        12. Çöl tədqiqatları.

        Göstərilən metodlarla yanaşı, bütün fiziki – coğrafi tədqiqatlar üç mərhələdə aparılır:

        Coğrafiyanın başqa elmlərlə əlaqəsi

        Coğrafiya elimlər sisteminin onunla əlaqədar elmlər arasında yeri.

        Coğrafiya ilə yanaşı bir çox elimlər Yer kürəsini öyrənir. Buraya geologiya, geofizika, geokimya, biologiya və s.daxildir. Bundan başqa coğrafiyanın yuxarıda göstərilən sahələri ayrı-ayrılıqda bir çox elmlərlə sıx əlaqəlidir. Coğrafiyaya ən yaxın elm sahəsi geologiyadır. Fiziki coğrafiyanın fizika, kimya, astronomiya və riyaziyyatla müxtəlif mövzularda bağlılığı var. Coğrafiyanın ekologiya və biologiya ilə ortaq sahələri var. Məsələn bitkilərin və heyvanların yayılmasını öyrənən elm sahəsi var: Biocoğrafiya. Buraya zoocoğrafiya və bitki coğrafiyası sahələri daxildir. Ekologiya elmi zatən hər bir sahədə coğrafiya ilə sıx bağlantıya malikdir.

        İqtisadi və sosial coğrafiya ilk növbədə iqtisadiyyat və sosiologiya elmləri ilə əlaqəlidir. Bundan başqa ictimai elmlərdən tarix,toponimika, politologiya (siyası elm), etnologiya iqtisadi və sosial coğrafiya ilə əlaqəlidir. [21] [22] [23]

        Zaman keçdikcə coğrafiya elminin sferasından bir-çox müstəqil elmlər meydana gəldi:

        • giokrilogiya (daimi donuşluğu öyrənən elm)
        • qlyasiologiya (buzlaqlar haqqında elm)
        • limnologiya (gölləri öyrənən elm)
        • ölkəşünaslıq
        • democoğrafiya
        • tibbi coğrafiya
        • hərbi coğrafiya və s.

        İstinadlar

        1. ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı [ölü keçid] . “Elm” nəşriyyatı. Bakı: 2003. 516 s.
        2. ↑ Л.П.Шубаjев. Yмуми Jершyнаслыг. Бакы. 1986. с.7.
        3. ↑”Arxivlənmiş surət”. 2013-06-18 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2014-03-31 .
        4. ↑ Coğrafiya ensiklopediyası. I kitab. Bakı: 2012, s.7.
        5. ↑http://www.kitabxana.net/files/books/file/1280412030.pdfArxivləşdirilib 2022-03-19 at the Wayback Machine.
        6. ↑ И.Ш.Шифман. Финикийские мореходы. Наука, 1965, c.43–49
        7. ↑http://www.e-reading.ws/bookreader.php/1019607/Shifman_-_Finikiyskie_morehody.html [ölü keçid]
        8. ↑”Arxivlənmiş surət”. 2021-09-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-04-03 .
        9. ↑”Arxivlənmiş surət” (PDF) . 2022-03-19 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2014-04-03 .
        10. ↑Kompas
        11. ↑ Coğrafiya ensiklopediyası.I kitab.Bakı 2012.s.15
        12. ↑”Arxivlənmiş surət”. 2022-03-26 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-04-05 .
        13. ↑ Coğrafiya ensiklopediyası.I kitab.Bakı 2012.s.15.
        14. ↑”Arxivlənmiş surət”. 2016-12-06 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2014-04-07 .
        15. ↑ Coğrafiya ensiklopediyası. I kitab. Bakı: 2012, s.18.
        16. ↑”Arxivlənmiş surət”. 2020-08-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-04-09 .
        17. ↑ В.Ж.Габриэль.”Всеобщая история географических открытий“.Москва.2007.c.102.
        18. ↑”Arxivlənmiş surət”. 2016-11-20 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2014-04-13 .
        19. ↑”Arxivlənmiş surət”. 2015-05-05 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2014-04-23 .
        20. CoğrafiyaAbituriyentlər üçün dərs vəsaiti.E.Əliyev,N.Cəbrayılov.Bakı.2007.s.5.
        21. ↑”Arxivlənmiş surət”. 2022-02-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-04-25 .
        22. ↑”Arxivlənmiş surət”. 2022-03-26 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-04-25 .
        23. ↑”Arxivlənmiş surət”. 2022-03-26 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-04-25 .

        Həmçinin bax

        Xarici keçidlər

        • Piriyev V.Azərbaycanın tarixi-siyasi coğrafiyası.Arxivləşdirilib 2012-10-22 at the Wayback Machine Bakı: “Müəllim” nəşriyyatı, 2006.
        • Əliyev M. C., Həsənli F. A.Coğrafi kəşflərinin tarixi və səyyahlar (pedaqoji universitetlər üçün dərs vəsaiti). Bakı, 2009.
        • http://www.google.com/earth/

        Coğrafiya sözünün mənası nədir?

        Böyük Qafqazın hansı çaylarında vaxtaşırı güclü sellər baş verir?

        materikler hansilardir?

        Materik mənşəli olan hansı adalar vaxtilə materikə bitişik olub,qurunun çökməsi ilə ayrılmışlar?

        Eol ne demekdir?

        Hansı qurşaqda yeni ili 24 dəfə qeyd edilir?

        Konturlu şərti işarələrlə nələr göstərilir?

        Köçürülmə ölkələr hansılardır?

        Andorranın qonşu ölkələri

        iqtisadi ve sosial cografiyanin tedqiqat obyektleri

        Musahidəci hərəkət zamani qutb ulduzunu ozundən solda gorur musahidəci hansi istiqamətdə hərəkət edir
        A)qərbə C)sərqə
        B)cənuba D)simala

        Bakidan qerb istiqametde yerlesen seherde seyyah gunesin 2 saat gec cixdigini gormus dur ,bu seherin uzunlugunu tapin

        Filippinin paytaxtı hansı şəhərdir

        Antarktidanın ucqar şimal nöqtəsi hansıdır?

        Xəzər dənizinin sahəsi nəqədərdi?

        Atmasfer yagintisi hansilardir?

        Yer kuresinin en alt tebeqesinde yasamaq olarmi yeni nuvede?

        Kartofun terkibinde ne var?

        Litosfer nədir?

        Cənubi Amerikada 2 dilli dövlət hansıdır?

        RESPUBLIKAMIZIN DAG SILSILELERI

        arxipelaq nedi?

        yer kuresinde teqriben ne qeder bitki ve heyvan novu var

        Keçəl dağı hansı rayonda yerləşir?

        Düzgün olan ifadəni müəyyən edin:
        А) Dağın ən uca nöqtəsi yamacdır.
        В) Yüksək, orta, alçaq – dağın elementləridir.
        С) 1000 m-dən hündür olan dağlar yüksək dağlar hesab olunur.
        D) Yüksəklik və yaylalar düzənliklərdir.
        Е) Şahid dağlar vulkan nəticəsində yaranır.

        intrazonal landsaftlara hansi eraziler daxildir

        dunya seyahetine cixan seyyahlar

        Bunlardan hansı eondur
        paleozey
        Arxey
        Fanerozoy
        Kaynazoy
        Mezozoy

        kolxida və kür araz ovalığının fərqli cəhətləri

        azərbaycan respublikasının ən yüksək zirvəsi hansıdır

        azerbaycanin neft etiyati ne qedrdir

        Xarivatiyanin en kicik seheri

        Qrmizi denizin derinliyi neqederdir

        en yuksek yer haradir?

        Yerin inkişafı neçə eraya bölünür və hansılardır?

        Ətraf aləmin hadisələri və əşyaları haqqında məlumat

        xammal nədir

        dağın hündürlüyü 900metr olarsa o nədir?

        magmatik suxurlara neler aiddi?

        Talış dağları neçə hissəyə bölunur?

        Maar vulkan formalarına hansı ərazilərdə rast gəlinir?

        1lıtr 15%-li suyun yarısın buxarlandırdıqda alanın suyun duzlulugunu teyın edın.

        Endogen proseslərin təsiri nəticəsində hansı relyef foormaları yaranır?

        neft ixrac eden olkeler hansilardir?

        Almaniyanin neçə faizini turklər təşkil edir?

        Avtobusla dunya seyahetine taliw daglarindan sibire ordanda klimancaroya nece gedmek olar

        Avrasiya,Afrika,Şimali Amerika,Cənubi Amerika,Avstrliya materiklerinin her birine uygun bir duzenlik adi deyesiniz.Zəhmət olmasa denudasion yaxud akkumulyativ oldugunu yazin.Xahiş edirəm tez cavablandirasiniz

        Asagidakilardan hansini k.ptolemeyin dunya xeritesine aid etmek olmaz

        Hind okeanda olan butun çaylar

        İntrazonal landsaftlarin yayildigi eraziler :

        Abraziya nedir?

        Haqqımızda

        Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

        Əlaqə

        • Azərbaycan, Bakı şəhəri
        • +994 50 686 86 44
        • sbabanli@yahoo.com

        Abunə

        Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

        © Bütün hüquqlar qorunur.

        Müəllim işıqlı gələcək deməkdir!

        Avropanın məşhur sənət mərkəzlərinin birində uşağın biri vitrində cox gözəl bir rəsm gorür. Rəsmin qiyməti olduqca yuksək idi. Uşaq bu rəsmi növbəti ildə böyük qardaşının ad gününə hədiyyə almaq istəyir. Bir iş tapıb qənaətlə kecinərək yığdığı bütün pul ilə mağazaya gedir. Şanslıdır, rəsm əsəri hələ satılmamışdır. Icəri daxil olur, rəsmi bir müddət yaxından izlədikdən sonra rəsmi cəkən sənətkarı tapır : “Böyük qardaşımın ad günü üçün bu rəsmi satın almaq istəyirəm, bütün pulum da bu qədərdir”-deyir. Rəssam bir müddət düşündükdən sonra rəsmi paketləyir və uşağa satır. Uşaq paketini alır və təşəkkür edərək mağazadan cıxır. Rəssamın dostları da mağazada idilər və təəccüblə soruşarlar:”Sən nə etdin, o şəklin dəyəri milyonlar edərdi. Niyə bu qədər aşağı qiymətə satdın?” Rəssam cavab verir: “Bəli, mən bu rəsm əsərinə milyonlar verəcək bir cox insan tapa bilərdim, ancaq bütün sərvətini bu rəsmə verəcək neçə nəfər tapa bilərdim. “

        6. “Vitrin” sözünün leksik mənası.
        A) Satilacaq malları nümayiş etdirmək üçün sərgi yeri
        B) Rəsm əsırlərinin nümayişi üçün nəzərdə tutulmuş yer
        C) Hər hansı mağazanın adı
        D) Alıcaların istirahəti üçün ayrılmış yer
        7.Mətndəki əsas fikir hansı cümlədə ifadə olunub?
        A) Avropanın məşhur sənət mərkəzlərinin birində uşağın biri vitrində cox gözəl bir rəsm gorür.
        B) Uşaq bu rəsmi növbəti ildə böyük qardaşının ad gününə hədiyyə almaq istəyir

        C) Rəssam cavab verir: “Bəli, mən bu rəsm əsərinə milyonlar verəcək bir cox insan tapa bilərdim, ancaq bütün sərvətini bu rəsmə verəcək neçə nəfər tapa bilərdim. “

        D) Rəssam bir müddət düşündükdən sonra rəsmi paketləyir və uşağa satır.
        8. “Sərvət dəyərində rəsm” və “İdman ayyaqabıları”mətni üçün ortaq cəhət hesab edilə bilər.
        A) Hər iki mətndəki uşaq obrazı iş qabiliyyətindən məhrudur.
        B) Hər iki satıcı rəsm əsəri satır.
        C) Hər iki satıcı üçün mənəvi qazanc daha vacibdir.
        D) Hər iki mətn təsviri xarakterli mətndir.
        9. Mavi rənglə fərqləndirilmiş sözlər üçün ortaq cəhətdir.
        A) Hər iki söz milli mənşəlidir.
        B) Hər iki sözdə ahəng qanunu eyni şəkildə izlənilir.
        C) Hər iki sözdə həm mənsubiyyət ,həm də hal şəkilçisi var .
        D) Hər iki sözün yazılışı ilə deyilişi fərqlidir.
        10. Çəhrayı rənglə fərqləndirilmiş sözlər ismin hansı halındadır?
        A) Adlıq halada
        B) Qeyri-müəyyən yiyəlik halda
        C) Yönlük halda
        D) Qeyri-müəyyən təsirlik halda
        Tərtib etdi: Yeganə İsgəndərova

        Mövzu: Feli bağlamanın digər nitq hissələrindən fərqləndirilməsi.(VII sinif Azərbaycan dili)
        Standart: 2.1.1., 4.1.2., 4.1.4.
        Məqsəd:
        1. Feli bağlamanı diğər nitq hissələrindən fərqləndirir.
        2. Cümlədə omonim şəkilçili sözlərin oxşar və fərqli cəhətlərini göstərir.
        2. Cümlədə feli bağlamaları və feli bağlama tərkiblərini tapır.

        3. Feli bağlamaların yazılışı ilə bağlı qaydalara əməl edir, durğu işarələrindən yerində istifadə edir.

        Dərsin tipi: deduktiv
        İş forması: böyük qrupla iş
        İş üsulu: əqli hücum
        Təchizat: iş vərəqləri, İKT
        Dərsin gedişi
        Motivasiya: Qara hərflərlə verilmiş sözlərin fərqini tapın.
        Gülümsərov oxumamış alimdir.
        Dərslərini oxumamış gəzməyə getmə.
        Başını üzməmiş, buradan get.
        Allah bilib, dəvəyə qanad verməyib.
        Səhvini başa düşüb üzr istəmək istədi, amma artıq gec idi.
        Ayılanda ətrafında heç kimi görmədi, hamı çıxıb getmişdi.
        Günəş kimi müqəddəs
        Bir həqiqət deyirəm
        Azərbaycan deyəndə!
        Uşaqda nə günah, günah belə şeyləri ona deyəndədir.
        Göyçayın gülöyşə narından çantam tutunca yığdım.
        Yol boyunca ağaclar əkilmişdi.
        Bu xəbəri eşidər-eşitməz sənin yanına gəldim.
        Kor tutduğunu buraxmaz.
        Məktubu dönə-dönə oxudum.
        Min Qazaxda köhlən ata,
        Yalmanına yata-yata,
        At qan – tərə bata-bata
        Göy yaylaqlar belinə qalx,
        Kəpəz dağdan Göy gölə bax. (S.Vurğun)
        Feli bağlamaların hansı mənanı ifadə etdiyini göstərin.
        Onlar çörəyi tikə-tikə kəsib yeyirdilər.
        Mən indi gələ bilmirəm, imtahanlarımı qurtarıb gələcəyəm.
        Kəndlilər alovun çoxaldığını görüb yaman əl-ayağa düşmüşdülər.
        Azadlıq hissi insanın qəlbində həvəs oyadaraq yaşayıb-yaratmağa ruhlandırır.
        Şahid ifadələri ilə tanış olmamış (tanış olmadan) sizə heç nə deməyəcəyəm.
        Rüstəm kişi onun nəzərə çarpan tutqunluğuna əhəmiyyət vermədən birbaşa mətləbə keçdi.
        Ağsaqqal sözü dinləmədən heç nə əldə etmək olmaz.
        Qaraca qız tökülmüş meyvələri yığarkən gözü qara pişiyə sataşdı.
        Həyat səni güldürəndə gülmüsən,
        Hünərin var,ağladanda gül görüm. (B.Vahabzadə)
        Havanın qaraldığını görüncə ağlamağa başladı.
        Özünə gələr-gəlməz başını qaldıraraq gözləri ilə dostunu axtardı.
        Mötərizədə verilmiş felləri feli bağlama şəklində yaz.
        Şahlar məclisindən kənar ol, kənar,
        Pambıq od (görmək) alışıb yanar. (N.Gəncəvi)

        Doğrusu, qavaldaş (çalın) mənə elə gəlirdi ki, Qobustan qayalarının üstündə çəkilən şəkillər rəqs edir.

        Cahandar ağa başını (qaldırmaq) üfüqə, sonra Kürün o üzündəki meşəyə baxdı.
        Bu divarı yaxşı-yaxşı (ağartmaq) heç yerə getməyəcəksən.
        Nizami Gəncəvi “Xosrov və Şirin” poemasını (bitirmək) Cahan Pəhləvana göndərdi.
        Cümlələri sintaktik və morfoloji təhlil edin. Cümlədə əsas hərəkəti izah edən sözləri seçin.
        “SƏHƏR” qrupu
        Cavan gələndə itlərə həmişə bir şaqqa ət gətirərdi.
        “ARZU” qrupu
        Çaparlar qayıdarkən qoca palıd onların sir-sifətindən başa düşdü ki, pis xəbərlə gəliblər.
        “GƏLƏCƏK” qrupu
        Uşağın ağladığını görüb çox qəzəbləndi.
        “DOST” qrupu
        O dayanmadan danışırdı.

        Qiymətləndirmə: Qrupların fəaliyyəti ulduz işarələri vasitəsilə meyarlar cədvəlinə əsasən qiymətləndirilir:

        Qruplar
        Meyarlar
        Gələcək
        Əməkdaşlıq
        Nizam-intizam
        Fəallıq
        Tapşırığın yeri­nə yetirilməsi
        Xüsusi qiymətləndirmə

        Standart: 4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.

        Mövzu: Mürəkkb isimləər
        Məqsəd:
        ● Mürəkkəb isimlər haqqında qaydaları mənimsəyir;
        ● Mürəkkəb isimlərin yazılış qaydalarına əməl edir.
        İş formaları: kollektiv iş, qruplarla iş, fərdi iş.
        İş üsulu: BİBÖ, müzakirə, Auksion.
        İnteqrasiya: Təsviri incəsənət, Azərbaycan tarixi.
        Resurslar: iş vərəqləri, BİBÖ və qiymətləndirmə cədvəli.

        Motivasiya: Şagirdlərə Məhəmməd Peyğəmbərin kəlamı nümayiş etdirilir və soruşulur: Nöqtələrin yerində hansı söz olmalıdır? Şagirdlərdən “mürəkkəb” cavabı alındıqdan sonra onlara ikinci sual verilir. Mürəkkəb bu kəlamda nə bildirir? Təsviri incəsənətlə əlaqə yaradılır. Məlumat verilir ki, bu sahədə mürəkkəbdən istifadə etməklə mükəmməl əsərlər yaradılmışdır. Bəs bu sözün daha hansı mənası var? Biz bu sözə daha harda rast gəlirik? Fikir nitq hissələrinin sadə, düzəltmə və mürəkkəb olmasına yönəldilir. Şagirdlərə bu gün mürəkkəb isimlər barədə məlumat alacaqları bildirilir. Sonra əvvəlcədən hazırlanaraq divardan asılmış BİBÖ cədvəlinin ilk iki xanası onlarla birlikdə doldurulur.

        Mürəkkəb isimlər müxtəlif üsullarla yaranır. İki və daha artıq sözün birləşməsindən əmələ gəlir
        Mürəkkəb isimlərin tərəfələri necə sözlər ola bilər? Onlardan hansı bitişik, hansı defislə yazılır?

        Müəllim tərəfindən mürəkkəb isimlərlə bağlı slayd əyləncəli tapşırıq üzərində izah edilir. Daha sonra motivasiya sualına qayıdılır və şagirdlərdən soruşulur: Uşaqlar biz hansı şəhidləri tanıyırıq? Xocalı cavabı alındıqdan sonra tarixlə əlaqə yaradılır və qan yaddaşımızdan səhifələr vərəqlənir. Sonra dərslik açılır və “Xocalıdan yadigar” mətnindəki mürəkkəb ismin işləndiyi abzas onlarla birlikdə müzakirə edilir. Biz mürəkkəb isimlərin yaranma yolları barədə nəzəri məlumat aldıq. İndi gəlin görək bu abzasda işlənmiş soyqırım sözü hansı üsulla yaranan mürəkkəb isimlərə aid edilə bilər. Bu abzas şagirdlərdən birinə oxudulur. Müzakirə başlanır. Müzakirədən sonra məlum olur ki, bu söz bir s adə və bir düzəltmə sözün birləşməsindən yaranmışdır. Soy + qır + ım. Şagirdlərə Qırım sözünün məram, məqsəd, niyyət mənaları da verməsi xatırladılır. Məs: Qırımını öyrəndim. Məramını öyrəndim.

        Tədqiqat sualı: Mürəkkəb isimlərin yazılış qaydaları hansılardır?

        Tədqiqatın aparılması: Şagirdlər 5 qrupa bölünür. Onlara müvafiq tapşırıqlar əksini tapan iş vərəqləri paylanılır.

        1. Müxtəlifmənalı sözlərin birləşməsindən yaranan 10 mürəkkəb isim yazın
        2. Bu cür isimlərin yazılışı barədə qayda tərtib edin.
        1. Yaxınmənalı sözlərin birləşməsindən yaranan 10 mürəkkəb isim yazın
        2. Bu cür isimlərin yazılışı barədə qayda tərtib edin.
        Füzuli
        1. Əksmənalı sözlərin birləşməsindən yaranan 10 mürəkkəb isim yazın
        2. Bu cür isimlərin yazılışı barədə qayda tərtib edin.
        Kəlbəcər
        1. Müstəqil mənası olmayan sözlərin birləşməsindən yaranan 10 mürəkkəb isim yazın
        2. Bu cür isimlərin yazılışı barədə qayda tərtib edin.
        Xocalı

        1. “Ha”, “a” bitişdiricilərinin vasitəsilə birləşən eyni fel köklərinin təkrarı ilə yaranan 10 mürəkkəb isim yazın

        2. Bu cür isimlərin yazılışı barədə qayda tərtib edin.
        İnformasiyanın mübadiləsi: Təqdimatlar dinlənilir.
        İnformasiyanın müzakirəsi: Dinlənilən təqdimatlar qrupla birgə müzakirə olunur.

        Nəticə: Mürəkkəb isimlər yazılışına görə iki yerə bölünür: bitişik və defislə yazılanlar. Müxtəlifmənalı sözlərin birləşməsi, eləcə də ha, a bitişdiricilərinin vasitəsi ilə yaranan isimlər bitişik, digərləri defislə yazılır. Bitişik yazılan mürəkkəb isimlər bir vurğu altında deyilir.

        BİBÖ cədvəlinin öyrəndim xanası şagirdlərin köməyi ilə doldurulur.
        Mürəkkəb isimlər müxtəlif üsullarla yaranır. İki və daha artıq sözün birləşməsindən əmələ gəlir
        Mürəkkəb isimlərin hansı bitişik, hansı defislə yazılır?

        Müxtəlifmənalı sözlərin birləşməsi, eləcə də ha, a bitişdiricilərinin vasitəsi ilə yaranan isimlər bitişik, digərləri defislə yazılır. Bitişik yazılan mürəkkəb isimlər bir vurğu altında deyilir.

        Yaradıcı tətbiqetmə: Şagirdlərə 8-ci tapşırıq verilir. Düzgünlüyü slaydla yoxlanılır. Kim daha tez və düzgün cavablandırarsa fərdi şəkildə mükafatlanacağı söylənilir. Bununla da Auksion həyata keçirilmiş olur. Sonra 9-cu tapşırıq SMART BOARD proqramı vasitəsilə şagirdlər tərəfindən yerinə yetirilir.

        Qiymətləndirmə: Məqsədə uyğun tərtib edilmiş meyarlar üzrə aparılır.
        Meyarlar
        Qruplar
        Füzuli
        Kəlbəcər
        Xocalı
        Qaydanı düzgün tətbiq edir
        Mürəkkəb sözləri düzgün yazır
        Fikrini düzgün izah edir
        Vaxta qənaət edir
        Əməkdaşlıq edir

        Ev tapşırığı: Evdə içində yaranma üsulundan asılı olmayaraq 5 mürəkkəb ismin işləndiyi “Xocalı meşəsində vahiməli gecə” adlı esse yazın.

        İsgəndərova Yeganə Əvəz qızı.
        Göygöl rayon L.Məhərrəmov adına Şəhriyar kənd tam orta
        məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.
        DƏRS PLANI
        Fənn: Tarix: Sinif:
        Mövzu:
        Sözün t ə rkibi. Kök v ə ş ə kilçi.
        Standart: ( 4.1.2)Sözün səs tərkibini, semantik xüsusiyyətlərini,
        tərkibni, yaranma üsullarını və qrammatik mənasını(ad,
        əlamət, hərəkət bildirməsini) izah edir.
        Məqsəd:
        Sözü tərkib hissələrinə ayırır;
        Kök və şəkilçinin fərqini izah edir;
        Azərbaycan dilində kök və şəkilçinin yerini müəyyənləşdirir;
        Dərsin tipi: İnduktiv
        İş üsulları: beyin həmləsi, karusel, müzakirə, venn diaqramı,klaster
        İş formaları: qruplarla iş, kollektiv iş, fərdi iş.
        İnteqrasiya: Həyat bilgisi,musiqi,ingilis dili.
        Resurslar: mimio qalereya, animashki.ru, google.az
        Dərsin gedişi ( 45 dəqiqə)

        Motivasiya:(Problemin qoyuluşu) Şagirdlərə kökü və gövdəsi olan agac şəkli göstərirəm və sualla müraciət edirəm: “ Əgər ağacın gövdəsini kökündən ayırsaq, nə baş verəcək?” Şagirdlərin fərziyyələrini alaraq lövhədə yazıram.Düzgün varianti monitorda işıqlandırıram.Şagirdlərin fərziyyələrini düzgün variantla yoxlayır,mövzudan kənar fərziyyələri ixtisar edirəm.Şagirdləri tədqiqat sualına yönləndirmək üçün yönəldici suallarla şagirdlərə müraciət edirəm. ”Dəmirçi sözünü tərkib hissələrinə ayırın və yuxarıda gördüyünüz ağacla müqayisə edin.Onları hansı xsusiyyətlərinə görə eyniləşdirmək olar?” Şagirdləri istiqamətləndirdikdən sonra tədqiqat sualını monitorda göstərirəm.Həmçinin tədqiqat sualını divardan asıram.

        Tədqiqat sualı: ● Kök və şəkilçinin fərqi nədir?
        Dilimizdə yerinə görə kök və şəkilçinin vəziyyəti necədir?
        Problemin həlli: Tədqiqatın aparılması üçün verdiyim ilk tapşırıq “Kök və şəkilçi” oyunu adlanır.

        Tapşırıq 1.Vatman üzərində mətn verilir və şəkilçilərin yerinə nöqtələr qoyulub.Vatmnın boş hissələrinə yapışqanlı kagız üzərində şəkilçilr yazılb yapışdırılıb.Şagirdlər uyğn gələn şəkilçiləri tapıb mətndə yerinə qoyurlar. . Tapşırıq 2. Bu tapşırıq karusel üsulu əsasında hazırlanıb və bütün qruplar tərəfindən yerinə yetirilir. Hər qrup “dost “sözünə toplar üzərindəki şəkilçilərdən uyğun gələnini seçib artırı

        İnformasiyanın mübadiləsi və müzakirəsi hər bir tapşırığın yerinə yetirilməsindən dərhal sonra aparılır.Müzakirə zamanı sualla müraciət edirəm.”Nə üçün verilmiş sözə cəm şəkilçisinin –lər formasını deyil,-lar formasını artırdınz?”Müzakirə zamanı şagirdlərin diqqətini kök və şəkilçinin yerinə yönəldirəm.

        Tapşırıq 3.Hər bir qrupa aşağıdakı kimi cədvəl çəkmək tapşırıram.
        Birinci qrup verilmiş sözləri şəkilçilərin yerinə görə qruplaşdırır;
        İkinci qrup ön şəkilçili sözlərin köklərinin milli mənşəli və ya alınma olduguna görə qruplaşdırır.
        Üçünü qrup ön şəkilçili sözləri ərəb-fars və avropa mənşəli olduğuna görə qruplaşdırır.
        Tapşırıq 4.Kök və şəkilçinin xüsusiyyətlərinin müəyyənləşdirilməsinə əsaslanır.

        Birinci qrupa kök və şəkilçiyə(leksik və qrammatik) məxsus xüsusiyyətləri aşağıdakı xanalarda müəyyənləşdiməyi tapşırıram.

        İkinci qrupa kök və şəkilçiyə məxsus xüsusiyyətləri Vennn diaqramında işləməyi tapşırıram

        Üçüncü qrupa klaster(şaxələmdirmə)üsulundan istifadə etməklə kökə məxsus xüsusyyətləri seçib onun ətrafında yazmağı tapşırıram

        Təqdimat zamanı şagirdlərin kök və şəkilçinin xüsusiyyətləri ətrafında müzakirələrini təşkil edirəm.Hər bir tapşırığın təqdimatından sonra düzgün variantı monitorda işıqqlandırılır və şagirdlər yerinə yetirdikləri tapşırığı düzgün variantla yoxlayırlar.

        Nəticə və ümumiləşdirmə: Şagirdlərlə birlikdə dərsin sonundan əvvəlinə doğru baxış keçirilir (refleksiya).Müsahibə yolu ilə şagirdlərin keçirilən mövzu ilə bağlı qənaət və nəticələrini(əyləncəli və musiqili oyun şəkilində) alıram və əvvəlcədən müəyyənləşdirdiyim nəticəni monitorda işıqlandırıb şagirdlərin nəticələri ilə nə dərəcədə üst-üstə düşdüyünü yoxlayıram.

        Qiymətləndirmə: Şagirdlərin qiymətləndirilməsini dərs boyu yeri gəldikcə, dörd meyar üzrə ( 1.Əməkdaşlıq. 2.Sözləri kök və şəkilçiyə ayırır. 3.Kök və şəkilçiyə aid xüsusiyyətləri müəyyənləşdirir. 4.Dilimizdə kök və şəkilçinin yerini müəyyənləşdirir .) dörd səviyyədə ( əla, yaxşı ,orta, zəif ) aparıram.

        Ev tapşırığı:” Mən dərsdən sonra. ”başlığı altında esse yazın və mətnin içərisindən sözlər seçib kök və şəkilçiyə ayırın.

Comments are closed, but trackbacks and pingbacks are open.