Coğrafiya müəllim üçün metodik vesait 6 cı sinif pdf
. #musiqi kəsmək üçün proqrami #musiqi müəllim üçün metodik vəsait #zəng üçün musiqi yüklə #music videos #musiqi və notları .
Müəllim üçün metodik vəsait yüklə
Teleqram Və İnstaqram Kanallarına abone olmaqla sizə lazim olan pdf-ləri əldə edə bilərsiz . İzahının istədiyiniz mövzuları qeyd .
7 -ci Sinif müəllimlər üçün yeni Ingilis dili metodik vəsait #ingilisdili #cavablar#müəllim
มุมมอง 2.1K 3 หลายเดือนก่อน
Teleqram Və İnstaqram Kanallarına abone olmaqla sizə lazim olan pdf-ləri əldə edə bilərsiz . İzahının istədiyiniz mövzuları qeyd .
Summativler~Sinif dərslikləri və müəllim üçün metodik vəsaitlər (pdf yüklə)~KSQ~bütün fənlər üzrə.
มุมมอง 56K 5 ปีที่แล้ว
Salamlar Biz AZERBAYCANLI youtuber olmaq istəyirik. Kanalimizda vlog, alış-veriş, rəsm, egitim, moda, hack – qisasi həyatınızı .
HƏMKARA DƏSTƏK –MÜƏLLİMLƏR ÜÇÜN METODİKİ VƏSAİT —AzTv QOBUSTAN verilişi
มุมมอง 2.6K 7 ปีที่แล้ว
6 milyondan çox dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.
มุมมอง 64 4 ปีที่แล้ว
10cu sinif İngilis dili metodik vəsait Müəllimlər üçün yeni dərslik.#ingilisdili #dərslik #metodika
มุมมอง 3.6K 3 หลายเดือนก่อน
Teleqram Və İnstaqram Kanallarına abone olmaqla sizə lazim olan pdf-ləri əldə edə bilərsiz . İzahının istədiyiniz mövzuları qeyd .
1- Cİ SİNİF MÜƏLLİMLƏRİNƏ DƏSTƏK
มุมมอง 2.7K 2 ปีที่แล้ว
Əziz həmkarlar 1ci siniflərdə yeni dərsliklərlə işin təşkili təcrübəmizi bölüşərək mövcud vəziyyətdə bir- birimizə dəstək olaq.
Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi
มุมมอง 741 5 ปีที่แล้ว
Azerbaycan dili Müellim üçun metodik vəsait 8- inci sinif üçün
มุมมอง 3.9K 4 ปีที่แล้ว
Muellim ucun metodik vesait
มุมมอง 6K 5 ปีที่แล้ว
KSQ VE BSQ NIN CAVABLARINI BILMEK.
Dərsliklərin Pdf formasını necə yükləməli?
มุมมอง 2.9K 2 ปีที่แล้ว
Bundan öncəki videomda dərsliklərin Pdf formasını istəyənlərin çox olması,üstəlik mövcud şəraitlə əlaqədar olaraq müəllim və .
4 cu sinif Riyaziyyat ksq 1-Metodik vəsait-4 cu sinif Riyaziyyat derslik
มุมมอง 8K 4 หลายเดือนก่อน
dərslik #ksq #riyaziyyat 4 cu sinif Riyaziyyat ksq1 4 cu sinif Riyaziyyat Metodik vəsait 4 cu sinif Riyaziyyat dersliyi.
Metodik vəsaitlər İlk video
มุมมอง 192 3 ปีที่แล้ว
Muellim ucun metodik vesait
มุมมอง 43K 5 ปีที่แล้ว
4 cü sinif Azərbaycan dili Ksq 1/ Metodik vəsait/Ksq 1/4 cü sinif Azərbaycan dili dərslik
มุมมอง 10K 4 หลายเดือนก่อน
ksq #azərbaycandili #test.
Gürcüstandakı azərbaycanlılara 14 adda dərslik və metodik vəsait göndərib
มุมมอง 300 6 ปีที่แล้ว
Riyaziyyat 8-ci sinif metodik vesait
มุมมอง 8K 5 ปีที่แล้ว
TRİMS. EDU. AZ.
มุมมอง 1.8K 4 ปีที่แล้ว
Salam dostlar. Bu gün sizlere googleden nece melodik vesaitlere basılır,onu gösterdim. İnşallah videonu beyenersiniz.
Təhsil TV: Dərslik və metodiki vəsaitlərin çapı
มุมมอง 1.5K 3 ปีที่แล้ว
Tahir Ekber – ANA Laylası,Piano music. Ifaçısı-Sövket Elekberova
มุมมอง 98 ปีที่แล้ว
. #musiqi kəsmək üçün proqrami #musiqi müəllim üçün metodik vəsait #zəng üçün musiqi yüklə #music videos #musiqi və notları .
Tapşırıqların hazırlanması (Riyaziyyat müəllimləri üçün metodik tövsiyələr)
มุมมอง 416 3 ปีที่แล้ว
Hörmətli Riyaziyyat müəllimləri, Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Bakı şəhəri 129 nömrəli tam .
Gökhan Kırdar “Yerine sevemem”piano versiya
มุมมอง 156 ปีที่แล้ว
. #musiqi kəsmək üçün proqrami #musiqi müəllim üçün metodik vəsait #zəng üçün musiqi yüklə #music videos #musiqi və notları .
3 cu sinif Həyat bilgisi ksq 4 – 3 cu sinif Həyat bilgisi
มุมมอง 21K ปีที่แล้ว
. kitabı yüklə həyat bilgisi 3 cü sinif ksq 2 həyat bilgisi 3-cü sinif müəllim üçün metodik vəsait həyat bilgisi 3 cu sinif metodik vəsait .
Inglisce oyrenirem
มุมมอง 47 4 ปีที่แล้ว
Inglis dilini nece oyrenim.
Summativlerin suallarini ve ya cavablarini nece onceden oyrenmek olar.
มุมมอง 452K 5 ปีที่แล้ว
6 cı sinifdə təcrübə ❤❤❤
มุมมอง 869K 2 ปีที่แล้ว
2 ci sinif Azərbaycan dili Ksq 8-2 ci sinif Azərbaycan dili ksq-Online dərs-055-806-95-96
มุมมอง 6K 9 หลายเดือนก่อน
. yukle 2 ci sinif azərbaycan dili dərslik 2 ci sinif azərbaycan dili müəllim üçün metodik vəsait 2-ci sinif azərbaycan dili testləri 2 ci .
Ədəbiyyat 7 cu sinif KSQ cavablarıyla
มุมมอง 44K ปีที่แล้ว
yat 5-ci sinif dərslik pdf ədəbiyyat 5-ci sinif metodik vəsait ədəbiyyat 5 ci sinif derslik pdf 2020 ədəbiyyat 5 ci sinif bsq 1 ədəbiyyat 5 .
Coğrafiya
Coğrafiya fənni üzrə təhsi proqramı (kurikulumu) və onun xarakterik cəhətləri. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli, 168 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi üçün ilkin təkan oldu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” kimi dövlət əhəmiyyətli mühüm sənəd qəbul edildi. Bu sənədə əsasən fənlər üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanmasına başlanıldı və bu iş müvəffəqiyyətlə davam etdirilməkdədır.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq Milli Kurikulum sənədinə əlavə və dəyişikliklər edilməklə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” qəbul edildi.Bütün fənlər kimi, Coğrafiyadan da hazırlanmış yeni təhsil proqramı (kurikulumu) bit daha nəzərdən kecirildi.
Coğrafiya fənni üzrə təhsil proqramının (kurikulumun) xarakterik cəhəti ondan ibarətdir ki, təlim prosesində şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə zənginləşdirilməsinə deyil, həm də təfəkkürünün, şəxsi keyfiyyət və qabiliyyətlərinin inkişaf etdirilməsinə, həyat üçün zəruri olan bacarıqların qazanılmasına imkan yaranır, şagirdyönümlülüyə, nəticəyönümlülüyə, şəxsiyyətyönümlülüyə, tələbyönümlülüyə istinad olunur.
Coğrafiya fənni üzrə təhsil proqramının (kurikulumun) nəticəyönümlü, şagirdlərin meyil, maraq və qabiliyyətlərinə əsaslanan, onların potensial imkanlarını nəzərə alan, fənnin xarakterik xüsusiyyətlərini, məqsəd və vəzifələrini, fənnin məzmununu, təlim strategiyalarını və şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən konseptual bir sənəddir.
Coğrafiya fənni üzrə təhsil proqramının (kurikulumun) ən mühüm xarakterik cəhəti onun nəticəyönümlü olmasıdır. Bu sənədin hazırlanması zamanı, bir qayda olaraq, bütün təlim prosesində əldə edilməsi nəzərdə tutulan nəticələr əvvəlcədən müəyyənləşdirilir və məzmuna gətirilir. Bu nəticələr həm məzmunu ifadə edir, həm də qiymətləndirmə standartlarının hazırlanmasına şərait yaradır. Nəticələrin əvvəlcədən müəyyən olunması onları əldə etməyə yönəlmiş fəaliyyətlərin inkişafını izləmək və istiqamətləndirmək üçün imkan yaradır.
Coğrafiya fənni üzrə təhsil proqramındakı (kurikulumdakı) təlim nəticələri ətrafda baş verən təbii hadisə və proseslərin yaranma səbəblərinin, inkişaf xüsusiyyətlərinin, onların ərazi üzrə paylanma qanunauyğunluqlarının, Yer kürəsi əhalisinin və ölkələrin sosial-iqtisadi inkişafına və qlobal problemlərə dair bilik və bacarıqların mənimsənilməsinə yönəlmişdir.
Coğrafiya fənni üzrə təhsil proqramının (kurikulumun) özünün daha mürəkkəb strukturu, məzmunu və əhatə etdiyi sahələrin miqyası ilə seçilir. Şagirdlərin dünyada baş verən təbii, ictimai-siyasi proses və hadisələri dərk etməsinə, təbiət-cəmiyyət əlaqələrini, insanların müxtəlif xarakterli fəaliyyətlərini, coğrafi mühitin məskunlaşma və təsərrüfat fəaliyyəti üçün əlverişlilik səviyyəsini qiymətləndirməsinə və məntiqi mülahizələr irəli sürməsinə imkan verir.
Coğrafiya fənni üzrə təhsil proqramı (kurikulumu) hazırlanarkən fənnin spesifik xüsusiyyətləri əsas götürülmüşdür. Nəzərə alınmışdır ki, bu fənnin vasitəsilə şagirdlərdə Yer planetinin Günəş sistemində mövqeyi və onun fiziki-coğrafi nəticələrinə, coğrafi təbəqədə ərazi dəyişmələrinin əsas qanunauyğunluqları və bununla əlaqədar Yer səthi təbiətinin qlobal, müasir, ekoloji sistemlərinin yaranması xüsusiyyətlərinə, təbiətdə baş verən təbii hadisə və proseslərin meydana gəlmə səbəblərinin inkişaf mexanizminə, onların ərazi üzrə paylanma qanunauyğunluqlarına, cəmiyyətin sosial-iqtisadi inkişafını təmin etmək üçün təbii ehtiyatlardan səmərəli istifadənin və ətraf mühitin mühafizəsinin mümkün yollarına dair bilik və bacarıqlar formalaşdırılır. Coğrafiya fənni kurikulumu əsasında insanın məkanda fəaliyyətinin təşkili, ona təsir edən təbii, sosial-iqtisadi və siyasi amillərin təhlili və ərazidə formalaşan müxtəlif miqyaslı sosial-iqtisadi sistemlərin fərqləndirici cəhətləri müqayisə olunur. Bunun əsasında şagird dünyada cərəyan edən qlobal təbii və sosial-iqtisadi proseslərin insan fəaliyyətinə nə dərəcədə təsir etməsini kompleks şəkildə təhlil edərək proqnozlaşdırır.
Coğrafiya fənni üzrə təhsil proqramı iqtisadi və fiziki coğrafiyanı kompleks şəkildə öyrənməyə imkan verir və şagirdlərdə məlumatları təhlil etmək, statistik iqtisadi göstəriciləri müqayisə etmək, müvafiq nəticələr çıxarmaq, texniki-iqtisadi hesablamalar aparmaq, diaqramlar və qrafiklər qurmaq, xəritə oxumaq bacarıqlarının formalaşdırılmasını, ətraf mühitə həssas və qayğıkeş münasibətin, hissi-emosional keyfiyyətlərin yaranmasını təmin edir.
Coğrafiya fənni kurikulumunda təbiət-cəmiyyət əlaqələrinə dair biliklər əsasında şagirdlərdə məntiqi və yaradıcı təfəkkürün inkişaf etdirilməsi nəzərdə tutulur. Onlarda tədqiqatçılıq bacarığı, fikirlərini ümumiləşdirərək təqdimatlar etmək, proqnoz və referatlar hazırlamaq, təbiətdə və cəmiyyətdə baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək bacarıqlarının formalaşdırılması mühüm istiqamətlər kimi diqqət mərkəzində saxlanılır.
Fənnə aid nəticələr 3 məzmun xətti üzrə müəyyən edilir: coğrafi məkan, təbiət, cəmiyyət. Müəyyən olunmuş məzmun xətlərinin köməyi ilə şagirdlərin şüurunda əhatə olunduqları təbiətin vahid, bütöv və bölünməz obrazı yaradılır. Şagird əvvəlcə yaşadığı Yer kürəsini bir planet kimi öyrənir, onun Günəş və öz oxu ətrafında hərəkətinin coğrafi nəticələrini araşdırır. Sonra Yer kürəsinin quruluşu, relyefi, coğrafi təbəqəsi, təbiəti, iqtisadiyyatı, əhalisi, sərhədləri haqqında müəyyən biliklər alır və bu bilikləri kontur xəritə, atlas, qlobus və digər məzmunlu xəritələr üzərində tətbiq edir, diaqramlar qurur, statistik göstəricilərdən istifadə edir, cədvəllər çəkir.
Şagirddə tolerantlıq, ekoloji mədəniyyət, iqtisadi göstəricilərdən istifadə edə bilmək, nəticə çıxarmaq, layihələr irəli sürə bilmək bacarıqlarının formalaşmasına imkan yaranır.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Coğrafiya fənni şagirdlərin coğrafi təbəqənin əmələ gəlməsi və fəaliyyət mexanizmini, təbəqədə mövcud olan inkişaf qanunauyğunluqlarını dərk etməsinə, Yer kürəsində təbii komplekslərin əmələ gəlməsini, təbiətdə baş verən coğrafi hadisələrin və təbii proseslərin başvermə səbəblərini izah etməsinə imkan verir. Günəş sistemində Yer planetinin mövqeyini və bununla bağlı hadisələri müşahidə etməyə şərait yaradır. Bu fənn Yerin təbii imkanlarının iqtisadiyyatın inkişafına təsirinin, onlardan səmərəli istifadə olunmasının, təbii resurslarla təminat sahəsində yaranan problemlər və onların həlli yollarının, təsərrüfatın inkişafı nəticəsində təbii komplekslərdəki qlobal ekoloji problemlərin nəticələrinin öyrənilməsində əhəmiyyətli rol oynayır.
Coğrafiya fənninin ümumtəhsil məktəblərində tədris olunmasının başlıca məqsədi şagirdlərdə Azərbaycanın təbii şəraiti, təbii ehtiyatları, əhalisi və demoqrafik vəziyyəti, dünya ölkələri ilə müqayisədə Azərbaycanın iqtisadi və sosial-coğrafi xüsusiyyətləri, qloballaşma prosesində iştirakı barədə təsəvvürlər yaratmaqla, dünyanın səbəb-nəticə əlaqələri zəminində kompleks şəkildə qavranılması, ətraf mühitin antropogen dəyişilməsinin bəşəriyyətin inkişafına təsiri ilə bağlı biliklər, ekoloji problemlərə həssas münasibət, vətəndaşlıq mövqeyi formalaşdırmaqdan, onların idrak qabiliyyətini, iqtisadi təfəkkürünü və ekoloji mədəniyyətini inkişaf etdirməkdən ibarətdir.
Ümumiyyətlə, coğrafiyanın tədrisi vasitəsilə şagirdin:
ümumi orta təhsil səviyyədə coğrafi təbəqənin əhəmiyyətini və onun mühafizəsinin həyat üçün vacibliyini, təbii mühiti təşkil edən komponentlərin əsas xüsusiyyətlərini, təbiətdəki coğrafi hadisələrin başvermə səbəblərini və yerləşmə qanunauyğunluqlarını bilməsi, xəritə və plan üzrə təhlillər aparması, xəritədən, coğrafi məlumatlardan, statistikadan istifadə etməklə alınmış nəticələrə dair diaqramlar, cədvəllər qurması;
tam orta təhsil səviyyədə ümumi orta təhsil səviyyəsindəki fəaliyyət istiqamətləri dərinləşdirilməklə coğrafi təbəqənin tərkib hissələrinin inkişaf qanunauyğunluqlarını, insan və təbiətin qarşılıqlı əlaqəsini, təbii kompleksləri müqayisəli təhlil etməsi, onlarda baş verən dəyişikliklərin səbəblərini nümunələr əsasında şərh edərək gələcək üçün proqnozlar verməsi, ətraf mühitdə baş verən dəyişiklikləri müşahidə etmək üçün təcrübələr qoyması, sınaqlar keçirməsi, onların nəticələrini ümumiləşdirib təqdim etməsi, geosiyasi dəyişiklikləri təhlil etməsi, bu dəyişikliklərin Azərbaycana təsiri barədə mülahizələr irəli sürməsi, dünya ölkələrinin təbiəti, təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında əlavə məlumatlar toplaması və sistemləşdirməsi təmin olunur.
I. Coğrafiya təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi (VI-IX siniflər) üzrə şagird:
təbii mühiti təşkil edən komponentlərin əsas xüsusiyyətlərini, təbiətdəki coğrafi hadisələrin başvermə səbəblərini və yerləşmə qanunauyğunluqlarını izah edir, onların əsasında müqayisələr aparır, nəticələri ümumiləşdirir, yazılı və şifahi təqdim edir;
coğrafi təbəqənin əhəmiyyətini və onun mühafizəsinin həyat üçün vacibliyini müvafiq dəlillər əsasında şərh edir;
müxtəlif şərait və vəziyyətlərdə ətraf mühitin öyrənilməsində coğrafi cihazlardan istifadə edir
müəyyən ərazinin kartoqrafik təsvirini verir, xəritə və plan üzrə təhlillər aparır, xəritədən, coğrafi məlumatlardan, statistikadan istifadə edərək müvafiq hesablamalar aparır və nəticələrə dair diaqramlar, cədvəllər qurur;
Azərbaycanın, eləcə də müxtəlif ölkələrin təbiəti, təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında əlavə məlumatlar toplayır, sistemləşdirir, onların əsasında təqdimatlar edir.
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:
coğrafi təbəqənin tərkib hissələrinin inkişaf qanunauyğunluqlarını, onların qarşılıqlı əlaqəsini, ətraf mühitə təsirinin nəticələrini izah edir, təbii komplekslərin müqayisəli təhlilini aparır, onlarda baş verən dəyişikliklərin səbəblərini nümunələr əsasında şərh edir;
ətraf mühitin dəyişilməsi prosesini müşahidə etmək üçün təcrübələr aparır, sınaqlar keçirir, onların nəticələrini ümumiləşdirib təqdim edir;
müvafiq nəzəri biliklər əsasında iqtisadi səmərəliliyin təmin olunması ilə bağlı fərdi qaydada, habelə qrup daxilində kiçik layihələr hazırlayır, hesablamalar aparır, nəticələrin tətbiqi üzrə mülahizələr irəli sürür;
müxtəlif məzmunlu plan və xəritələr hazırlayır, ayrı-ayrı sahələr üzrə coğrafi hesablamalar aparır və müvafiq diaqramlar, sxem və cədvəllər tərtib edir;
geosiyasi dəyişiklikləri təhlil edir və ümumiləşdirmələr aparır, bu dəyişikliklərin ölkəmizə təsiri barədə mülahizələr irəli sürür;
öz biliyini və məlumat dairəsini genişləndirmək üçün əlavə materiallar toplayır, onları sistemləşdirib yazılı və şifahi təqdim edir.
1.2. Məzmun xətləri
Coğrafiya fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün məzmun xətləri aşağıdakı kimi müəyyən edilmişdir:
Coğrafi məkan
Təbiət
Cəmiyyət
Coğrafi məkan
Coğrafiyanın tədrisində «Coğrafi məkan» məzmun xətti şagirdlərdə qlobal, regional və lokal miqyasda məkan anlayışını formalaşdırır. Günəş sistemində Yer planetinin tutduğu vəziyyətin və bununla bağlı baş verən hadisələrin təhlilini aparmağa imkan yaradır. Yer kürəsində coğrafi obyektlərin yerləşməsinə dair əhatəli və dəqiq məlumat almağa, ayrı-ayrı əraziləri təsvir etmək qabiliyyətinə yiyələnməyə kömək edir. Coğrafi məkana dair qazanılan biliklər məhəldə cəhətləri təyin etmək, istənilən məntəqəyə qədər olan məsafələri ölçmək, onları kartoqrafik təsvirlər vasitəsilə təqdim etmək, tələb olunan ərazilərin səth quruluşunu, coğrafi
xüsusiyyətlərini müqayisəli təhlil etmək, hər hansı əraziyə dair əlavə məlumat toplamaq bacarığını formalaşdıraraq, şagirdlərdə idrak fəaliyyətinin inkişafına, nəzəri bilikləri praktik olaraq tətbiq etmək vərdişinin yaranmasına səbəb olur.
Təbiət
Orta məktəblərdə “Təbiət” məzmun xətti şagirdlərdə Yer kürəsini vahid təbii sistem kimi qavramağa, təbii hadisələrin inkişaf qanunauyğunluğunu dərk etməyə imkan yaradır, onlar təbii proseslərin səbəblərini təhlil edir, nəticələrini aydınlaşdırır, gələcək inkişafının proqnozunu verirlər. Yer təbəqələrinə aid biliklər şagirdlərdə ekstremal, təbii dağıdıcı hadisələr zamanı davranış qaydalarına yiyələnməyə kömək edir. Təbii komplekslərin yaranması mexanizminin dərk edilməsinə, müxtəlif coğrafi amillərdən asılı olaraq ayrı-ayrı materik və okeanların daxilində coğrafi paylanma qanunauyğunluğunun izah olunmasına şərait yaradır. Şagirdlər Yer kürəsini təşkil edən iri təbii komplekslərin (materik və okeanların) özünəməxsus coğrafi xüsusiyyətlərini mənimsəməklə müasir qloballaşma şəraitində gərginləşən ekoloji problemlərin səbəb və nəticələrini şərh edir, onların həlli yollarına dair təkliflər verir, respublikada, eləcə də onu əhatə edən ətraf mühitdə yaranmış ekoloji vəziyyəti qiymətləndirirlər.
Cəmiyyət
Orta məktəblərdə Yer kürəsində cəmiyyətə dair biliklər şagirdlərə dünya əhalisinin irqi, milli, dini, etnik tərkibinin müxtəlifliyini dərk etməyə, digər xalqların həyat tərzi və maraq dairəsi ilə tanış olmağa imkan yaradır. Bu biliklər onlarda xalqların adət-ənənələrinə, özünəməxsus xüsusiyyətlərinə tolerant yanaşma hissini yaradır və onun əsasında milli şüuru formalaşdırır.
Şagirdlərə əhalinin təbii amillərlə yerləşməsi və sosial-iqtisadi fəaliyyəti arasındakı qanunauyğunluqları başa düşməyə, təbii və sosial amillərin iqtisadiyyatın inkişafında rolunu təhlil etməyə, elmi nailiyyətlərin tətbiqi nəticəsində insanın təbiətdən asılılığının azalma dinamikasını dərk etməyə imkan yaradır.
Onlar ölkədaxili və beynəlxalq siyasi-iqtisadi münasibətlərin insanların həyat səviyyəsinə təsirini başa düşür, iqtisadi inkişafın yaratdığı ekoloji problemlərin başvermə səbəblərini müəyyən edərək, təbii tarazlığın saxlanılmasında qlobal layihələrin tətbiqini, hər bir fərdin iştirakının vacibliyini, dünyada münaqişə zonalarının yaranma səbəblərini və onların həllində beynəlxalq təşkilatların rolunu qiymətləndirir.
Yer kürəsində cəmiyyətə dair biliklər şagirdləri gələcəkdə əməkdaşlıq etmək, mədəni və iqtisadi əlaqələr qurmaq bacarığına istiqamətləndirir.
1.3.Məzmun xətləri üzrə təlim nəticələri
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
1. Coğrafi məkan
Şagird:
səma cisimlərini müqayisə edir, onların hərəkətlərinin qarşılıqlı təsirini əsaslandırır və həyatın inkişafındakı rolunu izah edir;
yaşadığı ərazidə müşahidələr, hesablamalar apararaq nəticələrini müqayisə edir, məhəlin kartoqrafik təsvirini verir, ondan istifadə bacarıqlarını nümayiş etdirir;
kartoqrafik təsvirlər əsasında hər hansı ərazinin fiziki-iqtisadi, geosiyasi mövqeyini müəyyən edir.
2. Təbiət
Şagird:
coğrafi təbəqənin özünəməxsusluğu və inkişafını, onlarda baş verən təbii hadisə və proseslərin səbəblərini təhlil edir, insanların həyat və fəaliyyətinə təsirini izah edir;
təbii şərait və ehtiyatların yerləşməsinin müxtəlifliyini müəyyən edir və onlardan istifadə imkanlarını təhlil edir;
təbii hadisə və proseslərin müşahidəsi üçün müvafiq cihaz və alətlərdən istifadə edir, nəticələrini təqdim edir.
3. Cəmiyyət
Şagird:
dünya əhalisinin müxtəlif xüsusiyyətlərini təhlil edir, regionlar üzrə paylanmasının səbəblərini izah edir;
dünyada təbii və sosial amillər ilə iqtisadiyyatın inkişafı arasındakı əlaqəni izah edir, əmək ehtiyatlarından və təbiətdən istifadəyə dair mülahizələr söyləyir;
insan fəaliyyətinin ətraf mühitə təsirini izah edir, ekoloji tarazlığın qorunmasını dəyərləndirir.
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
1. Coğrafi məkan
Şagird:
səma cisimlərinin mövqeyini, hərəkətlərini, bununla bağlı yaranan coğrafi hadisələrin nəticələrini riyazi üsullarla əsaslandırır;
coğrafi elementlər əsasında kartoqrafik təsvirləri təhlil edir, təbiət və təsərrüfatın yerləşməsi qanunauyğunluqlarına və anomaliyalarına dair referatlar hazırlayır;
müxtəlif məzmunlu xəritələrdən istifadə etməklə hər hansı ərazinin təbii şərait və ehtiyatlarını qiymətləndirir, ona müvafiq olaraq iqtisadiyyat sahələrinin yerləşdirilmə imkanlarına dair təkliflərini verir, bunları yazılı və ya şifahi təqdim edir.
2. Təbiət
Şagird:
coğrafi təbəqənin inkişafında baş verən dəyişikliklərin yaratdığı problemləri təhlil edir, proqnozlar verir;
təbii coğrafi şərait və ehtiyatların yerləşmə qanunauyğunluğunu izah edir və insanların təbiətdən istifadəsində ekoloji tarazlığın saxlanılmasının yollarını qiymətləndirir;
mənbələrdən topladığı məlumatlar əsasında ərazini fiziki-iqtisadi cəhətdən səciyyələndirir, nəticələrini təqdim edir.
3. Cəmiyyət
Şagird:
dünya ölkələrinin sosial-iqtisadi inkişaf səviyyəsi ilə demoqrafik vəziyyətin əlaqəsini təhlil edir və dəyişmə dinamikasını proqnozlaşdırır;
iqtisadiyyatın inkişafının və siyasi-iqtisadi münasibətlərin insanların həyat səviyyəsinə təsiri ilə bağlı tədqiqatlar aparır, nəticələrini təqdim edir;
ətraf mühitin dəyişməsində antropogen təsirin rolunu qiymətləndirir, cəmiyyətin dayanıqlı sosial-iqtisadi inkişafını təmin etmək üçün proqnozlar verir.
1.4. Fəaliyyət xətləri
Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə əlaqəlilik əsasında tətbiq olunur.
Coğrafiya fənninin tədrisində 8 fəaliyyət xətti əsas götürülür:
Problemin həlli – dünyanın siyasi xəritəsində mövcud olan “qaynar nöqtələri”, onların yaranma səbəblərini və həlli yollarını təhlil edir, dünyada və respublikada antropogen landşaftların yayıldığı ərazilərdə yaranan ekoloji problemlərin həlli yollarına dair layihələr hazırlayır, dünyada və respublikada miqrasiya problemlərini həllinə dair apardıqları araşdırmaların nəticələrini təqdim edir.
Mühakimə yürütmə – Azərbaycanın dünyada və türk dövlətləri arasında mövqeyinin üstün cəhətlərini əsaslandırır, qeyri–ənənəvi (iqlim, kosmik, geotermal, rekreasiya, alternativ və s.) enerji resurslarının istifadə edilməsinə artan marağın səbəblərini izah edir, ekoloji problemlərin qloballaşması təhlükəsinin reallığını əsaslandırır.
Əməkdaşlıq/ictimaiyyətlə əlaqə – dünya miqyasında Azərbaycan respublikasının mövqeyini müəyyənləşdirir, ölkələrlə əməkdaşlıga dair məlumatlar toplayır, onların əhəmiyyətini izah edir, yaşadığı ərazidə ekoloji tarazlığı pozan mənbələri müəyyən edir, qruplarda işləyərək ekoloji monitorinq keçirir, hər hansı müəssisənin fəaliyyətinə dair özünün sərbəst topladığı məlumatı təqdim edir.
Müqayisə və təhliletmə – xəritə üzərində təbii vilayətlərin müqayisəli təhlilini verir, statistik məlumatlar əsasında ölkələrin təbii ehtiyatlarla təminatını hesablayır və müqayisə edir, dünya əhalisini müxtəlif xüsusiyyətlərinə görə (din, dil, irq) təhlil edir.
Tətbiqetmə– Xəritə üzərində yaşadığı ərazinin mövqeyini müəyyən edir, onun iri yaşayış məntəqələrdən olan məsafəsini hesablayır, litosfer tavaları anlayışını, onların üfüqi yer dəyişməsini və bunun coğrafi nəticələrini təhlil edib sxematik təsvir edir, problemlərin həll edilməsi üçün birgə fəaliyyət proqramı hazırlayır, onu hökümət və ya qeyri-hökümət təşkilatlarnın işi ilə əlaqələndirir, layihəni nümayiş etdirir.
Proqnozlaşdırma- Respublikanın Avropa və Asiya qitələri arasında yerləşməsinin müxtəlif sahələrə təsirini proqnozlaşdırır, dağəmələgəlmə mərhələlərində materiklərin relyefindəki dəyişikliklərin ardıcıllığını izah edir, materiklərin relyefinin gələcək təsvirinə dair proqnozlar verir, respublikanın iqtisadiyyatının inkişaf perspektivlərinə dair proqnozlar verir.
Sistemləşdirmə və təsnifetmə– dünyanın müasir siyasi xəritəsindəki dövlətləri müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırır, materiklərdə yerləşən dağları və düzənlikləri mənşəyinə və yaşına görə qruplaşdırır, müxtəlif mənbələrdən istifadə edərək ən mühüm xammal və məhsulu idxal–ixrac edən ölkələri qruplaşdırır
Təqdimetmə – Ölkəmizin elm müəssisələrində aparılın tətqiqatların əhəmiyyətinə və əhatə dairəsinə dair topladığı məlumatı təqdim edir, materik və okeanlarının ekoloji vəziyyətini təhlil edir, ekoloji problemlərin həllinə dair təqdimatlar hazırlayır, informasiya mənbələri əsasında regionların iqtisadi-sosial inkişafına dair topladığı məlumatları təqdim edir.
1.5. Məzmun standartları
VI sinif
VI sinfin sonunda şagird:
coğrafi kəşflər nəticəsində xəritədə və cəmiyyətdə baş verən dəyişiklikləri izah edir;
məhəldə cəhətlərin təyin edilməsində alət və cihazlardan istifadə edir və ərazinin planını tərtib edir;
kainatda Yerin mövqeyini, hərəkətinin coğrafi nəticələrini təsvir edir;
coğrafi təbəqədə baş verən hadisələri və onların cəmiyyətdə yaratdığı problemləri təsvir edir;
dünyanın siyasi xəritəsində respublikamızın mövqeyini təyin edir, müxtəlif xalqlar haqqında məlumat toplayır;
insanların təsərrüfat fəaliyyətlərinin ətraf mühitə təsirinin tarixən dəyişməsini şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir.
1.2.2. Yerin öz oxu və Günəş ətrafında hərəkətini təsvir edir və onun coğrafi nəticələrini təqdim edir.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir.
1.3.2. Yaşadığı ərazinin planını tərtib edir.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və prosesləri təsvir edir.
2.1.2. İri relyef formalarını kontur xəritədə qeyd edir.
2.1.3. Yerin hava qatını şərh edir.
2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir.
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir.
2.1.6. Təbiətdə su dövranının sxemini tərtib edir.
2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir.
2.1.8. Ekskursiyalarda topladığı kolleksiyanı təqdim edir.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Dünya xalqlarının fərqli xüsusiyyətlərini təsvir edir.
3.1.2. Kontur xəritədə ilk yaşayış məntəqələrini qeyd edir.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir.
3.2.2. Kontur xəritədə Azərbaycanla həmsərhəd ölkələri qeyd edir.
3.2.3. İnsanların təsərrüfat fəaliyyətini şərh edir.
3.2.4. Mənimsəmə iqtisadiyyatından istehsal iqtisadiyyatına keçidi sxematik təsvir edir.
3.2.5. Ətraf mühitdə çirklənməyə məruz qalmış ərazilərin fotoalbomunu hazırlayır.
VII sinif
VII sinfin sonunda şagird:
dünyada baş verən yeni kəşflərə dair məlumatlar toplayır, onun coğrafiya elminin inkişafındakı rolunu təhlil edir;
kartoqrafik təsvirlər üzərində müxtəlif hesablama işləri aparır, məlumatlar toplayır, onları praktik tətbiq edir;
səma cisimlərinin qarşılıqlı təsirini və coğrafi nəticələrini əlaqələndirir;
coğrafi təbəqədə baş verən hadisə və prosesləri əlaqələndirir;
dünya əhalisinin paylanmasını və ölkələri müxtəlifliyinə görə qruplaşdırır;
dünya təsərrüfatının müasir modelini ölkələr üzrə fərqləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.
1.2.2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik elementləri fərqləndirir.
1.3.2. Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.
2.1.2. Fiziki xəritələri təhlil edir.
2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.
2.1.4. Hava elementlərinə dair sadə hesablamalar aparır.
15
2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir.
2.1.6. Kontur xəritədə dünya okeanının hissələrini qeyd edir.
2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.
2.1.8. Torpaq tiplərini kontur xəritədə qeyd edir.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin regionlar üzrə paylanmasını şərh edir.
3.1.2. Kontur xəritədə əhalinin sıx məskunlaşdığı əraziləri qeyd edir.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir.
3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır.
3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir.
3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini tərtib edir.
3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) tərtib edir.
VIII sinif
VIII sinfin sonunda şagird:
coğrafiya elminin inkişafının müasir istiqamətlərini təhlil edir;
kartoqrafik təsvirləri müqayisə edərək müəyyən ərazilərin təsvirini verir;
Yerin sutkalıq və illik hərəkəti ilə Yerdə həyatın mövcudluğunu əlaqələndirir;
coğrafi təbəqənin tərkib hissələrinin qarşılıqlı əlaqəsini müəyyənləşdirir;
əhalinin təbii artımını, miqrasiyaların səbəblərini izah edir;
təsərrüfatın inkişafında təbii ehtiyatların rolunu qiymətləndirir, ekoloji problemlərin insan həyatına təsirini izah edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Yeni elm sahələrinin yaranmasını izah edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Günəş şüalarının Yer kürəsinə düşmə bucağının dəyişməsini hesablayır.
1.2.2. Yerin hərəkətinin coğrafi nəticələri ilə həyatın inkişafı arasındakı əlaqəni izah edir.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik təsvirlərin müxtəlifliyini, əhəmiyyətini izah edir.
1.3.2. Kartoqrafik təsvirlər üzərində hesablamalar aparır.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Litosfer tavalarının hərəkətini müasir relyef formalarının yaranması ilə əlaqələndirir.
2.1.2. Tektonik xəritələrdə litosfer tavalarının hərəkətinin nəticələrini oxuyur.
2.1.3. İqliməmələgətirən amilləri və dünyanın iqlimində baş verən dəyişiklikləri izah edir.
2.1.4. Atmosfer hadisələrinə dair sxem və diaqramlar tərtib edir.
2.1.5. Dünya okeanında baş verən fiziki-kimyəvi və dinamik prosesləri təhlil edir.
2.1.6. Okean sularının xüsusiyyətləri ilə bağlı hesablamalar aparır.
2.1.7. Biosferin digər təbəqələr ilə əlaqəsini şərh edir.
2.1.8. Təbii zonalar xəritəsini oxuyur.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin təbii və mexaniki hərəkətinin səbəblərini izah edir.
3.1.2. Əhalinin təbii artımına görə hesablamalar aparır.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələri inkişaf səviyyəsinə görə təhlil edir.
3.2.2. Xəritə üzərində ölkələri inkişaf səviyyəsinə görə qruplaşdırır.
3.2.3. Təsərrüfatın inkişafında təbii ehtiyatların rolunu qiymətləndirir.
3.2.4. Təbii ehtiyatların təsnifatı sxemini qurur.
3.2.5. Ekoloji problemlərin insan həyatına təsirini izah edir.
IX sinif
IX sinfin sonunda şagird:
yeni coğrafi kəşf və tədqiqatları cəmiyyətin inkişafı ilə əlaqələndirir;
kartoqrafik təsvirlərin cəmiyyətin inkişafında əhəmiyyətini izah edir;
il ərzində Günəşin düşmə bucağının dəyişməsini hesablayır;
coğrafi təbəqədə baş verən hadisə və proseslərin ölkələrin iqtisadi həyatına təsirini izah edir;
əhalinin dinamikasını ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə əlaqələndirir;
təsərrüfat sahələrinin yaratdığı ekoloji dəyişkənliyi müəyyən edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Sivilizasiyaları coğrafi baxımdan təhlil edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Yerin hərəkətinin cəmiyyətin inkişafındakı rolunu əsaslandırır.
1.2.2. Vaxt və fəsil dəyişkənliyinə aid hesablamalar aparır.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik təsvirlərin cəmiyyətin inkişafında əhəmiyyətini izah edir.
1.3.2. Kartoqrafik elementlər əsasında topoqrafik xəritələri oxuyur.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Yer qabığında baş verən hadisə və proseslərin iqtisadi həyata təsirini dəyərləndirir.
2.1.2. Geoloji xarakterli tematik xəritələri oxuyur.
2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin iqtisadi həyata təsirini təhlil edir.
2.1.4. İqlim xəritələrini oxuyur, nəticələrini təqdim edir.
2.1.5. Hidrosferin iqtisadi həyata təsirini izah edir.
2.1.6. Kontur xəritədə hidroehtiyatların yerləşməsini qeyd edir.
2.1.7. İqtisadiyyatın inkişafında bioehtiyatların və alternativ enerji ehtiyatlarının rolunu qiymətləndirir.
2.1.8. Yaşadığı ərazinin təbii komponentlərinə dair topladığı məlumatları təqdim edir
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin artım dinamikasını ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə əlaqələndirir.
3.1.2. Topladığı məlumatlar əsasında hesablamalar aparır.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələrin inkişafını tarixi-coğrafi baxımdan təhlil edir.
3.2.2. Tarixi-coğrafi regionları kontur xəritədə qeyd edir.
3.2.3. Təsərrüfat sahələrinin səciyyəsini verir.
3.2.4. Təsərrüfat sahələrinin yerləşməsinin əlaqə prinsiplərinin sxemlərini qurur.
3.2.5. Ətraf mühitdə yaranmış ekoloji vəziyyəti qiymətləndirir.
X sinif
X sinfin sonunda şagird:
təbiət və cəmiyyətin öyrənilməsində təbiət elmlərinin rolunu müəyyənləşdirir;
Yerin hərəkətinin təbiətə təsirini riyazi üsullarla əsaslandırır;
kartoqrafik proyeksiyalar zamanı yaranan təhriflərin səbəblərini əsaslandırır;
xəritə üzərində hesablamalardan istifadə edə bildiyini nümayiş etdirir;
coğrafi təbəqənin inkişaf mərhələlərini izah edir;
müasir dövrdə dünya əhalisini müxtəlif xüsusiyyətlərinə görə təhlil edir, siyasi və iqtisadi inteqrasiyaların dünyanın idarə edilməsindəki rolunu əsaslandırır;
dünya ölkələrini müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Coğrafi hadisə və proseslərin öyrənilməsində təbiət elmlərinin qarşılıqlı əlaqəsini əsaslandırır.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Yerin və digər səma cisimlərinin əmələ gəlməsinə dair məlumatlar təqdim edir.
1.2.2. Yerin hərəkətinin təbiətə olan təsirini riyazi üsullarla əsaslandırır.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik proyeksiyalar zamanı yaranan təhrifləri əsaslandırır.
1.3.2. Kartoqrafik təsvirlər zamanı yaranan təhriflərə aid hesablamalar aparır.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Yer qabığında dəyişikliklərə dair proqnozlar verir.
2.1.2. Geoxronoloji cədvəli oxuyur.
2.1.3. İqlim dəyişmələrinə və iqlim ehtiyatlarından istifadəyə dair təqdimatlar edir.
2.1.4. İqlim göstəricilərinə əsasən hesablamalar aparır.
2.1.5. Quru sularının xüsusiyyətlərinə dair layihələr hazırlayır, təqdim edir.
2.1.6. Quru sularının xüsusiyyətlərinə dair hesablamalar aparır.
2.1.7. Coğrafi təbəqənin qanunauyğunluqlarını izah edir.
2.1.8. Coğrafi təbəqənin sxemini qurur.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin təbii artımının yaratdığı problemləri təhlil edir.
3.1.2. Əhalinin sıxlığını hesablayır, nəticələrini təqdim edir.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələrin geosiyasi mövqeyini qiymətləndirir.
3.2.2. Siyasi münaqişələrin xəritədə yaratdığı dəyişiklikləri qeyd edir.
3.2.3. ETİ-nin təsərrüfatların ərazi və sahəvi strukturuna təsirini qiymətləndirir.
3.2.4. ETİ-nin təsərrüfat sahələrinə təsiri sxemini qurur.
3.2.5. Qlobal ekoloji problemlərin yaranmasında antropogen təsirin rolunu qiymətləndirir.
XI sinif
XI sinfin sonunda şagird:
coğrafi tədqiqatların nəticələrinin tətbiqinin iqtisadi əhəmiyyətini izah edir;
xəritələrdən istifadə edərək təbiət və təsərrüfatın yerləşmə qanunauyğunluqlarını təhlil edir;
Yer kürəsində işıq və istiliyin paylanmasının insanın təsərrüfat fəaliyyətinə təsirini əlaqələndirir;
coğrafi təbəqənin cəmiyyətin sosial-iqtisadi inkişafına təsirini qiymətləndirir;
ölkələrin həyat səviyyəsini əhalinin həyat səviyyəsi ilə əlaqələndirir;
təbiət və insanın qarşılıqlı əlaqəsindən yaranan problemləri izah edir və proqnozlar verir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Coğrafi hadisə və proseslərin cəmiyyətin həyatına təsiri ilə bağlı tədqiqatlar aparır və nəticələrini təqdim edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Yerin hərəkətinin coğrafi nəticələrinin regionlar üzrə iqtisadiyyata təsirini əsaslandırır.
1.2.2. Yerin hərəkətinin coğrafi nəticələrini xəritə üzərində iqtisadi cəhətdən qiymətləndirir.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1.Xəritələrdə təsərrüfatın yerləşməsi qanunauyğunluqları və anomaliyalarına dair məruzə və referatlar hazırlayır.
1.3.2. Kartoqrafik təsvirlər əsasında hər hansı ərazinin fiziki-iqtisadi təsvirini verir.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Ərazilərin tektonik quruluşunun və təbii proseslərin ölkələrin iqtisadiyyatında rolunu izah edir.
2.1.2. Mineral ehtiyatların istifadəsinin proqnozlarına dair hesablamalar aparır.
2.1.3. Atmosfer hadisələrinin yaratdığı ekoloji problemlərə dair məlumat və təqdimatlar hazırlayır.
2.1.4. İqlim xəritəsinə əsasən hər hansı ərazinin iqlim şəraitini təhlil edir.
2.1.5. Hidrosferdəki təbii sərvətləri iqtisadi və ekocoğrafi cəhətdən qiymətləndirir.
2.1.6. Hidrosferin ekoloji cəhətdən gərgin ərazilərini kontur xəritədə qeyd edir.
2.1.7. Bioloji ehtiyatlardan istifadəyə dair proqnozlar verir.
2.1.8. Bioloji ehtiyatlara dair hesablamalar aparır.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin tərkibini təhlil edir.
3.1.2. Əhalinin tərkibinə aid sxemlər, diaqramlar hazırlayır.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Beynəlxalq inteqrasiyanın ölkələrin siyasi həyatında rolunu qiymətləndirir.
3.2.2. Xəritə üzərində inteqrasiyaya aid olan ölkələri qruplaşdırır.
3.2.3. Beynəlxalq iqtisadi münasibətlərin ölkələrin inkişafındakı roluna dair təqdimatlar edir.
3.2.4. İqtisadi göstəricilərə əsasən hesablamalar aparır, sxem və diaqramlar qurur.
3.2.5. Cəmiyyətin sosial-iqtisadi inkişafında ekoloji tarazlığın qorunmasını proqnozlaşdırır.
1.6. Fəndaxili və fənlərarası inteqrasiya
Təhsilin məzmununa xüsusi konstruksiya verən fənlərarası və fəndaxili əlaqələr Təhsil Sektorunun inkişaf layihəsi çərçivəsində inteqrativ kurrikulumun mahiyyətini təşkil edir.
Təcrübəli müəllimlərin fikrincə inteqrativ təlim bacarığı olmadan hər-hansı bir fənnin tədrisində müvəffəqiyyət əldə etmək mümkün deyil. Şagirdlərə dayanaqlı və kompleks şəkildə biliklər vermək, onların dünyagörüşünü genişləndirmək, şagird təfəkkürünün inkişafında tədiqatçılığa meyl yaratmaq, qazanılan nəzəri bilikləri praktik olaraq həyata tətbiq etmək və s. bacarıqların formalaşdırılmasında interaktiv kurikulumun əhəmiyyəti əvəzedilməzdir.
Cəmiyyətdə və təbiətdə daima inteqrasiya mövcud olmuşdur. Məsələn, hər hansı peşə sahibi müəyyən işin həyata keçirilməsində müxtəlif bacarıqlardan istifadə edir və ya görəcəyi işin digər məsələlərə təsirini müəyyən edə bilir.
Təbiət və cəmiyyətin birgə dərk edilməsində aparıcı rola malik olan coğrafiya fənni şagirdlərdə təbiət hadisələrinin qarşılıqlı və cəmiyyətdə baş verən hadisələrin tarixi reallığa malik olmasına dair dünyagörüşünü formalaşdırır. Coğrafiya fənninin mahiyyət etibarı ilə məkan məvhumunda dərk edilməsi bu fənnin tədrisində inteqrasiyanın tətbiq edilməsinə olan zərurətin daha yüksək olmasına əsas verir. Coğrafiya fənninin tədrisində yalnız təbiət fənləri deyil, eləcə də ictimai və texniki fənlərin tətbiq edilməsi inteqrativlik baxımından coğrafiyanın rolunu yüksəldir, onu mərkəzi mövqeyə gətirir, fənnin didaktik əhəmiyyətini artırır, müxtəlif təlim metodlarının tətbiqinə imkan verir və eləcə də digər fənn sahələri ilə birgə kombinasiyalar yaratmağı tələb edir.
İnteqrativ təlimdə coğrafiya fənni şagirdlərdə:
sərbəst düşünməyə
qruplarda işləməyə
müzakirələrdə öz mövqeyini bildirməyə
layihələr hazırlamağa
mövzunun aktuallığını əsaslandırmağa
mövzunun əhəmiyyətinə, digər sahələrə tətbiq edilməsini və s. kimi xüsusiyyətlərinə imkan yaradır.
İnteqrativ kurrikulumda coğrafiya müəlliminin də fəaliyyəti mahiyyət etibarı ilə dəyişir.
Müəllim coğrafiya təlimində aşağıdakı xüsusiyətləri yüksək dərəcədə mənimsəməlidir.
məsələlərin həllinə kompleks yanaşmaq;
mövzular arası əlaqələri yaratmaq;
şagird bacarığının inkişafına diqqət yetirmək;
şagirdlərə hər hansı mövzuya dair biliklərin sistemli şəkildə artan sırasını müşahidə etmək;
təlim prosesini qiymətləndirmək və s.
Dünya ölkələrinin əksəriyyəti üçün qəbul edilmiş tədris fənlərinin məzmunu belə bir nəticəyə gəlməyə imkan verir ki tədris olunan fənlər maksimum şəkildə əlaqələndirilməli, təlim prosesi təcrübə və inteqrativ əsasa malik olmalıdır.
Müasir dünya təcrübəsində inteqrasiyanın fəndaxili və fənlərarası modelləri mövcuddur. Xüsusilə qərb ölkələrində bu modellərdən fənlərin məzmununun şagirdlərə çatdırılması, öyrənmə prosesinə maraq yaradılması, şagird dünyagörüşünün inkişaf etdirilməsi və onların dərsdə daha fəal olması məqsədi ilə istifadə olunur.
Fəndaxili inteqrasiya coğrafiya təlimində mühüm didaktik əhəmiyyətə malikdir.Bu inteqrasiya modeli fənni tədris edən müəllimdə bilik və bacarığı əlaqəli və eləcə də ayrılıqda görə bilmək qabilliyətini tələb edir. Tədris olunan mövzuda fənnin məzmun xəttinə uyğun olaraq tələb olunan bilik və bacarıqlar diqqət mərkəzində saxlanılır.
Fəndaxili inteqrasiya fənnin məzmun xəttinə aid təlim nəticələrinin siniflər üzrə dinamik ardıcıllıqla təmin edir.Hər hansı məzmun xəttinin tərkibində sərbəst şəkildə fəaliyyət göstərən təlim nəticələri vahidlik yaradır. Siniflər üzrə bir-birini tamamlayan təlim nəticələri fənn daxilində inteqrasiyanın möhkəmlənməsinə səbəb olur.
Fəndaxili (çox vaxt şaquli inteqrasiya adlandırılır) inteqrasiya təlimin əsas və orta təhsil pilləsi üçün nəzərdə tutulan məzmun xətlərini əhatə edir. Məzmun xətlərinin inteqrasiyası əsasında təqdim olunan ümumiləşdirilmiş bilik və bacarıqlar hər bir təhsil səviyyəsi üçün gözlənilən ümumi təlim nəticələrinin tərkib hissəsidir.
Fənlərarası inteqrasiya hər hansı bir fənnin səmərəli təşkili baxımından uyğun fənlərlə əlaqəli təlimini nəzərdə tutur. Bu baxımdan coğrafiya təliminin geniş imkanları vardır. Xüsusi ilə onun tarix, biologiya, riyaziyyat və sair fənlərlə inteqrativ öyrədilməsi xüsusi ilə əhəmiyyət daşıyır.
Comments are closed, but trackbacks and pingbacks are open.