Press "Enter" to skip to content

Coğrafiya zəlzələ

Zəlzələ və onun nəticələri

Xankəndi

AMEA-dan AzVision.az-a daxil olan məlumata görə, Azərbaycan ərazisi üçün 1:600000 miqyasda ilk dəfə hazırlanmış xəritədə geoloji mühitin texnogen təsir nəticəsində məruz qaldığı dəyişikliklər, zəlzələ ocaqları, palçıq vulkanları, sürüşmələr, torpaq çökmələri, sellər, şoranlaşmalar, eroziya və digər proseslər əks olunur.

Burada ekzogen geoloji proseslərin intensiv inkişaf etdiyi ərazilərin sərhədlənməsi, ölkə ərazisinin içməyə yararlı yeraltı sularla təminatlılıq dərəcəsinə görə rayonlaşdırılması, həmçinin ekoloji əhəmiyyətli, ekoloji təhlükəli obyektlər, karbohidrogen və yeraltı su yataqları da yer alıb. Xəritədə, həmçinin dib çöküntüləri və torpaq qatının çirklənməsi, texnogen təsir altında geoloji gərgin proseslərin aktivləşmə meylləri, digər amillər və proseslər haqqında da əhatəli məlumat verilir.

Geologiya-mineralogiya elmləri doktorları Adışirin Ələkbərov və Yusif İsrafilov tərəfindən hazırlanan yeni nəşr AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə Geologiya İnstitutunda keçirilmiş Elmi Şuranın iclasında təqdim olunub. A.Ələkbərovun metodikası əsasında hazırlanmış xəritənin baş redaktoru akademik Akif Əlizadə, redaktorları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, akademik Qərib Məmmədov və Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı, coğrafiya elmləri doktoru Fərda İmanovdur. Xəritə DTXK Kartoqrafiya Fabrikində nəşr olunub.

Fatimə Kərimli

Coğrafiya zəlzələ

Zəlzələ zamanı böyük dağıntılar və insan tələfatı olur. Fəlakət zonasında hakimiyyət orqanları yerli əhaliyə müvəqqəti yaşayış, qida və digər zəruri mallarla yardım edir. Zəlzələnin nəticələri ağır olduqda bu prosesə dünya ölkələri də qoşulur. Yaradılan xüsusi fövqəladə hallar komissiyası zəlzələnin nəticələrini araşdırır, dəyən ziyanı hesablayır. Nəticələri aradan qaldırmaq üçün tədbirlər planı hazırlayır.

Zəlzələ və onun nəticələri

  • Zəlzələ zamanı özünüzü necə aparmalısınız?

Zəlzələ zamanı davranış qaydaları

Otaqdasınızsa:

  • İlk təkandan sonra vahiməyə düşməyin. Binanı tərk etməyə çalışın (aşağı mərtəbədə yaşayırsınızsa). Bu, mümkün deyilsə, otaqdakı masanın altında oturun və ya divanın kənarına və ya otağın küncünə sıxılın və əllərinizlə başınızı tutun.
  • Pəncərə, şüşə, şkaf və otaqdakı əşyalardan kənarda dayanın.
  • Eyvana qaçmaq, pəncərədən tullanmaq olmaz.
  • Təkan zamanı çarpayıda olsanız, döşəməyə enin və təkanların qurtarmasını gözləyin.
  • Təkanlar qurtarana kimi içəridə qalın, çölə çıxmaq təhlükəlidir.
  • Liftdən istifadə etməyin.

Geosinklinallar Və Platformalar

Litosfer tavalarının sərhədləri tektonik cəhətdən fəal ərazilərdir. Bu ərazilərə geosinklinal qurşaqlar deyilir. Geosinklincıl qurşaqlarda güclü qırışıqlıqlar, tektonik hərəkətlər, vulkan püskürmələri və zəlzələlər müşahidə edilir.

Bu ərazilərdə Yer qabığında olan süxur qatlarının yatımının pozulması baş verir.
Geosinklinallann inkişafının ilkin mərhələsində əyilmə prosesi getmişdir. Əyilmə sahələrinin bə’ziləri su hövzələrinə çevrilmişdir. Uzun geoloji dövr ərzində əyilmə sahələrində qalın çöküntü suxurları toplanmışdır. Çöküntü süxurlarının qalınlığı 10-25

km-ə qədər olur. Toplanmış süxurların ağırlığı ilə ərazinin əyilməsi mantiyanın yuxarı sərhədlərinə qədər davam edir. Bunun nəticəsində tektonik çatlar və qırılmalar yaranır. Onlar maqmanın Yer səthinə çıxmasına şərait yaradır, dağ əmələ gəlmələr baş verir. Sonralar geniş sahələrdə qırışıqlıq vilayətləri əmələ gəlmişdir. Süxur qatlarının yatımının pozulması nəticəsində və sıxılmalarda iri dağ sistemləri əmələ gəlmiş, su olan ərazilərdən sular çəkilmişdir (buna reqressiya deyilir) . Bu ərazilərdə ümumən qalxmalar baş verir. Onlar iri qırışıqlıq vilayətlərinin yaranmasına səbəb olur.
Geosinklinal qurşaqlar dağlıq ərazilərdən ibarət olur. Yer qabığnm bu hissələrinin qalınlığı daha çox olur və həddən artıq parçalanmış olur. Sakit okeanın sahilləri, Alp-Himalay qurşağı və Orta okəan silsilələrinin rift dərələri Yer üzərində ən böyük geosinklinal qurşaqlardır.
Geosinklinal qurşaqlarda yaranmış dağlar uçulub- dağıldıqdan sonra nisbətən hamar ərazilərə çevrilir. Sonrakı dağəmələgəlmələr zamanı burada qırışıqlıqlarla yanaşı faylar da olmuşdur. Geosinklinallann inkişafının son mərhələsində, 150-200 mln. ildən sonra onların yerində tektonik cəhətdən az hərəkətdə olan, nisbətən sabit ərazilər əmələ gəlir və onlar düzənliklərə çevrilir. Yer səthinin belə sahələrinə platformalar deyilir. Burada Yer qabığının kiçik hərəkətləri olur, kiçik ölçülərdə şaquli tərəddüdlər baş verir. Platformaların əsasını qırışıqlıq, metamorfızm və intruzivlərlə bərkimiş süxurlar təşkil edir.
Platformalar iki təbəqədən ibarətdir. Yuxarı hissədə laylar formasında qalınlığı 3-4 km olan çöküntü süxurları yatır. Onlar az miqdarda qırışıqlığa da uğraya bilər. Platformaların çöküntü süxurları ilə örtülmüş sahələrinə platforma tavaları deyilir. Çöküntü süxurları dəniz və ya materik mənşəli ola bilər. Bu bir daha onu göstərir ki, platformalar şaquli istiqamətdə hərəkət edir. Onların altındakı aşağı təbəqə bünövrə adlanır. Bünövrə qədim dağların əsasını təşkil edən kristallik süxurlardan təşkil olunur. Onlar geoloji dövrlər ərzində güclü qırışıqlığa mə’ruz qalmışdır, maqmatik və metamorfik süxurlardan ibarətdir. Platformaların bünövrələri geosinklinalların qalıqlarıdır.
Platformaların fıındamentinin sətha çıxdığı ərazi for qalxanlar adlanır. Onlar möhkəm kristallik süxurlardan ibarət olur və platformaların bünövrəsini təşkil edir. Qalxanlarda çöküntü süxurları olmur. Bu relyef formalarının yaranmasına səbəb tektonik hərəkətlər nəticəsində ərazinin qalxması və çöküntü süxurlarının yuyulmasıdır. Platformaların qalxanlarında maqmatik mənşəli faydalı qazıntı yataqları yerləşir. Şərqi Avropa platformasında Ukrayna və Baltik qalxanları, Sibir platformasında Aııabar və Aldan qalxanları yerləşir. Şimali Amerikada Kanada qalxanı, Cənııbi Amerika platformasında Braziliya və Qviana qalxanları vardır
Yarandığı vaxtdan asılı olaraq qədim və cavan platformalar ayrılır. Qədim platformaların bünövrələrində Arxcy vo Proterozoy eralarında əmələ gəlmiş qırışıqlıq süxurları yerləşir. Yer üzərində əmələ gəlmiş Şimali Amerika, Cənubi Amerika, Şərqi Antarktida, Avstraliya və Afrika-Ərəbistan platformaları qədim platformalardır. Avrasiya materikində isə Şərqi Avropa, Sibir, Cənubi Çin, Çin-Koreya, Tarim və Hindistan kimi qədim platformalar vardır. Onlar qranit və metamorfik (kristallik) süxurlardan ibarətdir və üzərində sonrakı dövrlərdə yaranmış süxurlar yatır. Qədim platformalar materiklərin bünövrəsini təşkil edirlər.
Cavan platformalarda Kembriyə qədərki qırışıqlıq sahələri ilə yanaşı Paleozoy və Mezozoy yaşlı süxurlar da vardır. Relyefin bu struktur elementləri ya qədim platformaların kənarlarında, ya da iki qədim platforma arasında yerləşir.
Qərbi Sibir,Almaniya-Polşa vo Turan cavan platformalardır. Onlar platforma tavalarına uyğun gəlir. Mezozoy qırışıqlığma mə’ruz qalmış ərazilər hazırda geosinklinal inkişaf prosesindən platforma mərhələsinə keçir. Onların üzərində qalın çöküntü süxurları hələ toplanmamışdır. Belə ərazilərə formalaşması hələ başa çatmamış platformalar da deyilir.
Platformaların bünövrəsinin geniş əraziləri əhatə edən qalxmış sahələri antekliz adlanır. Onların yaranmasına səbəb tektonik hərəkətlərin baş verməsidir. Kristallik süxurların üzərində nazik (0,5-1,5 km) çöküntü süxurları vardır. Bəzən onlar yuyulur və anteklizlərin üstü açılır. Şərqi Avropa platformasında olan Donetsk təpəliyi, Timan tirəsi, Orta Rusiya və Volqaboyu yüksəklikləri anteklizlərə uyğun gəlir.

Comments are closed, but trackbacks and pingbacks are open.