Mühazirə 2 coğrafiyanin təDRİSİ metodikasi kafedra: Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrası
Bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə
Coğrafiyanın tədrisi metodikası nərminə seyfullayeva
Məhsul kodu: 4101
9 AZN
7.2 AZN
- Sifariş et
- 1-dən 5-ə qədər dəyərləndirin:
-
- 1
- 2
- 3
- 4
- 5
- 2.93
Qısa məzmun
Lüğətdə 2000-ə yaxın coğrafiya termininin və terminoloji ifadəsinin izahı verilmişdir. Burada son illərdə coğrafiya elminin inkişafı ilə bağlı meydana gəlmiş, əvvəlki lüğətlərimizə daxil olmamış yeni terminlər öz əksini tapmışdır. Lüğət məqalələrinin klaster (şaxələndirmə) üsulu ilə qurulması, kütləvi oxucu üçün anlaşıqlı dildə olması, baş sözlərin elmi izahı ilə yanaşı, etimoloji izahının da verilməsi lüğətin əsas məziyyətlərindəndir.
Çatdırılma şərtləri
Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN
Mühazirə 2 coğrafiyanin təDRİSİ metodikasi kafedra : Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrası
məqsədi ilə ardıcıl olaraq həyata keçirilən elmi fəaliyyətdir.
Bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə
aparılan dəqiq elmi araşdırmalardır. Tədqiqat –
seçilməsi, hipotezin (fərziyyənin ) qoyuluşu, tədqiqatların növləri və tədqiqat
metodları, materialların toplanması, müvafiq tədqiqat strukturları, akademik yazı
qaydaları əsasında fəaliyyəti əks etdirir.
Tədqiqatlar fundamental və tətbiqi olmaqla iki qrupa ayrılır. Fundamental
tədqiqatlara – yeni biliklərin istifadəsi ilə əlaqədar hər hansı bir məqsəd olmadan
onların əldə edilməsinə yönəldilmiş eksperimental və ya nəzəri tədqiqatlar aid
edilir. Onların nəticələri fərziyyələr, nəzəriyyələr, metodlardan və s. ibarətdir.
Fundamental tədqiqatlar əldə edilmiş elmi nəticələrdən praktikada istifadə edilməsi
imkanlarının aşkar edilməsi üçün tətbiqi tədqiqatların aparılması haqqında
tövsiyələr, elmi nəşrlər və s. ilə başa çata bilər. Tətbiqi tədqiqatlar – konkret
praktiki məsələlərin həll edilməsi məqsədi ilə yeni biliklərin əldə edilməsinə
yönəldilmiş orijinal işlərdən ibarətdir. Tətbiqi tədqiqatlar fundamental tədqiqatların
nəticələrindən istifadə edilməsinin mümkün yollarını, əvvəllər formalaşdırılmış
problemlərin həlli üçün yeni metodları müəyyənləşdirir.
Tədqiqatlar keyfiyyəti ilə səciyyələnir:
– tədqiqatın məzmun tamlığı: mövzunun düzgün seçilməsi, həcmi, genişliyi,
– tədqiqatın dəqiqliyi: heç bir səhvə yol vermədən nəticəyə yaxınlaşmaq, tədqiqat
mövzusunun baza anlayışlarını təşkil edən faktları, mühüm müddəaları dərk edərək
– tədqiqatın ədalətliliyi: tədqiqatda iştirak edən müxtəlif tərəflərlə ünsiyyət
yaratmaq, bütün məsələlərin həllində düzgün mövqedə olmaq bacarığı;
– tədqiqatın dərinliyi: aparılan tədqiqat işinin mahiyyətini, səbəb və nəticə
– tədqiqatın şüurluluğu: istifadə edilən faktların, müddəaların düzgünlüyünə əmin
olmaq, onları arqumentləşdirmək;
– tədqiqatın elmiliyi: tədqiqat mövzusunu təhlil etmək, elmi əsaslara istinad edərək
– tədqiqatın ümumiləşdirilməsi: tədqiqat mövzularını bloklar üzrə üzləşdirmək,
prosesdə inkişaf və dinamikanı götürmək;
– tədqiqat nəticələrinin praktikada istifadə olunması: tövsiyələrin hazırlanması,
tətbiqi üçün üsul və priyomları seçə bilmək bacarığının olması.
Tədqiqatın keyfiyyəti onu aparan tədqiqatçının şəxsi keyfiyyətlərindən – –
tədqiqatçının dünyagörüşünə malik olmasından; tədqiq edəcəyi sahəni mükəmməl
bilməsindən; obyektiv və ədalətli olması, şəxsi hislərinə qapılmamasından;
ünsiyyət qurmağı bacarmasından; tədqiqat apardığı zaman proseslərə müdaxilə
etməməsindən; kompüter texnologiyalarından istifadə səriştəsindən ; tədqiqat
nəticələrini elmi cəhətdən əsaslandırmasından; fikirlərini aydın şəkildə izah etməyi
bacarmasından və s.-dən aılıdır.
Elmi Tədqiqat obyektləri öyrənənləri, öyrədənləri, idarəedənləri və s. əhatə edə
bilər. Belə tədqiqatlar pedaqoji tədqiqatlar adlanır. Elmi- təqiqatlar məktəblərdə,
pedaqoji müəssislərdə, dövlət və özəl müəssisələrdə aparılır.
Tədqiqatın obyekti məktəbəqədər təhsil pilləsi; ibtidai təhsil pilləsi; əsas təhsil
pilləsi; orta təhsil pilləsi; bakalavr təhsil pilləsi; magistr təhsil pilləsi və s. –dir.
Tədqiqatın subyekti –kiçikyaşlı məktəblilər; yuxarı sinif şagirdləri, müəllimlər;
direktorlar və direktor müavinləri; valideynlər; digər peşənin mütəxəssisləri və s. –
dən ibarət ola bilər. Subyekti müəyyən edərkən onların müqayisə oluna bilməsi
Pedaqoji tədqiqatlar aşağıdakı metodların köməyi ilə həyata keçirilə bilər:
1. Nəzəri tədqiqat metodu.
2. Empirik tədqiqat metodu.
3. Riyazi tədqiqat metodu.
NƏZƏRI TƏDQIQAT METODLARI– aparılan tədqiqatın nəticələrinin
ümumiləşdirilməsi və sistemləşdirilməsi yolu ilə məktəbdə coğrafiyanın təlimi
prosesinin öyrənilməsinə, problemlərin üzə çıxarılmasına xidmət edir. Nəzəri
tədqiqatların tətbiq edilməsində əsas məqsəd öyrənilən proses və hadisəyə aid
qanunauyğunluqların aşkar edilməsinə və formalaşdırılmasına nail olmaqdır. Bu
metod toplanmış ədəbiyyat və elektron materiallarının təhlilinə əsaslanır. Bu
metodun köməyi ilə əvvəllər digər tədqiqatçıların bu sahədə apardıqları işlər
öyrənilir və bu, tədqiqatçıya müəyyən bilik və məlumatlar toplamağa imkan verir.
Nəzəri metodlar məntiqi və formalaşdırılmaış qruplara ayrılır.
Məntiqi metodlara – analiz, sintez, induksiya, deduksiya, ümumiləşdirmə, tpoloji
yanaşma, ideallaşdırma və analogiya daxildir.
Formalaşdırılmış – sistem- struktur, müqayisə, tarixi yanaşma, statistik,
Analoq metodu– öyrənilən obyekt və hadisələrin hər hansı bir əlamətlərinin ,
xüsusiyyətlərinin, əlaqələrinin əsasında oxşarlıqlarının aşkar edilməsinə əsaslanır.
Tarixi metod
Bu metod məsələyə müxtəlif illərdə olan yanaşmanı üzə çıxarır, müxtəlif
dövrlərdə şagirdlərin coğrafiya fənni üzrə təlim nəticələri, bilik və bacarıqlarının
qiymətləndirilməsinin müqayisəsi ilə təhlil olunur.
Modelləşdirmə
Bu metodun mahiyyəti – hər hansı coğrafi hadisə və ya prosesə aid digər
formada oxşarını vermək və onu tətbiq etməklə aparmaqdır. Belə ki, tədqiqatçı hər
hansı dərs mövzusunun konspektini təklif etdiyi metoda əsasən model olaraq
təqdim edir və müəllimin işini şagirdlərin fəaliyyətini fərz edir, alınacaq nəticələrə
dair proqnozlar verir.
Analogiya və ya bənzətmə
Bu metodunun köməyi ilə coğrafi obyekt, hadisə və proseslərə dair
təsəvvürləri formalaşdırmaq, onun özünəməxsusluğunu canlandırmaq mümkündür.
İdeallaşdirma
Bu metod öyrənilən obyektə müəyyən əlamətləri özündə birləşdirən vahid,
bütöv kimi baxmağı və bu zaman digər əlamətləri nəzərə almamağı tələb edir.
Məsələn təlim zamanı sinifdəki şagirdlərə differensial yanaşmağa, onların
yaradıcılığının üzə çıxarılmasına təkan verir, öyrənilən obyekt və hadisənin ideal
kimi qiymətləndirilməsi, şagirdlərə təlim prosesində fərdi yanaşmağa, əqli
qabiliyyətinə görə («zəif», «orta», «güclü») yanaşmağa imkan verir. Şagird
şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmır.
Tipoloji yanaşma
Bu metodun mahiyyəti öyrənilən coğrafi hadisə və obyketləri hər hansı
xüsusiyyətinə, müəyyən əlamətlərinə görə qruplaşdırmağa, təsnifat etməyə imkan
yaradır. Məsələn təlim metodlarının təsnifatı əyani vasitələrin qruplaşdırılması,
müstəqil və praktik işlərin bölgüsü, fəal dərsin mərhələri üzrə coğrafi biliklərin
Sistem-struktur yanaşma
Bu metod mürəkkəb quruluşa malik olan hər hansı obyekt və hadisənin
bütövlükdə yəni bir-biri ilə əlaqədə olan sistem kimi öyrənməyə imkan verir .
Məsələn, coğrafiyanın tədrisi prosesində əsas diqqət müəllim və şagirdlərin
fəaliyyətləri arasındakı əlaqənin araşdırılmasına yönəldilir. Coğrafiya dərslərinin
planlaşdırılması zamanı system-struktur yanaşma metodunun tətbiq edilməsi
məzmun standartının reallaşdırılmasına, təlim nəticələrinin yerinə yetrilməsinə,
dərsin mərhələləri üzrə tələblərin yerinə yetrilməsinə, əyani vəsaitlərin
mövcudluğu və məzmuna müvafiq olmasına. Dərsdə refleksiyanın yaradılmasına
system kimi baxılır.
Müqayisə metodu
Bu metodunun tətbiqi şagirdlərdə xüsusilə tənqidi təfəkkürün inkişafına səbəb
olur, tədqiq edilən məsələnin özünəməxsus xüsusiyyətlərini daha aydın təsəvvür
etməyə imkan verir.
RIYAZI- STATISTIK TƏDQIQAT METODLARI
Bu metodun köməyilə tədqiqatın modeli yaradılır, informasiyanın dəqiqliyi
yoxlanılır, fakt və hadisələr təhlil olunur və qiymətləndirilir.
Bu metod şagirdlərin
müvəffəqiyyətinin müəyyən olunmasında istifadə olunan bal sisteminə əsaslanır.
Bu statistik məlumatlar nəticələri analiz etmək üçün metodik baza rolunu oynayır.
Riyazi metod eləcə də əldə edilən məlumatları təsnif etməyə, onları müəyyən
xüsusiyyətlərinə görə qruplaşdırmağa imkan verir.
EMPIRIK TƏDQIQAT METODLARI – tədqiq edilən problem üzrə faktların
toplanması, əldə edilən nəticələrin yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə
istifadə olunur. Emprik metodlara sorğu anketləri; söhbət; dialoq, monitorinq;
müşahidə; eksperiment; qruplarla iş; müsahibə; test tapşırıqları daxildir.
Emprik metodlar müşahidə, təcrübənin öyrənilməsi və eksperiment olmaqla
Müşahidə
Pedoqoji prosesi müəyyən vaxt ərzində ardıcıl olaraq müşahidə etmək,
nəticələri təhlil etmək, müəllim və şagird fəaliyyətini düzgün qiymətləndirmək
üçün ən qiymətli vasitədir. Müşahidə metodu ciddi və obyektiv aparılmalıdır, dərs,
ekskursiya və ya dərsdənkənar məşğələlərdə yerinə yetirilməlidir. Müşahidələr
sistematik və məqsədyönlü şəkildə aparılmalıdır. Müşahidə olunan obyekt dəqiq
Anket-sorğu
Bu metodu müəllim, şagird və valideynlər arasında aparılmalıdır. Seçilmiş
mövzuya aid suallara yazılı cavab tələb olunmalıdır. Qısa vaxt ərzində çox saylı
respondentlərdən kifayət qədər suala cavab alınması, onların müqayisəli
təhlili,nəticənin çıxarılması tədqiqatçıya nisbətən asan yolla geniş faktlar
toplamağa imkan verir. Anket sorğudakı suallar dəqiq olmalı, respondetlərdə
çaşqınlıq yaratmamamlı, onlara öz təkliflərini vermək üçün şərait yaratmalıdır.
Yoxlama yazi işləri
Emprik metodlar içərisində əhəmiyyəti böyükdür. Verilmiş problem əsasında
respondetlərin hazırlıq səviyyələri daha ətraflı təhlil oluna bilir. Tədqiqtın
mövzusuna uyğun olaraq respondentə verilən problem haqqında geniş yazır və
bu tədqiqatın aparılmasında istifadə olunur.
Esse metodu
Esse fransız sözü olub, mənası sınaq, təcrübə, deməkdir. Essenin məqsədi sərbəst
düşüncəni müəyyən etməkdir. Essedə məqsəddəki fikri bildirmək üçün yanaşma,
təhlildən istifədə edilir. Esse problemin sərbəst şəkildə qoyuluşudur..
Essenin strukturu 3 hissədən ibarət olur.
Esse-yə verilən tələblər
Essenin həcmi kiçik olmalı ( 400-600 söz) , konkret olaraq bir məsələni əhatə
etməli və həmin məsələdən kənara çıxmaq məsləhət görülmür,məntiqi ardıcıllığa
əməl etmək tələb olunur. Esse səmimi yazılmalı, rəsmi olmamalı, ədəbi dilin
normalarına, orfoqrafiya qaydalarına əməl edilməli, durğu işarələri yerli-yerində
Dialoq metodu
Ardıcıl sualvermə üsulu ilə tədqiqat üçün tələb olunan materialların respondentdən
alınmasıdır. Ardıcıl sualvermə üsulu ilə respondentin söhbət edilir və tədqiqat
üçün lazım olan materiallar əldə edilir.
Məktəb sənədlərinin öyrənilməsi
Tədqiq olunan problemin öyrənilməsində bu metod çox mühüm metod kimi
istifadə olunur. Bura arxiv sənədləri, sinif jurnalları, summativ qiymətləndirmə
sənədləri, formativ qiymətləndirmə jurnalları, metodbirləşmənin iş planı, dərslərin
işmalları, inteqrasiya cədvəlləri, şagirdlərin iş dəftərləri, təcrübə avadanlıqları, bir
sözlə şagird «portofolosunu» araşdırmağa istiqamətlənməli,əyani vəsaitlər və s.-in
sayı, keyfiyyəti, istifadə yararlığı yoxlanılmalı və mənbələrə istinad edilməlidir.
Test tapşiriqlari – son illər daha geniş tətbiq edilir. Daha çox sayda faktik material
əldə etməyə imkan verir. Testlərin cavablarının ümumiləşdirilməsi tədqiqatçıya
sistemləşdirmək, təsnif etmək imkanı verir.
Pedaqoji esperiment
Pedoqoji eksperiment – coğrafiya tədrisi metodikasının ən mühüm tədqiqat
metodlarından biridir. Ümumiyyətlə tədris metodikasına aid mövcud olan
problemlərin elmi şəkildə tədqiq olunması pedoqoyi eksperiment vasitəsi ilə
Tədqiqatçı tərəfindən formilə edilmiş fərziyyənin, nəzəriyyənin, konsepsiyanın
doğruluğunu yoxlamaq məqsədi ilə təşkil edilmiş təlim təcrübəsidir. Bu tədqiq
pedaqoji hadisəyə nəzarət etməyə imkan verir. Pedaqoji eksperiment müəyyən
şərtlərə cavab verməklə həyata keçirilməlidir. Onun təşkili üçün fərziyyəyə uyğun
tədris-metodiki materiallar hazirlanmalıdır. Pedaqoji eksperimentin növləri çoxdur.
Vaxtına görə- uzun müddətli və qısa müddətli ola bilər.
Öyrənilən hadisənin tərkibinə görə-sadə,mürəkkəb ola bilər.
Təşkilinə görə- labarotor, təbii, kompl ola bilər.
Məqsədinə görə- nəzarət, formalaşdırıcı, təsdiqedici
Məktəb sənədlərinin öyrənilməsi
Elmi –metodik tədqiqatın əsas mərhələləri
Tədqiqatın probleminin qoyulması
Tədqiqatın obyekti və predmetinin seçilməsi
Tədqiqatın işçi fərziyyəsinin irəli sürülməsi
Tədqiqatın məqsədinin təyin edilməsi
Tədqiqatın vəzifələrinin təyin edilməsi
Tədqiqatın metodlarının seçilməsi
Elmi –metodik tədqiqatın əsas mərhələləri
8. Pedaqoji eksperimentin təsdiqedici mərhələsinin keçirilməsi
9. Pedaqoji eksperimentin formalaşdırıcı mərhələsinin keçirilməsi
10. Öyrədici eksperiment mərhələsinin keçirilməsi
11. Tədqiqatın nəticələrinin çıxarılması
12. Əldə edilmiş nəticələrin praktik əhəmiyyətini göstərin
Hər hansı tədqiqat işi müxtəlif metodlar vasitəsi ilə yerinə yetirilməlidir.
Tədqiqatın sonunda alınan nəticələr ümumiləşdirilməli və təsirə məruz qalmadan
yekunlaşdırılmalıdır. Tədqiqatçının gözlədiyi, əldə etmədiyi nəticələri təklif kimi
irəli sürməlidir. Tədqiqat üçün ilk növbədə seçilmiş mövzunun aktuallığı
əsaslandırılmalı, bu mövzu haqqında hansı tədqiqatların aparılması araşdırılmalı,
mövzuya dair fərziyyələr irəli sürülməli, müşahidə lər aparılmalı, nəticələr
çıxarılmalı, mövzu yekunlaşdırılmalı və təkliflər verilməlidir.
1. Coğrafiyanın tədrisi metodikası. Dərslik. N.Seyfullayeva. Bakı. 2011
2.Orta məktəblərdə coğrafiya təliminin metodikası ( B.Bibikin redaktəsi
ilə) «Maarif» 1978.
3.Metodika prepodavaniə qeoqrafii Pod redaküiey E.Tamojney Moskva 2008
4. Proektnaə deətelğnostğ uçahixsə qeoqrafiə 9-11 klassı.N. Yakovleva Volqaqrad
Tədqiqatin konsepsiyasinin müəyyənləşdirilməsi – İntiqam Cəbrayılov. Təhsil
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciətTullantılar və onlardan istifadə
Mütəxəssislərin fikrincə, iri şəhərlərdə gün ərzində bir nəfər 1 kq məişət tullantısı atır. Bu tullantılar ətraf mühitin çirklənməsində əsas mənbə sayılsa da, onlar qiymətli xammal hesab olunur. Tullantılardan səmərəli istifadə sayəsində faydalı qazıntılara qənaət etmək mümkündür.
Tullantılar ətraf mühitin çirklənməsində ən mühüm problemlərdən biridir. Tullantılar 2 qrupa ayrılır.
1.Məişət tullantıları — gündəlik istifadə olunan kağız, selofan, plastik və şüşə qablar, qida tullantıları və s.-dir. Təmir zamanı atılan tullantılar da məişət tullantıları sayılır.
2.İstehsalat tullantıları — tibb ocaqlarında, sənaye və kənd təsərrüfatı müəssisələrində atılan, eləcə də radioaktiv maddələrdir.
Hazırda əhalinin məskunlaşdığı bütün ərazilərdə məişət və istehsalat tullantılarının həcmi təhlükəli həddə çatmışdır. Yer kürəsində nəhəng zibil yığınları yaranmışdır. Zibilliklər infeksion xəstəliklərin mənbəyidir. Zibil çürüyərək zəhərli maddəyə çevrilir, torpağa hopur və suya qarışır. Tullantılardan təhlükəli metan qazı ayrılır.
Zibil tullantılarından xilas olmağın müxtəlif yolları vardır. Tullantıları səmərəli üsullarla zərərsizləşdirmək olar. Onlardan yarımfabrikatların, yanacaq materiallarının və s.-nin istehsalında xammal kimi istifadə edilə bilər. Bu proses tullantıların utilizasiyası adlanır.
Tullantıların utilizasiyası problemini müxtəlif ölkələr fərqli yollarla həll edir. İnkişaf etmiş ölkələrdə tullantıların emalında ekoloji və iqtisadi prinsiplər daha üstündür. Hazırda dünya ölkələrinin əksəriyyətində ekoloji tarazlığı qorumaq məqsədilə tullantıların təkrar emalı üçün texnologiyalar tətbiq edilir. Avropa ölkələrində tullantıların 23%-i təkrar emal prosesinə cəlb olunur. Buna baxmayaraq hər il dünyada 700 mln. ton tullantı yaranır. Tullantıların çox az hissəsi canlı aləm üçün təhlükəsiz halda utilizasiya edilir. Məişət tullantılarının xeyli hissəsi basdırılır və ya yandırılır. Tullantıların təkrar emalı sahəsində lider olan ölkələrdə — Almaniya, İsveçrə və Yaponiyada da tullantıların 30-40%-i yandırılır. Bu ölkələr istisna olmaqla digər dövlətlərin əksəriyyətində tullantıların bir qismi torpağa basdırılır. Tullantıların miqdarına görə fərqlənən ABŞ-da (ildə 240 mln. ton) onların yarıdan çoxu basdırılır, 14%-i yandırılır, 30%-i təkrar emal edilir. Azərbaycanda il ərzində 1,5 mln. tona yaxın istehsalat və məişət tullantıları yaranır. Onların da təxminən 300 min tona yaxını (20%) təkrar emal edilir.
Müəllif: Nərminə Seyfullayeva,Zaur İmrani,Yelena Şabanova
Mənbə:Coğrafiya 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Coğrafiya fənni üzrə Dərslik- Teqlər:
- tullantı
- , məişət tullantıları
- , istehsalat tullantıları
- , zibil
Comments are closed, but trackbacks and pingbacks are open.