Ovdarlıqda uçurumu qoruyan
Bir neçə dəfə yazılarımdan bu əsərdən sitat gətirmişəm. Amma indi onun elə tərəfini xatırlatmaq istəyirəm ki, həmin cəhətə bizim cəmiyyətin hava və su qədər ehtiyacı var. Əsərin ən incə və əsas qayəsi isə budur ki, Amerika dövlətinin (ABŞ-ın) və amerikalının idealı uçurumun kənarındakı çovdarlıqda oynayan uşaqları qorumaqdır.
J. D. Salinger “Çovdarlıqda uçurumdan qoruyan” PDF
“Bu qədər insan haqqında danışdığım üçün üzr istəyirəm. Bildiyim tək şey; Haqqında danışdığım hər kəs üçün bir az darıxıram. Hətta bizim Stradlater və Ackley, məsələn. Düşünürəm ki, hətta o lənətə gəlmiş Moris üçün darıxıram. Heç kimə heç nə demə. Sonra hər kəs üçün darıxmağa başlayırsan”. Çovdarda Tutan” Salingerin yeganə romanıdır. Yetkinlər dünyasının nizamına üsyan edən uşağın yeniyetməlik çağında, Miladdan əvvəl başına gələnlər. Psixiatriya klinikasında bu prosesin sonu. Holden Caulfield-in günahsızlıq axtarışının ürək parçalayan romanı. Bəlkə Salinger. 1993-cü ildə “Frenni və Zoi ilə doqquz hekayə” kitabı işıq üzü görən Salinger 1963-cü ildən bəri yeni bir əsər nəşr etməməsinə və az qala əfsanəvi bir məxfilik içində yaşamasına baxmayaraq, həmişə dünya ədəbiyyatı gündəmində yerini qoruyub.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
J. D. Salinger “Çovdarlıqda uçurumdan qoruyan” PDF
Çovdarlıqda uçurumu qoruyan
Dünyanın ən güclü dövləti sayılan ABŞ-ın uğurlarının sirri nədədir? Bəlkə siz də hesab edirsiniz ki, bu nəhəng dövləti mübhəm mason gücləri ayaqda saxlayır? Amma bütün hallarda onun necə güclü, necə rifahlı bir ölkə olduğunu hər kəs dartışmasız qəbul edir. Onun təkcə hərbi və iqtisadi gücündən heyranlıqla danışmırlar, elmi-texnoloji potensialı, təhsili, səhiyyəsi də həsədə layiqdir. Onun demokratiyası isə bütün xalqların arzu etdiyi bir səviyyədədir. Demokratiya isə insana verilən dəyərdir, insanın gücüdür. Yəni bu ölkə hər cəhətdən güclüdür – insana görə də, imkana görə də.
Nədir bu gücün sirri? Hər kəs bunun arxasında müəmmalı, gizli bir sirr axtaranda, 2012-ci ildə ABŞ-ın özü bu mövzuda qeyri-adi sərgi açdı. Sərginin adı belə idi: ABŞ-ı yaradan kitablar. Yəni güc dediyinizin özü elan etdi ki, onu yaradan kitablardır. Təbii ki, bu, simvolik bir cavabdır, amma tamamilə gerçək olan səbəbləri özündə birləşdirir həmin simvol. Maarif, tərəqqi, humanizm, hüquq, azadlıq, elm – zatən kitabların da məğzi budur.
Həmin kitabların arasında ABŞ konstitusiyanın ratifikasiyası üçün yazılan məşhur “Federalçı” kimi ictimai düşüncə kitabları ilə yanaşı bəzi bədii əsərlər də yer alır. Həmin əsərlərdən bir neçəsi mənim çox sevdiyim əsərlərdir və əminəm ki, həmin əsərlər doğrudan da ABŞ kimi gücün yaranmasında əvəzsiz rol oynayıb.
Elə əsərlər var onlar əsər olmaqdan çıxıblar. Onlar həyatın özünə qatışıblar. Bəzi əsərlər ayrı-ayrı şəxslərin həyatına daxil olur, bəziləri xalqların, bəziləri də bəşəriyyətin. Insan qəlbi o qədər həssasdır ki, yazıçının təkrarolunmaz duyğuları ilə danışmağı bacarır, onun yaratdıqlarını həyatın gerçək dramatizmi ilə birləşdirə bilir. Nəticədə, güclü yazıçı təxəyyülü həyatın sərhədlərini genişləndirir, əsərlər həyatın ən xırda detallarını daha yaxşı görməyə, təsəvvür etməyə yardım edir.
ABŞ-ı yaradan kitablar arasında yer alan bədii əsərlərdən birini götürək. Ceremi Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını nəzərdə tuturam. Bu roman bir yeniyetmənin məktəbi tərk edib avaralanması və evə dönməsi üzərində qurulub. Amma qayəsini Amerika cəmiyyətinin mənəviyyat axtarışları təşkil edir. Azad ruha sahib olmaq – bu yüksək mənəviyyatın əsasıdır. Təhsildən qaçmaq olmaz, amma təhsil həm də tənqidi yanaşma yaradır, eləcə də təhsilin özünə. Söyüş söyüb tərbiyəsiz görünmək kənardan pis görünə bilər, amma təmiz və xeyirxah qəlbinin olması əsas şərtdir. Avara və intizamsız olduqda belə, insana sevgi sənin əsas xüsusiyyətindir. Başqalarını bəyənməmək haqqın var, amma onların da haqqına sayğın olacaq.
Bir neçə dəfə yazılarımdan bu əsərdən sitat gətirmişəm. Amma indi onun elə tərəfini xatırlatmaq istəyirəm ki, həmin cəhətə bizim cəmiyyətin hava və su qədər ehtiyacı var. Əsərin ən incə və əsas qayəsi isə budur ki, Amerika dövlətinin (ABŞ-ın) və amerikalının idealı uçurumun kənarındakı çovdarlıqda oynayan uşaqları qorumaqdır.
Söhbət ayrıca uşaqlardan da getmir. Uşaqlar burada məsum insanların obrazıdır. Həyat elədir ki, hər kəs uçurumun yanında keçir. Qəzanın yanından, yanğının yaxınlığından və nəhayət xəstəliyin, tənhalığın, çarəsizliyin, talesizliyin tarlasından keçir. Yaşadıqca insanlar sanki bu uçurumların kənarında oynayır. Deməli, onları qorumaq ən yüksək qayədir. ABŞ-ın gücü ondadır ki, dövlət də, insanlar da bu qayəyə sadiqdir, onu özünün əsas vəzifəsi sayır.
Bəs bizdə necədir? Dövlət səni uçurumdan qorumur. Səhiyyən yoxdur. Sığortan yoxdur. Imkanın da yəqin ki, yoxdur. Dövlətin imkanlarından istifadə etmək üçün gərək onun qəbul etdiyi qurama elita sistemində olasan, məşhur olasan, yaxud hakimiyyətdəkilər sənə dəstəkdən siyasi qazanc götürə bilsinlər. Başqa hallarda üzü uçuruma doğrusan.
Amma nə yaxşı ki, Azərbaycan cəmiyyətində uçurumdan qorumaq idealı ölməyib. Son günlər iki nəfərin həyatı uğrunda bir xeyriyyə savaşı gedir. Nərmin Hüseynli və Vüqar Feyzulla maddi dəstək olmadan xəstəlikdən qurtula bilməyəcəklər. Gənclər onları xilas edəcək pulu toplamaq üçün əsl qeyrət göstərirlər.
Dövlətin resurslarını övladları üçün oğurlayan siyasi sistemdəkilər isə susur. Onlar uçurumdan qoruyanlar deyil. Onlar Daşkəsənin Çovdarlı kəndindəki qızıl sərvətlərimizə sahib çıxanları qoruyanlardır. Onlar uçurumdan qorumurlar, uçurumu qoruyurlar. Böyüyən uçurumu.
Description from Developer
We provide Çovdarlıqda uçurumdan qoruyan APK 1.1 file for Android 2.1 and up or Blackberry (BB10 OS) or Kindle Fire and many Android Phones such as Sumsung Galaxy, LG, Huawei and Moto. Çovdarlıqda uçurumdan qoruyan APK is a free Books & Reference Apps.
It’s newest and latest version for Çovdarlıqda uçurumdan qoruyan APK is (com.shahriyar.bok.AOVSFEWUMDTBFJPJO.apk). It’s easy to download and install to your mobile phone (android phone or blackberry phone). Read Çovdarlıqda uçurumdan qoruyan APK detail and permission below and click download apk button to go to download page.
On download page, the download will be start automatically. You need download All-in-One APK Downloader first. we provide direct download link for Çovdarlıqda uçurumdan qoruyan APK 1.1 there. Çovdarlıqda uçurumdan qoruyan APK is the property and trademark from the developer
Please be aware that we only share the original and free apk installer for Çovdarlıqda uçurumdan qoruyan APK 1.1 WITHOUT ANY cheat, crack, unlimited gold, gems, patch or any other modifications. if there is any problem please let us know.
American writer Jerome D Selincerin in 1951 wrote where Çovdarlıqda rocks from the novel, sixteen-year-old Holden called young very frankly, American realities, is sharply aware of, and modern society, the General rules of morality accepted indicated it opens. The novel, both young and older readers gain popularity in the second half of the twentieth century in world culture a significant effect, showing that 60 million copies have been sold.
the advantages of the Application:
– in Offline mode (without connection to the Internet) singing ability
– 3D effective page çevirimi
– Əlfəcinlərin and record, adding
– Books, text and mündəricatı search
– Font sizes, colors, sətirarası intervalın, screen aşımının ayarlanması opportunity
– Night/Day-time singing mode.
Comments are closed, but trackbacks and pingbacks are open.