KİTAB ADASI
İLAHƏ MƏHƏMMƏDZADƏ
“ Çərpələng uçuran “(resenziya)
“ Çərpələng uçuran “ romanı son illərdə ərsəyə gətirilmiş möhtəşəm sənət nümunələrindən biridir. Romanın adını tez-tez eşidirdim. Çevrəmdəki tələbə yoldaşlarımın bir-birinə ötürərək oxuduğu, ağız dolusu danışdığı 4-5 kitabdan biri idi. Əsərin adı ilə ilk dəfə ötən mart ayında tanış olmuşdum. Sözün düzü, həmin dövrdəki etinasızlığım və işlərimin çoxluğu ilə əlaqədar olaraq tənbəllik etdim. Lakin, yoldaşlarımın əsər ətrafında davamlı müzakirələri, düşüncələri məni bu əsəri oxumağa sövq etdi. Yaxşı ki oxumuşam…
Bir az müəllif barədə yazmaq istəyirəm. Əfqanıstanda, diplomat ailəsində dünyaya göz açan Xalid Hüseyni daha sonra kiçik yaşlarında ailəsinin ABŞ-da siyasi sığınacaq alması ilə birlikdə Amerikaya köçüb. Hal-hazırda Şimali Kaliforniyada yaşayan Hüseyni 2003-cü ildə ilk romanını – “Çərpələng uçuran”ı qələmə alıb. Müəllifin ilk əsəri olmasına baxmayaraq əsər böyük əks-səda doğurub. Çap olunduğu ildən qısa müddət sonra əsər rekord oxucu sayı əldə edib və 12 milyondan çox satılıb. Əsər böyük ustalıqla qələmə alınıb. İstər peyzajların gözəl təsviri, istər müəllifin sadə dili, istərsə də bir hadisədən digər hadisəyə uğurlu keçidlər və bunun kimi bir çox nüanslar əsəri oxunaqlı edən başlıca amillərdir. Məhz bu uğurlu məqamların nəticəsidir ki, oxucu səhifə-səhifə arxasınca çevirir və ilk cümlələrdən etibarən əsərin təsirinə düşür..
Ümumiyyətlə, əsərdə cərəyan edən hadisələri bir növ Əmir obrazının xronikası adlandırmaq mümkündür. Əfqanıstanın məşhur puştun qəbiləsinin nümayəndəsi olan bu obraz zənnimcə, məhz müəllifin – Hüseyninin prototipidir. Hüseyninin də puştun qəbiləsindən olması, kiçik yaşlarından etibarən ailəsi ilə birlikdə Amerikaya köçməsi, Amerikaya köçdükdən sonra yazıçılıq fəaliyyətinə başlaması Əmir obrazının Hüseyninin prototipi olduğu fikrini qüvvətləndirən oxşar cəhətlərdir. Bütün əsər boyu baş verən hadisələr bu obrazın dilindən verilir.
Hüseyninin bu əsərində qabarıq şəkildə verilən bir sıra insani keyfiyyətlər – vəfa, sədaqət, dostluq – oxucunu təsirləndirən əsas ünsürlərdəndir. Məncə, əsərin sentimental notlara köklənməsində Həsən obrazının rolu danılmazdır. Həm sadiq dost, həm vəfalı nökər olan Həsən obrazı oxucuların rəğbətini qazanmağı bacarır. Lakin həm dostu, həm ağası olan Əmir uğrunda etdiyi fədakarlıqlarının qarşılığını görə bilmir. Əksinə, əsərin bəlkə də ən təsirli məqamlarından biri olan “çərpələng faciə”sinin qurbanı olur. Mavi uçurtmanı qalibə – Əmir ağasına gətirməyə yollanan Həsən, xəzərlərə nifrət edən Asif tərəfindən zorlanır. Həsən Asifin istəyi doğrultusunda uçurtmanı ona verərək geri qayıda bilərdi. Lakin ən çətin məqamda belə dostunu düşündü və ləyaqətinin tapdanılması bahasına uçurtmanı ona gətirdi. Həsəni bu vəziyyətdə görməsinə baxmayaraq, Əmir qorxularının qurbanı oldu. Lakin əsər boyunca həmin gün baş verənlərin üzüntüsündən, peşmanlığından qurtulmağa çox can atdı…
Hüseyninin bu əsərdə oxuculara təlqin etmək istədiyi əsas ideya budur : Hər nə olursa olsun dostluq və sədaqət hər şeyin fövqündə durur. Həsən obrazının timsalında sədaqətlilik, vəfalılıq anlayışlarını ön plana çəkən Hüseyni, Əmir obrazının timsalında isə qorxaqlıq hissini canlandırmışdır.
Əsərin sonunda isə Əmir obrazı mənəvi iztirablardan qurtulmağa nail olur. Rəhim xanın zəngi ilə Pakistana yollanan Əmir, Həsənin doğmaca qardaşı olduğunu öyrənir. Bunun ardından isə, Rəhim xandan Həsənin ölüm xəbərini eşidir və böyük sarsıntı keçirir. Lakin o,Rəhim xandan Həsənin bu dünyada qalan yeganə nişanəsi – oğlu Söhrab barədə məlumatlar da öyrənir və Söhrabı Əfqanıstanın çətin şəraitindən çıxardaraq özü ilə bərabər Amerikaya aparır. Bununla da, Əmir nökəri, sadiq dostu və qardaşı olan Həsənə vəfa borcunu ödəmiş olur…
“ Çərpələng uçuran”ın motivləri əsasında 2007-ci ildə eyniadlı film çəkilib. Əsəri oxuyub bitirdikdən sonra, filmini də izləmək qərarına gəldim. Əsərdən duyduğum məmnunluğu, filmdən duya bilmədim. Çünki əsərin böyük bir hissəsi filmdə ixtisar edilib. Bəzi süjetlər bir-birini tamamlamır. Və ən əsası, bəzi xırda detallar rejissorun diqqətindən yayınıb. Bu detallar, əsərlə vəhdət təşkil etmir. Məsələn, kiçik bir nümunə : oxucuların çox da diqqət etmədiyi Fərid obrazı ( Əmiri Pakistandan Əfqanıstana keçirən obraz). Əsərdə onun sol əlindəki 3 barmağını itirdiyi, maşını 2 barmaqla idarə etdiyi qeyd edilib. Lakin filmdə bu kiçik detal rejissorun diqqətindən yayınıb. Düzdür, bu çox xırda detaldır, və heç bir vəchlə filmin məziyyətlərinə xələl gətirə bilməz. Lakin, rejissor bu detalları nəzərə alsaydı, film də əsər kimi qüsursuz bir örnək olardı.
Əsəri dilimizə tərcümə edən, mənim çox sevdiyim jurnalistlərdən biri olan Xədicə İsmayıla da sonsuz təşəkkür düşür. Çünki, əsərin poetik keyfiyyətlərini sarsıtmadan tərcümə etmək böyük bir peşəkarlıq tələb edir.
Yazımın sonunda isə məni düşündürən bir sualı qeyd etmək istəyirəm. Şübhəsiz ki, bir yazıçının, ümumiyyətlə bir insanın formalaşmasında yaşadığı cəmiyyət böyük əhəmiyyət kəsb edir. Sağlam cəmiyyət, sağlam düşüncəli şəxslər yetişdirir. Görəsən, Hüseyni Amerikada yox Əfqanıstanda yaşasaydı bu cür sensasiya doğuran, rekord oxucu sayı əldə edən əsər ərsəyə gətirə bilərdimi? Bax, budur əsas məsələ…
Orxan Cuvarlı
KİTAB ADASI
Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…
“Çərpələng uçuran” Xalid Hüseyni
İstənilən bir ölkənin tarixini araşdırsaq görərik ki, onun tarixində ən az bir müharibə olubdur. Müharibəni və müharibənin dəhşətlərini dəfələrlə yaşayan xalq olaraq biz nə etmişik? Hansı ibrət dərsini almışıq? Hansı təsirli kitabları yazıb dünyaya öz haqq səsimizi çatdıra bilmişik? Neyləmişik ?
Bəlkə nəsə etmişik, amma hamısı ölkəmiz daxilində, dünaya səs salacaq heç bir şey edə bilməmişik. Hansı yazarın Qarabağ dəhşətlərini dünyaya çadıracaq əsəri var? Bəlkə var, amma dünyaya səs salmasını mən görməmişəm.
Amma Əsili əfqan olan Xalid Hüseynin var. Öz ölkəsinin müharibə dəhşətlərini bu cür ustalıqla dünyaya çatdırdı. İndi hamı deyəcək ki, Xalid Amerika kimi ölkədə yaşayır, onun səs salması asan məsələdi, amma bunun da cavabı var: bizim də bu imkanda olan yazarlarımız var. Nə isə
adətən, əsərləri oxuyub bitirərkən, haqqında esse yazanda əsər haqqında ümumi məlumat, yaxud əsərin məğzi haqqında danışmağı sevmirəm. Mənə daha çox təsir edən hissələr haqqında öz oxucu prizmamdan analiz edib yazıram.
Hüseyninin iki əsərini əvvəllər oxumuşdum, “Və dağlardan səda gəldi” və “Min möhtəşəm günəş”. Bəyəndiyim isə “Və dağlardan səda gəldi” əsəri oldu, nədənsə çox oxucu bu əsəri bəyənmir şah olan “Çərpələng uçuranı” düşünür, hər halda hərənin öz şəxsi subyektiv fikiridir.
“Çərpələng uçuran” əsərində də yazar digər Əsərlərində olduğu kimi öz ölkəsinin adət-ənənələrini, mədəniyyətini, müharibə illərinin yaşantılarını, dəhşətlərini qələmə alıb. Kitab sözün yaxşı mənasında əsl dostluq, sədaqət, xəyanət, günahların bağışlanılması üçün bir insanın edə biləcəklərindən bəhs edir.
Ümumiyyətlə, əsərdə cərəyan edən hadisələri bir növ Əmir obrazının xronikası adlandırmaq olar. Əfqanıstanın məhşur puştun qəbiləsinin nümayəndəsi olan bu obraz məncə elə müəllifin prototipidir. Hüseyninin də puştun qəbiləsindən olması, kiçik yaşlarından etibarən ailəsi ilə birlikdə Amerikaya köçməsi, Amerikaya köçdükdən sonra yazıçılıq fəaliyyətinə başlaması, Əmir obrazının Hüseyninin prototipi olduğu fikrini qüvvətləndirən oxşar cəhətlərdir. Bütün əsər boyu baş verən hadisələr bu obrazın dilindən verilir.
Əsərin əvvəlində Əmirin etdiyi əclaflığa görə məndə bu obraza çox nifrət hissi oyanmışdı, amma sonlara yaxınlaşanda mən Əmiri qınaya bilmirdim. Bilirsiz hər insanda cəsarət, mərhəmət, ədalət, vicdan hissi eyni qədərdə deyil, Əmirdə də cəsarət hissi yox dərəcəsində idi, məhz cəsarətsiziliyinin ucabıtnıdan dostunu xilas edə bilmir. Allah günahlarımızın bağışlanması üçün hər birimizə ömrümüzdə bircə dəfə də olsa şans verər, elə Əmirə də bu şansı verdi.Əmir illər öncə etdiyi günahını yalnız illər keçəndən sonra qismən də olsa yuya bildi.Biz günahı edəndə nəsə edib günah ediriksə, elə günahı yumaq üçün də nəsə etməliyik, Əmir də Həsənə etdiyinin günahını yumaq üçün onun oğluna atalıq etməyə başladı. Çox oxucunun dilindən eşitdiyimə görə, bu əsərdə hamı Əmiri günahkar görür, amma gəlin düşünək Əmirin atası Babanın azmı günahı var idi? Əslində Həsənin Əmirin qardaşı olması haqqını, Həsənin atalı böyümə haqqını, Həsənin atası düşünülən Əlinin həqiqəti bilmə haqqını onların əlindən oğurlayan elə Baba özü deyildimi ?!
Əsəri dilimizə tərcümə edən Xədicə İsmayıla da sonsuz təşəkkür düşür. Çünki, əsərin poetik keyfiyyətlərini sarsıtmadan tərcümə etmək böyük bir peşəkarlıq tələb edir. Tərcümə bəyəniləndi. Qeyd edim ki, əsər “Oxucu seçimi 2007” mükafatını qazanıb və eyniadlı film çəkilib.
Gözlər insanın ruhuna açılan pəncərədir, çalışın ruhunuzu şən, ruhən cavan saxlayın ki, gözləriniz sizi ələ verməsin
İLAHƏ MƏHƏMMƏDZADƏ
ÇevirSözlük.com | Azerice – Rusça cümle çeviri nedir?
Azerice dilinden Rusça diline (google translate aracılığıyla) hızlı cümle ya da kelime çeviri yapmanıza yardımcı olan bir sözlük sistemidir. Dünya dilleri arasında yapılacak olan cümle ve kelime çevirilerinizi kolaylaştırır. ÇevirSözlük.com Dünya’da en yaygın olarak kullanılan bir çok dili içinde barındırmaktadır. Bu diller arasında herhangi bir ücret ödemeden ve sınırlama olmaksızın istediğiniz cümle ya da kelime çevirilerinizi hızlı bir şekilde yapmanız mümkündür.
Kullanım ve Gizlilik
Cevirsozluk.com aracılığıyla yapılan tüm çeviri verileri toplanmaktadır. Toplanan veriler herkese açık, anonim olarak paylaşılır. Dolayısıyla Çevir Sözlük kullanarak yapacağınız çevirilerde kişisel bilgi ve verilerinizin yer almaması gerektiğini hatırlatırız.
Cevirsozluk.com kullanıcılarının çevirilerinden oluşturulan içerikte argo, küfür vb. uygun olmayan öğeler bulunabilir. Oluşturulan çeviriler her yaş ve kesimden insanlar için uygun olamayabileceğinden dolayı, rahatsızlık duyulan hallerde siteminizin kullanılmamasını öneriyoruz. Kullanıcılarımızın çevirilerle eklediği içeriklerde telif hakkı ya da kişiliğe hakaret vb. öğeler bulunuyorsa site yönetimiyle iletişime geçilmesi halinde gerekli düzenlemeler yapılacaktır.
Comments are closed, but trackbacks and pingbacks are open.