CV hazırlamaq
Məlumatlar proqramlaşdırmada “scraping” dediyimiz üsul ilə toplanıb. Scraping və onun necə işlədilməsi qaydası ilə Node.js məqaləmizdən öyrənə bilərsiz.
Azərbaycanda ən məşhur proqramlaşdırma dilləri və İT maaşlar – 2018
Adətən, proqramlaşdırmaya yeni başlayanlar başlamazdan əvvəl hansı proqramlaşdırma dilini (dillərini) öyrənməyin perspektivli olması ilə bağlı suallar verirlər. Bu suallar isə daimi olaraq kəskin müzakirələrə səbəb olur. Təəssüf ki, bununla bağlı dəqiq statistika təqdim edəcək bir mənbə yoxdur.
Facebook-da Şamxal Məhərrəmovun paylaşımını gördüm. Azərbaycanda ən çox istifadə olunan proqramlaşdırma dilləri, proqramçı vakansiyaları üzrə maaşlar kimi statistik məlumatlar qeyd olunmuşdu. Əlbəttə ki, belə gözəl bir işə biganə qala bilməzdim. Özünün də icazəsi ilə, sizə 2018-ci il üçün Azərbaycan şirkətlərində İT vakansiyalarda tələb olunan proqramlaşdırma dilləri üzrə statistikanı paylaşıram.
Məqalədə 2018-ci ilin statistikası olsa, hazırki dövrdə də öz aktuallığını saxlayır.
Məqaləyə keçməzdən əvvəl statistikanın, məlumatların necə toplandığını Şamxal bəyin özündən eşidək:
* Göstəricilər iş elanları saytlarından Python vasitəsilə toplanıb. Bəziləri isə manual olaraq FB-dən götürülüb. Ümumi olaraq 289 vakansiya elan edilib. Bunlardan isə sadəcə 121-i maaş göstərib.
* Bəzi rəqəmlər real faktları əks etdirməyə bilər. Məsələn, Əhməd, vakansiyada maaş göstərməyən və ya az maaş göstərən hansısa şirkətə işə düzəlib və > 4000 azn maaş ala bilər və s.
Məlumatlar proqramlaşdırmada “scraping” dediyimiz üsul ilə toplanıb. Scraping və onun necə işlədilməsi qaydası ilə Node.js məqaləmizdən öyrənə bilərsiz.
2017-ci il ən məşhur proqramlaşdırma dilləri
- PHP – 48%
- Java – 13.46%
- Swift – 11.54%
- C# – 9.62%
- Python – 7.69%
- C++ – 5.77%
- Ruby – 3.85%
Siyahıdan göründüyü kimi ölkədə 2017-ci il PHP üzrə vakansiyalar ən yaxın “rəqibi” Java-dan təqribi 4 dəfə daha çoxdur.
2018-ci ildə Azərbaycanda ən məşhur proqramlaşdırma dilləri
2017-ci ilin statistikasından fərqli olaraq 2018-də detallı məlumatlar var və daha yaxşı müqayisə etmək imkanımız olacaq. Başlayaq…
- JavaScript – 31.9% – 144 vakansiya
- Java – 29.5% – 133 vakansiya
- C# – 16.2% – 73 vakansiya
- PHP – 14.9% – 67 vakansiya
- Python – 4.4% – 20 vakansiya
- C++ – 2.9% – 13 vakansiya
- Ruby – 0.2% – 1 vakansiya
Proqramlaşdırma dilləri üzrə nəticələrin izahı
Hazırki dövr internet əsri olduğundan əlbəttə ki, veb proqramlaşdırma daha çox önə çıxır. Vebdə də demək olar ki, hər istiqamətdə istifadə olunan dil sözsüz ki, JavaScript-dir. Buna görə də JavaScript-in top 1-də olması gözlənilən idi.
JavaScript hazırda sürətlə inkişaf edən proqramlaşdırma dillərindən biridir. Google, Microsoft, Facebook, Netflix, Mozilla və s. kimi nəhəng texnologiya şirkətləri tərəfindən dəstəklənir və inkişaf etdirilir. Həmçinin, öyrənilməsi rahat olduğundan yeni başlayanlara da tövsiyyə olunur.
Dünyada JavaScript-in backend-də istifadəsi geniş yayılsa da, ölkəmizdə hələ ki, frontend proqramlaşdırma üçün istifadə olunur. Yerli şirkətlərin iş elanlarında Node.js ilə bağlı vakansiya görməmişəm.
Java və C# uyğun olaraq 2 və 3-cü yerləri bölüşürlər. Əsasən dövlət və bank sektorları üçün istifadə olunan dillərdir. Həmçinin özəl sektorda enterprise işlərin görülməsi üçün bu dillərdən geniş istifadə olunur. Adətən, yerli bankların vakansiyalarını tez-tez görürəm. Görünən odur ki, bu sahələr üzrə ölkədə İT-yə daha çox diqqət yetirməyə başlayırlar.
Köhnə dostumuz və ən çox tənqid edilən proqramlaşdırma dillərindən PHP sırada 4-cü yerdədir. Bütün tənqidlərə və 4-cü olmasına baxmayaraq, PHP yerli şirkətlərdə webdə backend üçün istifadə olunan ən məşhur dildir.
Java, C#, Python-la da web proqramlaşdırmada backend yazmaq olur. Sadəcə bunun üçün əlavə texnologiyalar, framework-lər öyrənməyə ehtiyac yaranır. PHP ilə buna ehtiyac qalmır, dilin özü istənilən çətinlikli proyektlər yazmağa imkan yaradır. Amma əlbəttə ki, daha sürətli və keyfiyyətli işlər üçün PHP framework öyrənmək vacibdir.
Siyahının sonlarını isə Python, C++ və Ruby tamamlayır. Python dünyada məşhurlaşan proqramlaşdırma dili olsa da, hələ ki ölkəmizdə yerli şirkətlər tərəfindən çox az istifadə olunur.
C++ aşağı səviyyəli proqramlaşdırma dili (maşın koduna yaxın dil) olduğundan öyrənilməsi çətindir. Həmçinin, yerli şirkətlərin ƏS, hardware (aparat təminatı), oyun sahəsində proyektləri olmadığından bu dilə təlabat çox aşağıdır.
Ruby həmçinin dünyada məşhur dillərdəndir, lakin Azərbaycanda yalnız yerli şirkət olan Buglance-da vakansiya görmüşəm.
2018-ci il ölkədə ən populyar framework-lər
Proqramlaşdırma dilləri haqqında danışmışkən, framework-lərə nəzər salmağımız yaxşı olardı. 2018-ci ilin framework statistikası aşağıdakı kimidir:
- ASP.NET – 32.2% (C#)
- Spring – 28.8% (Java)
- Laravel – 14.4% (PHP)
- Yii – 10.3% (PHP)
- CodeIgniter – 6.2% (PHP)
- Symfony – 4.8% (PHP)
- Ruby on Rails – 2.1% (Ruby)
- Django – 1.4% (Python)
Elan saytlarında necə olduğunu bilmirəm, amma Facebook-da elanlarda daha çox Codeİgniter, Symfony, Yii olaraq vakansiyalar qarşıma çıxıb.
Bu 4 PHP framework-ün ümumi faiz cəmi isə %35.7-dir.
Yuxarıdakı siyahıda JavaScript framework-lər qeyd olunmasa da, ayrıca diaqramda statistika belədir:
- Angular – 67.5% (framework)
- React – 22.5% (kitabxana)
- Vue – 7.5% (framework)
- React Native – 2.5% (kitabxana)
Çox güman siyahıda bilərəkdən jQuery əlavə olunmayıb. Çünki, 85-95% veb proqramçı vakansiyalarında jQuery məcburi tələb kimi qeyd olunur. Yəni, qeyd olunsa idi, jQuery 1-ci yerdə olardı.
Digər framework və kitabxanalar adətən vakansiyalarda “arzuolunan” kimi işarə olunur. Buna baxmayaraq, JavaScript və jQuery ilə praktiki biliklər olandan sonra Angular, React və Vue-dan birini öyrənmək məsləhətdir.
React Native mobil proqramlaşdırmaya aid olsa da, JavaScript kitabxana olduğundan siyahıda öz yerini tutub.
Proqramlaşdırma dillərinə görə orta maaş statistikası (2018)
- C++ – 1280 AZN
- Java – 1210 AZN
- JavaScript – 1133 AZN
- C# – 1080 AZN
- iOS Developer – 1015 AZN (Objective-C, Swift)
- Android Developer – 1000 AZN (Kotlin, Java)
- PHP – 880 AZN
Yuxarıda qeyd etdiyim kimi C++ proqramçılar ölkədə azlıq təşkil etdiyindən maaşın yuxarı olması normaldır.
Java və C# üzrə şirkətlər (banklar) adətən təcrübəli proqramçılar axtarırlar, buna görə də maaş ortalaması yuxarı olur. JavaScript ilə də eyni məntiq doğrudur. Təcrübəli proqramçıları (framework, kitabxana bilən) iş qəbul üçün maaşın yüksək olması zərurəti yaranır.
iOS və Android proqramçı vakansiyaları nadirən olur və bu sahələr üzrə proqramçılar da azlıq təşkil edir.
PHP-ni kiçik və orta bizneslər də istifadə etdiyindən ortalama maaş aşağıdır. Lakin vakansiyalar çoxdur və yeni başlayanlar üçün işə qəbul olmaq fürsəti yuxarıdır.
Yerli şirkətlər üzrə ortalama İT maaşlar (2018-ci il)
- Neuron Technologies – 1800 AZN
- Buglance – 1700 AZN
- Prosys MMC – 1400 AZN
- Web Coder Agency – 1200 AZN
- Sinam – 1000 AZN
- Pronet – 600 AZN
Şirkətlərin tələb etdiyi biliklərə əsasən, təklif etdiyi maaş aralığı həmişə müzakirə mövzusu olur. Bəzən şirkətlər vakansiyada İT-də mümkün olan hər şeyi qeyd edib, sonda da gülünc maaş təklif edirlər.
Amma bir məqamı da unutmamaq lazımdır ki, İT bazarda da tələb-təklif məsələsi aktualdır. Təcrübəli və dəyərli işçilər hər sahədə olduğu kimi proqramlaşdırmada da yuxarı maaşlara iddia edirlər. Yeni başlayanlar isə az biliklə aşağı maaşa qane olurlar. Həmçinin, bazarda kiçik şirkətlər də çoxluq təşkil edir və onlara aşağı maaşa işləyəcək proqramçılar lazım gəlir.
Maaş uyğunsuzluğu mən yeni başlayan dövrlərdə(2012) də var idi, çox güman ondan əvvəl də olub, elə indi də olacaq. Hər kəs nə qədər narazı olsa da, sonda özünə layiq bildiyi maaşa işləyəcək. Ona görə çox da fikir verməmək, həmişə az danışıb, çox iş görmək lazımdır =)
Ümid edirəm məqalə faydalı oldu. Öz fikirlərinizi şərh bölməsində yaza, dostlarınızla paylaşa bilərsiz. Hər kəsə işlərində uğurlar!
CV hazırlamaq
“Neçə yerə müraciət etmişəm, amma heç bir yerdən müsbət geridönüş ala bilmirəm!” cümləsini müasir dövrdə bir çox insandan eşidirik. Bəs nəyə görə bu insanlar müsbət geridönüşlər almırlar?
Bu sualın cavabı çox sadədir, hər şeyin səbəbi yanlış CV-nin tərtib olunmasıdır. Artıq burda “hə, yaxşı bəs biz bu doğru CV-ni necə düzəldə bilərik?” sualını verdiyinizi eşidirəm. Buna görə də, mən bu blogumda sizə uğurlu CV-nin düzəldilmə metodlarından danışacam.
Əvvəla istəyərdim sizə biraz CV haqda məlumat verim. CV (Curriculum Vitae) latın dilindən tərcümə edildikdə tərcümeyi-hal deməkdir. Daha ətraflı desək, bir işə düzəlməyə çalışarkən işəgötürənə göndərdiyiniz təhsil, ixtisas, əvvəlki iş yerləriniz və bəzən şəxsi maraqlarınız barədə qısa yazılı təsvir. Yəni qısaca HR-ın qəlbinə gedən yoldur )
Uğurlu CV-yə sahib olmanın 5 metodu!
CV nümunələri
1.Uğurlu CV nümunələri
Edəcəyimiz ilk iş uğurlu CV nümunələrini nəzərdən keçirtməkdir. Beləliklə müasir dövrün tələb etdiyi CV quruluşunu vizual formatda daha aydın görəbilərik. Bu nümunələri tapa biləcəyiniz bir neçə sayt tövsiyəsi də edəcəm sizə.
Yerli CV formaları
Xarici CV formaları
- https://www.myperfectresume.com/resume/examples
- https://zety.com/cv-examples
CV hazırlamaq üçün saytlar
2.Sizə uyğun “template”-i müəyyənləşdirmək
Nümunələrə baxdıqdan sonra, artıq öz CV-mizi düzəltməyə başlaya bilərik. Əgər CV düzəltməkdə çətinlik çəkirsiniz isə və ya bu düzəldəcəyiniz ilk CV olacaqsa, bu vaxt sizin üçün ən rahat template köməkliyi ilə düzəltmək olacaq. Düzdür, internetdə biz çox belə sayt tapabilərik, lakin bir çoxu pullu və ya çox qarışıq olur. Mən sizə ən rahat və tamamilə pulsuz bu işi edəbiləcəyiniz bir neçə saytda tövsiyə edəcəm.
- https://www.canva.com/resumes/templates/
- https://www.cv-template.com/en
- https://novoresume.com/resume-templates
3.Başlıqları, şriftləri və rəngləri düzgün müəyyənləşdirmək.
HR menecerlərin CV-də ən əsas diqqət yetirdikləri məqam nizamlanmadır. CV-nin düzgün nizamlanması namizəd haqda məlumatların HR-lar tərəfindən daha tez diqqətini çəkməsinə səbəb olur. Düzgün nizamlanmaya nail olmaq üçün isə başlıqlara, şriftlərə və rənglərə xüsusi diqqət yetirmək lazımdır.
CV-nizi düzəldən zaman əsasən “Arial, Times New Roman, Calibri” kimi aydın oxunaqlı şriftləri seçin. Şrift ölçüsü olaraq isə əsas yazını 10,12; başlıqların isə 14-18 arası olmasına diqqət yetirin. Bununla yanaşı başlıqları qeyd edərkən, onların şrift ilə yanaşı rəng ilə də əsas tekstdən seçilməsinə xüsusi diqqət yetirmək vacibdir.
4.Quruluşa və ardıcıllığa diqqət yetirin.
CV düzəldən zaman bir çox insanın çaş-baş qaldığı məqmlardan biridir. Həmişə bu məqamlarda insanlarda suallar yaranır: “CV-də ən əsas nəyi qeyd edim? Ardıcıllıq necə olsun? Əvvəla təhsil yoxsa iş təcrübəsi?” Bütün bu suallara cavabı və daha çoxunu bu blogda tapacaqsınız ) Odur ki oxumağa dəvam edin.
İndi qayıdaq əsas məsələyə, professional CV-lərdə əsasən qeyd etməli olduğumuz məqamlar və ardıcıllıqları belə olmalıdır:
- Ad, soyad, vəzifə və şəkil. Adətən bu məlumatlar CV-nin yuxarı hissəsində qeyd olunmalıdır. CV üçün uyğun şəkil nümunələri və diqqət edilməsi lazım olan məqamları diğər bəndlərdə ətraflı qeyd edəcəm.
- Əlaqə məlumatları. Adətən CV-nin yuxarı hissəsində qeyd olunur. Burda əsas qeyd etməli olduğumuz əlaqə vasitələri telefon nömrəmiz, mail ünvanımızdır. Lakin istəyə bağlı olaraqda bəzi insanlar Linkedin və facebook kimi sosial şəbəkələrini də qeyd edə bilərlər.
- Şəxsi profil. CV-nin digər, əsas, vacib hissələrindən biri də şəxsi profil hissəsidir. Əsasən bu hissə birinci bölmənin tam altında yerləşir və HR-lara sizin haqqınızda ümumi məlumat vermək üçün CV-də qeyd olunur. Bir növ bütün CV-nin qısa “summary”-si. Qısa summary olduğu üçün bu yer çox böyük əhəmiyyət kəsb edir, çünkü burda ki qeyd edəcəyiniz məlumata görə HR CV-nizi axıra qədər oxuyub, oumamağa qərar verir.
- Professional səriştə və bacarıqlarınız. Bu yerdə əsasən müraciət etdiyiniz vakansiyaya uyğun olan səriştələrini qeyd etməyiniz daha uyğundur. Buranı daha uğurlu doldurmaq üçün isə müraciət etdiyiniz vakansiya haqda araşdırma etməyiniz çox faydalı olacaq. Məsələn internetdə eyni vakansiyanın bir neçə şirkət tərəfindən verilmiş elanlarına nəzər yetirərək, sizin müraciət etdiyiniz vəzifə üzrə əsas lazım olan səriştələri öyrənib, özünüzdə daha da inkişaf etdirib CV-nizdə qeyd edəbilərsiniz.
- Təhsiliniz haqda məlumat. Bu hissədə orta, ali, magistratura, doktorantura dərəcələriniz haqda məlumat verməlisiniz(təhsil aldığınız illər, ixtisasınız, GPA, nəaliyyətləriniz).
- İş təcrübəniz. Bu hissədə müraciət etdiyiniz vakansiya ilə əlaqəli keçmiş iş təcrübələrinizi qeyd edəbilərsiniz. Quruluş isə: Şirkət – vəzifə – fəaliyyət illəri – iş məsuliyyətinizin nədən ibarət olduğu. Xüsusəndə keçmiş təcrübələrinizdə hansı işlər ilə məşğul olduğunuzu qeyd etmək çox vacibdir. Bu məqam köməkliyi ilə HR-ın ağlında sizin sahib olduğunuz bacarıqlar haqda daha dolğun fikir formalaşır.
- Sertifikat və nailiyyətləriniz.Bu hissədə sadəcə müraciət etdiyiniz vakansiya ilə əlaqəli olan sertifikatları yerləşdirin! Hətda sahəniz ilə bağlı olan ödənişli kurslardan sertifikatlarınız çoxluq təşkil edirsə, bu zaman onlar için ayrı bir portfolio yaradıb, CV ilə bərabər HR-a yönləndirəbilərsiniz. Bunu etdiyiniz təqdirdə, qarşı tərəfə öz inkişafınıza nəqədər investisiya etdiyinizi nümayiş etdirirsiniz.
- Dil və kompüter bilikləri.Biliklərimizi ən yaxşıdan daha az bildiyinizə doğru sıralamağınız daha məsləhətlidir. Səviyyə olaraq isə, aşağıda qeyd etdiyim səviyyələr üzrə biliklərinizi sıralamağınız vacibdir:
- A1 – beginner – başlanğıc
- A2 – elementary – ibtidai
- B1 – intermediate – orta
- B2 – upper-intermediate – orta səviyyədən yuxarı
- C1 – advanced – qabaqcıl, yuxarı səviyyə
- C2 – proficient – sərbəst
- Native – ana dili
Bunun ilə yanaşı müasir dövrdə bu biliklər üzrə səviyələrinizi yazılı formada təqdim etmək yerinə müxtəlif növ qrafiklərdən istifadə edərək edəbilərsiniz
5. Düzgün Şəkil
Bu hissə ən vacib məqamlardan biridir! Müasir dövrdə bir çox insanın səhvə yol verdiyi hissə bu hissədir. Bu məqamda sizə bir neçə məsləhətim olacaq. Ən birinci məsləhət isə, selfie ilə bağlıdır. CV-nizin şəkil hissəsində selfie istifadə etmək olmaz! Bu çox qarşı tərəfdə qeyri-professional təəssürat yaradır. Şəklinizi fonu düz, tək rəng olan bir hissədə çəkin. Çiyninizdən yuxarı şəkil olmasına diqqət yetirin və şəkildə üzünüzdə kiçik bir təbəssüm olması daha uyğundur.
6. CV-nin göndərilmə qaydaları və əlavə məsləhətlər.
Və ən sonda sizə bəzi məsləhətlərim olacaq.
- yazıda orfoqrafik səhvlərə yol verməyin.
- məlumatları əks xronoloji ardıcıllıq ilə doldurmaq lazımdır.
- CV-lərinizi 08:00-20:00 arası göndərin. Bu saatda göndərilən CV-lər daha tez oxunur.
- CV-nizi aydın və kompakt tutun. 2 səhifədən artıq CV tərtib etməyin.
- CV-nizin adını tənzimləyib (Maryam Cafarova_CV) pdf formatda göndərin.
- Qeyri peşəkar e-mail ünvanlarından istifadə etməyin.
iş elanlarına əminliklə cv göndərə bilərsiniz.
Müəllif: Vəciyyə Əliyeva\Vajiyya Aliyeva
Linkedin hesabına keçid – Linkedin
- İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
- IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
- Rus dili öyrənməyin 6 qısa yolu
- Sözləri şəkillər vasitəsilə öyrənin
- Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
- İngilis dilində mətnlər
- Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
- Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
- İngiliscə lüğəti genişləndirmək
- İngiliscə danışığı öyrənməyin 10 yolu
- İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
- İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
- IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
- İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
- Rus dilini öyrənmək üçün sözlər və ifadələr
- İngilis dilini niyə öyrənə bilmirik?
- Rus dilində frazeoloji birləşmələr
- İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
- 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
- TOEFL nədir?
- GMAT və GRE nədir?
- Liderlik haqqında sitatlar (RUS-AZE)
- SAT nədir?
- İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
- İngilis dilini evdə öyrən
- Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
- 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
- İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
- İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
- İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
- HR Nədir?
- İmtahana hazırlaşmağın 4 effektiv yolu
- HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
- Tələbə Krediti
- IELTS nədir və nə üçün lazımdır?
- Esse nümunələri İngilis dilində necə Esse yazmaq lazımdır?
- Ən Yaxşı Təqaüd Veb saytları
- ACCA nədir?
- Yerli Təqaüd Proqramları
- Yös nədir?
- İngilis Dili Səviyyələri
- Rus Dilində Mətnlər
- İngilis dilinin tarixi
Aviabiletlər haqqında ən çox verilən suallar
Uşaq üçün bilet almaqdan ötrü, bron zamanı uşağın mənsub olduğu yaş kateqoriyasını seçin: 0-2 yaş və ya 2-12 yaş.
- Körpələr üçün (0-2 yaş) – bir qayda olaraq, endirim standard tarifin 90% -ni təşkil edir və xüsusi ayrı bir yer verilmir;
- uşaqlar üçün (2-12 yaş) – bir qayda olaraq, endirim standard tarifin 25% -ni təşkil edir və xüsusi ayrı bir yer verilir
- 12 yaşdan yuxarı uşaqlar üçün biletlər standard tariflər əsasında bron edilir.
Uşaqların biletlərini böyüklərin bileti ilə eyni zamanda bron etmək lazımdır. Əgər uşağın sərbəst şəkildə tək uçmağı gərəkərsə, zəhmət olmasa, bileti bton etməmişdən öncə Müştəri Xidmətləri bu haqqda məlumat verəsiniz. Biz sizə seçdiyiniz reysdə bunun mümkün olub olmasını bildirəcəyik.
Ayrıca olaraq, uşaqların/körpələrin uçuşu üçün zəruri olan sənədlərin siyahısını aviaşirkət ilə dəqiqləşdirin.
Bu məqalə sizə faydalı oldumu?
Cavaba görə sağ olun
Əgər sualınıza cavab tapmadınızsa, zəhmət olmasa, Müştəri xidmətlərimizə müraciət edin
+994 12 493 84 83 *Sizin operatorunuzun tarifi üzrə olan zənglər
*Звонки платные 2,40 грн за минуту.
Первые 13 сек. бесплатно
Azərbaycan, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 221C
Comments are closed, but trackbacks and pingbacks are open.