Press "Enter" to skip to content

Uşaq Kitabxanası

Estonii” qəzetində oxuculara çatdırılmışdır. Povest Azərbaycan

Cümhuriyyət 100 respublika uşaq kitabxanası

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət Müasir uşaq kitabxanası istifadəyə verildi – Fotolar

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Mart 28, 2017 – 15:11

!Reklam – Yazi

Bu gün Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Sabunçu MSK-nın 1 saylı filialı M. Şəhriyar adına uşaq kitabxanası əsaslı rekonstruksiyadan sonra qapılarını oxucuların üzünə açıb.

Yeniçağ.az xəbər verir ki, kitabxananın açılışını ilk olaraq Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev edib. Nazir Azərbaycanda kitabxana şəbəkələrində müəyyən islahatların aparıldığını bildirib: “Artıq özünü doğrultmayan və əhalimizin tələblərinə cavab verməyən məkanların bağlanılmasının tərəfdarıyıq. Hər kitabxana öz formatını dəyişdirməlidir. Bugünki açılış mərasimi axtarışların nümunəsidir. Bu gün çox zəngin tarixə malik olan kitabxanaya yeni formatda xidmətlər təqdim olundu. Hesab edirəm ki, yenilik yalnız burda yox, bir neçə məkanda tətbiq olunmalıdır. Burada sərbəst internet, kitab mübadiləsi, əlavə xidmətlər fəaliyyət göstərir. Kitabxananın nəzdində Asudə Vaxt Mərkəzi fəaliyyətə başlayıb. Burada rəqs, rəngkarlıq, kompüter, dil kursları var. Sözsüz ki, bu xidmətlər hamısı müəyyən ödənişlər əsasında həyata keçirilir. Eyni zamnda da bu, həm kitabxananın fəaliyyətinə töhfə verəcək, həm də bura təşrif buyuracaq hansısa gənc və yeniyetmə özünün maraqlarına uyğun olaraq müxtəlif xidmətləri əldə edə biləcək”. Daha sonra çıxış edən kitabxananın direktoru Nəcibə Hüseynova qeyd etdi ki, kitabxanada 5 mindən çox kitab var: “Kitabxana modern sistemdə hazırlanıb. Hazırda bizim 15 min 462 oxucumuz var. Müxtəlif səpgidə ədəbiyyat yerləşdirilib, eyni zamanda müxtəlif dillərdə ədəbiyyatımız var. Uşaq ədəbiyyatına da xüsusi yer ayrılıb. Fondumuz həm alınma, həm də hədiyyə kitablar vasitəsilə zənginləşdirilir. Ədəbiyyatlar hər zaman yenilənir. Oxucular kitabxanadan həm onlayn, həm də kart açdıraraq istifadə edə bilərlər. Oxucularımız üçün “kafeteriya”da fəaliyyət göstərir. Kitabların 3 və ya 6 ay ərzində yenilənməsi nəzərdə tutulub”. Gülnarə Eynullaqızı
Yeniçağ.az Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Uşaq Kitabxanası

insan karvanı yenə öz gedişindədir. Hərəyə bir ömür bəxş edilib.

Uzun, qısa və s. fərq həmin ömrü necə başa vurmaqdır. Ömür

var ki, günü əsrə bərabər. Belə ömür cild-cild kitaba sığmaz.

Mənalı ömür sürən insanlardan biri də istedadlı qələm sahibi

Cəmşid Əmirovdur. O, özünün dəst-xətti, yaradıcılıq üslubu,

elmi istiqaməti, şəxsi mövqeyi, nüfuzu ilə seçilən alimdir. O,

bütöv bir şəxsiyyətdir. Onun cildlərə sığmayan ömür kitabının

hər səhifəsi ləyaqətlə, şərəflə yazılıb.

əsrlərdə fəxr ediləsi, qədim və şərəfli tarixi olan Azərbaycan

xalqının ləyaqətli və qeyrətli oğullarındandır. Qeyrətli və

əvəzsiz Azərbaycan müdriki həmişə qürur duyduğumuz,

iftixarımız, xalqımızın görkəmli yazıçı, jurnalist

Əmirovun ədəbiyyatımızda öz yeri, öz dəsti-xətti var. Həyatın

yaşanan illərin sayında deyil, onun necə

yaşanmasındadır. Gözəl, mənalı olduğu qədər dolu-dolu

yaradıcılıq uğurları ilə zəngin həyat sürən görkəmli yazıçı

Cəmşid Əmirovun bu il 100 illik yubileyi qeyd olunur. Bu

münasibətlə bu vəsaiti işləməyi özümüzə borc bildik. Vəsait iki

hissədən ibarətdir. I hissə şairin həyat və yaradıcılığından bəhs

edir. II hissə isə yaradıcılığından bəhs edən tədbirlərdən söhbət

Yaradıcılığı

Cəmşid Əmirov 1918-ci il fevralın 10-da Azərbaycanın

Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirib

Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olmuş,

eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Son

kursda institutu tərk etdiyinə görə öz ixtisası üzrə (mühəndis-

geoloq) işləməyə həvəs göstərməmişdir. “Azərbaycan gəncləri”

qəzetində məsul katib (1937-1940), “Gənc işçi” qəzetində şöbə

müdiri (1940-1941), “Bolşevik” qəzetində məsul katib (1941),

“Əzizbəyovneft” şirkətində mühəndis-geoloq (1941-ci ilin

mayından dekabrınadək) işləmişdir. İkinci Dünya müharibəsi

zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi

Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olmuşdur.

Ordudan tərxis ediləndən sonra “Amustral”ın tikintisində fəal

iştirak etmişdir. Sonra “Azərbaycan gəncləri” qəzetində şöbə

müdiri, “Sovet ticarəti” (Moskva) qəzetində xüsusi müxbir,

Neftnəşrdə baş redaktor, “Azərbaycan neft təsərrüfatı”

jurnalında redaktor müavini, “Bakı” qəzetində şöbə müdiri

işləmişdir. Bir müddət Bakı Maliyyə-kredit texnikumunda

direktor (1969-1972) olmuşdur. Sonra fərdi təqaüdə çıxmışdır.

“Vətən müharibəsı” (I dərəcəli), “Qırmızı ulduz” ordenləri,

“Döyüşdə fərqlənməyə görə”, “Köniqsberqin alınmasına görə”,

“Berlinin alınmasına görə”, “Almaniya üzərində qələbəyə görə”,

“Yaponiya üzərində qələbəyə görə” medallarına layiq

görülmüşdür. Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton

və hekayələrlə başlamışdır. Onun ilk mətbu oçerki “Dəqiqələr,

saniyələr. ” “Azərbaycan gəncləri” qəzetinin 28 avqust 1946-cı

il tarixli sayında dərc edilmişdir. 1982-ci il dekabrın 29-da vəfat

Böyük insan Cəmşid Əmirovun anadan olmasının 100 illik

yubileyi ilə əlaqədar olaraq, kitabxanada bir sıra tədbirlər: kitab

müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi, icmal,

ədəbi-bədii gecə keçirilə bilər.

C.Əmirovun yaradıcılığını gənc

nəslə və oxuculara tanıtmaq məqsədi ilə kitabxanada kitab

sərgisi də təşkil oluna bilər. Sərgidə onun müxtəlif illərdə

çəkilmiş foto stendi, kitabları ilə yanaşı digər müəlliflərin onun

haqqında yazdığı kitablar, araşdırmalar, ona ithaf edilən şeirlər,

kəlamlar və dövri mətbuatda yer alan məqalələr öz yerini

almaqdadır. Sərgiyə müxtəlif başlıqlarlar verilə bilər:

“Xatirələrdə yaşayan yazıçı”, “Cəmşid Əmirov 100”, “Həyata

bağlı sənətkar –Cəmşid Əmirov”, “Novator yazıçı –

Əmirov”, “Yenilikçi yazıçı”, “Naxçıvandan doğan günəş –

Cəmşid Əmirov” və s.

Kitab Sərgisi

Cəmşid Əmirovun 100 illik yubileyi ilə əlaqədar olaraq,

keçirilən maraqlı tədbirlərdən biri də sərgi ətrafında oxucularla

söhbət adlanır. Tədbir zamanı kitabxanaçı yazıçı, jurnalist

Cəmşid Əmirovun kitabları əsasında sərgi təşkil edir.

Kitabxanaçı növbə ilə yazıçının kitablarını, xüsusən də “Brilyant

məsələsi” kitabını oxucularla tanış edərək geniş və maraqlı

Kitabxanaçı: Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə macəra

janrına müraciət edən yazıçı məhz görkəmli şəxsiyyət Cəmşid

Əmirovdur. Altmışıncı illərin Azərbaycan mətbuatından bu ad

hər kəsə yaxşı tanışdır. O, istedadlı, macəraçı, yazıçı, mübariz

jurnalist, kinossenari müəllifi kimi imzasına keçmiş ittifaq

respublikalarının da mətbuatında tez-tez rast gəldiyimiz və bu

günlər 100 illiyi tamam olmuş, Cəmşid Cabbar oğlu Əmirovdur.

Onun bir çox əsərləri kimi “Brilyant məsələsi” kitabı

oxucunun yaddaşında silinməz izlər qoydu. “Brilyant məsələsi”

kitabına maraq o qədər güclü idi ki, artıq əl-əl gəzən bu əsər öz

məcrasından çıxmışdı. Artıq həmin dövrdə bu kitabı əldə etmək

bir müşkülə düşmüşdü. Əsər sözün əsl mənasında o dövrdə bir

hadisəyə çevrilmişdi. Əsərin sevilməsinin səbəblərindən biri də

Azərbaycan ədəbiyyatında detektiv janrına ilk dəfə müraciət

olunması, həm əsərin yazıçı tərəfindən yüksək professionallıqla

Qeyd etmək lazımdır ki, C.Əmirov “Brilyant məsələsi” ndən

öncə artıq oxucuların qəlbinə yol tapan, Azərbaycan polislərinin

həyatından, onların ağır, çətin işindən bəhs edən “Sahil

əməliyyatı” povesti ilə nəinki respublikamızda, hətta ondan çox-

çox uzaqlarda tanınmağa başlamış və əsər bir neçə dilə tərcümə

olunmuşdur. Təsadüfi deyil ki, respublikadan kənarda da oxucu

marağına səbəb olan bu əsər kinematoqrafçıların diqqətini cəlb

etməyə bilməzdi. Məhz buna görə də əsərin ssenarisinin

yazılması üçün yazıya müraciət olunur və nəticədə həmin povest

əsasında “İstintaq davam edir” filmi çəkilib.

Cəmşid Əmirovun “Brilyant məsələsi” povesti 1962-ci ildə

Əsərin yazılmasında yazıçının məqsədi Azərbaycan

polis kollektiv gücünü Azərbaycan xalqına göstərə bilməkdir.

Əsər detektiv janrındadır. İkiyüz əlli səhifə olsa da, roman deyil,

povestdir. Dünya ədəbiyyatının detektiv nümunələrindən fərqli

olaraq, bu əsərdə konkret cinayət və o cinayətin üstünü açan

konkret xəfiyyə yoxdur. Burda polisin komanda şəklində

fəaliyyətindən və drujinaçıların onlara köməyindən bəhs olunur.

“Brilyant məsələsi” povestinin baş qəhrəmanlarını – Yədullanı

və Zerkola Klaranı əsərə real həyatdan gətirib. Povest boyunca

oxucu bu mənfi obrazlarla, kapitan İsayevin timsalında onlara

qarşı mübarizə aparan, aman vermədən onları təqib edən

personajların başına gələnlərə şahidlik edirlər və bu müddətdə

nə zaman baş verdiyini hiss etmədən gözlərini açarkən özlərini

qarışıq cinayət hadisələrinin düz ortasında tapırlar.

məsələsi povestindəki Yədulla və Klara obrazları həyatdan

götürülüb. Hər ikisi cibgir olub. Elə əsərdə də mənfi qəhrəman

kimi təsvir olunublar. Povestin məzmununa görə, Yədulla polis

tərəfindən ifşa olunur, amma o polisdən yaxasını qurtarıb qaça

bilir və bir müddət Ukraynada gizlənir. Yədulla bir də əsərin

sonlarında peyda olur. Bu müddət ərzində isə mənzil oğurluğu

baş verir. İttiham olunan şəxs günahsızlığını etiraf edə bilmir.

Ev sahibəsi isə polis şöbəsinin əməliyyatçısı kapitan İsayev

tərəfindən nəzarətdə saxlanılır. Ev sahibəsinin telefon

danışıqları dinlənəndən sonra o, həbs olunur.

Yazıçı əsərdə möhtəşəm drujinaçı obrazları yaratmışdı. Bu

drujinaçılar təhlükəli cinayətlərin üstünün açılmasında polisə

əvəzsiz xidmət göstərirdilər, əksər hallarda polisi əvəz edirdilər.

Epiloqda Yədullanın həbsini də drujinaçı meşəbəyi təşkil

etmişdi. Ləqəbi Zerkola, tam adı Klara Yusifzadə olan bu qadın

C.Əmirovun onu azadlıqda olduğu vaxt yedizdirdiyini, ata kimi

rəftar etdiyini deyirmiş. Ev sahibəsinin telefon danışıqları

dinlənəndən sonra o, həbs olunur. “Brilyant məsələsi” oxucular

tərəfindən sevinclə qarşılandığı, əsərdə olan surətlərin həyatdan

götürülüb-götürülmədiyi haqda C.Əmirova gələn məktublarda,

öz əksini tapıb. S. Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat

və İncəsənət arxivində yazıçıya müxtəlif bölgələrdən gələn

məktublar saxlanmaqdadır. Məhz həmin məktublarda oxucular

əsərdə olan Yədullanın, Klaranın şəxsiyyəti ilə maraqlanır,

həmin cinayətkarların doğrudan da həyatdan götürülüb-

götürülmədiyini bilmək istəyirdilər. Oxucular, həmçinin bu

cinayətkar dəstə ilə mübarizədə fədakarlıq göstərən kapitan Əli

Rüstəmov haqqında da məlumatlandırılmalarını xahiş edirdilər.

Bu suallara cavab verməzdən əvvəl qeyd etmək mümkündür

ki, yazıçı görüşlərində qələmə aldığı insanları həyatdan

götürdüyünü etiraf etmiş, lakin həmin şəxslərin bəzilərinin

adlarında müəyyən dəyişikliklər etdiyini də bildirmişdi.

C.Əmirov böyük ürək sahibi olan yazıçılardan idi. Təsadüfi

deyil ki, əsərlərinin qəhrəmanı olan kapitan Əli Rüstəmov da

onun qayğıkeşliyi nəticəsində hüquq mühafizə orqanlarına

yenidən qaytarılmışdır. Onun əsl adı Səfərli Rüstəm oğlu

Rüstəmovdur. O, vaxtı ilə polis sıralarından kənarlaşdırılarkən

C.Əmirov ona dayaq durmuş, haqqın zəfər çalmasına nail

olmuşdur. Sonra isə əsərlərində onu bacarıqlı, qayğıkeş, işinin

öhdəsindən gələn, cinayətkarlarla mübarizə aparan bir zabit kimi

göstərmişdir. Onu da qeyd etmək istərdim ki, povest o vaxt

Azərbaycan Yazıçılar İttifaqının və Respublika İctimai Asayişi

Mühafizə Nazirliyinin mükafatına layiq görülmüşdür.

Kitabxanaçının dəyərli məlumatından sonra iştirakçılar əsərdən

parçalar nümayiş etdirirlər.

Kitabxanada oxucular tərəfindən sevilən tədbirlərdən biri də

rəsm müsabiqələridir. Bildiyimiz kimi Cəmşid Əmirov bir-

birindən gözəl əsərlər müəllifidir. Müsabiqə zamanı xeyli sayda

müsabiqəyə cəlb olunur və bu haqda

məlumatlandırılırlar. Oxucular əsərləri oxuyaraq tanış olur və

uyğun rəsmlər çəkirlər. Şəkillərin

hazırlanması üçün uşaqlara iki həftə vaxt verilir. Bu vaxt ərzində

oxucular həm Cəmşid Əmirovun əsərlərini oxuyur, həm də

oxuduqları və çox bəyəndikləri əsərlərə uyğun şəkillər çəkirlər.

Ən gözəl məna kəsb edən rəsm işləri mükafatlandırılır.

Cəmşid Əmirovun 100 illik yubileyi ilə bağlı keçirilən

maraqlı tədbirlərdən biri də kitab müzakirəsidir. Bu məqsədlə

kitabxanaçı bir neçə məktəblə sıx əməkdaşlıq edir. O, şagirdləri,

xüsusən də, yuxarı sinif şagirdlərini kitabxanaya cəlb etməklə

yazıçının gördüyü işlər və onun kitabları ilə tanış edir.

Kitabxanaya abunə olan şagirdlər Cəmşid Əmirovun gördüyü

işlərlə yaxından tanış olurlar. Daha sonra kitabxanaçı sözü

gedən tədbir üçün müəyyən olunmuş tarixdə oxucuları

kitabxanaya dəvət edir.

Kitabxanaçı iştirakçıları və qonaqları salamladıqdan sonra

C.Əmirov haqqında dəyərli məlumatlarla onları bilgiləndirir.

Kitabxanaçı: Qədim Naxçıvan diyarında Əcəmi Naxçıvanidən

tutmuş Hüseyn Cavidə qədər sayı məlum olmayan neçə-neçə

dühalar bu torpaqda doğulmuşdur. Bu dühalardan biri olan

Naxçıvan şəhərin “Sarvanlar məhəlləsi”nin aşağı hissəsində,

“Böyük bağ” deyilən səfalı yerdə, “Kərbəla Musa” çeşməsinin

yaxınlığında Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq

detektiv janrının banisi olan Cəmşid Əmirov dünyaya göz açıb.

1918-ci ildə Azərbaycan Demokratik Cumhuriyyətinin “azadlıq

günəşi yaydığı” günlərdə Cabbar kişinin ailəsində bir sevinc

var idi. Dünyaya yenicə göz açan körpəyə həyat bəxş edən gənc

ana bilmirdi ki, bu uşaq Əmirovlar ailəsini, hətta Azərbaycanı

istedadı ilə neçə-neçə ölkələrdə tanıtdıracaq. Cəmşid Əmirov

dövrünün yeganə yazıçısı idi ki, onun kitabları oxucuların

davamlı təkidi ilə nəşr edilirdi. Onu qeyd etmək lazımdır ki,

Cəmşid Əmirovun yalnız “Qara Volqa”sı qısa müddət ərzində

iki dəfə və hər dəfə də 50 min tirajla çap olunurdu. Maraqlıdır

ki, C.Əmirovun nəşriyyatlara verdiyi gəlirləri o zaman heç bir

qələm sahibi verə bilməmişdi. Yazıçının əsərləri dəfələrlə çap

olunsa da, lakin hər dəfə bu əsərləri tapmaq müşkilə çevrilirdi.

Oxucuların yazıçıya hədsiz sevgisi olduqca çox idi. Cəmşid

Əmirovun bir yazıçı kimi səciyyələndirən, ona şöhrət gətirən ən

başlıca məziyyət əsərlərinin əsas etibarı ilə vahid bir mövzuya

bağlı olmasıdır. Bu mövzu ilk növbədə onun tərəfindən ictimai

asayiş sahəsində çalışan adamların çətin və ağır həyatını təsvir

etməkdir. Müəllif məhz bu mövzu vasitəsilə insanda

məğrurluğu, təmizliyi, paklığı, düzlüyü, əxlaqi, mənəvi saflığı

göstərmək istəyi idi. “Sahil əməliyyatı”,

“Qara Volqa” və başqa əsərləri bu baxımdan yazıçının bədii

uğuru sayıla bilər. Asayişimizin keşiyində duranların gündəlik

həyatından bəhs edən bu əsərlərdə polis işçilərinin qatı

cinayətkarlarla ölüm-dirim mübarizəsindən və canilərin

havadarlarının açıqlığı ilə əsərdə öz əksini tapmışdır.

budəfəki seçimimiz Cəmşid Əmirovun

“Qara Volqa” romanıdır. “Qara Volqa” romanı 1966-cı ildə işıq

üzü görüb. “Qara Volqa” romanı Azərbaycan detektiv

ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biridir. Əslində

bu əsər yazıçı Cəmşid Əmirovun bir müddət əvvəl yazdığı

“Brilyant məsələsi” romanının davamıdır. Doğrudur, kitablarda

baş verən hadisələr müxtəlifdir. Əgər birinci romanda söhbət

Yədullanın yaratdığı kriminal qruplaşma ilə mübarizə aparılırsa,

ikincidə obrazlar dəyişir: burda qəhrəman Pəncəli Aslan və onun

cinayətkar dəstəsidir. Ancaq cinayətkar qruplara qarşı mübarizə

aparan hüquq-mühafizə orqanlarının nümayəndələri, təxminən

eyni adamlardır. Xüsusən hər iki kitabın baş qəhrəmanı Əli

Rəsulov! Üstəlik, romanlarda bəhs olunan hadisələrin zaman

ardıcıllığı var. Söhbət müharibədən sonranın Bakısında cərəyan

edən hadisələrdən gedir. Hansı ki, Həsən Seyidbəylinin

təxminən eyni illərdə məşhur olan “Cəbhədən cəbhəyə” əsərində

Pəncəli Aslan qadındır. Atası qız övladı istəmir, ancaq

taleyin əksinə gedə bilməyincə onun adını Aslan qoyur.

“Aslanın erkəyi, dişisi olmaz” məntiqi bu qızın taleyinə hələ

uşaq yaşlarından təsir edir. O, tezliklə qəddar, əzazil, rəhmsiz,

eyni zamanda qoçaq, ağıllı, tədbirli və hiyləgər bir insana

çevrilir. Kriminal dünyaya meyl Aslanın təbiətindədir. Fiziki

gücü ilə oğlan tay-tuşlardan da seçilən Aslan tezliklə “Pəncəli”

ləqəbini qazanır. Sonrası isə məlumdur.

O, özünün sağ əli olan “Paxan”la böyük cinayətkar dəstə

yaradır. Bu dəstə yüksək ustalıqla idarə olunur. Hətta dəstənin

ən fəal üzvləri belə kimə qulluq etdiklərini, başçılarının kim

olduğunu bilmir. Onlarla günahsız insanı öz qurbanına çevirən

bu cinayətkar şəbəkəni ilmə-ilmə söküb araşdırmaq heç də asan

deyil. Oxucu bacarıqlı hüquq-mühafizə orqanları işçiləri ilə

birlikdə bu düyünlərin açılmasında iştirak edir. Bütün

qurbanlara rəğmən əsər nikbin sonluqla bitir, günahkarlar

Budəfəki seçimimiz Cəmşid Əmirovun “Qara Volqa”

romanıdır. “Qara Volqa” filmini indiki detektivlərlə müqayisə

eləmək çətindi. Ona görə ki, o filmdə Muxtar Maniyev, Zərnigar

Ağakişiyeva, Nəsir Sadıqzadə, Fuad Poladov, Rasim Balayev,

Laləzar Mustafayeva, Nəsibə Eldarova. kimi peşəkarlar

“Qara Volqa” bir çox digər əsərlər kimi bütünlüklə yazıçı

təxəyyülünün məhsulu deyildi. Hər bir obrazın prototipi olmaqla

və bütün ədəbi qayda-qanunlara riayət etməklə bədii cəhətdən

ustalıqla yazılmışdır. Ən başlıca səbəb isə illərlə haqqında

yazılması yasaq olunmuş, məxfi hesab edilən bir sahəni –

barəsində çəkinə-çəkinə danışılan sirli oğru aləmini, milisin

oğrularla mübarizəsini ədəbiyyata gətirilib oxucunun ixtiyarına

Əsərdə Pəncəli Aslanın başçılıq etdiyi cinayətkar dəstənin

törətdiyi saysız-hesabsız cinayətlərdən və hüquq-mühafizə

orqanları tərəfindən cinayətkar qrupun dağıdılmasından

danışılır. “Qara Volqa” yazıçının ilk romanı deyildi, yazıçı

ondan əvvəl də, sonra da bu ruhda əsərlər yazmışdı. Ancaq onu

da qeyd edək ki, bu əsər bədii məziyyətləri, süjeti,

kompozisiyası daha cəlbedici və zəngindir.

Detektiv əsərlər müəllifi Bəhram Çələbinin sözlərinə görə,

“Qara Volqa” kifayət qədər maraqlı əsərdir və həyat

həqiqətlərinə uyğun qələmə alınıb.

Sonda onu deyə bilərik ki, Cəmşid Əmirovun “Qara

Volqa”sı heç vaxt öz cazibədarlığını itirmir.

Tədbirin sonunda oxucular əsərdən müəyyən parçalar

səhnələşdirirlər.

Yazıçının 100 illik yubileyi münasibəti və eyni zamanda

onu oxuculara tanıtmaq məqsədi ilə kitabxanada “Həyata bağlı

sənətkar – Cəmşid Əmirov” adlı xatirə gecəsi keçirilə bilər.

Tədbirə Azərbaycanın görkəmli ədib və yazarları; sənət-söz

adamları, oxucular, məktəblilər toplaşır. Qonaqlar yazıçının

şəkilləri, müxtəlif adda əsər başlıqları və şeir misraları yazılmış

çərçivərələrlə bəzədilmiş zalda öz yerlərini alırlar. Gecəyə keçid

almaq üçün aparıcılar səhnəyə yaxınlaşır.

Salam, dəyərli qonaqlar, bu il böyük insan bənzərsiz,

yenilikçi və eyni zamanda novator yazıçı Cəmşid Əmirovun

anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə buraya

yığışmışıq. Onun keçdiyi yarpaq-yarpaq ömür yoluna işıq

salmaq üçün bu vacib gecəyə toplanmışıq.

Bu il görkəmli yazıçı,

tanınmış nasir Cəmşid Əmirovun anadan olmasından 100 il

ötür. Bilindiyi kimi yazıçı Cəmşid Əmirov ədəbiyyatımıza

gətirdiyi yeniliklə Azərbaycan detektiv ədəbiyyatının banisi

Sağlığında yazıçının dörd kitabı çap olunub

və bu əsərləri ilə, o, milli ədəbiyyatımızda detektiv üslubun

yaradıcısı haqqını qazanıb və kitabları kütləvi şəkildə oxucuların

ixtiyarına verilib. Yazıçı 1966-cı ildə “Azərbaycanfilm” də

çəkilmiş “İstintaq davam edir” (rejissor Əlisəttar Atakişiyev)

adlı bədii filmin ssenarisini də yazıb. 1994-cü ildə onun əsəri

əsasında “Qara Volqa” da ekranlaşdırılıb. Elşən Məmmədovun

ərsəyə gətirdiyi bu ekran əsərinin ssenarisini Nəriman

Əbdülrəhmanlı yazıb. Filmin məsləhətçisi Cəmşid Əmirovun

oğlu Çingiz Əmirov olub.

II aparıcı: Hələ gənc yaşlarından ədəbi bədii yaradıcılığa xüsusi

həvəs göstərən Cəmşid cəbhə illərində bir sıra mətbuat

orqanlarında məqalə və xəbərlərlə çıxış etmiş, jurnalistlik

peşəsinə meyli artmışdı. Görünür, cəbhədən qayıdanda özünü

jurnalistliyə həsr etməsi də bu meyildən irəli gəlib. Sonralar

Cəmşid Əmirov ciddi felyetonlar, tənqidi yazılarla peşəkar

jurnalist kimi çıxış edir. 1950-ci illər Cəmşid Əmirovun bir

yazıçı kimi yetişdiyi illər olmuşdur. 1955-1957-ci illərdə o, ilk

böyük macəra əsərini – “Sahil əməliyyatı” povestini yazmışdır.

Bu əsər təkcə respublikamızda deyil, bir sıra başqa xalqların

dövri mətbuatında da dərc olunmuşdur. Təkcə bunu demək

kifayətdir ki, “Sahil əməliyyatı” povesti bütünlüklə “Molodyoj

Estonii” qəzetində oxuculara çatdırılmışdır. Povest Azərbaycan

Yazıçılar İttifaqı və Respublika İctimai Asayişi Mühafizə

Nazirliyinin təşkil etdiyi

müsabiqədə mükafata layiq

görülmüşdü. Əsər həm də ekranlaşdırılmışdır və onu da qeyd

edək ki, əsər bu gün də ekranlardan düşmür və maraqla izlənilir.

Bundan sonra Cəmşid Əmirov bir-birinin dalınca neçə-neçə

povest və roman yazmışdır. Ömrünün son çağlarında “Çətin iş”

romanı, “İki mənalı teleqram” hekayəsi üzərində işləmişdir.

I aparıcı: Təəssüf ki, amansız ölüm istedadlı yazıçı və

jurnalisti, zəhmətkeş, qayğıkeş və mərd xasiyyət, fədakar

şəxsiyyəti vaxtından tez dünyasını dəyişdirməyə vadar etmiş,

onun bir sıra yaradıcılıq planlarını yerinə yetirməyə aman

verməmişdir. Yazıçı 1982-ci il dekabrın 29-da vəfat etmişdir.

Onun hələ işıq üzü görməmiş ədəbi irsinin də oxuculara

çatdırılması qayğısına qalmaq lazımdır.

Azərbaycan xalqının yetirdiyi böyük yazıçı, söz, fikir və

əməl adamı, tanınmış ədib idi. Onun haqq dünyasına

qovuşmağından uzun illər keçsə də, o, əsərlərində, əməllərində

və parlaq ideyalarında bu gün də yaşayır. Necə ki, Azərbaycanın

zəngin ədəbi məktəb və ədəbiyyatı var, deməli, Azərbaycanda

detektiv əsərlərin banisi – Cəmşid Əmirovun adı və əsərləri hər

Ədəbiyyat siyahısı

Əsərləri kitablarda

Qara “Volqa” : roman. – Bakı : Qanun, 2013. – 412 s. – KQB-

nin arxiv sənədləri əsasında yazılmış ilk Azərbaycan detektivi.

Sahil əməliyyatı. – Bakı : Azərnəşr, 2007. – 308 s.

Brilyant məsələsi : Roman. – Bakı : Azərnəşr, 2008. – 360 s.

Şəhər yatarkən : Povestlər. – Bakı : Yazıçı, 1982. – 200 s. – kiril

Haqqında mətbuatda

Abdullayev, Ş. Yazıçı, jurnalist// Ədəbiyyat qəzeti. – 1993. –

19 mart. – № 11. – S. 7.

Cümhuriyyət 100!

Hər bir vətəndaşımızı bu böyük tarix münasibəti ilə təbrik edirik!
Cümhuriyyətimizin yaranmasını tarixi xronoloji qeydlərlə təqdim edirik.

Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk parlamentli respublika

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir.
1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya müsəlman şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.
Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

İstiqlal bəyannaməsinin elan olunması. Tiflis 1918, 28 may

1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti hökumət bu tərkibdə idi: Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri; Xosrov Paşa bəy Sultanov – hərbi nazir; Məmməd Həsən Hacınski – xarici işlər naziri; Nəsib bəy Yusifbəyli – maliyyə naziri və xalq maarifi naziri; Xəlil bəy Xasməmmədov – ədliyyə naziri; Məmməd Yusif Cəfərov – ticarət və sənaye naziri; Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri; Xudadat bəy Məlik- Aslanov – yollar naziri və poçt-teleqraf naziri; Camo bəy Hacınski – dövlət nəzarətçisi.
Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

Parlamentin açılışı. Bakı, 1918, 7 dekabr

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, о cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Altı aya qədər davam edən bu müddət ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdi. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli Şurasının о zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə – Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas – 1918-ci il mayın 27-də Tiflisdə, son iclas – 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağırılmaq şərti ilə bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdi. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin – geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək – cəmi 17 ay davam etmişdir. İlk iclas – 1918-ci il dekabrın 7-də, son iclas -1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun – qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.
Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.
Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət Hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin һәr yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi.

Bakı Dövlət Universitetinin möhürü

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və Hökuməti ölkənin başı üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də Parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Görkəmli dövlət xadimi Ə.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, XI Qızıl Ordunun Şimali Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti.Paris,1919.

Azərbaycan Parlamentinin və Cümhuriyyət Hökumətinin daim böyük diqqət yetirdiyi problemlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.
Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.

Xarici ölkələrə təhsil almağa göndərilən gənclər

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.
Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası var idi.
Parlamentin fəaliyyəti xüsusi olaraq bir məqsəd üçün hazırlanmış nizamnamə – «Azərbaycan Parlamentinin nakazı (təlimatı)» əsasında idarə olunurdu.
Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Mənbə: axc.preslib.az

  • Etibar Cəbrayıloğlu-51!
  • Hüseyn Cəbrayıloğlu-43!
  • Cümhuriyyət 100!
  • Doğum gününüz mübarək!
  • Əziz Xanımlar, 8 Mart Beynəlxalq Qadınlar Gününüz Mübarək!

Comments are closed, but trackbacks and pingbacks are open.