Binəqədidə Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbir keçirilib – FOTOLAR
1919-cu ildə Azərbaycan diplomatiyası ilk addımlar atanda, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukrayna daxil olmaqla16 dövlətin Bakıda diplomatik missiyası fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri və baş konsulluqları Türkiyə, İran, Gürcüstan, Ukrayna, Ermənistan və digər ölkələrdə təsis edilmişdi.
Cümhuriyyətin 100 illiyi ilə
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Manşet Cümhuriyyətin 100 illiyi Milli Məclisdə niyə qeyd olunmayacaq?
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – May 22, 2018 – 13:08
!Reklam – Yazi
Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümü ilə bağlı xüsusi iclas planlaşdırılmayıb.
Milli Məclisin iş qrafiki ilə bağlı məlumatda bu il mayın 28-də (AXC-nin 100-cü ildönümü günündə) parlamentdə xüsusi iclasın keçiriləcəyi haqda məlumat yoxdur. Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdiyi və bu münasibətlə istər ölkə daxilində, istərsə də xaricdə silsilə tədbirlərin nəzərdə tutulduğu bir şəraitdə Milli Məclisdə Cümhuriyyətin yubileyi ilə bağlı xüsusi iclasın planlaşdırılmaması birmənalı qarşılanmır. Bu barədə Yenicag.az-a açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov Cümhuriyyətin 100 illiyi ilə əlaqədar xüsusi proqramın olacağını deyib. Bununla belə, YAP-çı deputat həmin proqramın nə vaxt başlayacağını açıqlamayıb: “Bu məsələ ilə bağlı ayrıca proqram olacaq. Milli Məclisin gündəliyi başqa, bu isə tamam başqa məsələdir. Təbii, Milli Məclisin xüsusi iclası olacaq. Ancaq bu, Milli Məclisin iş rejimi ilə bağlı olan məsələ deyil axı…”. Mövzu haqqında Yenicag.az-a danışan millət vəkili Fazil Mustafa isə Cümhuriyyətin 100 illiyi ilə bağlı Milli Məclisin xüsusi iclasının planlaşdırılmadığını bildirib: “Yox, bu ərəfə üçün Cümhuriyyətin 100 illiyi ilə bağlı iclas planlaşdırılmayıb. Bununla bağlı xüsusi iclas ola bilsin ya sentyabr, ya da oktyabr ayına nəzərdə tutulacaq. Ancaq Cümhuriyyətin 100 illiyi ilə bağlı xüsusi iclas düşünülməyib. “Məncə, belə bir iclas keçirilsəydi, daha düzgün olardı. Çünki Cümhuriyyətin 100 illiyi parlamentdə xüsusi qeyd olunmalı bir tarixdir. Amma görünür, rəhbərlik səviyyəsində fikirləşilib ki, o iclas parlamentin 100 illiyi ərəfəsində keçirilsin. Bunu nə vaxt edəcəklər, bilgim yoxdur”. A.Zeynalov
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Binəqədidə Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbir keçirilib – FOTOLAR
Gender və İnsan Hüququ Araşdırma Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Cümhuriyyət – 100 il: vətəndaş cəmiyyəti institutlaşması dünəndən bu günə” adlı layihə çərçivəsində Binəqədi rayonunda ilk tədbirini keçirib.
Demokrat.Az xəbər verir ki, Bakı Tekstil Fabrikində keçirilən tədbirdə 60 nəfərə yaxın şəxs iştirak edib.
Seminarı Bakı Tekstil Fabrikinin direktoru Elçin Babayev açaraq mövzu ilə bağlı məlumat vermiş, və qonaqları tədim edərək, fabrikin rəhbərliyi adından tədbirə uğurlar arzulayıb.
Mövzu ilə bağlı professor Rəna Mirzəzadə çıxış edərək, 100 illik tarixə ekskurs edib, vətəndaş cəmiyyətinin respublikamızda yaranma tarixindən, sovetlər dönəmindən XX əsrin sonlarına qədər olan dövrdən və nəhayət Ulu Öndər H.Əliyevin Azərbaycana dönüşündən sonra vətəndaş cəmiyyəti quruculuğu prosesinin geniş vüsət aldığından və nəhayət son illərdə respublikada vətəndaş cəmiyyəti institutlarının inkişafına olan dövlət qayğısından bəhs edib.
Daha sonra mövzu ətrafında müzakirələr olmuş, iştirakşılarla fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Azərbaycanın milli keyfiyyətlərinin və çoxşaxəli mədəniyyətinin, tolerantlığının, balanslı siyasi kursunun dünyaya çatdırılmasında vətəndaş cəmiyyətinin də rolu vardır. Bu sahədə ən uğurlu fəaliyyət Heydər Əliyev Fonduna məxsusdur. Cümhuriyyətin 100 ilində vətəndaş cəmiyyəti sosiumda oynadığı mühüm rolunun və onun bir əsrlik keçilən mərhələsi haqda məlumatların ölkə əhalisinə çatdırılması vacib zərurətdir. Cümhuriyyət dövrünədək və ondan sonrakı dövrün vətəndaş cəmiyyəti qurulmasının əhaliyə xatırladılması, o ənənələrin dövlət və vətəndaş səviyyəsində aşılanması vacib, təqdirəlayiq amillərdəndir.
Azərbaycan Xalq Cümhuriyyətinə qədər və ondan sonra yaranan vətəndaş cəmiyyəti institutları onu dünyanın öz maraqları ilə çıxış edən beynəlxalq münasibət subyekti etməklə yanaşı, həm də vətəndaş cəmiyyəti institutlaşması sahəsində öz tarixi dəyərlərinin tam hüquqlu sahibi kimi çıxış etməsi imkanı vermişdir. Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti sektoru dünəndən bu günə gələn yolda öz tarixi irsini qorumağa cəhd edir.
Yekunda tədbir iştirakçıları GİHAB-ın layihə çərçivəsində həyata keçirdiyi seminar-treninqin reallaşmasına şərait yaratdıqlarına görə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və həmçinin Bakı Tekstil Fabrikinin rəhbərliklərinə təşəkkürlərini bildirmiş və gələcəkdə mənimsədikləri bilgilərin öz fəaliyyətlərində tətbiq edəcəklərini bildirmişlər.
XİN-dən Cümhuriyyətin 100 illiyi ilə bağlı bəyanat
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə bəyanat yayıb.
XİN-in mətbuat xidmətindən XəzərXəbər -ə daxil olan bəyanatda deyilir:
“28 may 1918-ci il tarixində İstiqlal Bəyannaməsinin qəbulu ilə müsəlman dünyasında ilk parlament demokratiyası – Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi 114 min kvadrat kilometr idi.
İmperiyanın çöküşündən sonra meydana çıxan ağır daxili və xarici problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti səmərəli dövlət təsisatları qurmağa, vətəndaşlarının hüquqlarını müdafiə etməyə və beynəlxalq ictimaiyyətin etibarını qazanmağa müvəffəq oldu. Universal seçki hüququ, eləcə də qadınların səsvermə hüququ təmin edildi.
Hökumət cavabdehlik və səlahiyyətlərin bölgüsü əsasında formalaşdı və Azərbaycan parlamenti ilk növbədə bütün müsəlman şərqində demokratik yolla seçilmiş, çoxpartiyalı və təmsilçiliyin təmin olunduğu qanunverici orqan idi. İki illik fəaliyyəti dövründə cümhuriyyət beş icraedici kabinet tərəfindən idarə olunub, parlament 155 iclas keçirib və 240-da çox qanun layihəsini müzakirə edib. Dövlət quruculuğu prosesinin digər zəruri sütunu parlament və nazirlər kabinetinin səlahiyyətlərini yoxlayacaq müasir məhkəmə sistemi yaradaraq Apelyasiya Palatasının təsis edilməsi oldu.
Yeni formalaşmış cümhuriyyət təhsilə xüsusi diqqət göstərərək Bakı Dövlət Universitetinin əsasını qoydu. Cümhuriyyətin üzləşdiyi iqtisadi və siyasi çətinliklərə baxmayaraq, yüzlərlə gənc insana Avropanın qabaqcıl universitetlərində təhsil almaq üçün təqaüdlər verməklə uzunmüddətli insan kapitalına sərmayə qoyuluşuna çalışdı. Azərbaycan dili rəsmi dövlət dili elan edildi, milli üçrəngli bayraq və himn qəbul edildi, müasir teatr və opera təsis edildi. Azərbaycanın poçt markaları çap edildi və milli Azərbaycan valyutası – Manat dövriyyəyə buraxıldı.
İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə dost münasibətlər yaratmaq Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edildi.
Diplomatik müstəvidə əsas irəliləyiş Əlimərdan Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyətinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq tanınmasına nail olmaq məqsədilə Parisə səfər etməsi ilə əldə edildi. Paris Sülh Konfransındakı nümayəndə heyətinin üzvləri azadlıq, hüquq və ədalət ideyalarına sadiqlilikləri ilə xarici nümayəndələri heyrətləndirdilər. Azərbaycanın müstəqilliyinin yekdil de-fakto tanınmasına müvəffəq olundu və Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət aldı.
Tanınma məsələsi həll olunduqdan sonra hökumətin diqqəti səriştəli diplomatik korpus quruculuğuna doğru yönəldi.
1919-cu ildə Azərbaycan diplomatiyası ilk addımlar atanda, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukrayna daxil olmaqla16 dövlətin Bakıda diplomatik missiyası fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri və baş konsulluqları Türkiyə, İran, Gürcüstan, Ukrayna, Ermənistan və digər ölkələrdə təsis edilmişdi.
1920-ci ilin aprelində bolşeviklərin işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi çətinliklər, o cümlədən Ermənistanın ərazi iddiaları və Azərbaycana qarşı müharibəyə başlaması, mürəkkəb geosiyasi fitnə-fəsadlar və iqtisadi-sosial problemlər 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını da əhatə etdi.
Ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət dərin tarixi və mədəni yaddaşımızı oyatmaqla, eləcə də müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlanılması və gücləndirilməsi üçün möhkəm əminlik aşılamaqla milli kimlik hissini inkişaf etdirdi. Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətini yüksək qiymətləndirən Azərbaycan xalqı bu il öz müstəqilliyinin 100 illik yubileyini fəxrlə və xüsusi bayram əhval- ruhiyyəsi ilə qeyd edir.
Bu ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Sərəncam imzalaması göstərilənlərin canlı təzahürüdür.
Bu gün müstəqil, suveren və demokratik Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında öz uğurlu və effektiv idarəçiliyi ilə əldə etdiyi sosial-iqtisadi və insan kapitalı inkişafı, nailiyyətləri və beynəlxalq münasibətlərdə rolu və nüfuzu ilə Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını və məramlarını reallığa çevirir. Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sağ olsaydılar, bugünkü Azərbaycan Respublikası ilə fəxr edərdilər.
Ümummilli lider Heydər Əliyevin kəlamı ilə desək “Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir”.
Comments are closed, but trackbacks and pingbacks are open.