Cavablar: Qayda: Cümlə üzvləri 1
Bıçaq bir qədər iti idi. Bildiyimiz kimi “çox “ nitq hissəsi baxımından ədat, sifət və say ola bilir. Amma “çox “ cümlədə sifət və sayla ifadə olunmuş ismi xəbərin qarşısında işlənərək əlamətin meydana çıxmasını izah etsə, kəmiyyət zərfliyi olur: Hava çox soyuqdur. Onun problemləri indi çox azdır. Əgər “çox “ sözü isimlə ifadə olunan xəbərin qarşısında gələrsə, təyin olur: Əlaçı olmaq çox şagirdin arzusudur.
7. Yer zərfliyi hansı suala cavab verə bilməz. Həmin hansı cümlə üzvü üçün xarakterikdir?
Bağlayıcı
Köməkçi nitq hissəsi olan bağlayıcı sözlər,cümlələr,abzaslar və mətnlər arasında əlaqə yaradır, onların qrammatik cəhətdən bir – birinə bağlayır. Məsələn: Mən oxuyurdum, o isə şəhərin küçələrin gəzirdi. Akif də bu məsələni bilmişdi.
Sintaktik funksiyasına görə ( cümlədəki vəzifəsinə görə) bağlayıcılar iki yerə bölünür :
- Tabesizlik bağlayıcılar
- Tabelilik bağlayıcıları
Tabesizlik bağlayıcıları bərabər hüquqlu üzvləri – cümlənin həmcins üzvlərini, elə cə də tabesiz mürəkkəb cümlənin tərəflərini birləşdirir.
Tabelilik bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlənin həmcins üzvlərini, eləcə də tabesiz mürəkkəb cümlənin tərəflərini birləşdirir.
Tabelilik bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir. Tabesizlik bağlayıcıları bərabərhüquqlu tərəflər, tabelilik bağlayıcıları isə biri müstəqil, o biri asılı ola tərəflər arasında işlənir.
Bəzən bağlayıcılar təkcə sözləri və mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri deyil, ayrı – ayrı müstəqil cümlələri, abzasları, hətta mətnin müxtəlif hissələrini də bir – birinə bağlayır.
Tabesizlik bağlayıcılarının aşağıdakı qrammatik məna növləri var:
1.Birləşdirmə bağlayıcıları : və, ilə (-la). Həsən və Akif kəndə gedəcəklər. Onun getməyi ilə qayıtmağı bir oldu.
İlə bağlayıcısı yalnız bəzi həmcins üzvləri bir – birinə bağlayır. Həmcins xəbərlər və tabesiz mürəkkəb cümlələrin tərəfləri arasında işlənmir. Və bağlayıcısı ilə bağlayıcısını həmişə əvəz edə bilər. Və bağlayıcısı tabesiz mürəkkəb cümləni, həmcins felləri və bəzən də təyinləri bir – birilə əlaqələndirdilər ilə bağlayıcısı onu əvəz edə bilmir.
2.Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, halbuki, isə, fəqət. Mən danışırdım, o isə qulaq asmırdı.Məlik bunu bildi, amma özünü bilməməzliyə vurdu.
3. Bölüşdürmək bağlayıcıları : ya, ya da ki,və ya, və yaxud, yaxud da gah, gah da, gah da ki, istər, istərsə də. Gah danışır, gah gülür. İstər bəstəkar ol, istər rəssam ol.
4.İştirak bağlayıcıları : həm, həm də, həm də ki, o cümlədən, o sıradan, nəinki, hətta, habelə, həmçinin, – da (də). Meşələrdə ağcaqayın ağacları da əkmişdilər. Hamı hətta Cahan xala da məclisə gəlmişdi.
5.İnkar bağlayıcıları : nə, nə də, nə də ki. Nə yardan doyur, nə əldən qoyur. İnkar bağlayıcıları felləri bir birinə bağlayanda – ma (mə) inkar şəkilçisini,başqa nitq hissələrini bağlayarkən deyil, yox sözlərini əvəz edir. İnkarlıq bağlayıcılarının işləndiyi cümlədə xəbər, əsasən təsdiqdə olur.
6.Aydınlaşdırma bağlayıcıları : yəni, məsələn. Bunların bizə, yəni Alim oğullarına heç bir aidiyyatı yoxdur. Burada xeyli ziyalı, məsələn : H. Zərdabi, M. F. Axundzadə, N. Vəziri cəmlənmişdi.
Tabelilik bağlayıcılarının mənaca növləri isə bunlardır:
1.Aydınlaşdırma bağlayıcıları : ki, belə ki. Məs:Evə gəlib çatmışdıq ki, işıqlar söndü. Hanı narazı idi belə ki, müdirlə dil tapa bilmirdilər.
2.Səbəb bağlayıcıları : çünki, ona görə ki, buna görə də, ona görə də, onun üçün ki, ondan ötrü ki və s. Məs : Oxumadım, çünki vaxtım yox idi. Ondan ötrü getdim ki, bunları gözləmirdim.
3 Güzəşt bağlayıcıları :hərçənd, hərçənd ki və s. Məs: Hərçənd dünyanı qadınlar idarə edirlər, lakin tarixçilər ancaq kişilərin adını bilirlər. ( H. Heyne).
4.Şərt bağlayıcıları : əgər, hərgah,madam ki, indi ki, yoxsa, bir halda ki və s. Məs. :Əgər sinəmizlə cəbhə yarmasaq…. Madam ki gəlmir, demək bizi saymır. Tez getməliyik, yoxsa gecikərik.
Cavablar : Qayda : Cümlə üzvləri 1
Hər hansı bir söz cümlə üzvü olması üçün müstəqil leksik mənaya malik olmalı , müəyyən suala cavab verməli və cümlədəki sözlərdən ən azı biri ilə sintaktik əlaqəyə girməlidir.
2. Məsdər tərkibi hansı cümlə üzvünün ifadə vasitəsi ola bilməz?
Təyin
3. Təyin nə zaman feili xəbərə aid ola bilər?
Feili xəbər tərkibi feillə ifadə olunduqda təyin onun birinci tərəfinə aid ola bilər. Məs:
Çalış həmişə dürüst adam ol.
Onun bu comərd davranışı bizə yaxşı təsir bağışladı.
4. Hansı sözlər cümlədə suala cavab vermədən cümlə üzvü ola bilirlər?
Söz xəbərlər : var, lazım, yox, vacib, gərək, mümkün , bəs . Bunlara predikativ sözlər də deyilir. Bir də sual əvəzlikləri suala cavab vermədən cümlənin müstəqil sadə ismi xəbərləri olur. Sual əvəzlikləri hansı cümlə üzvünün sualıdırsa , onun da sintaktik funksiyasını daşıyır.
6. Xitab və ara sözlər niyə cümlədə cümlə üzvü vəzifəsində çıxış edə bilmirlər?
Xitab və ara sözlər cümlədə heç bir üzvlə sintaktik əlaqəyə girmədikləri üçün cümlə üzvü ola bilmirlər.
7.Bəzən cümlədəki sözün sualı onun morfoloji sualından fərqli ola bilərmi?
Ola bilər. Məs: taxta ismi morfoloji cəhətdən nə? sualına cavab verdiyi halda cümlədə sintaktik cəhətdən təyin ola bilər : O, taxta ( necə? ) qapını rənglədi.
8. Zərfliyin hansı məna növləri feili sifətlə ifadə oluna bilmir ?
Tərzi –hərəkət zərfliyi, kəmiyyət zərfliyi, məqsəd zərfliyi.
9. Feili bağlama yalnız hansı cümlə üzvü rolunda çıxış edə bilir?
Zərflik
10. “ Nə üçün? hansı cümlə üzvlərinin sualı ola bilər?
“ Nə üçün? sualı niyə ? mənası verərəsə, vasitəli tamamlıq yox, səbəb və ya məqsəd zərflikləri meydana çıxır.
Həm tamamlığın – (Ev üçün ( nə üçün?) aldım) , Həm səbəb zərfliyinin – (Oxuduğum üçün ( nə üçün?), həm də məqsəd zərfliyinin – (Oxumaq üçün ( nə üçün?) gəlmişəm.
Şagirdin soyadı və adı____________________________________Sinif__________
Qayda : Cümlə üzvləri 1
1.Hər hansı sözün bir cümlə üzvü olması üçün hansı şərtlər vacibdir?
2. Məsdər tərkibi hansı cümlə üzvünün ifadə vasitəsi ola bilməz?
3. Təyin nə zaman feili xəbərə aid ola bilər?
__________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
4. Hansı sözlər cümlədə suala cavab vermədən cümlə üzvü ola bilirlər?
6. Xitab və ara sözlər niyə cümlədə cümlə üzvü vəzifəsində çıxış edə bilmirlər?
______________________________________________________________________________________________________________________________
7.Bəzən cümlədəki sözün sualı onun morfoloji sualından fərqli ola bilərmi?
8. Zərfliyin hansı məna növləri feili sifətlə ifadə oluna bilmir ?
9. Feili bağlama yalnız hansı cümlə üzvü rolunda çıxış edə bilir?
10. “ Nə üçün? hansı cümlə üzvlərinin sualı ola bilər?
CAVABLAR : Qayda : Cümlə üzvləri 2
1. Zərfliklər feili və ismi xəbərə necə aid ola bilir?
Zərfliklər feili xəbərə aid olduqda hərəkətin icrasını , ismi xəbərə aid olduqda isə əlamətin meydana çıxmasını müxtəlif cəhətlərdən izah edir.
2. Zərfliyin hansı məna növləri feili sifətlə ifadə oluna bilmir ?
Tərzi –hərəkət zərfliyi, kəmiyyət zərfliyi, məqsəd zərfliyi.
3. Zərfliyin hansı məna növü feili bağlama ilə ifadə oluna bilməz?
Yer zərfliyi, məqsəd zərfliyi.
4. Təyin və tərzi – hərəkət zərfliyini necə fərqləndirmək lazımdır?
Təyin əşya bildirən üzvləri izah edir: Yaxşı insan. Zərflik isə hərəkət bildirən sözlərlə
bağlı olur: Yaxşı oxu.
5. Tərzi – hərəkət zərfliyi nə zaman ismi xəbərə aid ola bilir.
Tərzi – hərəkət zərfliyi o zaman ismi xəbərə aid ola bilir ki, ismi xəbər əlamət bildirən sifətlə ifadə olunsun : O , əsəbi vəziyyətdə də təmkinli idi. Bacım, kədərli vəziyyətdə də gözəl idi.
6. Kəmiyyət zərfliyi nə zaman ismi xəbərə aid olur?
Bıçaq bir qədər iti idi. Bildiyimiz kimi “çox “ nitq hissəsi baxımından ədat, sifət və say ola bilir. Amma “çox “ cümlədə sifət və sayla ifadə olunmuş ismi xəbərin qarşısında işlənərək əlamətin meydana çıxmasını izah etsə, kəmiyyət zərfliyi olur: Hava çox soyuqdur. Onun problemləri indi çox azdır. Əgər “çox “ sözü isimlə ifadə olunan xəbərin qarşısında gələrsə, təyin olur: Əlaçı olmaq çox şagirdin arzusudur.
7. Yer zərfliyi hansı suala cavab verə bilməz. Həmin hansı cümlə üzvü üçün xarakterikdir?
Haranı? Tamamlığın sualıdır.
8. Səbəb zərfliyini məqsəd zərfliyindən necə fərqləndirmək lazımdır?
a) Səbəbdəki iş cümlənin xəbərindəki işdən əvvəl , məqsəd zərfliyindəki iş isə xəbərdən sonra baş tutacaq hərəkətin baş vermə mqsədin bildirir.
b) Səbəb zərfliyi – dıq 4 + ı (bütün şəxslərdə) şəkilçili feili sifət + üçün, ötrü qoşmaları, mqsəd zərfliyi isə maq 2 + üçün, ötrü qoşmaları ilə düzəlir.
c) Səbəb zərfliyi olan cümləni mürəkkəb cümləyə çevirdikdə səbəb budaq cümləsi, məqsəd zərfliyi olan cümləni isə mürəkkəb cümləyə çevirdikdə məqsəd budaq cümləsi olur.
d) Məqsəd zərfliyi ismi xəbərə aid ola bilmir.
9. “ Ürəkdən, birdən, ürəklə “ sözləri nə zaman cümlədə zərflik ola bilər ?
Bu sözlərdəki şəkilçi zərf düzəldən leksik şəkilçi olarsa, həmin sözlər cümlədə zərflik ola bilər: Birdən qapı döyüldü. O bizim uğurumuza ürəkdən sevindi. Şagirdlər tədbirdə ürlə çıxış etdilər.
Bu cür sözlər çıxışlıq halda olarkən tamamlıq olur: Birdən iki çıxmaq olmaz. Ürəkdən damarlar şaxələnir.
10. Zaman məzmunu bildirən təsirlik halda olan sözləri cümlədə zaman zərfliyi kimi işlədin.
Gecəni yatmamışam. Yayı İstirahətə gedəcəyik. Qışı buralar qar olur.
Şagirdin soyadı və adı____________________________________Sinif__________
Qayda : Cümlə üzvləri 2
1. Zərfliklər feili və ismi xəbərə necə aid ola bilir?
2. Zərfliyin hansı məna növləri feili sifətlə ifadə oluna bilmir ?
3. Zərfliyin hansı məna növü feili bağlama ilə ifadə oluna bilməz?
4. Təyin və tərzi – hərəkət zərfliyini necə fərqləndirmək lazımdır?
5. Tərzi – hərəkət zərfliyi nə zaman ismi xəbərə aid ola bilir.
__________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
6. Kəmiyyət zərfliyi nə zaman ismi xəbərə aid olur?
______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
7. Yer zərfliyi hansı suala cavab verə bilməz. Həmin hansı cümlə üzvü üçün xarakterikdir?
8. Səbəb zərfliyini məqsəd zərfliyindən necə fərqləndirmək lazımdır?
9. “ Ürəkdən, birdən, ürəklə “ sözləri nə zaman cümlədə zərflik ola bilər ?
10. Zaman məzmunu bildirən təsirlik halda olan sözləri cümlədə zaman zərfliyi kimi işlədin.
CAVABLAR : Qayda : Cümlə üzvləri 3
1. Sadə cümlə üzvlərinin ifadə vasitələri : əsas nitq hissələri, qoşmalı sözlər, idi , imiş, deyil hissəciklərinin qoşulduğu sözlər ; predikativ sözlər, frazeoloji birləşmələr və tərkibində ol, et, bil, qıl tipli köməkçi feiilər olan birləşmələr.
2. Mürəkkəb cümlə üzvlərinin ifadə vasitələri: İsmi birləşmələr , məsdər tərkibləri, feili sifət tərkibləri, feili bağlama tərkibləri, mürəkkəb adlar.
3. Başlamaq, istəmək, bilmək, olmaq feillərini cümlədə həm müstəqil xəbər, həm də başqa sözlərlə birləşərək sadə xəbər vəzifəsində işlədin.
Müstəqil xəbər şəklində : Onlar şəhərdə olurlar; Tədbir sabah olacaq; Siz də bunu bilirsinizmi? Mən onun dediklərini etmədim ; Bu işi birinci mən başladım. Mən dondurma istəyirəm.
Mürəkkəb tərkibi feil yaradaraq sadə xəbər şəklində : Mən bugün tikintidə işə başladım. O, Bakıda anadan olmuşdu. Mən artıq ərəbcə oxuya bilirəm. Amalım hər işdə ehtiyatlı olmaqdır. O mənimlə kəndə getmək istəyir.
4. Qara dəniz, Ana Vətən, Mirzə Fətəli Axundzadə tipli birləşmələr cümlədə necə təhlil edilir? Fikrinizi əsaslandırın.
Bu tipli birləşmələr mürəkkəb ad olduqları üçün təhlil zamanı tərəflərinə ayrılmırlar.
5. Qeyri- müəyyənlik bildirən vasitəsiz tamamlığın tələb etdiyi nə? sualı ilə mübtədanın tələb etdiyi nə? sualını necə fərqləndirmək lazımdır?
Qeyri – müəyyən vasitəsiz tamamamlıq işlənən cümlələrdə tamamlığı asanlıqla müəyyənlik bildirən təsirlik hala çevirərək nəyi ? sualını verə bilərik və məna dəyişməz. Bacım kitab (kitabı) aldı.
Amma mübtədanı bu cür dəyişmək mümkün deyil. Kitab bilik ənbəyidir. Burada ” kitab “ sözü təsirlik halda işlənə bilməz. Çünki adlıq haldadır, cümlə üzvü kimi mübtədadır.
6. Bildiyimiz kimi vasitəsiz tamamlıqlar təsirli feillərlə əlaqəyə girir. Bəs vasitəsiz tamamlıqlar nə zaman ismi xəbərə aid ola bilir?
Azərbaycan dilində “borclu” sözü xəbər kimi işlənəndə özünə istisna hal olaraq vasitəsiz tamamlıq edir.
Məs: Mən ona həyatımı borcluyam . O mənə pul borcludur.
7. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq təsrli feildən aralı işlənə bilərmi?
Bəzən qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqla təsirli feildən ibarət xəbərlər arasına söz də daxil ola bilər. Məs: Bir dəftər də sənə almışam. Bir qab da mən gətirərəm.
8. Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması qaydası necədir?
I. İnsan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də əksərən cəmdə olmalıdır:
Uşaqlar gülüşürlər. Bəzi hallarda isə xəbər mübtəda ilə uzlaşmaya da bilər : Şagirdlər oxudu.
II. Heyvan və quş anlayışı bildirən mübtəda cəm olduqda xəbər təkdə də ola bilər, cəmdə də: Quşlar uçur. Quşlar uçurlar.
III. Cəmdə olan mübtəda cansız varlıqlarla ifadə olunduqda xəbər əksərən təkdə olur : Evlər tikildi. Binalar söküldü. Göylər qaraldı. Bu cümlələrdə kəmiyyətə görə uzlaşma pozulsa da, qrammatik norma pozulmur. Bu zaman kəmiyyətə görə uzlaşma əlaqəsinin pozulması qrammatik normanın pozulması hesab edilmir.
Şagirdin soyadı və adı____________________________________Sinif__________
Qayda : Cümlə üzvləri 3
1. Sadə cümlə üzvlərinin ifadə vasitələri : ____________________________________________________________________________
2. Mürəkkəb cümlə üzvlərinin ifadə vasitələri: _______________________________________________________________________
3. Başlamaq, istəmək, bilmək, olmaq feillərini cümlədə həm müstəqil xəbər, həm də başqa sözlərlə birləşərək sadə xəbər vəzifəsində işlədin.
Müstəqil xəbər şəklində : ________________________________________________________________________________________________
Mürəkkəb tərkibi feil yaradaraq sadə xəbər şəklində : ___________________________________________________________ ___
4. Qara dəniz, Ana Vətən, Mirzə Fətəli Axundzadə tipli birləşmələr cümlədə necə təhlil edilir. Fikrinizi əsaslandırın.
5. Qeyri- müəyyənlik bildirən vasitəsiz tamamlığın tələb etdiyi nə? sualı ilə mübtədanın tələb etdiyi nə? sualını necə fərqləndirmək lazımdır?
6. Bildiyimiz kimi vasitəsiz tamamlıqlar təsirli feillərlə əlaqəyə girir. Bəs vasitəsiz tamamlıqlar nə zaman ismi xəbərə aid ola bilir?
7. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq təsrli feildən aralı işlənə bilərmi?
8. Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması qaydası necədir?
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Cümlə/Sadə cümlənin növləri/Təktərkibli cümlələr
Baş üzvlərdən biri əsasında qurulan sadə cümlələrə təktərkibli cümlələr deyilir. Təktərkibli cümlələr iki növə ayrılır: 1) Xəbər əsasında formalaşanlar; 2) Mübtəda əsasında formalaşanlar. cüttərkibli cümlələr kimi, təktərkibli cümlələr də müxtəsər və geniş olur.
1) Xəbər əsasında formalaşan təktərkibli cümlələr. Xəbər əsasında, yə’ni mübtədanın iştirakı olmadan formalaşan təktərkibli cümlələr aşağıdakılardır:
a) Şəxssiz cümlə . Qrammatikada şəxs dedikdə mübtəda nəzərdə tutulur. Mübtədası olmayan və onun təsəvvür edilməsi qeyri-müm-kün olan təktərkibli cümlələrə şəxssiz deyilir. Şəxssiz cümlələrin xəbəri həmişə III (üçüncü) şəxsin təkində olur. Məsələn: Səhərdir. (müxtəsər cümlə). Əsmərə Qulunun yazığı gəldi. (geniş cümlə). Məktublara diqqətlə baxıldı. Şəxssiz cümlələrin xəbəri həm nitq hissələri, həm də fe’li fra-zeoloji vahidlərlə ifadə olunur. Məs: Səssizlikdir. Nərimanın həyəcandan rəngi qaçmışdı.
b) Qeyri-müəyyən şəxsli cümlə. Hərəkət və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən təktərkibli cümlələrə qey-ri-müəyyən şəxsli cümlə deyilir. Məsələn: Bizi hərbi hissəyə gətirdilər. Qeyri-müəyyən şəxsli cümlələrin bir qismində elə bil, elə bil ki, sanki, deyəsən, guya ki və s. sözlər işlənir və belə cümlələrdə icraçı qeyri-müəyyən deyil, qeyri-real olur. Məsələn: Sanki (elə bil, deyəsən və s.), Qəmərin başına bir vedrə qaynar su tökdülər. Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri III (üçüncü) şəxsin cəmində olur. Xəbərdəki şəxs şəkilçisinə əsasən, qeyri-müəyyən şəxsli cüm-lələrdə mübtəda kimi onlar sözünü artırmaq olar, lakin konkret mə’na ifadə edə bilmədiyindən həmin sözün artırılması düz-gün deyil. Məs: Onu nahaq yerə gözdən salıblar – Onlar onu nahaq yerə gözdən salıblar və s.
c) Ümumi şəxsli cümlə. Hərəkət və ya hökmün eyni zaman-da hamıya aid olduğunu bildirən təktərkibli cümlələrə ümumi şəx-sli cümlə deyilir. Məsələn: Palaza bürün, elinən sürün. Əvvəl dü-şün, sonra danış. Bu cümlələrin xəbəri II şəxsin təkində olsa da, iş, hadisə, hökm təkcə II şəxsə deyil, hamıya – hər üç şəxsin təkinə, həm də cəminə aiddir. Ümumi şəxsli cümlələrin xəbəri III şəxsin cəmində olan qeyri-müəyyən şəxsli cümlələrdən fərqli olaraq bu cümlələrdə işin icrası bir və ya bir qrup qeyri-müəyyən şəxsə deyil, hamıya, bütün şəxslərə aid olur. Məsələn: Onu e’zamiyyətə göndərdilər (qeyri-müəyyən şəxsli cümlə). Pilləkanı pillə-pillə qalxarlar (ümumi şəxsli cümlə) və s. Ümumi şəxsli cümlələr ümumiləşmiş mə’nalar ifadə edir. Ona görə də belə cümlələr əksərən atalar sözləri və məsəllərdən, hikmətli sözlərdən ibarət olur. Məsələn: Əvvəl arxı tullan, sonra bərəkalla de. İşləməyənə tənbəl deyərlər və s. Qeyd: Təktərkibli cümlələr də cüttərkibli cümlələr kimi təhlil olunur. Ancaq əvvəlcə onun mübtəda və ya xəbər əsasında əmələ gələn təktərtibli cümlə olduğunu qeyd etmək lazımdır.
2. Mübtəda əsasında formalaşan təktərkibli cümlələr. Adlıq cümlə mübtəda əsasında formalaşan təktərkibli cümlədir. Əşyanın, hadisənin adını çəkməklə onun mövcudluğu haqqında məlumat verən təktərkibli cümlələrə adlıq cümlə deyilir. Məs: Qışın ortaları… Axşam… Yenə həmin yer… və s. Adlıq cümlələr vasitəsilə hər hansı bir hadisənin danışılan vaxtda mövcud olduğu bildirilir, lakin həmin hadisə haqqında əlavə məlumat və ya hökm verilmir. Adlıq cümlələrdə baş üzv (mübtəda) isimlə, ismi birləşmələrlə ifadə olunur. Adlıq cümlələr də müxtəsər və ya geniş olur. Məs: cəbhə bo-yu. Çöl. Sükut (müxtəsər). Dağın ətəyində gözəl bir ev. Ön tərəfdə bir hovuz (geniş).
3. Bütöv və yarımçıq cümlələr. Bütöv cümlələrdə fikrin ifadəsi üçün lazım olan bütün üzvlər iştirak edir. Məsələn: Zavodun direktoru iclasa gecikmişdi. Atlar yəhərlənmişdi. Dilimizdə elə cümlələr də var ki, onların bir və ya bir neçə üzvü buraxılmış olur. Məsələn: Bişirdiyin nədir? – Düyü. – Nə istəyirsən xala? – Oğlumu və s. Bu tipli cümlələr yarımçıq cümlə adlanır. Bir və ya bir neçə üzvü buraxılan, lakin asanlıqla bərpa edilən cümlələrə yarımçıq cümlələr deyilir.
Yarımçıq cümlələrdə buraxılmış üzvləri (həm baş üzvlər, həm də ikinci dərəcəli üzvlər buraxıla bilər) əvvəlki cümlələrin köməyi ilə asanlıqla bərpa etmək olar. Məsələn: Bu oğlan kimdir? – Mənim dostumdur. Bunu kim deyir? – Mən. Misal göstərilən cümlələri aşağıdakı şəkildə asanlıqla bərpa etmək olar. Bu oğlan mənim dostumdur. Bunu mən deyirəm.
Yarımçıq cümlələrdən daha çox dialoqlarda istifadə olunur.
Qeyd: Yarımçıq cümlələr də bütöv (cüttərkibli və təktərkib-li) cümlələr kimi təhlil edilir. Bütöv cümlələrdən fərqli olaraq, belə cümlənin yarımçıq olduğunu və məhz hansı üzvlərin buraxıldığını göstərmək lazımdır.
Comments are closed, but trackbacks and pingbacks are open.