Də suallar mix etmək
Cavab: Nəzarətçinin təlimatına əsasən cavab kartını doldurun.
Məntiqi məsələlər/Suallar
-Təcili olaraq bura gəlin. Həyat yoldaşınız qətlə yetirilib. Bir müddət keçdikdən sonra kişi gəlir, qadına baxır və deyir:
-Əzizim, səninlə nə baş verib?!
Bu zaman polis hadisə yerinə yaxınlaşır. Şerlok barmağı ilə kişini göstərərək deyir:
-Bu kişini həbs edin. Qatil odur. Sual: Şerlok Holms nəyə görə belə düşünürdü?
3. Atın digər atın üzərindən atladığı hadisə harada baş verir?
4. Masanın üzərində bir banka var. Onun yarısı masanın üzərində, yarısı isə havadadır. Yarım saatdan sonra bankanın yerə düşəcəyini nəzərə alsaq, onun içərisindəki nədir? Və nəyə görə?
5. Bir kişi dənizdə fırtınaya düşür və fırtına onu yalnız qadınların yaşadığı adaya aparır. O səhər ayıldıqda kəndirlərlə bərk-bərk bağlandığını görür və tezliklə onu öldürəcəklərini anlayır. O son sözünü demək haqqını tələb edir. O son sözünü dedikdən sonra qadınlar onu sərbəst buraxır, ona qayıq, qida və su verərək yola salırlar. O nə demişdi?
6. Hündürlüyü 3 metr, uzunluğu 20 metr, çəkisi isə 3 ton olan beton divar var. Heç bir köməkçi vasitə və alət olmadan həmin divarı necə yıxmaq olar?
7. Ata iki oğlu ilə birlikdə ova yollanır. Ovda onların qarşısına çay və onun üzərində qayıq çıxır. Qayıq ya atanı tək, ya da iki qardaşı birlikdə daşıya bilər. Ata və oğullar digər sahilə necə gedə bilərlər?
8. Kanalizasiya lyukları niyə dairəvidir?
9. Qapısı bağlı otaqda 3 lampa, dəhlizdə isə 3 elektrik açarı var. Qapını ən azı neçə dəfə açıb örtmək lazımdır ki, hansı elektrik açarının hansı lampanı yandırmaq üçün nəzərdə tutulduğunu müəyyən etmək mümkün olsun?
10. Tortu üç dəfə doğramaqla necə 8 bərabər hissələrə bölmək olar?
11. Tarlanın ortasında əlində kibrit olan ölü insan tapılıb və heç bir izə rast gəlinməyib. O, nə üçün və hansı şəraitdə dünyasını dəyişmişdir?
12. Avtobusa nə qədər top yerləşə bilər?
13. Həkim xəstəyə iki növdə hərəsindən iki dənə olmaqla olan 4 həb verdi, onları xarici görünüşünə görə bir-birində fərqləndirmək mümkün deyil.
Həbləri 2 dəfəyə içmək lazımdır: səhər hər növdən bir həb qəbul edilməlidi; bu, eynilə axşam da təkrarlanır. Əgər doza pozulsa, və ya həb qəbul edilməsə xəstə öləcək. Belə alındı ki, həblər qarışıq düşdü. Müalicə kursunu necə keçmək olar ki, həm də sağ qalasan?
14. Qədim zamanlarda qadınlar kipriklərinin üzərindən ipək parça salardılar. İndi, bu ipək parçaları nə əvəz edir?
15. Kişi ilə qadın. Kişi qadını qucaqlayır və “özümü o qədər xoşbəxt hiss edirəm ki” – dedi. Qadın isə “mənim ürəyim bulanır” – deyə cavab verdi. Amma kişi onu qucaqlamadan əvvəl qadın özünü çox yaxşı hiss edirdi. Buna baxmayaraq kişi qadından incimədi. Qadın niyə elə dedi?
16. David yuxudan durub, paltarını geyib, səhər yeməyini yeyib evdən çıxaraq maşına oturdu. 300 mil getdikdən sonra maşından çıxıb, evə girib yeməyini yeyib yatdı. Yenə də öz evində. Amma 300 mil David düz yol gedib geri qayıtmayıb. Bu necə ola bilər?
17. Kişi birinci dəfə gördüyü qadının yanına gəlib, köynəyinin yaxasını açıb, alt paltarını çıxararaq qadını özüylə apardı. Qadının əri isə bütün bunları görsə də, sakitcə durub baxdı. Əri niyə belə reaksiya verdi?
18. Çayın sahilinə 2 balıqtutan gəlir. Sahildə 1 dənə qayıq olur və ancaq 1 nəfər minə bilər qayığa. Buna baxmayaraq hər iki balıqtutan sahili keçir. Necə?
19. Mart ayında həkimlərə çoxlu paraşütçülər gətirilir. Hətta yay vaxtı onların sayı bu qədər çox olmur. Paraşütçülərə xidmət gösətərən həkimlərə nə deyirlər?
20. XIX əsrdə Kanada pullarının üstündə şamanların və cadügarların cadusu yazılırdı. Niyə?
Də suallar mix etmək
Sual: İmtahan yaxınlaşdıqca iştirakçıların çoxu həyəcan hissi keçirir. Bunun qarşısını necə almaq olar?
Cavab: İmtahandan əvvəl demək olar ki, hər kəs həyəcan hissi keçirir. Bu normaldır. Kiminsə daha çox və ya daha az həyəcan keçirməsi onun fərdi xüsusiyyətlərindən, sinir sisteminin tipindən asılıdır.
Bəs bu zaman nə edə bilərsiniz?
- Mümkündürsə mütləq şəkildə düzgün, imtahan təşkilinə oxşar olan sınaq imtahanlarında iştirak edin. Bununla real imtahana alışacaqsınız və ən vacib gündə gerçək imtahanın stressini keçirməyəcəksiniz.
- Həyəcanlı olub-olmamağınızdan asılı olmayaraq, imtahan haqqında emosional danışan, sizi daha çox həyəcanlandıran insanlarla ünsiyyət yaratmaqdan qaçın. Bütün neqativlərdən uzaq durmağa çalışın. Çalışın, bu dövrdə sizə pozitiv enerji verən insanlarla ünsiyyət qurasınız, istirahət edəsiniz, özünüzə neqativ fikirləşməyə (xəstəlik, imtahandan kəsilmək və s.) icazə verməyin, müsbət şeylər barədə fikirləşin (bayramın olmasını, yayın gəlməsini və s. ).
- İdmanla mütəmadi məşğul olmağa, düzgün qidalanmağa, lazımi qədər su içməyə, günəşli havada gəzməyə, təbiət ilə iç-içə olmağa, düzgün yatmağa, dincəlməyə, meditasiya etməyə çalışın. Bütün bu davranışlar enerjinizinyüksəlməsinə səbəb olacaq və sizin imtahanda maksimum səmərəli olmanıza kömək edəcək. Həmçinin telefon və digər elektron avadanlıqlardan mümkün qədər uzaq durun, çünki onlar özünüz hiss etməsəniz də beyninizi yorur.
- Həyəcan hissi çox olduğu halda, imtahanı xüsusi üsulla xəyalən tam canlandırmağınız emosional gərginliyi azaltmağa imkan verəcək. Üsul isə bundan ibarətdir – xəyalən imtahanla bağlı olan hər bir detalı canlandırırsınız, bütün xırdalıqları ilə yaşayırsınız. Çox asan və işlək üsuldur. Məsələn, imtahana hansı paltarınızı geyinəcəyinizdən, 1 gün əvvəlcədən hansı sənədləri hara qoyacağınızdan, imtahanda mənfi bir hal olsa necə davranacağınıza qədər hər bir xırdalığı təsəvvür edirsiniz. Bu prosesi imtahana 1 həftə, 2 gün və 1 gün qalmış bir neçə dəfə təkrarlamanız məsləhətdir. Çalışın ki, bütün mümkün mənfi nəticələr baş verdiyi hallarda necə davranacağınızı təsəvvür edib, mümkün həll yollarını əvvəlcədən özünüz üçün müəyyənləşdirəsiniz. Təcrübədə sınaqdan çıxmış bu metodsizin imtahan zamanı daha rahat və sakit davranmanızı təmin edəcək.
Sual: İmtahana bir neçə həftə qalmış nə etmək lazımdır?
Cavab: Yeni materialı imtahan qabağı, yəni ona bir həftə qalmış öyrənmək məsləhət deyil. Yeni material köhnə materialı üstələyə və onun yada salınmasını çətinləşdirə bilər. İmtahandan bir həftə əvvəl istəsəniz artıq öyrəndiyiniz materialları təkrarlayıb möhkəmləndirə bilərsiniz. İmtahana bir gün qalmış ümumiyyətlə dərs oxumaq və məşğələlərə getmək məsləhət deyil. Havada gəzmək, sakitləşdirici musiqiyə qulaq asmaq, bir sözlə istirahət etmək sizin üçün daha yaxşı olar.
Bundan başqa imtahana 1-2 həftə qalmış imtahan günündə duracağınız vaxtda durmağa və ehtiyac olduqda tez yatmağınızı məsləhət görürük. Ən azı 8-9 saat axşam 10-dan gec olmayaraq yatın. Beləliklə imtahanda özünüzü yuxulu hiss etməyəcəksiniz.
Sual: İmtahana bir gün qalmış siz nə etməlisiniz?
- Öyrənilməmiş materialı kənara qoyub oxumamaq, istirahət etmək məsləhətdir. Çünki sizin beyniniz istirahət etməlidir ki, imtahanda bütün gücü ilə işləyə bilsin.
- Əvvəlcədən imtahan verəcəyiniz binanın yerini dəqiqləşdirin, hansı nəqliyyat vasitəsi ilə ora gedə biləcəyinizi müəyyənləşdirin. Yaxşı olar ki, əvvəlcədən imtahan binasının dəqiq ünvanını müəyyən edib gedib baxasınız.
- İmtahan üçün zəruri sənədləri yoxlayıb bir yerə yığmaq lazımdır ki, imtahan günü onların axtarılmasına və yoxlanılmasına vaxt getməsin. Həmçinin, bu sənədləri bağlaya biləcəyiniz bir qovluğun içinə qoymanız məsləhətdir ki, yolda itirməyəsiniz. İmtahanda sizə lazım olacaq digər vasitələri də (qələm, saat, eynək və s.) sənədlərinizin yanına qoyun.
- İmtahana nə geyinəcəyiniz barədə fikirləşin və bu geyimi hazırlayıb səliqəli bir yerə qoyun. Rahat, təzə olmayan,sizə yaxşı əhval-ruhiyyə bağışlayan, sevdiyiniz geyimi geyinməniz sizə məsləhət görülür.
- Vaxtında yatıb, vaxtında durmaq çox vacibdir. İmtahan qabağı yuxusuz qalıb təkrar etmək heç də yaxşı fikir deyil.
Sual: İmtahana sənədlərdən başqa nə götürmək lazımdır?
- Yazılı imtahanda cavab kartını doldurmaq üçün özünüzlə qara və ya tünd-göy yazan, mürəkkəb axıtmayan diyircəkli qələm götürməyi unutmayın. Hər ehtimala qarşı 2 qələmgötürməniz məsləhətdir. Qələmi imtahan günü almayın. Yaxşı olar ki, imtahana öyrəşdiyiniz vasitələri, artıq bir neçə həftədir ki, istifadə etdiyiniz qələmləri götürəsiniz.
- Yaddan çıxartmayın ki, imtahana köməkçi vəsait (kitab, dəftər, çanta, cədvəl, kalkulyator və s.) və rabitə vasitəsi (elektron cihazlar?) (mobil telefon, smart saat, qulaqcıq və s.) aparmaq qadağandır.
- İstəsəniz şəffaf plastik qabda qazsız, içməli su götürə bilərsiniz. Adi qazsız su sizi çox susatmayacaq. Həmçinin çalışın, çox su içməyəsiniz.
- İstəsəniz vaxtınızı nəzərə almaq üçün qol saatı götürə bilərsiniz. Eynək istifadə edirsinizsə mütləq götürün.
Sual: İmtahan günü nə etməlisiniz?
- İmtahana gedəndə çox yeməyin. Bədəniniz səhər yeməyindən sonra yeməyi həzm etmək üçün enerji sərf etməyə başlayır. Həmişə yediyiniz kimi yeyin, ac getməyin. Yaxşı olar ki, enerjini asta-asta verən ərzaqlar yeyəsiniz. Məsələn, yumurta, makaron, banan və s.
- İstəsəniz, yuxarıda qeyd olunan kimi, özünüzlə qazsız su götürə bilərsiniz. Diqqət! Götürdüyünüz suyu imtahanda masanın üstünə qoymayın, çünki dağılsa sənədləriniz korlana bilər. Suyu yerdən yanınıza qoya bilərsiniz.
- Biraz idman, gimnastika etməyinizin xeyri var, ziyanı yoxdur. 20 dəqiqə idman etməklə siz həm mənfi gərginliyi aradan qaldırırsınız, həm də, beynin fəal olmasına kömək edirsiniz. Bununla qan dövranı yaxşılaşaraq intellektual fəaliyyətə kömək edir.
- Bəzən imtahana gedən şəxslər 1-2 həb valerian, sakitləşdirici içir. Bu cür tədbirlərlə əlaqədar mütləq həkim məsləhətinə müraciət edin. Belə ki, belə tədbirlər hər adama məsləhət görülmür. Məsələn, təbiətcə sakit, ləng sinir sisteminə malik olan, təmkinli insanlarda bu dərman beyində ləngimə proseslərinin üstünlük təşkil etməsinə səbəb ola bilər. Siz belə bir təbiətə maliksinizsə və sakitləşdirici içsəniz imtahanda yarıyuxulu olub, səmərəli işləyə bilməyəcəksiniz.
- Bir gün əvvəl hazırladığınız geyimi geyinin, sənədlərinizi və digər əşyalarınızı (qələm, su və s.) qoyduğunuz yerdən götürün və imtahana gedin.
Sual: İmtahana nə vaxt gəlmək lazımdır?
Cavab: İmtahana “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda gəlin, qətiyyən gecikməyin və ya vaxtından çox əvvəl gəlməyin. Gecikdiyiniz halda həyəcanlanacaqsınız, əhvalınız pozulacaq və fikrinizi imtahana lazımi şəkildə cəmləşdirə bilməyəcəksiniz. Bəzi gecikmə hallarında isə ümumiyyətlə imtahana buraxılmırsınız. Vaxtından çox tez gələndə isə orada gözləyərək yorulacaqsınız. Sizin nə vaxt gəlməyinizdən asılı olmayaraq imtahan binasına göstərilən vaxtdan tez buraxılmırsınız. İmtahan da göstərilən vaxtdan tez başlamır.
Sual: İmtahanda sizin hansı hüquqlarınız və qadağalarınız var?
Cavab: Yaddaş kitabçasında bunlar haqda ətraflı məlumat var. Yaddaş kitabçasını mütləq oxuyun! Bununla sizə nə etmək olar və nə qadağan olduğunu biləcəksiniz. Burada yaddaş kitabçasında göstərilən bir neçə bənd açıqlanır:
- Əsas odur ki, imtahanın gedişində nizam-intizamqaydalarına riayət etməli olduğunuzu yaddan çıxartmayasınız. İmtahan zamanı yer dəyişmək, zalda gəzmək, yerindən durmaq, söhbət etmək, imtahanın gedişinə mane olmaq qəti qadağandır.
- İmtahan zalında nəzarətçilərin təlimatlarını diqqətlə dinləmək və lazım olduğu halda imtahanla bağlı suallarınızı onlara səsləndirmək lazımdır. Yaddan çıxartmayın ki, nəzarətçinin əsas vəzifəsi imtahanın gedişatı zamanı nizam-intizam yaratmaq və lazımi sənəd işlərini DİM-in qoyduğu qayda ilə aparmaqdır. Ona görə də imtahanın başlanması elan edildikdən sonra sizin onlara kənar mövzularla bağlı sual verməniz, onların işinə mane olmaqdır və imtahan qaydalarına ziddir.
- Heç kəs (nə digər imtahan iştirakçıları, nə də nəzarətçi) sizə mane olmaq hüququna malik deyil. Siz özünüz də ayrılan vaxt ərzində heç kəsə mane olmadan işləməlisiniz.
- Köçürməyin, bu qadağandır! Hər hansısa bir qayda pozuntusuna yol versəniz imtahan rəhbərinin qərarı ilə imtahanın istənilən vaxtında (hətta imtahanın sona çatmasına az vaxt qalmış olsa belə) imtahan zalından xaric edilə bilərsiniz və bu zaman protokol tutulur, ona əsasən nəticəniz ləğv olunur.
Sual: İmtahan zamanı vaxtı necə düzgün bölmək olar?
- Sizin vaxtınız “imtahan başlandı” elan olunduqdan sonra başlayır.
- Hər fənn üzrə sualların arasında çətinlik dərəcəsinə görə – asan, orta, çətin suallar olur. Ona görə də, daha yaxşı bildiyiniz fənn üzrə işləməyə başlamağınız məsləhətdir. Vaxtınızı necə böləcəyiniz haqda əvvəlcədən qərar verin (hansı fənndən başlayacağınızı, sonra hansına keçəcəyinizi və nə zaman artıq cavab kartına köcürməyə başlayacağınızı özünüz üçün qeyd edin). Çətin sualları və ya sizə çətinlik yaradan sualları (çox vaxt aparan sualları) istəsəniz sona saxlayıb vaxtınız qaldığı halda həll edə bilərsiniz.
- Sualları ardıcıl olaraq cavablamağa çalışın, yəni bir sual əvvəldən, iki suala sondan cavablamayın. Burada vaxt itkisi baş verir.
- Vaxtınızı elə bölüşdürün ki, suallara cavab verməyə və ən əsası düzgün hesab etdiyiniz cavabları cavab vərəqinə köçürməyə vaxtınız çatsın. Unutmayın! Cavabvərəqinin doldurulması imtahan vaxtına daxildir. Bunun üçün əlavə vaxt verilmir.
- İstəsəniz imtahan zamanı qol saatından istifadə edərək vaxtınızı idarə edin, lakin vaxtı tez-tez yoxlamağa ehtiyac yoxdur. Əksinə hər dəqiqə vaxta baxmaq gərginlik hissi yaradacaq.
Sual: Sual kitabçası və cavab vərəqi ilə necə işləmək lazımdır?
Cavab: Nəzarətçinin təlimatına əsasən cavab kartını doldurun.
“İmtahan başlandı” elan edildikdən sonra artıq sual kitabçasında işləməyə başlaya bilərsiniz. Tapşırıqların cavablarını səliqə ilə cavab vərəqinə köçürün. Tələsməyin! Siz sual kitabçasında düzgün cavabı seçib, cavab vərəqində səhv qeyd etsəniz, cavabınız düzgün hesab olunmayacaq. Kodlaşdırılması tələb olunan cavabları qeyd edərkən dairələri tam qaralayın, yazılı şəkildə cavablandırılması tələb olunan cavablarınızı qeyd edərkən qeydlərinizi verilmiş çərçivə daxilində aparın. Cavab dairəciyində əvvəlcə yüngül nöqtə qoya bilərsiniz, daha sonra düzgün variantı işarələdiyinizə əmin olduqdan sonra onu qaralayın. Vərəqin əks üzünün qabarmaması üçün qələmi bərk basmayın. Cavab vərəqindəki məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də cavab vərəqi ilə işləyərkən ehtiyatlı olun. DİQQƏT! Korlanmış cavab vərəqi dəyişdirilmir.
Sual: İmtahana düşən sualların səhv olmasının ehtimalı varmı?
Cavab: İmtahana düşən suallar tapşırıq və test bankından kompüter proqramı vasitəsi ilə seçilir. Bu tapşırıqları imtahana düşməmişdən əvvəl peşəkar mütəxəssislər tərəfindən dəfələrlə ekspertizadan keçirilir. Səhv olma ehtimalı minuma endirilir. Təsadüfi texniki səhvlərin imtahan verənlərin nəticəsinə təsir etməməsi üçün bütün tədbirlər görülür.
Sual: İmtahanda yaranan xoşagəlməz hallar zamanı hansı addımlar atıla bilər?
- Həyəcanlandığınız halda bir neçə dəqiqə dərindən və sakit nəfəs alın. Nəfəsi bir neçə saniyə saxlayıb, sonra isə yavaş-yavaş nəfəsinizi buraxın. Əgər özünüzü çox pis hiss etdiyinizi görsəniz, nəzarətçiyə müraciət edin.
- Yaddan çıxartmayın ki, “imtahan başlandı” elan olunan andan etibarən imtahan qurtarana kimi səbəbindən asılı olmayaraq imtahan zalını tərk etmək olmaz.
- Əgər imtahan zamanı hər hansı qayda pozuntusu aşkar etsəniz, problem ilə üzləşsəniz nəzarətçiyə və ya imtahan rəhbərinə bununla bağlı məlumat verə bilərsiniz, soruşa bilərsiniz.
Sual: İmtahan vaxtı qurtarandan sonra nə etməlisiniz?
Cavab: İmtahan vaxtı başa çatan kimi nəzarətçi cavab vərəqini yığacaq. Əgər siz cavablarınızı oraya köçürə bilməmisinizsə, buna əlavə vaxt verilmədən cavab vərəqiniz götürüləcək. Odur ki, vaxtdan səmərəli istifadə etmək, cavabları vaxtında və səliqə ilə cavab vərəqinə köçürmək lazımdır.
Başqa sizin nə edəcəyiniz haqda nəzarətçi sizi məlumatlandıracaq.
SİZƏ MÜVƏFFƏQİYYƏTLƏR ARZULAYIRIQ!
Comments are closed, but trackbacks and pingbacks are open.