Dağ-mədən nəzarəti dövlət agentliyi sətəm kitabı
Qeyd edək ki,biraz əvvəl 63 yaşlı Şirvanlı iş adamı Qurbanxan Dəmirov Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan Sənayedə İşlərin Təhlükəsiz Görülməsı-Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin direktoru S.Qurbanov barəsində KİV-lərə məlumat göndərib,ondan aidiyyatı qrumlara şikayət etmişdi.
FHN-nin Dağ-Mədən Nəzarəti Agentliyinə yeni direktor təyin edilib
Fövqəladə Hallar Nazirliyinin agentlik direktoru işdən çıxarılıb.
Faktinfo.az xəbər verir ki,Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyinin direktoru Səfər Qurbanov tutduğu vəzifədən kənarlaşdırılıb.Səfər Qurbanovun yerinə Səmədağa Səmədov təyin edilib.
Qeyd edək ki,biraz əvvəl 63 yaşlı Şirvanlı iş adamı Qurbanxan Dəmirov Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan Sənayedə İşlərin Təhlükəsiz Görülməsı-Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin direktoru S.Qurbanov barəsində KİV-lərə məlumat göndərib,ondan aidiyyatı qrumlara şikayət etmişdi.
Sahibkarın bildirdiyinə görə, adıçəkilən quurum vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə texniki müayinə, yuma, doqozasiya və digər müxtəlif bəhanələrlə sahibkarlardan və iş adamlarından qanunsuz rüsumlar tələb edirmiş.
Faktinfo.az
Dağ-mədən nəzarəti dövlət agentliyi sətəm kitabı
2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı ilə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında
I. ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (bundan sonra-Agentlik) öz səlahiyyətləri daxilində texniki təhlükəsizlik sahəsində dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edən, bu sahədə əlaqələndirməni və dövlət nəzarətini həyata keçirən orqandır.
2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra-Nazirlik) əmr və göstərişlərini rəhbər tutur.
3. Agentlik öz vəzifələrini yerinə yetirərkən Nazirliyin Mərkəzi aparatının struktur bölmələri, tabeliyində olan qurumlar, digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatlan ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. [1]
4. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Nazirliyin və Agentliyin adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Nazirliyə ayrılmış dövlət büdcəsi vəsaiti və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Agentlik Bakı şəhərində yerləşir.
II. AGENTLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
7. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. öz səlahiyyətləri daxilində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.2. Agentliyin səlahiyyətlərinə aid edilən texniki təhlükəsizlik məsələləri üzrə dövlət nəzarəti funksiyalarını həyata keçirir;
7.3. Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə fövqəladə halların qarşısının alınmasının təşkilində öz səlahiyyətləri daxilində iştirak edir;
7.4. Agentliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;
7.5. Agentlik qanunvericilik ilə onun səlahiyyətlərinə aid olan digər istiqamətlərdə də fəaliyyət göstərir.
III. AGENTLİYİN VƏZİFƏLƏRİ
8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirilir:
8.1. təhlükə potensiallı obyektlərdə və dağ-mədən sahəsində müəyyən edilmiş qaydada texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək;
8.2. təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların, avadanlıqların, maşın və mexanizmlərin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu baxımından sertifikatlaşdırılmasını təşkil etmək və təhlükəsiz istismarı müddətinin məhdudlaşdırılması və ya uzadılması qaydalarını təyin etmək; [2]
8.3. təhlükə potensiallı obyektlərdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların siyahısını təsdiq etmək;
8.4. təhlükə potensiallı obyektlərin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərini razılaşdırmaq;
8.5. texniki təhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklifləri, normativ hüquqi aktların layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək;
8.6. istismar olunan təhlükə potensiallı obyektlər üçün təhlükəsizlik tələblərini müəyyən etmək;
8.7. partlayıcı və pirotexnik materialların, radioaktiv maddələrin və ionlaşdırıcı şüa mənbələrinin itirilməsi və dağıdılmasının şəraiti və səbəblərinin texniki araşdırılmasında iştirak etmək; [3]
8.8. təhlükə potensiallı obyektlərdə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilmiş texniki təhlükəsizlik ekspertizasının nəticəsi barədə rəyi təsdiq etmək;
8.9. təhlükə potensiallı obyektlər üçün texniki təhlükəsizlik bəyannaməsini və onların tərtib olunma qaydalarını hazırlamaq;
8.10. təhlükə potensiallı obyektlərin istismarı üzrə texniki təhlükəsizliyin vəziyyəti barədə hüquqi və fiziki şəxslərdən bəyannamələri qəbul etmək;
8.11. öz səlahiyyətləri daxilində təhlükə potensiallı obyektlərin dövlət reyestrinin aparılmasını həyata keçirmək və onların ixtisaslaşdırılmış təşkilatlar tərəfindən tərtib edilmiş tikinti-quraşdırma, əsaslı təmir və istismar layihələrinə razılıq vermək;
8.12. təhlükə mənbəyi olan istehsalat obyektlərində istifadə olunan texniki qurğuların, avadanlıqların, maşın və mexanizmlərin təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğun olmasına nəzarət etmək;
8.13. istismar zamanı texniki qurğuların, avadanlıqların, maşın və mexanizmlərin diaqnostikasını və texniki baxışını həyata keçirmək;
8.14. öz səlahiyyətləri daxilində müvafiq dövlət orqanları ilə birlikdə texniki təhlükəsizliyi məsələləri üzrə dövlət standartlarını, tikinti norma və qaydalarını, əməyin mühafizəsi qaydalarını, sərəncam, təlimat, metodiki və digər sənədlərin layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək; [4]
8.15. ionlaşdırıcı şüa mənbələrinin istifadəsi ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların istehsalat nəzarətinin həyata keçirilməsi qaydalarına razılıq vermək;
8.16. öz səlahiyyətləri daxilində ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirmək, onların effektivliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsi işini aparmaq;
8.17. radiasiya qəzası baş vermə ehtimalı olan müəssisə və təşkilatlarda işçilərin və əhalinin radiasiya qəzasından və qəzanın nəticəsindən mühafizəsinin təmin edilməsinə dair tədbirlər planına razılıq vermək;
8.18. radioaktiv maddə və ionlaşdırıcı şüa mənbələrinin iş yerlərində anbarlarda müvəqqəti saxlanmasına icazə vermək;
8.19. qanunvericiliklə müəyyən edilmiş qaydada hərbiləşdirilmiş dağ-xilasedici hissələr, fontana qarşı və qəzaların nəticələrinin aradan qaldırılması məqsədilə qəza-xilasedici bölmələr tərəfindən müəssisə və idarələrdə aparılan işlərin vəziyyətinə və hazırlığına, ölkə ərazisində bu hissələr və bölmələr tərəfindən aparılan profilaktik işlərə nəzarət etmək;
8.20. energetika obyektlərinin, metallurgiya və təzyiq altında işləyən avadanlıqların, buxar qazanlarının və qabların, buxar və isti su kəmərlərinin, yükqaldıran qurğuların və liftlərin, eskalatorların, funikulyorların, sərnişin və yük asma kanat yollarının, mexanikləşdirilmiş attraksionların qeydiyyatını aparmaq və onların təhlükəsiz istismarına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək;
8.21. ixtisaslaşdırılmış müəssisələr tərəfindən yeraltı qaz kəmərlərinin və qaz qurğularının tikintisi ilə əlaqədar olan işlərə texniki təhlükəsizlik baxımından razılıq vermək;
8.22. qaz nəzarəti obyektlərinin tikintisi və quraşdırılması üzrə işə başlamazdan əvvəl texniki nəzarət üçün qeydiyyata almaq;
8.23. partlayıcı materialların saxlanma anbarlarının texniki təhlükəsizlik baxımından istismarına və partlayış işlərinin aparılmasına razılıq vermək;
8.24. öz fəaliyyət istiqamətlərinə uyğun olaraq təbii resursların istifadəsinin, ətraf mühitə atılan zərərli maddələrin, məişət və istehsalat tullantılarının təkrar emalı və basdırılması ərazilərinin yerləşdirilməsinin limitlərinin və kvotalarının müəyyən edilməsinə rəy vermək, bu işin aparılması üçün öz nümayəndəsini təyin etmək; [5]
8.25. öz səlahiyyətləri daxilində hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirmək;
8.26. öz səlahiyyətləri daxilində hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasını keçirmək və təsdiq etmək;
8.27. hidrotexniki qurğuların dövlət reyestrinin aparılmasında iştirak etmək;
8.28. hidrotexniki qurğuların, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğularının mühafizə zonalarının ölçülərinin, sərhədlərinin və istifadə rejiminin müəyyən edilməsində iştirak etmək;
8.29. hidrotexniki qurğuların yerləşdirilməsində, habelə istismar qaydalarının razılaşdırılmasında, tikintinin keyfiyyətinə nəzarət və tikintisi qurtarmış obyektlərin istismara qəbulunda, istismarında, konservasiyasında və ləğv edilməsində iştirak etmək;
8.30. təhlükəli yüklərin avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələri ilə daşınma marşrutlarının müəyyən edilməsinə öz səlahiyyətləri daxilində razılıq vermək;
8.31. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılmasına dövlət nəzarətini həyata keçirmək və mübahisələrin həllində texniki araşdırmalar aparmaq və rəy vermək;
8.32. faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar yerin təkindən istifadə ilə bağlı işlərin təhlükəsiz aparılmasına dövlət nəzarətini həyata keçirmək, faydalı qazıntıların hasilatı və bununla əlaqədar olan digər işlərin texniki layihəsinin müəyyən olunmuş qaydada dövlət ekspertizasını aparmaq;
8.33. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla dağ-mədən sahələrinin ayrılmasına razılıq vermək; [6]
8.34. faydalı qazıntı yataqlarının istismarı layihələrini və dağ-mədən işlərinin inkişafı planlarını, yerin təkinin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə uyğun müəyyən olunmuş qaydada razılaşdırmaq;
8.35. öz səlahiyyətləri daxilində yer təkinin istifadəsi ilə əlaqədar işlərin təhlükəsiz görülməsi üçün müəyyən edilmiş standartların, normativlərin və qaydaların tələblərinin yerinə yetirilməsinə rəy vermək;
8.36. öz səlahiyyətləri daxilində faydalı qazıntılar yerləşən sahələrdə yaşayış məntəqələrinin, sənaye komplekslərinin və digər təsərrüfat obyektlərinin layihələndirilməsinə və tikintisinə dair işlərin aparılmasına, eləcə də yeraltı qurğuların yerləşdirilməsinə qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazə vermək;
8.37. yer təkinin istifadəsi ilə əlaqədar aparılan markşeyder işlərinə nəzarət etmək;
8.38. öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada istehsalat sahələrində istifadə olunan təhlükə potensiallı sənaye avadanlıqlarının təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğun layihələndirilməsinə, istehsalına və əsaslı təmirinə nəzarəti həyata keçirmək;
8.39. dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğvi və konservasiyası haqqında aktlara razılıq vermək;
8.40. təhlükə potensiallı obyektlərin istismara qəbulunda iştirak etmək;
8.41. öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada qaz ekspertlərinin fəaliyyətinə nəzarət etmək;
8.42. öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada qaz təhlükəsizliyi ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq və bu işlə məşğul olan müəssisə və idarələrə metodiki rəhbərliyi həyata keçirmək;
8.43. Agentliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə normativ texniki aktların və metodik sənədlərin təkmilləşdirilməsini həyata keçirmək, texniki məlumatlar nəşr etmək, elmin və texnikanın nailiyyətlərini əks etdirən informasiya bülletenləri buraxmaq və həmin sənədlərlə ölkədə fəaliyyət göstərən əlaqədar müəssisə və təşkilatları tanış etmək;
8.44. arxiv sənədlərinin qeydiyyatını, mühafizəsini , istifadə edilməsini və arxiv fonduna təhvil verilməsini həyata keçirmək; [7]
8.45. öz səlahiyyətləri daxilində dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin etmək;
8.46. Agentliyin fəaliyyəti ilə bağlı olan dövlət və statistika hesabatlarının təkmilləşdirilməsi üzrə təklifləri işləyib hazırlamaq və onun müəyyən olunmuş qaydada ümumiləşdirilməsini və təqdim edilməsini təmin etmək;
8.47. Agentliyin fəaliyyət sahələri üzrə peşə və kadr hazırlığı, kadrların əlavə təhsili üzrə proqram layihələri hazırlamaq və Nazirliyə təqdim etmək, belə proqramların yerinə yetirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; [8]
8.48. Agentliyə ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və digər maliyyə vasitələrindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;
8.49. Agentliyin daxili strukturunun formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;
8.50. Agentliyin aparatının, tabeliyində olan təşkilatların kadr, maliyyə və təsərrüfat məsələlərinə aid fəaliyyətinin müvafiq normativ hüquqi aktların tələblərinə, Nazirliyin müvafiq təlimatlarına uyğun olmasına nəzarət etmək;
8.51. Agentliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı şikayət və ərizələrə baxmaq, qanunvericiliyə və Nazirliyin müvafiq təlimatlarına uyğun tədbirlər görmək;
8.52. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun ona həvalə edilmiş digər vəzifələri yerinə yetirmək.
IV. AGENTLİYİN HÜQUQLARI
9. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. Agentliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə texniki təhlükəsizlik və yerin təkinin mühafizəsi tələblərini yoxlamaq məqsədilə mülkiyyət formasından asılı olmayaraq təhlükə potensialı obyektlərə sərbəst daxil olmaq;
9.2. təhlükə potensiallı obyektlərdə və dağ-mədən sahələrində baş vermiş qəza və bədbəxt hadisə faktı üzrə texniki təhqiqatın aparılması üçün xüsusi komissiya yaratmaq;
9.3. texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuları aradan qaldırmaq məqsədilə öz səlahiyyətləri daxilində yazılı göstərişlər vermək; [9]
9.4. təhlükə potensiallı obyektlərdə tətbiq olunan texniki qurğuların texniki təhlükəsizlik ekspertizasının həyata keçirilməsinin zəruriliyi barədə öz səlahiyyətləri daxilində qərar qəbul etmək;
9.5. təhlükə potensiallı obyektlərdə insanların həyatı üçün təhlükə yarandıqda və ya qəza baş verdikdə işçilərin iş yerlərini tərk etməsi barədə qərar vermək, zəruri hallarda işləri dayandırmaq və avadanlığın möhürlənməsini həyata keçirmək;
9.6. təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizlik sahəsində norma və qaydalara əməl olunmasına istehsalat nəzarətini təşkil etmək və onun həyata keçirilməsi üçün daxili nəzarətin aparılması səlahiyyəti verilmiş işçilər barədə məlumat tələb etmək;
9.7. təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələri mütəxəssislərinin və vəzifəli şəxslərinin təhlükəsizlik tədbirləri üzrə əlavə təhsilə cəlb olunmasını tələb etmək, qanunvericiliklə nəzərdə tutulmuş attestasiyasını keçirmək və müvafiq vəsiqələr vermək;
9.8. təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələri mütəxəssislərinin və işçilərinin əməyinin mühafizəsi və təhlükəsizlik texnikası normaları və qaydaları üzrə təhsilini və təlimatlandırılmasını həyata keçirən hüquqi və fiziki şəxslərin tədris metodikalarını razılaşdırmaq;
9.9. sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə öz səlahiyyətləri daxilində işlərin təhlükəsiz görülməsinə, partlayış və pirotexnik materialların, partlayış tərkibli məmulatların saxlanmasına, işlədilməsi və uçotuna dair qaydaların və normaların, texniki təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, dağ-mədən işlərində yoxlamanın nəticələri barədə qərarların yerinə yetirilməməyinə görə inzibati məsuliyyətə cəlb etmək və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək;
9.10. qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada təhlükə potensiallı sənaye avadanlıqlarının və obyektlərin layihələndirilməsinə, istehsalına, quraşdırılmasına, sazlanmasına, əsaslı təmirinə və istismarına razılıq vermək, onların şərtləri yerinə yetirilmədikdə müvafiq tədbirlər görmək;
9.11. texnoloji nəqliyyat vasitələrinin, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparmaq, onlara qeydiyyat şəhadətnaməsi vermək və ildə bir dəfə texniki baxışdan keçirmək; [10]
9.12. təhlükə potensiallı obyektlərə öz səlahiyyətləri daxilində maneəsiz baxış keçirmək, onların təhlükəsizliyi barədə materiallarla tanış olmaq və texniki vəziyyətinin təhlükəsizlik bəyannaməsinə uyğunluğunu yoxlamaq;
9.13. çayların məcralarında, sututarlarında, onlara bitişik sahələrdə və dənizdə hidrotexniki qurğuların təhlükəsizliyinə xələl gətirən hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyətini öz səlahiyyətləri daxilində məhdudlaşdırmaq və ya dayandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək;
9.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq yer təkindən istifadə ilə əlaqədar texniki təhlükəsizlik tələbləri pozulduqda yerin təkindən istifadə üçün verilmiş hüquqları qanuna müvafiq olaraq məhdudlaşdırmaq, dayandırmaq və ya ləğv etmək məqsədilə yer təkindən istifadə hüququ verən aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək; [11]
9.15. Agentliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Nazirliklə razılaşdırılmış qaydada mərkəzi icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatlar almaq barədə sorğu vermək və onlardan belə məlumatlan (sənədləri) almaq;
9.16. təhlükə potensiallı obyektlərə dair öz səlahiyyətləri daxilində icrası məcburi olan qərarlar qəbul etmək; [12]
9.17. tabeliyində olan təşkilatlar tərəfindən yerinə yetirilən xidmətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və miqdarda ödənişlər tətbiq etmək, bu xidmətlərdən əldə olunmuş vəsaitlər və qanunvericiliyə zidd olmayan digər daxilolmalar hesabına Nazirliyin büdcədənkənar fondunun yaradılmasında iştirak etmək;
9.18. Agentliyin fəaliyyətinə aid aktual məsələləri müzakirə etmək üçün nümayəndəlik əsasında idarələrarası əlaqələndirmə və məşvərət orqanları yaratmaq və zəruri hallarda onların işinə mütəxəssislər və ekspertlər cəlb etmək;
9.19. sərəncamında olan maliyyə vəsaitlərini müəyyən olunmuş qaydada idarə etmək;
9.20. Agentliyin işçilərinin, onların ailə üzvlərinin sağlamlığının qorunması ilə bağlı kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə dair Nazirlik qarşısında məsələ qaldırmaq;
9.21. qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq hakimiyyət orqanları (qurumları) ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
9.22. kadrların hazırlanması və əlavə təhsili ilə bağlı proqramların həyata keçirilməsində iştirak etmək;
9.23. qanunvericiliklə müəyyən olunmuş qaydada qəzet, jurnal, bülleten buraxılmasında, nəşriyyat işinin həyata keçirilməsində, Nazirliyin İnternet saytının təşkilində öz səlahiyyətləri daxilində iştirak etmək;
9.24. Agentliyin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. AGENTLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
10. Agentliyin aparatı və tabeliyində olan struktur bölmələri Agentliyin vahid sistemini təşkil edir.
11. Agentliyin aparatının, eləcə də bu Əsasnamənin 1-ci bəndində göstərilən tədbirləri öz səlahiyyətləri daxilində həyata keçirən büdcədən maliyyələşdirilən sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti müfəttişliklərinin işçiləri dövlət qulluqçusu statusuna malikdirlər.
Agentliyin tabeliyində olan büdcədən maliyyələşdirilən struktur bölmələrinin dövlət qulluqçusu olmayan işçilərinin vəzifə maaşları Vahid Tarif Cədvəli üzrə müəyyən edilir.
12. Agentliyin aparatının və tabeliyində olan struktur bölmələrin strukturu, ştat cədvəli və Nazirliyin büdcədən maliyyələşdirilən işçilərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən say həddi daxilində büdcədən maliyyələşdirilən işçilərinin sayı, büdcə vəsaitləri üzrə xərclər smetası və qanunvericiliklə müəyyən edilmiş digər mənbələr üzrə gəlirlər və xərclər smetası Nazirlik tərəfindən təsdiq edilir.
13. Agentlikdə işçilərin vəzifələrə təyin və vəzifələrdən azad edilməsi qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən həyata keçirilir.
14. Agentliyin aparatının və büdcədən maliyyələşdirilən struktur bölmələrinin maliyyələşdirilməsi dövlət büdcəsindən Nazirliyin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
15. Agentliyin fəaliyyətinə Agentliyin rəisi (bundan sonra – rəis) rəhbərlik edir.
16. Rəis Azərbaycan Respublikası fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
17. Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə rəis şəxsən məsuliyyət daşıyır.
18. Rəisin Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
19. Rəisin müavinləri rəis tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
20. Rəis aşağıdakı səlahiyyətlərə malikdir:
20.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
20.2. öz müavinlərinin səlahiyyətlərini müəyyən edir;
20.3. Agentliyin büdcədən maliyyələşdirilən struktur bölmələrinin işçilərinin qanunvericiliklə nəzərdə tutulmuş həvəsləndirmə və intizam tədbirlərinə cəlb edilməsi üçün Nazirliyə təqdimat verir;
20.4. səlahiyyətləri daxilində Agentliyin aparatının və tabeliyində olan qurumların fəaliyyətinə dair əmrlər, sərəncamlar və göstərişlər verir;
20.5. Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;
20.6. səlahiyyətləri daxilində Agentliyin fəaliyyət dairəsinə aid məsələlər üzrə beynəlxalq danışıqlarda iştirak edir;
20.7. Agentliyin büdcədən maliyyələşdirilən struktur bölmələrinin əsasnamələrini (və ya tabeliyində özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək qurumların nizamnamələrini) hazırlayır və təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
20.8. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsini təmin edir;
20.9. növbəti il üçün Agentliyin saxlanması xərclərinin strukturu və məbləği barədə Nazirliyə təkliflər hazırlayır;
20.10. Agentliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində Nazirlik tərəfindən verilən səlahiyyətlər daxilində Nazirliyi təmsil edir;
20.11. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1. 28 oktyabr 2008-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 oktyabr 2008-ci il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 898)
2. 3 aprel 2009-cu il tarixli 74 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 5 aprel 2009-cu il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 219)
3. 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289)
4. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
6. 9 mart 2017-ci il tarixli 1282 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 mart 2017-ci il, № 58 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 360 )
7. 26 noyabr 2018-ci il tarixli 365 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 noyabr 2018-ci il, № 268 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №11, maddə 2278 )
8. 13 iyul 2021-ci il tarixli 1393 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 14 iyul 2021-ci il, № 145 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 727 )
9. 5 avqust 2022-ci il tarixli 1808 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 4 avqust 2022-ci il, “Azərbaycan” qəzeti 6 avqust 2022-ci il, № 165 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 868)
10. 18 avqust 2022-ci il tarixli 1814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 874)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə»nin 3-cü bəndindən «Mərkəzi» sözü çıxarılmışdır.
[2] 9 mart 2017-ci il tarixli 1282 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 mart 2017-ci il, № 58 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 360 ) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.1-ci bəndində “texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə, “aparmaq” sözü “təşkil etmək” sözləri ilə əvəz edilmişdir.
[3] 3 aprel 2009-cu il tarixli 74 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 5 aprel 2009-cu il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 219) ilə 8.7-ci bənddən “, radioaktiv maddələrin və ionlaşdırıcı şüa mənbələrinin” sözləri çıxarılmışdır.
[4] 3 aprel 2009-cu il tarixli 74 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 5 aprel 2009-cu il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 219) ilə 8.14-cü bənddə “radiasiya” sözü “texniki” sözü ilə əvəz edilmişdir və 8.15-ci, 8.16-cı, 8.17-ci və 8.18-ci bəndlər çıxarılmışdır.
[5] 26 noyabr 2018-ci il tarixli 365 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 noyabr 2018-ci il, № 268 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №11, maddə 2278 ) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.24-cü bəndində “səlahiyyətləri daxilində təhlükəli təsərrüfat fəaliyyəti növləri üzrə” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.
[6] 13 iyul 2021-ci il tarixli 1393 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 14 iyul 2021-ci il, № 145 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 727 ) ilə “Azərbaycan Respublikas ı F ö vqəladə Hallar Nazirliyinin Sənayedə İş lərin Təhl ü kəsiz G ö r ü lməsi və Da ğ -Mədən Nəzarəti D ö vlət Agentliyi haqq ı nda Əsasnamə”nın 8.33-cü bəndindən “ aidiyyəti d ö vlət orqanlar ı ilə raz ı la ş d ı r ı lmaqla ” s ö zləri çı xar ı l mışdır.
[7] 18 avqust 2022-ci il tarixli 1814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 874) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.44-cü bəndində “sənədlərin uçotunu, saxlanılmasını” sözləri “arxiv sənədlərinin qeydiyyatını, mühafizəsini” sözləri ilə əvəz edilmişdir.
[8] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.47-ci bəndində “onların təkmilləşdirilməsi, ixtisaslarının artırılması” sözləri “kadrların əlavə təhsili” sözləri ilə, 9.7-ci bəndində “ixtisaslarının artırılmasını və təkmilləşdirilməsini” sözləri “əlavə təhsilə cəlb olunmasını” sözləri ilə, 9.22-ci bəndində “, təkmilləşdirilməsi və ixtisasının artırılması” sözləri “və əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.
[9] 3 aprel 2009-cu il tarixli 74 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 5 aprel 2009-cu il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 219) ilə 9.3-cü bənddə “, habelə ionlaşdırıcı şüa mənbələrindən istifadə edilməsi ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlara radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində” sözləri “məqsədilə” sözü ilə əvəz edilmişdir.
[10] 28 oktyabr 2008-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 oktyabr 2008-ci il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 898) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 9.11-ci bəndində “və mexaniki (kənd təsərrüfatı üçün nəzərdə tutulan tırtıllı mexaniki vasitələr istisna olmaqla)” sözləri “nəqliyyat vasitələrinin, həmçinin qanunvericiliklə müəyyən edilmiş nəqliyyat vasitələri istisna olmaqla, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki” sözləri ilə əvəz edilmişdir.
16 mart 2016-cı il tarixli 837 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 17 mart 2016-cı il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 458 ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 9.11-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
hüquqi və fiziki şəxslərin ümumi istifadəsində olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinin, həmçinin qanunvericiliklə müəyyən edilmiş nəqliyyat vasitələri istisna olmaqla, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparmaq, onlara qeydiyyat şəhadətnaməsi vermək və ildə bir dəfə texniki baxışdan keçirmək;
[11] 13 iyul 2021-ci il tarixli 1393 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 14 iyul 2021-ci il, № 145 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 727 ) ilə “Azərbaycan Respublikas ı F ö vqəladə Hallar Nazirliyinin Sənayedə İş lərin Təhl ü kəsiz G ö r ü lməsi və Da ğ -Mədən Nəzarəti D ö vlət Agentliyi haqq ı nda Əsasnamə”nın 9.14-cü bəndindən “ məhdudla ş d ı rmaq , ” s ö zü çı xar ı l mışdır.
5 avqust 2022-ci il tarixli 1808 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 4 avqust 2022-ci il, “Azərbaycan” qəzeti 6 avqust 2022-ci il, № 165 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 868) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 9.14-cü bəndində “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq ” sözləri ilə, “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri “qanuna müvafiq olaraq” sözləri ilə əvəz edilmişdir.
[12] 3 aprel 2009-cu il tarixli 74 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 5 aprel 2009-cu il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 219) ilə 9.16-cı bənddə “obyektlər və ionlaşdırıcı şüa mənbələri olan müəssisələr, idarələr və təşkilatlara” sözləri “obyektlərə” sözü ilə əvəz edilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.