Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeləri güclənir
CƏMİYYƏT
Daglıq qarabağ problemi
Dağlıq Qarabağ problemi dalanda?
22:46 16-01-2013
CƏMİYYƏT
Dağlıq Qarabağ problemi dalanda?
Millət vəkili Rasim Musabəyovun bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesi dalana dirənib.
Onun dediyinə görə, bu faktı Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində də diqqətə çatdıraraq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi durğunluq mərhələsinə qədəm qoyub: “Qeyd etmək lazımdır ki, danışıqlar prosesinin dalana dirənməsi və faktiki olaraq durğunluq mərhələsinə qədəm qoyması ermənilərin danışıqlar prosesində tutduqları qeyri-konstruktiv mövqe ilə bağlıdır. Onlar bu yolla işğal altında saxladıqları əraziləri leqallaşdırmağa, eləcə də onlara sərf edən hazırkı status-kvo vəziyyətini saxlamağa çalışırlar”.
2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair gözləntilərinə gəlincə, millət vəkili bildirib ki, cari ildə Ermənistan-Azərbaycan konfliktinin çözümü istiqamətində kifayət qədər intensiv danışıqların müşahidə olunacağını düşünmür:
“Rəsmi mövqeyimiz ondan ibarətdir ki, prinsipləri sonadək çeynəmək faydasızdır. Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərlərinin bəyanatında prinsiplərin əsas maddələri səsləndirilib. Səslənən hissəyə Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Astana sammitində müsbət cavab veriblər. Belə olan halda, konkret müqavilə imzalamaq lazımdır. Elə bir müqavilə imzalanmalıdır ki, burada tərəflərin atacağı addımların bütün ardıcıllığı öz əksini tapsın. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi təkid edir ki, həmsədrlər konkret sülh müqaviləsini hazırlamağa başlasınlar. Hesab edirəm ki, həmsədrlər müqavilə ətrafında işlərini aparacaqlar”.
Politoloq Ərəstun Oruclunun fikrincə, “Əslində, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında aparılan danışıqlar prosesi çoxdan dalana dirənib. Bunun da bir sıra səbəbləri var. Amma başlıca səbəb ondan ibarətdir ki, bu münaqişəyə birbaşa və ya dolayısı ilə dəxli olan tərflərin heç biri indiki status-kvonun dəyişdirilməsini istəmir. Çünki bu durumun dəyişməsi bir neçə xoşagəlməz risklərlə bağlıdır. Artıq çoxdandr ki, Dağlıq Qarabağ problemi daxili və xarici siyasətin predmetinə çevrilib”.
Politoloqun sözlərinə görə, “Risk amilinə prezident seçkilərini də aid eləmək olar. Bu il həm Azərbaycanda, həm də Ermənistanda prezident seçkiləri keçiriləcək. Ermənistanın prezidenti Sərkisyan artıq bəyan edib ki, Dağlıq Qarabağ məsələsi ölüm-dirim məsələsidir. Bu ifadəni daha çox Ermənistandakı seçkiqabağı təşviqat kampaniyasının elementi kimi qavramaq lazımdır. Yəni Sərkisyan seçicilərin nəzərində vətənpərvər prezident imici yaratmağa cəhd edir”.
Politoloq “Unikal”a bildirib ki, “Qarabağ probleminin köklü şəkildə və ədalət əsasında həll edilməsi bölgədə maraqları olan dövlətlərə də sərf etmir. Onlar bu münaqişənin bu formada qalmasında maraqlıdırlar ki, yeri gələndə həm Azərbaycana, həm də Ermənistana təzyiq edə bilsinlər. Yəni onlar üçün Qarabağ problemi siyasi-diplomatik manevr meydanına çevrilib”.
Savalan
“Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeləri güclənir”
“Son zamanlar Dağlıq Qarabağ probleminin həlli ilə bağlı gedən proseslərdə Azərbaycanın mövqeyi güclənib”.
Bunu Milli.Az-a açıqlamasında professor, politoloq Fikrət Sadıxov deyib.
Onun sözlərinə görə, Azərbaycanın əlində bu problemin həli üçün lazım olan hüquqi və diplomatik baza var: “Mən bu günlərdə Bakıda Qərb Universitetinin təşkilatçılığı ilə “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransında çıxış etdim. Mənim məruzəm “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi: Geosiyasət və hüquq prizmasından” mövzusunda idi.
Söhbət məsələyə konkret geosiyasi və hüquqi prizmadan baxışdan gedir. Bu baxımdan Azərbaycan və Gürcüstanın problemləri oxşar olsa da, vəziyyət fərqlidir. Mən bunu konfransda iştirak edən gürcü mütəxəssislərə də dedim ki, gürcülərin hüquqi aspektdən dəlilləri çox zəifdir. Məsələn, beynəlxalq strukturların qərarlarında Abxaziya və Cənubi Osetiya məsələləri öz təsdiqini tapmayıb. Bizdə isə Dağlıq Qarabağın ətrafındakı 7 rayonun işğaldan azad olunmasına dair BMT-nin 4 qətnaməsi, Avropa Şurasının sənədləri var, üstəlik ərazi bütövlüyümüz dövlətlər tərəfindən tanınır. Əlbəttə, bu bizim üçün diplomatik uğurdur. Bunlar bizim üçün Gürcüstandan fərqli məqamlardır. Digər tərəfdən, geosiyasi baxımdam bir sıra aparıcı dövlətlər Cənubi Qafqazın və Azərbaycanın əhəmiyyətini anlayaraq və bu maraqları yüksək qiymətləndirərək bizimlə münasibətlərin inkişafında maraqlıdırlar”.
Politoloq qeyd edib ki, artıq 30 ilə yaxındır davam edən Dağlıq Qarabağ problemi ilə bağlı proseslərin inkişafını 3 mərhələyə bölmək olar: “Birincə mərhələdə, yəni Dağlıq Qarabağ problemi gündəmə gələndə ermənilərin əsas şüarı “miatsum” idi. “Miatsum” ermənicə birləşmə deməkdir. Onlar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini istəyirdilər. Amma bu onlarda alınmadı.
İkinci mərhələdə ermənilər dedilər, yox, Ermənistanla birləşmirik, istəyirik müstəqil dövlət olaq. Ermənistan və Dağlıq Qarabağın separatçı rejimi bir neçə il buna nail olmağa çalışdı. Amma bu da alınmadı. Heç bir dövlət və ya beynəlxalq təşkilat onları tanımadı və heç tanımaq fikrində də deyil. Artıq 25 ildir keçib. Separatçılar çox istədilər ki, heç olmasa Ermənistan onları tanısın. Amma heç Ermənistan da onları tanımadı, halbuki, bunu çox etmək istəyirdi. Lakin Rusiya buna qarşı çıxdı. Dedilər ki, əgər Dağlıq Qarabağı tanısan, Minsk prosesi, bütün danışılar məhv olacaq, heç nə alınmayacaq və bu, Ermənistanın özünün maraqlarına bir zərbə olacaq. Azərbaycan isə onun prezidenti başda olmaqla dəfələrlə bəyan edib ki, danışıqların, məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır. Eyni zamanda lazım olsa, güc vasitəsi ilə də torpaqlarımızı azad etməyə hazırıq. Bir neçə il bundan əvvəl bu sadəcə şüar kimi səslənirdisə, 2016-cı ilin aprel hadisələrindən sonra Azərbaycan həm Ermənistana, həm də Dağlıq Qarabağ rejiminə, həm onları dəstəkləyənlərə, həm də dünya birliyinə öz iradəsini, gücünü və torpaqları azad etmək istəyini hərb yolu ilə də nümayiş etdirdi. Cəmi 4 günə 2 min hektar torpaq azad edilib, artıq əhali ora qayıtmağa başlayıb. Ola bilər ki, bu, kiçik bir epizoddur, amma onun arxasında konkret siyasi addımlar dayanır”.
F.Sadıxovun qənaətincə, mövcud mərhələdə isə Azərbaycanın mövqeələri daha üstündür: “Son zamanlar bizim mövqelərimiz güclənib, onlar daha sərt, diplomatik addımlarımız daha çox hücum xarakterli olub. Biz sadəcə istəyirik ki, torpaqlarımız işğaldan azad edilsin. Bu, normal yanaşmadır. Eyni zamanda Dağlıq Qarabağın statusu ilə bağlı danışıqları da davam etməyə hazırıq. Amma bu heç də o demək deyil ki, Dağlıq Qarabağ müstəqil dövlət olacaq. Azərbaycan buna heç vaxt imkan verməyəcək”.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Qarabağ münaqişəsi: Problemlər, perspektivlər və həll yollarına dair məqamlar.pdf
XX əsrin 80-ci illərinin sonlarında Ermənistan növbəti dəfə Azərbaycana qarşı əsassız ərazi iddiları irəli sürdü. Ölkəmizin tarixi-əzəli hissəsi olan Dağlıq Qarabağ bölgəsində Rusiyanın hər tərəfli himayəsi ilə yeni erməni separatçılığına rəvac verildi. Bu zəmində Ermənistanla Azərbaycan arasında münaqişə yarandı. 1988-1993-cü illərdə Yuxarı Qarabağ da daxil olmaqla, Şimali Azərbaycanın 13.210 km2 ərazisi Rusiya və Ermənistan qoşunları tərəfindən işğal olundu. “Dağlıq Qarabağ problemi”nin ortaya atılmasından indiyədək onu həllinə yönəlik çoxlu beynəlxalq səylər və cəhdlər olmuşdur. Xeyli sayda beynəlxalq və regional təşkilat münaqişənin tənzimlənməsi istiqamətində çalışmışdır.1992-ci il martın 24-də ATƏT-in Nazirlər Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupu yaradıldı. Həmsədrlər tərəfindən 1997-ci ilin iyununda DQ münaqişəsinin həlli ilə bağlı ilk təklif Azərbaycan və Ermənistana təqdim edildi. İlk təklif problemin paket həllini nəzərdə tuturdu. Həmsədrlərin verdiyi ikinci təklif də “Mərhələli plan” adlanırdı. Bu təklif 1997-ci ilin sentyabrında verildi. 1999-cu ilin noyabrında münaqişənin həllinə dair üçüncü bir təklif irəli sürüldü. Bu təklif “Ümumi dövlət” təklifi adlanırdı.
Comments are closed, but trackbacks and pingbacks are open.