Bir radio stansiyasını necə almaq olar
Maddə 43. Məsuliyyətdən azad edilmə halları
Teleradio yayımçısı həqiqətə uyğun olmayan informasiyanın yayılmasına görə məsuliyyətdən yalnız kütləvi informasiya vasitələri haqqında qanunvericilikdə nəzərdə tutulmuş hallarda azad olunur.
Daha çox radio stansiyasını necə qəbul edə bilərəm?
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. abonent – televiziya və radio (bundan sonra – teleradio) yayım xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs;
1.0.2. audiovizual informasiya – səslə müşayət olunan görüntülü (təsvirli) informasiya;
1.0.3. yayım kanalı – teleradio verilişlərinin yayımı üçün zəruri olan texniki vasitələrin məcmusu, habelə teleradio ötürücüsünün istifadə etdiyi tezlik zolağı;
1.0.4. teleradio yayımı – elektromaqnit dalğaları ilə açıq və ya kodlaşdırılmış formada, peyk, kabel və ya digər yerüstü texniki qurğular vasitəsilə kütləvi yaımlanan və istənilən sayda teleradio qəbuledicilər tərəfindən qəbul edilən səsli və ya görüntülü teleradio proqramlarının müəyyən məsafəyə ilkin ötürülməsi. Bu anlayışa həmçinin digər yayımçılar tərəfindən retranslyasiya edilən proqramlar da daxildir. “Teleradio yayımı” anlayışı telekommunikasiya sistemi ilə ötürülən və fərdi çağırışla qəbul edilən informasiyaları, yaxud digər materialları (faksla əlaqələr, elektron məlumat bankları və bu tipli digər xidmətlər) ehtiva etmir.
1.0.5. retranslyasiya – texniki vasitələrdən asılı olmayaraq teleradio yayımçısının qeyri-məhdud sayda şəxsə ötürdüyü teleradio proqramlarının (verilişlərinin) qismən, yaxud tam və dəyişdirilmədən qəbulu və eyni vaxtda yenidən yayımlanması;
1.0.6. telekommunikasiya – elektrik və elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi) ilə hər hansı siqnalın, səsin və təsvirin ötürülməsi və qəbul edilməsi;
1.0.7. kollektiv bölüşdürücü şəbəkə – teleradio proqramlarının peykdən, efirdən və kabel şəbəkəsindən qəbul olunaraq abonentlər arasında bölüşdürülməsi;
1.0.8. yayım zonası – fərdi qəbul şəraitinin dövlət texniki standartlarının və normalarının tələblərinə cavab verdiyi ərazi hüdudları;
1.0.9. teleradio yayımları şəbəkəsi – teleradio yayımçısının teleradio məhsullarını yayımlamaq üçün istifadə etdiyi və xüsusi razılıq (lisenziya) ilə müəyyənləşdirilən radiotezliklər, televiziya və radio öiürücü qurğuları, peyk ötürücü və qəbuledici stansiyaları, kabel və efir-kabel şəbəkələri;
1.0.10. teleradio yayımlarının tezlik siyahısı – efir məqsədi ilə istifadə olunan, istifadəsi planlaşdırılan və boş qalan radiotezlikləri əks etdirən sənəd;
1.0.11. canlı yayım – teleradio verilişlərinin əvvəlcədən lentə alınmadan birbaşa ötürülməsi;
1.0.12. sosial teleradio yayımı – karlar və ya eşitmə qabiliyyəti zəif olan insanlar üçün təhsil, tədris və informasiya xarakterli verilişlər və ya proqramlar;
1.0.13. teleradio yayımçısı – Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada reyestrdən keçən, teleradio proqramları (verilişləri) istehsal etmək və yayımlamaq səlahiyyəti olan, yaxud yayımın üçüncü şəxs vasitəsilə həyata keçirilməsini təmin edən fiziki və ya hüquqi şəxs;
1.0.14. ümumölkə yayımçısı – proqramları ölkənin bütün ərazisinə yayımlanan teleradio yayımçısı (“Ölkənin bütün ərazisi” dedikdə televiziya verilişləri üçün ölkə əhalisinin, radio verilişləri üçün ölkə ərazisinin azı 98 faizi başa düşülməlidir);
1.0.15. teleradio proqramı – əhalinin geniş təbəqəsi üçün nəzərdə tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər əsasında hazırlanan, canlı yayımlanan, yaxud əvvəlcədən lentə alınmış audio və audiovizual materialların (verilişlərin) məcmusu;
1.0.16. teleradio verilişləri – teleradio yayımı üçün hazırlanan, təşkilati və tematik baxımdan teleradio proqramlarının ayrıca və bitkin hissəsi sayılan informasiya və digər materiallar toplusu;
1.0.17. teleradio proqramlarının (verilişlərinin) istehsalçısı – yayımlanmaq üçün nəzərdə tutulan teleradio proqramları (verilişləri) hazırlayan fiziki və ya hüquqi şəxs;
1.0.18. texniki yayım vasitələri – proqramların istehlakçıya çatdırılması üçün istifadə olunan radioelektron vasitələrinin və texniki cihazların məcmusu;
1.0.19. qapalı teleradio şəbəkəsi – kütləvi yayım üçün nəzərdə tutulmayan təhsil, tədris, müdafiə, təhlükəsizlik və s. sahə maraqları üçün bir və ya bir-biri ilə əlaqəli bir neçə bina daxilində istifadə edilən kabelli televiziya;
1.0.20. kabel şəbəkəsi yayımı – radiosiqnalların kabel sistemi vasitəsilə ötürülməsini və qəbulunu təmin edən televiziya yayımı;
1.0.21. əlavə informasiya – teleradio yayım siqnalının tərkibində ötürülən və əsas proqramla heç bir əlaqəsi olmayan hərfli, rəqəmli, qrafik və digər informasiyalar;
1.0.22. yayım siqnalı – teleradio proqramlarını və əlavə informasiyaları ötürən elektromaqnit dalğaları;
1.0.23. yayım cədvəli – yayımçının efir siyasətinin aparıcı istiqamətlərini əks etdirən, teleradio proqramlarının siyahısını, adını, ardıcıllığını və efirə getmə vaxtını göstərən sənəd;
1.0.24. sərhədsiz televiziya – televiziya proqramlarının beynəlxalq müqavilələr əsasında digər ölkənin ərazisində yayımlanması;
1.0.25. teleticarət – daşınmaz əmlakın, mal və xidmətlərin alınmaq, satılmaq, göndərilmək üçün efir vasitəsilə təklif olunması;
1.0.26. sponsor – teleradio yayım fəaliyyəti ilə məşğul olmayan, adının tanınması, ticarət markasının şöhrətlənməsi, yaxud imicinin yüksəlməsi məqsədi ilə ayrılıqda bir verilişi və ya bir proqramı maliyyələşdirilən fiziki, yaxud hüquqi şəxs;
1.0.27. nəzarət fonoqramı – efirə verilmiş bütün teleradio proqramlarının verilişlərinin) nəzarət məqsədilə lentə alınması.
Maddə 2. Teleradio yayımının azadlığı
2.1. Azərbaycan Respublikasında teleradio yayımı azaddır. Teleradio yayımının azadlığı vətəndaşların informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
2.2. Teleradio yayımı sahəsində senzura yolverilməzdir.
2.3. Yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir və yalnız qanunla müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla bilər.
2.4. Dövlət və yerli özünüidarəetmə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqı təşkilatlarının, fiziki və hüquqi şəxslərin yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxiləsi qadağandır.
Maddə 3. Teleradio fəaliyyətinin əsas prinsipləri
Yayımçı öz fəaliyyətində informasiyanın əhatəliliyi, obyektivliyi, tam və doğru-dürüstlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinə əsaslanır.
Maddə 4. Teleradio yayımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
4.1. Teleradio yayımı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
4.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 5. Teleradio yayımında inhisarçılığa məhdudiyyətlər
5.1. Kabel şəbəkəsi ilə yayım və xarici ölkələrə yayım istisna olmaqla, bir teleradio yayımçısı, həmçinin onun struktur bölmələri televiziya ilə iki, radio ilə üç proqramdan artıq yayımla məşğul ola bilməzlər.
5.2. Fiziki və hüquqi şəxs yalnız bir teleradio yayımının təsisçisi (həmtəsisçisi) ola bilər.
II FƏSİL
Yayımçılar
Maddə 6. Azərbaycan Respublikasında teleradio sistemi
6.1. Azərbaycan Respublikasında teleradio yayımı milli teleradio sisteminin əsasını təşkil edən dövlət, bələdiyyə, özəl və ictimai yayımçılar tərəfindən həyata keçirilir.
6.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında bütün yayımçılar bərabər hüquqlara malikdir və qanun qarşısında eyni məsuliyyət daşıyırlar.
Maddə 7. Dövlət yayımçısı
7.0. Dövlət yayımçısı:
7.0.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada təsis olunur;
7.0.2. dövlət büdcəsi, reklamdan daxilolmalar və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir;
7.0.3. dövlətin və cəmiyyətin mənafeyinə yönəlmiş məlumatlandırıcı, maarifləndirici və əyləndirici proqramlar yayımlayır;
7.0.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş Əsasnamə ilə fəaliyyət göstərir.
Maddə 8. Bələdiyyə yayımçısı
8.1. Bələdiyyə yayımçısı:
8.1.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada yerli özünüidarəetmə orqanı tərəfindən təsis olunur və reyestrdən keçir;
8.1.2. yerli büdcə, reklamdan daxilolmalar və qanunla qadağan olunmayan digər mənbələr, habelə yerli rəy sorğusu yolu ilə qəbul edilən qərarla müəyyənləşdirilmiş abonent haqqı hesabına maliyyələşdirilir;
8.1.3. ayrılıqda təmsil olunduğu ərazinin, bütövlükdə cəmiyyətin mənayeyinə yönəlmiş məlumatlandırıcı, maarifləndirici və əyləndirici proqramlar yayımlayır;
8.1.4. teleradio fəaliyyətinin hüquqi rejimini bu Qanunun müddəalarını nəzərə almaqla, müstəqil şəkildə müəyyənləşdirir.
8.2. Bələdiyyə yayımçısı bir və ya bir neçə yerli özünüidarəetmə orqanı tərəfindən, yaxud fiziki və hüquqi şəxslərlə birlikdə təsis oluna bilər.
Maddə 9. İctimai yayımçı
9.1. İctimai yayımçı:
9.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq yaradılır və Yayım şurasına namizədlər siyasi fəaliyyətlə məşğul olmayan, üzvlərinin sayı min nəfəri ötən qeyri- kommersiya təşkilatları, ictimai, yaradıcı, dini və vətəndaş birlikləri, habelə Milli Elmlər Akademiyası tərəfindən irəli sürülür və müsabiqə qaydasında seçilir;
9.1.2. qanunla başqa hal nəzərdə tutulmayıbsa, abonent haqqı hesabına maliyyələşdirilir.
9.2. İctimai yayımçının teleradio fəaliyyəti müvafiq qanunla və həmin qanunda müəyyən olunmuş qaydada təsdiq olunan Nizamnamə ilə tənzimlənir.
Maddə 10. Özəl yayımçı
10.1. Özəl yayımçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları və (və ya) nizamnamə kapitalı Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər tərəfindən təsis edilə bilər.
10.2. Özəl yayımçıların dövlət qeydiyyatı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.
10.3. Aşağıdakılar özəl teleradio yayımının təsisçisi ola bilməzlər;
10.3.1. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər;
10.3.2. fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;
10.3.3. siyasi partiyalar;
10.3.4. dini qurumlar.
10.4. Özəl teleradio yayımçısı qanunla qadağan edilməyən bütün mənbələr hesabına maliyyələşdirilə bilər.
III FƏSİL
Teleradio yayımı sahəsində dövlət tənzimləməsi
Maddə 11. Teleradio yayımı sahəsində dövlətin əsas funksiyaları və vəzifələri
11.1. İnformasiya məkanının vahid inkişaf konsepsiyasına uyğun olaraq dövlət:
11.1.1. teleradio fəaliyyətini tənzimləmək üçün qanunvericilik bazası yaradır;
11.1.2. məqsədli dövlət proqramları hazırlayır və həyata keçirir;
11.1.3. teleradio yayımı zamanı bu Qanuna, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinə əməl olunmasına nəzarəti həyata keçirir;
11.1.4. teleradio yayım kanallarını (tezlikləri) istifadəyə verir.
11.2. Azərbaycan Respublikasında teleradio yayımını tənzimləyən dövlət orqanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq yaradılır.
11.3. Teleradio yayımı sahəsində müvafiq dövlət orqanı dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir.
11.4. Müvafiq dövlət orqanı bu Qanunla müəyyənləşdirilmiş funksiyaları həyata keçirmək məqsədilə;
11.4.1. öz aparatını və struktur bölmələrini yaradır;
11.4.2. teleradio yayımçılarının reyestrini aparır;
11.4.3. teleradio yayımının texniki və keyfiyyət standartlarını və normalarını müəyyənləşdirir;
11.4.4. bu Qanunun tələbləri, xüsusi razılığın (lisenziyanın) qayda və şərtləri pozulduqda məhkəmə qarşısında iddia qaldırır;
11.4.5. teleradio yayımına xüsusi razılıq (lisenziya) vermək məqsədilə müsabiqə elan edir, müsabiqənin qayda və şərtlərini hazırlayır və müsabiqəni keçirir.
11.5. Teleradio yayımı sahəsində müvafiq dövlət orqanı:
11.5.1. teleradio verilişlərinin ötürülməsi üçün istifadə olunan texniki yayım vasitələrinin qanunvericilikdə və xüsusi razılıqda (lisenziyada) müəyyən olunmuş qaydada və şərtlərə uyğun istismarına;
11.5.2. yayım kanalları (tezlikləri) resurslarından səmərəli istifadə olunmasına;
11.5.3. uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməməsinə;
11.5.4. terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə;
11.5.5. reklamın bu Qanunla müəyyənləşdirilmiş qaydada yayımlanmasına;
11.5.6. Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
11.6. İctimai yayımla bağlı konkret məsələlərin araşdırılması və həll edilməsi üçün ictimai yayımçının rəsmi müraciəti əsasında teleradio yayımı sahəsində müvafiq dövlət orqanına səlahiyyət verilə bilər, bu şərtlə ki, ictimai yayımın yaradıcılıq və redaksiya müstəqilliyi məhdudlaşdırılmasın.
Maddə 12. Dövlət orqanlarının informasiyalarının yayılması
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün yayımçılar insanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə törədən fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarını dərhal və pulsuz olaraq əhaliyə çatdırmağa borcludurlar.
Maddə 13. Dövlətin ehtiyacları üçün yayım məhsulları
13.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən yayımçı və teleradio məhsullarının istehsalçısı teleradio məhsullarının istehsalı və yayımı üzrə dövlət sifarişini yerinə yetirmək hüququna malikdir. Dövlət sifarişçisi teleradio yayımı sahəsində müvafiq dövlət orqanıdır.
13.2. Teleradio məhsullarının istehsalı və yayımı üzrə dövlət sifarişi müsabiqə əsasında həyata keçirilir.
13.3. Teleradio məhsullarının istehsalı və yayımı üzrə dövlət sifarişlərinin müqavilə əsasında formalaşdırılması, yerləşdirilməsi və icrası qaydaları müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilir.
13.4. Dövlətin ehtiyacları üçün teleradio məhsullarının haqqının ödənilməsi dövlət büdcəsi və bu məqsədlə cəlb edilən büdcədənkənar mənbələr hesabına təmir edilir.
13.5. Müvafiq dövlət orqanı məqsədli dövlət proqramlarına uyğun olaraq uşaqlar və gənclər, karlar və eşitmə qabilyyəti zəif olanlar üçün proqramların, informasiya, tədris, maarifləndirici və s. proqramların siyahısını hazırlayıb bu Qanunla müəyyənləşdirilmiş qaydada sifarişlər verir.
IV FƏSİL
Yayım üçün xüsusi razılığın (lisenziyanın) verilməsi qaydaları
Maddə 14. Teleradio yayımı üçün xüsusi razılıq (lisenziya)
14.1. Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
14.2. Azərbaycan Respublikasında sərhədsiz televiziya yayımı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
14.3. Sərhədsiz televiziya proqramlarını Azərbaycan Respublikasının ərazisində yayımlamaq istəyən xarici teleradio yayımçısı xüsusi razılıq (lisenziya) almaq üçün bu Qanunla müəyyənləşdirilmiş qaydada müsabiqədə iştirak edir.
14.4. Müsabiqənin nəticələrinə görə qalib elan edilən xarici teleradio yayımçısı müvafiq icra hakimiyyəti orqanı ilə bu Qanunun 16.6-cı maddəsində müəyyənləşdirilmiş qaydada müqavilə bağlayır.
Maddə 15. Xüsusi razılıq (lisenziya) almaq üçün müsabiqə
15.1. Yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir.
15.2. Müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.
15.3. Xüsusi razılıq (lisenziya) üçün müsabiqə şərtləri müəyyən olunarkən tamaşaçıların, dinləyicilərin və dövlətin mənafeyi nəzərə alınmalıdır.
15.4. Müsabiqədə iştirak etmək arzusunu bildirən ərizəçilər (bundan sonra – iddiaçılar) müsabiqə keçirən orqanın müəyyən etdiyi məbləğdə birdəfəlik haqq ödəməlidirlər.
15.5. Xüsusi razılıq (lisenziya) üçün müsabiqə keçirilərkən aşağıdakılar nəzərə alınır:
15.5.1. iddiaçının göstəricilərinin müsabiqə şərtlərinə uyğunluğu;
15.5.2. teleradio yayımını həyata keçirmək üçün iddiaçının yaradıcılıq və texniki imkanları;
15.5.3. açıq dinləmələrin və digər müsabiqə prosedurlarının nəticələri.
Maddə 16. Teleradio yayımlarının tezlik siyahısı
16.1. Teleradio yayımlarının tezlik siyahısını müvafiq icra hakimiyyəti orqanı tərtib edir. Bu zaman radio xidmətləri arasında tezlik zolaqlarının bölgü cədvəli nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində efir məqsədi üçün istifadə edilən və istifadəsi planlaşdırılan radiotezliklərin siyahısı əsas götürülür.
16.2. Tezlik siyahısına istifadə edilən tezliklərdə fəaliyyət göstərən yayımçılar, onların xüsusi razılıqları (lisenziyaları) və yayım zonası haqqında məlumatlar da daxil edilir.
16.3. Müvafiq icra hakimiyyəti orqanı boş qalan istifadəyə yararlı efir radiotezliklərinin siyahısını ildə bir dəfədən az olmayaraq müsabiqə keçirən orqana təqdim edir.
16.4. Müvafiq icra hakimiyyəti orqanı boş qalan, istifadəyə yararlı efir radiotezlikləri haqqında məlumatı, həmçinin müsabiqə keçirən orqanın sorğusuna əsasən təqdim edir.
16.5. Müvafiq icra hakimiyyəti orqanı və müsabiqəni keçirən orqan tezlik siyahısını ildə bir dəfədən az olmayaraq kütləvi informasiya vasitələrində dərc etdirir.
16.6. Müsabiqənin nəticələrinə görə qalib elan edilən yayımçı texniki rabitə vasitələrindən istifadə etməklə xüsusi razılıqda (lisenziyada) göstərilən kanalda (tezlikdə) yayım aparmaq üçün müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayır və müəyyənləşdirilmiş qaydada və məbləğdə istifadə haqqı ödəyir.
16.7. Yayımçı yayımın texniki təminatı (ötürülməsi) ilə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlaya bilər. Bu müqavilədə, həmçinin bu Qanunun 16.6-cı maddəsində göstərilən müqavilədə tətbiq olunan tariflər müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir.
16.8. Qanuni əsaslar olduqda, müvafiq icra hakimiyyəti orqanı müqavilə bağlamaqdan imtina edə bilməz.
16.9. Yayımçı müqavilə bağlanılmasından əsassız olaraq imtina barədə məhkəməyə şikayət etmək hüququna malikdir.
16.10. Eyni subyekt həm yayım, həm də yayımın texniki təminatı sahəsində fəaliyyət göstərə bilər.
16.11. Teleradio yayımçısı istifadə haqqını müəyyənləşdirilmiş müddətdə ödəməzsə, müvafiq icra hakimiyyəti orqanı xüsusi razılığın (lisenziyanın) qüvvəsinin istifadə haqqı ödənilənədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıra bilər.
Maddə 17. Xüsusi razılıq (lisenziya) alınması üçün tələb olunan sənədlər
17.0. Xüsusi razılıq (lisenziya) almaq üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
17.0.1. müsabiqə keçirən orqan tərəfindən müəyyən olunmuş formada ərizə;
17.0.2. iddiaçı hüquqi şəxsdirsə, proqram konsepsiyası, dövlət qeydiyyatından keçməsi barədə sənədin və nizamnaməsinin surətləri;
17.0.3. iddiaçı fiziki şəxsdirsə, proqram konsepsiyası;
17.0.4. yayımı həyata keçirmək üçün zəruri olan yaradıcılıq və texniki imkanları haqqında müsabiqə keçirən orqan tərəfindən müəyyən olunmuş formada məlumat;
17.0.5. müsabiqədə iştirak üçün birdəfəlik ödəniş haqqında sənəd.
Maddə 18. Sənədlərin qəbulundan və xüsusi razılıq (lisenziya) verilməsindən imtina
18.1. Aşağıdakı hallarda iddiaçının sənədləri qəbul edilmədən geri qaytarılır:
18.1.1. ərizə buna hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;
18.1.2. eyni ad altında başqa teleradio yayımçısı fəaliyyət göstərirsə;
18.1.3. sənədlər bu Qanunun tələblərinə və müsabiqənin şərtlərinə uyğun hazırlanmayıbsa;
18.1.4. təsisçinin nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olduqda;
18.1.5. texniki və yaradıcılıq imkanları müsabiqənin şərtlərinə uyğun gəlmirsə;
18.1.6. iddiaçının teleradio yayımı üçün əvvəllər aldığı xüsusi razılığın (lisenziyanın) fəaliyyətinə xitam verilməsindən bir ildən az müddət keçibsə.
18.2. İddiaçıya sənədlərin geri qaytarılması barədə üç gün ərzində onu qane edən formada (yazılı və ya şifahi) məlumat verilir.
18.3. Sənədlərin geri qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırılarsa, iddiaçı sənədlərini yenidən müsabiqəyə təqdim edə bilər, bu zaman iddiaçıdan təkrar ödəniş tələb olunmur.
18.4. Sənədləri müsabiqəyə qəbul edilmiş iddiaçılara yalnız aşağıdakı hallarda xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilir:
18.4.1. müsabiqənin yekunlarına görə qalib seçilməyibsə;
18.4.2. xüsusi razılıq (lisenziya) almaq üçün verilən ərizədə və sənədlərdə həqiqətə uyğun olmayan və ya tərtif olunmuş məlumatlar varsa;
18.4.3. teleradio yayımı sahəsində inhisarçılığın qarşısının alınması ilə bağlı bu Qanundan və digər qanunvericilik aktlarından irəli gələn tələblərə əməl olunmaması barədə müvafiq icra hakimiyyəti orqanının rəyi olduqda.
18.5. Xüsusi razılıq (lisenziya) verilməsindən imtina barəsində qərar müsabiqənin nəticələrinin elan olunduğu gündən etibarən 15 gün ərzində təqdim olunur. Xüsusi razılığın (lisenziyanın) verilməsindən imtina haqqında qərar imtinanın səbəbləri göstərilməklə, iddiaçıya yazılı şəkildə göndərilir. Bu qərarın təqdim edildiyi gündən bir ay müddətində məhkəməyə şikayət edilə bilər.
Maddə 19. Xüsusi razılığın (lisenziyanın) verilməsi
19.1. Xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar müsabiqə keçirən orqan tərəfindən müsabiqənin elan olunduğu vaxtdan ən geci 60 gün sonra qəbul olunur və müsabiqənin nəticələri elan olunduğu gündən başlayaraq 15 gün müddətində təqdim edilir.
19.2. Xüsusi razılığın (lisenziyanın) forması müvafiq dövlət orqanı tərəfindən müəyyən olunur.
19.3. Xüsusi razılığın (lisenziyanın) qüvvəsi onu almış yayımçının hüquqi varislərinə, yaxud təsis etdiyi digər hüquqi şəxslərə şamil edilmir.
19.4. Bu Qanun qüvvəyə minənədək verilən xüsusi razılıq (lisenziya) həmin sənəddə göstərilən müddət ərzində etibarlıdır.
19.5. Yayımçı xüsusi razılıq (lisenziya) almaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi məbləğdə dövlət rüsumu ödəyir.
Maddə 20. Yayım hüququnun təminatı
20.1. Xüsusi razılıq (lisenziya) teleradio yayımı sahəsində yeganə hüquqi sənəddir.
20.2. Dövlət və yerli özünüidarəetmə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər yayımçıların xüsusi razılıq (lisenziya) ilə müəyyənləşdirilmiş hüquqlarını məhdudlaşdıra bilməzlər.
20.3. Xüsusi razılıq (lisenziya) müvafiq icra hakimiyyəti orqanı ilə, habelə digər fiziki və hüquqi şəxslərə teleradio yayımı sahəsində müqavilələr bağlamaq üçün əsasdır.
Maddə 21. Xüsusi razılığın (lisenziyanın) məzmunu
21.1. Xüsusi razılıqda (lisenziyada) aşağıdakı məlumatlar göstərilir:
21.1.1. teleradio yayımçısının adı, təşkilati-hüquqi forması və olduğu yer;
21.1.2. yayımın növü (televiziya yayımı, radio yayımı, əlavə yayım və s.);
21.1.3. yayım üsulu (kabelli, peyk vasitəsilə, internet, efir, efir-kabel və s.);
21.1.4. yayım zonası;
21.1.5. teleradio yamınının efirə çıxacağı vaxt;
21.1.6. xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddəti;
21.1.7. xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi və verilmə tarixi;
21.1.8. teleradio yayımının tezliyi və bu tezlikdə teleradio proqramını yayımlayan ötürücünün gücü;
21.1.9. ötürücünün yerləşdiyi yer;
21.1.10. nəzərdə tutulan auditoriya;
21.1.11. teleradio yayımının dili (dilləri);
21.1.12. teleradio yayımının dövriliyi, həcmi;
21.1.13. yayımın başlama tarixi;
21.1.14. xüsusi razılğın (lisenziyanın) qayda və şərtləri pozulduğu hallarda yayımçının məsuliyyəti.
21.2. Teleradio yayımçısının ərizəsində göstərilən və xüsusi razılığa (lisenziyaya) daxil edilən məlumatlar dəyişdiyi gündən başlayaraq ən geci 30 gün ərzində müvafiq dövlət orqanına xəbər verilməlidir.
21.3. Teleradio yayımçısı xüsusi razılıqda (lisenziyada) göstərilən digər məlumatları müvafiq dövlət orqanı ilə razılaşdırmadan dəyişdirə bilməz.
Maddə 22. Xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddəti
22.1. Ərizədə daha az müddət göstərilməyibsə, xüsusi razılıq (lisenziya) 6 il müddətinə verilir. Bu müddətdə ayrılan tezlikdən istifadə texniki baxımdan mümkün deyilsə, xüsusi razılıq (lisenziya) daha az müddət üçün verilə bilər.
22.2. Müsabiqə keçirən orqan xüsusi razılığa (lisenziyaya) ayrılan müddətin bitməsinə ən geci üç ay qalmış boşalan tezlik resursu barədə məlumatı dərc edir.
22.3. Boşalan tezlik resursundan istifadə edən və xüsusi razılığın (lisenziyanın) müddətini uzatmaq istəyən teleradio yayımçısı xüsusi razılığın (lisenziyanın) vaxtını uzatmaq barədə ərizə verdikdə, bu tezlik üçün müsabiqə keçirilmədən dövlət rüsumunu ödəmək şərti ilə xüsusi razılığın (lisenziyanın) müddəti daha 6 il uzadılır.
22.4. Yayımçı xüsusi razılığın (lisenziyanın) qüvvədə olduğu müddətdə qanunvericiliyin tələblərini dəfələrlə pozmuşdursa və müvafiq dövlət orqanının xəbərdarlığına baxmayaraq həmin pozuntular qısa müddətdə aradan qaldırılmamışdırsa və ya yayımçı barədə dəfələrlə cərimə və digər sanksiyalar tətbiq olunmuşdursa, boşalan tezlik resursundan istifadə etməklə xüsusi razılıq (lisenziya) almaq üçün bu Qanunla müəyyənləşdirilmiş qaydada müsabiqə elan edilir.
Maddə 23. Xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi
23.1. Teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu Qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilər.
23.2. Xüsusi razılığın (lisenziyanın) qüvvəsinə məhkəmənin qərarı ilə yalnız aşağıdakı hallarda xitam verilə bilər:
23.2.1. xüsusi razılıq (lisenziya) yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında alındıqda;
23.2.2. yayım xüsusi razılıq (lisenziya) alındıqdan sonra altı ay ərzində həyata keçirilmədikdə;
23.2.3. xüsusi razılığın (lisenziyanın) sahibinin müflisləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduqda;
23.2.4. teleradio yayımı texniki cəhətdən mümkün olmadıqda;
23.2.5. dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda;
23.2.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
23.3. Teleradio yayımı zamanı bu Qanunun və xüsusi razılığın (lisenziyanın) tələblərinin pozulması ilə bağlı məhkəməyə daxil olmuş ərizəyə ən geci 15 gün müddətində baxılıb müvafiq qərar qəbul edilməlidir.
Maddə 24. Əlavə informasiya yayımı hüququ
Yayımçı əlavə informasiya xidmətləri göstərə bilər. Teleradio yayım siqnalının tərkibində ötürülən və əsas proqramlarla heç bir əlaqəsi olmayan əlavə informasiya xidməti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
Maddə 25. Teleradio yayımının texniki vasitələrinin və avadanlıqlarının sertifikatlaşdırılması
Teleradio yayımının maddi-texniki bazasını təşkil edən, teleradio proqramlarının hazırlanması, istehsalı, formalaşdırılması və yayımlanmasını təmin edən texniki vasitələr və avadanlıqlar (dövlət standartlarına və beynəlxalq standartlara uyğunluğu məqsədilə) Azərbaycan Respublikasının qanunvericliyində nəzərdə tutulmuş qaydada sertifikatlaşdırılır.
V FƏSİL
Teleradio yayımının təşkili
Maddə 26. Teleradio proqramlarının yayımlanma şərtləri
26.1. Yayımçı:
26.1.1. yayım üçün xüsusi razılıq (lisenziya) aldıqdan;
26.1.2. teleradio yayımçısı kimi reyestrdən keçdikdən;
26.1.3. texniki rabitə vasitələrindən istifadə etməklə xüsusi razılıqda (lisenziyada) göstərilən kanal və tezlikdə yayım aparmaq üçün müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağladıqdan sonra yayım fəaliyyətinə başlaya bilər.
26.2. Yayımın texniki vasitələrinin sahibi və ya onun istismarını həyata keçirən təşkilat həmin vasitələri yayım üçün xüsusi razılığı (lisenziyası) olmayan üçüncü şəxsin istifadəsinə verə bilməz.
26.3. Yayım ancaq xüsusi razılıqda (lisenziyada) müəyyən edilmiş tezlikdə və yayım zonasında aparıla bilər.
26.4. Teleradio proqramlarının (verilişlərinin) retranslyasiyası yayımçı ilə retranslyasiyanı aparan qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
26.5. Proqramın (verilişin) yayımına teleradio yayımının rəhbəri və ya onun təyin etdiyi şəxs (məsul redaktor) icazə verir, həmin şəxs proqramın (verilişin) keyfiyyətinə və məzmununa görə məsuliyyət daşıyır.
Maddə 27. Teleradio məhsullarının istehsalı
27.1. Teleradio məhsulları, o cümlədən əlavə informasiya bu məqsədlə yaradılmış teleradio məhsullarının istehsalçısı, yaxud yayımçının özü tərəfindən hazırlanır.
27.2. Yayımçı ilə teleradio məhsullarının istehsalçısı arasındakı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada bağlanmış müqavilə ilə tənzimlənir.
Maddə 28. İstinad məlumatları
28.1. Yayımçı, gün ərzində yayım aparılırsa, azı dörd dəfə, başqa hallarda isə yayımın əvvəlində və sonunda öz adını və başqa məlumatları (çağırış kodunu, emblemini və s.) elan etməlidir.
28.2. Hər bir teleradio verilişi və ya onun təkrarı efirə buraxılarkən aşağıdakı məlumatlar əlavə olunmalıdır:
28.2.1. verilişin adı;
28.2.2. verilişin efir vaxtı;
28.2.3. müəllifin və efirə buraxılış üçün icazə vermiş baş redaktorun (redaktorun) adı və soyadı;
28.2.4. yayımçının adı və ünvanı;
28.2.5. yayımçının müəyyənləşdirdiyi digər məlumatlar.
Maddə 29. Peyk vasitəsilə teleradio yayımı
29.1. Peyk vasitəsilə teleradio yayımı aşağıdakı üstün istiqamətlər üzrə həyata keçirilir:
29.1.1. fərdi abonentlər və kollektiv bölüşdürücü şəbəkələr tərəfindən qəbul edilməsi üçün ümumölkə yayımçılarının proqramlarının yayımı;
29.1.2. ölkə və xarici dövlətlərin teleradio yayımçıları ilə proqramların (verilişlərin) mübadiləsi.
29.2. Peyk vasitəsilə teleradio yayımının qaydaları müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.
Maddə 30. Kabel şəbəkəsi yayımı
30.1. Kabel şəbəkəsi yayımı Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
30.2. Kabel şəbəkəsi yayımı müvafiq dövlət orqanı tərəfindən tənzimlənir.
30.3. Kabel şəbəkəsinin yaradılması, inkişafı, təkmilləşdirilməsi, kabel yayım siqnalları sisteminin istismarı, tezlik və kanalların istifadəyə verilməsi müvafiq dövlət orqanı və müvafiq icra hakimiyyəti orqanı tərəfindən birlikdə həyata keçirilir.
Maddə 31. Seçki kampaniyası zamanı televiziya və radiodan istifadə
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri, habelə referendumlar zamanı namizədlərin və siyasi partiyaların efirdən istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.
Maddə 32. Proqrama verilən tələblər
32.0. Proqramlar yayım üçün hazırlanarkən aşağıdakı tələblərə əməl olunmalıdır:
32.0.1. maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərə yüklənməsinin qarşısı alınmalıdır;
32.0.2. hər kəsin öz fikir və baxışlarını sərbəst şəkildə ifadə etmək hüququna şərait yaradılmalıdır, bu şərtlə ki:
32.0.2.1. informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunsun;
32.0.2.2. proqramı hazırlayanlar qanun qarşısında birbaşa məsuliyyət daşıyırlar;
32.0.3. insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır;
32.0.4. faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;
32.0.5. terrorizm, zorakılıq, qəddarlıq, milli, dini və irqi ayrı- seçkilik təbliğ olunmamalıdır;
32.0.6. proqramlarda (verilişlərdə) dövlət dilindən istifadə təmin edilməlidir;
32.0.7. teleradio yayımı sahəsində dövlət texniki standartlarına əməl olunmalıdır;
32.0.8. karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır;
32.0.9. milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır.
Maddə 33. Uşaqların və yetkinlik yaşına çatmayanların qorunması
33.1. Müvafiq dövlət orqanı uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar müəyyənləşdirir.
33.2. Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların anonsunda, eləcə də yayımından əvvəl bu barədə mütləq məlumat verilməlidir.
33.3. Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların yayımı uşaqların və yetkinlik yaşına çatmayanların baxmasına qadağa qoyulduğunu bildirən xüsusi simvollar, yazılar, yaxud proqramın xüsusiyyəti barədə digər xəbərdaredici nişanlarla müşayiət olunmalıdır.
Maddə 34. Teleradio yayımı sahəsində ictimai birliklər
34.1. Yayımçılar, istehlakçılar və teleradio məhsullarının istehsalçıları öz maraqlarını qorumaq məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ictimai birliklər yarada bilərlər.
34.2. Bu ictimai birliklər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada qeydiyyata alınmış nizamnamələri əsasında fəaliyyət göstərirlər.
34.3. Müvafiq dövlət orqanı xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinə əməl olunması üzərində nəzarəti həyata keçirərkən bu ictimai birliklərin rəyini nəzərə alır.
Maddə 35. Reklam yayılması
35.1. Teleradio proqramlarında (verilişlərində) yayımlanan reklam və teleticarət asan başa düşülən olmalı və həmin proqramların (verilişlərin) elementlərindən vizual və (və ya) akustik şəkildə (görüntülü və (və ya) səsli) fərqlənməlidir.
35.2. Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır.
35.3. Reklam və teleticarət ayrı-ayrı verilişlərin arasına blok şəkildə salınmalıdır. Reklam bir verilişin yayımı zamanı da göstərilə bilər, bu şərtlə ki, bu Qanunun 35.4-cü və 35.5-ci maddələri ilə müəyyənləşdirilmiş qaydalara əməl olunsun.
35.4. Müstəqil hissələrdən ibarət televerilişlərdə, idman proqramlarında, fasilələrlə gedən tədbirlərin və tamaşaların yayımında reklam yalnız müstəqil hissələrin arasında, ya da fasilələrdə verilə bilər. Ayrıca verilişlərdə bir reklam blokunun sonu ilə o biri reklam blokunun əvvəli arasında zaman kəsiyi 20 dəqiqədən az olmamalıdır.
35.5. Bədii və televiziya filmləri 45 dəqiqədən çox davam edərsə, yalnız 45 dəqiqədən sonra reklamla kəsilə bilər. Filmlər bir və ya bir neçə 45 dəqiqədən azı 20 dəqiqə çox çəkərsə, daha bir reklam fasiləsinə icazə verilir.
35.6. Xəbər proqramları, dini və uşaqlar üçün verilişlər, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, aktual siyasi verilişlər, sənədli filmlər reklamla kəsilə bilməz. Əgər bu proqram və verilişlər 30 dəqiqədən çox çəkərsə, bu Qanunun 35.4-cü, bir və ya bir neçə 45 dəqiqədən ən azı 20 dəqiqə çox çəkərsə, bu Qanunun 35.5-ci maddələrinin tələbləri onlara da şamil edilir.
35.7. Reklamın və teleticarətin ümumi həcmi gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 20, ayrılıqda reklamın ümumi həcmi isə gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 15 faizindən çox ola bilməz.
35.8. Yayım zamanı teleticarət üçün ayrılmış blokun fasiləsiz həcmi 10 dəqiqədən, gün ərzində belə blokların sayı isə 6-dan çox ola bilməz.
35.9. Seçkilərin və referendumların keçirildiyi gün efirə siyasi təbliğat xarakterli reklam vermək qadağandır.
35.10. Televiziya və radio ilə narkotik vasitələrin, silahların, pornoqrafiyanın, tütün məmulatlarının, spirtli içkilərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.
35.11. Qanunvericilikdə müəyyən olunmuş qaydada istehsalına və satışına icazə verilməyən dərmanların, tibb təyinatlı məhsulların və texnikanın reklamı qadağandır. Xidmət göstərilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə metodlarının, profilaktika, diaqnostika və reabilitasiyanın (hətta onlar patent alsalar belə) reklamına yol verilmir.
35.12. Həkim resepti ilə verilən dərmanların reklamı qadağandır.
35.13. Televiziya reklamlarında:
35.13.1. insanların ləyaqətinə, dini və siyasi əqidəsinə;
35.13.2. sağlamlığına və təhlükəsizliyinə;
35.13.3. ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunması qadağandır.
35.14. Televiziya reklamları uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına zərərli təsir göstərməməlidir. Bunun üçün həmin reklamlarda aşağıdakı tələblərə əməl olunmalıdır:
35.14.1. uşaqlara və yetkinlik yaşına çatmayanlara ünvanlanan, yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına ciddi zərbə vuran elementlərdən istifadə olunmamalı;
35.14.2. tutarlı səbəblər olmadan, uşaqlar və yetkinlik yaşına çatmayanlar qorxulu vəziyyətlərdə göstərilməməlidir.
35.15. Aşağıdakılar reklam sayılmır:
35.15.1. yayımçıların öz məhsullarının anonsu;
35.15.2. kommunal xidməti təşkilatlarının və xeyriyyəçilərin yayımladıqları elanlar.
35.16. Azərbaycan Respublikası Milli Məclisi sessiyalarının, rəsmi dövlət tədbirlərinin, Azərbaycan Respublikası Prezidentinin, Milli Məclis və Konstitusiya Məhkəməsi sədrlərinin çıxışları reklam materiallarının verilməsi məqsədilə kəsilə bilməz, habelə reklam materialları titrlər vasitəsilə yayımlana bilməz.
Maddə 36. Teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluq
36.1. Teleradio məhsulu dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxsləri tərəfindən maliyyələşdirilə bilər.
36.2. Reklamı qadağan olunmuş məhsulların istehlakçılarının və satışını həyata keçirən şəxslərin sponsorluğuna yol verilmir.
36.3. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri teleradio məhsullarına qismən (ayrı-ayrı verilişlərə və ya proqramlara) sponsorluq edə bilərlər.
36.4. Sponsorun maliyyə yardımı ilə hazırlanmış verilişlərin (proqramların) əvvəlində və sonunda firma nişanını göstərməklə, yaxud titrlər və ya diktor mətni vasitəsilə bu barədə açıq informasiya verilməlidir. Tərəflər arasında bağlanmış müqavilələrdə sponsorun elan edilməsinin başqa üsulları da müəyyən edilə bilər.
36.5. Xəbərlərin buraxılışı və siyasi informasiya proqramları sponsorların maliyyə köməyi ilə hazırlana bilməz.
36.6. Sponsorların teleradio yayımçılarının müstəqilliyinə, yaradıcı və redaksiya fəaliyyətinə müdaxiləsi yolverilməzdir.
Maddə 37. Müxbir məntəqələrinin, filial və nümayəndəliklərin yaradılması
37.1. Yayımçılar Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müxbir məntəqələri, filial və nümayəndəliklər yarada bilərlər.
37.2. Müxbir məntəqələri, filial və nümayəndəliklər teleradio yayımçılarının struktur bölmələridir və onların mənafeyini təmsil edir.
Maddə 38. Teleradio proqramları (verilişləri) materiallarının saxlanılması
38.1. Teleradio proqramlarının (verilişlərinin) materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) efirə çıxandan sonra azı bir ay, qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılır.
38.2. Bir ay ərzində proqram (veriliş) barədə şikayət daxil olubsa, yaxud məhkəmə qarşısında iddia qaldırılıbsa, proqramın (verilişin) materialları mübahisə başa çatanadək saxlanılmalıdır.
38.3. Proqram (veriliş) materiallarının saxlanma qaydaları yayımçı tərəfindən müəyyənləşdirilir.
38.4. Qeydiyyat jurnalında efirə çıxmış proqramların (verilişlərin) tarixi, vaxtı, mövzusu, müəllifi, aparıcı və iştirakçıları göstərilməlidir.
VI FƏSİL
Yayımçıların hüquq və vəzifələri
Maddə 39. Yayımçıların müəlliflik hüququ
39.1. Yayımçılar yayımladıqları verilişlər (filmlər) və proqramlar üzərində imzaladıqları müqavilələrin verdiyi səlahiyyət çərçivəsində müəlliflik hüququna malikdirlər.
39.2. Yayımçı digər teleradio yayımçılarının proqramlarından (verilişlərindən) yalnız onların rəsmi razılığı ilə istifadə edə bilər.
39.3. Mülkiyyətçinin razılığı olmadan proqramların (verilişlərin) digər təşkilatlar tərəfindən yayımı, köçürülməsi (tirajının çoxaldılması), satılması və kütləvi nümayişi qadağandır.
39.4. Başqa yayımçıların proqramlarından (verilişlərindən) qısa fraqmentlər, – hər proqramdan (verilişdən) 20 saniyədən, hər filmdən 5 dəqiqədən çox olmamaqla, – habelə tədris müəssisələrində istifadə üçün götürüldüyü hallarda razılıq tələb olunmur.
39.5. Proqramlardan (verilişlərdən) müvafiq razılıq olmadan bu Qanunun tələblərini pozaraq istifadə edildikdə yayımçı vurulmuş zərərin ödənilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər.
Maddə 40. Yayımçıların hüquq və vəzifələri
40.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq teleradio yayımçıları:
40.1.1. proqramlar (verilişlər) hazırlamaq, yayımlamaq, onların audio və videoyazılarını çoxaltmaq, satmaq və ya icarəyə vermək;
40.1.2. ödəniş haqqını müəyyən etmək;
40.1.3. reklam fəaliyyəti ilə məşğul olmaq;
40.1.4. öz verilişlərinin proqramını dərc etmək və ya bu hüququ üçüncü şəxsə vermək;
40.1.5. nizamnamə vəzifələrini yerinə yetirmək üçün zəruri və qanunla qadağan edilməyən digər fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.
40.2. Teleradio yayımçılarının vəzifələri aşağıdakılardır:
40.2.1. proqramların (verilişlərin) mövzu rəngarəngliyini təmin etmək;
40.2.2. pornoqrafik materilları yaymamaq;
40.2.3. başqa teleradio yayımçılarının verilişlərinin yayımlanmasına və qəbuluna maneçilik törətməmək;
40.2.4. insanların şəxsi həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
40.2.5. yayım zamanı peşə etikasına riayət etmək;
40.2.6. abonentlərin cavabvermə hüququna hörmətlə yanaşmaq;
40.2.7. nəzarət fonoqramlarının surətni müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim etmək;
40.2.8. hər kəsin öz fikir və baxışlarını sərbəst şəkildə bildirməsi üçün şərait yaratmaq;
40.2.9. informasiyanın qərəzsizliyini və tərəfsizliyini təmin etmək;
40.2.10.bu Qanunla müəyyənləşdirilmiş digər vəzifələri yerinə yetirmək.
VII FƏSİL
Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Maddə 41. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 42. Maddi və mənəvi zərərin ödənilməsi
Teleradio yayımı haqqında qanunvericiliyin pozulması nəticəsində fiziki və ya hüquqi şəxsə dəymiş maddi və mənəvi zərər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən müəyyənləşdirilir. Teleradio yayımçılarının hüquqi və fiziki şəxslərə vurduğu mənəvi zərərin son həddi teleradio yayımçısının üç aylıq əmək haqqı fondundan çox müəyyənləşdirilə bilməz.
Maddə 43. Məsuliyyətdən azad edilmə halları
Teleradio yayımçısı həqiqətə uyğun olmayan informasiyanın yayılmasına görə məsuliyyətdən yalnız kütləvi informasiya vasitələri haqqında qanunvericilikdə nəzərdə tutulmuş hallarda azad olunur.
Maddə 44. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Bir radio stansiyasını necə almaq olar
Radio stansiyasına sahib olmaq maraqlı yeni iş və ya hobbi ola bilər. Ancaq satın almadan əvvəl hərtərəfli araşdırma aparmalısınız. Radio stansiyaları əvvəllər olduğu kimi yaxşı investisiya deyil, ona görə də stansiya hesablarını, auditoriya məlumatlarını və işçilərin maaşlarını diqqətlə öyrənməlisiniz. Alqı-satqı müqavilənizi müzakirə etməzdən əvvəl mövcud stansiyaları tapmaq və maliyyələşdirməni təmin etmək üçün media brokerini işə götürün. Köçürməni başa çatdırmaq üçün Federal Rabitə Komissiyasından (FCC) tələb olunan icazəni almalısınız.
addım
4-cü hissənin 1-ci hissəsi: Satış üçün stansiyaları tapın
- Siz həmçinin Media Brokerləri Milli Assosiasiyasının saytında media brokeri axtara bilərsiniz. Onların burada axtara biləcəyiniz bir kitabxanası var: http://www.nambonline.com/directory.htm.
- Brokerlərin çoxillik təcrübələri ərzində yaratdıqları geniş məlumat bazaları var. Onların şəbəkəsi çox geniş olduğundan, stansiya tapmaq üçün ən yaxşı şansınızdır.
- Brokeri işə götürməzdən əvvəl soruşun ki, onlar nə qədər pul alırlar. Bir çox media brokerindən sitatlar alın və müqayisə edin.
- Siz həmçinin RadioTVDeals saytında stansiya axtarışını həyata keçirə bilərsiniz. Bu satış üçün stansiyaların siyahılarını ehtiva edir.
- Məsələn, menecer kənarda olanda stansiyanı əhatə etmək üçün menecer və başqa bir şəxs üçün pul ödəməlisiniz. Bu qaydalara riayət etmək radiostansiyanın istismar xərclərini artıra bilər.
- AM və FM stansiyaları üçün FCC qaydaları FCC saytından endirilə bilər: http://transition.fcc.gov/eb/bc-chklsts/.
- Nə göndərəcəyinizi düşünün. Danışıq radiosu və xəbər kanalları AM-də populyardır, musiqi stansiyaları isə demək olar ki, həmişə FM stansiyalarıdır.
4-cü hissənin 2-ci hissəsi: Stansiyanın qiymətləndirilməsi
- FCC hüquqşünasını işə götürün. Lisenziya almağınıza kömək etmək üçün FCC hüquqşünasına ehtiyacınız var. Prosesin əvvəlində birini işə götürməyi düşünün ki, vəkil sizin adınıza danışıqlar aparsın və alqı-satqı müqaviləsini tərtib etsin. Aşağıdakı yerlərdə ixtisaslı hüquqşünas tapa bilərsiniz:
- Stansiya sahiblərindən kimdən vəkil kimi istifadə etdiklərini soruşun. Bilirsiniz ki, bu yolla təcrübəli FCC hüquqşünası əldə edirsiniz.
- Yerli və ya ştatın Vəkillər Kollegiyası ilə əlaqə saxlayın. FCC və ya rabitə vəkilinə müraciət tələb edin. Bir çox rabitə vəkili Vaşinqtonda yerləşir. Bununla belə, ölkə daxilində hələ də başqaları olmalıdır.
- Təhlükəsiz maliyyələşdirmə. Satıcılar danışıqlara başlamazdan əvvəl potensial alıcının maliyyəyə malik olduğunu görmək istəyirlər. Satıcıya çatmazdan əvvəl maliyyələşdirmənizi uyğunlaşdırın. Məsələn, stansiyanı kreditlə almaq niyyətindəsinizsə, o zaman bank sizin uyğun olduğunuzu bildirən məktub yazmalıdır.
- Kredit vermək üçün əvvəllər kredit vermiş bir bank vasitəsilə kredit aldığınızdan əmin olun. Siz FCC lisenziyanızla krediti təmin edə bilməzsiniz, bəzi banklar bunu başa düşə bilməz. Bunun əvəzinə siz krediti avadanlıqla və ya şirkətinizdə və ya korporasiyanızdaki səhmlərlə təmin edə bilərsiniz (şirkətiniz stansiyanı alırsa).
- Öz pulunuzu xərcləyirsinizsə, satıcıya göstərmək üçün kifayət qədər sənəd toplamaq lazımdır. Şəxsi və ya biznes hesablarını təqdim etməli ola bilərsiniz.
- Satıcıya maraq göstərin. Satıcı satışı özü və ya broker vasitəsilə həyata keçirə bilər. Media brokeriniz əlaqə saxlamağınız lazım olan şəxsi müəyyənləşdirməyə kömək edə bilər. Onlara zəng edin və özünüzü təqdim edin. Stansiya almaqda maraqlı olduğunuzu və əlavə məlumat istədiyinizi söyləyin.
- Ciddi alıcı olduğunuzdan əmin olun. Əgər artıq başqa radio stansiyalarınız varsa, bu faktı qeyd edin.
- Məsələn, siz deyə bilərsiniz: “Mən Keyt Consonam. Mən sizin FM stansiyanızı Claremontda almaqda maraqlıyam. Bu ərazidə artıq üç başqa sahibim və sizinkini satın almağı müzakirə etmək istərdim. Gördüm ki, onlayn satış üçün siyahıya salınıb. ”
- Məxfilik müqaviləsi imzalayın. Bu məxfilik müqaviləsinin imzalanması satıcının həssas maliyyə məlumatlarını açıqlamadan əvvəl tələbdir. İmzalamadan əvvəl bu müqaviləni vəkilinizlə nəzərdən keçirin.
- Müqaviləni pozarsanız, satıcı satışdan imtina edə və ya sizi məhkəməyə verə bilər. İmzalamadan əvvəl məxfilik müqaviləsini hərtərəfli başa düşdüyünüzə əmin olun.
- Satıcıdan maliyyə məlumatlarını tələb edin. Radio stansiyası almağı təklif etməzdən əvvəl intensiv yoxlama aparmalısınız. Məsələn, aşağıdakı maliyyə məlumatlarını tələb edin və onu vəkiliniz və mühasibinizlə təhlil edin:
- Son iki ilin hesabları
- Cari il üçün ən son gəlir hesabatı
- İş yeri və əmək haqqı daxil olmaqla işçilərin ətraflı siyahısı
- Alıcı kimi bağladığınız müqavilələrin surətləri, məs. Tellə xidmət müqavilələri, torpaq icarəsi və s.
- Aktivin amortizasiya planı və ya aktivlərin tam portfeli
- Əməliyyat tarixçəsi ilə bağlı əlavə sənədlər tələb edin. Düzgün lazımi araşdırma maliyyə məlumatlarını öyrənməkdən daha çox tələb edir. Siz həmçinin aşağıdakılar üzrə müvafiq məlumat tələb etməlisiniz:
- Satışa daxil olan ötürücülərin və daha böyük avadanlıqların markası, modeli və ili
- Satışda iştirak edən bütün daşınmaz əmlakın təsviri
- Stansiyaya qarşı gözlənilən FCC tədbirləri və ya gözlənilən məhkəmə iddiaları haqqında hər hansı məlumat
- Əhatə kartı və tarif kartının surətləri
- Gözləyən obyekt ərizələrinin surətləri dəyişir
- Auditoriya məlumatları və ya təsnifat kitablarının nüsxələri
- Bazarınız haqqında məlumat (Ticarət Palatasında da əldə oluna bilər)
- Stansiyanı necə idarə etdiyinizə təsir edə biləcək hər hansı digər məlumat və ya sənədlər
- Stansiyanı yoxlamaq üçün televiziya mühəndisi işə götürün. FCC uyğunluğu üzrə ixtisaslaşan bir mühəndisin olması böyük bir aktiv olardı. Bu şəxs stansiyanın avadanlıqlarını və onun işini yoxlaya bilər. Mühəndis zavodu təkmilləşdirməyin mümkün olub-olmadığını da təhlil edə bilər.
- İnternetdə axtarış edərək ixtisaslı mühəndis tapa bilərsiniz. Yəqin ki, keçmişdə televiziya mühəndisi ilə işləmiş vəkilinizdən də soruşun.
4-cü hissənin 3-cü hissəsi: Stansiyanın alınması
- Təklif etmək üçün qiymət seçin. Radio sahibliyi maraqlı ola bilər, lakin bütün sənayedə mənfəət azalıb. Təklif qiymətinizi vəkiliniz, mühasibiniz və media brokerinizlə müzakirə edin. Çox vaxt alıcılar stansiyanın pul vəsaitlərinin çoxluğu olan məbləğ təklif edirlər.
- Anlayın ki, bəzi ekspertlər müstəqil AM radiosunu yalnız əhəmiyyətli endirimlə almağı tövsiyə edir, çünki bu stansiyalar son illərdə maliyyə cəhətdən zərər çəkib.
- Bunun əksinə olaraq, bir FM stansiyasına daha çox təklif etmək istəyə bilərsiniz, çünki onların gəlirləri daha yaxşı saxlanılır.
- Mühasiblə vergi nəticələrini müzakirə edin. Siz adətən iki üsuldan birini istifadə edərək radio stansiyası ala bilərsiniz: stansiyanın aktivlərini almaq və ya stansiyanın səhmlərini almaq. Şəraitdən asılı olaraq hər bir satışın müxtəlif vergi nəticələri ola bilər. Vergi nəticələrini mühasiblə müzakirə etməlisiniz.
- Səhmləri alsanız, stansiyanın öhdəliklərini də almısınız. Stansiyanın böyük borcu olduqda, aktiv alışını strukturlaşdırmaq daha yaxşı ola bilər. Həmçinin, unutmayın ki, səhmləri aldığınız zaman keçmiş FCC pozuntularına görə məsuliyyət daşıya bilərsiniz.
- Aktiv alışında siz yalnız qəbul etdiyiniz aktivləri alırsınız. İstədiyiniz müqavilələri də boynunuza götürə bilərsiniz, ancaq borc kimi öhdəlik götürmək məcburiyyətində deyilsiniz. Siz həmçinin stansiya adı verilməmişdən əvvəl baş vermiş FCC qayda pozuntularına görə maddi məsuliyyət daşımırsınız.
- Satışların əksəriyyəti aktiv satışıdır, lakin sizin üçün daha sərfəli olanla davam etməlisiniz. Səhm alışları, əgər varsa, mühasibinizin izah edə biləcəyi müəyyən vergi güzəştlərinə malik ola bilər.
- Satıcı ilə açar sözləri müzakirə edin. Bütün aşkar edilmiş məlumatları təhlil etdikdən sonra danışıqlara başlamaq üçün yaxşı vəziyyətdə olmalısınız. Aşağıdakılar kimi bir neçə satış şərtləri ilə bağlı razılaşmanı qadağan etməlisiniz:
- alış qiyməti
- satış cədvəli
- nəzərə alaraq nə təklif etmək istədiyiniz
- avadanlıq və FCC qaydalarına uyğunluqla bağlı zəmanətlər, təqdimatlar və ya paktlar
- Niyyət bəyannaməsi layihəsi. Bu məktub sizin və ya satıcı üçün hələ məcburi olmasa da, müqavilənizin əksər şərtlərini ehtiva edir. Təfərrüatlı niyyət məktubunun hazırlanması son alqı-satqı müqaviləsinin yazılmasını asanlaşdırır.
- Vəkiliniz məktubu hazırlamalı və onu imzalamalısınız. Sonra onu satıcıya göndərin, o da onların imzasını tələb edir. Əgər stansiya səhmdarlara məxsusdursa, onlar imzalamalıdırlar.
- Niyyət məktubu mühüm sənəddir, ona görə də media brokerinin təqdim etdiyi “boşluğu doldurmaq” formasına etibar etməyin.
- Zəruri hallarda üçüncü tərəfin razılığını alın. Satıcının üçüncü tərəflə olan müəyyən müqavilələri və ya razılaşmaları almağa razı ola bilərsiniz. Bəzi hallarda, müqavilələri sizə ötürmək üçün üçüncü tərəf razılaşmasına ehtiyacınız var. Üçüncü tərəflə razılaşma əldə etmək adətən satıcıdan asılıdır.
- Bəzən üçüncü tərəflər razılaşmır. Sizi qorumaq üçün vəkiliniz satınalma müqaviləsinə bu vəziyyəti əhatə edəcək bir müddəa daxil etməli idi.
- Çox vaxt satıcı ağlabatan bir həll tapmaq üçün sizinlə işləməyə razıdır.
4-cü Hissə: FCC Təsdiqinin Alınması
- Stansiyaya nəzarət etməkdən çəkinin. FCC dəfələrlə potensial alıcılara xəbərdarlıq edir ki, satış tamamlanana qədər radiostansiya üzərində nəzarəti həyata keçirməsin. Bu səbəbdən stansiyada hər gün işçiniz olmamalıdır. Bununla belə, bu qaydanın ətrafında aşağıdakı yollarla işləyə bilərsiniz:
- Siz və satıcı, satıcının sizi məsləhətçi kimi işə götürməyə razı olduğu bir məsləhət müqaviləsi bağlaya bilərsiniz. Satıcı müqaviləni rəsmiləşdirmək üçün sizə bir qədər pul ödəyir.
- Siz vaxt broker müqaviləsinə əsasən stansiyanın bütün ötürülmə vaxtını alırsınız. Bu müqaviləni FCC-yə təqdim etməlisiniz.
- FCC ərizəsini doldurun. Siz FCC-yə uzun formada ərizə təqdim etməli və köçürmə üçün onlardan razılıq almalısınız. Vəziyyətinizdən asılı olaraq digər formaları da təqdim etməli ola bilərsiniz. Siz elektron qaydada fayl verirsiniz.
- Müraciət etdikdən sonra, ictimai bildiriş müddətində insanların etiraz etməsi üçün 30 gün gözləməlisiniz. Əgər kimsə etiraz edərsə, siz və vəkiliniz necə cavab verəcəyinizi danışmalısınız. Etirazlar təsdiqləmə prosesini bir neçə ay və ya hətta illərlə uzada bilər.
- Heç bir etiraz edilmədikdə, adətən bir ay ərzində FCC-dən qrant alacaqsınız.
- Bununla belə, insanların FCC-dən sizə lisenziya vermək qərarına yenidən baxmasını xahiş edə biləcəyi başqa 30 dövr başlayır.
- Vəkilinizlə satınalma müqaviləsini nəzərdən keçirin. Siz həm alıcı, həm də satıcı tərəfindən imzalanmış alqı-satqı müqaviləsi ilə satışı bitirirsiniz. Bir alıcı olaraq, vəkiliniz adətən müqaviləni geri götürür və sonra hər iki tərəf müqaviləni müzakirə edir. Bu proses erkən başlamalıdır – niyyət məktubunu imzaladıqdan sonra istənilən vaxt. Danışıqlara davam etdikcə və ya stansiya haqqında ətraflı öyrəndikcə satınalma müqaviləsi dəyişə bilər. Yekun, razılaşdırılmış satınalma müqaviləsi aşağıdakıları əhatə etməlidir:
- Almaq istədiyiniz aktivlər. Ümumiyyətlə, siz “bütün maddi və qeyri-maddi aktivləri” almağa razılaşırsınız və sonra istəmədiyiniz bütün aktivləri istisna edirsiniz. Siz həmçinin satın aldığınız aktivlərin təfərrüatlarını əks etdirən müqavilə üçün cədvəl əlavə edə bilərsiniz.
- Alış qiyməti. Bağlanarkən alış-verişi necə edəcəyinizi də izah etməlisiniz.
- Depozitə qoyulan ciddi pul məbləği. Xidmət pulu ciddi olduğunuzu göstərmək üçün satıcıya verdiyiniz məbləğdir. Əgər işdən çıxsanız, satıcı çox vaxt bu məbləği alır. Xidmət pulu adətən alış qiymətinin 5-10%-ni təşkil edir.
- Üzərinizə götürdüyünüz öhdəliklər və ya öhdəliklər. Ümumiyyətlə, siz müqavilələr, lizinq müqavilələri və müqavilələr bağlayırsınız. Onlar cədvəldə ətraflı şəkildə yazıla bilər.
- Bağlanma tarixi, vaxtı və yeri.
- Nümayəndəliklər və zəmanətlər. Bunlar alışdan sonra sizi sürprizlərdən qorumaq üçün nəzərdə tutulub. Məsələn, satıcı FCC-yə uyğunluğa zəmanət verir. Zəmanət və ya təqdimat yalan olduqda, adətən müqaviləni ləğv edə və ya məhkəməyə verə bilərsiniz.
- Alıcı və satıcının bağlanma öhdəliyinin şərtləri. Müqavilə qüvvəyə minməzdən əvvəl bütün şərtlər yerinə yetirilməlidir. Məsələn, satış şərti kimi FCC təsdiqini istəyirsiniz. FCC köçürməni rədd edərsə, şərt yerinə yetirilmədiyi üçün siz müqaviləni davam etdirmək məcburiyyətində deyilsiniz.
- Müqavilənin ləğvi prosesi. Bölmə hər iki tərəfin müqaviləni necə ləğv edə biləcəyini və bir tərəf müqaviləni qanuni səbəb olmadan pozarsa, hər hansı hüquqi müdafiə vasitələrini izah etməlidir.
- Bağlanmağı planlaşdırın. FCC transferi qəbul etməyincə satışı tamamlaya bilməzsiniz. Ən çox bağlanmalar bir vəkildə və ya yerli mücərrəd ofisdə baş verir. FCC hüquqşünasları da telefonla bağlanma ilə məşğul ola bilərlər.
- Hazırlanacaq və imzalanacaq bütün sənədlərin yoxlama siyahılarını hazırlayaraq bağlanmaya hazır olun. Satıcı və ya alıcıya xüsusi tapşırıqlar təyin edin. Yoxlama siyahılarından istifadə bağlanmanı daha hamar edir.
- İştirak etməyi planlaşdırmalısınız. Əgər vəkilinizin məlumatınıza ehtiyacı varsa, istənilən sualı cavablandırmaq üçün rahatlıqla hazırsınız.
İcma sualları və cavabları
Bir radio stansiyası üçün necə yerli françayzi ola bilərəm?
Stansiya sizi françayzi kimi qəbul etməyə razı olmalıdır. Onlara müraciət edin və ərizə doldurun.
Radiostansiyanın potensial satışı harada elan edilir?
Mən AM lisenziyası alıb evimdən göndərə bilərəmmi?
1. Radiorabitə sistem və şəbəkələrinin klassifikasiyası
Müasir rabitə sistemlərində rəqəm sistemli verilişlərdən (RSV) geniş istifadə olunur, yəni fasiləsiz məlumatlar diskret siqnallarla ötürülür. Bu məqsədlə diskretləşmə, kvantlama və kodlama əməliyyatlarından istifadə edilir və məlumatlar rəqəm siqnallarına çevrilir. Aşağıdakı şəkildə ötürülən məlumatın rəqəmsal siqnala və daha sonra yüksək tezlikli radiodalğalara (a) və əksinə (b) çevrilməsi prosesi göstərilmişdir.
Şək. 1.1.1.
Rəqəmsal radiorabitə sisteminin ümumiləşdirilmiş modelinə baxaq (şək.1.1.2).
Məlumat mənbəyi ya zamanın fasiləsiz funksiyası, ya da diskret verilənlər axını kimi təsvir edilə bilən siqnal generasiya edir. Zamandan asılı olaraq fasiləsiz dəyişən siqnal kimi insan nitqini misal gətirmək olar. Bu cür analoq siqnalı rəqəmli sistem vasitəsi ilə ötürmək üçün onu rəqəmli formaya çevirmək zəruridir. Bu, analoq siqnalın diskretlənməsi və fraqmentlərin sonrakı kvantlanması ilə reallaşdırılır. Bu məqsədlə analoq siqnal diskretləmə tezliyi ilə seçmələrə bölünür, daha sonra hər bir seçmə fraqmentin amplituduna uyğun olaraq ikilik say sistemi bloku ilə əvəz edilir. Diskretləmə tezliyinin qiyməti seçmələr teoreminə əsasən seçilir, yəni:
, (1.1.1)
burada – ötürülən siqnalın spektrindəki maksimal tezlikdir.
Standart telefoniyada bu proseduraları impuls-kod modulyasiyasına (İKM) əsaslanan mənbə koderi həyata keçirir. Zamana və səviyyəyə (kvantlama) görə diskretləmədən sonra alınan N qədər səviyyə ikili kodla kodlanır. Bu zaman hər bir səviyyə m simvoldan (1 və 0) ibarət kod kombinasiyası adı ilə adlandırılır. Alınan ikili simvollar ardıcıllığı (rəqəm siqnalı) diskret modulyasiya növlərindən biri ilə (IKM-TM və ya IKM-FM) modullandıqdan sonra rabitə kanalı ilə ötürülür. Siqnalların rəqəmli üsullarla ötürülməsinin üstünlüyü ondadır ki, həm yüksək maneəyədavamlı kodlardan istifadə etmək, həm də siqnalların artıqlığını ixtisar etmək imkanı yaranır. Məsələn, standart telefonitada koder mikrofondan gələn analoq siqnalın tezliyi ilə diskretlənməsini və hər bir fraqmentin 8-bitlik blokla əvəz olunmasını təmin edir. Kvantlama zamanı başlanğıc siqnalın tərkibində olan informasiyanın bir hissəsi itirilir. Bunun nəticəsində kvantlama küyü əmələ gəlir.
Ümumi halda mənbə koderi verilən siqnalın fraqmentlərini ikilik ardıcıllığa çevirmək üçün istifadə olunur (nitq siqnalları ötürülən halda mənbə koderinə nitq koderi deyilir).
Rabitə kanallarında baş verən bəzi fiziki hadisələr qəbuledicidə bir sıra xətaların yaranmasına səbəb olur. Bu xətaları ötürülən ikilik ardıcıllıq və qəbul olunmuş siqnaldan bərpa olunmuş ikilik ardıcıllıq arasındakı fərq kimi təsvir etmək olar. Belə xətaların olduğunu aşkar etmək və lazımi düzəlişlər etmək üçün vericidə kanal koderindən, qəbuledicidə isə kanal dekoderindən istifadə olunur. Ötürülən informasiya bloklarına müəyyən nəzarət informasiyası əlavə olunur. Bu informasiyaya əsasən qəbuledici qəbul olunmuş məlumat blokunun düzgün olub – olmadığı haqqında qərar qəbul edir.
Modulyator – yüksək tezlikli (YT) rəqslərin informasiya parametrlərinin (tezlik, amplitud və/və ya faza) ötürülən aşağı tezlikli siqnalın dəyişmə qanununa uyğun olaraq dəyişən blokdur. Modulyasiya nəticəsində informasiya daşıyan aşağı tezlikli siqnal radiodiapazonun müvafiq hissəsinə sürüşdürülür və dəqiq formalaşmış spektral parametrlərə malik olur. Siqnalın bu xassəsi naqilsiz rabitə texnologiyaları üçün ən əsas xüsusiyyətlərdən biridir. Modulyasiya zamanı, spektrin qonşu oblastlarında ötürülən məlumatları təhrif etməmək üçün, ayrılmış spektral resurslardan səmərəli istifadə olunmalıdır.
Elektromaqnit (EM) spektri – çox dəyərli və məhdud bir resursdur. Son illərdə bir çox yeni naqilsiz rabitə sistemləri meydana gəlmiş, bazara yeni xidmət növləri çıxarılmışdır. Bunun nəticəsində daha yüksək tezlik diapazonlarında işləyən sistemlər üçün yeni-yeni cihazlar yaradılır, daha mürəkkəb texnologiyalardan istifadə olunur. EM spektrin tezliklərinin bölüşdürülməsi dövlətlərarası danışıqların və razılaşmaların mövzusudur.
YT blok radiotezlik spektrində işləyir və radiosiqnalları lazımi səviyyəyə qədər gücləndirir. Naqilsiz rabitə sistemlərində istifadə olunan YT bloklara qoyulan adi tələblərdən biri aşağı enerji sərfidir.
İstənilən radiorabitə sisteminin ayrılmaz hissələrindən biri antenadır. Kanalın xassələri istifadə olunan verici və qəbuledici antenanın tipindən asılıdır. Antenanın istiqamətlənmə və güclənmə əmsalları daha böyük əhəmiyyət kəsb edir. Antenanın xarakteristikaları sistemin işçi diapazonunu və onun effektivliyini təyin edir.
Açıq fəzada (efirdə) siqnal müxtəlif təhriflərə və küylərin təsirinə məruz qalır. Ona görə də qəbul olunmuş siqnal verilmiş siqnaldan bir qədər fərqlənir. Siqnalın fəzada təhrif olunmasını L operatoru ilə xarakterizə etsək, qəbul olunan siqnalı aşağıdakı kimi göstərmək olar:
z(t) = L [u (t)] + e(t),
burada u (t)-ötürülən siqnal, e(t)– additiv küylərdir.
Qəbuledicidə həyata keçirilən çevrilmələr vericidəki çevrilmələrin əksinə uyğun gəlir. YT blokda güclənmə və filtrlənmədən sonra qəbul olunmuş siqnal demodulyasiya olunur. Çevrilmənin xarakteri istifadə olunan rəqəmli modulyasiya metodundan və kanalın parametrlərindən asılıdır. Demodulyatorun əsas məqsədi – YT blokun çıxışında formalaşan modulyasiya olunmuş siqnaldan impuls ardıcıllığını ayırmaqdır. Daha sonra alınmış impuls ardıcıllığı ikilik say sistemi ardıcıllığına çevrilir.
Kanal dekoderinin məqsədi formalaşmış kod ardıcıllığının tərkibindən istifadəçi informasiyasını ayırmaqdır. Xatırladaq ki, vericidə kanal koderi vasitəsi ilə istifadəçi informasiyasının tərkibinə, xətaları aradan qaldırmaq üçün nəzarət informasiyası əlavə olunmuşdu. Daha sonra alınmış rəqəmli istifadəçi informasiyası mənbə dekoderi vasitəsi ilə analoq siqnala çevrilir və məlumat qəbuledicisinə ötürülür.
Radiorabitə sistemlərinin klassifikasiyası. Əvvəl göstərilmişdir ki, radiorabitə sistemlərinin tərkibinə siqnalın ötürülməsi və qəbul olunması prosesində vəhdət şəklində işləyən müxtəlif tipli bloklar daxildir. Bu bloklar və eləcə də şəbəkəni təşkil edən digər obyektlər bir-biri ilə müəyyən qaydalara uyğun olaraq təmasda olurlar. İki punkt arasında informasiyanın ötürülməsini/qəbul olunmasını təmin edən belə qaydalar toplusuna rabitə protokolu deyilir. Naqilsiz rabitə sistemləri bu və ya digər protokoldan istifadə olunmasına görə iki böyük sinfə bölünürlər: asinxron və sinxron sistemlər.
Asinxron sistemlərdə hər bir verilənlər blokunun (paketlər) tərkibində “start” və “stop” siqnallarından istifadə olunur. Bu siqnalların məqsədi vericinin və qəbuledicinin işini sinxronlaşdırmaqdan ibarətdir. Adətən “start” siqnalının davametmə müddəti bir takt intervalı, “stop” siqnalının davametmə müddəti isə 1; 1,5 və ya 2 takt intervalına bərabər olur. Belə iş rejimi ona görə asinxron adlandırılır ki, verici və qəbuledici bir- biri ilə sinxron olaraq işləmir. Bu halda verilənlər bloku zaman oxunda qeyri- bərabər paylanır. Verilənlərin asinxron rejimdə ötürülməsi zamanı verici və qəbuledicinin sinxronlaşması verilənlər blokunun əvvəlindəki “start” biti əsasında baş verir. Bunun nəticəsində kanalda verilənlərin itkisinə yol verilmir.
Sinxron sistemlərdə isə verici ilə qəbuledicinin sinxronlaşması ya xüsusi ayrılmış kanalla göndərilən takt impulsları ya da verilənlər blokunun qəbulu üçün dəqiq zaman intervallarının (taym slot) ayrılması vasitəsi ilə həyata keçirilir. İkinci halda ayrılmış zaman intervalları zaman oxu üzərində bərabər paylandığından “start” və “stop” bitlərindən istifadə olunmur. Verilənlərin sinxron ötürülməsi zamanı daha böyük ötürülmə sürətinə nail olmaq olur, çünki bu zaman verilənlər blokunda xidməti informasiyadan (“start” və “stop” bitləri) istifadə olunmur. Verilənlərin yüksək sürətlə və dəqiq ötürülməsi zamanı sinxron rabitədən istifadə olunur.
Topologiyaya görə iki növ radiorabitə şəbəkəsi fərqləndirilir:
- “nöqtə-nöqtə”;
- “nöqtə-çoxnöqtə”.
İstifadə oblastından asılı olaraq radiorabitə sistemlərini iki sinfə bölmək olar:
- operatorlu radiorabitə sistemlərini;
- korporativ radiorabitə sistemlərini.
Bütün radiorabitə sistemlərini istifadə olunun tezlik zolağının eninə görə iki qrupa bölmək olar:
- darzolaqlı;
- genişzolaqlı.
Quraşdırılma yerinə görə radiorabitə şəbəkəsinin avadanlıqları iki qrupa bölünürlər:
- daxildə quraşdırılan;
- xaricdə quraşdırılan.
Radiorabitə sistemlərinin təsnifatının ən əsas kriterilərindən biri təklif olunan xidmətlərin həcmi və sistemin mürəkkəblik səviyyəsinin vəhdətidir. Bu nöqteyi-nəzərdən aşağıdakı kateqoriyaları sadalamaq olar:
- personal radioçağırış sistemləri;
- naqilsiz telefon sistemləri;
- trankinq sistemləri;
- naqilsiz hesablama şəbəkələri (RadioEthernet);
- radiorele xəttləri
- şanvari rabitə sistemləri;
- peyk rabitə sistemləri.
Personal radioçağırış sistemləri. Personal radioçağırış sistemləri və ya peycinq (paging – çağırış) xidməti ilkin variantda radioyayım sistemləri əsasında qurulmuşdu. Klassik peycinq sistemlərində birtərəfli, yəni çağırışları emal edən mərkəzlə əlaqələndirilmiş baza stansiyasından seçilmiş səyyar stansiya istiqamətində radiorabitə reallaşdırılır. Səyyar stansiya yalnız qəbuletmə rejimində işləyir və bütün radioyayım siqnallarından yalnız ona adreslənmiş siqnalları ayırır. Klassik sistemdə peycer verilənləri yalnız qəbul edə bilər. Hal-hazırda belə verilənlər hərf-rəqəm ardıcıllığından və ya qısa nitq məlumatından ibarət ola bilər. Səyyar stansiyalar (peycer) çoxluğundan lazım olanı tərkibində unikal adres olan informasiya blokunun göndərilməsi nəticəsində seçilir. Adətən verilənləri ötürmək üçün tezlik modulyasiyasından istifadə olunur. Peycer sadə və verilənlərin ötürülməsi üçün nəzərdə tutulmamış cihaz olduğundan, çox az enerji sərfinə və kiçik ölçülərə malik olur. Standart peycinq sistemi aşağıdakı hissələrdən ibarətdir:
1. Çağırışları emal etmə mərkəzi. İstifadəçiyə hərfi və ya səsli məlumatın göndərilməsi üçün çağırışlar bu mərkəzə ünvanlanır;
2. Baza vericisi. Verilənləri səyyar stansiyalara ötürmək üçün istifadə olunur və yüzlərlə MHs tezlikdə işləyir;
3. Çoxlu sayda qəbuledicilər (peycerlər).
Şanvari rabitə sistemlərinin çox böyük populyarlıq qazanması ilə əlaqədar olaraq hal-hazırda peycinq texnologiyasının inkişaf tempi bir qədər aşağı düşmüşdür. Buna baxmayaraq bu radiorabitə sistemləri Avropanın bir sıra ölkələrində geniş istifadə olunur. Məsələn, ümumavropa peycinq sistemi- ERMES (The Enhanced Radio Message System).
Naqilsiz telefon sistemləri. Naqilsiz telefon sistemləri XX əsrin 70-ci illərində yaranmışlar. Bu sistem baza stansiyasından az məsafədə yerləşən və nisbətən az sürətlə hərəkət edən abonentləri naqilsiz rabitə ilə təmin edir. Naqilsiz telefonların yaradılmasında əsas ideya telefon dəstəyi və telefon aparatı arasındakı naqilləri radiorabitə ilə əvəz etmək idi. Qarşıya qoyulan əsas tələb isə, avadanlığın dəyərinin və rabitənin keyfiyyətinin adi naqilli telefondan çox olmamağı idi.
Baxılan sistemdə baza stansiyası- ümumi istifadə üçün nəzərdə tutulmuş kommutasiya olunan telefon şəbəkəsinə adi telefon aparatı kimi qoşulmuş avadanlıqdır. Əksər hallarda bir baza stansiyası bir səyyar stansiya ilə- mobil telefon dəstəyi ilə əlaqədə olur. Belə sistemlər üçün ayrılmış tezlik spektrində abonentlərin sayının az, vahid sahəyə düşən baza stansiyalarının maksimal və rabitə zonasının kiçik olması xarakterikdir. Mobil dəstəklə özgə baza stansiyası arasında rabitənin yaradılmasını aradan qaldırmaq üçün müxtəlif texniki üsullardan istifadə olunur. Məsələn, yalnız bir cüt radiorabitə stansiyasına məlum olan parol (rəqəmli ardıcıllıq) mübadiləsi. Daha bir üsul- radiorabitə stansiyalar cütlüyü üçün nəzərdə tutulmuş kanallar arasında boş olanı axtarmaqdır.
Naqilsiz telefon sistemlərində rəqəmli texnologiyalardan istifadə olunması, belə sistemlərin imkanlarını xeyli artırır, baza stansiyalarının əhatə dairəsi daha da genişlənir. Belə ki analoq sistemlərdə bu ərazi binanın bir neçə otağı ilə məhdudlanır.
Hal-hazırda naqilsiz telefon sistemləri sırasında ən qabaqcılı – DECT (Digital Enhanced Cordless Telecommunications – Təkmilləşdirilmiş Rəqəmli Naqilsiz Telefon rabitə sistemi) rəqəmli standartıdır. Bu telefonlar bağlı ərazilərdə istifadə olunmaq üçün optimallaşdırılıb. DECT standartına əsasən baza stansiyaları yerli naqilli telefon şəbəkələrinə qoşulurlar. Baza stansiyaları mobil dəstəyin yerdəyişməsi zamanı da rabitəni stabil saxlaya bilirlər. Bu sistemdə istənilən abonenti onun əhatə dairəsində olduğu istənilən baza stansiyası vasitəsi ilə çağırmaq olar. Hal – hazırda DECT telefonları həmçinin kommunikasiya trafikinin sıxlığının çox olduğu ərazilərdə – aeroportlarda, şəhərlərin mərkəzlərində, dəmiryol stansiyalarında və s. quraşdırılır.
Hazırda, bəzi təkmilləşdirmələrdən sonra DECT telefonlarından naqilsiz lokal hesablayıcı şəbəkələrə daxil olma nöqtəsi kimi də istifadə olunmağa başlandı.
Trankinq sistemləri. Trankinq (trunking – qruplaşma) sistemləri iri müəssisələrdə telekommunikasiya şəbəkələrinin qurulması üçün nəzərdə tutulmuşdur. Trankinq sistemləri əsasən nəqliyyat kompaniyalarında və xüsusi xidmət orqanlarında (polis, qəza xilas etmə və s.) istifadə edilir. Belə sistemlərin xarakterik xüsusiyyəti – çağırışları paylaşdıran dispetçer və idarəetmə mərkəzlərinin olmasıdır. Trankinq sistemlərində reallaşdırılan bəzi rabitə növləri adi telefon sistemlərində yalnız əlavə xidmət kimi abonentlərə təklif oluna bilər. Məsələn, dispetçer mərkəzindən bütün səyyar stansiyalara və ya səyyar stansiyaların bir qrupuna zəng olunması. Bu sistemə xas olan daha bir rabitə növü – bir neçə səyyar stansiya arasında rabitənin yaradılmasıdır.
Trankinq sistemlərinin resursları ümumi istifadə üçün nəzərdə tutulmuş müəyyən sayda kanallardan ibarətdir. İstənilən boş kanal yeni bir rabitənin yaradılması üçün istifadə oluna bilər. Bu rabitə başa çatdıqdan sonra isə istifadə olunan kanal yenidən ümumi kvotaya qaytarılır. Bu trankinq sistemlərini klassik dispetçer sistemlərindən fərqləndirən əsas xüsusiyyətdir. Klassik dispetçer sistemlərində hər bir istifadəçi qrupu üçün konkret kanallar ayrılır. Əgər dispetçer sisteminin bir qrupunda bütün kanallar məşğuldursa, onda bu qrupdan olan istifadəçi digər qruplarda boş kanallar olsa da yeni rabitə yarada bilməyəcək.
Müasir trankinq sistemləri 460- 900 MHs tezlik diapazonunda işləyir. Kanalların eni isə 12,5- 25 kHs təşkil edir. Hal- hazırda trankinq texnologiyaları sferasında ən qabaqcılı TETRA rəqəmli trankinq sistemidir. Bu sistem həm nitq, həm də digər tip informasiya mübadiləsinə imkan yaradır.
Radiorele xəttləri. Radiorele xəttlərində istifadə olunan radiotezlik diapazonları bir sıra üstünlüklərə malikdir. Bu geniş zolaqlı diapazonların hər birində çoxsaylı genişzolaqlı siqnalın ötürülməsi mümkündür. Bu diapazonlarda böyük güclənmə əmsalına malik antenalar nisbətən kiçik ölçülərə malik olur. Belə antenaların tətbiqi kiçik gücə malik vericilər vasitəsi ilə dayanıqlı rabitə yaratmağa imkan verir. Atmosfer və sənaye mənşəli xarici maneələrin spektri nisbətən aşağı tezlik oblastlarında yerləşir. Ona görədə ultrayüksək və daha yüksək tezlikli diapazonlarda belə maneələr praktiki olaraq yoxdur. Magistral radiorele xətlərində santimetrlik dalğa diapazonunda işləyən analoq radiorele stansiyaları daha geniş tətbiq olunur.
Radiorele rabitə xəttini qəbuledici-verici RRS-nın zənciri şəklində qururlar. RRS – də gücü 0,1 ÷10 Vt olan verici, küy əmsalı 10 dB ətrafında olan qəbuledici və güclənmə əmsalı 40 dB (açılış sahəsi 10 kv.m) ətrafında olan antenalar quraşdırılır. RRX-nın qonşu RRS – lərinin antenaları arasında bir başa görmə təmin olunmalıdır. Bunun üçün antenaları hündürlüyü 40 ÷100 m olan dayaqlar üzərində yerləşdirirlər. Magistral radiorele xətlərinin qonşu RRS – ləri arasındakı məsafə 50 km ətrafında seçilir.
Troposfer radiorele xətlərinin qonşu stansiyaları arasındakı orta məsafə 250 km ətrafında seçilir. Burada gücü 1 ÷10 kVt olan vericilər, effektiv küy temperaturu 150 ÷ 200 K olan azküylü gücləndiriciyə malik qəbuledicilər və güclənmə əmsalı 40 dB ətrafında olan antenalar quraşdırılır.
Naqilsiz hesablama şəbəkələri (RadioEthernet). Verilənlərin kompüter şəbəkələri, kompüter və dayaq şəbəkəsi, kompüter və mobil cihazlar arasında naqilsiz mübadiləsini təşkil etmək üçün məhz RadioEthernet texnologiyalarından istifadə olunur. Bu tip radiorabitə sistemləri genişzolaqlı spektrdə işləyir və verilənləri ayrı-ayrı paketlər şəklində göndərir/qəbul edir. Verilənlərin paket şəklində ötürülməsi zamanı, bütün informasiya ardıcıl ötürülən və qəbuledicidə birləşdirilən ayrı- ayrı porsiyalara bölünür. Belə şəbəkələr kifayət qədər yüksək ötürmə sürətinə malik olurlar və ayrılmış tezlik zolağından səmərəli istifadə edirlər. Digər naqilsiz rabitə sistemlərindən fərqli olaraq RadioEthernet texnologiyalarında verilənlərin asinxron ötürülməsi reallaşdırılır.
Hal-hazırda bir çox RadioEthernet texnologiyalar mövcuddur. Onlar əsasən öz marketinq adları ilə məşhurlaşmışlar, məsələn Wi-Fi, WiMAX, Bluetooth və s. Bu texnologiyalara sonrakı paraqraflarda daha ətraflı baxılacaq.
Şanvari rabitə sistemləri. Şanvari telefoniya – hərəkət edən obyektlərlə naqilsiz rabitənin ən parlaq nümunəsidir. Şanvari rabitə sistemlərində baza stansiyalarının əhatə dairəsində olan geniş ərazilərdə yüksək sürətlə hərəkət edən səyyar stansiyalarla ikitərəfli (dupleks) naqilsiz rabitə reallaşdırılır. Şanvari rabitə sistemləri bir ölkənin ərazisini bütövlüklə örtə bilər. Bundan başqa, eyni bir şanvari rabitə standartına mənsub olan sistem vasitəsi ilə bir neçə ölkəni əhatə etmək olar. Məsələn, hal-hazırda Avropanın bir çox ölkəsində GSM standartlı sistemlərdən istifadə olunur.
Son iyirmi il ərzində şanvari rabitə sistemləri sürətlə inkişaf etmiş və daha təkmilləşmişlər. Birinci nəsil şanvari rabitə sistemləri analoq sistemlər idi. Danışıq siqnalları tezlik modulyasiyası vasitəsi ilə ötürülürdü. Lakin, rabitənin yaradılmasına nəzarət, səyyar stansiyanın hərəkəti zamanı rabitənin bir baza stansiyasından digərinə ötürülməsi, səyyar stansiyanın şüalanma gücünün tənzim olunması və bir sıra başqa proseduralar rəqəmsəl siqnallar vasitəsi ilə həyata keçirilirdi. 80-cı illərdə bir- biri ilə uyğunlaşmayan çoxlu sayda şanvari rabitə sistemləri yaradılmışdı. Məsələn, Amerikanın AMPS (Advanced Mobile Phone Service – səyyar stansiyalarla perspektivli rabitə xidməti), İngiltərənin TACS (Total Access Cellular System- ümumi istifadə üçün şanvari sistem), Skandinaviyanın NMT (Nordic Mobile Telephone system – Skandinaviya mobil telefon sistemi), Almaniyanın C-Netz və s.
Rəqəmli texnologiyaların inkişafı və analoq sistemlərinin az abonent tutumu (əsasən də böyük şəhərlərdə) ikinci nəsil şanvari rabitə sistemlərinin yaradılmasına zəmin yaratdı. İkinci nəsil sistemlər rəqəmli texnologiyalara əsaslanır.
Son onillikdə üçüncü nəsil şanvari rabitə sistemləri yaradıldı. Belə bir fərziyyə sürülmüşdü ki, texnologiyanın inkişafı ilə əlaqədar olaraq tədricən ötürülən informasiyanın əsas hissəsini verilənlər (nitq siqnalları yox) və multimedia informasiyası təşkil edəcək. Ona görə də üçüncü nəsil sistemlərdə daha böyük abonent tutumu və bir neçə trafik növü reallaşdırılmışdır. Bundan başqa, şanvari rabitə sistemlərinin altqurumu olan verilənlərin asinxron ötürülməsi texnologiyası işlənib hazırlanmışdı. Belə altqurumlara misal olaraq GPRS-i (General Packet Radio Service- ümumi istifadə üçün paket radiorabitəsi) göstərmək olar.
Şanvari rabitə sistemləri sırasında ən tanınmış və geniş istifadə olunanı GSM-dir (Global System for Mobile communications- mobil rabitə üçün qlobal sistem). Şanvari rabitə sistemlərinin əsasları sonrakı paraqraflarda nəzərdən keçiriləcək.
Peyk rabitəsi sistemləri. Radiorabitə sistemləri içində peyk rabitəsi sistemləri ən böyük əhatə zonasına malikdir. Bir peyk sistemi fəsiləsindən olan peyklər vasitəsi ilə bütün yer səthini rabitə ilə təmin etmək olar. Müasir peyk rabitəsi sistemləri verilənlərin aşağı sürətlə, lakin böyük məsafələrə bir və iki istiqamətli ötürülməsi ilə xarakterizə olunurlar. Sistemin abonent tutumu birbaşa istifadə olunan peyklərin sayından asılıdır. Lakin nəzərə almaq lazımdır ki, peyklərin sayının artırılması sistemin qiymətinin artmasına səbəb olur. İstifadəçilər arasında şanvari rabitə sistemlərinin peyk rabitəsi sistemlərinə nəzərən daha çox tanınmasına baxmayaraq, sonuncular ucqar nöqtələrdə (yüksək dağlıq ərazilər və qütb yarımdairələri) rabitəni təmin etmək üçün yeganə çıxış yoludur.
Hal – hazırda INMARSAT, Iridium, GlobalStar, ICO, Thuraya, Teledesic kimi peyk rabitəsi sistemləri fəaliyyət göstərir və bu siyahı artmaqda davam edir. Sadalanan sistemlər haqqında sonrakı paraqraflarda danışılacaq.
1.2. Rabitə kanallarının əsas xarakteristikaları və parametrləri
Rabitə texnikasında siqnal rabitə kanalı ilə ötürülür. Odur ki, siqnalın əsas keyfiyyət göstəriciləri olan xarakteristikaları və parametrləri rabitə kanallarının da uyğun parametrlərini və xarakteristikalarını müəyyən edir, lakin kəmiyyətcə onlardan fərqlənir. Həmin parametrləri nəzərdən keçirək (şək. 1.2.1-də verilmiş ixtiyari siqnal üçün).
1. Siqnalın enerjisi-onun təsir etdiyi müddətdə yığılan enerjiyə deyilir:
2. Siqnalın (kanalın) dinamik diapazonu-maksimum güc səviyyəsinin ( ) minimum güc səviyyəsinə ( ) olan nisbətinin loqorifmik qiymətinə ( ) deyilir:
Müxtəlif siqnallar üçün dinamik diapazon müxtəlifdir. Məsələn:
a) telefon və diktor danışığı üçün: ;
b) radioyayım siqnalı üçün: (simfonik orkestr üçün= );
c) televiziya siqnalı üçün: .
3. siqnalın (kanalın) tezlik spektrinin eni-maksimum tezliyi ilə minimum tezliyi arasındakı tezlik fərqinə deyilir:
Müxtəlif siqnallar (eləcə də kanallar) üçün spektr eni də müxtəlifdir. Məsələn:
a) telefon danışığı üçün: (rəqəm siqnalı üçün );
b) yüksək keyfiyyətli radioyayım üçün:
c) yaxşı keyfiyyətli radioyayım üçün:
ç) televiziya siqnalı üçün:
d) faksimil siqnalı üçün: ;
e) teleqraf (teletayp) siqnalı üçün:
4. Siqnalın təsir müddəti, ( ) effektiv təsir müddəti ( ) və effektiv spektr eni ( ):
a) siqnalın başlanğıc müddəti ( ) ilə son (təsirinin kəsildiyi) müddəti ( ) arasındakı fərq onun təsir müddəti ( ) adlanır: .
b) siqnalın effektiv təsir müddəti olaraq, elə bir zaman intervalı götürülür ki, həmin müddət ərzində siqnalın enerjisi maksimum ( ) qiymətindən -a qədər azalır: (burada – maksimum güc səviyyəsinə, isə minimum güc səviyyəsinə uyğun zamanlardır;
c) siqnalın effektiv spektr eni olaraq, elə iki tezlik fərqi götürülür ki, həmin tezliklərdə siqnalın gücü maksimum qiymətindən qiymətinə qədər azalır: = (burada -maksimum güc səviyyəsinə uyğun tezlikdir, -isə minimum-yəni güc səviyyəsinə uyğun tezlikdir.
5. Siqnalın (kanalın) həcmi-onun üç əsas parametrlərinin hasilinə bərabərdir:
6. Siqnalın (eləcə də rabitə kanalının) informasiya miqdarı ( ) və informasiya tutumu ( ):
a) siqnalın (kanalın) informasiya miqdarı onun tezlik spektrinin enindən, təsir müddətindən və siqnal maneə güclərinin nisbətindən ( ) asılıdır:
b) siqnalın (kanalın) informasiya tutumu vahid zamanda ötürülən informasiya miqdarına deyilir:
; (1.2.5)
7. Verilənlərin ötürülmə sürəti. Naqilsiz rabitə texnologiyalarını xarakterizə edən ən əsas parametrlərdən biri verilənlərin ötürülmə sürətidir. Rabitə kanalının verici hissəsində ötürülmə sürəti saniyədə bitlərlə (bit/san) aşağıdakı kimi hesablanır:
burada – kanal simvollarının təkrarlanma tezliyi (Hs – lərlə), -bir simvolun mümkün qiymətlərinin sayıdır.
1.3. Radiorabitə sistem və şəbəkələri üçün əsas energetik ifadələr
Siqnalın radiorabitə sistemində ötürülməsi verici tərəfindən generasiya edilən elektrik enerjisinin EM dalğalarına çevrilməsinə, bu dalğaların fəzada yayılmasına və qəbuledicidə yenidən elektrik enerjisinə çevrilməsinə əsaslanır. Naqilsiz rabitə kanalının xassələri bir çox faktorlardan asılıdır, məsələn, istifadə olunan antenaların parametrlərindən, radiodalğaların yayıldığı fiziki mühitin xassələrindən, məlumatın verilməsində və qəbul olunmasında iştirak edən elektron dövrələrin xüsusiyyətlərindən, hərəkət edən stansiyaların sürətlərindən və s.
Siqnalın ötürülmə kanalını analiz etmək üçün şək. 1.1.2- də təsvir olunmuş struktur sxemi daha ümumiləşmiş formada göstərmək məqsədəuyğundur (şək. 1.3.1).
Fərz edək ki, vericinin çıxışında siqnalın gücü təşkil edir. Verici antenanın güclənmə əmsalını nəzərə alaraq, şüalanma gücünü aşağıdakı kimi ifadə etmək olar:
Şüalanma mənbəyindən məsafədə güc seli sıxlığı (GSS) aşağıdakı kimi təyin olunur:
. (1.3.2)
Verici antenadan müəyyən məsafədə yerləşmiş və ona istiqamətlənmiş qəbuledici antena şüalanan enerjinin yalnız bir qismini «yığır». Enerjinin qəbul olunmuş bu hissəsi qəbuledici antenanın təsiredici sahəsinin qiymətindən asılıdır və aşağıdakı kimi təyin olunur:
. (1.3.3)
Əgər (1.3.1) və (1.3.2) ifadələrini (1.3.3)-də nəzərə alsaq:
. (1.3.4)
Qəbuledici antenalar nəzəriyyəsindən məlumdur ki, antenanın təsiredici sahəsi aşağıdakı kimi hesablanır:
. (1.3.5)
Sonuncu ifadəni (1.3.4)-da yerinə qoyaraq, qəbuledicinin girişindəki siqnalın gücü üçün aşağıdakı ifadəni alarıq:
. (1.3.6)
Məlumdur ki, EM dalğaları açıq fəzada yayılan zaman bir sıra itkilərə məruz qalır. Fəzada yayılma zamanı yer alan itkiləri aşağıdakı kimi ifadə etmək olar:
. (1.3.7)
Dalğaların fəzada yayılma itkilərini (1.3.7) və bir sıra əlavə itkiləri (məsələn, atmosfer itkilərini ) nəzərə alaraq, (1.3.6) ifadəsini aşağıdakı kimi yazaq:
. (1.3.8)
Sonuncu ifadə müxtəlif riyazi hesablamaların aparılması üçün daha əlverişlidir. Bu ifadənin loqarifmini hesablasaq şüalanma gücünün, güclənmə və itki əmsallarının desibellərlə cəmini alarıq. Beləliklə (1.3.8) ifadəsini aşağıdakı kimi yazmaq olar:
. (1.3.9)
Qəbuledici antenanın güclənmə əmsalı və onun təsiredici sahəsi antenanın həndəsi ölçülərindən və qəbul olunan siqnalın dalğa uzunluğundan asılıdır. Məsələn, parabolik antenanın təsiredici sahəsi aşağıdakı kimi hesablanır:
burada – diametri olan parabolik antenanın aperturasının sahəsi; – aperturanın istifadə olunma əmsalıdır ( ).
Əgər (1.3.5) ifadəsini (1.3.10) ifadəsində nəzərə alsaq, diametri olan parabolik antenanın güclənmə əmsalı üçün düstur alarıq:
. (1.3.11)
Radioxəttin enerji potensialı qəbul olunmuş siqnalın gücünün küylərin spektral sıxlığına nisbəti kimi xarakterizə olunur:
, (1.3.12)
burada – Bolsman sabiti, – qəbuledicinin küy temperaturudur (Kelvinlərlə).
1.4. Siqnalın fəzada yayılmasına çoxşüalılığın təsiri
İndi isə radiosiqnalların fəzada yayılması problemlərinə baxaq. Vericidən qəbulediciyə istiqamətlənmiş radiodalğa çox nadir hallarda düz xətt boyunca yayılır. O öz yayılma trayektoriyasında adətən müxtəlif maneələrə rast gəlir. Həmin maneələr radiodalğaların əks olunmasına və öz istiqamətini dəyişməsinə səbəb olur. Bunun nəticəsində elə bir situasiya yarana bilər ki, qəbulediciyə siqnalın zaman oxu üzərində sürüşdürülmüş və müxtəlif amplitudlu bir neçə kopiyası çatacaq. Bundan əlavə, başlanğıc (əsas) siqnalın enerjisi bu kopiyalar arasında qeyri-bərabər paylanır. Radiosiqnalların vericidən qəbuledici istiqamətində belə yayılmasına siqnalın çoxşüalı yayılması deyilir. Naqilsiz rabitə sistemində radiodalğaların yayılmasının sadələşdirilmiş – ikişüalı yayılma modelinə baxaq (şək. 1.4.1).
Qəbul edək ki, verici və qəbuledici antenalar yer səthindən uyğun olaraq və hündürlüklərində yerləşdirilmişdir. Antenalar arasındakı məsafə – dir və hər iki antenanın hündürlüyündən çox-çox böyükdür. Fərz edək ki, siqnal qəbuledicinin antenasına iki istiqamətdən təsir edir: düz istiqamətdən (düzünə görünüş xətti üzrə – ) və yer səthindən bir dəfə əks olunmaqla ( – sınıq xətti). Yer səthindən əks olunmanın itkisiz baş verdiyini, yəni düşən şüanın enerjisinin əks olunan şüanın enerjisinə bərabər olduğunu qəbul edək. Göstərmək olar ki, təsvir olunmuş modeldə qəbuledicinin girişində siqnalın gücü aşağıdakı kimi ifadə olunacaq:
Sonuncu ifadədən belə bir nəticə çıxarmaq olar ki, düz istiqamətdən başqa daha bir yayılma trayektoriyasının yaranması (düz istiqamətdən fərqli olan) qəbul olunan siqnalın gücünə böyük təsir göstərir. Göründüyü kimi siqnalın ikişüalı yayılması halı üçün qəbul olunan siqnalın gücü antenalar arasında məsafənin dördüncü dərəcəsi ilə tərs mütənasibdir. Baxılan model radiodalğaların çoxşüalı yayılmasının kanalın xarakteristikalarına təsirini öyrənmək üçün istifadə olunan son dərəcə ideallaşdırılmış bir nümunədir. Real şəraitdə ətraf mühitin xüsusiyyətlərindən asılı olan mövcud şüaların sayı çox olur.
Verici antenadan məsafəsində qəbul olunan siqnalın gücünü bir çox hallarda aşağıdakı kimi ifadə etmək daha məqsədəuyğun olur:
, , (1.4.2)
burada – konkret bir məsafəsində ölçülmüş dayaq gücü; – radiodalğaların yayılma şəraitindən asılı olan və 2- 5,5 intervalında dəyişən dərəcə göstəricisidir. Göstərmək olar ki, dalğaların birşüalı yayılması halı üçün , ikişüalı yayılmasında isə olur.
Radiodalğaların çoxşüalı yayılması zamanı elə hal ola bilər ki, siqnal və onun kopiyası qəbuledici tərəfindən əks fazada qəbul olunsun. Yəni, kopiya siqnala nəzərən tam periodlar qədər gecikə bilər. Bu halda siqnal və onun kopiyası qəbuledicidə əks fazada toplana və bir-birini kompensasiya edə bilər. Bu da öz növbəsində təhriflərin sayının artmasına və rabitə kanalının keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu effektə “siqnalın donması” deyilir. Yəni, verici və qəbuledici arasında radiorabitənin qısa müddət ərzində qırılması illüziyası yaranır.
Comments are closed, but trackbacks and pingbacks are open.