Daşkəsən sənayeləşmə tarixi tarixi
Sözsüz ki, İslamiyyətə qədər yerli əhali xristian olub və İslamlaşdırma siyasəti dağlıq ərazidə ləng getdiyi üçün Daşkəsən dağlarında Alban-Xristian məbədləri də olduqca çoxluq təşkil edir.
Tarixi
“ Rayonunuzun çox böyük imkanları, potensialı var. Burada çox gözəl yerlər var, təbiət çox gözəldir, çox zəngindir. Əminəm ki, bu yol tikiləndən sonra burada turizmin inkişafı daha da sürətlə gedəcəkdir. Rayonun infrastrukturuna sərmayələr qoyulacaq və beləliklə, Daşkəsən rayonu sürətlə inkişaf edəcəkdir!”
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Tarixi haqqında qısa məlumat
Daşkəsən dağları uzun illər yaylaq yeri kimi istifadə edilib. Cənub Qafqazın ən gözəl yaylaqlarından biri Daşkəsəndə, xüsusilə Xoşbulaqdadır. Xoşbulaq yaylağına Daş dövrünün insanları gəlib müxtəlif sahələrdə, əsasən ovçuluqla məşğul olublar. E.ə. III minillikdə maldar əhali Xoşbulaq yaylağına qalxıblar, o zamandan bu ənənə davam etməkdədir.
Daşkəsən yaylaqları dəniz səviyyəsindən 2 min metr yüksəkdə olduğu üçün bura bir çox maldar tayfalar köçüb və onlar müxtəlif ətraf hücumlardan qorunmaq üçün siklop tipli qalaçalar tikib. Elə həmin tarixdən də Daşkəsən rayonu ərazisindən daimi yaşayış məskəni kimi istifadə edilib.
Daşkəsən qədim yaşayış məskənlərində 1959-1960-cı illərdə aparılan arxeloji qazıntılar zamanı tapılan sayı-hesabı bilinməyən kurqan tipli dəfn abidələri göstərir ki, bu ərazilər yaylaq kimi yerli əhali tərəfindən istifadə edilib. Bu əraziyə isə yay vaxtında, yalnız bir ərazidən – şimal-şərq tərəfdən, Kür çayı vadisindən gəlmək mümkündür.
Sözsüz ki, İslamiyyətə qədər yerli əhali xristian olub və İslamlaşdırma siyasəti dağlıq ərazidə ləng getdiyi üçün Daşkəsən dağlarında Alban-Xristian məbədləri də olduqca çoxluq təşkil edir.
Orta əsrlərdə Daşkəsən rayonu ərazisində mədən işi ilə məşğul olunmuşdur.
Daşkəsən rayonu təbii sərvətlərinə görə olduqca zəngindir. Sovet İttifaqı dövründə Daşkəsənin strateji məhsulları olan dəmir filizi, alüminum, kobalt, mərmər və s. məhsullarının istismarı üçün xeyli iş aparılmışdır.
Daşkəsən rayonu (1956-cı ilədək Dəstəfur rayonu) – Azərbaycan SSR-də inzibati rayon 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən bərpa olunmuşdur. Ərazisi 1046 kv.km, əhalisi 34 434 (01.01.2016).
Rayonda 1 şəhər, 5 qəsəbə, 43 kənd var. Mərkəzi Daşkəsən şəhəridir.
Daşkəsən rayonu cənub-qərbdən 8 kilometr Ermənistan Respublikası ilə həmsərhəddir. Eyni zamanda Respublikasının Şəmkir rayonu ilə 24,5 kilometr, Kəlbəcər rayonu ilə 23 kilometr, Gədəbəy rayonu ilə 41 kilometr və Göygöl rayonu ilə 56,3 kilometr həmsərhəddir.
Tarixi və memarlıq abidələri
«Xoşbulaq yaylağı» tunc dövrünə aid olan «Daştəpə» qalaçası, «Çoban daşı», «Molla Abdulla bulağı» qalaçası,dəmir dövrünə aid olan «Nağara dağı» ilə məşhurdur, tarixçilərimizin diqqət mərkəzindədir. Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşən, bu gün də el arasında müqəddəs ocaq, pir kimi tanınan, qibləgah hesab olunan Qoşqar dağının ətəyində yerləşir.
Əmirvar kəndində «Yastı qaya» adlanan mənzərəli guşə hər tərəfdən sıx meşəliklə əhatə olunub. «Ləzgi qayası», «Qara inək» mağarası, «Yal yurdu» qalaçası, «Göyçəlilər yurdu» qalaçası, «Dərdər» qalaçası rayonda məşhurdur.
Qabaqtəpə zonası da turizm üçün çox əhəmiyyətlidir. Belə ki, burada 800 m2 ərazisi olan Alban məbədi kimi respublika əhəmiyyətli tarixi memarlıq abidəsi, Qabaqtəpə kəndindən 5 km aralıda yerləşən Gəlinqaya təbii abidəsi, Qabaqtəpədən 12 km aralıda yerləşən Şəmkir çayı kimi mənzərəli guşəsi, təmiz havası, saf suları ilə məşhur olan bu ərazi həmişə buraya gələn qonaqların zövqünü oxşamaqdadır.
Dünyada məşhur olan Qabaqtəpə boz arı cinsi məhz bu torpağın, bu regionun adı ilə bağlıdır. Dağlara söykənən bu kənd qərb tərəfdən meşələrlə əhatə olunmuşdur. Rayon mərkəzi ilə Qabaqtəpə kəndi ərazisində çoxlu tarixi qədim olan körpülər, yaşayış məskənləri, tarixi və təbii abidələr mövcuddur.
Rayonun Tapan kəndində Qudur bulağı, Alaxançallı kəndində Turşsu ərazisi, Qaraqullar kəndində Ağ bulaq, Zəylik kəndində Düz yal, Bayan kəndində ecazkar dəmiryol körpüləri və keçidləri, Çilçirəvənd məbədi, Monastr, Quşqara çayı üzərində tağvari körpü, Gurbulaq kəndi ərazisində Dikdaş qalaçası, Ərkinaz qalaçası, Zağalı kəndində dünya əhəmiyyətli Kurqanlar və daş qəbirstanlıqlar, Zəylik kəndində Alban məbədi, daş qəbristanlıqları, Əhmədli kəndində türbə, Dardərə kəndində Çalağan qalaçası, Dəstəfur kəndində Gəncə çayı üzərində salınmış qədimi körpü, 700 m2 ərazini əhatə edən Alban məbədi və s. tarixi və təbii abidələr bu gün də rayonun bölgələrində hörmətlə, ehtiramla, heyrətlə qarşılanır.
Sənayeləşmə və kollektivləşmə
Yeni iqtisadi siyasətə keçid (1921-ci il) nəticəsində ölkə və respublika daxilində nisbi və iqtisadi sabitlik əldə edildi. Nəticədə, bolşevik istəyinə uyğun olmayan iqtisadi və siyasi proseslər başlandı. Sovet hakimiyyəti əsas diqqətini iqtisadiyyatın tənzimlənməsində inzibati üsulların gücləndirilməsinə yönəltdi.
ÜİK(b)P-nin XIV qurultayında (1925-ci il) Yeni iqtisadi siyasət prinsiplərini möhkəmləndirmək kursu təsdiq edilsə də, artan iqtisadi çətinliklər iqtisadiyyatda inzibati metodların tətbiqini labüd etdi.
1926-cı ilin fevralında respublikada sənayeləşdirmə üzrə xüsusi komissiya yaradıldı. Komissiyanın tərkibinə Q.Musabəyov (sədr), H.Sultanov və b. daxil oldu. Respublikanın əlaqədar orqanları Azərbaycan sənayesinin 1926-30-cu illər üçün inkişaf planını hazırladılar. Sənayeləşdirmənin başlanması ərəfəsində heç də bütün sənaye sahələri bərpa edilmədi. Belə ki, neft hasili, dəmir emalı, ipəkçilik sənayesi və s. bərpa işi başa çatdırılmadı.
Artıq 20-ci illərin sonları üçün Azərbaycan sənayesində nəzərə çarpacaq dəyişikliklər var idi. Neft sənayesində mühüm nailiyyətlər əldə edilmişdi. 1928-ci ildə Yeni Qaraçuxur mədəninin istismarı başladı. 1928-ci ildə SSRİ miqyasında ilk dəfə olaraq Bakıda güclü trubalı kerosin-benzin zavodu, sulfat turşusu, karbid və yağ zavodu tikildi.
Maşınqayırma sahəsində də mühüm nailiyyətlər əldə edildi. 1927-ci ildə Leytenant Şmidt (indiki Səttarxan) adına zavodda ilk elektrik poladəritmə sobası işə salındı.
Bu dövrdə, Gəncə Azərbaycanın ikinci sənaye mərkəzinə çevrildi. 1928-ci ildə Gəncədə əyirici toxuculuq kombinatı və pambıqtəmizləmə zavodu işə düşdü, Ucar və Yevlaxda pambıqtəmizləmə zavodları tikildi, Şəki və Xankəndində baramaaçma müəssisələrinin tikintisinə başlandı.
1927-1928-ci illərdə respublikanın elektrikləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edildi. Bu dövrdə, Salyan, Füzuli, Nuxa istilik elektrik stansiyalarının tikilişi başa çatdırıldı.
Sənayeləşmə dövründə Azərbaycan xalqı çox ağır çətinliklərlə üzləşməli oldu. Sənayeləşdirməni maliyyələşdirmək üçün dövlət kütlələrin olan-olmaz vəsaitini talan etdi. Bu dövrdə, bir-birinin ardınca keçirilən 3 sənayeləşdirmə istiqrazı xalqın vəziyyətini daha da pisləşdirdi. Fəhlələr bəzən bir, yaxud 2 aylıq əmək haqqını sənayeləşmə fonduna keçirməli olurdular. Sənayeləşdirmə xəttinin həyata keçirilməsi üçün Sovet dövləti günahsız məhkum edilmiş insanların fıziki əməyindən istifadə etməkdən çəkinmirdi.
Ümumiyyətlə, Azərbaycanda sənayeləşmə xətti 2 sahəni neft sənayesini və elektrikləşməni əhatə etdi. Azərbaycan Sovet imperiyasının xammal bazasına çevrildi. Sənayeləşdirmə xətti ağır sənayenin inkişafını nəzərdə tutduğu halda, respublikada yüngül sənaye daha sürətlə inkişaf etmişdi.
Bütün bunlara baxmayaraq sənayeləşmə respublikanın iqtisadiyyatında müsbət dəyişikliklərlə nəticələndi. Belə ki, sənayeləşmə illərində fəhlələrin sayı artıb, 47 min nəfərdən 208 min nəfərə çatdı. Azərbaycan aqrar respublikadan aqrar-sənaye respublikasına çevrildi.
1929-cu ilin may ayında keçirilən SSRİ-nin V Sovetlər qurultayında xalq təsərrüfatının inkişafı üzrə birinci beşillik plan (1928/29-1932/33) qəbul edildi. Əsasən, ağır sənayenin inkişafını nəzərdə tutan bu beşillik plan Azərbaycanda neft, kimya, toxuculuq sənayesinin inkişafını, kənd təsərrüfatının sosialist əsasları üzrə yenidən qurulmasını nəzərdə tuturdu. Beşillik ərzində Azərbaycanda 35 yeni sənaye müəssisəsi işə düşdü, bir sıra sənaye müəssisəsi yenidən quruldu və istehsalı genişləndirildi. Respublikada kimya, tikinti materialları, yüngül, yeyinti və s. sənaye sahələri üzrə yeni obyektlər işə salındı. I beşillikdə nəqliyyat inkişaf etdirildi. Ələt stansiyasından Culfaya 409 km uzunluğunda dəmiryol xəttinin çəkilişi başa çatdırıldı. Hava yolları, aeroportların tikintisinə başlandı.
Beşillik dövründə Azərbaycanın yeni sənaye mərkəzləri Gəncə, Xankəndi, Nuxa və s. inkişaf etməyə başladı.
1920-ci illərin sonu 30-cu illərin əvvəllərində Azərbaycanın inzibati-ərazi quruluşunda da dəyişikliklər baş verdi.
1929-cu ilin aprelində keçirilmiş VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə respublikada 13 qəza ləğv edildi, onun yerinə 8 mahal (Bakı, Quba, Lənkəran, Şirvan, Muğan (Salyan), Zaqatala-Nuxa, Gəncə və Qarabağ) yaradıldı. Lakin 1930-cu il iyulun 23-də SSRİ MİK və XKS «Mahallann ləğv edilməsi haqqında» qərar qəbul etdiyindən mahallar ləğv edildi. Onun yerinə 63 inzibati rayon yaradıldı. Lakin 1932-ci ildə rayonlar böyüdüldü və onlann sayı 47-ə endirildi.
Kollektivləşmə:
Azərbaycanda kollektiv təsərrüfat formalarının inkişafını şərti olaraq 5 mərhələyə bölmək olar:
- 1921-1922-ci illər: Bu illərdə kollektiv təsərrüfatlar içərisində əsas yeri kommunalar və artellər tuturdu.
- 1922-1924-cü illər: Yeni iqtisadi siyasət nəticəsində əvvəlcədən tələm-tələsik yaradılmış kommunalar dağıldı. 1924-cü ildə respublikada 1 kommuna və 2 kənd təsərrüfatı arteli yaradıldı.
- 1924-1926-cı illər: Bu illərdə ən çox yoldaşlıq cəmiyyətləri və nepmanlar yaranır.
- 1927-ci il: Kəndə təsir forması kimi maşın şirkətlərinin fəaliyyətinə geniş yer verilir.
5. 1928-ci il və sonrakı illər: Bu dövrdə ÜİK(b)P-nin XV (1927-ci il) qurultayının kənd təsərrüfatının kollektivləşdirilməsi haqqında qərarı qəbul edilir və kolxoz hərəkatının inkişafında yeni mərhələ başlayır. Qolçomaqlar üzərinə hücum kəndlərdə siyasi vəziyyəti kəskinləşdirir.
Qolçomaqların bir sinif kimi ləğvi məsələsi İ.V.Stalinin 1929-cu ildə Ümumittifaq aqrar-marksistlərin konfransında etdiyi «SSRİ-də aqrar siyasət məsələsinə dair» nitqində qəti şəkildə irəli sürüldü.
Qolçomaqların bir sinif kimi ləğvi məsələsi partiya qərarlarında ilk dəfə 1930-cu il yanvarın 5-də ÜİK(b)P MK-nın «Kollektivləşmənin sürəti və kolxoz quruculuğuna dövlət tərəfındən yardım edilməsi tədbirləri haqqında»kı qərarında elan olundu.
Qolçomaqlar üç kateqoriyaya bölünürdü:
-
- Əksinqilabçı, terror aktlarının təşkilatçısı, kolxoz əleyhinə çıxışların təşkilatçısı hesab edilənlərə qarşı həbs və sürgün cəzası tətbiq edilirdi;
- İkinci kateqoriyaya daxil edilənlər siyasi idarə xətti ilə başqa yerlərə köçürülməli;
- Kolxozlardan kənarda yeni ərazilərə köçürülməli.
Tətbiq edilən cəza tədbirləri SSRİ-nin digər yerlərində olduğu kimi Azərbaycanda da ciddi əks-səda doğurdu.
1930-cu ilin yazında Naxçıvan, Nuxa-Zaqatala bölgəsində qiyam baş verdi. Lakin bu qiyam amansızlıqla yatırıldı. Respublikanın Gəncə, Qarabağ, Quba, Cəbrayıl, Lənkəran, Biləsuvar və s. yerlərində müqavimət dəstələri fəaliyyət göstərirdi.
Ölkədə vəziyyətin ağırlığını görən rəhbərlik çıxış yolu axtardı. 1930-cu il martın 17-də «Kolxoz hərəkatında partiya xəttini əymək hallarına qarşı mübarizə haqqında» partiya qərarı qəbul edildi.
Artıq bu vaxt Şimali Qafqazın dağlıq rayonlarında üsyançılar bəzi aulları ələ keçirib Kislovodskiyə çatmışdılar. İş o yerə çatmışdı ki, Qazaxstandan Stalinin adına daxil olan teleqramda kütləvi çıxışlara qarşı ordu hissələrindən istifadə etməyə icazə istənilirdi.
Belə vəziyyət Azərbaycanda da yarandı. Nuxa-Zaqatalada hərbi hissələr üsyançılara qarşı əməliyyat apardı, 80-ə qədər üsyançı öldürüldü.
Naxçıvanda əhali Sovet hakimiyyətini devirib yerli hökumət yaratdı. Yalnız Sovet qoşunlarının ciddi təzyiqindən sonra Naxçıvanda Sovet hakimiyyəti bərpa edildi.
1930-cu ildə (mart) Gəncə qəzasında hökumət qoşunları ilə xalq arasında toqquşma baş vermiş, günahsız qanlar axıdılmışdı.
Kollektivləşməyə qarşı xalqın ümumi narazılığı İttifaq miqyasında elə bir vəziyyət yaratdı ki, Sovet hökumətinin taleyi hansı xətti götürəcəyindən asılı idi. Elə bu vaxt – 1930-cu il aprelin 2-də MK «Partiya xəttinin əyilməsinə qarşı mübarizə ilə əlaqədar olaraq kolxoz hərəkatının vəzifələri» adlı xüsusi məktub qəbul etdi. Yeridilən siyasətə bəraət qazandırılan bu məktubda hesab edildi ki, baş verənlər partiya xəttini əyənlərin günahı ucbatındandır.
Miqyasına və sayına görə böyük qurbanlarla nəticələnən kollektivləşmə siyasətindən partiya imtina etmədi.Müəllif: professor F.F.İbrahimli, Dosent B.O.Əziz
- Teqlər:
- Azərbcaycan tarixi
- , Sovet dövrü
Comments are closed, but trackbacks and pingbacks are open.