Press "Enter" to skip to content

Dağlıq qarabağ münaqişəsi bmt tş qətnamələri

Uruqvayın məsələ ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirən Azərabycan tərəfi münaqişənin nizamlanmasının bölgədə davamlı və möhkəm sülhün bərqərar olunması, əməkdaşlıq, interqrasiya və hərtərəfli inkişafın təmin edilməsinə verəcəyi töhfələrdən danışıb.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİ-nin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqı daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Maraqlıdır ki, Dağlıq Qarabağ məsələsinin meydana çıxması bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu. İttifaq rəhbərliyi “parçala, hökmranlıq et” prinsipinə əsaslanaraq regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq, beləliklə, müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsini əngəlləməyə çalışırdı. Lakin bu plan SSRİ üçün bumeranq rolunu oynadı və etnik münaqişələr imperiyanın dağılmasının nəinki qarşısını ala bilmədi, hətta prosesi daha da sürətləndirdi. Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi.

1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnaməl əri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu.

1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası 1992-ci ilin martında Azərbaycan BMT -yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi.

1992 -ci ildə Şuşan ın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi.

Qətnamə 822

1993 -cü ildə Azərbaycanın daha bir rayonu – Kəlbəcər ermənilər tərəfindən işğal edildi. Azərbaycan bu barədə BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini xahiş etdi. Aprelin 6-da BMT TŞ sədrinin bəyanatı qəbul olundu. Lakin bu bəyanat da problemə düzgün qiymət vermirdi. Məsələ burasındadır ki, Ermənistanın işğalçılıq siyasətinə münasibət sənəddə əksini tapmamış və Kəlbəcərin işğalının guya “yerli ermənilər” tərəfindən həyata keçirildiyi vurğulanmışdı. Aprelin 30-da BMT TŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edildi. “BMT TŞ 822 saylı qətnaməsi” adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanmışdı. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimul vermək gücündə deyildi. Əvvəla ona görə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yalnız ümumi sözlərlə yüklənmiş və məsələyə heç bir konkret qiymət vermək məqsədinə xidmət etməmişdir. Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaların həyata keçirilmə mexanizmləri də göstərilməmişdi. Sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim tərəfindən həyata keçirildiyi dəqiq göstərilmir və hərbi əməliyyatların guya “yerli ermənilər” tərəfindən reallaşdırıldığı vurğulanırdı.

Qətnamənin tərcüməsi:

Qətnamə 822 (1993) 30 Aprel 1993-cü il Təhlükəsizlik Şurası 1 ,

Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının Sədri tərəfindən edilən 1993-cü il 29 yanvar 1 və 6 aprel 2 tarixli bəyanatlarına əsaslanaraq, Baş Katibin 14 aprel 1993-cü il 3 tarixli məruzəsini nəzərə alaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Silahlı hərbi əməliyyatların genişlənməsini və, xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd edərək, Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar narahat olaraq, Böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edərək, Regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bəyan edərək, və silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərindən narahat olaraq,

1. Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;

2. Münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır;

3. Mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını yenidən təsdiq edir;

4. Baş Katibdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Fəaliyyətdə olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə regionda, xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda, vəziyyətin qiymətləndirilməsini aparmağı, və Şuraya növbəti məruzəni təqdim etməyi xahiş edir; 5. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.

3205 saylı iclasda yekdilliklə qəbul edilmişdir.

1 S/25199. 2. S/25539. 3. Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qırx səkkizinci il, 1993-cü ilin aprel, may və iyun ayları üçün əlavə, sənəd S/25600.

Uruqvay XİN: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin qətnamələri yerinə yetirilməlidir

11 mart tarixində Milli Məclisin Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə parlament nümayəndə heyəti Uruqvay Şərq Respublikasında səfərdə olub. Nümayəndə heyətinə, habelə millət vəkilləri Muxtar Babayev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov daxil olublar.

Azərbaycanın Respublikasının Uruqvaydakı diplomatik missiyasından Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Uruqvay Şərq Respublikasının vitse-prezidenti, Baş Assambleyasının və Senatının sədri Raul Sendic tərəfindən qəbul edilib. C.Feyziyev Uruqvayın vitse-prezidentini Uruqvayda keçirilmiş seçkilərdəki qələbəsi və qısa müddət öncə vəzifəsinə başlaması münasibətilə Milli Məclisin rəhbərliyi adından təbrik edib. Təbrikə görə təşəkkür edən Uruqvayın vitse-prezidenti növbəti illər ərzində Uruqvay-Azərbaycan arasında əlaqələrin inkişafı üçün lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Görüşdə iki ölkə arasında iqtisadi-ticarət, enerji, kənd təsərrüfatı, humanitar sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğu bildirilib və mövcud imkanlardan bəhrələnmək üçün birgə fəaliyyət planları müzakirə olunub. Azərbaycan parlamentarları ölkəmizin inkişaf strategiyası, son illərdə sosial-iqtisadi sahələrdə əldə etdiyi yüksək nailiyyətlər, regional siyasətdəki rolu, qlobal enerji təhlükəsizliyinə, mədəniyyətlərarası dialoqa verdiyi töhfələr barədə məlumat veriblər.

Səfər vaxtı Azərbaycan parlament nümayəndə heyəti Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Alexnadro Sanches ilə də görüşüblər. Millət vəkili C.Feyziyev parlament seçkilərində qələbəsi və yaxın günlərdə yeni vəzifəsində fəaliyyətə başlaması münasibətilə Milli Məclisin rəhbərliyinin təbriklərini R.Sanchesə çatdırıb.

Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələrinin inkişafı çərçivəsində Uruqvayla əməkdaşlığa diqqət göstərməsi, bu xüsusda Montevideoda diplomatik missiyasının təsis olunduğunu bildirən C.Feyziyev ölkəmizin bütün sahələrdə Uruqvayla əlaqələrin inkişafına hazır olduğunu deyib. Təbriklərə görə təşəkkür edən və Azərbaycan nümayəndə heyətinin Uruqvaya səfərə gəldiyinə görə məmnunluğunu bildirən A.Sanches ölkəsinin də Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğu və iki ölkə arasında bir-birini tamamlayan imkanlardan bəhrələnməyin hər iki ölkənin xalqlarının mənafeyinə xidmət göstərdiyini deyib. Görüşdə Azərbaycan-Uruqvay arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları, eyni zamanda regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. R.Sanches Uruqvayın sülhpərvər ölkə olduğunu və ənənvi olaraq dövlətlərin suverenliyinə hörmət və münaqişələrin sülh yolu ilə həlli mövqeyindən çıxış etdiyini deyib.

Görüşlərin ardınca Uruqvay parlamenti tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.

Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün birgə fəaliyyət istiqamətləri müzakirə edilib. Azərbaycanı Uruqvay üçün dost ölkə adlandıran nazir R.N.Novoa iki ölkənin beynəlxalq məsələlərə münasibətdə oxşar baxışlara malik olmasını, beynəlxalq təşkilatlar, xüsusilə də BMT çərçivəsinə səmərəli əməkdaşlığının mövcudluğunu, habelə bir-birini tamamlayan iqtisadiyyatlara malik olmasını əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli əsaslar kimi xarakterizə edib və Uruqvay hökumətinin Azərbaycanla növbəti illər ərzində əlaqələrin inkişafı istiqamətində çalışmağa hazır olduğunu deyib. Görüşdə regional məsələlər, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb. Nazir R.N.Novoa Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə Uruqvayın mövqeyini açıqlayaraq bildirib ki, münaqişə beynəlxalq hüquqa uyğun olaraq həll edilməli, münaqişə ilə bağlı BMT TŞ-nin qətnamələri yerinə yetirilməli, bir ölkə tərəfindən digər ölkənin ərazisinin silahlı işğalına yol verilməməli və münaqişənin nizamlanmasında dövlətlərin ərazi bütövlüyü prinsipi əsas götürülməlidir.

Uruqvayın məsələ ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirən Azərabycan tərəfi münaqişənin nizamlanmasının bölgədə davamlı və möhkəm sülhün bərqərar olunması, əməkdaşlıq, interqrasiya və hərtərəfli inkişafın təmin edilməsinə verəcəyi töhfələrdən danışıb.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Uruqvay neft şirkəti olan ANAP-ın rəhbərliyi ilə görüşərək, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.