Press "Enter" to skip to content

Тагирзаде, Адалет Шариф оглы

1991-ci ilin avqustunda “QKÇP” vaxtı yenidən “Azadlıq” qəzetinin redaksiyasına qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir,

Ədalət Tahirzadə

Ədalət Tahirzadə — tanınmış tarixçi və ədəbiyyatşünas, filologiya elmləri namizədi, Bakı Avrasiya Universitetinin professoru, Azərbaycan Respublikasının sabiq təhsil naziri müavini.

Mündəricat

  • 1 Haqqında məlumatlar
    • 1.1 Təhsili
    • 1.2 Əmək fəaliyyəti
    • 1.3 Elmi və publisistik fəaliyyəti
    • 1.4 Təltif və mükafatları
    • 1.5 Ailəsi

    Haqqında məlumatlar [ redaktə | HTML redaktə ]

    23 may 1951-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Xırxatala kəndində anadan olub.

    Təhsili [ redaktə | HTML redaktə ]

    1958 – 1966-cı illərdə Xırxatala kənd səkkizillik məktəbində oxuyub.

    1968-ci ildə Qutqaşen rayonunun Zarağan kənd orta məktəbini bitirib.

    1969 – 1974-cü illərdə S.M.kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində,

    1977 – 1981-ci illərdə Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında təhsil alıb.

    Əmək fəaliyyəti [ redaktə | HTML redaktə ]

    1968 – 1969-cu illərdə Xırxatala kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləyib.

    1974 – 1977-ci illərdə təyinatla İsmayıllı rayonunun Topçu kənd orta məktəbində,

    1977 – 1978-ci illərdə Qutqaşen rayonunun Kiçik Pirəlli kənd orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi,

    1981 – 1986-cı illərdə Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə böyük elmi işçi vəzifəsində işləyib.

    1985 – 1987-ci illərdə Azərbaycan SSR EA-nın “Elm” qəzetinin redaktoru,

    1987 – 1988-ci illərdə Azərbaycan SSR EA Əlyazmalar İnstitutunda şöbə müdiri, aparıcı elmi işçi, baş elmi işçi,

    1989 – 1991-ci illərdə “Azadlıq” qəzetinin redaktor müavini olub.

    1991-ci ilin avqustunda “QKÇP” vaxtı yenidən “Azadlıq” qəzetinin redaksiyasına qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir,

    1992 – 1993-cü illərdə Azərbaycan Respublikası xalq təhsili (ali və orta ixtisas təhsili; təhsil) nazirinin müavini işləyib [1] [2] Müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan tam yeni ilk proqram və dərslikləri (o sıradan orta məktəblərimiz üçün 7 ictimai fənn üzrə proqramlar və 82 adda dərslik) bu dönəmdə məhz onun rəhbərliyi altında hazırlanıb.

    1993-cü ilin noyabrından Ali Diplomatiya Kollecinə (indiki Bakı Avrasiya Universitetinə) baş müəllim keçib və 2009-cu ilin oktyabrınadək orada dosent vəzifəsində çalışıb. 22 aprel 2011-ci ildən indiyədək həmin universitetin professorudur.

    1996 – 1999-cu illərdə “Ay-Ulduz” nəşriyyatının direktoru,

    1997 – 1999-cu illərdə “Məşvərət” bülleteninin (redaktor: Nəcəf Nəcəfov) redaktor müavini (1997-1999),

    1998 – 2000-ci illərdə Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Elçibəyin (1938-2000) özəl mətbuat katibi olub.

    2000-ci ildə elmi-pedaqoji “Düşüncə” dərgisinin baş redaktoru olub.

    2009-cu ildən 2015-ci ilin sonunadək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışıb.

    2012-ci ildən “Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri” toplusunun məsul redaktorudur.

    2015-ci ildə yarım ilə yaxın Bakı Avrasiya Universitetinin 1-ci prorektoru – tədris işləri üzrə prorektoru işləyib.

    Elmi və publisistik fəaliyyəti [ redaktə | HTML redaktə ]

    1983-cü ildə “Azərbaycan dili dialekt və şivələrində əski türk leksik-qrammatik qatı (Şəki zonasının materialları əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

    35 kitabın, 500-dən artıq artıq elmi, elmi-kütləvi və publisist yazının müəllifidir.

    Hacı İsmayıl bəy Qutqaşınlı, Haşım bəy Vəzirov, Salman Mümtaz, Məşədi Azər Buzovnalı, Rəşid bəy Əfəndizadə, Mirabbas Mirbağırzadə, Məhəmmədəmin Darğazadə kimi Azərbaycan klassiklərinin bəlli olmayan bir çox əsərlərini üzə çıxararaq onları ərəb qrafikasından latın qrafikasına çevirib və ilk dəfə nəşr etdirib.

    “Uşaq ensiklopediyası”nda (III cild, Bakı: “Azərbaycan Ensiklopediyası”, 1999) 16, “Diplomatiya: ensiklopedik lüğət”də (Bakı: “Diplomatiya”, 2005) 35 məqaləsi dərc edilib.

    1930-cu illərdə repressiya olunmuş və adları unudulmuş bir çox Azərbaycan ziyalısını, Azərbaycan Cümhuriyyəti Parlamenti (1918 – 1920) üzvlərini, Cümhuriyyətin xaricə oxumağa göndərdiyi tələbələri də ilk dəfə öyrənərək Azərbaycanın və bir sıra xarici ölkələrin mətbuatında onlar haqqında geniş tərcümeyi-hal oçerkləri ilə çıxış edib.

    Kitablarının siyahısı

    1. (Nailə Tahirzadə ilə birgə). Tarixi öyrənənlərə kömək. Bakı: “Səda” nəşriyyatı, 1995; “Ay-Ulduz” nəşriyyatı, 1997; “Kür” nəşriyyatı, 2000, 176 səh. (Başqa nəşrləri də var).
    2. Xırxatala kəndinin tarixi və uruqlarının soyağacı. Bakı: “Sabah” nəşriyyatı, 1996, 354 səh.
    3. Meydan: 4 il 4 ay. (Azərbaycan Xalq hərəkatı haqqında gündəlik-qeydlər). Bakı: “Ay-Ulduz” nəşriyyatı, 1997, I cild, 488 səh.; II cild, 416 səh.
    4. Elçi Bəy. Bakı: “Cümhuriyyət” qəzetinin nəşri, 1999, 354 səh.
    5. Elçibəylə 13 saat üz-üzə. Tərtibçisi, ön sözün və müsahibənin müəllifi Ədalət Tahirzadədir. Bakı: “Tanıtım” qəzetinin nəşri, 1999, 220 səh.
    6. İsgəndər Rzazadə – Azərbaycanın ilk energetiki. Bakı: “Kür” nəşriyyatı, 2000, 36 səh.
    7. Искендер Риза-заде – первый энергетик Азербайджана. Баку: изд-во «Кюр», 2000, 64 стр.
    8. Cəfər Kazımov – Sovet uranını tapanlardan biri. Bakı: “Kür” nəşriyyatı, 2001, 28 səh.
    9. Prezident Elçibəy. Bak: “Yeni Müsavat” qəzetinin nəşri, 2001, 420 səh.
    10. Elçibey’le 13 Saat. İstanbul: Turan Kültür Vakfı nəşri, Temmuz 2001, 295 səh.
    11. Əbülfəz Elçibəy: “Mən qurtuluşçuyam!”. Tərtibçisi, ön sözün və müsahibənin müəllifi Ədalət Tahirzadədir. Bakı: “Elçibəy kitabxanası” nəşriyyatı, 2002, 40 səh.
    12. Nadir şah Əfşar Bakı: “Kür” nəşriyyatı, 2002, 40 səh.
    13. Ağaməhəmməd şah Qacar. Bakı: “Kür” nəşriyyatı, 2002, 44 səh.
    14. Salman Mümtaz. Bakı: “Kür” nəşriyyatı, 2002, 16 səh.
    15. “Kitabi-Dədə Qorqud”un faciəsi. Bakı: “Kür” nəşriyyatı, 2002, 32 səh.
    16. Qurtuluş və bütövlük yolu. Bakı: “Elçibəy kitabxanası” nəşriyyatı, 2003, 376 səh.
    17. Şəkinin tarixi qaynaqlarda. Bakı: “Master” nəşriyyatı, 2005, 256 səh.
    18. Türkiyəmizdə 10 gün. Bakı: “Ləman Nəşriyyat Poliqrafiya” MMC, 2011, 176 səh.
    19. (Həbibulla Manaflı ilə birgə). Unutdurulmuş azman – Əliabbas Qədimov. (Ömür yoluna zindandan baxış). Bakı: “Apostroff”, 2012, 204 səh.
    20. Aşurovlar. Soyun sənədli tarixi. Bakı: “İndiqo”, 2014, 288 səh.
    21. Ашуровы. Документальная история рода. Баку: “Индиго”, 2015, 288 стр.
    22. (Oğuztoğrul Tahirli ilə birgə). Azərbaycan Cümhuriyyəti tələbələri. (Tarixi arayış. Bəlgələr. Yaşamlar). Bakı: “TEAS Press”, 2016, XXII+1222 səh.
    23. Tahirzade Adalet, Ahmad Dilgam. Republiken Azerbajdzjan (1918-1920). (En kort historisk genomgång). Stockholm-Baku: “Nurlar”, 2018, 112 s. [Ə.Tahirzadə, D.Əhməd. Azərbaycan Cümhuriyyəti (1918-1920). (Qısa tarixi oçerk). İsveç dilində].
    24. Tahirzade Adalet, Ahmad Dilgam. Aserbajdsanske Republik (1918-1920). (Den korte historiske beskrivesle). Stockholm-Baku: “Nurlar”, 2018, 88 s. [Ə.Tahirza¬də, D.Əhməd. Azərbaycan Cümhuriyyəti (1918-1920). (Qısa tarixi oçerk). Dani¬mar¬ka dilində].
    25. (Misir Mərdanovla birgə). 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). I cild. A hərfi. Bakı: “Təhsil”, 2018, 480 səh.
    26. Azəri, ya zəban-e bastan-e Azərbaycan. (Cəvabiyyə). (Azəri, yaxud Azərbaycanın əski dili. (Cavabiyyə); farsca). Təbriz: “Qalan Yurd” nəşriyyatı, 1397 (2018), 87 səh.
    27. Тагирзаде Адалет, Ахмед Дильгам. Азербайджанская Республика (1918-1920). (Краткий исторический очерк). Баку: “Qanun”, 2018, 208 стр.
    28. (Misir Mərdanovla birgə). 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II cild. B-Ə hərfləri. Bakı: “Təhsil”, 2019, 552 səh.
    29. (Akil Samedbeyli ilə birgə). Azatlık Elçisi Elçi Bey. İstanbul: “Doğu Kütüphanesi”, 2019, 352 səh.
    30. (Misir Mərdanovla birgə). 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). III cild. F-İ hərfləri. Bakı: “Təhsil”, 2019, 480 səh.
    31. “Azərbaycan Cümhuriyyəti” – ilk milli dövlətimizin gerçək adı! Bakı: “Çapar” Yayınları, 2020, 58 səh.
    32. (Dilqəm Əhməd ilə birgə). Azərbaycan Cümhuriyyəti. (Qısa tarixi oçerk). Bakı: “Çapar” yayınları, 2020, 196 səh.
    33. İmperator Nadir şah Əfşar. Bakı: “Qanun”, 2020, 40 səh.
    34. İmperator Ağaməhəmməd şah Qacar. Bakı: “Qanun”, 2020, 40 səh.
    35. Adalet Tahirzade, Dilgam Ahmad. Republiken Azerbajdzjan (1918-1920). Översättning av Saadat Karimi. Sivart Förlag. Tryckt hos Printon, Estland, 2020, 167 səh. [Ə.Tahirzadə, D.Əhməd. Azərbaycan Cümhuriyyəti (1918-1920). Tərcümə Səadət Kəriminindir. “Sivart Förlaq” nəşriyyatı. Estoniyada, Printonda çap edilib. 2020. İsveç dilində].
    36. (Misir Mərdanovla birgə). 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). IV cild. K-L hərfləri. Bakı: “Təhsil”, 2020, 536 səh.
    37. Meydan: 4 il 4 ay. Azərbaycan Xalq hərəkatı (1988-1992) haqqında gündəlik-qeydlər). Təkmilləşdirilmiş 2-ci nəşri. Bakı: “Qanun”, 2021, 1272 səh.
    38. (Misir Mərdanovla birgə). 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). V cild. M hərfi. Bakı: “Təhsil”, 2021, 616 səh.

    Təltif və mükafatları [ redaktə | HTML redaktə ]

    • “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı (27.05.2019).

    Ailəsi [ redaktə | HTML redaktə ]

    Evlidir. 2 oğlu və 1 qızı var.

    İstinadlar [ redaktə | HTML redaktə ]

    1. ↑”Ə. Ş. Tahirzadə haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 1992-ci il tarixli, 124 nömrəli Sərəncamı. e-qanun.az (azərb.)
    2. ↑”Ə. Ş. Tahirzadə haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1993-cü il tarixli, 33 nömrəli Sərəncamı. e-qanun.az (azərb.)

    Тагирзаде, Адалет Шариф оглы

    Адалет Шариф оглы Тагирзаде (азерб. Ədalət Şərif oğlu Tahirzadə ; 23 мая 1951 г.) — педагог, филолог-лингвист, литературовед-текстолог, историк, публицист, доктор философии по филологию, профессор.

    Биография

    Тагирзаде Адалет Шариф оглу родился 23 мая 1951 г. в с. Хырхатала Куткашенского (нынешнего Габалинского) района. В 1958 г. он поступил на 1 класс Хырхаталинской сельской 8-летней школы, в 1966 г. закончил эту школу, а среднее образование завершил в Зараганской сельской средней школе в том же районе.

    В 1969 г. поступил на филологический факультет Азербайджанского государственного университета (нынешнего БГУ им. Мамедэмина Расулзаде) и окончил университет с дипломом отличия в 1974 г.

    В 1974—1977 гг. работал по распределению преподавателем тюркского (азерб.) языка и литературы в Топчинской сельской средней школе Исмаиллинского р-на. После истечения срока направления преподавал тот же предмет в Кичик Пираллинской сельской школе Габалинского р-на (сентябрь 1977 г. — декабрь 1978 г.).

    В 1977 г. поступил на заочную аспирантуру Института языкознания им. Насими АН Азербайджана и в 1978 г. был переведен на очное отделение. Чуть позже переселился с семьей в г. Баку.

    После завершения аспирантуры в 1981 г. работал младшим (январь 1981 г. — октябрь 1984 г.) и старшим (октябрь 1984 г. — январь 1986 г.) научным сотрудником в Институте языкознания. В феврале 1983 г. защитил кандидатскую диссертацию и стал кандидатом филологических наук.

    С августа 1985 г. по июнь 1987 г. был первым главным редактором газеты «Элм» АН Азербайджана.

    С июня 1987 г. по февраль 1988 г. заведовал отделением в Институте рукописей АН, а затем работал ведущим (февраль 1988 г. — январь 1991 г.) и старшим (январь 1991 г. -февраль 1992 г.) научным сотрудником в том же институте.

    Один из создателей газеты «Азадлыг» («Свобода»). Начиная с первого номера — с 24 декабря 1989 г. по июль 1991 г., занимал должность заместителя главного редактора, которым являлся видный журналист и общественный деятель Наджаф-бек Наджафов (1955—1999). Во время августовского (1991 г.) путча ГКЧП он снова вернуля в «Азадлыг» и стал главным корреспондентом до января 1992 г.

    С сентября 1992 г. по ноябрь 1993 г. работал заместителем министра народного образования, министра высшего и среднего образования и министра образования Азербайджанской Республики. За данный период под его непосредственным руководством подготовлены совсем новые первые программы и учебники (в том числе 7 программ по общественным предметам и 82 учебника для средних школ!) суверенного Азербайджана на основе национальной идеологии.

    С ноября 1993 г. по октябрь 2009 г. был старшим преподавателем и доцентом в Высшем дипломатическом колледже (нынешнем Бакинском евроазийском университете). С 2011 г. — профессор того же университета.

    С октября 2009 г. является старшим научным сотрудником Института рукописей им. Мухаммеда Физули НАН Азербайджанской Республики.

    После возвращения из селения Келеки в Баку экс-президента Азербайджана покойного Абульфаза Эльчибея (1938—2000) работал его собственным пресс-секретарем (с февраля 1988 г. по май 2000 г.).

    Кроме вышеупомянутых, работал директором издательства «Ay-Ulduz» (1996—1999), замредактора бюллетеня «Məşvərət» («Совещание») (редактор: Наджаф Наджафов) (1997—1999), главным редактором научно-педагогического журнала «Düşüncə» («Мышление») (2000).

    Выявил, транскрибировал с арабской графики на латиницу и впервые издал ряд доселе неизвестных произведений азербайджанских классиков, как Гаджи Исмаил-бек Куткашинли, Гашим-бек Везиров, Сальман Мумтаз, Мешеди Азер Бузовналы, Рашид-бек Эфендизаде, Мираббас Мирбагирзаде… Опубликованы его 16 статей в «Uşaq ensiklopediyası» («Детская энциклопедия») (3-й том. Баку: изд-во «Азербайджан Енсиклопедийасы», 1999) и 35 — в книге «Diplomatiya: ensiklopedik lüğət» («Дипломатия: энциклопедический словарь») (Баку: изд-во «Дипломатия», 2005). Впервые исследовав жизнь многих репрессированных в 1930-х годах и забытых представителей азербайджанской интеллигенции, членов Парламента первой Азербайджанской Республики (1918—1920), студентов, отправляемых правительством той же республики в зарубежные страны для получения высшего образования, выступил о них в прессе Азербайджана и ряда зарубежных стран с обширными биографическими очерками.

    Лауреат премий имени Наджафа Наджафова (2000) и «Qızıl qələm» («Золотое перо») (2011).

    Женат. Имеет 2 сына и 1 дочь.

    Основные книги

    Автор 18 книг и около 450 научных, научно-популярных и публицистических статей.

    • История селения Хырхатала и родословное древо его родов. Баку: изд-во «Сабах», 1996.
    • Площадь Свободы: 4 года и 4 месяцев. 2 тома. Баку: изд-во «Ай-Улдуз», 1997.
    • Эльчи Бей. Баку: издание газеты «Джумхуриййет», 1999.
    • Искендер Ризазаде — первый энергетик Азербайджана. Баку: изд-во «Кур», 2000.
    • Джафар Кязимов — один из первооткрывателей советского урана. Баку: изд-во «Кур», 2001.
    • Президент Эльчибей. Баку: издание газеты «Йени Мусават», 2001.
    • 13 часов с Эльчибеем. Стамбул: издание Культурного фонда «Туран», 2001.
    • Надир-шах Афшар. Баку: изд-во «Кур», 2002.
    • Агамухаммед-шах Каджар. Баку: изд-во «Кур», 2002.
    • Сальман Мумтаз. Баку: изд-во «Кур», 2002.
    • Трагедия «Китаби-Деде Горгуд». Баку: изд-во «Кур», 2002.
    • Путь свободы и единства. Баку: изд-во «Эльчибей китабханасы», 2003.
    • История Шеки в источниках. Баку: изд-во «Мастер», 2005.

    Ссылки

    • Викифицировать статью.
    • Найти и оформить в виде сносок ссылки на авторитетные источники, подтверждающие написанное.
    • Добавить иллюстрации.
    • Персоналии по алфавиту
    • Родившиеся 23 мая
    • Родившиеся в 1951 году
    • Родившиеся в Габале
    • Филологи Азербайджана
    • Журналисты Азербайджана
    • Педагоги Азербайджана
    • Родившиеся в Габалинском районе
    • Кандидаты филологических наук

    Wikimedia Foundation . 2010 .

    • Адалельм (архиепископ Бордо)
    • Адалимовка (Верхнеднепровский район)

    ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 5 DEKABR 1988

    Səhər, çoxlu yaralanan. Sonrasından xəbərimiz yoxdur. Qaçanları da əsgərlər döyürdülər.Hamını mühasirəyə salıb, ad-familiyasını yazıb avtobuslara doldururdular və qabaqda avtomobilmüfəttişliyi işçiləri, arxasınca biz getdik. Bizim avtobusun camaatı 26-lar bağının yanına çatandadayanmağı tələb etdi. Bizə baxıb başqaları da dayandı. Nemət də sonadək qaldı, onu aradançıxardılar. (16əsgər basıblarmış meydana).Üç tank gəldi (Şərifzadə küçəsində), yolu açdı, tələbələrə dağılma-ğı əmr etdi. Ancaq bizimyataqxananın uşaqları bu tərəfdə, tələbələr isə qarşımızdakı bağçada dayanıb gələn maşınlarıgeri qaytarırdılar.Mən vəziyyəti öyrənmək üçün ADU yataqxanalarının arası ilə — pilləkənlərlə üzüaşağı düşdüm.Universitetin qabağında tələbələr toplaşmışdılar, içəri girmirdilər. Akademiyanın yanındanötəndə gördüm ki, İnşaat İnstitutunun tələbələri Akademiyanın yanına gəlirlər. Politexnikİnstitutun tələbələri də dərsə girmirdilər.“Elmlər Akademiyası” metrosunun qarşısında da çoxlu adam toplaş-mışdı. İctimai nəqliyyatişləmir.Şəhərdə vəziyyəti daha yaxşı bilmək üçün metroya minib “Bakı soveti” stansiyasına çıxdım.Metronun qabağında böyük bir dəstə adam durmuşdu. Gənclər çox həyəcanlı idi. İnstitutumuzagedərkən gördüm EA-nın qabağından “tətil!” səsi gəldi. Yeyinlədim, gördüm ki, Xalq Təsərrüfatı İnstitutunun tələbələri Kommunist küçəsi ilə üzü Baksovetə gəlirlər.Saat 10-un yarısında onlar Mərkəzi Komitəyə doğru gəldilər. Filarmoniyanın tinində tanklar və 8sıra əsgər yolu kəsmişdi. Camaat da tələbələrə qoşuldu. 2-3 min adam olardı. 132 No-liməktəbin şagirdləri pəmcərələrdən qaçıb gəlirdilər.Saat 10-da Kommunist (İstiqal) küçasi ilə geri qayıtmağa başladılar. Başçı yox idi. DüzdürHatəminin silahdaşlarından həmişə döşündə yaşıl parça, üstündə aypara emblemi gəzdirən şair(Eldar İbrəhim) gedirdi, ancaq “Baksovet”in qarşısına çatanda nizamsızlıq yarandı.10.15. Düz “Baksovet” metrosunun qarşısındakı küçadən təxminən 10 min nəfərlik izdihamgəldi. (XTİ-nun tələbələrinə demişdilər ki, dayanıb onları gözləyin; uzaqdan gələndəgörmüşdülər). “Matəm” qışqırırdılar.10.20. Hər iki dəstə Kommunist küçəsində qovuşdu.10.25. Kommunist küçəsindən Hüsü Hacıyevə dönəndə gördüm ki, camaatın bir ucu Füzulimeydanındadır. Mərkəzi univermağın yanından ötəndə gördük ki, sağda, Nizami meydanında daadam toplaşıb. Daxili İşlər Nazirliyinin qabağından keçəndə içəri hücum etmək istədilər,cavanlar özləri qabaqlarını kəsdi.Artıq satqınlıq və xəyanətlərdən cana doymuş xalqın gözü qızmışdı. Başçı da yox. İntizamsızkütlənin əsgər əlində, tanklar altında məhv ola biləcəyini düşünəndə adamın qanı donur.Halım yenə pisdir. Allahdan onu arzulayıram ki, vəziyyətim camaatla sonadək gedə bilməyəimkan versin.Camaat küçələrlə getdikcə mağazaların bağlanmasını tələb edir, qıraqdan baxanların xalqaqoşulmasını tələb edir.Söhbətdən: Lenin meydanında əsgərlər camaatı döyə-döyə deyirmiş-lər: “Beyte sobak!” (yəni“itləri döyün!”).10.35. Füzuli heykəlinin qarşısına çatanda gördük ki, camaat Ş.Qurbanov küçəsi boyunca azadqadın heykəlinə doğru axışır. Haraya gedir, bilən çox azdır (ümumiyyətlə, bilən varmı?!). Biradam da yoxdur ki, söz soruşasan… Yol qırağında yaşlı qadınları neçə yerdə ağlaşan gördüm.10.40. “Nizami” metrosu tərəfdən tankları qabağa verdilər. Bir rus zabiti tankın üstünə çıxıbtapançadan atəş açdı göyə. Camaat ora axışdı! Heykəlin çevrəsi büsbütün dolmuşdu. H.Hacıyevvə Ş.Qurbanov küçəsindən gələn izdihamın sonu görünmür. Tikinti Sənayesi Nazirliyi binasınınhər iki tərəfindəki küçə ilə yuxarı axışma başladı, çünki tanklar qorxudan çəkilib getdi. Böyükməktəbin (¹-sini bilmirəm) boyaboy şüşəbəndi şagird-lərlə dolu idi.Qubanov küçəsindəyik. İzdihamın qabaqdan da, arxadan da ucu görün-mür.Qapılar ağzında duranların çoxu qadındır və çoxu da ağlayır. Bir izdiham isə bizimlə paralel -C.Cabbarlı küçəsi ilə gedir.Bir oğlanın hər iki əlində daş vardı. 35-40 yaşlı bu adama dedim ki, daşları at. Mənə hirsləndi ki,gecə qardaşım ölüb. Mənim yerimə sən olsan tüfəng götürərsən. Sonra məni “satqın”adlandırdı.

    A.A.Bakıxanov küçəsində — körpünün yanında hər iki küçədən gələnlər birləşdi. Camaatınməqsədini anladım — dinc matəm yürüşü keçirmək. Ermənilərlə heç kəsin işi olmadan, zavodlaragedib işi dayandıraraq yürüş etməli, kütləvi tətil yaratmalı.Camaatın içində “Xutora!”, “Ermənikəndə!” kimi çağırışlar da eşidilir. Ancaq gənclər özlərionların cavabını verir.Söhbətdən: Nemətlə Hatəmini “təcili yardım” maşınında aradan çıxarıblar. Başqa birisi: Nemətisəhər tutublar.11.10. Volodarski adına tikiş fabrikinin qarşısına yığışb fəhlələri tətilə çağırırlar. Fəhlələrcamaata qoşuldu.APİ-nin korpusundan tələbələri çıxardılar.Qadın şahid: 5-ə 15-dəqəgə işləmiş meydanda camaatın üzünə qaz buraxdılar və dəyənəklədöydülər. Bir qadının qucağındakı uşağın başına dəyənək vurub öldürdülər. Kimin adamı evəgəlməyibsə ya meyitxanadadır, ya da Bayılda dustaqdır.11.20. L.Şmidt küçəsindən üzüaşağı düşərkən 15 dildə yazılmış “Yaşasın SSRİ xalqlarınınqardaşlıq dostluğu!” lövhələri və bayraqları içərisindən ermənicə yazını və Ermənistan bayrağınıqoparıb atdılar.11.30. L.Şmidt küçəsində (Kamonun tini) atışma başlandı. Deyəsən, boş patron atırdılar. Operastudiyasının yanında bir qadının həyəcandan ürəyi keçdi. Qızlar ağlaşmağa başladılarqorxularından. Camaatın qabağını tanklarla kəsmişdilər. Rus əsgərləri göyə minlərcə güllə atdı.Sanki müharibə gedirdi.11.35. Bir ağaca qara ləçək bağlayıb baş üstə qaldırdılar. Camaat küçəni kəsmiş tank cərgəsininüstündən adlayıb keçdi! Küçə tüstü və barıt iyi ilə dolub. Tanklar ortadan çəkilməyə məcburoldular! “Tətil!” səsləri göyə ucaldı. Xalq tanklardan güclü çıxdı!11.40. L.Şmidt küçəsində Konservatoriyanın yanından keçəndə üstümüzdən vertolyot uçdu. Yəqin ki, izdiham haqqında məlumat toplayır. Bir dövrə vurandan sonra camaatın axınınınistiqaməti ilə üzüaşağı, dənizə tərəf uçdu.11.45. 28 aprel tinində tanklar yenə yolu kəsmişlər. Camaat 28 aprellə “Bakı” mehmanxanasınadoğru axışdı.15-61 AQS nömrəli “QAZ-51” yolu kəsmişdi. Çevrilib düzünə dayandı.Qoca kişi: Sürünməkdən ölmək yaxşıdır. 500 nəfərdən artıq adam tutulub. İşə çıxmayaq.Otumuz boldur. Ot otlayacağıq!Lenin prospektinin tinində dünəndən qalma tankların yanından keçib Lenin meydanına getməkistəyən bəzi gənclərə qışqırıb dedilər ki, tüpürək onun meydanına! Bizə daha belə qanlı meydanlazım deyil!Camaat əsl matəm içində gedir. İzdihamın nə dalını, nə qabağını görə bilirəm. Şüar qışqıranlarda yoxdur.Maşınlar yol boyu səkinin qırağında dayanıb. Heç birinin içində sürücü yoxdur, onları da düşürübcamaata qoşurlar.11.58. Aerokassanın qarşısından keçəndə gördük ki, Yerevana getmək istəyənlərin qarşısındaəsgərlər bir cərgə düzülüb onları qoruyurlar.84-86 DE nömrəli maşın (üstü brezentli) içəri girmək istədi, qoymadılar.Aerokassanın qabağında duran ermənilərə xorla “oğraş”, “Vazgen”, “Armyane uyezjayte” və s.deyirdilər. Əsgərlərin avtomatlarına süngülər də keçirilmişdi. Binanın 2-ci mərtəbəsində(boyaboy balkonda) 2 əliavtomatlı əsgər durub hər hansı hücuma qarşı hazır dayanmışdı.12.08. 28 aprel küçəsində körpünün altından keçib vaqon təmiri zavodunun yanından ötəndəfəhlələri tətilə çağırmaq istədilər. Dəmir darvazaları bərk bağlanmışdı. İçəridə əsgərlər vardı.Heç kəsi bayıra çıxarmaq olmadı. Uşaqlar zavodun pəncərələrinin şüşələrini qırmağa başladılar.12.17. Gəldiyimiz Barinov küçəsində Lenin adına maşınqayırma zavodunun fəhlələrini işəçıxmağa çağırdılar. Darvazaları bağlamış-dılar.12.20. Şaumyanın heykəlinin yanından keçəndə gördük ki, heykəli uçurmaq istəyirlər, ancaqqoymurlar. Heykəlin yan-yörəsindəki bütün mərməri dağıtmışlar.12.25. Şaumyan xəstəxanasının (indi M.Əfəndiyev) qarşısından üzüaşağı çoxlu (20-dən artıq)tank və hərbi yük maşını keçdi.

    Bir “Zaporojets” maşınının sürücüsü (azərbaycanlı) yerə düşüb bir oğlanın üstünə cumdu ki,niyə məni getməyə qoymursunuz? Tökülüşüb özünü döydülər, maşınını da əzib xəmirədöndərdilər.Bu küçədə zavod və fabriklər çoxdur. Mən onların hamısının adını yazmayacağam. Hamısınınqapısı bağlı idi. Hamısına da gənclər gedib fəhlələri camaata qoşulmağa çağırırdılar. Ancaqcamaata qoşulanları az gördüm, daha doğrusu, görmədim.12.35. Bariniv küçəsinin Qara şəhərə — sağa tərəf dönən dirsəyi yanında nümayişçi sıralarıseyrəlib. Mən özüm yorulmuşam. Deməli, başqa-ları da, qızlar, qadınlar və uşaqlar da yorulub.Ancaq heç kəs dayanmır. Mənimlə yanaşı təxminən 60 yaşlı bir qadın addımlayır, dünyanın buvaxtında gənclərimizi, qadınlarımızı qırdıranları lənətləyir. Buna baxmayaraq izdiham yenəucsuz-bucaqsızdır.Bəziləri deyir ki, Qorbaçov Nyu-Yorka gedib BMT-də insan hüquqları haqqında məruzə edəcək.Ora xəbər vermək, bu biabırçılığı ABŞ-a çatdır-maq gərəkdir.12.50. VNİİOLİFİN İns-tun qarşısından keçəndə gördüm ki, bu küçənin o biri başında, lap uzaqda(Komsomol küçəsi) camaatın qarşısını kəsiblər.13.02. Komsomol küçəsi ilə irəliləyir izdiham. Yenə camaatın qabaqdan və arxadan sonugörünmür. Qadın və qızların çoxu yorğunluğa dözə bilməyib səkilərin üstündə oturub.Camaatın əsas məqsədi neftayırma zavodlarını dayandırmaqdır. Bərk yorulmuşam. Hiss edirəmki, yarım saat da gəzsəm ayaq üstə dura bilməyəcəyəm.13.10. Başımızın üstündən yenə hərbi vertolyot (helikopter) uçdu. Dövrə vurub şəhərə tərəf qayıtdı.Əldən düşüb səkilərin üstündə düzülən camaat ayağa qalxdı, hamı fit çalıb yumruq göstərdi.Vertolyot yenə qayıtdı.Ə.Qarayev adına zavoda məxsus yaraşıqlı 2 mərtəbəli binanın damında əliavtomatlı 3 əsgərgörünür. Xeyli adam içəri girib fəhlələri tətilə çağırmaq istədi, ancaq darvazalar bağlı idi.13.15. Yenə vertolyot.13.30. Bir ekskovator fit çala-çala, üstü adamlarla dolu, nümayişçi-lərin arası ilə sürdü. Hələçalovunda 3 oğlan oturmuşdu.Deyilənə görə, zavodların hamısını silahlı əsgərlər qoruyur. Ona görə də onları dayandırmağınmümkünlüyü aydın deyil.13.36. Gördüm daha gedə bilmirəm. Səkidə oturdum (XXII qurultay adına zavodun yanında).Zavod fit çalmağa başladı.Söhrabın söhbətindən: Meydanda qabaqca qadınlar düzülüb, sonra kişilər. Ancaq heç nəyəbaxmayıb qadınları döyüblər, hətta ayağa qalxmağa qoymayıb tapdalayıblar. Meydana heç bir“təcili yardım” maşını buraxıl-mayıb.Başqa söhbətdən: Meydanda qarışıqlıq düşəndə balaca uşaqları bizim milislərə veriblər ki,aradan çıxarsınlar; onlar isə götürməyiblər.***Bir nəfər oğlanın ürəyi getdi Maşın yox idi ki, onu aparsın. Cavanlar özləri ovxalamağabaşladılar.13.42. Ayağa durub camaata qoşuldum.13.45. Zavodun yanından keçəndə uşaqlar məcbur etdilər ki, teplovoz fit verib fəhlələri çağırsın.(Ayın 3-ündə “Vremya” deyib ki, işə çıxmayanlar cinayət məsuliyyətinə cəlb ediləcək).13.52. XXII qurultay adına neftayırma zavodunun giriş qapısı yanında xeyli adam toplaşıb.Fəhlələri işə çağırırlar. Lap içəridə əsgərlər durub.Zavodun yanında Nelson Stepanyanın xatirə lövhəsini böyük bir dəmirlə vurub dağıtmağabaşlayırlar. O lövhəni o qədər bərk hazırlamış-lar ki, heç cür qopara bilmirlər. (14.12-dəqopardılar).Zavodun qarşısında buranın bir işçisi ilə nümayişçi fəhlələrin davası düşdü — o, Neməti “fanatik”adlandırmışdı, buna görə.14.07. “Jiquli” iki oğlan gəlib dedi ki, ay camaat, şəhəri əsgərlər tutub, sonra qayıtmağaqoymayacaqlar, geri qayıdın. Camaat razı olmadı, dedi ki, bizə zavodlar gərəkdir. Sizi də öyrədibgöndəriblər.14.15. N.Stepanyanın qırılmış barelyefini küçənin ortasına qoyub üzünə tüpürməyə başladılar.Bir ermənini tutub doyunca döydülər. Zavodun şüşələrini daşla qırmağa başladılar.

    Küçə ilə üstü əsgərlə dolu tank gəldi. Tez camaat irəli qaçıb qabağını kəsdi, tank dayandı.Camaatın qabağı haradadırsa bilmirəm, arxadan gələnlərin də ucu görünmür. Şübhəsiz ki, buanda Fəhlə prospektində bir milyondan çox adam var. Zavodların fəhlələri də camaata qoşulur.Qadınların bəzisi çəkmələrini çıxarıb şəpşəplə gedir.15.04. Fəhlə prospektindəki “Nargilə” çayxanasının yanından sola — Yeni Əhmədli tərəfədönürük. Camaat xeyli seyrəlib, çünki yorulanların çoxu yarımçıq dayanıb. Popov küçəsindəadamlar lap səpələnib. Artıq maşınlar da asanlıqla hərəkət edir.15.16. Radio zavodunun fəhlələri çıxıb camaata qoşuldu.15.23. Əhmədli qəsəbəsində R.Rza küçəsinin tinindən Rahib Məmmədov küçəsi ilə üzüyuxarı -Ukrayna dairəsinə tərəf qalxmağa başladıq. Adam çox az qalıb. Qabaqda bir maşın gedir, üzümsalxımına bənzəyir (adamdan). Birisi əlində qara qadın ləçəyindən bayraq düzəldib. Ardıncatəxminən 15 min adam gedir. (Yığcam halda, “quyruqsuz”).(“Tə-til!”, “Tə-til!”).26No-li binada 4-üncü mərtəbədə bir qadın yuxarı mərtəbəni göstərir, orada erməni yaşadığınıdeyirdi. Camaat qızışdı. Canlı-başlı, qırmızıyanaq bir oğlan “getdik bu oğraşları qırmağa!” deyibirəli cumanda onun qarşısını kəsdim. Camaat da məni müdafiə etdi. Oğlan qayıtdı. Bu binanınqarşısında adını bilmədiyim zavoda girib fəhlələrini çağırdı-lar.Bütün binalarda balkonlara çıxmışlar. Yerdən erməniləri hədələ-yirlər.15.45. Ukraina dairəsinin yanındayıq. Yeni 4 ¹-li mətbəəyə tərəf çoxlu adam qaçdı. Qapıları,şüşələri sındırdılar, işləyənləri bayıra çıxarmaq istədilər.14-08 AQA nömrəli çörək maşınını saxladılar. Çörək almağa başladılar. Sürücü heç nə demirdi.Bir qadın ağlaya-aylaya dedi ki, metronun “Neftçilər” stansiyasına çoxlu tank yeridiblər, oragetməyin, qırarlar. Ancaq camaat Ukrayna dairəsindən üzüyuxarı — “Neftçilər” stansiyasınadoğru irəliləməyə başladı. Yeni-yeni adamlar qoşulurdu dəstəyə, çoxları isə dözə bilməyibsıradan çıxırdı. Mən özüm də təsvirəgəlməz dərəcədə yorulmuşam, ayaq üstə güclə dururam,ancaq hadisələrin sonunu görmək istəyirəm.Ukrayna dairəsinin yanındakı ilk binanın qurtaracağında çaxnaşma başladı. Bir erməninidöydülər. Hamı ora qaçışdı.Camaata deyirdim ki, şüşələri sındırmayın, xuliqanlıq olmasın. Cavab verirdilər: “Sakit dursaq daadımız xuliqan olacaq. 19 gün sakit durub axırda yenə xuliqan olmadıq?”.Camaata deyirdim ki, erməniləri döyməyin. Deyirdilər: “Onsuz da onlara görə adımız pisçıxacaq. Həm də onlar Ermənistanda döyəndə, öldürəndə yaxşı olur, biz edəndə pis?”. Cavabverməyə çətinlik çəkirdim.16.00. Camaat içində 3 qadın ləzgicə danışırdı. Arxadan gələn bəzi cavanlar onlara şübhə iləbaxırdı. Tez onlara yanaşıb dedim ki, bizim dildə danışın, yoxsa sizi erməni bilib döyərlər. Tezdillərini dəyişdilər.16.07. Qabağında “Gənclər üçün mallar” mağazası olan binanın pəncərəsindən ay-ulduzluqırmızı bayraq yellənir.Camaat həddən artıq təmkinlilik göstərir, fitnəkar çağırışlara uymur. Tonqallar meydanının 19günlük dərsi onları ağıllandırıb.16.19. 74 No-li ATS-dən bir az yuxarıda üzərimizdən vertolyot uçdu. İşdən çıxıb küçənin hər ikitərəfindən əks istiqamətdə qayıdanlara deyirdilər: “Bizə qoşulmayanlara ar olsun!”, “işdəngələnlərə ar olsun!”.Söhbətdən: Səhər təxminən saat 10-da metronun “Gənclik” stansiyası yaxınlığında əsgərlərburada dayanıb avtobus gözləyən təxminən 200 nəfəri əhatəyə alıb dəyənəklə döyüblər.16.42. Şəhər bazarının yanında bir erməninin sarı “Jiquli”sini darmadağın edib çevirdilər.Camaatın gözü artıq qızışmağa başlayıb. Nəticəsi qorxulu ola bilər.Camaatın ucu artıq “Neftçilər” stansiyasını ötüb. İndi 100 mindən çox adam var.16.53. “Neftçilər stansiyasında izdiham dağılışan kimi oldu. Nizami raykomunun qarşısını bircərgə əlisilahlı əsgər kəsib. Dakar meydanı da əsgərlərlə doludur. Camaat hər tərəfdən -“amfiteatr”lardan baxır.17.05. “Neftçiləri” ötdük. 4 tank qabağa gəlirdi (Əhmədli tərəfə), camaat geri qaytardı. Bustansiyada adamlar xeyli parçalandı.Mən özüm artıq ayaq üstündə dura bilmirəm. Bəlkə də həyatımda ilk dəfə olaraq bu qədərpiyada yol gedirəm. Zarafat deyil — 10 saatdır ki, fasiləsiz olaraq Yasamaldan burayacan piyadagəlmişəm.

    17.07. Gördüm ki, yıxılacağam, səkidə oturdum. Ayaqlarımın altı yanır. Ayaqqablarımı çıxardımki, ayaqlarım bir az nəfəs alsın. Cammat Neftayıranlar (indi Qara Qarayev) küçəsi ilə — mərkəziküçə ilə qabağa getdi.17.12. Yola düzəldim. Tətilçilər, nümayişçilər məndən xeyli aralı düşüb, onları “qovub” çatmağagücüm yetəcəkmi?17.25. Az qala qaça-qaça gəlib “Sevinc” kinoteatrının yanında nümayişçilərin “quyruğ”undanyapışdım. “Tətil!” qışqırırlar.17.30. Neftayıranlar küçəsindən “Özbəkistan” küçəsinə döndük. 50 min adam olar. Hamı “tətil!”qışqırır. Deyəsən, “Əzizbəyov” metrosuna gedirlər, oradan da şəhərə.17.35. Əsgərlər havaya xəbərdarlıq güllələri atdılar. Baxan olmadı.“Özbəkistan” küçəsindən sağa dönüb 15 addım gedəndə gördük ki, asfaltın üstündə tanktəkərlərinin dairəvi yeri qalıb. Deməli, tank burada geri dönüb — camaatın təzyiqi ilə.17.45. “Əzizbəyov” metrosunun yanındakı körpüyə çıxdıq.17.55. Camaat «Әzizbzyov» stansiyasının yanından Moskva prospekti ilә şәhәrә doqru yönәldi.Qabaqda «salxım» ekskavator. Mәn daha yeriyә bilmirәm. Ona körә dә metroya düşmәyi qәraraaldım.Saat 18-dә metroda idim. Elmlar Akademiyası» stansiyasında -çıxdım. Kördüm ki, ayaqlarımıyerә basa bilmirәm. Yaxşı ki, tez taksi düşdü, minib evә gәldim. Ayaqlarımı isti suya qoydum,uzandım. Kördüm ki, hәr iki ayaqımın altı suluqlayıb. Xüsusәn saq ayağımda iki böyük suluqvardı. «Torba»ları iynә ilә yırtdım, su fәvvarә vurdu.Ançaq ayaq yorqunluqu öz yerindә, bir möçüzәyә mәәttәl qaldım -dünәnki müsibәt qripdәnmәndә әsәr-әlamәt qalmayıb. Әkәr bunu iәnә başqası desәydi inanmazdıi, axı qrip elә-belәxәstәlik deyil. Ola bilәr ki, aramsız tәrlәmәyim vә bәdәnimin fasilәsiz hәrәkәtdә olması xәstәliyiaradan çıxarıb.Bu keçә. «Aktual müsahibz» veriliiqondә İlqar Әlfioqlu Leyla Vәdirbәylini danışdırdı.L.Bödirbәyli dedi ki. aqıllı olun. xalqımızın adını batırmayın. «Künun ekrsşı «nda isә dedilәr ki,meydan antisanitariya vәziyyәtini aradan qaldırmaq üçün nümayişçilәrdәi tәmizlәnib. Өlәnyoxdur, 64 yaralanan var. Şayiә çıxıb ki, meydan qav lәkәlәri ilә doludur, ançaq gәlin, baxın,lәkәlәr hamısı oçaq yeridir. Sonra iki zabiti («tәmizlәmә»dә iştirak edәv) danışdırdılar. Ovlar heçkәsi öldürmәdiklәrini dedilәr. (Bu kadrı sonra ayrıça kvstәrdilәr).»Vremya” SSRİ ALI Soveti Rәyasәt heyәtinin (bukünkü tarixli) qәrarını oxudu ki, hәr ikirespublikada işdən kütləvi şәkildә çıxarılma hallarına qarşı an çiddi mübariza aparılsın.Müqәssirlәr inzibati, partiya çәzası alsınlar. hәtta çinayәt mәsuliyyötinә çәlb edilsinlәr, belәlәrihatda mәtbuatda yazsınlar.Ançat ortaya sual çıxır: körәsәn, Ermәvistavda hansı azәrbayçanlı hansı vәzifәlәrdәişlәyirmiş ki, onları kütlәvi şәkildә işdәv çıxaray-dılar da? Deiәli, bu tәrar Azәrbayçanın çanınazәli KYŞI darapşış ermәnilәri müdafiö etmәk üçundür. Yalnız vә yalnız bunun üçüv!“Vremya” hәmçinin Ermәnistanı vә Eçmiәdzindәki dünәvki mitinti ҝöstәrdi. Xanlardan gәlәnermәni qadınınh! köstәrdi. Azәrbayçavdav danışanda isә Şaumyan (kәnd) rayonundaermәvilәrlә azәrbaycavlıların mehriban yaşadıqını bir azərbaycanlıdan çıxardı. O dedi ki, raykomyaxşı işlәyib, ona görә buradan bir ermәni getmәyib. Sonra I katib Mirzәyev (ermәnidir) özüdanışdı.Hamını yalnız ermәni vә yenә ermәni maraqlandırır. Deyәsәn, heç Ermәnistandanazәrbayvanlı qovulmayıb! Nә isә, hәr şey çox gözәl aydındır -Moskvanın danışmalı yerlәrdәsusması, susmalı yerlәrdә isә dil boğaza qoymaması vә bunun sәbәblәri.»Vremya»daha sonra Vәzirovun bugünkü respublika fәallarının yıqıncağındakı çıxışınınvvideoyazısı göstәrildi.Datlıq Qarabaqda Azәrbaycan hakimiyyәtinin bәrpasının gәlәcәyi haqqında heç nә demәdi.Poqosyanın adını belә çәkmәdi. Mitinqi ümumәn yenidәnqurma әleyhdarlarının fitvası kimiqiymәtlәndirdi. Bugündәn sonra sәrt yol tutaçağını anlatdı, yumşaqlıqdan, sәbirlilikdən әlçәkәcәyini bildirdi, ermәnilәri incidәnlәrә qarşı amansızlığın vacibliyivdәn danışdı, iş buraxmaqaqoymayan müәssisә rәhbәrlərini «əsl kommunist» adlandırdı,gördüyü işlәrdәn danışdı (müxtәlif proqramlardan) vә giley etdi ki, mitinqdә bu işlәrdәv danışılmayıb.O, mitinqdә üzüyumşaqlıq edәn böyük bir dәstә sistem işçisinin vәzifәdәv azad olunduğunusöylәdi, araqızışdıran mәtbuat orqanlarını çәzalandırdıqlalarını dedi. (Bir neçә saat qabaqNizami gәlib dedi ki, «Molodyoj Azerbaydjana”nın redaktoru Nәcәf Nәcəfovu işdәn çıxarıblar.

    Әgәr Vәzirov Nәcәfdәn başlayıbsa, demәli, o, Azәrbayçanın bütün aqıllı ziyalılarını mәhvedәçәk, әv yaxşı halda lәkәlәyәçәk!).Vәzirov, ümumiyyətlә, çox isterika ilә davışdı vә qışqırıqla sanki respublika әhalisiniqorxutmaqa çalışdı ki, bir az oyay-buyay elәsәniz baş-közüvüzü vurub daqıdaçaqam. Hәr halda,çıxış mәndә yalnız xalqın taleyinә bәdbinliklә yanaşmaq duyğusu yaratdı vә belә başa düşdümki, ermәnilәr, ruslar bu iradәsiz adamın, marionetkanin әli ilә Azәrbayçanın bütöv yaxşıoqullarını aradan götürmәyә çalışaçaqlar.Nәcәf Nәcafovu işdәn çıxaran, Vaqif Hüseyvovu işә gәtirәn, onu büro üzvü edәn bir adamhaqqında başqa söz demәk çәtindir!Tanrı özü bu uca xalqa — böyük vә amansız düşmәnlәrinpәncәsindә çırpınan, daim «ağsaqqal!» deyib ağlayan vә aqladıqca da ona rәsmi başçı tәyinedilmiş heysiyyatsız robotların, milli mәnlikdәn mәhrum marionetkaların aramsız qapazdarını,tәpiklәrini, “satqın”, «xuliqan», «alçaq», «yaramaz», «kütbeyin» söyüşlәrini yeyәn bu böyük xalqakömәk olsun !Amin! Amin! Amin!

Comments are closed, but trackbacks and pingbacks are open.