Bülfəz Elçibəy
Uzun müddət Azərbaycanda siyasi proseslərin ziddiyyətli inkişafı milli münasibətlər sahəsində qeyri-sabit vəziyyət yaratmışdı. Problemi tənzimləmək üçün prezident Elçibəy ilk növbədə milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman verdi. Məlum fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi Bakı şəhərində yerlə və normal iş şəraiti ilə təmin edildi.
Əbülfəz Elçibəy haqqında: “Onun dövründə mətbuat olduqca sərbəst idi”
Elçibəyin siyasi portreti haqqında müsbətli-mənfili müxtəlif fikirlər səslənsə də, istər tərəfdarları, istərsə də opponentləri tərəfindən o, xarizmatik və güclü lider kimi qəbul olunub.
Professor Ədalət Tahirzadə uzun illərdir, Elçibəy irsinin tədqiqatçısı kimi silsilə elmi fəaliyyətlər göstərir. Onun haqqında 7 kitabın, o cümlədən “Elçi Bəy”, “Prezident Elçibəy”, “Elçibəylə 13 saat üz-üzə”, “Bütövlük və qurtuluş yolu” adlı kitabların müəllifidir.
BBC Azərbaycancaya müsahibəsində Ədalət Tahirzadə Əbülfəz Elçibəyin siyasi fəaliyyəti ilə bağı fikirlərini bölüşüb. Onunla jurnalist İlhamə Qasımlı söhbət edib.
– Elçibəylə nə vaxtdan tanıyırdınız bir-birinizi?
– Sizi Elçibəylə onun hansı keyfiyyətləri yaxınlaşdırmışdı?
– Biz 1987-ci ildən Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunda birgə çalışmağa başladıq. Yaxınlığımız 1988-ci ildə Azərbaycan Xalq hərəkatının canlanması ilə başladı. Mən onun hədsiz yurdsevər, elsevər, insansevər, haqsevər bir insan olduğunu görüb yaxınlaşdım, dostlaşdıq. 1989-cu ildə adını onun verdiyi “Azadlıq” qəzeti işə başladı və mən onun tövsiyəsi ilə burada redaktor Nəcəf bəy Nəcəfovun müavini oldum. Prezidentliyi dönəmində mənə təhsil nazirinin müavini vəzifəsini etibar etdi. 1997-ci ildə Kələkidən dönəndən sonra isə onun özəl mətbuat katibi işlədim. Bütün bu müddət ərzində onun saydığım müsbət keyfiyyətlərinin şahidi oldum və sevdim.
– Elçibəy hər nə qədər tənqid olunsa da, hələ də ona milyonların rəğbəti itməyib. Ona bu qədər sevginin səbəbi nədir?
– Xalq Elçibəyi təmənnasız sevir, çünki o da xalqını təmənnasız sevirdi. Xalqı uğrunda hər şeyini qurban verdi. Elçibəy Azərbaycanda qardaş qanı axıdılmasın deyə, hakimiyyətini və xalq içərisində olan hörmətini qurban verdi.
– Elçibəylə sonuncu dəfə nə zaman görüşmüşdünüz?
– 1999-cu il iyun ayının 22-də “Yeni nəsil” mətbuat klubunda.
– Onun xəstəliyinin sürətlə irəliləməsi ortaya sui-qəsd ehtimallarını çıxardı. Bu ehtimallar nə qədər həqiqətə yaxındır?
– Sui-qəsdin olub-olmadığını yalnız dəqiq ekspertiza təsdiqləyə bilər, ona görə də bu haqda deyilən hər söz ehtimal olaraq qalacaq. Ancaq burası da var ki, Elçibəyin sağ qalması bir çox dövlətlərin, beynəlxalq qurumların və şəxslərin planlarını pozurdu. Məncə, sui-qəsd olubsa, bunu təşkil edənlər onu hakimiyyətdən devirən beynəlxalq qüvvələrdi.
– Onun hakimiyyətdən könüllü getməsinin səbəbləri barədə fikirləriniz nədir?
– O, hakimiyyətdən könüllü getməyib və prezidentlik müddəti bitincəyədək özünü prezident sayıb. Doğulduğu Kələki kəndinə isə müvəqqəti getmişdi və az müddətdən sonra qayıtmaq niyyətində idi. Gedişində məqsəd Azərbaycanda da Tacikistanda və Gürcüstanda olduğu kimi vətəndaş qarşıdurmasına, qardaş qırğınına yol verməmək idi.
– Ona demokrat deyirlər, amma hakimiyyəti dövründə müxalifərin mitinqləri yasaq idi, üstəlik jurnalistlərə qarşı fiziki güc tətbiq etmə kimi neqariv faktlar da vardı.
– Onun demokratlığını şübhə altına almağınızı əsla qəbul etmirəm. Niyə? Çünki “Mətbuat haqqında qanun” onun dövründə qəbul olunmuşdu.
Jurnalistlərə qarşı zorakılıq hallarını daxili işlər naziri İsgəndər Həmidov törətmişdi, (bunun Elçibəy hakimiyyətini gözdən salmaq üçün qəsdən edildiyini düşünürəm) amma hər dəfəsində prezident Elçibəy onun hərəkətlərinə görə üzr istəmişdi.
Elçibəy qəzetlərə və jurnalistlərə prezident fondundan yardımlar ayırmışdı.
Onun dövründə mətbuat olduqca sərbəst idi, hətta Milli Məclisin orqanı “Azərbaycan” qəzeti onu tənqid edirdi.
O, jurnalistlərə deyirdi ki, mənim karikaturalarımı verin. Onun dönəmindəki qəzet və jurnallarda çoxlu karikaturaları vardı və bunun üstündə kimsəyə gözün üstündə qaşın var deyən olmayıb.
“Hakimiyyəti dövründə müxalifətin mitinqləri yasaq idi” hökmünü ədalətsiz sayıram, çünki müxalifət televiziyada da canlı efirdə öz sözünü deyə bilirdi və meydanlarda at oynadırdı.
– 1993-cü ilin aprelində o, Heydər Əliyevi Bakıya dəvət etdi. Sizcə niyə məhz Əliyev?
– Çünki Azərbaycanda hərc-mərclik yaratmaq istəyən, hakimiyyəti devirmək istəyən başqa qüvvələrlə yalnız Əliyev bacara bilərdi. Mütəllibov və Surət Hüseynov birbaşa Rusiyanın adamları idi. Elçibəy Heydər Əliyevin qanuni şəkildə – parlament yolu ilə hakimiyyətə gəlməsinə imkan verməklə ona tam müstəqil adam kimi hərəkət etməyə şərait yaratdı. Məncə, Elçibəy tarixi baxımdan ən düzgün seçimi etmişdi.
– Sizcə, Elçibəyin xatirəsi eks-prezident kimi Azərbaycanda yetərincə əbədiləşdiribmi?
– Eks-prezident Elçibəyin ailəsinə təqaüd verilməsindən başqa, onun xatirəsini əbədiləşdirmək üçün hansısa işin görüldüyünü xatırlamıram.
– Onun prezident kimi uğur və səhvlərini necə sıralayarsınız?
Bu sualın cavabını özü mənimlə müsahibələrində, mən isə “Prezident Elçibəy” kitabımda vermişəm.
1) Müstəqil Azərbaycan dövlətçiliyinin sarsılmaz bünövrəsini qoydu – ilk dəfə müstəqil dövlət nazirlik və komitələrini yaratdı.
2) Ölkənin müstəqilliyinin qarantı olan nizami ordunu yaradaraq onun paradını keçirdi, rus ordusunu ölkədən təmizlədi.
3) Milli valyutanı tətbiq etdi.
4) Azərbaycan orta məktəbləri üçün milli ideya əsasında yeni proqram və dərsliklər yaratdı və bununla milli təhsilin möhkəm özülünü qoydu.
5) Ölkəni iqtisadi baxımdan inkişaf etdirdi. O gedərkən Ləl-Cəvahirat Fondunda 1 tondan artıq qızıl və ləl-cəvahirat vardı. Və sairə.
Yeganə səhvi – təbliğatın əhəmiyyətini yetərincə dəyərləndirmədi və Qərbin Azərbaycanda demokratiya istədiyinə inandı.
Əbülfəz Elçibəy
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
Əbülfəz Elçibəyin soy ağacı
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək).
Soy ağacı
Əbülfəz (Elçibəy)
Qədirqulu (Elçibəyin atası)
Məşədi Mərdan (Elçibəyin babası)
Mir Alli Xoca
Mir Məhəmməd
Mir Yusif
Mir Məhəmməd
Mir Sadıq Ağa
Mir Məhəmməd
Seyid Mir Mustafa
Seyid Hüseyn
Seyid Saleh.
Seyid Nurəddin Ağa.
Seyid Şəmsəddin.
Seyid.
Seyid İsmayıl
Seyid Əli.
Seyid Abbas.
Seyid Fəxrəddin.
Seyid Haşım.
Seyid Mir Əli Xoca.
Seyid Fəxrəddin.
Seyid Şərəfeddin.
Seyid Şəmsəddin
Seyidlərdən ibarət olan (bu üzdən də onların adına “Seyid” ve “Mir” dini titulları artırılıb) ata tərəfi Güneydəndi. İlkin ulu babaları kökcə Şah İsmayıl Xətayinin sələflərindən olan Şeyx Sədrəddin Musa’nın (1305-1392) uruqlarındandır. Bəzi qaynaqlarda Şeyx Sədrəddin’e Şeyx Xoca Əli də deyildiyi bildirilir, bəzi qaynaqlardasa Şeyx Xoca Əlinin onun oğlu olduğu göstərilir. Bu fikirlərden hansının doğruluğundan asılı olmayaraq Əbülfəz Bəyin nəsli məhz həmin Şeyx Xoca Əlidən (O, Şeyx Əli Xoca da adlanıb) başlanır. Ancaq bunu da demək gərəkdir ki, Şeyx Əli Xocanın törəmələrinin bu qolunda şeyxlik olmayıb.
Əbülfəz Elçibəyin soy ağacı Orijinalı Əbülfəz bəyin özündə olan soyağacında nəslin davamçıları olan 30’dan artıq adamın adı sadalanır.
Atası, 1896-cı ildə doğulub, 1944-cü ildə müharibədə itkin düşmüş Əliyev Qədirqulu Mərdan oğludur.
Elmi fəaliyyəti
Klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, Şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən ən ciddi alimlərdən sayılan Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun “Elmi əsərlər”ində, EA-nın “Xəbərlər”ində, “Əlyazmalar xəzinəsində” toplusunda və b. nəşrlərdə çıxan “Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması” (1967), “Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair” (1968), “9-10-cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında” (1971), “Tulunilər dövləti və Qərmətilər” (1971), “Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair” (1971), “9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət” (1972), “Hənəfilik və onun əsas qaydaları” (1986), “Əhməd Tantarani Maraği və onun “Tantaraniyyə” qəsidəsi” (1987) və b. bir çox monumental tədqiqatlarını göstərmək olar.
Görkəmli alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: “Tolunoğulları dövləti (868-905)” (İstanbul, 1997) və “Bütöv Azərbaycan yolunda” (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir.
Siyasi fəaliyyəti
Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edildi (18 oktyabr 1991).
Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın carçısıydı.
7 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Əbülfəz bəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edildi. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırıldı. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. İşğal altında oluan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edildi.
Prezidentliyi dövrü
Əbülfəz Elçibəyin prezidentliyi dövründə rus ordusunun Azərbaycandan çıxarıldı.
Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Dövlət Ləl-Cəvahirat Fondu təşəkkül tapdı.
Bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı.
Ə.Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (həmin dövr ərzində rus puluna nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü).
Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı.
Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tuturdu. Lakin bu layihə sonralar qəbul olunmamış qaldı.
Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi.
Ə.Elçibəyin prezident olaraq yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də olsa sabitliyə nail olmaq. İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı.
İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o sıradan dövlət əmlakının özəlləşdirilməsi haqqında, banklar və bank fəaliyyəti haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin yaradılması üçün bütün lazımlı qanunlar qəbul edilmişdi), mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi.
Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Bundan başqa, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı.
Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı. Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisə, onlarca müstəqil bank (o sıradan xarici ortaqların iştirakı ilə) fəaliyyətə başladı, kəndlərdə 17 mindən artıq sərbəst icarə kollektivi yaradıldı, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanıldı.
Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb edilməsindən ötrü mühüm işlər görüldü. Hazırlanan müqavilələrə əsasən Amerika Birləşmiş Ştatları, İngiltərə, Norveç və Türkiyənin neft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi.
Elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. Təhsil haqqında qanun qəbul edilmişdi. Bu qanuna əsasən təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı.
Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi Elçibəy iqtidarının mühüm uğurlarındandır. Azərbaycanın yüzlərcə alim, müəllim və metodisti cəlb edilməklə bircə ilin içərisində orta məktəbdə keçilən humanitar fənlər üzrə 7 yeni proqram hazırlandı və onların əsasında 60-a yaxın adda tam yeni dərslik yazdırıldı; ümumiyyətlə, başqa fənlər də daxil olmaqla 90-a yaxın adda yeni dərslik ortaya qoyuldu ki, orta məktəblərimiz onlarla ilk dəfə tanış olurdu.
Yeni məzmunlu proqram və dərsliklərin yaradılmasını prezident strateji əhəmiyyətli dövlət məsələsi saydığına görə, ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq onun göstərişi ilə ayrılan 110 milyon manatlıq yardımla təhsil ədəbiyyatı üzrə yeni güclü nəşriyyat – “Öyrətmən” yaradıldı, yeni dərsliklərin nəşri üçün yetərincə kağız əldə edildi və kitabların nəşrinə başlanıldı.
Uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidə nail olundu. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi, dövlət idarələrində də ondan intensiv istifadəyə başlanıldı.
Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il – 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi.
Uzun müddət Azərbaycanda siyasi proseslərin ziddiyyətli inkişafı milli münasibətlər sahəsində qeyri-sabit vəziyyət yaratmışdı. Problemi tənzimləmək üçün prezident Elçibəy ilk növbədə milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman verdi. Məlum fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi Bakı şəhərində yerlə və normal iş şəraiti ilə təmin edildi.
Azsaylı xalqların çıxardığı 4 qəzet Prezident fondundan maliyyə yardımı aldı. Onlara radio və televiziyadan istifadə etmək imkanı yaradıldı. Elçibəy bir sıra xarici səfərlərdə oldu. İstanbul sammitində iştirak edərək (24-27.6.1992) Qara Dəniz İşbirliyi Sazişini və “Bosfor bəyanatı”nı (25.6.1992), ATƏM-in (indiki ATƏT) ikinci zirvə toplantısına qatılaraq (7-11.7.1992) Helsinki Müşavirəsi-nin Yekun aktını (8.7) və “Avropada adi silahların məhdudlaşdırılması haqqında müqavilə”ni (10.7), Rusiyaya rəsmi səfərə gedərək (12-13.10.1992) Boris Yeltsinlə birgə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə”ni (12.10), Ankarada Türk cümhuriyyətləri başçılarının zirvə toplantısında (30-31.10.1992) sammitin Yekun Bəyannaməsini imzaladı (31.10). O, Türkiyəyə rəsmi səfərində (1-5.11.1992) prezident Turqut Özalla bir sıra müqavilələrə imza atdı (1.11), Ankarada açılan Azərbaycan Səfirliyinin lentini kəsdi (2.11), Ukraynaya rəsmi səfərində (9-10.12.1992) prezident Leonid Kravçukla “Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq haqqında müqavilə”yə qol çəkdi (9.12). Prezident Elçibəy, Bakıda Marqaret Tetçeri (7.9. 1992), Tatarıstanın baş naziri Filza Həmidullini (24.9.1992), Rusiya baş nazirinin əvəzi Yeqor Qaydarı (30.9.1992), Moldovanın baş naziri Andrey Sangelini (17.10.1992), Moskvanın meri Yuri Lujkovu (26.10), İslam Konfransı Təşkilatının baş katibi Həmid əl-Cabidi (13.11.1992) və ölkəyə qonaq gəlmiş bir çox başqa nümayəndə heyətlərini, Bakıdakı bütün xarici ölkə səfirlərini qəbul etdi.
BMT-də, ATƏT-də, İslam Konfransı Təşkilatında, regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə Azərbaycan bərabərhüquqlu dövlət kimi təmsil olunmağa başladı. BMT-nin Bakıda nümayəndəliyi açıldı. Qonşu dövlətlərlə: Rusiya, Türkiyə, İran, Ukrayna və Gürcüstanla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığın əsasları qoyuldu. Moldova, Qazaxıstan və Türkmənistanla iqtisadi sazişlər imzalandı. Belçika, Amerika Birləşmiş Ştatları, Almaniya, İsrail, Misir, Pakistan, İngiltərə ilə sıx əlaqələrə möhkəm zəmin yaradıldı. Rusiya, Türkiyə, Gürcüstan kimi dövlətlərlə dostluq və əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlandı. Türkiyə ilə münasibətlər imzalanmış sazişlər nəticəsində yeni mərhələyə daxil oldu. Amerika Birləşmiş Ştatları və Qərbi Avropa ölkələri ilə münasibətlər xarici siyasətin başlıca istiqamətlərindən biri oldu.
Avropa və Amerikanın transmilli şirkətləri əlverişli iqtisadi məkan kimi Azərbaycana üz tutmağa başladı. AMOKO, BP, Yunokal, Statoyl, Pennzoyl və başqa böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlandı. Neftin Aralıq dənizinə daşınması haqqında ilkin sənəd imzalandı. Bu planların gerçəkləşməsi Azərbaycanın inkişafı üçün böyük perspektivlər açırdı. Ölkəyə güclü investisiya axını başlayacaqdı. Bütün bunlar Qərbin və Amerika Birləşmiş Ştatlarının Azərbaycana siyasi münasibətində də əsaslı təkamülün səbəblərindəndir.
Prezidentlikdən sonrakı fəaliyyəti
Elçibəy iqtidarının apardığı geridönməz müstəqillik siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etdilər və ölkədə vətəndaş müharibəsi qaçılmaz oldu. Öz xalqını labüd faciələrdən qurtarmaq istəyən prezident Əbülfəz Elzibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə getdi və burada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi.
Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra – 1997-ci ilin 30 Oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz bəy, həmin ilin Noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü. Marqaret Tetçerin “Qafqazda ən böyük demokrat” adlandırdığı Ə.Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçildi (1997).
Çağdaş Azərbaycan ictimai-siyasi şüuruna yön verən və gerçək milli lider kimi qəbul edilən Əbülfəz Elçibəyin siyasi-nəzəri görüşləri “Bu mənim taleyimdir” (Bakı, 1992), “Deyirdim ki, bu quruluş dağılacaq” (Bakı, 1992), “Demokratiya və azadlıq” (İstanbul, 1992), “Bütöv Azərbaycan yolunda” (İstanbul, 1998), “Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!” (Bakı, 2002), “Elçi düşüncələri” (Bakı, 2002) kitablarında əksini tapıb. Onun mübarizə yolunu işıqlandıran Kamil Vəli Nərimanoğlunun “Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy” (İstanbul, 1992), A.Səmədoğlunun “Elçibəy və Azərbaycan” (İstanbul, 1994), Fazil Qəzənfəroğlunun “Əbülfəz Elçibəy. Tarixdən gələcəyə” (İstanbul, 1995), Ədalət Tahirzadənin “Elçi Bəy” (Bakı, 1999), “Elçibəylə 13 saat üz-üzə” (Bakı, 1999; İstanbul, 2001), “Prezident Elçibəy” (Bakı, 2001), O.Məmmədovun “Elçibəy ilə birlikdə otuz il” (İstanbul, 1999) və b. kitablar oxucuların marağına səbəb oldu.
Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadə yolunu yaradıcılıqla davam etdirirdi. O, böyük öndərin müsavatçılıq ideyalarını Bütöv Azərbaycan düşüncəsiylə zənginləşdirmiş, milli ideologiyamızın “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!” ülküsünü irəli sürmüşdür.
Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Azərbaycanın milli lideri, dünya türklərinin böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə – 63 yaşındaykən qardaş Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşdu. Bakıda dəfni günü yüz minlərlə insanın onun tabutunu son mənzilinədək çiyinlərində aparması onun doğma xalqının ürəyində əbədi sevgi qazandığına sübut oldu.
Müəllifi olduğu kitablar
“Tolunoğulları Devleti”, İstanbul, 1997. Ebülfez Elçibey, ISBN:9754372152
“Bütöv Azərbaycan yolunda”, İstanbul, 1998; Bakı, 2004
“Müstəqillik: ikinci cəhd”, Bakı, 2001
“Siz xalqın sevgisilə haqqa çatacaqsınız”, Bakı, 2001
Haqqında yazılan kitablar
Azərbaycan dilində
“Əbülfəz Elçibəy: “Bu, mənim taleyimdir””, Bakı, 1992. Tərtibçilər: Becan İbrahimoğlu, Ədalət Tahirzadə
“Deyirdim ki, bu quruluş dağılacaq”, Bakı, 1992. Tərtibçi: Ədalət Tahirzadə
“Demokratiya və azadlıq”, İstanbul, 1992.
“Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy”, İstanbul, 1992. Kamil Vəli Nərimanoğlu
“Elçibəy və Azərbaycan”, İstanbul, 1994, Akın Səmədoğlu.
“Əbülfəz Elçibəy. Tarixdən gələcəyə”, İstanbul, 1995, Fazil Qəzənfəroğlu.
“Elçi Bəy”, Bakı, 1999, Ədalət Tahirzadə.
“Elçibəy ilə birlikdə otuz il”, İstanbul, 1999, Oqtay Məmmədov.
“Savalanda görüşənədək, Bəy!” Bakı, 2000. Tərtibçi: Ədalət Tahirzadə
“Elçibəylə 13 saat üz-üzə”, Bakı, 1999; İstanbul, 2001. Ədalət Tahirzadə
“Prezident Elçibəy”, Bakı, 2001. Ədalət Tahirzadə
“Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!”, Bakı, 2002. Tərtibçi: Ədalət Tahirzadə
“Elçi düşüncələri”, Bakı, 2002. Tərtibçilər: Ədalət Tahirzadə, Mircəlal Yusifli
“Qurtuluş və bütövlük yolu” (Elçibəylə 6 söhbət). Bakı, 2003. Ədalət Tahirzadə
“Еlçi Bəy” Bakı, “Nurlar”NPM, 2005, səh.64, 500 nüs. Bayram Təbrizli-Marağalı
“Elçi Bəy haqqında” Bakı, “Şirvannəşr”, 2008. Mehriban Vəzir
Ədalət Tahirzadə
Ədalət Şərif oğlu Tahirzadə — müəllim, dilçi, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor.
Mündəricat
Ədalət Şərif oğlu Tahirzadə 23 may 1951-ci ildə Qutqaşen rayonunun Xırxatala kəndində anadan olub.
1958-ci ildə Xırxatala kənd səkkizillik məktəbinin 1-ci sinfinə gedib, 1966-cı ildə həmin məktəbi bitirib. Orta təhsilini 1968-ci ildə Qəbələ rayonunun Zarağan kənd orta məktəbində başa vurub.
Orta məktəbi bitirdikdən sonra 1968–1969-cu dərs ilində Xırxatala kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləyib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1974–1977-ci illərdə təyinatla İsmayıllı rayonunun Topçu kənd orta məktəbində türk dili (Azərb. dili) və ədəbiyyat müəllimi işləyib. Təyinat müddəti bitdikdən sonra Qəbələ rayonunun Kiçik Pirəlli kənd orta məktəbində 1977-ci ilin sentyabr ayından 1978-ci ilin dekabr ayınadək Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.
1977-ci ildə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasına daxil olub, 1978-ci ilin dekabrından əyani şöbəyə keçirilib. Daha sonra ailəsiylə birlikdə Bakıya köçüb.
1981-ci ildə aspiranturanı bitirmiş, həmin ilin yanvar ayından 1984-cü ilin oktyabr ayınadək Dilçilik İnstitutunda kiçik elmi işçi,1984-cü ilin oktyabr ayından 1986-cı ilin yanvara ayınadək isə baş elmi işçi vəzifələrində işləyib. 1983-cü ilin fevralında dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1985-ci ilin avqustundan 1987-ci ilin iyununadək Azərbaycan Elmlər Akademiyasının “Elm” qəzetinin ilk redaktoru olub.
1987-ci ilin iyunundan 1988-ci ilin fevralınadək Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda şöbə müdiri, 1988-ci ilin fevral ayından 1991-ci ilin yanvar ayınadək aparıcı elmi işçi, 1991-ci ilin yanvar ayından 1992-ci ilin fevral ayınadək baş elmi işçi vəzifələrində işləyib.
“Azadlıq” qəzetinin qurucularındandır. Nəcəf Nəcəfovun baş redaktor olduğu bu qəzetdə ilk saydan – 1989-cu ilin 24 dekabrından 1991-ci ilin iyulunadək redaktor müavini vəzifəsində çalışıb. 1991-ci ilin avqustunda “QKÇP” vaxtı yenidən “Azadlıq” qəzetinə qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir olub.
1992-ci ilin 12 sentyabrından [1] 1993-cü ilin 30 noyabrınadək [2] Azərbaycan Respublikası xalq təhsili nazirinin, ali və orta ixtisas təhsili nazirinin və təhsil nazirinin müavini işləyib. Müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan tam yeni ilk proqram (7 ictimai fənn üzrə) və dərslikləri (82 adda) bu dönəmdə məhz onun rəhbərliyi altında hazırlanıb.
1993-cü ilin noyabrından Ali Diplomatiya Kollecinə baş müəllim keçib və 2009-cu ilin oktyabrınadək orada dosent kimi çalışıb. 22 aprel 2011-ci ildən indiyədək həmin universitetin professorudur. 2015-ci ilin mart ayının 13-dən sentyabr ayının 16-nadək Bakı Avrasiya Universitetinin 1-ci prorektoru — tədris işləri üzrə prorektoru işləyib.
2009-cu ildən 2015-ci ilin sonunadək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının 2-ci prezidenti Əbülfəz Elçibəy Kələkidən Bakıya dönəndən sonra 1998-ci ilin fevralından 2000-ci ilin mayınadək onun özəl mətbuat katibi işləyib.
1996–1999-cu illərdə “Ay-Ulduz” nəşriyyatının direktoru, 1997–1999-cu illərdə “Məşvərət” bülleteninin [a] redaktor müavini, 2000-ci ildə elmi-pedaqoji “Düşüncə” dərgisinin baş redaktoru işləyib. 2012-ci ildən “Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri” toplusunun məsul redaktorudur.
22 kitabın, 470-dən artıq elmi, elmi-kütləvi və publisist yazının müəllifidir.
İsmayıl bəy Qutqaşınlı, Haşım bəy Vəzirov, Salman Mümtaz, Məşədi Azər Buzovnalı, Rəşid bəy Əfəndiyev, Mirabbas Mirbağırzadə, Məhəmmədəmin Darğazadə və başqaları kimi Azərbaycan klassiklərinin bəlli olmayan bir çox əsərlərini üzə çıxararaq onları ərəb qrafikasından latın qrafikasına çevirib və ilk dəfə nəşr etdirib.
“Uşaq ensiklopediyası”nda [3] 16, “Diplomatiya: ensiklopedik lüğət”də [4] 35 məqaləsi dərc edilib. 1930-cu illərdə repressiya olunmuş və adları unudulmuş çox sayda Azərbaycan ziyalısını, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlərini, Cümhuriyyətin xaricə oxumağa göndərdiyi tələbələri də ilk dəfə öyrənərək Azərbaycanın və bir sıra xarici ölkələrin mətbuatında onlar haqqında geniş tərcümeyi-hal oçerkləri ilə çıxış edib.
Evlidir. 2 oğlu və 1 qızı var.
Mükafatları
- Nəcəf Nəcəfov adına mükafat (2000)
- “Qızıl qələm” mükafatı (2011)
- Tarixi öyrənənlərə kömək. (Nailə Tahirzadə ilə birgə). Bakı, “Səda” nəşriyyatı, 1995; “Ay-Ulduz” nəşriyyatı, 1997; “Kür” nəşriyyatı, 2000, 176 səh. (Başqa nəşrləri də var).
- Xırxatala kəndinin tarixi və uruqlarının soyağacı. Bakı, “Sabah” nəşriyyatı, 1996, 354 səh.
- Meydan: 4 il 4 ay. Bakı, “Ay-Ulduz” nəşriyyatı, 1997, I cild, 488 səh.; II cild, 416 səh.
- Elçi Bəy. Bakı, “Cümhuriyyət” qəzetinin nəşri, 1999, 354 səh.
- Elçibəylə 13 saat üz-üzə. Tərtibçisi, ön sözün və müsahibənin müəllifi Ədalət Tahirzadə’dir. Bakı, “Tanıtım” qəzetinin nəşri, 1999, 220 səh.
- İsgəndər Rzazadə — Azərbaycanın ilk energetiki. Bakı: “Kür”, 2000, 36 səh.
- Искендер Риза-заде – первый энергетик Азербайджана. Баку, изд-во “Kür”, 2000, 64 səh.
- Cəfər Kazımov – Sovet uranını tapanlardan biri. Bakı: “Kür”, 2001, 28 səh.
- Prezident Elçibəy. Bakı: “Yeni Müsavat” qəzetinin nəşri, 2001, 420 səh.
- Əbülfəz Elçibəy: “Mən qurtuluşçuyam!”. Tərtibçisi, ön sözün və müsahibənin müəllifi Ədalət Tahirzadə’dir. Bakı: “Elçibəy kitabxanası” nəşriyyatı, 2002, 40 səh.
- Nadir şah Əfşar. Bakı: “Kür”, 2002, 40 səh.
- Ağaməhəmməd şah Qacar. Bakı: “Kür”, 2002, 44 səh.
- Salman Mümtaz. Bakı: “Kür”, 2002, 16 səh.
- “Kitabi-Dədə Qorqud”un faciəsi. Bakı: “Kür”, 2002, 32 səh.
- Qurtuluş və bütövlük yolu. Bakı, 2003, 376 səh.
- Şəkinin tarixi qaynaqlarda. Bakı: “Master”, 2005, 376 səh. (HTML1, HTML2)
- Türkiyəmizdə 10 gün. Bakı: “Ləman”, 2011, 176 səh.
- Unutdurulmuş azman — Əliabbas Qədimov (Həbibulla Manaflı ilə həmmüəllif). Bakı: “Apostrof”, 2012, 204 səh.
- Aşurovlar. Soyun sənədli tarixi. Bakı, “İndiqo”, 2014, 288 səh.
- Ашуровы. Документальная история рода. Баку, “İndiqo”, 2015, 288 səh.
- Azərbaycan Cümhuriyyəti tələbələri. (Tarixi arayış. Bəlgələr. Yaşamlar). (Oğuztoğrul Tahirli ilə birgə). Bakı, “TEAS Press”, 2016, 1222 səh.
- ↑ redaktor: Nəcəf Nəcəfov
- Ədalət Tahirzadənin bioqrafiyası – www.adam.az 2011-11-17 at the Wayback Machine
- Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı
- Ədalət Tahirzadə, Sultanla görüşmüş Rövşən bəy Əfəndizadə kimdir?
İstinadlar
- ↑ “Ə. Ş. Tahirzadə haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 1992-ci il tarixli, 124 nömrəli Sərəncamı. e-qanun.az (azərb.)
- ↑ “Ə. Ş. Tahirzadə haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1993-cü il tarixli, 33 nömrəli Sərəncamı. e-qanun.az (azərb.)
- ↑ (III cild, Bakı: “Azərbaycan Ensiklopediyası”, 1999)
- ↑ (Bakı: “Diplomatiya”, 2005)
Həmçinin bax
Avqust 01, 2021
Ən son məqalələr
Fransua Araqo
Fransua Bernar Şarmua
Fransua Buşe
Fransua Enqler
Fransua Fenelon
Fransua Fiyon
Fransua Gizo
Fransua Kene
Fransua Kuperen
Fransua Meninski
Ən çox oxunan
Medye
Meer Basin
Meeçkın dili
Mega
Mega Holding
ədalət, tahirzadə, ədalət, şərif, oğlu, tahirzadə, müəllim, dilçi, filoloq, mətnşünas, tarixçi, publisist, filologiya, üzrə, fəlsəfə, doktoru, professor, doğum, tarixi, 1951, 1951, yaş, doğum, yeri, xırxatala, qutqaşen, rayonu, azərbaycan, ssrivətəndaşlığı, ss. Edalet Serif oglu Tahirzade muellim dilci filoloq metnsunas tarixci publisist filologiya uzre felsefe doktoru professor Edalet TahirzadeDogum tarixi 23 may 1951 1951 05 23 70 yas Dogum yeri Xirxatala Qutqasen rayonu Azerbaycan SSR SSRIVetendasligi SSRI AzerbaycanElmi derecesi Filologiya elmleri namizedi d Is yeri AMEA nin Dilcilik InstitutuElyazmalar InstitutuTehsili ADU 1974 Mundericat 1 Heyati 2 Ailesi 3 Mukafatlari 4 Kitablari 5 Qeydler 6 Menbe 6 1 Istinadlar 7 Hemcinin baxHeyati RedakteEdalet Serif oglu Tahirzade 23 may 1951 ci ilde Qutqasen rayonunun Xirxatala kendinde anadan olub 1958 ci ilde Xirxatala kend sekkizillik mektebinin 1 ci sinfine gedib 1966 ci ilde hemin mektebi bitirib Orta tehsilini 1968 ci ilde Qebele rayonunun Zaragan kend orta mektebinde basa vurub Orta mektebi bitirdikden sonra 1968 1969 cu ders ilinde Xirxatala kend orta mektebinde pioner bas deste rehberi isleyib 1969 cu ilde Azerbaycan Dovlet Universitetinin filologiya fakultesine daxil olub 1974 cu ilde universiteti ferqlenme diplomu ile bitirib 1974 1977 ci illerde teyinatla Ismayilli rayonunun Topcu kend orta mektebinde turk dili Azerb dili ve edebiyyat muellimi isleyib Teyinat muddeti bitdikden sonra Qebele rayonunun Kicik Pirelli kend orta mektebinde 1977 ci ilin sentyabr ayindan 1978 ci ilin dekabr ayinadek Azerbaycan dili ve edebiyyat muellimi kimi calisib 1977 ci ilde Azerbaycan Elmler Akademiyasi Nesimi adina Dilcilik Institutunun qiyabi aspiranturasina daxil olub 1978 ci ilin dekabrindan eyani sobeye kecirilib Daha sonra ailesiyle birlikde Bakiya kocub 1981 ci ilde aspiranturani bitirmis hemin ilin yanvar ayindan 1984 cu ilin oktyabr ayinadek Dilcilik Institutunda kicik elmi isci 1984 cu ilin oktyabr ayindan 1986 ci ilin yanvara ayinadek ise bas elmi isci vezifelerinde isleyib 1983 cu ilin fevralinda dissertasiya mudafie edib filologiya elmleri namizedi alimlik derecesi alib 1985 ci ilin avqustundan 1987 ci ilin iyununadek Azerbaycan Elmler Akademiyasinin Elm qezetinin ilk redaktoru olub 1987 ci ilin iyunundan 1988 ci ilin fevralinadek Azerbaycan Elmler Akademiyasinin Elyazmalar Institutunda sobe mudiri 1988 ci ilin fevral ayindan 1991 ci ilin yanvar ayinadek aparici elmi isci 1991 ci ilin yanvar ayindan 1992 ci ilin fevral ayinadek bas elmi isci vezifelerinde isleyib Azadliq qezetinin qurucularindandir Necef Necefovun bas redaktor oldugu bu qezetde ilk saydan 1989 cu ilin 24 dekabrindan 1991 ci ilin iyulunadek redaktor muavini vezifesinde calisib 1991 ci ilin avqustunda QKCP vaxti yeniden Azadliq qezetine qayidaraq 1992 ci ilin yanvarinadek burada muqavile ile bas muxbir olub 1992 ci ilin 12 sentyabrindan 1 1993 cu ilin 30 noyabrinadek 2 Azerbaycan Respublikasi xalq tehsili nazirinin ali ve orta ixtisas tehsili nazirinin ve tehsil nazirinin muavini isleyib Musteqil Azerbaycanin milli ideologiyaya esaslanan tam yeni ilk proqram 7 ictimai fenn uzre ve derslikleri 82 adda bu donemde mehz onun rehberliyi altinda hazirlanib 1993 cu ilin noyabrindan Ali Diplomatiya Kollecine bas muellim kecib ve 2009 cu ilin oktyabrinadek orada dosent kimi calisib 22 aprel 2011 ci ilden indiyedek hemin universitetin professorudur 2015 ci ilin mart ayinin 13 den sentyabr ayinin 16 nadek Baki Avrasiya Universitetinin 1 ci prorektoru tedris isleri uzre prorektoru isleyib 2009 cu ilden 2015 ci ilin sonunadek AMEA Mehemmed Fuzuli adina Elyazmalar Institutunun boyuk elmi iscisi vezifesinde calisib Azerbaycan Respublikasinin 2 ci prezidenti Ebulfez Elcibey Kelekiden Bakiya donenden sonra 1998 ci ilin fevralindan 2000 ci ilin mayinadek onun ozel metbuat katibi isleyib 1996 1999 cu illerde Ay Ulduz nesriyyatinin direktoru 1997 1999 cu illerde Mesveret bulleteninin a redaktor muavini 2000 ci ilde elmi pedaqoji Dusunce dergisinin bas redaktoru isleyib 2012 ci ilden Azerbaycan Tarixi Secere Cemiyyetinin Xeberleri toplusunun mesul redaktorudur 22 kitabin 470 den artiq elmi elmi kutlevi ve publisist yazinin muellifidir Ismayil bey Qutqasinli Hasim bey Vezirov Salman Mumtaz Mesedi Azer Buzovnali Resid bey Efendiyev Mirabbas Mirbagirzade Mehemmedemin Dargazade ve basqalari kimi Azerbaycan klassiklerinin belli olmayan bir cox eserlerini uze cixararaq onlari ereb qrafikasindan latin qrafikasina cevirib ve ilk defe nesr etdirib Usaq ensiklopediyasi nda 3 16 Diplomatiya ensiklopedik luget de 4 35 meqalesi derc edilib 1930 cu illerde repressiya olunmus ve adlari unudulmus cox sayda Azerbaycan ziyalisini Azerbaycan Xalq Cumhuriyyeti Parlamenti uzvlerini Cumhuriyyetin xarice oxumaga gonderdiyi telebeleri de ilk defe oyrenerek Azerbaycanin ve bir sira xarici olkelerin metbuatinda onlar haqqinda genis tercumeyi hal ocerkleri ile cixis edib Ailesi RedakteEvlidir 2 oglu ve 1 qizi var Mukafatlari RedakteNecef Necefov adina mukafat 2000 Qizil qelem mukafati 2011 Kitablari RedakteTarixi oyrenenlere komek Naile Tahirzade ile birge Baki Seda nesriyyati 1995 Ay Ulduz nesriyyati 1997 Kur nesriyyati 2000 176 seh Basqa nesrleri de var Xirxatala kendinin tarixi ve uruqlarinin soyagaci Baki Sabah nesriyyati 1996 354 seh Meydan 4 il 4 ay Baki Ay Ulduz nesriyyati 1997 I cild 488 seh II cild 416 seh Elci Bey Baki Cumhuriyyet qezetinin nesri 1999 354 seh Elcibeyle 13 saat uz uze Tertibcisi on sozun ve musahibenin muellifi Edalet Tahirzade dir Baki Tanitim qezetinin nesri 1999 220 seh Isgender Rzazade Azerbaycanin ilk energetiki Baki Kur 2000 36 seh Iskender Riza zade pervyj energetik Azerbajdzhana Baku izd vo Kur 2000 64 seh Cefer Kazimov Sovet uranini tapanlardan biri Baki Kur 2001 28 seh Prezident Elcibey Baki Yeni Musavat qezetinin nesri 2001 420 seh Ebulfez Elcibey Men qurtuluscuyam Tertibcisi on sozun ve musahibenin muellifi Edalet Tahirzade dir Baki Elcibey kitabxanasi nesriyyati 2002 40 seh Nadir sah Efsar Baki Kur 2002 40 seh Agamehemmed sah Qacar Baki Kur 2002 44 seh Salman Mumtaz Baki Kur 2002 16 seh Kitabi Dede Qorqud un faciesi Baki Kur 2002 32 seh Qurtulus ve butovluk yolu Baki 2003 376 seh Sekinin tarixi qaynaqlarda Baki Master 2005 376 seh HTML1 HTML2 Turkiyemizde 10 gun Baki Leman 2011 176 seh Unutdurulmus azman Eliabbas Qedimov Hebibulla Manafli ile hemmuellif Baki Apostrof 2012 204 seh Asurovlar Soyun senedli tarixi Baki Indiqo 2014 288 seh Ashurovy Dokumentalnaya istoriya roda Baku Indiqo 2015 288 seh Azerbaycan Cumhuriyyeti telebeleri Tarixi arayis Belgeler Yasamlar Oguztogrul Tahirli ile birge Baki TEAS Press 2016 1222 seh Qeydler Redakte redaktor Necef NecefovMenbe RedakteEdalet Tahirzadenin bioqrafiyasi www adam az Arxivlesdirilib 2011 11 17 at the Wayback Machine Edalet Tahirzadenin Sekinin tarixi qaynaqlarda kitabi Edalet Tahirzade Sultanla gorusmus Rovsen bey Efendizade kimdir Istinadlar Redakte E S Tahirzade haqqinda Azerbaycan Respublikasi Prezidentinin 12 sentyabr 1992 ci il tarixli 124 nomreli Serencami e qanun az azerb E S Tahirzade haqqinda Azerbaycan Respublikasi Prezidentinin 30 noyabr 1993 cu il tarixli 33 nomreli Serencami e qanun az azerb III cild Baki Azerbaycan Ensiklopediyasi 1999 Baki Diplomatiya 2005 Hemcinin bax RedakteMenbe https az wikipedia org w index php title Edalet Tahirzade amp oldid 5934656, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Comments are closed, but trackbacks and pingbacks are open.