Niftiyevin bloqu
Məni düzgün başa düşün: Dərrakə bəşəriyyətin ən böyük nailiyyətidir! Amma yenə də biliklərin ardınca qaçmaq çox zaman sevginin axtarışını əvəz edir. Bu fikrə bu yaxınlarda gəlmişəm. Belə bir fərziyyə təklif edirəm: Dərrakəyə malik, ancaq sevmək və sevilməkdən məhrum olan insan intellektual və mənəvi fəlakətə və ya bəlkə də, ağır psixi xəstəliyə məhkumdur. Bundan başqa, iddia edirəm ki, özünə qapanmış beyin ətrafdakılara əzab və işgəncədən başqa heç nə verə bilməz.
Daniel kiz elcernon üçün güllər yüklə
Məhsul kodu: 8798
7 AZN
5.6 AZN
- Sifariş et
- 1-dən 5-ə qədər dəyərləndirin:
-
- 1
- 2
- 3
- 4
- 5
- 2.99
Qısa məzmun
Baş qəhrəman plastik qab istehsal edən müəssisədə döşəməsilən işləyən 37 yaşlı kəmağıl Çarli Qordondur (romanda Çarlinin 32 yaşı var və o, çörəkxanada süpürgəçi işləyir).
Doktor Ştrauss və doktor Nemyur intellektin əməliyyat yolu ilə artırılması üzrə eksperiment keçirirlər. Əməliyyat Elcernon (ing. Algernon) adlı siçan üzərində uğurla keçiriləndən sonra alimlər eyni əməliyyatı insan üzərində aparmaq fikrinə düşür və yazıb-oxumağı öyrənmək arzusunda olan Çarli könüllü olaraq eksperimentə qoşulur.
Əsər Çarlinin baş verənlər haqqında apardığı hesabatlar formasında yazılıb. Onun intellekti artdıqca mətnin orfoqrafiyası, punktuasiyası və stilistikası mükəmməlləşir.
Əməliyyatın nəticəsi olaraq Çarlinin intellekt əmsalı 68-dən 200-ə qədər artır. Hesabatlarda Çarli bildirir ki, baş vermiş hadisələri yenidən dərk etməyə başlayır və dost bildiyi iş yoldaşlarının əslində onu ələ saldığını başa düşür. O, özünə oxşar taleyi olan yeganə varlığa – Elcernona – bağlılıq hissi keçirməyə başlayır və onunla dostlaşır.
Çarlinin öyrənmə qabiliyyəti adi insanlarla müqayisədə qat-qat yüksək olur. Bir neçə həftədən sonra o, bir neçə dildə sərbəst şəkildə danışır və elmi ədəbiyyat oxuyur. Onun qabaqlar təhsil aldığı kəmağıllar üçün məktəbdəki müəlliməsi Alisa Kinnian Çarlinin uğurlarını görüb sevinir, lakin sonradan tələbəsinin xarakterinin mürəkkəbləşdiyini görüb ondan uzaqlaşır. Hekayədən fərqli olaraq, romanda Çarlinin Alisa ilə romantik münasibətləri mövzusuna daha çox diqqət yetirilir.
İşlədiyi müəssisədə dəzgahların yerləşdirilmə qaydasını dəyişdirməyi təklif edən Çarli şirkət üçün 10 min dollar qənaət edir, lakin iş yoldaşının davranışında bu qədər dəyişiklikdən təəccüblənən digər əməkdaşlar ərizə yazıb onu işdən kənarlaşdırmağı xahiş edirlər. Hekayədən fərqli olaraq, romanda həmçinin Çarlinin uşaqlıq xatirələri, valideynləri və bacısı ilə görüş səhnələri yer alır. Bir ay sonra intellekt baxımından eksperimenti aparan alimləri də üstələyən Çarli onların səhvlərini açıq-aşkar görmək halındadır. Elcernonun davranışında qəribə dəyişikliklərin şahidi olan baş qəhrəman problemi həll etməyə qadir yeganə insan olduğunu anlayır və bu məqsəd üçün bütün biliklərini ortaya qoyur.
Eksperimentin ilkin mərhələlərdə uğurla keçməsinə baxmayaraq Elcernonun vəziyyəti ciddi narahatlıq üçün səbəb verir: siçanın intellekti sürətlə azalır. Tezliklə Elcernon ölür. Yarmanın nəticəsində bəlli olur ki, onun beyni balacalaşmış, qırışlarıı isə hamarlanmışdır. Çarli siçanın təcrübəlik heyvan olmasına baxmayaraq yandırılmasına icazə vermir, cəsədini dəfn edir və hər həftə “qəbr”inə gül gətirir.
Çarlinin tədqiqatları göstərir ki, Ştraussla Nemyurun apardığı əməliyyatdan sonra geriləmə qaçılmazdır. Beləliklə, Çarlinin gələcək aqibəti aydınlaşır: o, əvvəlki halına qayıdacaq.
Romanda baş qəhrəman son ana qədər öz qüdrətli intellektindən istifadə edərək vəziyyətdən çıxış yolu axtarır. Kəmağıl insanları müalicə etmək üçün tədqiqatın hansı istiqamətdə aparılmalı olduğunu tam başa düşməyən Çarli görür ki, onun çox az vaxtı qalıb, çünki intellekti vaxtilə artdığı sürətlə azalmağa başlayır. Dərin depressiyaya düşən Çarli intihar haqqında düşünür, lakin onun intellekti azaldıqca hissiyatları da kütləşir. Romanda Çarlinin intellekt əmsalı əvvəlkindən də aşağı həddə düşür. O, köhnə iş yerinə qayıdır. Əvvəllər onu ələ salmış, sonradan isə işdən kənarlaşdırılmasının səbəbkarı olan digər əməkdaşlar daha mehriban münasibət bəsləməyə başlayırlar və yeni əməkdaşın Çarlini ələ salmasına imkan vermirlər.
Romanda Çarli çaşıb məktəbinə qayıdır və bunu görən müəlliməsi göz yaşlarını saxlaya bilmir. Bu hadisədən sonra Çarli şəhəri tərk etmək qərarına gəlir. Hekayə nikbin notda bitir. Çarli bu qədər yeni məlumat öyrənmək imkanını verən alimlərə minnətdar olduğunu yazır və gələcəkdə ağıllı olmağa çalışacağına söz verir.
Əsərin adı Çarlinin gündəlikdəki son yazısında bildirdiyi Elcernonun “qəbr”inə gül gətirmək xahişindən yaranmışdır.Çatdırılma şərtləri
Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN
Niftiyevin bloqu
“Elcernon üçün çiçəklər” (Flowers for Algernon)1958-ci ildə yazıçı Deniel Kiz tərəfindən yazılan və 1959-cu ildə “Fantastika və Elmi Ədəbiyyat” jurnalında işıq üzü görən möhtəşəm əsərdir. Qısa müddət ərzində məşhurlaşan əsər, 1960-cı ildə elmi-fantasika janrının Nobeli hesab olunan Hüqo mükafatına, daha sonra isə Nebula mükafatına layiq görülür. Hərgah əsər ABŞ və Kanadada birmənalı qarşılanmayaraq dəfələrlə kitabxanalardan toplansa da, dünyanın müxtəlif ölkələrində böyük maraqla qarşılanıb və bir çox orta məktəblərdə ədəbiyyat tədris planlarına daxil edilib. Eyni zamanda dəfələrlə müxtəlif televiziya və radio-teatr tamaşalarına və bir çox mükafatlara layiq görülən əsər, “Çarli” kino-filmi ilə kinematoqrafiyada da öz layiqli yerini tutur.
Son aylar topladığım biliklər birləşərək məni aydınlığın və dərketmənin zirvəsinə qaldırdı.
Romanın baş qəhrəmanı, çörəkxanada döşəmə silməklə həyatını qazanan Çarli Qordon, intellektin artırılması ilə əlaqədar həyata keçirilən tibbi əməliyyatda könüllü olaraq iştirak edir. Bu əməliyyatda iştirak səbəbi əqli cəhətdən inkişaf etməməsidir. Həkim Ştrauss və Neymur, siçovul Elcernon üzərində tibbi əməliyyatla icra etdikləri süni intellektartırma əməliyyatının uğurlu nəticələrini, əqli cəhətdən zəif inkişaf etmiş insan üzərində də etmək qərarına gəlirlər. Həkimlər seçimlərini Çarlinin üzərində saxlayırlar. Çünki o, yazmaq, oxumaq və öyrənməyə böyük həvəs göstərir.
Yatdığı müddətdə kim olduğunu başa düşməyə çalışan ömrünün yarısı yatmış şəxsə bənzəyirəm.
Əməliyyat uğurla yekunlaşır. Bunu biz getdikcə orfoqrafiya və durğu işarələri səhvlərinin azalması və stilistikanın mürəkkəbləşməsində rahatlıqla görürük. Əməliyyatdan sonra Çarlinin İQ səviyyəsi 68-dən 200-ə qalxır. Ətrafında dost hesab etdiyi insanların ona qarşı olan real münasibətini dərk etməyə başlayır. Ətrafının gerçək üzünü görəndən sonra Çarli başa düşür ki, eyni taleni paylaşdığı siçan Elcernon onun yeganə dostudur. İlk öncə Çarlinin Elcernondan xoşu gəlmirdi. çünki Elcernon labirint yarışlarında həmişə Çarlini geridə qoyurdu, lakin Çarli qələbə qazanmağa başlayandan sonra ona qarşı münasibəti dəyişməyə başladı.
Mən inkişafın yeni mərhələsinə qədəm qoydum, lakin məni əhatə edən dünyaya bəslədiyim ilk hislər qəzəb və şübhə oldu.
Qısa müddət ərzində bir neçə dil öyrənən və texniki ədəbiyyatı asanlıqla oxuyan Çarli, əqli cəhətdən problemli insanlar üçün nəzərdə tutulan məktəbin müəlliməsi Alisa Kinnianla romantik münasibətlər yaşamağa başlayır. Alisia Kinnian ilk öncə Çarlinin nailiyyətlərinə sevinsə də, getdikcə onu başa düşməməyə başlayır və nəticədə ondan uzaqlaşır.
Şüur mənimlə, tanıdığım və sevdiklərim arasında məsafə yaratdı. Hələ heç vaxt özümü belə tənha hiss etməmişdim.
İş yerində illik 10 min dollar qənaət etməyə imkan verən yeni düzülüş sistemlərini təklif edən Çarli, rəhbərliyin və kollektivin qəzəbinə məruz qalır və başa düşür ki, onlarla işləməyə və dostluq etməyə davam edə bilməyəcək. İşdən ayrılma ərizəsini yazan Çarli, dostu Elcernonda intellektual reqressiya müşahidə etməyə başlayır. Qərara gəlir ki, bütün intellektini və enerjisini bunun səbəbini öyrənməyə sərf etsin. Çünki o, artıq sahənin professorlarından qat-qat artıq daha savadlı və bilikli idi. Müəyyən müddətdən sonra Elcernon ölür. Meyidinin yarılmasından sonra anlaşılır ki, onun beyni kiçilmiş və şırımları hamarlanmışdır. Bu da öz növbəsində onu sübut edir ki, həkim Ştrauss və Neymur tərəfindən həyata keçirilən əməliyyatların nəticəsində əldə olunan sürətli intellekt artımı elə sürətli reqressiya ilə nəticələnir. Beləliklə, Qordonun da aqibəti məlum olur. Sürətlə intellekti azalan Çarli intihar haqda belə düşünür. Doğma şəhərindən getsə də, sonradan doğma məktəbinə qayıdır və xanım Kinnianın necə ağladığını görür.
Mən hər gün özüm haqda nə isə yeni bir şey öyrənirəm. Kiçik dalğa ilə başlayan tərbiyə on ballıq fırtına ilə yekunlaşır.
Bütün bunlara baxmayaraq roman optimistik tərzdə bitir. Biz görürük ki, Çarli heç nədən sarı peşmançılıq və məyusluq hiss etməməyə çalışır və buna müvəffəq olur. Onun azalan intellekt səviyyəsi emosional iztirablarını da azaldır. Sonda yazdığı qeyd də xüsusi ilə iti emosionallığa malikdir: Əgər imknınız olarsa, zəhmət olmasa arxa hayatda olan Elcernonun üçün bir az çiçəklər qoyun”. Ağıllı Çarli tam “getməmiş” hər həftə Elcernonun qəbrinə çiçək aparırdı.
Bizdə heç bir şey izsiz itmir. Əməliyyat Çarlini incə mədəniyyət və təhsil örtüyü ilə örtsə də, Çarli orada idi. O, baxır və gözləyirdi.
Bu möhtəşəm süjet xətti sadəcə öz maraqlılığı ilə deyil, eyni zamanda dərin mənalılığı ilə fərqlənir. Oxucuya, cəmiyyətə, bütün bəşəriyyətə ötürülən ismarıclar olduqca iti və vacibdir. Belə kitabları oxuduqdan sonra insan atmosferinə, süjetinə,üslubuna, formatına uyğun başqa kitablar da axtarıb oxumaq istəyir.
Əgər sən ağıllısansa, sənin dostların olar və sən onlarla söhbət edərsən. Beləliklə də sən heç vaxt yalnız olmaycaqsan.
Deyilənə görə ruhi xəstələr və əqli cəhətdən problemlilər xoşbəxtdirlər. Onlar obyektiv reallığın fərqində deyillər. Öz dünyaları var və heç nə onlar üçün narahatlıq və həyəcan yaratmır. Düşünən insanlar isə, əksinə bütün bəşəriyyətin yükünü çiyinlərinə götürüb daşıdıqlarına görə bədbəxtlik bataqlığından çıxmırlar ki çıxmırlar. Bu fikir bəlkə də doğrudur, amma unutmamaq lazmdır ki, bizim hamımızın öz dünya görüşümüz və kiçik dünyamız var. Bədbəxtliyi də, xoşbəxtliyi də məhz həmin dünyada yaşayıb ətrafımıza əks etdiririk.
Məni düzgün başa düşün: Dərrakə bəşəriyyətin ən böyük nailiyyətidir! Amma yenə də biliklərin ardınca qaçmaq çox zaman sevginin axtarışını əvəz edir. Bu fikrə bu yaxınlarda gəlmişəm. Belə bir fərziyyə təklif edirəm: Dərrakəyə malik, ancaq sevmək və sevilməkdən məhrum olan insan intellektual və mənəvi fəlakətə və ya bəlkə də, ağır psixi xəstəliyə məhkumdur. Bundan başqa, iddia edirəm ki, özünə qapanmış beyin ətrafdakılara əzab və işgəncədən başqa heç nə verə bilməz.
Roman da öz növbəsində həmin tip insanların dünyasına quşbaxışı etmək üçün gözəl imkan hesab oluna bilər. Belə ki, bizlərdən bəziləri əqli cəhətdən zəif inkişaf etmiş insanlarla yaxındır, bəziləri isə heç vaxt onlarla yaxın ünsiyyətdə olmayıb. Bu baxımdan köhnə Çarli ilə yeni Çarlinin dilindən onların dünyası ilə tanış olmaq, müqayisələr etmək və öyrənmək maraqlıdır. Yazıçı məhz bu iki Çarlini bizə göstərərək aşağıdakı suallara cavab axtarmağa çalışır: biz təbiətin işinə qarışmalıyıqmı? Əqli cəhətdən zəif olan insanı dahi edərək insan olmağın mahiyyətini dəyişdirmək düzgündürmü? İnsanı dəyişdirməyin nəticələri necə ola bilər? və s.
İnsan başqa insanla necə davranmalı olduğunu hardan bilir? Kişi qadınla necə rəftar etməyi hardan bilir? Kitablardan xeyir azdır. Gələn dəfə onu mütləq öpəcəm.
Bir digər maraq cəlb edən məqama diqqət yetirməyə dəvət etmək istərdim: əlsində əqli cəhətdən zəif insanlarla dahilər bir-birinə çox bənzəyirlər. Yəqin ki, sosial mediada Albert Eynşteyn, Tomas Edisson, Mark Tven və başqa dahilər haqda yazılan maraqlı və qəribə faktları çox oxumusunuz. Bu əslində dahiliklə əqli zəifliyin, inkişafsızlığın arasında olan zərif sərhədin göstəricisidir. Normal insanlar cəmiyyətin süzgəcindən rahat keçdiklərinə görə diqqət cəlb etməzlər, lakin əqli problemli insanlar və dahilər diqqət mərkəzində olurlar.
Dünya və keçmiş uzaq və təhrif olunmuş kimi görünür, sanki zaman və məkan tanınmaz şəkildə dartılıb, dolaşıb, əyilmişdir
Ötən əsrin 50-ci illərində yazılmasına baxmayaraq roman hələ də aktualdır və nə qədər ki elm əxlaq məsələlərini nəzərə alaraq addımını atmır, aktual olaraq da qalacaq. Bundan əlavə elm və texnikanın etik yönlərinə ünvanlanan yeni-yeni əsərlər meydana çıxır.
Yüksək IQ həyatda ən vacib şey deyil.
Çox qəribədir. İnsan təbiiliklə, hadisə və proseslərin təbii axını ilə razılaşmır. Üzərimizdə öz təzahürünü tapan kainatın milyonlarla kombinasiyası var. Biz necəsə, nə vaxtsa, haradasa belə olmağı özümüzə cəlb etdik. Bu haqda ətraflı məlumatımız yoxdur, lakin bu belə olmalı idi. Əlbəttə, nələri isə qədərində yaxşılaşdırmaq mümkündür və lazımdır, lakin həddi aşanda vəziyyət daha da mürəkkəbləşir. Çarlinin vəziyyəti bizə məhz bu aspektdən olduqca bol informasiya verir. Çox şadam ki, belə bir gözəl əsərdən bixəbər qalmadım.
Daniel Keyes “Elcernon üçün çiçəklər” PDF
Müasir fantastikanın qızıl fonduna daxil olan romanda hər şeydən öncə son dərəcə maraqlı bir əhvalatla qarşılaşan oxucu əsərin qəhrəmanının yaşantılarıyla çox yaxından tanış olur.
Ağıldankəm Çarlinin cərrahiyyə əməliyyatı nəticəsində dahiyə çevrilməsi, ondan imtina edən valideynləri, bacısı ilə görüşü, yaşadığı eşq macərası əsərdə olduqca maraqlı və orijinal tərzdə təsvir olunub. Yazıçı adi, bir az da kəmağıl Çarlinin səmimi, kövrək duyğularını məşhur Çarlinin iti ağlı, yüksək intellekti, dəmir məntiqi və soyuq mühakimələriylə üz-üzə qoyur, cəmiyyətin kəmağıl və dahi insana fərqli münasibətinin psixoloji məqamlarını açır.Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Daniel Keyes “Elcernon üçün çiçəklər” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.Azərbaycanca.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.