Daşınmaz əmlaka çıxarış almaq istəyənlərin DİQQƏTİNƏ
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, artıq bu gündən etibarən “ASAN xidmət” mərkəzlərində mənzillərin qeydiyyatı haqqında arayışların (“kupça”) verilməsinə başlanıb. Vətəndaşlar “ASAN xidmət” mərkəzlərində artıq müvafiq çıxarışları, mənzil mülkiyyəti hüquqlarının ilkin və ya təkrar qeydiyyatı haqqında texniki pasportları ala bilirlər. Həmin işləri mərkəzlərdə Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri həyata keçirirlər. Xidmətlər paralel olaraq Dövlət Komitəsinin struktur bölmələrində də həyata keçirilir.
Daşınmaz əmlakın qeydiyyatı və alqı-satqısını asan şəkildə necə rəsmiləşdirmək olar?
Day.Az представляет новость на азербайджанском языке.
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bir sıra prosedurlar, vətəndaşların mənzillərin alqı-satqısını rəsmiləşdirmək və zəruri arayışı almaq işi asanlaşır.
Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, martın 3-dən etibarən daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (yəni “Forma 1”) əmlak barədə sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edə biləcəklər. Eyni zamanda, daşınmaz əmlak obyektinə sərəncam vermə barədə notariat qaydasında təsdiqlənmiş müqavilənin daşınmaz əmlakın dövlət reyestrini aparan Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarına göndərilməsi elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində həyata keçiriləcək.
Bu, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bir sıra prosedurları, vətəndaşların mənzillərin alqı-satqısını rəsmiləşdirmək və ya zəruri arayışı almaq işini xeyli asanlaşdıracaq. Yüklülük haqqında arayışların alınması üçün (“Forma 1”) notariusa müraciət etmək kifayət edəcək ki, burada həm müraciəti rəsmiləşdirmək, həm də rüsumu ödəmək mümkün olacaq. Notarius orqanları sənədləri elektron şəkildə Dövlət Komitəsinin ərazi idarələrinə göndərəcəklər. Sonradan vətəndaşlar hazırlanmış arayışı götürmək üçün yalnız bir dəfə öz ərazi idarələrinə baş çəkməli olacaqlar. Yaxın gələcəkdə isə notarius orqanları təkrar mənzil alqı-satqısını da rəsmiləşdirə biləcəklər. Notarius real vaxt rejimində Dövlət Komitəsinin məlumat elektron bazasına müraciət edə və alqı-satqı əməliyyatını həyata keçirə biləcək.
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov Trend-ə bildirib ki, hələlik bütün dövrlər üçün qeydiyyat vəsiqəsi və digər hüquq müəyyənedici orqanlar tərəfindən mülkiyyətə verilmiş şəhadətnamələr əsasında yox, ancaq 2006-cı ildən sonra verilmiş çıxarışlar əsasında “Forma 1”-in alınmasına şərait yaranacaq: “Axı Dövlət Komitəsində çıxarışları 2006-cı ildən sonra veriblər. 2006-cı ildən sonra verilmiş çıxarış əsasında vətəndaş notariat kontoruna müraciət edəcək. Notarius bazaya daxil olacaq, daha sonra vətəndaşa əmlak üzərində yüklülüyün olub-olmaması barəsində arayışı (“Forma 1″) verə biləcək”.
İdarə rəisinin sözlərinə görə, daşınmaz əmlakın qeydiyyatına gəlincə, söhbət burada həmin əmlakın alqı-satqısından sonra qeydiyyat vəsiqəsinin alınmasından gedir: “O əməliyyatlar Dövlət Komitəsinin “ASAN xidmət”də fəaliyyət göstərən nümayəndələrinə təqdim olunacaq. Onlar da 5 gün ərzində ona çıxarış verəcəklər. Amma notariat kontorlarında Dövlət Komitəsinin nümayəndələri olmadığından notarius onlayn qaydada “Forma 1”-i alacaq, əməliyyatı aparacaq və əməliyyat barədə məlumatı, eyni zamanda onun kağız variantını Dövlət Komitəsinə göndərəcək. Məsələn, vətəndaş mənzilini övladına hədiyyə etmək istəyirsə, istənilən notariat kontorunda bunu rahat şəkildə həyata keçirə biləcək. O, əmlak barəsində notariusa müraciət edəcək, çıxarışı təqdim edəcək. Çıxarış əsasında notarius elektron bazaya daxil olacaq, əmlak üzərində yüklülüyün olub-olmaması barədə məlumatı, digər əməliyyatı aparmaq üçün qanunvericilikdə tələb olunan sənədlərin hamısını götürəndən sonra əməliyyatı aparacaq. Bundan sonra onlayn rejimdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndəriləcək. Amma “ASAN xidmət” mərkəzindəki notariuslar vasitəsilə əməliyyat aparılan zaman isə kağız variantını elə oradaca Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinə təqdim edə bilərlər ki, sənədi ən qısa müddətdə ala bilsinlər”.
M.Soltanov qeyd edib ki, artıq sistem sınaqdan keçirilib. Amma şəbəkə yeni qoşulduğundan kiçik problemlərin də meydana çıxacağı istisna edilmir.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı 2014-cü il 11 fevral tarixli fərmanla mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi; yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata qəbulu və hərbi qeydiyyatdan çıxarılması; xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə apostil verilməsi üçün sənədlərin qəbulu xidmətləri “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, artıq bu gündən etibarən “ASAN xidmət” mərkəzlərində mənzillərin qeydiyyatı haqqında arayışların (“kupça”) verilməsinə başlanıb. Vətəndaşlar “ASAN xidmət” mərkəzlərində artıq müvafiq çıxarışları, mənzil mülkiyyəti hüquqlarının ilkin və ya təkrar qeydiyyatı haqqında texniki pasportları ala bilirlər. Həmin işləri mərkəzlərdə Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri həyata keçirirlər. Xidmətlər paralel olaraq Dövlət Komitəsinin struktur bölmələrində də həyata keçirilir.
Daşınmaz əmlaka çıxarış almaq istəyənlərin DİQQƏTİNƏ
“Əmlak kalkulyatoru” elektron xidmətindən istifadə etməklə çıxarış almaq üçün tələb olunan məbləği özünüz hesablaya bilərsiniz.
“Əmlak kalkulyatoru” nədir?
Vətəndaşlar qeydiyyat xidmətləri ilə bağlı ödəyəcəyi məbləği öncədən bilmək istəyirlər. Daşınmaz əmlaklarını dövlət qeydiyyatına almaq istəyən şəxslərin ödəyəcəyi dövlət rüsumu və xidmət haqqı ilə bağlı əvvəlcədən məlumat almaq imkanı var. Bu sahədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Əmlak kalkulyatoru” elektron xidməti vətəndaşların istifadəsindədir.
“Əmlak kalkulyatoru”nun sadə istifadə imkanları əsasında vətəndaş daşınmaz əmlakın yerləşmə yerini, sahəsini, digər tələb olunan texniki məlumatları daxil edərək xidmət haqqı və rüsumla bağlı yekun məbləği əldə edə bilər. Xidmət vasitəsilə çıxarışın alınması, texniki pasportun əldə edilməsi, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını çevik və sürətli şəkildə əvvəlcədən hesablamaq mümkündür. Bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə aparılması və sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var.
Elektron xidmətdən istifadə etmək istəyən vətəndaş Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) “Əmlak kalkulyatoru” bölməsinə daxil ola bilər. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən birini seçən istifadəçi xidmətin mahiyyətini, əmlakın yerləşdiyi şəhər və rayonu, öz istəyi ilə xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.
“Əmlak kalkulyatoru” elektron xidmətinin tətbiqi daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Bu xidmət vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır.
Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Elektron xidmətin tətbiqi əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək şəxslər üçün vaxt itkisinin qarşısını alır, prosesdə şəffaflığı təmin edir.
Daşınmaz əmlakın sığortalanmasında yenilik: Elektron şəhadətnamə, cərimə, verilən təminat – ARAŞDIRMA + FOTO
Azərbaycanda yaşayış əmlaklarının 90 %-i, qeyri-yaşayış obyektlərinin isə 70 %-i icbari qaydada sığorta edilməyib.
Bu barədə “Report”a Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bildirib.
“Söhbət sənədli əmlaklardan gedir. Bu da onu göstərir ki, daşınmaz əmlakın icbari sığortası üzrə bazar potensialı böyükdür və sistemli tədbirlər nəticəsində bu sığorta növü üzrə penetrasiya ən az 2-3 dəfə artırıla bilər. Çıxarışsız əmlaklar da qanunvericiliyə əsasən sənədləşdirildikdən sonra qurulmaqda olan elektron sistem vasitəsilə avtomatik olaraq sığortaya cəlb olunacaqlar”, – E. Mirsalayev qeyd edib.
ASA-nın icraçı direktoru vurğulayıb ki, daşınmaz əmlakın icbari sığortası növündən istifadə etməyən mülk sahibləri müəyyən cərimə və məhrumiyyətlərlə də üzləşə biləcəklər:
“Belə ki, daşınmaz əmlakların satınalması və girov əməliyyatları zamanı bu sığorta növü aidiyyəti qurumlar tərəfindən mütləq tələb olunur. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində, daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə müəyyən edilib. Şəxs, bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır”.
E. Mirsalayev xatırladıb ki, yaşayış obyektlərinin icbari əmlak sığortası üzrə tarif və təminat məbləğləri regionlara görə dəyişir. Belə ki, Bakı şəhərində yerləşən yaşayış obyektlərinin icbari sığortası üzrə tarif 50 manat, sığorta təminatı 25 min manatadək, Gəncə, Sumqayıt və Naxçıvanda sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manatadək, digər şəhər və rayonlarda yerləşən yaşayış obyektləri üçün sığorta tarifi 30 manat, sığorta təminatı isə 15 min manatadək müəyyən olunub. Qeyri-yaşayış obyektlərində isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, təyinatına, həcminə görə müəyyən edilir, Assosiasiya rəhbəri bildirib.
Qeyd edilib ki, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur.
İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bildirib ki, Azərbaycanda istər yaşayış yerləri, istərsə də, qeyri-yaşayış əmlaklarının sığortalanması icbaridir. Ötən il qanunvericilikdə edilən dəyişikliklərə əsasən, kağız sığorta şəhadətnamələrindən elektron dayışıyıcılara keçidlə bağlı çalışmalar başlayıb, İSB rəhbəri qeyd edib.
“Bu qanunun tələbidir və mütləq şəkildə daşınmaz əmlakın sığorta şəhadətnaməsi mövcud olmalıdır, əks halda İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunacaq”, – o bildirib.
Mövzu ilə bağlı “Report”a danışan sığorta üzrə ekspert İlkin İbrahimov isə bildirib ki, daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrinin elektron formata keçmə məsələsi cari ilin sonuna kimi öz həllini tapacaq.
O qeyd edib ki, bu sığorta növü ilə bağlı nəzarəti hüquqi şəxslərdə, yəni sahibkarlarda Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən, fiziki şəxslər, yəni sadə vətəndaşlarda yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir:
“İcra hakimiyyəti orqanları əmlaklarını sığortalamayan vətəndaşlara cərimə protokolunu tərtib edib onların ünvanlarına göndərəcəklər. Dövlət Əmlak Komitəsi ilə İcbari Sığorta Bürosu arasında qurulacaq elektron mübadilə sistemi hesabına sığortalanmayan sənədli evlər barədə məlumatlar İSB tərəfindən yerli icra hakimiyyəti orqanların səlahiyyətli şəxslərinə ötürüləcək. Bunun əsasında protokol tərtib ediləcək”.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanunla tənzimlənir.
Son 5 ildə Azərbaycanda daşınmaz əmlakın icbari sığorta bazarı 1,8 dəfə artıb. Belə ki, 2018-ci ildə bu sığorta növü üzrə yığımlar 30,364 milyon manat təşkil edirdisə, 2022-ci ildə artıq 53,979 milyon manata çatıb. Sığorta ödənişləri isə 4,025 milyon manatdan 1,095 milyon manata enib, yəni 3,7 dəfə azalıb.
Comments are closed, but trackbacks and pingbacks are open.