Press "Enter" to skip to content

Daşınmaz əmlaka çıxarış almaq istəyənlərin DİQQƏTİNƏ

Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Elektron xidmətin tətbiqi əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək şəxslər üçün vaxt itkisinin qarşısını alır, prosesdə şəffaflığı təmin edir.

Daşınmaz əmlakın qiymətləndirilməsi (Metodik vəsait)

Daşınmaz əmlakın qiymətləndirilməsi qiymətləndirmə fəaliyyətinin ümumi praktiki əsaslarını təşkil edir. Bütün əmlak növlərinin bilavasitə daşınmaz əmlakla o cümlədən torpaq resursları ilə bağlılığı, vahid əmlak kompleksini təşkil etməsi mövcud qiymətləndirmə yanaşmaları, metodları, prosedur və alqoritmlərlnin, həmçinin onların tətbiqi metodologiyasının öyrənilməsinə diqqəti yüksəldir. Daşınmaz əmlak növlərinin mülki hüquq obyekti və təsərrüfat subyektləri kimi çıxış etməsi onların qiymətləndirilməsinin özünəməxsus xüsusiyyətlərini müəyyən edir. Onların təsərrüfat həyatındakı mövqeyi, təyinatı, fiziki və iqtisadi parametrləri, ətraf mühit amilləri ilə bağlılığı qiymətləndirmənin fərdi və kütləvi növlərinin tətbiqini şərtləndirir. Onu da nəzərə almaq lazımdır ki, qiymətləndirmə fəaliyyətinin milli və beynəlxalq qiymətləndirmə standartları ilə tənzimlənməsi bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin və onun tətbiqi variantlarının aşkar olunmasının əhəmiyyətini artırır. Daşınmaz əmlak obyektlərinin real qiymətləndirilməsində əsas məqam və başlıca problemlər müəyyən edilməsi tələb olunan dəyər növləri ilə qiymətləndirmənin məqsədlərinin, prinsiplərinin və aparılması metodlarının düzgün koordinasiyasıdır. Qiymətləndirmənin nəticələrinin reallığının və obyektivliyinin onun məqsədinin, qiymətləndirmə bazasının, yanaşma və metodlarının düzgün seçilməsindən asılılığı inkarolunmaz faktdır. Daşınmaz əmlak növlərinin məqsədli (girov, sığorta, vergiyəcəlbetmə, investisiya, dövlət (ictimai) ehtiyaclar ücün satmalma və s.) qiymətləndirilməsini müvafiq sahədə daha çox tələb olunan xidmət növü kimi də qəbul etmək olar. Təqdim olunan metodik vəsaitdə yuxarıda qeyd olunan nəzəri və təcrübi cəhətdən aktual məsələlərə ardıcıl və sistemli metodoloji yanaşmalar öz əksini tapmışdır. Metodik vəsait iqtisad profilli təhsil müəssisələrində təhsil alan bakalavr və magistrantlar üçün nəzərdə tutulmuşdur.

Yükləməyə Keç [1,14 Mb] [ : 248] –>

Daşınmaz əmlaka çıxarış almaq istəyənlərin DİQQƏTİNƏ

“Əmlak kalkulyatoru” elektron xidmətindən istifadə etməklə çıxarış almaq üçün tələb olunan məbləği özünüz hesablaya bilərsiniz.

“Əmlak kalkulyatoru” nədir?

Vətəndaşlar qeydiyyat xidmətləri ilə bağlı ödəyəcəyi məbləği öncədən bilmək istəyirlər. Daşınmaz əmlaklarını dövlət qeydiyyatına almaq istəyən şəxslərin ödəyəcəyi dövlət rüsumu və xidmət haqqı ilə bağlı əvvəlcədən məlumat almaq imkanı var. Bu sahədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Əmlak kalkulyatoru” elektron xidməti vətəndaşların istifadəsindədir.

“Əmlak kalkulyatoru”nun sadə istifadə imkanları əsasında vətəndaş daşınmaz əmlakın yerləşmə yerini, sahəsini, digər tələb olunan texniki məlumatları daxil edərək xidmət haqqı və rüsumla bağlı yekun məbləği əldə edə bilər. Xidmət vasitəsilə çıxarışın alınması, texniki pasportun əldə edilməsi, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını çevik və sürətli şəkildə əvvəlcədən hesablamaq mümkündür. Bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə aparılması və sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var.

Elektron xidmətdən istifadə etmək istəyən vətəndaş Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) “Əmlak kalkulyatoru” bölməsinə daxil ola bilər. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən birini seçən istifadəçi xidmətin mahiyyətini, əmlakın yerləşdiyi şəhər və rayonu, öz istəyi ilə xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.

“Əmlak kalkulyatoru” elektron xidmətinin tətbiqi daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Bu xidmət vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır.

Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Elektron xidmətin tətbiqi əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək şəxslər üçün vaxt itkisinin qarşısını alır, prosesdə şəffaflığı təmin edir.

Daşınmaz əmlak unec dərslik

Orta məktəblərdə dərsliklərin hazırlanmasından tutmuş şagirdlərə çatdırılmasına qədər müxtəlif problemlərin mövcudluğu və onların aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi, onun tabeliyində olan qurumların ictimaiyyət nümayəndələri ilə mütəmadi müzakirələr aparması barədə məlumatlarımız var.

Bəs ali məktəblərdə necə.

Bu sahədə mövcud olan problemlər və nailiyyətlər haqqında silsilə yazılarla çıxış etmək niyyətimiz barədə dəyərli oxucularımızın məlumatı var. İlk tədqiqatımız Bakı Dövlət Universitetinə həsr olunmuşdu. Bakı Dövlət Universitetində dərsliklərin hazırlanması və tələbələrə çatdırılması istiqamətində gedən yazıya göstərdiyiniz maraq bizi bu işi davam etdirməyə ruhlandırdı.

AzEdu.az təhsil portalının dərslik məsələsi ilə bağlı budəfəki tədqiqat obyekti ali məktəblər arasında özünəməxsus yer tutan Azərbaycan Dövlət İqtisad Universitetidir (UNEC). Bu universitetin təhsil sahəsində tətbiq olunan yeniliklərin önündə getdiyi hamıya yaxşı məlumdur. Bəs UNEC-də dərsliklərlə bağlı vəziyyət nə yerdədir? Hansı yenilikləri nümunə göstərə bilərik?

Hörmətli tələbə, magistrant, doktorant, müəllim, professor, ən əsası ziyalı olan oxucularımız! Bu elə Sizin də probleminizdir. Gəlin birlikdə düşünək və tələbə, magistrant, doktorant statusu daşıyan övladlarımızın, bacı və qardaşlarımızın daha məzmunlu dərslik və dərs vəsaiti ilə təchiz olunmasına birlikdə töhfə verək. Müzakirəyə qatılmağınız, fikirlərinizi bölməyiniz bizə dəstək verməyinizə bərabərdir.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova qeyd etdiyimiz mövzuya dair bunları bildirib:

“Azərbaycan Dövlət İqtisad Universitetində Kitabxana-informasiya mərkəzi fəaliyyət göstəririr. UNEC-in bütün tədris binalarında tələbə, magistrant və tədqiqatçılar kitabxananın xidmətindən iş vaxtı bitənə qədr istifadə edə bilərlər. Tələbələr eyni zamanda kitabları evə götürmək, onların surətini çıxarmaq imkanına malikdirlər. Elmi ədəbiyyat 4 dildə təqdim olunur – Azərbaycan, türk, rus, ingilis dillərində. Çünki tədris bu dillərdə aparılır. Universitetin professor-müəllim heyəti, dərslik və dərs vəsaiti hazırlamaq işində də geniş imkanlara malikdir. Onların hazırladıqları vəsaiti xüsusi yaradılmış komissiyaya təqdim edilir və ekspertizadan keçəndən sonra nəşrinə icazə verilir. Dərslik və dərs vəsaitlərinin tələb olunan standartlara cavab verilməsi diqqət mərkəzində saxlanılır.

Eyni zamanda, universitetin abunə olduğu beynəlxalq bazalardan tələbələrin ingilis, türk, rus dillərində resurslardan istifadə etmək imkanı da mövcuddur.

Kitabxanada 2022-ci ilin yekununa əsasən 85250 nüsxə kitab var. Fondun tərkibinə dərs vəsitləri, elmi jurnallar, dissertasiya və avtoreferatlar da daxildir.

Xarici kitabların alışı da yüksək səviyyədə təşkil olunur. Bununla yanaşı, beynəlxalq məlumat bazalarına abunəliklə də tələbələr vəsaitlə təmin olunur. Əlavə olaraq qeyd edək ki, dünyanın aparıcı “Global edition”, “Springer”, “Beta”və s. kimi nəşriyyatların bir çox kitabları da tələbələr üçün təmin olunur”.

Bizim əsas məqsədimiz dərslik və dərs vəsaiti ilə bağlı problemlərin mövcud olub-olmamasına dair unuiversitetin tələbələri ilə də müzakirə aparmaq idi.

AzEdu.az-ın həmsöhbət olduğu UNEC tələbələri mövcud şəraitdən razılıq etməklə yanaşı, problemləri də sadaladılar.

Onların dediyinə görə, elektron dərs vəsiti və tədris materiallarının bazaya yüklənməsində bəzən gecikmələır baş verir. Bu da onların materialı gec əldə etməsi və imtahanlara vaxtında hazırlaşmamalarına səbəb olur. Bəzən dərs materiallarının bazaya yerləşdirilməsi imtahan gününə qədər gecikdirilir, bir sıra dərs materialları var ki, onların PDF variantı olmur və yaxud göndərilmir. İmtahanda istifadə olunan sualların bir qismi tələbələrdə olan dərs vəsaitindən deyil, fərqli materialdan salınır. Bu da imtahan zamanı tələbəni çətin vəziyyətə sala bilir.

Təbii ki, bu nöqsanlar barədə universitet rəhbərliyini məlumatlandıracağıq və ya onlar hazırladığımız materialda bu çatışmazlıqlardan xəbər tutacaqlar. Biz isə ümid edirik ki, tələbələrimizin dərslik, dərs vəsaiti, oxu materialları ilə təchiz olunmasında mövcud olan bu nöqsanlar qısa müddətdə aradan qaldırılacaq.

Hörmətli oxucular bu yazımızda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dərslik, dərs vəsaiti və elmi ədəbiyyatın nəşr olunması və tələbələrin bu materiallarla təchiz olunması ilə bağlı tədqiqat apardıq. Silsilə yazımız davam edəcəkdir. Siz də universitetlərinizdə yaşadığınız dərslik problemini işıqlandırmağımızı istəyirsinizsə, bizə qoşulun.

Comments are closed, but trackbacks and pingbacks are open.