Press "Enter" to skip to content

Daşınmaz mlakın iqtisadiyyatı drslik

Məlumat üçün bildiririk ki, daşınmaz əmlakın icbari sığortası “ASAN xidmət” mərkəzlərində həyata keçirilə bilər.

Daşınmaz əmlakın icbari sığortası barədə bilməli olduğumuz məlumatlar

Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. Əmlak sığortasının yaradılması fikri ilk dəfə 1666-cı ildə Londonda baş verən, on üç mindən çox evi yandıran böyük yanğından sonra ortaya çıxıb. Bu hadisədən sonra 1681-ci ildə iqtisadçı Nikolas Barbon əmlakın sığortalanması sistemini yaradıb. Bu gün dünyanın bütün inkişaf etmiş ölkələrində çox geniş şəkildə tətbiq olunaraq mənzillərin 90 faizə qədəri əmlak sığortasına cəlb olunur.

Ölkəmizdə vətəndaş məsuliyyətsizliyini azaltmaq, onların baş verə biləcək hadisələrdən ən az zərərlə xilas olunması məqsədilə 2020-ci ildən başlayaraq daşınmaz əmlakın icbari sığortası sistemi tətbiq olunacaq. İcbari sığortadan yayınma halları isə cərimələrlə tənzimlənəcək. Cərimənin məbləği 30 manatdır, 20 gün müddətində sığortalanmadığı təqdirdə cərimə təkrar yazılaraq iki qat tutulacaq (60 manat). Bu tip sanksiyalar vətəndaşların əmlaklarının sığortalanmasını daha da stimullaşdıracaq. Qeyd etmək lazımdır ki, Böyük Britaniya, Türkiyə, Belarus və Banqladeşdə artıq əmlakın icbari sığortası tətbiq olunur. Könüllü olaraq əmlakını sığorta etdirən vətəndaşların sayının az olmasını nəzərə alaraq, sığorta sistemi barədə məlumatlılığın artırılması, sığortalanma mədəniyyətini yaratmaq məqsədilə bu sığorta növünün ən azından ilkin mərhələdə icbari şəkildə tətbiq olunması zəruri addım hesab olunur.

Daşınmaz əmlakın icbari sığortası kimlərə aiddir və hansı tip zərərlərə təminat verir?

Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Daşınmaz əmlakın icbari sığortası qeyd olunan hər hansı daşınmaz əmlakı olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslərə aid edilir. Özbaşına tikinti sayılan daşınmaz əmlak, sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Eyni zamanda, yaşayış binasının qeyri-yaşayış sahələrinin icbari sığorta etdirilməsi tələb olunmur.

İcbari sığorta daşınmaz əmlakın konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Daşınmaz əmlakın sığorta risklərinin – yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, torpaq sürüşməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.

Hansı hadisələr icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilmir?

Hərbi əməliyyatlar, terrorçuluq, radioaktiv çirklənmə kimi hadisələr nəticəsində dəyən zərər, pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlaka dəymiş zərər,sığortalıya dəymiş mənəvi zərər, eyni zamanda, sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, pensiya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda sığorta təminatı ödənilmir. Bundan başqa, sığortalının və ya rəhbər işçilərin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər (qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallar xaric), eyni zamanda hadisə baş verdiyi zaman dəyən zərərin azaldılması üçün mümkün tədbirləri görmək iqtidarında olduğu lakin heç bir addım atmadığı halda, sığortalanmış əmlaka istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun təsiri nəticəsində əmlaka zərərin dəyməsi, hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, qrunt sularının səviyyəsinin dəyişməsi, boruların şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma və ya təmir zamanı zədələnməsi icbari daşınmaz əmlak üçün sığorta hadisəsi hesab olunmur və dəyən zərər qarşılanmır.

Bundan başqa, hadisə barədə gec məlumat verildikdə və ya lazımi qaydada məlumat verilmədikdə sığorta şirkəti hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olur və bu da sığorta şirkətinə ödənişlərdən imtina etmək hüququnu verir. Əmlaka zərər dəyməsində təqsirli olan şəxs dəyən zərəri tam ödədiyi təqdirdə də sığorta şirkəti heç bir ödəniş etmir, qismən ödəniş olduqda isə zərərin geridə qalan hissəsi sığorta şirkəti tərəfindən ödənilir.

Daşınmaz əmlakın sığortalanması alqoritmi necə qurulur?

Daşınmaz əmlakın icbari sığortalanması zamanı yalnız şəxsiyyət vəsiqəsi və Əmlakın Dövlət reyestrindən çıxarışı tələb olunur.

Daşınmaz əmlakın sığortalanması üçün atılmalı olan addımlar :

1. Sığorta şirkətinin seçilməsi – Daşınmaz əmlakın faktiki sahibi icbari sığorta müqaviləsi bağlamaq üçün daşınmaz əmlakın icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdir.

2. İcbari sığorta müqaviləsinin bağlanması – İcbari sığorta müqaviləsi yalnız “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.

3. Daşınmaz əmlakın icbari sığortası Şəhadətnaməsinin hazırlanması – Şəhadətnamədə həm sığortalı (əmlakın faktiki sahibi, yəni icarəyə götürmüş və ya digər qanuni əsaslarla istifadə edən), həm də sığortaçı tərəflərin məlumatları, daşınmaz əmlaka dair məlumatlar – yerləşdiyi ünvan, təyinatı, Dövlət reyestrindən çıxarışın seriya nömrəsi və sığortalıya istifadə hüququ verən digər sənədlər barədə məlumatlar,o cümlədən, sığorta şərtləri- sığorta məbləği, sığorta haqqı, azad olma məbləği, sığortanın qüvvədə olduğu ərazi, sığorta müqaviləsinin başladığı və bitdiyi tarixlər öz əksini tapır.

4. Şəhadətnamə blankının çap etdirilməsi- İcbari Sığorta Bürosunun (Büro) sifarişi, sığortaçının vəsaiti hesabına xüsusi lisenziyalı mətbəədə çap etdirilir.

Hadisə baş verdikdə atılmalı olan addımlar:

1. Hadisə baş verdikdə sığorta şirkətinə və aidiyyəti üzrə müvafiq dövlət orqanlarına dərhal məlumat verilməsi;

2. Daşınmaz əmlakın sonrakı itkilərinin qarşısının alınması üçün bütün zəruri tədbirlərin görülməsi;

Daşınmaz mlakın iqtisadiyyatı drslik

Müqаvilə üzrə əmlаk ərə (аrvаdа), uşаqlаrа, vаlidеynlərə, bаbаyа, nənəyə, nəvəyə, qаrdаşа, bаcıyа kеçirsə – dövlət rüsumu 25 mаnаt, хidmətə görə tutulаn hаqq – 3, 75 mаnаt

Müqаvilə üzrə əmlаk bаşqа şəхslərə kеçirsə:

Bаkı şəhərində – dövlət rüsumu 280 mаnаt, хidmətə görə tutulаn hаqq 42 mаnаt

Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda dövlət rüsumu 196 mаnаt, хidmətə görə tutulаn hаqq 29,40 mаnаt

Digər şəhər və rаyоnlаrdа – dövlət rüsumu 140 mаnаt, хidmətə görə tutulаn hаqq 21 mаnаt.

Qeyd

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlakın sığortası icbaridir.

Məlumat üçün bildiririk ki, daşınmaz əmlakın icbari sığortası “ASAN xidmət” mərkəzlərində həyata keçirilə bilər.

Əsasında notariat hərəkəti aparılmış sənədlərin əsli əqdin, vərəsəlik hüququ haqqında şəhadətnamənin və sairin notariusda saxlanılan nüsxəsinə əlavə olunur. Sənədlərin əsli (məsələn, doğum, nikah, ölüm haqqında şəhadətnamələr) onları təqdim etmiş şəxslərə qaytarılır, onların notariat qaydasında təsdiq edilmiş surəti isə notariusda saxlanılır.

Adınıza daşınmaz əmlakın olub-olmaması barədə arayışı heç yerə getmədən ala bilərsiniz

Vətəndaşlar sosial yardımların əldə olunması ilə bağlı müraciət etdikdə, mənzil növbəsinə götürüldükdə, xarici səfərlər zamanı viza aldıqda və sair hallarda müvafiq qurumlar onların adına daşınmaz əmlakın mövcud olub-olmaması barədə arayışın təqdim edilməsini istəyir. Artıq müvafiq məsələlərlə bağlı qurumlara müraciət edən şəxs həmin arayışı elektron qaydada əldə edə bilər. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidməti istifadəyə verilib.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov Milli.Az-a deyib.

“Əvvəllər həmin arayışın alınması üçün müraciət edən şəxs ərazi idarələrinə getməli olurdu. İndi bu arayışı xidmətin ərazi idarələrinə getmədən, elektron qaydada əldə etmək mümkündür. Statistikaya görə, bu ilin yanvar-may ayları ərzində 70 min 441 bu cür arayış əldə olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20 min çoxdur. Bu xidmətin elektronlaşması həmin arayışın alınması üçün müraciət edənlərin sayının artmasından, o cümlədən innovativ üsullardan istifadə etməklə xidmətlərin göstərilməsi tələbindən irəli gəlir”, – deyə o bildirib.

E.Məmmədov qeyd edib ki, ümumilikdə, daşınmaz əmlakla bağlı göstərilən xidmətlərin elektron müstəviyə keçməsi, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi Dövlət Xidmətinin prioritetlərindəndir və yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, prosedurun sadələşdirilməsinə, vaxt itkisinin aradan qaldırılmasına yönəlib: “Hazırda əsas hədəf daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin maksimum sadələşdirilməsi, xidmətlərə olan əlçatanlığın daha da artırılmasıdır”.

Müqayisə üçün bildirək ki, əvvəllər bu arayış 10-20 iş günü ərzində verilirdisə, hazırda yeni xidmət vasitəsilə 1-3 iş günü ərzində elektron kabinetdə yerləşdirilir.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.