Press "Enter" to skip to content

Daşımaların təcili olması və müntəzəmliyi

kalsi xlor, xrom turşusu, xlorlu əhəng, natri brom

Azərbaycan ikitərəfli daşımaların daha da asanlaşdırılmasını təklif edir

Azərbaycan ikitərəfli daşımaların daha da asanlaşdırılmasını təklif edir “Sərhəd-keçid məntəqələrində tranzit keçid halları istisna olmaqla ikitərəfli daşımalarda icazə vərəqinin verilməsinin dayandırılması təklif edilir”.

18 Yanvar , 2020 14:01

https://static.report.az/photo/3a5bdf91-cff1-4330-b6d9-708fdcc4db93.jpg

“Sərhəd-keçid məntəqələrində tranzit keçid halları istisna olmaqla ikitərəfli daşımalarda icazə vərəqinin verilməsinin dayandırılması təklif edilir”. “Report” xəbər verir ki, bunu “Real TV”yə müsahibəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəis müavini İbrahim Əliyev bildirib. İ.Əliyevin sözlərinə görə, ölkələrlə il ərzində 124 min icazə vərəqi mübadilə edilir: “Mübadilə etdiyimiz vərəqlərin 90%-ni istifadə edirik. 25 ölkə ilə avtomobil nəqliyyatı ilə bağlı sazişlər imzalamışıq. Bu sazişlər çərçivəsində biz mübadiləni həyata keçiririk. Mübadilə edilmiş icazə vərəqlərindən əlavə sərhəddə də icazə vərəqi alırlar. Biz sərhəddə verilən icazə vərəqinin ləğvini istəyirik. Biz qanunvericilik aktları hazırlamışıq. Hazırda İqtisadiyyat Nazirliyi ilə aktiv müzakirələr aparılır. Bunun üzərində iş aparılır”.

Daşımaların təcili olması və müntəzəmliyi

4
vtomobillərin belə sürətlə artması istismar zamanı onun texniki vəziyyətinin hom nəqliyyat işinin yerinə yetirilməsi və həm də ətraf mühitə mənfi təsiri (havanın zəhərlənməsi, yol nəqliyyat hadisələrinin baş verməsi və s.) nöqteyi nəzərindən saz olmasını tələb edir. Avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanma probleminin həllini “Avtomobillərin texniki istismarı” fənni öyrədir. Bu fənn keçən əsrin 50-ci illərində yaranmışdır. Fənnin yaranmasında və inkişafında rus alimlərindən V.V.Yefremovun, Q.V.Kramarenkonun, L.L.Afanasyevin, L.İ.Davidoviçin, E.S.Kuznetsovun və başqalarının xidmoti çox böyükdür. Azorbaycanda bu sahədə A.C.Canmirzəyev tərəfındən yazılan dərslik də təqdirə layiqdir.

“Avtomobillərin texniki istismarı” aşağıdakı istiqamətlər üzrə inkişaf etdirilir: istismar prosesində avtomobilin texniki vəziyyətinin saz saxlanması üçün texniki istismarın metodları təkmilləşdirilir; istehsalat mütərəqqi texnika və texnologiya əsasında qurulur, kompleks mexanikləşdirmə və avtomatlaşdırma vasitələri tətbiq edilir, avtomobilin TX və təmirinə əmək sərfinin və xərclərin aşağı salmması üçün mütərəqqi texnologiya tətbiq edilməklo texniki diaqnostika vasitələrindən istıfadə edilir, avtomobil nəqliyyatı müəssisələrinin (ANM) layihələndirilməsində qabaqcıl iş üsulları və müvafiq əməli tədbirlər həyata keçirilir. Odur ki, avtomobillərin texniki istismarı düzgün təşkil edilməlidir.

“Avtomobillərin texniki istismarı” fənni Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqrama uyğun olaraq yazılmışdır. Dərslik iki hissədən ibarətdir.

irinci hissədə aşağıdakı məsolələr verilmişdir: avtomobillərin elibarlılığı, uzunömürlülüyü, təmirəyararlılığı; dayanmadan işləməsinin paylanma qanunları, texniki vəziy-yətinin proqnoz edilməsinin əsasları, parametrlərin dəyişmə prosesinə təsir edən amillər, düyünlərin və hissələrin qalıq resursunun təyin edilməsi, etibarlılığa və uzunömürlülüyə təsir edən amillər, sürtünmə, yeyilmə və nasazlıqlar haqqında anlayış, avtomobillərə texniki xidmət və təmirin planlaşdırılması; avtomobillərin texniki diaqnostikası, diaqnostikanın məqsəd və vəzifələri; diaqnoz qoymanın effektivliyi, diaqnostika parametrləri, normativləri, testləri, avadanlıqları və metodları; TX sistemində diaqnostikanın yeri və rolu və avtomobil nəqliyyatı müəssisəsinin istehsalat bazasının gücünün təyin edilməsi və s.

Avtomobillərin texniki istismarına aid olan qalan məsələlər dərsliyin ikinci hissəsində (Əliyev Q.İ. Avtomobillərin texniki istismarı – dərslik, II hissə) verilmişdir.

Bu gün elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq avtomobil nəqliyyatının istismarı üzrə yüksək ixtisaslı mütüxəssislərin hazırlanmasında azərbaycan dilində yazılan bu dərsliyə böyük ehtiyac var.

Kitabın hazirlanmasında yaxından kömək edən t.e.n., dosent F.Ə.Namazova və N.K.İsmayılova dərin təşəkkürümüzü bildiririk.

Dərslik barədə irad və təkliflərini göndərən şəxslərə əvvəlcədən təşəkkürümüzü bildiririk. Ünvan: Gəncə şəhəri, Çaxırçılar küçəsi lOa.

Təhlükəli malların daşınma kodları

Təhlükəli yük —insanlar, canlılar və ətraf mühit üçün təhlükəli olan yüklərdir və onlar daşınma və ya nəqliyyat hadisəsi zamanı insan sağlamlığı və həyatına və (və ya) ətraf mühitə zərər vura bilər. Təhlükəli yüklərin daşınması beynəlxalq müqavilələr və sazişlər vasitəsilə tənzimlənir. Belə sazişlərdən ən əsası “Təhlükəli yüklərin beynəlxalq yollarda daşınmasına dair Avropa Sazişi”dir.

Təhlükəli yüklərə xas olan xüsusiyyətlər daşınma prosesində, yükləmə-boşaltma işlərinin həyata keçirilməsində və saxlanmasında ətraf mühitə zərər vura bilən, partlayışa, yanğına və ya nəqliyyat vasitələrinin, qurğuların, binaların və tikililərin zədələnməsinə, həmçinin, insanların, heyvan və quşların zəhərlənməsinə, xəstələnməsinə, zədə almasına və ölümünə səbəb ola bilən maddələrə, materiallara, məmulatlara, məhsullara və təhlükə potensiallı tullantılara aiddir.

ADR müqaviləsəndəki bölgüyə əsasən təhlükəli yüklər aşağıdakı siniflərə bölünür:

1 ci sinif — Partlayıcı ma ddələr (Explosives) ;

dinamit, detonator, partlayıcılar, hava fişəngləri, pirotexnik əşyalar və oyuncaqlar, benqal kibriti və s.

2 ci sinif — sıxılmış, mayeləşdirilmiş və ya təzyiqlə məhlula çevrilmiş qazlar (Gases);

arqon, azot, butan, hidrogen qazları, sıxılmış qaz, soyuducular üçün nəzərdə tutulan qazlar, yanğın söndürücülər, propilen, xlor, etilen, hidrogen sulfid .

3 cü sinif —Yanıcı mayelər (Flammable liquids);

benzin, dizel yanacağı, spirt, parfum, alkoqol, yapışdırıcılar, aseton, metanol, ağ neft, boyalar və laklar

4 cü sinif — tez alışan bərk maddələr (Flammable solids);

termokibrit, fosfor amorf, kükürd, aktiv kömür, nəm pambıq, quru ağ və ya sarı fosfor.

5 ci sinif —Oksidləşən maddələr və üzvi peroksidlər. (Oxidizing Agents & Organic Peroxides) ;

kalsi xlor, xrom turşusu, xlorlu əhəng, natri brom

6 cı sinif — Zəhərli və infeksiyalı maddələr. (Oxic and Infectious Substances) ;

həşərat dərmanları, dizinfeksiya edici vasitələr, parça boyaları, bakteriyalar, diaqnostik nümunələr, infeksiyalı maddələr, tibbi tullantılar

7 ci sinif — Radioaktiv maddələr . (Radioactive Substances)

pluton, uran və onların filizləri

8 ci sinif —Aşındırıcı və korroziyaedici maddələr. (Corrosive Substances);

turşular və qələvilər

9 cu sinif — Digər təhlükəli maddələr (Miscellaneous Dangerous Substances);

Digər təhlükəli maddələr: su ilə təmasda olarkən alışan qazlar əmələ gətirən bərk yanan maddələr, zəhərli maddələr, havanın oksigenini udan maddələr, maqnitləşdirilmiş maddələr.

Comments are closed, but trackbacks and pingbacks are open.